Razılaşdırılıb: Təsdiq edilmişdir:
Razılaşdırılıb: Təsdiq edilmişdir:
Azərbaycan Respublikası Maliyyə Nazirliyi
Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi
“Xalq Sığorta” ASC-nin İdarə Heyətinin Sədri
X.X.Xxxxxxx X.X.Xxxxxxxx
İmza M.Y. İmza M.Y.
Tarix: / / 2012-ci il
PODRATÇIYA MƏXSUS XXXX QURĞU VƏ AVADANLIQLARIN SIĞORTASI QAYDALARI
BAKI – 2012
PODRATÇIYA MƏXSUS XXXX QURĞU VƏ AVADANLIQLARIN SIĞORTASI QAYDALARI
Podratçıya məxsus xxxx qurğu və avadanlıqların sığortası Qaydaları (bundan sonra mətndə
«Qaydalar» adlandırılacaq) Azərbaycan Respublikası qanunlarının və digər normativ-hüquqi aktlarının tələblərinə müvafiq işlənib hazırlanmışdır və Podratçıya məxsus xxxx qurğu və avadanlıqların sığortası müqaviləsinin (bundan sonra mətndə «sığorta müqaviləsi» adlandırılacaq) ayrılmaz tərkib hissəsidir.
Ərizə forması müqavilənin əsası sayılır və sığorta təminatı Ərizə formasında Sığortalı tərəfindən göstərilmiş məlumat və Ərizə formasında qeyd olunmuş Sığortalının bəyannaməsi əsasında verilir.
ÜMUMİ MÜDDƏALAR
Hazırkı Qaydalar əsasında «Xalq Sığorta» Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə
«Sığortaçı» adlandırılacaq) podratçıya məxsus xxxx qurğu və avadanlıqların könüllü sığortasını həyata keçirir və sığorta müqaviləsi bağlayır.
Hazırkı Qaydalar Sığortalının (Faydalanan şəxsin, qurğu və ya avadanlığı istifadə etmək hüququna xxxxx xxxx şəxsin) qurğu və avadanlığa sahibliyi, ondan istifadəsi və ona sərəncam verməsi ilə xxxxx xxxx əmlak mənafelərinin könüllü sığortası müqavilələrinin bağlanması, icra edilməsi və xitam olunmasının qayda və şərtlərini müəyyən edir.
Bu Qaydalar üzrə müəyyən olunan «Podratçıya məxsus xxxx qurğu və avadanlıqların sığortası» növü əmlakın yanğın və digər risklərdən sığortası sinfinə aid edilir.
1. QAYDALARDA İSTİFADƏ OLUNAN ƏSAS ANLAYIŞLAR
Aşağıda göstərilən anlayışlar bu Qaydaların mətnində istifadə olunduğu yerdən asılı olmayaraq eyni məna daşıyırlar:
sığorta riski – ehtimal olunan və onun baş verməsinə qarşı sığorta aparılan hadisədir;
sığorta hadisəsi – sığorta müqaviləsi ilə nəzərdə tutulan və Sığortaçının sığorta ödənişini həyata keçirmək öhdəliyinin yaranmasına səbəb xxxx, baş vermiş hadisədir;
sığorta məbləği – sığorta müqaviləsinə müvafiq olaraq sığorta obyektinin sığortalandığı, Sığortaçının öhdəliklərinin son (maksimal) həddi xxxx və əsasında sığorta haqqı hesablanan məbləğdir;
sığorta haqqı – sığorta müqaviləsinə müvafiq olaraq şərtləşdirilmiş qayda və vaxt ərzində Sığortalı tərəfindən sığorta təminatının verilməsi üçün Sığortaçıya ödənilən məbləğdir;
azadolma – sığorta müqaviləsində müəyyən edilmiş və Sığortaçı tərəfindən təmin olunmayan dəymiş zərərin bir qismidir;
qurğu və avadanlıqlar – Sığortalıya məxsus qurğu və avadanlıqlar;
sığortalanmış qurğu və avadanlıqlar – xüsusiyyətləri (markası, modeli, dövlət qeydiyyat nişanı, ban və/və ya şassi nömrəsi və s.) Sığorta Şəhadətnaməsində göstərilmiş qurğu və avadanlıqlar;
sığortaçının eksperti – Sığortaçının əməkdaşı xxxx və ya Sığortaçı tərəfindən ekspertizanın keçirilməsi üçün kənardan cəlb edilən müəyyən sahə üzrə mütəxəssisdir.
2. SIĞORTA SUBYEKTLƏRİ
2.1. Sığortaçı - Azərbaycan Respublikasında sığorta fəaliyyətinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanından xüsusi razılıq almış « Xalq Sığorta» Açıq Səhmdar Cəmiyyətidir.
2.2. Sığortalı - Sığortaçı ilə sığorta müqaviləsini bağlamış fəaliyyət qabiliyyətli fiziki şəxsdir.
2.3. Xxxxxxxxxx şəxs – Sığorta müqaviləsi xeyrinə bağlanmış şəxsdir.
2.4. Sığorta müqaviləsi sığortalanmış qurğu və avadanlıqların qorunub saxlanılmasında, qanuna, digər normativ-hüquqi akta, müqaviləyə və ya notariat qaydasında təsdiq edilmiş etibarnaməyə əsasən xxxxxx xxxx şəxsin (Sığortalının və ya Xxxxxxxxxx şəxsin) xeyrinə bağlana bilər. Sığortalının və ya Xxxxxxxxxx şəxsin sığortalanmış qurğu və avadanlıqlarda qanuni marağı olmadığı halda bağlanmış sığorta müqaviləsi bağlandığı andan etibarsızdır.
2.5. Sığortalıya aid xxxx öhdəliklərin Faydalanan şəxs və ya qurğu və avadanlıqları istifadə etmək hüququna xxxxx xxxx şəxs tərəfindən yerinə yetirilməsi və ya, sığorta müqaviləsi ilə digər şərtlər nəzərdə tutulmayıbsa, sığorta müqaviləsinin Xxxxxxxxxx şəxsin xeyrinə bağlanması Sığortalını həmin müqavilə üzrə öhdəliklərini yerinə yetirməsindən azad etmir.
SIĞORTA TƏMİNATI VƏ İSTİSNALAR
3. QURĞU VƏ AVADANLIQLARIN MADDİ ZƏRƏRDƏN SIĞORTASI
Sığorta haqqının ödənilməsi şərti ilə, sığortalanmış qurğu və avadanlıqlar sığorta müddəti ərzində və hazırkı Qaydaların 3.2. bəndində göstərilən risklərin baş verməsi nəticəsində itirilərsə, məhv olarsa və ya zədələnərsə (bu Qaydaların şərtlərinə, müddəalarına, istisnalarına və təminatına müvafiq olaraq) Sığortaçı Sığortalıya həmin qurğu və avadanlıqların zədələnməsi, itirilməsi və ya məhv olması xxxxx xxxx bazar dəyərini və ya dəyən zərərin məbləğini ödəyəcək və ya sığortalanmış qurğu və avadanlığı və ya onun hər bir hissəsini Sığorta məbləği çərçivəsində bərpa və ya eyni tipli ehtiyyat hissəsi / qurğu və ya avadanlıq ilə əvəz edəcək (köhnəlməyə görə müvafiq məbləğin və, əgər sığorta müqaviləsi ilə şərtləşdirilibsə, azadolma məbləğinin çıxılması şərti ilə).
3.1. SIĞORTA OBYEKTİ
3.1.1. Qurğu və avadanlıqların maddi zərərdən sığortası bölməsinə müvafiq olaraq, sığorta obyekti Sığortalının (Faydalanan şəxsin) sığortalanmış qurğu və avadanlığa sahibliyi, ondan istifadəsi və ona sərəncam verməsi ilə xxxxx xxxx, Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan, əmlak mənafeləridir.
3.1.2. Bu Qaydalar əsasında bağlanmış sığorta müqaviləsi ilə Sığortalının (Xxxxxxxxxx şəxsin) mülkiyyətində xxxx və ya qanuna, digər normativ-hüquqi akta, müqaviləyə, notariat qaydasında təsdiq edilmiş etibarnaməyə əsasən istifadə etdiyi və
• qanunvericilikdə nəzərdə tutulmuş qaydada daxili işlər orqanları tərəfindən qeydiyyata alınmış və dövlət texniki baxışından keçmiş, və ya
• Azərbaycan Respublikasının ərazisində yerləşən ticarət təşkilatlarından (mərkəzlərindən) alınmış və ya xarici dövlətdə alınaraq Azərbaycan Respublikasının ərazisinə gətirilmiş və gömrük rəsmiləşdirilməsindən keçmiş, xxxxx hər iki halda sığorta müqaviləsi bağlanan zaman daxili işlər orqanları tərəfindən qeydiyyata alınmamış qurğu və avadanlıqlar sığortalana bilər.
3.1.3. Azərbaycan Respublikasının ərazisində yerləşən ticarət təşkilatlarından (mərkəzlərindən) alınmış və ya xarici dövlətdə alınaraq Azərbaycan Respublikasının ərazisinə gətirilmiş və gömrük rəsmiləşdirilməsindən keçmiş, xxxxx sığorta müqaviləsi bağlanan zaman daxili işlər orqanları tərəfindən qeydiyyata alınmamış qurğu və avadanlıqlar yalnız o şərtlə sığortalana bilər ki, sığorta müqaviləsinin bağlanması anına onun qanunla müəyyən edilmiş qeydiyyata alınma müddəti bitməmiş olsun.
3.1.4. Daxili işlər orqanları tərəfindən qeydiyyata alınmamış qurğu və avadanlıqlara dair Sığortaçının oğurluq, qaçırma, dələduzluq, soyğunçuluq və quldurluq riskləri üzrə məsuliyyəti onun qanunvericilikdə müəyyən edilmiş qaydada qeydiyyata alınmasından və bu barədə Sığorta Şəhadətnaməsində müvafiq qeydin edilməsindən sonra qüvvəyə minir.
3.1.5. Sığorta təminatı Sığortalanmış avadanlığın və ya qurğunun işləmə, dayanma, təmizlənmə və ya təmir zamanı qüvvədədir.
3.1.6. Sığorta müqaviləsinə qəbul edilmiş xüsusi Əlavələrdə qeyd olunması şərti ilə aşağıdakılar sığortalana bilər:
• tunnel və yeraltı qazma işləri avadanlığı
• su üzərində yerləşən platforma, barja və ya xxxxxx üzərində işləyən avadanlıq
Hər halda xüsusi Əlavə ilə digəri şərtləşdirilməyibsə suda quraşdırılmış və ya batmış avadanlığın çıxarılması və ya xilas edilməsi xərcləri sığortalanmış hesab edilə bilməz.
3.1.7. Aşağıdakı əmlak sığorta təminatı ilə əhatə olunmur:
• dəyişəbiləcək alətlər və hissələr (burğular, bıçaqlar, mışar ülgücləri, ön şüşələr, zəncirlər,
birləşdirici kabellər, borular, birləşmə və qablaşdırma materialları);
• elevator, lift və ya konveyer kəmərləri, kanatları, batareyalar;
• yanacaqlar, soyuducu mayelər, yağlama materialları;
• yollarda istifadə olunması üçun istehsal olunmuş avtomobillər, gəmilər, təyyarələr.
3.2. SIĞORTA RİSKLƏRİ
Bu Qaydalar əsasında bağlanmış sığorta müqaviləsi ilə aşağıda göstərilən risklər nəticəsində baş vermiş hadisələr üzrə təminat verilir:
Yanğın, partlayış, ildırım vurması və onların nəticələrinin aradan qaldırılması, bütün təbii fəlakətlər, ağacların/daşların və digər predmetlərin dəyməsi/düşməsi, üçüncü şəxslərin qərəzli və qanuna xxxx xxxx hərəkətləri, oğurluq, qaçırma, dələduzluq, soyğunçuluq, quldurluq və bunlarla məhdudlaşmamaq şərti ilə, hazırkı Qaydalarla istisna olunan
hallardan başqa, sığortalanmış qurğu və ya avadanlığa zərər dəyməklə nəticələnən qəflətən və gözlənilmədən baş vermiş bütün hadisələr.
Hazırkı Qaydalara müvafiq olaraq təbii fəlakət, oğurluq, qaçırma, dələduzluq, soyğunçuluq, quldurluq riskləri aşağıda göstərilən mənalarda başa düşülməlidir:
təbii fəlakət – təbii qüvvələrin təsiri nəticəsində əmələ gələn (su basması, zəlzələ, yer sürüşməsi və s.), əhalinin normal həyat tərzini pozan, insanların və maddi dəyərlərin tələf olmasına səbəb xxxx, insanın qarşısını ala bilmədiyi fövqəladə hal.
xxxxxxx - xxxxxxx əmlakını gizli olaraq talama;
qaçırma - avtonəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmə;
dələduzluq - etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə;
soyğunçuluq - özgənin əmlakını açıq talama;
xxxxxxxxx - xxxxxxx əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə xxxxx xxxx basqın.
üçüncü şəxslərin qərəzli və qanuna xxxx xxxx hərəkətləri – Sığortalının (Xxxxxxxxxx şəxsin, sığortalanmış qurğu və ya avadanlığı istifadə etmək hüququna xxxxx xxxx şəxsin) işçilərindən, yaxın qohumlarından (əri (arvadı), uşağı, o cümlədən övladlığa götürülən uşağı, valideyni, övladlığa götürəni, qardaşı, bacısı, nəvəsi, babası, nənəsi), uzun müddət ərzində onunla yaşayan və birlikdə təsərrüfatı aparan və ya onunla müqavilə münasibətlərində xxxx şəxslərdən başqa hər hansı digər şəxsin etdiyi qərəzli və qanuna xxxx xxxx hərəkətlər.
3.3. SIĞORTA MƏBLƏĞİ VƏ SIĞORTA DƏYƏRİ
3.3.1. Sığorta dəyərinin müəyyənləşdirilməsi zamanı tərəflər qüvvədə xxxx qanunvericiliyə və aşağıdakı müddəalara əsaslanmalıdırlar.
3.3.2. Sığorta olunacaq qurğu və ya avadanlığın sığorta dəyəri aşağıda göstərilənlərdən biri əsasında müəyyən edilir:
• sığorta müqaviləsi bağlanan zaman sığorta olunacaq qurğu və ya avadanlığın mövcud xxxx xxxxx qiyməti. Qurğu və ya avadanlığın bazar qiyməti rəqabət şəraitində, satıcı və alıcının qurğu və avadanlıq barədə tam məlumatı olması şərti ilə və razılaşmanın qiymətinə hər hansı fövqəladə hadisələrin təsiri olmadıqda, həmin qurğu və ya avadanlığın satılması üçün mümkün xxxx qiymətdir;
• ticarət təşkilatı tərəfindən verilmiş hesab (qəbz) və/və ya alqı-satqı müqaviləsi;
• Sığortaçının eksperti tərəfindən aparılmış qiymətləndirmə.
3.3.3. Bu Sığorta Qaydalarının şərtlərinə əsasən sığorta məbləği sığortalanan avadanlığın həmin spesifikasiya, tutum və gücə xxxxx xxxx avadanlıq ilə dəyişdirilməsinin (o cümlədən, avadanlığın daşınması, quraşdırma və gömrük xərclərinin də daxil olmaqla) dəyərinə bərabər olmalıdır.
Xxxxx, yuxarıda göstərilən şərtə baxmayaraq, düşərgələr, baraklar, emalatxanalar, taxta- bəndlər və taxta hörgülərin sığortası zamanı sığorta məbləği bu obyektlərin Sığorta
müqaviləsinin bağlanma tarixində xxxx real dəyəri kimi təyin olunmalıdır.
3.3.4. Sığorta məbləği sığortalanmış qurğu və ya avadanlığın sığorta dəyərindən artıq ola bilməz və Sığortaçı sığorta məbləğinin sığorta dəyərindən artıq xxxx hissəsi üzrə heç bir məsuliyyət daşımır və ödəniş həyata keçirmir.
3.3.5. Sığortalı (Faydalanan şəxs) sığorta müddəti ərzində sığortalanmış qurğu və ya avadanlığın dəyərinin artması haqqında Sığortaçıya dərhal xəbər verməlidir. Bu halda, sığorta haqqı və sığorta məbləği üzrə sığorta müqaviləsində dəyişikliklər edilir və Sığortaçıya müvafiq bildirişin daxil olması tarixindən sığorta haqqı yenidən hesablanır. Sığortalanmış qurğu və ya avadanlığın dəyərinin artması haqqında bildirişin verilməməsi halında bu Qaydalar ilə müəyyən edilmiş qismən sığorta haqqında müddəalar tətbiq edilir.
3.3.6. Sığortalıya (Faydalanan şəxsə) sığorta ödənişinin verilməsi halında, müvafiq sığorta məbləği həyata keçirilmiş sığorta ödənişinin həcmində azalır. Sığorta məbləği sığorta hadisəsinin baş verməsi günündən azalmış hesab edilir. Zədələnmiş qurğu və ya avadanlıq təmir olunduqdan sonra Sığortalı əlavə sığorta haqqı ödəyərək sığorta məbləğini bərpa edə bilər.
3.4. ŞƏRTSİZ AZADOLMA
3.4.1. Sığorta müqaviləsində şərtsiz azadolma, yəni sığorta hadisəsi baş verdiyi halda Sığortaçı tərəfindən ödənilməyən Sığortalının xərclərinin bir hissəsi, müəyyən edilə bilər.
3.4.2. Azadolma Sığortalının və Sığortaçının razılığı əsasında təyin edilir, Sığorta Səhadətnaməsində və/və ya hazırkı Qaydalarda və/və ya sığorta müqaviləsinə qəbul edilmiş müvafiq Əlavələrdə göstərilir.
3.4.3. Bir neçə sığorta hadisəsi baş verdiyi halda, sığorta müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, azadolma məbləği hər sığorta ödənişindən tutulur və bir neçə qurğunun bir hadisə nəticəsində zədələndiyi halında yalnız ən yüksək azadolma məbləği tətbiq olunacaq.
3.5. XÜSUSİ İSTİSNALAR
Hazırkı bölmənin şərtlərinə müvafiq olaraq aşağıdakılar üzrə təminat verilmir və ödəniş həyata keçirilmir:
3.5.1. Sığortalanmış obyektə ictimai yollarda özü hərəkət edən və yaxud dayanan zaman (hər hansı nəqliyyat vasitəsi ilə daşınmasından başqa) baş vermiş hadisələr nəticəsində dəymiş zərərlər;
3.5.2. Sığortalanmış qurğu və ya avadanlığın açarları baxımsız qaldığı halda, o cümlədən içində baxımsız qaldığı halda, onun oğurlanması və ya qaçırılması;
3.5.3. Sığortalanmış qurğu və ya avadanlığın sığorta müqaviləsinin bağlanmasından əvvəl zədələnmiş hissə və detallarının təmir və ya digəri ilə əvəz olunması;
3.5.4. Mexaniki və ya elektrik sınma və nasazlıq, soyuducu və digər mayelərin buzlanması,
yağlama materiallarının nasazlığı, yanacaq və ya soyuducunun çatışmamazlığı. Xxxxx bu nasazlıqların nəticəsində baş vermiş qəzanın nəticəsində yaranan zərərlər üzrə təminat verilir;
3.5.5. Köhnəlmə, korroziya, eroziya, oksidləşmə, istifadə olunmaqdan və normal atmosfer şəraitidə baş verən tədrici kohnəlmə;
3.5.6. Standard yoxlama xərcləri, və ya sığortalanmış hadisələrin nəticəsində baş vermiş zərərlərdən başqa hər hansı funksional nasazlıqların aradan göturülməsi üzrə xərclər;
3.5.7. İstehsalçı və ya tədarükçünün qanun və ya muqavilə ilə şərtləşdirilmiş öhdəlikləri;
3.5.8. Sığortalıya və ya onun nümayəndəsinə məlum xxxx nasazlıq və defektlərdən irəli gələn zərərlər;
3.5.9. Sığortalanmış avadanlığa zərər dəydikdən sonra xxxxx xxxx təmir işləri həyata keçirilmədən istifadə nəticəsində dəymiş zərərlər;
3.5.10. İstənilən məsulliyət və dolayı zərərlər;
3.5.11. İonlaşdırıcı radiasiya şuaları, radioaktiv elementlər, qeyri-radiasiya tərkibli nüvə yanacağı, yanmış nüvə yanacağı, partlayıcı nüvə tərkibli element və ya onun komponentlərindən ibarət təhlükəli radioaktiv, zəhərli, partlayıcı və digər maddələrin təsiri.
Qeyd: Sığortaçı ilə razılaşdırıldıqdan və əlavə sığorta haqqı ödənildikdən sonra, Sığorta Şəhadətnaməsində göstərilməsi şərti ilə Sığortalıya yuxarıda qeyd olunan xüsusi istisnalar tətbiq edilməyə bilər.
C. SIĞORTA MÜQAVİLƏSİ
Sığorta müqaviləsi Sığortaçı ilə Sığortalı arasında yazılı formada bağlanan, Sığortalının ödədiyi müvafiq sığorta haqqı müqabilində sığorta obyektinin məruz qala bildiyi müəyyən risklərin baş verməsi nəticəsində, sığorta müqaviləsində göstərilən sığorta məbləğindən xxx olmaması şərti ilə, dəyən zərərin əvəzinin və ya müəyyən bir hadisənin baş verməsi ilə hər hansı pul məbləğinin Sığortaçı tərəfindən Sığortalıya (Faydalanan şəxsə) ödənilməsini nəzərdə tutan sazişdir.
4. SIĞORTA MÜQAVİLƏSİNİN FORMASI
4.1. Sığorta müqaviləsi müqavilə üzrə tərəflərin sayından asılı olaraq tələb olunan xxxxx, Azərbaycan dilində və sığorta müqaviləsinin hər tərəfi üçün bir nüsxədə tərtib olunur. Nüsxələr eyni hüquqi qüvvəyə malikdir. Sığorta müqaviləsi hər hansı xarici dilə tərcümə olunduğu halda onun mətninin təfsir edilməsi üçün Azərbaycan dilindəki mətn əsas götürülməlidir.
4.2. Sığorta müqaviləsi (Sığorta Şəhadətnaməsi) Sığortalı tərəfindən itirilərsə, Sığortalının yazılı ərizəsinə əsasən Sığortaçı müqavilənin (Sığorta Şəhadətnaməsinin) yeni nüsxəsini (dublikatını) ona təqdim edə bilər. Sığorta müqaviləsinin (Sığorta Şəhadətnaməsinin) yeni nüsxəsinin (dublikatının) verilməsinə görə rüsum tələb olunmur. Sığorta müqaviləsinin (Sığorta Şəhadətnaməsinin) yeni nüsxəsinin (dublikatının) verilməsindən sonra itirilmiş sığorta müqaviləsi (Sığorta Şəhadətnaməsi) etibarsız hesab olunur.
5. SIĞORTA MÜQAVİLƏSİNİN MÜDDƏTİ (SIĞORTA MÜDDƏTİ)
5.1. Sığorta təminatının qüvvədə olma müddəti tərəflərin razılığı ilə sığorta müqaviləsində müəyyənləşdirilir və «sığorta müddəti» adlandırılır.
5.2. Sığorta muqaviləsi (sığorta təminatı) Sığorta Şəhadətnaməsində göstərilmiş sığortanın qüvvəyə minmə tarixində Bakı vaxtı ilə gündüz saat 12:00-da qüvvəyə minir və Sığorta Şəhadətnaməsində göstərilmiş sığorta təminatının qüvvədən düşmə tarixində Bakı vaxtı ilə gündüz saat 12:00-da qüvvədən düşmüş hesab edilir.
6. SIĞORTA TƏMİNATININ COQRAFİ ƏHATƏ ƏRAZİSİ
6.1. Sığorta təminatı yalnız sığorta müqaviləsində göstərilən coğrafi ərazidə qüvvədədir.
6.2. Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində hər hansı inzibati-ərazi vahidinin və ya rayonun ərazisində hərbi əməliyyatlar aparılarsa (müharibənin elan edilib- edilməməsindən asılı olmayaraq) sığorta təminatı həmin ərazilərdə qüvvəsini itirir.
6.3. Sığortalanmış obyekt sığorta təminatının qüvvədə olduğu coğrafi ərazini tərk etdikdə sığorta müqaviləsi üzrə verilən təminat qüvvəsini itirir.
7. ÜMUMİ İSTİSNALAR
Sığortaçı bilavasitə və ya dolayı olaraq aşağıda göstərilənlərin nəticəsində baş vermiş hadisələr üzrə heç bir məsuliyyət daşımır:
7.1. Sığortalanmış qurğu və ya avadanlığın bazar dəyərinin təmir olunması nəticəsində aşağı düşməsi – dəyərin azalan hissəsində;
7.2. Amortizasiya, əmtəə görünüşünün itirilməsi, brak, sığortalanmış qurğu və ya avadanlığın tam və ya ayrı-ayrı hissələrinin, detallarının, qurğu və mexanizmlərinin köhnəlməsi, korroziyaya məruz qalması;
7.3. Səs və ya səsin sürətindən yüksək sürətlə hərəkət edən təyyarələr və digər hava aparatları ilə bilavasitə və ya dolayı olaraq yaranan təzyiq dalğaları nəticəsində əmələ gəlmiş itki, məhv olma və ya digər zərərlər;
7.4. Sığorta təminatının əhatə ərazisindən kənarda baş verən hadisələr;
7.5. Sığorta müddətindən əvvəl və sığorta müddəti bitdikdən sonra baş vermiş hadisələr;
7.6. Sığorta müqaviləsinin qüvvədə olma müddətində baş vermiş, xxxxx səbəbi müqavilənin qüvvəyə minmə tarixindən əvvəl yaranmış hadisələr;
7.7. Sığortalının, qurğu və ya avadanlığı istifadə etmək hüququna xxxxx xxxx hər hansı şəxsin və ya Xxxxxxxxxx şəxsin qərəzli hərəkətləri və ya adı çəkilən şəxslərin cinayət törətməsi və ya törədilməsinə cəhd etməsi nəticəsində baş vermiş hadisələr;
7.8. Valyuta mübadiləsi kursunun fərqi;
7.9. Sığortalanmış qurğu və ya avadanlığın təyinatından kənar, yaxud Sığortalının bəyan etdiyindən fərqli məqsədlər üçün istifadə olunması;
7.10. Sığortalanmış qurğu və ya avadanlığı istifadə edən şəxsin özünə qəsd etməsi və ya buna cəhd göstərməsi nəticəsində baş vermiş hadisələr;
7.11. Nüvə partlayışının, ionlaşdırıcı radiasiya şüalarının, radioaktiv elementlərin, qeyri-radiasiya tərkibli nüvə yanacağının, yanmış nüvə yanacağının, partlayıcı nüvə tərkibli elementlərdən
və ya onların komponentlərindən ibarət təhlükəli radioaktiv, zəhərli, partlayıcı və digər maddələrin təsiri;
7.12. Müharibə (elan edilib-edilməməsindən asılı olmayaraq), vətəndaş müharibəsi, hərbi əməliyyatlar, təcavüz, istila, işğal, düşmənçilik aktları, xarici düşmənlərin aksiyaları, üsyan, qiyam, tətil, inqilab, ictimai ixtişaşlar, xalq hərəkatı, çevriliş, silahlı yolla hakimiyyətin qəsb edilməsi, terrorizm, sabotaj və bunların nəticələri;
7.13. Dövlət orqanlarının sərəncamı ilə və ya hərbi ya da mülki hakimiyyət və siyasi təşkilatlar tərəfindən siyasi tədbirlərin görülməsi nəticəsində sığortalanmış qurğu və ya avadanlığın müsadirə, rekvizisiya, həbs, məhv edilməsi və ya milliləşdirilməsi nəticəsində baş vermiş hadisələr;
8. SIĞORTA HAQQI
8.1 Sığorta haqqı Sığortalı tərəfindən təqdim edilmiş məlumat əsasında Sığortaçı tərəfindən hesablanır və Sığorta Şəhadətnaməsində və ya sığorta müqaviləsinə qəbul edilmiş Əlavələrdə göstərilir.
8.2. Sığorta haqqı Sığortalı tərəfindən Sığortaçının təqdim etdiyi hesab və ya sığorta haqqının məbləği və ödənilmə qaydası barədə məlumatı özündə əks edən digər sənəd alındıqdan sonra ödənilir. Sığorta haqqı birdəfəlik və ya, tərəflərin razılaşmasına əsasən, hissə-hissə, sığorta müqaviləsinə qəbul edilmiş Əlavədə qeyd olunan ödənişlər cədvəlinə müvafiq olaraq ödənilə bilər.
8.3. Sığorta müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, nağdsız haqq-hesab zamanı sığorta haqqı Sığortalı tərəfindən tam məbləğdə, sığorta haqqı hissə-hissə ödənilirsə sığorta haqqının birinci ödənişi Sığortaçının təqdim etdiyi hesabın şərtlərinə müvafiq olaraq Sığortaçının bank hesabına köçürülməsi yoli ilə ödənilir.
8.4. Sığorta müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, nağd haqq-hesab zamanı sığorta haqqı Sığortalı tərəfindən tam məbləğdə, sığorta haqqı hissə-hissə ödənilirsə sığorta haqqının birinci ödənişi Sığortaçının təqdim etdiyi qəbzin şərtlərinə müvafiq olaraq Sığortaçının kassasına və ya nümayəndəsinə verilməsi yoli ilə ödənilir.
8.5. Sığorta haqqının ödənilməsi günü aşağıdakılar hesab olunur:
• nağdsız haqq-hesab zamanı – pul vəsaitlərinin Sığortaçının hesabına daxil olması günü;
• nağd haqq-hesab zamanı – pul vəsaitlərinin Sığortaçının kassasına və ya nümayəndəsinə verilməsi günü.
8.6. Sığorta haqqı və ya onun birinci hissəsi Sığortaçı tərəfindən təqdim olunmuş hesabda və ya sığorta haqqının məbləği və ödənilmə qaydası barədə məlumatı özündə əks edən digər sənəddə göstərilmiş müddət ərzində ödənilmədikdə, Sığortaçı sığorta müqaviləsindən imtina etmək və ya Sığortalı üçün əlavə ödəmə müddətini təyin etmək hüququna malikdir. Əgər sığorta hadisəsinin baş verməsi günü sığorta haqqı və ya onun birinci hissəsi müqavilənin şərtlərinə uyğun hələ də ödənilməyibsə, Sığortaçı öz öhdəliklərindən azad edilir.
8.7. Hissə-hissə ödənilən sığorta haqqının növbəti ödənişi ödənilmədiyi, vaxtından gec və ya az məbləğdə ödənildyi halda, Sığortaçının sığorta müqaviləsi üzrə öhdəlikləri sığorta haqqının ödənilməli gündən sonrakı növbəti 15 təqvim günü ərzində qüvvədə qalır və sığorta ödənişinin həyata keçirilməsi zamanı sığorta haqqının gecikdirilmiş (natamam həcmdə ödənilmiş) hissəsi Sığortaçı tərəfindən ödənişdən tutula bilər. Əgər həmin borc müqavilə ilə sığorta haqqının ödənilməsi günü kimi şərtləşdirilmiş gündən sonra 15 təqvim günü ərzində
ödənilməyibsə Sığortaçı sığorta müqaviləsində göstərilən sığorta hadisələri üzrə məsuliyyət daşımır.
Sığortaçının məsuliyyəti borcun, yəni gecikdirilmiş (natamam həcmdə ödənilmiş) ödənişin, ödənildiyi gün gündüz saat 12:00-xxx bərpa olunur və Sığortaçının məsuliyyəti bərpa olunduqdan sonra baş vermiş, sığorta müqaviləsində şərtləşdirilmiş sığorta hadisələrini əhatə edir.
8.8. Sığortalının sığorta haqqını ödəməməsi səbəbindən Sığortaçı tərəfindən sığorta müqaviləsinin ləğv edilməsi, Sığortalını Sığortaçıya, onun öz öhdəliklərini yerinə yetirdiyi müddət üzrə, sığorta haqqının ödənilməli xxxx hissəsini ödəməsindən azad etmir.
9. GÜZƏŞTLƏR VƏ YÜKLƏMƏLƏR
Sığorta müqaviləsinin qüvvədə olduğu müddət başa çatdıqdan sonra sığorta müqaviləsi növbəti il üçün bağlanarkən, başa çatmış Sığorta ilinin nəticələrindən asılı olaraq, Sığortaçı tərəfindən Sığortalıya ilkin (orijinal) sığorta tarifinə güzəştlər və ya yükləmələr tətbiq edilə bilər
10. SIĞORTA MÜQAVİLƏSİNƏ XİTAM VERİLMƏSİ
10.1. Sığorta müqaviləsinə aşağıdakı hallarda xitam verilir:
10.1.1. sığorta predmeti Sığortaçının razılığı olmadan özgəninkiləşdirildikdə. Bu halda Sığortaçı ilə Sığortalı və ya sığorta obyekti xeyrinə özgəninkiləşdirilən şəxs arasında yeni sığorta müqaviləsi bağlanıla bilər;
10.1.2. sığorta müqaviləsinin qüvvədə olma müddəti bitdikdə;
10.1.3. Sığortaçı Sığortalı qarşısında öz öhdəliklərini tamamilə yerinə yetirdikdə;
10.1.4. Sığortalı sığorta haqqını sığorta müqaviləsində müəyyən edilən qaydada ödəmədikdə;
10.1.5. Sığortalı vəfat etdikdə (o halda ki vərəsəsi olmasın);
10.1.6. Sığortalının fəaliyyət qabiliyyəti məhdudlaşdırıldıqda (fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın çıxarılması anından);
10.1.7. məhkəmə sığorta müqaviləsinin etibarsız olduğu barədə qərar verdikdə;
10.1.8. sığorta obyektinin mövcudluğu bitdikdə (xxx olduqda);
10.1.9. qanunvericiliklə nəzərdə tutulmuş qaydada Sığortaçı ləğv edildikdə;
10.1.10. sığorta müqaviləsinin və hazırkı Qaydaların müddəa və şərtləri yerinə yetirilmədikdə;
10.1.11. tərəflərin razılaşmasına əsasən;
10.1.12. qanunvericiliklə və sığorta müqaviləsi ilə nəzərdə tutulmuş digər hallarda.
10.2. Sığorta hadisənin baş vermə ehtimalı itdikdə və sığorta riskinin mövcudluğu sığorta hadisəsindən fərqli digər səbəblər - ucbatından bitdiyi halda sığorta müqaviləsi dərhal qüvvədən düşür. Sığorta müqaviləsinin bu bənddə göstərilmiş səbəblər ücbatından vaxtından əvvəl qüvvədən düşməsi halında Sığortaçı, sığortanın qüvvədə olması müddəti üzrə, proporsional surətdə hesablanmış sığorta haqqının hissəsini özündə saxlaya və ya tələb edə bilər.
10.3. Sığorta müqaviləsinə həm Sığortaçının, həm də Sığortalının 30 gün əvvəl qarşı tərəfə yazılı şəkildə xəbərdarlıq verməsi yolu ilə vaxtından əvvəl xitam verilə bilər. Yazılı xəbərdarlıq tərəflərin müqavilədə göstərilən ünvanlarına göndərilməlidir.
10.4. Tərəflər müqaviləyə xitam verməkdən əvvəl müqavilə ilə nəzərdə tutulmuş öhdəliklərini tam yerinə yetirməlidirlər.
11. SIĞORTA MÜQAVİLƏSİNƏ VAXTINDAN ƏVVƏL XİTAM VERİLDİKDƏ SIĞORTA HAQQININ HESABLANMASI
11.1. Müqavilənin Sığortaçının tələbi ilə vaxtından əvvəl xitam olunması halında, Sığortaçı Sığortalının sığorta haqqlarını bütünlükdə qaytarır; əgər bu tələb Sığortalının sığorta qaydalarını yerinə yetirməməsi ilə bağlıdırsa, Sığortaçı çəkilmiş xərclər çıxılmaqla müqavilənin qurtarmamış hissəsi üçün sığorta haqqını qaytarır.
11.2. Müqavilənin Sığortalının tələbi ilə vaxtından əvvəl xitam olunması halında, Sığortaçı çəkilmiş xərclər çıxılmaqla müqavilənin qurtarmamış hissəsi üçün sığorta haqqını ona qaytarır; əgər bu tələb Sığortaçının sığorta qaydalarını pozması ilə bağlıdırsa o, sığorta haqlarını Sığortalıya bütünlüklə qaytarır.
11.3. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək sığortaçı tərəfindən sığortalıya ödənilmiş sığorta haqqına bərabər və ya ondan xxx miqdarda sığorta ödənişi verilmişdirsə, sığorta haqqı sığortalıya qaytarılmır.
11.4. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək sığortaçı tərəfindən sığortalıya ödənilmiş sığorta haqqından az miqdarda sığorta ödənişi verilmişdirsə, həmin sığorta haqqı məbləği ilə sığorta ödənişi məbləği arasındakı fərq miqdarında sığorta haqqının sığortalıya qaytarılması müvafiq olaraq bu Qaydaların 11.1-ci və 12.2-ci maddələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
11.5. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildikdə sığorta haqqı Sığortalı tərəfindən göndərilmiş yazılı bildiriş alındıqdan sonra 10 (on) iş günü ərzində qaytarılır.
12. SIĞORTA MÜQAVİLƏSİNƏ ƏLAVƏLƏRİN QƏBUL EDİLMƏSİ
Sığorta müqaviləsi şərtlərinin dəyişdirilməsi tərəflərin razılığı əsasında müqaviləyə Əlavənin qəbul edilməsi yolu ilə həyata keçirilir.
Əlavələr yazılı şəkildə tərtib olunur və sığorta müqaviləsinin ayrılmaz tərkib hissəsi hesab olunur. Sığorta müqaviləsinin şərtləri dəyişdirildiyi halda, tərəflər arasında əldə olunmuş razılaşmadan və ya müqaviləyə edilən dəyişikliklərin mahiyyətindən digəri irəli gəlmirsə, öhdəliklər Əlavənin imzalanması anından dəyişilmiş hesab olunurlar.
D. TƏRƏFLƏRİN ÖHDƏLİKLƏRİ VƏ MƏSULİYYƏTİ. ZƏRƏRİN MÜƏYYƏN EDİLMƏSİ VƏ SIĞORTA ÖDƏNİŞİNİN HƏYATA KEÇİRİLMƏSİ QAYDASI
13. TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ
13.1. Sığortalının (Faydalanan şəxsin) vəzifələri:
13.1.1. Sığorta müqaviləsi ilə müəyyən edilmiş məbləğdə və qaydada sığorta haqqını ödəmək;
13.1.2. Qurğu və ya avadanlığa baxışın keçirilməsini təmin etmək;
13.1.3. Ərizə formasında və sığorta müqaviləsinin bağlanması zamanı sığorta riskinin qiymətləndirilməsi üçün əhəmiyyətli xxxx bildiyi bütün məlumatları, bu sahədə quvvədə xxxx digər sığorta müqavilələri və sığorta müddəti ərzində baş vermiş sığorta riskinin dərəcəsinə təsir göstərə biləcək hər hansı bir dəyişikliklər barədə Sığortaçıya məlumat vermək. Sığortalı Sığortaçıdan xxxxxx dərəcəsinə təsir göstərə biləcək məlumatları gizlədibsə və ya Sığortaçının xxxxxx sığortalanması üzrə qərarına təsir edə biləcək faktlar üzrə yanlış məlumat veribsə, belə halda həmin müqavilə etibarsız hesab edilir və iddia üzrə heç bir ödəniş verilmir;
13.1.4. Sığorta hadisəsinin baş verməməsi, sığorta hadisəsi baş verdikdə isə sığortalanmış Qurğu və ya avadanlığın xilas edilməsi və dəyə biləcək zərərin azalması üçün bütün mümkün və məqsədəuyğun tədbirləri görmək. Sığorta hadisəsinin baş verməsinin qarşısı alınması, qurğu və ya avadanlığın xilas edilməsi və dəyə biləcək zərərin azalması üzrə Sığortaçının verdiyi bütün tövsiyə və məsləhətlərini yerinə yetirmək;
13.1.5. Sığorta hadisəsi baş verdikdə, hazırkı Qaydalarda göstərilən müddət ərzində Sığortaçını və, hadisənin mahiyyəti bunu tələb edirsə, müvafiq səlahiyyətli orqanları baş vermiş hadisə haqqında məlumatlandırmaq;
13.1.6. Zədələnmiş qurğu və ya avadanlığın təmir olunması qaydasını Sığortaçı ilə razılaşdırmaq;
13.1.7. Sığorta hadisəsi nəticəsində zədələnmiş qurğu və ya avadanlıq təmir olunduqdan sonra baxışın keçirilməsi üçün onu Sığortaçıya təqdim etmək. Sığortalı hazırkı öhdəliyini yerinə yetirmədikdə və ya yetirməkdən imtina etdikdə Xxxxxxxxx sonradan baş vermiş hadisə(lər) üzrə məsuliyyət daşımır və heç bir ödəniş vermir;
13.1.8. Talanmış qurğu və ya avadanlıq tapılarsa və ya Sığortalıya onların olduğu yer məlum olarsa dərhal Sığortaçıya bu barədə məlumat vermək;
13.1.9. Qurğu və ya avadanlığın daxili işlər orqanlarından qeydiyyatdan çıxarılması və ya digər şəxsin adına qeydə alınması, qeydiyyat nişanlarının və sənədlərinin dəyişdirilməsi haqqında üç təqvim günü ərzində Sığortaçıya məlumat vermək;
13.1.10. Sığortalını hazırkı Qaydalara və ya qanunvericiliyə əsasən sığorta ödənişini almaq hüququndan məhrum edən səbəb aşkar olunarsa, sığorta müqaviləsinə müvafiq olaraq alınmış sığorta ödənişini (və ya onun müvafiq hissəsini) Sığortaçıya qaytarmaq;
13.1.11. Talanmış qurğu və ya avadanlıq tapılarsa sığorta müqaviləsinə müvafiq olaraq alınmış sığorta ödənişini qaytarmaq və ya tapılmış qurğu və ya avadanlığı Sığortaçıya təhvil vermək;
13.1.12. Xxxxxxxxxx şəxsi və qurğu və ya avadanlığı istifadə etmək hüququna xxxxx xxxx şəxsləri hazırkı Qaydaların və sığorta müqaviləsinin şərtləri ilə xxxxx etmək;
13.1.13. Sığorta müqaviləsi ilə nəzərdə tutulan digər öhdəliklərini yerinə yetirmək.
13.1.14. Sığortalanmış əmlakın səmərəli işlək qaydada saxlanılması üçün bütün zəruri tədbirləri görmək və avadanlığın normadan artıq yüklənməsinin qarşısını almaq.
13.1.15. İstehsalçı tərəfindən buraxılmış istifadə, yoxlanma və təmir üzrə bütün təlimatları yerinə yetirmək, və qanunla müəyyən edilmiş, hökümət, bələdiyyə və ya digər səlahiyyətli orqanlar tərəfindən təstiq edilmiş və qüvvədə xxxx avadanlıqdan istifadə qaydalarını riayət etmək.
Hazırkı Qaydaların 13.1.2.-13.1.9. bəndlərində göstərilən Sığortalının (Faydalanan şəxsin) vəzifələri eyni zamanda qurğu və ya avadanlığı istifadə etmək hüququna xxxxx xxxx şəxslərə də aiddir.
13.2. Sığortalının hüquqları:
13.2.1. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan qaydada sığorta müqaviləsinə xitam vermək;
13.2.2. Sığorta müqaviləsini (Sığorta Səhadətnaməsini) itirdiyi halda onun yeni nüsxəsini (dublikatını) almaq;
13.2.3. Sığorta hadisəsinin qarşısı alınması və dəyə biləcək zərərin azalması üçün zəruri xxxx məlumat və məsləhətləri Sığortaçıdan almaq;
13.2.4. Sığorta müqaviləsini sığortalanmış qurğu və ya avadanlığın qorunub saxlanılmasında qanuna, digər normativ-hüquqi akta, müqaviləyə və ya notariat qaydasında təsdiq edilmiş etibarnaməyə əsasən xxxxxx xxxx fiziki və hüquqi şəxslərin (Xxxxxxxxxx şəxsin) xeyrinə bağlamaq, sığorta müddəti ərzində sığorta hadisəsi baş verməzdən əvvəl sığorta müqaviləsi üzrə Faydalanan şəxsin qismində təyin edilmiş şəxsi(ləri) digər şəxslə(lərlə) əvəz etmək.
13.3. Sığortaçının vəzifələri:
13.3.1. Sığortalıya Sığortaçı tərəfindən müəyyən edilmiş qaydada tərtib olunmuş sığorta müqaviləsinin nüsxəsini vermək və Sığortalını sığorta müqaviləsinin şərtləri ilə xxxxx etmək;
13.3.2. Sığortalıdan (Xxxxxxxxxx şəxsdən, qurğu və ya avadanlığı istifadə etmək hüququna xxxxx xxxx şəxsdən) hadisə haqqında məlumat daxil olduqda baş vermiş hadisənin səbəblərini, xarakterini araşdırmaq, dəymiş zərərin miqdarını və ya ödəniləcək məbləği müəyyən etmək, və nəticədə hadisəni sığorta hadisəsi kimi tanıdıqda və ödənişin verilməsindən imtina üçün əsaslar olmadıqda müqavilə ilə müəyyən edilmiş müddət ərzində və qaydada sığorta məbləği(ləri) çərçivəsində sığorta ödənişini vermək;
13.3.3. Sığorta ödənişinin verilməsindən imtina üçün əsaslar olduqda bu barədə Sığortalıya, səbəbləri göstərilməklə, yazılı şəkildə məlumat vermək;
13.3.4. Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulan hallar istisna olunmaqla, Sığortalı (Faydalanan şəxs, qurğu və ya avadanlığı istifadə etmək hüququna xxxxx xxxx şəxs) və onun maddi durumu haqqında məlumatı yaymamaq;
13.3.5. Sığortalı tələb etdikdə, sığorta müqaviləsinin (Sığorta Şəhadətnaməsinin) və sığortanı təsdiqləyən digər sənədlərin yeni nüsxəsini (dublikatını) təqdim etmək;
13.3.6. Sığorta müqaviləsi ilə nəzərdə tutulan digər öhdəliklərini yerinə yetirmək.
13.4. Sığortaçının hüquqları:
13.4.1. Ərizə Formasında göstərilən qurğu və ya avadanlığa baxış keçirmək, onun vəziyyəti, istifadə olunması qaydası və müvafiq sənədlər ilə xxxxx olmaq;
13.4.2. Sığorta hadisəsinin səbəbini, xarakterini, baş verməsi faktını və şəraitini və ya sığorta ödənişinin miqdarını müəyyən etmək üçün zəruri xxxx məlumat və sənədlərin təqdim olunmasını Sığortalıdan (Faydalanan şəxs, qurğu və ya avadanlığı istifadə etmək hüququna xxxxx xxxx şəxsdən) və səlahiyyətli orqanlardan tələb etmək; sığorta hadisəsinin baş verməsi şəraitini və səbəblərini müstəqil surətdə araşdırmaq; dəymiş zərərin səbəbini və miqdarını, irəli sürülmüş iddiaların əsaslı olub-olmamasını və hadisənin sığorta hadisəsi olub-olmamasını müəyyən etmək üçün ekspertiza keçirmək və ya keçirilməsini tələb etmək;
13.4.3. Sığortalı (Faydalanan şəxs, qurğu və ya avadanlığı istifadə etmək hüququna xxxxx xxxx şəxs) tərəfindən ona təqdim edilmiş məlumatların doğruluğunu yoxlamaq. Sığorta məbləğinə və xxxxxx dərəcəsinin ölçülməsinə və dəyə biləcək zərərin miqdarına təsir göstərə biləcək məlumatın Sığortalı tərəfindən qərəzlə təhrif edilməsi və ya gizlədilməsi halında, sığorta müqaviləsinin ləğv edilməsini və ya onun etibarsız hesab edilməsini tələb etmək;
13.4.4. Sığortalının (Xxxxxxxxxx şəxsin, qurğu və ya avadanlığı istifadə etmək hüququna xxxxx xxxx şəxsin) sığorta müqaviləsinin tələb və şərtlərinə əməl etməsini yoxlamaq;
13.4.5. Sığortalı (Faydalanan şəxs, qurğu və ya avadanlığı istifadə etmək hüququna xxxxx xxxx şəxs) sığorta müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirmədikdə (lazımınca yerinə yetirmədikdə) sığorta müqaviləsinin ləğv edilməsini və Mülki Məcəllənin 424-cü maddəsinə əsasən ləğv etmənin nəticəsində dəymiş zərərin ödənilməsini tələb etmək;
13.4.6. Sığorta hadisəsi ilə əlaqədar Sığortalının maraqlarını məhkəmədə təmsil etmək və ya başqa üsulla onun hüquqi müdafiəsini həyata keçirmək (xxxxx bu hüquq Sığortaçının öhdəliyi deyildir). Sığorta hadisəsi ilə əlaqədar Sığortalının maraqlarının təmsil edilməsi və hüquqlarının müdafiə olunması üçün Sığortalı Sığortaçıya tələb olunan qaydada tərtib olunmuş yazılı etibarnamə verməlidir;
13.4.7. Azərbaycan Respublikasının qanunvericiliyində və sığorta müqaviləsində göstərilmiş əsaslara müvafiq sığorta ödənişinin verilməsindən imtina etmək.
Sığorta müqaviləsi ilə Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan digər öhdəliklər də müəyyən edilə bilər.
14. SIĞORTA HADİSƏSİ BAŞ VERDİKDƏ SIĞORTALININ VƏZİFƏLƏRİ
14.1. Sığorta müqaviləsi ilə nəzərdə tutulmuş sığorta hadisəsi baş verdikdə Sığortalı (Xxxxxxxxxx şəxs) aşağıdakıları etməyə borcludur:
14.1.1. Baş vermiş hadisə barədə dərhal müvafiq səlahiyyətli orqanları məlumatlandırmaq, o cümlədən aşağıda göstərilən hadisələr barədə qeyd olunmuş orqanlara xəbər vermək:
• üçüncü şəxslərin qərəzli, qanuna xxxx xxxx hərəkətləri, oğurluq, qaçırma, dələduzluq, soyğunçuluq, quldurluq – daxili işlər orqanlarına;
• yanğın – dövlət yağın söndürmə xidmətinə;
14.1.2. Sığorta hadisəsi baş verdikdə dərhal, xxxxx hər xxxxx 24 saatdan gec olmayaraq hadisənin baş verməsi haqqında Sığortaçıya (və ya onun nümayəndəsinə)
məlumat vermək, və Sığortaçı (onun nümayəndəsi) tərəfindən verilən bütün göstərişlərə əməl etmək;
14.1.3. Baş vermiş hədisənin səbəbləri və nəticələri, dəymiş zərərlərin miqdarı və xarakteri, o cümlədən hadisə ilə əlaqəli şəxslər barədə bütün məlumatları yazılı şəkildə, və müvafiq səlahiyyətli orqanlar tərəfindən verilmiş hadisənin baş verməsini və dəymiş zərərin həcmini təsdiqləyən sənədləri Sığortaçıya təqdim etmək (tələb olunan sənədlərin tam siyahısı hadisə yerinə baxış keçirildikdən və Baxış aktı tərtib olunduqdan sonra Sığortaçı tərəfindən təqdim olunur);
14.1.4. Hadisə nəticəsində dəyə biləcək zərərin azalması və qurğu və ya avadanlığın xilas edilməsi üçün bütün mümkün və ağlabatan tədbirləri görmək. Mümkün olduğu halda Sığortaçıdan göstərişlərin verilməsini tələb etmək;
14.1.5. Sığortaçının nümayəndələri tərəfindən zədələnmiş qurğu və ya avadanlığa baxış keçirilməyincə onun dəyişməz halda qalmasını təmin etmək;
Sığortalı hadisə yerinin görünüşünü aşağıdakı hallarda dəyişdirə bilər: təhlükəsizliyin təmin edilməsi və ya zərərin artmaması üçün, dövlət orqanlarının tələbi ilə və ya Sığortaçı dəyişikliklərin edilməsinə razılıq verdikdə;
14.1.6. Zədələnmiş qurğu və ya avadanlığa baxışın keçirilməsində iştirak etmək;
14.1.7. Sığortaçının razılığı olmadan zədələnmiş qurğu və ya avadanlığın təmir olunması ilə bağlı işlərə başlamamaq;
Sığortalı (Faydalanan şəxs, qurğu və ya avadanlığı istifadə etmək hüququna xxxxx xxxx şəxs) zədələnmiş qurğu və ya avadanlığın təmir olunması ilə bağlı işlərə aşağıdakı hallarda başlaya bilər: sürücü və sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi üçün və ya dövlət orqanlarının tələbi ilə;
14.1.8. Qurğu və ya avadanlığın məhv olması halında onu daxili işlər orqanlarından qeydiyyatdan çıxarmaq, qeydiyyat sənədlərini və orijinal açarlarının tam komplektini Sığortaçıya təhvil vermək, və əgər Sığortaçı tələb edərsə qurğu və ya avadanlığa və ya onun qalıqlarına mülkiyyət hüququnun Sığortaçıya və ya Sığortaçı tərəfindən təyin edilmiş şəxsə verilməsini təmin etmək;
14.1.9. Sığortalanmış qurğu və ya avadanlığın zədələnmiş detalları Sığortaçı tərəfindən dəyişdirilərsə, zədələnmiş detallara və ya onun qalıqlarına mülkiyyət hüququnun Sığortaçıya və ya Sığortaçı tərəfindən təyin edilmiş şəxsə verilməsini təmin etmək;
14.1.10. Hadisə baş verdiyi andan hadisə ilə əlaqədar Sığortaçıya məlumat verənədək və, müvafiq hallarda, hadisə zamanı qurğu və ya avadanlığı istifadə edən şəxsin sərxoş olub-olmamasının müəyyən edilməsi məqsədi ilə Sığortaçı ekspertizanın keçirilməsini zəruri hesab edərsə, ekspertiza keçirilənədək spirtli içkilər, narkotik və ya toksik maddələr qəbul etməmək;
14.1.11. Sığortaçı tərəfindən aparılan araşdırmalar zamanı onunla əməkdaşlıq etmək, bütün zəruri məlumatları təqdim etmək, hadisə ilə bağlı məlumatların toplanılması, zədələnmiş sığorta obyektinə baxışın keçirilməsi və onun müayinə edilməsi üçün Sığortaçıya şərait yaratmaq, dəymiş zərərin miqdarının və səbəblərinin müəyyən edilməsində Sığortaçının iştirakını təmin etmək;
14.1.12. Qurğu və ya avadanlığın talan olunması (qaçırılması) halında sığorta ödənişinin alınması üçün Sığortaçı ilə qurğu və ya avadanlığın mülkiyyətçisi arasında
hazırkı Qaydaların 16.16. bəndində göstərilən tələblərə müvafiq olaraq müqavilənin bağlanmasını təmin etmək.
14.2. Hadisənin sığorta hadisəsi olub-olmamasının müəyyən edilməsi və sığorta ödənişinin həyata keçirilməsi üçün Sığortalı (Xxxxxxxxxx şəxs) baş vermiş hadisə haqqında Sığortaçıya yazılı ərizə verməlidir. Sığortalı (Faydalanan şəxs) ərizə ilə yanaşı sığorta müqaviləsini, qurğu və ya avadanlığın talanması və ya qaçırılması halında - orijinal açarların tam komplektini və baş vermiş hadisənin səbəblərini, xüsusiyyətlərini, dəymiş zərərin həcmini müəyyən etmək üçün zəruri xxxx və/və ya sığorta hadisəsi ilə əlaqədar tələb olunan bütün sənədləri Sığortaçıya təqdim etməlidir. O cümlədən:
• baş vermiş hadisə ilə bağlı müvafiq dövlət orqanları (hüquq-mühafizə orqanları, yanğın nəzarəti orqanları və s.) tərəfindən verilmiş sənədlər;
• sığortalanmış qurğu və ya avadanlığın qeydiyyat şəhadətnaməsi;
• sürücülük vəsiqəsi;
• sığortalanmış qurğu və ya avadanlığın Azərbaycan Respublikasının ərazisinə müvəqqəti gətirildiyi halda, gömrük bəyannaməsi;
• notariat qaydasında təsdiq edilmiş etibarnamə (Hüquqi şəxs olduqda isə şirkət tərəfindən verilmiş yol vərəqəsi) və ya qurğu və avadanlıqla bağlı sahiblik, istifadə və sərəncam vermək hüququnun olmasını təsdiqləyən digər sənəd (müqavilə);
• sığortalanmış qurğu və ya avadanlığın alınmasına dair bağlanmış alqı-satqı müqaviləsi və/və ya onun dəyərini təsdiqləyən hesab (qəbz);
• dövlət texniki baxış talonu;
• şəxsiyyət vəsiqəsi;
• sığorta ödənişinin həyata keçirilməsi üzrə qərarın qəbul edilməsi üçün tələb olunan digər sənəd və məlumatlar.
14.3. Sığortaçı tərəfindən tələb olunan sənədlərin təqdim olunmaması Sığortaçıya, zərərin belə sənədlərlə sübut olunmamış hissəsi üzrə ödənişin həyata keçirilməsindən imtina etmək hüququnu verir.
Hazırkı Qaydaların 14.1.1.-14.1.12. və 14.2. bəndlərində göstərilən Sığortalının (Faydalanan şəxsin) vəzifələri eyni zamanda qurğu və ya avadanlığı istifadə etmək hüququna xxxxx xxxx şəxslərə də aiddir.
Hər halda sığorta hadisəsi barəsində məlumat Sığortaçıya hadisənin baş verməsi günündən 14 gün ərzində təqdim olunmadığı halda, Sığortaçı həmin hadisə üzrə ödənişin verilməsindən azad olunur.
Bu şərtə muvafiq olaraq hadisə barədə məlumatın Sığortaçıya təqdim olunduğu halda Sığortalı kiçik zərərlərin təmirinə başlaya bilər. Xxxxx bütün digər hallarda Sığortaçının nümayəndəsi tərəfindən zədələnmiş avadanlığa baxışın keçirilməsi üçün təmir işlərinin başlanmasından əvvəl Sığortaçı tərəfindən şərait yaradılmalıdır.
Təhlükəsizliyin və ya işin fasiləsiz aparılmasının təmin olunması üçün zəruri tədbirlərin həyata keçirilməsinə bu Qaydaların heç bir şərti xxxx xxx bilməz.
Əmlakın Sığortaçıda saxlanıb saxlanmasından asılı olmayaraq, Sığortalı heç bir əmlakdan Sığortaçının razılığı olmadan onun xeyrinə imtina edə bilməz.
15. SIĞORTA RİSKİNƏ TƏSİR EDƏN AMİLLƏR. SIĞORTA RİSKİNİN ARTMASI HAQQINDA MƏLUMAT VERMƏ VƏZİFƏSİ
15.1. Sığorta müqaviləsinin bağlanmasından əvvəl Sığortalı (Xxxxxxxxxx şəxs) ona məlum xxxx və sığorta hadisəsinin baş vermə ehtimalına təsir göstərə biləcək faktlar və hadisənin baş verməsindən dəyə biləcək zərər haqqında məlumatı Sığortaçıya təqdim etməli və Sığortaçı tərəfindən verilmiş sualları cavablandırmalıdır. Bu qayda sığortalanan qurğu və ya avadanlığan baxışın keçirilməsi zamanı da tətbiq edilir.
15.2. Sığorta müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, əgər sığorta müqaviləsi Sığortaçının qoyduğu hər hansı sual Sığortalı tərəfindən cavabsız qoyularaq bağlanıbsa, Sığortaçı onun müəyyən faktlardan xəbərsiz olduğuna istinad etməklə sığorta müqaviləsinin ləğv edilməsini və ya onun etibarsız hesab edilməsini tələb edə bilməz.
15.3. Əgər müqavilənin bağlanmasından sonra xxxxxx dərəcəsinə təsir göstərə biləcək hallar barəsində Sığortalı (Faydalanan şəxs, qurğu və ya avadanlığı istifadə etmək hüququna xxxxx xxxx şəxs) tərəfindən Sığortaçıya yanlış məlumatların qərəzli olaraq bildirilməsi sübut edilərsə, Sığortaçı müqavilənin etibarsız hesab edilməsini və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 893-cü maddəsində göstərilmiş nəticələrin tətbiq edilməsini tələb edə bilər. Sığortalının gizlətdiyi faktlar aradan qalxdığı (xxx olduğu) halda Sığortaçı müqavilənin etibarsız hesab edilməsini tələb edə bilməz.
15.4. Sığortalı (Faydalanan şəxs, qurğu və ya avadanlığı istifadə etmək hüququna xxxxx xxxx şəxs) sığorta müqaviləsinin müddəti ərzində sığorta obyektinin özü və onun istismar olunması ilə bağlı baş vermiş əhəmiyyətli və sığorta riskinin artmasına təsir göstərə biləcək dəyişikliklər haqqında, o cümlədən:
• qurğu və ya avadanlığın icarəyə (kirayəyə), əvəzsiz istifadəyə verilməsi və ya girov qoyulması
• qurğu və ya avadanlığın qeydiyyat sənədlərinin itirilməsi, oğurlanması və ya dəyişdirilməsi
• qurğu və ya avadanlığın açarlarının itirilməsi və ya oğurlanması
• qurğu və ya avadanlığın kuzovunun və/və ya mühərrikinin dəyişdirilməsi haqqında Sığortaçıya dərhal, hər halda 3 təqvim günündən gec olmayaraq məlumat verməlidir. Bu müddəa Sığortalı (Faydalanan şəxs) tərəfindən müqavilənin bağlanması zamanı Sığortaçıya bildirdiyi məlumat və faktlarda baş vermiş dəyişikliklərə də aiddir. Bu vəzifənin düzgün yerinə yetirilməsi faktı yazılı sübut ilə təsdiq olunmalıdır.
15.5. Sığorta riskinin artmasına səbəb ola biləcək faktlar haqqında məlumatlandırılmış Sığortaçı sığorta müqaviləsi şərtlərinin dəyişdirilməsini və əlavə sığorta haqqının ödənilməsini tələb edə bilər. Əlavə sığorta haqqı aşağıda göstərilən düstura müvafiq hesablanır:
ƏSH = ((SH2 - SH1) x n) / 365
harada:
ƏSH - Əlavə Sığorta Haqqı
SH1 - sığorta müqaviləsi bağlanan zaman mövcud xxxx sığorta riskinin dərəcəsi nəzərə alınmaqla hesablanmış illik sığorta haqqı
SH2 - sığorta müqaviləsinə dəyişikliklər edilən zaman mövcud xxxx sığorta riskinin dərəcəsi nəzərə alınmaqla hesablanmış illik sığorta haqqı
n – sığorta müddətinin sonuna qədər qalmış günlərin sayı
15.6. Sığortalı (Faydalanan şəxs, qurğu və ya avadanlığı istifadə etmək hüququna xxxxx xxxx şəxs) sığorta riskinin artmasına səbəb ola biləcək faktlar haqqında Sığortaçını məlumatlandırmadığı və ya Sığortalı sığorta müqaviləsinin şərtlərinin dəyişdirilməsinə və əlavə sığorta haqqının ödənilməsinə etiraz etdiyi halda, Sığortaçı sığorta müqaviləsinin ləğv edilməsini və Mülki Məcəllənin 424-cü maddəsinə əsasən ləğv edilmənin nəticəsində dəymiş zərərin ödənilməsini tələb edə bilər, sığorta riskinin artmasından sonra baş vermiş hadisə üzrə ödənişin həyata keçirilməsindən imtina edə bilər. Sığorta riskinin artması sığorta hadisəsinin baş verməsinə və Sığortaçının öhdəliyinin yerinə yetirilməsi həcminə təsir göstərmədiyi halda Sığortaçının ödənişin həyata keçirilməsi üzrə öhdəliyi qüvvədə qalır.
15.7. Sığorta riskinin artmasına səbəb ola biləcək faktların aradan qalxmasından (xxx olmasından) sonra Sığortaçı heç bir halda müqavilənin ləğv edilməsini tələb edə bilməz.
15.8. Bu müddəanın pozulması Sığortaçını yalnız o halda öz öhdəliklərinin yerinə yetirməsindən azad edir ki, sığorta hadisəsi xxxxxx artmasından sonra baş versin.
15.9. Sığorta müqaviləsinin qüvvədə olma müddəti ərzində Sığortaçı Sığortalı (Faydalanan şəxs, qurğu və ya avadanlığı istifadə etmək hüququna xxxxx xxxx şəxs) tərəfindən təqdim olunan fakt və məlumatların doğruluğunu, xxxxxx artıb-artmamasından asılı olmayaraq qurğu və ya avadanlığın vəziyyətini, saxlanma qaydasını və dəyərini yoxlaya bilər.
15.10. Sığortaçı Sığortalıya (qurğu və ya avadanlığı istifadə etmək hüququna xxxxx xxxx şəxsə) sığorta riskinin azalmasına yönəlmiş tədbirlərin həyata keçirilməsi üzrə məcburi göstərişlər verə bilər.
16. SIĞORTA ÖDƏNİŞİNİN HƏYATA KEÇİRİLMƏSİ. QİSMƏN SIĞORTA
16.1. Sığorta ödənişi yalnız sığorta müqaviləsi ilə nəzərdə tutulmuş hadisələrin baş verməsi şəraiti, səbəbləri, nəticələri və iştirakçıları, müvafiq hallarda isə dəymiş zərərin miqdarı, müəyyən edildikdən və Sığortaçı baş vermiş hadisəni sığorta hadisəsi kimi tanıdıqdan sonra, ödənişin verilməsindən imtina üçün əsaslar olmadıqda, həyata keçirilir. Sığorta ödənişinin hesablanması və verilməsi qaydası hazırkı bölmənin müddəa və şərtlərinə müvafiq müəyyən edilir.
16.2. Sığorta ödənişi Sığortaçı tərəfindən 13 iş günü ərzində həyata keçirilir. Sığorta müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, həmin müddət Sığorta hadisəsi barədə Ərizənin və hazırkı Qaydaların 14-cü bəndində göstərilmiş və Sığortaçının tələb etdiyi digər sənədlərin təqdim olunması günündən hesablanır.
16.3. Aşağıdakı hallarda Sığortaçı ödəniş müddətini uzatmaq hüququnu əldə edir:
• Sığortalının (Xxxxxxxxxx şəxsin) sığorta ödənişini almaq hüququnun olmasında Sığortaçının şübhəsi yarandığı halda – Sığortalı (Faydalanan şəxs) tərəfindən lazımi sübutların təqdim olunmasına qədər, xxxxx Ərizənin qəbul olunması tarixindən 30 gün müddətindən gec olmayaraq.
• Sığortaçının sığorta hadisəsinin doğruluğunu sübut edən sənədlərin düzgün və ya etibarlı olmasında şübhəsi yarandığı halda – həmin sənədlərin düzgün və ya etibarlı olması təsdiq olunana qədər.
• Sığorta hadisəsinin baş verməsi səbəbləri ilə bağlı Sığortalıya qarşı təhqiqat, istintaq və ya məhkəmə araşdırması aparılırsa – istintaq və məhkəmə orqanı tərəfindən müvafiq qərar qəbul edilənədək.
16.4. Sığorta müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, sığorta ödənişi Azərbaycan Respublikasının valyutasında ödənilir. Sığorta məbləği xarici valyutada müəyyən edilibsə, sığorta ödənişi Milli Bankın sığorta hadisəsinin gününə xxxx valyuta məzənnəsi ilə ödənilir.
16.5. Sığorta hadisəsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi, sığortalanmış qurğu və ya avadanlığın zədələnməsi, itirilməsi və ya məhv olması xxxxx xxxx bazar dəyərinin və ya dəyən zərərin məbləğinin odənilməsi və ya qurğu və avadanlığın və ya onun bir hissəsinin bərpa və ya eyni tipli ehtiyyat hissələri / qurğu və ya avadanlıq ilə əvəz edilməsi yolu ilə həyata keçirilir (köhnəlməyə görə müvafiq məbləğin və, əgər sığorta müqaviləsi ilə şərtləşdirilibsə, azadolma məbləğinin çıxılması şərti ilə).
16.6. Sığorta hadisəsi baş verdiyi halda sığortalanmış qurğu və ya avadanlığa dəymiş zərərin əvəzinin ödənilməsi üzrə Sığortaçının öhdəliyi aşağıda göstərilən həddlərdən artıq ola bilməz:
a) Sığorta obyektinin tam məhv olması və ya itirilməsi halında – sığorta müqaviləsində göstərilmiş sığorta məbləğindən və ya hadisə zamanı sığorta obyektinin bazar dəyərindən (hər halda daha kiçik məbləğ tətbiq olunur). Sığorta ödənişinin məbləği hadisə zamanı sığorta obyektinin bazar dəyərinin 75 və daha xxx faizini təşkil etdiyi halda sığorta obyekti tam məhv olmuş hesab olunur.
b) Sığorta obyektinin zədələnməsi halında (qismən zərərin dəyməsi halında) – sığorta obyektinin sığorta hadisəsinin baş verməsindən əvvəl mövcüd xxxx vəziyyətinə gətirilməsi üçün tələb olunan xərclərdən.
c) Hər halda bu bəndin «a» və «b» yarımbəndlərində göstərilən hallar üzrə sığorta ödənişləri eyni sığorta müddəti ərzində əvvəllər baş vermiş sığorta hadisəsi(ləri) üzrə həyata keçirilmiş sığorta ödənişləri məbləğində azalmış və Sığortalı tərəfindən əlavə sığorta haqqının ödənilməsi yolu ilə bərpa olunmamış sığorta məbləğinin qalıq hissəsindən xxx xxx bilməz.
16.7. Hazırkı Qaydaların 16.6. «a» bəndinin birinci cümləsi ilə nəzərdə tutulan Sığortaçının öhdəliyinin həddlərinə aid müddəalar rəsmi satış məntəqələrində alınmış təzə (istifadə olunmamış) və alındıqdan sonra 12 ay ərzində sığorta hadisəsi nəticəsində məhv olmuş qurğu və ya avadanlıqlara aid edilmir, və həmin qurğu və ya avadanlıqların məhv olması üzrə sığorta ödənişi sığorta məbləği həcmində həyata keçirilir.
16.8. Sığorta hadisəsinin baş verdiyi yerdə, sığorta obyektinin bilavasitə sığorta hadisəsinin baş verməsindən əvvəl mövcud xxxx vəziyyətinə gətirilməsi üçün tələb olunan xərclər bərpa xərcləri xxxx xxxx düşülür.
Aşağıdakılar bərpa xərclərinə daxil edilir:
• Təmir (bərpa) üçün tələb olunan materialların, ehtiyyat hissələrinin, detalların, aqreqatların və avadanlıqların alınması üzrə xərclər;
• təmir işlərinin ödənilməsi üçün tələb olunan xərclər.
16.9. Sığortalanmış qurğu və ya avadanlıqların tam məhv olması halında Sığortalı (Faydalanan şəxs) onların satış üçün yararlı xxxx qalıqlarını özündə saxlamaq hüququna malikdir. Bu halda sığorta ödənişi qalıqların dəyəri çıxılmaqla həyata keçirilir. Əgər Sığortalı (Faydalanan şəxs) sığortalanmış qurğu və ya avadanlıqların satış üçün yararlı xxxx
qalıqlarından imtina edərsə, sığorta ödənişi tam məbləğdə (qalıqların dəyəri çıxılmadan) həyata keçirilir. Bu halda Sığortalı (Faydalanan şəxs) qurğu və ya avadanlığın satış üçün yararlı xxxx qalıqlarına mülkiyyət hüququnu Sığortaçıya və ya Sığortaçı tərəfindən təyin edilmiş şəxsə verməlidir və ya verilməsini təmin etməlidir.
16.10. Tam məhv olma üzrə ödəniş sığorta obyektinin sığorta hadisəsi ilə bağlı olmayan hadisə nəticəsində zədələnmiş və ya hadisə zamanı sığorta obyektinin üzərində olmayan detalların, mexanizmlərin, qurğuların, cihaz və avadanlıqların dəyəri çıxılmaqla həyata keçirilir.
16.11. Sığorta hadisəsinin baş verdiyi məqamda sığorta məbləği sığorta predmetinin sığorta dəyərindən az olarsa, bu halda sığorta ödənişinin məbləği sığorta məbləği ilə sığorta dəyərinin nisbətinə müvafiq surətdə azaldılır və sığorta ödənişi aşağıda göstərilən düstura müvafiq həyata keçirilir:
SÖ = SM / SD x DZ
Harada:
SÖ – Sığorta ödənişi
SM – Sığorta məbləği
SD – qurğu və ya avadanlığın sığorta dəyəri (sığorta hadisəsi baş verdiyi gün onun bazar qiyməti)
DZ – qurğu və ya avadanlığa dəyən zərər
16.12. Əgər sığorta müqaviləsində və/və ya sığorta müqaviləsinə qəbul edilmiş müvafiq Əlavələrdə şərtsiz azadolma, yəni sığorta hadisəsi baş verdiyi halda Sığortaçı tərəfindən ödənilməyən Sığortalının xərclərinin bir hissəsi müəyyən edilmişdirsə, sığorta ödənişi azadolma məbləği(ləri) çıxılmaqla həyata keçirilir.
Azadolma məbləği(ləri), hər bir hadisə üzrə, yalnız hazırkı Qaydalar ilə müəyyən olunmuş qismən sığortahaqqında şərtin tətbiq olunmasından sonra, sığorta ödənişinin məbləğindən aşağıda göstərilən düstura müvafiq çıxılır:
SÖ = (SM / SD x DZ) - Fr
Harada:
SÖ – Sığorta ödənişi
SM – Sığorta məbləği
SD – qurğu və ya avadanlığın sığorta dəyəri (sığorta hadisəsi baş verdiyi gün onun bazar qiyməti)
DZ – qurğu və ya avadanlığa dəyən zərər
Fr – Sığorta müqaviləsində və/və ya sığorta müqaviləsinə qəbul edilmiş Əlavələrdə göstərilən azadolma məbləği(ləri)
16.13. Dəymiş zərərin səbəbi və miqdarı Sığortaçının ekspertləri tərəfindən zədələnmiş qurğu və ya avadanlığa baxışın keçirilməsi yolu ilə müəyyən edilir.
16.14. qismən sığorta şərti ayrılıqda hər əşya və hissə üzrə tətbiq olunur.
16.15. Sığortalı Sığortaçının ekspertləri tərəfindən müəyyən edilmiş zərərin səbəbi və/və ya miqdarı ilə razılaşmadığı halda, o müstəqil ekspertizanın keçirilməsini tələb etmək hüququna malikdir. Ekspertizanın təyin edilməsi və keçirilməsi qaydası hazırkı Qaydaların 21-ci bəndi ilə müəyyən edilir.
16.16. Sığorta predmetinin talan olunması (qaçırılması) halında sığorta ödənişi yalnız aşağıda göstərilən müqavilələrdən birinin bağlanılmasından sonra verilə bilər:
• Sığortaçı və qurğu və ya avadanlığın mülkiyətçisi arasında bağlanan müqavilə, hansının şərtlərinə müvafiq olaraq qurğu və ya avadanlığın mülkiyyətçisi talan olunmuş (qaçırılmış) sığorta obyekti tapıldığı xxxxx, xxx məxsus mülkiyyət hüququnu Sığortaçıya vermək öhdəliyini öz üzərinə götürür;
• Sığortaçı və Sığortalı arasında bağlanan müqavilə, hansının şərtlərinə müvafiq olaraq Sığortalı talan olunmuş (qaçırılmış) sığorta predmeti tapıldığı halda, aldığı sığorta ödənişini inflyasiyanı nəzərə alaraq Sığortaçıya qaytarmaq öhdəliyini öz üzərinə götürür. Bu halda Sığortaçı sığorta predmetinə talan olunma (qaçırılma) hadisəsi nəticəsində dəymiş zərərlərin əvəzini hazırkı bölmənin şərtlərinə müvafiq olaraq təmin edir.
16.17. Qurğu və ya avadanlığın talan olunması (qaçırılması) halında, Sığortalının razılığı ilə, sığorta ödənişi Sığortalıya dəyəri sığorta ödənişi məbləğində xxxx qurğu və ya avadanlığın təqdim olunması/verilməsi yolu ilə həyata keçirilə bilər.
16.18. Qurğu və ya avadanlıq sığorta hadisəsinin baş verməsi nəticəsində özü hərəkət edə bilmirsə, Sığortaçı qurğu və ya avadanlığı hadisə yerindən təmir mərkəzinə və ya dayanacağa aparılmasını təşki edir və bununla bağlı çəkilmiş xərclərin əvəzini ödəyir.
16.19 Sığorta ödənişinin həcmi Sığortalının (Faydalanan şəxsin) üçüncü tərəfdən aldığı məbləğin çıxılmasından sonra, və ya bir neçə sığorta şirkəti ilə sığorta müqavilələrinin bağlandığı halda hazırkı Qaydalar əsasında bağlanılmış sığorta müqaviləsi üzrə sığorta məbləğinin bütün digər sığorta müqavilələri üzrə ümumi sığorta məbləğinin nisbətinə müvafiq olaraq, azadolmanın tətbiq olunması şərti ilə müəyyən edilir. Sığortalı belə məbləğlərin alınması barədə Sığortaçıya dərhal məlumat verməlidir.
17. SIĞORTA ÖDƏNİŞİNİ VERMƏKDƏN İMTİNA
17.1. Sığortaçı sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edə bilər:
17.1.1. Sığortalı (Xxxxxxxxxx şəxs, qurğu və ya avadanlığı istifadə etmək hüququna xxxxx xxxx şəxs) sığorta hadisəsinin baş verməsi haqqında sığorta müqaviləsində göstərilmiş müddət ərzində və müəyyən edilmiş qaydada Sığortaçıya bu barədə məlumat vermədikdə və bu öhdəliyinin yerinə yetirilməməsi, Sığortaçını sığorta hadisəsini araşdırmaq və qiymətləndirmək imkanlarından məhrum etdikdə;
17.1.2. Sığortalanmış qurğu və ya avadanlığı istifadə edan şəxs hadisə yerindən qaçdıqda və ya hadisə zamanı onun sərxoş olub-olmamasının müəyyən edilməsi üçün tibbi müayinədən (ekspertizadan) keçməkdən imtina etdikdə;
17.1.3. Sığortalı(Faydalanan şəxs, qurğu və ya avadanlığı istifadə etmək hüququna xxxxx xxxx şəxs) sığorta müqaviləsinin şərtlərinə, müddəalarına və istisnalarına riayət etmədikdə;
17.1.4. Sığortalı (Faydalanan şəxs) sığorta predmeti, xxxxxx dəyişməsi və ya sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarı, bu sığorta ilə bağlı digər məlumatlar və ya zəruri faktlar haqqında bilərəkdən təhrif olunmuş və ya yanlış məlumatı Sığortaçıya təqdim etdikdə, yaxud qəsdən üzləşdiyi zərər haqqında bilərəkdən yalan və əsassız olaraq iddia qaldırdıqda;
17.1.5. Sığortalı (Faydalanan şəxs qurğu və ya avadanlığı istifadə etmək hüququna xxxxx xxxx şəxs) dəyə biləcək zərərlərin azalması və ya qarşısının alınması üçün mümkün və ağlabatan tədbirləri qəsdən görmədikdə;
17.1.6. Sığortalı (Faydalanan şəxs, qurğu və ya avadanlığı istifadə etmək hüququna xxxxx xxxx şəxs) hadisə barədə müvafiq səlahiyyətli orqanlara məlumat vermədikdə, xxxxx sığorta hadisəsi nəticəsində dəymiş zərərin səbəbinin və xarakterinin müəyyən edilməsi bunu tələb etdikdə;
17.1.7. Sığortalı (Faydalanan şəxs) talanmış və ya qaçırılmış qurğu və ya avadanlığın orijinal açarlarının tam komplektini Sığortaçıya təqdim edə bilmədikdə;
17.1.8. Müvafiq səlahiyyətli orqanlar sığorta hadisəni qanunvericiliklə müəyyən olunmuş qaydada qeydə almadıqda;
17.1.9. Sığortalı (Faydalanan şəxs) hazırkı Qaydaların 14-cü bəndində göstərilən sənədləri təqdim etmədikdə;
17.1.10. Sığortalı (Faydalanan şəxs) dəymiş zərərin əvəzini zərərin yaranmasında təqsirli xxxx şəxsdən aldıqda;
17.1.11. Qurğu və ya avadanlığın itməsi, məhv olması və ya zədələnməsi sığorta hadisəsi olmayan hadisə nəticəsində baş verdikdə;
17.1.12. Sığortalı (Faydalanan şəxs, qurğu və ya avadanlığı istifadə etmək hüququna xxxxx xxxx şəxs) Sığortaçının razılığı olmadan zədələnmiş qurğu və ya avadanlığın təmir olunması ilə bağlı işlərə başladıqda;
17.1.13. Sığortalı (Faydalanan şəxs, qurğu və ya avadanlığı istifadə etmək hüququna xxxxx xxxx şəxs) hazırkı Qaydaların və sığorta müqaviləsinin şərtlərinə və/və ya tələblərinə riayət etmədikdə, sığorta müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirmədikdə;
17.1.14. Azərbaycan Respublikasının qanunvericiliyi və ya sığorta müqaviləsinin şərtləri ilə nəzərdə tutulmuş digər hallarda.
17.2. Sığorta ödənişinin verilməsindən imtina Sığortalıya, səbəbləri göstərilməklə, yazılı şəkildə təqdim olunur.
17.3. Sığortaçının sığorta ödənişinin verilməsindən imtina etməsi əsasında, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada, məhkəmədə iddia irəli sürülə bilər.
18. TƏRƏFLƏRİN MƏSULİYYƏTİ
18.1. Sığorta müqaviləsi Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tərtib edilir və tərəflərlə lazımi qaydada yerinə yetirilməlidir.
18.2. Sığorta müqaviləsi üzrə tərəflərdən biri müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirmədikdə və yaxud lazımınca yerinə yetirmədikdə Azərbaycan Respublikasının qüvvədə xxxx qanunvericiliyinə müvafiq olaraq digər tərəfə vurduğu ziyanın əvəzini ödəməlidir.
18.3. Sığorta müqaviləsinə əsasən tərəflərdən heç biri o biri tərəfin yazılı razılığı olmadığı halda öhdəliklərini üçüncü tərəfə vermək hüququna malik deyil.
F. YEKUN MÜDDƏALAR
19. SIĞORTALININ ZƏRƏRİN ÖDƏNİLMƏSİ ÜZRƏ TƏLƏB HÜQUQUNUN SIĞORTAÇIYA KEÇMƏSİ (SUBROQASİYA)
19.1. Əgər Sığortalı (Faydalanan şəxs) dəymiş zərər üzrə ödənişi zərərin baş verməsində təqsirli xxxx şəxsdən(lərdən) alıbsa, Sığortaçı yalnız sığorta müqaviləsi ilə müəyyənləşdirilmiş məbləğin və üçüncü şəxslər tərəfindən ödənilmiş məbləğin arasında xxxx fərqi ödəməlidir. Sığortalı (Xxxxxxxxxx şəxs) üçüncu şəxslər tərəfindən edilmiş və ya edilə biləcək ödənişlər barəsində dərhal Sığortaçıya xəbər verməlidir.
19.2. Sığorta ödənişi həyata keçirildikdən sonra zərərin baş verməsində təqsirli xxxx şəxsə(lərə) qarşı Sığortalının (Xxxxxxxxxx şəxsin) zərərin ödənilməsi üzrə tələb hüququ, həyata keçirilmiş sığorta ödənişi məbləğində Sığortaçıya keçir.
19.3. Sığortaçıya keçmiş üçüncü şəxslərə qarşı tələb hüququnun həyata keçirilməsi üçün Sığortalı (Faydalanan şəxs) lazımi tədbirləri görməli və tələb olunan sənədləri Sığortaçıya təqdim etməlidir.
19.4. Əgər Sığortalı (Faydalanan şəxs) Sığortaçı ilə razılaşdırmadan bu hüququndan imtina edərsə və ya bu hüququn həyata keçirilməsi Sığortalının (Faydalanan şəxsin) təqsiri üzündən mümkün olmazsa, Sığortaçı yuxarıda göstərilmiş hərəkətlər nəticəsində ona dəymiş zərər həcmində ödənişin verilməsindən azad olunur. Belə hal Sığortaçı tərəfindən Sığortalıya (Faydalanan şəxsə) ödəniş verdikdən sonra aşkar olunarsa, Sığortalı (Faydalanan şəxs) Sığortaçıya həmin məbləği qaytarmalıdır.
20. SIĞORTALANMIŞ QURĞU VƏ YA AVADANLIĞIN ÖZGƏNİNKİLƏŞDİRİLMƏSİ
20.1. Sığortalanmış qurğu və ya avadanlıq özgəninkiləşdirildikdə, Sığortalının (Faydalanan şəxsin) hüquq və vəzifələri əldə edənə keçir.
20.2. Əldə edən və ya özgəninkiləşdirən tərəfindən sığortalanmış qurğu və ya avadanlığın özgəninkiləşdirilməsi haqqında Sığortaçıya dərhal məlumat verilməlidir. Əldə edən və ya özgəninkiləşdirən bu barədə Sığortaçıya dərhal məlumat vermədikdə, əgər sığorta hadisəsi sığortalanmış qurğu və ya avadanlığın özgəninkiləşdirildiyi anından iki həftə sonra baş verərsə, Xxxxxxxxx sığorta ödənişi vermək vəzifəsindən azad edilir.
20.3. Sığortaçı sığorta müqaviləsinin ləğvi üçün bir aylıq müddəti gözləməklə əldə edənlə sığorta münasibətlərinə xitam vermək hüququna malikdir.
20.4. Əldə edən sığorta müqaviləsini yalnız dərhal və ya sığortanın xxxx dövrünün sonuna yaxın ləğv edə bilər. Əgər əldə edən sığortalanmış qurğu və ya avadanlığı əldə etdikdən sonra bir ay ərzində müqaviləni ləğv etmək hüququndan istifadə etməzsə, bu hüququ itirir, əldə edən sığortadan xəbərdar olmadıqda isə ləğvetmə hüququ əldə edənin sığorta münasibətlərindən xəbər tutduğu andan bir ay keçənədək qüvvədə qalır.
20.5. Əgər sığorta müqaviləsinə bu maddənin qaydaları əsasında xitam verilmişdirsə, özgəninkiləşdirən Sığortaçıya sığorta haqqı ödəməlidir, xxxxx bu xxxx onun sığorta dövrü ərzində, müqavilənin ləğvi məqamı da daxil olmaqla, ödəməli olduğundan artıq olmamalıdır; bu halda əldə edən sığorta haqqının ödənilməsi üçün məsuliyyət daşımır.
20.6. Sığortaçı sığortalanmış qurğu və ya avadanlığı özgəninkiləşdirilməsi ilə bağlı baş vermiş dəyişikliklərlə əlaqədar olaraq xxxxxx qiymətləndirilməsi üçün zəruri xxxx məlumatları əldə
edəndən tələb edə bilər və bu cür dəyişikliklər xxxxxx artmasına səbəb olduqda Sığortaçı əlavə sığorta haqqının ödənilməsini tələb edə bilər.
20.7. Sığortalanmış qurğu və ya avadanlığın özgəninkiləşdirilməsi ilə əlaqədar Sığortaçı sığorta müqaviləsinə müvafiq dəyişikliklər edir.
21. EKSPERTİZA
21.1 Sığorta hadisəsinin baş verməsindən sonra dəymiş zərər üzrə fikir ayrılığı mövcud olduqda Sığortaçı ilə Sığortalı zərərin müəyyənləşdirilməsini ekspertlərə həvalə edə bilərlər. Bu halda ekspertlərin rəyi, onun mövcud xxxx şəraitlərdən aşırı dərəcədə fərqlənməsi halları istisna olmaqla, məcburi hesab olunur. Sığortaçı sığorta ödənişinin məbləğini bu rəy əsasında hesablayır. Qarşılıqlı razılıq əsasında zərərin baş verməsi səbəbinin və şəraitinin və/və ya sığorta ödənişi məbləğinin müəyyən edilməsi məqsədi ilə də ekspertiza təyin edilə bilər. Həm Sığortalı həm də Sığortaçı əks tərəfə müvafiq bildirişi göndərməklə, ekspertizanın birtərəfli qaydada keçirilməsini tələb edə bilər.
21.2. Ekspertizanın keçirilməsi zamanı aşağıdakı qaydalara riayət olunmalıdır:
a) Sığortaçı və Sığortalı əks tərəfin rəqibləri, iş partnyorları və ya ailə üzvləri xxxx şəxsləri və əks tərəfin rəqiblərinə, iş partnyorlarına çalışan və ya onlarla bu kimi digər əlaqələrdə xxxx şəxsləri ekspert qismində cəlb edə bilməzlər;
b) Əgər bir tərəf əks tərəfin təyin etdiyi ekspertin rəyi ilə razı deyilsə, o, təkrar espertizanın keçirilməsini və ya mübahisənin məhkəmə qaydasında həll olunmasını tələb edə bilər;
c) Müstəqil ekspertizanın keçirilməsi üzrə xərcləri onun keçirilməsini tələb etmiş tərəf ödəyir. Ekspertizanın keçirilməsi tərəflərin qarşılıqlı razılığı əsasında təyin edilibsə və sığorta müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa xərclər tərəflər arasında bərabər bölüşdürülür.
22. ƏRİZƏ FORMASI
22.1. Sığorta müqaviləsi Sığortalı (Faydalanan şəxs) tərəfindən doldurulmuş Ərizə Forması əsasında bağlanılır və sığorta müqaviləsinin ayrılmaz hissəsi sayılır.
22.2. Sığorta müqaviləsinin bağlanmasından sonra Sığortalı (Xxxxxxxxxx şəxs) tərəfindən sığorta hadisəsinin baş verməsi ehtimalı üzrə vacib məlumatın və ya onun baş verməsindən dəyə biləcək zərərlərin həcmi (sığorta riski) barəsində Sığortaçıya yanlış məlumatın verilməsi aşkarlanarsa, və sığorta müddəti ərzində barəsində yanlış məlumatlar verilən hallar ilə əlaqədar xxxx sığorta hadisəsi baş verərsə, belə faktlar sığorta ödənişinin verilməməsinə müqavilənin etibarsız hesab edilməsinə gətirə bilər.
23. MƏLUMAT VƏ XƏBƏRDARLIQLARIN ÇATDIRILMASI
Müqavilə tərəfləri bir birinə yolladığı bildiriş və xəbərdarlıqlara dair aşağıdakı tələblərə riayət etməlidir:
a) Müqaviləyə müvafiq olaraq göndərilən hər hansı məlumat, bildiriş, xəbərdarlıq və ya razılıq yazılı şəkildə tərtib olunmalı və şəxsən, qabaqcadan ödənilmiş poçt və ya kuryer (çatdırma barədə bildiriş ilə), faks və ya teleks vasitəsi ilə müqavilədə göstərilmiş ünvanlara göndərilməlidir.
b) Tərəflərin ünvanları dəyişdiyi halda onlar bir-birinə bu barədə əvvəlcədən məlumat göndərməlidir. Əgər sığorta müqaviləsi üzrə tərəf digər tərəfin ünvanının dəyişməsi barədə məlumatlandırılmayıbsa, keçmiş ünvana göndərilən bütün bildiriş və xəbərdarlıqlar keçmiş ünvana çatdırıldığı andan qəbul olunmuş hesab olunurlar.
24. XÜSUSİ ŞƏRTLƏR
Hazırki qaydaların əsasında bağlanılmış slğorta müqavilələrinə sığorta qanunvericiliyinə zidd olmayan xüsusi şərtlər əlavə oluna bilər.
25. MÜBAHİSƏLƏRİN HƏLL EDİLMƏSİ
Sığorta müqaviləsi ilə bağlı bütün məsələlər, o cümlədən tərəflər arasında yaranan fikir ayrılığı və mübahisələr bir qayda olaraq danışıqlar yolu ilə həll edilir. Əgər danışıqlar yolu ilə nəticə əldə edilməzsə, mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada, o cümlədən məhkəmə qaydasında həll olunmalıdır.
“Xalq Sığorta” Açıq Səhmdar Cəmiyyəti
PODRATÇIYA MƏXSUS XXXX QURĞU VƏ AVADANLIQLARIN SIĞORTASI ÜZRƏ TARIF DƏRƏCƏLƏRININ ƏSASLANDIRILMASI
Tarif dərəcələri əsaslandırılarkən əvvəlcə netto-dərəcələr hesablanır. Netto-dərəcələrin hesablanmasında aşağıdakı məlumatlardan istifadə edilir:
1) Sığorta hadisəsinin baş verməsi ehtimalı(q) - 0,01;
2) Bir sığorta müqaviləsi üzrə xxxx sığorta məbləği(So) -120 000 AZN;
3) Bir sığorta hadisəsi üzrə xxxx sığorta ödənişi(Sü) – 33 000 AZN;
4) Bağlanılacaq sığorta müqavilələrinin sayı(n) - 300.
Tn,Tə və Tr ilə müvafiq olaraq netto-dərəcəni, onun əsas hissəsini və risk işarə edək. Netto-dərəcənin əsas hissəsi 100 manat sığorta məbləğinə uyğun olaraq aşağıdakı düsturla hesablanır:
Tə = 100qSü/So = 100 x 0,01 x 33 000/120 000 = 0,28 AZN.
Risk üstəliyini hesablamaq üçün təminat ehtimalını 0,98 götürək. Bu halda həmin ehtimala uyğun əmsal a=2 olur. Risk üstəliyi aşağıdakı düsturla hesablanır:
Tr=l,2Tə.a.((l-q)/(nq))1/2 = 0,28 x 1,2 x 2 x ((1-0,01)/(0,01 x 300))1/2 = 0,38 AZN. Tn = Tə + Tr = 0,28 + 0,38 = 0,66 AZN.
Tarif dərəcəsinin strukturu: netto-dərəcə-70%, yüklənmə-30%. O cümlədən işlərin aparılması xərcləri-28%, qarşısıalınmaz tədbirləri fonduna ayırma-1%, tarif mənfəəti-1%.
Brutto-dərəcəni Tb ilə işarə edək. Onda brutto-dərəcənin hesablanması düsturuna əsasən Tb = Tn /(1-f) = 0,66/(1-0,3) = 0,95 AZN.
Qurğu və avadanlıqların istismarı dövrü ərzində nəzarət olunub-olunmamağından, onların
texniki baxışının və xxxx təmirinin vaxtında təmin edilməsindən və s. amillərdən asılı olaraq baza tarif dərəcəsinə azaldıcı və artırıcı əmsallar tətbiq edilir.
Ona görə də, yekun tarif dərəcəsi 0,3%-7%, yalnız zəlzələ hadisəsi ilə əlaqədar tarif dərəcəsi isə 0,1%-0,18% aralığında dəyişir.