Azərbaycan Respublikası Hökuməti və Braziliya Federativ Respublikası Hökuməti arasında viza tələblərinin qismən aradan qaldırılması haqqında Sazişə dair Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Braziliya Federativ Respublikasının Xarici...
Azərbaycan Respublikası Hökuməti və Braziliya Federativ Respublikası Hökuməti arasında viza tələblərinin qismən aradan qaldırılması haqqında Sazişə dair Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Braziliya Federativ Respublikasının Xarici Əlaqələr Nazirliyi arasında notalar mübadiləsinin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. Azərbaycan Respublikası Hökuməti və Braziliya Federativ Respublikası Hökuməti arasında viza tələblərinin qismən aradan qaldırılması haqqında Sazişə dair Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Braziliya Federativ Respublikasının Xarici Əlaqələr Nazirliyi arasında notalar mübadiləsi təsdiq edilsin.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
Xxxxx XXXXXX,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 aprel 2007-ci il
№ 272-IIIQ
Dim/da/00 l/pain-bras-azer
Braziliya, 4 aprel 2006-cı il
Cənab nazir,
Sizə bildirməkdən şərəf duyuram ki, Braziliya Federativ Respublikası Hökuməti hər iki ölkə vətəndaşlarının səfərlərini asanlaşdırmaq məqsədilə Azərbaycan Respublikası Hökuməti ilə aşağıdakı şərtlərlə ifadə olunan Viza tələblərinin qismən ləğvinə dair Saziş bağlamaq arzusundadır:
Hər bir Tərəfin etibarlı diplomatik, rəsmi və xidməti pasportlara xxxxx xxxx vətəndaşları vizasız, 90 (doxsan) gündən xxx olmayan müddətə digər Tərəfin dövlətinin ərazisinə daxil ola, tranzitlə keçə və oranı tərk edə bilərlər.
Qalma müddətinin uzadılması akkreditə edilmiş dövlətin diplomatik missiyası və ya konsulluğu tərəfindən edilən yazılı müraciət əsasında qəbul edən dövlətin səlahiyyətli orqanları tərəfindən həyata keçiriləcəkdir.
Tərəflərin diplomatik missiyası və ya konsulluğu olmadığı təqdirdə, diplomatik, rəsmi və xidməti pasportlara xxxxx xxxx vətəndaşlar akkreditə edən dövlətin Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinə müraciət edəcəklər.
Diplomatik, rəsmi və ya xidməti pasportlara xxxxx xxxx Braziliya Federativ Respublikasının vətəndaşları Azərbaycan Respublikasına istənilən beynəlxalq sərhəd məntəqəsindən daxil olacaqlar. Diplomatik, rəsmi və ya xidməti pasportlara xxxxx xxxx Azərbaycan Respublikasının vətəndaşları Braziliyaya istənilən beynəlxalq sərhəd məntəqəsindən daxil olacaqlar.
Hər bir Tərəfin diplomatik, rəsmi və ya xidməti pasportlara xxxxx xxxx və diplomatik missiyanın, konsulluğun və ya beynəlxalq təşkilatların rəsmi nümayəndələri xxxx vətəndaşları, həmçinin onlarla birlikdə yaşayan və etibarlı diplomatik, rəsmi və ya xidməti pasportlara xxxxx xxxx ailə üzvləri vəzifələrini yerinə yetirdikləri müddət ərzində digər Tərəfin dövlətinin ərazisinə vizasız daxil ola, orada qala və oranı tərk edə bilərlər.
Hər bir Tərəfin vətəndaşları qəbul edən dövlətin ərazisində olduqları müddət ərzində qüvvədə xxxx qanunlara və qaydalara əməl edəcəklər.
Tərəflər əcnəbilərin ölkəyə daxil olması, tranzitlə keçməsi və qalması ilə bağlı müvafiq qanunlarında və qaydalarında baş vermiş dəyişikliklər barədə bir-birinə məlumat verəcəklər.
Bu Saziş, heç bir Tərəfin digər Tərəfin arzuolunmaz hesab olunan vətəndaşlarının ölkəyə gəlməsinin qarşısını almaq və ya ölkədə qalma müddətini qısaltmaq hüququnu məhdudlaşdırmır.
Tərəflər bu Sazişdə qeyd olunan etibarlı diplomatik, rəsmi və ya xidməti pasportların nümunələrini bu Sazişin imzalanmasından ən azı 30 (otuz) gün sonra diplomatik kanallarla mübadilə edəcəklər.
Yeni diplomatik, rəsmi və ya xidməti pasportlar dövriyyəyə buraxıldıqda və ya mövcud pasportlarda dəyişikliklər baş verdikdə Tərəflər bu cür pasportların nüsxələrini onların tətbiq olunmasından ən azı 30 (otuz) gün əvvəl diplomatik kanallar vasitəsilə bir-birinə göndərəcəklər.
Tərəflərdən hər biri diplomatik kanallar vasitəsilə istənilən vaxt bu Sazişi ləğv edə bilər. Ləğvetmə bildirişin alınmasından 90 (doxsan) gün sonra qüvvəyə minəcəkdir.
Bu razılaşmalar Azərbaycan Respublikası Hökuməti üçün məqbul
hesab olunduğu təqdirdə, bu nota və Zati-Alilərinizin cavabı bizim iki Hökumət arasında Saziş təşkil edəcək və bu Sazişin qüvvəyə minməsi üçün tələb olunan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Tərəflərin ikinci diplomatik notasının alındığı tarixdən 30 (otuz) gün sonra qüvvəyə minəcəkdir.
Fürsətdən istifadə edərək Zati-Alilərinizə bir daha ən dərin ehtiramımı izhar edirəm.
Xxxxx XXXXXX
Braziliya Federativ Respublikasının
xarici əlaqələr xxxxxx
5/11-512/03
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Braziliya Federativ Respublikasının Xarici Əlaqələr Nazirliyinə öz ehtiramını bildirir və sonuncunun DİM/DA/001/PAİN-BRAS-AZER nömrəli, 4 aprel 2006-cı il tarixli notasına istinad edərək Azərbaycan tərəfinin aşağıdakı şərtlərə razı olduğunu bildirməkdən şərəf duyur:
Hər bir Tərəfin etibarlı diplomatik, rəsmi və xidməti pasportlara xxxxx xxxx vətəndaşları vizasız, 90 (doxsan) gündən xxx olmayan müddətə digər Tərəfin dövlətinin ərazisinə daxil ola, tranzitlə keçə və oranı tərk edə bilərlər.
Qalma müddətinin uzadılması akkreditə edilmiş dövlətin diplomatik
missiyası və ya konsulluğu tərəfindən edilən yazılı müraciət əsasında qəbul edən dövlətin səlahiyyətli orqanları tərəfindən həyata keçiriləcəkdir. Tərəflərin diplomatik missiyası və ya konsulluğu olmadığı təqdirdə, diplomatik, rəsmi və xidməti pasportlara xxxxx xxxx vətəndaşlar akkreditə edən dövlətin Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinə müraciət edəcəklər.Diplomatik, rəsmi və ya xidməti pasportlara xxxxx xxxx Azərbaycan Respublikasının vətəndaşları Braziliyaya istənilən beynəlxalq sərhəd məntəqəsindən daxil olacaqlar. Diplomatik, rəsmi və ya xidməti pasportlara xxxxx xxxx Braziliya Federativ Respublikasmm vətəndaşları Azərbaycan Respublikasına istənilən beynəlxalq sərhəd məntəqəsindən daxil olacaqlar.
Hər bir Tərəfin diplomatik, rəsmi və ya xidməti pasportlara xxxxx xxxx və diplomatik missiyanın, konsulluğun və ya beynəlxalq təşkilatların rəsmi nümayəndələri xxxx vətəndaşları, həmçinin onlarla birlikdə yaşayan və etibarlı diplomatik, rəsmi və ya xidməti pasportlara xxxxx xxxx ailə üzvləri vəzifələrini yerinə yetirdikləri müddət ərzində digər Tərəfin dövlətinin ərazisinə vizasız daxil ola, orada qala və oranı tərk edə bilərlər.
Hər bir Tərəfin vətəndaşları qəbul edən dövlətin ərazisində olduqları müddət ərzində qüvvədə xxxx qanunlara və qaydalara əməl edəcəklər.
Tərəflər əcnəbilərin ölkəyə daxil olması, tranzitlə keçməsi və qalması ilə bağlı müvafiq qanunlarında və qaydalarında baş vermiş dəyişikliklər barədə bir-birinə məlumat verəcəklər.
Bu Saziş, heç bir Tərəfin digər Tərəfin arzuolunmaz hesab olunan vətəndaşlarının ölkəyə gəlməsinin qarşısını almaq və ya ölkədə qalma müddətini qısaltmaq hüququnu məhdudlaşdırmır.
Tərəflər bu Sazişdə qeyd olunan etibarlı diplomatik, rəsmi və ya xidməti pasportların nümunələrini bu Sazişin imzalanmasından ən azı 30 (otuz) gün sonra diplomatik kanallarla mübadilə edəcəklər.
Yeni diplomatik, rəsmi və ya xidməti pasportlar dövriyyəyə buraxıldıqda və ya mövcud pasportlarda dəyişikliklər baş verdikdə Tərəflər bu cür pasportların nüsxələrini onların tətbiq olunmasından ən azı 30 (otuz) gün əvvəl diplomatik kanallar vasitəsilə bir-birinə göndərəcəklər.
Tərəflərdən hər biri diplomatik kanallar vasitəsilə istənilən vaxt bu Sazişi ləğv edə bilər. Ləğvetmə bildirişin alınmasından 90 (doxsan) gün sonra qüvvəyə minəcəkdir.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bildirir ki, bu təsdiqləyici verbal nota və Braziliya Federativ Respublikasının Xarici Əlaqələr Nazirliyinin verbal notası Azərbaycan Respublikası Hökuməti və Braziliya Federativ Respublikası Hökuməti arasında diplomatik, rəsmi və ya xidməti pas-portlara malik vətəndaşların vizasız gediş-gəlişi haqqında saziş təşkil edəcəkdir. Bu Saziş, onun qüvvəyə minməsi üçün tələb olunan dövlətdaxili prosedurların tamamlanması barədə Tərəflərin ikinci diplomatik notasının alındığı tarixdən 30 (otuz) gün sonra qüvvəyə minəcəkdir.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi fürsətdən istifadə edərək bir daha Braziliya Federativ Respublikasının Xarici Əlaqələr Nazirliyinə dərin ehtiramını bildirir.