Contract
2004-cü il dekabrın 8-də Bakı şəhərində imzalanmış "BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Kioto Protokolunun həyata keçirilməsi sahəsində əməkdaşlıq haqqında Azərbaycan Respublikası Hökuməti və Danimarka Krallığı Hökuməti arasında Anlaşma Memorandumu"nun təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
1. 2004-cü il dekabrın 8-də Bakı şəhərində imzalanmış "BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Kioto Protokolunun həyata keçirilməsi sahəsində əməkdaşlıq haqqında Azərbaycan Respublikası Hökuməti və Danimarka Krallığı Hökuməti arasında Anlaşma Memorandumu" təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bu sərəncamın 1-ci bəndində göstərilən Anlaşma Memorandumunun həyata keçirilməsi üçün lazımi tədbirlər görsün.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 1-ci bəndində göstərilən Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Danimarka Krallığı Hökumətinə müvafiq bildiriş göndərsin.
Xxxxx XXXXXX, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 yanvar 2005-ci il
№ 592
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Kioto Protokolunun həyata keçirilməsi sahəsində əməkdaşlıq
haqqında Azərbaycan Respublikası Hökuməti və Danimarka Krallığı Hökuməti arasında
ANLAŞMA MEMORANDUMU (AM)
Azərbaycan Respublikası Hökuməti, bu Memorandumun məqsədləri üçün Azərbaycanın səlahiyyətli orqanı xxxx Ekologiya və Təbii Sərvətlər Nazirliyi şəxsində (bundan sonra – Azərbaycan Tərəfi)
və
Danimarka Krallığı Hökuməti, bu Memorandumun məqsədləri üçün Danimarkanın səlahiyyətli orqanı xxxx Xxxxx Xxxxxxx Mühafizəsi Nazirliyi, Ətraf mühitin mühafizəsi üzrə Danimarka Agentliyi şəxsində (bundan sonra - Danimarka Tərəfi)
hər iki Tərəfin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (BMTİDÇK) iştirakçıları olduqlarını və hər iki Tərəfin Konvensiyanın Kioto Protokolunu ratifikasiya etdiklərini nəzərə alaraq,
Kioto Protokolunun 12-ci maddəsinin müddəalarını və Protokolun həyata keçirilmə təlimatları üzrə Kioto Protokolu Tərəflərinin işçi görüşü (TK/Tİ) xxxx BMTİDÇK Tərəflər Konfransının qəbul etdiyi qərarların icrasını, Konvensiyanın 1 №-li əlavəsinə daxil olmayan Tərəfin 1 №-li əlavəyə daxil xxxx Tərəfə Təmiz İnkişaf Mexanizmi (XXX) layihə fəaliyyətlərindən əldə olunan sertifikatlaşdırılmış tullantıları (AST) ötürməklə və bununla da, Kioto Protokolunun 3-cü maddəsi ilə müəyyən edilmiş tullantıların azaldılması və məhdudlaşdırılmasının kəmiyyət öhdəliklərini yerinə yetirməyə yardım edərək həyata keçirmək məqsədilə,
Kioto Protokolunda nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməsi məqsədilə daxili siyasət və tədbirlərin, Protokolun 12-ci maddəsinə əsaslanan fəaliyyətlərin əlavə rolunun vacibliyini xüsusilə qeyd edərək,
Tərəflər Konfransı/Tərəflər İclası Kioto Protokolunun 12-ci maddəsinə əsaslanaraq gələcəkdə hazırlanacaq rəhbər göstərişlərini qəbul edərək və həmçinin XXX-in operativ və əhəmiyyətli tətbiqinə aid xxxx TKTİ-nin gələcək qərarlarını nəzərə alaraq,
Kioto Protokolunun qüvvəyə minməsini gözləyərək,
Kioto Protokolunun 12-ci bəndinə uyğun olaraq XXX sahəsində əməkdaşlığın davamlı inkişafa və istilik effekti yaradan qazların (İEYQ) tullantılarının azaldılmasına əhəmiyyətli töhfə verməsini nəzərə alaraq,
Təmiz İnkişaf Mexanizminin (XXX) operativ, əhəmiyyətli və əməli həyata keçirilməsi və onun həyata keçirilməsinə yardım etmək sahəsində uzunmüddətli əməkdaşlığa başlamaq və onu həyata keçirmək sahəsində siyasi iradə göstərməyi arzulayaraq,
aşağıdakılar barədə razılığa gəlmişlər:
Maddə 1
Məqsəd
Bu Memorandum, Kioto Protokolunun 12-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasında İEYQ-nin tullantılarının azaldılmasına yönəlmiş XXX layihələrinin hazırlanmasına və həyata keçirilməsinə və Danimarka Tərəfinə həmin layihələrin həyata keçirilməsi nəticəsində alınmış AST-nin razılaşdırılmış hissəsinin ötürülməsinə yardım edən prosedurlara tətbiq edilir.
Maddə 2
Səlahiyyətli orqanlar
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Danimarka Krallığının Ətraf Mühitin Mühafizəsi Nazirliyi, Ətraf Mühitin Mühafizəsi üzrə Danimarka Agentliyi layihələrin həyata keçirilməsi haqqında sazişlər üzrə səlahiyyətli orqanlardır. Hər xxx XXX layihəsi üçün konkret layihələrin həyata keçirilməsini təmin etmək məqsədilə bütün əlaqədar məsələləri əhatə edən layihə müqaviləsi hazırlanacaqdır.
Maddə 3
Azərbaycan Tərəfinin töhfəsi
Azərbaycan Tərəfi layihələrin hazırlanmasına və həyata keçirilməsinə, XXX layihələrinin həyata keçirilməsində maraqlı xxxx potensial benefisiarları dəstəkləməklə, informasiya mübadiləsi və Kioto Protokolunun 12-ci maddəsinə uyğun olaraq, XXX layihələri qismində tanınan və bu növ layihələr üçün ölkə qanunvericiliyinin tələblərinə uyğun olaraq layihələrin rəsmən razılaşdırılması yolu ilə yardım edəcəkdir.
Layihə üzrə müqavilə özündə Azərbaycan Tərəfinin mütləq təsdiqini əks etdirməlidir ki, Azərbaycan Tərəfi müqavilə üzrə Kioto Protokolunun 12-ci maddəsinə uyğun olaraq və TK/Tİ-nin rəhbər prinsiplərinə uyğun olaraq, müqavilə üzrə layihədən əldə olunmuş AST-ni Danimarka Tərəfinə ötürəcəkdir.
Müqavilə belə bir mütləq təsdiqi özündə əks etdirəcək ki, Azərbaycan Tərəfi razılaşdırılmış və əvvəlcədən ödənilmiş AST həcmlərinin layihə üzrə müqavilədə göstərildiyi kimi, razılaşdırılmış müddət ərzində ötürülməsini təmin edəcəkdir, o şərtlə ki, XXX layihələri AST-ni hasil etməyə davam edəcək və bu, müstəqil qanunla təsdiq oluna bilər.
Layihə üzrə müqavilə həmçinin özündə XXX üzrə həyata keçirilən layihələri ötürülmüş AST-yə görə razılaşdırılmış ödəmələrdən əlavə, digər hər hansı bir xüsusi ödəmələrdən azad olmanı əks etdirəcəkdir.
Azərbaycan Tərəfi sərbəst qərar qəbul edəcək və Danimarka Tərəfinə maliyyələşmə üçün seçilmiş layihələrini təqdim edəcək. Prioritetlər qarşılıqlı məsləhətləşmələr yolu ilə müəyyən olunacaqdır.
Maddə 4
Danimarka Tərəfinin töhfəsi
Danimarka Tərəfi verilmiş layihələrin həyata keçirilməsi nəticəsində alınan AST-nin tədarükü yolu ilə və ya Azərbaycan Tərəfindən AST-nin əsas sahibkarları xxxx fərdi tərəflərdən ötürülmüş AST-nin qəbul edilməsi və qeydiyyatı yolu ilə AST layihələrinin təkmilləşdirilməsinə və həyata keçirilməsinə yardım edəcəkdir. Danimarka Tərəfi Kioto Protokolunun 12-ci maddəsinə uyğun olaraq, layihə üzrə müqaviləni imzalayaraq XXX layihələrini təsdiq edir.
Danimarka Tərəfi Azərbaycan Tərəfmi özəl şirkətlərə müvafiq etibarnamələr verilməsi barədə məlumatlandıracaqdır.
Etibarnaməni qəbul edən ölkədə Danimarka Tərəfinin xüsusi layihələrə münasibətdə töhfəsi ancaq xüsusi layihələrə münasibətdə tətbiq oluna bilər.
Maddə 5
Ödəniş sxemi
XXX layihələri üzrə ödəniş sxemi hər bir ayrıca vəziyyət üçün razılaşdırılacaq və layihələr üzrə müqavilələrdə rəsmi əksini tapacaqdır.
Maddə 6
Layihələrin müstəqil təsdiqi, yoxlanılması və sertifikatlaşdırılması
Layihələrin təsdiqi, yoxlanılması və sertifikatlaşdırılmasını BMTİDÇK-nin İcraçı Komitəsi tərəfindən akkreditə olunmuş müstəqil təşkilatlar həyata keçirəcəklər. Hər iki Tərəf bu təşkilatların işinə yardım göstərəcəkdir.
Maddə 7
Qüvvəyə minmə
Bu Memorandum 5 il müddətinə bağlanır və dövlətdaxili prosedurları yerinə yetirdikdən sonra sonuncu məlumat alındığı tarixdən qüvvəyə minir.
Əgər Tərəflərdən biri bu Memorandumun qüvvədə olmasının başa çatmasına qalan 6 (altı) aydan gec olmayaraq öz yazılı bildirişi ilə onun ləğv olunması haqqında niyyətini bildirməzsə, Memorandum növbəti beş illik dövrlərə avtomatik olaraq uzadılacaqdır.
Maddə 8
Əlavələr və fəaliyyətin vaxtından əvvəl dayandırılması
Azərbaycan Respublikasının və Danimarka Krallığının milli siyasətində əhəmiyyətli dəyişikliklər baş verdiyi halda və bu dəyişikliklər layihə icraçıları və (və ya) investorlar tərəfindən AST-nin alınmasında və verilməsində çətinliklər yaradarsa, onda hər iki Tərəf müqavilələrdə razılaşdırılmış AST-nin praktiki olaraq verilməsi üçün tam qüvvələrini sərf edəcəkdir.
Tərəflər bu Memorandumun fəaliyyətinin dayandırılması və ya təklif olunan dəyişikliklər barədə digər Tərəfi yazılı şəkildə xəbərdar etmək hüququna malikdirlər. Bu Memorandum çərçivəsində həyata keçirilən layihələr müqavilələrdə təmin olunan AST-nin sonuncu ötürülməsinə qədər qüvvədədir. Memorandum verilmiş layihələr üçün qüvvəyə malikdir.
Bu Memorandum 2004-cü il dekabrın 8-də Bakı şəhərində ingilis və Azərbaycan dillərində iki əsl nüsxədə imzalanmışdır və bütün mətnlər eyni qüvvəyə malikdir.
Bu Memorandumun müddəalarının təfsiri və tətbiqi zamanı hər hansı fikir ayrılığı yarandıqda, ingilis dilində xxxx mətndən istifadə olunacaqdır.
Azərbaycan Respublikası Danimarka Krallığı Hökuməti adından Hökuməti adından
X. XXXXXXX, X. HEDEQARD Azərbaycan Respublikasının Danimarka Krallığmın ətraf
ekologiya və təbii sərvətlər xxxxxx xxxxx xxxxxx
Xxxxx 08.12.2004 Tarix: 06.12.2004