MÖVZU:
MÖVZU:
BEYNƏLXALQ XÜSUSİ HÜQUQDA MÜQAVİLƏDƏN KƏNAR ÖHDƏLİKLƏR
P L A N :
1. Müqavilədən kənar öhdəliklər üzrə kollizion – huquqi tənzimlənməsi.
2. Muqavilədənkənar öhdəliklərin beynəlxalq hüquqi tənzimi.
3. Azərbaycan Respublikasının qanunvericiliyində muqavilədən kənar öhdəliklərin kollizion tənzimi
Ə D Ə B İ Y Y A T:
X.X.Xxxxxxxxxxxxx – «Azərbaycan Respublikasının Beynəlxalq xüsusi
hüquq kursu». Dərslik. Bakı, 2007.
X.Xxxxxxx, X.Xxxxxx – «Beynəlxalq xüsusi hüquq». Dərslik. Bakı, 2007.
X.X.Xxxxxxxxxxxxx – «Azərbaycan Respublikasının Mülki hüquq
kursu» 4 cildlik. Dərslik. Bakı, 2001-2009.
AR-nın Ticarət gəmiçiliyi məcəlləsi 2001-ci il Mülki Məcəlləsi 2000-ci il
AR-nın Mülki Prosessual Məcəlləsi 1999-cu il
Beynəlxalq xüsusi hüquq haqqında qanun 2000-ci il
G İ R İ Ş
İstənilən dövlətin beynəlxalq hüququnda ələlxüsus da delikt öhdəliyinin kollizion tənzimlənməsi əsas yer tutur. Belə ki, müqavilədən kənar əmələ gələn öhdəliklərin əsas kütləsini ziyan vurma nəticəsində meydana gələn öhdəliklər təşkil edir. Belə öhdəliklərə hüquq ədəbiyyatında delikt öhdəliklər deyilir. Xxxx-texniki tərəqqəinin sürətli inkişafı ilə xarakterizə olunan müasir zəmanəmizdə xxx hallarda delikt öhdəliklərin meydana gəlməsi və onların doğurduğu nəticələr bir dövlətin hüdudlarından kənara çıxır və bu zaman bu və ya digər formada onlarda xarici element özünü büruzə verir. Bəzən bir dövlətin ərazisində törədilən hərəkətin nəticləri başqa dövlətin ərazisində maddiləşir. Belə xxxxxx xxxxx vurmaq baxımından məqsədyönlü xarakter daşıdıqda isə xxx vaxt hətta sərhəd tanımayan təbii proseslərdən: küləyin əsməyi, sayların axını, quşların uçuşu və s. hadisələrdən istifadə edilir
1. Müqavilədənkənar öhdəliklərin kollizion – hüquqi tənzimlənməsi.
Bildiyimiz kimi, Roma hüququ dövründən bəri öhdəliyin iki növü fərqləndirilir: müqavilə öhdəliyi; müqavilədən kənar öhdəlik. istənilən ölkənin
mülki hüququ müqavilə öhdəliklərindən başqa, həm də müqavilədənkənar öhdəlikləri tənzimləyir. Müqavilə öhdəlikləri ilə bərabər, müqavilədənkənar öhdəliklər həm də bir ölkənin beynəlxalq xüsusi hüququnun nizamasalma predmetinə daxildir. İstənilən ölkənin beynəlxalq xüsusi hüququnda müqavilədənkənar öhdəliklərə həsr olunan normalar nəzərdə tutulmuşdur ki, həmin normaların vasitəsi ilə onların kollizion – hüquqi tənzimlənməsi həyata keçirilir. Əlbəttə, söhbət xarici elementli müqavilədənkənar öhdəliklərin tənzimlənməsindən gedir.
Müqavilədənkənar öhdəliyin bir neçə növü vardır. Onlar arasında mühafizəedici (qoruyucu) öhdəlik qrupu mülki hüquq pozuntusu törədilməsi ilə bağlı olduğuna görə ilk növbədə tənzimlənməyi tələb edir. Bu qrupa daxildir:
• delikt öhdəliyi;
• kondikasiya öhdəliyi.
Delikt öhdəliyi deliktlərdən (zərər vurmaq faktlarından)əmələ gəlir. Buna görə də ona zərər vurmaq nəticəsində əmələ gələn öhdəlik də deyilir.
Kondikasiya öhdəliyi əsassız varlanma faktından əmələ gəlir (məsələn, alıcı satın aldığı malın pulunu satıcıya səhvən ikinci dəfə ödəyir; müəyyən bir şəxsə göndərilmiş pul səhvən eyni familiyalı başqa şəxsə verilir və s.) Buna görə də ona əsassız varlanma öhdəliyi də deyilir.
İstənilən dövlətin beynəlxalq hüququnda ələlxüsus da delikt öhdəliyinin kollizion tənzimlənməsi əsas yer tutur. Belə ki, müqavilədən kənar əmələ gələn öhdəliklərin əsas kütləsini ziyan vurma nəticəsində meydana gələn öhdəliklər təşkil edir. Belə öhdəliklərə hüquq ədəbiyyatında delikt öhdəliklər deyilir. Xxxx-texniki tərəqqəinin sürətli inkişafı ilə xarakterizə olunan müasir zəmanəmizdə xxx hallarda delikt öhdəliklərin meydana gəlməsi və onların doğurduğu nəticələr bir dövlətin hüdudlarından kənara çıxır və bu zaman bu və ya digər formada onlarda xarici element özünü büruzə verir. Bəzən bir dövlətin ərazisində törədilən hərəkətin nəticləri başqa dövlətin ərazisində maddiləşir. Belə xxxxxx xxxxx vurmaq baxımından məqsədyönlü xarakter daşıdıqda isə xxx vaxt hətta sərhəd tanımayan təbii proseslərdən: küləyin əsməyi, sayların axını, quşların uçuşu və s. hadisələrdən istifadə edilir. Məsələn, Azərbaycan Respublikasının ərazisinə qonşu dövlətlərdən
daxil xxxx çaylara orada müxtəlif zərərli maddələr axıdılırsa, bu da öz nəticəsini həmin çayların suyundan həm içməli su, həm də kənd təsərrüfatı məqsədi ilə istifadə edildiyi Azərbaycan Respublikasının ərazisində büruzə verəcəkdir. Və yaxid, bir dövlətin atom stansiyasında baş vermiş qəzanın nəticələri onun sərhədlərindən xxx uzaqlarda öz təsirini göstərir.
Buna görə də delikt öhdəlik aşağıdakı funksiyaları yerinə yetirir:
1. Vurulmuş zərəri kompensasiya etmək;
2. Zərərçəkənin əmlak sferasını bərpa etmək;
3. Ziyan vurmaq hallarının qarşısını almaq;
4. Mülki dövriyyəni zərərli qəsdlərdən qorumaq;
5. Delikt törədilməsinin qarşısını almaq .
Delikt öhdəliyinin kollizion – hüquqi tənzimlənməsi.
Əgər delikt öhdəliyində xarici element olarsa, o, beynəlxalq xarakter alır. Buna görə də ona xarici (beynəlxalq) elementli delikt öhdəliyi deyilir. Beynəlxalq xüsusi hüquq məhz xarici elementli delikt öhdəliklərini tənzimləyir.
Xarici elementli delikt öhdəlikləri o halda yarana bilər ki, həmin öhdəliklərin əmələ gəlməsinə əsas və səbəb xxxx hüquqi fakt, yəni zərər (delikt) xarici dövlət ərazisində vurulsun. Məsələn, Fransada turist səfərində olarkən Azərbaycan Respublikasının vətəndaşına xarici şəxsin idarə etdiyi minik avtomobili xəarət vurur və bununla onun sağlamlığı pozulur. Vətəndaş bunun nəticəsində müalicəyə, dərman alınmasına və s. xərc çəkir, zərər düşür. Belə halda onunla sürücü arasında xarici elementli delikt öhdəliyi yaranır; zərərçəkən (vətəndaş) həmin öhdəliyin kreditoru, zərərvuran (sürücü) isə borclu tərəf sayılır. Zərərvuran şəxs zərərçəkənə vurduğu zuyanın əvəzini hamsı ölkənin qanunu əsasında ödəməlidir: Azərbaycan Respublikasının qanunun əsasında, yoxsa Fransa Respublikasının?
Belə hallarda delikt öhdəliyinin kollizion məsələsi (qanunların toqquşması) yaranır. Bu məsələni həll etmək üçün tətbiq edilməli xxxx qanun müəyyən edilməlidir. Deikt öhdəliyini tənzimləmək üçün tətbiq olunmaqdan ötrü müəyyənləşdirilən qanuna delikt öhdəliyinin ststusu deyilir.
Delikt öhdəliyinin statusu ilə, bir qayda olaraq, aşağıdakı məsələlər müəyyən
edilir:
• şəxsin delikt qabiliyyəti (vurduğu zərərə görə şəxsin məsuliyyət daşımaq qabiliyyəti);
• delikt məsuliyyətinin əsası və şərtləri;
• delikt məsuliyyətinin məhdudlaşdırılması və ondan azad edilməsi;
• zərərin əvəzinin ödənilmə üsulları;
• əvəz ödəmənin həcmi və miqdarı.
Xarici qanunvericilikdə delikt öhdəliyinin kollizion – hüquqi tənzimlənməsi.
Ayrı-ayrı ölkələrdə delikt öhdəliyinin statusu (tətbiq edilməli xxxx qanun) eyni deyildir, yəni delikt öhdəliyinin kollizion – hüquqi tənzimlənməsi müxtəlif olub, bir – birindən fərqlənir. Belə ki, delikt öhdəliyinin statusuna xxxx xxxx mnəsələnin dairəsi xarici qanunvericilik tərəfindən eyni cür müəyyən edilmir.
Delikt öhdəliyi sahəsində kollizion məsələni həll etmək, qanunların kolliziyasını (toqquşmasını) aradan qaldırmaq və həmin öhdəliyi kollizion tənzimləmək üçün dövlətlərin əksəriyyətinin qanunvericiliyi və praktikası zərərin (deliktin) vurulduğu yerin qanunu (lex loci delicti) və ya hüquq pozuntusu törədildiyi yerin qanunu (lex loci delicti commissii) kimi kollizion prinsip tətbiq etmişdir. Kollizion hüququn çoxdan bəri (1804-cü il Fransa Xxxxxxxx Xxxxx Məcəlləsi qəbul olunduğu vaxtdan bəri) formulə etdiyi bu prinsipdən bir xxx dövlətlərdə uzun müddət həmişə universal, sabit və əsas bağlama formulu istifadə olunmuşdur. Yeri gəlmişkən qeyd edək ki, “zərərin vurulduğu yerin qanunu” prinsipinin tətbiqini ilk dəfə olaraq Fransa Mülki Məcəlləsi (1804) nəzərdə tutmuşdur. Həmin prinsip öz əhəmiyyətini indi də saxlayır. Belə ki, bir sıra ölklərin (məsələn, Avstriyanın, Yunanıstanın, İtaliyanın, Polşanın, Almaniyanın, Türkiyənin, Yaponiyanın, Macarıstanın, Kanada əyaləti xxxx Kvebekin və s.) qanunvericiliyində “zərərin (deliktin) vurulduğu yerin qanunu” delikt öhdəliyi sahəsində kollizion məsələni (qanunların toqquşmasını) həll etmək üçün başlıca, aparıcı və əsas kollizion prinsip kimi nəzərdə tutulur. Bəzi ölklərin (məsələn, Fransanın, Skandinaviya ölklərinin, Belçikanın və s.)məhkəmə praktikası da delikt öhdəliyinin kollizion
tənzimlənməsi üçün bu prinsipdən çıxış edir: “zərərin (deliktin) vurulduğu yerin qanunu” kollizion prinsipinin tətbiqi yaranmış məhkəmə praktikasından irəli gəlir. Bu kollizion prinsip öz əksini bəzi beynəlxalq müqavilələrdə də (məsələn, Xxxxxxxxxx Məcəlləsində və s.) tapmışdır.
Bununla belə, son onillikdə, keçən əsrin 60-cı illərindən başlayaraq Qərb ədəbiyyatında və praktikasında, xüsusən hüququn klassik və “yaşlı” bağlama formullarından xxxx xxxx “zərərin (deliktin) vurulduğu yerin qanunu” kolizion prinsipinin mühüm dərəcəsində məhdudlaşdırılması meyli (tendensiyası) müşahidə olunur. Geniş yayılmasına, doktrina və praktika tərəfindən şərtsiz olaraq tanınmasına baxmayaraqhəmin prinsip, necə deyərlər, ciddi surətdə “hücumlara” məruz qalmış,tənqid olunmuş və etirazlarla qarşılanmışdır. Bunun səbəbini nə ilə izah etmək olar? Beynəlxalq xüsusi hüquqa aid ədəbiyyat səhifələrində bir neçə səbəb göstərilir.
Birincisi, xarici ölkənin qanunvericiliyndə “zərərin (deliktin) vurulduğu yer”ə eyni cür anlayış verilmir; “zərərin vurulduğu yer”ayrı-atrı ölkələrin qanunvericiliyində müxtəlif, bir-birindən fərqli üsulla müəyyənləşdirilir: bundan ötrü ayrı-ayrı ölkələrdə əsasən üç meyardan istifadə olunur. Bu da “zərərin (deliktin) vurulduğu yerin qanunu” kollizion prinsipinin tətbiqini çətinləşdirir. Məsələn, bəzi ölkələrin (məsələn, ABŞ-ın və s.) qanunvericiliyinə görə,zərərin (deliktin) vurulduğu yer dedikdə, zərərin doğurduğu zərərli nəticənin (zərərli hərəkətin doğurduğu nəticənin) baş verdiyi yer başa düşülür. Digər ölkənin (məsələn, Avstriyanın, İsveçrənin və s.) qanunvericiliyinə görə, zərərin (deliktin) vurulduğu yer dedikdə, zərərlə nəticələnən hərəkətin edildiyi yer və ya zərərin əvəzinin ödənilməsini tələb etmək üçün əsas xxxx hərkətin edildiyi yer başa düşülür. Üçüncü ölkənin qannuvericiliyi isə (məsələn, Macarıstanın qanunvericiliyi və s.) zərərin vurulduğu yeri müəyyən etmək üçün hər iki meyardan (zərərli nəticənin baş verdiyi yer; zərərli hərəkətin edildiyi yer) istifadə edir: zərər (delikt) o ölkədə vurulmuş hesab edilir ki, həmin ölkə ərazisində, zərərli nəticə baş versin və zərərli hərəkət edilsin. Bəzi ölkələrin, məsələn, Almaniyanın qanunvericiliyi isə “hərəkətin edildiyi yer” və “nəticənin baş verdiyi yer” kimi anlayışları bir-birindən fərqləndirir.
Bəzən “zərərin vurulduğu yerin qanunu”nu müəyyənləşdirmək, ümumiyyətlə, mümkün olmur. Belə ki, zərər (delikt) açıq dənizdə və onun üzərindəki hava məkanında vurulur.
İkincisi, bəzən məhkəmə zərər vurulması ilə bağlı xarici elementli mülki işə baxarkən (bu kimi hallarda zərər məhkəmənin fəaliyyət göstərdi ölkədən kənarda, yəni xarici dövlət ərazisində vurulur) məlum olur ki, zərərin vurulduğu yerin (ölkənin) qanuna görə delikt məsuliyyəti üçün əsas xxxx hərəkət işə baxan məhkəmənin mənsub olduğu ölkənin qanununa əsasən hüquqa zidd əməl sayılmır. Belə halda, əlbəttə, məhkəmə mənsub olduğu ölkənin qanununa zidd olaraq zərərin əvəzinin ödənilməsi barədə qərar çıxara bilməz.
Üçüncüsü, “zərərin (deliktin) vurulduğu yerin qanunu” çevik kollizion prinsip deyildir; bu prinsip delikt öhdəliyinin kollizion məsələlərini həll etmək üçün tətbiq edilməli xxxx qanunu qəti olaraq zərərin (deliktin vurulduğu yerlə (ölkə ilə) bağlanır. Bu da delikt öhdəliyi iştirakçılarının mənafeyinin müdafiəsini və bütün məsələlərin adekvat (xxx xxxxx) şəkildə tənzimlənməsini təmin etməyə imkan vermir. Doktrina “zərərin (deliktin) vurulduğu yerin qanunu” formulunu sərt (“amansız”) kollizion prinsip hesab edir (həmin prinsipin bu xüsusiyyəti hüquq ədəbiyyatinda tənqid olunmuşdur) və onun bu xüsusiyyəti ayrıca götürülmüş hər bir konkret halda məsələnin ədalətlə həll olunmasını çətinləşdirir. Buna görə delikt öhdəliyini çevik kollizion prinsiplərin köməyi ilə tənzimlənməsinə ehtiyac yaranır. Çevik kollizion prinsiplər dedikdə, elə bağlama formulları başa düşülür ki, bu formullar atrı-aurı konkret praktiki hallara tətbiq olunmaq üçün müəyyənləşdirir.
Dördüncüsü, obyektiv mülki məsuliyyətin (təqsirsiz mülki məsuliyyətin, yəni təqsirdən asılı olmayan mülki məsuliyyət) sferasının genişlənməsi yeni kollizon məsələlərin yaranmasına səbəb olur. Belə məsələlərin yalnız “zərərin vurulduğu yerin qanunu” kimi kollizion prinsipin köməyi ilə həll olunması kifayət etmir.
Beşincisi, mülki məsuliyyətin sığortasının geniş səviyyədə tətbiq olunması şəraitində yeni kollizion məsələ yaranır. Bu məsələnin həlli “zərərin (deliktin) vurulduğu yerin qanunu” kollizion prinsipinin məhdudlaşdırılmasına səbəb olur.
Göstərdiyimiz səbəblərə görə XX əsrin 60-cı illərindən başlayaraq delikt öhdəliyinin kollizion tənzimlənməsində dəyişiklik baş verir. Bunun nəticəsində hal
– hazırda xarici elementli və beynəlxalq xarakterli delikt öhdəliyinin müxtəlif növlərinin (zərərvurmanın müxtəlif hallarının) kollizion tənzimlənməsi üçün yalnız “zərərin vururlduğu yerin qanunu” kollizion prinsipindən istifadə edilmir; artıq o, delikt öhdəliyinin kollizion məsələlərini həll etməyin yeganə prinsipi sayılmır. Amma həmin prinsipdən delikt münasibətlərində ənənəvi olaraq əsas kollizion prinsip kimi istifadə olunur. Bu əsas kollizion prinsip digər kollizion prinsiplərlə (çevik kollizion prinsiplərlə) kombinasiya edilmiş (uyğunlaşdırılmış) şəkildə alternativ əsaslarla tətbiq edilir. Digər kollizion prinsiplər dedikdə, başa düşülür: delikt münasibətlərinin daha sıx bağlı olduğu ölkənin qanunu; delikt münasibəti tərəflərinin bağlı olduğu ölkənin qanunu (vətəndaşı olduğu ölkənin qanunu; daimi yaşadığı ölkənin qanunu); məhkəmənin mənsub olduğu ölkənin qanunu; bayraq qanunu; nəqliyyat vasitəsinin qeydiyyata alındığı yerin qanunu. Delikt öhdəliyinin kollizion – hüquqi tənzimlənməsinin müasir inkişaf tendensiyası (meyli) bundan ibarətdir. xarici qanunvericiliyin və beynəlxalq müqavilə praktikasının inkişafı məhz bu meylə əsaslanır. “Zərərin deliktin vururlduğu yerin qanunu” kimi klassik kollizion prinsipdən ilk dəfə olaraq ABŞ qanunvericiliyi kənara çıxmış, necə deyərlər, ondan uzaqlaşmışdır. Belə ki, qanunların münaqişəsi haqqında I qanunlar külliyatı (1934) bu prinsipdən çıxış edir; bunun nəticəsində o, ABŞ praktikasında bir müddət geniş surətdə tətbiq olunmuşdur. amma II qanunlar külliyyatı isə əsas və başlıca kollizion prinsip kimi “delikt münasibətləri ilə və tərəflərlə daha sıx zəruri xxxxx xxxx qanun”xxx istifadə edir. Hansı qanunun (zərərin vurulduğu yerin qanununun, yoxsa zərərin yarandığı yerin qanununun) delik mnasibətləri ilə daha sıx (zəruri) bağlı olması məsələsinə gəldikdə, qeyd etməliyik ki, bu məsələni məhkəmə həll edir. Tərəflərin daha sıx hansı qanunla bağlı olması məsələsi isə onların vətəndaşı olduğu ölkənin qanunu və ya yaşadığı yerin qanunu ilə müəyyən edilir.
ABŞ-ın bir xxx ştatları “daha sıx xxxxx xxxx qanun” prinsipindən imtina edərək Amerika hüquq doktrinasında əsaslandırılan “dövlər mənafeyinin nəzərə alınması” (Governmental İnterest analysis) nəzəriyyəsini dəstəkləmişdir. Bu nəzəriyyəyə görə,
delikt öhdəliyinə tətbiq edilməli xxxx qanun dövlət mənafeyi nəzərə alınmaqla müəyyənləşdirilir.
“Daha xxx (sıx) bağlı olmaq” kollizon prinsipi bəzi Avropa ölkələrinin və digər ölkələrin qanunvericiliyinə müəyyən dərəcədə təsir göstərmişdir. Belə ki, həmin prinsip bir sıra ölkələrin qanunvericiliyi tərəfindən qəbul olunmuşdur. Məsələn, Avstriyanın beynəlxalq xüsusi hüquq haqqında qanunu (1978) “zərərlə nəticələnən hərəkətin edildiyi yerin qanunu” formulunu əsas kollizion prinsip kimi tanıyır; amma delikt münasibətlərinin tərəfləri müəyyən dövlətlə daha sıx bağlı olarsa, həmin dövlətin qanunu tətbiq edilir. “
Macarıstanın beynəlxalq xüsusi hüquq haqqında qanununda delikt məsuliyyəti ilə əlaqədar müxtəlif situasiyalar üçün kollizion normalar nəzərdə tutulub. Burada da əsas kollizion prinsip kimi ziyanın vurulduğu yerin qanunu göstərilir. Əgər tərəflərin (ziyan vuran və zərər çəkən ) daimi yaşayış yerləri (domicilii) üst-üstə düşərsə, yəni bir dövlətin ərazisində yerləşirsə, onda həmin dövlətin hüququna üstünlük verilir. Qanuna görə ziyana səbəb xxxx hərəkətin yol hərəkəti qaydaları və ya digər təhlükəsizlik normaları baxımından hüquqa zidd olması həmin hərəkətin törədildiyi ölkənin hüququna əsasən müəyyən edilməlidir. Qeydiyyatdan keçən nəqliyyat vasitələrində və ya hava gəmisində Milli yurisdiksiyadan kənarda baş verən ziyan vuran hərəkət və ya hərəkətsizlik və onun nəticələri isə nəqliyyat vasitəsinin qeydiyyatdan keçdiyi ölkənin hüququna tabedir. Macarıstan qanunu ilə qeyri-hüquq hesab edilməyən hərəkətlər, habelə Macarıstan hüquq qaydasına yaranma əsası məlum olmayan hallar məsuliyyətə səbəb ola bilməz.
İsveçrə beynəlxalq xüsusi hüqüq haqqında qanunu ziyan vurma nəticəsində əmələ gələn öhdəliyi tərəfləpin adı yaşayış yerləri üst-üstə düşdüyü halda həmin ölkənin hüququna tabe edir. Əgər tərəflərin adı yaşayış yerləri müxtəlif dövlətlərin ərazisindədirsə, onda ziyanın vurulmasına səbəb xxxx hərəkətin törədildiyi ölkənin hüququna üstünlük verilir. Belə hərəkətin zərərli nəticələri digər ölkədə baş verərsə vəziyan vuran bunu görməli halda, ziyanın baş verdiyi ölkənin hüququ tətbiq edilir.
AFR-də bu sahədə tarixən ziyanın vurulduğu yerin qanununa istinad edilib.1 Bununla yanaşı xxxxx hüququ «hərəkətin baş verdiyi» və «ziyanın vurulduğu yer»
anlayışlarını bir-birindən fərqləndirir. Onlar bir dövlətin hüquqları ilə məhdudlaşmadıqda məhkəmə zərərçəkənin mənafeyinin müdafiəsi baxımından daha əlverişli xxxx hüququ tətbiq etməlidir. Bu zaman zərərçəkən tərəf özü də həmin iki qanundan birini seçə bilər. Tərəflərin ziyan vurulan zaman adı yaşayış yerləri üst-üstə düşdükdə isə həmin ölkənin hüququ tətbiq edilməlidir.
Yaponiya qanunvericiliyinin müxtəlif normalarının əsasında da lex loci delicti commissii prinsipi durur. Xxxxx həmin normanın xaricdə baş verən və Yaponiya qanunlarına əsasən hüquqa zidd hesab edilməyən əməllərin tətbiqinə yol verilmir.
İngiltərədə bu istiqamətdə ənənəvi olaraq məhkəmənin qanunu (lex fori) tətbiq edilmişdir. Keçən əsrin 90-cı illərindən etibarən delikt münasibətlərin digər Avropa ölkələrində olduğu kimi tənziminə üstünlük verilməyə başlanmış, ziyanın vurulduğu yerin qanunu əsas prinsipə çevrilmişdir. Yalnız delikt münasibətin daha sıx əlaqəli olduğu hüquq istisna təşkil edə bilər ki, belə hallara da tərəflərin adı yaşayış yerlərinin üst-üstə düşməsi, onlar arasında müqavilə münasibətləri və s. aid edilir.
2. Müqavilədən kənar öhdəliklərinin beynəlxalq – hüquqi tənzimlənməsi
Çoxtərəfli beynəlxalq müqavilələr.
Xarici elementli və beynəlxalq xarakterli delikt öhdəliklərinin tənzimlənməsində beynəlxalq müqavilələr böyük rol oynayırlar. Delikt öhdəliklərin beynəlxalq – hüquqi tənzimlənməsi hə çoxtərəfli, həm də ikitərəfli beynəlxalq müqavilə səviyyəsində həyata keçirilə bilər. delikt öhdəliklərini beynəlxalq müqavilələr həm unifikasiyalaşdırılmış kollizion normaların, həm də unifikasiyalaşdırılmış maddi normaların köməyi ilə nizamlayır.
Xxxxxxxxxx Məcəlləsi (1928) delikt öhdəliyinə toxunan ilk çoxtərəfli beynəlxalq müqavilələrdən biri sayılır. Burada delikt öhdəliyinin kollizion tənzimlənməsi haqqında xxxxx nəzərdə tutulmuşdur. Həmin xxxxx “zərərin (deliktin) vurulduğu yerin qanunu” kimi kollizion prinsipdən çıxış edir.
Bir sıra çoxtərəfli müqavilələr, bir qayda olaraq, yüksək təhlükə mənbəyinin törətdiyi hüquq pozuntusunun (deliktin) ayrı-ayrı növlərinə görə mülki məsuliyyət müəyyən edir. Həmin müqavilələrin əsas xüsusiyyəti ondan ibarətdir ki, onlar delikt münasibətlərini tənzimləməkdən ötrü əsasən və başlıca olaraq kollizion metodan xxx, xxxxx metoddan istifadə edir: burada kollizion normalarla müqayisədə unifikasiyalaşdırılmış maddi hüquq normaları üstünlük təşkil edir ki, delikt münasibətlərinin maddi metodla tənzimlənməsi məhz bu normaların vasitəsi ilə həyata keçirilir. Dənizin neftlə çirklənməsindən vurulan zərərə görə mülki məsuliyyət haqqında konvensiya (Brüssel, 1969) belə müqaviləılərdən biri sayılır. Bu konvensiya dənizin neftlə çirklənməsi ilə əlaqədar olaraq yaranan delikt münasibətləri sahəsində maddi hüquq normalarını unifikasiya edir.
Brüssel konvensiyası neft daşıyan gəmidən (tankerdən) dənizə neft tökülməsinə və axmasına görə gəmi sahibi (mülkiyyətçisi) üçün mülki məsuliyyət nəzərdə tutulur. Ona görə ki, ən ağır nəticəsi xxxx dəniz hadisələrindən biri dənizin
neftlə (xüsusən də xam neftlə) çirklənməsi sayılır. Belə hadisələr ətraf mühitə son dərəcə böyük zərər vurur ki, həmin zərərin miqdarı milyanlarla ölçülür.
Brüssel konvensiyasının 3-cü maddəsinə görə gəmi mülkiyyətçisi xxxx şəxs məsuliyyət daşıyır. vacibdir ki, həmin şəxs hadisə (insident) baş verən halda gəminin mülkiyyətçisi olsun. Buna görə də nə operator, nə gəmini fraxt edən (kirayəyə götürən), nə agent, nə heyət üzvləri, nə əmədaşlar, nə səhmdarlar, nə də dövlət dəniz neftlə çirkləndirilməsi nəticəsində vururlmuş zərərə görə məsuliyyət daşıyırlar.
Gəmi mülkiyyətçisi bir sıra hallarda məsuliyyətdən azad edilir. Belə hallara aiddir: hərbi və ona oxşar xxxx digər əməliyyatlar; təbii fəlakət; üçüncü şəxsin zərər vurmaq niyyəti ilə törətdiyi əməl; hakimiyyətin laqeyidliliyi və ya digər hüquqazidd hərəkəti. Amma məsuliyyətdən azad olunmaq üçün gəmi mülkiyyətçisi zərərin bu hallar nəticəsində vurulduğunu sübut etməlidir. Gəmi mülkiyyətçisi həm də zərərçəkənin özünün təqsiri olduqda, məsuliyyətdən azad edilir.
Çirklənmə nəticəsində vurulan zərər dedikdə, neft daşıyan gəmidən kənarda vurulan xxxxx xxxx düşülür. Çirklənmə isə neftin axması və ya tökülməsi nəticəsində baş verir. özü də çirklənmə geniş mənada başa düşülərək özündə həm də zəhərli təsirləri birləşdirir.Konvensiyaya görə, zərərçəkənə həm real (birbaşa) zərərin əvəzi, həm də əldən çıxmış faydanın əvəzi ödənilir.
Dənizin neftlə çirkləndirilməsi nəticəsində böyük zərər vurulmasını nəzərə alaraq Brüssel konvensiyası mülkiyyətçisinin üzərinə ağır məsuliyyət qoyulur. Bu məsuliyyətə görə, gəmi mülkiyyətçisi təqsirdən asılı olmayaraq məsuliyyət daşıyır (obyektiv və ya mütləq məsuliyyət). Zərərçəkmiş şəxsin ona zərər vurulmasını, habelə zərərlə çirklənmə çirklənmə arasında əlaqə olmasını sübut etməsi kifayətdir.
Brüssel konvensiyası məhdud məsuliyyət (məsuliyyətin məhdudlaşdırılması) prinsipindən çıxış edir. Belə ki, konvensiya gəmi mülkiyyətçisinin məsuliyyət həddini müəyyən edir. Ümumi məsuliyyət həddi 14 milyon SDR-dən (20.384.000 ABŞ dollarında) xxx xxx bilməz.
Brüssel konvensiyasının tənzimlədiyi münasibətlərin əhatə dairəsi bir o qədər də geniş deyil. Onun nizamasalma predmetinə yalnız tankerlərlə (neft daşımaq üçün
gəmilərlə) xxxx xxxxxxx neft daşınması zamanı çirklənmə nəticəsində yaranan delikt münasibəti (məsuliyyəti) daxildir.
Delikt münasibətinin (məsuliyyətinin) tənzimlənməsində xarici hava gəmilərinin yerdə üçüncü şəxslərə vurduğu zərər barədə konvensiya da (Roma, 1952) iştirak edir. Burada məsuliyyətin şərtləri və həddi 9məhdudlaşdırılması) müəyyən edilir. Zərər hava gəmisi istismarçıçının qəsdi nəticəsində vurduğu hallarda məsuliyyət məhdudlaşdırılmır.
Roma konvensiyası zərərçəkənin mənafeyini qorumaq üçün obyektiv (mütləq) məsuliyyət müəyyən edir. Bu məsuliyyətə görə, zərərvuran (o, yüksək təhlükə mənbəyinin sahibidir) zərərin əvəzini təqsirdən asılı olayaraq ödəyir. Konvensiya məsuliyyətdən azad olunma hallarını da müəyyən edir. Belə hallara aiddir: hərbi münaqişə; müharibə; zərərçəkənin təqssiri nəticəsində zərər vurulması (bu zaman zərərvuran zərərçəkənin təqsirini sübut etsə, əvəz ödəmənin miqdarı azaldılır). Hava gəmisinin istismarçısı qarşısı alınmaz qüvvə halında (təbii fəlakət formasında) isə məsuliyyət daşıyır. Roma konvensiyasında unifikasiyalaşdırılmış maddi normalar üstünlük təşkil edir.
Roma konvensiyası zərərin əvəzini ödəmək üçün məsuliyyətin sığortası, bank təlimatı və s. daxil olmaqla təminay xarakterli tədbirlər müəyyən edir. Ölüm və ya bədənə xasarətlə əlaqədar olaraq məsuliyyətin həddi 530.000 frankdan xxx olmur.
Nüvə zərərinə görə mülki – hüquqi məsuliyyət müəyyən edən çoxtərəfli beynəlxalq müqavilələrin əhəmiyyəti daha böyükdür. Bu zərər nüvə fəaliyyəti nəticəsində vurulur ki, bir sira beynəlxalq konvensiyalar məhz bu məsələnin tənzimlənməsinə həsr edilmişdir. Həmin konvensiyalara aiddir:
• nüvə enercisi sahəsində üçüncü şəxs qarşısında məsuliyyət barədə konvensiya (Paris, 1960);
• əlavə konvensiya (Brüssel, 1963);
• nüvə gəmisi operatorlarının məsuliyyəti barədə konvensiya (Brüssel, 1962);
• atom gəmisi sahiblərinin məsuliyyəti haqqında konvensiya (Brüssel, 1962);
• nüvə zərərinə görə məsuliyyət haqqında konvensiya (Vyana, 1963);
nüvə materiallarının dəniz daşıması sahəsində mülki məsuliyyət haqqında konvensiya (1971).
Nüvə fəaliyyəti nəticəsində vurulan ziyanın ödənilməsi ilə əlaqədar qaldırılan iddialara münasibətdə məhkəmənin yurisdiksiyasını müəyyən etmək üçün Vyana və Paris konvensiyalarında əsas kollizion bağlanma kimi «nüvə insidentinin baş verdiyi yer» meyarından, subsidiar kollizion bağlanma kimi isə «nüvə qurğusuna görə məsuliyyət daşıyan dövlətlər» (Vyana Konvensiyası) və ya «nüvə qurğusunun yerləşdiyi dövlət» (Paris Konvensiyası) meyarından istifadə edilmişdir. Hər iki konvensiyaya görə ödəmənin xarakteri, forması və həcmi ilə bağlı məsələlər səlahiyyətli məhkəmənin qanunu üzrə həll edilir.
1963-cü il Vyana, 1962-ci il Brüsselkonvensiyalarında nüvə fəaliyyəti nəticəsində vurulan ziyana görə məsuliyyəti istisna edən hallar da nəzərdə tutulmuşdur. Belə ki, silahlı münaqişə, hərbi əməliyyat, vətəndaş müharibəsi və xxxxx xxxxxx nüvə insidentinin vurduğu ziyana görə nüvə qurğusunun operatoru məsuliyyətdən azad olunur. Bəzi hallarda isə təbii fəlakət halının mövcudluğu belə məsuliyyəti aradan qaldırmır. Müqavilədən kənar öhdəliklərin tez-tez təsadüf olunduğu sahələrdən biri də beynəlxalq daşımalarla bağlıdır. Bu istiqamətdə bağlanmış çoxtərəfli beynəlxalq müqavilə kimi 1971-ci il yol-nəqliyyat hadisələrinə tətbiq edilən hüquq haqqında Haaqa Konvensiyasını qeyd etmək olar. Yol-nəqliyyat hadisələrinə tətbiq ediləcək hüquqla bağlı əsas prinsip kimi «hüquq pozuntusu törədildiyi yerin qanununa» istinad edən Xxxxxxxxxx həmin bağlanmaya əsasən hətta onun iştirakçısı olmayan dövlətin hüququnun tətbiqini də nəzərdə tutur. Konvensiyada «daha sıx xxxxx xxxx hüquq», «nəqliyyat vasitəsinin qeydə alındığı yerin qanunu» kimi subsidiar kollizion bağlanmaların da müəyyən şəraitdə tətbiqi göstərilmişdir.
Dövlətlər arasında inteqrasiya dərinləşdikcə delikt münasibətlərin çoxtərəfli konvensiyalar vasitəsilə tənzimlənməsinə tələbat da artır və buna müvafiq olaraq konvensiyaların sayı ildən-ilə çoxalır.
İkitərəfli beynəlxalq müqavilələr.
Delikt münasibətlərinin beynəlxalq-hüquqi tənzimlənməsi həm də ikitərəfli beynəlxalq müqavilələr çərçivəsində həyata keçirilir. Bu müqavilələrdə delikt münasibətlərinin kollizion-hüquqi tənzimlənməsi barədə normalar nəzərdə tutulmuşdur. Bu normalar müəyyən edir ki, zərər vurulduğu halda yaranan delikt münasibətlərinə hansı ölkənin qanunu tətbiq edilməlidir.
AR RF, Gürcüstan, Qazaxstan, Özbəkistan, Qırğızstan, İran, Litva, Türkiyə və digər dövlətlərlə hüquqi yardım haqqında ikitərəfli beynəlxalq müqavilələr bağlamışdır. Bu müqavilələr, bir qayda olaraq, delikt münasibəti sahəsində “zərərin (deliktin) vurulduğu ölkənin qanunu” (lex loci delictİ) bağlama formulunu əsas kollizion prinsip kimi nəzərdə tutur. Bu prinsip əsasında delikt öhdəliyinin kollizion – hüquqi tənzimlənməsi həyata keçirilir. Məsələn, Gürcüstan Respublikası ilə bağlanmış müqaviləyə görə.ş zərərin əvəzinin ödənilməsi barədə öhdəlik (yəni delikt öhdəliyi) o iştirakçı dövlətin qanunu ilə müəyyən edilir ki, zərərin əvəzinin ödənilməsi barədə tələb üçün əsas xxxx hərəkət və ya digər hal həmin dövlətin ərazisində baş versin (müqavilənin 23 – cü maddəsinin 1 – ci bəndi). Burada söhbət, əlbəttə, “lex loci delicti” (deliktin, yəni zərərin vurulduğu ölkənin qanunu) kollizion prinsipdən gedir.
Ikitərəfli müqavilələr əsasında həm də tərəfləri (zərərvuran və zərərçəkən) eyni iştirakçı dövlətin vətəndaşlarından ibarət xxxx delikt münasibətlərinin kollizion – hüquqi tənzimlənməsi həyata keçirilir. Belə ki, delikt münasibətlərinin tərəfləri (zərərvuran və zərərçəkən) eyni iştirakçı dövlətin vətəndaşı olurlar. Bu cür delikt münsibətinin kollizion – hüquq tənzimlənməsi üçün ikitərəfli müqavilələrin nəzərdə tutduğu kollizion prinsiplər eyni deyildir. Məsələn, Azərbaycan Respublikası ilə RF arasında hüquqi yardım haqqında bağlanmış ikitərəfli müqaviləyə (1992) görə, zərərvuran və zərərçəkən eyni iştirakçı dövlətin vətəndaşıdırsa, ərizə verildiyi məhkəmənin mənsub olduğu ölkənin qanunu tətbiq edilir (həmin müqavilənin 40-cı maddəsi). Bu, o deməkdir ki, delikt münsibətini tənzimləmək üçün məhkəmənin mənsub olduğu ölkənin qanunu (lex fori) tətbiq edilməlidir. Məsələn, əgər RF ərazisində Azərbaycan Respublikası vətəndaşları bir – birinə zərər vuraralarsa,
yaranmış delikt münasibətinə RF – in qanunu tətbiq ediləcəkdir, bir şərtlə ki, tərəflər RF məhkəməsinə müraciət etsinlər. Xxx, əgər tərətlər Azərbaycan Respublikasının məhkəməsinə müraciət edərlərsə, onda delikt münsibəti bizim ölkə qanunu əsasında tənzimlənəcəkdir.
Bəzi ikitərəfli müqavilələrə görə, delikt münasibətinin tərəfləri xxxx zərərvuran və zərərçəkən eyni iştirakçı dövlətin vətəndaşları olarlarsa və ya eyni iştirakçı dövlətin ərazisində yaşayarlarsa, həmin dövlətin qanunu tətbiq edilir. Bu, o deməkdir ki, delikt münasibətinə “tərəflərin vətəndaşı olduğu ölkənin qanunu” (əgər delikt münasibətinin tərəfləri eyni dövlətin vətəndaşı olarlarsa), ya da “tərəflərin yaşadıqları ölkənin qanunu” (əgər delikt münasibətinin tərəfləri eyni dövlətin ərazisində yaşayarlarsa) tətbiq olunur. Söhbət şəxsi qanun (lex personalis) formulunun hər iki variantının (vətəndaşlıq qanunu – lex patriae; şəxsin yaşadığı yerin qanunu – lex domicilii) tətbiqindən gedir. Məsələn, Gürcüstanla bağlanmış müqavilə həriki kollizion prinsipi nəzərdə tutur (müqavilənin 23 – cü maddəsinin 2 – ci bəndi).
3. Azərbaycan Respublikasının qanunvericiliyində müqavilədən kənar öhdəliyinin kollizion məsələləri
Azərbaycan Respublikasında xarici elementli (beynəlxalq xarakterli) delikt öhdəliyinin və müqavilədənkənar öhdəliyin digər növü xxxx kondikasiya öhdəliyinin (əsassız varlanma öhdəliyinin) kollizion - hüquqi tənzimlənməsi əsasən və başlıca olaraq “Beynəlxalq xüsusi hüquq haqqında” qanunun vasitəsilə həyata keçirilir. Həmin qüanunun “Müqavilədənkənar öhdəliklər” adlı VI fəsli məhz bu öhdəliklərin tənzimlənməsinə həsr edilmişdir. Bu fəslə daxil xxxx maddələrdən biri (16 – cı maddə) delikt öhdəliyinin bir növü kimi tanınan istehlakçıya vurulmuş zərərdən əmələı gələn öhdəliyin, üçüncü maddə (28 – ci maddə) isə müqavilədənkənar öhdəliyin növlərindən xxxx xxxx kondikasiya öhdəliyinin (əsassız varlanma öhdəliyinin) kollizion məsələsini həll edir. Bu maddələrdə delikt bə kondikasiya öhdəliyinin kollizion tənzimlənməsi haqqında kollizion normalar ifadə olunmuşdur.
Göstərilən qanundan başqa, delikt öhdəliyinin kollizion – hüquq tənzimlənməsi barədə normalar digər normatıv aktlarda da, məsələn, Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində də nəzərdə tutulmuşdur.
Azərbaycan Respublikasının qanunvericiliyi bizim ölkə ərazisində yaranan xarci elementli (beynəlxalq xarakterli) delikt öhdəliyinin kollizion məsələsini həll etmək üçün “zərərin (deliktin) vurulduğu yerin qanunu” (lex loci delict) kimi kollizion prinsipdən istifadə edir. Belə ki, qanun nəzərdə tutduğu kollizion normaya görə, delikt öhdəlikləri (ziyan vurma nəticəsində əmələ gələn öhdəliklər) üzrə tərəflərin hüquq və vızifələri zərərin əvəzini ödəmək haqqında tələbin irəli sürülməsi üçün əsas xxxx hərəkətin və ya digər halın baş verdiyi ölkənin qanunu ilə müəyyən edilir (“Beynəlxalq xüsusi hüquq haqqında “ qanunun 26 – cı maddəsinin 1 – ci bəndi). Zərərli və digər əməl hansı ölkənin ərazisində törədilmişsə, o ölkənin də qanunu tətbiq edilməlidir.
Əgər Azərbaycan Respublikasında zərər vurularsa, yaranan delikt öhdəliyində iştirak edən tərəflərin (zərərvuranın və zərərçəkənin) vətəndaşlığından asılı olmayaraq, Azərbaycan Respublikasının qanunu tətbiq ediləcəkdir, yəni delikt öhdəliyi bizim ölkə qanunu ilə tənzimlənməlidir. Məsələn, xarici vətəndaş Azərbaycan Respublikası ərazisində olarkən ehtiyatsızlıqdan bizim ölkə vətəndaşlarından birinin əmlakını xarab edərək onu istifadə üçün tam yarasız hala salır. Belə halda delikt öhdəliyi əmələ gəlir ki, həmin öhdəlik Azərbaycan Respublikasının qanunu ilə tənzimlənir, yəni həmin öhdəliyin tərəfləri xxxx zərərvuran və zərərçəkəninin hüquq və vəzifələri bizim ölkə qanunu ilə müəyyən edilir. Ona görə ki, zərər Azərbaycan Respublikasının ərazisində vurulmuşdur. Sual olunur: əgər Azərbaycan Respublikasının vətəndaşı başqa ölkə ərazisində xarici vətəndaşa zərər vurarsa, əmələ gələn delikt öhdəliyinə hansı ölkənin (xarici ölkənin, yoxsa Azərbaycan Respublikasının) qanunu tətbiq edilməlidir?
Qeyd etmək lazımdır ki, “Beynəlxalq xüsusi hüquq haqqında” qanununun 26-cı maddəsinin 1-ci bəndində ifadə olunan və “zərərin (deliktin) vurulduğu yerin qanunu” kimi prinsip müəyyənləşdirən kollizion xxxxx birtərəfli xxx, ikitərəfli normadır. Buna görə də həmin xxxxx həm Azərbaycan Respublikasıda, həm onun
hüdudlarından kənarda (xaricdə) delikt öhdəliyinə tətbiq edilə bilər. Digər tərəfdən xarici elementli delikt öhdəlikləri həmin kollizion normalara əsasən həm Azərbaycan Respublikasının qanunu ilə, həm də xarici ölkənin qanunu ilə tənzimlənə bilər. Məsələn, öz minik avtomobili ilə xarici ölkəyə səfərə çıxan Azərbaycan Respublikası vətəndaşı orada avtomobil qəzası nəticəsində xarici vətəndaşa zərər vurur. Zərərçəkən xarici vətəndaş Azərbaycan Respublikası məhkəməsinə ona vurulmuş zərərin əvəzinin ödənilməsi barədə iddia ilə müraciət edir. Məhkəmə belə halda Azərbaycan Respublikasının qanununu xxx, xarici ölkənin qanununu tətbiq etməlidir. Zərərin (deliktin) vurulduğu yer dedikdə nə başa düşülür? Zərərin (deliktin) vurulduğu yeri müəyyən etmək üçün hansı meyardan istifadə etmək lazımdır: zərə vurulmasına səbəb xxxx hərəkətin edildiyi yer, yoxsa zərərin müəyyən edildiyi yer (hərəkətin doğurduğu zərərli nəticənin baş verdiyi yer) kimi meyardan? Zərərvuran və zərərçəkən arasında əmələ gələn konkret delikt öhdəliyinə hansı ölkənin
qanununun tətbiq edilməsi məhz bu suala verilən cavabdan asılıdır.
Son onilliklər xxxx-texniki inkişafla bağlı olaraq qeyd etdiyimiz məsələ böyük əhəmiyyət kəsb edir. Ayrı-ayrı dövlətlərin qanunvericiliyi bu məsələni eyni xxx, müxtəlif cür həll edir. Azərbaycan Respublikasının qanunvericiliyinə gəldikdə isə qeyd etməliyik ki, “Beynəlxalq xüsusi hüquq haqqında” qanunun 26-cı maddəsinin 1- ci bəndinə görə, hər iki meyardan istifadə etmək olar: bu maddədə işlədilən “hərəkət və ya digər hal” ifadələri hər iki meyarın tətbiq olunması deməkdir. Məsələnin hansı meyar əsasında həll edilməsi isə məhkəmədən asılıdır.məhkəmə işin konkret hallarını nəzərə alaraq bu və ya digər meyar əsasında zərərin (deliktin) vurulduğu yeri müəyyən edir.
“Zərərin (deliktin) vurulduğu yerin qanunu” (lex loci delicti) delikt öhdəliyi sahəsində ümumi və əsas kollizion prinsip sayılır. Xxxxx bu prinsipdən istisna müəyyən edilə bilər. Bu zaman “zərərin (deliktin) vurulduğu yerin qanunu” kollizion prinsipinin tətbiqi məhdudlaşdırılır. Belə ki, eyni dövlətin vətəndaşı hər hansı xarici dövlətdə olarkən, bir-birinə zərər vura bilərlər. Başqa sözlə desək, xarici dövlət ərazisində yarana delikt öhdəliyində iştirak edən tərəflər (zərərvuran və zərərçəkən) eyni bir dövlətin vətəndaşları ola bilərlər. Bu zaman delikt öhdəliyinə hansı dövlətin
(zərər vurulduğu ölkənin, yoxsa zərərvuran və zərərçəkən vətəndaşı olduğu ölkənin)qanunu tətbiq ediləcəkdir?
Qeyd etmək lazımdır ki, bu, son zamanlar beynəlxalq xüsusi hüquqi doktrinasında müzakirə olunan nisbətən yeni məsələdir; həmin məsələ bir xxx xarici ölkənin qanunvericiliyində öz ifadəsini tapmışdır. Keçən əsrin axırlarında bir sıra xarici ölkələrin praktikası belə nəticəyə gəlmişdir ki, əgər zərər müəyyən bir dövlət ərazisində vurularsa, zərərvuran və zərərçəkən isə başqa dövlətin vətəndaşları olarlarsa, onlar arasında yaranan delikt öhdəliyinə zərərin vurulduğu ölkənin qanunu (lex loci delicti) xxx, zərərvuranın və zərərçəkənin vətəndaşı olduğu ölkənin qanunu (lex patriae) tətbiq ediləcəkdir. Prktikanın bu nəticəsi kollizion hüquq norması şəklində sonralar bir xxx xarici ölkələrin qanunvericilitində öz rəsmi ifadəsini tapdı. Məsələyə bu cür yanaşma məqsədə uyğun olub, delikt öhdəliyinin tərəfləri arasında məsuliyyətin məntiqi şəkildə bölüşdürülməsini təmin edir. Şübhə yoxdur ki, tərəflərin tabe olduqları hüquq sistemi ilə, onların vətəndaşı olduqları ölkənin qanunvericiliyi əsasında delikt öhdəliyi daha ədalətlə tənzimlənə bilər.
Göstərdiyimiz kollizion xxxxx ikitərəfli xxxxx şəklində Azərbaycan Respublikasının qanunvericiliyinə də məlumdur. Belə ki, xaricdə vurulan ziyan nəticəsində əmələ gələn öhdəliklər üzrə tərəflərin hüquq və vəzifələri eyni dövlətin vətəndaşları və ya hüquqi şəxslərdirsə, həmin dövlətin hüququ ilə müəyyən edilir (“Beynəlxalq xüsusi hüquq haqqında” qanunun 26-cı maddəsinin 2-ci bəndi). Bu xxxxx gördüyümüz kimi, “zərərin (deliktin) vurulduğu yerin qanunu” (lex loci delicti)kollizion prinsipindən xxx, vətəndaşlıq qanunu (lex patriae) kollizion prinsipindən çıxış edir. Məsələn, xarici dövlətin birində turist səfərində olarkən iki Azərbaycan Respublikası vətəndaşı bir-birilə dalaşır. Dalaşma zəminində onlardan biri digərinə zərər vurur. Bunun nəticəsində həmin vətəndaşın sağlamlığı pozulur və delikt öhdəliyi yaranır ki, həmin öhdəlik zərər vurulduğu xarici ölkənin qanunu ilə xxx, Azərbaycan Respublikasının qanunu ilə tənzimlənəcəkdir. Amma xarici dövlətin iki vətəndaşından biri digərinə Azərbaycan Respublikasında zərər vurarasa, onda delikt öhdəliyinə xarici dövlətin qanunu (vətəndaşlıq qanunu) xxx, Azərbaycan
Respublikasının qanunu (zərərin vurulduğu ölkənin qanunu) tətbiq ediləcəkdir. Ona görə ki, barəsində danışdığımız kollizion xxxxx xaricdə vurulan ziyan nəticəsində əmələ gələn öhdəliyi tənzimləyir, Azərbaycan Respublikasında əmələ gələn öhdəliyi xxx.
Azərbaycan Respublikası qanunvericiliyinin delikt öhdəliyi barədə nəzərdə tutduğu kollizion normalar MDB ölkələri üçün Model Mülki Məcəlləsinin müvafiq normalarını təkrarlayır ki, həmin normalar onun 1229-cu maddəsində müəyyən edilmişdir. Müvafiq normalara Belorusiya, Özbəkistan, Qırğızıstan və digər MDB dövlətlərinin mülki məcəlləsində də rast gəlmək olar.
Yeri gəlmişkən qeyd edək ki, “vətəndaşlıq qanunu” (lex patriae) kollizion prinsipini nəzərdə tutan kollizon xxxxx birtərəfli xxxxx şəklində sovet qanunvericiliyində də formulə edilmişdi. Sovet qanunvericiliyində göstərilirdi ki, xaricdə vurulan ziyan nəticəsində əmələ gələn öhdəliklər üzrə tərəflərin hüquq və vəzifələri tərəflər sovet vətəndaşları və ya sovet təşkilatları olduqda, sovet qanunu ilə müəyyən edilir (SSRİ və müttəfiq Respublikaların mülki qanunvericiliyinin Əsaslarının 1261-cı maddəsinin 2-ci hissəsi; RSFSR-in MM-nin 5664-cü maddəsi; Azərbaycan SSR-in MM-nin 571-4-cü maddəsi və s.)
İstehlakçıya vurulan zərərdən əmələ gələn delikt öhdəliyinin kollizion məsələsi. İstehlakçıya vurulan zərərdən (ziyandan) əmələ gələn öhdəlik deliktin xüsusi növüdür. Bu öhdəlik növü, adətən, ticarət, məişət və istehlakçıya göstərilən digər xidmət sahələrində yaranır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 61-ci fəslində ifadə olunan normalar (1128-1132-ci maddələr) həmin öhdəliyin tənzimlənməsinə həsr edilmişdir ki, bu normalar istehlakçının mənafeyinin qorunması məqsədinə xidmət edir. Keyfiyyətsiz məhsul (satılmış qüsurlu mal, görülmüş iş və ya göstərilmiş xidmət) nəticəsində istehlakçının həyatına, sağlamlığına və ya əmlakına vurulmuş ziyanın əvəzini malın satıcısının (icraçının, yəni iş xxxxxx və ya xidmət göstərmiş şəxsin) ödəməsi bu öhdəliyin mahiyyətini təşkil edir. Məsələn, satıcı istehlakçıya (alıcıya) gizli qüsuru xxxx keyfiyyətsiz televizor (və ya soyuducu) satır.
«Beynəlxalq xüsusi hüquq haqqında» Qanun müqavilədən kənar öhdəliklərin bir növü xxxx istehlakçıya dəyən ziyana görə məsuliyyətin müəyyən edilməsi zamanı hansı hüququn tətbiq edilməsi məsələsinə də aydınlıq gətirmişdir. Qanunun 27-ci maddəsinə görə malın alınması və ya xidmətin göstərilməsi ilə əlaqədar istehlakçıya dəyən ziyanın ödənilməsi haqqında tələbə istehlakçının seçimi əsasında aşağıdakı üç kollizion bağlanmadan biri tətbiq edilə bilər: 1) istehlakçının yaşadığı və ya adətən olduğu ölkənin hüququ; 2) istehlakçının və ya xidmət göstərən şəxsin yerləşdiyi və ya yaşadığı ölkənin hüququ; 3) istehlakçının malı aldığı və ya ona xidmət göstərildiyi ölkənin hüququ.
Mülki qanunvericiliyə görə malın, işin və ya xidmətin konstruksiya, resept və ya digər qüsurları (keyfiyyətsiz məhsul) nəticəsində, habelə mala (işə, xidmətə) dair yalnış və ya yarımçıq informasiya nəticəsində fiziki şəxsin həyatına, sağlamlığına və ya əmlakına, yaxud hüquqi şəxsin əmlakına dəyən zərərin əvəzini malın satıcısı və ya istehsalçısı, işi xxxxxx və ya xidməti göstərmiş şəxs (icraçı), təqsirli olub-olmadığına və zərərçəkənin onlar ilə müqavilə münasibətlərində olub-oliadığına baxmayaraq, ödəməlidirlər. Bu zaman vurulan zərərin əvəzini zərərçəkmişin seçimi üzrə ya məhsulun (işin) satıcısı (işi görən), ya da istehsalçı ödəməlidir. Əgər meydana gələn belə öhdəlikdə xarici element mövcuddursa və edilən mürasiətdə tətbiq ediləcək hüquqla bağlı qeyd yoxdursa, onda hüququ tətbiq edən orqan istehlakçıya (dəyən zərərin ödənilməsi tələbi ilə çıxış edən şəxsə) yuxarıda qeyd edilən kollizion bağlanmaların istinad etdiyi hüquq sistemlərindən birini seçməyi təklif etməlidir.
N Ə T İ C Ə
Müqavilədən kənar öhdəliklərin bir növü də əsassız varlanma hesab edilir. Qeyd edilməlidir ki, əsassız varlanma halları Milli qanunvericiliklərdə müxtəlif şəkildə müəyyən edilir. Bundan irəli gələrək «Beynəlxalq xüsusi hüquq haqqında»
Azərbaycan Respublikası Qanununda «əsassız varlanma» anlayışının Azərbaycan Respublikasının hüququ ilə müəyyən edilməsi haqqında müddəa nəzərdə tutulub.
Mülki qanunvericiliyə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma, həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
Xarici elementli əsassız varlanmaya qarşı verilən iddiaya baxılan zaman tətbiq ediləcək hüququ müəyyən etməklə bağlı qanunun 28-ci maddəsinə iki kollizion bağlanma nəzərdə tutulmuşdur: 1) əgər əsassız varlanma özgənin əmlakına edilən qəsd nəticəsində yaranırsa, bu zaman qəsdin baş verdiyi ölkənin hüququ tətbiq edilməlidir; 2) digər hallarda isə əsassız varlanmanın baş verdiyi dövlətin hüququ tətbiq edilir.
Mülki qanunvericiliyə görə malın, işin və ya xidmətin konstruksiya, resept və ya digər qüsurları (keyfiyyətsiz məhsul) nəticəsində, habelə mala (işə, xidmətə) dair yalnış və ya yarımçıq informasiya nəticəsində fiziki şəxsin həyatına, sağlamlığına və ya əmlakına, yaxud hüquqi şəxsin əmlakına dəyən zərərin əvəzini malın satıcısı və ya istehsalçısı, işi xxxxxx və ya xidməti göstərmiş şəxs (icraçı), təqsirli olub-olmadığına və zərərçəkənin onlar ilə müqavilə münasibətlərində olub-oliadığına baxmayaraq, ödəməlidirlər. Bu zaman vurulan zərərin əvəzini zərərçəkmişin seçimi üzrə ya məhsulun (işin) satıcısı (işi görən), ya da istehsalçı ödəməlidir. Əgər meydana gələn belə öhdəlikdə xarici element mövcuddursa və edilən mürasiətdə tətbiq ediləcək hüquqla bağlı qeyd yoxdursa, onda hüququ tətbiq edən orqan istehlakçıya (dəyən zərərin ödənilməsi tələbi ilə çıxış edən şəxsə) yuxarıda qeyd edilən kollizion bağlanmaların istinad etdiyi hüquq sistemlərindən birini seçməyi təklif etməlidir.