Protokol
Protokol
⮚ Azərbaycan Respublikası Hökuməti, Gürcüstan Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Gömrük Məsələləri üzrə Üçtərəfli Komitənin yaradılması haqqında Protokol”un təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı (20 dekabr 2021-ci il)
⮚ “Azərbaycan Respublikası Hökuməti, Türkiyə Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında Gömrük Məsələləri üzrə Üçtərəfli Komitənin yaradılması haqqında Protokol”u imzalamaq səlahiyyətinin verilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (8 oktyabr 2021-ci il)
⮚ Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında sərhəd nümayəndələrinin/sərhəd komissarlarının fəaliyyəti haqqında Sazişi və həmin Sazişin 1 nömrəli əlavəsi xxxx Sərhəd nümayəndələrinin fəaliyyət sahələri haqqında Protokolu imzalamaq səlahiyyətinin verilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (11 iyun 2018-ci il)
⮚ 2011-ci il mayın 18-də Bakı şəhərində imzalanmış “Bakı-Tbilisi-Qars” yeni dəmir yolu xətti layihəsinin həyata keçirilməsi çərçivəsində Marabda - Türkiyə Respublikası sərhədinə qədər (Kartsaxi) dəmir yolu sahəsinin maliyyələşdirilməsi, layihələndirilməsi, inşası, reabilitasiya-rekonstruksiyası və istismarının prinsip və şərtləri haqqında Azərbaycan Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında Saziş”ə əlavə və dəyişikliklər barədə Protokol”un təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı (27 may 2011-ci il)
⮚ 2007-ci il fevralın 7-də Tbilisi şəhərində imzalanmış “Bakı-Tbilisi-Qars” yeni dəmir yolu xətti layihəsinin həyata keçirilməsi çərçivəsində Marabda-Türkiyə Respublikası sərhədinə qədər (Kartsaxi) dəmir yolu sahəsinin maliyyələşdirilməsi, layihələndirilməsi, inşası, reablitasiya-rekonstruksiyası və istismarının prinsip və şərtləri haqqında Azərbaycan Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında Saziş”ə dəyişikliklər və əlavələr edilməsi barədə ProtokoI”u imzalamaq səlahiyyətinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (18 may 2011-ci il)
⮚ «Azərbaycan Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında azad ticarət haqqında 1996-cı il tarixli Sazişə dəyişiklik edilməsi haqqında Protokol»u Azərbaycan Respublikası Hökuməti adından imzalamaq səlahiyyətinin verilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (21 may 2009-cu il)
⮚ «Azərbaycan Respublikası Hökuməti və Gürcüstan Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Sazişə dəyişikliklər edilməsi haqqında Protokol»u Azərbaycan Respublikası Hökuməti adından imzalamaq səlahiyyətinin verilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (21 may 2009-cu il)
⮚ "Azərbaycan Respublikası ilə Gürcüstan arasında Azərbaycan Respublikasının Ümumdünya Ticarət Təşkilatına üzv olması üzrə ikitərəfli protokol"u imzalamaq səlahiyyətinin verilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (27 iyun 2008-ci il)
⮚ 2005-ci il iyulun 18-də Gəncə şəhərində imzalanmış "İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Gürcüstan hökumətlərarası komissiyanın ikinci iclasının Protokolu"nun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (28 dekabr 2005-ci il)
⮚ 2004-cü il iyunun 11-də Tbilisi şəhərində imzalanmış "Azərbaycan-Gürcüstan iqtisadi əməkdaşlıq üzrə Birgə hökumətlərarası Komissiyanın birinci iclasının Protokolu"nun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (14 oktyabr 2004-cü il)
⮚ "Azərbaycan Respublikasının və Gürcüstanın aviasiya hakimiyyətləri arasında mülki aviasiya sahəsində əməkdaşlığın inkişaf etdirilməsi haqqında Protokolu imzalamaq səlahiyyətinin verilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (14 iyun 2004-cü il)
⮚ "Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə Respublikası arasında Şərq-Qərb Enerji Dəhlizinin təhlükəsizliyinin təmin edilməsi haqqında" Protokolun təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu (9 dekabr 2003-cü il)
⮚ 2003-cü il iyulun 10-da Gəncə şəhərində imzalanmış "Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi və Gürcüstan Respublikasının Dövlət Təhlükəsizlik Xidməti arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyət haqqında Saziş"ə əlavə 1 nömrəli Protokol"un təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (15 noyabr 2003-cü il)
⮚ 2002-ci il aprelin 9-da Bakı şəhərində imzalanmış "Gürcüstanın müdafiə xxxxxx general-leytenant D.Xxxxxxxxxxx Azərbaycan Respublikasına rəsmi səfərinin nəticələri üzrə Protokol"un təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (12 iyun 2002-ci il)
⮚ 2002-ci il xxxxxx 26-da Bakı şəhərində Azərbaycan Respublikası ilə Gürcüstan arasında imzalanmış sənədlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (12 iyun 2002-ci il)
⮚ Xam neftin Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə Cümhuriyyətinin əraziləri ilə Bakı-Tbilisi- Ceyhan əsas ixrac xxxx kəməri vasitəsilə nəql edilməsinə dair Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə Cümhuriyyəti arasında Sazişin və həmin Sazişə əlavə edilmiş sənədlərin, İstanbul Bəyannaməsinin və Xam neftin Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə Cümhuriyyətinin əraziləri ilə nəql edilməsinə dair Azərbaycan Respublikası, Türkiyə Cümhuriyyəti və Gürcüstan arasında Sazişə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə Cümhuriyyəti arasında Protokolun təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu (26 may 2000-ci il)
⮚ Gürcüstanın müdafiə xxxxxx və Azərbaycan Respublikasının müdafiə nazirinin görüşünün nəticələri üzrə imzalanmış Protokolun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (9 dekabr 1999-cu il)
“Azərbaycan Respublikası Hökuməti, Gürcüstan Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Gömrük Məsələləri üzrə Üçtərəfli Komitənin yaradılması haqqında Protokol”un təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. 2021-ci il oktyabrın 8-də İzmir şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti, Gürcüstan Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Gömrük Məsələləri üzrə Üçtərəfli Komitənin yaradılması haqqında Protokol” təsdiq edilsin.
2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Protokol qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi onun müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Protokolun qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Gürcüstan və Türkiyə Respublikası tərəflərinə bildiriş göndərsin.
Xxxxx XXXXXX, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 dekabr 2021-ci il
№ 1503
Azərbaycan Respublikası Hökuməti, Gürcüstan Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Gömrük Məsələləri üzrə Üçtərəfli Komitənin yaradılması haqqında
PROTOKOL
Bundan sonra ayrı-ayrılıqda “Tərəf” və birlikdə “Tərəflər” adlandırılacaq Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ilə təmsil olunan Azərbaycan Respublikası Hökuməti, Gürcüstanın Gəlirlər Xidməti ilə təmsil olunan Gürcüstan Hökuməti və Türkiyə Respublikasının Ticarət Nazirliyi ilə təmsil olunan Türkiyə Respublikası Hökuməti,
Tərəflər arasında yaradılmış möhkəm əməkdaşlıq əlaqələrini təsdiqləyərək,
gömrük sərhədinin qorunmasında və ticarəti asanlaşdırmaqla iqtisadi artımın təşviq edilməsində gömrüyün əhəmiyyətini qəbul edərək,
Tərəflərin məlumatların mübadiləsi ilə bağlı səylərinin malların, xidmətlərin, kapitalın və insan resurslarının ikitərəfli axınının təşviqinə dəstək olduğunu qeyd edərək,
aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Ümumi müddəalar
1) Tərəflər Gömrük Məsələləri üzrə Üçtərəfli Komitə (bundan sonra “Komitə” adlandırılacaqdır) yaradırlar.
2) Tərəflər arasında bütün müvafiq sahələr üzrə əməkdaşlığın inkişafı Komitə və onun işçi qrupları çərçivəsində həyata keçirilir.
Maddə 2
Komitənin funksiyaları
1) Komitə Tərəflər arasında gömrük məsələləri üzrə əməkdaşlığı əlaqələndirir, təşviq və inkişaf etdirir, eləcə də əsas əməkdaşlıq sahələrini və istiqamətlərini müəyyən edir.
2) Komitə Tərəflər arasında aşağıdakı sahələr üzrə əməkdaşlığı əlaqələndirir:
a) Tərəflər arasında gömrük məsələləri üzrə əməkdaşlığın gücləndirilməsi yollarını və imkanlarını araşdırmaq;
b) sərhəd keçidlərini asanlaşdırmaq, sadələşdinnək və onların təhlükəsizliyini təmin etmək, o cümlədən səmərəli gömrük rəsmiləşdirmələrini təmin etmək məqsədilə birgə səylərlə əməkdaşlıq etmək;
c) gömrük siyasəti və prosedurları, icra funksiyaları, modernləşmə proqramları və təchizat zəncirinin təhlükəsizliyi ilə bağlı xxxxx və qabaqcıl təcrübələri bölüşmək;
d) daşınan mallar haqqında məlumatların dəqiqliyini təmin etmək məqsədilə gömrük prosedurlarında və gömrük yoxlamalarında istifadə olunan texnologiyaların inkişaf etdirilməsi və təkmilləşdirilməsi;
e) məlumatların mübadiləsi yolu ilə gömrük nəzarətinin səmərəliliyinin artırılması və gömrük prosedurlarının asanlaşdırılması məqsədilə layihələr həyata keçirmək;
f) gömrük məsələlərində hüquq mühafizə üzrə əməkdaşlıq, qaçaqmalçılığa qarşı birgə operativ tədbirlər gönnək;
g) əqli mülkiyyət hüquqlarını qorumaq;
h) gömrük nəzarəti üçün risklərin idarə edilməsi sisteminin inkişafı sahəsində əməkdaşlıq və təcrübə mübadiləsi aparmaq;
i) gömrük məsələləri üzrə digər əməkdaşlıq sahələri.
Maddə 3
Komitənin strukturu
1) Tərəflər Komitədə öz üzvlərini müvafiq qaydaya uyğun təyin edir və hər hansı dəyişiklik barədə bir- birini məlumatlandırırlar.
2) Hər bir Tərəfin Gömrük Administrasiyalarının rəhbərləri Komitənin həmsədrləri olur.
3) Gömrük Administrasiyalarının aidiyyəti struktur bölmələrinin rəhbərləri müvafiq olaraq Komitənin işçi qruplarının rəhbərləri olurlar.
4) Tərəflər İşçi Qrupda hər hansı dəyişiklik barədə bir-birinə məlumat verirlər.
5) Komitə çərçivəsində yaradılmış işçi qruplar aşağıdakılardır:
a) gömrük işinin təkmilləşdirilməsi üzrə İşçi Qrup;
b) beynəlxalq əməkdaşlıq və təlim üzrə İşçi Qrup;
c) məlumat mübadiləsi üzrə İşçi Qrup;
d) gömrük hüquq mühafizə məsələlərində əməkdaşlıq üzrə İşçi Qrup;
e) risklərin idarə edilməsi və statistika üzrə İşçi Qrup.
4) Digər sahələr üzrə əməkdaşlığa zərurət yarandığı təqdirdə, əməkdaşlığın inkişafı üçün əlavə olaraq digər işçi qruplar da yaradıla bilər.
5) İşçi qruplar bu Protokolu və Komitənin iclaslarında qəbul edilən qərarları rəhbər tutur və işçi qruplar öz fəaliyyətlərinin nəticələri barədə müntəzəm olaraq Komitəyə hesabat verirlər.
Maddə 4
Komitənin iclasları
1) Komitənin iclasları növbə ilə, ildə bir dəfə keçirilir.
2) İclasın vaxtı və gündəliyə daxil xxxx məsələlər Tərəflər arasında iclasdan ən az bir ay əvvəl razılaşdırılır. Digər məsələlər Komitənin həmsədrləri tərəfindən təklif edilə və müzakirələr zamanı qaldırıla bilər.
3) Zərurət olduqda, hər bir Tərəf Komitə çərçivəsində müzakirə ediləcək məsələlərlə əlaqədar digər dövlət qurumlarının nümayəndələrini və ekspertlərini Tərəflərin qarşılıqlı razılığı əsasında iclaslarda iştirak etmək üçün dəvət edə bilər.
4) Tərəflərin nümayəndələri Komitənin mütəmadi iclasları arasında təcili məsələlər üzrə məsləhətləşmələr keçirə, müzakirə edilən məsələ üzrə birgə qərarlar qəbul edə və onu Komitənin ən yaxın zamanda keçiriləcək iclasının Protokoluna daxil edə bilərlər.
5) Komitənin iclaslarında qəbul edilən hər bir qərar qeydə alınır və Komitənin iclaslarının sonunda Komitə həmsədrləri tərəfindən imzalanır. Komitənin iclaslarının hesabatları üç nüsxədə ingilis dilində olur.
Maddə 5
Komitənin maliyyə xərcləri
1) Komitənin iclaslarının hazırlığı və həyata keçirilməsi ilə bağlı xərclər ev sahibliyi edən Tərəf tərəfindən qarşılanır. Komitə iclaslarının iştirakçılarının səfər xərcləri Tərəflərin özləri tərəfindən qarşılanır.
2) Hər bir Tərəf Komitədəki üzvlərinin fəaliyyətləri ilə bağlı bütün zəruri xərcləri qarşılayır.
Maddə 6
Digər sazişlər
Bu Protokolun müddəaları Tərəflərin qoşulduqları digər beynəlxalq sazişlərdən irəli gələn hüquqlarına və öhdəliklərinə təsir etmir.
Maddə 7
Fikir ayrılıqlarının həlli
Bu Protokolun şərhindən və ya tətbiqindən yarana biləcək hər hansı fikir ayrılığı Tərəflər arasında danışıqlar və məsləhətləşmələr vasitəsilə həll edilir.
Maddə 8
Əlavə və dəyişikliklər
Tərəflərin qarşılıqlı yazılı razılığı əsasında bu Protokola hər hansı əlavə və dəyişikliklər edilə bilər. Belə əlavə və dəyişikliklər bu Protokolun ayrılmaz tərkib hissəsi olan ayrıca protokollar formasında edilir və bu Protokolun 9-cu maddəsinin müddəalarına uyğun olaraq qüvvəyə minir.
Maddə 9
Qüvvəyəminmə, müddət və ləğvetmə
1) Tərəflər bu Protokolun qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili hüquqi prosedurların tamamlanması barədə depozitariyə diplomatik kanallar vasitəsilə yazılı məlumat verirlər. Bu Protokol depozitarinin bütün Tərəflərin bu Protokolun qüvvəyə minməsi üçün tələb olunan dövlətdaxili hüquqi prosedurları bitirməsi barədə digər Tərəflərə məlumat verdiyi tarixdən sonrakı otuzuncu gün qüvvəyə minir.
2) Bu Protokol qeyri-müəyyən müddətə bağlanılır və Tərəflərdən hər xxxxx xxxx diplomatik kanallar vasitəsilə bu Protokolu ləğv etmək niyyəti barədə yazılı bildiriş göndərməklə onu ləğv edə bilər. Belə halda, bu Protokol bu cür bildirişin alındığı tarixdən üç ay sonra ləğv edilir. Bu Protokolun ləğv edilməsi artıq icra edilməkdə xxxx fəaliyyətlərə təsir göstərmir.
3) Türkiyə Respublikası Hökuməti bu Protokolun depozitarisidir. Depozitari bütün Tərəfləri bu Protokolun təsdiq edilmiş nüsxəsi ilə təmin edir.
İzmir şəhərində 2021-ci il 8 oktyabr tarixində, üç orijinal nüsxədə hər biri Azərbaycan, gürcü, türk və ingilis dillərində imzalanmışdır, bütün mətnlər bərabər autentikdir. Bu Protokolun təfsirində fikir ayrılığı yarandığı təqdirdə, ingilis dilindəki mətnə üstünlük verilir.
Azərbaycan Respublikası Hökuməti adından Xxxxx XXXXXXXX, Dövlət Gömrük Komitəsinin sədri | Gürcüstan Hökuməti adından Xxxxx XXXXXX, Gəlirlər Xidmətinin Baş direktoru | Türkiyə Respublikası Hökuməti adından Xxxx Xxxx XXXXXXX, Ticarət Nazirliyi nazir müavini |
“Azərbaycan Respublikası Hökuməti, Türkiyə Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında Gömrük Məsələləri üzrə Üçtərəfli Komitənin yaradılması haqqında Protokol”u imzalamaq səlahiyyətinin verilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan Respublikası Konstitusiyasının 1101-ci maddəsini rəhbər tutaraq qərara alıram:
1. “Azərbaycan Respublikası Hökuməti, Türkiyə Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında Gömrük Məsələləri üzrə Üçtərəfli Komitənin yaradılması haqqında Protokol”u Azərbaycan Respublikası Hökuməti adından imzalamaq səlahiyyəti Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Xxxxx Xxxxxx xxxx Xxxxxxxxx verilsin.
2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsində qeyd olunan Protokolu Azərbaycan Respublikası Hökuməti adından imzalamaq səlahiyyətinin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Xxxxx Xxxxxx xxxx Xxxxxxxxx verildiyi barədə Türkiyə Respublikası Hökumətinə və Gürcüstan Hökumətinə bildiriş göndərsin.
3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Bakı şəhəri, 8 oktyabr 2021-ci il
№ 2950
Xxxxx XXXXXX, Azərbaycan Respublikasının Prezidenti
Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında sərhəd nümayəndələrinin/sərhəd komissarlarının fəaliyyəti haqqında Sazişi və həmin Sazişin 1 nömrəli əlavəsi xxxx Sərhəd
nümayəndələrinin fəaliyyət sahələri haqqında Protokolu imzalamaq səlahiyyətinin verilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan Respublikası Konstitusiyasının 1101-ci maddəsini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında sərhəd nümayəndələrinin/sərhəd komissarlarının fəaliyyəti haqqında Sazişi və həmin Sazişin 1 nömrəli əlavəsi xxxx Sərhəd nümayəndələrinin fəaliyyət sahələri haqqında Protokolu Azərbaycan Respublikası Hökuməti adından imzalamaq səlahiyyəti Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi Xxxxx Xxxxx xxxx Xxxxxxxx verilsin.
2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən Sazişi və Protokolu Azərbaycan Respublikası Hökuməti adından imzalamaq səlahiyyətinin Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi Xxxxx Xxxxx xxxx Xxxxxxxx verildiyi barədə Gürcüstan Hökumətinə bildiriş göndərsin.
3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Xxxxx XXXXXX, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 11 iyun 2018-ci il
№ 197
2011-ci il mayın 18-də Bakı şəhərində imzalanmış “Bakı-Tbilisi-Qars” yeni dəmir yolu xətti layihəsinin həyata keçirilməsi çərçivəsində Marabda - Türkiyə Respublikası sərhədinə qədər (Kartsaxi) dəmir yolu sahəsinin maliyyələşdirilməsi, layihələndirilməsi, inşası, reabilitasiya-rekonstruksiyası və istismarının prinsip və şərtləri haqqında Azərbaycan Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında Saziş”ə əlavə və dəyişikliklər barədə Protokol”un təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. 2011-ci il mayın 18-də Bakı şəhərində imzalanmış “Bakı-Tbilisi-Qars” yeni dəmir yolu xətti layihəsinin həyata keçirilməsi çərçivəsində Marabda-Türkiyə Respublikası sərhədinə qədər (Kartsaxi) dəmir yolu sahəsinin maliyyələşdirilməsi, layihələndirilməsi, inşası, reabilitasiya-rekonstruksiyası və istismarının prinsip və şərtləri haqqında Azərbaycan Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında Saziş”ə əlavə və dəyişikliklər barədə Protokol” təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmanın 1-ci hissəsində göstərilən Protokolun müddəalarının həyata keçirilməsi üçün lazımi tədbirlər görsün.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmin Protokolun qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Gürcüstan Hökumətini xəbərdar etsin.
Xxxxx XXXXXX, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 may 2011-ci il
№ 433
“Bakı-Tbilisi-Qars” yeni dəmir yolu xətti layihəsinin həyata keçirilməsi çərçivəsində Marabda - Türkiyə Respublikası sərhədinə qədər (Kartsaxi) dəmir yolu sahəsinin maliyyələşdirilməsi, layihələndirilməsi, inşası, reabilitasiya-rekonstruksiyası və istismarının prinsip və şərtləri haqqında Azərbaycan
Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında Saziş”ə əlavə və dəyişikliklər barədə PROTOKOL
Bundan sonra “Tərəflər” adlandırılacaq Azərbaycan Respublikası Hökuməti və Gürcüstan Hökuməti,
bu Protokol və “Bakı-Tbilisi-Qars” yeni dəmir yolu xətti layihəsinin həyata keçirilməsi çərçivəsində Marabda - Türkiyə Respublikası sərhədinə qədər (Kartsaxi) dəmir yolu sahəsinin maliyyələşdirilməsi, layihələndirilməsi, inşası, reabilitasiya-rekonstruksiyası və istismarının prinsip və şərtləri haqqında Azərbaycan Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında Saziş”ə (bundan sonra – “Saziş”) uyğun olaraq, “Marabda-Kartsaxi Dəmir Yolu” MMC-yə ayrılan kredit məbləğinin artırılması məqsədi ilə bu Sazişə aşağıdakı əlavə və dəyişikliklər edilməsi barədə razılığa gəldilər:
Sazişə uyğun olaraq ayrılan kredit xətti 2 tranşdan, Tranş A və Tranş B-dən ibarətdir. Tranş A əsasında ayrılan kreditin həcmi 200 (iki yüz) milyon ABŞ dolları (07 fevral 2007-ci il tarixli Sazişə əsasən), Tranş B üzrə kreditin həcmi 575 (beş yüz yetmiş beş) milyon ABŞ dollarıdır.
Maddə 1
Sazişin 1-ci Maddəsi aşağıdakı redaksiyada oxunsun:
“Bu Sazişin predmeti, “Bakı-Tbilisi-Qars yeni dəmir yolu bağlantısı” layihəsinin (bundan sonra – “Layihə”) həyata keçirilməsi çərçivəsində Marabda-Axalkalaki sahəsinin inşasını, reabilitasiya-rekonstruksiyasını, Axalkalakidən Türkiyə Respublikası sərhədinə qədər xxxx sahənin, həmçinin müvafiq infrastruktur obyektlərinin tikintisini nəzərdə tutan, Marabda-Türkiyə Respublikasının sərhədinə qədər xxxx dəmir yolu sahəsinin (bundan sonra – “Sahə”) maliyyələşdirilməsi, layihələndirilməsi, tikintisi, reabilitasiya-rekonstruksiyası, həmçinin istismarının prinsip və şərtlərindən ibarətdir.”
Maddə 2
Sazişin 3-cü Maddəsinin ikinci abzası aşağıdakı redaksiyada oxunsun: “- Layihənin başa çatmasına və kreditin tam ödənilməsinə qədər qismən və ya tam özəlləşdirilməyəcək və ya ləğv olunmayacaq “Marabda- Kartsaxi Dəmir Yolu” MMC-yə (bundan sonra – “Borcalan”) Layihənin həyata keçirilməsi üzrə səlahiyyətlərin verilməsi (“Marabda-Kartsaxi Dəmir Yolu”) MMC-nin 100%-lik sahibi Gürcüstan dövlətidir);”
Maddə 3
Sazişin 3-cü Maddəsinin üçüncü abzası aşağıdakı redaksiyada oxunsun:
“- Sahədə müvafiq infrastrukturların, kommunikasiyaların və dəmir yolu xəttinin inşası məqsədi ilə bütün lazımi torpaq sahələri üzrə mülkiyyət hüququnun Borcalana ötürülməsini.”
Maddə 4
Sazişin 3-cü Maddəsinin səkkizinci abzasından sonra aşağıdakı məzmunda yeni abzas əlavə edilsin:
“- Sahənin dəmir yolu infrastrukturunun fasiləsiz istismarının təmin edilməsi üçün hər cür icazələrin, razılıqların, lisenziyaların verilməsi və şəraitin yaradılmasını.”
Maddə 5
Sazişin 5-ci Maddəsinin birinci abzası aşağıdakı redaksiyada oxunsun: “Sahənin layihələndirilmə, inşa, reabilitasiya-rekonstruksiya işlərinin, həmçinin müvafiq infrastruktur obyektlərinin tikintisinin maliyyələşdirilməsi Azərbaycan tərəfindən Agent-Bank vasitəsilə ümumi məbləği 775 milyon ABŞ dolları təşkil edən kredit xətti hesabına həyata keçiriləcəkdir. Kredit xətti iki tranşdan ibarətdir (Tranş A və Tranş B). Tranş A
- illik dərəcəsi 1% olmaqla, uzadılma imkanı ilə 25 il müddətinə 200 (iki yüz) milyon ABŞ dolları həcmində, Tranş B - illik dərəcəsi 5% olmaqla, uzadılma imkanı ilə 25 il müddətinə 575 (beş yüz yetmiş beş) milyon ABŞ dolları həcmindədir”.
Maddə 6
Sazişin 5-ci Maddəsinin sonuncu abzası aşağıdakı redaksiyada oxunsun:
“Borcalan Sahənin layihəsinin hazırlanmasına, inşasına, reabilitasiya və rekonstruksiyasına görə məsuliyyət daşıyır.
Sahənin inşası başa çatdıqdan və istismara verildikdən sonra, Sahənin bütün dəmiryol infrastrukturunun istismarı və idarə edilməsi “Azərbaycan Dəmir Yolları” QSC və “Gürcüstan Dəmir Yolu” MMC tərəfindən bərabər payla (yəni nizamnamə kapitalındakı paylar təsisçilər arasında bərabər bölünəcək) Gürcüstanın qanunvericiliyinə uyğun təsis ediləcək hüquqi şəxsə - Birgə Müəssisəyə (bundan sonra – “BM”) veriləcəkdir. Tərəflərin ilkin razılığı olmadan Sahənin dəmir yol infrastrukturunun istismar hüququ üçüncü şəxsə verilə bilməz. BM A və B tranşları üzrə kreditlər tam ödənilənə qədər fəaliyyət göstərəcəkdir. Tərəflər Sahənin müəyyənləşdirilmiş qaydada istismara verilməsindən 3 (üç) ay əvvəl BM-ni təsis etməyə razılaşdılar.
“Marabda-Kartsaxi Dəmir Yolu” MMC Sahənin dəmir yolu infrastrukturunun istismar hüququnun və pul vəsaitlərinin qaytarılması üzrə bütün kredit öhdəliklərinin ötürülməsi ilə xxxxx XX ilə kreditin tam ödənilməsi müddətinə müqavilə bağlamalıdır.
Sahənin dəmir yolu infrastrukturunun istismarı və idarə edilməsindən əldə olunan bütün vəsaitlər Sahənin dəmir yolu infrastrukturunun istismarı və idarə edilməsini həyata keçirən BM-in hesabına daxil olmalıdır. Xərclər (əsaslı xərclər, xxxx və əməliyyat xərcləri daxil olmaqla) çıxıldıqdan sonra Sahənin dəmir yolu infrastrukturunun istismarı və idarə edilməsindən əldə olunan bütün sərbəst vəsaitlər Tranş A və Tranş B üzrə kreditin tam ödənilməsinə qədər Azərbaycan tərəfindən tövsiyə edilən hesablara köçürülməlidir.”
Maddə 7
Sazişin 6-cı Maddəsinin ikinci abzası aşağıdakı redaksiyada oxunsun: “Büdcənin təsdiq edilməsi yolu ilə kredit resurslarından istifadəyə nəzarət və kredit tam ödənilənədək ona əməl olunması Koordinasiya Şurasının müstəsna səlahiyyətindədir. Əvvəlki ilin 1 dekabr tarixinə kimi büdcənin təsdiq edilmədiyi təqdirdə, Borcalan Koordinasiya Şurasının həmsədrlərini əvvəlcədən məlumatlandırmaqla vəsaitlərin səmərəli istifadəsini və xərclənməsini davam etdirmək hüququna malikdir”.
Maddə 8
Bu Protokol vasitəsilə edilmiş əlavə və dəyişikliklər nəzərə alınmaqla, Sazişin müddəaları öz hüquqi qüvvəsini saxlayır. Saziş və bu Protokol vahid sənəd kimi oxunmalı və şərh edilməlidir.
Maddə 9
Bu Protokol Sazişin 11-ci Maddəsinə uyğun olaraq qüvvəyə minir.
Bu Protokol 18 may 2011-ci il tarixində Bakı şəhərində, hər biri Azərbaycan, gürcü və rus dillərində olmaqla, iki nüsxədə imzalanmışdır. Mübahisələr yarandığı təqdirdə rus dilində xxxx mətndən istifadə ediləcəkdir.
Azərbaycan Respublikası | Gürcüstan |
Hökuməti adından | Hökuməti adından |
(imza) | (imza) |
2007-ci il fevralın 7-də Tbilisi şəhərində imzalanmış “Bakı-Tbilisi-Qars” yeni dəmir yolu xətti layihəsinin həyata keçirilməsi çərçivəsində Marabda-Türkiyə Respublikası sərhədinə qədər (Kartsaxi) dəmir yolu sahəsinin maliyyələşdirilməsi, layihələndirilməsi, inşası, reablitasiya-rekonstruksiyası və istismarının prinsip və şərtləri haqqında Azərbaycan Respublikası Hökuməti və Gürcüstan Hökuməti
arasında Saziş”ə dəyişikliklər və əlavələr edilməsi barədə ProtokoI”u imzalamaq səlahiyyətinin verilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. 2007-ci il fevralın 7-də Tbilisi şəhərində imzalanmış “Bakı-Tbilisi-Qars” yeni dəmir yolu xətti layihəsinin həyata keçirilməsi çərçivəsində Marabda-Türkiyə Respublikası sərhədinə qədər (Kartsaxi) dəmir yolu sahəsinin maliyyələşdirilməsi, layihələndirilməsi, inşası, reablitasiya-rekonstruksiyası və istismarının prinsip və şərtləri haqqında Azərbaycan Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında Saziş”ə dəyişikliklər və əlavələr edilməsi barədə Protokol”u Azərbaycan Respublikası Hökuməti adından imzalamaq səlahiyyəti Azərbaycan Respublikasının nəqliyyat xxxxxx Xxxx Xxxxxxx xxxx Xxxxxxxxx verilsin.
2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Sərəncamın 1-ci hissəsində göstərilən Protokolu Azərbaycan Respublikası Hökuməti adından imzalamaq səlahiyyətinin Azərbaycan Respublikasının nəqliyyat xxxxxx Xxxx Xxxxxxx xxxx Xxxxxxxxx verilməsi barədə Gürcüstan Hökumətinə müvafiq bildiriş göndərsin.
Xxxxx XXXXXX, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 may 2011-ci il
№ 1511
«Azərbaycan Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında azad ticarət haqqında 1996-cı il tarixli Sazişə dəyişiklik edilməsi haqqında Protokol»u Azərbaycan Respublikası Hökuməti adından imzalamaq səlahiyyətinin verilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
1. «Azərbaycan Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında azad ticarət haqqında 1996-cı il tarixli Sazişə dəyişiklik edilməsi haqqında Protokol»u Azərbaycan Respublikası Hökuməti adından imzalamaq səlahiyyəti Azərbaycan Respublikasının iqtisadi inkişaf xxxxxx Xxxxx Xxxxxxx xxxx Xxxxxxxxxxx verilsin.
2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Protokolu Azərbaycan Respublikası Hökuməti adından imzalamaq səlahiyyətinin Azərbaycan Respublikasının iqtisadi inkişaf xxxxxx Xxxxx Xxxxxxx xxxx Xxxxxxxxxxx verilməsi barədə Gürcüstan Hökumətinə müvafiq bildiriş göndərsin.
Bakı şəhəri, 21 may 2009-cu il
№ 287
Azərbaycan Respublikasının Prezidenti
Xxxxx XXXXXX
«Azərbaycan Respublikası Hökuməti və Gürcüstan Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Sazişə dəyişikliklər edilməsi haqqında Protokol»u Azərbaycan Respublikası Hökuməti adından imzalamaq səlahiyyətinin verilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
1. «Azərbaycan Respublikası Hökuməti və Gürcüstan Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Sazişə dəyişikliklər edilməsi haqqında Protokol»u Azərbaycan Respublikası Hökuməti adından imzalamaq səlahiyyəti «Azərbaycan Hava Yolları» Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Xxxxxxxx Xxxxx xxxx Xxxxxxxx verilsin.
2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Protokolu Azərbaycan Respublikası Hökuməti adından imzalamaq səlahiyyətinin «Azərbaycan Hava Yolları» Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Xxxxxxxx Xxxxx xxxx Xxxxxxxx verilməsi barədə Gürcüstan Hökumətinə müvafiq bildiriş göndərsin.
Bakı şəhəri, 21 may 2009-cu il
№ 289
Azərbaycan Respublikasının Prezidenti
Xxxxx XXXXXX
"Azərbaycan Respublikası ilə Gürcüstan arasında Azərbaycan Respublikasının Ümumdünya Ticarət Təşkilatına üzv olması üzrə ikitərəfli protokol"u imzalamaq səlahiyyətinin verilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
1. "Azərbaycan Respublikası ilə Gürcüstan arasında Azərbaycan Respublikasının Ümumdünya Ticarət Təşkilatına üzv olması üzrə ikitərəfli protokol"u imzalamaq səlahiyyəti Azərbaycan Respublikasının iqtisadi inkişaf xxxxxx Xxxxx Xxxxxxx xxxx Xxxxxxxxxxx verilsin. [1]
2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən sənədi imzalamaq səlahiyyətinin Azərbaycan Respublikasının iqtisadi inkişaf xxxxxx Xxxxx Xxxxxxx xxxx Xxxxxxxxxxx verilməsi barədə Gürcüstan Hökumətinə müvafiq bildiriş göndərsin.
Xxxxx XXXXXX, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 iyun 2008-ci il
№2906
SƏRƏNCAMA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
1. 3 aprel 2009-cu il tarixli 216 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 04, maddə 233)
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
[1] 3 aprel 2009-cu il tarixli 216 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 04, maddə 233) ilə 1-ci və 2-ci bəndlərində «Azərbaycan Respublikasının iqtisadi inkişaf xxxxxx Xxxxxx Xxxxx xxxx Xxxxxxxx» sözləri «Azərbaycan Respublikasının iqtisadi inkişaf xxxxxx Xxxxx Xxxxxxx xxxx Xxxxxxxxxxx» sözləri ilə əvəz edilmişdir.
2005-ci il iyulun 18-də Gəncə şəhərində imzalanmış "İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Gürcüstan hökumətlərarası komissiyanın ikinci iclasının Protokolu"nun təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
1. 2005-ci il iyulun 18-də Gəncə şəhərində imzalanmış "İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Gürcüstan Hökumətlərarası Komissiyanın ikinci iclasının Protokolu" təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bu sərəncamın 1-ci bəndində göstərilən Protokolun həyata keçirilməsini təmin etsin.
Xxxxx XXXXXX, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 dekabr 2005-ci il
№ 1214
İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Gürcüstan Hökumətlərarası Komissiyasının ikinci iclasının PROTOKOLU
Gəncə şəhəri 18 iyul 2005-ci il
Sədrlik edirdi: X. Xxxxxxx
Azərbaycan Respublikası Baş nazirinin birinci müavini, Komissiyanın Azərbaycan hissəsinin sədri
Həmsədrlik edirdi: Z. Noqaideli
Gürcüstanın Baş xxxxxx, Komissiyanın Gürcüstan hissəsinin sədri
İclasda iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Gürcüstan Hökumətlərarası Komissiyasının (bundan sonra – Komissiya) Azərbaycan və Gürcüstan hissələrinin üzvləri, Azərbaycan Respublikasının və Gürcüstanın nazirlik, idarə və təşkilatlarının dəvət olunmuş məsul işçiləri iştirak etmişlər.
Komissiyanın iclasında baxılmış məsələlərə müvafiq olaraq Tərəflər aşağıdakılar barədə razılığa gəldilər:
1. Komissiyanın 11 iyun 2004-cü il tarixli birinci iclasının qərarlarının yerinə yetirilməsi haqqında
Komissiya 11 iyun 2004-cü il tarixli iclas Protokolunun yerinə yetirilməsi barədə Tərəflərin məlumatlarını dinlədikdən sonra onun qərarlarının əsas hissəsinin icra edildiyini, bir hissəsinin isə icranın müxtəlif mərhələlərində olduğunu qeyd etmişdir.
Ötən dövr ərzində ikitərəfli iqtisadi əməkdaşlığın və bu sahədə mövcud problemlərin həlli üzrə Tərəflər müəyyən işlər görmüşlər. İmzalanmış sazişlərə uyğun olaraq konkret layihələr həyata keçirilmiş, iqtisadi sahədə əməkdaşlığın möhkəmləndirilməsi prosesi davam etmişdir.
Bununla bərabər, Komissiya qeyd etdi ki, Tərəflər iqtisadiyyatın bir sıra sahələrinin, regionlararası əməkdaşlığın potensiallarından tam istifadə etmir, istehsal imkanları lazımi səviyyədə işlədilmir.
Komissiya qərara aldı:
Öz əksini bu Protokolda tapmış ayrı-ayrı bəndlər istisna olmaqla, Komissiyanın birinci iclasının müddəalarının əsasən yerinə yetirildiyini qeyd edərək, görülən işlər haqqında məlumat nəzərə alınsın.
2. Ticarət-iqtisadi əməkdaşlığın vəziyyəti və perspektiv istiqamətləri haqqında
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, Azərbaycan Respublikası ilə Gürcüstan arasında xarici ticarət dövriyyəsi 203,4 mln. ABŞ dolları təşkil etmişdir ki, bu da 2003-cü ilin
səviyyəsinə nisbətən 1,7 dəfə çoxdur. 2005-ci ilin yanvar-may aylarında ticarət dövriyyəsinin həcmi 84,2 mln. dollar (ixrac - 69,2 mln. dollar, idxal - 15,0 mln. dollar) təşkil etmişdir, bu isə 2004-cü ilin müvafiq dövrünə nisbətən 1,6 dəfə çoxdur. Azərbaycandan dizel yanacağı, kerosin, kimya və neft kimyası məhsulları, sürtkü yağları, Gürcüstandan isə meyvə şirələri, mineral sular, duz, tikinti materialları, kimya məhsulları, şüşə qablar tədarük edilmişdir.
2004-cü ildə Bakı-Supsa neft kəməri ilə 6,4 mln. ton neft daşınmışdır.
İldə 50 mln. ton neft gücündə xxxx Xxxx-Tbilisi-Ceyhan ixrac neft kəmərinin tikintisi başa çatdıqdan sonra Gürcüstan ərazisindən neftin nəqli artacaq.
2006-cı ildə istifadəyə verilməsi nəzərdə tutulan Bakı-Tbilisi-Ərzurum yeni qaz kəmərinin (buraxılış qabiliyyəti - ildə 20 mlrd. kubmetr) işə salınması böyük əhəmiyyət kəsb edir.
Azərbaycan Gürcüstana neft məhsullarının əsas tədarükçülərindəndir.
Keçən il 115 mln. dollar dəyərində 400 min xxxx xxxxx xxxx məhsulları (benzin, dizel yanacağı, kerosin, mazut) göndərilmişdir. Gürcüstanın Poti və Batumi limanlarından Azərbaycanın neft məhsullarının ixracı həyata keçirilir (2004-cü ildə 1,5 mln. xxxxxx xxx).
Kimya sənayesi sahəsində əməkdaşlıq genişlənməkdədir. 2004-cü ildə Azərbaycan Respublikasının müəssisələri tərəfindən Avropaya ixrac üçün Poti limanından 80 min ton müxtəlif kimya məhsulları ötürülmüşdür, bu da 2003-cü ilin müvafiq dövrünə nisbətən 1,3 dəfə çoxdur. Bundan başqa, Gürcüstana 4,0 mln. ABŞ dolları dəyərində 20 min xxxxxx artıq kimya məhsulları göndərilmişdir.
Xxxxx bu gün ticarət-iqtisadi, istehsal əlaqələrinin vəziyyəti hələ də Tərəflərin potensial imkanlarını əks etdirmir. Həmçinin nəqliyyat kommunikasiyaların səviyyəsi qoyulmuş tələblərə cavab vermir.
İki ölkənin təsərrüfat subyektləri arasında birbaşa əlaqələrin qurulması üçün əlverişli şəraitin yaradılması, həmçinin sahibkarlar arasında ikitərəfli əməkdaşlığın gələcəkdə də genişləndirilməsi zəruriliyi Azərbaycan Respublikası ilə Gürcüstan arasında iqtisadi əməkdaşlığın mühüm istiqamətlərindən biridir.
Azərbaycan Respublikasında Gürcüstan kapitalının iştirakı ilə 55 müəssisə və təşkilat qeydiyyatdan keçmişdir. Onlardan 29-u birgə müəssisə, 6-sı 100% Gürcüstan kapitalı ilə, həmçinin 20-si nümayəndəlik və filiallardır.
Gürcüstanda Azərbaycan kapitalının iştirakı ilə 82 müəssisə və təşkilat qeydiyyatdan keçmişdir. Onlardan 59-u birgə müəssisə, 16-sı 100% Azərbaycan kapitalı ilə, həmçinin 7-si nümayəndəlik və filiallardır.
Komissiya qərara aldı:
2.1. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi və Gürcüstanın İqtisadi İnkişaf Nazirliyi maraqlı nazirlik və idarələrlə birgə:
- Tərəflər keçirilən yarmarka, sərgi, seminar, aktual layihələr, proqramların və digər tədbirlərin siyahılarını üç ay ərzində mübadilə etsinlər;
- Azərbaycan tərəfi bir ay müddətində Batumi və Poti limanlarının inkişafına dair investisiya layihələri üzrə təkliflərini təqdim etsin, Gürcüstan tərəfi isə baxsın;
- Daşkəsən Dağ-Mədən Kombinatı - Rustavi Metallurgiya Kombinatı - Sumqayıt “Azərboru” ASC arasında istehsal dövrünün qarşılıqlı faydalı şərtlərlə yenidən bərpası mexanizminin işlənib hazırlanması üzrə işləri davam etdirsinlər;
- kimya məhsullarının emalı üzrə birgə müəssisələrin təsis edilməsi məsələlərini işləsinlər.
2.2. 23 iyul 2005-ci ildə Bakı şəhərində əldə olunmuş razılıqları nəzərə alaraq, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Gürcüstanın Maliyyə Nazirliyi Azərbaycan Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında Gürcüstanın Azərbaycan qarşısında borcunun restrukturizasiyası haqqında Sazişin imzalanmaq üçün hazırlanmasını sürətləndirsinlər.
2.3. Bu Protokolun imzalandığı gündən sonra Gürcüstan tərəfi “Azərenerji” ASC-yə 10 ay ərzində iki ölkənin enerji sistemləri arasında saldo axınların cəmlənmiş fərqinə bərabər miqdarda (32,3 mln. kVt.s) elektrik enerjisini ötürür. Bundan sonra, “Azərenerji” ASC müvafiq sənədləri, üzləşdirmə aktlarını, elektrik enerjisinin tədarükü və mübadiləsi üzrə müqaviləni Gürcüstan tərəfinə təqdim edəcək. Onların əsasında Gürcüstan tərəfi verilmiş elektrik enerjisini “Azərenerji” ASC-yə xxxx borcun ödənilməsi hesabına siləcək.
2.4. Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi, Gürcüstanın Energetika Nazirliyi, “Azərenerji” ASC və “Gürcüstanın Dövlət Enerji Sistemi” MMC iki ölkənin enerji sistemlərinin paralel rejimdə işləməsi haqqında Müqavilənin 1 sentyabr 2005-ci ilə kimi imzalanması üçün qısa müddətdə iki ölkənin enerji sistemlərinin paralel rejimə qoşulması imkanlarını öyrənsinlər və konkret təklifləri Tərəflərin hökumətlərinə təqdim etsinlər, həmçinin aşağıdakı məsələlər barədə təkliflər hazırlasınlar:
- xxxxx və pik saatları nəzərə alınmaqla, Tərəflərin enerji sistemləri arasında qış və yay vaxtı elektrik enerjisinin mübadiləsi;
- Azərbaycan və Gürcüstanın enerji sistemləri arasında 500 kv-luq xəttin bərpa olunması imkanları;
- həm Gürcüstan, həm də Azərbaycan ərazisində qarşılıqlı faydalı birgə enerji layihələrinin siyahısının hazırlanması.
2.5. Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi, Gürcüstanın Energetika Nazirliyi, “Azərenerji” ASC və “Gürcüstanın Dövlət Enerji Sistemi” MMC bu Protokolun imzalandığı gündən sonra 2 ay ərzində müvafiq olaraq Gürcüstanın və Azərbaycanın enerji sistemlərindən elektrik enerjisinin tranzit tariflərini hazırlasınlar və təqdim etsinlər.
2.6. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi yanında Meliorasiya və Su Təsərrüfatı Agentliyi və Gürcüstanın Ətraf Mühitin və Təbii Ehtiyatların Mühafizəsi Nazirliyi:
- Azərbaycan Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında transsərhəd su ehtiyatlarının birgə istifadəsi və mühafizəsi haqqında Saziş layihəsinin razılaşdırılması üzrə işləri davam etdirsinlər;
- hər iki ölkədə ətraf mühitin mühafizəsi sahəsində əldə olunmuş nailiyyətlərlə xxxxx olmaq məqsədilə birgə konfranslar, seminarlar, sərgilər keçirsinlər və bu sahədə xxxx tədqiqatlar haqqında məlumatları mübadilə etsinlər.
2.7. Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi və Gürcüstanın Energetika Nazirliyi gələcəkdə əlavə qazın nəqlinin tədarükü ilə bağlı danışıqlar prosesini davam etdirsinlər, həmçinin 2005-ci ilin avqust ayının sonuna kimi 2005-20/06-cı illərdə payız-qış müddətində Gürcüstana qaz tədarükü imkanlarını nəzərdən keçirsinlər.
2.8. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Gürcüstanın İqtisadi İnkişaf Nazirliyi, Gürcüstanın Maliyyə Nazirliyinin Gömrük Departamenti sərbəst ticarət rejiminin tətbiqi ilə bağlı məsələlərin müzakirəsi üzrə bir həftə müddətində işçi görüş keçirsinlər.
3. Nəqliyyat və rabitə sahəsində əməkdaşlıq
Həm nəqliyyat əlaqələrinin, həm də ümumiyyətlə ticarət-iqtisadi münasibətlərin gələcək inkişafına əlverişli zəmin yaratmış 8 sentyabr 1998- ci il tarixli “Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas çoxtərəfli Saziş”in yerinə yetirilməsi davam etdirilir.
Azərbaycan dəmir yolunun beynəlxalq xxx daşınmalarının əsas hissəsi (86%) Gürcüstan dəmir yolundan tranzitlə həyata keçirilir. 2004-cü ildə Gürcüstana və əks istiqamətdə 10,9 mln. ton xxx daşınmışdır.
Bakı-Tbilisi-Bakı marşrutu üzrə müntəzəm dəmir yol sərnişin daşımaları həyata keçirilir. Lokomotivlərin əsaslı təmiri üzrə əməkdaşlıq aparılır, təsərrüfat subyektləri arasında ehtiyat hissələrinin alınması üzrə müvafiq müqavilələr imzalanmışdır.
2004-cü ildə dəmir yolu idarələri arasında görüşlər keçirilmiş, tariflərin tənzimlənməsi, daşınma həcmlərinin artırılması, idxal və ixrac edilən məhsullara güzəştlərin tətbiq edilməsi məsələləri müzakirə edilmiş, müvafiq protokollar imzalanmışdır.
14 iyul 2005-ci ildə Bakı şəhərində Tərəflərin nəqliyyat idarələrinin iştirakı ilə tarif siyasəti və Qazaxıstan Respublikası-Azərbaycan Respublikası- Gürcüstan xətti üzrə konteyner qatarı əlaqəsinin təşkili məsələlərinin müzakirə edildiyi yüksək səviyyəli üçtərəfli görüş keçirilmişdir.
Azərbaycan şəhərləri - Bakı, Gəncə, Qax, Zaqatala, Mingəçevir, Balakən və Gürcüstan şəhərləri - Tbilisi, Marneuli, Bolnisi, Rustavi, Kabali arasında müntəzəm şəhərlərarası avtobus marşrutları fəaliyyət göstərir, Bakı- Tbilisi-Bakı və Tbilisi-Bakı-Tbilisi marşrutu üzrə uçuşlar həyata keçirilir.
Komissiya qərara aldı:
3.1. Tərəflər Qara və Aralıq dənizləri vasitəsilə Azərbaycan Respublikasının və Gürcüstanın ərazisindən tranzitlə açıq bazarlara nəql olunan yüklərin və enerji daşıyıcılarının sərbəst və maneəsiz daşınmalarını təmin etsinlər.
3.2. Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi və Gürcüstanın İqtisadi İnkişaf Nazirliyi:
- hər kvartal nəqliyyat infrastrukturunun vəziyyəti və inkişafı, həmçinin daşımaların həcmi haqqında məlumatları mübadilə etsinlər;
- Tərəflər “Qars-Axalkalaki-Tbilisi-Bakı” yeni birləşdirici dəmir yol xəttinin tikinti layihəsinin həyata keçirilməsinə, regional və beynəlxalq institutların, həmçinin onun irəliləməsinə və maliyyələşdirilməsinə maraqlı xxxx investorların cəlb edilməsi məsələsinin aktuallığına xüsusi diqqət yetirərək kömək göstərsinlər;
- alternativ nəqliyyat dəhlizlərindən əlavə tranzit xxx axınının cəlb edilməsi məqsədilə Tərəflər, 1998-ci il sentyabrın 8-də imzalanmış “Avropa- Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas
çoxtərəfli Saziş”in, 1996-cı il mayın 13-də Seraxs şəhərində imzalanmış “Azərbaycan Respublikası, Gürcüstan, Türkmənistan və Özbəkistan Respublikası arasında dəmir yolunun fəaliyyətinin əlaqələndirilməsi haqqında Saziş” və 2004-cü il iyunun 14-də Tbilisi şəhərində imzalanmış “Gürcüstan və Azərbaycan Respublikası arasında dəmir yolunun fəaliyyətinin əlaqələndirilməsi haqqında Saziş”in müddəalarının yerinə yetirilməsini təmin etsinlər:
- Gürcüstan-Azərbaycan Respublikası-Qazaxıstan Respublikası marşrutu üzrə intermodal, o cümlədən konteyner daşımalarının inkişafı məqsədilə 1 oktyabr 2005-ci ilə xxxx Xxxx-Xxxx-Aktau-Almatı və geriyə ilk nümayiş konteyner qatarının buraxılmasını təşkil etsinlər;
- Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi, Poti, Batumi, Bakı - beynəlxalq dəniz limanları, 1 sentyabr 2005-ci ilə kimi yuxarıda təklif olunan konteyner qatarına güzəştli tarif dərəcələrinin tətbiq edilməsi imkanlarını araşdırsınlar;
- tranzit xxx daşımalarının stimullaşdırılması və artırılması üçün əlverişli şəraitin yaradılması məqsədilə dəmir yol idarələri 1 avqust 2005-ci ildən etibarən Poti-Bakı-Aktau-Almatı və xxxx marşrutu üzrə işləyən konteynerlərlə daşınan tranzit xxx daşımalarında tarif dərəcələrinə 0,848 azaltma əmsalını tətbiq etsinlər və əlavə 50% güzəşt versinlər;
- TRACECA, GÜAM və QDİƏT-in iştirakçısı xxxx dövlətlər arasında nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsinə və möhkəmləndirilməsinə kömək göstərsinlər;
- 2005-ci ilin sonuna kimi aviasiya idarələri arasında əməkdaşlığın genişləndirilməsi məqsədilə məsləhətləşmələr keçirsinlər;
- Tərəflərin gömrük xidmətlərinin və maraqlı təşkilatların iştirakı ilə xxxx xxxx III-IV kvartallarında işçi görüşü keçirsinlər və Azərbaycan Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında 1993-cü il fevralın 3- də imzalanmış beynəlxalq avtomobil əlaqəsi haqqında Sazişin müddəalarının yerinə yetirilməsi ilə bağlı məsələlərə baxsınlar.
3.3. Tərəflər Batumi Dövlət Dəniz Akademiyasının və Akademiya yanında Tədris-Təlim Mərkəzinin, həmçinin Bakı Dəniz Akademiyasının potensialından istifadə edərək, dəniz mütəxəssislərinin hazırlanması və ixtisaslarının artırılması sahəsində əməkdaşlıq imkanlarını araşdırsınlar.
3.4. Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Gürcüstanın İqtisadi İnkişaf Nazirliyi sərhədyanı ərazilərdə televiziya və radio kanallarının yayımlanması üzrə razılaşdırılmış tədbirlər həyata keçirsinlər, proqramların yayımı zamanı maneələrin yarandığı təqdirdə onların aradan qaldırılması üzrə Tərəflər köməklik göstərsinlər, bu məqsədlə görüş keçirsinlər və sərhədyanı ərazilərdə televiziya və radio verilişlərinin yayımı məsələlərini araşdırsınlar. Zərurət yarandığı halda bu məsələ üzrə müvafiq saziş və ya protokol layihəsi hazırlasınlar.
3.5. Qazaxıstandan gələn və razılığa gələn Tərəflərin ərazisindən tranzitlə keçərək üçüncü ölkələrə Aktau- Bakı-Poti/Batumi marşrutu üzrə göndərilən yüklər üçün - xxxxx, kömür, kəsək kükürd - mövcud xxxxx tariflərindən 50% həcmində güzəştli dərəcələrin 1 avqust 2005-ci ilə kimi qəbul edilməsinə Tərəflərin dəmir yol idarələrinin hazır olduqları nəzərə alınsın.
4. Humanitar sahədə əməkdaşlıq haqqında
Tərəflər iki ölkənin xalqları arasında dostluq əlaqələrinin genişləndirilməsində, Azərbaycanın və Gürcüstanın həyatı, tarixi və mədəni irsi ilə tanışlıqda qarşılıqlı maraqlı olduqlarını qeyd edirlər.
2004-cü ilin may ayında Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyinin təşəbbüsü ilə V. Xxxxxxxxxxxx adına Tbilisi Dövlət Konservatoriyasında Azərbaycan Dövlət Kamera Orkestrinin, xalq və əməkdar artistlərin iştirakı ilə Ümummilli lider Xxxxxx Xxxxxxxx xatirəsinə həsr olunmuş gecə keçirilmişdir.
2004-cü ildə Gürcüstan Prezidentinin “Tbilisi Azərbaycan Dövlət Dram Teatrı” haqqında xüsusi Sərəncamı verilmişdir.
Bununla yanaşı, Qax rayonunda fəaliyyət göstərən “Gürcü Xalq Teatrına” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə dövlət teatrı statusu verilmişdir.
Xxxx il xxxxxx 17-də Tbilisi Azərbaycan Dövlət Dram Teatrı əməkdar incəsənət xadimi Xxxxxxxxx Xxxxxxxxxx və əməkdar rəssam Xxxxx Xxxxxxxxxxxx iştirakı ilə A. Xxxxxx adına Aktyor Evində Azərbaycanın dramaturqu Xxx Xxxxxxxxx “Onun iki qabırğası” əsəri əsasındakı tamaşanın premyerası olmuşdur.
İki ölkənin idmançıları Azərbaycan Respublikasında və Gürcüstanda keçirilən beynəlxalq turnirlərdə iştirak etmişlər.
2004-cü il iyulun 19-21-də Tbilisi şəhərində Dünya Bankının himayəsi ilə keçirilən “Turizm statistikası və məlumatın idarəedilməsi” seminarında Gənclər, İdman və Turizm Nazirliyinin mütəxəssisləri iştirak etmişlər.
Xxxx il aprelin 7-9-da Bakı şəhərində keçirilmiş “AİTF- 2005” beynəlxalq turizm sərgisində Gürcüstan tərəfi iştirak etmişdir.
Komissiya qərara aldı:
4.1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Gürcüstanın Mədəniyyət, Abidələrin Mühafizəsi və İdman Nazirliyi:
- tarixi və mədəniyyət abidələrinin mühafizəsi və bərpası məqsədilə iki ölkə mütəxəssislərinin təcrübə mübadiləsini keçirsinlər;
- azərbaycanlıların Gürcüstanda və gürcülərin Azərbaycan Respublikasında sıx məskunlaşdığı yerlərdə xxxx kitabxanalarda kitab sərgiləri keçirsinlər;
- 2006-cı ildə Bakı şəhərində Gürcüstan “Kino günləri”nin və 2007-ci ildə Tbilisi şəhərində Azərbaycan Respublikası “Kino günləri”nin keçirilməsi imkanlarını araşdırsınlar;
- beynəlxalq xalq yaradıcılığı festivallarında iştirak etmək üçün iki ölkənin incəsənət kollektivlərini qarşılıqlı qaydada dəvət etsinlər;
- qastrolların keçirilməsinə və incəsənət kollektivləri, ifaçılar arasında əlaqələrin gələcəkdə inkişaf etdirilməsinə kömək göstərsinlər;
- qabaqcıl muzey işçilərinin və bərpaçı rəssamların təcrübə mübadiləsini aparsınlar;
- rəssam və gənc şəkilçəkənlərin əsərlərinin birgə sərgilərini keçirsinlər;
- 2007-ci ildə Azərbaycan mədəniyyəti Günlərinin Gürcüstanda və 2008-ci ildə Gürcüstan mədəniyyəti Günlərinin Azərbaycanda keçirilmə imkanlarını nəzərdən keçirsinlər;
- Milli mədəniyyət mərkəzlərinin yaradılması haqqında Sazişin hazırlanması barədə Komissiyanın birinci iclasının Protokolunun 6.1.6-cı bəndinin yerinə yetirilməsi üzrə tədbir görsünlər.
4.2. Azərbaycan Respublikasının Milli Elmlər Akademiyası və Gürcüstanın Elmlər Akademiyası ikitərəfli əlaqələrin dərinləşdirilməsi məqsədilə təcrübə, ikitərəfli maraq təşkil edən xxxx layihələrin mübadiləsini həyata keçirsinlər, birgə xxxx layihələrin işlənməsi üzrə məsləhətləşmələr aparsınlar.
4.3. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Gürcüstanın Səhiyyə və Sosial Müdafiə Nazirliyi:
- potensial təhlükəli məhsullara nəzarətin gücləndirilməsi məqsədilə birgə sanitar-karantin tədbirlərini həyata keçirsinlər;
- yoluxucu xəstəliklərin, xüsusilə sərhədyanı zonalarda malyariyanın profilaktikası sahəsində kompleks antiepidemik tədbirlər üzrə təcrübə mübadiləsini həyata keçirsinlər;
- malyariya və QİÇS-lə mübarizə sahəsində, həmçinin vərəmlə mübarizə regional proqramları çərçivəsində əməkdaşlığı genişləndirsinlər;
- əhali arasında yoluxucu xəstəliklərin profilaktikası məqsədilə immunizasiya proqramlarının tətbiqinin qabaqcıl təcrübəsinin mübadiləsini həyata keçirsinlər;
- epidemioloji vəziyyət haqqında məlumatların mütəmadi mübadiləsini aparsınlar.
4.4. Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyi və Gürcüstanın İqtisadi İnkişaf Nazirliyi maraqlı nazirlik və təşkilatlarla birgə:
- iki ölkədə keçirilən beynəlxalq turizm sərgilərində, xxxx-praktiki və reklam-informasiya tədbirlərində qarşılıqlı iştiraklarını aktivləşdirsinlər;
- beynəlxalq turizmin inkişafı, müvafiq infrastrukturun qurulması üzrə təkliflər hazırlasınlar.
4.5. Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyi və Gürcüstanın Mədəniyyət, Abidələrin Mühafizəsi və İdman Nazirliyi maraqlı nazirlik və təşkilatlarla birgə idman kollektivlərinin mübadiləsi, Tərəflərin keçirdikləri idman tədbirlərində onların idman nümayəndələrinin iştiraklarına dair lazımi tədbirlər görsünlər.
4.6. Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Gürcüstanın Təhsil və Elm Nazirliyi maraqlı nazirlik və təşkilatların iştirakı ilə Gürcüstanın Azərbaycan məktəbləri məzunlarının ali məktəblərdə təhsil almaları ilə bağlı təkliflərin hazırlanması üzrə işçi qrup yaratsınlar və 2005-ci il sentyabrın 15-nə kimi həmin təklifləri Komissiyanın həmsədrlərinə baxılmaq üçün təqdim etsinlər.
5. Sərhədyanı əməkdaşlıq haqqında
Azərbaycan Respublikası və Gürcüstan arasında sərhədyanı əməkdaşlığın inkişaf bazasını iki ölkənin xoş qonşuluq münasibətləri, əməkdaşlığın inkişafında iştirak etmək istəyi, həmçinin dövlət sərhədlərinin hər iki tərəfində yaşayan insanların maraqlarına birbaşa toxunan problem və məsələlərin ümumi olması təşkil edir.
Sərhədyanı əməkdaşlığın səmərəli inkişafı və nizama salınması üçün Tərəflər dövlət sərhədinin delimitasiya prosesinin qısa müddətdə başa çatdırılmasının zəruriliyini qeyd etdilər. Bu prosesin bitməməsi transsərhəd cinayətkarlığa əlverişli şərait yaradır və onunla mübarizədə ciddi maneələr törədir.
Komissiya qərara aldı:
5.1. Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti və Gürcüstanın İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyinin Gömrük Departamenti və Daxili İşlər Nazirliyinin Dövlət Sərhədinin Mühafizəsi Departamenti:
- əldə olunmuş razılaşmaların həyata keçirilməsi, mal dövriyyəsi və dövlət sərhədində keçid məntəqələrində sərnişin daşımaları üçün əlverişli şəraitin yaradılması, həmçinin yaranan problemlərin operativ həlli məqsədilə müntəzəm görüşlər keçirsinlər;
- Azərbaycan və Gürcüstan mənşəli, həmçinin üçüncü ölkələrin tranzitlə hər iki Tərəfin ərazisindən keçən yüklərin hər bir Tərəfin dövlət maraqlarına zidd olaraq üçüncü tərəfə göndərilə bilmədiyini müəyyən etsinlər.
5.2. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsi və Gürcüstanın Daxili İşlər Nazirliyinin Dövlət Sərhədinin Mühafizəsi Departamenti, Maliyyə Nazirliyinin Gömrük Departamenti iki ölkənin Xarici İşlər Nazirlikləri ilə birgə qısa müddətdə Azərbaycan- Gürcüstan sərhəd-keçid məntəqələrinin statusunu və iş rejimini müəyyən etsinlər və 1 oktyabr 2005-ci il tarixinə kimi müvafiq hökumətlərarası saziş hazırlasınlar.
5.3. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Dövlət Gömrük Komitəsi və Gürcüstanın Daxili İşlər Nazirliyinin Dövlət Sərhədinin Mühafizəsi Departamenti, Maliyyə Nazirliyinin Gömrük Departamenti şəxslərin, nəqliyyat vasitələrinin və yüklərin keçmə prosedurlarının gələcək təkmilləşdirilməsi məqsədilə idarələrarası səviyyədə birgə tədbirlər həyata keçirsinlər.
5.4. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti və Gürcüstanın Maliyyə Nazirliyinin Gömrük Departamenti, Daxili İşlər Nazirliyinin Dövlət Sərhədinin Mühafizəsi Departamenti Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin təhlükəsizlik təminatı sahəsində məlumatların mübadiləsini aparsınlar.
5.5. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Gürcüstanın Xarici İşlər Nazirliyi müvafiq nazirlik və təşkilatların iştirakı ilə iki ölkə vətəndaşlarının müvafiq sənədlər əsasında (diplomatik pasport, xidməti pasport, ümumvətəndaş pasportu, dənizçi kitabçası, vətənə qayıtmaq haqqında şəhadətnamə) gəliş və gedişini nəzərdə tutan, 1993-cü il fevralın 3- də Bakı şəhərində imzalanmış Azərbaycan Respublikası və Gürcüstan arasında vizasız gediş-gəliş haqqında Sazişə əlavə və dəyişikliklərin edilməsi üzrə təklifləri xxxx xxxx sonuna kimi hazırlamaq tövsiyə olunsun.
6. Müqavilə-hüquq bazasının inkişaf etdirilməsi haqqında
Qarşılıqlı faydalı əlaqələrin gələcəkdə inkişafı üçün böyük əhəmiyyət kəsb edən ikitərəfli sənədlərin razılaşdırılması, müqavilə-hüquq bazasının inkişaf etdirilməsi və genişləndirilməsi üzrə işlər davam etdirilir.
Hal-hazırda Azərbaycan Respublikası və Gürcüstan arasında 90-a yaxın dövlətlərarası, hökumətlərarası və idarələrarası saziş imzalanmışdır, bu da bir daha ikitərəfli əlaqələrin yüksək səviyyəsini təsdiqləyir.
Komissiya qərara aldı:
6.1. Tərəflərin müqavilə-hüquq bazasının inkişafı üzrə gördükləri işlər barədə məlumat nəzərə alınsın.
6.2. Aşağıdakı sənədlərin tezliklə razılaşdırılması üzrə işlər davam etdirilsin:
Azərbaycan Respublikası və Gürcüstan arasında uzunmüddətli iqtisadi əməkdaşlıq haqqında Müqavilə;
Azərbaycan Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında sənayenin müdafiə sahələrinin istehsalı və xxxx-texniki kooperasiyası haqqında Saziş;
Azərbaycan Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında Gürcüstan ərazisində müvəqqəti işləyən Azərbaycan Respublikası vətəndaşlarının və Azərbaycan Respublikası ərazisində müvəqqəti işləyən Gürcüstan vətəndaşlarının əmək fəaliyyəti və sosial müdafiəsi haqqında Saziş;
Azərbaycan Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında ətraf mühitin mühafizəsi və monitorinqi sahəsində əməkdaşlıq haqqında Saziş;
Azərbaycan Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında bitkilərin karantini sahəsində əməkdaşlıq haqqında Saziş;
Azərbaycan Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş;
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi və Gürcüstan Statistika üzrə Dövlət Departamenti arasında statistika sahəsində əməkdaşlıq haqqında Saziş;
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Gürcüstanın Maliyyə Nazirliyinin Gömrük Departamenti arasında əməkdaşlıq və qarşılıqlı yardım haqqında Protokol.
7. İqtisadi əməkdaşlıq üzrə Komissiyanın üçüncü iclasının keçirilmə vaxtı və yeri haqqında
Komissiyanın üçüncü iclası Tbilisi şəhərində keçirilsin, Komissiyanın məsul katibləri Komissiyanın üçüncü iclasının Gündəliyini və konkret vaxtını diplomatik kanallarla razılaşdırsınlar.
Azərbaycan Respublikası Baş nazirinin birinci müavini - İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Gürcüstan Hökumətlərarası Komissiyasının Azərbaycan hissəsinin sədri X. XXXXXXX | Gürcüstanın Baş xxxxxx – İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Gürcüstan Hökumətlərarası Komissiyasının Gürcüstan hissəsinin sədri Z. NOQAİDELİ |
2004-cü il iyunun 11-də Tbilisi şəhərində imzalanmış "Azərbaycan-Gürcüstan iqtisadi
əməkdaşlıq üzrə Birgə hökumətlərarası Komissiyanın birinci iclasının Protokolu"nun təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
1. 2004-cü il iyunun 11-də Tbilisi şəhərində imzalanmış "Azərbaycan-Gürcüstan iqtisadi əməkdaşlıq üzrə Birgə hökumətlərarası Komissiyanın birinci iclasının Protokolu" təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Protokolun həyata keçirilməsi üçün zəruri tədbirlər görsün.
Xxxxx XXXXXX, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 oktyabr 2004-cü il
№454
İqtisadi əməkdaşlıq üzrə Gürcüstan-Azərbaycan Hökumətlərarası Komissiyanın birinci iclasının P R O T O K O L U
Tbilisi şəhəri 11 iyun 2004-cü il
Sədrlik edirdi:
Z.Jvaniya - Gürcüstanın Baş xxxxxx - Komissiyanın Gürcüstan hissəsinin sədri Həmsədrlik edirdi:
X.Xxxxxxx - Azərbaycan Respublikası Baş nazirinin birinci müavini - Komissiyanın Azərbaycan hissəsinin sədri
İclasda İqtisadi əməkdaşlıq üzrə Gürcüstan-Azərbaycan Hökumətlərarası Komissiyanın (bundan sonra - Komissiya) Gürcüstan və Azərbaycan hissələrinin üzvləri, Gürcüstan və Azərbaycan Respublikasının nazirlik, idarə və təşkilatlarının iclasa dəvət olunmuş məsul işçiləri iştirak edirdilər.
Komissiyanın iclasında baxılan məsələlərə müvafiq olaraq Tərəflər aşağıdakılar barədə razılığa gəldilər:
1. İqtisadi əməkdaşlıq üzrə Gürcüstan-Azərbaycan Hökumətlərarası Komissiyanın birinci iclasının Gündəliyi haqqında
Komissiya qərara aldı:
Komissiyanın birinci iclasının Gündəliyi təsdiq edilsin (əlavə olunur).
2. İqtisadi əməkdaşlıq üzrə Gürcüstan-Azərbaycan Hökumətlərarası Komissiya haqqında Əsasnamənin təsdiq edilməsi barədə
Komissiya qərara aldı:
İqtisadi əməkdaşlıq üzrə Gürcüstan-Azərbaycan Hökumətlərarası Komissiya haqqında Əsasnamə təsdiq edilsin (əlavə olunur).
3. Müqavilə-hüquqi bazanın vəziyyəti haqqında
Əməkdaşlığın mühüm şərti iki dövlət arasında inkişaf etmiş müqavilə-hüquqi bazanın mövcud olmasıdır. Bu istiqamətdə müntəzəm iş aparılır.
Komissiyanın iclasının gedişində aşağıdakı sənədlərin layihələri nəzərdən keçirilmiş və imzalanmaq üçün hazırlanmışdır:
Gürcüstan Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında dəmir yol nəqliyyatının fəaliyyətinin əlaqələndirilməsi haqqında Saziş;
Gürcüstan Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında energetika sektorunda əməkdaşlığın genişləndirilməsi haqqında Saziş;
Gürcüstan Maliyyə Nazirliyi ilə Azərbaycan Respublikası Vergilər Nazirliyi arasında əməkdaşlıq və qarşılıqlı yardım haqqında Saziş;
Gürcüstan Televiziya və Radio Verilişləri Şirkəti ilə Azərbaycan Respublikasının Dövlət Televiziya və Radio Verilişləri Şirkəti arasında əməkdaşlıq haqqında Saziş;
Gürcüstanın və Azərbaycan Respublikasının aviasiya hakimiyyətləri arasında mülki aviasiya sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi haqqında Protokol.
Komissiya qərara aldı:
3.1. Tərəflərin nazirlik və idarələrinə tövsiyə olunsun ki, Gürcüstan və Azərbaycan Respublikası arasında müqavilə-hüquqi bazanın daha da genişləndirilməsi üzrə işi davam etdirsinlər.
3.2. Gürcüstan Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi əvvəllər imzalanmış ikitərəfli sənədlərin inventarizasiyasını keçirsinlər və bunun nəticələri barədə Komissiyanın növbəti iclasında məlumat versinlər.
4. Ticarət-iqtisadi əməkdaşlığın vəziyyəti və inkişafının perspektiv istiqamətləri haqqında
Komissiya qeyd etdi ki, Gürcüstan İqtisadiyyat Nazirliyi Dövlət Statistika Departamentinin məlumatına görə, iki ölkə arasında əmtəə dövriyyəsinin həcmi 2003-cü ildə 108,8 mln. ABŞ dolları olmuşdur (ixrac - 16,0 mln. dollar, idxal - 92,8 mln. dollar), 2004-cü ilin birinci kvartalı ərzində əmtəə dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,0 mln. dollar artmış və 26,3 mln. dollar olmuşdur (ixrac -1,9 mln. dollar, idxal - 24,4 mln. dollar).
Bununla belə, Tərəflərin fikrincə, mövcud əmtəə dövriyyəsi ikitərəfli münasibətlərin real iqtisadi imkanlarını hələ də əks etdirmir və bununla əlaqədar qarşılıqlı ticarət həçmini gələcəkdə artırmaq üçün əlavə tədbirlər görülməsi zəruridir. İkitərəfli əlaqələri stimullaşdırmaq məqsədilə əmtəə dövriyyəsinin strukturunun optimallaşdırılması, xxx daşınması üçün əlverişli şərait yaradılması, kommunikasiyaların inkişafı, ticarət-iqtisadi əməkdaşlığa valyuta-maliyyə yardımı sahəsində qarşılıqlı səylər göstərilməsi zəruridir.
Komissiya qeyd etdi ki, 2003-cü ildə 6,3 mln. xxxx xxxxx xxxx ixrac edəcək Bakı-Supsa neft kəməri müvəffəqiyyətlə işləyir. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisi üzrə iş davam etdirilir. "Şahdəniz" yatağından Bakı-Tbilisi-Ərzurum yeni qaz kəməri ilə təbii qazın nəqli haqqında Sazişin həyata keçirilməsi iki ölkə üçün mühüm əhəmiyyət kəsb edəcəkdir. Kəmərin tikintisinə xxxx xxxx sonlarında başlamaq nəzərdə tutulur. Bu tranzit qaz kəmərinin çəkilməsi Gürcüstanın təbii qazla təminatı səviyyəsini yüksəltməyə kömək edəcəkdir.
Azərbaycanın və Gürcüstanın enerji sistemlərini iki elektrik ötürücü xətt birləşdirir: gərginliyi 500 kilovolt xxxx "AzDRES-Ksani (Muxrani)" və gərginliyi 330 kilovolt xxxx "Ağstafa-TbilDRES (Qardabani)" xətləri. Zərurət yarandıqca, iki ölkə arasında elektrik enerjisi mübadiləsi aparılır.
Kimya sahəsində əməkdaşlıq uğurla həyata keçirilir. 2003-cü ildə Gürcüstana 2,4 mln. ABŞ dolları məbləğində 17,5 min xxxxxx artıq kimyəvi məhsul göndərilmişdir.
Gürcüstan-Azərbaycan ticarət-iqtisadi qarşılıqlı fəaliyyətinin mühüm istiqaməti iki ölkənin təsərrüfat subyektləri arasında birbaşa əlaqələrin inkişafı, birgə müəssisələrin yaradılması, istehsalat kooperasiyasının genişləndirilməsi və dərinləşdirilməsi üçün əlverişli şərait yaradılması sahəsində iş aparılmasıdır.
Gürcüstanın təsərrüfat subyektlərinin Azərbaycan bazarında fəaliyyətə marağı artır. Azərbaycan Respublikasında Gürcüstan kapitalının iştirakı ilə 50-dən artıq müəssisə və təşkilat qeydə alınmışdır, onlardan 29-u birgə, 6-sı 100% Gürcüstan kapitalı ilə işləyən müəssisələr və eləcə də 15-i nümayəndəlik və filiallardır.
Komissiya iki ölkənin iqtisadiyyatlarının potensialının inkişaf etdirilməsi üçün kiçik sahibkarlığın əhəmiyyətini, həmçinin Gürcüstan və Azərbaycan sahibkarları arasında ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsinin zəruriliyini qeyd etdi.
Komissiya qərara aldı:
4.1. Gürcüstan İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi:
4.1.1. Gürcüstanla Azərbaycan Respublikası arasında uzunmüddətli dövr üçün iqtisadi əməkdaşlıq haqqında müqavilə layihəsini 2004-cü ilin sonunadək işləyib hazırlasınlar;
4.1.2. Gürcüstanda və Azərbaycan Respublikasında istehsal olunan yüksək keyfiyyətli məhsulun qarşılıqlı malgöndərmə nomenklaturunun genişləndirilməsi üzrə üç ay müddətində təkliflər mübadiləsi etsinlər;
4.1.3. iki ölkənin təsərrüfat subyektləri arasında kooperasiya əlaqələrinin qurulmasına və birgə müəssisələr yaradılmasına kömək etsinlər.
4.2. Gürcüstan İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi Tərəflərin maraqlı nazirliklərini, idarə və təşkilatlarını cəlb etməklə Daşkəsən filizsaflaşdırma kombinatı - Rustavi metallurgiya kombinatı - Sumqayıt "Azərboru" ASC arasında istehsalat tsiklinin qarşılıqlı sərfəli şərtlərlə bərpası mexanizmini işləyib hazırlasınlar. Nəticəsi barədə Komissiyaların həmsədrlərinə məlumat versinlər.
4.3. Gürcüstanın İqtisadiyyat Nazirliyinə, Ticarət-Sənaye Palatasına və Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə, Ticarət-Sənaye Palatasına, Bakı Biznes Mərkəzinə, Azərbaycan Respublikasının Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasına tövsiyə edilsin ki, milli əmtəə istehsalçılarının
məhsullarının reklamı və Tərəflərin bazarlarına malların qarşılıqlı surətdə çıxarılması məqsədilə ticarət-iqtisadi tədbirlər (sərgilər, yarmarkalar və s.) həyata keçirsinlər.
4.4. Gürcüstanın İqtisadiyyat Nazirliyi, Müdafiə Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsi müdafiə sənayesi sahələrində istehsalat və elmi-texniki kooperasiya haqqında hökumətlərarası saziş bağlanması məsələsinə bu il sentyabrın 1-dək baxsınlar.
4.5. Gürcüstanın Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi:
4.5.1. birbaşa əlaqələr qurulmasında müəssisə və təşkilatlara kömək etsinlər, fəaliyyətin əsas istiqamətləri və qarşılıqlı məhsul göndərilməsi imkanları barədə, aqrar-sənaye kompleksində keçirilən sərgilər, seminarlar və digər ticarət-iqtisadi tədbirlər barədə operativ informasiya mübadiləsini həyata keçirsinlər;
4.5.2. aqrar-sənaye kompleksi sahəsində elmi-texniki əməkdaşlığı fəallaşdırsınlar, o cümlədən müntəzəm mütəxəssis mübadiləsi etsinlər, elmi tədqiqat işlərində qazanılmış nailiyyətlər və seleksiya sınaqlarının nəticələri barədə müntəzəm informasiya mübadiləsi etsinlər;
4.5.3. toxumçuluq, çayçılıq, sitrus bitkilərinin yetişdirilməsi, üzümçülük və şərabçılıq, ipəkçilik, habelə heyvandarlıq sahəsində əməkdaşlığın fəallaşdırılması sahəsində konkret tədbirləri nəzərdən keçirsinlər və reallaşdırsınlar;
4.5.4. bitki karantini, habelə baytarlıq sahəsində saziş layihələrini Komissiyanın növbəti iclasına hazırlasınlar;
4.5.5. çay yarpağının emalı və ondan alkoqolsuz içkilər və ekstraktlar istehsalı üzrə birgə müəssisə yaradılması imkanını nəzərdən keçirsinlər.
4.6. Gürcüstan İqtisadiyyat Nazirliyi, Energetika Nazirliyi və Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Yanacaq və Energetika Nazirliyi Azərbaycandan göndərilən qaz və ya elektrik enerjisi müqabilində Gürcüstan istehsalı olan azot gübrələrinin göndərilməsi məsələsini nəzərdən keçirsinlər. Tərəflərdən biri bu əməliyyatı qeyri-məqsədəuyğun hesab etdiyi halda bu bənd öz qüvvəsini itirmiş hesab edilsin.
4.7. Tərəflərin statistika xidmətləri:
4.7.1. müntəzəm statistik informasiya mübadiləsi sahəsində işi davam etdirsinlər;
4.7.2. statistika sahəsində əməkdaşlıq haqqında idarələrarası saziş layihəsini hazırlasınlar.
4.8. Gürcüstan Ətraf Mühitin Mühafizəsi və Təbii Resurslar Nazirliyi və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsi:
4.8.1. ətraf mühitin mühafizəsi və vəziyyətinin monitorinqi sahəsində ikitərəfli əməkdaşlığın fəallaşdırılması üzrə konkret tədbirləri müzakirə etsinlər və həyata keçirsinlər;
4.8.2. Ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq haqqında 1997-cı il 18 fevral tarixli hökumətlərarası Sazişin həyata keçirilməsinin gedişi barədə informasiya mübadiləsi etsinlər;
4.8.3. transsərhəd çayların su resurslarından birgə istifadə və onların mühafizəsi üzrə dövlətlərarası saziş bağlanmasının məqsədəuyğunluğunu müzakirə etsinlər;
4.8.4. Gürcüstan tərəfi su kadastrım işləyib hazırladıqdan sonra Kür çayının su resurslarından kompleks istifadə və onların mühafizəsi üzrə sxemin hazırlanması məsələsini nəzərdən keçirsinlər;
4.8.5. birgə hidroloji monitorinqin həyata keçirilməsi, habelə transsərhəd çayların çirklənməsinin qarşısının alınması sahəsində qarşılıqlı fəaliyyət sistemləri və bu çaylara suyığılma vəziyyəti məsələlərini nəzərdən keçirsinlər.
4.9. Gürcüstan İqtisadiyyat Nazirliyinə və Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə tövsiyə edilsin ki, maraqlı nazirlik və idarələrlə birlikdə cari ilin sonunadək iki ölkənin işgüzar dairələrinin biznes- forumunu keçirsinlər. Onun keçirilməsinin konkret tarixini və yerini Tərəflərin qarşılıqlı razılığına əsasən müəyyənləşdirsinlər.
4.10. Gürcüstan Maliyyə Nazirliyi "Gürcüstan Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında Gürcüstan Hökumətinin Azərbaycan Respublikası Hökumətinə olan borcunun restrukturizasiyası haqqında" 1997-ci il 18 fevral tarixli Saziş üzrə Gürcüstanın Azərbaycan Respublikası qarşısındakı borcunun tənzimlənməsi haqqında Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında Sazişlə nəzərdə tutulan əsas borcun ödənilməsi sahəsində öhdəliklərin yerinə yetirilməsinin təmin edilməsi üzrə təklifləri bir ay müddətində hazırlasın.
4.11. Gürcüstanın İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi:
4.11.1. sahibkarları qanunvericilik, potensial müştərilər, vergilər, rəqabət mühiti, elmi-texniki işlər, habelə kiçik müəssisələrə dövlət yardımı təcrübəsi barədə məlumatlandırmaq üçün sorğu-informasiya bazalarının müntəzəm mübadiləsini həyata keçirsinlər;
4.11.2. kiçik və orta sahibkarlıq sahəsində əməkdaşlıq haqqında Gürcüstan Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında saziş layihəsini müzakirə etsinlər və məqsədəuyğun olsa, hazırlasınlar.
4.12. Gürcüstan Energetika Nazirliyi "Azərenerji" ASC-yə elektrik enerjisinə görə Gürcüstan tərəfinin yaranmış borcunun dəqiqləşdirilməsi və gələcəkdə qaytarılması üzrə təklifləri maraqlı təşkilatların iştirakı ilə bir ay müddətində hazırlasın.
4.13. Gürcüstan Maliyyə Nazirliyi yanında Dövlət Gömrük Departamenti öz əməkdaşlarının peşə bilikləri səviyyəsini yüksəltmək məqsədilə onların Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Regional Tədris Mərkəzində keçirilən ixtisasartırma kurslarında, seminarlarda və digər tədris tədbirlərində iştirakı məsələsini nəzərdən keçirsin.
4.14. Gürcüstan XİN Səfirliklərin fəaliyyəti ilə bağlı məsələlərin qarşılıqlı tənzimlənməsi haqqında 2000- ci il 22 mart tarixli hökumətlərarası Sazişə müvafiq olaraq Azərbaycan Respublikası Səfirliyinin yerləşdirilməsi üçün bina ilə təmin edilməsi məsələsini maraqlı nazirlik və idarələrin iştirakı ilə ən qısa müddətdə həll etsin.
4.15. Tərəflərin nazirlik və idarələri Gürcüstanla Azərbaycan Respublikası arasında investisiya əməkdaşlığını inkişaf etdirmək məqsədilə bu sahədə aktual layihə və proqramlar, habelə dövlət mülkiyyəti obyektlərinin özəlləşdirilməsi məsələləri barədə müntəzəm informasiya mübadiləsini təmin etsinlər.
5. Nəqliyyat və rabitə sahəsində əməkdaşlıq haqqında
Komissiya hesab edir ki, Gürcüstanla Azərbaycan Respublikası arasında uğurlu, qarşılıqlı faydalı və bərabərhüquqlu əməkdaşlıq effektiv nəqliyyat əlaqəsinin və rabitə sahəsində əməkdaşlığın qurulmasından xeyli dərəcədə asılıdır.
Komissiya qeyd etdi ki, Azərbaycan və Gürcüstan beynəlxalq "TRACE-CA" proqramının ən fəal iştirakçılarıdır. Azərbaycan dəmir yolunun beynəlxalq yük daşımalarının 86%-i Gürcüstan dəmir yolundan tranzitlə həyata keçirilir. 2003-cü ildə dəmir yolu ilə quru yüklər daşınması həcmi 1,1 mln. ton olmuşdur ki, bu da 2002-ci ildəki analoji göstəricidən 2 dəfə artıqdır. Bundan əlavə, Poti və Batumi limanlarında Azərbaycandan gətirilən 1,1 və 0,2 mln. ton yük emal edilmişdir.
Bakı-Tbilisi-Bakı marşrutu ilə müntəzəm sərnişin dəmiryol əlaqəsi yerinə yetirilir. Lokomotivlərin əsaslı təmiri üzrə əməkdaşlıq həyata keçirilir.
2003-cü ildə yüklərin beynəlxalq avtomobil daşımaları üçün 1100 ədəd icazə blankı mübadiləsi həyata keçirilmişdir. Bakı-Tbilisi, Bakı-Marneuli, Bakı-Bolnisi, Bakı-Rustavi, Bakı-Qaracala, Qax-Tbilisi, Qax-Rustavi, Zaqatala-Tbilisi, Mingəçevir-Marneuli, Balakən-Kabali marşrutları ilə müntəzəm avtobus əlaqəsi həyata keçirilir. Tərəflər Zaqafqaziya dövlətlərinin hava hərəkətini idarə etmə sisteminin – Cənub Dairəsi sisteminin işlənib hazırlanması və tətbiqində birgə iştirak edirlər. Bakı-Tbilisi-Bakı marşrutu ilə uçuşların müntəzəmliyi artmış və
həftədə 21 reysə çatmışdır.
Dəniz ticarət gəmiçiliyi sahəsində əməkdaşlıq 1996-cı il tarixli müvafiq hökumətlərarası Saziş əsasında həyata keçirilir.
2000-ci ilin dekabrında beynəlxalq lifli-optik kabel magistralı (TAE) istismara verilmişdir. Nəticədə çoxkanallı ikitərəfli rəqəmli telefon rabitəsi həyata keçirilmişdir ki, bu da rabitənin keyfiyyətini yaxşılaşdırmağa imkan vermişdir.
Komissiya qərara aldı:
5.1. Tərəflər Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinə əlavə yük axını cəlb etmək məqsədilə Avropa- Qafqaz-Asiya dəhlizinin inkişaf etdirilməsi üzrə beynəlxalq nəqliyyat haqqında 1998-ci il 8 sentyabr tarixli Əsas çoxtərəfli Sazişin müddəalarının həyata keçirilməsini maraqlı nazirlik və idarələrin iştirakı ilə davam etdirsinlər.
5.2. Gürcüstan İnfrastruktur və İnkişaf Nazirliyi və Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi Avropa- Qafqaz-Asiya dəhlizinin inkişaf etdirilməsi üzrə beynəlxalq nəqliyyat haqqında 1998-ci il 8 sentyabr tarixli Əsas çoxtərəfli Sazişin müddəalarına uyğun olaraq idxal-ixrac və tranzit yüklərinin bütün növlərinin daşınmasına iqtisadi cəhətdən əsaslandırılmış güzəştlər verilməsi haqqında qərar qəbul edilməsi üçün işi TRACECA Hökumətlərarası Komissiyasının Milli katiblərinin iştirakı ilə davam etdirsinlər və Komissiyanın həmsədrlərinə görülən işin nəticələri barədə məlumat versinlər.
5.3. Tərəflərin aviasiya hakimiyyətləri Hava əlaqəsi haqqında 1993-cü il 3 fevral tarixli Hökümətlərarası Sazişə müvafiq olaraq Gürcüstanla Azərbaycan Respublikası arasında hava əlaqəsinin təmin edilməsi üzrə qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsi sahəsində işi davam etdirsinlər.
5.4. Tərəflərin gömrük xidmətləri malların, o cümlədən neft və neft məhsullarının qanunsuz təkrar ixracı ilə mübarizə sahəsində tədbirlər görsünlər.
Belə faktlar aşkar edildiyi təqdirdə, Tərəflərin müvafiq xidmətlərinə təxirə salmadan məlumat versinlər.
5.5. Gürcüstan Müdafiə Nazirliyi, DİN, Maliyyə Nazirliyi yanında Dövlət Gömrük Departamenti, İnfrastruktur və İnkişaf Nazirliyi və Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, DİN, Dövlət Gömrük Komitəsi, Nəqliyyat Nazirliyi, Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsi "Xüsusi yüklərin və hərbi təyinatlı məhsulun tranzit daşımaları haqqında Saziş" bağlanmasının məqsədəuyğunluğunu cari ilin sonunadək müəyyənləşdirsinlər və zərurət olarsa, onun layihəsini hazırlayıb razılaşdırsınlar.
5.6. Tərəflər beynəlxalq lifli-optik kabel magistralının (TAE) Qazaxıstan və Türkiyə istiqamətində seqmentlərinin tikintisi və istismara verilməsi məsələsinə baxılmasını sürətləndirəcəklər.
5.7. Gürcüstanın İnfrastruktur və İnkişaf Nazirliyi və Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi:
5.7.1. rabitə xidmətlərinin həyata keçirilməsi üçün iki ölkənin tranzit imkanlarından maksimum istifadə etsinlər;
5.7.2. öz ölkələrinin ərazilərində digər Tərəfin televiziya və radio verilişlərinin yayımlanması üçün əlverişli şərait yaradılması məsələsini nəzərdən keçirsinlər;
5.7.3. informasiya texnologiyaları və rabitə sahəsində müntəzəm olaraq təcrübə mübadiləsini həyata keçirsinlər.
5.8. Gürcüstan Avtomobil Nəqliyyatı Administrasiyası və Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi Gürcüstan Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında beynəlxalq avtomobil əlaqəsi haqqında 1993-cü il 3 fevral tarixli Sazişin müddəalarının həyata keçirilməsi ilə bağlı məsələləri Tərəflərin gömrük xidmətlərinin iştirakı ilə ən qısa müddətlərdə nəzərdən keçirsinlər.
5.9. Sərhəd-buraxılış məntəqələrində birgə seçmə monitorinqlərin keçirilməsi haqqında "TRACECA" Hökumətlərarası Komissiyası Milli katiblərinin informasiyası nəzərə alınsın.
5.10. "Gürcüstan dəmir yolu" ASC və Azərbaycan Dövlət Dəmir Yolu kontreyler və konteynerlərin nəqli üçün Poti-Bakı marşrutu üzrə logistik qatarın yaradılması imkanlarını nəzərdən keçirsinlər.
6. Humanitar əməkdaşlıq haqqında
Gürcüstanla Azərbaycan Respublikası arasında humanitar əməkdaşlıq qarşılıqlı anlaşmanın, etimadın və dövlətlərarası əlaqələrin möhkəmləndirilməsinin mühüm amilidir.
Komissiya mədəniyyət sahəsində əməkdaşlığın yüksək səviyyəsini, xüsusən Tbilisi və Bakı şəhərlərində musiqi günlərinin keçirilməsini, Gürcüstanda və Azərbaycanda keçirilən çoxsaylı tədbirlərdə incəsənət ustalarının və mədəniyyət xadimlərinin iştirakmı, eləcə də kinematoqrafiya sahəsində sıx əməkdaşlığı qeyd etmiş, təhsil xətti ilə əlaqələrin genişləndirilməsi zəruriliyini vurğulamışdır.
Tərəflər elm, səhiyyə və idman sahəsində iki ölkə arasındakı əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdırlar. Komissiya qərara aldı:
6.1. Gürcüstanın Mədəniyyət, Abidələrin Mühafizəsi və İdman Nazirliyi və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi:
6.1.1. yaradıcı və folklor kollektivləri arasında əlaqələrin daha da inki şaf etdirilməsinə, ifaçıların konsert qastrollarının, müasir rəssamların əsərlərindən ibarət sərgilərin keçirilməsinə yardım göstərsinlər, kinematoqrafçıların əməkdaşlığını fəallaşdırsınlar və müntəzəm olaraq kino həftələri keçirsinlər;
6.1.2. Tbilisidə Mirzə Fətəli Axundovun ev-muzeyinə və Gəncədə Nikoloz Barataşvili muzeyinə qarşılıqlı əsasda zəruri kömək göstərsinlər;
6.1.3. Gürcüstanın və Azərbaycanın milli kitabxanalarının fondlarının zənginləşdirilməsi məqsədilə onlar arasında kitab mübadiləsinə kömək göstərsinlər;
6.1.4. mədəniyyət sahəsində əməkdaşlıq haqqında 1997-ci il 18 fevral tarixli hökumətlərarası Sazişin həyata keçirilməsi gedişi haqqında informasiya mübadiləsi etsinlər;
6.1.5. Azərbaycan Respublikasında Gürcüstan mədəniyyəti günlərinin və Gürcüstanda Azərbaycan Respublikası mədəniyyəti günlərinin keçirilməsi müddətlərini razılaşdırsınlar;
6.1.6. milli mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyət göstərməsi haqqında hökumətlərarası saziş layihəsini işləyib hazırlasınlar.
6.2. Gürcüstanın Əmək, Səhiyyə və Sosial Təminat Nazirliyi və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tibb müəssisələrində tətbiq olunan qabaqcıl təcrübəni öyrənmək məqsədilə təbabətin müvafiq sahələri üzrə mütəxəssislər mübadiləsini təşkil etsinlər.
6.3. Gürcüstanın Təhsil və Elm Nazirliyi və Azərbaycan Respublikasının Təhsil Nazirliyi 2004-cü il martın 4-də Bakı şəhərində imzalanmış "Təhsil sahəsində əməkdaşlıq haqqında Gürcüstan Təhsil və Elm Nazirliyi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi arasında Saziş"in paritet əsasda daimi komissiyanın yaradılması ilə bağlı 11-ci maddəsinin yerinə yetirilməsini təmin etsinlər, onun ilk iclasının keçirilmə vaxtı və yeri barədə ən qısa müddətdə razılığa gəlsinlər və həmin iclasda ümumi, texniki peşə, orta ixtisas təhsili, ali və
diplomdan sonrakı təhsil sahəsində əməkdaşlığın aktual məsələlərinin, o cümlədən Azərbaycan Respublikasındakı gürcü məktəbləri üçün və Gürcüstandakı Azərbaycan məktəbləri üçün tarix və coqrafiya dərsliklərinin nəşrinin aktual məsələlərini nəzərdən keçirsinlər.
6.4. Gürcüstan Elmlər Akademiyası və Azərbaycan Milli Elmlər Akademiyası ikitərəfli əlaqələri dərinləşdirmək məqsədilə qarşılıqlı maraq doğuran birgə elmi layihələrin işlənib hazırlanması, elmi informasiya və alimlər mübadiləsi, gənc elmi kadrların təhsili sahəsində 2004-cü il ərzində məsləhətləşmələr aparsınlar.
6.5. Gürcüstanın Mədəniyyət, Abidələrin Mühafizəsi və İdman Nazirliyi və Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyi idman nümayəndə heyətlərinin mübadiləsi və keçirilən idman tədbirlərində iştirak sahəsində əməkdaşlığı davam etdirsinlər. Bununla bağlı həmin sahədə ikitərəfli əməkdaşlığın fəallaşdırılmasına dair 2004-cü il avqustun 1-dək təkliflər mübadiləsi etsinlər.
7. Turizm sahəsində əməkdaşlıq haqqında
Turizm sahəsində əməkdaşlıq dostluq münasibətlərinin genişləndirilməsi, dövlətin tarixi və mədəni irsi ilə tanışlıq, qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi, xoş məramın ifadəsi və iki xalq arasındakı münasibətlərin möhkəmləndirilməsi vasitələrindən biridir.
Turizm sahəsində böyük potensiala malik olan Gürcüstan və Azərbaycan Respublikası onun daha da inkişaf etdirilməsində və bu potensialdan istifadədə maraqlıdırlar.
Komissiya qərara aldı:
7.1. Gürcüstan İqtisadiyyat Nazirliyinin Dövlət Turizm və Kurortlar Departamenti və Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyi:
7.1.1. Gürcüstan və Azərbaycanın turizm imkanları barədə informasiya-reklam materiallarının mübadiləsi, hər iki ölkənin ərazilərində keçirilən turizm sərgi-yarmarkalarında iştirak etmək yolu ilə turizm sahəsində əməkdaşlığı fəallaşdırsınlar. Bununla bağlı həmin sahədə qarşılıqlı fəaliyyətin inkişaf etdirilməsinə dair 2004-cü il noyabrın 1-dək konkret təkliflər mübadiləsi etsinlər;
7.1.2. ümumdünya, beynəlxalq və regional turizm təşkilatları və assosiasiyaları, xüsusən də "Böyük İpək Yolu" beynəlxalq layihəsi üzrə Ümumdünya Turizm Təşkilatı çərçivəsində əməkdaşlığı optimallaşdırsınlar;
7.1.3. Turizm sahəsində əməkdaşlıq haqqında 1998-ci il 9 oktyabr tarixli hökumətlərarası Sazişin həyata keçirilməsi gedişi barədə informasiya mübadiləsi etsinlər, Gürcüstan-Azərbaycan turist mübadiləsinin vəziyyətini təhlil etsinlər, iki ölkə arasında turizm əməkdaşlığının perspektivlərini müəyyənləşdirsinlər;
7.1.4. müalicə turizminin səmərəli sisteminin təşkili, sanatoriya-kurort müəssisələrinin fəaliyyəti, habelə turizm sahəsində maddi bazanın və infrastrukturun inkişafına xarici investisiyalar cəlb edilməsi barədə, eləcə də mehmanxanaların, turist və istirahət edənlər yerləşdirilən digər idarələrin standartlaşdırılması və sertifikatlaşdırılması ilə bağlı təcrübə və müvafiq informasiya mübadiləsini həyata keçirsinlər;
7.1.5. turizm kadrlarının hazırlanması və ixtisasının artırılması sahəsində əməkdaşlığı inkişaf etdirsinlər;
7.1.6. xarici mütəşəkkil turistlərin qəbulu sahəsində vahid turizm məhsulunun yaradılmasına və onun beynəlxalq bazarda hərəkətinə kömək etsinlər.
8. İqtisadi əməkdaşlıq üzrə Gürcüstan-Azərbaycan Hökumətlərarası Komissiyanın ikinci iclasının keçirilmə müddətləri və yeri haqqında
Komissiyanın ikinci iclası Bakı şəhərində keçirilsin. Komissiyanın iclasının konkret tarixini və Gündəliyini Komissiyanın məsul katibləri işgüzar qaydada diplomatik kanallarla razılaşdıracaqlar.
Gürcüstanın Baş naziri - İqtisadi əməkdaşlıq üzrə Gürcüstan-Azərbaycan Hökumətlərarası Komissiyanın Gürcüstan hissəsinin sədri Z. JVANİYA | Azərbaycan Respublikası Baş nazirinin birinci müavini - İqtisadi Əməkdaşlıq üzrə Gürcüstan-Azərbaycan Hökumətlərarası Komissiyanın Azərbaycan hissəsinin sədri A. ABBASOV |
İqtisadi əməkdaşlıq üzrə Gürcüstan-Azərbaycan Hökumətlərarası Komissiya haqqında
Ə S A S N A M Ə
1. İqtisadi Əməkdaşlıq üzrə Gürcüstan-Azərbaycan Hökumətlərarası Komissiya (bundan sonra - Komissiya) daimi fəaliyyət göstərən orqan olub, üzərinə qoyulmuş vəzifələrə müvafiq qaydada Azərbaycan Respublikası Hökumətinin və Gürcüstan Hökumətinin qarşılıqlı münasibətlərində onları təmsil edir, imzalanmış ikitərəfli sazişlərə və razılaşmalara uyğun olaraq onların öz üzərlərinə götürdükləri öhdəliklərin yerinə yetirilməsini təmin edir.
2. Komissiya öz fəaliyyətində Azərbaycan Respublikasının və Gürcüstanın qanunvericiliyini, normativ aktlarını, Azərbaycan Respublikası ilə Gürcüstan arasında bağlanmış ikitərəfli sazişləri və bu Əsasnaməni rəhbər tutur.
3. Komissiyanın əsas funksiyaları aşağıdakılardır:
bağlanmış beynəlxalq sazişlər, memorandumlar, protokollar, kommünikelər və digər razılaşmalar əsasında ikitərəfli iqtisadi və elmi-texniki əməkdaşlığın inkişaf etdirilməsi;
qarşılıqlı maraq və imkanları nəzərə almaqla, Azərbaycan Respublikası ilə Gürcüstan arasında iqtisadi əməkdaşlığın əsas istiqamətləri üzrə müvafiq qərarların müzakirəsi və qəbul edilməsi;
iqtisadi əməkdaşlığın perspektiv istiqamətlərinin axtarılması və onların inkişafına kömək, xarici kapital və texnologiyaların cəlb edilməsinə yönəldilmiş ilk növbəli tədbirlərin, uzunmüddətli proqramların işlənib hazırlanması, maliyyə-sənaye qruplarının, birgə müəssisələrin yaradılması, birbaşa istehsalat, o cümlədən kooperasiya əlaqələrinin və qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın digər formalarının müəyyən edilməsi;
əmtəə nomenklaturunun genişləndirilməsi və ixrac-idxal strukturunun təkmilləşdirilməsi, elmin, texnikanın və müasir istehsalat təcrübəsinin qabaqcıl nailiyyətlərindən istifadə etməklə elmi-texniki əməkdaşlığın genişləndirilməsi hesabına iki dövlət arasında xarici ticarət dövriyyəsinin artırılmasına dair təkliflərin işlənib hazırlanması;
nazirliklərin, idarələrin və digər mərkəzi və yerli icra hakimiyyəti orqanlarının ikitərəfli əməkdaşlıq məsələləri üzrə fəaliyyətinin əlaqələndirilməsi;
təkliflərin işlənib hazırlanmasında iştirak və ikitərəfli ticarət-iqtisadi, elmi-texniki və humanitar əməkdaşlıq məsələləri üzrə informasiya, sorğu və müraciətlərin qarşılıqlı mübadiləsi;
Komissiyanın iclaslarının hazırlanması, Komissiyanın müzakirəsinə çıxarılan məsələlər üzrə qərar layihələrinin işlənməsi və qəbul edilmiş qərarların yerinə yetirilməsinə nəzarət.
4. Komissiya ortaya çıxan məsələlərə baxılması üçün daimi və ya müvəqqəti işçi orqanlar, hazırlıq komissiyaları, ekspertlərin işçi qruplarını yarada bilər.
5. Komissiyanın milli hissələri öz fəaliyyətini öz ölkələrinin hökumətlərinin rəhbərliyi altında həyata keçirir.
6. Komissiyanın milli hissələrinin tərkibi Azərbaycan Respublikasının və Gürcüstanın qanunvericilikləri ilə qoyulan qaydada müəyyənləşdirilir və təsdiq edilir.
Komissiyanın milli hissəsinin fərdi tərkibi və ondakı dəyişikliklər barədə Sədrlər bir-birlərinə məlumat verirlər.
7. Materialların hazırlanması və Komissiyanın iclaslarında iştirak üçün nazirlik, idarə və təşkilatların ekspertləri cəlb edilə bilərlər.
8. Komissiya öz iclaslarını ildə bir dəfədən az olmayaraq növbə ilə Azərbaycan Respublikasında və Gürcüstanda keçirir.
İclasın keçirilmə müddətləri iclasın keçirilməsinə ən azı iki ay qalmış razılaşdırılır. Zərurət olduqda, Tərəflərdən birinin təşəbbüsü ilə Komissiyanın növbədənkənar iclası çağınla bilər.
9. İclasa qəbul edən Tərəfin Komissiyasının milli hissəsinin rəhbəri sədrlik edir.
10. Komissiyanın növbəti iclaslarından əvvəl Komissiyanın milli hissələrinin Sədrləri müzakirəyə çıxarılacaq məsələləri öz hökumətləri ilə razılaşdırır, Komissiyanın iclaslarının hazırlanmasını təşkil edir, müzakirə üçün nəzər-də tutulan məsələlərin qərar layihələrini işləyib hazırlayır, Komissiyanın növbəti iclaslarının təşkilati, maddi-texniki və maliyyə təminatı üzrə tədbirlər görürlər.
11. Komissiyanın məsul katibləri Komissiyanın milli hissələrinin işinin təşkilini, onun işçi orqanlarının fəaliyyətinin əlaqələndirilməsini, Komissiyanın iclasına materialların hazırlanmasını təmin edir, həmçinin öz aralarında daimi əlaqə saxlamaqla təşkilati xarakterli digər vəzifələri yerinə yetirirlər.
12. Komissiya öz iclaslarında qərarları konsensus əsasında qəbul edir. Qərar Protokolda öz əksini tapır, həmin Protokolu Komissiyanın hər iki hissəsinin Sədrləri imzalayırlar.
Komissiyanın iclaslarının protokolları rus dilində tərtib edilir.
13. Komissiyanın iclaslarında qəbul edilmiş qərarlarda başqa müddətlər müəyyən edilməmişsə, onlar Protokolun imzalandığı gündən qüvvəyə minir.
14. Komissiyanın iclasının keçirilməsi ilə bağlı xərcləri qəbul edən Tərəf çəkir.
15. Əsasnaməyə əlavə və dəyişikliklər Komissiyanın hər iki hissəsinin Sədrlərinin yazılı razılığına əsasən edilə bilər.
16. Bu Əsasnamə imzalandığı tarixdən qüvvəyə minir.
Tbilisi şəhərində 2004-cü il iyunun 11-də rus dilində iki əsil nüsxədə imzalanmışdır.
Komissiyanın Azərbaycan hissəsinin Sədri, Azərbaycan Respublikası Baş nazirinin birinci müavini A. ABBASOV | Komissiyanın Gürcüstan hissəsinin Sədri, Gürcüstanın Baş naziri Z. JVANİYA |
"Azərbaycan Respublikasının və Gürcüstanın aviasiya hakimiyyətləri arasında mülki aviasiya sahəsində əməkdaşlığın inkişaf etdirilməsi haqqında Protokolu imzalamaq səlahiyyətinin verilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
1. "Azərbaycan Respublikasının və Gürcüstanın aviasiya hakimiyyətləri arasında mülki aviasiya sahəsində əməkdaşlığın inkişaf etdirilməsi haqqında Protokolu imzalamaq səlahiyyəti "Azərbaycan Hava Yollan" Dövlət Konserninin Baş direktoru Cahangir Cəlal oğlu Əsgərova verilsin.
2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Protokolu imzalamaq səlahiyyətinin "Azərbaycan Hava Yollan" Dövlət Konserninin Baş direktoru Cahangir Cəlal oğlu Əsgərova verilməsi barədə Gürcüstan tərəfinə müvafiq bildiriş göndərsin.
İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 iyun 2004-cü il
№ 261
"Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə Respublikası arasında Şərq-Qərb Enerji Dəhlizinin təhlükəsizliyinin təmin edilməsi haqqında" Protokolun təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. "Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə Respublikası arasında Şərq-Qərb Enerji Dəhlizinin təhlükəsizliyinin təmin edilməsi haqqında" 2003-cü il iyulun 23-də Bakı şəhərində imzalanmış Protokol təsdiq edilsin.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
Bakı şəhəri, 9 dekabr 2003-cü il
№ 543-IIQ
İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti
2003-cü il iyulun 10-da Gəncə şəhərində imzalanmış "Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi və Gürcüstan Respublikasının Dövlət Təhlükəsizlik Xidməti arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyət haqqında Saziş"ə əlavə 1 nömrəli Protokol"un təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
1. 2003-cü il iyulun 10-da Gəncə şəhərində imzalanmış "Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi və Gürcüstan Respublikasının Dövlət Təhlükəsizlik Xidməti arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyət haqqında Saziş"ə əlavə 1 nömrəli Protokol" təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Sazişə əlavə 1 nömrəli Protokolun həyata keçirilməsini təmin etsin.
Bakı şəhəri, 15 noyabr 2003-cü il
№ 24
İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti
Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi və Gürcüstan Respublikasının Dövlət Təhlükəsizlik Xidməti arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyət haqqında Sazişə əlavə
PROTOKOL 1
Bundan sonra «Tərəflər» adlandırılan Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi və Gürcüstan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinin hüquqi varisi kimi Gürcüstanın Dövlət Təhlükəsizlik Nazirliyi,
«Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi və Gürcüstan Respublikasının Dövlət Təhlükəsizlik Xidməti arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyət haqqında» 1995-ci il 15 aprel tarixli Sazişi, eləcə də Tərəflərin milli qanunvericiliyini rəhbər tutaraq,
Tərəflərin sərhədyanı rayonlarında fəaliyyət göstərən ərazi orqanları arasında əməkdaşlığın səmərəliliyinin artırılması məqsədi ilə və öz səlahiyyətləri çərçivəsində,
aşağıdakılar haqqında razılığa gəldilər:
M a d d ə 1
Tərəflər bu Protokolun yerinə yetirilməsi və aralarında əlaqə saxlanılması məqsədi ilə aşağıdakı Müvəkkil orqanları müəyyən edirlər:
Azərbaycan Tərəfindən — Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Əks-Kəşfiyyat İdarəsi; Gürcüstan Tərəfindən — Gürcüstan Dövlət Təhlükəsizlik Nazirliyinin «Kontrşpionaj» Departamenti.
M a d d ə 2
Müvəkkil orqanlar arasındakı əməkdaşlıq onların səlahiyyətləri çərçivəsində aşağıdakı istiqamətlər üzrə həyata keçirilir:
1) cinayətlərin törədilməsinə aidiyyəti olan şəxslərə qarşı sərhədyanı rayonlarda razılaşdırılmış əməliyyat, əməliyyat-texniki, əməliyyat-axtarış tədbirlərinin işlənib hazırlanmasında və keçirilməsində qarşılıqlı yardım göstərilməsi;
2) Azərbaycan-Gürcüstan dövlət sərhədinin əməliyyat mühafizəsi ilə bağlı razılaşdırılmış tədbirlərin həyata keçirilməsi;
3) mütəşəkkil cinayətkarlıq, o cümlədən terror aktları və onun digər təzahürləri, qaçaqmalçılıq, qeyri-qanuni iqtisadi və maliyyə fəaliyyəti, silah, döyüş sursatı, partlayıcı və zəhərləyici maddələrin, radioaktiv materialların alveri, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizədə, həmçinin Azərbaycan Respublikasının və Gürcüstanın maraqlarına toxunan digər cinayətlərin qarşısının alınmasında qarşılıqlı fəaliyyət;
4) sərhədyanı rayonlarda iqtisadiyyat, nəqliyyat və rabitə obyektlərinin təhlükəsizliyinin təmin olunmasında qarşılıqlı yardım göstərilməsi;
5) sərhədyanı rayonlarda yerləşdirilmiş hərbi hissələrin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə əməliyyat məlumatlarının mübadiləsi.
M a d d ə 3
Müvəkkil orqanlar qarşılıqlı əsaslarla məlumat mübadiləsi həyata keçirirlər:
1) Azərbaycan Respublikasının və Gürcüstanın Azərbaycan-Gürcüstan dövlət sərhədinə yaxın inzibati ərazilərində fəaliyyət göstərən, birgə əməliyyat marağı dairəsində olan təşkilatların və ayrı-ayrı şəxslərin fəaliyyəti barədə;
2) üçüncü ölkə vətəndaşlarının və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan-Gürcüstan sərhədindən keçməklə qeyri-qanuni mühacirət faktları barədə;
3) Azərbaycan-Gürcüstan dövlət sərhədindəki əməliyyat şəraiti barədə, o cümlədən:
a) hazırlanan və ya baş vermiş dövlət sərhədi rejiminin pozulması faktları, cinayətkar qrupların və ya ayrı- ayrı şəxslərin sərhəddəki niyyətləri, onların fəaliyyət taktikaları, istifadə etdikləri kanallar və üsullar barədə;
b) Azərbaycan-Gürcüstan dövlət sərhədindəki buraxılış məntəqələrində silah, döyüş sursatı, partlayıcı, zəhərləyici və psixotrop maddələr, radiaktiv materiallar, narkotik vasitələr və digər qaçaqmalçılıq əşyalarının külli miqdarda tutulub saxlanılması, həmçinin göstərilmiş cinayət əməllərinin həyata keçirilməsinə hazırlıq əlamətləri barədə;
v) gömrük qaydalarında və xarici vətəndaşların sərhədyanı rayonlarda olmasının və dövlət sərhədini keçməsinin inzibati-hüquqi rejimində dəyişikliklər barədə;
q) Azərbaycan Respublikasının və Gürcüstanın sərhədyanı ərazilərində sanitar-epidemioloji şərait, epidemiya və epizootiya ocaqlarının yaranması əlamətləri və ekoloji təhlükəsizliyin pozulması barədə.
Müvəkkil orqanlar konkret təşkilati və əməliyyat-axtarış tədbirlərinin işlənib hazırlanması məqsədi ilə razılaşdırılmış əsaslarla:
1) Azərbaycan Respublikasının və Gürcüstanın sərhədyanı rayonlarında, Azərbaycan-Gürcüstan dövlət sərhədində yaranmış əməliyyat şəraitinin təhlilini və proqnozlaşdırılmasını həyata keçirirlər;
2) Azərbaycan-Gürcüstan dövlət sərhədində sərhəd pozuntuları və qeyri-leqal təmaslar baş verə biləcək istiqamət və sahələri müəyyənləşdirirlər.
M a d d ə 4
Müvəkkil orqanlar, zəruri hallarda, bu Protokolun 2 və 3-cü maddələrində göstərilmiş konkret fəaliyyət istiqamətləri üzrə işin təşkili məqsədi ilə, əməliyyat, eləcə də qabaqlayıcı-profilaktik xarakterli razılaşdırılmış tədbirlər planı işləyib hazırlayırlar.
M a d d ə 5
Tərəflər arasında mübadilə mövzusu təşkil edən bütün məsələlər, o cümlədən qarşılıqlı fəaliyyətin həcmi və məzmunu barədə məlumatlar məxfi saxlanılmalı, onları təqdim etmiş Tərəfin yazılı razılığı olmadan və bütün şərtləri nəzərə alınmadan üçüncü tərəfə verilməməli və hər hansı məqsəd üçün istifadə edilməməlidir.
M a d d ə 6
Əməkdaşlığın nəticələrinə yekun vurulması və gələcək istiqamətlərinin müəyyənləşdirilməsi, qarşılıqlı fəaliyyətin cari məsələlərinin həll olunması, keçirilən tədbirlərin razılaşdırılması, məlumat mübadiləsi məqsədi ilə Müvəkkil orqanların nümayəndələri işçi görüşlər keçirirlər.
İşçi görüşlərin iştirakçılarının tərəf-müqabil ölkənin ərazisində qalması ilə bağlı xərcləri qəbul edən Tərəf ödəyir.
Növbədənkənar görüşlərin keçirilməsi ilə bağlı xərcləri, adətən təşəbbüskar Tərəf ödəyir. Görüşlərin nəticələri əsasında birgə işçi sənədlər tərtib oluna bilər.
Müvəkkil orqanlar məlumat mübadiləsi və sorğuların verilməsi məqsədi ilə öz aralarında telefon və digər rabitə vasitələri ilə əlaqə saxlaya bilərlər.
Müvəkkil orqan məlumatın digər Müvəkkil orqan üçün maraqlı olacağını hesab edərsə, bu məlumat sorğusuz verilə bilər.
Şifahi ötürülən məlumatlar və ya sorğular sonradan yazılı surətdə təsdiq olunmalıdır. Qarşılıqlı fəaliyyət zamanı Müvəkkil orqanlar işçi dil kimi rus dilindən istifadə edirlər.
M a d d ə 7
Tərəflərdən birinin Müvəkkil orqanının nümayəndələrinin işçi görüşlər keçirmək üçün qonşu əraziyə səfərləri digər Tərəfin Müvəkkil orqanı ilə razılaşdırma əsasında həyata keçirilir.
Müvəkkil orqanların nümayəndələri Azərbaycan-Gürcüstan dövlət sərhədini Azərbaycan və Gürcüstan hökumətləri arasındakı müvafiq müqavilələrlə müəyyənləşdirilmiş qaydalar əsasında keçirlər.
M a d d ə 8
Tərəflər bu Protokolu «Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi və Gürcüstan Respublikasının Dövlət Təhlükəsizlik Xidməti arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyət haqqında» 1995-ci il 15 aprel tarixli Sazişin ayrılmaz hissəsi kimi qəbul edirlər.
M a d d ə 9
Bu Protokol dövlətdaxili prosedurların yerinə yetirilməsi haqqında Tərəflər arasında sonuncu yazılı bildirişin alındığı tarixdən qüvvəyə minir və göstərilmiş Sazişdə nəzərdə tutulmuş qayda və şərtlərlə öz qüvvəsini itirir.
2003-cü il 10 iyul tarixində Gəncə şəhərində hər biri Azərbaycan, gürcü və rus dillərində olmaqla iki nüsxədə imzalanmışdır, bütün mətnlər eyni qüvvəyə malikdir. Bu Protokolun müddəalarının şərhi zamanı ortaya çıxan mübahisəli məsələlərin həllində rus dilində olan mətnə istinad ediləcəkdir.
Azərbaycan Respublikası Gürcüstan
Milli Təhlükəsizlik Dövlət Təhlükəsizlik
Nazirliyi tərəfindən Nazirliyi tərəfindən
(imza) (imza)
2002-ci il aprelin 9-da Bakı şəhərində imzalanmış "Gürcüstanın müdafiə naziri general-leytenant D.Tevzadzenin Azərbaycan Respublikasına rəsmi səfərinin nəticələri üzrə Protokol"un təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
1. 2002-ci il aprelin 9-da Bakı şəhərində imzalanmış "Gürcüstanın müdafiə naziri general-leytenant D.Tevzadzenin Azərbaycan Respublikasına rəsmi səfərinin nəticələri üzrə Protokol" təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Protokolun həyata keçirilməsini təmin etsin.
Bakı şəhəri, 12 iyun 2002-ci il
№ 944
Heydər ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti
Gürcüstanın müdafiə naziri general-leytenant D.Tevzadzenin Azərbaycan Respublikasına rəsmi səfərinin nəticələri üzrə
PROTOKOL
(8-11 aprel 2002-ci il) Bakı ş.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyevin dəvəti ilə Gürcüstanın müdafiə naziri general-leytenant David Tevzadze 2002-ci il aprelin 8-dən 11-dək Azərbaycan Respublikasında rəsmi səfərdə olmuşdur.
Tərəflər arasında danışıqlar zamanı aşağıdakı məsələlər üzrə fikir mübadiləsi aparılmışdır:
1. Regionda təhlükəsizlik;
2. Terrorizmlə mübarizə;
3. Hər iki ölkədə silahlı qüvvələr quruculuğunun gedişi;
4. Hərbi sahədə əməkdaşlığın inkişafı.
Tərəflər qeyd etmişlər ki, Azərbaycan Respublikası və Gürcüstan, özlərinin milli maraqlarından, regiondakı geosiyasi vəziyyətlərindən və tarixən mövcud olan mehriban qonşuluq və dostluq münasibətlərindən çıxış edərək, hərbi sahə də daxil olmaqla, ikitərəfli sıx əməkdaşlığın inkişafına böyük əhəmiyyət verirlər.
Tərəflər Avrasiya nəqliyyat dəhlizinin təhlükəsizliyinin və effektiv fəaliyyət göstərməsinin təmin olunması işində əməkdaşlığın və səylərin koordinasiyasının əhəmiyyətini vurğulamış və bu sahədə GUÖAM çərçivəsində daha sıx əməkdaşlığın tərəfdarı olduqlarını bildirmişlər.
Tərəflər neft və qaz kəmərləri sisteminin təhlükəsizliyinin təmin olunması üzrə tərəflərin silahlı qüvvələri arasında qarşılıqlı fəaliyyətin qurulması üçün əməkdaşlığın davam etdirilməsinin zəruriliyini qeyd etmiş və birgə tədbirlərin, o cümlədən neft və qaz kəmərlərinin qorunması üzrə ikitərəfli və çoxtərəfli təlimlərin həyata keçirilməsinin zəruriliyini təsdiqləmişlər.
Tərəflər razılaşmışlar ki, 2001-ci il sentyabrın 11-də ABŞ-da baş vermiş hadisələr göstərdi ki, beynəlxalq terrorizm getdikcə daha təhlükəli miqyas alır və onunla mübarizə ən mühüm vəzifələrdən biridir.
Tərəflər terrorizm, təcavüzkar separatizm və cinayətkar ekstremizm təhlükələrinə qarşı mübarizədə səylərin birləşdirilməsinə çağırmış və bu sahədə əməkdaşlığın möhkəmləndirilməsinin əhəmiyyətini qeyd etmişlər.
Tərəflər iki ölkənin Avro-Atlantik təhlükəsizlik strukturlarına inteqrasiya prosesində nail olunmuş tərəqqini məmnunluqla qeyd etmişlər.
Tərəflər hesab edirlər ki, iki ölkənin silahlı qüvvələrinin inkişafının ən mühüm amillərindən biri NATO ilə əməkdaşlıqdır. Bununla bağlı, Tərəflərin çoxmillətli təlimlərdə və NATO-nun «Sülh Naminə Tərəfdaşlıq» Proqramı çərçivəsində keçirilən digər tədbirlərdə fəal iştirakı və bölmələrin Kosovoda sülhməramlı əməliyyatların gedişində uğurlu qarşılıqlı fəaliyyəti xüsusi qeyd olunmuşdur.
Tərəflər hər iki ölkədə silahlı qüvvələr quruculuğunun gedişi barədə məlumat mübadiləsi aparmışlar.
Tərəflər hərbi quruculuğun müxtəlif sahələrində təcrübə mübadiləsini faydalı hesab edirlər. O cümlədən, Hava Hücumundan Müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsinin zəruriliyi qeyd olunmuşdur.
Eləcə də, Tərəflərin silahlı qüvvələri üçün kadr hazırlığı sahəsində təcrübə mübadiləsinə olan maraqları qeyd edilmişdir.
Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Gürcüstan Müdafiə Nazirliyi arasında gələcək əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi üçün Tərəflər ikitərəfli ekspert qrupunun yaradılması haqqında razılığa gəlmişlər. Həmin qrup 2002-ci ilin iyulundan gec olmayaraq, Azərbaycan Respublikası və Gürcüstan arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Sazişin və Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Gürcüstan Müdafiə Nazirliyi arasında ikitərəfli əməkdaşlıq Proqramının hazırlanmasına başlayacaqdır.
Tərəflər, aparılmış danışıqlara görə məmnunluq ifadə edərək, belə görüşlərin müntəzəm keçirilməsinə tərəfdar olduqlarını bildirmiş və iki ölkənin müdafiə idarələrinin rəhbərləri arasında növbəti görüşü 2002-ci ilin noyabr ayından gec olmayaraq, Gürcüstanda keçirmək barədə razılığa gəlmişlər.
9 aprel 2002-ci il tarixdə Bakı şəhərində, hər biri Azərbaycan, gürcü və rus dillərində olmaqla, 2 nüsxədə imzalanmışdır.
Azərbaycan Respublikası müdafiə naziri General-polkovnik S.Əbİyev | Gürcüstan müdafiə naziri General-leytenant D.TEVZADZE |
2002-ci il martın 26-da Bakı şəhərində Azərbaycan Respublikası ilə Gürcüstan arasında imzalanmış sənədlər haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
1. 2002-cı il martın 26-da Bakı şəhərində Azərbaycan Respublikası ilə Gürcüstan arasında imzalanmış aşağıdakı sənədlər təsdiq edilsin:
1) Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi və Gürcüstanın Dövlət Sərhədinin Mühafizəsi Dövlət Departamenti arasında Azərbaycan-Gürcüstan dövlət sərhədində sərhəd nəzarəti sahəsində əməkdaşlıq haqqında Protokol;
2) Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi və Gürcüstanın Dövlət Sərhədinin Mühafizəsi Dövlət Departamenti arasında Azərbaycan-Gürcüstan dövlət sərhədində vəziyyət barədə məlumat mübadiləsi qaydası haqqında Protokol;
3) Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi və Gürcüstanın Dövlət Sərhədinin Mühafizəsi Dövlət Departamenti arasında əməliyyat-axtarış fəaliyyətində əməkdaşlıq haqqında Protokol.
2. Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən sənədlərin həyata keçirilməsi üçün tədbirlər görsün.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən sənədlərin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi haqqında Gürcüstan tərəfini xəbərdar etsin.
Bakı şəhəri, 12 iyun 2002-ci il№ 943
Heydər ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti
Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi və Gürcüstanın Dövlət Sərhədinin Mühafizəsi Dövlət Departamenti arasında Azərbaycan-Gürcüstan dövlət sərhədində sərhəd nəzarəti sahəsində
əməkdaşlıq haqqında PROTOKOL
Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi Sərhəd Qoşunları Baş İdarəsinin şəxsində və Gürcüstanın Dövlət Sərhədinin Mühafizəsi Dövlət Departamenti (bundan sonra — Tərəflər),
18 fevral 1997-ci il tarixli «Azərbaycan Respublikası ilə Gürcüstan arasında sərhəd məsələləri üzrə əməkdaşlıq haqqında Saziş»in müddəalarını rəhbər tutaraq,
sərhəd nəzarəti sahəsində əməkdaşlığın inkişaf etdirilməsinə səy göstərərək, aşağıdakılar barədə razılığa gəldilər:
M a d d ə 1
Tərəflər arasında sərhəd nəzarəti sahəsində əməkdaşlıq dövlət sərhədinin pozucularının vaxtında aşkar edilməsi və saxlanılması, qeyri-qanuni miqrasiya və mütəşəkkil cinayətkarlıq ilə mübarizə üzrə tədbirlərin işlənib hazırlanması, dövlət sərhədindən buraxılış məntəqələrində vəziyyətin dəyişilməsinə operativ münasibət bildirilməsi məqsədi ilə həyata keçirilir.
M a d d ə 2 Tərəflər aşağıdakı istiqamətlər üzrə əməkdaşlıq edəcəklər:
saxlanılmış dövlət sərhədinin pozucuları, dövlət sərhədindən buraxılış məntəqəsi rejiminin pozucuları, qeyri-
qanuni miqrantlar, Azərbaycan-Gürcüstan dövlət sərhədindən şəxslərin, nəqliyyat vasitələrinin, yüklərin və digər əmlakın qeyri-qanuni keçirilməsi faktları haqqında məlumat mübadiləsi;
dövlət sərhədini pozmaq niyyətləri və cəhdləri, aşkar olunmuş qeyri-qanuni miqrasiya kanalları haqqında məlumat mübadiləsi;
Azərbaycan Respublikasının və Gürcüstanın qanunvericiliyində sərhəd nəzarətinə aidiyyəti olan dəyişikliklər haqqında məlumat mübadiləsi;
sənədlərin saxtalaşdırılmasının yeni üsulları və sərhəd nəzarəti zamanı onların aşkar edilməsi metodları haqqında məlumat mübadiləsi;
dövlət sərhədindən buraxılış məntəqələrində ekoloji vəziyyətin gözlənilməz dəyişiklikləri və onların lokallaşdırılması tədbirləri haqqında məlumat mübadiləsi;
xəstəlik yoluxdurucularının, karantin və təhlükəli ziyanvericilərin gətirilməsi halları, habelə Azərbaycan Respublikasına və Gürcüstana gedən, təhlükəli infeksion xəstəliklərin əlamətləri aşkar edilmiş şəxslər haqqında məlumat mübadiləsi;
dövlət sərhədindən buraxılış məntəqələrində mütəşəkkil cinayətkarlıq və qeyri-qanuni miqrasiyaya qarşı mübarizə üzrə tədbirlərin hazırlanması;
sərhəd nəzarətinin təkmilləşdirilməsi üzrə yeni metodların işlənib hazırlanması.
M a d d ə 3
Əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi məqsədi ilə zərurət yarandıqca (lakin il ərzində bir dəfədən az olmayaraq) Tərəflərin səlahiyyətli orqanlarının rəhbərlərinin görüşləri keçiriləcəkdir.
Görüşün vaxtı, yeri və gündəliyi Tərəflər arasında əvvəlcədən razılaşdırılır. Görüşlərin nəticələri protokolla rəsmiləşdirilir.
M a d d ə 4
Zəruri halda, Tərəflərdən birinin sorğusu əsasında sərhəd nəzarətinin konkret məsələləri üzrə məlumat mübadiləsi həyata keçirilə bilər.
M a d d ə 5
Tərəflər bu Protokola müvafiq surətdə alınmış məlumatı yaymamaq və məlumatın mülkiyyətçisi Tərəfin əvvəlcədən razılığı olmadan onu üçüncü tərəflərə verməmək barədə öhdəlik götürürlər.
M a d d ə 6
Zəruri halda, bu Protokolun mətninə Tərəflərin qarşılıqlı razılığı ilə bu Protokolun 7-ci maddəsinin şərtlərinə uyğun olaraq qüvvəyə minən əlavə və dəyişikliklər edilə bilər. Əlavə və dəyişikliklər bu Protokolun ayrılmaz hissəsidir.
M a d d ə 7
Bu Protokol onun qüvvəyə minməsi üçün Tərəflərin dövlətdaxili prosedurları yerinə yetirmələri barədə sonuncu bildirişin alındığı tarixdən qüvvəyə minir və Azərbaycan Respublikası ilə Gürcüstan arasında sərhəd məsələləri üzrə əməkdaşlıq haqqında 18 fevral 1997-ci il tarixli Saziş qüvvədə olduğu müddətdə qüvvədədir.
Protokol 26 mart 2002-ci il tarixdə Bakı şəhərində, iki nüsxədə, hər biri Azərbaycan, gürcü və rus dillərində olmaqla iki nüsxədə imzalanmışdır, hər üç mətn eyni qüvvəyə malikdir. Bu Protokolun müddəalarının təfsirində fikir ayrılığı yarandıqda rus dilində tərtib olunmuş mətn əsas götürülür.
Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi adından (imza) | Gürcüstanın Dövlət Sərhədinin Mühafizəsi Dövlət Departamenti adından (imza) |
Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi və Gürcüstanın Dövlət Sərhədinin Mühafizəsi Dövlət Departamenti arasında Azərbaycan-Gürcüstan dövlət sərhədində vəziyyət barədə məlumat mübadiləsi qaydası haqqında
PROTOKOL
Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi Sərhəd Qoşunları Baş İdarəsinin şəxsində və Gürcüstanın Dövlət Sərhədinin Mühafizəsi Dövlət Departamenti (bundan sonra — Tərəflər),
18 fevral 1997-ci il tarixli «Azərbaycan Respublikası ilə Gürcüstan arasında sərhəd məsələləri üzrə əməkdaşlıq haqqında Saziş»in müddəalarını rəhbər tutaraq,
Azərbaycan-Gürcüstan dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsində qarşılıqlı maraqdan çıxış edərək,
aşağıdakılar barədə razılığa gəldilər:
M a d d ə 1
Tərəflər Azərbaycan-Gürcüstan dövlət sərhədində yaranan vəziyyətin məsələləri üzrə məlumat mübadiləsini həyata keçirirlər. Məlumat mübadiləsi aparıldığı məsələlərin siyahısı əlavə olunur. Siyahı bu Protokolun ayrılmaz hissəsidir.
M a d d ə 2
Azərbaycan-Güürcüstan dövlət sərhədində yaranan vəziyyət barədə məlumat mübadiləsi ayda bir dəfədən az olmamaqla, Tərəflərin qərargahları xətti ilə həyata keçirilir. Cari məlumatların mübadiləsi hər gün mövcud olan rabitə kanallarından istifadə edilməklə növbətçi xidmət xətti ilə həyata keçirilir. Zəruri hallarda maraqlı Tərəf məlumatı sorğu edə bilər.
Tərəflər arasında məlumat mübadiləsinin operativliyinin təmin edilməsi məqsədi ilə bilavasitə şifrlənmiş və faksimil rabitədən istifadə olunur.
Məlumat mübadiləsi ilə əlaqədar çəkilən xərcləri hər Tərəf ayrılıqda ödəyir.
M a d d ə 3
Bu Protokolun müddəalarının həyata keçirilməsi vəziyyətinin müzakirə edilməsi və məlumat mübadiləsi üzrə əməkdaşlıq prosesində meydana çıxan məsələlərin həll edilməsi məqsədi ilə tərəflərin rəhbərləri yaxud onların vəkalətləndirdiyi şəxslər işçi görüşlər və ya məsləhətləşmələr keçirirlər.
Nümayəndə heyətlərinin üzvlərinin və işçi görüşlərin iştirakçılarının qəbul edilməsi ilə əlaqədar xərcləri, beynəlxalq nəqliyyat xərcləri istisna olmaqla, qəbul edən Tərəf ödəyir.
M a d d ə 4
Tərəflər bu Protokola müvafiq surətdə alınmış məlumatı yaymamaq və məlumatın mülkiyyətçisi olan Tərəfin əvvəlcədən razılığı olmadan onu üçüncü tərəflərə verməmək barədə öhdəlik götürürlər.
M a d d ə 5
Zərurət olduqda, bu Protokolun mətninə tərəflərin qarşılıqlı razılığı ilə bu Protokolun 6-cı maddəsinin şərtlərinə uyğun olaraq qüvvəyə minən əlavə və dəyişikliklər edilə bilər. Əlavə və dəyişikliklər bu Protokolun ayrılmaz hissəsidir.
M a d d ə 6
Bu Protokol onun qüvvəyə minməsi üçün Tərəflərin dövlətdaxili prosedurları yerinə yetirmələri barədə sonuncu bildirişin alındığı tarixdən qüvvəyə minir və Azərbaycan Respublikası ilə Gürcüstan arasında sərhəd məsələləri üzrə əməkdaşlıq haqqında 18 fevral 1997-ci il tarixli Saziş qüvvədə olduğu müddətdə qüvvədədir.
Protokol 26 mart 2002-ci il tarixdə Bakı şəhərində, hər biri Azərbaycan, gürcü və rus dillərində olmaqla iki nüsxədə imzalanmışdır, hər üç mətn eyni qüvvəyə malikdir. Bu Protokolun müddəalarının təfsirində fikir ayrılığı yarandıqda rus dilində tərtib olunmuş mətn əsas götürülür.
Azərbaycan Respublikasının | Gürcüstanın Dövlət Sərhədinin |
Milli Təhlükəsizlik Nazirliyi adından (imza) | Mühafizəsi Dövlət Departamenti adından (imza) |
Qarşılıqlı məlumat mübadiləsi həyata keçirilən məsələlərin SİYAHISI
1. Azərbaycan-Gürcüstan dövlət sərhədində ümumi vəziyyət üzrə.
2. İkili təyinatlı malların, silahın, sursatların, narkotik vasitələrin, psixotrop maddələrin, radioaktiv materialların qeyri-qanuni keçirilməsi, mədəni sərvətlərin qeyri-qanuni gətirilməsi və çıxarılması, qeyri-qanuni miqrasiya kanallarının, habelə Azərbaycan-Gürcüstan dövlət sərhədində Tərəflərin dövlətlərinin təhlükəsizliyinə ziyan vuran digər hüquqazidd fəaliyyətin aşkar edilməsi haqqında.
3. Dövlət sərhədinin pozucularının hərəkət taktikasındakı yeni metodlar və ünsürlər haqqında.
4. Tərəflərdən birinə məlum olmuş Azərbaycan-Gürcüstan dövlət sərhədində hazırlanan və ya törədilmiş hüquq pozuntuları haqqında.
5. Dövlət sərhədinin keçilməsi üçün sənədlərin yeni nümunələrinin tətbiq edilməsi, onların rəsmiləşdirilməsi qaydası və sənədlərin saxtalaşdırılmasının yeni üsulları, sərhəd nəzarətinin həyata keçirilməsi zamanı onların aşkar edilməsi metodları haqqında.
6. Azərbaycan-Gürcüstan dövlət sərhədində delimitasiya və demarkasiya işlərinin vəziyyəti haqqında.
7. Sərhədyanı rayonlarda ekoloji, epidemioloji və epizootik vəziyyətin dəyişiklikləri barədə.
8. Tərəflər üçün maraq kəsb edən digər məlumatlar. Bu cür məlumatın mübadiləsi Tərəflərin bir-birilərinə verdikləri sorğular əsasında həyata keçiriləcəkdir.
Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi və Gürcüstanın Dövlət Sərhədinin Mühafizəsi Dövlət Departamenti arasında əməliyyat-axtarış fəaliyyətində əməkdaşlıq haqqında
PROTOKOL
Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi Sərhəd Qoşunları Baş İdarəsinin şəxsində və Gürcüstanın Dövlət Sərhədinin Mühafizəsi Dövlət Departamenti (bundan sonra — Tərəflər),
18 fevral 1997-ci il tarixli «Azərbaycan Respublikası ilə Gürcüstan arasında sərhəd məsələləri üzrə əməkdaşlıq haqqında Saziş»in müddəalarını rəhbər tutaraq,
Azərbaycan-Gürcüstan dövlət sərhədinin mühafizəsinin təmin edilməsində qarşılıqlı maraqdan çıxış edərək, aşağıdakılar barədə razılığa gəldilər:
M a d d ə 1
Tərəflər arasında əməliyyat-axtarış fəaliyyətində əməkdaşlıq Azərbaycan-Gürcüstan dövlət sərhədində hüquqazidd fəaliyyətin qarşısının alınması və aradan qaldırılması məqsədi ilə həyata keçirilir.
M a d d ə 2
Əməkdaşlıq həyata keçirilir:
Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunları Baş İdarəsinin əməliyyat şöbəsi və Gürcüstanın Dövlət Sərhədinin Mühafizəsi Dövlət Departamentinin əməliyyat-axtarış İdarəsi arasında
— Azərbaycan-Gürcüstan dövlət sərhədində əməliyyat axtarış fəaliyyətinin ümumi məsələləri üzrə;
Tərəflərin bölmə və hissələrinin əməliyyat-axtarış orqanları arasında — Azərbaycan-Gürcüstan dövlət sərhədinin pozulması hallarının qarşısının alınması və aradan qaldırılması ilə bilavasitə əlaqədar olan məsələlər üzrə.
M a d d ə 3
Tərəflər Azərbaycan-Gürcüstan dövlət sərhədində Tərəflərin sərhəd bölmə və hissələrinin əməliyyat-axtarış orqanları arasında əməkdaşlığı təşkil etməyi öz əməliyyat-axtarış orqanlarına həvalə edirlər.
M a d d ə 4
Tərəflər aşağıdakı istiqamətlər üzrə əməkdaşlığı həyata keçirirlər:
Azərbaycan-Gürcüstan dövlət sərhədində və ondan buraxılış məntəqələrində vəziyyətin, onun inkişaf meyllərinin və hüquqazidd fəaliyyətin xarakterinin birgə təhlili;
Azərbaycan-Gürcüstan dövlət sərhədində və ondan buraxılış məntəqələrində hüquqazidd fəaliyyət ilə mübarizə sahəsinə aid məlumatların mübadiləsi;
ikili təyinatlı malların, silahın, sursatların, narkotik vasitələrin, psixotrop maddələrin, radioaktiv materialların Azərbaycan-Gürcüstan dövlət sərhədindən qeyri-qanuni keçirilməsinin, mədəni sərvətlərin qeyri-qanuni gətirilməsi və çıxarılmasının, qeyri-qanuni miqrasiyanın, habelə Tərəflərin dövlətlərinin təhlükəsizliyinə ziyan vuran digər hüquqazidd fəaliyyətin qarşısının alınması və aradan qaldırılması üzrə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi;
Azərbaycan-Gürcüstan dövlət sərhədini pozmuş (pozmağa cəhd göstərən) yaxud orada hüquqazidd fəaliyyətin həyata keçirilməsinə aidiyyəti olan şəxslərin, o cümlədən üçüncü ölkə vətəndaşlarının aşkar edilməsi, operativ yoxlanılması, operativ axtarışı və yoxlanılması üzrə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi;
öz dövlətlərinin dövlət hakimiyyət və idarəetmə orqanlarına təqdim edilməsi üçün Azərbaycan-Gürcüstan dövlət sərhədində qayda-qanunun möhkəmləndirilməsi üzrə tədbirlər haqqında təkliflərin işlənib hazırlanması.
Tərəflərin əməliyyat-axtarış orqanları öz səlahiyyətləri həddində yuxarıda göstərilən istiqamətlər üzrə məlumat mübadiləsini həyata keçirirlər.
M a d d ə 5
Əməkdaşlığın yekunlaşdırılması Tərəflərin rəhbərləri yaxud onlar tərəfindən vəkalət verilmiş şəxslər tərəfindən görüşlər zamanı həyata keçirilir.
Əməkdaşlığın cari məsələlərinin həll edilməsi və keçirilən tədbirlərin razılaşdırılması, məlumat mübadiləsi məqsədi ilə Tərəflərin nümayəndələrinin işçi görüşləri keçirilir.
Tərəflər məlumat mübadiləsi məqsədi ilə telefon, faksimil və digər rabitə vasitələrindən istifadə edirlər.
M a d d ə 6
Tərəflərin nümayəndələrinin müqabil əraziyə səfərləri Tərəflər arasında razılaşdırılmaqla həyata keçirilir. Nümayəndə heyətlərinin üzvlərinin və işçi görüşlərin iştirakçılarının qəbul edilməsi ilə əlaqədar xərcləri,
beynəlxalq nəqliyyat xərcləri istisna olmaqla, qəbul edən Tərəf ödəyir.
M a d d ə 7
Tərəflər bu Protokola müvafiq surətdə alınmış məlumatı yaymamaq və məlumatın mülkiyyətçisi Tərəfin əvvəlcədən razılığı olmadan onu üçüncü tərəflərə verməmək barədə öhdəlik götürürlər.
M a d d ə 8
Zərurət olduqda, bu Protokolun mətninə Tərəflərin qarşılıqlı razılığı ilə bu Protokolun 9-cu maddəsinin şərtlərinə uyğun olaraq qüvvəyə minən əlavə və dəyişikliklər edilə bilər. Əlavə və dəyişikliklər bu Protokolun ayrılmaz hissəsidir.
M a d d ə 9
Bu Protokol onun qüvvəyə minməsi üçün Tərəflərin dövlətdaxili prosedurları yerinə yetirmələri barədə sonuncu bildirişin alındığı tarixdən qüvvəyə minir və Azərbaycan Respublikası ilə Gürcüstan arasında sərhəd məsələləri üzrə əməkdaşlıq haqqında 18 fevral 1997-ci il tarixli Saziş qüvvədə olduğu müddətdə qüvvədədir.
Protokol 26 mart 2002-ci il tarixdə Bakı şəhərində, hər biri Azərbaycan, gürcü və rus dillərində olmaqla iki nüsxədə imzalanmışdır, hər üç mətn eyni qüvvəyə malikdir. Bu Protokolun müddəalarının təfsirində fikir ayrılığı yarandıqda rus dilində tərtib olunmuş mətn əsas götürülür.
Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi adından (imza) | Gürcüstanın Dövlət Sərhədinin Mühafizəsi Dövlət Departamenti adından (imza) |
Xam neftin Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə Cümhuriyyətinin əraziləri ilə Bakı-Tbilisi- Ceyhan əsas ixrac boru kəməri vasitəsilə nəql edilməsinə dair Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə Cümhuriyyəti arasında Sazişin və həmin Sazişə əlavə edilmiş sənədlərin, İstanbul
Bəyannaməsinin və Xam neftin Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə Cümhuriyyətinin
əraziləri ilə nəql edilməsinə dair Azərbaycan Respublikası, Türkiyə Cümhuriyyəti və Gürcüstan arasında Sazişə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə Cümhuriyyəti arasında Protokolun təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının dövlət siyasətinin tərkib hissəsi olan neft strategiyası son illərdə uğurla inkişaf etdirilərək, ölkəmizin dünya birliyinə inteqrasiyasını sürətləndirmiş və müstəqilliyinin möhkəmlənməsinə xidmət etmişdir. Məhz buna görə Əsrin müqaviləsi və ondan sonra bağlanmış neft kontraktları böyük siyasi və iqtisadi əhəmiyyətə malik olmuş, Azərbaycan xalqının öz təbii sərvətlərinin əsl sahibi olduğunu nümayiş etdirmişdir.
Ölkəmizin neft strategiyasının əsas istiqamətlərindən biri Azərbaycan neftinin dünya bazarlarına nəql edilməsidir. Bu gün Azərbaycan nefti dünya bazarlarına iki marşrutla — Bakı—Novorossiysk və Bakı-Supsa boru xətləri ilə ixrac edilir. Lakin bu sahədə Azərbaycanın mənafelərinin uzunmüddətli təmin edilməsi, genişmiqyaslı beynəlxalq əməkdaşlığın həyata keçirilməsi, Xəzəryanı regionda neft hasilatının artması ilə əlaqədar neftin dünya bazarlarına nəqlinin təmin edilməsi məqsədi ilə strateji əhəmiyyətli, buraxılış imkanı ildə 50 milyon ton neft olan yeni — Bakı—Tbilisi—Ceyhan əsas ixrac boru kəməri layihəsinin gerçəkləşməsi üçün gərgin işlər aparılmış və danışıqlar prosesi uğurla nəticələnmişdir.
Yuxarıda göstərilənlərin Azərbaycan dövləti üçün xüsusi əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
1. Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə Cümhuriyyətinin prezidentləri tərəfindən 1999-cu il noyabrın 18-də İstanbul şəhərində imzalanmış Xam neftin Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə Cümhuriyyətinin əraziləri ilə Bakı—Tbilisi—Ceyhan əsas ixrac boru kəməri vasitəsilə nəql edilməsinə dair Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə Cümhuriyyəti arasında saziş təsdiq edilsin.
2. Bu qanunun 1-ci bəndində göstərilən sazişə əlavə edilən aşağıdakı sənədlər təsdiq edilsin:
Azərbaycan Respublikası Hökuməti və Əsas İxrac Boru Kəməri Sərmayəçiləri arasında Tranzit ərazisinə malik ölkənin hökuməti ilə Saziş;
Gürcüstan Hökuməti ilə Əsas İxrac Boru Kəməri Sərmayəçiləri arasında Tranzit ərazisinə malik ölkənin hökuməti ilə Saziş; Türkiyə Cümhuriyyəti Hökuməti ilə Əsas İxrac Boru Kəməri Sərmayəçiləri arasında Tranzit ərazisinə malik ölkənin hökuməti ilə Saziş;
Əsas İxrac Boru Kəməri İştirakçıları ilə Açarlı Təhvil Podratçısı arasında Açarlı Təhvil Sazişi;
Əsas İxrac Boru Kəməri layihəsinin Türkiyə sahəsinin əvvəlcədən müəyyən olunmuş müddət və qiymət əsasında tikilməsi və istismara verilməsinə təminat verən Türkiyə Cümhuriyyətinin Xəzinədarlıq Katibliyinin Zəmanət Məktubu.
3. Azərbaycan Respublikası, Gürcüstan, Türkiyə Cümhuriyyəti, Qazaxıstan Respublikası və Amerika Birləşmiş Ştatlarının Prezidentləri tərəfindən 1999-cu il noyabrın 18-də İstanbul şəhərində imzalanmış İstanbul Bəyannaməsi təsdiq edilsin.
4. Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə Cümhuriyyəti arasında 2000-ci il 9 may tarixində imzalanmış Xam neftin Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə Cümhuriyyətinin əraziləri ilə nəql edilməsinə dair Azərbaycan Respublikası, Türkiyə Cümhuriyyəti və Gürcüstan arasında Sazişə dəyişikliklər edilməsi haqqında Protokol təsdiq edilsin.
5. Bu qanun dərc edildiyi gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV
Bakı şəhəri, 26 may 2000-ci il.
№ 885-IQ
Gürcüstanın müdafiə naziri və Azərbaycan Respublikasının müdafiə nazirinin görüşünün nəticələri üzrə imzalanmış Protokolun təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
1. 1999-cu il martın 18-də Gürcüstanın Müdafiə Naziri və Azərbaycan Respublikasının Müdafiə Nazirinin görüşünün nəticələri üzrə imzalanmış Protokol təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Protokolun həyata keçirilməsi ilə əlaqədar lazımi tədbirlər görsün.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Gürcüstan tərəfini xəbərdar etsin.
Bakı şəhəri, 9 dekabr 1999-cu il
№ 293
Azərbaycan Respublikasının Prezidenti
HEYDƏR ƏLİYEV
Gürcüstanın müdafiə naziri və Azərbaycan Respublikası müdafiə nazirinin görüşünün nəticələri üzrə PROTOKOL
Gürcüstanın müdafiə naziri general-leytenant David Tevzadzenin dəvəti ilə 1999-cu il martın 17-18-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Əbiyev Səfər Axundbala oğlu Gürcüstanda rəsmi səfərdə olmuşdur.
Dostluq və qarşılıqlı anlaşma şəraitində aparılan görüşlər Gürcüstan və Azərbaycan Respublikası arasında strateji tərəfdaşlığın qardaşlıq və mehriban qonşuluq münasibətlərinin inkişafı istiqamətində keçirilmişdir.
Müdafiə nazirləri belə görüşlərin iki dövlətin silahlı qüvvələri arasındakı əməkdaşlığın başlanğıcı olduğunu və Tərəflərin silahlı qüvvələri arasında dostluq münasibətlərinin inkişafına imkan yaradacağını təsdiq etdilər və hərbi əməkdaşlıq sahəsində Gürcüstan-Azərbaycan ikitərəfli münasibətlərinin dərinləşdirilməsinin geniş potensialını qeyd etdilər.
Müdafiə nazirləri əməkdaşlığı inkişaf etdirmək məqsədi ilə bütün səylərini əsirgəməyəcəklərini təsdiqlədilər.
Müdafiə nazirləri, Gürcüstan və Azərbaycan Respublikası silahlı qüvvələri arasında əməkdaşlığın daha da dərinləşdirilməsi məqsədi ilə aşağıdakılarla razılaşdılar:
1. Tərəflər hərbi əməkdaşlıq sahəsində perspektiv prioritetlərin müəyyən edilməsi məqsədi ilə yüksək rütbəli vəzifəli şəxslərin səfərlərini, hərbi ekspertlərin görüşlərini mütəmadi olaraq həyata keçirəcəklər.
2. Tərəflər Avro-Atlantika təhlükəsizlik və əməkdaşlıq strukturlarına inteqrasiya çərçivəsində hərbi əməkdaşlığın müvafiq sahələrində qarşılıqlı fəaliyyət göstərəcəklər.
3. Tərəflər, NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramı çərçivəsində çoxtərəfli əməkdaşlıq sahəsində və NATO ilə münasibətlərin gələcək inkişafında ikitərəfli qarşılıqlı fəaliyyəti və birgə iştiraklarını fəallaşdıracaqlar.
4. Tərəflər GUAM qrupu çərçivəsində əməkdaşlığı inkişaf etdirəcəklər.
5. Tərəflər BMT və ATƏT-in himayəsi altında keçirilən sülhməramlı və humanitar əməliyyatlarda və həmçinin NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramı çərçivəsində keçirilən tədbirlərdə iştirak etmək məqsədi ilə çoxmillətli sülhməramlı bölmənin yaradılması üçün lazımi səy göstərəcəklər.
6. Tərəflər regional təhlükəsizliyi təmin etmək məqsədi ilə hərbi əməkdaşlığın müvafiq sahələrində qarşılıqlı fəaliyyət göstərəcəklər.
7. Tərəflər bu ilin aprel ayında Ukrayna tərəfini dəvət etməklə, boru kəmərlərinin mühafizəsi üzrə müştərək təlim keçirəcəklər.
8. Tərəflər Quru Qoşunları, Hərbi-Dəniz Qüvvələri, Hərbi-Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunları arasında, eləcə də arxa cəbhə və tibb xidmətləri arasında əməkdaşlığı inkişaf etdirəcəklər.
Tbilisi şəhərində 18 mart 1999-cu ildə iki nüsxədə, hər biri gürcü, Azərbaycan və rus dillərində imzalanmışdır.
Gürcüstan Müdafiə Nazirliyi tərəfindən | Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən |
Gürcüstan müdafiə naziri general-leytenant DAVİD TEVZADZE | Azərbaycan Respublikası müdafiə naziri general-polkovnik SƏFƏR ƏBİYEV |