Bakı şəh. “ ” 2022
Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə əcnəbi tələbə arasında ödənişli təhsil almaq haqqında
M Ü Q A V İ L Ə №
Bakı şəh. “ ” 2022
Azərbaycan Memarlıq və İnşaat Universiteti (Bundan sonra AzMIU adlandırılacaq) bir tərəfdən və bundan sonra “Əcnəbi tələbə” adlandırılacaq
vətəndaşı_
(ölkənin adı) (soyadı,adı və atasının adı)
digər tərəfdən aşağıdakı məzmunda müqavilə bağladılar:
1.Müqavilənin predmeti
AzMIU ödənişli əsaslarla əcnəbi tələbəyə Azərbaycan Respublikasının dövlət standartlarına cavab verən təhsil proqramları əsasında
təhsil səviyyəsinə uyğun
(ixtisasın adı)
ixtisası üzrə təhsil verməyi, əcnəbi tələbə isə seçdiyi ixtisas üzrə dövlət standartlarına uyğun təhsil almağı, hər tədris ili üçün manat (ABŞ dolları AR Milli Bankın məzənnəsinə uyğun) məbləğində təhsil haqqının təhsil müəssisəsinə ödənilməsini öhdəsinə götürür.
2.Tərəflərin vəzifələri 2.1.AzMIU :
2.1.1 Əcnəbi tələbə tədris ili başlananadək illik təhsil haqqının azı 50% təhsil müəssisəsinin hesabına köçürdükdən sonra onun təhsil müəssisəsinə qəbulu haqqında əmr verir.
2.1.2 Tədrisin dövlət təhsil standartlarına uyğun olaraq,ayrı-ayrı ixtisaslar üzrə hazırlanmış təhsil proqramları ilə müəyyən olunmuş kompetensiyalara (səriştələrə) uyğun mütəxəssis hazırlığını təmin edir.
2.1.3 Əcnəbi tələbəyə ödənişli əsaslarla təhsil xxxx Azərbaycan Respublikasının vətəndaşları üçün müəyyən olunmuş hüquq və təminatlardan istifadə etmək imkanı yaradır.
2.1.4 Əcnəbi tələbəni təhsil prosesi və daxili intizam qaydaları ilə xxxxx xxxx və ona hüquq və vəzifələrini izah edir.
2.1.5 Əcnəbi tələbə təhsilini uğurla başa vurduqdan sonra ona təhsil haqqında dövlət nümunəli sənəd verir.
2.2 Əcnəbi tələbə :
2.2.1 Seçdiyi ixtisas üzrə tədris planı əsasında təhsil almaqla tələb olunan kreditləri toplayır;
2.2.2 Təhsil haqqını illik əsaslarla tarixədək ödəyir.;
2.2.3 Təhsil müəssisəsinin daxili intizam qaydalarına riayət edir.
2.2.4 Azərbaycan Respublikasının təhsil müəssisələrinə əyani təhsilalma formasında qəbulu rəsmiləşdirildiyi tarixdən 90 (doxsan) gün müddətində Azərbaycan Respublikasının ərazisində yaşamalarını təsdiq edən sənədin surətini təhsil müəssisəsinə təqdim edir.
3.Müqavilənin əlavə şərtləri
3.1 Təhsil müəssisəsi aşağıdakı hallarda əcnəbi tələbə ilə bağlanmış bu müqaviləni ləğv etmək hüququna malikdir:
3.1.1 Daxili intizam qaydaları ilə qadağan edilmiş hallara yol verildikdə;
3.1.2 Müqavilə ilə müəyyənləşdirilmiş müddətdə təhsil haqqı ödənilmədikdə;
3.1.3 Barəsində azadlıqdan məhrumetmə ilə bağlı məhkəmə qərarı və Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarma haqqında qərar olduqda;
3.1.4 Azərbaycan Respublikasının ərazisində yaşamalarını təsdiq edən sənədin surətini bu Müqavilənin 2.2.4-cü yarımbəndi ilə müəyyən edilmiş müddətdə təhsil müəssisəsinə təqdim etmədikdə;
3.2 Əcnəbi tələbə hər hansı səbəbdən təhsilini davam etdirə bilmədiyi və ya istəmədiyi halda,habelə yuxarıda göstərilən əsaslara görə təhsil müəssisəsindən xaric olunduqda ödənilmiş təhsil xxxxx xxxx qaytarılmır.
3.3 Müqavilə şərtlərinin pozulması ilə bağlı tərəflər arasında yaranan mübahisələrə Azərbaycan Respublikasının məhkəmələrində baxılır.
3.4 Müqavilə Azərbaycan dilində olmaqla , 2 eyni nüsxədə tərtib edilmiş, bir nüsxəsi təhsil müəssisəsində əcnəbi tələbənin şəxsi işində, digər nüsxəsi isə əcnəbi tələbənin özündə saxlanılır.
AZMİU-nun rektoru
prof.X.X.XXXXXXXXX
(əcnəbi tələbənin.s.a.a)
Ü N V A N L A R
AZƏRBAYCAN MEMARLIQ
VƏ İNŞAAT UNİVERSİTETİ
BAKI şəh.X.Xxxxxxxxx xxx.№11 Tel : + 00000 000 00 00
+ 00000 000 00 00
+ 00000 000 00 00