İstifadəçi Razılaşması
İstifadəçi Razılaşması
İstifadə şərtləri
Sizin razılığınız
Bu sayt "Mondelēz International Inc." ("Mondelis") şirkətinə məxsusdur. "Mondelis" şirkəti bu saytdan istifadə edir və sizə informasiya məqsədləri üçün ona giriş imkanı verir. Bu saytı ziyarət edərək və ya ondan istifadə edərək, hazırkı İstifadə Şərtlərini qəbul edir və Məxfilik siyasətimizlə razılığınızı təsdiqləyirsiniz.
İstifadə Şərtləri və Məxfilik Siyasəti ilə razılaşmadığınız təqdirdə, bu saytdan istifadə edə bilməzsiniz. Saytdan istifadə şərtləri
Başqa cür göstərilməyibsə, bu sayt qeyri-kommersiya təyinatlı şəxsi istifadə üçün təqdim olunur. Siz saytda əldə olunan törəmə əsərləri dəyişdirə, surətini çıxara, yaya, ötürə, göstərə, icra edə, təzələyə, nəşr edə, lisenziyalaşdıra, yarada, yaxud hər hansı məlumatı, proqram təminatını, məhsulu və ya xidməti sata bilməzsiniz. Siz elektron vasitələrdən istifadə edərək saytdakı materialların hissələrini qeyri-kommersiya təyinatlı istifadə üçün göstərə, surətini çıxara, yükləyə və çap edə bilərsiniz, bir şərtlə ki, müəllif hüququ haqqında hər hansı bildirişi, ticarət nişanını və ya mülkiyyət hüququna dair digər göstərişləri dəyişdirməməli və ya silməməlisiniz. "Mondelis" şirkətinin əvvəlcədən yazılı icazəsi olmadan saytda verilmiş materiallardan hər hansı digər istifadə, o cümlədən, xxxxx bunlarla məhdudlaşmayaraq, saytın məzmununun dəyişdirilməsi, təzələnməsi, paylanması, yenidən nəşri, göstərilməsi və ya ötürülməsi qadağandır. Saytdan endirdiyiniz istənilən material, o cümlədən, xxxxx bunlarla məhdudlaşmayaraq, proqram təminatı, fayllar, qrafik, məlumatlar və ya hər hansı digər məlumatlar "Mondelis" şirkətinə və ya onun lisenziarlarına məxsusdur. Bu materialları endirdikdə, "Mondelis" şirkəti onları Sizə xxxx çağırılan lisenziya ilə təqdim edir. "Mondelis" şirkəti proqram təminatı üzrə tam mülkiyyət hüququnu və bütün əlaqəli əqli mülkiyyət hüquqlarını özündə saxlayır. Siz bu materialları paylaya və ya sata bilməzsiniz, habelə yenidənqurma, əks- yığma apara və yaxud digər halda, insan tərəfindən istifadə üçün faydalı xxxx başqa bir formaya dəyişdirə bilməzsiniz.
Təqdim etdiyiniz materiallar
Siz təqdim etdiyiniz hər hansı materiala, o cümlədən hər hansı belə material ilə münasibətdə qanunilik, etibarlılıq, uyğunluq, orijinallıq və müəllif hüququ kimi məqamlara görə məsuliyyət daşıdığınızı təsdiqləyirsiniz. Siz məzmunu böhtan xarakterli, nüfuzdan salan, nalayiq, hədələyici, şəxsi həyatın toxunulmazlığı hüququnu və ya məlumatın aşkarlığını pozan, təhqiredici, qeyri-qanuni və ya başqa cür arzuolunmaz və ya cinayət əməli xxxx və ya bu əmələ təşviq edən, hər hansı şəxsin hüquqlarını pozan və ya başqa cür məsuliyyətin yaranması üçün əsas xxxx və ya hər hansı qanunu pozan materialları xxxxx yönəldə, onun vasitəsilə yaya və ya başqa cür elan edə bilməzsiniz. Siz kommersiya məzmunlu məlumatları xxxxx yönəldə bilməzsiniz.
Məxfilik Siyasətimizə uyğun olaraq sizdən əldə edə biləcəyimiz istənilə şəxsi məlumatlar istisna olmaqla, bu sayt vasitəsilə "Mondelis" şirkətinə ötürdüyünüz bütün şərhlər, təkliflər, ideyalar, qrafiklər və ya digər məlumatlar, hazırkı razılaşma sonradan ləğv olunsa belə, "Mondelis" şirkətinin mülkiyyətinə çevrilir. "Mondelis" şirkəti və onun səlahiyyət verdiyi şəxslər sizə və ya digər şəxslərə bu cür materiallara görə təzminat vermək öhdəliyi olmadan, ona təqdim etdiyiniz materialları istənilən və bütün kommersiya və ya qeyri-kommersiya məqsədləri üçün sərbəst surətdə köçürmək, açıqlamaq, yaymaq, birləşdirmək və başqa cür istifadə etmək hüququna malikdirlər.
İmtina
"MONDELİS" ŞİRKƏTİ BU SAYTIN MƏZMUNUNUN DÜZGÜNLÜYÜ VƏ YA TAMLIĞINA DAİR HEÇ BİR BƏYANAT VƏ YA ZƏMANƏT VERMİR. BU SAYT VƏ ONDA TƏQDİM OLUNAN MATERİALLAR, MƏLUMATLAR, XİDMƏTLƏR VƏ MƏHSULLAR, O CÜMLƏDƏN, XXXXX BUNLARLA MƏHDUDLAŞMAYARAQ, MƏTN, QRAFİK VƏ GÖNDƏRİŞLƏR
"OLDUĞU KİMİ" VƏ AÇIQ ŞƏKİLDƏ İFADƏ EDİLƏN VƏ YA NƏZƏRDƏ TUTULAN HƏR HANSI ZƏMANƏT OLMADAN VERİLİR. TƏTBİQ OLUNAN QANUNVERİCİLİK İLƏ YOLVERİLƏN TAM ÖLÇÜDƏ, "MONDELİS" ŞİRKƏTİ AÇIQ ŞƏKİLDƏ İFADƏ EDİLƏN VƏ YA NƏZƏRDƏ TUTULAN HƏR HANSI ZƏMANƏTİ, O CÜMLƏDƏN, XXXXX BUNLARLA MƏHDUDLAŞMAYARAQ, SATIŞA VƏ MÜƏYYƏN MƏQSƏDƏ YARARLIĞA, POZUNTULARIN, KOMPÜTER VİRUSLARININ OLMAMASINA GÖRƏ NƏZƏRDƏ TUTULAN ZƏMANƏTLƏRİ, HABELƏ İŞGÜZAR FƏALİYYƏTİN APARILMASI NƏTİCƏSİNDƏ VƏ YA İŞİN İCRASI ZAMANI YARANAN ZƏMANƏTLƏRİ VERMƏKDƏN İMTİNA EDİR. "MONDELİS" ŞİRKƏTİ SAYTDA MÖVCUD XXXX FUNKSİYALARIN FASİLƏSİZ İŞLƏYƏCƏYİNƏ VƏ YA NÖQSANSIZ OLACAĞINA, QÜSURLARIN ARADAN QALDIRILACAĞINA VƏ YA HAZIRKI SAYTDA VƏ YA XXXXX GİRİŞİ TƏMİN EDƏN SERVERDƏ VİRUS VƏ YA DİGƏR ZƏRƏRLİ KOMPONENTLƏRİN OLMADIĞINA DAİR HEÇ BİR BƏYANAT VƏ YA ZƏMANƏT VERMİR. "MONDELİS" ŞİRKƏTİ BU SAYTDAKI MATERİALLARIN TAMLIĞI, DÜZGÜNLÜYÜ, DƏQİQLİYİ, ADEKVATLIĞI, FAYDALILIĞI, AKTUALLIĞI, ETİBARLILIĞI VƏ YA DİGƏR XÜSUSİYYƏTLƏRİ BAXIMINDAN ONLARIN İSTİFADƏSİNƏ DAİR HEÇ BİR BƏYANAT VƏ YA ZƏMANƏT VERMİR. YUXARIDA GÖSTƏRİLƏNLƏRƏ ƏLAVƏ OLARAQ, MƏHZ SİZ ("MONDELİS" ŞİRKƏTİ DEYİL) TƏLƏB OLUNAN TEXNİKİ QULLUQ, TƏMİR VƏ YA DÜZƏLİŞ ÜÇÜN BÜTÜN XƏRCLƏRİ ÖZ ÜZƏRİNİZƏ GÖTÜRÜRSÜNÜZ. BƏZİ DÖVLƏTLƏRDƏ QANUN MƏSULİYYƏTDƏN BU CÜR İMTİNANIN TƏTBİQİNƏ İCAZƏ VERMİR VƏ BUNA GÖRƏ DƏ YUXARIDA QEYD OLUNAN HÜQUQİ QEYD-ŞƏRT SİZƏ TƏTBİQ OLUNA BİLMƏZ.
Məsuliyyətin məhdudlaşdırılması
HEÇ BİR HALDA, "MONDELİS" ŞİRKƏTİ SAYTDA MÖVCUD XXXX MƏLUMATLAR, XİDMƏTLƏR, MƏHSULLAR VƏ MATERİALLARDAN İSTİFADƏ EDİLMƏSİ, İSTİFADƏ EDİLƏ BİLMƏMƏSİNDƏN İRƏLİ GƏLƏN VƏ YA BUNUNLA ƏLAQƏDAR OLARAQ, MÜQAVİLƏNİN İCRASI ZAMANI, SƏHLƏNKARLIQ UCBATINDAN, HƏR HANSI DİGƏR SƏBƏB NƏTİCƏSİNDƏ YARANAN BİRBAŞA, DOLAYI, XÜSUSİ, CƏRİMƏLƏYİCİ, GÖZLƏNİLMƏZ, TİPİK VƏ YA SONRAKI ZƏRƏRLƏRƏ VƏ YA HƏR HANSI ZİYANA GÖRƏ, HƏTTA "KRAFT" ŞİRKƏTİ BU CÜR İTKİLƏRİN MÜMKÜNLÜYÜ BARƏDƏ ƏVVƏLCƏDƏN XƏBƏRDAR EDİLSƏ BELƏ, MƏSULİYYƏT DAŞIMIR. BU MƏHDUDİYYƏTLƏR HƏR HANSI HÜQUQİ MÜDAFİƏ VASİTƏSİNİN ƏSAS HƏDƏSİNƏ NAİL OLUNMAMASINDAN ASILI OLMAYARAQ TƏTBİQ OLUNUR. BƏZİ YURİSDİKSİYALARDA NƏZƏRDƏ TUTULAN ZƏMANƏTLƏRİN TƏSİR MÜDDƏTİNƏ, HABELƏ SONRAKI VƏ YA GÖZLƏNİLMƏZ ZƏRƏRLƏRƏ GÖRƏ MƏSULİYYƏTDƏN İMTİNAYA VƏ YA MƏSULİYYƏTİN MƏHDUDLAŞDIRILMASINA MƏHDUDİYYƏT QOYULMASINA İCAZƏ VERİLMƏDİYİNDƏN YUXARIDA GÖSTƏRİLƏN MƏHDUDİYYƏTLƏR SİZƏ TƏTBİQ OLUNA BİLMƏZ.
Zərər təzminatı
Siz zərərləri ödəməyə, "Mondelis" şirkətinin, onun vəzifəli şəxsləri, direktorları, işçiləri, agentləri, lisenziarları və tədarükçülərinin məsuliyyətinə cəlb olunmamanı təmin etməyə və bu Şərtlərin hər hansı pozulması, yaxud sizin tərəfinizdən və ya İnternet şəbəkəsindəki hesabınızdan istifadə edərək xxxxx daxil xxxx hər hansı digər şəxs tərəfindən yol verilən, İnternet şəbəkəsindəki hesabınız (o cümlədən, xxxxx bununla məhdudlaşmayaraq, səhlənkar və ya qanunsuz davranış) ilə əlaqədar xxxx hər hansı fəaliyyət nəticəsində yaranan müvafiq vəkil haqları və məhkəmə xərcləri daxil olmaqla, bütün itkilər, məsrəflər, zərərlər və xərclərdən müdafiə etməyə razılıq verirsiniz. "Mondelēz International Inc." şirkətinin qiymətli kağızları Biz bu saytda investisiya məsələlərinə dair məsləhətlər vermirik və bu saytdakı materiallar " Mondelēz International Inc." şirkətinin hər hansı bir qiymətli kağızlarının satışı və ya alışı təklifi kimi təfsir edilməməlidir. Saytda mövcud xxxx hər hansı materialdan istifadə etmək qərarına gəlsəniz, "Mondelēz International Inc." şirkətinin qiymətli kağızlarının alışı və ya satışı barədə qərar vermək üçün xahiş olunur, yadda saxlayın ki, saytdakı material yalnız keçmiş fəaliyyət göstəricilərini və şirkətlə əlaqəli tarixi məlumatları əks etdirir və bu cür fəaliyyət göstəriciləri və məlumatlar gələcək parametrləri müəyyənləşdirmək üçün mütləq göstərici deyil.
Digər saytlara keçidlər
Bu sayt digər internet saytlarına giriş təmin edə bilər. "Mondelis" şirkəti bu saytların işinə nəzarət etmir və onlardan istifadə ilə bağlı risk yalnız sizin öz üzərinizə düşür. "Mondelis" şirkəti, həmçinin bu saytdakı
əlaqələr vasitəsilə daxil olduğunuz digər saytlarda təklif olunan heç bir məhsul və ya məlumatları təsdiqləmir. Hələ də "Mondelis Rus" / "Mondelēz International"-ın saytında olub-olmamağınızı və ya başqa xxxxx keçib-keçməməyiniz müəyyənləşdirmək üçün brauzerinizin URL ünvanını yoxlayın.
Yurisdiksiya
"Mondelis" şirkəti işə nəzarət edir və bu saytdan şirkətin Rusiya filialından istifadə edir. Biz sayt materiallarının Rusiya Federasiyasından kənarda istifadə oluna biləcəyinə heç bir şəkildə zəmanət və ya əsas vermirik. Saytdan Rusiya Federasiyasından kənarda istifadə edərsinizsə, tətbiq olunan yerli qanunlara riayət edilməsinə görə yalnız siz məsuliyyət daşıyırsınız. Bu saytın materiallarını ixrac qanunvericiliyini və digər normativ aktları pozaraq istifadə edə və ya ixrac edə bilməzsiniz. Bu sayt və ondan istifadəniz ilə bağlı hər hansı iddia, hüquqi müddəalarında ziddiyyətlərə baxmayaraq, Rusiya Federasiyasının xüsusi qanunları ilə tənzimlənəcək və siz birbaşa və ya dolayı yolla bu saytın istifadəsindən yaranan, yaxud bununla əlaqəli hər hansı məhkəmə istintaqı üçün yurisdiksiyanın və məhkəmə aidiyyətinin Rusiya Federasiyasının məhkəmə orqanlarında olacağına razılıq verirsiniz.
Saytın və hazırkı İstifadə Şərtlərinin dəyişdirilməsi
Bu saytda materialları təqdim edən "Mondelis" şirkəti bu materialların sizin üçün əlçatan olacağına vəd vermir. "Mondelis" şirkəti istənilən vaxt, istər tam, istərsə də qismən, bu barədə sizə heç bir xəbərdarlıq etmədən bu saytın işini dayandırmaq hüququna malikdir. "Mondelis" şirkəti, həmçinin bu xxxxx giriş üçün nəzərə alınan əsas və əlavə şərtləri və bildirişləri dəyişdirmək hüququnu özündə saxlayır və hər hansı belə dəyişikliklərdən sonra bu Bölmədən istifadə bu cür dəyişdirilmiş İstifadə Şərtlərinə razılığınızın təsdiqi hesab ediləcəkdir. Siz hər hansı dəyişiklik edilib-edilməməsini yoxlamaq üçün bu cür İstifadə Şərtlərini mütəmadi olaraq nəzərdən keçirməyə razılıq verirsiniz.
Hazırkı Razılaşmaya xitam verilməsi
Hazırkı Razılaşma hər hansı tərəf tərəfindən xitam verilənədək qüvvədə qalır. Siz bu saytdan əldə olunan bütün materialları, eləcə də bütün əlaqəli sənədləri, bütün nüsxələri və tətbiqləri məhv edərək Razılaşmaya istənilən vaxt xitam vermək hüququna maliksiniz. "Mondelis" şirkəti onun fikrincə, hazırkı Razılaşmanın hər hansı şərtini pozduğunuz barədə xəbərdarlıq etmədən istənilən vaxt hazırkı Razılaşmaya xitam verə bilər. Razılaşmaya xitam verərkən bütün materialları məhv etməlisiniz.
Digər şərtlər
Hazırkı Razılaşmanın hər hansı şərti qanunsuz, etibarsız və ya icrası mümkün olmayan hesab edilərsə, Razılaşmanın qalan şərtləri qüvvədə qalacaq. Hazırkı sənəd bu saytdan istifadənizin bütün aspektləri ilə əlaqədar Sizinlə "Mondelis" şirkəti arasında tam razılaşmadır.