AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
“Azərbaycan Respublikası Hökuməti ilə Kosta Rika Respublikası Hökuməti arasında diplomatik və xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
“Azərbaycan Respublikası Hökuməti ilə Kosta Rika Respublikası Hökuməti arasında diplomatik və xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında” 2017-ci il iyunun 2-də San-Xose şəhərində imzalanmış Saziş təsdiq edilsin.
Xxxxx XXXXXX,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 2 oktyabr 2017-ci il
№ 784-VQ
Azərbaycan Respublikası Hökuməti və Kosta Rika Respublikası Hökuməti arasında diplomatik və xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında
Bundan sonra ayrı-ayrılıqda “Razılığa gələn Tərəf” və birlikdə “Razılığa gələn Tərəflər” adlandırılacaq Azərbaycan Respublikası Hökuməti və Kosta Rika Respublikası Hökuməti,
hər iki ölkənin dostluq münasibətlərini gücləndirmək marağını nəzərə alaraq,
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin təqdim etdiyi 1996-cı il 29 avqust tarixli 1092 nömrəli və Kosta Rika Respublikası Hökumətinin Xarici İşlər və Etiqad Nazirliyinin imzaladığı SPB-№ 028-97 nömrəli notaların mübadiləsi vasitəsilə diplomatik əlaqələrin qurulması ilə bağlı hər iki ölkənin razılığa gəldiyini nəzərə alaraq,
Diplomatik əlaqələr haqqında Vyana Konvensiyasının 47-ci maddəsinin dövlətlər üçün bir-birinə Konvensiyanın müddəalarının tələblərindən daha əlverişli şəraitin göstərilməsi imkanını bəyan etdiyini nəzərə alaraq,
Azərbaycan Respublikasının və Kosta Rika Respublikasının diplomatik və ya xidməti pasportlara xxxxx xxxx vətəndaşlarının onların müvafiq ölkələrinə girişini sadələşdirmək arzusu ilə,
aşağıdakılar barədə razılığa gəldilər:
Pasportların növləri
Bu Sazişin müddəaları aşağıdakı pasport növlərinə şamil edilir:
1. Azərbaycan Respublikası üçün: diplomatik və xidməti pasportlar;
2. Kosta Rika Respublikası üçün: diplomatik və xidməti pasportlar.
Vizadan azad edilmə
1. Razılığa gələn Tərəflərdən birinin bu Sazişin 1-ci maddəsində qeyd olunan pasport növlərinə xxxxx xxxx vətəndaşları digər Razılığa gələn Tərəfin dövlətinin ərazisinə daxil olmaq, oranı tərk etmək, tranzit keçmək və ya 90 (doxsan) gün ərzində orada müvəqqəti olmaq üçün viza tələbindən azad edilir.
2. Razılığa gələn Tərəflərdən birinin vətəndaşının digər Razılığa gələn Tərəfin dövlətinin ərazisində müvəqqəti olma müddəti bu əraziyə daxil olduğu tarixdən son 180 (yüz səksən) gün ərzində 90 (doxsan) günü keçməməlidir.
Maddə 3
1. Razılığa gələn Tərəflərdən hər birinin digər Razılığa gələn Tərəfin ərazisində diplomatik nümayəndəlik və ya konsulluğunun üzvü və ya ölkəsinin beynəlxalq təşkilatda nümayəndəsi qismində təyin edilən və etibarlı diplomatik və ya xidməti pasporta xxxxx xxxx vətəndaşından digər Razılığa gələn Tərəfin ərazisinə daxil olmazdan əvvəl viza əldə etmək tələb olunur.
2. Razılığa gələn Tərəflərdən hər birinin diplomatik və xidməti pasportlarına xxxxx xxxx və beynəlxalq təşkilatda, orqanda, agentlik və ya hər hansı digər belə qurumda çalışan şəxslərinin digər Razılığa gələn Tərəfin ərazisinə rəsmi və ya şəxsi səfərlər üçün daxil olmazdan əvvəl viza əldə etməsi tələb olunur.
3. Bu maddənin 1-ci bəndində sadalanan şərtlər diplomatik nümayəndəlik və ya konsulluğun üzvü xxxx və ya beynəlxalq təşkilatın nümayəndəsi xxxx şəxsin həyat yoldaşına, onların yaşı 18-dən az xxxx uşaqlarına, yaşı 18-dən yuxarı xxxx fiziki məhdudiyyətli uşaqlarına və himayəsində xxxx valideynlərinə də şamil olunur.
Maddə 4
Girişə icazədən imtina və ya pasportun itirilməsi
1. Hər bir Razılığa gələn Tərəf digər Razılığa gələn Tərəfin arzuolunmaz hesab etdiyi hər hansı vətəndaşının öz ərazisinə girişinə icazə verməkdən imtina etmək və ya orada qalma müddətini qısaltmaq hüququnu özündə saxlayır.
2. Razılığa gələn Tərəflərdən birinin vətəndaşı digər Razılığa gələn Tərəfin ərazisində öz pasportunu itirərsə, o, müvafiq tədbir görülməsi üçün qəbul edən ölkənin əlaqədar qurumlarını xəbərdar edir. Əlaqədar diplomatik nümayəndəlik və ya konsulluq öz vətəndaşına yeni pasport və ya səyahət sənədi verir və qəbul edən Hökumətin əlaqədar qurumlarını bu barədə məlumatlandırır.
Maddə 5
Milli qanunvericiliyin tətbiqi
1. Razılığa gələn Tərəfin diplomatik və ya xidməti pasportlara xxxxx xxxx vətəndaşları digər Razılığa gələn Tərəfin sərhədini keçərkən və onun ərazisində qaldığı müddətdə onun milli qanunvericiliyinə riayət edirlər.
2. Bu Sazişin heç bir müddəası Diplomatik əlaqələr haqqında 18 aprel 1961-ci il tarixli Vyana Konvensiyası və ya Konsulluq əlaqələri haqqında 24 aprel 1963-cü il tarixli Vyana Konvensiyasında qeyd olunmuş hüquq və öhdəliklərə təsir etmək kimi təfsir olunmur.
Maddə 6
Tərəflərdən hər birinin vətəndaşlarının diplomatik və xidməti pasportları digər Tərəfin ölkəsinin ərazisinə daxil olduqları tarixdən ən azı 3 (üç) aydan artıq müddətə etibarlı olmalıdır.
Maddə 7
1. Bu Sazişin məqsədləri üçün hər bir Razılığa gələn Tərəf bu Sazişin qüvvəyə minməsindən ən azı otuz (30) gün əvvəl diplomatik kanallar vasitəsilə müvafiq pasportlarının nümunələrini, eləcə də hazırda istifadə olunan belə sənədlərin ətraflı izahını digər Tərəfə göndərir.
Hər bir Razılığa gələn Tərəf eyni zamanda özünün yeni və ya dəyişdirilmiş pasportlarının nümunələrini, eləcə də belə sənədlərin ətraflı izahını onların qüvvəyə minməsindən ən azı otuz (30) gün əvvəl diplomatik kanallar vasitəsilə digər Tərəfə göndərir.
Maddə 8
Razılığa gələn Tərəflərdən hər biri təhlükəsizlik, ictimai asayiş və ya ictimai sağlamlıq səbəbləri ilə bu Sazişin tətbiqini müvəqqəti olaraq, tamamilə və ya qismən dayandıra bilər və bu dayandırılma digər Razılığa gələn Tərəfə diplomatik kanallar vasitəsilə bildirişin göndərilməsindən sonra dərhal qüvvəyə minir. Dayandırılma digər Razılığa gələn Tərəfin ərazisinə artıq daxil olmuş vətəndaşların hüquqlarına təsir etmir.
Maddə 9
Bu Sazişin müddəalarının tətbiqi zamanı yarana biləcək fikir ayrılıqları Razılığa gələn Tərəflər arasında məsləhətləşmələr və ya danışıqlar yolu ilə həll edilir.
Əlavə və dəyişikliklər
Tərəflərin qarşılıqlı razılığı ilə bu Sazişə hər hansı əlavə və dəyişikliklər edilə bilər. Belə əlavə və dəyişikliklər bu Sazişin ayrılmaz tərkib hissəsi olan ayrıca protokollar formasında rəsmiləşdirilir və bu Sazişin 11-ci maddəsinin müddəalarına uyğun olaraq qüvvəyə minir.
Maddə 11
Qüvvəyəminmə, qüvvədəolma müddəti və ləqvetmə
1. Bu Xxxxx onun qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Tərəflərin sonuncu yazılı bildirişinin diplomatik kanallar vasitəsilə alındığı tarixdən qüvvəyə minir.
2. Bu Saziş qeyri-müəyyən müddətə qüvvədə qalır və Razılığa gələn Tərəflərdən hər xxxxx xxxx tərəfindən diplomatik kanallar vasitəsilə yazılı bildiriş göndərməklə, belə bildirişin alındığı tarixdən otuz (30) gün sonra qüvvəyə minməklə ləğv edilə bilər. Ləğvetmə digər Razılığa gələn Tərəfin ərazisinə artıq daxil olmuş vətəndaşların hüquqlarına təsir etmir.
Bunun təsdiqi olaraq, Hökumətləri tərəfindən müvafiq qaydada səlahiyyətləndirilmiş aşağıda imzalayan şəxslər bu Sazişi imzaladılar.
San-Xose şəhərində 2017-ci il 2 iyun tarixində, hər biri Azərbaycan, ispan və ingilis dillərində olmaqla, iki (2) əsl nüsxədə imzalanmışdır, bütün mətnlər bərabər autentikdir. Təfsirdə hər hansı fikir ayrılığı yarandığı təqdirdə, ingilis dilindəki mətndən istifadə ediləcəkdir.
Azərbaycan Respublikası |
Kosta Rika Respublikası |
Hökuməti adından |
Hökuməti adından |
(imza) |
(imza) |