Azərbaycan Respublikası ərazisində əmtəə nişanlarının istifadəsi üçün qeyri- müstəsna (müstəsna və ya yeganə) lisenziyanın verilməsi haqqında MÜQAVİLƏ
Azərbaycan Respublikası ərazisində əmtəə nişanlarının istifadəsi üçün qeyri-müstəsna (müstəsna və ya yeganə) lisenziyanın verilməsi
haqqında MÜQAVİLƏ
Bir tərəfdən, gələcəkdə «LİSENZİAR» adlandırılacaq, fəaliyyət göstərən, --------- (unvan: ------), şəxsində, digər tərəfdən, gələcəkdə «LİSENZİAT» adlandırılacaq, “----- (ünvan: -------) şəxsində gələcəkdə «TƏRƏFLƏR» adlandırılacaqdır.
LİSENZİAR: 12.04.2012-ci il tarixli ------- nömrəli 30, 35, 39, və 43-cü siniflər üzrə qeydə alınmış “--------” təsviri (beynəlxalq) əmtəə nişanının (bundan sonra – beynəlxalq əmtəə nişanı), sahibidir.
LİSENZİAR hazırkı Müqavilənin şərtləri əsasında əmtəə nişanına dair şəhadətnamənin siyahısına daxil edilmiş bütün əmtəə və xidmətlərə görə əmtəə nişanından istifadə edilməsində müstəsna(qeyri-müstəsna) lisenziya müqaviləsini LİSENZİATA verməsini istəyir;
LİSENZİAT hazırkı Müqavilənin şərtləri əsasında göstərilmiş əmtəə nişanından istifadəyə müstəsna(qeyri-müstəsna) lisenziya almaq istəyir;
Tərəflər aşağıdakılar barədə hazırkı Müqaviləni bağlamışlar:
MÜQAVİLƏNİN PREDMETİ.
LİSENZİAR hazırkı Müqavilənin şərtlərinə uyğun olaraq, LİSENZİATA Azərbaycan Respublikası ərazisində -------- nömrəli 30, 35, 39, və 43-cü siniflər üzrə (beynəlxalq) əmtəə nişanından istifadəyə müstəsna lisenziya müqaviləsi əsasında istifadəyə dair hüquq verilir.
LİSENZİAT ona LİSENZİAR tərəfindən verilmiş və ------- nömrəli beynəlxalq əmtəə nişanı üzrə Azərbaycan Respublikası ərazisində istehsal etdikləri əmtəəni, göstərilən əmtəə nişanı ilə nişanlamaq müşayətedici və işgüzar sənədlərdə istifadə etmək hüququ alır.
2. LİSENZİARIN HÜQUQLARI VƏ VƏZİFƏLƏRİ.
2.1. LİSENZİAR hazırkı Müqavilə ilə nəzərdə tutulmuş əmtəə nişanından istifadə üzrə zəruri məsləhət həmçinin müvafiq səmərənin keyfiyyət göstəricisinə nail olmaq məqsədilə texniki yardım öhdəliyə götürür. Bunun müqabilində LİSENZİAR təhvil-təslim aktı üzrə əmtəə nişanı ilə nişanlanan müvafiq malların istehsalı, o cümlədən RESEPTURALAR və TEXNOLOJİ TƏLİMATLAR üçün bütün lazımi sənədləri LİSENZİATA verir.
LİSENZİAR əmtəə nişanının hüquqi mühafızəsinə qüvvədə saxlamağa və onun qeydiyyat müddətinin uzadılması üçün rüsumları vaxtında ödəməyə borcludur.
LİSENZİAR üçüncü şəxslərin əmtəə nişanı barədə LİSENZİATA qarşı qaldırıla biləcək iddiaların tənzimlənməsi üzrə lazımi tədbirlər görməyə borcludur.
3. LİSENZİATIN HÜQUQLARI VƏ VƏZİFƏLƏRİ.
3.1. LİSENZİAT
əmtəə nişanı ilə birgə öz əmtəə nişanını istifadə
etmək
hüququna malikdir.
3.2. LİSENZİATIN
əmtəələrin keyfıyyəti LİSENZİARIN əmtəə
keyfıyyətindən
aşağı olmamalıdır. Bu məqsədlə LİSENZİAR RESEPTURALAR
və
TEXNOLOJİ TƏLİMATLARDA əks olunmuş bu şərtlərin yerinə
yetirilməsinə
nəzarəti həyata keçirir;
Göstərilən şərtlərin yerinə yetirilməsi, yoxlama nəticəcləri üzrə hazırkı müqavilə TƏRƏFLƏRƏ yoxlama qurtardıqdan 3 (üç) iş günü ərzində keyfiyyətin yoxlanması aktını tərtib edirlər.
LİSENZİAT əmtəə nişanı ilə əmtəələri öz hesabına həyata keçirməyi öhdəsinə götürür.
LİSENZİAT əmtəə nişanından sənədlərdə göstərilmiş tələbləri nəzərə alaraq istifadə etməyi öhdəsinə götürür.
4. ƏMTƏƏ NİŞANI ÜZRƏ HÜQUQLARIN MÜDAFİƏSİ.
Əgər üçüncü şəxslər hazırkı müqavilə ilə LİSENZİATA verilmiş hüquqları pozarsa, o zaman LİSENZİAT və LİSENZİAR öz aralarında əldə edilmiş razılaşmaya əsasən, onlara qarşı birgə iddia qaldırırlar. Məhkəmə qərarı, yaxud iddiaçı və cavabdeh arasında razılaşma nəticəsində yaranmış xərclər yaxud daxilolmalar, ya da çəkilmiş xərclər razılaşmaya əsasən LİSENZİAT və LİSENZİAR arasınada bölüşdürüləcək.
4.2. Hazırkı Müqavilə üzrə lisenziyadan istifadə etməklə bağlı üçüncü şəxslərin hüquqlarının pozulması LİSENZİATA iradlar yaxud iddialar irəli sürülərsə o zaman bu barədə o LİSENZİARA məlumat verəcək. LİSENZİAT razılaşma üzrə belə iddiaları tənzimləməyi yaxud məhkəmə müdafiəsini öz öhdəsinə götürür. Göstərilən iddiaların tənzimlənməsi nəticəsində LİSENZİATIN çəkdiyi xərclər yaxud ziyan razılaşmaya əsasən LİSENZİAT və LİSENZİAR arasında bölüşdürüləcək.
5. Hazırkı MÜQAVİLƏ ÜZRƏ HESABLAŞMALAR.
5.1. LİSENZİARIN lisenziya mükafatının verilməsi ödəmələr haqqında Sazişə əsasən həyata keçirilir. Saziş hazırkı Müqavilənin ayrılmaz hissəsidir və Tərəflər onu məxfi sənəd kimi qiymətləndirirlər.
6. TƏRƏFLƏRİN MƏSULİYYƏTİ.
Əgər LİSENZİATIN əmtəə və xidmətlərinin keyfiyyəti hazırkı Müqavilədə nəzərdə tutulmuş şərtlərə uyğun olmazsa, o hazırkı Müqavilənin 3.3. bəndi üzrə yoxlama aktının tətbiq edildiyi tarixdən 3 (üç) ay ərzində keyfiyyətin bərpa edilməsi üçün tədbirlər görməyə borcludur.
Hazırkı Müqavilənin qüvvədə olma müddəti başa çatdıqdan sonra LİSENZİAT 10 təqvim günü ərzində əmtəə nişanından istifadəni dayandırmalıdır.
Hazırkı Müqavilə üzrə öz üzərinə götürdükləri öhdəlikləri icra etmədikləri yaxud lazımı səviyyədə yerinə yetirmədikləri halda, göstərilən pozuntulara yol vermiş tərəf Azərbaycan Respublikasının qüvvədə xxxx qanunvericiliyinə əsasən məsuliyyət daşıyır.
7. MÜBAHİSƏLƏRİN HƏLL EDİLMƏSİ.
Hazırkı Müqavilə TƏRƏFLƏRİ arasında müqavilədə nəzərdə tutulmuş yaxud onun icrası ilə bağlı məsələlər üzrə əmtəələrə yarandığı halda, TƏRƏFLƏR danışıqlar yolu ilə onaları həll etmək üçün tədbirlər görəcək. Tənzimlənməmiş məsələlərə Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında baxılır.
Hazırkı Müqavilə ilə nəzərdə tutulmuş bütün qalan hallara Azərbaycan Respublikasının qüvvədə xxxx qanunvericiliyinin normaları tətbiq ediləcək.
8. MÜQAVİLƏ VAXTININ QÜVVƏDƏ OLMA MÜDDƏTİ VƏ ONUN LƏĞV EDİLMƏSİ ŞƏRTLƏRİ.
Hazırkı Müqavilə imzalandığı tarixdən ------- il müddətinə bağlanılır və səlahiyyətli orqanda qeydiyyata alındıqdan sonra qüvvəyə minir.
Hazırkı Müqavilə tərəflərin qarşılıqlı razılığı ilə uzadıla bilər.
8.3. Hazırkı
Müqavilə tərəflərin qarşılıqlı yazılı razılığı ilə
yaxud
LİSENZİRIN razılığı olmadan LİSENZİATIN təşəbbüsü
ilə, xxxxx Müqavilənin
ləğv edilməsi 15 təqvim günü
qalmış onun ilkinlik xəbərdalığı ilə məhkəmədən
kənar
qaydada ləğv edilə bilər.
9. SAİR ŞƏRTLƏR.
Hazırkı Müqavilənin şərtlərinə əlavələr və dəyişikliklər TƏRƏFLƏRİN qarşılıqlı razılığı ilə yalnız yazılı formada daxil edilməli və müəyyən qaydada Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyndə qeydiyyatdan keçməlidir.
Hazırkı Müqavilə üzrə tərəflərin hər birinin hüquq və vəzifələri digər tərəflərin buna yazılı icazəsi olmadan başqa vətəndaşa yaxud hüquqi şəxslərə verilə bilməz.
Hazırkı Müqavilə 3 (üç) nüsxədə tərtib edilib: TƏRƏFLƏRİN hər birinə bir nüsxə, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi üşün bir kontrol nüsxə.
«LİSENZİAR»
«LİSENZİAT»
----------
--------
4