MÜNDƏRİCAT
MÜNDƏRİCAT
MÜNDƏRİCAT | 2 |
ÜMUMİ ANLAYIŞLAR. | 3 |
ÜMUMİ MÜDDƏALAR | 4 |
SIĞORTA SİNİFİ | 4 |
SIĞORTANIN TƏMİNATININ ƏHATƏ DAİRƏSİ | 4 |
SIĞORTA MƏBLƏĞİ ANLAYIŞLARI | 4 |
SIĞORTA RİSKLƏRİ | 4 |
ƏLAVƏ SIĞORTA HAQQI ÖDƏNİLMƏKLƏ SIĞORTA RİSKİ HESAB OLUNAN HALLAR | 4 |
SIĞORTA RİSKLƏRİNDƏN İSTİSNALAR | 5 |
SIĞORTANIN ƏHATƏ ETDİYİ ƏRAZİ | 5 |
TƏRƏFLƏRİN HÜQUQLARI VƏ VƏZİFƏLƏRİ | 5 |
SIĞORTA HADİSƏSİ BAŞ VERDİKDƏ SIĞORTALININ VƏZİFƏLƏRİ | 7 |
SIĞORTA MƏBLƏĞİ | 7 |
SIĞORTA MÜQAVİLƏSİNİN BAĞLANMASI, ƏLAVƏ VƏ DƏYİŞİKLİKLƏR EDİLMƏSİ, XİTAM VERİLMƏSİ | 7 |
SIĞORTA MÜQAVİLƏSİNƏ VAXTINDAN ƏVVƏL XİTAM VERMƏNİN NƏTİCƏLƏRİ | 9 |
ZƏRƏRİN QİYMƏTLƏNDİRİLMƏSİ | 9 |
SIĞORTA ÖDƏNİŞİNİN HESABLANMASI QAYDASI | 10 |
SIĞORTA ÖDƏNİŞİNİN HƏYATA KEÇİRİLMƏSİ QAYDASI VƏ ŞƏRTLƏRİ, SIĞORTA ÖDƏNİŞİNİN VERİLMƏSİ ÜÇÜN TƏLƏB OLUNAN SƏNƏDLƏR | 10 |
SIĞORTA ÖDƏNİŞİNİN VERİLMƏSİNDƏN İMTİNANIN ƏSASLARI | 11 |
SUBROQASİYA HÜQUQU | 12 |
MÜBAHİSƏLƏRİN HƏLLİ QAYDASI | 12 |
TƏRƏFLƏRİN MƏSULİYYƏTİ | 12 |
KƏND TƏSƏRRÜFATI BİTKİLƏRİ MƏHSULLARININ DOLUDAN SIĞORTASI ÜZRƏ TАRİF DƏRƏCƏLƏRİNİN ƏSASLANDIRILMASI | 13 |
ÜMUMİ ANLAYIŞLAR
Sığorta müqaviləsi - sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşma.
Sığortaçı - sığorta fəaliyyətini həyata keçirmək üçün müvafiq lisenziyaya xxxxx xxxx, sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda icbari sığorta qanunlarında və ya müqavilə ilə müəyyən olunmuş qaydada sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfi xxxx yerli hüquqi şəxs.
Sığortalı - sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta xxxxxx xxxx sığorta müqaviləsinin tərəfi;
Sığorta olunan – sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan şəxs;
Xxxxxxxxxx şəxs - sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişi verilməli xxxx şəxs;[6]
Sığorta obyekti - sığortalının, yaxud sığorta olunanın qanunazidd olmayan hər hansı əmlak mənafeyi;
Sığorta predmeti – sığorta müqaviləsi üzrə sığortalanan əmlak mənafelərinin aid olduğu fiziki şəxs, əmlak və ya hal;
Qismən sığorta - Əmlakın sığortası üzrə müqavilədə müəyyən edilmiş sığorta məbləği sığorta dəyərindən az olduğu halda (qismən sığorta halında), sığortaçı zərərin əvəzini sığorta məbləğinin sığorta dəyərinə xxxx nisbətində ödəyir, bir şərtlə ki, qismən sığorta barədə müddəa sığorta müqaviləsində əks edilmiş olsun..
Azadolma məbləği - sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir Azadolma məbləği hər bir halda sığorta müqaviləsinə uyğun olaraq müəyyən edilən sığorta ödənişi məbləğinə tətbiq olunur.Sığorta müqavilələrində şərtli və ya şərtsiz azadolma məbləği müəyyən oluna bilər.
⮚ Şərtli azadolma məbləğinin nəzərdə tutulması halında, sığorta hadisəsi nəticəsində dəyən zərərin həcmi həmin məbləğdən xxx olduqda və ya sığorta müqaviləsində razılaşdırılmış hər hansı digər halın baş verməsi şərtilə azadolma məbləği tətbiq edilmir.
⮚ Şərtsiz azadolma - məbləği nəzərdə tutulduqda həmin məbləğ hər bir halda zərər məbləğindən çıxılır.
Sığorta haqqı risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində könüllü sığortada sığorta müqaviləsi ilə, icbari sığortada isə icbari sığorta qanunları ilə nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləği.
Sığorta məbləği - sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin icbari sığorta üzrə icbari sığorta qanunları ilə, könüllü sığorta üzrə sığorta müqaviləsi ilə müəyyənləşdirilmiş məbləğlə ifadə olunan son həddi.
KƏND TƏSƏRRÜFATI BİTKİLƏRİNİN SIĞORTASININ QAYDALARI
ÜMUMİ MÜDDƏALAR
Bu Qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsi, "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanunu və digər normativ-hüquqi aktlara uyğun olaraq hazırlanmışdır.
SIĞORTA SİNİFİ
Bu sığorta qaydaları ilə müəyyən olunan sığorta növü kənd təsərrüfatı bitkiləri sığortası sinfinə aiddir.
1. SIĞORTANIN TƏMİNATININ ƏHATƏ DAİRƏSİ
Bu sığorta qaydaları ilə, kənd təsərrüfatı bitkilərinə dəyən ziyan və zərərlərə istilikxanalar və istilikxanalarda yetişdirilən məhsullar istisna оlmaqla təminat verilir.
2. SIĞORTA MƏBLƏĞİ ANLAYIŞLAR
Sığorta məbləği, əlavə bir müqavilə yоxdursa, qiymətləndirilməsi mümkün оlan əsas məhsulun dəyərindən ibarət olur. Sığortalının təklifi ilə köməkçi məhsullar da əsas məhsulun müəyyən bir nisbəti daxilində və müqavilədə ayrıca olaraq göstərilməsi şərtilə sığorta dəyərinə daxil edilə bilər, xxxxx köməkçi məhsullar ayrılıqda sığorta oluna bilməz.
Müxtəlif bitkilər üzrə siğorta riski hesab оlunan əsas məhsullar aşağıdakılardır:
2.1. Tarla bitkilərində;
2.1.1. Taxıllarda və dənli bitkilərdə : dən
2.1.2. Lifli bitkilərdə : lif
2.1.3. Pambıqda : xam pambıq
2.1.4. Toxumu yağlı xxxx bitkilərdə : toxum
2.1.5. Əsas məhsulu gövdədən ibarət bitkilərdə : gövdə
2.1.6. Əsas məhsulu kökündə və dibində xxxx bitkilərdə : kök və dib
2.1.7. Əsas məhsulu yarpaqdan ibarət xxxx bitkilərdə : yarpaq
2.1.8. Toxumluq məqsədi ilə yetişdirilən yem bitkilərində : toxum
2.2. Calaq, şitil və digər bu kimi məhsullarda sığorta məbləği, heç bir nisbət ayrılması tətbiq edilmədən məhsulu bütövlüklə əhatə edir.
2.3. Yaşıl yem bitkilərində sığorta məbləği, biçinlərin sayına əsasən hesablanır.
2.4. Bağ, bağça və zeytun bağları sığortalandığı zaman sığorta məbləği, meyvə və zeytunu əhatə edir.
2.5. Bir neçə dəfə məhsul verən bitkilərdə hər bir məhsul yığımı üzrə sığorta məbləğinə müvafiq məhsulun xüsusiyyətlərinə görə hesablanaraq sığorta müqaviləsinə yazılır.
3. SIĞORTA RİSKLƏRİ
3.1. Yanğın, dolu, sel, daşqın, tufan, şaxta və ildırım vurması, zəlzələ, torpaq sürüşməsi, dəmyə torpaqlarında quraqlıq.
4. ƏLAVƏ SIĞОRTA HAQQI ÖDƏNİLMƏKLƏ SIĞORTA RİSKİ HESAB OLUNAN HALLAR
Aşağıdakı səbəblərdən bitkilərin məhsullarına dəyən zərərlər əlavə sığоrta haqqı ödəməklə sığоrta təminatına daxil еdilə bilərlər:
4.1. Tətil, lokaut, ixtişaş və xalq hərəkatları və bunların qarşısını almaq və ya təsir gücünü azaltmaq üçün səlahiyyətli orqanlar tərəfindən həyata keçirilən tədbirlərin səbəb olduğu zərər və itkilər;
4.2. Məhsullara qəsdən vurulan zərərlər;
4.3. Terror aktları, terrordan irəli gələn sabоtajlar və onlar nəticəsində dəyən zərərlər;
4.4. Qasırğa, vulkan püskürməsi nəticəsində dəyən ziyan və zərərlər;
5. SIĞОRTA RİSKLƏRİNDƏN İSTİSNALAR
Aşağıdakı hallarda dəyən ziyan və zərərlərə sığоrta təminatı verilmir:
5.1 Tarlada saxlanılan və vaxtında daşınmayan məhsullara dəyən zərərlər;
5.2 Sığortalının özünün və ya hərəkətlərinə gğrə məsuliyyət daşıdığı şəxslərin qəsdən hərəkətləri və ya kobud səhvləri nəticəsində dəyən ziyan və zərərlər;
5.3 Nüvə partlayışı, radiasiya və radioaktiv çirklənmə, habеlə bunlarla əlaqədar həyata keçirilən inzibati və hərbi tədbirlərin səbəb olduğu hər cür zərər və itkilər;
5.4 Səlahiyyətli orqanların sığortalanmış məhsul və ərazidən istifadə etməsinin səbəb olduğu zərər və itkilər; 5.5Müharibə, hər cür hərbi hərəkatlar, istila, xarici düşmən basqınları, (müharibə elan edilib edilməməsindən asılı
olmayaraq), daxili münaqişə, üsyan, qiyam və bunlarla əlaqədar həyata keçirilən inzibati və hərbi tədbirlərin səbəb olduğu zərər və itkilər.
6. SIĞORTANIN ƏHATƏ ETDİYİ ƏRAZİ
Tərəflərin başqa cür razılaşdığı və belə razılaşmanın Sığorta müqaviləsində təsbit olunduğu hallar istisna olmaqla, sığorta Azərbaycan Respublikasının ərazisini əhatə edir.
7. TƏRƏFLƏRİN HÜQUQLARI VƏ VƏZİFƏLƏRİ.
7.1 Sığortaçının hüquq və vəzifələri:
7.1.1 Risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalıdan sığorta haqqını tələb edir.
7.1.2 Sığorta haqqı və ya onun hissəsi vaxtında ödənilmədikdə sığortaçı onun ödənilməsi üçün ilk hissəsi ilə bağlı sığorta müqaviləsi bağlandığı gündən, digər hissələrlə bağlı isə ödəmə tarixindən 1 aydan gec olmamaq şərti ilə yazılı surətdə 15 günədək müddət müəyyən edə bilər.
7.1.3 Sığortaçı sığortalanmış risklər üzrə müqavilədə müəyyən edilmiş sığorta məbləği həddində öhdəlik daşıyır.
7.1.4 Sığorta məbləğlərini, sığorta riskləri, sığorta risklərindən istisnaları və (və ya) sığorta təminatında məhdudiyyətləri müəyyən edir.
7.1.5 Sığortalıdan riskinin dərəcəsini və yaxud sığorta hadisəsi ilə bağlı şəraiti müəyyən etmək üçün mühüm əhəmiyyət daşıyan hallar və ya sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində bu hallarda baş verən dəyişikliklər barədə bildiyi və ya bilməli olduğu məlumatları verməsini tələb edir;
7.1.6 Bu qaydalarla nəzərdə tutulan şərtlərin sığortalı tərəfindən yerinə yetirilməsini tələb edir;
7.1.7 Sığorta hadisəsinin baş verməsi səbəblərini araşdırmasına sığortalı tərəfindən maneçilik törədilməməsini tələb edir;
7.1.8 Sığortalının sığorta hadisəsi yaranmasına yönəldilən qərəzli hərəkətləri və ya sığorta hadisəsi ilə birbaşa səbəb əlaqəsində xxxx qəsdən cinayətlər törətməməsini tələb edir;
7.1.9 Sığortalının sığortalanmış əmlakın xilas edilməsi (qorunub saxlanması) və ya ona dəymiş zərərin azaldılması üçün lazımi və mümkün tədbirləri görməsini tələb edir;
7.1.10 Sığorta hadisələri təsiri nəticəsində sığortalının əmlak mənafelərinə dəyən zərərin əvəzinin tam və ya qismən ödənilməsi miqdarında sığorta ödənişini həyata keçirir.
7.1.11 Sığortaçı sığorta müqaviləsi bağlanarkən sığortalıdan sığorta riskinin müəyyən olunması və sığorta haqqının hesablanması üçün zəruri və ona məlum xxxx bütün halları və məlumatları tələb edir və əlavə zəruri məlumatların siyahısını tərtib edərək, yazılı müraciət formasında sığortalıya göndərir.
7.1.12 Sığorta hadisəsinin baş verməsi barədə sığortaçı hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün xxxx ən qısa müddət ərzində qanunvericiliyə uyğun olaraq, həmin hadisə barədə məlumatlandırılmalı xxxx səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir.
7.1.13 Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir.
7.1.14 Sığortaçı sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda sığorta müqaviləsi ilə müəyyən olunmuş qaydada sığorta ödənişini verir.
7.1.15 Sığorta müqaviləsində müəyyən edilmiş sığorta məbləği sığorta dəyərindən az olduğu halda (qismən sığorta halında) sığortaçı zərərin əvəzini sığorta məbləğinin sığorta dəyərinə xxxx nisbətində ödəyir.
7.1.16 Sığortalının bu sığorta qaydaları ilə razı olduğunu təsdiq etməsi şərti ilə sığortalıya sığorta müqaviləsi verir.
7.1.17 Sığorta müqaviləsi itdikdə və ya məhv olduqda sığortalı və ya sığorta olunan onun dublikatını sığortaçıdan şifahi və ya yazılı şəkildə tələb edə bilər.Bu tələbin yazılı şəkildə daxil olduğu tarixdən etibarən 3 iş günü müddətində sığortaçı sığortalını və ya sığorta olunanı müqavilədə başqa cür nəzərdə tutulmamışdırsa, öz hesabına müvafiq sığorta müqaviləsinin dublikatı ilə təmin edir.
7.1.18 Sığorta müqaviləsi bağlanarkən müstəqil auditor tərəfindən təsdiqlənmiş illik balansı və fəaliyyətinin illik yekunlarına dair maliyyə nəticələri ilə sığortalının xxxxx olmasını təmin edir.
7.1.19 Sığortalını sığorta şərtləri ilə, yaxud könüllü sığorta müqaviləsinin əsaslandığı sığorta qaydaları ilə xxxxx xxxx.
7.1.20 Sığortaçı sığorta müqaviləsi üzrə sığortalanan əmlakı, həmçinin sığorta risklərini bilavasitə özü və ya sığorta qanunvericiliyinin tələblərini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs, yaxud müstəqil ekspert vasitəsilə qiymətləndirə bilər. Bu halda müstəqil ekspertlər və sığorta sahəsində yardımçı fəaliyyət göstərən şəxslər bununla bağlı sığortaçının malik olduğu bütün hüquqlardan istifadə edə bilərlər.
7.1.21 Sığortaçı 9.8-ci bəndində qeyd olunan hallar mövcud olarsa sığorta müqaviləsinə vaxtından əvvəl xitam verir.
7.1.22 Sığorta müqaviləsinə xitam verilməsi üçün əsas xxxx şərait yarandıqda və müqaviləyə xitam verilməsində maraqlı xxxx sığortaçı digər tərəfi bu barədə xəbərdar edir və ən azı 30 gün əvvəl (sığorta müqaviləsi beş ildən xxx müddətə bağlanmış olduqda 60 gün, 3 aydan az müddətə bağlanmış olduqda isə 5 iş günü əvvəl) tələbini əsaslandırdığı yazılı bildiriş göndərir.
7.1.23 Bu qaydaların 15-ci maddəsində müəyyən edilmiş subroqsiya hüququndan istifadə edir.
7.1.24 Qanunvericiliyə və bu qaydalara uyğun digər hüquq və vəzifələrini həyata keçirir.
7.2 Sığortalının hüquq və vəzifələri:
7.2.1 Bu qaydalarla nəzərdə tutulan şərtlərin sığortaçı tərəfindən yerinə yetirilməsini tələb edir;
7.2.2 Sığorta hadisəsinin təsiri nəticəsində sığortalının əmlak mənafelərinə dəyən zərərin əvəzinin tam və ya qismən ödənilməsi miqdarında sığorta ödənişini tələb edir;
7.2.3 Sığorta müqaviləsində qeyd olunan sığorta haqqını ödəyir;
7.2.4 Sığorta riskləri barədə sığortaçıya məlumat verir;
7.2.5 Xxxxxx dərəcəsini və yaxud sığorta hadisəsi ilə bağlı şəraiti müəyyən etmək üçün mühüm əhəmiyyət daşıyan hallar və ya sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində bu hallarda baş verən dəyişikliklər barədə bildiyi və ya bilməli olduğu məlumatları sığortaçıya bildirir;
7.2.6 Sığorta predmetinin və hadisəsinin araşdırması üçün sığortaçıya müvafiq şəraiti yaradır:
7.2.6.i Sığortalanan əmlaka baxış keçirmək;
7.2.6.ii Sığortalanan əmlakın olduğu yerləri və yerin yaxınlığındakı xxxxxx (qurğu və ya evin) baxış keçirmək;
7.2.6.iii Sığortalanan əmlakın real dəyərinin müəyyənləşdirilməsi məqsədi ilə keçirilən ekspertizada iştirak etmək.
7.2.7 Sığortalanmış əmlakın xilas edilməsi (qorunub saxlanması) və ya ona dəymiş zərərin azaldılması üçün lazımi və mümkün tədbirləri görür;
7.2.8 Sığorta predmeti və hadisəsi barədə sığortaçıya düzgün və aydın məlumat verir;
7.2.9 Sığorta müqaviləsi bağlanarkən sığortalı sığorta riskinin müəyyən olunması və sığorta haqqının hesablanması üçün zəruri və ona məlum xxxx bütün halları və məlumatı sığortaçıya bildirir.
7.2.10 Sığorta hadisəsinin baş verməsi barədə hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün xxxx ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda, qanunvericiliyə uyğun olaraq, həmin hadisə barədə məlumatlandırılmalı xxxx səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verir.
7.2.11 Sığorta məbləğinin azalmış hissəsinə uyğun olaraq, əlavə sığorta haqqı ödənilməklə sığorta müqaviləsində müəyyən edilmiş sığorta məbləğini bərpa edilə bilər.
7.2.12 Sığortalı sığorta müqaviləsi bağlandıqdan sonra meydana çıxan və sığortaçının müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən sığorta riskinin artması ilə bağlı bütün hallar barədə sığortaçıya məlumat verir.
7.2.13 Sığorta müqaviləsinə xitam verilməsi üçün əsas xxxx şərait yarandıqda və müqaviləyə xitam verilməsində maraqlı xxxx sığortalı digər tərəfi bu barədə xəbərdar edir və ən azı 30 gün əvvəl (sığorta müqaviləsi beş ildən xxx müddətə bağlanmış olduqda 60 gün, 3 aydan az müddətə bağlanmış olduqda isə 5 iş günü əvvəl) tələbini əsaslandırdığı yazılı bildiriş göndərir.
7.2.14 Qanunvericiliyə və bu qaydalara uyğun digər hüquq və vəzifələrini həyata keçirir.
8 SIĞORTA HADİSƏSİ BAŞ VERDİKDƏ SIĞORTALININ VƏZİFƏLƏRİ.
8.1 Sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün xxxx ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda, həmin hadisə barədə məlumatlandırılmalı xxxx səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir.
8.2 Sığorta hadisəsinin baş verməsi barədə sığortaçıya məlumat vermiş sığortalı və ya sığorta olunan şəxs, həmçinin faydalanan şəxs bu qaydaların .1-ci bəndi ilə nəzərdə tutulmuş səlahiyyətli dövlət orqanlarına həmin hadisə barədə xəbər verməmişdirsə, sığortaçı qeyd olunan orqanları bu hadisə barədə dərhal məlumatlandırmalıdır.
8.3 Sığortalı baş verən hadisə barəsində səlahiyyətli dövlət orqanlarına məlumat verməyə və qanunvericiliklə ona aid edilmiş bütün öhdəlikləri yerinə yetirməyə borcludur.
8.4 Sığorta hadisəsi zamanı sığortalı mümkün zərərin qarşısını almaq və miqdarını azaltmaq üçün bütün ağlabatan və mümkün tədbirləri görməlidir.
8.5 Belə tədbirlər həyata keçirilərkən sığortalı sığortaçıdan aldığı təlimatları yerinə yetirməlidir.
8.6 Sığortaçı sığorta hadisəsi və onun nəticələri ilə əlaqədar sığortalının bütün hərəkətləri üzərində nəzarət etmək və sığorta ödənişinin həyata keçirilməsinə təsir edə bilən bütün məsələlər haqqında qərar qəbul etmək imkanına malik olmalıdır.
8.7 Sığortalı sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığorta predmetini sığortaçı baxış keçirənə qədər sığorta hadisəsindən sonra düşdüyü vəziyyətdə saxlamağa borcludur.
8.8 Sığortalı sığorta hadisəsinə aid bütün sənədləri və məlumatı sığortaçıya təqdim etmək, həmçinin hadisənin digər iştirakçılarının və sığorta hadisəsi ilə bağlı məsələlərə baxan səlahiyyətli dövlət orqanlarının bütün hərəkətləri barədə təxirə salınmadan məlumat vermək öhdəliyi daşıyır.
8.9 Sığortalı sığortaçının ilkin razılığı olmadan onun məsuliyyətinin tanınmasına yönəlmiş hər hansı bir hərəkət etməyə, saziş imzalamağa və ya vəd verməyə haqlı deyildir.
8.10 Sığorta hadisəsi ilə bağlı bütün rəsmi və qeyri-rəsmi təhqiqatlarda sığortaçı öz hesabına sığortalının maraqlarını təmsil və müdafiə etməyə haqlıdır.
8.11 Sığorta hadisəsi faktının mövcudluğunu və onun səbəb olduğu zərərin ölçüsünü sübut etmək sığortalının vəzifəsidir.
8.12 Sığorta hadisəsi hesab edilə bilən, araşdırılması və ya qeydə alınması tələb olunan hadisələr barədə səlahiyyətli dövlət orqanlarına belə hadisələrin baş verməsi faktını və (və ya) səbəbini, habelə nəticələrini təsdiq edən sənədin alınması üçün yazılı sorğu vermək sığortaçının və ya onun nümayəndəsinin vəzifəsidir.
9 SIĞORTA MƏBLƏĞİ
Sığorta məbləği sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin son həddidir.
9.1 Bu qaydalara əsasən sığorta məbləği sığorta predmetinin sığorta müqaviləsi bağlandığı andakı həqiqi dəyərindən - sığorta dəyərindən xxx olduğu halda (ikili və ya çoxqat sığorta halında), həmin müqavilə sığorta məbləğinin sığorta dəyərindən artıq xxxx hissəsində etibarsızdır.
9.2 Sığorta məbləğinin hər bir sığorta predmeti və ya onun hissəsinə münasibətdə ayrı-ayrı risklər üzrə miqdarı sığorta müqaviləsində qeyd olunur.
10 SIĞORTA MÜQAVİLƏSİNİN BAĞLANILMASI, ƏLAVƏ VƏ DƏYİŞİKLİKLƏR EDİLMƏSİ, XİTAM VERİLMƏSİ.
10.1 Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.
10.2 Sığorta müqaviləsi tərəflərin bu qaydalar əsasında yazılı formada tərtib etməsi, qarşılıqlı imzalaması və ya sığortalının bu qaydalar ilə razı olduğunu təsdiq etməsi şərti ilə sığortaçı tərəfindən sığortalıya sığorta müqaviləsinin verilməsi yolu ilə bağlanır.
10.3 Sığorta müqaviləsinə ediləcək əlavə və dəyişikliklər qanunvericiliyin tələblərinə uyğun olaraq tərəflərin qarşılıqlı razılaşması yolu ilə həyata keçirilir.
10.4 Sığorta müqaviləsi müəyyən müddət üçün bağlanılır.
10.5 Sığorta yalnız müqavilənin (şəhadətnamənin) qüvvədə olduğu müddət ərzində baş verən sığorta hadisələrinə təminat verir.
10.6 Sığorta müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, sığorta təminatının müddəti sığorta müqaviləsinin bağlandığı gün saat iyirmi dörddən başlanır və sığorta qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, sığorta müqaviləsinə əsasən həmin müqavilənin qüvvədə olduğu sonuncu gün saat iyirmi dörddə başa çatır.
10.7 Azərbaycan Respublikasının qanunvericiliyində əqdlərin etibarsızlığı ilə bağlı ümumi əsaslarla və aşağıdakı hallarda sığorta müqaviləsi bağlandığı andan etibarsız sayılır:
10.7.1 sığorta müqaviləsi sığortaçının və ya sığortalının adından müqavilə bağlamağa ixtiyarı olmayan şəxslərlə bağlandıqda;
10.7.2 sığorta fəaliyyəti ilə məşğul olmaq hüququ olmayan və ya müvafiq sığorta növünü aparmağa icazəsi olmayan şəxs sığortaçı qismində müvafiq sığorta müqaviləsini bağladıqda (bu halda ödənilmiş sığorta haqları tam həcmdə sığortalıya qaytarılır);
10.7.3 Sığortalı sığorta müqaviləsi bağlayarkən istənilən şəxsi faydalanan şəxs kimi təyin etmək, habelə sığorta hadisəsi baş verənədək sığortaçının və həmin şəxsin razılığı ilə onu dəyişdirmək hüququna malikdir.
10.8 Sığorta müqaviləsinə aşağıdakı hallarda xitam verilir:
10.8.1 Müqavilənin qüvvədə olduğu müddət bitdikdə;
10.8.2 Sığortaçı sığortalı qarşısında öz öhdəliklərini yerinə yetirdikdə;
10.8.3 Sığortalı sığorta haqqını müqavilədə müəyyən edilən qaydada ödəmədikdə;
10.8.4 Məhkəmə sığorta müqaviləsinin etibarsız olduğu barədə qərar verdikdə;
10.8.5 Sığorta predmeti artıq mövcud olmadıqda;
10.8.6 Aşağıdakı hallar istisna olmaqla, sığortalı fiziki şəxs öldükdə və ya sığortalı hüquqi şəxs ləğv olunduqda:
10.8.6.i sığorta müqaviləsini bağlamış sığortalı sığorta müqaviləsi bağlayarkən sığortalanmış əmlakı qəbul edəcək hər hansı şəxsi təyin etmiş olduğu, habelə sığorta hadisəsi baş verənədək sığortaçının razılığı ilə onu dəyişdirmiş olduğu hallarda sığortalı fiziki şəxs vəfat edərsə, onun həmin müqavilə üzrə hüquq və vəzifələri mülki qanunvericiliklə müəyyən olunmuş vərəsəlik qaydasında sığortalanmış əmlakı qəbul edən şəxsə keçir;
10.8.6.ii qanunvericilikdə və ya müqavilədə başqa şərtlər müəyyən edilməmişdirsə, sığortalının hüquq və vəzifələri sığorta predmeti xxxx xxxxx əmlakın yeni mülkiyyətçisinə, sahibinə və ya istifadəçisinə həm onun özünün, həm də sığortaçının müqavilədə rəsmiləşdirilən razılığı ilə keçir;
10.8.6.iii başqa şəxsin xeyrinə həyat sığortası müqaviləsi bağlamış sığortalı vəfat etdikdə onun hüquq və vəzifələri xeyrinə sığorta müqaviləsi bağlanmış şəxsə təqdim edildikdən sonra ona özünün yazılı razılığı ilə keçir;
10.8.6.iv sığortalı xxxx hüquqi şəxs sığorta müqaviləsinin qüvvədə olduğu dövrdə yenidən təşkil edildikdə onun həmin müqavilə üzrə hüquq və vəzifələri qanunvericiliyə uyğun olaraq müvafiq hüquq varisinə keçir.
10.8.7 Sığorta müqaviləsi üzrə sığortalı olmayan sığorta olunan vəfat etdikdə sığortalının onun başqası ilə əvəz olunması təklifinə sığortaçı etiraz etdikdə;
10.8.8 Sığorta qanunvericiliyində, yaxud sığorta müqaviləsində digər hal nəzərdə tutulmamışdırsa, sığortalanmış əmlak özgəninkiləşdirilərkən sığortaçı sığortalının hüquq və vəzifələrinin əmlakın yeni mülkiyyətçisinə, sahibinə və ya istifadəçisinə keçməsinə etiraz etdikdə; əmlak özgəninkiləşdirilərkən sığortaçı sığortalının hüquq və vəzifələrinin əmlakın yeni mülkiyyətçisinə, sahibinə və ya istifadəçisinə keçməsinə etiraz etmədikdə əlavə sığorta haqqı ödənilmədən sığorta müqaviləsi üzrə sığortalı dəyişdirilə bilər;
10.8.9 Sığorta hadisəsinin baş verməsi ehtimalı olmadıqda və sığorta riskinin mövcudluğu, səbəbi sığorta hadisəsi olmayan hallara görə başa çatdıqda;
10.8.10 Sığorta marağı artıq mövcud olmadıqda;
10.8.11 Sığortalı sığorta haqqını qanunvericilikdə və sığorta müqaviləsində müəyyən edilən qaydada ödəmədikdə;
10.8.12 Azərbaycan Respublikasının Qanunvericiliyi və bu qaydalarla nəzərdə tutulmuş digər hallarda.
11 SIĞORTA MÜQAVİLƏSİNƏ VAXTINDAN ƏVVƏL XİTAM VERMƏNİN NƏTİCƏLƏRİ
11.1 Sığorta müqaviləsinə (qrup halında sığorta zamanı həm də müqaviləyə hər hansı bir sığorta predmetinə münasibətdə) sığortalının tələbi ilə vaxtından əvvəl xitam verildikdə, sığortaçı həmin müqavilə üzrə (qrup halında sığorta zamanı isə müqavilənin hər hansı sığorta predmeti ilə bağlı sığorta haqqına mütənasib xxxx) sığorta haqqının qaytarılan hissəsindən işlərin aparılması xərclərinin müqavilənin qurtarmamış müddətinə mütənasib hissəsini çıxmaqla həmin müddət üçün sığorta haqlarını ona qaytarır. Sığortalının sığorta müqaviləsinə xitam verilməsi ilə bağlı tələbi sığortaçının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, sığortaçı sığorta haqlarını (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) bütünlüklə sığortalıya qaytarır.
11.2 Sığorta müqaviləsinə (qrup halında sığorta zamanı, həm də müqaviləyə hər hansı bir sığorta predmetinə münasibətdə) sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verildikdə o, sığorta haqlarını (qrup halında sığorta zamanı, həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) bütünlüklə sığortalıya qaytarır; əgər bu tələb sığortalının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, sığortaçı müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını (qrup halında sığorta zamanı, həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) qaytarır. Bu halda sığortaçı sığorta müqaviləsi üzrə (qrup halında sığorta zamanı isə müqavilənin hər hansı sığorta predmeti ilə bağlı sığorta haqqına mütənasib xxxx) sığorta haqqının qaytarılan hissəsindən işlərin aparılması xərclərinin müqavilənin qurtarmamış müddətinə mütənasib hissəsini çıxa bilər.
11.3 Sığorta müqaviləsinə (qrup halında sığorta zamanı, həm də müqaviləyə hər hansı bir sığorta predmetinə münasibətdə) vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək sığortaçı tərəfindən sığortalıya ödənilmiş sığorta haqqına (qrup halında sığorta zamanı, həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarına) bərabər və ya ondan xxx miqdarda sığorta ödənişi verilmişdirsə, sığorta haqqı (qrup halında sığorta zamanı, həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqları) sığortalıya qaytarılmır.
11.4 Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək ödənilmiş sığorta haqqından (qrup halında sığorta zamanı, həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarından) az miqdarda sığorta ödənişi verilmişdirsə, həmin sığorta haqqı məbləği ilə sığorta ödənişi məbləği arasındakı fərq miqdarında sığorta haqqının sığortalıya qaytarılması müvafiq olaraq Azərbaycan Respublikası Mülki Məcəllənin 921.1-ci və 921.2-ci maddələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
11.5 Sığorta müqaviləsi bu Məcəllənin 919.2-ci maddəsində müəyyən edilmiş məhkəmə qərarı əsasında xitam verilmiş hesab edildikdə sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərclərini çıxmaqla müqavilənin (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmetinə münasibətdə) qurtarmamış müddəti üçün sığorta haqlarını, Azərbaycan Respublikası Mülki Məcəllənin 921.3-cü və 921.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, sığortalının qanuni nümayəndəsinə qaytarır.
12 ZƏRƏRİN QİYMƏTLƏNDİRİLMƏSİ
12.1 Bir sığorta hadisəsi üzrə dəyən zərərin və (və ya) yaranan itkilərin əvəzinin ödənilməsi üçün iki və ya daha xxx sığorta müqaviləsi ilə bir və ya bir neçə sığortaçının öhdəlikləri yarandıqda icbari sığorta müqavilələri üzrə sığorta ödənişləri verilir. Bu zaman könüllü sığorta müqaviləsi bağlamış sığortaçı sığortalı (sığorta olunan və ya faydalanan şəxs) qarşısındakı öhdəliklərini öz istəyi ilə icbari sığorta müqaviləsi bağlamış sığortaçıdan əvvəl yerinə yetirə bilər.
12.2 Sığorta müqaviləsi üzrə sığortalı, sığorta olunan və ya üçüncü şəxs aşağıdakı hallar istisna olmaqla, zərər dəymiş əmlakı sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə sığortaçıya və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidir:
12.2.1 Zərərin qarşısının alınması və ya həcminin azaldılması, sığorta hadisəsinin nəticələrinin aradan qaldırılması, yaxud digər fəsadlara səbəb olmaması, habelə zərər dəymiş əmlakın sonrakı itkiləri üçün təhlükə ehtimalına səbəb ola bilən nəzarətsiz halda qalmaması, başqa şəxslərin hərəkətinə və ya fəaliyyətinə mane olmaması üçün zəruri tədbirlərin görülməsi, o cümlədən bu məqsədlərlə əmlakın hadisə yerindən kənarlaşdırılması zamanı zərər dəymiş əmlakın hadisədən dərhal sonrakı vəziyyətdə saxlanması mümkün olmadıqda;
12.2.2 sığortaçı sığorta hadisəsi barədə bu qaydalarla nəzərdə tutulmuş şəkildə məlumatlandırıldıqdan 5 gün müddətində onun nümayəndəsi zərər dəymiş əmlaka baxış keçirmədikdə;
12.2.3 digər hallarda zərər dəymiş əmlakın sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə saxlanmamasına sığortaçının yazılı razılığı olduqda.
13 SIĞORTA ÖDƏNİŞİNİN HESABLANMASI QAYDASI.
13.1 Sığortalanmış əmlaka vurulan zərərlərin həcmi müəyyən olunduqdan sonra sığorta ödənişinin hesablanması aşağıdakı üsullarla və ardıcıllıqla həyata keçirilir:
13.1.1 Qismən sığorta zamanı - sığorta məbləğinin sığorta dəyərinə xxxx nisbəti əsasında vurulmuş zərərlərə təminat verilir;
13.1.2 Sığorta müqaviləsində azadolma nəzərdə tutulduqda - azadolma məbləği çıxılmaqla zərərlərə təminat verilir;
13.2 Sığorta müqaviləsi üzrə sığorta ödənişlərinin ümumi miqdarı sığorta məbləğini aşa bilməz.
14 SIĞORTA ÖDƏNİŞİNİN HƏYATA KEÇİRİLMƏSİ QAYDASI VƏ ŞƏRTLƏRİ, SIĞORTA ÖDƏNİŞİNİN VERİLMƏSİ ÜÇÜN TƏLƏB OLUNAN SƏNƏDLƏR.
Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə sığorta qanunvericiliyinə vəya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.
14.1 Sığorta ödənişi aşağıdakılara əsasən həyata keçirilir:
14.1.1 sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya ünvanladığı sığorta tələbi;
14.1.2 sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı, hər hansı dövlət orqanına məlumat verilməlidirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənəd;
14.1.3 sığorta qanunvericiliyində və müvafiq sığorta qaydalarında nəzərdə tutulan, sığorta ödənişinin verilməsi üçün tələb olunan digər sənədlər.
14.2 Sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını bu qaydaların 14.1-ci bəndində göstərilən sənədlərin və ekspert rəyinin əsasında sığorta müqaviləsi üzrə sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün xxxx ən qısa müddət ərzində sığortaçı müəyyən edir. Bu zaman sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya sığorta qanunvericiliyinin tələblərini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirə bilər.
14.3 Sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla, təyin olunan müstəqil ekspert tərəfindən aparılır.
14.4 Sığortaçı sığorta hadisəsi ilə əlaqədar bütün sənədləri aldıqdan sonra 7 təqvim günü ərzində sığorta ödənişini verir və ya yazılı şəkildə əsaslandırmaqla ödənişi verməkdən imtina edir.
14.5 Zərərin miqdarı barədə tərəflər arasında razılıq əldə edildikdən sonra sığorta hadisəsi üzrə sığorta ödənişi sığortaçının seçimi əsasında aşağıdakı formalarda həyata keçirilir:
14.5.1 zərər məbləğinin pul şəklində sığortalıya (sığorta olunana) və ya faydalanan şəxsə ödənilməsi;
14.5.2 sığorta hadisəsi nəticəsində dəyən zərərin aradan qaldırılması üçün sığortalıya (sığorta olunana və ya faydalanan şəxsə) göstərilən xidmətlərin və ya satılan əşyaların dəyərinin xidmət göstərənə və ya satıcıya ödənilməsi;
14.5.3 sığorta müqaviləsində nəzərdə tutularsa, həmin müqavilədə müəyyən edilən şərtlər əsasında sığorta predmeti xxxx əmlakın dəyişdirilməsi.
14.6 Sığorta ödənişinin ödənilməsi zamanı sığortaçı sığorta ödənişi məbləğindən sığortalının ona ödəməli olduğu, vaxtı çatmış və ya gecikdirilmiş sığorta haqqı məbləğini tutmaq hüququna malikdir.
14.7 Sığorta müqaviləsində müəyyən edilmiş sığorta məbləği həmin müqavilə üzrə verilmiş sığorta ödənişi həcmində azalmış hesab olunur, bu halda sığorta məbləğinin azalmış hissəsinə uyğun olaraq, əlavə sığorta haqqı ödənilməklə sığorta müqaviləsində müəyyən edilmiş sığorta məbləği bərpa edilə bilər. Sığorta qanunvericiliyində başqa hal nəzərdə tutulmamışdırsa, bu zaman sığorta müqaviləsinə sığortaçı sığorta məbləğinin azalması ilə bağlı dəyişiklik edə bilər.
15 SIĞORTA ÖDƏNİŞİNİN VERİLMƏSİNDƏN İMTİNANIN ƏSASLARI.
15.1 Sığortaçı sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edir:
15.1.1 Bu qaydaların 15.-ci bəndinə müəyyən edilmiş hallarda sığortaçı zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olduqda belə, aşkar faktlarla sübut olunan həcmdə sığorta ödənişindən imtina edə bilməz.
15.1.2 Azərbaycan Respublikası Mülki Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş məsuliyyəti istisna edən hallardan başqa, sığortalının, müvafiq hallarda zərərçəkənin müvafiq hadisənin baş verməsinə yönələn qəsdən etdiyi hərəkəti və ya hərəkətsizliyi, habelə hadisə ilə birbaşa səbəb əlaqəsində xxxx qəsdən cinayət törətməsi;
15.1.3 müqavilə və ya qanunla hərbi risklərin sığortalanması nəzərdə tutulmadıqda hadisənin baş verməsinin hərbi əməliyyatlar və ya hərbi xarakterli tədbirlər hesab edilən halların nəticəsi olması;
15.1.4 sığortalının sığortalanmış əmlaka dəyən zərərin qarşısını almaq və ya həcmini azaltmaq üçün lazımi və mümkün tədbirləri görmək iqtidarında olduğu halda, həmin tədbirləri qəsdən görməməsi; bu zaman sığorta ödənişindən o həcmdə imtina edilə bilər ki, sığortalı mümkün tədbirləri xxxxxx olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı;
15.1.5 zərər dəymiş əmlakın sığortaçıya təqdim edilməsi ilə bağlı bu qaydaların 12.2.1-ci maddəsinə riayət edilməməsinin sığortaçını zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum etməsi;
15.1.6 bu qaydaların 15.2-ci bəndi nəzərə alınmaqla, sığorta predmeti, həmçinin sığorta olunan şəxs və (və ya) sığorta hadisəsi barəsində sığortalının sığortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində sığortaçının sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması;
15.1.7 əmlakın sığortası üzrə sığortalı, sığorta olunan və ya faydalanan şəxsin zərərin əvəzini tam olaraq zərər dəyməsində təqsirli xxxx şəxsdən xxxxxx; zərərvuran zərərin əvəzini qismən ödəmiş olduqda sığorta ödənişindən ödənilmiş məbləğ həcmində imtina edilir.
15.1.8 baş vermiş hadisənin sığorta qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi;
15.1.9 sığorta haqqının növbəti hər hansı bir hissəsinin müqavilədə nəzərdə tutulmuş ödənilməsi müddəti başa çatdıqdan 15 gün sonra, bu Məcəllənin 903.5-ci maddəsində nəzərdə tutulmuş halda isə
sığortaçının müəyyən etdiyi müddətin başa çatmasından 3 gün sonra sığorta hadisəsinin baş verməsi halında sığorta haqqının müvafiq hissəsi ödənilməmiş olduqda;
15.1.10 sığorta qanunvericiliyində və ya sığorta qaydalarında nəzərdə tutulmuş digər hallarda.
15.2 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 911.2-ci maddəsində nəzərdə tutulmuş məlumatların yanlışlığı sığorta müqaviləsi bağlanarkən sığortaçıya məlum olduqda və ya sığortalı yanlış məlumatların verilməsində təqsirli olmadıqda, habelə tələb olunan məlumata sığortalının cavab verməməsinə baxmayaraq sığorta müqaviləsi bağlanmış olduğu halda sığortaçı sığorta ödənişinin verilməsindən imtina üçün yanlış məlumatın verilməsi və ya tələb olunan məlumatın verilməməsi faktına əsaslana bilməz.
15.3 Sığortalının sığorta qanunvericiliyində və ya bu qaydalarla nəzərdə tutulmuş vəzifələrini yerinə yetirmədiyi hallarda.
15.4 Sığorta qanunvericiliyi və bu qaydalarla nəzərdə tutulmuş digər hallarda.
16 SUBROQASİYA HÜQUQU
16.1 Subroqasiya - sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.
16.2 Sığortalı (Sığorta olunan) Sığortaçının subroqasiya hüququnun təmin edilməsi üçün öz imkanları çərçivəsində ona hər cür kömək göstərməli və Sığortaçını tələb irəli sürmək üçün zəruri xxxx bütün sənədlər, sübut və məlumatlarla təmin etməlidir.
16.3 Sığortalının(Sığorta olunanın) hər hansı məhkəmədən kənar razılaşma və ya məhkəmə qərarı əsasında zərərə görə məsuliyyət daşıyan şəxslərdən aldığı təminat məbləğləri, ilk növbədə Sığortaçının sığorta müqaviləsi üzrə həyata keçirdiyi sığorta ödənişlərinin əvəzinin ödənilməsinə xərclənəcək.
16.4 Sığortaçı ilə Sığortalı arasında başqa cür razılaşdırıldığı və belə razılaşmanın Sığorta müqaviləsində təsbit olunduğu hallar istisna olmaqla, Sığortalı (Sığorta olunan) zərərvuran şəxsə qarşı iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımi sənədləri Sığortaçıya verməkdən imtina etdikdə, Sığortaçı sığorta ödənişi verməkdən zərərvuran şəxsdən subroqasiya qaydasında ala biləcəyi məbləğ həcmində azad edilir və ödənilmiş sığorta ödənişinin tam və ya müvafiq hissəsinin qaytarılması hüququnu əldə edir.
17 MÜBAHİSƏLƏRİN HƏLLİ QAYDASI
17.1 Sığorta müqaviləsi üzrə ortaya çıxan mübahisələr tərəflərin danışıqlar yolu ilə həll edilir.
17.2 Razılığa gəlinmədiyi təqdirdə mübahisələrə Azərbaycan Respublikasının mövcud qanunvericiliyində müəyyən olunmuş qaydada aidiyyatı üzrə məhkəmədə baxılır.
17.3 Sığorta müqaviləsindən irəli gələn bütün tələblər Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə müəyyənləşdirilmiş müddətdə həll edilir.
18. TƏRƏFLƏRİN MƏSULİYYƏTİ
18.1. Bu müqavilə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tərtib edilib və tərəflərlə lazımi qaydada yerinə yetirilməlidir.
18.2. Bu müqavilə üzrə tərəflərdən biri müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirmədikdə və yaxud lazımınca yerinə yetirmədikdə Azərbaycan Respublikasının qüvvədə xxxx qanunvericiliyinə müvafiq olaraq digər tərəfə vurduğu ziyanın əvəzini ödəməlidir.
18.3. Bu müqaviləyə əsasən tərəflərdən heç biri o biri tərəfin yazılı razılığı olmadığı halda öhdəliklərini üçüncü tərəfə vermək hüququna malik deyil.
“GÜNAY SIĞORTA” ASC
KƏND TƏSƏRRÜFATI BİTKİLƏRİ MƏHSULLARININ SIĞORTASI ÜZRƏ TARİF DƏRƏCƏLƏRİNİN ƏSASLANDIRILMASI
Tarif dərəcələri əsaslandırılarkən aşağıdakı məlumatlardan istifadə olunur:
1) Sığorta hadisəsinin baş verməsi ehtimalı (q) – 0,04;
2) Bir sığorta müqaviləsi üzrə xxxx sığorta məbləği (S) – 45000 manat;
3) Bir sığorta hadisəsi üzrə xxxx sığorta ödənişi (Sö) – 34000 manat;
4) Bağlanılacaq sığorta müqavilələrinin sayı (n) – 100
Netto dərəcəni Tn, netto dərəcənin əsas hissəsini Tə, risk üstəliyini isə Tr ilə işarə edək. Onda 100*q*Sö
Tə = = 3,02 manat S
Risk üstəliyini hesablamaq üçün, yığılan sığorta haqqlarının sığorta ödənişlərinin verilməsinə kifayət etməsi ehtimalını – təminat ehtimalını 0,98 götürək. Bu halda həmin ehtimala uyğun əmsal a = 2-dir.
(1-q)^0.5 (0,96)^0.5
Tr = 1,2*Tə*a* = 1,2·2·3,02 = 3,55 manat (nq)^0.5 (100.0,04)^0.5
Netto dərəcə Tn = 3,55 + 3,02 = 6,57 manat təşkil edəcəkdir. Tarifin strukturu: netto dərəcə - 75%, yüklənmə - 25%. O cümlədən işlərin aparılması xərcləri – 23%, qarşısıalınma tədbirləri fondu – 1%, tarif mənfəəti – 1%.
Xxxxxx dərəcəni Tb ilə işarə edək. Onda
6,57 ·100
Tb = = 8,76 manat.
100 – 25
Tarif dərəcələri bitkilərin növlərindən asılı olaraq, azaldıcı və artırıcı əmsallar hesabına diferensiallaşdırılır. O cümlədən:
Kartof, tərəvəz və bostan bitkiləri: 4% - 10%, texniki bitkilər: 3% - 8%, payızlıq və yaylıq dənlilər: 4% - 9%, çoxillik əkmələr məhsulu: 3% - 8%.