«Atəşgah» Sığorta Şirkəti ASC
«Atəşgah» Sığorta Şirkəti ASC
HAVA NƏQLIYYATI VASITƏLƏRININ SIĞORTASI QAYDALARI
Mündəricat:
I Fəsil. Ümumi müddəalar Maddə 1. Əsas anlayışlar Maddə 2. Sığortaçı
Maddə 3. Sığortalı
Maddə 4. Faydalanan şəxs
Maddə 5. Sığorta obyekti və sığorta predmeti Maddə 6. Hava nəqliyyatı vasitəsi
Maddə 7. Sığorta sinfi II Fəsil. Sığorta təminatı
Maddə 8. Sığorta riskləri
Maddə 9. Sığorta riskindən istisnalar və (və ya) sığorta təminatında məhdudiyyətlər III Fəsil. Sığorta məbləği və sığorta haqqı
Maddə 10. Sığorta məbləğinin müəyyən edilməsi qaydası Maddə 11. Sığorta haqqının hesablanması
Maddə 12. Sığorta haqqının ödənilməsi
Maddə 13. Sığorta haqqının vaxtında ödənilməməsi IV Fəsil. Sığorta müqaviləsi
Maddə 14. Sığorta müqaviləsinin bağlanması qaydası
Maddə 15. Sığorta müqaviləsinə əlavələr, dəyişikliklər edilməsi və xitam verilməsi qaydası Maddə 16. Sığorta müqaviləsinə vaxtından əvvəl xxxxx vermə ilə bağlı xəbərdar etmə Maddə 17. Sığorta müqaviləsinə vaxtından əvvəl xxxxx vermənin nəticələri
Maddə 18. Sığorta müqaviləsində əlavə şərtlərin nəzərdə tutulması Maddə 19. Sığorta müqaviləsinin qüvvəyə minməsi
Maddə 20. Sığorta müqaviləsinin qüvvədə olduğu ərazi
Maddə 21. Sığorta müqaviləsi qüvvədə olduğu zaman tərəflərin qarşılıqlı münasibətləri
Maddə 22. Sığorta müqaviləsinin şərtlərinin yerinə yetirilməməsinə və ya lazımi qaydada yerinə yetirilməməsinə görə tərəflərin məsuliyyəti
V Fəsil. Sığorta hadisəsi zamanı ediləcək hərəkətlər
Maddə 23. Sığorta hadisəsi baş verdikdə Sığortalının vəzifələri
Maddə 24. Sığorta ödənişinin verilməsi üçün tələb olunan sənədlərin siyahısı Maddə 25. Zərərin qarşısının alınması və həcminin azaldılması
Maddə 26. Sığortaçı tərəfindən nəzarət Maddə 27. Sığorta hadisəsinin sübut olunması
VI Fəsil. Ödənilən zərərlər
Maddə 28. Əvəzi ödəniləcək zərərlər
Maddə 29. Hava nəqliyyatı vasitəsinə dəyən zərər Maddə 30. Üçüncü şəxslər qarşısında məsuliyyət Maddə 31. Zərərin azaldılması məqsədilə çəkilən xərclər
Maddə 32. Sığorta hadisəsinin araşdırılması məqsədilə çəkilən xərclər Maddə 33. Qismən sığorta
VII Fəsil. Sığorta ödənişi
Maddə 34. Sığorta ödənişinin verilməsi üçün tələb olunan sənədlərin siyahısı Maddə 35. Sığorta ödənişinin həyata keçirilməsi qaydası və şərtləri
Maddə 36. Sığorta ödənişinin verilməsindən imtinanın əsasları
Maddə 37. Qalıqlara xxxx hüququn keçməsi Maddə 38. Mübahisələrin həlli qaydası
VIII Fəsil. Subroqasiya
Maddə 39. Subroqasiya hüququ
Maddə 1. Əsas anlayışlar
I Fəsil Ümumi müddəalar
Bu Qaydalarda və bu Qaydalar əsasında bağlanmış Sığorta müqavilələrində aşağıdakı əsas anlayışlardan istifadə olunur:
Sığortaçı - sığorta qanunvericiliyi əsasında sığorta fəaliyyətini həyata keçirmək üçün müvafiq lisenziyaya xxxxx xxxx, Sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda qanunvericiliklə və ya müqavilə ilə müəyyən olunmuş qaydada sığorta ödənişini vermək öhdəliyi daşıyan Sığorta müqaviləsinin tərəfi xxxx yerli hüquqi şəxs;
Sığortalı - sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta xxxxxx xxxx, Sığorta müqaviləsinin tərəfi;
Sığorta olunan - Sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan şəxs;
Xxxxxxxxxx şəxs - Sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişini almaq hüququ xxxx şəxs; Sığorta müqaviləsində Faydalanan şəxs qismində başqa şəxs nəzərdə tutulmamışdırsa, Sığortalı və (və ya) Sığorta olunan Faydalanan şəxs sayılır.
Sığorta obyekti - Sığortalının qanunazidd olmayan hər hansı əmlak mənafeyi, həyat və sağlamlıq;
Sığorta hadisəsi – qanunvericiliyə və ya Sığorta müqaviləsinə görə sığorta ödənişinin Sığortalıya, Sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas xxxx, Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan hal;
Sığortanın müddəti – sığorta risklərinin sığortalandığı müddət;
Sığorta məbləği – sığortalanmış risklər üzrə Sığortaçının öhdəliyinin qanunvericilik, yaxud müqavilə ilə müəyyənləşdirilmiş məbləğlə ifadə olunan son həddi;
Sığorta tarifi – sığorta haqqının sığorta məbləğindən faizlə dərəcəsi;
Sığorta haqqı – risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta qanunvericiliyinə uyğun olaraq, Sığorta müqaviləsində nəzərdə tutulan qaydada Sığortalının Sığortaçıya ödəməli olduğu pul məbləği;
Azadolma məbləği - sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və Sığortalının üzərində qalan hissəsi;
Sığorta ödənişi – sığorta hadisəsi baş verdikdə Sığorta müqaviləsinə uyğun olaraq Sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyası;
Mühüm şərtlər – Sığorta müqaviləsində, yaxud Sığorta şəhadətnaməsində göstərilmiş və Sığortalı tərəfindən yerinə yetirilməməsi Sığortaçının sığorta ödənişi verməkdən imtina etməsi və ya Sığorta müqaviləsini, yaxud Sığorta şəhadətnaməsini ləğv etməsi üçün əsas xxxx şərtlər;
Sığortanın ərazisi - sığorta obyektinin sığortalanmış hesab olunduğu müəyyən ərazi (yer);
Tam məhv olma – hava nəqliyyatı vasitəsinin bərpa oluna bilməyəcək şəkildə faktiki məhv olması;
Tam konstruktiv məhv olma – hava nəqliyyatı vasitəsinin elə bir vəziyyətə düşməsidir ki, onun xilas edilməsi və ya bərpası iqtisadi cəhətdən səmərəli deyil, belə ki, bu əməliyyatların aparılmasından sonra hava nəqliyyatı vasitəsinin xilas edilməsi və ya bərpasına çəkilən xərclər onun öz dəyərini aşır.
Maddə 2. Sığortaçı
Bu Qaydalara əsasən Sığortaçı dedikdə «Atəşgah» Sığorta şirkəti başa düşülür.
Maddə 3. Sığortalı
3.1. Hər hansı hüquqi şəxs və fəaliyyət qabiliyyətli fiziki şəxs Sığortalı qismində çıxış edə bilər.
3.2. Bu sığortanın məqsədləri üçün Sığortalının fəaliyyətinə qanunvericiliyə, Sığorta müqaviləsinə, vəzifə təlimatlarına, etibarnaməyə və ya mövcud adətlərə müvafiq olaraq Sığortalının adından çıxış etmək üçün səlahiyyətləndirilmiş onun işçilərinin, vəzifəli şəxslərinin və digər nümayəndələrinin hərəkətləri də aid edilir.
Maddə 4. Faydalanan şəxs
4.1. Sığorta müqaviləsi sığorta obyektinin qorunmasında maraqlı xxxx digər şəxsin (Xxxxxxxxxx şəxsin) xeyrinə də bağlana bilər.
4.2. Sığorta müqaviləsinin başqa şəxsin (Xxxxxxxxxx şəxsin) xeyrinə bağlanması Sığortalını Sığorta müqaviləsi, yaxud Sığorta şəhadətnaməsi üzrə öhdəliklərindən azad etmir.
4.3. Bu Qaydalarla və Sığorta müqaviləsi, yaxud Sığorta şəhadətnaməsi ilə Sığortalıya aid xxxx bütün müddəalar sığorta təminatından istifadə etmək niyyətində xxxx Xxxxxxxxxx şəxsə də eyni dərəcədə şamil edilir.
Maddə 5. Sığorta obyekti və sığorta predmeti
5.1. Bu Qaydalara əsasən sığorta obyektinə aşağıdakılar aiddir:
5.1.1. Sığortalının hava nəqliyyatı vasitəsi ilə xxxxx xxxx əmlak mənafeyi;
5.1.2. həyat və sağlamlıq.
5.2. Bu Qaydalara əsasən sığorta predmetinə aşağıdakılar aiddir:
5.2.1. hava nəqliyyatı vasitəsi;
5.2.2. üçüncü şəxslər qarşısında məsuliyyət.
Maddə 6. Hava nəqliyyatı vasitəsi
«Hava nəqliyyatı vasitəsi» dedikdə onun korpusu, mühərrik sistemi, mexanizmləri, təchizatları və əgər Sığorta müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, hava nəqliyyatı vasitəsi xüsusi məqsədlər üçün istifadə olunduğu halda, bu məqsədlər üçün xxxxx xxxx adi cihazlar başa düşülür.
Maddə 7. Sığorta sinfi
Bu Qaydalara əsasən təqdim olunan sığorta məhsulu aşağıdakı sinifləri əhatə edir:
7.1. hava nəqliyyatı vasitələrinin sığortası;
7.2. hava nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası.
Maddə 8. Sığorta riskləri
II Fəsil Sığorta təminatı
8.2. Sığorta müqaviləsində başqa cür nəzərdə tutulmayıbsa, bu Qaydalar əsasında aşağıdakı sığorta risklərinin nəticəsində sığorta predmetinin zədələnməsi və ya məhv olması halında sığorta təminatı verilir:
8.2.1. hava nəqliyyatı vasitəsinin qəzaya uğraması;
8.2.2. yanğın, partlayış, ildırım;
8.2.3. fırtına, qasırğa və ya digər təbii fəlakətlər;
8.2.4. hava nəqliyyatı vasitəsinin mühərrikinin və ya təchizatlarının qəzası;
8.2.5. hava nəqliyyatı vasitəsinin itməsi;
8.2.6. üçüncü şəxslərin qeyri-qanuni qərəzli hərəkətləri.
Maddə 9. Sığorta risklərindən istisnalar və (və ya) sığorta təminatında məhdudiyyətlər
Aşağıdakıların nəticəsində sığorta predmetinin məhv olması və ya zədələnməsi sığorta təminatına daxil edilmir:
9.1. Sığortalının , həmçinin onun nümayəndəsinin qəsdi və ya kobud ehtiyatsızlığı;
9.2. nüvə partlayışının təsiri, radiasiya və ya radioaktiv şüalanma;
9.3. müharibə, xarici dövlətlərin təcavüzkar hərəkətləri, hərbi əməliyyatlar (müharibənin elan olunub- olunmamasından asılı olmayaraq), vətəndaş müharibəsi, qiyamlar, buntlar, tətillər, ictimai intizamsızlıqlar, tədricən xalq üsyanlarına və ya hərbi qiyamlara çevrilən xalq iğtişaşları, üsyanlar, inqilablar, hərbi və ya qəsbkar hakimiyyətin əməlləri, həbs qoyulma və ya müsadirə, yaxud bunları etməyə cəhd və ya yuxarıda sadalanan hadisələrdən hər hansı birinin bilavasitə və ya dolayı nəticələri, qanunsuz və ya qərəzli hərəkətlər vasitəsi ilə və ya hər hansı qanunsuz təşkilatın adından və ya onunla birlikdə hərəkət edən şəxslər tərəfindən törədilən aktların nəticəsində baş verən hadisələr.
9.4. dövlət orqanlarının qərarları ilə hava nəqliyyatı vasitəsinin ləğvi, mənimsənilməsi, müsadirə edilməsi, üzərinə həbs qoyulması və ya məhv edilməsi;
9.5. hava nəqliyyatı vasitəsinin zəbt edilməsi və ya qaçırılması;
9.6. hava nəqliyyatı vasitəsinin uçuşa buraxılmasına qədər onun uçuşa yararsızlığı haqqında Sığortalının və ya onun nümayəndəsinin xəbərdar olması;
9.7. zərbə dalğasının bilavasitə və ya bilavasitə (dolayı yolla) təsiri;
9.8. hava nəqliyyatı vasitəsinin Sığorta müqaviləsində nəzərdə tutulmayan məqsədlər üçün istifadəsi;
9.9. hava nəqliyyatı vasitəsinin pilot sertifikatı (vəsiqəsi), həmçinin müəyyən tipli hava nəqliyyatı vasitəsini müstəqil idarə etmək üçün lazımi hazırlığı və ya təcrübəsi olmayan şəxslər tərəfindən idarə edilməsi;
9.10. tam olmayan ekipaj heyəti ilə həyata keçirilən mülki hava nəqliyyatı vasitəsinin uçuşu;
9.11. əgər qarşısıalınmaz qüvvənin təsiri üzündən edilmirsə, sığorta olunmuş hava nəqliyyatı vasitəsinin enişi üçün təyin olunmamış düşmə meydanından istifadə edilməsi;
9.12. hava nəqliyyatı vasitəsinin və ya onun hissələrinin köhnəlməsi, aşınması;
9.13. hava nəqliyyatı vasitəsinin onun uçuş-texniki xüsusiyyətlərində nəzərdə tutulmayan şərtlərlə istismarı;
9.14. onun digər hissələrinin zədələnməsinə səbəb olmayıbsa, hava nəqliyyatı vasitəsinin hissələrinin sınması;
9.15. mühərrik istisna olmaqla, eyni zamanda onun digər hissələrinin zədələnməsinə səbəb olmayıbsa, yer səthində hərəkət zamanı və ya dayanarkən hava nəqliyyatı vasitəsinin işləyən mühərrikinə yad predmetlərin düşməsi.
III Fəsil
Sığorta məbləği və sığorta haqqı
Maddə 10. Sığorta məbləğinin müəyyən edilməsi qaydası
10.1. Sığorta məbləği Sığorta müqaviləsi (Şəhadətnaməsi) üzrə Sığortaçının Sığortalıya verməyi öhdəsinə götürdüyü ödənişin hədlərini müəyyən edir. Sığorta məbləği Sığortaçı tərəfindən Sığortalı ilə razılaşma əsasında müəyyən edilir və Sığorta müqaviləsində (Şəhadətnaməsində) göstərilir.
10.2. Sığorta müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, Sığorta məbləği hər bir sığorta hadisəsi üçün verilən sığorta ödənişinin maksimum miqdarını müəyyən edir.
Maddə 11. Sığorta haqqının hesablanması
11.1. Sığorta haqqının miqdarı və ya onun hesablanması və ödənilməsi qaydası Sığorta müqaviləsi (sığorta şəhadətnaməsi) ilə müəyyən edilir.
11.2. Sığorta haqqının həcmi Sığorta müqaviləsi bağlandığı an qüvvədə xxxx və sığorta məbləği əsasında müəyyən edilən sığorta tariflərinə uyğun olaraq müəyyənləşdirilir.
Maddə 12. Sığorta haqqının ödənilməsi
12.1. Sığorta haqqını nağdsız formada ödəyərkən Sığortalı ödəniş tapşırığında sığorta haqqının ödənilməsinin əsasını təşkil edən Sığorta müqaviləsinin, yaxud Sığorta şəhadətnaməsinin nömrəsinə istinad etməlidir.
12.2. Sığorta haqqının ödənilməsi qaydası və forması Sığorta müqaviləsinin şərtlərinə uyğun olaraq həyata keçirilir.
12.3. Sığorta haqqı onun Sığortaçının bank hesabına daxil olduğu və ya Sığortaçı tərəfindən nağd ödəniş formasında alındığı gün ödənilmiş hesab olunur.
Maddə 13. Sığorta haqqının vaxtında ödənilməməsi
13.1. Sığorta haqqı və ya onun hissəsi vaxtında ödənilmədikdə Sığortaçı onun ödənilməsi üçün bu Qaydaların 13.2- ci bəndinin tələbini nəzərə alaraq yazılı surətdə 15 (on beş) günədək müddət müəyyən edə bilər.
13.2. Hər bir halda sığorta haqqı və ya onun razılaşdırılmış ilk hissəsi Sığorta müqaviləsi bağlandığı gündən bir aydan gec olmayaraq ödənilməlidir.
IV Fəsil Sığorta müqaviləsi
Maddə 14. Sığorta müqaviləsinin bağlanması qaydası
14.1. Bu Qaydalara əsasən Sığortaçı Sığorta müqaviləsini Sığortalı ilə bağlayır.
14.2. Sığorta müqaviləsini bağlamaqdan ötrü Sığortalı müəyyən olunmuş formada yazılı ərizəni dolduraraq Sığortaçıya təqdim etməlidir. Bu ərizə Sığorta müqaviləsinin tərkib hissəsi hesab olunur.
14.3. Sığortalının ərizəsində aşağıdakı məlumatlar öz əksini tapmalıdır:
14.3.1. Sığortalının adı (fiziki şəxs olduqda, həmçinin soyadı və atasının adı), ünvanı və telefon nömrəsi;
14.3.2. sığorta predmeti və yerləşdiyi ünvan;
14.3.3. Xxxxxx dərəcəsini və sığorta haqqını müəyyənləşdirmək üçün xxxxx xxxx digər məlumatlar.
14.4. Sığorta müqaviləsi yazılı formada aşağıdakı kimi bağlanır:
14.4.1. Tərəflərin bu Qaydalar əsasında sığorta müqaviləsini tərtib edərək qarşılıqlı imzalaması yolu ilə;
14.4.2. Bu Qaydalar ilə Sığortalının razı olmasını təsdiq etməsi şərti ilə Sığortaçı tərəfindən ona sığorta şəhadətnaməsinin verilməsi yolu ilə;
14.5. Sığorta şəhadətnaməsi tərtib olunduğu halda, sığorta şəhadətnaməsində sığorta predmetinin sığortalandığı risklər konkret olaraq sadalanmalıdır.
14.6. Sığorta müqaviləsi bağlanarkən Sığortalı özünə məlum xxxx və Sığortaçının sığorta müqaviləsindən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə Sığortaçıya məlumat verməlidir.
14.7. Eyni sığorta marağı ilə bağlı bir neçə sığortaçı ilə sığorta müqaviləsi bağlayan Sığortalı bu barədə sığortaçılardan hər birinə məlumat verməlidir. Həmin məlumatda digər sığortaçının adı və müvafiq sığorta məbləği göstərilməlidir. Tələb edildikdə bu məlumatları təsdiq edən müvafiq sənədlər təqdim olunmalıdır.
14.8. Sığorta obyekti bir neçə sığortaçıda sığortalandığı halda, sığortaçılar Sığortalı qarşısında birgə məsuliyyət daşıyırlar.
Maddə 15. Sığorta müqaviləsinə əlavələr və dəyişikliklər edilməsi və xitam verilməsi qaydası
15.1. Sığorta müqaviləsinə edilən əlavələr və dəyişikliklər yazılı formada tərtib olunmalı və hər iki tərəfdən imzalanmalıdır.
15.2. Sığorta müqaviləsinə aşağıdakı hallarda vaxtından əvvəl xitam verilir:
15.2.1. sığorta predmeti artıq mövcud olmadıqda;
15.2.2. aşağıdakı hallar istisna olmaqla, Sığortalı fiziki şəxs öldükdə və ya Sığortalı hüquqi şəxs ləğv olunduqda:
15.2.2.1.əmlak sığortası müqaviləsini bağlamış Sığortalı sığorta müqaviləsi bağlayarkən sığortalanmış əmlakı qəbul edəcək hər hansı şəxsi təyin etmiş olduğu, habelə sığorta hadisəsi baş verənədək Sığortaçının razılığı ilə onu dəyişdirmiş olduğu hallarda Sığortalı fiziki şəxs vəfat edərsə, onun həmin müqavilə üzrə hüquq və vəzifələri mülki qanunvericiliklə müəyyən olunmuş vərəsəlik qaydasında sığortalanmış əmlakı qəbul edən şəxsə keçir;
15.2.2.2. qanunvericilikdə və ya Sığorta müqaviləsində başqa şərtlər müəyyən edilməmişdirsə, Sığortalının hüquq və vəzifələri sığorta predmeti xxxx xxxxx əmlakın yeni mülkiyyətçisinə, sahibinə və ya istifadəçisinə həm onun özünün, həm də Sığortaçının müqavilədə rəsmiləşdirilən razılığı ilə keçir;
15.2.2.3. Sığortalı xxxx hüquqi şəxs Sığorta müqaviləsinin qüvvədə olduğu dövrdə yenidən təşkil edildikdə, onun həmin Sığorta müqaviləsi üzrə hüquq və vəzifələri qanunvericiliyə uyğun olaraq müvafiq hüquq varisinə keçir;
15.2.3. sığorta hadisəsinin baş verməsi ehtimalı olmadıqda və sığorta riskinin mövcudluğu, səbəbi sığorta hadisəsi olmayan hallara görə başa çatdıqda;
15.2.4. Sığortaçı Sığortalı qarşısında öz öhdəliklərini yerinə yetirdikdə;
15.2.5. sığorta marağı artıq mövcud olmadıqda;
15.2.6. Sığortalı sığorta haqqını qanunvericilikdə və Sığorta müqaviləsində müəyyən edilən qaydada ödəmədikdə;
15.3. Sığorta müqaviləsinin qüvvədə olduğu dövrdə Sığortalı məhkəmənin qərarı ilə fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdirsə, yaxud onun fəaliyyət qabiliyyəti məhkəmənin qərarı ilə məhdudlaşdırılmışdırsa, mülki məsuliyyət sığortası üzrə müqaviləyə məhkəmənin müvafiq qərarının qüvvəyə mindiyi andan xitam verilmiş hesab edilir, digər hallarda isə belə Sığortalının hüquq və vəzifələrini onun qəyyumu və ya himayəçisi həyata keçirir.
Maddə 16. Sığorta müqaviləsinə vaxtından əvvəl xxxxx vermə ilə bağlı xəbərdar etmə
16.1. Bu Qaydaların 15.2-ci bəndində göstərilən hallarda Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verilməsi üçün əsas xxxx şərait yarandıqda, Sığorta müqaviləsinə xitam verilməsində maraqlı xxxx tərəf dərhal digər tərəfi bu barədə xəbərdar etməlidir.
16.2. Sığorta müqaviləsində nəzərdə tutulmuş hallarda, həmçinin tərəflərin başqa cür razılaşmasına əsasən Sığorta müqaviləsinə Sığortalının və ya Sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verilərkən, bu barədə bir tərəf digərinə ən azı 30 gün əvvəl (sığorta müqaviləsi beş ildən xxx müddətə bağlanmış olduqda 60 gün, üç aydan az müddətə bağlanmış olduqda isə 5 iş günü əvvəl), tələbini əsaslandırdığı yazılı bildiriş göndərməlidir. Belə bildiriş Sığorta müqaviləsinin ləğvi tarixini özündə əks etdirməklə Sığortalının və ya Sığortaçının Sığorta müqaviləsində göstərilən ünvanına göndərildikdə, Sığorta müqaviləsi bildirişdə göstərilən tarixdən ləğv edilmiş sayılır. Bu bildirişin poçt vasitəsilə göndərilməsi, yuxarıda göstərildiyi kimi, həmin xəbərdarlığın edilməsi faktının sübut edilməsi ücün kifayətdir və Sığorta müqaviləsi bildirişdə göstərilən tarixdən və vaxtdan etibarsız sayılacaq.
Maddə 17. Sığorta müqaviləsinə vaxtından əvvəl xxxxx vermənin nəticələri
17.1. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildikdə, sığorta qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, Sığortaçı həmin Sığorta müqaviləsi üzrə işlərin aparılması xərclərini çıxmaqla Sığorta müqaviləsinin qurtarmamış müddəti üçün sığorta haqqını ona qaytarır;
17.2. Sığorta müqaviləsinə Sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verildikdə o, sığorta haqqını bütünlüklə Sığortalıya qaytarır; əgər bu tələb Sığortalının Sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, Sığortaçı həmin Sığorta müqaviləsi üzrə işlərin aparılması xərcləri çıxılmaqla, Sığorta müqaviləsinin qurtarmamış müddəti üçün sığorta haqqını qaytarır.
17.3. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək Sığortaçı tərəfindən Sığortalıya ödənilmiş sığorta haqqına bərabər və ya ondan xxx miqdarda sığorta ödənişi verilmişdirsə, sığorta haqqı Sığortalıya qaytarılmır.
17.4. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək Sığortaçı tərəfindən Sığortalıya ödənilmiş sığorta haqqından az miqdarda sığorta ödənişi verilmişdirsə, həmin sığorta haqqı məbləği ilə sığorta ödənişi məbləği arasındakı fərq miqdarında sığorta haqqının Sığortalıya qaytarılması müvafiq olaraq bu Qaydaların 17.1-ci və 17.2-ci bəndlərində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
17.5. Sığorta müqaviləsi bu Qaydaların 15.3-cü bəndində müəyyən edilmiş məhkəmə qərarı əsasında xitam verilmiş hesab edildikdə, Sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərclərini çıxmaqla müqavilənin qurtarmamış müddəti üçün sığorta haqqını, bu Qaydaların 17.3-cü və 17.4-cü bəndlərinin tələbləri nəzərə alınmaqla Sığortalıya qaytarır.
17.6. Sığorta müqaviləsi üzrə sığorta haqqının yenidən hesablanmalı olması halında Sığortaçı bunlardan hansının daha yüksək olmasından asılı olaraq, artıq qazanılmış sığorta haqqını və ya hər hansı minimal və (və ya) depozit sığorta haqqının qısamüddətli hissəsini saxlamaq hüququna malikdir.
Maddə 18. Sığorta müqaviləsində əlavə şərtlərin nəzərdə tutulması
Sığorta müqaviləsi bağlanarkən Sığortalı və Sığortaçı qanunvericiliyə zidd olmayan başqa şərtlər barədə razılığa gələ bilərlər
Maddə 19. Sığorta müqaviləsinin qüvvəyə minməsi
Sığorta müqaviləsində başqa cür nəzərdə tutulmamışdırsa, Sığorta müqaviləsi sığorta haqqının ilk hissəsinin və ya tam ödənilməsindən sonra qüvvəyə minir.
Maddə 20. Sığorta müqaviləsinin qüvvədə olduğu ərazi
Əgər Sığorta müqaviləsində, yaxud Sığorta şəhadətnaməsində sığortanın ərazisi göstərilmişdirsə, yalnız həmin ərazidə (istismar rayonunda) baş verən sığorta hadisələri bu sığorta təminatına daxil edilir.
Maddə 21. Sığorta müqaviləsi qüvvədə olduğu zaman tərəflərin qarşılıqlı münasibətləri
21.1. Sığortalı sığorta müqaviləsi bağlandıqdan sonra meydana çıxan və Sığortaçının müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən sığorta riskinin artması ilə bağlı bütün hallar barədə Sığortaçıya məlumat verməlidir.
21.2. Sığorta riskinin əhəmiyyətli dərəcədə artmasına təsir göstərə bilən hallar haqqında məlumatı aldıqdan sonra Sığortaçı :
21.2.1. Sığorta müqaviləsinə müvafiq dəyişikliklər edə bilər;
21.2.2. əlavə sığorta haqqının ödənilməsini tələb edə bilər;
21.2.3. bu şərait yarandıqdan sonra Sığorta müqaviləsinə xitam verə bilər.
Maddə 22. Sığorta müqaviləsinin şərtlərinin yerinə yetirilməməsinə və ya lazımi qaydada yerinə yetirilməməsinə görə tərəflərin məsuliyyəti
Sığorta müqaviləsinin şərtlərinin yerinə yetirilməməsinə və ya lazımi qaydada yerinə yetirilməməsinə görə tərəflər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
V Fəsil
Sığorta hadisəsi zamanı ediləcək hərəkətlər
Maddə 23. Sığorta hadisəsi baş verdikdə Sığortalının vəzifələri
23.1. Bu Qaydalar əsasında bağlanmış Sığorta müqaviləsi üzrə sığorta hadisəsinin baş verməsi barədə Sığortalı və ya Sığorta olunan şəxs, yaxud Xxxxxxxxxx şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün xxxx ən qısa müddət ərzində Sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda qanunvericiliyə uyğun olaraq həmin hadisə barədə məlumatlandırılmalı xxxx səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir.
23.2. Sığorta müqaviləsində, yaxud şəhadətnaməsində sığorta hadisəsinin baş verməsi barədə məlumat verməyin müddəti və (və yaxud) metodu göstərilmişdirsə, bu müəyyən olunmuş müddətdə və həmin metodla həyata keçirilməlidir.
23.3. Sığortalı sığorta hadisəsinin baş verməsi faktını təsdiq edən və (və ya) sığorta ödənişinin həcminin müəyyənləşdirilməsi üçün xxxxx xxxx sənədləri və məlumatları Sığortaçıya təqdim etməlidir.
23.4. Sığortalı Sığortaçıya araşdırma aparmağa və ona zərərin baş verdiyi şəraiti, onun xarakteri və həcmini müəyyənləşdirmək üçün əhəmiyyət daşıyan sənədlərlə maneəsiz xxxxx olmaq imkanını verməlidir;
23.5. Sığorta təminatı verildikdən sonra Sığortalının itkiləri üçüncü şəxslər tərəfindən tam şəkildə, yaxud qismən ödənilərsə, o cümlədən qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti ərzində qanuna görə Sığortalını sığorta təminatını əldə etmək hüququndan tam şəkildə və ya qismən məhrum edən şərait yaranarsa, üçüncü şəxslərdən vəsaitləri aldıqdan sonra, yaxud Sığortaçıdan qanun əsasında sığorta təminatının müvafiq hissəsini Sığortaçıya qaytarmaq əsasında ödənişinin ödənilmə tələbi alındıqdan sonra 5 iş günü ərzində müvafiq məbləği xxxx qaytarmalıdır.
23.6. Sığorta hadisəsinin baş verməsi və vurulan zərərin həcminin sübuta yetirilməsi öhdəliyini Sığortalı daşıyır.
Maddə 24. Sığorta ödənişinin verilməsi üçün tələb olunan sənədlərin siyahısı
24.1. Sığorta ödənişinin verilməsi haqqında qərar qəbul etmək üçün Sığortalı aşağıdakı sənədləri Sığortaçıya təqdim etməlidir:
24.1.1. Sığorta hadisəsi haqqında yazılı ərizə;
24.1.2. Sığorta müqaviləsinin, yaxud Sığorta şəhadətnaməsinin əsli;
24.1.3. Sığorta hadisəsinin baş verməsini təsdiq edən arayış;
24.1.4. Zərərin həcmini müəyyənləşdirən sənədlər;
24.1.5. Sığortaçının mülahizəsinə əsasən, sığorta ödənişinin verilməsi haqqında qərar qəbul etmək üçün xxxxx xxxx digər sənədlər.
Maddə 25. Zərərin qarşısının alınması və щяжминин azaldılması
Bu sığorta ilə əhatə olunmasından asılı olmayaraq, Sığortalı artıq baş vermiş istənilən zərər, xəsarət və yaranmış məsuliyyətin azaldılması və gələcəkdə baş verə biləcək belə halların qarşısının alınması məqsədi ilə bütün ağlabatan və zəruri tədbirləri görməyə borcludur. Sığortalının belə tədbirləri görməməsinin birbaşa və ya dolayı nəticəsi olaraq baş vermiş istənilən zərər, xəsarət və yaranmış məsuliyyətə münasibətdə sığorta təminatı verilmir. Hava nəqliyyatı vasitəsini xilas etmə, bərpa etmə və ya onun qorunub saxlanması məqsədilə görülən bütün belə tədbirlər bütün maraqlı tərəflərin mənafeyi üçün həyata keçirilmiş hesab edilir və tərəflərdən heç birinin hüquqlarına təsir etmir. Belə tədbirlərin görülməsi zamanı Sığortalı Sığortaçıdan aldığı bütün təlimatlara əməl etməlidir.
Maddə 26. Sığortaçı tərəfindən nəzarət
26.1. Sığortaçı sığorta hadisəsi və onun nəticələri ilə əlaqədar Sığortalının bütün hərəkətləri üzərində nəzarət etmək və sığorta ödənişinin həyata keçirilməsinə təsir edə bilən bütün məsələlər haqqında qərar qəbul etmək imkanına malik olmalıdır.
26.2. Sığortalı sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığorta predmetini Sığortaçı baxış keçirənə qədər sığorta hadisəsindən sonra düşdüyü vəziyyətdə saxlamağa borcludur.
26.3. Təmirin dəyəri Sığortaçı ilə real təmir faktına əsasən müəyən edildikdə, təmirin yeri də təmir başlanana qədər Sığortaçı ilə razılaşdırılmalıdır.
26.4. Sığortalı sığorta hadisəsinə aid bütün sənədləri və məlumatı Sığortaçıya təqdim etmək, həmçinin hadisənin digər iştirakçılarının və sığorta hadisəsi ilə bağlı məsələlərə baxan səlahiyyətli dövlət orqanlarının bütün hərəkətləri barədə təxirə salınmadan məlumat vermək öhdəliyi daşıyır.
26.5. Sığortalı Sığortaçının ilkin razılığı olmadan onun məsuliyyətinin tanınmasına yönəlmiş hər hansı bir hərəkət edə, saziş bağlaya və ya vəd verə bilməz.
26.6. Sığorta hadisəsi ilə bağlı bütün rəsmi və qeyri-rəsmi təhqiqatlarda Sığortaçı öz hesabına Sığortalının maraqlarını təmsil və müdafiə etməkdə haqlıdır.
Maddə 27. Sığorta hadisəsinin sübut olunması
27.1. Sığorta hadisəsi faktının mövcudluğunu və onun səbəb olduğu zərərin ölçüsünü sübut etmək Sığortalının vəzifəsidir.
27.2. Sığorta hadisəsi faktının və şəraitinin, eyni zamanda zərərin miqdarının sübut edilməsi üçün Sığortalı malik olduğu və həmçinin qanunvericiliyə və adi təcrübəyə müvafiq olaraq əldə etməli olduğu bütün sənədləri Sığortaçıya təqdim etməyə borcludur.
Maddə 28. Əvəzi ödəniləcək zərərlər
VI Fəsil Ödənilən zərərlər
Sığortaçı sığorta hadisəsi nəticəsində ortaya çıxan, müqavilə tərəfləri arasında razılaşdırılmış məbləğdə, sığorta məbləğindən xxx olmamaq şərti ilə aşağıdakı zərərləri ödəyir:
28.1. Sığorta predmetinə dəyən birbaşa zərərləri:
28.1.1. Hava nəqliyyatı vasitəsinə dəyən real zərəri;
28.1.2. Səbəb olduğu ziyanın əvəzinin ödənilməsi üçün Sığortalının üzərinə qoyulan məbləği;
28.1.3. Sığortaçı tərəfindən ödəniləcək zərərlərin həcminin azaldılması və ya qarşısının alınması məqsədilə çəkilən zəruri və məqsədyönlü xərcləri;
28.1.4. Sığorta hadisəsinin səbəbini və şəraitini araşdırmaq, həmçinin Sığortaçı tərəfindən ödənilməli xxxx zərərin miqdarını müəyyən etmək məqsədilə çəkilən zəruri xərcləri.
Maddə 29. Hava nəqliyyatı vasitəsinə dəyən zərər
29.1. Hava nəqliyyatı vasitəsinə dəyən zərər aşağıdakı kimi müəyyən edilir:
29.1.1. məhv olduqda (tam və ya konstruktiv) –sığorta hadisəsi baş verən andakı bazar qiyməti həcmində;
29.1.2. təmir olunduqda –
29.1.2.1. əgər hava nəqliyyatı vasitəsi tam təmir edilərsə – təmir xərcləri həcmində;
29.1.2.2. əgər hava nəqliyyatı vasitəsi qismən təmir edilərsə – təmir xərcləri, həmçinin hava nəqliyyatı vasitəsinin tam təmir xərclərindən artıq olmamaqla, onun təmir olunmayan zədələrinin səbəb olduğu bazar qiymətindəki ucuzlaşma həcmində;
29.1.2.3. əgər sığorta müddəti ərzində hava nəqliyyatı vasitəsi təmir edilməz və xarab vəziyyətdə satılmazsa - hava nəqliyyatı vasitəsinin tam təmir xərclərindən artıq olmamaqla, onun təmir olunmayan zədələrinin səbəb olduğu bazar qiymətindəki ucuzlaşma həcmində;
29.1.2.4. tərəflərin qarşılıqlı razılığı əsasında müəyyən edilmiş məbləğ həcmində;
29.2. Sığorta müddəti ərzində hava nəqliyyatı vasitəsinin hər hansı təmir olunmamış zədədən irəli gələn tam məhv olması (sığorta hadisəsi və ya digər səbəb nəticəsində) halında həmin zədəyə görə sığorta ödənişi verilmir.
29.3. Ayrı-ayrı hissələrin dəyişdirilməsi zərurəti yarandıqda, zərər köhnəlmə dəyəri çıxılmaqla, dəyişdirilən eyni hissələrin bazar qiyməti həcmində müəyyən edilir.
29.4. Sığortaçının seçiminə görə əmlakın təmir xərcləri ya ixtisaslaşmış ekspert təşkilatı tərəfindən hazırlanmış, tələb olunan təmirin (bərpanın) qiymətinin ilkin smetası (hesablanması, qiymətləndirilməsi) əsasında, ya da real təmir faktına əsasən müəyyən olunur.
29.5. Əgər Sığorta müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, aşağıdakı zərərlərin əvəzi ödənilmir:
29.5.1. güc qurğularına, sistemlərinə və avadanlığına dəymiş zərərin 10 xxxxx;
29.5.2. hava nəqliyyatı vasitəsinin gövdəsinə, qanadlarına, quyruq hissəsinə və şassisinə dəymiş zərərin 25 xxxxx.
29.6. Sığortaçı sığorta olunmuş əmlaka dəymiş zərərin əvəzini yuxarıda göstərildiyi kimi müəyyən edilmiş qaydada hər bir sığorta hadisəsi üzrə sığorta məbləği həddində ödəyir.
Maddə 30. Üçüncü şəxslər qarşısında məsuliyyət
30.1. Sığorta hadisəsi nəticəsində üçüncü şəxslərə vurulmuş zərərə görə Sığortalının üzərinə qoyulmuş məbləği Sığortaçı ödəyir.
30.2. Sığortaçı üçüncü şəxslərə vurulmuş zərərə görə məsuliyyətlə bağlı Sığortalının üzərinə qoyulmuş aşağıdakı məbləğləri ödəmir:
30.2.1. əldən çıxmış fayda və ya digər dolayı zərərlər;
30.2.2. mənəvi ziyan.
Maddə 31. Zərərin azaldılması məqsədilə çəkilən xərclər
31.1. Sığortaçı tərəfindən əvəzi ödənilməli xxxx zərərləri azaltmaq məqsədilə Sığortalının çəkdiyi xərclər, həmin xərclərin digər zərərlərlə birlikdə sığorta məbləğini aşa bilməsindən asılı olmayaraq, Sığortaçı tərəfindən ödənilir, bu şərtlə ki, belə xərclər zərurət və ya Sığortaçının göstərişlərini yerinə yetirmək məqsədilə ortaya çıxmış olsun.
31.2. Sığortaçı zərərlərin qarşısını almaq və ya azaltmaq məqsədilə Sığortalının bilərəkdən ağlabatan və mümkün (səmərəli) tədbirləri görməməsi nəticəsində ortaya çıxan zərərləri ödəmək öhdəliyindən azad edilir.
Maddə 32. Sığorta hadisəsinin araşdırılması məqsədilə çəkilən xərclər
Sığorta hadisəsinin səbəblərinin və şəraitinin aydınlaşdırılması, zərərlərin həcminin müəyyən edilməsi üçün çəkilən zəruri xərclər, bu xərclərin digər xərclərlə birlikdə sığorta məbləğini aşa bilməsindən asılı olmayaraq Sığortaçı tərəfindən ödənilir.
Maddə 33. Qismən sığorta
Sığorta müqaviləsində müəyyən edilmiş sığorta məbləği sığorta dəyərindən az olduğu halda (qismən sığorta halında) Sığortaçı zərərin əvəzini sığorta məbləğinin sığorta dəyərinə xxxx nisbətində ödəyir.
VII Fəsil Sığorta ödənişi
Maddə 34. Sığorta ödənişinin verilməsi üçün tələb olunan sənədlərin siyahısı
34.1. Sığorta ödənişinin verilməsi haqqında qərar qəbul etmək üçün Sığortalı aşağıdakı sənədləri Sığortaçıya təqdim etməlidir:
34.1.1. sığorta hadisəsi haqqında yazılı ərizə;
34.1.2. Sığorta müqaviləsinin (Sığorta şəhadətnaməsinin) əsli;
34.1.3. sığorta hadisəsinin baş verməsini təsdiq edən arayış;
34.1.4. zərərin həcmini müəyyənləşdirən sənədlər;
34.1.5. Sığortaçının mülahizəsinə əsasən, sığorta ödənişinin verilməsi haqqında qərar qəbul etmək üçün xxxxx xxxx digər sənədlər.
Maddə 35. Sığorta ödənişinin həyata keçirilməsi qaydası və şərtləri
35.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə qanunvericiliyə, həmçinin Sığorta müqaviləsinə uyğun olaraq Sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.
35.2. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir.
35.3. Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası bu Qaydalara əsasən bağlanan Sığorta müqaviləsi ilə müəyyən edilir.
35.4. Sığorta müqaviləsində azadolma məbləği nəzərdə tutulduğu halda, sığorta ödənişi azadolma məbləği çıxılmaqla Sığortalıya ödənilir.
35.5. Sığorta ödənişi sığorta hadisəsinin baş verməsi nəticəsində Sığortalıya dəyən real zərərin miqdarından xxx xxx bilməz.
35.6. Sığorta müqaviləsində sığorta məbləği sığorta dəyərindən aşağı səviyyədə müəyyənləşdirilərsə, Sığortaçı sığorta hadisəsi baş verdiyi zaman axırıncı tərəfindən vurulan ziyanın bir hissəsini Sığortalıya sığorta məbləğinin sığorta dəyərinə nisbətinə mütənasib olaraq ödəniş verməlidir.
35.7. Sığorta müqaviləsində real zərərin ödənildiyi an zərərin natural formada ödənilməsi qaydası Sığortaçı tərəfindən nəzərdə tutula bilər.
35.8. Zərərin miqdarı barədə tərəflər arasında razılıq əldə edildikdən sonra, sığorta ödənişinin verilməsi Sığortaçının seçimi əsasında aşağıdakı formalarda həyata keçirilə bilər:
35.8.1. zərər məbləğinin pul şəklində Faydalanan şəxsə ödənilməsi;
35.8.2. sığorta hadisəsi nəticəsində dəyən zərərin aradan qaldırılması üçün Sığortalıya göstərilən xidmətlərin və ya satılan əşyaların dəyərinin xidmət göstərənə və ya satıcıya ödənilməsi;
35.9. Sığorta ödənişinin verilməsi zamanı Sığortaçı sığorta ödənişi məbləğindən Sığortalının ona ödəməli olduğu, vaxtı çatmış və ya gecikdirilmiş sığorta haqqı məbləğini tutmaq hüququna malikdir.
35.10. Qanunvericilikdə və bu Qaydalarda nəzərdə tutulan sığorta ödənişindən imtina halları istisna olmaqla, Sığortaçı bu Qaydaların 34-cü maddəsində sadalanan sənədləri aldıqdan sonra 15 iş günü ərzində sığorta aktını
tərtib edir və razılaşdırılması üçün bu sənədi Sığortalıya təqdim edir, yaxud sığorta ödənişinin verilməsindən imtina olunduğu halda imtinanın səbəblərini əsaslandırmaqla Sığortalıya yazılı məlumat verir.
35.11. Sığorta ödənişinin verilməsi sığorta aktı həm Sığortaçı, həm də Sığortalı tərəfindən imzalandıqdan sonra 10 iş günü ərzində həyata keçirilir. Sığorta müqaviləsində müəyyən edilmiş sığorta məbləği həmin müqavilə üzrə verilmiş sığorta ödənişi həcmində azaldılır.
35.12. Bu Qaydaların 35.11-ci bəndində nəzərdə tutulmuş halda sığorta məbləğinin azalmış hissəsinə uyğun olaraq, əlavə sığorta haqqı ödənilməklə Sığorta müqaviləsində müəyyən edilmiş sığorta məbləği bərpa edilə bilər.
35.13. Qanunvericilikdə və ya bu Qaydalarda nəzərdə tutulmuş əsaslar aşkar olunduqda və ya əmələ gəldikdə, Sığortaçı verilmiş sığorta ödənişinin xxxx qaytarılması tələbini irəli sürmək hüququna malikdir.
Maddə 36. Sığorta ödənişinin verilməsindən imtinanın əsasları
36.1. Əgər Sığorta müqaviləsində başqa cür nəzərdə tutulmamışdırsa, aşağıdakı halların nəticəsində ortaya çıxan istənilən zərərlərin bu sığorta ilə əvəzi ödənilmir və sığorta ödənişinin verilməsindən imtina edilir
36.1.1. bu Qaydaların 21.1. və 23.1-ci bəndlərinin tələblərinə əməl edilməməsi nəticəsində, o cümlədən sığorta predmeti və (və ya) sığorta hadisəsi barəsində Sığortalının Sığortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində Sığortaçının sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması ilə əlaqədar olaraq onun mənafeləri əhəmiyyətli dərəcədə pozulduqda ;
36.1.2. Sığortalının, müvafiq hallarda zərərçəkənin sığorta hadisəsinin baş verməsinə yönələn qəsdən etdiyi hərəkəti və ya hərəkətsizliyi, habelə sığorta hadisəsi ilə birbaşa səbəb əlaqəsində xxxx qəsdən cinayət törətməsi;
36.1.3. Sığorta müqaviləsi və ya qanunla hərbi risklərin sığortalanması nəzərdə tutulmadıqda hadisənin baş verməsinin hərbi əməliyyatlar və ya hərbi xarakterli tədbirlər hesab edilən halların nəticəsi olması;
36.1.4. Sığortalının sığortalanmış hava nəqliyyatı vasitəsinə dəyən zərərin qarşısını almaq və ya həcmini azaltmaq üçün lazımi və mümkün tədbirləri görmək iqtidarında olduğu halda, həmin tədbirləri qəsdən görməməsi; bu zaman sığorta ödənişindən o həcmdə imtina edilə bilər ki, Sığortalı mümkün tədbirləri xxxxxx olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı;
36.1.5. Sığortaçının sığorta hadisəsinin baş verməsi səbəblərini araşdırmasına Sığortalı tərəfindən maneçilik törədilməsi;
36.1.6. Sığortalının zərərin əvəzini tam olaraq zərər dəyməsində təqsirli xxxx şəxsdən xxxxxx; zərər vuran zərərin əvəzini qismən ödəmiş olduqda sığorta ödənişindən ödənilmiş məbləğ həcmində imtina edilir;
36.1.7. baş vermiş hadisənin Sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi;
36.1.8. sığorta hadisəsinin sığorta haqqının tam və ya onun ilk hissəsinin ödənilməsi müddəti başa çatdıqdan sonra baş verməsi halında sığorta haqqı ödənilməmiş olduqda;
36.1.9. sığorta hadisəsinin sığorta haqqının növbəti hissəsinin müqavilədə nəzərdə tutulmuş ödənilməsi müddəti başa çatdıqdan 15 gün sonra baş verməsi halında sığorta haqqının müvafiq hissəsi ödənilməmiş olduqda;
36.1.10. sığorta hadisəsinin bu Qaydaların 13.1-ci bəndində nəzərdə tutulmuş halda Sığortaçının müəyyən etdiyi müddətin başa çatmasından 3 gün sonra baş verməsi halında sığorta haqqının müvafiq hissəsi ödənilməmiş olduqda.
36.1.11. bu Qaydalarda nəzərdə tutulan mühüm şərtlərin yerinə yetirilməməsi ilə sığorta hadisəsi arasında əlaqənin olub-olmamasından asılı olmayaraq Sığortalının Sığorta müqaviləsində nəzərdə tutulan belə şərtlərə əməl etməməsi;
34.1.12. yerinə yetirilmədiyi təqdirdə sığorta hadisəsinin baş verməsinə və ya zərərin həcminin artmasına gətirib çıxaran, Sığortalı tərəfindən Sığorta müqaviləsinə, bu Qaydalara və ya qanunvericiliyə əsasən ona həvalə edilən öhdəlik və şərtlərin yerinə yetirilməməsi. Bu halda Sığortaçının verməməyə haqlı olduğu sığorta ödənişinin məbləği, belə yerinə yetirilməmənin sığorta hadisəsinin baş verməsinə və ya zərərin həcminin artmasına təsir dərəcəsinə müvafiq olmalıdır;
36.1.13. Sığortalının, həmçinin onun nümayəndəsinin qəsdi və ya kobud ehtiyatsızlığı;
Maddə 37. Qalıqlara xxxx hüququn keçməsi
37.1. Sığortaçı sığortalanmış əmlakın məhv olmasının əvəzini ödədikdə və ya onun ayrı-ayrı hissələrini başqası ilə əvəz etdikdə Sığorta etdirənin həmin əmlaka və dəyişilmiş hissələrə xxxx hüquqları Sığortaçıya keçir.Bütün qalıqlar Sığortaçıya verilməlidir.
37.2. Sığortalı həmin hüquqların Sığortaçıya keçməsi üçün bütün zəruri tədbirləri görməyə borcludur.
37.3. İtmiş əmlakın sonradan tapılması halında Sığortaçı öz rəyinə əsasən əmlakı özündə saxlamaq və yaxud Sığortalıya qaytarmaq hüququna malikdir. İkinci halda əmlaka görə alınmış sığorta ödənişi Sığortaçıya xxxx qaytarılmalıdır. Əgər əmlak korlanmış vəziyyətdə əldə olunarsa, Sığortaçı Sığortalıya həmin zərərlərin əvəzini ödəyir.
Maddə 38. Mübahisələrin həlli qaydası
Bu Qaydalar əsasında bağlanmış sığorta müqaviləsindən irəli gələn mübahisələr Sığortaçı ilə Sığortalı arasında danışıqlar yolu ilə, tərəflər razılığa gələ bilmədikdə isə qanunvericiliklə müəyyən edilmiş qaydada həll edilir.
VIII Fəsil Subroqasiya hüququ
Maddə 39. Subroqasiya hüququ
39.1. Xxxxxxxxxxx hüququ, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş Sığortaçının istifadə etmək hüququdur.
39.2. Xxxxxxxxxx şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq sığorta ödənişini vermiş Sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.
39.3. Sığortalı sığorta ödənişini aldıqda subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə xxxx bütün lazımi sənədlərlə Sığortaçını təmin etməlidir.
39.4. Sığortalı zərərvuran şəxsə qarşı iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımi sənədləri Sığortaçıya verməkdən imtina etdikdə Sığortaçı sığorta ödənişi verməkdən zərərvuran şəxsdən subroqasiya qaydasında ala biləcəyi məbləğ həcmində azad edilir.
39.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış digər sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə Sığortalı qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.
39.6. Əgər Sığortalı vurulmuş zərərə görə üçüncü şəxsdən (şəxslərdən) zərərin əvəzini almışdırsa, Sığortaçı yalnız verilməli xxxx sığorta ödənişi məbləği ilə Sığortalının üçüncü şəxsdən (şəxslərdən) aldığı məbləğ arasındakı fərqi ödəyir.