AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
“Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
“Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında” 2016-cı il oktyabrın 10-da Bern şəhərində imzalanmış Saziş təsdiq edilsin.
Xxxxx XXXXXX,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 dekabr 2016-cı il
№ 464-VQ
Azərbaycan
Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası
arasında
vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında
SAZİŞ
Azərbaycan Respublikası Hökuməti və İsveçrə Federal Şurası (bundan sonra “Tərəflər” adlandırılacaq),
Azərbaycan Respublikası və İsveçrə Konfederasiyası vətəndaşları üçün vizaların rəsmiləşdirilməsinin qarşılılıq prinsipi əsasında sadələşdirilməsi vasitəsilə iqtisadi, humanitar, mədəni, xxxx və digər əlaqələrin davamlı inkişafı üçün vacib şərt xxxx insanlar arasında təmasların asanlaşdırılmasını arzu edərək, viza sadələşdirilməsinin qanunsuz miqrasiya ilə nəticələnməli olmadığını qəbul edərək və təhlükəsizlik və readmissiyaya xüsusi diqqət verərək,
Avropa İttifaqı, Avropa Birliyi və İsveçrə Konfederasiyası arasında, İsveçrə Konfederasiyasının Şengen qaydalarının həyata keçirilməsi, tətbiqi və inkişafı ilə əlaqələndirilməsinə dair 2004-cü il oktyabrın 26-da imzalanmış və 2008-ci il xxxxxx 1-də qüvvəyə minmiş Sazişi nəzərə alaraq,
Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsinə dair 29 noyabr 2013-cü il tarixində imzalanmış və 1 sentyabr 2014-cü il tarixində qüvvəyə minmiş Sazişi və ona əlavə olunmuş İslandiya, İsveçrə, Norveç və Lixtenşteynlə bağlı Birgə Bəyannamələri nəzərə alaraq,
aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Məqsədi və tətbiq dairəsi
1. Bu Sazişin məqsədi Azərbaycan Respublikası və İsveçrə Konfederasiyası vətəndaşlarına hər 180 günlük dövr ərzində 90 gündən xxx olmayan müddətə nəzərdə tutulmuş qalma üçün vizaların rəsmiləşdirilməsini qarşılılıq prinsipi əsasında sadələşdirməkdir.
Maddə 2
Ümumi müddəa
1. Bu Sazişdə müəyyən edilən viza sadələşdirmələri yalnız Azərbaycan Respublikasının və İsveçrə Konfederasiyasının milli qanunvericiliyi ilə, bu Saziş və digər beynəlxalq sazişlərlə viza tələbindən azad olunmayan Azərbaycan Respublikası və İsveçrə Konfederasiyası vətəndaşlarına tətbiq edilir.
2. Vizam rəsmiləşdirməkdən imtina, səyahət sənədlərinin tanınması, yaşayış üçün kifayət qədər vəsaitin olmasının sübutu, girişə qadağa və çıxarılma tədbirləri kimi, bu Sazişin müddəaları ilə tənzimlənməyən məsələlərə Azərbaycan Respublikasının və ya İsveçrə Konfederasiyasının milli qanunvericiliyi tətbiq edilir.
Maddə 3
Anlayışlar
Bu Sazişin məqsədi üçün:
a) “Azərbaycan Respublikasının vətəndaşı” dedikdə Azərbaycan Respublikasının qüvvədə olan milli qanunvericiliyinə uyğun olaraq, Azərbaycan Respublikasının vətəndaşlığına mənsub xxxx hər hansı şəxs nəzərdə tutulur;
b) “İsveçrə Konfederasiyası vətəndaşı” dedikdə İsveçrə Konfederasiyasının qüvvədə olan milli qanunvericiliyinə uyğun olaraq, İsveçrə Konfederasiyasının vətəndaşlığına mənsub xxxx hər hansı şəxs nəzərdə tutulur;
c) “Viza” dedikdə Azərbaycan Respublikasının və ya İsveçrə Konfederasiyasının ərazisindən tranzit qaydada keçmək, yaxud Azərbaycan Respublikasının və ya İsveçrə Konfederasiyasının və ya hər hansı digər Şengen üzvü xxxx dövlətin ərazisində hər 180 günlük dövr ərzində 90 gündən xxx olmayan müddətə nəzərdə tutulmuş qalma üçün Azərbaycan Respublikası və ya İsveçrə Konfederasiyası tərəfindən rəsmiləşdirilmiş icazə nəzərdə tutulur. Azərbaycan Respublikası vətəndaşları üçün qalma müddətinin müəyyənləşdirilməsi baxımından, hər hansı digər Şengen üzvü xxxx dövlətdə qalma müddəti də 180 günlük müddət çərçivəsində nəzərə alınır;
d) “Qanuni yaşayan şəxs” dedikdə aşağıdakılardan biri nəzərdə tutulur:
- Azərbaycan Respublikasına münasibətdə, Azərbaycan Respublikasının milli qanunvericiliyinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində etibarlılıq müddəti 90 gündən artıq xxxx müvəqqəti və ya daimi yaşamaq icazəsini əldə etmiş İsveçrə Konfederasiyası vətəndaşı;
- İsveçrə Konfederasiyasına münasibətdə, İsveçrə Konfederasiyasının milli qanunvericiliyinə uyğun olaraq İsveçrə Konfederasiyasının ərazisində 90 gündən xxx qalmaq icazəsi almış və ya hüququnu əldə etmiş Azərbaycan Respublikası vətəndaşı;
e) “Şengen üzvü xxxx dövlət” dedikdə Avropa İttifaqı, Avropa Birliyi və İsveçrə Konfederasiyası arasında, İsveçrə Konfederasiyasının Şengen qaydalarının həyata keçirilməsi, tətbiqi və inkişafı ilə əlaqələndirilməsinə dair 2004-cü il 26 oktyabr tarixli Sazişin mahiyyətinə uyğun olaraq sərhəd keçmə və viza ilə bağlı bütün Şengen qaydalarını tətbiq edən hər hansı dövlət nəzərdə tutulur.
Maddə 4
Səfərin məqsədi ilə bağlı sənədli əsas
1. Aşağıdakı kateqoriyadan xxxx Azərbaycan Respublikası və İsveçrə Konfederasiyası vətəndaşları üçün aşağıdakı sənədlər İsveçrə Konfederasiyasının və Azərbaycan Respublikasının ərazisinə səfərin məqsədini təsdiq etmək üçün kifayətdir:
(a) Azərbaycan Respublikası ərazisində qanuni yaşayan İsveçrə Konfederasiyası vətəndaşlarını, yaxud İsveçrə Konfederasiyası ərazisində qanuni yaşayan Azərbaycan Respublikası vətəndaşlarını, yaxud Azərbaycan Respublikası ərazisində yaşayan Azərbaycan Respublikası vətəndaşlarını, yaxud da İsveçrə Konfederasiyası ərazisində yaşayan İsveçrə Konfederasiyası vətəndaşlarını ziyarət edən yaxın qohumlar - ər və ya arvad, uşaqlar (övladlığa götürülmüşlər daxil olmaqla), valideynlər (qəyyumlar daxil olmaqla), babalar, nənələr və nəvələr üçün:
- qəbul edən şəxsin yazılı müraciəti;
(b) 10-cu maddəyə xələl gətirmədən Azərbaycan Respublikasına və İsveçrə Konfederasiyasına ünvanlanmış rəsmi dəvətnaməyə əsasən rəsmi görüşlərdə, məsləhətləşmələrdə, danışıqlarda və ya mübadilə proqramlarında, o cümlədən hökumətlərarası təşkilatlar tərəfindən İsveçrə Konfederasiyasının və ya Azərbaycan Respublikasının ərazisində təşkil edilən tədbirlərdə iştirak edəcək rəsmi nümayəndə heyətlərinin üzvləri üçün:
- Azərbaycan Respublikasının və ya İsveçrə Konfederasiyasının səlahiyyətli orqanı tərəfindən verilmiş, yuxarıda göstərilən tədbirdə iştirak etmək üçün digər Tərəfin ərazisinə səfər edən ərizəçinin onun nümayəndə heyətinin üzvü olmasını təsdiq edən və rəsmi dəvətnamənin surəti ilə müşayiət olunan məktub;
(c) iş adamları və kommersiya təşkilatlarının nümayəndələri üçün:
qəbul edən hüquqi şəxs və ya şirkət, təşkilat və ya müəssisə və ya belə hüquqi şəxsin və ya şirkətin ofisi və ya filialının və ya Azərbaycan Respublikasının və İsveçrə Konfederasiyasının dövlət və yerli hakimiyyət orqanlarının və ya Azərbaycan Respublikasının və ya İsveçrə Konfederasiyasının ərazisində keçirilən ticarət və sənaye sərgilərinin, konfrans və simpoziumların təşkilat komitələrinin müvafiq səlahiyyətli orqan tərəfindən müvafiq milli qanunvericiliyə uyğun olaraq təsdiq olunmuş yazılı müraciəti;
(d) Azərbaycan Respublikasında və ya İsveçrə Konfederasiyasında qeydiyyatdan keçmiş nəqliyyat vasitələrində Azərbaycan Respublikası və İsveçrə Konfederasiyası arasında beynəlxalq yükdaşımanı və sərnişindaşıma xidmətlərini həyata keçirən sürücülər üçün:
- beynəlxalq yol nəqliyyatını təmin edən Azərbaycan Respublikasının və ya İsveçrə Konfederasiyasının milli yükdaşıma şirkəti və ya assosiasiyasının (birliyinin) səyahətlərin məqsədi, marşrutu, müddəti və müntəzəmliyini əks etdirən yazılı müraciəti;
(e) mübadilə proqramları da daxil olmaqla, təlim və ya təhsil kursları, eləcə də məktəblə bağlı fəaliyyət məqsədləri ilə səyahət edən şagirdlər, tələbələr, doktorantlar və müşayiət edən müəllimlər üçün:
- qəbul edən universitetin, akademiyanın, institutun, kollecin və ya məktəbin yazılı müraciəti və ya qəbul haqqında şəhadətnaməsi və ya tələbə vəsiqəsi və ya kurslarda iştirak haqqında şəhadətnamə;
(f) universitet və digər mübadilə proqramları da daxil olmaqla xxxx, akademik, mədəni və ya incəsənət tədbirlərində iştirak edən şəxslər üçün:
- qəbul edən təşkilatın bu tədbirlərdə iştirak üçün yazılı müraciəti;
(g) jurnalistlər və onları peşəkar səviyyədə müşayiət edən texniki heyət üçün:
- peşəkar təşkilat və ya müraciət etmiş şəxsin işəgötürəni tərəfindən verilmiş, sözügedən şəxsin ixtisaslı jurnalist olduğunu sübut edən və səyahətin məqsədinin jurnalist işinin yerinə yetirilməsi olduğunu əks etdirən və ya jurnalisti peşəkar səviyyədə müşayiət edən texniki heyətin üzvü olduğunu sübut edən şəhadətnamə və ya digər sənəd;
(h) beynəlxalq idman tədbirlərinin iştirakçıları və onları peşəkar səviyyədə müşayiət edən şəxslər üçün:
- Azərbaycan Respublikasının və ya İsveçrə Konfederasiyasının qəbul edən təşkilatı, səlahiyyətli orqanları, milli idman federasiyaları və Azərbaycan Respublikasının və ya İsveçrə Konfederasiyasının Milli Olimpiya Komitəsinin yazılı müraciəti;
(i) qardaşlaşmış şəhərlər tərəfindən təşkil edilən rəsmi mübadilə proqramlarının iştirakçıları üçün:
- bu şəhərlərin icra hakimiyyətləri başçılarının/merlərinin yazılı müraciəti;
(j) tibbi məqsədlərlə səyahət edən şəxslər və zərurətlə əlaqədar onları müşayiət edən şəxslər üçün:
- tibb müəssisəsinin bu müəssisədə tibbi müayinəni və müalicəni və müşayiət olunmanın zəruriliyini təsdiq edən rəsmi sənədi və tibbi müalicəni ödəmək üçün yetərli maliyyə vəsaitinin olması barədə təsdiqləyici sənədlər;
(k) Azərbaycan Respublikasının və ya İsveçrə Konfederasiyasının ərazisində keçirilən beynəlxalq sərgi, konfrans, simpozium, seminar və digər oxşar tədbirlərdə iştirak edən ixtisas sahibləri üçün:
- qəbul edən təşkilatın sözügedən şəxsin tədbirdə iştirakını təsdiq edən yazılı müraciəti;
(l) mübadilə proqramları da daxil olmaqla təlim kursları, seminarlar və konfranslarda iştirak məqsədilə səyahət edən vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri üçün:
- qəbul edən təşkilatın verdiyi yazılı müraciət, şəxsin vətəndaş cəmiyyəti təşkilatını təmsil etməsinə dair təsdiqedici sənəd və bu təşkilatın qeydiyyatı haqqında dövlət reyestrindən əlaqədar dövlət orqanı tərəfindən müvafiq milli qanunvericiliyə əsasən verilmiş çıxarış;
(m) dəfn mərasimləri üçün səyahət edən qohumlar:
- ölüm faktını, eləcə də ərizəçi ilə dəfn olunan şəxs arasında ailə və ya digər qohumluq əlaqələrini təsdiq edən rəsmi sənəd;
(n) qəbiristanlıqları ziyarət üçün:
- məzarın mövcudluğu və qalmasını, eləcə də ərizəçi ilə dəfn olunan şəxs arasında ailə və ya digər qohumluq əlaqələrini təsdiq edən rəsmi sənəd.
2. Bu maddənin 1-ci bəndində qeyd olunan yazılı müraciətə aşağıdakı bəndlər daxil olmalıdır:
a) dəvət edilən şəxs üçün: ad və soyad, doğum tarixi, cins, vətəndaşlıq, pasport nömrəsi, səfərin vaxtı və məqsədi, girişlərin sayı və zəruri olduqda, dəvət edilən şəxsi müşayiət edəcək həyat yoldaşının və uşaqlarının adlan;
b) dəvət edən şəxs üçün: ad, xxxxx və ünvan;
c) dəvət edən hüquqi şəxs, şirkət və ya təşkilat üçün: tam ad və ünvan və müraciət təşkilat və ya səlahiyyətli orqan tərəfindən edildikdə, müraciəti imzalamış şəxsin adı və vəzifəsi;
- dəvət edən Azərbaycan Respublikasının və ya İsveçrə Konfederasiyasının ərazisində yaradılmış hüquqi şəxs və ya şirkət və ya belə hüquqi şəxsin və ya şirkətin ofisi və ya filialı olduqda, müvafiq milli qanunvericiliklə tələb edilən qeydiyyat nömrəsi.
3. Bu maddənin 1-ci bəndində qeyd olunan kateqoriyalı şəxslər üçün bütün kateqoriyalardan xxxx vizalar Azərbaycan Respublikasının və ya İsveçrə Konfederasiyasının milli qanunvericiliyi ilə müəyyən edilmiş səfərin məqsədilə bağlı hər hansı digər əsas, dəvət və ya təsdiq tələb edilmədən sadələşdirilmiş prosedura uyğun rəsmiləşdirilir.
Maddə 5
Çoxdəfəli giriş vizalarının rəsmiləşdirilməsi
1. Azərbaycan Respublikasının və İsveçrə Konfederasiyasının diplomatik missiyaları və konsulluq bölmələri digər Tərəfin aşağıdakı kateqoriyalardan xxxx vətəndaşlarına 5 il etibarlılıq müddəti xxxx çoxdəfəli giriş vizaları rəsmiləşdirirlər:
(a) Azərbaycan Respublikası ərazisində qanuni yaşayan İsveçrə Konfederasiyası vətəndaşlarını, yaxud İsveçrə Konfederasiyası ərazisində qanuni yaşayan Azərbaycan Respublikası vətəndaşlarını, yaxud Azərbaycan Respublikası ərazisində yaşayan Azərbaycan Respublikası vətəndaşlarını, yaxud da İsveçrə Konfederasiyası ərazisində yaşayan İsveçrə Konfederasiyası vətəndaşlarını ziyarət edən ər və ya arvad, yaşı 21-dən aşağı xxxx və ya xxxxx xxxx uşaqlar (övladlığa götürülmüşlər daxil olmaqla), valideynlər (qəyyumlar daxil olmaqla), babalar, nənələr və nəvələr;
(b) Azərbaycan Respublikasına və ya İsveçrə Konfederasiyasına ünvanlanmış rəsmi dəvətnaməyə əsasən görüşlərdə, məsləhətləşmələrdə, danışıqlarda və ya mübadilə proqramlarında, o cümlədən hökumətlərarası təşkilatlar tərəfindən Azərbaycan Respublikasının və ya İsveçrə Konfederasiyasının ərazisində təşkil edilən tədbirlərdə mütəmadi olaraq iştirak etməli xxxx rəsmi nümayəndə heyətlərinin üzvləri.
Birinci cümləyə məhdudlaşdırıcı istisna olaraq, əgər mütəmadi və ya müntəzəm səfəretmə niyyəti açıq-aydın şəkildə daha qısa müddətlə məhdudlaşarsa, çoxdəfəli giriş vizasının etibarlılığı həmin müddətlə məhdudlaşacaqdır, xüsusilə əgər:
(a) bəndində istinad edilən şəxslərin halında, Azərbaycan Respublikası vətəndaşlarının İsveçrə Konfederasiyasının ərazisində və ya İsveçrə Konfederasiyası vətəndaşlarının Azərbaycan Respublikasının ərazisində qanuni yaşamaq üçün icazələrinin etibarlılığı müddəti və
bəndində istinad edilən şəxslərin halında, rəsmi nümayəndə heyətinin üzvü statusunun qüvvədəolma müddəti
beş ildən az olarsa.
2. Azərbaycan Respublikasının və İsveçrə Konfederasiyasının diplomatik missiyaları və konsulluq bölmələri əvvəlki il ərzində ən azı bir viza əldə etmiş və səfər etdikləri ölkənin giriş və qalma qaydalarına dair milli qanunvericiliklərinə uyğun tərzdə ondan istifadə etmiş digər Tərəfin aşağıdakı kateqoriya vətəndaşlarına etibarlılıq müddəti bir il xxxx çoxdəfəli giriş vizalarını rəsmiləşdirirlər:
(a) mübadilə proqramları da daxil olmaqla, təlim və ya təhsil kursları məqsədləri ilə mütəmadi olaraq səyahət edən tələbələr və doktorantlar;
(b) jurnalistlər və onları peşəkar səviyyədə müşayiət edən texniki heyət;
(c) qardaşlaşmış şəhərlər tərəfindən təşkil edilmiş rəsmi mübadilə proqramlarının iştirakçıları;
(d) Azərbaycan Respublikasında və ya İsveçrə Konfederasiyasında qeydiyyatdan keçmiş nəqliyyat vasitələrində Azərbaycan Respublikası və İsveçrə Konfederasiyası arasında beynəlxalq yükdaşımanı və sərnişindaşıma xidmətlərini həyata keçirən sürücülər;
(e) tibbi məqsədlərlə mütəmadi səyahət etmək ehtiyacı xxxx şəxslər və zərurətlə əlaqədar onları müşayiət edən şəxslər;
(f) Azərbaycan Respublikasına və ya İsveçrə Konfederasiyasına mütəmadi səfər edən iş adamları və kommersiya təşkilatlarının nümayəndələri;
(g) Azərbaycan Respublikasına və ya İsveçrə Konfederasiyasına mütəmadi səfər edən universitet və digər mübadilə proqramları da daxil olmaqla xxxx, mədəni və incəsənət tədbirlərində iştirak edən şəxslər;
(h) beynəlxalq idman tədbirlərinin iştirakçıları və onları peşəkar səviyyədə müşayiət edən şəxslər;
(i) Azərbaycan Respublikasına və ya İsveçrə Konfederasiyasına mütəmadi səfər edərək beynəlxalq sərgi, konfrans, simpozium, seminar və digər oxşar tədbirlərdə iştirak edən ixtisas sahibləri;
(j) mübadilə proqramları da daxil olmaqla təhsil kursları, seminarlar, konfranslar məqsədilə mütəmadi olaraq Azərbaycan Respublikasına və ya İsveçrə Konfederasiyasına səyahət edən vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri.
3. Azərbaycan Respublikasının və İsveçrə Konfederasiyasının diplomatik missiyaları və konsulluq bölmələri bu maddənin 2-ci bəndində istinad edilən kateqoriyalardan xxxx şəxslərə, həmin şəxslər əvvəlki iki il ərzində birillik çoxdəfəli giriş vizalarından səfər etdikləri Dövlətin giriş və qalma haqqında milli qanunvericiliklərinə uyğun tərzdə istifadə etdikdə, ən azı 2 il və ən çoxu 5 il etibarlılıq müddəti xxxx çoxdəfəli giriş vizaları rəsmiləşdirirlər.
4. Bu maddənin 1-3-cü bəndlərində istinad edilən şəxslərin Azərbaycan Respublikasının və ya İsveçrə Konfederasiyasının və ya digər hər hansı Şengen üzvü xxxx dövlətin ərazisində ümumi qalma müddəti hər 180 günlük dövr ərzində 90 gündən artıq olmamalıdır. Azərbaycan Respublikası vətəndaşları üçün qalma müddətinin müəyyənləşdirilməsi baxımından, hər hansı digər Şengen üzvü xxxx dövlətdə qalma müddəti də 180 günlük müddət çərçivəsində nəzərə alınır.
Maddə 6
Viza ərizələrinə baxılma üçün rüsumlar
1. Viza ərizələrinə baxılma üçün rüsumun məbləği 35 avrodur.
Yuxarıda qeyd olunan məbləğə 13(4) maddəsində müəyyən edilmiş prosedura uyğun olaraq yenidən baxıla bilər.
2. Aşağıdakı kateqoriyalardan xxxx şəxslər viza ərizəsinə baxılma üçün rüsumdan azad edilirlər:
(a) Azərbaycan Respublikası ərazisində qanuni yaşayan İsveçrə Konfederasiyası vətəndaşlarının, yaxud İsveçrə Konfederasiyası ərazisində qanuni yaşayan Azərbaycan Respublikası vətəndaşlarının, yaxud Azərbaycan Respublikası ərazisində yaşayan Azərbaycan Respublikası vətəndaşlarının, yaxud da İsveçrə Konfederasiyası ərazisində yaşayan İsveçrə Konfederasiyası vətəndaşlarının yaxın qohumları - ər və ya arvad, uşaqlar (övladlığa götürülmüşlər daxil olmaqla), valideynlər (qəyyumlar daxil olmaqla), babalar, nənələr və nəvələr;
(b) Azərbaycan Respublikasına və ya İsveçrə Konfederasiyasına ünvanlanmış rəsmi dəvətnaməyə əsasən rəsmi görüşlərdə, məsləhətləşmələrdə, danışıqlarda və ya mübadilə proqramlarında, o cümlədən hökumətlərarası təşkilatlar tərəfindən İsveçrə Konfederasiyasının və ya Azərbaycan Respublikasının ərazisində təşkil edilən tədbirlərdə iştirak edəcək rəsmi nümayəndə heyətlərinin üzvləri;
(c) mübadilə proqramları da daxil olmaqla, təhsil və ya təlim kursları, eləcə də məktəblə bağlı fəaliyyət məqsədləri ilə səyahət edən şagirdlər, tələbələr, doktorantlar və müşayiət edən müəllimlər;
(d) fəaliyyət qabiliyyəti olmayan şəxslər və zəruri hallarda, onları müşayiət edən şəxslər;
(e) beynəlxalq idman tədbirlərinin iştirakçıları və onları peşəkar səviyyədə müşayiət edən şəxslər;
(f) universitet və digər mübadilə proqramları da daxil olmaqla xxxx, mədəni və incəsənət tədbirlərində iştirak edən şəxslər;
(g) təcili tibbi müalicə almaq, yaxın qohumunun dəfn mərasimində iştirak etmək və ya ciddi xəstə olan yaxın qohumunu ziyarət etmək daxil olmaqla, humanitar əsasda səyahətlərinin zəruriliyini sübut edən sənədləri təqdim edən şəxslər və zəruri olarsa, belə şəxsləri müşayiət edənlər;
(h) mübadilə proqramları da daxil olmaqla təhsil kursları, seminarlar, konfranslar məqsədilə səyahət edən vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri;
(i) təqaüdçülər;
(j) 18 yaşadək xxxx uşaqlar və 21 yaşa qədər xxxx xxxxx uşaqlar;
(k) jurnalistlər və onları peşəkar səviyyədə müşayiət edən şəxslər.
3. Azərbaycan Respublikası və ya İsveçrə Konfederasiyası vizanın rəsmiləşdirilməsi üçün kənar xidmət təchizatçısı ilə əməkdaşlıq etdiyi halda, kənar xidmət təchizatçısı xidmətlər üçün rüsum ala bilər. Bu rüsum kənar xidmət təchizatçısı tərəfindən öz işlərinin icrası zamanı üzləşdiyi xərclərə mütənasib olmalı və 30 avrodan artıq olmamalıdır. Azərbaycan Respublikası və İsveçrə Konfederasiyası ərizəçilərə öz ərizələrini birbaşa onların konsulluqlarına təqdim etmək imkanını saxlayırlar.
İsveçrə Konfederasiyası üçün, kənar xidmət təchizatçısı öz əməliyyatlarını Viza Məcəlləsinə uyğun və Azərbaycan Respublikasının qanunvericiliyinə tam riayət etməklə həyata keçirir.
Azərbaycan Respublikası üçün, kənar xidmət təchizatçısı öz əməliyyatlarını Azərbaycan Respublikasının və İsveçrə Konfederasiyasının qanunvericiliklərinə uyğun olaraq həyata keçirir.
4. İsveçrənin Şengen qaydalarının həyata keçirilməsi, tətbiqi və inkişafı ilə bağlı olması səbəbindən, Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsinə dair 29 noyabr 2013-cü il tarixli Sazişdə nəzərdə tutulan rüsumlar Avropa İttifaqı tərəfindən ləğv ediləcəyi andan etibarən, bu maddənin 1-ci bəndində nəzərdə tutulan rüsumlar aradan qaldırılacaqdır.
Maddə 7
Viza ərizəsinə baxılma prosedurlarının müddəti
1. Azərbaycan Respublikasının və İsveçrə Konfederasiyasının diplomatik missiyaları və konsulluq bölmələri ərizənin və vizanın rəsmiləşdirilməsi üçün tələb olunan sənədlərin qəbulu tarixindən 10 təqvim günü ərzində vizanın rəsmiləşdirilməsi müraciəti ilə əlaqədar qərar qəbul edir.
2. Viza müraciəti ilə əlaqədar qərarın qəbul edilməsi müddəti fərdi hallarda, xüsusilə ərizə ilə bağlı əlavə araşdırmaya ehtiyac olduqda, 30 təqvim gününə qədər uzadıla bilər.
3. Viza müraciəti ilə əlaqədar qərarın qəbul edilməsi müddəti təxirəsalınmaz hallarda 2 iş gününə və ya ondan da az müddətə qədər azaldıla bilər.
4.Ərizəçilərdən ərizənin təqdim edilməsi üçün görüş təyin edilməsi tələb olunduğu təqdirdə, görüş, bir qayda olaraq, görüş üçün edilmiş müraciət tarixindən etibarən iki həftə ərzində baş tutmalıdır.
5. Əvvəlki cümləyə rəğmən, kənar xidmət təchizatçıları viza ərizələrinin, bir qayda olaraq, təxirə salınmadan təqdim edilməsini təmin edirlər. Əsaslandırılmış təxirəsalınmaz hallarda, konsulluq ərizəçiyə öz ərizəsini görüş təyin etmədən təqdim etməyə imkan yaradır və ya görüş dərhal təyin edilir.
Maddə 8
Sənədlərin itirilməsi və ya oğurlanması halında ölkədən çıxma
Azərbaycan Respublikasının və ya İsveçrə Konfederasiyasının ərazisində olduqları müddət ərzində öz şəxsiyyət sənədlərini itirən, yaxud bu sənədləri oğurlanan İsveçrə Konfederasiyası və Azərbaycan Respublikası vətəndaşları İsveçrə Konfederasiyasının və ya Azərbaycan Respublikasının diplomatik missiyaları və konsulluq bölmələri tərəfindən verilən, onlara sərhədi keçmək hüququ verən etibarlı şəxsiyyət sənədləri əsasında Azərbaycan Respublikasının və ya İsveçrə Konfederasiyasının ərazisini hər hansı viza və ya digər icazə olmadan tərk edə bilərlər.
Maddə 9
İstisna hallarda vizanın uzadılması
Fors-major səbəblərdən vizalarında qeyd olunan vaxtda Azərbaycan Respublikasının ərazisini və ya İsveçrə Konfederasiyasının ərazisini tərk edə bilməyən İsveçrə Konfederasiyası və Azərbaycan Respublikası vətəndaşlarının vizalarında göstərilən qalma müddəti İsveçrə Konfederasiyasının və ya Azərbaycan Respublikasının müvafiq milli qanunvericiliyinə uyğun olaraq, onların yaşadıqları Dövlətə qayıtmaları üçün tələb olunan müddətə rüsumsuz uzadılır.
Maddə 10
Diplomatik və biometrik xidməti pasportlar
1. Etibarlı diplomatik və biometrik xidməti pasportlara xxxxx xxxx Azərbaycan Respublikası və İsveçrə Konfederasiyası vətəndaşları İsveçrə Konfederasiyasının və ya Azərbaycan Respublikasının ərazisinə vizasız daxil ola, oranı tərk edə və tranzitlə keçə bilərlər.
2. 1-ci bənddə qeyd olunan şəxslər hər 180 günlük dövr ərzində 90 gündən artıq olmayan müddətdə Azərbaycan Respublikasının ərazisində və ya İsveçrə Konfederasiyasının ərazisində qala bilərlər. Azərbaycan Respublikası vətəndaşları üçün qalma müddətinin müəyyənləşdirilməsi baxımından, hər hansı digər Şengen üzvü xxxx dövlətdə qalma müddəti də 180 günlük müddət çərçivəsində nəzərə alınır.
Ekspertlərin görüşü
Azərbaycan Respublikasının və İsveçrə Konfederasiyasının nümayəndələri zəruri hallarda Tərəflərdən birinin müraciəti əsasında bu Sazişin həyata keçirilməsini müzakirə etmək, eləcə də zəruri olarsa, xüsusilə də Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsinə dair 29 noyabr 2013-cü il tarixli Sazişə edilə biləcək düzəlişlər fövqündə bu Sazişə düzəlişlər təklif etmək üçün görüşürlər.
Maddə 12
Məlumatın mühafizəsi
Bu Sazişin yerinə yetirilməsi üçün fərdi məlumatlar tələb olunarsa, bu məlumatlar Azərbaycan Respublikasının və İsveçrə Konfederasiyasının məlumatın mühafizəsinə dair qüvvədə olan milli qanunvericiliklərinə və hər iki Dövlətin tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müvafiq müddəalarına uyğun olaraq istifadə ediləcək və qorunacaqdır.
Maddə 13
Yekun müddəalar
1. Bu Saziş Tərəflərin müvafiq daxili prosedurlarına uyğun olaraq ratifikasiya və ya təsdiq ediləcək və Tərəflərin yuxanda qeyd olunan prosedurların tamamlanması barədə diplomatik kanallar vasitəsilə sonuncu yazılı bildirişi aldıqları tarixdən sonrakı ikinci ayın birinci günü qüvvəyə minəcəkdir.
2. Bu maddənin 1-ci bəndinə məhdudlaşdırıcı istisna olaraq, Azərbaycan Respublikası ilə İsveçrə Konfederasiyası arasında readmissiya haqqında Sazişin qüvvəyə minməsi tarixi bu maddənin 1-ci bəndində müəyyən edilmiş tarixdən sonrakı tarixə təsadüf edərsə, bu Xxxxx readmissiya haqqında sazişlə eyni zamanda qüvvəyə minəcəkdir.
3. Bu Saziş bu maddənin 6-cı bəndinə uyğun ləğv edilməyənə qədər qeyri- müəyyən müddətə bağlanılır.
4. Bu Sazişə Tərəflərin yazılı razılaşması ilə dəyişikliklər edilə bilər. Dəyişikliklər bu maddənin 1-ci bəndinə uyğun olaraq qüvvəyə minəcəkdir.
5. Tərəflərin hər biri ictimai asayiş, milli təhlükəsizliyin qorunması və ictimai sağlamlığın mühafizəsi məqsədilə bu Sazişi tam və ya qismən dayandıra bilər. Dayandırılma barədə qərar onun qüvvəyə minməsinə ən azı 48 saat qalmış digər Tərəfə bildirilməlidir. Bu Sazişin tətbiqini dayandıran Tərəf, dayandırma səbəbləri aradan qaldırıldığı halda digər Tərəfi dərhal məlumatlandıracaqdır.
6. Tərəflərin hər biri digər Tərəfə yazılı bildiriş göndərməklə bu Sazişi ləğv edə bilər. Bu Xxxxx belə bildirişin tarixindən altı ay sonra qüvvədən düşür.
Bern şəhərində 10 oktyabr 2016-cı il tarixində, iki nüsxədə, Azərbaycan, xxxxx və ingilis dillərində imzalanmışdır, bu mətnlərin hər biri bərabər autentikdir. Bu Sazişin təfsiri məqsədilə ingilis dilindəki mətndən istifadə ediləcəkdir.
Azərbaycan Respublikası |
İsveçrə Federal |
Hökuməti adından |
Şurası adından |
Xxxxx XXXXXXXXXXX, |
Xxxxxx XXXXXXXXXX, |
xarici işlər xxxxxx |
federal xxxxxxx, Federal Xarici İşlər |
|
Departamentinin rəhbəri |