Telekommunikasiya haqqında Azərbaycan Respublikasının Qanunu
Telekommunikasiya haqqında Azərbaycan Respublikasının Qanunu
Bu qanun Azərbaycan Respublikasında telekommunikasiya sahəsində fəaliyyətin hüquqi, iqtisadi, təşkilati əsaslarını müəyyənləşdirir və telekommunikasiya resurslarının
məqsədyönlü planlaşdırılmasını və ədalətli istifadə olunmasını tənzimləyir.
I fəsil. Ümumi müddəalar
Maddə 1. Əsas anlayışlar
1.0. Bu qanunda aşağıdakı anlayışlardan istifadə olunur:
1.0.1. telekommunikasiya—elektrik və ya elektromaqnit rabitə vasitələri (kabel, optik və radio əlaqəsi və digər vasitələr) ilə hər hansı siqnalın, səsin və təsvirin məsafəyə ötürülməsi və qəbul edilməsi;
1.0.2. telekommunikasiya şəbəkəsi—telekommunikasiyanın təmin edilməsi üçün vahid texniki və texnoloji sistemdə birləşdirilmiş müxtəlif növ vasitə və qurğuların məcmusu;
1.0.3. ümumistifadəli telekommunikasiya şəbəkəsi—müvafiq qaydalar, standartlar, xidmət göstərilməsi və ödəmə şərtləri əsasında abunəçinin istifadə edə biləcəyi telekommunikasiya xidmətlərinin göstərilməsi üçün nəzərdə tutulan və bütün istifadəçilərə qoşulma imkanını verən telekommunikasiya şəbəkəsi, yaxud onun bir hissəsi;
1.0.4. telekommunikasiya xidməti—müvafiq telekommunikasiya şəbəkəsi vasitəsilə hüquqi, fiziki şəxslərin və qanuni əsaslarla fəaliyyət göstərən digər subyektlərin telekommunikasiyaya xxxx tələbatının ödənilməsi məqsədi ilə həyata keçirilən fəaliyyət;
1.0.5. universal telekommunikasiya xidməti—bütün istifadəçilərə müyəssər xxxx telekommunikasiya xidmətlərinin məcmusu;
1.0.6. telekommunikasiya vasitələri—müvafiq şəbəkə və sistemlərin yaradılması, telekommunikasiya xidməti göstərilməsi üçün istifadə edilən avadanlıqlar, proqram təminatı;
1.0.7. telekommunikasiya qurğuları—müvafiq şəbəkə və sistemlərin yerləşdirilməsi, telekommunikasiya xidməti göstərilməsi üçün istifadə edilən bina, qüllə və digər mühəndis-texniki obyektlər;
1.0.8. telekommunikasiya operatoru (bundan sonra—operator)—mülkiyyətində xxxx telekommunikasiya şəbəkəsi vasitəsilə qanuni əsaslarla telekommunikasiya xidmətləri göstərən hüquqi şəxs və ya sahibkarlıq fəaliyyəti ilə məşğul xxxx fiziki şəxs;
1.0.9. telekommunikasiya provayderi (bundan sonra—provayder)— telekommunikasiya operatorunun şəbəkəsindən istifadə edərək
telekommunikasiya xidmətləri göstərən hüquqi şəxs və ya sahibkarlıq fəaliyyəti ilə məşğul xxxx fiziki şəxs;
1.0.10. telekommunikasiya şəbəkəsinin son nöqtəsi (bundan sonra—son nöqtə)— abunəçilərin telekommunikasiya şəbəkəsinə qoşulduğu, yaxud qoşula biləcəyi nöqtə;
1.0.11. son telekommunikasiya avadanlığı (bundan sonra—son avadanlıq)— telekommunikasiya xidmətlərindən istifadə məqsədi ilə telekommunikasiya şəbəkəsinin qoşulma nöqtələrinə birləşdirilən avadanlıqlar (telefon aparatı, kompüter və s.);
1.0.12. telekommunikasiya xidməti istifadəçisi (bundan sonra—istifadəçi)— hüquqi əsaslarla telekommunikasiya xidmətlərindən istifadə edən şəxs;
1.0.13. telekommunikasiya xidməti abunəçisi (bundan sonra—abunəçi)— operator, provayder ilə bağladığı müqavilə əsasında telekommunikasiya xidmətlərindən istifadə edən şəxs;
1.0.14. nömrə resursu—rəqəmli, hərfi işarələmə və ya həmin işarələrin kombinasiyası, o cümlədən telekommunikasiya şəbəkəsinin və (və ya) onun qovşaq və ya son nöqtələrinin birmənalı şəkildə müəyyənləşdirilməsi üçün nəzərdə tutulan və telekommunikasiya şəbəkəsində istifadəsi mümkün xxxx kodların (nömrələnmə variantlarının) məcmusu və ya onların bir hissəsi;
1.0.15. məxsusiləşdirmə kodu—operatorun, provayderin və abunəçinin müəyyənləşdirilməsi üçün tətbiq edilən rəqəmlər və (və ya) işarələr;
1.0.16. trafik—telekommunikasiya şəbəkəsində və ya telekommunikasiya şəbəkələri arasında ötürülən siqnallar (məlumatlar) toplusu;
1.0.17. elektromaqnit uyğunluğu—radioelektron vasitələrinin və (və ya) yüksək tezlikli qurğuların qəbul olunmuş keyfiyyətlə ətraf elektromaqnit şəraitində digər radioelektron vasitələrinə və (və ya) yüksək tezlikli qurğuların işinə yolverilməz maneələr yaratmadan işləmək qabiliyyəti;
1.0.18. radiotezlik—açıq fəzada (efirdə) sərbəst yayılan elektromaqnit dalğaları spektrinin ayrı-ayrı tərkib hissələri;
1.0.19. ölkə kodlu yüksək səviyyəli domen—qlobal İnternet şəbəkəsində ölkəyə məxsus milli seqmenti əks etdirən şərti işarə.
Maddə 2. Telekommunikasiyanın təyinatı
Telekommunikasiya ölkənin istehsal və sosial infrastrukturunun tərkib hissəsi olmaqla, dövlət hakimiyyəti orqanlarının, fiziki və hüquqi şəxslərin, həmçinin xarici dövlətlərin Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin və beynəlxalq təşkilatların filial və nümayəndəliklərinin telekommunikasiya xidmətlərinə xxxx tələbatlarını təmin edir.
Maddə 3. Telekommunikasiya fəaliyyətinin əsas prinsipləri və istiqamətləri
3.1. Telekommunikasiya fəaliyyəti aşağıdakı prinsiplər əsasında həyata keçirilir:
3.1.1. operatorların, provayderlərin, istifadəçilərin hüquq bərabərliyi və qanuni mənafelərinin qorunması;
3.1.2. xüsusi təyinatlı telekommunikasiya şəbəkələri və vasitələri ilə məlumatların qəbulunun və ötürülməsinin qanunvericilikdə nəzərdə tutulan qaydada
məxfiliyinin təmin edilməsi;
3.1.3. şəbəkə əməliyyatlarının təhlükəsizliyinin təmin edilməsi;
3.1.4. tarif siyasətinin tənzimlənməsi;
3.1.5. telekommunikasiya şəbəkəsinin bütövlüyünün qorunması;
3.1.6. telekommunikasiya şəbəkələrinin qarşılıqlı fəaliyyətinin operativliyi;
3.1.7. radiotezliklərin, nömrə resurslarının və qısa kodların səmərəli istifadəsi;
3.1.8. telekommunikasiya xidmətləri bazarında inhisarçılığın yolverilməzliyi və sağlam rəqabət mühitinin təmin edilməsi;
3.1.9. qərarların qəbul edilməsində şəffaflıq və aşkarlığın təmin edilməsi;
3.1.10. telekommunikasiya sahəsində dövlət tənzimləmə funksiyalarının təsərrüfat funksiyalarından ayrılması;
3.1.11. telekommunikasiya sahəsində beynəlxalq əməkdaşlıq.
3.2. Telekommunikasiya fəaliyyəti aşağıdakı istiqamətlər əsasında həyata keçirilir:
3.2.1. vahid dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi;
3.2.2. dövlət tənzimlənməsinin həyata keçirilməsi;
3.2.3. telekommunikasiya sahəsinin inkişafı və onun beynəlxalq
telekommunikasiya şəbəkələri ilə inteqrasiyasının təmin olunması üçün şəraitin yaradılması;
3.2.4. dövlət idarəçiliyi, ölkənin müdafiəsi, milli təhlükəsizliyi və ictimai asayişin qorunmasında telekommunikasiya xidmətlərinə tələbatın ödənilməsinə zəruri şəraitin yaradılması;
3.2.5. fövqəladə hallarda telekommunikasiya şəbəkələrinin dayanıqlı işləməsinin təmin edilməsi;
3.2.6. operatorlar arasında arabağlantı münasibətlərinin tənzimlənməsi;
3.2.7. milli informasiya resurslarının formalaşdırılması;
3.2.8. qanunvericilikdə müəyyən edilmiş tələblərə əməl olunmasına dövlət nəzarətinin həyata keçirilməsi.
Maddə 4. Telekommunikasiya fəaliyyətinin obyektləri və subyektləri
4.1. Dövlətin, hüquqi və fiziki şəxslərin, həmçinin xarici dövlətlərin Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin və beynəlxalq
təşkilatların filial və nümayəndəliklərinin maraq dairəsinə aid xxxx mövcud informasiya məkanı, telekommunikasiya vasitələri və qurğuları telekommunikasiya obyekti hesab edilirlər.
4.2. Telekommunikasiya xidmətləri göstərən, onları tənzimləyən və bu xidmətlərdən
istifadə edən bütün dövlət hakimiyyəti orqanları, fiziki və hüquqi şəxslər, həmçinin xarici dövlətlərin Azərbaycan Respublikasında fəaliyyət göstərən diplomatik nümayəndəlikləri və beynəlxalq təşkilatların filial və nümayəndəlikləri telekommunikasiya fəaliyyətinin subyektləridir. Telekommunikasiya fəaliyyətinin subyektləri arasında münasibətlər qanunvericilikdə nəzərdə tutulan tələblər və müqavilələr əsasında qurulur.
4.3. Telekommunikasiya fəaliyyətinin obyektləri və subyektləri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə və onun tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində və onun hüdudlarından kənarda mövcud ola bilər.
Maddə 5. Telekommunikasiya haqqında qanunvericilik
5.1. Telekommunikasiya haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, bu qanundan, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.
5.2. Televiziya və radio yayımı ilə bağlı münasibətlər «Televiziya və radio yayımı haqqında» Azərbaycan Respublikasının Qanunu, bu qanun və digər normativ aktlarla tənzimlənir.
II fəsil. Telekommunikasiya fəaliyyətinin tənzimlənməsi
Maddə 6. Telekommunikasiya fəaliyyətinin dövlət tənzimlənməsi
6.1. Azərbaycan Respublikasında telekommunikasiya fəaliyyətinin tənzimlənməsi dövlətin səlahiyyətindədir və aşağıdakı istiqamətlərdə həyata keçirilir:
6.1.1. nömrə resursundan istifadənin təşkili;
6.1.2. telekommunikasiya fəaliyyətinin lisenziyalaşdırılması;
6.1.3. telekommunikasiya sahəsində sertifikatlaşdırma;
6.1.4. telekommunikasiya xidmətləri və radiotezliklərdən istifadə üzrə tariflərin tətbiqi;
6.1.5. telekommunikasiya sahəsində sağlam rəqabət mühitinin və antiinhisar fəaliyyətin tənzimlənməsi;
6.1.6. radiotezliklərdən istifadənin təşkili;
6.1.7. operatorlar arasında qarşılıqlı arabağlantı münasibətlərinin tənzimlənməsi;
6.1.8. qanunvericiliklə müəyyən edilmiş digər tənzimləmə istiqamətləri.
Maddə 7. Nömrə resursundan istifadənin təşkili
7.1. Ölkənin nömrə resursu, ölkə kodu, həmçinin ölkə kodlu yüksək səviyyəli domen dövlətə məxsusdur. Ölkə ərazisində nömrə resurslarının tənzimlənməsi dövlətin müstəsna hüququdur.
7.2. İstifadəçilərin telekommunikasiya xidmətlərinə xxxx tələbatını ödəmək üçün nömrə resursu qanunvericiliklə müəyyən olunmuş qaydalarda operatora, provayderə ayrılır.
7.3. Nömrə resursu müvafiq icra hakimiyyəti orqanı ilə operator, provayder arasında bağlanan müqaviləyə uyğun olaraq ödənişli əsaslarla müddətli və ya daimi istifadəyə verilir.
7.4. Telekommunikasiya operatoruna, provayderinə, eyni zamanda digər hüquqi və fiziki şəxslərə nömrə resurslarının ayrılması müvafiq icra hakimiyyəti orqanı tərəfindən
aşağıdakı prinsiplər nəzərə alınmaqla hazırlanan nömrə resurslarının ayrılması və istifadəsi qaydalarına uyğun olaraq həyata keçirilir:
7.4.1. operatorun, provayderin mövcud maddi-texniki bazasının genişləndirilməsi;
7.4.2. operatorun, provayderin mövcud texnoloji fəaliyyət rejiminin pozulmaması;
7.4.3. sağlam rəqabətə şərait yaradılması;
7.4.4. istifadəçilərin telekommunikasiya xidmətlərindən istifadə etmək hüquqlarının məhdudlaşdırılmaması.
7.5. Nömrə resursunun verilməsindən yalnız qanunla müəyyən edilən hallarda imtina oluna bilər və bu imtinadan inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər.
7.6. Operatora, provayderə nömrə resursunun ayrılması, dəyişdirilməsi və xxxx alınması haqqında məlumatlar kommersiya sirri təşkil etmir.
7.7. Operator, provayder onun üçün ayrılmış nömrə resursunu və ya onun bir hissəsini yalnız müvafiq icra hakimiyyəti orqanının razılığı ilə digər operatora, provayderə verə bilər.
7.8. Hüquqi şəxsin yenidən təşkili zamanı onun üçün ayrılmış nömrə resursu üzrə sənədlər, o cümlədən hüquqi varisin ərizəsi, bir neçə varis olduqda, onların birgə ərizəsi əsasında təkrar ödəniş tələb olunmadan yenidən təsdiq edilir. Hüquqi varislər arasında nömrə resursları üzrə mübahisələr məhkəmə yolu ilə həll olunur.
7.9. Ölkənin qarşılıqlı əlaqədə xxxx xxxxx telekommunikasiya şəbəkələrinin nömrə resurslarının, o cümlədən beynəlxalq telekommunikasiya şəbəkəsinin Azərbaycan seqmentinin (ölkə kodu) nömrə resurslarının ayrılması və istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin orqan təsdiq edilmiş
nömrələmə sistemini və planını, həmçinin Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatların tövsiyələrini nəzərə alır.
7.10. Ölkə xxxxx xxxxx adlarının qeydiyyatı, istifadəsi qaydaları beynəlxalq normalara uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı və aidiyyəti qurumların birgə iştirakı ilə tənzimlənir.
7.11. Bu qanun qüvvəyə minənədək operatora, provayderə verilmiş nömrə resursunun ilkin istifadə müddəti bitdikdə, həmin nömrə resursunun istifadəçisi müvafiq nömrə resursundan növbəti müddətə istifadə edilməsinə dair müqavilənin bağlanmasında üstünlük hüququna malikdir.
Maddə 8. Telekommunikasiya fəaliyyətinin lisenziyalaşdırılması
Telekommunikasiya fəaliyyəti sahəsində lisenziyalaşdırma Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tənzimlənir.
Maddə 9. Telekommunikasiya sahəsində sertifikatlaşdırma
9.1. Ümumistifadəli telekommunikasiya şəbəkələrində istifadə edilən telekommunikasiya vasitələri və qurğuları qanunvericilikdə müəyyən olunmuş qaydada
sertifikatlaşdırılmalıdır.
9.2. Qanunvericiliklə müəyyən edilmiş uyğunluq sertifikatı olmayan telekommunikasiya vasitələrinin və qurğularının ümumistifadəli telekommunikasiya şəbəkələrində
istismarına yol verilmir.
9.3. Telekommunikasiya vasitələrinin və qurğularının zəruri texniki sınağının aparılması, texniki və təhlükəsizlik göstəriciləri üzrə rəy verilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir.
9.4. Telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
9.5. Ümumistifadəli telekommunikasiya xidmətlərinin sertifikatlaşdırılması könüllü qaydada aparılır.
9.6. Telekommunikasiya fəaliyyəti sahəsində sertifikatlaşdırmanın qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Maddə 10. Telekommunikasiya xidmətləri və radiotezliklərdən istifadə üzrə tariflərin tətbiqi
10.1. Telekommunikasiya xidmətləri və radiotezliklərdən istifadə üzrə tariflər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir .
10.2. Azərbaycan Respublikasında ixtisaslaşdırılmış təcili yardım xidmətlərinin (yanğından mühafizə, polis, təcili tibbi yardım, qaz və elektrik qəza xidməti və qanunvericilikdə nəzərdə tutulan digər bu kimi xidmətlər) çağırılması üçün istənilən
telekommunikasiya şəbəkələrindən bütün hüquqi və fiziki şəxslərin pulsuz istifadəsinə
təminat verilir. İstifadəçilərin bu hüquqlarını məhdudlaşdıran operatorlar, provayderlər və onların vəzifəli şəxsləri qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
Maddə 11. Telekommunikasiya sahəsində sağlam rəqabət mühitinin və antiinhisar fəaliyyətin tənzimlənməsi
11.1. Telekommunikasiya sahəsində fəaliyyət göstərən operatorlar, provayderlər, digər hüquqi və fiziki şəxslər, habelə avadanlıqların istehsalçıları və təchizatçıları
telekommunikasiya şəbəkələrinin yaradılmasında və inkişaf etdirilməsində, xidmətlərin göstərilməsində bərabərhüquqlu subyektlər hesab edilirlər.
11.2. Müvafiq telekommunikasiya xidməti bazarında antiinhisar qanunvericiliyə əsasən hökmran mövqe tutan operator, provayder fəaliyyətində aşağıdakı şərtlərə riayət
etməlidir:
11.2.1. telekommunikasiya xidməti bazarına bərabərhüquqlu daxilolmanı təmin etmək məqsədi ilə hökmran mövqe tutan operator eyni xidməti göstərən digər operatorlar arabağlantı məqsədləri üçün şəbəkələrin qoşulması və trafik
mübadiləsi üzrə bərabər şərait yaratmağa borcludur;
11.2.2. qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olunmaqla, hökmran
mövqe tutan operator, provayder arabağlantı məqsədləri üçün öz şəbəkəsinə digər operatorun, provayderin müvafiq müqavilə əsasında qoşulmasından imtina edə bilməz;
11.2.3. qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olunmaqla, hökmran mövqe tutan operator, provayder öz şəbəkəsi vasitəsilə xətləri (kanalları) digər operatorlara, provayderlərə ümumi müqavilə əsasında icarəyə verir;
11.2.4. müvafiq icra hakimiyyəti orqanı hökmran mövqe tutan operatorun, provayderin uyğun fəaliyyəti üzrə xüsusi tələblər müəyyən edir.
11.3. Müvafiq icra hakimiyyəti orqanları telekommunikasiya sahəsində haqsız rəqabətin və inhisarçı fəaliyyətin qarşısının alınması üzrə qanunvericiliklə müəyyən edilmiş
tədbirlər görür.
11.4. Haqsız rəqabətə, istifadəçilərin maraq və hüquqlarının pozulmasına, yaxud qanuna xxxx xxxx hər hansı digər əməllərə yol verən şəxslər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.
Maddə 12. Operatorlar arasında qarşılıqlı arabağlantı münasibətlərinin tənzimlənməsi
12.1. Operatorlar öz şəbəkələri arasında qarşılıqlı arabağlantını müqavilə (bundan sonra—arabağlantı müqaviləsi) əsasında həyata keçirirlər.
12.2. Arabağlantı müqaviləsində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən şərtlərə zidd olmayan texniki, iqtisadi (şəbəkələrarası qoşulma haqları, qarşılıqlı
arabağlantıda trafikin ötürülməsi zamanı pay bölgüsü, ixtisaslaşdırılmış təcili yardım xidmətlərinə edilən zənglərə görə ödənişlər və s. nəzərə alınmaqla) və qanunvericiliyə uyğun olaraq müqaviləni bağlayan tərəflərin müəyyən etdiyi digər məsələlər nəzərə
alınmalıdır.
12.3. Operator hər bir ümumistifadəli telekommunikasiya şəbəkəsi operatoru ilə 2 ay müddətindən gec olmayaraq, arabağlantı müqaviləsi bağlamalıdır. Göstərilən müddət ərzində hər hansı operator ilə razılıq əldə edilmədikdə, müvafiq icra hakimiyyəti orqanı tərəfindən, mübahisənin predmeti nəzərə alınmaqla, müəyyən olunan şərtlər əsasında
tərəflər arasında 7 iş günü müddətində arabağlantı müqaviləsi bağlanmalıdır. Arabağlantı müqaviləsinin bağlanması ilə əlaqədar mübahisələr məhkəmə qaydasında həll edilir.
12.4. Ümumistifadəli telekommunikasiya şəbəkəsinə qoşulma və istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Maddə 13. Radiotezliklərdən istifadənin təşkili
13.1. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr ilə
müəyyənləşdirilmiş hədlərdə, radioelektron vasitələrinin və ya yüksək tezlikli qurğuların işləməsi üçün istifadə oluna bilən radiotezliklər dövlətə məxsusdur və onların
tənzimlənməsi dövlətin müstəsna hüququdur.
13.2. Radiotezliklər istifadə üçün mövcud qanunvericiliyə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən ayrılır.
13.3. Radiotezliklərdən, radioelektron vasitələrdən və bu sahədə mülki təyinatlı qurğulardan istifadə qaydalarının müəyyənləşdirilməsi, onların icrasına nəzarət və telekommunikasiya vasitələrinin elektromaqnit sahəsinin monitorinqi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
13.4. Radiotezliklər aşağıdakılar nəzərə alınmaqla ayrılır:
13.4.1. tezlik zolaqlarının ayrılma cədvəli və radiotezliklər spektrinin perspektiv istifadə planı;
13.4.2. dövlət hakimiyyəti, o cümlədən müdafiə, təhlükəsizlik və asayişi mühafizə orqanlarının ehtiyaclarını təmin etmək məqsədi ilə ayrı-ayrı subyektlərə ayrılmış radiotezliklərin başqa radiotezliklərə keçirilməsi şərti ilə qanunvericiliklə
müəyyən olunmuş qaydada dəyişdirilməsi.
13.5. Ayrılmış tezlik diapazonları üçün verilmiş hüquqları məhdudlaşdırmadan tezlik zolaqlarının ayrılması cədvəlinə 4 ildə bir dəfədən və radiotezliklər spektrindən perspektiv istifadə planına 10 ildə bir dəfədən az olmayaraq, yenidən baxılır və müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
13.6. Radiotezliklərdən istifadə təyinatı, radiotezliklərin sayı, zolağı və istismar olunan radioelektron vasitələri nəzərə alınmaqla birdəfəlik və müddətli (aylıq və ya illik) ödənişlər müəyyən olunur. Radiotezliklərin ayrılması, qeydiyyatı, istifadəsi və ödənişlərin təyin olunması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən normativ hüquqi aktlar vasitəsilə müəyyənləşdirilir.
13.7. Bütün növ radiovericilərin və digər radiotezlikli qurğuların yaratdığı radiomaneələrin qarşısının alınması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
13.8. Televiziya və radio yayımının ehtiyacları üçün radiotezliklərin istifadəsi qanunvericiliyə uyğun olaraq müvafiq dövlət orqanı tərəfindən tənzimlənir.
III fəsil. Telekommunikasiya fəaliyyətinin təşkili və fəaliyyətə dövlət nəzarəti
Maddə 14. Telekommunikasiya fəaliyyətinin təşkili
14.0. Azərbaycan Respublikasında telekommunikasiya fəaliyyəti aşağıdakı istiqamətlər üzrə təşkil edilir:
14.0.1. telekommunikasiya sahəsində fəaliyyətə dövlət nəzarətinin həyata keçirilməsi;
14.0.2. telekommunikasiya sahəsində vahid dövlət siyasətinin və xxxx-texniki proqramlarının hazırlanmasında iştirak edir və onların qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirilməsi;
14.0.3. telekommunikasiya xidmətlərinin standartlarının müəyyən edilməsi;
14.0.4. telekommunikasiya xidmətlərinin növlərinin və onların xüsusiyyətlərinin müəyyən edilməsi.
Maddə 15. Hərbi və fövqəladə vəziyyət şəraitində telekommunikasiya şəbəkələrinin idarə olunması
15.1. Hərbi və fövqəladə vəziyyət şəraitində ümumistifadəli telekommunikasiya şəbəkələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən mərkəzləşdirilmiş qaydada idarə olunur.
15.2. Hərbi və fövqəladə vəziyyətin elan olunmasına səbəb olmuş hadisələrin və onların nəticələrinin aradan qaldırılması məqsədi ilə Azərbaycan Respublikasının normativ hüquqi aktlarına uyğun olaraq telekommunikasiya sahəsində müvəqqəti idarəetmə orqanları yaradıla bilər.
Maddə 16. Fövqəladə hallarda, fövqəladə vəziyyət şəraitində
telekommunikasiya şəbəkələrindən və vasitələrindən istifadədə üstünlük
16.1. Fövqəladə hallarda, fövqəladə vəziyyət şəraitində Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq səlahiyyətli dövlət hakimiyyəti orqanları zəruri
telekommunikasiya şəbəkələrinin, qurğularının və vasitələrinin istifadəsində üstünlük hüququna malikdirlər və onların istifadəsini dayandıra, məhdudlaşdıra və ya rabitədən istifadə üçün xüsusi qaydalar tətbiq edə bilərlər.
16.2. Operatorlar, provayderlər qəzalar, epidemiyalar, epizootiyalar və təbii fəlakətlər zamanı dövlət idarəçiliyinin, ölkənin müdafiəsinin, təhlükəsizliyinin təmin olunması ilə
bağlı təxirəsalınmaz tədbirlər haqqında məlumatların mübadiləsinə mövcud imkanlar daxilində üstünlük verməlidirlər.
Maddə 17. Telekommunikasiya fəaliyyətinə dövlət nəzarəti
17.1. Telekommunikasiya haqqında qanunvericiliyin tələblərinə əməl olunmasına dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.
17.2. Telekommunikasiya sahəsində fəaliyyətə dövlət nəzarətinin həyata keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir.
17.3. Telekommunikasiya haqqında qanunvericiliyə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanı qanunvericiliyin tələblərini pozmuş şəxslər barədə öz səlahiyyətləri çərçivəsində tədbirlər görür.
17.4. Telekommunikasiya haqqında qanunvericiliyə riayət olunmasına dövlət nəzarətini həyata keçirən orqanın səlahiyyətlərindən sui-istifadə hallarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər.
IV fəsil. Telekommunikasiya şəbəkələri və xidmətləri
Maddə 18. Telekommunikasiya şəbəkəsinin strukturu və təsnifatı
18.1. Azərbaycan Respublikası daxilində mövcud xxxx telekommunikasiya şəbəkələrinin normal idarə edilməsi və düzgün istismar rejimində saxlanması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən onların təşkilati-texniki strukturu müəyyənləşdirilir.
18.2. Telekommunikasiya şəbəkələri struktur baxımından aşağıdakı təsnifata malikdir:
18.2.1. ümumistifadəli telekommunikasiya şəbəkəsi;
18.2.2. fiziki və hüquqi şəxslərin telekommunikasiya şəbəkəsi;
18.2.3. xüsusi təyinatlı telekommunikasiya şəbəkəsi;
18.2.4. televiziya və radio yayımı şəbəkəsi.
Maddə 19. Ümumistifadəli telekommunikasiya şəbəkəsi
19.1. Ümumistifadəli telekommunikasiya şəbəkəsi operatorlar arasında bağlanan arabağlantı müqavilələr əsasında istifadəçilərə vahid prinsiplərlə telekommunikasiya xidmətləri göstərmək üçün təşkil edilir.
19.2. Qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla ümumistifadəli
telekommunikasiya şəbəkəsinin xidmətlərindən istifadə edilməsinə məhdudiyyət qoyulmur.
19.3. Ümumistifadəli telekommunikasiya şəbəkələrinin inkişafı, təkmilləşdirilməsi, səmərəli və etibarlı istifadə edilməsi məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyənləşdirilmiş siyasət üzrə telekommunikasiya operatorları tərəfindən tədbirlər həyata keçirilir.
Maddə 20. Fiziki və hüquqi şəxslərin telekommunikasiya şəbəkələri
20.1. Fiziki, hüquqi şəxslər öz daxili ehtiyaclarını ödəmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydada telekommunikasiya şəbəkələri yarada bilərlər.
20.2. Fiziki, hüquqi şəxslərin telekommunikasiya şəbəkələri müvafiq müqavilə əsasında ümumistifadəli telekommunikasiya şəbəkəsinə qoşula bilərlər. Bu cür qoşulma fərdi
telekommunikasiya şəbəkələrinə məxsus telekommunikasiya vasitələrinin və qurğularının ümumistifadəli telekommunikasiya şəbəkəsinin telekommunikasiya vasitələri və qurğuları üçün nəzərdə tutulan mövcud standart və normalara uyğunluğu barədə təqdim edilən sertifikat əsasında həyata keçirilir.
20.3. Telekommunikasiya şəbəkələrinin ümumistifadəli telekommunikasiya şəbəkəsinə qoşulması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
20.4. Telekommunikasiya şəbəkəsi ümumistifadəli telekommunikasiya şəbəkəsinə qoşulduqda, ümumistifadəli telekommunikasiya şəbəkəsi kateqoriyasına keçmiş hesab edilir.
20.5. Korporativ telekommunikasiya şəbəkələri idarə, istehsalatdaxili və texnoloji telekommunikasiya şəbəkələri kimi yaradıla bilər.
20.6. İstehsaldaxili və texnoloji telekommunikasiya şəbəkələri ümumistifadəli
telekommunikasiya şəbəkəsinə qoşulmadan ayrı-ayrı müəssisələr, idarələr, təşkilatlar və digər subyektlərin istehsaldaxili əlaqələrinin və texnoloji proseslərin idarə və müşahidə edilməsində operativliyi və konfidensiallığı təmin edir. Belə telekommunikasiya şəbəkələri müvafiq telekommunikasiya standartlarına uyğun olaraq, ümumistifadəli
telekommunikasiya şəbəkəsinin işinə xələl gətirməmək şərti ilə qurulur və kənar istifadəçilərin ehtiyaclarını ödəmək üçün telekommunikasiya xidmətləri göstərə bilməzlər.
Maddə 21. Xüsusi təyinatlı telekommunikasiya şəbəkəsi
21.1. Dövlət hakimiyyəti orqanlarında xüsusi təyinatlı telekommunikasiya şəbəkələri yaradıla bilər.
21.2. Dövlət hakimiyyəti orqanlarının xüsusi təyinatlı telekommunikasiya şəbəkələrinin qurulması, istismarı, təhlükəsizliyinin təmin edilməsi, onlara sərəncam verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
21.3. Dövlət hakimiyyəti orqanlarının xüsusi təyinatlı telekommunikasiya şəbəkələri ümumistifadəli telekommunikasiya şəbəkələrinə qoşulduqda, ümumistifadəli
telekommunikasiya şəbəkələri kateqoriyasına keçmir və onun xidmətlərindən istifadə edilməsindəki məhdudiyyətlər saxlanılır.
Maddə 22. Televiziya və radio yayımı şəbəkəsi
Televiziya və radio yayımı şəbəkəsi və bu şəbəkə ilə televiziya və radio yayımı
«Televiziya və radio yayımı haqqında» Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
Maddə 23. Telekommunikasiya xidmətinin növləri
23.0. Telekommunikasiya xidməti aşağıdakı təsnifatdan ibarətdir:
23.0.1. telefon (xxxxxxxx);
23.0.2. sellülar (mobil);
23.0.3. peycinq;
23.0.4. radiotrank və simsiz telefon;
23.0.5. respublikadaxili və beynəlxalq telekommunikasiya xidməti;
23.0.6. internet xidməti;
23.0.7. televiziya və radio yayımı xidmətləri;
23.0.8. universal telekommunikasiya xidmətləri;
23.0.9. qanunvericilikdə nəzərdə tutulan digər telekommunikasiya xidmətləri.
Maddə 24. Telefon (məftilli)
Telefon (məftilli) xidməti—hərəkətsiz (stasionar) son avadanlıqdan istifadə etməklə göstərilən telekommunikasiya xidmətidir.
Maddə 25. Sellülar (mobil) xidmət
Sellülar (mobil) xidmət—istifadəçinin son avadanlığı telekommunikasiya şəbəkəsinin bütün son nöqtələri çərçivəsində sərbəst hərəkət edərək, mobil stansiyanın
məxsusiləşdirmə kodunu saxlamaqla radiotexnologiyaları tətbiq etməklə göstərilən telekommunikasiya xidmətidir.
Maddə 26. Peycinq xidməti
Peycinq xidməti—istifadəçiyə məlumatların birtərəfli ötürülməsini təmin edən fərdi radioçağırış sistemi vasitəsilə göstərilən telekommunikasiya xidmətidir.
Maddə 27. Radiotrank və simsiz telefon xidməti
Radiotrank və simsiz telefon xidməti—istifadəçinin son avadanlığının
telekommunikasiya şəbəkəsinin bir kommutasiya mərkəzinə qoşulmuş son nöqtələri hüdudlarında sərbəst hərəkət etməklə və məxsusiləşdirmə kodunu saxlamaqla radiotexnologiyalardan istifadə etməklə göstərilən telekommunikasiya xidmətidir.
Maddə 28. Ölkədaxili və beynəlxalq telekommunikasiya xidməti
Ölkədaxili telekommunikasiya xidməti—ölkə daxilində, o cümlədən respublikanın ayrı- ayrı şəhərləri və rayonları arasında, beynəlxalq telekommunikasiya xidməti isə ölkədən xaricə və xaricdən ölkəyə müxtəlif vasitələrlə (kabel, radiorele, peyk və sair)
telekommunikasiyanın yaradılması məqsədi ilə göstərilən xidmətdir.
Maddə 29. İnternet telekommunikasiya xidməti
İnternet telekommunikasiya xidməti—beynəlxalq standartlarla müəyyən olunan İnternet protokol əsasında qlobal informasiya şəbəkəsində göstərilən telekommunikasiya
xidmətidir.
Maddə 30. Televiziya və radio yayımı xidmətləri
Televiziya və radio yayımı xidmətləri «Televiziya və radio yayımı haqqında» Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
Maddə 31. Universal telekommunikasiya xidməti
31.1. Universal telekommunikasiya xidməti—Azərbaycan Respublikasının bütün ərazisində müəyyən müddət ərzində və keyfiyyətlə, əlverişli qiymətlə hər hansı
telekommunikasiya xidməti istifadəçisinə göstərilməsi operatorlar, provayderlər üçün icbari xxxx telekommunikasiya xidmətidir.
31.2. Dövlət universal telekommunikasiya xidmətinin göstərilməsinə təminat verir.
31.3. Universal xidmətin təsnifatı, təşkili, keyfiyyəti, müddəti və digər tələblər müvafiq icra hakimiyyəti orqanı tərəfindən aşağıdakı prinsiplər nəzərə alınmaqla müəyyən edilir:
31.3.1. hər yaşayış məntəqəsində yanğınsöndürmə, polis, təcili tibbi yardım, qaz, elektrik qəza və qanunvericilikdə nəzərdə tutulan digər ixtisaslaşdırılmış təcili yardım xidmətləri ilə ödənişsiz əlaqə yaratmaq məqsədi ilə, ən azı bir taksofon (və ya kollektiv istifadəli telefon) quraşdırılmalıdır;
31.3.2. bütün hallarda nəqliyyat vasitəsindən istifadə etmədən universal
telekommunikasiya xidməti vasitəsinə çatması üçün sərf edilən vaxt müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan müddətdən artıq olmamalıdır.
31.4. Universal telekommunikasiya xidmətinin göstərilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən keçirilən müsabiqə əsasında seçilmiş operator, provayder tərəfindən, müsabiqə baş tutmadığı halda isə, müvafiq icra hakimiyyəti orqanı tərəfindən üzərinə universal xidmətlərin göstərilməsi öhdəliyi qoyulmuş telekommunikasiya operatoru, provayderi tərəfindən müqavilə əsasında həyata keçirilir. Ümumistifadəli telekommunikasiya şəbəkəsində hökmran mövqe tutan
telekommunikasiya operatoru, provayderi onun üzərinə qoyulmuş bu öhdəlikdən imtina edə bilməz.
31.5. Universal telekommunikasiya xidmətlərinin göstərilməsi üçün operatora, provayderə xxxxx xxxx vəsaitin ayrılması və bu məqsədlə sərf olunan vəsaitin xxxx qaytarılması (kompensasiya) qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
31.6. Bu maddənin tələbləri, müvafiq yaşayış məntəqəsində eyni xidmətlərin digər şəxslər tərəfindən göstərilməsindən asılı olmayaraq, tətbiq edilir.
31.7. Operatorlar, provayderlər tərəfindən təmin edilən universal telekommunikasiya xidmətləri üzrə tariflər və hesablaşma qaydaları müvafiq icra hakimiyyəti orqanı ilə operator arasında bağlanan müqavilə əsasında tənzimlənir.
V fəsil. Telekommunikasiya subyektlərinin hüquqları, vəzifələri və məsuliyyəti
Maddə 32. Operatorların və provayderlərin hüquqları
32.1. Operatorlar aşağıdakı hüquqlara malikdirlər:
32.1.1. öz telekommunikasiya şəbəkələrini planlaşdırmaq və inkişaf etdirmək (genişləndirmək);
32.1.2. qanunvericiliklə müəyyən olunmuş qaydada nömrə resurslarını və radiotezlikləri almaq və onlardan istifadə etmək;
32.1.3. qanunvericiliklə başqa qayda nəzərdə tutulmayıbsa, göstərdikləri telekommunikasiya xidmətlərinin tariflərini və ödəmə qaydasını müstəqil müəyyən etmək;
32.1.4. ayrılmış nömrə resursundan abunəçilərinə məxsusiləşdirmə kodlarını vermək;
32.1.5. operator və abunəçi arasında bağlanmış müvafiq müqavilədə müəyyən edilən istifadə qaydalarına riayət etməyən abunəçilərə telekommunikasiya
xidmətlərinin göstərilməsini dayandırmaq;
32.1.6. qanunvericiliyə uyğun qaydada telekommunikasiya sahəsində fəaliyyətini dayandırmaq (yaxud fəaliyyətinə xitam vermək);
32.1.7. qanunvericiliklə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.
32.2. Provayderlər aşağıdakı hüquqlara malikdirlər:
32.2.1. müvafiq operatorla bağladığı müqavilə əsasında ümumistifadəli telekommunikasiya şəbəkəsinə qoşulmaq və xidmətlər göstərmək;
32.2.2. qanunvericiliklə müəyyən olunmuş qaydada nömrə resurslarından və radiotezliklərdən istifadə etmək;
32.2.3. göstərdikləri telekommunikasiya xidmətlərinin tariflərini və ödəmə qaydasını, qanunvericiliklə başqa qayda nəzərdə tutulmayıbsa, müstəqil müəyyən etmək;
32.2.4. qanunvericiliklə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.
Maddə 33. Operatorların və provayderlərin vəzifələri
33.1. Operatorlar aşağıdakı vəzifələri daşıyırlar:
33.1.1. telekommunikasiya sahəsində müəyyən olunmuş normativ hüquqi aktlara uyğun fəaliyyət göstərmək;
33.1.2. xxxxxxx ilə bağlanan müqaviləyə əsasən üzərinə düşən vəzifələri yerinə yetirmək;
33.1.3. istehlakçıların hüquqlarını pozmamaq;
33.1.4. qarşılıqlı arabağlantı müqavilələrini bağlamaq;
33.1.5. telekommunikasiya xidmətlərini müəyyən edilmiş standart, xxxxx və qaydalara uyğun keyfiyyətlə göstərmək;
33.1.6. trafikin normativ hüquqi aktlara uyğun istiqamətləndirilməsinə əməl etmək;
33.1.7. abunəçilər və istifadəçilər tərəfindən ixtisaslaşdırılmış təcili yardım xidmətlərinin çağırılması üçün telekommunikasiya şəbəkələrindən ödənişsiz istifadəni təmin etmək;
33.1.8. telekommunikasiya xidmətinin göstərilməsi məhdudlaşdırıldığı halda da, ixtisaslaşdırılmış təcili yardım xidmətləri ilə əlaqəni mümkün həddədək təmin etmək;
33.1.9. müvafiq icra hakimiyyəti orqanının səlahiyyətli nümayəndəsinə telekommunikasiya vasitələri və qurğularının istifadə olunduğu yerdə
yoxlanılmasına qanunvericiliklə müəyyən edilmiş qaydada şərait yaratmaq;
33.1.10. qanunvericiliklə müəyyən edilmiş digər vəzifələr.
33.2. Bu qanunun 33.1-ci maddəsində göstərilmiş vəzifələr, bu qanunun 32.1.4-cü maddəsi istisna olmaqla, provayderlərə də şamil edilir.
Maddə 34. Abunəçilərin hüquq və vəzifələri
34.1. Abunəçilər aşağıdakı hüquqlara malikdirlər:
34.1.1. operatoru, provayderi sərbəst seçmək;
34.1.2. keyfiyyətli telekommunikasiya xidmətlərini tələb etmək;
34.1.3. operatorun, provayderin əməllərindən qanunvericiliklə müəyyən edilmiş qaydada şikayət vermək;
34.1.4. qanunvericiliklə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.
34.2. Abunəçilər aşağıdakı vəzifələri daşıyırlar:
34.2.1. qanunvericiliyə uyğun müəyyən edilmiş telekommunikasiya xidmətlərindən istifadə qaydalarına riayət etmək;
34.2.2. telekommunikasiya şəbəkəsinə operator, provayder ilə bağlanmış
müqavilələrə, qanunvericiliklə müəyyən edilmiş standartlara və digər tələblərə uyğun son avadanlıq qoşmaq;
34.2.3. telekommunikasiya şəbəkələrinin istismarını, bütövlüyünü, qarşılıqlı bağlantısını, informasiya mühafizəsini, radioelektron vasitələrinin elektromaqnit uyğunluğunu təhlükə altına qoyan, habelə digər subyektlər üçün telekommunikasiya xidmətlərinin göstərilməsini çətinləşdirən, yaxud qeyri-
mümkün edən əməllərə yol verməmək;
34.2.4. operator, provayder ilə bağlanmış müqavilələrin şərtlərinə əməl etmək, o cümlədən istifadə etdikləri telekommunikasiya xidmətləri haqlarını vaxtlı-
vaxtında ödəmək;
34.2.5. son avadanlığın istifadə olunduğu yerdə yoxlanılması üçün müvafiq icra hakimiyyəti orqanının səlahiyyətli nümayəndəsinə, qanunvericiliklə müəyyən edilmiş qaydada şərait yaratmaq;
34.2.6. qanunvericiliklə müəyyən edilmiş digər vəzifələr.
Maddə 35. Telekommunikasiya şəbəkələrinin, vasitələrinin və qurğularının mühafizəsi
35.1. Azərbaycan Respublikasında telekommunikasiya şəbəkələri, vasitələri və qurğularının mühafizəsinə dövlət tərəfindən hüquqi təminat verilir. Telekommunikasiya şəbəkələrinə, vasitələri və qurğularına qanunvericiliklə müəyyən olunmuş mühafizə zonası və zolaqları ayrılır.
35.2. Layihə və tikinti ilə məşğul xxxx hüquqi və fiziki şəxslər binaların, tikililərin, şəbəkələrin, qurğuların tikintisi, təmiri, yenidənqurulması və bərpası zamanı tikinti sahələrində mövcud xxxx telekommunikasiya şəbəkələrini, vasitələrini və qurğularını mühafizə etməlidirlər.
35.3. Telekommunikasiya şəbəkələrinə, vasitələrinə və qurğularına razılaşdırılmamış qoşulma, müdaxilə və zədələnmə nəticəsində yaranan zərərin əvəzi təqsirkar şəxslər tərəfindən aidiyyəti operatora, provayderə tam həcmdə ödənilir.
35.4. Telekommunikasiya şəbəkələrinin, vasitə və qurğularının mühafizə qaydaları
müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Operatorlar, provayderlər bu qaydalara zidd olmayan əlavə mühafizə tədbirləri görə bilərlər.
Maddə 36. Telekommunikasiya vasitə və qurğularının digər infrastruktur obyektlərində yerləşdirilməsi
36.1. Mövcud yaşayış məntəqələrini inkişaf etdirmək, yeni yaşayış məntəqələri salmaq məqsədi ilə baş planlar hazırlayarkən və ayrı-ayrı yaşayış məntəqələrini və
komplekslərini, inzibati-ictimai binaları və tikililəri layihələndirərkən, dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanları qüvvədə xxxx normativlərə uyğun olaraq,
telekommunikasiya vasitə və qurğularının yerləşdirilməsi üçün binaların tikintisi məqsədi ilə onların mülkiyyətində xxxx sahələr ayırmalıdırlar. Eyni zamanda tikilməkdə xxxx yaşayış və ya inzibati binalarda telekommunikasiya xidmətlərinin göstərilməsi üçün
texniki normalara uyğun gələn xüsusi otaqları və sahələri müvafiq qaydada operatorlara, provayderlərə istifadəyə verməlidirlər.
36.2. Binaların, körpülərin, kollektorların, tunellərin (o cümlədən metropoliten
tunellərinin), avtomobil və dəmir yollarının, digər mühəndis obyektlərinin və texnoloji
meydançaların mülkiyyətçiləri ilə magistral şəbəkə operatoru arasında bağlanmış müqaviləyə əsasən bu obyektlərdə mövcud normativlərə uyğun olaraq
telekommunikasiya şəbəkələrinin və qurğularının quraşdırılması, tikintisi və istismarı təmin edilir.
36.3. Dövlət və yerli özünüidarəetmə orqanları zədələnmiş telekommunikasiya şəbəkələrinin və qurğularının bərpası üzrə təxirəsalınmaz qəza-texniki işlər aparılması üçün operatorlara, provayderlərə xxxxx xxxx nəqliyyat vasitələri və xüsusi texnikanın müvafiq qaydada ayrılmasını təmin edirlər.
Maddə 37. Telekommunikasiya şəbəkəsinin elektrik enerjisi ilə təchizatı
37.1. Azərbaycan Respublikasında telekommunikasiya şəbəkələri, vasitələri və qurğuları elektrik enerjisinin birinci dərəcəli istehlakçısı hesab edilməklə, ölkənin vahid enerji
sistemi vasitəsilə fasiləsiz təchiz olunmalıdırlar.
37.2. Operatorlar, provayderlər dayanıqlı fəaliyyət göstərmək üçün ehtiyat enerji mənbələri yaradırlar.
Maddə 38. Telekommunikasiyada məxfiliyin təmin olunması
38.1. Azərbaycan Respublikasında telekommunikasiya şəbəkələri vasitəsilə ötürülən məlumatların məxfiliyi Azərbaycan Respublikasının Konstitusiyası və digər müvafiq normativ hüquqi aktları ilə qorunur.
38.2. Telekommunikasiya şəbəkələri vasitəsilə ötürülən məlumatların məxfiliyinin məhdudlaşdırılmasına yalnız qanunvericiliklə müəyyən edilmiş hallarda yol verilir.
38.3. Operatorlar, provayderlər öz şəbəkələri vasitəsilə ötürülən məlumatların məxfiliyini təmin etməlidirlər.
38.4. Telekommunikasiya şəbəkələrindən istifadə haqqında məlumatlar yalnız qanunvericiliklə müəyyən edilmiş hallarda verilə bilər.
38.5. Telefon danışıqlarının və digər telekommunikasiya vasitələri ilə ötürülən
məlumatların açıqlanmasına yalnız qanunvericilikdə müəyyən edilmiş hallarda yol verilir.
38.6. Tərkibində dövlət xxxxx xxxx məlumatların telekommunikasiya şəbəkələri vasitəsilə ötürülməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir.
Maddə 39. Operatorların, provayderlərin əməliyyat-axtarış, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini həyata keçirən orqanlarla qarşılıqlı əlaqəsi
39.1. Operatorlar, provayderlər Azərbaycan Respublikasının qanunla müəyyən edilmiş qaydada əməliyyat-axtarış, kəşfiyyat və əks-kəşfiyyat tədbirlərinin keçirilməsi üçün şərait yaratmağa, bu məqsədlə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi şərtlərə uyğun telekommunikasiya şəbəkələrini əlavə texniki vasitələrlə təchiz etməyə, təşkilati məsələləri həll etməyə və bu tədbirlərin keçirilməsində istifadə olunan üsulları gizli
saxlamağa borcludur.
39.2. Bu tələblərin pozulmasına görə operator, provayder qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.
Maddə 40. Xxxxxxx ilə bağlanan müqaviləyə dair zəruri tələblər
40.1. Müvafiq telekommunikasiya xidmətlərinin göstərilməsi qanunvericiliyin tələbləri və operator, provayder ilə abunəçi arasında bağlanan müqavilə əsasında həyata keçirilir.
40.2. Operator, provayder texniki imkanlarına xxxxx xxxx telekommunikasiya xidmətinin göstərilməsi üçün müraciət edən abunəçi ilə belə xidmətin göstərilməsinə dair müqavilə bağlamaqdan, qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla imtina edə bilməz.
40.3. Müqavilədə və onun tərkib hissəsi sayılan digər sənədlərdə aşağıdakı müddəalar əks etdirilir:
40.3.1. telekommunikasiya xidmətindən istifadə üçün abunəçinin
məxsusiləşdirmə kodu, zəruri olduqda, xxxxxxxxxx son avadanlığının qoşulma ünvanı;
40.3.2. xidmətin ödənilmə qaydası;
40.3.3. son avadanlığının telekommunikasiya şəbəkəsinə qoşulmasının və istifadəsinin müddəti (vaxtı) və şərtləri;
40.3.4. müqavilənin dayandırılmasının və ləğv edilməsinin şərtləri;
40.3.5. tərəflərin vəzifələri, hüquqları və məsuliyyəti;
40.3.6. telekommunikasiya xidmətlərinin keyfiyyətinə dair tələblər;
40.3.7. abunəçiyə təklif olunan texniki qulluq;
40.3.8. mübahisələrə baxılma qaydası;
40.3.9. abunəçi barədə məlumatların sorğu-məlumat mənbələrində göstərilməsinə onun razılığı (etirazı);
40.3.10. qanunvericiliyə zidd olmayan digər şərtlər.
40.4. Abunəçi telekommunikasiya xidməti üzrə bağlanılan müqavilənin şərtlərinin pozulması barədə iddia qaldırarsa, iddianın baxıldığı müddətdə telekommunikasiya xidmətindən məhrum edilə bilməz.
40.5. Fövqəladə hallar və təbii fəlakətlər istisna olmaqla, hər hansı səbəbdən
telekommunikasiya xidmətləri məhdudlaşdırıldığı və ya dayandırıldığı halda operator, provayder abunəçini onun səbəbləri və müddəti barədə əvvəlcədən məlumatlandırır.
40.6. Operator, provayder yenidən təşkil olunarsa, qanunvericilikdə müəyyən edilən tələblərə riayət etmək şərtilə abunəçinin əvvəlki operator, provayder ilə bağladığı
müqavilə ilə müəyyən edilmiş hüquqları əsassız məhdudlaşdırıla bilməz.
40.7. Abunəçilərə telekommunikasiya xidmətlərinin göstərilməsinə dair hər bir operator, provayder tərəfindən tətbiq edilən müqavilənin nümunəsinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən nəzarət edilir.
Maddə 41. Telekommunikasiya fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar dəymiş zərərin ödənilməsi
41.1. Telekommunikasiya fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar hər hansı subyektə dəymiş zərərin əvəzi qanunla müəyyən edilmiş qaydada ödənilir.
41.2. Nömrə resursu genişlənmə ilə əlaqədar dəyişdirildikdə operatorlar, provayderlər ayrılmış nömrə resursundan istifadə etməli, müəyyən olunmuş müddətdə şəbəkənin nömrəsini dəyişməli və bununla bağlı bütün zəruri xərcləri ödəməlidirlər.
41.3. Ümumistifadəli telekommunikasiya şəbəkəsində operatordan, provayderdən xxxxx xxxx səbəblərdən yaranan nasazlıqlar istisna olmaqla, telekommunikasiya xidmətlərinin istifadəçisinin xətlərində ümumistifadəli telekommunikasiya şəbəkəsinə qoşulmuş son avadanlığında nasazlıqların aradan qaldırılması üzrə xərclər telekommunikasiya
xidmətinin istifadəçisi tərəfindən ödənilir.
Maddə 42. Dövlət ehtiyacları üçün telekommunikasiya şəbəkələri kanallarının ayrılması
42.1. Azərbaycan Respublikasının dövlət hakimiyyəti, o cümlədən müdafiə, təhlükəsizlik və hüquq-mühafizə orqanlarının ehtiyacları üçün ümumistifadəli və idarə
telekommunikasiya şəbəkələrinin kanalları qanunvericilikdə nəzərdə tutulmuş qaydada müqavilə əsasında icarəyə verilir.
42.2. Operatorlar, provayderlər dövlət hakimiyyəti, o cümlədən müdafiə, təhlükəsizlik və mühafizə orqanlarının ehtiyacları üçün telekommunikasiya kanallarının ayrılmasını,
etibarlığını ilk növbədə təmin etməli, telekommunikasiya kanalları zədələndikdə, onların dəyişdirilməsi, bərpası üçün təxirəsalınmaz tədbirlər görməlidirlər.
Maddə 43. Telekommunikasiya fəaliyyəti sahəsində hüquqpozmalara görə məsuliyyət
43.1. Bu Qanunun tələblərinin pozulması Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.
43.2. Telekommunikasiya fəaliyyəti subyektləri yol verdikləri hüquqpozmalara görə qanunla və mövcud müqavilələrdə nəzərdə tutulan əsaslar ilə məsuliyyətə cəlb edilə bilərlər.
43.3. Qanunvericilikdə başqa qayda müəyyən edilməyibsə, telekommunikasiya şəbəkələri ilə ötürülən məlumatların məzmununa görə operatorlar və provayderlər məsuliyyət daşımırlar.
VI fəsil. Telekommunikasiya sahəsində fəaliyyətin iqtisadi əsasları
Maddə 44. Telekommunikasiya şəbəkələri və vasitələri üzərində mülkiyyət hüququ
44.1. Telekommunikasiya şəbəkələri, qurğuları və vasitələri dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə ola bilər.
44.2. Dövlət, mülkiyyət formasından asılı olmayaraq, operatorlar, provayderlər üçün bərabər hüquqi şərait yaradır.
44.3. Dövlət mülkiyyətində xxxx telekommunikasiya şəbəkələri, qurğuları və vasitələrinin təsnifatı normativ hüquqi aktlarla müəyyən edilir.
Maddə 45. Telekommunikasiya şəbəkələri, qurğuları və vasitələri ilə bağlı mülkiyyət formasının dəyişdirilməsi
45.1. Telekommunikasiya şəbəkələri, qurğuları və vasitələrinin (o cümlədən dövlətin mülkiyyətində olanların) mülkiyyət forması qanunla nəzərdə tutulmuş qaydada
dəyişdirilə bilər.
45.2. İstənilən hüquqi və fiziki şəxslər telekommunikasiya sahəsində fəaliyyət göstərən dövlət müəssisələrinin özəlləşdirilməsində, icarəyə və idarəetməyə verilməsində Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydada iştirak edə bilərlər.
45.3. Telekommunikasiya şəbəkələri, qurğuları və vasitələri üzərində mülkiyyət formasının dəyişdirilməsinə onların mövcud maddi-texniki bazasını zəiflətməmək və texnoloji fəaliyyəti pozmamaq, habelə fiziki və hüquqi şəxslərin telekommunikasiya xidmətlərindən istifadə etmək hüquqlarını əsassız məhdudlaşdırmamaq şərti ilə qanunvericiliklə müəyyən olunmuş qaydada yol verilir.
Maddə 46. Telekommunikasiya ehtiyacları üçün torpaqdan və digər daşınmaz əmlakdan istifadə
46.1. Telekommunikasiya şəbəkələri, vasitələri və qurğuları qanuna uyğun olaraq dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə xxxx torpaqlarda yerləşdirilə bilər.
46.2. Torpaq sahələrinin ayrılması, mühafizə zona və zolaqlarının müəyyənləşdirilməsi qaydaları, onlardan istifadə müvafiq qanunvericilik aktları ilə müəyyən edilir.
46.3. Telekommunikasiya fəaliyyəti üçün fiziki və hüquqi şəxslərə verilən torpaq sahələrinin, o cümlədən mühafizə zona və zolaqlarının ölçüsü bu fəaliyyət növü üçün torpaq ayrılması normalarına və layihə-texniki sənədlərə müvafiq olaraq
müəyyənləşdirilir.
46.4. Yaşayış məntəqələrinin yenidən qurulması, ayrı-ayrı binaların, yolların, körpülərin təmiri, meliorasiya işlərinin görülməsi, faydalı qazıntı yataqlarının xxxxx xxxxxx və bu kimi digər hallarda telekommunikasiya qurğularının köçürülməsi və ya yenidən qurulması sifarişçinin vəsaiti hesabına, mövcud standartlara və telekommunikasiya şəbəkəsinin mülkiyyətçisinin texniki şərtlərinə uyğun şəkildə həyata keçirilir.
46.5. Azərbaycan Respublikasının sərhədyanı ərazilərində, o cümlədən sərhəd çaylarında, Xəzər dənizinin (gölünün) Azərbaycan hissəsində telekommunikasiya vasitələrinin və qurğularının tikintisi, istismarı və qəza bərpa işlərinin aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir.
46.6. Telekommunikasiya şəbəkələrinin və qurğularının layihələşdirilməsi, tikintisi, təmiri, yenidən qurulması, quraşdırılması və yerdəyişməsi müvafiq dövlət və sahə standartlarına, müəyyən edilmiş xxxxx və qaydalara uyğun olaraq həyata keçirilir.
Maddə 47. Telekommunikasiyanın inkişafına investisiya qoyuluşu və onun fəaliyyətinin maliyyələşdirilməsi mənbələri
47.1. Telekommunikasiyanın inkişafına investisiya qoyuluşu Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.
47.2. Telekommunikasiyanın inkişafı üçün investisiya qoyuluşuna dair qərarlar qanunvericilikdə müəyyən olunmuş qaydada, müvafiq dövlət proqramları və müqavilələr əsasında qəbul olunur.
47.3. Müvafiq ərazilərin sosial-iqtisadi inkişaf proqramlarına uyğun olaraq
telekommunikasiyanın inkişafı üçün aidiyyəti icra hakimiyyəti orqanları da müəyyən tədbirlər görürlər.
47.4. Xarici investisiyaların telekommunikasiyanın inkişafına cəlb edilməsi və onların qorunması Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq təmin edilir.
47.5. Telekommunikasiyanın inkişafı üzrə tədbirlər uyğun olaraq büdcə və büdcədənkənar vəsaitlər, operatorların, provayderlərin öz vəsaitləri, kreditlər, qrantlar və qanunvericiliklə qadağan edilməmiş digər mənbələr hesabına maliyyələşdirilir.
47.6. Dövlət hakimiyyəti orqanlarının telekommunikasiya xidmətləri və
telekommunikasiya təyinatlı strukturlarının maddi-texniki bazasının inkişafı üçün nəzərdə tutulmuş xərclər həmin orqanlar üçün ayrılmış müvafiq büdcə vəsaitinin tərkibinə daxil edilir.
47.7. Fiziki və hüquqi şəxslərə məxsus telekommunikasiya şəbəkələrinin inkişafı qanunvericiliklə qadağan edilməmiş mənbələr hesabına təmin edilir.
Maddə 48. Telekommunikasiya xidmətlərinin göstərilməsi ilə əlaqədar məlumatların emalı
48.1. Telekommunikasiya xidmətlərinin göstərilməsinə görə ödənişlər müvafiq qaydada emal edilmiş məlumatlar əsasında həyata keçirilir.
48.2. Operatorlar, provayderlər telekommunikasiya xidmətlərindən istifadəyə və ya şəbəkəyə qoşulmaya görə aşağıdakı məlumatları emal edir:
48.2.1. abunəçinin, yaxud onun son avadanlığının məxsusiləşdirilməsini mümkün edən məlumat;
48.2.2. xxxxxxxxxx ünvanı;
48.2.3. ümumistifadəli telekommunikasiya xidmətlərinə görə xxxxxxxxxx ödədiyi məbləğin hesabatının aparılmasına əsas xxxx ölçü vahidləri;
48.2.4. istifadə edilən xidmət xxxxxx üzrə aidiyyəti əsas göstəricilər (məxsusiləşdirilmə nömrəsi, xidmətdən istifadə müddəti, həcmi və s.);
48.2.5. telekommunikasiya xidmətini göstərən şəxsə istifadəçinin xxxxx olaraq, yaxud hissə-hissə köçürdüyü ödənişlər barədə məlumatlar;
48.2.6. telekommunikasiya xidmətini göstərən şəxs tərəfindən xəbərdarlıqlar və telekommunikasiya xidmətlərinə məhdudiyyətlər barədə məlumatlar.
48.3. Operator, provayder bu maddədə göstərilmiş məlumatları mühafizə etməlidir və qanunvericilikdə nəzərdə tutulmuş hüquqi əsas olmadan üçüncü şəxslərə (aidiyyəti abunəçi istisna olmaqla) verməməlidir.
48.4. Operatorlar, provayderlər bu maddədə göstərilmiş məlumatların mülki qanunvericiliklə müəyyən edilmiş iddia müddətləri bitənə qədər saxlanmasını təmin etməlidirlər.
Maddə 49. Telekommunikasiya şəbəkələrində qəzaların nəticələrinin aradan qaldırılması
49.1. Telekommunikasiya şəbəkələrində qəzaların nəticələrinin aradan qaldırılması işləri telekommunikasiya vasitələrinin yerləşdiyi torpaq sahəsi, bina və ya qurğu mülkiyyətçisi, icarəçisi ilə əldə edilən qarşılıqlı razılıq əsasında aparılır. Fövqəladə və təxirəsalınmaz hallarda, dövlət və ya ictimai mənafelərin təmin edilməsi tələb olunduqda, belə işlərin aparılmasına həmin şəxslərin razılığı tələb olunmur.
49.2. Bərpa və təmir işləri zamanı dəyən zərər qanunvericiliklə müəyyən edilmiş qaydada ödənilməlidir.
49.3. Telekommunikasiya şəbəkələrində qəzaların nəticələrinin aradan qaldırılması işlərinə qəza nəticəsində zədələnmiş telekommunikasiya vasitələrinin bərpası və ya
yenidən qurulması ilə yanaşı, təbiətin mühafizəsi üzrə zəruri tədbirlərin görülməsi də daxildir.
Maddə 50. Telekommunikasiya vasitələrinin idxalı, ixracı, istehsalı, satışı və onlardan istifadə
Telekommunikasiya vasitələrinin idxalı, ixracı, istehsalı, satışı və istifadəsi qanunvericiliyə uyğun həyata keçirilir.
VII fəsil. Telekommunikasiya xidmətləri göstərilməsinin xüsusiyyətləri
Maddə 51. Telekommunikasiya sahəsində istifadə olunan dil
51.1. Azərbaycan Respublikasının ərazisində operatorlar, provayderlər kargüzarlıq işini qanunvericiliyə uyğun olaraq Azərbaycan dilində aparırlar.
51.2. Azərbaycan Respublikasının ərazisində operatorların, provayderlərin qəbul etdikləri və ötürdükləri yazılı məlumatların ünvanları Azərbaycan dilində tərtib edilir.
51.3. Ölkə hüdudlarından kənara ötürülən məlumatlar Azərbaycan Respublikasının
tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilmiş dillərdə tərtib edilə bilər.
Maddə 52. Telekommunikasiya sahəsində uçot vaxtı
52.1. Azərbaycan Respublikası ərazisində telekommunikasiya xidmətləri üçün vahid uçot-hesabat vaxtı—Bakı vaxtı tətbiq edilir.
52.2. Beynəlxalq telekommunikasiya sahəsində uçot-hesabat vaxtı Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən müəyyən edilir. Əgər beynəlxalq müqavilələrdə ayrı qayda nəzərdə tutulmayıbsa, uçot-hesabat vaxtı Ümumdünya sistemləşdirilmiş vaxtı ilə müəyyənləşdirilir.
VIII fəsil. Telekommunikasiya fəaliyyəti sahəsində beynəlxalq əməkdaşlıq
Maddə 53. Telekommunikasiya sahəsində beynəlxalq əməkdaşlığın əsasları
53.1. Telekommunikasiya sahəsində beynəlxalq əməkdaşlıq Azərbaycan Respublikasının qanunvericiliyinə və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, telekommunikasiya operatorlarının xarici telekommunikasiya operatorları ilə bağladığı müqavilələrə müvafiq olaraq həyata keçirilir.
53.2. Müvafiq icra hakimiyyəti orqanı səlahiyyətləri çərçivəsində digər dövlətlərin
telekommunikasiya qurumları ilə qarşılıqlı əlaqələr yaradır, beynəlxalq təşkilatlarda Azərbaycan Respublikasını təmsil edir və maraqlarını qoruyur.
53.3. Azərbaycan Respublikasının telekommunikasiya sahəsi üzrə beynəlxalq
təşkilatlarda iştirakı ilə bağlı üzvlük haqları qanunvericiliyə uyğun olaraq ödənilir.
53.4. Xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikasının ərazisində telekommunikasiya sahəsində fəaliyyəti Azərbaycan Respublikasının
qanunvericiliyi və tərəfdar çıxdığı beynəlxalq müqavilələr ilə müəyyən olunmuş qaydada tənzimlənir.
Maddə 54. Telekommunikasiya sahəsində beynəlxalq əməkdaşlığa tətbiq olunan hüquq
Telekommunikasiya sahəsində beynəlxalq layihələrin həyata keçirilməsində iştirak edən Azərbaycan Respublikasının fiziki və hüquqi şəxsləri ilə xarici hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələrdə tətbiq edilən hüquq göstərilməlidir.
IX fəsil. Telekommunikasiya fəaliyyəti sahəsində mübahisələrin həlli
Maddə 55. Beynəlxalq telekommunikasiya şəbəkələrindən istifadə edilərkən mübahisələrin həll olunması
Azərbaycan Respublikasının və xarici dövlətlərin telekommunikasiya operatorları, provayderləri arasında mübahisələr Azərbaycan Respublikasının tərəfdar çıxdığı müvafiq beynəlxalq müqavilələrdə və tərəflər arasında bağlanmış müqavilələrdə nəzərdə tutulmuş qaydada həll olunur.
Maddə 56. Telekommunikasiya fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar yaranan mübahisələrin həlli
56.1. Telekommunikasiya fəaliyyəti subyektləri arasında yaranan mübahisələr qanunvericiliklə müəyyən olunmuş qaydada həll edilir.
56.2. Operatorlar arasında arabağlantı, xüsusi çıxış və icarə olunan xətlər, kanallar məsələləri üzrə yaranan mübahisələr müvafiq icra hakimiyyəti orqanı tərəfindən həll edilir. Mübahisə ilə bağlı qəbul edilmiş qərar dərc olunur və onun mətni mübahisədə iştirak edən tərəflərə təqdim olunur. Qəbul edilmiş qərarla razılaşmayan tərəfin
məhkəməyə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikasının Prezidenti Xxxxx XXXXXX