Pərakəndə Bankçılıq üzrə Standart Şərtlər
“Kapital Bank” ASC-nin İdarə Heyəti tərəfindən 11 noyabr 2016-cı il tarixində (Protokol №99) təsdiqlənib
Pərakəndə Bankçılıq üzrə Standart Şərtlər
(hesab, əmanət, kart, kredit münasibətlərinin və fiziki şəxslərə göstərilən digər bank xidmətlərinin tənzimlənməsi barədə)
Pərakəndə Bankçılıq üzrə Standart Şərtlər
(hesab, kredit, əmanət, kart, zaminlik, girov münasibətlərinin və fiziki şəxslərə göstərilən digər bank xidmətlərinin tənzimlənməsi barədə)
MÜNDƏRİCAT
3
3
6
8
8
10
7. ƏMANƏTLƏRİN SIĞORTALANMASI FONDU, BANK VƏ MÜŞTƏRİ
14
8. “İNTERNET/MOBİLE BANKİNG” XİDMƏTİ
14
9. SMS İnfo və SMS Banking XİDMƏTİNƏ QOŞULMA VƏ XİDMƏTDƏN İSTİFADƏ
17
18
18
Pərakəndə Bankçılıq üzrə Standart Şərtlər
(hesab, əmanət, kart, kredit münasibətlərinin və fiziki şəxslərə göstərilən digər bank xidmətlərinin tənzimlənməsi barədə)
1. ÜMUMİ MÜDDƏALAR
1.1. Hazırkı Pərakəndə Bankçılıq üzrə Standart Şərtlər (bundan sonra “Standart şərtlər”) “Kapital Bank” ASC–də (bundan sonra “Bank”) hesab, əmanət, kart, kredit münasibətlərini və fiziki şəxslərə (bundan sonra “Müştəri”) göstərilən digər bank xidmətlərinə dair münasibətləri tənzimləyir, tərəflərin hüquq və öhdəliklərini müəyyənləşdirir.
1.2. Hazırkı Standart şərtlər Bank tərəfindən 11 noyabr 2016-сı il tarixində təsdiqlənmişdir. Standart şərtlər Bankın rəsmi internet ünvanı (saytı) xxxx xxx.xxxxxxxxxxx.xx (xxxxx://xxxxxxxxxxx.xx/) vasitəsilə, habelə Bankın bütün filial, şöbə və nümayəndəliklərində çap variantında yerləşdirilməklə Müştərilərin diqqətinə çatdırılır.
1.3. Hazırkı Standart şərtlər Bankın bütün Müştəriləri üçün eynidir. Standart şərtlər özü-özlüyündə ayrılıqda müqavilə hesab edilmir. Standart şərtlər əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulmuş şərtlərdir.
1.4. Hazırkı Standart şərtlərin hissələrində tənzimlənmə şərtləri nəzərdə tutulan münasibətlər Tərəflər arasında o zaman yaranmış hesab edilir və Standart şərtlərlə də tənzimlənir ki, Müştəri tərəfindən hazırkı Standart şərtlərlə məyyən edilmiş formada (yazılı formada və ya SMS, elektron imza, internet, ATM vasitəsilə) Xüsusi şərtlər (Müqavilə) imzalanmış (bağlanmış) olsun. Hazırkı Standart şərtlər Müştərilərlə bağlanılan Xüsusi şərtlərin (Müqavilənin) ayrılmaz tərkib hissəsi hesab olunur və bu barədə qeyd Müştərilərlə bağlanılan Müqavilə(lər)də öz əksini tapır.
1.5. Hazırkı Standart şərtlərin hər hansı hissəsinə, bəndinə istinad edilməsilə, eyni zamanda, həmin hissənin bəndlərinə, bəndlərin yarımbəndlərinə, abzaslarına da istinad edilmiş hesab edilir. Xüsusi şərtlərə istinad eyni zamanda hazırkı Standart şərtlərə istinaddır.
2. ƏSAS ANLAYIŞLAR
Hazırkı Standart şərtlərdə birinci hərfi böyük hərflə yazılan ifadələr aşağıdakı mənaları ifadə edirlər, bu şərtlə ki, müəyyən hallarda digər mənanın ifadə edilməsi açıqca bəlli olmasın.
ATM: Ödənişlərin aparılması, nağd pul vəsaitinin verilməsi və qəbulu, habelə digər bank xidmətlərindən istifadə edilməsi üçün nəzərdə tutulmuş proqram-texniki kompleks (bankomat).
BANK: “Kapital Bank” ASC.
BANK KREDİTİ (bundan sonra KREDİT): Müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin uzadılması hüququ ilə) və faizlər (komisyon haqlar) ödənilmək şərti ilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir.
ÖDƏNİŞ SİSTEMİ: VISA Incorporated, MasterCard Worldwide və digər Ödəniş sistemləri.
BİR DƏFƏLİK MƏXFİ KOD: “Internet/Mobile Banking” xidmətinə hər daxil xxxx xxxxxx Bank tərəfindən avtomatik olaraq müştərinin mobil nömrəsinə SMS vasitəsilə göndərilən bir istifadəlik əlavə identifikasiya kodudur.
ƏLAVƏ KART: Müştərinin hesabına xxxxx xxxx və ona, onun müəyyən etdiyi şəxslərə müəyyən edilmiş xərc limiti daxilində, Ödəniş Sistemlərinə üzv rezident və qeyri-rezident Bankların məntəqələrində mal və xidmətlərin nağdsız ödənişinin həyata keçirilməsini və həmçinin nağd vəsaitin çıxarılmasını təmin etmək məqsədilə, Bank tərəfindən verilən əlavə ödəniş kartı.
ƏLAVƏ KART İSTİFADƏÇİSİ: Müştərinin yazılı ərizəsi ilə onun adına açılmış fərdi kart hesabından digər bir kart vasitəsilə xərcləmə hüququ verilən və xərcləmələrə görə Müştəri ilə birgə məsuliyyət daşıyan şəxs.
ƏMANƏT: Hesablanmış faizlər də (əgər olarsa) daxil olmaqla Bankın milli və xarici valyutada qəbul etdiyi və Azərbaycan Respublikası qanunvericiliyinə və ya Müqaviləyə əsasən xxxx ödəməli olduğu pul vəsaitləridir.
FİN KOD: Bank tərəfindən Müştəriyə və ya onun tərəfindən vəkil edilmiş şəxsə ödəniş kartından və ya “İnternet/Mobile Banking” xidmətindən istifadəsi üçün təqdim olunan və əməliyyatların həyata keçirilməsi zamanı Müştərinin tanınmasında istifadə olunan gizli şifrə.
FƏRDİ KART HESABI: Ödəniş kartı vasitəsilə həyata keçirilən əməliyyatların uçotunun aparılması üçün açılan bank hesabı.
GİROV: Müştərinin Bank qarşısında xxxx öhdəliyinin icrasının təmin edilməsi üsulu olaraq Müştəriyə məxsus daşınar əmlakın Bankın xeyrinə girovu.
İNTERNET/ MOBİLE BANKİNG XİDMƏTİ: Müştərinin Xxxxxx açılmış hesablarının dünyanın hər bir yerindən internetə çıxışı xxxx kompüter və ya telefon vasitəsilə müştəri tərəfindən real vaxt rejimində (günün 24 saatı) izlənməsi və idarə edilməsi imkanını təmin edən xidmət növü.
İSTİFADƏÇİ ADI: Bankın struktur bölməsi tərəfindən Müştəriyə “İnternet/Mobile Banking” xidmətinə daxil olması üçün təqdim olunan məxfi fərdi identifikasiya nömrələridir.
KOMİSYON HAQQ/ KOMİSSİYA HAQQI: Bank tərəfindən göstərilən xidmətlərə görə Müştəri tərəfindən ödənilməli xxxx, Bankın Tarif dərəcələrinə və Müştəri ilə bağlanan müqavilələrə əsasən müəyyən edilən xidmət haqqı.
MƏXFİ SÖZ: Müştəri tərəfindən təyin olunur və “İnternet/Mobile Banking” xidmətinə qoşulması zamanı (məxfi sözün tələb olunan simvolu daxil olunmaqla) Müştərinin eyniləşdirilməsi üsulu kimi istifadə edilir.
MÜƏSSİSƏ: Ödəniş Sistemlərinə üzv Banklarla müqavilə imzalamış, Müştərilərə mal və xidmətlərin nağdsız ödənişini həyata keçirən və ya Bankın icazəsi daxilində nağd vəsait verə bilən fiziki və ya hüquqi şəxs.
MÜQAVİLƏ: Müqavilə dedikdə Bank və Müştərinin yazılı və ya elektron imzası vasitəsilə və yaxud ATM (bankomat) vasitəsilə və yaxud da Tərəflərdən birinin digər Tərəfə SMS-lə (telefon nömrəsinə göndərilən məktub-mesaj) göndərdiyi şərtlərə müvafiq Tərəfin razılığının SMS-lə bildirilməsi vasitəsi ilə təsdiqlənən, yəni imzalanan, Bank və Müştəri arasında mülki hüquq və vəzifələri müəyyənləşdirən, dəyişdirən və ya xitam edən razılaşma başa düşülür. Müqavilə dedikdə onun ayrılmaz tərkib hissələri xxxx Əlavələr də nəzərdə tutulur, Müqaviləyə istinad eyni zamanda onun ayrılmaz tərkib hissəsi xxxx Əlavələrə də istinaddır. Hazırkı Standart şərtlər və Müştərinin imzaladığı Xüsusi şərtlər də birlikdə Müqavilə hesab olunur.
MÜQAVİLƏNİN ƏLAVƏSİ (bundan sonra ƏLAVƏ): Müqavilənin digər və ya yeni, dəyişilən şərtlərini müəyyən edən və yaxud Müqaviləyə və ya onun bir hissəsinə xitam verən razılaşmadır. Əlavə Müqavilənin ayrılmaz tərkib hissəsidir. Əlavə Bank və Müştərinin yazılı və ya elektron imzası vasitəsilə və yaxud ATM (bankomat) vasitəsilə və yaxud da Tərəflərdən birinin digər Tərəfə SMS-lə göndərdiyi şərtlərə müvafiq Tərəfin razılığının SMS-lə bildirilməsi vasitəsi ilə təsdiqlənir, yəni imzalanir. Bankın internet səhifəsində və Bankın filiallarında (o cümlədən şöbə və nümayəndəliklərində) yerləşdirilərək Müqavilənin ayrılmaz tərkib hissəsinə çevrilən hazırkı Standart şərtlər də Əlavədir.
MÜŞTƏRİ: Bankla Müqavilə bağlayan digər tərəfdir. Müştəri hazırkı Standart şərtlər üzrə həm Hesab sahibi, həm İstifadəçi (Kart İstifadəçisi, Kart hesabının sahibi), həm də Əmanətçidir.
NAĞDLAŞDIRMA: ATM, POS-terminal və ya Bankın yerli struktur bölməsi vasitəsilə nağd pul vəsaitinin alınması əməliyyatıdır.
NAĞDSIZ ÖDƏNİŞ: Nağd puldan istifadə edilmədən ödəniş kartları vasitəsi ilə malların və ya xidmətlərin (POS-terminal, ATM və ya İnternet vasitəsilə) dəyərinin odənilməsi əməliyyatıdır, həmçinin internet üzərindən edilən onlayn əməliyyatlardır.
ÖDƏNİŞ KARTI ÜZRƏ GÜNDƏLİK İSTİFADƏ LİMİTLƏRİ - Bank tərəfindən emissiya edilən kartlar vasitəsilə aparılan əməliyyatlar zamanı baş verə biləcək əməliyyat riskinin azaldılması, kart itirildikdə potensial itkilərin qarşısının alınması məqsədilə İnternet üzərindən aparılan əməliyyatlara, həmçinin yüksək riskli və risk dərəcəsi nisbətən aşağı xxxx ölkələrdə ATM-lərdən nağd vəsaitin çıxarılması və POS-terminal vasitəsilə ödənişlərin aparılmasına dair plastik kart növləri üzrə təyin olunan istifadə məbləği.
ÖDƏNİŞ KARTI (irəlidə kart və ya plastik kart da adlana bilər): Müştəri tərəfindən nağdsız ödənişlərin aparılması (malların, iş və xidmətlərin ödənilməsi və s.), habelə nağd pul vəsaitinin əldə edilməsi üçün istifadə edilən ödəniş aləti (plastik (debet və ya kredit) kart).
POS-TERMİNAL: Ödəniş kartı vasitəsilə nağdsız ödənişlərin aparılması (malların, iş və xidmətlərin ödənilməsi və s.) habelə nağd pul vəsaitinin alınması üçün nəzərdə tutulmuş avadanlıq.
PROSESSİNQ SİSTEMİ: Bankomatlar və POS-terminallar şəbəkəsinə və ödəniş kartları qəbul edən ticarət və xidmət məntəqələri şəbəkəsinə xidmət göstərən müstəqil bir təşkilat və ya maliyyə-kredit təşkilatının bir bölməsidir. Prosessinq sistemi maliyyə-kredit təşkilatının məlumat mübadiləsi şəbəkəsinə çıxışa malikdir və ödəniş kartları ilə aparılan əməliyyatların avtorizasiyasını həyata keçirir.
SAXTA KART: Qeyri-xxxxxx xxxxx düzəldilən kart.
SKİMMİNQ: Ödəniş kartının maqnit zolağındakı məlumatının qeyri-xxxxxx xxxxx digər karta köçürülməsi.
SMS: (ing. Short Message Service — qısa mesaj xidməti) — qısa mətnli məlumatların göndərilməsi va qəbul edilməsi imkanı verən texnologiya. SMS telefon nömrəsinə göndərilən qısa mətnli məktub- mesajdır.
TARİF DƏRƏCƏLƏRİ/ TARİFLƏR: Bankın göstərdiyi xidmətlərə görə Müştəri tərəfindən ödənilməli xxxx haqların (Komisyon haqlar) məbləğini müəyyən edən və Bankın rəsmi internet ünvanında (xxx.xxxxxxxxxxx.xx) yerləşdirilən sənəd.
TEXNİKİ OVERDRAFT: Akseptsiz və ya təkrar silinmə, valyuta məzənnəsinin dəyişdirilməsi və ya digər texniki əməliyyat nəticəsində hesabda yaranan mənfi qalıq, borc və öhdəliklər.
VİRTUAL KART: Yalnız İnternet şəbəkəsində istifadəsi nəzərdə tutulan kart növü.
YERLİ STRUKTUR BÖLMƏ: Bankın Naxçıvan MR Baş idarəsi, filialları və şöbələri nəzərdə
tutulur.
XÜSUSİ ŞƏRTLƏR: Xüsusi şərtlər Müqavilədir. Xüsusi şərtlər Müştərinin təsdiqlədiyi, imzaladığı o Müqavilədir ki, hazırkı Standart şərtlər də həmin Müqavilənin ayrılmaz tərkib hissəsidir. Hazırkı Standart şərtlərlə Xüsusi şərtlər arasında ziddiyyət olarsa, Xüsusi şərtlərdə qeyd edilənlər üstün hüquqi qüvvəyə malik olur
2.1. İstifadə olunan başlıqlar tərəflərin rahatlığı üçündür və hazırkı Standart şərtlərin və ya onun hər hansı müddəasının təfsirində istifadə oluna bilərlər.
2.2. Kontekstdən ayrı qaydanın irəli gəldiyi hal istisna olmaqla, tək halında istifadə olunan sözlərə onların cəm xxxxxxx xxxx sözləri də daxildir və cəm halında istifadə olunan sözlərə onların tək xxxxxxx xxxx sözləri də daxildir.
2.3. Müqavilənin SMS-lə rəsmiləşdirilməsi üçün Müştəri Banka SMS-lə və ya Bankın rəsmi internet ünvanı xxxx xxx.xxxxxxxxxxx.xx internet ünvanı vasitəsilə müraciət etdikdən sonra əsas şərtlər Bank tərəfindən Müştərinin mobil telefon nömrəsinə SMS-lə göndərilir. Göndərilən şərtlərin qəbul edilməsi ilə bağlı Müştəri tərəfindən Banka SMS göndərildikdən sonra Müqavilə rəsmiləşdirilmiş hesab olunur. Bank tərəfindən mobil telefon nömrəsinin Müştəriyə aid olmasının müəyyən edilməsi üçün Müştəri ona məxsus telefon nömrəsini Banka yazılı surətdə təqdim etməlidir. Müştəri onun Banka
təqdim etdiyi telefon nömrəsi vasitəsilə (SMS-lə) Müqavilənin rəsmiləşdirilməsinin digər şəxs tərəfindən həyata keçirilməsi xxxxxx, mobil telefon nömrəsinin rəsmi qaydada onun adına olmaması xxxxxx istinad etməyəcəkdir. Bank tərəfindən hesab ediləcəkdir ki, Müştərinin Banka təqdim etdiyi telefon nömrəsi vasitəsilə (SMS-lə) Müqavilənin rəsmiləşdirilməsi üçün edilən bütün hərəkətlər Müştərinin özü tərəfindən həyata keçirilmişdir. Müştəridən xxxxx xxxx hər hansı bir səbəbdən SMS-lə Müqavilənin rəsmiləşdirilməsinin nəticəsi baş verdikdən sonra (məsələn, Müştəriyə kredit xəttinin ayrılması və s.) Müştəri müvafiq Müqavilənin rəsmiləşdirilməsindən xəbər tutarsa və etirazı olarsa, Müqavilənin rəsmiləşdirilməsinin nəticələrinin aradan qaldırılması üçün müvafiq işlər görməli, Banka müraciət etməli və kredit verilərsə, onu Banka dərhal qaytarmalıdır.
3. BANK HESABI
3.1. Standart şərtlərin bu hissəsinə görə Bank Müştəriyə Xüsusi şərtlərdə nəzərdə tutulan müvafiq bank hesabını açmağı, Azərbaycan Respublikasının hüquqi aktlarında və Xüsusi şərtlərdə, o cümlədən hazırkı Standart şərtlərdə nəzərdə tutulanlara və məhdudiyyətlərə riayət etməklə açılmış hesaba daxil xxxx pul vəsaitini qəbul edib mədaxil etməyi, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair Müştərinin sərəncamlarını yerinə yetirməyi, Müştəri isə ona göstərilmiş bank xidmətlərinin haqqını ödəməyi öhdəsinə götürür.
3.2. Bank xidmətlərinin dəyəri Bankın qüvvədə xxxx Tarif dərəcələrinə müvafiq olaraq müəyyən
olunur
3.3. Bankın vəzifələri :
3.3.1. Müştərinin müraciəti əsasında qanunvericiliklə və bankdaxili qaydalarla müəyyən edilmiş sənədlər təqdim edildikdən sonra müvafiq hesablar açmaq;
3.3.2. Müştərinin hesabında xxxx pul vəsaitlərini qorumaq;
3.3.3. Ödəniş sənədlərini qəbul edib, düzgün tərtib olunmasını yoxlayıb, imza nümunələri ilə üzləşdirdikdən sonra hazırkı Standart şərtlər ilə və Azərbaycan Respublikasının hüquqi aktları ilə müəyyən edilmiş məhdudiyyətləri nəzərə almaqla aidiyyəti üzrə köçürmək;
3.3.4. Müştərinin adına daxil xxxx vəsaitləri müvafiq hesablara daxil etmək;
3.3.5. Əməliyyatların aparıldığı gündən sonrakı iş günündən gec olmayaraq Müştərinin tələbi ilə müvafiq xidmət haqqı müqabilində hesablar üzrə çıxarışları ona kağız və ya elektron formada təqdim etmək;
3.3.6. Ödənişləri milli və ya sərbəst dönərli valyutalarda hesabların kredit qalığı həcmində aparmaq;
3.3.7. Müştəri haqqında məlumatların məxfiliyini Azərbaycan Respublikası qanunvericiliyi və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun şəkildə təmin etmək;
3.3.8. Hazırkı Standart şərtlərin digər bəndləri və Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş digər vəzifələr.
3.4.Bankın hüquqları :
3.4.1. Aparılmış əməliyyatlara görə Bankın Tarif dərəcələrinə əsasən müəyyən edilmiş xidmət haqqını müştərinin hesabından mübahisəsiz qaydada (müştərinin sərəncamı olmadan) tutmaq;
3.4.2. Müştərinin adı, rekvizitlərdə nəzərdə tutulan digər məlumatlar dəyişdikdə qanunvericiliklə müəyyən olunan qaydada bank hesabının yenidən rəsmiləşdirilməsini tələb etmək;
3.4.3. Müştərinin vətəndaşlığı və/və ya daimi yaşayış xxxx xxxx ölkənin dövlət qurumlarının tələbi əsasında Müştəri, onun hesabları barədə məlumatı Azərbaycan Respublikasının qanunvericiliyinə (o cümlədən bank sirrinə dair normalara), Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun şəkildə aidiyyəti qaydada təqdim etmək;
3.4.4. Azərbaycan Respublikasının hüquqi aktları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilə və sazişlərdən irəli gələn hallarda müştəridən onun pul axını, maliyyə mənbələri, həmçinin imza hüququ xxxx şəxslərin eyniləşdirilməsinə dair məlumatları tələb etmək;
3.4.5. Müştəri tələb olunan məlumatları təqdim etmədikdə onunla mövcud xxxx münasibətlərə xitam vermək;
3.4.6. Bank Müştərinin bu hissədə nəzərdə tutulanlara əsasən açılan hesabında xxxx qalığına heç bir faiz ödəməyi öhdəsinə götürmür.
3.5. Müştərinin vəzifələri :
3.5.1. Hesabların açılması üçün Azərbaycan Respublikasının hüquqi aktlarında nəzərdə tutulmuş və Bankın tələb etdiyi müvafiq sənədləri təqdim etmək;
3.5.2. Hesabında xxxx pul vəsaitlərindən mövcud qanunvericiliyə uyğun istifadə etmək;
3.5.3. Ödəniş tapşırığı sənədi və digər ödəniş sənədlərini düzgün tərtib etmək;
3.5.4. Aparılmış əməliyyatlara görə xidmət haqqını vaxtında ödəmək;
3.5.5. Hesabında xxxx vəsaitlərdən qeyri-leqal məqsədlər üçün istifadə etməmək;
3.5.6. Azərbaycan Respublikasının hüquqi aktları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilə və sazişlərdən irəli gələn hallarda öz pul axını, maliyyə mənbələri, həmçinin imza hüququ xxxx şəxslərin eyniləşdirilməsinə dair məlumatları Banka təqdim etmək;
3.5.7. Hesab üzrə icrası nəzərdə tutulan əməliyyatların təyinatı, xxxxx edilən limitləri barədə Banka məlumat vermək;
3.5.8. Hesabına yanlış daxil olma olduqda, bu barədə dərhal Banka məlumat vermək və həmin məbləği xxxx qaytarmaq;
3.5.9. Adı, soyadı, həmçinin rekvizitlərdəki digər dəyişikliklər haqqında zəruri məlumatları 7 (yeddi) iş günü ərzində Banka təqdim etmək;
3.5.10. Azərbaycan Respublikasının hüquqi aktları ilə tələb olunan müvafiq sorğu anketini
doldurmaq;
3.5.11. Müştəri tərəfindən məlumatların təqdim edilməməsi və ya vaxtında təqdim edilməməsi nəticəsində Banka dəyən ziyana görə Müştəri maddi məsuliyyət daşıyır.
3.6. Müştərinin hüquqları :
3.6.1. Banka təqdim etdiyi sərəncam əsasında bank hesabına pul vəsaitinin qəbul edilməsini və hesaba mədaxil edilməsini, hesabdan müvafiq məbləğlərin köçürülməsini və verilməsini, hesab üzrə digər əməliyyatların aparılmasını tələb etmək;
3.6.2. Hesablar üzrə çıxarışlarda hər hansı bir səhv olduqda 3 (üç) həftə ərzində Banka müraciət etmək;
3.6.3. Əməliyyatların aparılmasını Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada üçüncü şəxslərə həvalə etmək;
3.6.4. “196” Müştəri Xidməti və ya ölkə xaricindən (x000 00) 000 00 00 telefon nömrəsi vasitəsilə Bankla əlaqə saxlamaq.
3.7. Bank hesabı aşağıdakı hallarda bağlanılır :
3.7.1. Müştəri tərəfindən 1 (bir) il ərzində bank hesabı üzrə əməliyyatlar aparılmadıqda;
3.7.2. Müştəri tərəfindən bank hesabından çirkli pulların yuyulması, terrorizmin maliyyələşdirilməsi və digər qeyri – leqal məqsədlər üçün istifadə edildikdə;
3.7.3. Müştərinin ərizəsi əsasında;
3.7.4. Müştərinin Banka yalnış məlumat verdiyi aşkar edildikdə, özü barəsində saxta, düzgün olmayan sənədlər təqdim etdikdə və ya Bankı digər formada aldatdıqda;
3.7.5. Azərbaycan Respublikasının hüquqi aktları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilə və sazişlərdən irəli gələn hallarda Müştəri öz pul axını, maliyyə mənbələri, həmçinin imza hüququ xxxx şəxslərin eyniləşdirilməsinə dair məlumatları Banka təqdim emədikdə;
3.7.6. Qanunvericilikdən irəli gələn digər hallarda.
3.8. Müştərinin hesabı Bank tərəfindən bağlanılanda hesabdakı pul vəsaitinin qalığı Müştəriyə verilir və ya Müştərinin göstərişi ilə onun müvafiq yazılı ərizəsinin alındığı gündən ən geci yeddi təqvim günü keçənədək başqa hesaba köçürülür. Hesabın qalığı Müştəri tərəfindən xxxx alınmadıqda və ya
vəsaitin köçürülməli olan yeni hesab banka bildirilmədikdə, həmin vəsait müvafiq müştəri kateqoriyasının bağlanmış hesablarının uçotu aparılan hesaba köçürülür, Bankın Tarif dərəcələrinə (tariflərinə) əsasən bağlanmış hesabların əməliyyat sistemində saxlanmasına görə müvafiq xidmət haqqı tutulur.
4. KREDİT
4.1. Bank hazırkı Standart şərtlərə uyğun olaraq Müştəriyə şəxsi istehlak məqsədli, qaytarılmaq, müəyyən müddətə, faizlər ödənilmək və təminatlılıq şərti ilə və yaxud təminatsız Xüsusi şərtlərdə müəyyən edilmiş məbləğdə kredit verə bilər, kredit xətti ayıra bilər. Kredit verildiyi halda, Müştəri aldığı krediti və kredit üzrə hesablanacaq faizləri Müqavilə ilə (Xüsusi şərtlərlə) müəyyən edilmiş müddətdə və qaydada Banka qaytarmağı öhdəsinə götürür.
4.2. Kreditin növü, məbləği, valyutası, keditin qaytarılması müddəti, ödəniş qrafiki, təminat şərtləri (əgər olarsa), kreditdən istifadəyə görə illik faiz dərəcəsi, komisyon haqq, ödəniş qaydası və dövriliyi Xüsusi şərtlər ilə müəyyən edilir.
4.3. Müddət kreditin faktiki verildiyi tarixdən hesablanır. Kredit üzrə faizlər ildə 360, ayda 30 təqvim günü götürülməklə kreditin Müştəriyə verildiyi gündən faktiki qaytarıldığı günədək, kreditdən istifadə edilmiş günlərin faktiki sayına görə əsas borcun qalıq məbləğinə hesablanır.
4.4. Kredit təminatla verildiyi halda, kredit məbləği təminat rəsmiləşdirildikdən sonra Müştəriyə verilir (onun Xxxxxx xxxx müvafiq hesabına köçürülür).
4.5. Müştəri onun kredit borclarının üçüncü şəxslər tərəfindən ödənilməsinə və bu məqsədlə onun barəsində (Müştəri barəsində) məlumatların həmin üçüncü şəxslərə verilməsinə etiraz etmir.
4.5. ATM (Bankomat) vasitəsilə kredit limiti
4.5.1. Müştəri hazırkı Standart şərtlərə əsasən Bank tərəfindən təklif edildiyi halda, Bankın ATM-i (Bankomatı) vasitəsilə kredit limiti götürə bilər. Kredit limiti götürüldüyü halda, Bank bu kredit limiti üzrə borcların (komisyon haqq, faizlər) qaytarılmasını tələb edir və Bankın həmin borcları Müştərinin Xxxxxx xxxx istənilən hesabından silmək (tutmaq) hüququ vardır.
4.5.2. ATM (Bankomat) vasitəsilə kredit limiti üzrə borcların ödənilməsi qaydası, faizlər, komisyon haqq və digər məsələlər hazırkı Standart şərtlərin 4.5.3-cü yarımbəndində nəzərdə tutulmuş qaydada rəsmiləşdirilən Əlavə ilə müəyyən edilir.
4.5.3. ATM vasitəsilə kredit limitinin götürülməsi ilə bağlı müvafiq Əlavə ATM vasitəsilə bağlanılır (rəsmiləşdirilir). Kredit limitinin verilməsi və Əlavənin rəsmiləşdirilməsi üçün SMS vasitəsilə Müştəriyə müvafiq kod göndərilir. Müştəri və Bank təsdiq edir ki, SMS vasitəsilə göndərilmiş kodun Müştəri tərəfindən ATM vasitəsilə daxil edilməsi şəxsi imzanın analoqu kimi qiymətləndirilir və şəxsi imza ilə eyni hüquqi qüvvəlidir.
4.5.4. Kredit limitini həm nağdlaşdırmaq mümkündür, həm də ayrılan limit məbləği ilə nağdsız əməliyyatlar aparıla bilər.
4.5.6 Bank tərəfindən hesab ediləcəkdir ki, Müştəri tərəfindən daxil edilən telefon nömrəsi Müştəriyə aiddir. Müştəri təsdiq edir ki, nömrənin digər şəxs tərəfindən daxil edilməsinə görə Bank məsuliyyət daşımır və bütün məsuliyyət Müştərinin üzərindədir.
5. ƏMANƏT
Hazırkı hissə Müştəri ilə Bank arasında əmanətin qoyulması, əmanət məbləğinin Müştəriyə qaytarılması, onun üçün faizlərin ödənilməsi ilə bağlı münasibətləri tənzimləyir.
5.1. Əmanətə dair ümumi şərtlər
5.1.1. Müştəri Xüsusi şərtlərdə nəzərdə tutulmuş məbləğdə pul vəsaitini (əmanəti) depozitə qoyur, “Bank” isə Müştəridən daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək Xüsusi şərtlərdə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini Müştəriyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür.
5.1.2. Qoyulan əmanətlər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada sığortalanır.
5.1.3. Əmanətin müddəti, illik faiz dərəcəsi, faizlərin ödənilməsi qaydası, əmanətlərin artırılması və azaldılması şərtləri, habelə əmanətin qoyulmasını təsdiq edən sənəd, əmanətin daxil olduğu məhsul növü və əmanətə dair digər şərtlər Xüsusi şərtlərlə müəyyən olunur.
5.1.4. Hazırkı Standart şərtlər və Xüsusi şərtlər üzrə qəbul edilmiş pul vəsaitləri Müştərinin Xxxxxx xxxx müvafiq bank hesabına köçürülür.
5.1.5. Əmanətə dair rəsmiləşdirilmiş Xüsusi şərtlər əmanət məbləğinin Müştərinin depozit (əmanət) hesabına daxil olduğu andan qüvvəyə minir.
5.1.6. Müştəri üçüncü şəxslər tərəfindən əmanət məbləğinin artırılmasına etiraz etmir.
5.2. Bankın hüquq və vəzifələri aşağıdakılardır:
5.2.1. Xüsusi şərtlər qüvvədə olduğu müddət ərzində əmanət məbləğinə dair öz mülahizəsinə əsasən sərəncam vermək, o cümlədən həmin məbləğdən kredit resursu kimi istifadə etmək.
5.2.2. Müştərinin Xxxxxx xxxx müvafiq hesabları üzrə əməliyyatların aparılmasına görə Bankın Tarif dərəcələrinə (tariflərinə) uyğun xidmət haqqını tutmaq;
5.2.3. Hazırkı Standart şərtlər və Xüsusi şərtlərə uyğun olaraq əmanətə faizlər hesablamaq və ödəmək;
5.2.4. Əmanət Xüsusi şərtlərdə nəzərdə tutulan əmanət müddəti başa çatmazdan əvvəl tələb olunduqda depoziti artıq ödənilmiş faizlər və tutulmamış Tariflər çıxılmaqla Xüsusi şərtlərlə müəyyən edilmiş şərtlər və qaydalara uyğun olaraq Müştəriyə qaytarmaq;
5.2.5. Əmanət hesabındakı vəsaitin qalığı barədə bank arayışı verilməsi üçün Müştəridən Bankın qüvvədə xxxx tariflərinə əsasən komissiyon tələb etmək.
5.2.6. Depozit üzrə hesablanmış faizlərdən Azərbaycan Respublikasının vergi qanunvericiliyində nəzərdə tutulduğu halda vergi tutmaq.
5.3. Müştərinin hüquq və vəzifələri:
5.3.1. Hazırkı Standart şərtlərə və Xüsusi şərtlərə uyğun olaraq əmanət üzrə faizləri və əmanət qoyulmuş pul məbləğini almaq, digər hesablara köçürmək;
5.3.2. Bankdan hazırkı Standart şərtlərə və Xüsusi şərtlərə əsasən üzərinə götürdüyü vəzifələri lazımınca yerinə yetirməyi tələb etmək;
5.3.3. “196” Müştəri Xidməti və ya ölkə xaricindən (x000 00) 000 00 00 telefon nömrəsi vasitəsilə Bankla əlaqə saxlamaq.
5.4. Əmanətin qaytarılması.
5.4.1. Bank Müştərinin ilk tələbi ilə əmanət məbləğinin ən azı dörddə bir hissəsini dərhal, qalan hissəsini isə ən geci beş bank günü müddətində verir.
5.4.2. Müştəri əmanət məbləğini Xüsusi şərtlərdə qeyd edilən əmanət müddətindən tez tələb edə bilər. Bu halda faizlər Xüsusi şərtlər ilə müəyyən edilmiş qaydada ödəniləcəkdir.
5.4.3. Bank Müştərini 1 ay qabaqcadan xəbərdar etməklə əmanət məbləğini vaxtından əvvəl Müştəriyə qaytara və müqaviləni birtərəfli qaydada ləğv edə bilər. Bu halda Bank depozitin Müştəriyə qaytarılmasından əvvəlki günədək Xüsusi şərtlərin Əmanətin faiz dərəcəsi adlanan hissəsinə əsasən müəyyən edilmiş faiz dərəcəsi ilə hesablanmış faizləri Müştəriyə ödəyir.
5.4.4. Əmanət və ona hesablanmış faizlər nağd və ya köçürmə yolu Müştəriyə verilir.
5.4.5. Əmanətin qaytarılması Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən Əmanətlərin Sığortalanması Xxxxx tərəfindən sığortalanır. Əmanətlərin Sığortalanması Xxxxx tərəfindən sığortalanmayan əmanət məbləği Bank tərəfindən sığortalana bilər (bu, Bankın hüququdur).
5.5. Əmanət üzrə faizlər
5.5.1. Əmanətin məbləğinə (o cümlədən onun artırılan hissəsinə) faizlər həmin məbləğin Banka daxil olduğu günün ertəsi günündən məbləğin Müştəriyə qaytarılmasından və ya başqa əsaslarla Müştərinin hesabından silinməsindən əvvəlki günədək hesablanır (ildə 360 gün hesabı ilə);
5.5.2. Əmanət üzrə faizlər Xüsusi Şərtlərlə müəyyən edilmiş qaydada (aylıq və ya müddətin sonunda) ödənilir;
5.5.3. Əmanət üzrə fazilərə faiz hesablanmır.
5.5.4. Depozit hansı valyutada qoyulursa, həmin valyutada da hesablanmış faizləri ilə birlikdə Müştəriyə qaytarılır.
5.6. Əmanətin müddəti
5.6.1. Əmanətin müddəti Xüsusi şərtlərlə müəyyən edilir. Əmanətin müddəti bitdiyi tarixdə Müştəri əmanətin qaytarılmasını tələb etmədikdə, müddətin bitmə tarixinin sonrakı günündən başlayaraq 12 ay müddətinə qədər yerləşdirilmiş əmanətlər 6 ay, 12 ay və daha uzun müddətə yerləşdirilmiş əmanətlər isə eyni müddətə, Bankın tərəfindən birtərəfli qaydada müəyyən olunmuş şərtlərlə uzadılmış hesab edilir. Xüsusi şərtlərlə müəyyən edilən Əmanət növü üzrə Bankın məhsulu əmanətin müddəti bitdiyi tarixdə mövcud olmadığı halda, Bankın əmanətin müddətini uzatmamaq hüququ vardır.
6. ÖDƏNİŞ KARTI
6.1. Bu hissə Bank tərəfindən emissiya edilən, Azərbaycan Respublikası ərazisində və Azərbaycan Respublikasının hüdudlarından kənarda istifadə edilə bilən ödəniş kartının (bundan sonra “Kart” adlanacaq) verilməsi və onun istifadəsi, xxx xxxxx Fərdi kart hesabının (bundan sonra “ Kart hesab” adlanacaq) Xxxxxx açılması ilə bağlı Müştəri və Bank arasındakı münasibətləri tənzimləyir, tərəflərin hüquq və vəzifələrini müəyyən edir.
6.2. Bankın öhdəlikləri :
6.2.1. Müştərinin ərizəsi əsasında ona Kart vermək və Kart hesabı açmaq;
6.2.2. Müştərinin ərizəsi əsasında ona və onun müəyyən etdiyi şəxslərə Kart hesabına bağlı əlavə kartlar hazırlamaq və Müştəriyə təqdim etmək;
6.2.3. Hazırkı Standart şərtlərin və Xüsusi şərtlərin digər bəndləri ilə və qanunvericiliklə nəzərdə tutulmuş öhdəliklər.
6.3. Bankın hüquqları :
6.3.1. Texniki overdraft nəticəsində, habelə müxtəlif səbəblərdən Müştərinin Kart hesabına artıq köçürülmüş məbləğləri, Müştərinin razılığını almadan onun hesab(lar)ından silmək; 6.3.2.Qanunvericiliklə, habelə hazırkı Standart şərtlərin və Xüsusi şərtlərin digər bəndləri ilə nəzərdə tutulmuş hüquqları həyata keçirmək.
6.4. Müştərinin öhdəlikləri:
6.4.1. Kartın alınması və Kart hesabının açılması üçün bank qaydaları ilə nəzərdə tutulmuş sənədləri təqdim etmək;
6.4.2. Bankın Yerli struktur bölməsindən şəxsiyyətini təsdiq edən sənədi təqdim etməklə müvafiq sənədləri imzalayıb sifariş olunmuş Kartı (Əlavə kartı), FİN kodu və ya İstifadəçi adını təhvil almaq;
6.4.3. Kartdan onun istifadə etmə müddəti ərzində Azərbaycan Respublikasının qanunvericiliyinə, ödəniş sistemlərinin qaydalarına, hazırkı Standart şərtlərdə və Xüsusi şərtlərdə nəzərdə tutulanlara, Bankın müəyyən etdiyi və gələcəkdə müəyyən edəcəyi qaydalarına əsasən istifadə etmək;
6.4.4. Kartdan və Kart hesabından istifadə üçün nəzərdə tutulmuş xidmət haqqı, bank komissiyası və bank xidmətləri üçün nəzərdə tutulmuş digər haqları ödəmək;
6.4.5. Kartın hesabına bağlı əsas və əlavə kartlara görə hazırkı Standart şərtlər çərçivəsində eyni dərəcədə məsuliyyət daşımaq;
6.4.6. Texniki overdraft nəticəsində, habelə müxtəlif səbəblərdən Kart hesabına artıq gəlmiş, mədaxil olunmuş məbləğlərdən istifadə etməmək, istifadə etdiyi təqdirdə Bank tərəfindən tələb irəli sürülən kimi, dərhal bu məbləğləri xxxx qaytarmaq və ya hesabdan silinməsinə etiraz etməmək. Həmçinin, səhvən hesaba mədaxil edilmiş məbləğ aşkar etdikdə dərhal Bankı məlumatlandırmaq;
6.4.7. Hazırkı Standart şərtlərin və Xüsusi şərtlərin digər bəndləri və qanunvericiliklə nəzərdə tutulmuş öhdəliklər.
6.5. Müştəri hüquqları :
6.5.1. Bir Kart hesabına bağlı yalnız bir aktiv əsas Kart və istənilən xxxxx Əlavə kartlar sifariş vermək;
6.5.2. Bankın Yerli struktur bölməsinə müraciət edərək hesabdan çıxarışlar almaq;
6.5.3. Hazırkı Standart şərtlər və Xüsusi şərtlər ilə müəyyən olunmuş və qanunvericilikdə qadağan olunmamış məqsədlərlə kartdan istifadə etmək.
6.6. Kartın mülkiyyəti
6.6.1. Kart Bankın mülkiyyəti hesab olunur. Bank, hazırkı Standart şərtlərin və Xüsusi şərtlərin müddəaları ilə ziddiyyət təşkil edən halları aşkarlayarsa, Kartı xxxx ala bilər, vaxtı bitmiş Kartları yenisi ilə əvəz etməyə bilər və ya istifadəsini dayandıra bilər. Müştəri, Kartın itməsi, oğurlanması və ya üzərində təhriflərin edilməsinə görə məsuliyyət daşıyır. Kart itdikdə və ya oğurlandıqda, Müştəri tərəfindən Bankın “196” Müştəri Xidmətinə və ya ölkə xaricindən (00000) 000 00 00 telefon nömrəsinə təcili xəbər verilməlidir. Müştəri bu xəbərdən sonra Kartın etibarsız sayılacağını qəbul edir və Bank tərəfindən xxxx Xxxxxx verilməsi ilə əlaqədar bütün xərclərin ödənilməsini öhdəsinə götürür. Əgər Bank tərəfindən Müştəriyə xxxx Xxxxxx verilməsindən imtina edilərsə və ya Müştəri yeni Kart almaqdan imtina edərsə, Müştəri hesabındakı məbləği əldə etmək üçün şəxsiyyətini təsdiq edən sənədlə birgə Kart hesabının açıldığı Yerli struktur bölməyə ərizə ilə müraciət etməlidir. Bundan sonra Müştərinin ərizəsi Bankın işçisi tərəfindən qəbul edilir, Kart sistemdə bağlanılır və kassadan nağd vəsaitin verilməsi təmin edilir.
6.7. Kartın istifadə müddəti
6.7.1. Kart heç bir şəkildə üzərində qeyd edilən son istifadə tarixindən sonra istifadə edilə bilməz. Üzərində son istifadə günü qeyd edilməyən, yalnız ay və il qeyd edilən Xxxxxxx həmin ayın son gününə kimi aktivdir. İstifadə müddəti bitən əsas Karta bağlı bütün Əlavə kartların istifadəsi müvəqqəti olaraq dayandırılır. Kart hesabındakı pul vəsaitinin qalığı Müştəri tərəfindən xxxx alınmalıdır və ya vəsaitin köçürülməli olduğu yeni hesab Banka bildirilmədir.
6.7.2. Kartın müddətinin başa çatdığı gündən еtibarən 1 (bir) il ərzində Kart hesabı üzrə heç bir əməliyyat aparılmazsa, həmin hesab sistеmdə bağlanılır və hesabdakı pul vəsaitinin qalığı Müştəri tərəfindən xxxx alınmadıqda və ya vəsaitin köçürülməli olduğu yeni hesab Banka bildirilmədikdə, həmin vəsait müvafiq müştəri kateqoriyasının bağlanmış hesabların uçotu aparılan hesaba köçürülür və Bankın tariflərinə əsasən bağlanmış hesabların əməliyyat sistemində saxlanmasına görə müvafiq xidmət haqqı tutulur.
6.8. Kart üzrə gündəlik istifadə limitləri
6.8.1. Ödəniş kartı ilə aparılan əməliyyatlar üzrə limitlər baş verə biləcək əməliyyat riskinin azaldılması, Kart itirildikdə potensial itkilərin azaldılması məqsədilə Bank tərəfindən müəyyən edilir və Bank hər bir limiti birtərəfli şəkildə dəyişdirmək səlahiyyətinə malikdir. Bununla yanaşı, Müştəri “İnternet/Mobile Banking” xidməti vasitəsilə, xidmət olunduğu Bankın Yerli struktur bölməsinə və ya “196” Müştəri Xidmətinə (ölkə xaricindən Tel: (00000) 000 00 00) müraciət etməklə, şəxsi tələblərinə uyğun olaraq ATM-lərdən nağd vəsaitin çıxarılması, İnternet və POS-terminal vasitəsilə ödənişlərin aparılmasına dair limitlərini dəyişdirə bilər. Müştəri Xxxxxx təyin etdiyi limiti qəbul edəcəyini və həmin limitdən məlumatının olmaması bəhanəsi ilə etiraz etməyəcəyini öz öhdəsinə götürür.
6.9. ATM vasitəsi ilə Kart hesabına dair sərəncam verilməsi
6.9.1. Müştəri hazırkı Standart şərtlərə əsasən açılan Kart hesablarına dair sərəncam vermək hüququnun həyata keçirilməsi və digər bank əməliyyatları, o cümlədən kreditin verilməsi ilə bağlı müqavilələri ATM vasitəsilə razılığını bildirirərək bağlaya bilər. Bu halda, Kart istifadəçisinin ATM vasitəsilə təklif olunan şərtlərlə razılaşaraq müvafiq kodu daxil etməsi onun şəxsi imzasının başqa
analoqu kimi qiymətləndiriləcəkdir. ATM vasitəsilə kreditin götürülməsinə dair şərtlər hazırkı Standart şərtlərnin 4-cü hissəsi ilə müəyyən edilir.
6.10. Kart vasitəsi ilə mal və xidmətlərin ödənilməsi
6.10.1. Müştəri Kartdan istifadə etməklə POS-terminal quraşdırılan müəssisələrdən mal və ya xidmət almaq hüququna malikdir. Müəssisədən mal alınması və ya xidmətlərlə əlaqədar tərtib edilən satış sənədi Müştəri tərəfindən müvafiq qaydada imzalanır və ya əməliyyat zamanı FİN-kodun daxil edilməsi imzalanmanın analoqu hesab olunur və satış sənədində FİN-kod daxil edilib/yoxlanılıb yazısı əks olunur. Müəssisənin məsul şəxsi Müştəridən onun şəxsiyyətini təsdiq edən sənəd tələb edə bilər. Müştəri satış sənədini imzaladıqdan sonra, sənəd üzərindəki qeydlərə görə etiraz etməyəcəyini öhdəsinə götürür. Müştəri hesabın surətini özündə saxlamalıdır. Bank, Müştərinin müəssisədən satın aldığı mal və xidmətlərin növü, mahiyyəti, məzmunu, keyfiyyəti və miqdarına görə məsuliyyət daşımır. Müştəri ödəniş kartı ilə aparılan əməliyyatların məbləğinin hesabından silinəcəyini və hesabında kifayət qədər vəsait olmadığı təqdirdə çatışmayan borc qədər texniki overdraft-ın yaranacağını qəbul edir.
6.11. Ödəniş kartından nağd vəsaitin çıxarılması
6.11.1. Müştəri Bank tərəfindən xüsusi zərfdə verilmiş FİN koddan istifadə etməklə Kart vasitəsilə Bankın və Ödəniş sistemlərinə üzv xxxx digər müvəkkil bankların ATM-lərindən, Kart hesabındakı qalıq və nağd vəsaitin çıxarılması üzrə limitlər daxilində, nağd vəsait çıxara bilər. Müştəri Kart vasitəsilə POS-terminal quraşdırılan məntəqələrdən nağd pul alarkən onlar tərəfindən tərtib edilən satış sənədini imzalayır və sənəd üzərindəki qeydlərə görə etiraz etməyəcəyini öhdəsinə götürür. Məntəqənin məsul şəxsi tələb edərsə Müştəri şəxsiyyətini təsdiq edən sənəd göstərməlidir. Kart vasitəsilə ATM-lərdən nağd pul xxxx əməliyyatında, nağd ödəmə sənədi tərtib edilmədiyi üçün, Müştəri Bankın bu əməliyyatlar barədə qeydlərinin dəlil olduğunu qəbul edir.
6.12. Telefon, internet və faks vasitəsilə sifariş
6.12.1. Müştəri müəssisə ilə üz-üzə gəlmədən, telefon, internet və ya faks vasitəsilə aparılan əməliyyatların dəyərinin avtomatik olaraq hesabından silinəcəyini və bu növ əməliyyatlar zamanı heç bir satış qəbzinin tərtib edilməyəcəyini qəbul edir.
6.13. Kart vasitəsi ilə Xxxxxx sənədinin tərtib edilməsi
6.13.1. Kart vasitəsi ilə alınmış bir malın qaytarılması, xidmətin dayandırılması və ya artıq alınan pulun xxxx qaytarılması üçün müəssisə Kredit Sənədi tərtib edir. Xxxxx Xxxxxx Sənədinin tərtib edilməsi, Müştərinin mal və xidmət üçün əvvəllər imzaladığı satış sənədinə görə yaranan borc və öhdəliklərini ləğv etmir. Bank Kredit Sənədini müəssisədən alanadək, Müştəri bu barədə heç bir iddia və tələb irəli sürə bilməz. Müştəri, malın qaytarılması və ya xidmətin dayandırılması ilə əlaqədar, özü ilə müəssisə arasında yarana biləcək mübahisələr və bu mübahisələrdən irəli gələn nəticələrə görə Bankın məsuliyyət daşımadığını qəbul edir.
6.14. Hesabdan çıxarışın tərtib edilməsi
6.14.1. Kartın ölkə daxilində və ya ölkə hüdudlarından kənarda istifadəsi nəticəsində yaranmış bütün borc və öhdəliklər haqqında qeydlər hesabdan çıxarışda öz əksini tapır. Hesabdan çıxarışı almaq üçün Müştəri Banka müraciət etməlidir. Hesabdan çıxarış borc və ödəmələri əhatə edən mühüm sənədlərdən biridir.
6.15. Xidmət haqqı
6.15.1. Müştəri hər Kart üçün Bank tərəfindən onun Tarif dərəcələrinə əsasən müəyyən edilmiş miqdarda xidmət haqqını ödəməyi əvvəlcədən qəbul edir. Müştəri Kartı dəyişmək barədə Banka müraciət etdikdə xidmət haqqı nağd şəkildə qəbul edilir və ya Müştərinin hesabından silinir.
6.16. Faiz, komisyon haqqı və digər ödəmələr
6.16.1. Müştəri Kartdan və Kart hesabından istifadə ilə bağlı yaranan borcu, həmçinin Kartlar üzrə Bankın Tariflərdə göstərilmiş faiz, komisyon haqqı və digər ödəmələri Banka ödəməyi öhdəsinə götürür. Bank xarici valyutanın konvertasiyası üçün əlavə komisyon haqqı almaq hüququna malikdir.
6.17. Borcların ödənilməsi
6.17.1. Müştəri yaranmış borcu Banka ödəməlidir. Ödəmələr hesabın valyutasına müvafiq olaraq qəbul edilir. Ödəmələrdə Bank tərəfindən müəyyən edilən valyuta məzənnələri Bank tərəfindən əsas kimi götürülür. Müştəri Kart hesabında texniki overdraft-ın (valyuta məzənnəsinin dəyişməsi, təkrar silinmə və s.), yaranacağı təqdirdə Kartın istifadəsinin dayandırılacağını, bütün borc və öhdəlikləri təcili yerinə yetirəcəyini və bununla əlaqədar hesablanacaq cərimə haqqını ödəməyi öhdəsinə götürür.
6.18. Kartların fəaliyyətinin dayandırılması və ləğvi
6.18.1. Müştəri tərəfindən limitin aşılması və yaranmış borc müəyyən edilmiş qaydada və müddətə ödənilmədikdə və ya Bankla bağladığı müqavilənin(lərin) müəyyən bir müddəasına əməl edilməməsi səbəbi ilə və yaxud heç bir səbəb göstərmədən Bank Kartın istifadəsini dayandıra bilər. Bundan əlavə, Müştərinin müflisləşməsi və onun başqa şəxsin qəyyumluğuna, himayəçiliyinə, tabeçiliyinə keçməsi ilə əlaqədar olaraq Bank hazırkı Standart şərtləri birtərəfli qaydada ləğv etmək və Müştəridən alacağı məbləği tələb etmək hüququna malikdir. Müştəri vəfat etdikdə, kartın fəaliyyəti dayandırılır və yaranmış borcların təcili ödənilməsi qüvvədə xxxx Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq onun vərəsələrinin üzərinə düşür. Bundan əlavə, Bank heç bir səbəb göstərmədən Müştəridən Xxxxxx xxxx qaytarılmasını tələb edə bilər və ya istifadə müddəti başa çatmış Kartın dəyişdirilməsindən imtina edə bilər. Bank tərəfindən Kartın fəaliyyətinin dayandırıldığı və Kartın dəyişdirilməsindən imtina edildiyi halda, Müştəri Bank qarşısında xxxx xxxx və öhdəliklərini bütövlüklə yerinə yetirənə qədər, bu şərtlərin müddəalarının qüvvədə olduğunu qəbul edir. Müştəri kartın fəaliyyətini dayandırılmasına baxmayaraq ondan istifadə etdiyi halda yaranacaq borc və cərimələrin ödənilməsini öhdəsinə götürür. Bu hallarda, Müştəri bütün borclarını dərhal ödəyəcəyini qeyd-şərtsiz qəbul edir. Müştəri, əsas Kartın fəaliyətinin dayandırılması halında xxx xxxxx bütün Əlavə kartların da fəaliyyətinin dayandırılacağını qəbul edir. Əgər Kart Xüsusi şərtlər imzalandığı tarixdən etibarən 90 təqvim günü ərzində Müştəri tərəfindən alınmazsa, Bank tərəfindən ləğv edilə bilər.
6.19. Müştərinin məsuliyyəti
6.19.1. Müştəri, Xxxx və FİN kodu heç kimə verməyəcəyini, bunların üçüncü şəxslərin əlinə keçməsinin qarşısını almaq məqsədilə lazımi tədbirləri görəcəyini, hər hansı səbəbə görə Kartın üçüncü şəxslər tərəfindən istifadə edilməsinə görə məsuliyyət daşıdığını, bu barədə Banka şikayət və etiraz etməyəcəyini, belə hallarda Bankın çəkəcəyi ziyanı ödəyəcəyini qəbul edir və öhdəsinə götürür. Müştəri Kartın itirilməsindən, oğurlanmasından sonra üçüncü şəxslərin gizli şifrədən və həmçinin skimminq yolu ilə düzəldilən saxta kartlardan istifadə edərək, apardıqları əməliyyatlar üçün Bankın məsuliyyət daşımayacağını və bu səbəbə görə Bank qarşısında heç bir tələb irəli sürməyəcəyini qəbul edir və öhdəsinə götürür. Müştəri Kart vasitəsilə heç bir qanunsuz əməliyyat aparmamağı və eləcə də Ödəniş sistemlərinin, habelə Azərbaycan Respublikasının qanunvericiliyinə xxxx xxxx hər hansı bir mal və xidmətin alınmasında istifadə edilməməsini qəbul edir.
6.20. Müştərinin əməliyyatlara etiraz etmə hüququ
6.20.1. Müştərinin Kart hesabından çıxarış ilə bildirilən borc və ödənişləri haqqında qeydlərinə dair etiraz etmək hüququ vardır. Müştəri öz etirazlarını hesabından silinmə tarixindən 45 (qırx beş) təqvim günü ərzində yazılı şəkildə Banka bildirəcəyini, əks təqdirdə həmin əməliyyatları qəbul edəcəyini öhdəsinə götürür. Bundan əlavə, Müştəri etiraz və Kartla bağlı olaraq meydana çıxacaq bütün anlaşılmazlıqlarda Bankın sənədlərinin və kompüter məlumatlarının qəti dəlil olacağını, onlara etiraz etməyəcəyini qəbul edir və öhdəsinə götürür.
6.21. Müştəri haqqında məlumatlar
6.21.1. Müştəri adı, ünvanı, imzası və s. məlumatların dəyişməsi barədə Banka yazılı şəkildə məlumat verməyi öhdəsinə götürür. Müştərinin Xüsusi şərtlərdə yaşayış yeri kimi göstərdiyi ünvana göndəriləcək məlumatlar ona göndərilmiş kimi sayılacaq. Müştəri ünvan dəyişikliyini Banka
bildirmədiyi təqdirdə, əvvəlki yaşayış yerinə göndəriləcək məlumatlara etiraz etməyəcəyini qəbul
edir.
6.21.2. Müştəri Bank tərəfindən Kart ilə bağlı bütün məsələlərə aid məlumatların Azərbaycan Respublikasının qüvvədə xxxx qanunvericiliyi ilə nəzərdə tutulduğu halda müvafiq dövlət orqanlarına verilməsini əvvəlcədən qeyd-şərtsiz qəbul edir.
7. ƏMANƏTLƏRİN SIĞORTALANMASI FONDU, BANK VƏ MÜŞTƏRİ
7.1. Bank «30» iyul 2007-ci il tarixindən Əmanətlərin Sığortalanması Fondunun (bundan sonra –
«Fond») iştirakçısı olaraq (11 xxxxx Şəhadətnamə) Xxxxx sığorta haqqı ödəyir (bu haqq Müştəridən tutulmur). Bank tərəfindən Müştəridən bütün müvafiq valyutalarda hesaba qəbul edilmiş pul vəsaitləri Xxxx tərəfindən sığortalanır.
7.2. Sığorta hadisəsi - Bankın məcburi ləğvi və ya müflis elan olunması, Bankın Müştəri qarşısında öhdəlikdərinin yerinə yetirilməsinə məhkəmə tərəfindən moratorium tətbiq edilməsi barədə məhkəmə qərarının qüvvəyə minməsi və Bankın Müştəri qarşısında öz öhdəliklərini yerinə yetirə bilməməsi faktının Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən təsdiq edilməsidir.
7.3. Sığorta hadisəsi baş verdikdə, Fond aşağıdakı kütləvi informasiya vasitəsilərində Müştəriyə kompensasiya ödənilməsi yeri və vaxtı haqqında elan verir:
a) AzTV; b) İctimai TV; c) Azərbaycan qəzeti; d) Respublika qəzeti; e) Xalq qəzeti; f) AzərTAc
informasiya agentliyi; g) APA informasiya agentliyi.
7.4. Hesabda xxxx pul vəsaiti üzrə sığorta haqlarının və kompensasiyanın ödənilməsi şərtləri Azərbaycan Respublikasının əmanətlərin sığortalanması ilə bağlı qüvvədə xxxx hüquqi aktlarında nəzərdə tutulanlara əsasən müəyyən edilir.
7.5. Müştərinin kompensasiya almaq hüququ Fondun kompensasiyaların ödənilməsi haqqında elanı ilk dəfə dərc etdiyi gündən 5 (beş) il müddətində saxlanılır. Fond sığorta hadisəsi baş verdikdə Müştəriyə vəsaitin məbləğinin Azərbaycan Respublikasının hüquqi aktlarına əsasən ödəyir.
7.6. Müştərinin Xxxxxx bir neçə bank hesabı, hesablarındakı pul vəsaitləri müxtəlif valyutalarda oldugu zaman, Fond həmin hesablardakı pul vəsaitlərini toplayır və bir əmanət (burada hesabda xxxx pul vəsaiti nəzərdə tutulur) kimi kompensasiya olunur.
7.7. Müştəri aşağıda göstərilən ünvanda və ya əlaqə telefonları və elektron poçt vasitəsi ilə Fondla əlaqə saxlaya bilər: AZ1014, Bakı şəhəri, Bül-Bül prospekti 40 ; əlaqə tel: (00000) 000 00 00, 000 00 00, 000 00 00; Faks: (00000) 000 00 00; e-mail: xxxx@xxxx.xx; sayt: xxx.xxxx.xx
8. “İNTERNET/MOBİLE BANKİNG” XİDMƏTİ
Standart şərtlərin bu hissəsi Xxxxxx Kart xxxxxx xxxx fiziki şəxslərin Bankın “İnternet/Mobile Banking” xidmətinə qoşulması və istifadəsi ilə bağlı Müştəri ilə Bank arasındakı münasibətləri tənzimləyir, tərəflərin hüquq və vəzifələrini müəyyən edir.
8.1. “İNTERNET/MOBİLE BANKİNG” xidmətinə daxil olma
8.1.1. Bank tərəfindən Müştəriyə fərdi kart hesabı açıldığı təqdirdə, Müştərinin müraciəti əsasında, Xxxxxx Müştərinin “İnternet/Mobile Banking” xidmətinə qoşulması təmin edilə bilər. Bu xidmətə qoşulma Bankın Yerli struktur bölməsinə müraciət etməklə, Bank tərəfindən tələb olunan sənədləri təqdim etməklə və ya Bankın ATM şəbəkəsi vasitəsilə həyata keçirilə bilər. “İnternet/Mobile Banking” xidmətinə qoşulan zaman müvafiq Yerli struktur bölmədə Müştərinin adına açılmış bütün kartlar avtomatik qaydada xidmətə əlavə olunur.
8.1.2. “İnternet/Mobile Banking” xidmətinə daxil olmaq üçün Bank tərəfindən təqdim olunmuş İstifadəçi (Müştəri) adı, FİN kod və eyniləşdirilmə növündən asılı olaraq məxfi söz və ya SMS vasitəsilə göndərilən birdəfəlik məxfi koddan istifadə edilir.
8.1.3. “İnternet/Mobile Banking” xidmətinə kompüter vasitəsilə daxil olmaq üçün Müştəri Bankın rəsmi İnternet səhifəsində (xxx.xxxxxxxxxxx.xx) yerləşən “İnternet Banking” linkinə, yəni internet
ünvanına daxil olub İstifadəçi (Müştəri) adını, FİN-kodu və eyniləşdirilmə növündən asılı olaraq məxfi sözü və ya SMS vasitəsilə göndərilən birdəfəlik məxfi kodu müvafiq xanalarda qeyd edir.
8.1.4. Mobil telefondan “İnternet/Mobile Banking” xidmətindən istifadə etmək üçün Müştəri kompüter və ya mobil telefon vasitəsilə “Kapital Bank” ASC-nin rəsmi İnternet səhifəsi xxxx xxx.xxxxxxxxxxx.xx saytında, yəni internet ünvanında yerləşən “Mobile Banking” linkinə daxil olub, mobil telefonunun əməliyyat sisteminə uyğun (iOS / Android OS və digər) “Midlet” proqram təminatını yükləməlidir. Eyniləşdirilmə növü kimi mobil nömrə üsulu seçildiyi təqdirdə Müştəri, “İnternet/Mobile Banking” xidmətinin qoşulduğu mobil telefon nömrəsini dəyişdirdiyi halda həmin gün Banka məlumat verməlidir. Belə məlumatın verilmədiyi halda yarana biləcək neqativ hallar üçün Bank məsuliyyət daşımır.
8.1.5. Müştərinin ölkə xaricində “İnternet/Mobile Banking” xidmətinə qoşula bilməsi üçün, birdəfəlik məxfi kodların göndərildiyi mobil nömrənin rouminq xidməti aktiv olmalıdır. Rouminq xidməti zamanı yarana biləcək problemlərə görə Bank məsuliyyət daşımır. Müştəri “İnternet/Mobile Banking” xidmətinə bağlı bütün fərdi kart hesablarına görə eyni dərəcədə məsuliyyət daşıyır.
8.2. “İNTERNET/MOBİLE BANKİNG” xidmətinin istifadə müddəti
Bankın “İnternet/Mobile Banking” xidməti müddətsiz açılır və “İnternet/Mobile Banking” xidmətinin qoşulmaya dair Xüsusi şərtlər imzalandığı gündən qüvvəyə minir.
8.3. “İNTERNET/MOBİLE BANKİNG” xidməti vasitəsilə aparılan əməliyyatlar
Müştəri “İnternet/Mobile Banking” xidməti vasitəsilə ödəniş kart hesabları üzrə hesabdan çıxarışların alınması, hesab qalığının öyrənilməsi, kommunal və mobil rabitə üzrə ödənişlərin aparılması,Virtual kartın buraxılması, kart hesabları arasında və digər bankların ödəniş kartlarına köçürmələrin aparılması (Card-to-Card), ödəniş kartı olmayan şəxslərə vəsaitin göndərilməsi (Cash-by-Code), ödəniş kartının bloklaşdırılması, Ödəniş xxxxxxx xxxx gündəlik limitlərin (İnternet üzərindən aparılan əməliyyatlara, yüksək riskli və risk dərəcəsi nisbətən aşağı xxxx ölkələrdə ATM-lərdən nağd vəsaitin çıxarılması və POS-terminal vasitəsilə ödənişlərin aparılması üzrə) dəyişdirilməsi, Xxxxxx xxxx kredit borclarının ödənilməsi kimi əməliyyatları apara bilər. Müştəri “İnternet/Mobile Banking” xidməti vasitəsilə aparılan əməliyyatların məbləğinin hesabından silinəcəyini və bu növ əməliyyatlar zamanı heç bir satış qəbzinin tərtib edilməyəcəyini qəbul edir.
8.4. “İNTERNET/MOBİLE BANKİNG” xidməti vasitəsilə Visa virtual kartının buraxılması və bu kartla aparılan əməliyyatlar
8.4.1. Müştəri “İnternet/Mobile Banking” xidməti vasitəsilə yaradılan Virtual kartı yalnız internet şəbəkəsində istifadə edə bilər. Virtual kart buraxılarkən fiziki olaraq kart çap edilmir və bu kart müştərinin istəyindən asılı olaraq onun “İnternet/Mobile Banking” xidmətinə xxxxx xxxx istənilən fərdi kart hesabına bağlanıla bilər.
8.4.2. Müştəri tərəfindən Virtual kart üçün müvafiq limitlərin təyin edilməsi zəruridir və Müştəri bu limitləri aşmamağı öz öhdəsinə götürür.
8.4.3. Müştəri Virtual kart vasitəsilə aparılan əməliyyatların dəyərinin avtomatik olaraq hesabından silinəcəyini və bu növ əməliyyatlar zamanı heç bir satış qəbzinin tərtib edilməyəcəyini qəbul edir.
8.5. “İNTERNET/MOBİLE BANKİNG” xidmət haqqı, komisyon haqqı və borc ödəmələri
8.5.1. Müştəri “İnternet/Mobile Banking” xidmətinə qoşulmaq üçün Bank tərəfindən müəyyən edilmiş xidmət haqqı tariflərinə, yəni Bankın Tarif dərəcələrinə əsasən müvafiq xidmət haqqını ödəməyi qəbul edir.
8.5.2. Müştəri “İnternet/Mobile Banking” xidmətindən istifadə ilə bağlı yaranan borcu, həmçinin “İnternet/Mobile Banking” xidməti üzrə Bankın Tarif dərəcələrində göstərilmiş faiz, komisyon haqqı və digər ödəmələri Banka ödəməyi öhdəsinə götürür.
8.5.3. Bank xarici valyutanın konvertasiyası üçün əlavə komisyon haqqı almaq hüququna malikdir.
8.5.4. Müştəri yaranmış borcu Banka ödəməlidir. Ödəmələr hesabın valyutasına müvafiq olaraq qəbul edilir. Ödəmələrdə Bank tərəfindən müəyyən edilən valyuta məzənnələri Bank tərəfindən əsas kimi götürülür.
8.5.5. Müştəri hesabında texniki overdraft-ın (valyuta məzənnəsinin dəyişməsi, təkrar silinmə və s.) yaranacağı təqdirdə, “İnternet/Mobile Banking” xidmətinin istifadəsinin dayandırılacağını, bütün borc və öhdəlikləri təcili yerinə yetirəcəyini və bununla əlaqədar hesablanacaq cərimə haqqını ödəməyi öhdəsinə götürür.
8.6. “İNTERNET/MOBİLE BANKİNG” üzrə Müştərinin əməliyyatlara etiraz etmə hüququ
8.6.1. Müştərinin hesabdan çıxarış ilə bildirilən borc və ödənişləri haqqında qeydlərinə dair etiraz etmək hüququ vardır. Aparılmış əməliyyatlar üzrə Müştərinin etirazı olduqda Müştəri Bankın yerli struktur bölməsinə müraciət edərək müvafiq ərizə formasını doldurur və ya “196” Müştəri Xidmətinə (ölkə xaricindən Tel: (00000) 000 00 00) zəng edərək sorğusunu saxlayır. Etirazlar hesabdan silinmə tarixindən 45 (qırx beş) təqvim günü ərzində Banka bildirilməlidir, əks təqdirdə etirazlar qəbul edilmir. Bundan əlavə, Müştəri etiraz və “İnternet/Mobile Banking” xidməti ilə bağlı meydana çıxa biləcək bütün anlaşılmazlıqlarda Bankın sənədlərinin və kompüter məlumatlarının qəti dəlil olacağını, onlara etiraz etməyəcəyini qəbul edir və öhdəsinə götürür.
8.7. “İNTERNET/MOBİLE BANKİNG” xidməti üzrə Müştərinin məsuliyyəti
8.7.1. Müştəri Bankın razılığı olmadan, Xüsusi şərtlər, o cümlədən hazırkı Standart şərtlər ilə nəzərdə tutulmuş hüquq və öhdəliklərini üçüncü şəxsə verə bilməz;
8.7.2. Müştəri istifadəçi adını, FİN kodu, məxfi sözü, birdəfəlik məxfi kodları və “İnternet Banking” və “Mobile Banking” xidmətləri vasitəsilə yaradılan Virtual kart məlumatlarını heç kimə verməyəcəyini, bunların üçüncü şəxslərin əlinə keçməsinin qarşısını almaq məqsədilə lazımi tədbirləri görəcəyini, hər hansı bir səbəbə görə “İnternet/Mobile Banking” xidmətinə üçüncü şəxslərin qoşulmasına və Virtual kart vasitəsilə aparılan bütün əməliyyatlara görə məsuliyyət daşıdığını, bu barədə Banka şikayət və etiraz etməyəcəyini, belə hallarda Bankın çəkəcəyi ziyanı ödəyəcəyini qəbul edir və öhdəsinə götürür. Müştərinin adı, FİN kod, məxfi söz, birdəfəlik məxfi kodları və “İnternet/Mobile Banking” xidməti vasitəsilə yaradılan Virtual kart məlumatları itdikdə və ya oğurlandıqda, Müştəri tərəfindən Bankın “196” Müştəri Xidmətinə (ölkə xaricindən Tel: (99412)
000 00 00) dərhal məlumat verilməlidir. Müştəri bu xəbərdən sonra “İnternet/Mobile Banking” xidmətinin Bank tərəfindən bağlanacağını, Müştəri Adı və FİN kod tapıldıqda isə ondan istifadə etməyərək, Banka qaytaracağını öhdəsinə götürür. Bank tərəfindən yeni bir “İnternet/Mobile Banking” xidmətinə qoşulma ilə əlaqədar bütün xərclərin ödənilməsini Müştəri öz öhdəsinə götürür. Qeyd olunan məlumatların itirilməsindən və ya oğurlanmasından sonra üçüncü şəxslərin apardıqları əməliyyatlar üçün Bankın məsuliyyət daşımayacağını və bu səbəbə görə Bank qarşısında heç bir tələb irəli sürməyəcəyini qəbul edir və öhdəsinə götürür. Müştəri “İnternet/Mobile Banking” xidməti və bu xidmət vasitəsilə yaradılan Virtual kartla heç bir qanunsuz əməliyyat aparmamağı qəbul edir və öhdəsinə götürür.
8.7.3. Müştəri, xidmətə qoşulan ödəniş kartları üzrə hər hansı limitin dəyişdirilməsi nəticəsində ortaya çıxa biləcək neqativ hallara görə Bankın məsuliyyət daşımayacağını və bu səbəbə görə Bank qarşısında heç bir tələb irəli sürməyəcəyini qəbul edir və öhdəsinə götürür.
8.8. “İNTERNET/MOBİLE BANKİNG” xidmətinin fəaliyyətinin dayandırılması və ləğvi
8.8.1. Bank Müştərinin “İnternet/Mobile Banking” xidmətinə qoşulmasından imtina edə bilər. Müştəri “İnternet/Mobile Banking” xidmətlərindən istifadə müddəti ərzində Azərbaycan Respublikasının qanunlarına, Xüsusi şərtlərdə, o cümlədən hazırkı Standart şərtlərdə qeyd edilənlərə, Bankın müəyyən etdiyi və gələcəkdə müəyyən edəcəyi qaydalarına əsasən istifadə etməyi öz öhdəsinə götürür. Müştəri “İnternet/Mobile Banking” xidməti ilə bağlı bütün məsələlərə aid məlumatların Azərbaycan Respublikasının qüvvədə xxxx qanunvericiliyinə uyğun olaraq Bank
tərəfindən müvafiq dövlət orqanlarına və başqa dairələrə verilməsini əvvəlcədən qeyd-şərtsiz qəbul
edir;
8.8.2. Müştəri tərəfindən limit aşıldıqda və yaranmış borc müəyyən edilmiş qaydada və müddətə ödənilmədikdə və ya Xüsusi şərtlərin, o cümlədən hazırkı Standart şərtlərin müəyyən bir bəndinə əməl edilməməsi səbəbi ilə və yaxud hər hansı bir səbəb göstərməklə Bank “İnternet/Mobile Banking” xidmətinin istifadəsini dayandıra bilər.
8.8.3. Müştəri vəfat etdikdə, “İnternet/Mobile Banking” xidmətinin fəaliyyəti dayandırılır və yaranmış borcların təcili ödənilməsi qüvvədə xxxx Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq onun vərəsələrinin üzərinə düşür.
8.8.4. Xüsusi şərtlərə, o cümlədən hazırkı Standart şərtlərə xitam verilən zaman Müştəri ona məxsus xxxx bütün kodları məhv etməyi və onları üçüncü şəxslərə verməməyi öhdəsinə götürür. Bütün digər məxfi sənədləri Tərəflər maliyyə sənədlərinin məhv edilməsi qaydasına və müddətlərinə müvafiq olaraq saxlayırlar və məhv edirlər.
8.8.5. Bank tərəfindən “İnternet/Mobile Banking” xidmətinin fəaliyyətini dayandırıldığı halda, Müştəri Bank qarşısında xxxx xxxx və öhdəliklərini bütövlüklə yerinə yetirənə qədər, bu şərtlərin müddəalarının qüvvədə olduğunu qəbul edir.
8.8.6. Müştəri “İnternet/Mobile Banking” xidmətini vaxtından əvvəl dayandırmaq istədikdə və ya servis üzrə hər hansı düzəlişi həyata keçirmək istədikdə o Bankın “196” Müştəri Xidmətinə (ölkə xaricindən Tel: (00000) 000 00 00) müraciət etməlidir.
9. SMS İnfo və SMS Banking XİDMƏTİNƏ QOŞULMA VƏ XİDMƏTDƏN İSTİFADƏ
9.1. Hazırkı Standart şərtlərin bu hissəsi Xxxxxx fərdi kart xxxxxx xxxx fiziki şəxslərin Bankın “SMS İnfo” və “SMS Banking” xidmətinə qoşulması və istifadəsi ilə bağlı Müştəri ilə Bank arasındakı münasibətləri tənzimləyir, tərəflərin hüquq və vəzifələrini müəyyən edir.
9.2. “SMS İnfo/SMS Banking” xidməti yalnız “Azercell”, “Bakcell” və “Azerfon” abonentləri xxxx Xxxxxx ödəniş kart sahiblərini əhatə edir və Azərbaycan, Rus və İngilis dilində təqdim olunur.
9.3. “SMS İnfo/SMS Banking” xidmətindən istifadəyə görə Müştəridən Bankın tarif dərəcələrinə uyğun olaraq müvafiq xidmət haqqı tutulur.
9.3.1 Bir ödəniş kartını eyni zamanda bir neçə xidmətə və bir neçə mobil nömrəyə qoşmaq mümkündür, xxxxx bu xxxxx hər xxxxxx və nömrə üzrə göndərilən SMS-ə görə ayrı-ayrılıqda Bankın Tarif dərəcələrinə uyğun xidmət haqqı müştərinin hesabından tutulacaqdır.
9.4. Bankın “SMS İnfo/SMS Banking” xidmətinə 3 yolla qoşulmaq mümkündür: Bankın Yerli struktur bölməsinə müraciət etməklə, Banka məxsus hər hansı bir bankomat vasitəsilə və Bankın “196”Müştəri Xidmətinə zəng etməklə.
9.5. SMS vasitəsilə məlumatın göndərilməsi mobil operator tərəfindən təmin edilir.
9.6. Bankın “SMS İnfo” xidmətinin köməyi ilə Müştəri özünə məxsus ödəniş kartları üzrə avtomatik olaraq göndərilən SMS vasitəsilə aşağıdakı məlumatları əldə edir:
9.6.1. Hesabına köçürülən məbləğlər, kartın istifadə müddətinin bitməsi haqqında məlumat.
9.7. Bankın “SMS Banking” xidmətinə qoşulmaqla, Müştəri Xxxxxx xxxx kart hesab(lar)ı üzrə aşağıdakı əməliyyatları apara bilər:
9.7.1. Ödəniş kartı vasitəsilə aparılan hər bir əməliyyat haqqında məlumatın alınması (uğurlu və uğursuz cəhdlər), ödəniş kartının hesabında xxxx xxxx balans barədə məlumatın alınması, əməliyyatlar üzrə hesabdan qısa məzmunlu çıxarışın alınması,ödəniş kartının müvəqqəti bloklaşdırılması, kommunal xidmətlər və mobil rabitə üzrə ödənişlərin aparılması, gündəlik valyuta məzənnəsi barədə məlumatın alınması, ödəniş kartının istifadə müddətinin bitməsi haqqında məlumatın alınması.
9.7.2 “SMS İnfo/SMS Banking” xidmətinin deaktiv edilməsi Bankın Yerli struktur bölməsinə müraciət etməklə, Banka məxsus hər hansı bir bankomat vasitəsilə və Bankın “196” Müştəri Xidmətinə zəng etməklə mümkündür.
10. DİGƏR ŞƏRTLƏR
10.1. Tərəflər arasında Xüsusi şərtlərin, o cümlədən hazırkı Standart şərtlərin icrası ilə əlaqədar yaranan mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məhkəmə qaydasında həll olunur. Tərəflər arasında Xüsusi şərtlər, o cümlədən hazırkı Standart şərtlər ilə tənzimlənməyən münasibətlər Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir.
10.2. Xüsusi şərtlərin, o cümlədən hazırkı Standart şərtlərin hər hansı bəndinin qismən və ya bütünlüklə etibarsız, yaxud Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olması müəyyən edildikdə, sözügedən etibarsız bənd və ya onun etibarsız hissəsi Müqavilədən çıxarılmış hesab ediləcək və Müqavilənin digər bəndlərinin etibarsızlığına səbəb olmayacaqdır.
10.3. Xüsusi şərtləri imzalamaqla Müştəri öz kredit borcları haqqında məlumatların alınması və onun haqqında toplanan məlumatlarda qeyri-dəqiqliyin aradan qaldırılması üçün Banka Azərbaycan Respublikası Mərkəzi Bakının Mərkəzləşdirilmiş Kredit Reyestrinə (MKR) müraciət etmək hüququnu verir.
10.4. Fors-major hallarında (daşqın, uçqun, sel, zəlzələ, yer sürüşməsi, yanğın, müharibə, silahlı iğtişaşlar və s.) Xüsusi şərtlərin, o cümlədən hazırkı Standart şərtlərin icrası mümkün olmadıqda onun icrası həmin halın mövcud olduğu müddət ərzində dayandırılır. Fors-major xxxxxx istinad edən tərəf bu halın baş verməsi haqqında digər tərəfə dərhal yazılı məlumat verməlidir.
10.5. Xüsusi şərtlərdə, o cümlədən hazırkı Standart şərtlərdə qeyd edilənlərin pozulmasında təqsirli xxxx tərəf öz hərəkəti ilə digər tərəfə vurduğu zərəri ödəməlidir. Bank, 3-cü şəxslər tərəfindən Müştərinin kartından istifadə olunması nəticəsində yaranmış borca görə heç bir öhdəlik və məsuliyyət daşımır. Bank, Müştərinin Kartının oğurlanması və ya itirilməsi nəticəsində əmələ gəlmiş itkilərə görə heç bir məsuliyyət daşımır. Kartın oğurlanması və ya itirilməsi haqqında məlumatın Müştəri tərəfindən Banka vaxtında çatdırılmamasına görə Müştəri məsuliyyət daşıyır.
10.6. Müştərinin Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən bank sirri təşkil edən məlumatları Bank tərəfindən qorunur və həmin məlumatlar Azərbaycan Respublikasının hüquqi aktlarında nəzərdə tutulan dövlət orqanlarına, məhkəmələrə, müvafiq kredit bürosuna verilə bilər. Bundan əlavə, Müştəri Xüsusi şərtləri imzalamaqla təsdiq etmiş olur ki, onun Xxxxxx xxxx müvafiq hesabları üzrə aparılan əməliyyatlarla bağlı Bank tərəfindən ATM və digər qurğular vasitəsilə əldə edilə bilən fotoşəkil, videomateriallar və həmin hesaba dair digər məlumatlar Bank tərəfindən Azərbaycan Respublikasının hüquq mühafizə orqanlarına verilə bilər.
11. YEKUN MÜDDƏALAR
11.1. Xüsusi şərtlər tərəflərin imzalandığı gündən qüvvəyə minir və Tərəflər Xüsusi şərtlər, o cümlədən hazırkı Standart şərtlər üzrə bütün öhdəliklərini tam icra edənədək, maliyyə sanksiyası ilə bağlı çəkilən xərclər tam ödənilənədək qüvvədə qalır.
11.2. Tərəflərin bir-birinə xxxx bildirişləri, xəbərdarlıqları və s. sənədləri Xüsusi şərtlərin “Tərəflərin rekvizitləri” adlanan hissəsində göstərilən ünvana sifarişli məktub, teleqram və ya faksla göndərilir. Həmin ünvana göndərilmiş bildirişlər Tərəflərə çatdırılmış hesab olunacaq və bu zaman Tərəflər göndərilən sənədlərin alınmaması, qəbul edilməməsi xxxxxx istinad edə bilməz.
11.3. Hüquqi və ya poçt ünvanında dəyişiklik xxxx tərəf digər tərəfi bu barədə dərhal xəbərdar etməlidir, əks təqdirdə sonuncu məlum xxxx ünvan üzrə göndərilmiş müraciətlər ünvan sahibinə çatdırılmış hesab olunacaq.