MÜNDƏRİCAT
MÜNDƏRİCAT
MÜNDƏRİCAT | 2 |
SIĞORTA SİNİFİ | 3 |
ÜMUMİ ANLAYIŞLAR | 3 |
ÜMUMİ MÜDDƏALAR | 4 |
Maddə 1. SIĞORTANIN RİSKLƏRİ | 4 |
Maddə 2. SIĞORTA TƏMİNATININ ƏHATƏ DAİRƏSİ | 4 |
Maddə 3. ƏLAVƏ SIĞORTA HAQQI ÖDƏNİLMƏKLƏ SIĞORTA RİSKİ HESAB OLUNAN HALLAR | 4 |
Maddə 4. SIĞORTA RİSKLƏRİNDƏN İSTİSNALAR | 5 |
Maddə 5. SIĞORTANIN ƏHATƏ ETDİYİ ƏRAZİ | 7 |
Maddə 6. TƏRƏFLƏRİN HÜQUQLARI VƏ VƏZİFƏLƏRİ | 7 |
Maddə 7. SIĞORTA HADİSƏSİ BAŞ VERDİKDƏ SIĞORTALININ VƏZİFƏLƏRİ | 9 |
Maddə 8. SIĞORTA MƏBLƏĞİ | 10 |
Maddə 9. SIĞORTA MÜQAVİLƏSİNİN BAĞLANMASI, ƏLAVƏ VƏ DƏYİŞİKLİKLƏR EDİLMƏSİ, XİTAM VERİLMƏSİ | 10 |
Maddə 10. SIĞORTA MÜQAVİLƏSİNƏ VAXTINDAN ƏVVƏL XİTAM VERMƏNİN NƏTİCƏLƏRİ | 11 |
Maddə 11. ZƏRƏRİN QİYMƏTLƏNDİRİLMƏSİ | 12 |
Maddə 12. SIĞORTA ÖDƏNİŞİNİN HESABLANMASI QAYDASI | 12 |
Maddə 13. SIĞORTA ÖDƏNİŞİNİN HƏYATA KEÇİRİLMƏSİ QAYDASI VƏ ŞƏRTLƏRİ, SIĞORTA ÖDƏNİŞİNİN VERİLMƏSİ ÜÇÜN TƏLƏB OLUNAN SƏNƏDLƏR | 12 |
Maddə 14. SIĞORTA ÖDƏNİŞİNİN VERİLMƏSİNDƏN İMTİNANIN ƏSASLARI | 13 |
Maddə 15. SUBROQASİYA HÜQUQU | 14 |
Maddə 16. SIĞORTA MÜQAVİLƏSİNİN QAYDALAR ÜZƏRİNDƏ ÜSTÜNLÜYÜ | 14 |
Maddə 17. XÜSUSİ ŞƏRTLƏR | 14 |
Maddə 18. İŞ SİRLƏRİNİN GİZLİ SAXLANILMASI | 14 |
Maddə 19. MÜBAHİSƏLƏRİN HƏLLİ QAYDASI | 15 |
ƏMLAKIN YANĞIN VƏ DİGƏR ƏLAVƏ RİSKLƏRDƏN SIĞORTASI İLƏ BİRLİKDƏ VERİLƏ BİLƏCƏK ƏLAVƏ ŞƏRTLƏRİ | 15 |
ƏMLAKIN YANĞIN VƏ DİGƏR ƏLAVƏ RİSKLƏRDƏN SIĞORTASI ÜZRƏ TАRİF DƏRƏCƏLƏRİNİN ƏSASLANDIRILMASI | 19 |
SIĞORTA SİNİFİ
Bu sığorta qaydaları ilə müəyyən olunan sığorta növü sinfinə görə əmlakın yanğından və digər risklərdən sığortası sinfinə aiddir.
ÜMUMİ ANLAYIŞLAR
Sığorta müqaviləsi - sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.
Sığortaçı - sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda qanunvericiliklə və ya müqavilə ilə müəyyən olunmuş qaydada sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfidir.
Sığortalı - sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta xxxxxx xxxx sığorta müqaviləsinin tərəfidir.
Sığorta olunan - əmlak mənafeləri sığorta müqaviləsi əsasında sığortalanan şəxsdir.
Xxxxxxxxxx şəxs - sığorta qanunvericiliyinə və ya sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişini almaq hüququ xxxx şəxsdir. Sığorta müqaviləsində faydalanan şəxs qismində başqa şəxs nəzərdə tutulmamışdırsa, sığortalı və (və ya) sığorta olunan faydalanan şəxs sayılır.
Sığorta obyekti - sığortalının, yaxud sığorta olunanın qanunazidd olmayan hər hansı əmlak mənafeyidir.
Sığorta predmeti - sığorta müqaviləsi üzrə sığortalanan əmlak mənafelərinin aid olduğu fiziki şəxs, əmlak və ya haldır.
Qismən sığorta - müqavilədə müəyyən edilmiş sığorta məbləği sığorta dəyərindən az olduğu halda (qismən sığorta halında) sığortaçı zərərin əvəzini sığorta məbləğinin sığorta dəyərinə xxxx nisbətində ödəyir.
Azadolma məbləği - sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir. Azadolma məbləği hər bir halda sığorta müqaviləsinə uyğun olaraq müəyyən edilən sığorta ödənişi məbləğinə tətbiq olunur.Sığorta müqavilələrində şərtli və ya şərtsiz azadolma məbləği müəyyən oluna bilər.
⮚ Şərtli azadolma - məbləğinin nəzərdə tutulması halında, sığorta hadisəsi nəticəsində dəyən zərərin həcmi həmin məbləğdən xxx olduqda zərər məbləğindən azadolma məbləği çıxılmır.
⮚ Şərtsiz azadolma - məbləği nəzərdə tutulduqda həmin məbləğ hər bir halda zərər məbləğindən çıxılır.
Sığorta haqqı risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləğidir.
Sığorta məbləği - Sığorta məbləği sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin son həddidir.
ƏMLAKIN YANĞIN VƏ DİGƏR RİSKLƏRDƏN SIĞORTASININ QAYDALARI
ÜMUMİ MÜDDƏALAR
Bu Qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsi, "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanunu və digər normativ-hüquqi aktlara uyğun olaraq hazırlanmışdır.
1. SIĞORTANIN RİSKLƏRİ
Bu sığorta qaydaları ilə yanğın, ildırım, partlayış və ya yanğın və partlayışla əlaqədar meydana gələn tüstü, buxar və hərarət nəticəsində sığortalanmış əmlaka dəyən maddi zərərə sığorta məbləği həddində təminat verilir.
2. SIĞORTA TƏMİNATININ ƏHATƏ DAİRƏSİ
2.1. Daşınmaz əmlaklar üzrə:
2.1.1 Binalar, təsərrüfat tikintiləri, qaraj, xx xxxxxx, yanacaq xxxxxx xxxx əlavə tikililər, binaların içərisində və ya üzərində xxxx hər cür sabit qurğular, lift və ekskalatorlar, ildırım ötürən, televizor antenası kimi əmlak sığorta təminatının əhatə dairəsinə daxil edilir.
2.1.2 Bünövrələr, bağ və həyət hasarları, kontrforslar (uçqunun, sürüşmənin, çökmənin nisbətən qarşısının alınmasından ötrü perpendikulyar tikilən dayaq hasarları), səkilər, meydançalar, eyvanlar, pilləkənlər, binaların xaricində xxxx heykəllər, su anbarları, hovuzlar və bu kimi digər tikililər, yalnız sığorta şəhadətnaməsində yazılması şərtilə, sığorta təminatına daxil edilə bilər.
2.2. Daşınan əmlak üzrə: Sığorta edilmiş ünvanlarda xxxx;
2.2.1. Sığortalanmış əşyalar keyfiyyətləri baxımından növ və ya qruplara ayrılmışsa, bu növ və ya qruplardan birinə daxil xxxx əşyalar.
2.2.2. Sığortalanmış əşyaların hamısı üçün yalnız bir sığorta məbləği müəyyən edilmişdirsə, bu məbləğə daxil xxxx bütün əşyalar, sığorta şəhadətnaməsində yazılmasından asılı olmayaraq, yeri dəyişdirilsə, əhatə dairəsinə daxildir.
2.3. Əlavə razılaşma yoxdursa, yalnız sığortalıya və onunla birlikdə yaşayan ailə üzvlərinə və ya onunla birlikdə yaşayan şəxslərə və yaxud xidmətçilərə məxsus əşyalar qəbul olunmuş limit faizini keçməmək şərti ilə sığorta təminatının əhatə dairəsinə daxildir.
3. ƏLAVƏ SIĞORTA HAQQI ÖDƏNİLMƏKLƏ SIĞORTA RİSKİ HESAB OLUNAN HALLAR
3.1. Aşağıdakı hadisələrə görə dəyən zərər əlavə razılaşmaya uyğun olaraq və əlavə sığorta haqqı ödəmək şərti ilə sığorta təminatına daxil edilə bilər:
3.1.1. Tətil, lokaut, iğtişaş, xalq hərəkatları və bunların qarşısının alınması üçün görülən tədbirlər;
3.1.2. Üçüncü şəxslərin qərəzli hərəkətləri;
3.1.3. Terror;
3.1.4. Güc və zorakılıq tətbiq edilməklə oğurluq;
3.1.5. Zəlzələ və vulkan püskürməsi.
3.2. Yanğın və partlayışın nəticəsi olmayaraq baş verən aşağıdakı hadisələrə görə dəyən zərər yalnız əlavə razılaşmaya uyğun olaraq və əlavə sığorta haqqının ödənilməsi şərti ilə sığorta təminatının əhatə dairəsinə daxil edilə bilər:
3.2.1. Qar ağırlığı;
3.2.2. Sel və su basması;
3.2.3. Yer sürüşməsi;
3.2.4. Fırtına;
3.2.5. Daxili su;
3.2.6. Tüstü;
3.2.7. Nəqliyyat vasitələrinin sığortalanmış obyektə dəyməsi;
3.2.7.1. Avtomobillərin sığortalanmış obyektə dəyməsi;
3.2.7.2. Su nəqliyyatı vasitələrinin sığortalanmış obyektə dəyməsi;
3.2.7.3. Hava nəqliyyatı vasitələrinin sığortalanmış obyektə dəyməsi;
3.3. Aşağıda göstərilən əmlak və əmlak mənafeləri, habelə itkilər sığorta məbləğlərinin sığorta şəhadətnaməsində ayrıca göstərilməsi və əlavə sığorta haqqının ödənilməsi şərti ilə sığorta təminatının əhatə dairəsinə daxil edilə bilərlər:
3.3.1. Sənətkarlıq və antikvarlığı baxımından qiymətli xxxx tablolar, rəsm əsərləri, kitablar, qravürlər, yazılar, heykəllər, bəzək əşyaları, kolleksiyalar, xalçalar və bu kimi əşyalar;
3.3.2. Modellər, qəliblər, plan və eskizlər, ixtira patentləri, sənədlər, mühasibatlıq və bu kimi digər sənədlər;
3.3.3. Nəğd pul, səhmlər, istiqrazlar, qiymətli kağızlar, bütün növ qızıl və gümüş, onlardan hazırlanmış ziynət əşyaları, digər qiymətli ziynət ləvazimatları, qiymətli daşlar, incilər və sair qiymətli əşyalar;
3.3.4. Dəniz, su, avtomobil nəqliyyat vasitələri və bunların yükləri (hərəkət halı istisna olmaqla);
3.3.5. Əmanət və girov mallar;
3.3.6. Uçuq və dağıntıların aradan qaldırılması;
3.3.7. Gəlir itikisi və mənfəətdən məhrum olma;
3.3.8. Yanğın və partlayış riskləri üzrə mülki məsuliyət (yanğın və partlayış üzrə maddi cavabdehlik əlavə müqavilə ilə bu əsas şərtlərə və əlavə şərtlərə (kloza əlavə şərtlər) uyğun olaraq təminatın əhatə dairəsinə daxil edilə bilər).
4. SIĞORTA RİSKLƏRİNDƏN İSTİSNALAR
Aşağıdakı səbəblər nəticəsində əmlaka dəyən itki, zərər və ya ziyan və ya bilavasitə və ya dolayısı ilə baş verən itkilər sığorta təminatına daxil deyildir:
4.1. Müharibə, silahlı müdaxilə, xarici düşmənlərin hərəkətləri, düşmənçilik və ya hərbi hərəkətlərə oxşar hərəkətlər, hər cür hərbi əməliyyatlar, istila, döyüş (müharibə elan edilmiş olub olmamasından asılı olmayaraq), vətəndaş müharibəsi, üsyan və bunların qarşısının alınması və yatırılması məqsədilə görülən inzibati və hərbi tədbirlər nəticəsində meydana gələn zərər;
4.2. Qiyam, tətil, lokaut və ya digər əmək ixtişaşları, xalq üsyanı miqyasında ictimai həyəcan, hərbi üsyan, bunt, iqtişaş, inqilab, hərbi və ya qəsb edilmiş hakimiyyət, hərbi vəziyyət və ya mühasirə və ya hərbi vəziyyəti və ya mühasirəni elan etmək üçün səbəb xxxx hadisələr;
4.3. Hər hansı bir təşkilat ilə bağlı və ya onun adından hər hansı şəxs və ya şəxslər tərəfindən törədilən terror aktı. Bu istisnaya münasibətdə “terrorizm” sözü siyasi məqsədlə zor gücündən istifadə və ictimaiyyəti və ya onun hər bir hissəsini hədələmə mənasını daşıyacaq;
4.4. Hər hansı nüvə partlayışı, ionlaşdırıcı radiasiya, hər hansı nüvə silahının istehsalı üçün təyin edilmiş material, nüvə enerjisinin yanması nəticəsində yaranan nüvə tullantıları, radiasiya və radioaktiv çirklənmələr və bunlarla əlaqədar görülən hərbi və inzibati tədbirlər;
4.5. Hər hansı bir nüvə kompleksi, ya da onun nüvə komponentinin partlayıcı, radioaktiv, zəhərli, ya da başqa təhlükəli xassələri;
4.6. Hüquqa xxxx xxxx hərəkətlər, xxxxx:
i) Xxxxxxxxx tərəfindən işə götürülmüş və ya onun xidmətində xxxx şəxs tərəfindən vurulan zərər, ziyan və ya itkiyə;
ii) Qanuni olaraq mülkdə xxxx şəxs tərəfindən vurulan zərər, ziyan və ya itkiyə;
iii) Mülk boş və ya istifadə edilmədiyi halda vurulan zərər, ziyan və ya itkiyə təminat verilir.
4.7. Əmlakın yerləşdiyi sahənin və ya ölkənin gömrük orqanı, yerli, bələdiyyə və ya hakimiyyət orqanının (de-yure və ya de-fakto) qərarı nəticəsində əmlaka vurulan zərər, əmlakın dağıdılması, rekvizisiyası, müsadirəsi, milliləşdirilməsi, əlindən alınması;
4.8. Dövlətin səlahiyyətli orqanları tərəfindən sığortalanmış əmlakdan istifadə olunması nəticəsində meydana çıxan zərər;
4.9. Sığortalının və ya onun hər hansı əməkdaşının, işçilərinin, agentlərinin və ya digər şəxslərin, hansılara ki, sığortalanmış əmlak etibar edilə bilər, etibarsızlığı və əliəyriliyi, Sığortalı tərəfindən könüllü olaraq hər hansı bir fırıldaq plan, üsul, hiylə və ya uydurma iddia vasitəsi ilə əmlakın əldə edilməsi nəticəsində baş verən itki, zərər və ya ziyan, izah edilməz itki, zərər və ya ziyan, qəribə itmə və ya inventarizasiyanı həyata keçirəndə aşkar edilən itki və ya çatışmazlıq;
4.10. Bilavasitə və ya dolayısı ilə bütövlükdə və ya qismən sığortalanmasına təminat verilmiş hər hansı bir fiziki zərər və ya ziyan nəticəsində faktiki baş verən və ya baş verməsi xxxxx edilən və ya təhlükəsi xxxx tullantıların və çirkləndirici maddələrin ətraf mühitə atılması, səpələnməsi;
4.11. Sığortalanmış əşyaların, yanğın baş vermədən, öz qüsurlarına, keyfiyyətsiz hazırlanmalarına, həddindən artıq qurumalarına görə və yaxud onların özlərində əmələ gələn zərər;
4.12. Məlumatın işlənilməsi vasitələrinə maqnetik və ya elektrik zərər, elektron məlumatların silinməsi və ya dəyişilməsi və ya kompüter sistemləri, proqramları və ya digər proqram təminatının təhrif edilməsi və ya dəyişilməsi;
4.13. Yanğın baş vermədən sığortalanmış əşyaların istifadə olunması və ya başqa bir faydalı məqsədlə alova və ya istiyə tutulmasına, ocaq və ya digər alov xxxx xxx yerə düşməsinə və ya atılmasına, paltar və ya döşək ağlarının ütü və digər bu kimi əşyalar ilə alovsuz olaraq yanmasına, qızdırıcı, işıqlandırıcı, ütüləmə alətləri, xxxxx, xxx, siqaret və sair bu kimi istilik mənbələrinin toxunmasına görə dəyən zərər;
4.14. Boş və ya istifadə edilməyən bina(lar)da su kəmərlərinin donması və ya yanğın-mühafizə sisteminin qızması;
4.15. Çirklənmə;
4.16. Təminat verilən risklərdən xaric digər risklər nəticəsində binaların uçması və çatlaması;
4.17. Yanğın baş vermədən cərəyanla işləyən hər cür mühərrik, elektron alətlər, cihazlar və qurğuların elektrik xəttinə birləşdirilmiş olduqları zaman dövriyyədə xxxx qısa qapanma, enerjinin artıb-azalması, habelə bunun nəticəsində qızma və induksiya cərəyanı kimi səbəblərə görə dəyən zərər;
4.18. Kiçik bir təzyiq nəticəsində qoruyucuların içəriyə doğru çökməsi, düşməsi və digər formada deformasiyaya uğraması, köhnəlməsi, mərkəzdən qaçma qüvvəsi və texniki hadisələr nəticəsində sığorta edilmiş cihaz və mühərriklərə dəyən hər cür zərər.
4.19. Aşağıdakılara münasibətdə dəyən itki, zərər və ya ziyan sığorta təminatına daxil deyildir:
a. pul, hesablar, veksellər, valyuta, borc təsdiq edən sənədlər, öhdəliklər və ya qiymətli kağızlar;
b. metereoloji şərait (şimşəkdən başqa), tozun təsiri və oğurluq və ya oğurluğa cəhd nəticəsində açıq məkanda saxlanılan daşınılan və ya şəxsi əmlaka dəyən zərər;
c. avtomobillər, yol istifadəsi üçün təyin edilən nəqliyyat vasitələri (aksessuarlar daxil olmaqla), treylerlər, dəmir yol lokomotivi / və ya dəmir yol vasitələrinin hamısı (vaqonlar, paravozlar), su və hava nəqliyyatı;
d. bilavasitə sınaqdan keçirilmə, təmir, quraşdırma, texniki xidmət əməliyyatları nəticəsində sığortalanmış əmlakın zədələnmiş hissəsi. Bu istisna original sığorta müqaviləsi ilə sığortalanmış digər əmlaka dəyən zərər, ziyan və itkiyə münasibətdə tətbiq olunmur;
e. qaramal (iri buynuzlu heyvanlar), yetişən bitkilər, meşə materialı, qazonlar, kol bitkiləri, heyvanlar, xxxxx xxxx- tədqiqat məqsədləri ilə istifadə edilən heyvanlar istisna olunur;
f. zərgərlik xxxxxxx, qiymətli qaş, qiymətli metallar, qızıl və ya gümüş külçələri, xəzlər, xəzlər ilə bəzədilmiş əşyalar;
x. xxxxxxxx, sənədlər, əlyazmaları, iş kitabları, kompüterdə saxlanılan məlumat, şablonlar, modellər, planlar, eskizlər, çertyojlar, nadir və qədim əşyalar, qabaqcadan Sığortaçıya yazılı şəkildə xəbərdar olunmasa və Sığortaçı tərəfindən yazılı şəkildə razılıq verilməsə, nadir kitablar və incəsənət əsərləri;
h. torpaq, torpaq dəyəri, quyular, pirs, dok və gəmilərin xxx xxxxxx üçün körpülər, körpülər, küçə səkiləri, patio, su kəmərləri, yollar və digər döşənmiş səthlər;
i. tikilmə, montaj və quraşdırma prosesində xxxx əmlak və ya strukturlar;
j. süni peyklər, kosmik gəmilər, start meydançaları, start avadanlıqları və onun əsas tərkib hissələri və onların əsas komponentləri daxil olmaqla, xxxxx onlarla məhdudlaşmayan, kosmik vasitələr və kosmik risklər;
k. şərti satış, trast müqaviləsi, və hissə-hissə ödənmə planı üzrə və ya digər təxirə salınmış ödəniş planı üzrə Sığortalı tərəfindən satılmış əmlak, hansından sonra ki, bu əmlakla hər hansı malalan təchiz edilir;
l. gərginlik, telekommunikasiya, ötürücü və bölüşdürücü xəttlər və borular;
m. avadanlıq və qurğular, onların bünövrəsi zirzəmidən və ya zirzəmi olmadıqda yer səthindən aşağıda yerləşəndə;
n. yeraltı borular, bacalar və drenaj sistemləri;
o. digər sığortadan alınacaq sığorta ödənişi istisna olmaqla (Sığortalı onu ala biləcək və ya bilməyəcəyindən asılı olmayaraq), bu və ya digər müqavilənin digər təminat növü üzrə sığortalanmış əmlak, hansında ki, o daha dəqiq olaraq təsvir olunur;
p. elektron və maqnit məlumat işlənilməsi vasitələrində yazılan məlumat daxil olmaqla, dəyərli sənəd və materiallarda saxlanılan məlumatın axtarılması, əvəz edilməsi və bərpası üzrə xərclər;
q. nüvə enerjisi riskləri və ya hər bir anda nüvə parçalanması və radioaktiv enerjidən istifadə edilən müharibə silahı;
r. partlayıcı materiallar;
s. hər hansı bir səbəb üzündən (şimşək daxil olmaqla) elektrik mexanizmə və ya apparata artıq yükləmə, artıq təzyiq, qısa qapanma, özü-özünə odlanma, elektrikin qığılcımlanması və ya buraxılması;
Bu şərtlə ki, bu istisna yalnız zədələnmiş konkret mexanizm, aparat və ya elektrik qurğusuna tətbiq olunacaq və bu cür konkret mexanizm, aparat və elektrik qurğularının yanması nəticəsində zədələnmiş digər mexanizm, aparat və elektrik qurğulara münasibətdə bu istisna tətbiq olunmur.
t. hər hansı bir sığorta müqaviləsi üzrə sığortalanmış yüklər;
u. hər növ ləngitmə, bazarın itirilməsi və vasitəli itki.
4.20. Məhkəmə işi və ya digər məhkəmə prosesinin tənzimlənməsi zamanı Sığortaçı bu istisnaların müddəalarına görə hər bir itki, zərər və ya ziyanın original sığorta müqaviləsi ilə təminat verilmədiyini xxxxx edərsə, həmin itkinin, zərərin və ya ziyanın təminat verildiyini sübut etmək xərcləri Sığortalının öhdəliyinə düşəcək.
5. SIĞORTANIN ƏHATƏ ETDİYİ ƏRAZİ
Tərəflərin başqa cür razılaşdığı və belə razılaşmanın Sığorta müqaviləsində təsbit olunduğu hallar istisna olmaqla, sığorta Azərbaycan Respublikasının ərazisini əhatə edir.
6. TƏRƏFLƏRİN HÜQUQLARI VƏ VƏZİFƏLƏRİ
6.1. Sığortaçının hüquq və vəzifələri:
6.1.1. Risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalıdan sığorta haqqını tələb edir.
6.1.2. Sığorta haqqı və ya onun hissəsi vaxtında ödənilmədikdə sığortaçı onun ödənilməsi üçün ilk hissəsi ilə bağlı sığorta müqaviləsi bağlandığı gündən, digər hissələrlə bağlı isə ödəmə tarixindən 1 aydan gec olmamaq şərti ilə yazılı surətdə 15 günədək müddət müəyyən edə bilər.
6.1.3. Sığortaçı sığortalanmış risklər üzrə müqavilədə müəyyən edilmiş sığorta məbləği həddində öhdəlik daşıyır.
6.1.4. Sığorta məbləğlərini, sığorta riskləri, sığorta risklərindən istisnaları və (və ya) sığorta təminatında məhdudiyyətləri müəyyən edir.
6.1.5. Sığortalıdan riskinin dərəcəsini və yaxud sığorta hadisəsi ilə bağlı şəraiti müəyyən etmək üçün mühüm əhəmiyyət daşıyan hallar və ya sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində bu hallarda baş verən dəyişikliklər barədə bildiyi və ya bilməli olduğu məlumatları verməsini tələb edir;
6.1.6. Bu qaydalarla nəzərdə tutulan şərtlərin sığortalı tərəfindən yerinə yetirilməsini tələb edir;
6.1.7. Sığorta hadisəsinin baş verməsi səbəblərini araşdırmasına sığortalı tərəfindən maneçilik törədilməməsini tələb edir;
6.1.8. Sığortalının sığorta hadisəsi yaranmasına yönəldilən qərəzli hərəkətləri və ya sığorta hadisəsi ilə birbaşa səbəb əlaqəsində xxxx qəsdən cinayətlər törətməməsini tələb edir;
6.1.9. Sığortalının sığortalanmış əmlakın xilas edilməsi (qorunub saxlanması) və ya ona dəymiş zərərin azaldılması üçün lazımi və mümkün tədbirləri görməsini tələb edir;
6.1.10. Sığorta predmeti və hadisəsi barədə sığortalıdan aydın və düzgün məlumat verməsini tələb edir, sığortalının bildirdiyi məlumatın yanlış və ya yarımçıq olması məlum olarsa:
6.1.10.1. Sığortalı bu hərəkəti qəsdən etmişdirsə, sığortaçı vəziyyəti öyrəndiyi tarixdən etibarən sığorta müqaviləsini ləğv edə bilər və sığorta hadisəsi baş verərsə, ödəniş verməkdən imtina edə bilər.
6.1.10.2. Sığortalı hərəkətinin qəsdən etmədiyi müəyyən olarsa, sığortaçı vəziyyəti öyrəndiyi tarixdən etibarən sığorta müqaviləsini ləğv edə bilər və ya həmçinin sığorta müqaviləsinin şərtlərini dəyişdirə və ya əlavə sığorta haqqı almaqla sığorta müqaviləsini qüvvədə saxlaya bilər.
6.1.11. Bu qaydalarda nəzərdə tutulan şərtlərin sığortalı tərəfindən yerinə yetirilməməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsindən imtina edir;
6.1.12. Sığorta hadisələri təsiri nəticəsində sığortalının əmlak mənafelərinə dəyən zərərin əvəzinin tam və ya qismən ödənilməsi miqdarında sığorta ödənişini həyata keçirir.
6.1.13. Sığortaçı sığorta müqaviləsi bağlanarkən sığortalıdan sığorta riskinin müəyyən olunması və sığorta haqqının hesablanması üçün zəruri və ona məlum xxxx bütün halları və məlumatları tələb edir və əlavə zəruri məlumatların siyahısını tərtib edərək, yazılı müraciət formasında sığortalıya göndərir.
6.1.14. Sığorta hadisəsinin baş verməsi barədə sığortaçı hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün xxxx ən qısa müddət ərzində qanunvericiliyə uyğun olaraq, həmin hadisə barədə məlumatlandırılmalı xxxx səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir.
6.1.15. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir.
6.1.16. Sığortaçı sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda sığorta müqaviləsi ilə müəyyən olunmuş qaydada sığorta ödənişini verir.
6.1.17. Sığorta hadisəsi kimi tanına bilən hadisə və ya hal baş verdiyi anda sığorta marağı mövcud olmadıqda həmin hadisə və ya hal sığorta hadisəsi hesab edilmir və sığortaçı sığorta ödənişi üzrə vəzifələrinin icrasından azad edilir.
6.1.18. Sığortaçı sığortalının aşkar yazılı təkidi ilə seçilən təkrarsığortaçının öz öhdəliklərini icra edə bilmədiyi həddə müvafiq sığorta müqaviləsi üzrə vəzifəsini yerinə yetirməkdən azad edilir.
6.1.19. Sığorta müqaviləsində müəyyən edilmiş sığorta məbləği sığorta dəyərindən az olduğu halda (qismən sığorta halında) sığortaçı zərərin əvəzini sığorta məbləğinin sığorta dəyərinə xxxx nisbətində ödəyir.
6.1.20. Sığortalının bu sığorta qaydaları ilə razı olduğunu təsdiq etməsi şərti ilə sığortalıya sığorta müqaviləsi verir.
6.1.21. Sığorta müqaviləsi itdikdə və ya məhv olduqda sığortalı və ya sığorta olunan onun dublikatını sığortaçıdan şifahi və ya yazılı şəkildə tələb edə bilər.Bu tələbin yazılı şəkildə daxil olduğu tarixdən etibarən 3 iş günü müddətində sığortaçı sığortalını və ya sığorta olunanı müqavilədə başqa cür nəzərdə tutulmamışdırsa, öz hesabına müvafiq sığorta müqaviləsinin dublikatı ilə təmin edir.
6.1.22. Sığortaçı sığorta predmeti barəsində sığortalı tərəfindən aydın və düzgün məlumat verilməsini tələb edir.Bu məlumatlarla bağlı sığortalı tərəfindən qəsdən yanlış məlumat verilərsə sığortaçı sığorta predmetinin sığorta müqaviləsində müəyyən edilmiş dəyərini mübahisələndirir.
6.1.23. Sığorta müqaviləsi bağlanarkən müstəqil auditor tərəfindən təsdiqlənmiş illik balansı və fəaliyyətinin illik yekunlarına dair maliyyə nəticələri ilə sığortalının xxxxx olmasını təmin edir.
6.1.24. Sığortalını sığorta şərtləri ilə, yaxud könüllü sığorta müqaviləsinin əsaslandığı sığorta qaydaları ilə xxxxx xxxx.
6.1.25. Sığorta müqaviləsi bağlayarkən sığortaçı sığortalanan predmetə baxış keçirə, fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla onu qiymətləndirə, lazım gəldikdə isə onun həqiqi dəyərini müəyyən etmək məqsədilə sığorta qanunvericiliyinin tələblərini nəzərə almaqla müstəqil ekspert təyin edə bilər.
6.1.26. Sığortaçı sığorta müqaviləsi üzrə sığortalanan əmlakı, həmçinin sığorta risklərini bilavasitə özü və ya sığorta qanunvericiliyinin tələblərini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs, yaxud müstəqil ekspert vasitəsilə qiymətləndirə bilər. Bu halda müstəqil ekspertlər və sığorta sahəsində yardımçı fəaliyyət göstərən şəxslər bununla bağlı sığortaçının malik olduğu bütün hüquqlardan istifadə edə bilərlər.
6.1.27. Sığortaçı 9.8-ci bındində qeyd olunan hallar mövcud olarsa sığorta müqaviləsinə vaxtından əvvəl xitam verir.
6.1.28. Sığorta müqaviləsinə xitam verilməsi üçün əsas xxxx şərait yarandıqda və müqaviləyə xitam verilməsində maraqlı xxxx sığortaçı digər tərəfi bu barədə xəbərdar edir və ən azı 30 gün əvvəl (sığorta müqaviləsi beş ildən xxx müddətə bağlanmış olduqda 60 gün, 3 aydan az müddətə bağlanmış olduqda isə 5 iş günü əvvəl) tələbini əsaslandırdığı yazılı bildiriş göndərir.
6.1.29. Sığorta hadisəsinin baş verməsi barədə sığortaçıya məlumat vermiş sığortalı və ya sığorta olunan şəxs, həmçinin xxxxxxxxxx şəxs hadisə barədə məlumatlandırılmalı xxxx səlahiyyətli dövlət orqanlarına həmin hadisə barədə xəbər verməmişdirsə sığortaçı qeyd olunan orqanları bu hadisə barədə dərhal məlumatlandırır.
6.1.30. Sığortaçı (və ya təyin edilmiş müstəqil ekspert, yaxud sığorta sahəsində yardımçı fəaliyyət göstərən şəxs) sığorta hadisəsinin baş verməsi faktını və (və ya) səbəbini, habelə nəticələrini təsdiq edən və (və ya) sığorta ödənişinin həcminin müəyyənləşdirilməsi üçün xxxxx xxxx sənədlərin və məlumatların alınması ilə bağlı səlahiyyətli dövlət orqanlarına yazılı sorğunu sığortalıya verərək müvafiq sənədlərin təmin edilməsini tələb edir.
6.1.31. Bu qaydaların 15-ci maddəsində müəyyən edilmiş subroqsiya hüququndan istifadə edir.
6.1.32. Qanunvericiliyə və bu qaydalara uyğun digər hüquq və vəzifələrini həyata keçirir.
6.2. Sığortalının hüquq və vəzifələri:
6.2.1. Bu qaydalarla nəzərdə tutulan şərtlərin sığortaçı tərəfindən yerinə yetirilməsini tələb edir;
6.2.2. Sığorta hadisəsinin təsiri nəticəsində sığortalının əmlak mənafelərinə dəyən zərərin əvəzinin tam və ya qismən ödənilməsi miqdarında sığorta ödənişini tələb edir;
6.2.3. Sığorta müqaviləsində qeyd olunan sığorta haqqını ödəyir;
6.2.4. Sığorta riskləri barədə sığortaçıya məlumat verir;
6.2.5. Xxxxxx dərəcəsini və yaxud sığorta hadisəsi ilə bağlı şəraiti müəyyən etmək üçün mühüm əhəmiyyət daşıyan hallar və ya sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində bu hallarda baş verən dəyişikliklər barədə bildiyi və ya bilməli olduğu məlumatları sığortaçıya bildirir;
6.2.6. Sığorta predmetinin və hadisəsinin araşdırması üçün sığortaçıya müvafiq şəraiti yaradır:
6.2.6.1. Sığortalanan əmlaka baxış keçirmək;
6.2.6.2. Sığortalanan əmlakın olduğu yerləri və yerin yaxınlığındakı xxxxxx (qurğu və ya evin) baxış keçirmək;
6.2.6.3. Sığortalanan əmlakın real dəyərinin müəyyənləşdirilməsi məqsədi ilə keçirilən ekspertizada iştirak etmək.
6.2.7. Sığortalanmış əmlakın xilas edilməsi (qorunub saxlanması) və ya ona dəymiş zərərin azaldılması üçün lazımi və mümkün tədbirləri görür;
6.2.8. Sığorta predmeti və hadisəsi barədə sığortaçıya düzgün və aydın məlumat verir;
6.2.9. Bu qaydalarda nəzərdə tutulan şərtləri yerinə yetirir, əks təqdirdə əmlak mənafelərinə dəyən zərərin əvəzinin sığortaçı tərəfindən tam və ya qismən ödənilməsini tələb etmə hüququnu itirir.
6.2.10. Sığorta müqaviləsi bağlanarkən sığortalı sığorta riskinin müəyyən olunması və sığorta haqqının hesablanması üçün zəruri və ona məlum xxxx bütün halları və məlumatı sığortaçıya bildirir.
6.2.11. Sığorta müqaviləsinə bu qaydaların 9.8-ci bəndinin tələblərinə əsasən sığortalı tərəfindən vaxtından əvvəl xitam verilə bilər. Bu halda:
6.2.11.1. Sığortalı, sığorta qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, sığortaçıdan həmin müqavilə üzrə işlərin aparılması xərclərini çıxmaqla müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarının ona qaytarmasını tələb edir, əgər bu tələb sığortaçının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, sığortaçıdan sığorta haqlarını bütünlüklə sığortalıya qaytarılmasını tələb edir.
6.2.11.2. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək sığortaçı tərəfindən sığortalıya ödənilmiş sığorta haqqından az miqdarda sığorta ödənişi verilmişdirsə, həmin sığorta haqqı məbləği ilə sığorta ödənişi məbləği arasındakı fərq miqdarında sığorta haqqının sığortalıya qaytarılması bu qaydaların bu qaydaların 10-ci maddəsinin tələblərinə əsasən həyata keçirilir.
6.2.12. Sığorta hadisəsinin baş verməsi barədə hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün xxxx ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda, qanunvericiliyə uyğun olaraq, həmin hadisə barədə məlumatlandırılmalı xxxx səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verir.
6.2.13. Sığorta məbləğinin azalmış hissəsinə uyğun olaraq, əlavə sığorta haqqı ödənilməklə sığorta müqaviləsində müəyyən edilmiş sığorta məbləğini bərpa edilə bilər.
6.2.14. Sığortalı sığorta müqaviləsi bağlandıqdan sonra meydana çıxan və sığortaçının müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən sığorta riskinin artması ilə bağlı bütün hallar barədə sığortaçıya məlumat verir.
6.2.15. Sığorta müqaviləsinə xitam verilməsi üçün əsas xxxx şərait yarandıqda və müqaviləyə xitam verilməsində maraqlı xxxx sığortalı digər tərəfi bu barədə xəbərdar edir və ən azı 30 gün əvvəl (sığorta müqaviləsi beş ildən xxx müddətə bağlanmış olduqda 60 gün, 3 aydan az müddətə bağlanmış olduqda isə 5 iş günü əvvəl) tələbini əsaslandırdığı yazılı bildiriş göndərir.
6.2.16. Qanunvericiliyə və bu qaydalara uyğun digər hüquq və vəzifələrini həyata keçirir.
7. SIĞORTA HADİSƏSİ BAŞ VERDİKDƏ SIĞORTALININ VƏZİFƏLƏRİ
7.1. Sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün xxxx ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda, qanunvericiliyə uyğun olaraq, həmin hadisə barədə məlumatlandırılmalı xxxx səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. Sığorta müqaviləsində məlumat verməyin müddəti və yaxud üsulu göstərilmişdirsə, o, müəyyən olunmuş müddətdə və həmin üsulla həyata keçirilməlidir.
7.2. Sığorta hadisəsinin baş verməsi barədə sığortaçıya məlumat vermiş sığortalı və ya sığorta olunan şəxs, həmçinin faydalanan şəxs bu qaydaların 7.1-ci bəndi ilə nəzərdə tutulmuş səlahiyyətli dövlət orqanlarına həmin hadisə barədə xəbər verməmişdirsə, sığortaçı qeyd olunan orqanları bu hadisə barədə dərhal məlumatlandırmalıdır.
7.3. Sığortalı baş verən hadisə barəsində səlahiyyətli dövlət orqanlarına məlumat verməyə və qanunvericiliklə ona aid edilmiş bütün öhdəlikləri yerinə yetirməyə borcludur.
7.4. Sığorta hadisəsi zamanı sığortalı mümkün zərərin qarşısını almaq və miqdarını azaltmaq üçün bütün ağlabatan və mümkün tədbirləri görməlidir.
7.5. Belə tədbirlər həyata keçirilərkən sığortalı sığortaçıdan aldığı təlimatları yerinə yetirməlidir.
7.6. Sığortaçı sığorta hadisəsi və onun nəticələri ilə əlaqədar sığortalının bütün hərəkətləri üzərində nəzarət etmək və sığorta ödənişinin həyata keçirilməsinə təsir edə bilən bütün məsələlər haqqında qərar qəbul etmək imkanına malik olmalıdır.
7.7. Sığortalı sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığorta predmetini sığortaçı baxış keçirənə qədər sığorta hadisəsindən sonra düşdüyü vəziyyətdə saxlamağa borcludur.
7.8. Zərər xxxxxx əmlak təmir etdiriləcəkdirsə təmir yeri təmir başlanana qədər sığortaçı ilə razılaşdırılmalıdır.
7.9. Sığortalı sığorta hadisəsinə aid bütün sənədləri və məlumatı sığortaçıya təqdim etmək, həmçinin hadisənin digər iştirakçılarının və sığorta hadisəsi ilə bağlı məsələlərə baxan səlahiyyətli dövlət orqanlarının bütün hərəkətləri barədə təxirə salınmadan məlumat vermək öhdəliyi daşıyır.
7.10. Sığortalı sığortaçının ilkin razılığı olmadan onun məsuliyyətinin tanınmasına yönəlmiş hər hansı bir hərəkət etməyə, saziş imzalamağa və ya vəd verməyə haqlı deyildir.
7.11. Sığorta hadisəsi ilə bağlı bütün rəsmi və qeyri-rəsmi təhqiqatlarda sığortaçı öz hesabına sığortalının maraqlarını təmsil və müdafiə etməyə haqlıdır.
7.12. Sığorta hadisəsi faktının mövcudluğunu və onun səbəb olduğu zərərin ölçüsünü sübut etmək sığortalının vəzifəsidir.
7.13. Sığorta hadisəsi faktının və şəraitinin, eyni zamanda zərərin miqdarının sübut edilməsi üçün sığortalı malik olduğu və həmçinin qanunvericiliyə və adi təcrübəyə müvafiq olaraq əldə etməli bütün sənədləri sığortaçıya təqdim etməyə borcludur.
8. SIĞORTA MƏBLƏĞİ
Sığorta məbləği sığortalanmış risklər üzrə sığortaçının sığorta müqaviləsi ilə müəyyənləşdirilmiş öhdəliyinin son həddidir.
8.1. Bu qaydalara əsasən sığorta məbləği sığorta predmetinin sığorta müqaviləsi bağlandığı andakı həqiqi dəyərindən - sığorta dəyərindən xxx olduğu halda (ikili və ya çoxqat sığorta halında), həmin müqavilə sığorta məbləğinin sığorta dəyərindən artıq xxxx hissəsində etibarsızdır.
8.2. Sığorta məbləğinin hər bir sığorta predmeti və ya onun hissəsinə münasibətdə ayrı-ayrı risklər üzrə miqdarı sığorta müqaviləsində qeyd olunur.
9. SIĞORTA MÜQAVİLƏSİNİN BAĞLANILMASI, ƏLAVƏ VƏ DƏYİŞİKLİKLƏR EDİLMƏSİ, XİTAM VERİLMƏSİ
9.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.
9.2. Sığorta müqaviləsi tərəflərin bu qaydalar əsasında yazılı formada tərtib etməsi, qarşılıqlı imzalaması və ya sığortalının bu qaydalar ilə razı olduğunu təsdiq etməsi şərti ilə sığortaçı tərəfindən sığortalıya sığorta müqaviləsinin verilməsi yolu ilə bağlanır.
9.3. Sığorta müqaviləsinə ediləcək əlavə və dəyişikliklər qanunvericiliyin tələblərinə uyğun olaraq tərəflərin qarşılıqlı razılaşması yolu ilə həyata keçirilir.
9.4. Sığorta müqaviləsi müəyyən müddət üçün bağlanılır.
9.5. Sığorta yalnız müqavilənin (şəhadətnamənin) qüvvədə olduğu müddət ərzində baş verən sığorta hadisələrinə təminat verir.
9.6. Sığorta müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, sığorta təminatının müddəti sığorta müqaviləsinin bağlandığı gün saat iyirmi dörddən başlanır və sığorta qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, sığorta müqaviləsinə əsasən həmin müqavilənin qüvvədə olduğu sonuncu gün saat iyirmi dörddə başa çatır.
9.7. Azərbaycan Respublikasının qanunvericiliyində əqdlərin etibarsızlığı ilə bağlı ümumi əsaslarla və aşağıdakı hallarda sığorta müqaviləsi bağlandığı andan etibarsız sayılır:
9.7.1. sığorta müqaviləsi sığortaçının və ya sığortalının adından müqavilə bağlamağa ixtiyarı olmayan şəxslərlə bağlandıqda;
9.7.2. sığorta fəaliyyəti ilə məşğul olmaq hüququ olmayan və ya müvafiq sığorta növünü aparmağa icazəsi olmayan şəxs sığortaçı qismində müvafiq sığorta müqaviləsini bağladıqda (bu halda ödənilmiş sığorta haqları tam həcmdə sığortalıya qaytarılır);
9.7.3. Sığortalı sığorta müqaviləsi bağlayarkən istənilən şəxsi faydalanan şəxs kimi təyin etmək, habelə sığorta hadisəsi baş verənədək sığortaçının və həmin şəxsin razılığı ilə onu dəyişdirmək hüququna malikdir.
9.8. Sığorta müqaviləsinə aşağıdakı hallarda xitam verilir:
9.8.1. Müqavilənin qüvvədə olduğu müddət bitdikdə;
9.8.2. Sığortaçı sığortalı qarşısında öz öhdəliklərini yerinə yetirdikdə;
9.8.3. Sığortalı sığorta haqqını müqavilədə müəyyən edilən qaydada ödəmədikdə;
9.8.4. Məhkəmə sığorta müqaviləsinin etibarsız olduğu barədə qərar verdikdə;
9.8.5. Sığorta predmeti artıq mövcud olmadıqda;
9.8.6. Aşağıdakı hallar istisna olmaqla, sığortalı fiziki şəxs öldükdə və ya sığortalı hüquqi şəxs ləğv olunduqda:
9.8.6.1. sığorta müqaviləsini bağlamış sığortalı sığorta müqaviləsi bağlayarkən sığortalanmış əmlakı qəbul edəcək hər hansı şəxsi təyin etmiş olduğu, habelə sığorta hadisəsi baş verənədək sığortaçının razılığı ilə onu dəyişdirmiş olduğu hallarda sığortalı fiziki şəxs vəfat edərsə, onun həmin müqavilə üzrə hüquq və vəzifələri mülki qanunvericiliklə müəyyən olunmuş vərəsəlik qaydasında sığortalanmış əmlakı qəbul edən şəxsə keçir;
9.8.6.2. qanunvericilikdə və ya müqavilədə başqa şərtlər müəyyən edilməmişdirsə, sığortalının hüquq və vəzifələri sığorta predmeti xxxx xxxxx əmlakın yeni mülkiyyətçisinə, sahibinə və ya istifadəçisinə həm onun özünün, həm də sığortaçının müqavilədə rəsmiləşdirilən razılığı ilə keçir;
9.8.6.3. başqa şəxsin xeyrinə həyat sığortası müqaviləsi bağlamış sığortalı vəfat etdikdə onun hüquq və vəzifələri xeyrinə sığorta müqaviləsi bağlanmış şəxsə təqdim edildikdən sonra ona özünün yazılı razılığı ilə keçir;
9.8.6.4. sığortalı xxxx hüquqi şəxs sığorta müqaviləsinin qüvvədə olduğu dövrdə yenidən təşkil edildikdə onun həmin müqavilə üzrə hüquq və vəzifələri qanunvericiliyə uyğun olaraq müvafiq hüquq varisinə keçir.
9.8.7. Sığorta müqaviləsi üzrə sığortalı olmayan sığorta olunan vəfat etdikdə sığortalının onun başqası ilə əvəz olunması təklifinə sığortaçı etiraz etdikdə;
9.8.8. Sığorta qanunvericiliyində, yaxud sığorta müqaviləsində digər hal nəzərdə tutulmamışdırsa, sığortalanmış əmlak özgəninkiləşdirilərkən sığortaçı sığortalının hüquq və vəzifələrinin əmlakın yeni mülkiyyətçisinə, sahibinə və ya istifadəçisinə keçməsinə etiraz etdikdə; əmlak özgəninkiləşdirilərkən sığortaçı sığortalının hüquq və vəzifələrinin əmlakın yeni mülkiyyətçisinə, sahibinə və ya istifadəçisinə keçməsinə etiraz etmədikdə əlavə sığorta haqqı ödənilmədən sığorta müqaviləsi üzrə sığortalı dəyişdirilə bilər;
9.8.9. Sığorta hadisəsinin baş verməsi ehtimalı olmadıqda və sığorta riskinin mövcudluğu, səbəbi sığorta hadisəsi olmayan hallara görə başa çatdıqda;
9.8.10. Sığorta marağı artıq mövcud olmadıqda;
9.8.11. Sığortalı sığorta haqqını qanunvericilikdə və sığorta müqaviləsində müəyyən edilən qaydada ödəmədikdə;
9.8.12. Azərbaycan Respublikasının Qanunvericiliyi və bu qaydalarla nəzərdə tutulmuş digər hallarda.
10. SIĞORTA MÜQAVİLƏSİNƏ VAXTINDAN ƏVVƏL XİTAM VERMƏNİN NƏTİCƏLƏRİ
10.1. Sığorta müqaviləsinə (qrup halında sığorta zamanı həm də müqaviləyə hər hansı bir sığorta predmetinə münasibətdə) sığortalının tələbi ilə vaxtından əvvəl xitam verildikdə, sığorta qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərclərini çıxmaqla müqavilənin (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmetinə münasibətdə) qurtarmamış müddəti üçün sığorta haqlarını ona qaytarır; əgər bu tələb sığortaçının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, sığortaçı sığorta haqlarını (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) bütünlüklə sığortalıya qaytarır.
10.2. Sığorta müqaviləsinə (qrup halında sığorta zamanı, həm də müqaviləyə hər hansı bir sığorta predmetinə münasibətdə) sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verildikdə o, sığorta haqlarını (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) bütünlüklə sığortalıya qaytarır; əgər bu tələb sığortalının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərcləri çıxılmaqla müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) qaytarır.
10.3. Sığorta müqaviləsinə (qrup halında sığorta zamanı həm də müqaviləyə hər hansı bir sığorta predmetinə münasibətdə) vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək sığortaçı tərəfindən sığortalıya ödənilmiş sığorta haqqına (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarına) bərabər və ya ondan xxx miqdarda sığorta ödənişi verilmişdirsə, sığorta haqqı (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqları) sığortalıya qaytarılmır.
10.4. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək sığortaçı tərəfindən sığortalıya ödənilmiş sığorta haqqından (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarından) az miqdarda sığorta ödənişi verilmişdirsə, həmin sığorta haqqı məbləği ilə sığorta ödənişi məbləği arasındakı fərq miqdarında sığorta haqqının sığortalıya qaytarılması bu qaydaların 10.1-ci və 10.2-ci bəndlərində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
10.5. Sığorta müqaviləsinə bu qaydalarda və ya qanunvericilklə müəyyən edilmiş məhkəmə qərarı əsasında xitam verilmiş hesab edildikdə, sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərclərini çıxmaqla müqavilənin (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmetinə münasibətdə) qurtarmamış müddəti üçün sığorta haqlarını, bu maddənin 10.3-cü və 10.4-cü bəndlərinin tələbləri nəzərə alınmaqla, sığortalının qanuni nümayəndəsinə qaytarır.
11. ZƏRƏRİN QİYMƏTLƏNDİRİLMƏSİ
11.1. Bir sığorta hadisəsi üzrə dəyən zərərin və (və ya) yaranan itkilərin əvəzinin ödənilməsi üçün iki və ya daha xxx sığorta müqaviləsi ilə bir və ya bir neçə sığortaçının öhdəlikləri yarandıqda icbari sığorta müqavilələri üzrə sığorta ödənişləri verilir. Bu zaman könüllü sığorta müqaviləsi bağlamış sığortaçı sığortalı (sığorta olunan və ya faydalanan şəxs) qarşısındakı öhdəliklərini öz istəyi ilə icbari sığorta müqaviləsi bağlamış sığortaçıdan əvvəl yerinə yetirə bilər.
11.2. Sığorta müqaviləsi üzrə sığortalı, sığorta olunan və ya üçüncü şəxs aşağıdakı hallar istisna olmaqla, zərər dəymiş əmlakı sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə sığortaçıya və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidir:
11.2.1. Zərərin qarşısının alınması və ya həcminin azaldılması, sığorta hadisəsinin nəticələrinin aradan qaldırılması, yaxud digər fəsadlara səbəb olmaması, habelə zərər dəymiş əmlakın sonrakı itkiləri üçün təhlükə ehtimalına səbəb ola bilən nəzarətsiz halda qalmaması, başqa şəxslərin hərəkətinə və ya fəaliyyətinə mane olmaması üçün zəruri tədbirlərin görülməsi, o cümlədən bu məqsədlərlə əmlakın hadisə yerindən kənarlaşdırılması zamanı zərər dəymiş əmlakın hadisədən dərhal sonrakı vəziyyətdə saxlanması mümkün olmadıqda;
11.2.2. sığortaçı sığorta hadisəsi barədə bu qaydalarla nəzərdə tutulmuş şəkildə məlumatlandırıldıqdan 5 gün müddətində onun nümayəndəsi zərər dəymiş əmlaka baxış keçirmədikdə;
11.2.3. digər hallarda zərər dəymiş əmlakın sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə saxlanmamasına sığortaçının yazılı razılığı olduqda.
12. SIĞORTA ÖDƏNİŞİNİN HESABLANMASI QAYDASI
12.1. Sığortalanmış əmlaka vurulan zərərlərin həcmi müəyyən olunduqdan sonra sığorta ödənişinin hesablanması aşağıdakı üsullarla və ardıcıllıqla həyata keçirilir:
12.1.1. Qismən sığorta zamanı - sığorta məbləğinin sığorta dəyərinə xxxx nisbəti əsasında vurulmuş zərərlərə təminat verilir;
12.1.2. Sığorta müqaviləsində azadolma nəzərdə tutulduqda - azadolma məbləği çıxılmaqla zərərlərə təminat verilir;
12.2. Sığorta müqaviləsi üzrə sığorta ödənişlərinin ümumi miqdarı sığorta məbləğini aşa bilməz.
13. SIĞORTA ÖDƏNİŞİNİN HƏYATA KEÇİRİLMƏSİ QAYDASI VƏ ŞƏRTLƏRİ, SIĞORTA ÖDƏNİŞİNİN VERİLMƏSİ ÜÇÜN TƏLƏB OLUNAN SƏNƏDLƏR
Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.
13.1. Sığorta ödənişi aşağıdakılara əsasən həyata keçirilir:
13.1.1. sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığorta müqaviləsində nəzərdə tutulmuş müddətdə sığortaçıya ünvanladığı sığorta tələbi;
13.1.2. sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı qanunvericiliyə uyğun olaraq, hər hansı dövlət orqanına məlumat verilməlidirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənəd;
13.1.3. qanunvericilikdə və müvafiq sığorta qaydalarında nəzərdə tutulan, sığorta ödənişinin verilməsi üçün tələb olunan digər sənədlər.
13.2. Sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını bu qaydaların 13.1-ci bəndində göstərilən sənədlərin və ekspert rəyinin əsasında sığorta müqaviləsi üzrə sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında sığortaçı müəyyən edir. Bu zaman sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya sığorta qanunvericiliyinin tələblərini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirə bilər.
13.3. Sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi sığorta qanunvericiliyinin tələbləri nəzərə alınmaqla, təyin olunan müstəqil ekspert və ya sığorta sahəsində yardımçı fəaliyyət göstərən şəxslər tərəfindən aparılır və bu zaman sığortaçının malik olduğu bütün hüquqlardan istifadə edə bilərlər.
13.4. Sığortaçı sığorta hadisəsi ilə əlaqədar bütün sənədləri aldıqdan sonra 30 təqvim günü ərzində sığorta ödənişini verir və ya yazılı şəkildə əsaslandırmaqla ödənişi verməkdən imtina edir.
13.5. Zərərin miqdarı barədə tərəflər arasında razılıq əldə edildikdən sonra sığorta hadisəsi üzrə sığorta ödənişi sığortaçının seçimi əsasında aşağıdakı formalarda həyata keçirilir:
13.5.1. zərər məbləğinin pul şəklində sığortalıya (sığorta olunana) və ya faydalanan şəxsə ödənilməsi;
13.5.2. sığorta hadisəsi nəticəsində dəyən zərərin aradan qaldırılması üçün sığortalıya (sığorta olunana və ya faydalanan şəxsə) göstərilən xidmətlərin və ya satılan əşyaların dəyərinin xidmət göstərənə və ya satıcıya ödənilməsi;
13.5.3. sığorta müqaviləsində nəzərdə tutularsa, həmin müqavilədə müəyyən edilən şərtlər əsasında sığorta predmeti xxxx əmlakın dəyişdirilməsi.
13.6. Sığorta ödənişinin ödənilməsi zamanı sığortaçı sığorta ödənişi məbləğindən sığortalının ona ödəməli olduğu, vaxtı çatmış və ya gecikdirilmiş sığorta haqqı məbləğini tutmaq hüququna malikdir.
13.7. Sığorta müqaviləsində müəyyən edilmiş sığorta məbləği həmin müqavilə üzrə verilmiş sığorta ödənişi həcmində azalmış hesab olunur, bu halda sığorta məbləğinin azalmış hissəsinə uyğun olaraq, əlavə sığorta haqqı ödənilməklə sığorta müqaviləsində müəyyən edilmiş sığorta məbləği bərpa edilə bilər. Sığorta qanunvericiliyində başqa hal nəzərdə tutulmamışdırsa, bu zaman sığorta müqaviləsinə sığortaçı sığorta məbləğinin azalması ilə bağlı dəyişiklik edə bilər.
13.8. Əmlakın sığortasında və əmlaka vurulan zərərə görə mülki məsuliyyətin sığortasında sığorta ödənişi sığorta hadisəsinin baş verməsi nəticəsində sığortalıya və ya sığorta olunana, habelə zərərçəkən üçüncü şəxsə dəyən real zərərin miqdarından xxx xxx bilməz.
14. SIĞORTA ÖDƏNİŞİNİN VERİLMƏSİNDƏN İMTİNANIN ƏSASLARI
14.1. Sığortaçı sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edir:
14.1.1. sığortaçının hadisənin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması ilə əlaqədar olaraq onun mənafeləri əhəmiyyətli dərəcədə pozulduqda, habelə zərər dəymiş əmlakın ona təqdim edilməsi ilə bağlı bu qaydaların 11.2-ci bəndinə riayət edilmədikdə;
14.1.2. qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyəti istisna edən hallardan başqa, sığortalının, müvafiq hallarda zərərçəkənin sığorta hadisəsinin baş verməsinə yönələn qəsdən etdiyi hərəkəti və ya hərəkətsizliyi, habelə sığorta hadisəsi ilə birbaşa səbəb əlaqəsində xxxx qəsdən cinayət törətməsi;
14.1.3. müqavilə və ya qanunla hərbi risklərin sığortalanması nəzərdə tutulmadıqda hadisənin baş verməsinin hərbi əməliyyatlar və ya hərbi xarakterli tədbirlər hesab edilən halların nəticəsi olması;
14.1.4. sığortalının sığortalanmış əmlaka dəyən zərərin qarşısını almaq və ya həcmini azaltmaq üçün lazımi və mümkün tədbirləri görmək iqtidarında olduğu halda, həmin tədbirləri qəsdən görməməsi; bu zaman sığorta ödənişindən o həcmdə imtina edilə bilər ki, sığortalı mümkün tədbirləri xxxxxx olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı;
14.1.5. sığortaçının sığorta hadisəsinin baş verməsi səbəblərini araşdırmasına sığortalı tərəfindən maneçilik törədilməsi, o cümlədən bu qaydaların 11.2.1-ci bəndində müəyyən edilmiş məqsədlər üçün zəruri tədbirlərin görülməsi halları istisna olmaqla, digər hallarda əmlakın hadisə yerindən kənarlaşdırılmasının sığortaçını hadisənin səbəblərini və ya zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum etməsi;
14.1.6. bu qaydaların 14.2-ci bəndi nəzərə alınmaqla, sığorta predmeti, həmçinin sığorta olunan şəxs və (və ya) sığorta hadisəsi barəsində sığortalının sığortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində sığortaçının sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması;
14.1.7. əmlakın sığortası üzrə sığortalı, sığorta olunan və ya faydalanan şəxsin zərərin əvəzini tam olaraq zərər dəyməsində təqsirli xxxx şəxsdən xxxxxx; zərərvuran zərərin əvəzini qismən ödəmiş olduqda sığorta ödənişindən ödənilmiş məbləğ həcmində imtina edilir.
14.1.8. baş vermiş hadisənin qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi;
14.1.9. Sığorta hadisəsinin sığorta haqqı və ya onun hər hansı bir hissəsinin sığorta müqaviləsində nəzərdə tutulmuş ödənilməsi müddəti başa çatdıqdan 15 gün sonra, sığortaçının bu barədə yazılı xəbərdarlıqla son ödəmə müddəti müəyyən edilmişdirsə bu müddətin bitməsindən 3 gün sonra baş verməsi halında sığorta haqqı və ya onun müvafiq hissəsi ödənilməmiş olduqda;
14.1.10. sığorta qanunvericiliyində və ya sığorta qaydalarında nəzərdə tutulmuş digər hallarda.
14.2. Sığorta müqaviləsi bağlanarkən və ya bağlandıqdan sonra sığortalı özünə məlum xxxx və sığortaçının müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə sığortaçıya məlumat verməmişdirsə.
14.3. Sığortalının sığorta qanunvericiliyində və ya bu qaydalarla nəzərdə tutulmuş vəzifələrini yerinə yetirmədiyi hallarda.
14.4. Sığorta qanunvericiliyi və bu qaydalarla nəzərdə tutulmuş digər hallarda.
15. SUBROQASİYA HÜQUQU
15.1. Subroqasiya - Sığorta ödənişinin həyata keçirilməsindən sonra, Sığorta olunanın səhhətinə vurulan zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı subroqasiya qaydasında tələb irəli sürmək hüququ, həmin ödəniş məbləği həddində Sığortaçıya keçir.
15.2. Sığortalı (Sığorta olunan) Sığortaçının subroqasiya hüququnun təmin edilməsi üçün öz imkanları çərçivəsində ona hər cür kömək göstərməli və Sığortaçını tələb irəli sürmək üçün zəruri xxxx bütün sənədlər, sübut və məlumatlarla təmin etməlidir.
15.3. Sığortalının(Sığorta olunanın) hər hansı məhkəmədən kənar razılaşma və ya məhkəmə qərarı əsasında zərərə görə məsuliyyət daşıyan şəxslərdən aldığı təminat məbləğləri, ilk növbədə Sığortaçının sığorta müqaviləsi üzrə həyata keçirdiyi sığorta ödənişlərinin əvəzinin ödənilməsinə xərclənəcək.
15.4. Sığortaçı ilə Sığortalı arasında başqa cür razılaşdırıldığı və belə razılaşmanın Sığorta müqaviləsində təsbit olunduğu hallar istisna olmaqla, Sığortalı (Sığorta olunan) zərərvuran şəxsə qarşı iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımi sənədləri Sığortaçıya verməkdən imtina etdikdə, Sığortaçı sığorta ödənişi verməkdən zərərvuran şəxsdən subroqasiya qaydasında ala biləcəyi məbləğ həcmində azad edilir və ödənilmiş sığorta ödənişinin tam və ya müvafiq hissəsinin qaytarılması hüququnu əldə edir.
16. SIĞORTA MÜQAVİLƏSİNİN QAYDALAR ÜZƏRİNDƏ ÜSTÜNLÜYÜ
16.1. Bu Qaydalarda nəzərdə tutulmuş istisnalar və məhdudiyyətlər qanunvericiliyə zidd olmadığı hallarda tərəflərin razılığı ilə sığorta təminatına daxil edilə bilər.
17. XÜSUSİ ŞƏRTLƏR
17.1. Sığorta müqaviləsində qanunvericiliyə, bu qaydalara və bunlarla əlaqədar xxxx əlavə şərtlərə (klozlara) zidd olmayan xüsusi şərtlər də yazıla bilər.
17.2. Sığorta müqaviləsinə əlavə və dəyişikliklər qarşılıqlı razılaşma əsasında yazılı şəkildə rəsmiləşdirilir.
17.3. Sığorta müqaviləsinin şərtlərinin yerinə yetirilməməsinə və ya lazımi qaydada yerinə yetirilməməsinə görə tərəflər Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq qaydada məsuliyyət daşıyırlar.
17.4. Sığorta predmeti bir və ya bir neçə sığorta müqaviləsi ilə həqiqi dəyərindən artıq məbləğə sığortalandıqda sığorta məbləğinin sığorta dəyərindən artıq xxxx hissəsində sığorta müqaviləsi etibarsızdır.
17.5. Sığortalı ilə sığortaçı arasındakı razılaşmaya görə davamlı olaraq eynicinsli sığorta predmetinin müxtəlif hissələrinin oxşar şərtlərlə ayrı-ayrı dövrlər üzrə sığorta olunması vahid sığorta müqaviləsi tərtib edilməklə bir sığorta müqaviləsi əsasında həyata keçirilə bilər.
17.6. Sığortalı bu qaydaların 17.5-ci bəndində göstərilən əmlakın hər bir hissəsi haqqında sığorta müqaviləsində razılaşdırılmış məlumatları vaxtında, belə məlumatların təqdim edilmə vaxtı müqavilədə nəzərdə tutulmadıqda isə həmin məlumatları əldə etdikdən dərhal sonra sığortaçıya çatdırmalıdır. Məlumatlar əldə edildiyi zaman zərərlərin əvəzinin sığortaçı tərəfindən ödənilməyəcəyi məlum olsa belə sığortalı əldə etdiyi məlumatları sığortaçıya çatdırmalıdır.
17.7. Sığortalı tələb etdikdə sığortaçı bu qaydaların 17.5-ci bəndində nəzərdə tutulan müqavilənin aid olduğu əmlakın ayrı-ayrı hissələri üzrə sığorta müqaviləsi verməlidir.
18. İŞ SİRLƏRİNİN GİZLİ SAXLANILMASI
Sığortaçı, sığortalıya aid öyrənəcəyi iş sirlərini gizli saxlamamaqdan dəyən ziyan və zərərlərə görə məsuliyyət daşıyır.
19. MÜBAHİSƏLƏRİN HƏLLİ QAYDASI
19.1. Sığorta müqaviləsi üzrə ortaya çıxan mübahisələr tərəflərin danışıqlar yolu ilə həll edilir.
19.2. Razılığa gəlinmədiyi təqdirdə mübahisələrə Azərbaycan Respublikasının mövcud qanunvericiliyində müəyyən olunmuş qaydada aidiyyatı üzrə məhkəmədə baxılır.
19.3. Sığorta müqaviləsindən irəli gələn bütün tələblər Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə müəyyənləşdirilmiş müddətdə həll edilir.
ƏMLAKIN YANĞIN VƏ DİGƏR ƏLAVƏ RİSKLƏRDƏN SIĞORTASI İLƏ BİRLİKDƏ VERİLƏ BİLƏCƏK ƏLAVƏ ŞƏRTLƏRİ
TƏTİL, LOKAUT, İĞTİŞAŞ, XALQ HƏRƏKATI ÜZRƏ ŞƏRTLƏR
”Əmlakın Yanğın və Digər Əlavə Risklərdən Sığortası Qaydaları”nın müddəalarına əməl olunması şərtilə:
⮚ Yanğın baş verməsinə səbəb olub-olmamasından asılı olmayaraq; tətil, lokaut, iğtişaş və ya xalq hərəkatları ilə əlaqədar baş verən hadisələr və bu hadisələrin qarşısını almaq və təsirlərini azaltmaq üçün səlahiyyətli orqanların gördüyü tədbirlər nəticəsində sığortalanmış obyektlərə dəyən bütün zərər sığorta təminatına daxil edilir;
⮚ Yuxarıda göstərilən hadisələrlə əlaqədar olsa da, istehsal həcminin azalması, sığortalanmış malların çirklənməsi, paslanması, çürüməsi və keyfiyyətinin aşağı düşməsi kimi dolayı yolla dəyən zərər sığorta təminatına daxil deyildir.
Tətil, lokaut, iğtişaş və xalq hərəkatı üzrə Sığortalının ”Əmlakın Yanğın və Digər Əlavə Risklərdən Sığortası Qaydaları”nda göstərilən məlumat vermə cavabdehliyindən əlavə bu şərtlərlə əlaqədar suallara yazılı və imzalı şəkildə verəcəyi cavablara əsasən sığorta təminatı verilir.
TERROR ÜZRƏ ŞƏRTLƏR
”Əmlakın Yanğın və Digər Əlavə Risklərdən Sığortası Qaydaları”nın müddəalarına əməl olunması şərtilə:
⮚ Terror hərəkətləri və bu hərəkətlərdən irəli gələn sabotaj, bunların tələb etdiyi hərbi və inzibati tədbirlərin səbəb olduğu yanğın və partlayış nəticəsində meydana gələnlər də daxil olmaqla bütün zərərlər sığorta təminatına daxil edilə bilərlər.
Bu şərtlərdə:
⮚ Terror anlayışı hansısa bir təşkilatın üzvü xxxx şəxs və ya şəxslərin təzyiq göstərmə, məcbur etmə və əzab vermə, qorxutma, hədə vasitələrinin birindən istifadə etməklə respublikanın konstitusiyasında göstərilən rəmzlərini, siyasi, hüquqi, sosial, dünyəvi, iqtisadi vəziyyətini dəyişdirmək, Azərbaycan dövlətinin ərazi və milli bütövlüyünü pozmaq, mövcudluğuna təhlükə yaratmaq, nüfuzuna xələl gətirmək, ümumi hüquq və azadlıqları ləğv etmək, dövlətin daxili və xarici təhlükəsizliyini, müstəqilliyini pozmaq məqsədilə etdikləri hərəkətlər xxxx xxxx düşülür.
⮚ Təşkilat termini: iki və ya daha artıq şəxsin eyni məqsəd ətrafında birləşməsini nəzərdə tutur və Azərbaycan Respublikasının qanunvericiliyində göstərilən birləşmələri, təşkilat və cəmiyyətləri əhatə edir.
Terror üzrə sığorta təminatı, sığortalının ”Əmlakın Yanğın və Digər Əlavə Risklərdən Sığortası Qaydaları”nda göstərilən məlumat vermə cavabdehliyindən əlavə bu şərtlərlə əlaqədar suallara yazılı və imzalı şəkildə verəcəyi cavablara əsasən verilir.
ZƏLZƏLƏ VƏ VULKAN PÜSKÜRMƏSİ ÜZRƏ ŞƏRLƏR
”Əmlakın Yanğın və Digər Əlavə Risklərdən Sığortası Qaydaları”nın müddəalarına əməl olunması şərtilə:
⮚ Zəlzələ və vulkan püskürməsinin birbaşa və ya dolayısı ilə səbəb olduğu yanğın və partlayış nəticəsində meydana gələnlər də daxil olmaqla bütün zərərlər, sığorta təminatına daxil edilir.
⮚ ”Əmlakın Yanğın və Digər Əlavə Risklərdən Sığortası Qaydaları”nın əksinə olaraq, zəlzələ və vulkan püskürməsinin səbəb olduğu yanğın və partlayış nəticəsində sığortalanmış əşyaların itirilməsinə görə dəyən zərər sığorta təminatına daxil edilmir.
AZADOLMA MƏBLƏĞİ
⮚ Zəlzələ və vulkanın səbəb olduğu yanğınla əlaqədar olmayan zərərlərdə sığortaçılar, 72 (yetmiş iki) saatlıq fasiləsiz bir müddət ərzində dəyən zərərin birinci 10%-dən xxx xxxx hissəsinə görə cavabdehdir. Sığortalı 72 (yetmiş iki) saatlıq müddət başa çatdıqdan və bütün hallarda hadisənin baş verdiyini öyrəndiyi tarixdən etibarən ən gec 7 (yeddi) təqvim günü ərzində vəziyyəti sığortaçıya bildirməməyə görə məsuliyyət daşıyır.
Zəlzələ və vulkan püskürməsi üzrə sığorta təminatı, sığortalının ”Əmlakın Yanğın və Digər Əlavə Risklərdən Sığortası Qaydaları”nda göstərilən məlumat vermə cavabdehliyindən əlavə bu şərtlərlə əlaqədar suallara yazılı və imzalı şəkildə verəcəyi cavablara əsasən verilir.
FIRTINA ÜZRƏ ŞƏRTLƏR
”Əmlakın Yanğın və Digər Əlavə Risklərdən Sığortası Qaydaları”nın müddəalarına əməl olunması şərtilə:
⮚ Yağış, qar, dolu ilə birlikdə olub-olmamasından asılı olmayaraq yalnız fırtına (10 metr yüksəklikdə saniyədə
17.1 metrdən yuxarı sürətlə əsən küləklər nəzərdə tutulur) və ya fırtına nəticəsində küləyin gətirdiyi və yıxdığı şeylərin sığortalanmış əşyalara vurduğu zərər sığorta təminatına daxil edilir.
Fırtına üzrə sığorta təminatı, sığortalının ”Əmlakın Yanğın və Digər Əlavə Risklərdən Sığortası Qaydaları”nda göstərilən məlumat vermə cavabdehliyindən əlavə bu şərtlərlə əlaqədar suallara yazılı və imzalı şəkildə verəcəyi cavablara əsasən verilir.
QAR AĞIRLIĞI ÜZRƏ ŞƏRTLƏR
”Əmlakın Yanğın və Digər Əlavə Risklərdən Sığortası Qaydaları”nın müddəalarına əməl olunması şərtilə;
Sığorta riskləri:
1. Güclü qar yağmasından sonra damlarda yığılmış qarın ağırlığına görə sığortalanmış xxxxxx və içindəki əmlaka dəyən həqiqi zərərlər;
2. Qarın ağırlığından damın uçması və ya çökməsinə görə qar, yağış və dolunun binanın içindəki sığortalanmış xxxxxxx vurduqları zərərlər.
Sığorta təminatına daxil edilməyən zərərlər:
1. Qarın ağırlığına görə damda heç bir xəsarət baş vermədən, qarın, dolunun, yağışın və ya əriyən qarın binanın içərisində keçməsinə (sızmasına) görə dəyən zərərlər;
2. Bayırda qalmış xxxxxxx dəyən zərərlər.
Qar ağırlığı üzrə sığorta təminatı, sığortalının ”Əmlakın Yanğın və Digər Əlavə Risklərdən Sığortası Qaydaları”nda göstərilən məlumat vermə cavabdehliyindən əlavə bu şərtlərlə əlaqədar suallara yazılı və imzalı şəkildə verəcəyi cavablara əsasən verilir.
SEL VƏ YA SU BASQINI ÜZRƏ ŞƏRTLƏR
”Əmlakın Yanğın və Digər Əlavə Risklərdən Sığortası Qaydaları”nın müddəalarına əməl olunması şərtilə;
⮚ Sığortalanmış əmlak ətrafındakı nohur, çay, dərə və kanalların daşması; dənizlərin (qabarma və çəkilmə istisna olmaqla) səviyyəsinin qalxması, güclü yağışlardan meydana gələn sel və ya su basmasının səbəb olacağı zərər sığorta təminatına daxil edilir.
Sığorta risklərindən istisnalar:
1. Binanın daxilində və xaricindəki su borularının partlaması, su çənlərinin sıradan çıxması nəticəsində və ya daşmasına görə dəyən zərərlər;
2. Qızdırıcı radiatorların partlaması, daxili su, yağış novalçalarının daşmasına görə dəyən zərərlər;
3. Sel və ya su basması nəticəsində baş versə də yer sürüşməsinin səbəb olduğu zərərlər.
Sel və ya su basması üzrə sığorta təminatı, sığortalının ”Əmlakın Yanğın və Digər Əlavə Risklərdən Sığortası Qaydaları”nda göstərilən məlumat vermə cavabdehliyindən əlavə bu şərtlərlə əlaqədar suallara yazılı və imzalı şəkildə verəcəyi cavablara əsasən verilir.
YER SÜRÜŞMƏSİ ÜZRƏ ŞƏRTLƏR
”Əmlakın Yanğın və Digər Əlavə Risklərdən Sığortası Qaydaları”nın müddəalarına əməl olunması şərtilə;
⮚ Sığortalanmış binanın tikildiyi ərazidə və ya ətrafında baş verən yer sürüşməsi və torpaq çökməsinə, eləcə də sel və ya su basmasının səbəb olduğu yer sürüşməsi və ya torpaq çökməsinə görə dəyən zərər təminata daxil edilir.
⮚ Əlavə razılaşma varsa sığortalanmış binanın ətrafında aparılan qazıntı işləri nəticəsində baş verən yer sürüşməsi və torpaq çökməsinə görə dəyən zərər.
Sığorta təminatına daxil edilməyən hallar:
⮚ Zəlzələ və ya vulkan püskürməsi nəticəsində baş verən yer şürüşməsi və torpaq çökməsinə görə dəyən zərər. Yer şürüşməsi üzrə sığorta təminatı sığortalının ”Əmlakın Yanğın və Digər Əlavə Risklərdən Sığortası Qaydaları”nda göstərilən məlumat vermə cavabdehliyindən əlavə bu şərtlərlə əlaqədar suallara yazılı və imzalı şəkildə verəcəyi cavablara əsasən verilir.
DAXİLİ SUYUN VURDUĞU ZƏRƏRƏ GÖRƏ ŞƏRTLƏR
”Əmlakın Yanğın və Digər Əlavə Risklərdən Sığortası Qaydaları”nın müddəalarına əməl olunması şərtilə;
1. Sığorta riskləri:
1.1. Sığortalanmış binanın içindəki su çənlərinin, su borularının, qızdırıcı sistemin kolonka, radiator və boruların, içməli su və ya kanalizasiya qurğularının partlaması, daşması, sızması, tutulması, sınması və donmasına görə dəyən zərərlər;
1.2. Yağış sularının, qar və buzların əriməsi nəticəsində yaranan suların damlardan sızması, yağış suyu novalçalarının tutulması və ya daşması nəticəsində binanın içinə axan sulara görə dəyən zərərlər;
1.3. Bağlanması unudulan su kranlarından axan sulara görə dəyən zərərlər;
1.4. Donmasına görə qurğular və qurğularla əlaqədar cihazlara dəyən zərər və təminatın əhatə dairəsinə daxil edilmiş zərəri meydana gətirən qurğunun təmir edilməsi məqsədi ilə divarın bir hissəsinin sökülməsi və ya yenidən düzəldilməsi ilə əlaqədar çəkilən xərclər;
1.5. Kanalizasiya və fosseptik su yollarından geriyə daşan çirkli sulara görə dəyən zərərlər;
1.6. Şəhər su şəbəkəsinin nasazlığına görə axan və ya xxxxx xxxxxxx vurduğu zərərlər.
Yuxarıda göstərilən su qurğularına daim nəzarət edilməsi, vaxtlı-vaxtında lazımi qaydada təmir edilməsi və qış fəslinin əvvəlində donmaya qarşı lazımi tədbirlərin göstərilməsi, habelə, xxxx xxxx müddətə boş qalarsa, su kranlarının bağlanacağını və qurğulardakı suyun boşaldılacağını, sığortalı tərəfindən öz öhdəsinə götürməsi müqaviləyə əlavə şərt kimi qeyd olunur.
2. Sığorta risklərindən istisnalar:
2.1. Suyun donması nəticəsində baş verən hallar istisna olmaqla, qurğu və qurğuyla əlaqədar cihazların xarab olması, aşınması və köhnəlməsindən dəyən zərərlər;
2.2. Pəncərə boşluqlarından, damda qoyulmuş gözlüklərdən və ya açıq qoyulmuş yerlərdən içəri axan sulara görə dəyən zərərlər;
2.3. Qar və buzların təmizlənməsinə görə çəkilən xərclər.
Daxili suyun vurduğu zərərlərə görə sığorta təminatı sığortalının ”Əmlakın Yanğın və Digər Əlavə Risklərdən Sığortası Qaydaları”nda göstərilən məlumat vermə cavabdehliyindən əlavə bu şərtlərlə əlaqədar suallara yazılı və imzalı şəkildə verəcəyi cavablara əsasən verilir.
AVTONƏQLİYYAT VASITƏLƏRİ İLƏ VURULAN ZƏRƏRƏ GÖRƏ ŞƏRTLƏR
”Əmlakın Yanğın və Digər Əlavə Risklərdən Sığortası Qaydaları”nın müddəalarına əməl olunması şərtilə:
⮚ Mühərrikli və mühərriksiz avtonəqliyyat vasitələrinin sığortalanmış əmlakları vurmasına görə dəyən zərərlər sığorta təminatına daxil edilir.
⮚ Sığortalının özü, qohumları, qulluqçuları və ya hərəkətlərinə görə məsuliyyət daşıdığı şəxslər tərəfindən idarə olunan avtomobillərin sığortalanmış əmlaka vurduğu zərərlər sığorta təminatına daxil edilmir.
Avtonəqliyyat vasitələri ilə vurulan zərərlər üzrə sığorta təminatı, sığortalının ”Əmlakın Yanğın və Digər Əlavə Risklərdən Sığortası Qaydaları”nda göstərilən məlumat vermə cavabdehliyindən əlavə bu şərtlərlə əlaqədar suallara yazılı və imzalı şəkildə verəcəyi cavablara əsasən verilir.
HAVA NƏQLİYYATI İLƏ VURULAN ZƏRƏRƏ GÖRƏ ŞƏRTLƏR
”Əmlakın Yanğın və Digər Əlavə Risklərdən Sığortası Qaydaları”nın müddəalarına əməl olunması şərtilə;
⮚ Təyyarələrin və digər hava nəqliyyatı vasitələrinin toqquşması və ya düşməsi və onlardan bir hissəsinin və ya parçasının düşməsi nəticəsində sığortalanmış əmlaklara dəyən zərərlər sığorta təminatına daxil edilə bilər.
⮚ Sığortalının özü, qohumları, qulluqçuları və ya hərəkətlərinə görə cavabdeh olduğu şəxslər tərəfindən idarə olunan hava nəqliyyatı vasitələrinin sığortalanmış əmlaka vurduğu zərərlər sığorta təminatına daxil edilmir.
Hava nəqliyyatı ilə vurulan zərərlərə görə sığorta təminatı, sığortalının ”Əmlakın Yanğın və Digər Əlavə Risklərdən Sığortası Qaydaları”nda göstərilən məlumat vermə cavabdehliyindən əlavə bu şərtlərlə əlaqədar suallara yazılı və imzalı şəkildə verəcəyi cavablara əsasən verilir.
SU NƏQLİYYATI İLƏ VURULAN ZƏRƏRƏ GÖRƏ ŞƏRTLƏR
”Əmlakın Yanğın və Digər Əlavə Risklərdən Sığortası Qaydaları”nın müddəalarına əməl olunması şərtilə;
⮚ Mühərrikli və mühərriksiz su nəqliyyatı vasitələrinin sığortalı əmlaklara dəyməsinə görə dəyən zərərlər sığorta təminatına daxil edilir.
⮚ Sığortalının özü, qohumları, qulluqçuları və ya hərəkətlərinə görə cavabdeh olduğu şəxslər tərəfindən idarə olunan su nəqliyyatı vasitələrinin sığortalanmış əmlaka vurduğu zərərlər sığorta təminatına daxil edilmir.
Su nəqliyyati ilə vurulan zərərlərə görə sığorta təminatı, sığortalının ”Əmlakın Yanğın və Digər Əlavə Risklərdən Sığortası Qaydaları”nda göstərilən məlumat vermə cavabdehliyindən əlavə bu şərtlərlə əlaqədar suallara yazılı və imzalı şəkildə verəcəyi cavablara əsasən verilir.
TÜSTÜNÜN VURDUĞU ZƏRƏRƏ GÖRƏ ŞƏRTLƏR
”Əmlakın Yanğın və Digər Əlavə Risklərdən Sığortası Qaydaları”nın müddəalarına əməl olunması şərtilə;
⮚ Xxxx və ya dudkeş vasitəsilə pəncərəyə birləşdirilən qızdırıcı və birləşdirici və bişirmə cihazlarının adi, normal işləməməsi və xarab olması nəticəsində çıxan tüstünün sığortalanmış əşyalara vurduğu zərərlər sığorta təminatına daxil edilir.
⮚ Soba və buxarlardan çıxan tüstülərə görə dəyən zərər, habelə tüstünün, binanın qıraq hissələrində və ətrafında xxxx obyektlərə vurduğu zərərlər sığorta təminatına daxil edilmir.
Tüstünün vurduğu zərərlərə görə sığorta təminatı, sığortalının ”Əmlakın Yanğın və Digər Əlavə Risklərdən Sığortası Qaydaları”nda göstərilən məlumat vermə cavabdehliyindən əlavə bu şərtlərlə əlaqədar suallara yazılı şəkildə verəcəyi cavablara əsasən verilir.
YANĞIN VƏ PARTLAYIŞ ÜZRƏ MÜLKİ MƏSULİYYƏT TƏMİNATI
Bu şərtlərdə göstərilən əlavə təminatlar həm birlikdə, həm də ayrı-ayrılıqda verilə bilər.
”Əmlakın Yanğın və Digər Əlavə Risklərdən Sığortası Qaydaları”nın müddəalarına əməl olunması şərtilə:
1. Xxxxxxxxxx mülkiyyət sahibi qarşısında məsuliyyəti:
1.1. Bu sığorta ilə, icarəçinin icarəyə götürdüyü əmlaka vuracağı zərərlərə və ya həmin əmlakı icarəyə verilə bilinməyəcək vəziyyətə salmasına görə dəyən zərərlərə təminat verilir.
1.2. İcarəyə götürüləcək əmlaka vurulacaq zərərlərə görə icarəçinin mülkiyyət sahibi qarşısındakı məsuliyyəti sığortası üzrə veriləcək ödəniş hesablandığı zaman binanın, inşaat tarixindən etibarən köhnəlmə və aşınma nisbəti çıxılmaqla, hadisə baş verdiyi tarixə xxxx yerli bazar qiymətləri ilə yenidən tikilmə xərcləri əsas götürülür. Binanın yenidən tikilməsinə ehtiyac olmazsa, ödəniş məbləği, binanın hadisə tarixindən bir gün əvvəlki alış-satış qiymətindən torpaq sahəsinin dəyəri çıxılmaqla hesablanan məbləğdən artıq ola bilməz.
1.3. İcarə və ya icarədən mənfəət götürmə imkanının qeyri-mümkünlüyünə görə icarəçinin mülkiyyət sahibi qarşısında məsuliyyəti sığortası üzrə veriləcək ödəniş hesablandığı zaman, bir ildən xxx olmaması şərtilə, hadisə baş verdiyi tarixdən icarəyə verilmiş xxxx hissələrin təmir etdirilməsi və ya yenidən tikilməsi üçün müəyyən edilən müddətin icarə haqqına bərabər xxxx məbləğ əsas götürülür;
2. Mülkiyyət sahibinin icarəçi qarşısında məsuliyyəti.
Mülkiyyət sahibinin icarəçi qarşısında məsuliyyəti icarəyə götürülən binayla əlaqədar hüquqi məsuliyyəti əhatə edir və veriləcək ödəniş hesablandığı zaman, icarəçiyə məxsus mal və əmlakın ”Əmlakın Yanğın və Digər Əlavə Risklərdən Sığortası Qaydaları”na əsasən hesablanan dəyəri əsas götürülür.
3. Mülkiyyət sahibi və ya icarəçinin qonşuluq məsuliyyəti.
⮚ Mülkiyyət sahibi və ya icarəçinin qonşuluq məsuliyyəti yanğın və ya partlayışın sirayət etməsi nəticəsində qonşu bina və ya xxxxxxx dəyəcək zərərləri əhatə edir.