Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 23 iyul 2010-cu il tarixli 15/58-14 saylı Qərarı ilə təsdiq edilmişdir.
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 23 iyul 2010-cu il tarixli 15/58-14 xxxxx Qərarı ilə təsdiq edilmişdir.
Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə kütləvi informasiya vasitələri ilə seçkiqabağı təşviqatın aparılması qaydaları haqqında
T Ə L İ M A T
1. Ümumi müddəalar
1.1. Bu Təlimat Azərbaycan Respublikasının Milli Məclisinə (bundan sonra – Milli Məclis) seçkilərdə kütləvi informasiya vasitələrindən istifadə etməklə seçkiqabağı təşviqatın aparılması qaydalarını müəyyən edir.
Təlimat Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsinin, Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra – Seçki Məcəlləsi), “Kütləvi informasiya vasitələri haqqında” və “Reklam haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərinə uyğun hazırlanmışdır.
1.2. Təlimatda istifadə olunan bəzi anlayışların izahı:
1.2.1. qeydə alınmış namizəd – Milli Məclisə seçilmək üçün Seçki Məcəlləsinə uyğun qeydə alınmış şəxs;
1.2.2. siyasi partiyaların bloku – Milli Məclisə seçkilərdə birgə iştirak etmək üçün iki və ya daha xxx siyasi partiyanın yaratdığı qurum;
1.2.3. televiziya və radio (bundan sonra – teleradio) vasitələri ilə seçkiqabağı təşviqat – seçiciləri hər hansı namizədin lehinə səs verməyə (səs verməməyə) təbliğ etmək məqsədilə qanunvericiliklə müəyyən olunmuş formada məlumatların teleradio vasitələri ilə yayımlanması;
1.2.4. dövri nəşrlər vasitəsilə seçkiqabağı təşviqat – seçiciləri hər hansı
namizədin lehinə səs verməyə (səs verməməyə) çağırmaq məqsədilə qanunvericiliklə müəyyən olunmuş formada məlumatların dövri nəşrlər vasitəsilə yayılması;
1.2.5. kütləvi informasiya vasitələrində seçkiqabağı təşviqatın növləri –
çıxış, müsahibə, mətbuat konfransı, açıq müzakirə, debat, “dəyirmi masa”, siyasi
reklam, namizəd haqqında televiziya və radio verilişlərinin, videofilmlərin (bədii filmlər istisna olmaqla) göstərilməsi;
1.2.6. çıxış – seçkiqabağı proqram və platformanın teleradio verilişləri vasitəsilə seçicilərə açıqlanması;
1.2.7. müsahibə – qeydə alınmış namizədlərin, onların səlahiyyətli nümayəndələrinin və vəkil edilmiş şəxslərinin, namizədi qeydə alınmış siyasi partiyaların, siyasi partiyalar bloklarının səlahiyyətli nümayəndələrinin və vəkil edilmiş şəxslərinin kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüşləri zamanı onlara verilən sualların cavablandırılması;
1.2.8. mətbuat konfransı – qeydə alınmış namizədlərin, namizədləri qeydə alınmış siyasi partiyaların, siyasi partiyaların bloklarının, onların səlahiyyətli nümayəndələrinin və vəkil edilmiş şəxslərinin kütləvi informasiya vasitələrində suallara cavablar daxil olmaqla, namizədlərin seçkiqabağı proqramının izah edilməsi;
1.2.9. açıq müzakirə – seçkiqabağı proqram və platformanın digər subyektlərlə müzakirə edilməsi;
1.2.10. debat – iki və ya daha xxx qeydə alınmış namizədin, habelə namizədləri qeydə alınmış siyasi partiyaların, siyasi partiyalar bloklarının adından onların buna vəkil edilmiş nümayəndələrinin seçkiqabağı proqramları ilə əlaqədar fikir mübadiləsi;
1.2.11. “dəyirmi masa” – seçkiqabağı təşviqat tədbirləri çərçivəsində qeydə alınmış namizədlər, namizədləri qeydə alınmış siyasi partiyaların, siyasi partiyalar bloklarının nümayəndələri arasında kütləvi informasiya vasitələrinin nümayəndələri, televiziya tamaşaçıları, radio dinləyicilərinin sual-cavabları da daxil olmaqla fikir mübadiləsi;
1.2.12. siyasi reklam – ictimai rəyin müvafiq seçki proqramının və ya platformasının lehinə formalaşdırılması məqsədilə reklam materiallarının qanunla müəyyən edilmiş qaydada kütləvi informasiya vasitələrində yerləşdirilməsi;
1.2.13. teleradio verilişləri – seçkiqabağı təşviqat zamanı teleradio yayımı üçün hazırlanan, təşkilati və tematik baxımdan teleradio proqramlarının ayrıca və
bitkin hissəsi sayılan qeydə alınmış namizəd və onun seçkiqabağı proqramı haqqında informasiya və digər materiallar toplusu.
2. Seçkiqabağı təşviqatın müddəti və subyektləri:
2.1. Milli Məclisə seçkilərlə bağlı seçkiqabağı təşviqat səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır. Səsvermə günü və ondan əvvəlki gün saat 8.00-xxx başlayaraq hər hansı formada seçkiqabağı təşviqatın aparılması qadağandır.
2.2. Seçkiqabağı təşviqat aparmaq hüququna xxxxx xxxx subyektlər aşağıdakılardır:
2.2.1. qeydə alınmış namizədlər;
2.2.2. namizədləri qeydə alınmış siyasi partiyalar;
2.2.3. namizədləri qeydə alınmış siyasi partiyaların blokları;
2.2.4. bu Təlimatın 2.2.1, 2.2.2 və 2.2.3-cü bəndlərində göstərilən subyektlərin adından seçkiqabağı təşviqat onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri tərəfindən onlara verilmiş səlahiyyətlər daxilində aparıla bilər.
Qeyd: qeydə alınmış namizədlərin, namizədləri qeydə alınmış siyasi partiyaların, siyasi partiyalar bloklarının səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri seçkiqabağı təşviqatda iştirak edərkən onlara verilmiş səlahiyyətlər həddində fəaliyyət göstərməli və bu səlahiyyətlərin icrasına heç bir maneə olmamalıdır.
2.3.Seçkiqabağı təşviqat prosesində mülkiyyət növünə və yayım imkanlarına görə iştirakı nəzərdə tutulan teleradio verilişləri təşkilatları aşağıdakılardır:
2.3.1. ictimai teleradio verilişləri təşkilatları – Azərbaycan Respublikası ərazisinin yarısına, yarısından çoxuna yayımlanan ictimai teleradio verilişləri təşkilatları və onların müvafiq bölmələri, habelə Azərbaycan Respublikası ərazisinin yarısından az hissəsinə yayımlanan ictimai teleradio verilişləri təşkilatları;
2.3.2. özəl teleradio verilişləri təşkilatları – təsisçiləri fiziki və hüquqi şəxslər xxxx və xüsusi mülkiyyətə əsaslanan teleradio verilişləri təşkilatları;
2.3.3. bələdiyyə teleradio verilişləri təşkilatları – təsisçiləri bələdiyyə orqanları xxxx və ən azı müvafiq bələdiyyə ərazisində yayımlanan teleradio verilişləri təşkilatları.
2.4. Seçkiqabağı təşviqat prosesində mülkiyyət növünə və yayım imkanlarına görə iştirakı nəzərdə tutulan dövri nəşrlər aşağıdakılardır: 2.4.1.dövlət dövri nəşrləri – təsisçiləri dövlət orqanları, təşkilatları, idarələri
xxxx və ya dövlət büdcəsindən maliyyələşdirilən, Azərbaycan Respublikası ərazisinin yarısına, yarısından çoxuna, yaxud yarısından az hissəsinə yayılan, həftədə azı bir dəfə çıxan dövri nəşrlər;
2.4.2. bələdiyyə dövri nəşrləri – təsisçiləri bələdiyyə qurumları xxxx və həftədə azı bir dəfə çıxan dövri nəşrlər;
2.4.3. özəl dövri nəşrlər – təsisçiləri ayrı-ayrı fiziki və ya hüquqi şəxslər xxxx dövri nəşrlər.
2.5. İctimai teleradio verilişləri təşkilatları və dövlət dövri nəşrləri tərəfindən seçkiqabağı təşviqat üçün efir vaxtı və ya nəşr yeri ödənişsiz və odənişli əsaslarla ayrılır. Bələdiyyə və özəl teleradio verilişləri təşkilatları, dövri nəşrləri tərəfindən seçkiqabağı təşviqat materiallarının yerləşdirilməsi isə yalnız ödənişli əsaslarla həyata keçirilir.
3. Teleradio verilişləri təşkilatlarında efir vaxtının, habelə dövri
nəşrlərdə dərc üçün yerin ödənişsiz əsaslarla ayrılması qaydaları və şərtləri
3.1. Seçki dairələrinin 60-xxx çoxunda namizədləri qeydə alınmış siyasi partiyaların, siyasi partiyalar bloklarının verilişləri Azərbaycan Respublikası ərazisinin yarısına, yaxud yarısından xxx hissəsinə yayımlanan ictimai teleradio verilişləri təşkilatlarının kanallarında pulsuz efir vaxtı, habelə Azərbaycan Respublikası ərazisinin yarısına, yaxud yarısından xxx hissəsinə yayılan, həftədə azı bir dəfə çıxan dövlət dövri nəşrlərində pulsuz dərc üçün müvafiq yer almaq hüququ vardır.
3.2. Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası (bundan sonra
– Mərkəzi Seçki Komissiyası) bu Təlimatın 3.1-ci bəndində göstərilmiş qurumların siyahısını seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edilməsi günündən
20 gündən gec olmayaraq həmin qurumların və ya Milli Televiziya və Radio Şurasının, habelə Azərbaycan Mətbuat Şurasının təqdimatına əsasən dərc edir.
3.3. Bu Təlimatın 3.2-ci bəndində göstərilmiş Teleradio verilişləri təşkilatlarının təqdim etdikləri ödənişsiz efir vaxtı seçki dairələrinin 60-xxx çoxunda namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları arasında eyni şərtlər əsasında bərabər həcmdə bölünür.
3.4. Seçkiqabağı təşviqat materiallarının efirəçıxma vaxtı və tarixinin müəyyən edilməsi məqsədilə seçkiqabaği təşviqat müddəti başlanandan sonra bir həftə ərzində seçki dairələrinin 60-xxx çoxunda namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları tərəfindən verilən ərizəyə əsasən onların arasında püşkatma keçirilir.
3.5. Püşkatma Mərkəzi Seçki Komissiyasının yaratdığı püşkatma komissiyası tərəfindən təşkil edilir və bu Təlimatın 3.1-ci bəndində göstərilən teleradio verilişləri təşkilatları nümayəndələrinin iştirakı ilə həyata keçirilir. Püşkatmanın keçirilməsinin yeri və vaxtı haqqında püşkatmanı keçirən orqanın məlumatı püşkatmanın keçirilməsinə ən azı 24 saat qalmış dərc edilir.
3.6. Püşkatmanın keçirilməsində müvafiq seçki komissiyasının üzvləri, qeydə
alınmış namizədlər, namizədləri qeydə alınmış siyasi partiyaların, siyasi partiyalar bloklarının səlahiyyətli nümayəndələri, yaxud vəkil edilmiş şəxsləri, qanunvericiliklə müəyyən olunmuş qaydada müşahidəçi statusu almış Azərbaycan Respublikasının vətəndaşları, beynəlxalq müşahidəçilər və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edə bilərlər.
3.7. Püşkatma, püşkatma komissiyası tərəfindən elan edilən gündə, saatda və yerdə seçki dairələrinin 60-xxx çoxunda namizədləri qeydə alınmış və efir vaxtından istifadə etmək üçün müraciət etmiş siyasi partiyalar, siyasi partiyalar bloklarının səlahiyyətli nümayəndələrinin arasında, bu Təlimatın 3.6-cı bəndində göstərilən subyektlərin iştirakı ilə keçirilir.
3.8. Püşkatma üçün aralarında püşkatma keçirilən subyektlərin sayına müvafiq miqdarda eyni ölçülü, bir-birindən fərqlənməyən dördkünc kağız parçaları hazırlanır. Həmin kağız parçaları efir vaxtı və tarixi göstərilməklə nömrələnir, dörd
yerə bükülür və qutuya salınaraq qarışdırılır. Sonra aralarında püşkatma keçirilən subyektlərin nümayəndələrinin hər biri (ümumi razılaşma əsasında bu hərəkətin yerinə yetirilməsi digər şəxslərə də həvalə edilə bilər) növbə ilə qutudan bir büküm çıxararaq orada yazılmış nömrəni elan edir.
3.9. Püşkatmanın nəticələri püşkatma komissiyası tərəfindən tərtib edilən müvafiq protokolla rəsmiləşdirilir. Əlavə olaraq püşkatma komissiyası efir vaxtının verilməsi üçün cədvəl tərtib edir. Həmin cədvəl Mərkəzi Seçki Komissiyası tərəfindən Azərbaycan Respublikası ərazisinin yarısına, yaxud yarısından xxx hissəsinə yayılan dövlət dövri nəşrlərində dərc edilir (Təlimata 1 və 2 xxxxx əlavələr).
3.10. Bu Təlimatın 3.1-ci bəndində göstərilən dövri nəşrlərdə dərc üçün yerin ayrılması ilə bağlı püşkatma dövri nəşrlərin redaksiyalarında təşkil edilən püşkatma komissiyası tərəfindən seçkiqabağı təşviqatın başlandığı gündə bu Təlimatın 3.8-ci bəndində göstərilən qaydada keçirilir (dövri nəşrlərin redaksiyalarında püşkatma keçirilərkən püşkatma üçün hazırlanan dördkünc kağız parçalarında dövri nəşrlərdə ödənişsiz dərc yerinin həcmi və tarixi göstərilir).
Dövri nəşrlərdə püşkatmanin keçirilməsində bu Təlimatın 3.6-cı bəndində göstərilən şəxslər iştirak edə bilərlər. Püşkatmanın keçirilməsinin yeri və vaxtı haqqında püşkatmanı keçirən orqanın məlumatı püşkatmanın keçirilməsinə ən azı 24 saat qalmış rəsmi dərc edilir. Püşkatmanın nəticələri protokolla rəsmiləşdirilir və cədvəl tərtib olunur (Təlimata 3 xxxxx əlavə). Həmin cədvəl müvafiq dövri nəşrin redaksiyası tərəfindən dərc edilir.
3.11. Azərbaycan Respublikasının ərazisinin yarısına, yaxud yarısından xxx hissəsinə yayımlanan ictimai teleradio verilişləri təşkilatlarının seçkiqabağı təşviqat üçün ayırdıqları ödənişsiz efir vaxtının ümumi həcmi həftədə 3 saatdan az olmamalıdır.
3.12. Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə iştirak etmək
üçün birmandatlı seçki dairələri üzrə qeydə alınmış namizədlərin verilişləri Azərbaycan Respublikası ərazisinin yarısından az hissəsində yayımlanan ictimai teleradio verilişləri təşkilatlarında, verilişləri Azərbaycan Respublikası ərazisinin
yarısına, yaxud yarısından xxx hissəsinə yayımlanan ictimai teleradio verilişləri təşkilatlarının müvafiq bölmələrində ödənişsiz efir vaxtı, habelə Azərbaycan Respublikası ərazisinin yarısından az hissəsində yayılan, həftədə azı bir dəfə çıxan dövlət dövri nəşrlərində ödənişsiz dərc üçün müvafiq yer almaq hüququ vardır.
3.13. Dairə seçki komissiyası bu Təlimatın 3.12-ci bəndində göstərilmiş ödənişsiz efir vaxtı ayırmış teleradio verilişləri təşkilatlarının və dərc üçün ödənişsiz yer ayırmış dövri nəşrlərin siyahısını Milli Televiziya və Radio Şurasının və Azərbaycan Mətbuat Şurasının təqdimatına əsasən seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edilməsi günündən başlayaraq 30 gündən gec olmamaqla dərc etməlidir.
3.14. Bu Təlimatın 3.12-ci bəndində göstərilmiş teleradio verilişləri təşkilatlarının təqdim etdikləri ödənişsiz efir vaxtı qeydə alınmış namizədlər arasında eyni şərtlər əsasında bərabər həcmdə bölünür.
3.15. Bu Təlimatın 3.12-ci bəndində göstərilən teleradio verilişləri təşkilatlarında seçkiqabaği təşviqat materiallarının ödənişsiz əsaslarla efirə çıxmasının vaxtı və tarixinin müəyyən edilməsi məqsədilə seçkiqabaği təşviqat müddəti başlanandan sonra bir həftə ərzində Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə birmandatlı seçki dairəsi üzrə qeydə alınmış namizədlər tərəfindən verilən ərizəyə əsasən onların arasında püşkatma keçirilir.
3.16. Bu Təlimatın 3.15-ci bəndində nəzərdə tutulan püşkatma müvafiq seçki komissiyasının yaratdığı püşkatma komissiyası tərəfindən təşkil edilir və bu Təlimatın 3.12-ci bəndində göstərilən teleradio verilişləri təşkilatları nümayəndələrinin iştirakı ilə həyata keçirilir. Püşkatmanın keçirilməsinin yeri və vaxtı haqqında seçki komissiyasının məlumatı püşkatmanın keçirilməsinə ən azı 24 saat qalmış dərc edilir.
3.17. Püşkatma, püşkatma komissiyası tərəfindən elan edilən gündə, saatda və yerdə bu Təlimatın 3.8-ci bəndində müəyyən olunmuş qaydada həyata keçirilir. Ödənişsiz efir vaxtının bölgüsü zamanı Seçki Məcəlləsinin 155.2-ci maddəsinin
tələbləri nəzərə alınmalıdır. Püşkatmanın keçirilməsi zamanı bu Təlimatın 3.6-cı bəndində göstərilən şəxslər iştirak edə bilər.
3.18. Seçki Məcəlləsinin 155.2-ci maddəsinin tələblərinə uyğun ayrılmış efir vaxtını bərabər bölmək üçün keçirilən bu püşkatma bitdikdən sonra püşkatmanın nəticələrinə dair püşkatma komissiyası müvafiq protokol tərtib edir. Əlavə olaraq efir vaxtının verilməsi cədvəli də püşkatma komissiyası tərəfindən tərtib edilərək müvafiq seçki komissiyasına təqdim olunur (Təlimata 1 və 2 xxxxx əlavələr). Seçki komissiyası həmin cədvəli Azərbaycan Respublikası ərazisinin yarısına, yaxud yarısından az hissəsinə yayılan dövlət dövri nəşrlərində dərc etdirir.
3.19. Azərbaycan Respublikası ərazisinin yarısından az hissəsində yayılan, həftədə azı bir dəfə çıxan dövlət dövri nəşrlərində dərc üçün yerin ayrılması ilə bağlı püşkatma dövri nəşrlərin redaksiyasında həmin redaksiyaların yaratdığı püşkatma komissiyası tərəfindən seçkiqabağı təşviqatın başlandığı gün, bu Təlimatın 3.10-cu bəndində göstərilən qaydada keçirilir. Püşkatmanın keçirilməsinin yeri və vaxtı haqqında püşkatmanı keçirən orqanın məlumatı püşkatmanın keçirilməsinə ən azı 24 saat qalmış rəsmi dərc edilir. Püşkatmada bu Təlimatın 3.6-cı bəndində göstərilən şəxslər iştirak edə bilər. Püşkatmanın nəticələri protokolla rəsmiləşdirilir və cədvəl tərtib olunur (Təlimata 3 xxxxx əlavə). Bu cədvəl müvafiq dövri nəşrin redaksiyası tərəfindən dərc edilir.
3.20. Azərbaycan Respublikasının ərazisinin yarısından azına yayımlanan ictimai teleradio verilişləri təşkilatlarının ödənişsiz əsaslarla seçkiqabağı təşviqat üçün ayırdığı efir vaxtı həftədə 1 saat 30 dəqiqədən az ola bilməz. Həmin təşkilatların verilişlərinin ümumi vaxtı gün ərzində 2 saatdan az olarsa, göstərilən efir vaxtı verilişlərin ümumi həcminin 1/4 hissəsindən az olmamalıdır.
3.21. Bu Təlimatın 3.1 və 3.12-ci bəndlərində göstərilən teleradio verilişləri təşkilatlarının ayırdıqları ödənişsiz efir vaxtının ümumi həcminin 1/3 hissəsi qeydə alınmış namizədlərə, birmandatlı seçki dairələrinin 60-xxx çoxunda namizədləri qeydə alınmış siyasi partiyalara, siyasi partiyaların bloklarına müzakirələrin, “dəyirmi masa”ların, digər bu cür təşviqat tədbirlərinin keçirilməsi üçün ayrılır.
3.22. Bu Təlimatın 3.1 və 3.12-ci bəndlərində göstərilən dövlət dövri nəşrlərinin redaksiyalarının hər birinin qeydə alınmış namizədə, namizədləri qeydə alınmış siyasi partiyaya, siyasi partiyalar blokuna pulsuz ayırdığı nəşr səhifələrinin həcmi seçkiqabağı təşviqat dövründə həftəlik nəşr səhifələrinin ümumi həcminin azı 10 faizini təşkil etməlidir.
3.23. Qeydə alınmış namizədlərin, namizədləri qeydə alınmış siyasi
partiyaların, siyasi partiyaların bloklarının seçkiqabağı təşviqatı üçün teleradio verilişləri təşkilatlarında ödənişsiz efir vaxtının və dövri nəşrlərdə dərc üçün yerin ödənişsiz əsaslarla ayrılmasına çəkilən xərclər həmin qurumlara dövlət büdcəsindən ödənilir.
4. Teleradio verilişləri təşkilatlarında ödənişli efir vaxtının və dövri nəşrlərdə dərc üçün ödənişli yerin ayrılması qaydaları və şərtləri
4.1. Bələdiyyə və özəl teleradio verilişləri təşkilatları, dövri nəşrləri qeydə alınmış namizədlərə, namizədləri qeydə alınmış siyasi partiyalara, siyasi partiyaların bloklarına müqavilə əsasında ödənişli efir vaxtı və ya ödənişli dərc üçün yer ayıra bilərlər. İctimai teleradio verilişləri təşkilatları və dövlət dövri nəşrləri qeydə alınmış namizədlərə, namizədləri qeydə alınmış siyasi partiyalara, siyasi partiyalar bloklarına müqavilə əsasında ödənişli efir vaxtı və dövri nəşrlərin redaksiyaları öz səhifələrində ödənişli əsaslarla yer ayırmaq üçün ehtiyatda əlavə dərc yeri saxlamalıdırlar.
4.2. Seçkiqabağı təşviqat materiallarının yayımlanması və ya dərci özəl və bələdiyyə teleradio verilişləri təşkilatları və dövri nəşrlər üçün könüllülük prinsipinə əsaslanmalıdır. Həmin qurumları seçkiqabağı təşviqatda iştiraka məcbur etmək yolverilməzdir.
4.3. Bu Təlimatın 4.1-ci bəndində göstərilmiş teleradio verilişləri təşkilatlarının və dövri nəşrlərin ayırdıqları ödənişli efir vaxtının və dərc üçün yerin dəyərinin ödənilməsinin əsasları, şərtləri və məbləği müvafiq olaraq bütün qeydə alınmış namizədlər, namizədləri qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları üçün bərabər müəyyən edilir. Əgər özəl teleradio verilişləri təşkilatları və dövri nəşrlər seçkiqabağı təşviqatda iştirak etməyə razılıq vermişlərsə,
seçkiqabağı təşviqat materiallarının efirəverilmə və ya dərcolunma şərtləri bütün qeydə alınmış namizədlər, namizədləri qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları üçün eyni olmalıdır.
Qeyd: bu qaydalar qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları tərəfindən təsis olunan dövri nəşrlərə şamil edilmir.
4.4. Seçkiqabağı təşviqat üçün ayrılan ödənişli efir vaxtı və dövri nəşrlərdə ayrılan ödənişli yer barədə müvafiq teleradio verilişləri təşkilatları və dövri nəşrlərin redaksiyaları seçkiqabağı təşviqat subyektlərinə, Mərkəzi Seçki Komissiyasına və ya dairə seçki komissiyasına bildiriş göndərir, həmçinin ayrılan efir vaxtının və dərc üçün ayrılmış yerin ödənişinin əsasları, məbləği və şərtləri barədə seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərcindən 30 gündən gec olmayaraq məlumat dərc edir. Təşviqat subyektləri müəyyənləşdirildikdən sonra bu məlumat qanunla müəyyən edilmiş qaydada onlara da göndərilməlidir. Ödənişli efir vaxtının ayrılması reklam haqqında qanunvericiliyə uyğun olaraq həyata keçirilir.
4.5. İctimai teleradio verilişləri təşkilatlarının ödənişli əsaslarla ayırdığı efir vaxtının ümumi həcmi pulsuz efir vaxtının ümumi həcmindən az və həmin həcmdən iki dəfə artıq ola bilməz. Dövlət dövri nəşrlərinin səhifələrində ödənişli dərc üçün ayrılmış yerin ümumi həcmi ayrılan pulsuz nəşr səhifələrinin həcmindən az olmamalıdır. Bələdiyyə və özəl teleradio verilişləri təşkilatlarının və dövri nəşrlərin ödənişli seçkiqabağı təşviqat məqsədilə efir vaxtı və dərc üçün yerin ayrılması həmin təşkilatların öz mülahizəsinə əsasən həll edilir.
4.6. Qeydə alınmış hər bir namizəd, qeydə alınmış namizədlərinin sayından asılı olmayaraq namizədləri qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları üçün efir vaxtından və dərc üçün ayrılmış yerdən ödənişli əsaslarla istifadə norması həmin vaxtın və yerin ümumi həcminin aralarında püşkatma keçirilməsi nəzərdə tutulan subyektlərin sayına bölünməsi ilə müəyyənləşdirilir.
4.7. Seçkiqabağı təşviqat materiallarının efirə çıxarılması tarixi və vaxtı,
yaxud dərc olunması tarixi qeydə alınmış namizədlərin və ya onların səlahiyyətli nümayəndələrinin, vəkil edilmiş şəxslərinin, namizədləri qeydə alınmış siyasi partiyaların, siyasi partiyaların bloklarının səlahiyyətli nümayəndələrinin və ya vəkil
edilmiş şəxslərinin təqdim etdikləri bildiriş əsasında püşkatma subyektlərinin arasında keçirilən püşkatma nəticəsində teleradio verilişləri təşkilatları və dövri nəşrlərin redaksiyaları tərəfindən müəyyən edilir.
4.8. Ödənişli əsaslarla efir vaxtının və dövri nəşrlərdə yerin ayrılması üçün püşkatma müvafiq olaraq bu Təlimatın 3.8-ci və 3.10-cu bəndlərində göstərilən qaydada keçirilir. Həmin püşkatma teleradio verilişləri təşkilatlarında və dövri nəşr redaksiyalarında yaradılan püşkatma komissiyası tərəfindən təşkil olunur və həyata keçirilir. Püşkatmanın keçirilməsinin yeri və vaxtı haqqında püşkatmanı keçirən orqanın məlumatı püşkatmanın keçirilməsinə azı 24 saat qalmış dərc edilir. Teleradio verilişləri təşkilatlarında püşkatma seçkiqabağı təşviqat başlandıqdan sonra 1 həftə müddətində, dövri nəşr redaksiyalarında isə seçkiqabağı təşviqatın başlandığı gün keçirilir. Püşkatma keçirilərkən bu Təlimatın 3.6-cı bəndində göstərilən şəxslər də iştirak edə bilər.
4.9. Püşkatma keçirildikdən sonra efir vaxtı və dövri nəşrdə dərc üçün ayrılmış yer bağlanmış müqavilə əsasında təqdim edilir.
4.9.1. Müqavilədə aşağıdakılar nəzərdə tutulur:
4.9.1.1. seçkiqabağı təşviqatın forması;
4.9.1.2. efirəçıxma vaxtı, tarixi və ya dərcetmə tarixi;
4.9.1.3. verilən efir vaxtının müddəti, dərc üçün ayrılan yerin həcmi, ödəniş qaydası və həcmi;
4.9.1.4. aparıcı jurnalistin müsahibə, mətbuat konfransı, açıq müzakirə, debat, “dəyirmi masa” kimi seçkiqabağı təşviqat növlərində iştirak forması və şərtləri.
Qeyd: bu Təlimatın 4.9.1.1 – 4.9.1.4-cü bəndlərində göstərilənlərdən əlavə seçkiqabağı təşviqatın qanunauyğun həyata keçməsini təmin etmək məqsədilə müqavilə ilə digər şərtlər də müəyyən edilə bilər.
4.9.2. Püşkatma keçirildikdən sonra efir vaxtından istifadədən və dövri nəşrlərin səhifəsində ayrılmış yerdən imtina edilərsə, bu zaman efirə çıxmağa 2 gün qalmış müvafiq teleradio verilişləri təşkilatına, dərcetmə gününə isə azı 5 gün qalmış bu barədə müvafiq dövri nəşrin redaksiyasına qeydə alınmış namizəd,
namizədləri qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları tərəfindən məlumat verilməlidir.
4.10. Efir vaxtının haqqı və dövri nəşr səhifələrində ayrılmış yerin dəyəri seçki fondu vəsaitləri hesabına ödənilməlidir. Qeydə alınmış namizəd, namizədi qeydə alınmış siyasi partiya, siyasi partiyaların bloku efir vaxtının və dövri nəşr səhifələrində ayrılmış yerin ödənilməsi üçün vəsaitin tam həcmdə köçürülməsi barədə ödəniş tapşırığını efir vaxtının verilməsi gününə ən geci 48 saat, təşviqat materiallarının isə dərcetmə gününə ən geci 2 gün qalmış müvafiq banka təqdim etməlidir. Bank pul vəsaitini gecikdirmədən köçürməlidir. Nağdsız ödənişin müddəti 2 bank günündən xxx olmamalıdır.
4.11. Müqavilə şərtləri yerinə yetirilərək ayrılmış efir vaxtından istifadə edildikdən sonra verilişin adı və efirəçıxma vaxtı göstərilməklə, efir vaxtından istifadə edilməsi barədə akt tərtib olunur.
4.12. Bu Təlimatın 4.10.1-ci bəndində göstərilən müqavilə ləğv edildikdə, habelə bu Təlimatın 4.10.2-ci bəndində göstərilən hallarda, teleradio verilişləri təşkilatları sərbəstləşmiş efir vaxtından, habelə dövri nəşr redaksiyaları sərbəstləşmiş nəşr yerindən seçkiqabağı təşviqat məqsədləri üçün istifadə edə bilməzlər.
5. Seçkiqabağı təşviqat üçün teleradio təşkilatlarının ayırdığı ödənişsiz
və ya ödənişli efir vaxtı, habelə dövri nəşr səhifələrində ayrılmış ödənişsiz və ya ödənişli yerin qeydiyyatı
5.1. Seçkiqabağı təşviqat üçün teleradio təşkilatlarının ayırdığı ödənişsiz və ya ödənişli efir vaxtı və ya dövri nəşr səhifələrində ayrılmış ödənişsiz və ödənişli xxx Xxxxx Məcəlləsinin 79-cu maddəsinin tələblərinə əsasən müvafiq teleradio təşkilatının və dövri nəşrin redaksiyasında qeydə alınmalıdır. Qeydiyyat ayrıca kitab formasında aparılmalı və orada hər bir qeydə alınmış naimizəd, namizədləri qeydə alınmış siyasi partiya, yaxud siyasi partiyaların bloku üçün yerin ayrılması tarixi, dərc olunmuş təşviqat materialının forması göstərilməlidir. Qeydiyyat barəsində səsvermə gününə ən azı 5 gün qalmış və səsvermə günündən ən tezi 5 gün sonra namizədləri qeydə alınmış siyasi partiya, siyasi partiyaların bloku ilə
əlaqədar Mərkəzi Seçki Komissiyasına, birmandatlı seçki dairəsində qeydə alınmış namizədlərlə əlaqədar isə müvafiq dairə seçki komissiyasına məlumat verilməlidir.
6. Kütləvi informasiya vasitələrində seçkiqabağı təşviqatın aparılması ilə bağlı məhdudiyyətlər
6.1. Aşağıdakı şəxslərə seçkiqabağı təşviqat aparmaq qadağandır:
6.1.1. xarici dövlətlərə və xarici hüquqi şəxslərə;
6.1.2. xarici vətəndaşlara;
6.1.3. vətəndaşlığı olmayan şəxslərə;
6.1.4. 18 yaşına çatmamış vətəndaşlara;
6.1.5. seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günə xxxx vəziyyətə görə Azərbaycan Respublikasının hüquqi şəxslərinin nizamnamə kapitalında xarici dövlətlərin, xarici hüquqi şəxslərin, xarici vətəndaşların və ya vətəndaşlığı olmayan şəxslərin iştirak (mülkiyyət) payı 30 faizdən xxx olarsa, Azərbaycan Respublikasının hüquqi şəxslərinə;
6.1.6. beynəlxalq təşkilatlara və beynəlxalq ictimai hərəkatlara;
6.1.7. dövlət hakimiyyət orqanlarına və bələdiyyə qurumlarına;
6.1.8. dövlət, bələdiyyə təşkilatlarına və idarələrinə;
6.1.9. seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günə xxxx vəziyyətə görə nizamnamə kapitalında dövlətin və ya bələdiyyənin iştirak payı 30 faizdən artıq xxxx hüquqi şəxslərə;
6.1.10. hərbi hissələrə;
6.1.11. xeyriyyə təşkilatlarına, dini birliklərə, idarələrə, təşkilatlara;
6.1.12. öz vəzifələrini və ya xidməti vəzifələrini yerinə yetirərkən, həm də vəzifəsindən və ya xidməti üstünlüyündən istifadə etməklə dövlət orqanlarında, idarələrində, təşkilatlarında və ya bələdiyyə orqanlarında və təşkilatlarında vəzifədə xxxx şəxslərə;
6.1.13. dövlət və bələdiyyə qulluqçularına;
6.1.14. hərbi qulluqçulara;
6.1.15. seçki komissiyalarına, seçki komissiyasının həlledici səs hüquqlu üzvlərinə və digər vəzifəli şəxslərinə;
6.1.16. dövlətə məxsus teleradio verilişləri təşkilatlarına.
6.2. Qeydə alınmış namizədin, namizədi qeydə alınmış siyasi partiyaların, siyasi partiyalar bloklarının teleradio verilişləri təşkilatları vasitəsilə seçkiqabağı təşviqat aparılarkən aşağıdakı hərəkətlərin edilməsi qadağandır:
6.2.1. təşviqat materialının verilməsini malların, işlərin və xidmətlərin reklamları ilə dayandırmaq;
6.2.2. teleradio verilişləri təşkilatının kanallarında seçkiqabağı təşviqat materialının verilməsini digər teleradio proqramlarının verilməsi ilə dayandırmaq;
6.2.3. seçkiqabağı tədbirlərin keçirilməsi barədə məlumatlar üçün ödəniş tələb etmək;
6.2.4. seçkiqabağı təşviqat materiallarında hakimiyyətin zorla ələ keçirilməsinə, konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və dövlətin ərazi bütövlüyünün pozulmasına çağırışların, vətəndaşların şərəf və ləyaqətlərini təhqir edən mülahizələrin yerləşdirilməsi (bu qadağa Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsinə uyğun tətbiq edilməlidir);
6.2.5. sosial, irqi, milli, dini ədavət və düşmənçilik yaradan təşviqat formasından istifadə;
6.2.6. əqli mülkiyyət haqqında qanunvericiliyi pozan təşviqatın aparılması;
6.2.7. “Reklam haqqında” Qanunun 19-cu maddəsinin 1-ci hissəsinin tələblərinə zidd olaraq teleradio verilişləri təşkilatlarında seçkiqabağı təşviqat materiallarının yayımlanması zamanı ayrı-ayrı fiziki şəxslərin, kommersiya və qeyri-kommersiya təşkilatlarının sahibkarlıq fəaliyyəti nəticəsində istehsal olunmuş əmtəələrin markalarının (modellərinin, artikullarının), kommersiya təşkilatlarının və sahibkarlıqla məşğul xxxx fiziki şəxslərin adlarının göstərilməsi.
6.3. Seçkiqabağı təşviqat aparmaq üçün şərait yaratmış qurumlar və seçkiqabağı təşviqatın digər subyektləri müqavilə ilə öz üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməyə borcludurlar. Efir vaxtından və dövri nəşrlərdən istifadə zamanı təşviqat prosesinin subyektləri müqavilədə müəyyənləşdirilmiş şərtləri pozduqda, teleradio verilişləri təşkilatları efir vaxtının verilməsi və dövri nəşrlər
dərc üçün yerin ayrılması haqqında müqavilənin ləğvi üçün məhkəməyə müraciət edə bilərlər.