ƏMLAKIN YANĞIN VƏ DİGƏR ƏLAVƏ RİSKLƏRDƏN SIĞORTASININ ƏSAS QAYDALARI
ƏMLAKIN YANĞIN VƏ DİGƏR ƏLAVƏ RİSKLƏRDƏN SIĞORTASININ ƏSAS QAYDALARI
ÜMUMİ MÜDDƏALAR
Bu Qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsi, «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanunu və digər normativ-hüquqi aktlara uyğun olaraq hazırlanmışdır.
1. SIĞORTANIN MÖVZUSU
Bu sığorta Qaydaları (şərtləri) ilə yanğın, ildırım, və partlayışla əlaqədar meydana gələn tüstü, buxar və hərarət nəticəsində sığortalanmış əmlaka dəyən maddi zərərə sığorta məbləği həddində təminat verilir.
2. SIĞORTA PREDMETİ VƏ SIĞORTA TƏMİNATININ ƏHATƏ DAİRƏSİ
2.1. Bu Qaydalar üzrə sığorta predmeti sığorta müqaviləsi üzrə sığortalanan əmlak mənafelərinin aid olduğu daşınan və daşınmayan əmlakdır.
2.1. Daşınmaz əmlaklar üzrə:
2.1.1. Əlavə sığorta haqqı ödəməklə, binalar, təsərrüfat tikilişləri, qaraj, su və ya, yanacaq xxxxxx xxxx əlavə tikililər, binaların içərisində və ya üzərində xxxx hər cür sabit qurğular, lift və ekskalatorlar, ildırım ötürən, televizor antenası kimi əmlak sığorta təminatının əhatə dairəsinə daxil edilir.
2.1.2. Bünövrələr, bağ və həyət hasarları, kontrforslar (uçqunun, sürüşmənin, çökmənin nisbətən qarşısının alınmasından ötrü perpendikulyar tikilən dayaq hasarları), səkilər, meydançalar, eyvanlar, pilləkənlər, bulaqlar, binaların xaricində xxxx heykəllər, su anbarları, hovuzlar və bu kimi digər tikililər, yalnız sığorta şəhadətnaməsində yazılması şərti ilə, sığorta təminatına daxil edilə bilər.
2.2. Daşınan əmlak üzrə: Sığorta edilmiş ünvanlarda xxxx:
2.2.1. Sığortalanmış əşyalar keyfiyyətləri növ və ya qruplara ayrılmışsa, bu növ və ya qruplardan birinə daxil xxxx əşyalar.
2.2.2. Sığortalanmış əşyaların hamısı üçün yalnız bir sığorta məbləği müəyyən edilmişdirsə, bu məbləğə daxil xxxx bütün əşyalar, sığorta şəhadətnaməsində yazılmasından asılı olmayaraq, yeri dəyişdirildiyinə və ya sonradan alınmış olsa da, sığorta təminatının əhatə dairəsinə daxildir.
2.3. Əlavə razılaşma yoxdursa, yalnız sığortalıya və onunla birlikdə yaşayan ailə üzvlərinə və ya onunla birlikdə yaşayan şəxslərə və yaxud xidmətçilərə məxsus əşyalar qəbul olunmuş limit faizini keçməmək şərti ilə sığorta təminatının əhatə dairəsinə daxildir.
2.4. Bu Qaydalarla müəyyən olunan sığorta növü sinifinə görə əmlakın yanğın və digər risklərdən sığortası sinifinə aid edilir.
3. ƏLAVƏ SIĞORTA HAQQI MÜQABİLİNDƏ SIĞORTA TƏMİNATINA DAXİL EDİLƏN ZƏRƏR
3.1. Aşağıdakı hadisələrə görə dəyən zərər əlavə razılaşmaya uyğun olaraq və əlavə sığorta haqqı ödəmək şərti ilə sığorta təminatına daxil edilə bilər:
3.1.1. Tətil, lokaut (qarşısıalınma tədbirləri), iğtişaş və xalq hərəkatları və bunların qarşısının alınması üçün görülən tədbirlər;
3.1.2. Terror;
3.1.3. Zəlzələ və vulkan püskürməsi.
3.2. Yanğın və partlayışın nəticəsi olmayaraq baş verən aşağıdakı hadisələrə görə dəyən zərər yalnız əlavə razılaşmaya uyğun olaraq və əlavə sığorta haqqının ödənilməsi şərti ilə sığorta təminatının əhatə dairəsinə daxil edilə bilər:
3.2.1. Qar ağırlığı;
3.2.2. Sel və su basması;
3.2.3. Yer sürüşməsi;
3.2.4. Fırtına;
3.2.5. Daxili su;
3.2.6. Tüstü;
3.2.7. Nəqliyyat vasitələrinin sığortalanmış predmetə dəyməsi;
3.2.8. Avtomobillərin sığortalanmış predmetə dəyməsi;
3.2.9. Su nəqliyyatı vasitələrinin sığortalanmış predmetə dəyməsi;
3.2.10. Hava nəqliyyatı vasitələrinin sığortalanmış predmetə dəyməsi.
3.3. Aşağıda göstərilən əmlak və əmlak mənafeləri, habelə itkilər sığorta məbləğlərinin sığorta şəhadətnaməsində ayrıca göstərilməsi və əlavə sığorta haqqının ödənilməsi şərti ilə sığorta təminatının əhatə dairəsinə daxil edilə bilərlər:
3.3.1. Sənətkarlıq və antikvarlığı baxımından qiymətli xxxx tablolar, rəsm əsərləri, kitablar, qravürlər, yazılar, heykəllər, bəzək əşyaları, kolleksiyalar, xalçalar və bu kimi əşyalar;
3.3.2. Modellər, qəliblər, plan və eskizlər, ixtira patentləri, sənədlər, mühasibat sənədləri və bu kimi digər sənədlər;
3.3.3. Nəğd pul, səhmlər, istiqrazlar, qiymətli kağızlar, bütün növ qızıl və gümüş, onlardan hazırlanmış zinət əşyaları, digər qiymətli zinət ləvazimatları, qiymətli daşlar, incilər və sair qiymətli əşyalar;
3.3.4. Dəniz, su, avtomobil nəqliyyat vasitələri və bunların yükləri (hərəkət halı istisna olmaqla);
3.3.5. Əmanət və girov mallar;
3.3.6. Uçuq və dağıntıların aradan qaldırılması;
3.3.7. Gəlirin itirilməsi və mənfəətdən məhrum olma;
3.3.8. Yanğın və partlayış üzrə maddi cavabdehlik (yanğın və partlayış üzrə maddi cavabdehlik əlavə müqavilə ilə bu əsas şərtlərə və əlaqədar izahata (kloza əlavə şərtlər) uyğun olaraq təminatın əhatə dairəsinə daxil edilə bilər).
4. SIĞORTA TƏMİNATINA DAXİL OLMAYAN ZƏRƏR (İSTİSNALAR)
Aşağıdakı hallar sığorta təminatına daxil deyildir:
4.1. Müharibə, hər cür hərbi əməliyyatlar, istila, xarici düşmən basqınları, döyüş (müharibə elan edilmiş olub-olmamasından asılı olmayaraq), vətəndaş müharibəsi, üsyan və bunların qarşısının alınması və yatırılması məqsədilə görülən inzibati və hərbi tədbirlər nəticəsində meydana gələn zərər;
4.2. Hər hansı nüvə partlayışı, nüvə enerjisinin yanması nəticəsində yaranan nüvə tullantılarından, radiasiya və radioaktiv çirklənmələr və bunlarla əlaqədar görülən hərbi və inzibati tədbirlər;
4.3. Dövlətin səlahiyyətli orqanları tərəfindən sığortalanmış əmlakdan istifadə olunması nəticəsində meydana çıxan zərər;
4.4. Sığortalanmış əşyaların, yanğın baş vermədən, öz qüsurlarına, keyfiyyətsiz hazırlanmalarına, həddindən artıq qurumalarına görə və yaxud onların özlərində əmələ gələn zərər;
4.5. Yanğın baş vermədən sığortalanmış əşyaların istifadə olunması və ya başqa bir faydalı məqsədlə alova və ya istiyə tutulmasına, ocaq və ya digər alov xxxx xxx yerə düşməsinə və ya atılmasına, paltar və ya döşək ağlarının ütü və digər bu kimi əşyalar ilə alovsuz olaraq yanmasına, qızdırıcı, işıqlandırıcı, ütüləmə alətləri, xxxxx, xxx, siqaret və sair bu kimi istilik mənbələrinin toxunmasına görə dəyən zərər;
4.6. Yanğın baş vermədən cərəyanla işləyən hər cür mühərrik, elektron alətlər, cihazlar və qurğuların elektrik xəttinə birləşdirilmiş olduqları zaman dövriyyədə xxxx qısa qapanma, enerjinin artıb-azalması, habelə bunun nəticəsində qızma və induksiya cərəyanı kimi səbəblərə görə dəyən zərər;
4.7. Kiçik bir təzyiq nəticəsində qoruyucuların içəriyə doğru çökməsi, düşməsi və digər formada deformasiyaya uğraması, köhnəlməsi, mərkəzdən qaçma qüvvəsi və texniki hadisələr nəticəsində sığorta edilmiş cihaz və mühərriklərə dəyən hər cür zərər.
5. SIĞORTA HAQQININ ÖDƏNİLMƏSİ VƏ SIĞORTA MÜQAVİLƏSİNİN QÜVVƏYƏ MİNMƏSİ
5.1. Sığorta haqqının bütövlükdə və ya hissə-hissə ödənilməsi razılaşdırıla bilər. Sığorta haqqı bütövlükdə (sığorta haqqının birinci hissəsi) sığorta şəhadətnaməsi təqdim olunan vaxt və ya sığorta müqaviləsinin başlanğıc tarixindən maksimum 3 (üç) gün ərzində, (hissələrlə ödənilməsi razılaşdırılarsa, qalan hissələr isə sığorta şəhadətnaməsində göstərilən tarixlərdə) ödənilməlidir.
5.2. Sığorta haqqı (ilkin hissə) sığorta şəhadətnaməsi təqdim olunan vaxt və ya razılaşdırılmış müddət ərzində maksimum 3 (üç) gün ödənməzsə, sığortaçı sığorta ilə əlaqədar heç bir məsuliyyət daşımır.
5.3. Sığorta hadisəsi baş verdiyi zaman sığorta haqqı hissələrinin hamısı bir dəfə ödənilir.
5.4. Sığorta haqqının hissələrlə ödənilməsi razılaşdırıldığı hallarda, hissələrdən hər xxxxx xxxx şəhadətnamədə göstərilən vaxta ödənilməzsə, Sığortaçı onun ödənilməsi üçün yazılı surətdə 15(on beş) günədək müddət müəyyən edə bilər. Hər bir halda sığorta haqqı və ya onun razılaşdırılmış ilk hissəsi sığorta müqaviləsi bağlandığı gündən 1 aydan gec
olmayaraq ödənilməlidir. Müəyyən olunmuş gün ərzində sığorta haqqı ödənilməzsə sığorta şəhadətnaməsi etibarsız hesab olunacaq. Xxxx etmənin hüquqi qüvvə qazandığı tarixə qədər keçən müddətin sığorta haqqı gün hesabına görə hesablanır və artıq qalan məbləğ sığortalıya qaytarılır.
6. SIĞORTALININ MÜQAVİLƏ BAĞLANDIĞI ZAMAN MƏLUMAT VERMƏK VƏZİFƏLƏRİ
6.1. Sığorta müqaviləsinin bağlanması zamanı sığortalı sığortaya cəlb olunacaq əmlak barədə ona məlum xxxx bütün məlumatı sığortaçıya bildirməyə borcludur.
6.2. Sığortalı məlumatının yanlış və yaxud yarımçıq olması sığortaçının sığorta müqaviləsini imzalamamasına və ya aşağıdakı digər şərtləri irəli sürməsinə imkan verir:
6.2.1. Sığortaçı vəziyyəti öyrəndiyi tarixdən etibarən 1 (bir) ay ərzində müqaviləni ləğv edə və ya davam etdirərək həmin vaxt üçün sığorta haqqı fərqini tələb edə bilər;
6.2.2. Sığortalı 10 (on) gün ərzində sığorta haqqının fərqi kimi tələb olunan məbləği qəbul etmədiyini bildirərsə, müqavilə ləğv olunmuş hesab olunur. Ləğv etmənin qüvvəyə minəcəyi tarixə qədər vaxt üçün sığorta haqqı gün hesabı əsas götürülməklə hesablanır və artıq qalan məbləğ sığortalıya qaytarılır.
6.3. Sığortalının hərəkətinin qəsdən edildiyi müəyyən edilərsə, sığortaçı hadisə baş vermiş olsa belə müqaviləni ləğv edə bilər və sığorta haqqını sığortalıya qaytarmaya bilər.
6.4. Sığorta etdirilmiş yer və əşyalar başqa bir sığorta şirkətində də sığorta etdirilmişdirsə, sığortalı bunu sığortaçıya bildirməlidir.
7. RAZILAŞDIRILMIŞ DƏYƏR
Sığorta müqaviləsi bağlandığı zaman və ya sığorta müddəti ərzində sığortalanmış bina, sabit qurğu, dəzgahlar, avadanlıqlar və ya əşyaların dəyəri, sığortalı ilə sığortaçının birlikdə seçdikləri ekspertlər tərəfindən müəyyənləşdirilərsə və tərəflər bu dəyəri qəbul etmiş olarlarsa, hadisə baş verməsi və ödənişin hesablanması zamanı tərəflər bu məbləğə etiraz edə bilməzlər.
Razılaşdırılmış dəyərlə bağlanılmış sığorta müqavilələri maksimum bir il müddətində hüquqi qüvvəyə malik olur.
Ekspert xərclərini, müqaviləni razılaşdırılmış dəyərlə imzalamağı təklif edən tərəf ödəyir.
8. ƏMLAKIN DƏYƏRİNDƏN AZ MƏBLƏĞDƏ XXXX (QISMƏN) SIĞORTA
8.1. Sığorta şəhadətnaməsində göstərilən sığorta məbləği, sığortalanmış əmlakın hadisə baş verdiyi zamandakı dəyərindən az olduğu hallarda, əmlak qismən zərərə uğradıqda sığortaçı, başqa bir razılaşma yoxdursa, sığorta məbləğinin sığorta dəyərinə xxxx nisbətində cavabdehdir.
8.2. Sığortalı, sığorta müqaviləsini, yuxarıda göstərilən nisbət nəzərə alınmadan sığorta məbləğindən artıq olmayan zərərin hamısının sığortaçı tərəfindən ödənəcəyi formada dəyişdirə bilər. Sığortalı sığorta müqaviləsini bu formada dəyişdirdiyini, hadisə baş verməzdən əvvəl sığortaçıya bildirdiyi təqdirdə məlumatın bildirildiyi günün
sabahısından etibarən müqavilənin şərtləri öz-özlüyündə sığortaçının sığorta məbləğindən xxx olmayan zərərin hamısına görə cavabdeh olması şəklində dəyişdirilmiş olur. Sığortalı sığorta haqqının ödəniş planında göstərilən sığorta haqqı fərqini əsas sığorta haqqının ödənməsi şərtlərinə uyğun olaraq ödəyir.
9. ƏMLAKIN DƏYƏRİNDƏN XXX MƏBLƏĞDƏ XXXX SIĞORTA
Sığorta məbləği sığortalanmış əmlakın dəyərindən xxx olarsa, sığortanın bu dəyərdən artıq xxxx hissəsi hüquqi qüvvəyə malik deyildir.
Sığorta müddəti ərzində bunu bilən sığortaçı, vəziyyəti sığortalı bildirməklə ümumi sığorta haqqından sığorta məbləğinin artıq xxxx bu hissəsinə görə hesablanır, alınmış sığorta haqqını çıxaraq fərqi sığortalıya qaytarılır.
10. AZADOLMA
Tərəflər müəyyən olunmuş bir məbləğə və ya sığorta məbləğinin müəyyən bir faizinə qədər xxxx zərərin müəyyən bir faizinin sığortaçı tərəfindən ödənilməyəcəyini, azadolmanı razılaşdıra bilərlər.
Bu formada müəyyən edilən azadolma nisbətləri və ya məbləğləri sığorta şəhadətnaməsinə yazılır.
11. SIĞORTANIN MÜDDƏTİ, TƏMİNATIN BAŞLANMASI VƏ SONA ÇATMASI
Sığortalı, sığortalanmış əmlakı başqa sığorta şirkətlərində də eyni risklərə qarşı və eyni müddətə sığorta etdirmiş olarsa, bunu əvvəlki sığortaçılara dərhal bildirməməyə görə məsuliyyət daşıyır.
Bu zaman, sığortaçı vəziyyəti öyrəndiyi tarixdən etibarən 7 (yeddi) gün ərzində müqaviləni ləğv edə bilər. Ləğv etmə hüququ vaxtında istifadə edilməzsə, etibarsız sayılır.
12. SIĞORTA MÜDDƏTİ ƏRZİNDƏ SIĞORTAÇININ VƏ SIĞORTALININ VƏZİFƏLƏRİ
12.1. Müqavilə imzalandıqdan sonra sığorta olunmuş əmlakın təklifdə, təklif yoxdursa, sığorta şəhadətnaməsində və ya onun əlavələrində göstərilən yeri və ya vəziyyəti sığortaçının razılığı olmadan dəyişdirilərsə. Sığortalı bu dəyişikliyi tez bir zamanda sığortaçıya bildirməlidir.
12.2. Vəziyyət sığortaçı tərəfindən öyrənildikdən sonra, bu dəyişiklik sığortaçının müqaviləni pozmasına və ya daha ağır şərtlər irəli sürməsinə səbəb olarsa:
12.2.1. Sığortaçı 14 (on dörd) gün ərzində müqaviləni davam etdirə bilər;
12.2.2. Sığortalı, 7 (yeddi) gün ərzində sığorta haqqının fərqini ödəməklə razılaşmadığını bildirərsə, müqavilə ləğv olunmuş hesab edilir;
12.2.3. Sığorta şəhadətnaməsi sığortaçı tərəfindən ləğv edilərsə, bu haqda məlumatın sifarişli məktubla sığortalıya göndərildiyi tarixdən 7 (yeddi) gün sonra gecə saat 2400-da,
sığortalı tərəfindən müqavilənin ləğv edilməsi bu barədə məlumatın sığortaçıya sifarişli məktubla göndərildiyi tarixin ertəsi günü gecə saat 2400-da hüquqi qüvvəyə minir;
12.2.4. Ləğv etmənin hüquqi qüvvəyə minəcəyi tarixə qədər sığorta haqqı gün hesabı əsas götürülməklə hesablanır və artıq xxxx məbləğ xxxx qaytarılır.
12.3. Vaxtında istifadə olunmayan ləğv etmə və ya sığorta haqqı fərqini tələb etmə hüququ etibarsız sayılır.
12.4 Sığortalanmış əmlakın təklifdə, təklif yoxdursa, sığorta şəhadətnaməsində və ya onun əlavələrində göstərilən yerinin və ya vəziyyətinin dəyişdiyini öyrənmiş sığortaçı sığorta müqaviləsinin qüvvədə qalmasına razı olduğunu bildirən bir hərəkət edərsə, ləğv etmə hüququ itirilmiş hesab olunur.
12.5. Dəyişiklik, hadisə baş verməsi ehtimalının qarşısının alınmasına kömək edərsə və daha az sığorta haqqı alınmasını tələb edərsə Sığortaçı bu dəyişikliyin baş verdiyi tarixdən başlayaraq müqavilənin başa çatmasına qədər xxxx müddətin sığorta haqqı fərqini gün hesabı əsas götürülməklə hesablanır və bu fərqi sığortalıya qaytarır.
12.6. Bu dəyişikliklər sığortaçının müqaviləni bağlamamasına və ya daha ciddi şərtlərlə bağlamasına səbəb olduğu zaman:
- sığortaçı vəziyyəti öyrənməmişdən əvvəl:
- sığortaçının ləğvetmə hüququndan istifadə edə biləcəyi müddət ərzində;
- ləğv etmənin hüquqi qüvvəyə minməsi üçün xxxxx xxxx müddət ərzində sığorta hadisəsi baş verərsə, sığortaçı ödənişi, ödənmiş sığorta haqqı ilə, Həqiqətdə ödənilməli xxxx sığorta haqqı arasındakı nisbətə görə ödəyir.
13. MÜLKİYYƏT SAHİBİNİN DƏYİŞMƏSİ
13.1. Sığorta təminatı müddəti ərzində mülkiyyət sahibi dəyişərsə, sığorta müqaviləsi yenə də öz hüquqi qüvvəsində qalır və sığortalının müqavilə ilə əlaqədar hüquq və vəzifələri yeni mülkiyyət sahibinə keçir. Dəyişiklik zamanı, sığortalı və sığortanın mövcudluğunu öyrənən yeni mülkiyyət sahibi vəziyyəti 7 (yeddi) gün ərzində sığortaçıya bildirməlidirlər.
13.2. Sığortaçı dəyişikliyi, yeni mülkiyyət sahibi isə sığortanın mövcudluğunu öyrəndikləri tarixdən etibarən 7 (yeddi) gün ərzində müqaviləni ləğv edə bilər.
13.3. Vaxtında istifadə edilməyən ləğvetmə hüququ etibarsız sayılır.
13.4. Ləğv etmənin hüququ qüvvəyə minəcəyi tarixə qədər keçən müddətin sığorta haqqı gün hesabı əsas götürülməklə hesablanır və artıq qalan məbləğ yeni mülkiyyət sahibinə qaytarılır.
13.5. Sığortalanmış əmlakın mülkiyyət sahibinin dəyişdiyi hallarda ödənilməli xxxx sığorta haqqı borclarına görə, sığortalı ləğv etmə hüququndan vaxtında istifadə etməyən yeni mülkiyyət sahibi birlikdə məsuliyyət daşıyır.
13.6. Sığortalı vəfat edərsə, müqavilə ilə əlaqədar bütün hüquq və vəzifələri yeni mülkiyyət sahibinə (varisə) keçir.
14. SIĞORTALANMIŞ ƏMLAKIN YERİ VƏ ONUN DƏYİŞMƏSİ
14.1. Sığorta təminatı, sığorta müqaviləsində göstərilən yer və ya yerlər üçün hüquqi qüvvəyə malikdir.
14.2. Sığortalanmış malların yerləri dəyişdirildiyi zaman bu şərtlərin 12-ci maddəsinin tələblərinə əməl olunur.
14.3. Ev əşyaları sığorta etdirildiyi zaman, yaşayış yeri dəyişdirilərsə, yeni yaşayış yerinin eyni cür inşa tərzinə daxil olması şərti ilə, köçmə zamanındakı yanğın, partlayış və ildırım hadisələri ilə birlikdə verilən digər sığorta təminatları, yeni ünvanda da hüquqi qüvvədə qalır.
15. MƏLUMAT VƏ XƏBƏRDARLIQ
15.1. Sığortalı məlumatı, sığortaçıya və ya sığorta müqaviləsinin imzalanmasına vasitəçilik edən agentliyə sifarişli məktub və ya digər formada (faks, elektron poçt, internet, telefon və s.) vasitəsilə bildirilir.
15.2. Sığortaçının məlumatı da sığortalı sığorta şəhadətnaməsində göstərilən ünvanına, bu ünvan dəyişmişsə bildirilən son ünvana eyni formada çatdırılır.
15.3. Tərəflərə imza etdirmək şərti ilə, şəxsən təqdim olunan məktublar və ya teleqraf vasitəsilə xəbərdarlıq və məlumat da sifarişli məktub vasitəsilə bildirilən xəbərdarlıq və məlumat səviyyəsində hüquqi qüvvəyə malikdir.
16. İŞ SİRLƏRİNİN GİZLİ SAXLANILMASI
Sığortaçı və onun səlahiyyətli nümayəndələri sığortalıyla əlaqədar öyrənəcəkləri bütün iş sirlərini gizli saxlamamalarına görə dəyən zərər üçün məsuliyyət daşıyırlar.
ZƏRƏR VƏ ÖDƏNİŞ
17. SIĞORTA HADİSƏSİ ZAMANI SIĞORTALININ VƏZİFƏLƏRİ
Sığortalı hadisə baş verdiyi zaman:
17.1. Xxxxxxxxx baş verdiyini öyrəndiyi tarixdən etibarən ən geci 5 (beş) iş günü ərzində sığortaçıya məlumat verməlidir;
17.2. Lazımi xilasetmə və mühafizə tədbirlərini görməlidir;
17.3. Sığortaçının və ya səlahiyyətli nümayəndələrin sığorta hadisəsi ilə əlaqədar zərər çəkmiş xxxxxx və yerlərə daxil olmasına və tədqiqat işlərinin aparılmasına icazə verməlidir;
17.4. Məcburi hallar istisna olmaqla, zərər çəkmiş yer və ya əşyalarda heç bir dəyişiklik etməməlidir;
17.5. Sığortaçının tələbi ilə hadisənin baş vermə səbəblərini zərərin miqdarını və səbəbini müəyyənləşdirməyə, zərərin ödənməsi hüququndan istifadə olunması üçün yararlı və sığortalı tərəfindən təmin edilməsi mümkün xxxx xxxxxx məlumat və sənədləri sığortaçıya verməlidir;
17.6. Zərərin təxmini məbləğini bildirən yazılı məlumatı sığortaçıya verməlidir;
17.7. Ödəniş cavabdehliyi və məbləği zərərin təqsirkar 3-cü şəxslər tərəfindən ödənməsi hüquqlarının müəyyən edilməsi üçün sığortaçının və ya səlahiyyətli nümayəndələrin sığorta etdirilmiş yer və ya əşyalarda və bunlarla əlaqədar sənədlər üzərində aparacaqları tədqiqat və yoxlamalara icazə verməlidir.
18. MÜHAFİZƏ TƏDBİRLƏRİ VƏ XİLASETMƏ
18.1. Sığortalı, bu müqaviləyə əsasən təminat verilən hadisə baş verdiyi zaman zərərin qarşısını almaq, miqdarını azaltmaq mümkün xxxx xxxxxx tədbirləri görməlidir.
Görülən tədbirlərə görə çəkiləcək xərclər sığortaçı tərəfindən ödənilir.
18.2. Sığorta məbləği əmlakın dəyərindən az olarsa, bu zaman sığortaçı, çəkilən xərcləri sığorta dəyəri ilə sığorta məbləği arasındakı nisbətə uyğun olaraq ödəyir.
18.3. Yanğının söndürülməsi, qarşısının alınması və ya sığortalanmış əmlakı xilas etmək üçün tələb olunan uçurma və boşalma zamanı sığortaçı, sığortalanmış əşyaların zərərçəkməsinə görə dəyən zərəri də ödəyir.
19. SIĞORTA HADİSƏSİ ZAMANI SIĞORTAÇININ HÜQUQ VƏ VƏZİFƏLƏRİ
Sığorta hadisəsi baş verdiyi zaman sığortaçı və ya onun səlahiyyətli nümayəndələri:
19.1. Sığorta etdirilmiş bina və əşyalarda tədqiqat işlərini aparmaq məqsədi ilə zərər çəkmiş bina və yerlərə daxil ola bilərlər və ya sığortalanmış bina və əşyaların onlara təhvil verilməsini tələb edə bilərlər. Sığortaçının bu hərəkəti onun öz üzərinə hər hansı bir öhdəlik götürməsi və sığorta şəhadətnaməsinə əsasən ona verilmiş xxxx hüquqların hər hansı birindən məhrum olunması demək deyildir;
19.2. Sığortalanmış əşyaların, əmlakın sığorta hadisələri nəticəsində zədələnməsi, məhv olması barədə müvafiq orqanlardan arayış alınmasını (hadisəni təsdiq edən sənəddə daxil olmaqla) sığortalıdan tələb edə bilərlər;
19.3. Zərərin məbləği ilə əlaqədar bütün sənədlər onlara verildikdən sonra bir ay ərzində lazımi tədqiqatları sona çatdırıb zərər və ödənişin miqdarını müəyyənləşdirərək sığortalıya bildirməlidirlər.
20. ZƏRƏR VƏ ZİYANIN MÜƏYYƏNLƏŞDİRİLMƏSİ
20.1. Bu müqavilə ilə sığortalanmış əmlaka dəyə biləcək zərərin məbləği sığortalı ilə sığortaçı arasındakı razılaşmaya görə müəyyən edilir.
20.2. Tərəflər razılığa gələ bilməsələr, məbləğinin müəyyən edilməsi üçün ekspertə (bütün mətn boyunca müstəqil ekspert xxxx xxxx düşülməlidir) müraciət etmək haqqında qərar qəbul edə bilərlər.
20.3 Tərəflər, ümumi bir ekspert təyin etməkdə razılığa gələ bilmədikləri halda hər biri öz ekspertini təyin edir və bunu sifarişli məktubla digər tərəfə bildirir.
Ekspertlər təyin olunduqları tarixdən etibarən 7 (yeddi) gün ərzində tədqiqata başlamazdan əvvəl 3-cü bitərəf eksperti seçə bilərlər. 3-cü bitərəf ekspert yalnız tərəflərin ekspertlərinin razılığa gələ bilmədikləri məsələlər barəsində rəy vermək hüququna malikdir. 3-cü bitərəf ekspert rəyini ayrıca və ya tərəflərin ekspertləri ilə birlikdə də verə bilər. 3-cü bitərəf ekspertin rəyi tərəflərə eyni zamanda çatdırılır.
20.4. Tərəflərdən hər xxxxx xxxx, digər tərəfə məlumat verdiyi tarixdən etibarən 7 (yeddi) gün ərzində öz ekspertini təyin etməzsə, yaxud tərəflərin seçdiyi ekspertlər, 3-cü bitərəf ekspertin seçilməsi ilə əlaqədar təyin olunduqları tarixdən etibarən 7 (yeddi) gün ərzində razılığa gələ bilməzlərsə, tərəflərdən birinin təklifi ilə ekspertlər (3-cü bitərəf ekspert) səlahiyyətli məhkəmə tərəfindən seçilir.
20.5. Ekspertlərə, iş qabiliyyətlərinin az olmasına görə etiraz oluna bilər. Ekspertin ixtisas səviyyəsinin öyrənilməsindən sonra 7 (yeddi) gün ərzində istifadə olunmayan etiraz hüququ qüvvəsini itirmiş hesab olunur.
20.6. Ekspert vəfat edərsə, vəzifəsindən azad edilərsə və ya rədd edilərsə, onun əvəzinə eyni şərtlərlə başqa bir ekspert seçilir və ya hadisənin tədqiqi yarımçıq qaldığı yerdən başlayaraq davam etdirilir.
20.7. Xxxxxxxxxxxx vəfat etməsi təyin edilmiş eksperti öz məsuliyyətindən azad etmir.
20.8. Zərərin məbləği müəyyən edildiyi zaman, ekspertlər lazım bildikləri dəlilləri, sığortalanmış əşyaların özünü və onun qiymətinin təsdiq edilməsi üçün xxxxx xxxx qeydləri və sənədləri tələb edə və hadisə yerində tədqiqatlar apara bilərlər.
20.9. Ekspertlərin və ya 3-cü bitərəf ekspertin, zərərin məbləği ilə əlaqədar verəcəkləri rəy qətidir və tərəflər bu rəyə əməl etməlidirlər.
Sığortaçı qarşısında tələb və ya iddia qaldırılması hallarında zərərin məbləği ilə əlaqədar ekspertin rəyi əsas götürülür.
20.10. Ekspert qərarlarına, yalnız qərarın real vəziyyətdən açıq-aşkar fərqləndiyi zaman etiraz edilə bilər və bu qərarın ləğv edilməsi üçün, rəyin bildirildiyi tarixdən etibarən qanunvericiliklə müəyyən olunmuş müddətdə səlahiyyətli məhkəməyə müraciət oluna bilər.
20.11. Tərəflərin hər birisi öz seçdiyi ekspertin haqqını ödəyir. Tərəflər birlikdə seçdikləri ekspertin və 3-cü bitərəf ekspertin haqqını birlikdə ödəyirlər.
21. SIĞORTA ÖDƏNİŞİNİN HESABLANMASI
21.1. Sığorta ödənişi hesablandığı zaman sığortalanmış əmlakın hadisə baş verdiyi zamankı dəyəri əsas götürülür. Ödəniş məbləği sığorta şəhadətnaməsində göstərilmiş sığorta məbləğindən artıq ola bilməz. Sığorta ödənişinin məbləği aşağıdakı qaydada hesablanır:
21.2. Kommersiya mallarında, xxxxxx baş verməsindən bir gün əvvəlki alış qiyməti əsas götürülür.
21.3. Fabrik, zavod və emalatxanalarda istehsal prosesində xxxx mallarla əlaqədar ödəniş məbləği hadisə baş verdiyi zaman, xammal və materialların hadisədən bir iş günü əvvəlki xxxxx alış qiymətləri ilə həmin günədək istehsal xərclərinin toplanması və ümumi xərclərdən lazımi hissənin əlavə olunması yolu ilə hesablanır. Ancaq bu yolla hesablanan ödəniş məbləği, həmin maddələrdən hazırlanmış malların, hadisə baş verdiyi tarixdən bir iş günü əvvəlki alış qiymətindən xxx xxx bilməz.
Xammal və materiallar, istər fabrik, zavod və emalatxanaların daxilidə və köməkçi tikililərində, istərsə də hər hansı başqa yerində olmasından asılı olmayaraq bu maddəyə görə kommersiya xxxxxxx hesab olunur.
21.4. Bütün növ sənaye qurğuları və aparatlarında, dəzgahlarda, alətlərdə, avadanlıqlarda təzəsinin alınması üçün ödənəcək məbləğ əsas götürülür. Xxxxx bu xxxxx köhnəlmə, aşınma və başqa səbəblərdən irəli gələn qiymətdən düşmə həmin məbləğdən çıxılır, habelə, təzə alınacaq avadanlıqlar istehsal gücü və keyfiyyət baxımından əvvəlkilərdən fərqlənirsə, bu fərq də nəzərə alınır.
21.5. Hər cür ev əşyaları və şəxsi əşyalarda, təzəsinin alınması üçün ödənəcək məbləğ əsas götürülür. Xxxxx bu xxxxx köhnəlmə, aşınma və başqa səbəblərdən irəli gələn qiymət ucuzlaşmaları həmin məbləğdən çıxılır.
21.6. Binalarda, hadisənin baş verdiyi yerdə tikiləcək yeni binaya çəkiləcək xərc əsas götürülür. Ancaq, bu zaman köhnəlmə, korroziya və başqa səbəblərdən irəli gələn qiymətdən düşmə həmin məbləğdən çıxılır.
Binanın yenidən tikilməsinə ehtiyac olmazsa, ödənişin məbləği, binanın, hadisə baş verdiyi tarixdən bir gün əvvəlki satış qiymətindən boş ərazinin qiyməti çıxılmaq yolu ilə hesablanır.
22. SIĞORTA ÖDƏNİŞİNİN VERİLMƏSİ
22.1. 22.2 və 22.3 maddələrində göstərilən sənədlərin təqdim olunması vaxtından etibarən Sığortaçı 15 iş günü ərzində sığorta ödənişinin verilməsi, yaxud sığorta ödənişi verməkdən imtina olunması haqqında qərar qəbul edir.
22.2. Sığorta ödənişinin verilməsi üçün hüquqi şəxslərdən tələb olunan sənədlər:
• Sığorta ödənişinin verilməsi barədə ərizə;
• Sığorta şəhadətnaməsi;
• Baş vermiş hadisə ilə bağlı aidiyyətli orqanların tərtib etdiyi sənədlər (arayış, akt, rəy və ş.);
• Zərər dəymiş sığorta predmetinə mülkiyyət hüququnu təsdiq edən sənəd, əmlakın müəssisə balansında olmasına dair arayış, predmetin əsas vəsaitlərə aid invertar vərəqəsi;
• İş qaydalarınin pozulmasını təsdiq etmək üçün komissiyanın yaradılması barədə əmr;
• Texnoloji pozuntuların araşdırılmasına dair akt;
• Zərərlə bağlı müstəqil ekspertlərin tərtib etdikləri rəy və zərər hesabı;
• Zərər dəymiş predmetin qüsur siyahısı;
• Təmir-bərpa işlərinin görülməsi və ya zərər dəymiş predmetin əvəzlənməsi üzrə xərclərin məcmu siyahısı;
• Zərər dəymiş predmetin əvəzinə alınmış yeni əmlakın alqı-satqısına dair müqavilə;
• Malın qaiməsi;
• İtirilmiş qurğunun satın alınması, qurulması və bərpası üzrə Sığortalı tərəfindən faktiki xərcləri təsdiq edən hesab-fakturalar, ödəniş tapşırıqları.
• Hadisənin mahiyyəti ilə əlaqədar xxxx digər sənədlər.
22.3. Sığorta ödənişinin verilməsi üçün fiziki şəxslərdən tələb olunan sənədlər:
• Sığorta ödənişinin verilməsi barədə ərizə;
• Sığorta şəhadətnaməsi;
• Baş vermiş hadisə ilə bağlı aidiyyətli orqanların tərtib etdiyi sənədlər (arayış, akt, rəy və ş.);
• Zərər dəymiş sığorta predmetinə mülkiyyət hüququnu təsdiq edən sənəd;
• Zərərlə bağlı müstəqil ekspertlərin tərtib etdikləri rəy və zərər hesabı;
• Zərər dəymiş predmetin qüsur siyahısı;
• Təmir-bərpa işlərinin görülməsi və ya zərər dəymiş predmetin əvəzlənməsi üzrə xərclərin məcmu siyahısı;
• Zərər dəymiş predmetin əvəzinə alınmış yeni əmlakın alqı-satqısına dair müqavilə;
• Malın qaiməsi;
• Hadisənin mahiyyəti ilə əlaqədar xxxx digər sənədlər.
22.4. Sığortaçının ödəniş məsuliyyəti, sığortalanmış əşyaların ümumi bir qiyməti müəyyən edilibsə həmin qiymətlə, sığortalanmış əşyalar keyfiyyətlərinə görə növlərə və qruplara uyğun qiymətlərlə məhdudlaşır.
22.5. Sığorta məbləği, hadisə baş verdiyi tarixdəki sığorta dəyərindən az olduğu təqdirdə, ödəniş, sığorta məbləği ilə sığorta dəyəri arasındakı nisbətə uyğun olaraq ödənilir.
22.6. Sığortalanmış əmlak bir neçə sığorta şirkətində sığorta etdirilmiş olarsa, qanuna və bu sığorta şəhadətnaməsinə uyğun olaraq ödəniş məbləği hesablandıqdan sonra sığortaçı öz payına düşən hissəni ödəyir.
Bu zaman, sığorta müqavilələri arasındakı xüsusiyyətləri və cavabdehlik şərtləri qarşılıqlı olaraq nəzərə alınır.
22.7. Hadisə baş verdiyi zaman, sığortalanmış əmlaka əvvəlcədən xxx, inşaat, montaj və ya digər sığorta şəhadətnaməsi ilə təminat verilmiş olması müəyyənləşərsə, yanğın sığortasının cavabdehliyi göstərilən sığorta şəhadətnamələri ilə əlaqədar sığortaçıların cavabdehliyindən sonra başlanır.
23. SIĞORTA ÖDƏNİŞİ MƏBLƏĞİNİN AZALDILMASI VƏ YA RƏDD EDİLMƏSİ
Sığortlı, hadisə baş verdiyi zaman öz vəzifələrini yerinə yetirməzsə və bunun nəticəsində də zərərin məbləği artarsa, sığortaçının verəcəyi ödənişdən göstərilən səbəbə görə xxxxx hissə çıxılır.
Sığortalı, hadisənin baş verməsinə qəsdən şərait yaradarsa və ya qəsdən zərərin miqdarını artıracaq hərəkətlər edərsə, müqavilədə göstərilən hüquqlarını itirir.
24. ZƏRƏR VƏ ÖDƏNİŞİN SONA ÇATMASI
24.1. Sığortaçı, müəyyən edilmiş sığorta ödənişini sığorta şirkəti tərəfindən müəyyən olunmuş vaxt ərzində sığortalıya mütləq ödəməlidir.
24.2. Sığortaçı, ödədiyi sığorta ödənişinin məbləği müqabilində üçüncü təqsirkar şəxslərə qarşı iddia qaldırmaq hüququna sahib olur. Sığortalı, sığortaçı tələb irəli sürərsə, bu məsələnin aydınlaşması üçün xxxxx xxxx və əldə edilməsi mümkün xxxx sənəd və məlumatı mütləq ona təqdim etməlidir.
24.3. Sığorta hadisəsi nəticəsində sığortalanmış əmlakın tamamilə məhv olmasına görə tam sığorta ödənişi verilmişsə, sığorta təminatı sona çatmış hesab olunur. Qismən zədələnmə halında isə sığorta məbləği, hadisənin baş verdiyi tarixdən etibarən, verilən ödənişin məbləği qədər azalır.
Sığorta məbləğinin növ və qruplara bölünməsi halında da eyni üsul tətbiq edilir. Sığorta məbləğinin azalması hallarında, sığortalı istədiyi tarixdən etibarən gün əsası ilə əlavə sığorta haqqı alınmaq şərti ilə sığorta məbləği artırıla bilər.
24.4. Qismən zərərdə, tərəflərin razılığı ilə sığorta müqaviləsinə xitam verilə bilər. Bu halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbləri əsas götürülür. Sığortaçı ləğv etmə hüququndan sığorta verməmişdən əvvəl istifadə edə bilər.
Ləğv etmənin hüququ qüvvə qazanacağı tarixə qədər keçən müddətin sığorta haqqı gün hesabı əsas götürülməklə hesablanır və istifadə olunmamış günlər üçün hesablanmış məbləğ sığortalıya qaytarılır.
25. SIĞORTA MÜQAVİLƏSİNƏ VAXTINDAN ƏVVƏL XİTAM VERİLMƏSİ
25.1 Sığorta qanunvericiliyində və ya könüllü sığorta müqaviləsində nəzərdə tutulmuş hallarda, həmçinin tərəflərin başqa cür razılaşmasına əsasən, sığorta müqaviləsinə sığortalının və ya sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verilərkən, bu barədə bir tərəf digərinə ən azı 30 gün əvvəl (sığorta müqaviləsi beş ildən xxx müddətə bağlanmış olduqda 60 gün, 3 aydan az müddətə bağlanmış olduqda isə 5 iş günü əvvəl), tələbini əsaslandırdığı yazılı bildiriş göndərməlidir.
25.2 Sığorta müqaviləsinə(qrup halında sığorta zamanı həm də müqaviləyə hər hansı bir sığorta predmetinə münasibətdə) Sığortalının tələbi ilə vaxtından əvvəl xitam verildikdə, sığorta qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, Sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərclərini çıxmaqla müqavilənin(qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmetinə münasibətdə) qurtarmamış müddəti üçün sığorta haqlarını ona qaytarır; əgər bu tələb Sığortaçının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, Sığortaçı sığorta haqlarını (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) bütünlüklə Sığortalıya qaytarır.
25.3 Sığorta müqaviləsinə(qrup halında sığorta zamanı, həm də müqaviləyə hər hansı bir sığorta predmetinə münasibətdə) sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verildikdə o, sığorta haqlarını(qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) bütünlüklə Sığortalıya qaytarır; əgər bu tələb Sığortalının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, Sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərcləri çıxılmaqla, müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını(qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) qaytarır.
25.4 Sığorta müqaviləsinə(qrup halında sığorta zamanı həm də müqaviləyə hər hansı bir sığorta predmetinə münasibətdə) vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək sığortaçı tərəfindən Sığortalıya ödənilmiş sığorta haqqına(qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarına) bərabər və ya ondan xxx miqdarda sığorta ödənişi verilmişdirsə, sığorta haqqı(qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqları) Sığortalıya qaytarılmır.
25.5 Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək Sığortaçı tərəfindən Sığortalıya ödənilmiş sığorta haqqından(qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarından) az miqdarda sığorta ödənişi verilmişdirsə, həmin sığorta haqqı məbləği ilə
sığorta ödənişi məbləği arasındakı fərq miqdarında sığorta haqqının Sığortalıya qaytarılması müvafiq olaraq bu Maddənin 25.1-ci və 25.2-ci bəndlərində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
25.6 Sığorta müqaviləsi Azərbaycan Respublikasının müvafiq qanunvericiliyində müəyyən edilmiş qaydada xitam verilmiş hesab edildikdə, Sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərclərini çıxmaqla müqavilənin (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmetinə münasibətdə) qurtarmamış müddəti üçün sığorta haqlarını, bu Maddənin 25.3-cü və 25.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, Sığortalının qanuni nümayəndəsinə qaytarır.
25.7 Əgər Sığorta müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, işlərin aparılması xərcləri dedikdə inzibati xərclər və sığorta ödənişi nəzərdə
DİGƏR MÜDDƏALAR
26. TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ
26.1 Sığortalının hüquqları:
26.1.1Sığortaçının Sığorta müqaviləsinin şərtlərinə əməl etməsini yoxlamaq, o cümlədən Sığortaçıdan maliyyə sabitliyi barədə, kommersiya sirri olmayan məlumatı əldə etmək;
26.1.2Sığorta hadisəsi baş verdikdə Sığortaçıdan sığorta ödənişini həyata keçirməyi tələb etmək.
26.2 Sığortalının vəzifələri:
26.2.1Sığorta haqqını Sığorta müqaviləsi ilə müəyyən edilmiş məbləğdə və müddətdə ödəmək;
26.2.2Sığorta müqaviləsinin bağlanması üçün zəruri xxxx, eyni zamanda sığorta müqaviləsi ilə bağlı digər məlumatları Sığortaçıya təqdim etmək;
26.2.3Sığorta müqaviləsi bağlanarkən Sığortalı özünə məlum xxxx və Sığortaçının müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə Sığortaçıya məlumat verməlidir;
26.2.4Sığorta müqaviləsinə aid xxxx sənədlərin qorunub saxlanmasını təmin etmək.
26.3 Sığortaçının hüquqları:
26.3.1Sığortalı tərəfindən verilən məlumatları və həmçinin Sığortalı və Sığorta olunan tərəfindən Sığorta müqaviləsinin şərtlərinə riayət edilməsini yoxlamaq;
26.3.2Bu Qaydalarda nəzərdə tutulmuş hallarda sığorta ödənişini həyata keçirməkdən imtina etmək, belə ödənişlərin həyata keçirildiyi hallarda Sığortalı tərəfindən xxxx qaytarılmasını tələb etmək;
26.3.3Sığortalı ona məlum xxxx xxxxxx qiymətləndirilməsi üçün əhəmiyyətli hallar barəsində və sığorta hadisəsi haqqında Sığortaçıya qəsdən yanlış məlumat verməsi aşkar olunarsa sığorta ödənişini həyata keçirməkdən imtina etmək;
26.3.4Sığorta haqqının ödənilməmiş hissəsi Sığorta müqaviləsində göstərilən müddət ərzində ödənilmədikdə, Sığorta olunanlara xidmətlərin göstərilməsini dayandırmaq, yaxud Sığorta müqaviləsinə xitam vermək;
26.3.5Bu Qaydalarda nəzərdə tutulmuş qaydada və şərtlərlə Sığorta müqaviləsinə xitam vermək.
26.4 Sığortaçının vəzifələri:
26.4.1Müəyyən edilmiş müddətdə Sığorta şəhadətnaməsini Sığortalıya təqdim etməlidir;
26.4.2Sığorta hadisəsi baş verdiyi halda müvafiq sənədlər əsasında ödənişi həyata keçirmək;
26.4.3Sığortalı ilə münasibətlərdə məxfiliyi təmin etmək;
26.4.4Sığorta müqaviləsinin vaxtından əvvəl xitam edilməsi halında, bu Qaydalarda müəyyən edilmiş qaydada hesablanmış məbləği 30 (otuz) bank günü ərzində Sığortalıya qaytarmaq.
27. MÜBAHİSƏLƏRƏ BAXILMASI
Tərəflər sığorta müqaviləsi üzrə ortaya çıxan mübahisələri danışıqlar yolu ilə həll edirlər. Razılığa gəlinmədiyi təqdirdə mübahisələrə Azərbaycan Respublikasının mövcud qanunvericiliyində müəyyən olunmuş qaydada aidiyyəti məhkəmələrdə baxılır.
28. MÜDDƏT
Sığorta müqaviləsi ilə əlaqədar bütün tələblər Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə müəyyənləşdirilmiş müddətdə həll edilir.
29. XÜSUSİ ŞƏRTLƏR
Bu əsas şərtlərə, sığortalının əleyhinə olmamaqla, xüsusi şərtlər əlavə oluna bilər.
ƏMLAKIN YANĞIN SIĞORTASI İLƏ BİRLİKDƏ VERİLƏ BİLƏCƏK ƏLAVƏ ŞƏRTLƏRİ
TƏTİL, LOKAUT, İĞTİŞAŞ, XALQ HƏRƏKATI ÜZRƏ ŞƏRTLƏR
Əmlakın Yanğın və Digər Risklərdən Əlavə Sığortasının Əsas Şərtlərinin müddəalarına əməl olunması şərti ilə:
Yanğın baş verməsinə səbəb olub-olmamasından asılı olmayaraq; tətil, lokaut, iğtişaş və ya xalq hərəkatları ilə əlaqədar baş verən hadisələr və bu hadisələrin qarşısını almaq və təsirlərini azaltmaq üçün səlahiyyətli orqanların müdaxilələri görüldüyü tədbirlər nəticəsində sığortalanmış predmetlərə dəyən bütün zərər sığorta təminatına daxil edilir;
Yuxarıda göstərilən hadisələrlə əlaqədar olsa da, istehsal həcminin azalması, sığortalanmış malların çirklənməsi, paslanması, çürüməsi və keyfiyyətinin aşağı düşməsi kimi dolayı yolla dəyən zərər sığorta təminatına daxil deyildir.
Tətil, lokaut, iğtişaş və xalq hərəkatı üzrə. Sığortalının Əmlakın Yanğın və Digər Risklərdən Əlavə Sığortasının Əsas şərtlərində göstərilən məlumat vermə cavabdehliyindən əlavə bu şərtlərlə əlaqədar suallara yazılı və imzalı şəkildə verəcəyi cavablara əsasən sığorta təminatı verilir.
TERROR ÜZRƏ ŞƏRTLƏR
Əmlakın Yanğın və Digər Risklərdən Əlavə Sığortasının Əsas şərtlərinin müddəalarına əməl olunması şərti ilə:
Terror hərəkətləri və bu hərəkətlərdən irəli gələn sabotaj, bunların tələb etdiyi hərbi və inzibati tədbirlərin səbəb olduğu yanğın və partlayış nəticəsində meydana gələnlər də daxil olmaqla bütün zərər sığorta təminatına daxil edilə bilərlər.
Bu şərtlərdə:
Terror anlayışı hər hansı bir təşkilatın üzvü xxxx şəxs və ya şəxslərin təzyiq göstərmə, məcbur etmə və əzab vermə, qorxutma, hədə vasitələrinin birindən istifadə etməklə respublikanın Konstitusiyasında göstərilən rəmzlərini, siyasi, hüquqi, sosial, dünyəvi, iqtisadi vəziyyətini dəyişdirmək, Azərbaycan dövlətinin ərazi və milli bütövlüyünü pozmaq, mövcudluğuna təhlükə yaratmaq, nüfuzuna xələl gətirmək, ümumi hüquq və azadlıqları ləğv etmək, dövlətin daxili və xarici təhlükəsizliyini, ictimai quruluşunu və ya ümumi suverenliyini pozmaq məqsədilə etdikləri hərəkətlər xxxx xxxx düşülür.
Təşkilat termini, iki və ya daha artıq şəxsin eyni məqsəd ətrafında birləşməsini nəzərdə tutur və Azərbaycan Respublikasının qanunvericiliyində göstərilən birləşmələri, təşkilat və cəmiyyətləri əhatə edir.
Terror üzrə sığorta təminatı, sığortalının Əmlakın Yanğın və Digər Risklərdən Əlavə Sığortasının Əsas Şərtlərində göstərilən məlumat vermə cavabdehliyindən əlavə bu şərtlərlə əlaqədar suallara yazılı və imzalı şəkildə verəcəyi cavablara əsasən verilir.
ZƏLZƏLƏ VƏ VULKAN PÜSKÜRMƏSİ ÜZRƏ ŞƏRLƏR
Əmlakın Yanğın və Digər Risklərdən Əlavə Sığortasının Əsas Şərtlərinin müddəalarına əməl olunması şərti ilə:
Zəlzələ və vulkan püskürməsinin birbaşa və ya dolayısı ilə səbəb olduğu yanğın və partlayış nəticəsində meydana gələnlər də daxil olmaqla bütün zərər, sığorta təminatına daxil edilir.
Əmlakın Yanğın və Digər Risklərdən Əlavə Sığortasının Əsas Şərtlərinin əksinə olaraq, zəlzələ və vulkan püskürməsinin səbəb olduğu yanğın və partlayış nəticəsində sığortalanmış əşyaların xxx olmasına görə dəyən zərər sığorta təminatına daxil edilmir.
AZADOLMA
Zəlzələ və vulkanın səbəb olduğu yanğınla əlaqədar olmayan zərərdə sığortaçılar, 72 (yetmiş iki) saatlıq fasiləsiz bir müddət ərzində dəyən zərərin birinci 10% (on faizdən) xxx xxxx hissəsinə görə cavabdehdir. Sığortalı 72 (yetmiş iki) saatlıq müddət başa çatdıqdan və bütün hallarda hadisənin baş verdiyini öyrəndiyi tarixdən etibarən ən gec 7 (yeddi) gün ərzində vəziyyəti sığortaçıya bildirməməyə görə məsuliyyət daşıyır.
Zəlzələ və vulkan püskürməsi üzrə sığorta təminatı, sığortalının Əmlakın Yanğın və Digər Risklərdən Əlavə Sığortasının Əsas Şərtlərində göstərilən məlumat vermə cavabdehliyindən əlavə bu şərtlərlə əlaqədar suallara yazılı və imzalı şəkildə verəcəyi cavablara əsasən verilir.
FIRTINA ÜZRƏ ŞƏRTLƏR
Əmlakın Yanğın və Digər Risklərdən Əlavə Sığortasının Əsas Şərtlərinin müddəalarına əməl olunması şərti ilə:
Yağış, qar, dolu ilə birlikdə olub-olmamasından asılı olmayaraq yalnız fırtına (10(on) metr yüksəklikdə saniyədə 17.1 metrdən yuxarı sürətlə əsən küləklər) və ya fırtına nəticəsində küləyin gətirdiyi və yıxdığı şeylərin sığortalanmış əşyalara vurduğu zərər sığorta təminatına daxil edilir.
Fırtına üzrə sığorta təminatı, sığortalının Əmlakın Yanğın və Digər Risklərdən Əlavə Sığortasının Əsas Şərtlərində göstərilən məlumat vermə cavabdehliyindən əlavə bu şərtlərlə əlaqədar suallara yazılı və imzalı şəkildə verəcəyi cavablara əsasən verilir.
QAR AĞIRLIĞI ÜZRƏ ŞƏRTLƏR
Əmlakın Yanğın və Digər Risklərdən Əlavə Sığortasının Əsas Şərtlərinin müddəalarına əməl olunması şərti ilə:
Sığorta təminatına daxil xxxx zərər:
1. Güclü qar yağmasından sonra damlarda yığılmış qarın ağırlığına görə sığortalanmış xxxxxx və içindəki əmlaka dəyən həqiqi zərər;
2. Qarın ağırlığından damın uçması və ya çökməsinə görə qar, yağış və dolunu binanın içindəki sığortalanmış xxxxxxx vurduqları zərər.
Sığorta təminatına daxil edilməyən zərər.
1. Qarın ağırlığına görə damda heç bir xəsarət baş vermədən, qarın, dolunun, yağışın və ya əriyən qarın binanın içərisində keçməsinə (sızmasına) görə dəyən zərər;
2. Bayırda qalmış xxxxxxx dəyən zərər:
Qar ağırlığı üzrə sığorta təminatı, sığortalının Əmlakın Yanğın və Digər Risklərdən Əlavə Sığortasının Əsas Şərtlərində göstərilən məlumat vermə cavabdehliyindən əlavə bu şərtlərlə əlaqədar suallara yazılı və imzalı şəkildə verəcəyi cavablara əsasən verilir.
SEL VƏ YA SU BASQINI ÜZRƏ ŞƏRTLƏR
Əmlakın Yanğın və Digər Risklərdən Əlavə Sığortasının Əsas Şərtlərinin müddəalarına əməl olunması şərti ilə:
Sığortalanmış əmlak ətrafındakı nohur, çay, dərə və kanalların daşması; dənizlərin (qabarma və çəkilmə istisna olmaqla) səviyyəsinin qalxması, güclü yağışlardan meydana gələn sel və ya su basmasının həqiqətən səbəb olacağı zərər sığorta təminatına daxil edilir.
Sığorta təminatına daxil olmayan hallar:
1. Binanın daxilində və xaricindəki su borularının partlaması, su çənlərinin sıradan çıxması nəticəsində və ya daşmasına görə dəyən zərər;
2. Qızdırıcı radiatorların partlaması, daxili su, yağış navalçaların daşmasına görə dəyən zərər.
Sel və ya su basması üzrə sığorta təminatı, sığortalının Əmlakın Yanğın və Digər Risklərdən Əlavə Sığortasının Əsas Şərtlərində göstərilən məlumat vermə cavabdehliyindən əlavə bu şərtlərlə əlaqədar suallara yazılı və imzalı şəkildə verəcəyi cavablara əsasən verilir.
YER SÜRÜŞMƏSİ ÜZRƏ ŞƏRTLƏR
Əmlakın Yanğın və Digər Risklərdən Əlavə Sığortasının Əsas Şərtlərinin müddəalarına əməl olunması şərti ilə:
1. Sığortalanmış binanın tikildiyi ərazidə və ya ətrafında baş verən yer sürüşməsi və torpaq çökməsinə, eləcə də sel və ya su basmasının səbəb olduğu yer sürüşməsi və ya torpaq çökməsinə görə dəyən zərər təminata daxil edilir.
2. Əlavə razılaşma yoxdursa, sığorta təminatına daxil edilməyən hallar:
Sığortalanmış binanın ətrafında aparılan qazıntı işləri nəticəsində baş verən yer sürüşməsi və torpaq çökməsinə görə dəyən zərər.
3. Sığorta təminatına daxil edilməyən hallar:
Zəlzələ və ya vulkan püskürməsi nəticəsində baş verən yer sürüşməsi və torpaq çökməsinə görə dəyən zərər.
4. Yer sürüşməsi üzrə sığorta təminatı sığortalının Əmlakın Yanğın və Digər Risklərdən Əlavə Sığortasının Əsas Şərtlərində göstərilən məlumat vermə cavabdehliyindən əlavə bu şərtlərlə əlaqədar suallara yazılı və imzalı şəkildə verəcəyi cavablara əsasən verilir.
DAXİLİ SUYUN VURDUĞU ZƏRƏRƏ GÖRƏ ŞƏRTLƏR
Əmlakın Yanğın və Digər Risklərdən Əlavə Sığortasının Əsas Şərtlərinin müddəalarına əməl olunması şərti ilə;
1. Sığorta təminatına daxil xxxx zərər:
1.1. Sığortalanmış binanın içindəki su çənlərinin, su borularının, qızdırıcı sistemin kolonka, radiator və boruların, içməli su və ya kanalizasiya qurğularının partlaması, daşması, sızması, tutulması, sınması və donmasına görə dəyən zərər;
1.2. Yağış sularının, qar və buzların əriməsi nəticəsində yaranan suların damlardan sızması, yağış suyu novçalarının tutulması və ya daşması nəticəsində binanın içinə axan sulara görə dəyən zərər;
1.3. Bağlanması unudulan su kranlarından axan sulara görə dəyən zərər;
1.4. Donmasına görə qurğular və qurğularla əlaqədar cihazlara dəyən zərər və təminatın əhatə dairəsinə daxil edilmiş zərəri meydana gətirən qurğunun təmir edilməsi məqsədi ilə divarın bir hissəsinin sökülməsi və ya yenidən düzəldilməsi ilə əlaqədar çəkilən xərclər;
1.5. Kanalizasiya və fosseptik su yollarından geriyə daşan çirkli sulara görə dəyən zərər;
1.6. Şəhər su şəbəkəsinin nasazlığına görə axan və ya xxxxx xxxxxxx vurduğu zərər. Yuxarıda göstərilən su qurğularına daim nəzarət edilməsi, vaxtlı-vaxtında lazımi qaydada təmir edilməsi və qış fəslinin əvvəlində donmaya qarşı lazımi tədbirlərin göstərilməsi, habelə, xxxx xxxx müddətə boş qalarsa, su kranlarının bağlanacağını və qurğulardakı
suyun boşaldılacağını, sığortalı tərəfindən öz öhdəsinə götürməsi müqaviləyə əlavə şərt kimi qeyd olunur.
2. Sığorta təminatına daxil olmayan hallar:
2.1. Suyun donması nəticəsində baş verən hallar istisna olmaqla, qurğu və qurğu ilə əlaqədar cihazların xarab olması, aşınması və köhnəlməsindən dəyən zərər;
2.2. Pəncərə boşluqlarından, damda qoyulmuş gözlüklərdən və ya açıq qoyulmuş yerlərdən içəri axan sulara görə dəyən zərər;
Qar və buzların təmizlənməsinə görə çəkilən xərclər.
Daxili suyun vurduğu zərərə görə sığorta təminatı sığortalının Əmlakın Yanğın və Digər Risklərdən Əlavə Sığortasının Əsas Şərtlərində göstərilən məlumat vermə cavabdehliyindən əlavə bu şərtlərlə əlaqədar suallara yazılı və imzalı şəkildə verəcəyi cavablara əsasən verilir.
AVTONƏQLİYYAT VASİTƏLƏRİ İLƏ VURULAN ZƏRƏRƏ GÖRƏ ŞƏRTLƏR
Əmlakın Yanğın və Digər Risklərdən Əlavə Sığortasının Əsas Şərtlərinin müddəalarına əməl olunması şərti ilə:
Mühərrikli və mühərriksiz avtonəqliyyat vasitələrinin sığortalanmış predmetləri vurmasına görə dəyən zərər sığorta təminatına daxil edilir.
Sığortalının özü, qohumları, qulluqçuları və ya hərəkətlərinə görə məsuliyyət daşıdığı şəxslər tərəfindən idarə olunan avtomobillərin sığortalanmış əmlaka vurduğu zərər sığorta təminatına daxil edilmir.
Avtonəqliyyat vasitələri ilə vurulan zərər üzrə sığorta təminatı, sığortalının Əmlakın Yanğın və Digər Risklərdən Əlavə Sığortasının Əsas Şərtlərində göstərilən məlumat vermə cavabdehliyindən əlavə bu şərtlərlə əlaqədar suallara yazılı və imzalı şəkildə verəcəyi cavablara əsasən verilir.
HAVA NƏQLİYYATI İLƏ VURULAN ZƏRƏRƏ GÖRƏ ŞƏRTLƏR
Əmlakın Yanğın və Digər Risklərdən Əlavə Sığortasının Əsas Şərtlərinin müddəalarına əməl olunması şərti ilə:
Təyyarələrin və digər hava nəqliyyatı vasitələrinin toqquşması və ya düşməsi və onlardan bir hissəsinin və ya parçasının düşməsi nəticəsində sığortalanmış predmetlərə dəyən zərər sığorta təminatına daxil edilə bilər.
Sığortalının özü, qohumları, qulluqçuları və ya hərəkətlərinə görə cavabdeh olduğu şəxslər tərəfindən idarə olunan hava nəqliyyatı vasitələrinin sığortalanmış əmlaka vurduğu zərər sığorta təminatına daxil edilmir.
Hava nəqliyyatı ilə vurulan zərərə görə sığorta təminatı, sığortalının Əmlakın Yanğın və Digər Risklərdən Əlavə Sığortasının Əsas Şərtlərində göstərilən məlumat vermə cavabdehliyindən əlavə bu şərtlərlə əlaqədar suallara yazılı və imzalı şəkildə verəcəyi cavablara əsasən verilir.
SU NƏQLİYYATI İLƏ VURULAN ZƏRƏRƏ GÖRƏ ŞƏRTLƏR
Əmlakın Yanğın və Digər Risklərdən Əlavə Sığortasının Əsas Şərtlərinin müddəalarına əməl olunması şərti ilə:
Mühərrikli və mühərriksiz su nəqliyyatı vasitələrinin sığortalı predmetlərə dəyməsinə görə dəyən zərər sığorta təminatına daxil edilir.
Sığortalının özü, qohumları, qulluqçuları və ya hərəkətlərinə görə cavabdeh olduğu şəxslər tərəfindən idarə olunan su nəqliyyatı vasitələrinin sığortalanmış əmlaka vurduğu zərər sığorta təminatına daxil edilmir.
Su nəqliyyatı ilə vurulan zərərə görə sığorta təminatı, sığortalının Əmlakın Yanğın və Digər Risklərdən Əlavə Sığortasının Əsas Şərtlərində göstərilən məlumat vermə
cavabdehliyindən əlavə bu şərtlərlə əlaqədar suallara yazılı və imzalı şəkildə verəcəyi cavablara əsasən verilir.
TÜSTÜNÜN VURDUĞU ZƏRƏRƏ GÖRƏ ŞƏRTLƏR
Əmlakın Yanğın və Digər Risklərdən Əlavə Sığortasının Əsas Şərtlərinin müddəalarına əməl olunması şərti ilə:
Xxxx və ya dudkeş vasitəsilə pəncərəyə birləşdirilən qızdırıcı və birləşdirici və bişirmə cihazlarının adı, normal işləməməsi və xarab olması nəticəsində çıxan tüstünün sığortalanmış əşyalara vurduğu zərər sığorta təminatına daxil edilir.
Soba və buxarlardan çıxan tüstülərə görə dəyən zərər, habelə tüstünün, binanın qıraq hissələrində və ətrafında xxxx predmetlərə vurduğu zərər sığorta təminatına daxil edilmir. Tüstünün vurduğu zərərə görə sığorta təminatı, sığortalının Əmlakın Yanğın və Digər Risklərdən Əlavə Sığortasının Əsas Şərtlərində göstərilən məlumat vermə cavabdehliyindən əlavə bu şərtlərlə əlaqədar suallara yazılı şəkildə verəcəyi cavablara əsasən verilir.
YANĞIN VƏ PARTLAYIŞ ÜZRƏ MÜLKİ MƏSULİYYƏT TƏMİNATI
Bu şərtlərdə göstərilən əlavə təminatlar həm birlikdə, həm də ayrı-ayrılıqda verilə bilər. Əmlakın Yanğın və Digər Risklərdən Əlavə Sığortasının Əsas Şərtlərinin müddəalarına əməl olunması şərti ilə:
1. İcarəyə götürənin mülkiyyət sahibi qarşısında məsuliyyəti:
Bu sığorta ilə, icarəyə götürənin icarələdiyi əmlaka vuracağı zərərə və ya həmin əmlakı icarəyə verilə bilinməyəcək vəziyyətə salmasına görə dəyən zərərə təminat verilir.
İcarəyə götürüləcək əmlaka vurulacaq zərərə görə icarəyə götürənin mülkiyyət sahibi qarşısındakı məsuliyyəti sığortası üzrə veriləcək ödəniş hesablandığı zaman binanın, inşaat tarixindən etibarən köhnəlmə və aşınma nisbəti çıxılmaqla, hadisə baş verdiyi tarixə xxxx yerli bazar qiymətləri ilə yenidən tikilmə xərcləri əsas götürülür. Binanın yenidən tikilməsinə ehtiyac olmazsa, ödəniş məbləği, binanın hadisə tarixindən bir gün əvvəlki alış-satış qiymətindən torpaq sahəsinin dəyəri çıxılmaqla hesablanan məbləğdən artıq ola bilməz.
İcarə və ya icarədən mənfəət götürmə imkanının qeyri-mümkünlüyünə görə icarəyə götürənin mülkiyyət sahibi qarşısında məsuliyyəti sığortası üzrə veriləcək ödəniş hesablandığı zaman, bir ildən xxx olmaması şərti ilə, hadisə baş verdiyi tarixdən icarəyə verilmiş xxxx hissələrin təmir etdirilməsi və ya yenidən tikilməsi üçün müəyyən edilən müddətin icarə haqqına bərabər xxxx məbləğ əsas götürülür.
2. Mülkiyyət sahibinin icarəyə götürən qarşısında məsuliyyəti:
Mülkiyyət sahibinin icarəyə götürən qarşısında məsuliyyəti icarəyə götürülən bina ilə əlaqədar hüquqi məsuliyyəti əhatə edir və veriləcək ödəniş hesablandığı zaman, icarəyə götürənə məxsus mal və əmlakın “Əmlakın Yanğın və Digər Risklərdən Əlavə Sığortasının Əsas Şərtlər”inə əsasən hesablanan dəyəri əsas götürülür.
3. Mülkiyyət sahibi və ya icarəyə götürənin qonşuluq məsuliyyəti.
Mülkiyyət sahibi və ya icarəyə götürənin qonşuluq məsuliyyəti yanğın və ya partlayışın sirayət etməsi nəticəsində qonşu bina və ya xxxxxxx dəyəcək zərəri əhatə edir.
Yanğın və ya partlayışın sirayət etməsi nəticəsində qonşulara vuracaqları zərərə görə mülkiyyət sahibi və ya icarəyə götürənin qonşulara vurduqları zərər və onun aradan qaldırılması ilə əlaqədar veriləcək ödənişin məbləği hesablandığı xxxxx xxxx və içindəki əmlakın “Əmlakın Yanğın və Digər Risklərdən Əlavə Sığortasının Əsas Şərtlər”inə əsasən hesablanan dəyəri əsas götürülür.
Əmlakın yanğın və digər əlavə risklərdən sığortası üzrə tarif dərəcələrinin əsaslandırılması
Tarif dərəcələri əsaslandırılarkən əvvəlcə netto-dərəcələr hesablanır. Netto-dərəcələrin hesablanmasında aşağıdakı məlumatlardan istifadə edilir:
1. Sığorta hadisəsinin baş verməsi ehtimalı (q) - 0,02;
2. Bir sığorta müqaviləsi üzrə xxxx sığorta məbləği (So) – 120 000 AZN;
3. Bir sığorta hadisəsi üzrə xxxx sığorta ödənişi (Sö) – 14 000 AZN;
4. Bağlanılacaq sığorta müqavilələrinin sayı(n) - 200.
Tn, Tə və Tr ilə müvafiq olaraq netto-dərəcəni, onun əsas hissəsini və risk üstəliyini işarə edək. Netto-dərəcənin əsas hissəsi 100 manat sığorta məbləğinə uyğun olaraq aşağıdakı düsturla hesablanır:
Tə = lOOqSö/So = 100 * 0,02*14 000/120 000 = 0,23 AZN
Risk üstəliyini hesablamaq üçün təminat ehtimalmı 0,95 götürək. Bu halda həmin ehtimala uyğun əmsal a=1,645 olur. Risk üstəliyi aşağıdakı düsturla hesablanır:
Tr=l,2Tə*a*((l-q)/(nq))1/2= 0,23*l,2*l,645* ((l-0,02)/(200*0,02))1/2 = 0,22 AZN
Tn = Tə + Tr = 0,23 + 0,22 = 0,45 AZN
Tarif dərəcəsinin strukturu: netto-dərəcə - 70%, yüklənmə - 30%. O cümlədən, işlərin aparılması xərcləri - 29%, tarif mənfəəti - 1%.
Brutto-dərəcəni Tb ilə işarə edək. Onda brutto-dərəcənin hesablanması düsturuna əsasən
Tb = Tn/(l-f) = 0,45/(1-0,3) = 0,6 AZN
Tarif dərəcələri binaların yerləşdiyi ərazidən, tikildiyi inşaat materiallarından, hansı zəlzələ zonasında yerləşməsindən, yanğına qarşı mühafizə və digər sistemin olub- olmamasından və ya hansı səviyyədə olmasından, digər xxxxxx bitişik olmasından və s. amillərdən asılı olaraq diferensiallaşdırılır. Ona görə də, yekun tarif dərəcəsi 0,02%-5%, yalnız zəlzələ hadisəsi ilə əlaqədar tarif dərəcəsi isə 0,1% - 0,2% aralığında dəyişir.