MÜQAVILƏ №
MÜQAVILƏ №
Bakı şəhəri “ ” 20 -ci il
Bu müqavilə, bir tərəfdən «AZTELEKOM» IB (bundan sonra «Icraçı» ) rəis şəxsində
və digər tərəfdən (bundan sonra «Sifarişçi»)
şəxsində, aşağıdakı məzmunda imzalanmışdır.
1. Müqavilənin mövzusu və məqsədi
1.1 Bu müqavilə, «AZTELEKOM» IB-nin TAE fiber-optik kabel şəbəkəsi üzərindən «Sifarişçi»yə ITU-T G.703 standartlarına uyğun 2 Mb/s-ə qədər və 2 Mb/s daxil olmaqla E1 rəqəmsal rabitə kanallarının ayrılmasını tənzimləyəcəkdir.
1.2 Həmçinin «Sifarişçi» tərəfindən istifadə olunan 2 Mb/s-ə qədər və 2 Mb/s daxil olmaqla E1 rəqəmsal rabitə kanalların istismarı ilə əlaqədar «Icraçı»nın müvafiq ödəniş hesabları əsasında xidmət haqlarının ödənişini tənzimləyəcəkdir.
2. Kanalların istifadə haqqının ödəniş qaydaları
2.1 Istifadəyə verilmiş rəqəmsal rabitə kanallarından istifadə tarifləri və son məntəqədə birləşdirmə qaydaları bu müqavilə ilə müəyyən olunmuşdur.
2.2 İstifadəyə verilmiş kanallardan istifadə haqqı əvvəlcədən 1 (bir) aylıq ödəniş üzrə aparılır. Ödəniş hesab fakturalar alındıqdan sonra 15 gün ərzində aparılır.
2.3 Ödəmələr üçün Təsdiq olunmuş «III bölmə» «Şəhərlərarası və beynəlxalq telefon rabitəsi xidmətləri üçün tariflər», «Respublika daxilində təşkil olunan rəqəmsal rabitə kanallarının qoşulma və aylıq istifadə tarifləri» preyskurantı tətbiq olunacaqdır.
2.4 Tariflərdə hər hansı dəyişikliklər olarsa, bir ay müddətində «Sifarişçi»yə yazılı məlumat təqdim olunacaqdır. Yeni tariflər təsdiq olunduğu tarixdən və şərtlərə uyğun olaraq hesablarda əks olunacaqdır.
2.5 Əgər «Sifarişçi» vaxtında ödəniş etməzsə, o zaman müddəti keçmiş hər bir gün üçün 0,03 % həcmində (hesab fakturda göstərilən ümumi məbləğin 10 %-nə qədər ) əlavə haqq ödəyəcəkdir. Bu cərimə mübahisə doğuran və sifarişçinin xeyirinə həll olunan hesab fakturalara tətbiq olunmayacaqdır.
2.6 Rabitə xəttinin hər hansı bir xxxx xxx dayanması aylıq ödənişə mütənasib olaraq hesablanıb növbəti ayın hesab fakturasında nəzərə alınacaq.
3.Tərəflərin hüquqlarıvə vəzifələri
3.1 «Icraçı»nın hüquq və vəzifələri:
«Icraçı»-nın vəzifələri:
3.1.1 Ayrılmış fiber optik rəqəmsal kanalların (E1 portlarının) yüksək keyfiyyətli fasiləsiz işini təmin etmək;
3.1.2 Istifadəyə verilmiş rəqəmsal rabitə kanalları ilə bağlı hər hansı nasazlıq, xəttin kəsilməsi, onların səbəbləri və qeyd olunan kanalların normal işinin təmin olunması üçün tələb olunan müvafiq ölçü götürülməsi haqqında
«Sifarişçi»ni dərhal məlumatlandırmaq (telefonla və faksla 1 (bir) saatıərzində) ;
3.1.3 Istifadəyə verilmiş rabitə kanallarında lazımı profilaktik işlər haqqında «Sifarişçi»ni telefonla və ya faksla
7 gün əvvəlcədən məlumatlandırmaq;
«Icraçı»nın hüquqları:
3.1.4 Müqavilənin 2-ci maddəsində qeyd olunduğu kimi əgər «Sifarişçi» ödənişi vaxtında yerinə yetirməzsə, istifadəyə verilmiş rabitə kanallarının işini xəbərdarlıq etdikdən sonra dayandırmaq.
3.1.5 Müqavilənin 1-ci maddəsində göstərilən şərtlərə uyğun olaraq «Sifarişçi»dən istifadəyə verilmiş rabitə kanallarının istismar etməsini tələb etmək;
3.1.6 «Icraçı»ın razılığıolmadan istifadəyə verilmiş rabitə kanallarının hər hansı üçüncü tərəfə istifadəyə verilməməsi üçün «Sifarişçi»dən zəmanət tələb etmək;
3.1.7 Əgər «Sifarişçi» tərəfindən müqavilənin bəndlərinin pozulması faktları aşkar edərsə , «Icraçı» tərəfindən
«Sifarişçi»yə yazılı məlumat təqdim etməklə kanalın işini dayandırmaq;
3.1.8 Əgər ödəniş yerinə yetirilmirsə, müqaviləni birtərəfli qaydada dayandırmaq (müqavilənin birtərəfli qaydada dayndırılması «Sifarişçi»ni mövcud borclardan azad etmir);
3.2 Sifarişçinin hüquq və vəzifələri:
«Sifarişçi»nin vəzifələri
3.2.1 «Sifarişçi» bu müqavilənin 1 maddəsində qeyd olunan şərtlərə uyğun olaraq istifadəyə verilmiş rabitə kanallarını istismar edəcəkdir;
3.2.2 «Sifarişçi» istifadəyə verilmiş rabitə kanallarından bu müqavilədə nəzərdə tutulmayan məqsədlər üçün
«Icraçı»nın razılığıolmadan istifadə etmir;
3.2.3 «Sifarişçi» müqaviləyə uyğun olaraq müəyyən olunmuş ödənişi yerinə yetirir;
3.2.4 «Sifarişçi» «Icraçı»nın razılığıolmadan istifadəyə verilmiş rabitə kanallarını 3-cü tərəfin istifadəsinə vermir;
3.2.5 Son mildə quraşdıracağı avadanlıqlara «Icraçı»nın müvafiq strukturları tərəfindən istənilən vaxt məhdudiyyət qoyulmadan baxışın keçirilməsi üçün «Sifarişçi» tərəfindən şərait yaradılmalıdır;
3.2.6 «Sifarişçi» rəqəmsal kanalların son milədən daşınmasını təmin edir;
«Sifarişçi»nin hüquqları
3.2.7 «Icraçı» xxx istifadə üçün ayrılmış rəqəmsal rabitə kanalının yüksək keyfiyyətli, fasiləsiz işinin təmin olunmasını tələb etmək ;
3.2.8 Ayrılmış rabitə kanalının işində meydana çıxan hər hansı kəsilmə və nasazlıqların səbəbləri haqqında sorğu etmək və «Icraçı»xxx müvafiq məlumatı almaq;
3.2.9 «Sifarişçi» istifadəyə verilmiş rəqəmsal rabitə kanallarının digər istiqamətlərə daşınmasını ona məxsus transmissiya avadanlığı( SDH, RRL, DSL, MUX və s.) vasitəsi ilə təmin edir;
4. Tərəflərin məsuliyyəti:
4.1 «Icraçı» maddə 5-də qeyd olunan fövqəladə hallar istisna olmaqla, «Sifarişçi» tərəfindən istifadə olunan fiber-optik rabitə kanalının yüksək keyfiyyətli, fasiləsiz işi üçün məsuliyyət daşıyır.
4.2 Maddə 5-də qeyd olunan hallar istisna olmaqla boş dayanmalar və digər texniki qəza halları nəticəsində rabitənin kəsildiyi təqdirdə, «Icraçı» həmin dayandırılma ilə bağlı ödənişi növbəti ay üzrə hesab fakturada nəzərə alır.
5.Fors-Major
5.1 Bu müqavilədə müəyyən olunan hallardan başqa baş verəcək hər hansı hadisə nəticəsində müqavilənin birbaşa və ya bilavasitə başqa səbəbdən yerinə yetirilib və ya yetirilməməsinə görə heç bir tərəf məsulliyyət daşımır. Tərəfin şüurlu nəzarətindən kənarda baş verən belə hadisələrə təbii fəlakətlər; daşqınlar, müharibə, yanğın, ümumi xarakter daşıyan tətillər, üsyanlar aid olunur və bunun üçün tərəflər heç bir məsuliyyət daşımır.
5.2 Fors-major yarandıqdan sonra həmin tərəf dərhal ikinci tərəfə məlumat verməlidir və belə bir vəziyyətin qarşısının alınmasıüçün mümkün xxxx tədbirlər görməlidir.
6. Müqavilənin müddəti və dəyişikliklər edilməsi
6.1 Bu müqavilə imzalandığı tarixdən etibarən 1 (bir) il müddətində qüvvədədir.
6.2 Müqavilənin müddətinin qurtarmasına 30 (otuz) gün qalmış onun ləğv olunması haqqında tərəflərdən biri təklif verməzsə, müqavilə sonrakı1 (bir) il üçün həmin şərtlərlə uzadılmış hesab olunur.
6.3. «Sifarişçi» xidmətdən imtina etmək istədiyi təqdirdə «Icraçıya» 30 gün əvvəlcədən yazılı sürətdə xəbərdarlıq edərək, xxxx və növbəti ayın abunə haqqını ödəmək şərtilə müqaviləyə xitam verə bilər.
6.4. Bu müqaviləyə hər hansı əlavələr və dəyişikliklər olduqda onun ayrılmaz hissəsi sayılan yazılı Əlavə Razılaşma ilə rəsmiləşdirilir.
6.5. Bu müqavilədə göstərilmiş rabitə kanallarından əlavə tutumlar istifadəyə götürülərsə (və ya istismardan çıxarılarsa) müvafiq dəyişikliklər aparılılır.
7.Mübahisələrin həlli
7.1 Tərəflər, bu müqavilənin yerinə yetirilməsi zamanı meydana çıxan hər hansı anlaşılmazlıqların və ya ziddiyyətli halların tənzimlənməsi üçün birbaşa danışıqlar aparmaq yolu ilə əllərindən gələni əsirgəməməlidirlər.
7.2 Əgər tərəflər qarşılıqlı anlaşma əldə etməsələr meydana çıxan mübahisəli məsələlər ilə əlaqədar yaranmış ziddiyyətli hallara və anlaşılmazlıqlara qüvvədə xxxx qanunvericiliyə uyğun olaraq Beynəlxalq müqavilələrdən irəli gələn mübahisələr üzrə Iqtisad məhkəməsində baxılacaq.
8. Məxfi məlumat
8.1 Müqaviləyə uyğun olaraq xidmətin göstərilməsi ilə əlaqədar tərəflər alınmış bütün informasiya məxfi hesab olunacaq və göstərilən xidmət üzrə bu müqavilədə nəzərdə tutulan şərtlərdən başqa digər məqsədlər üçün istifadə olunmayacaqdır və bubarədə hər hansı 3-cü tərəfə məlumat verilməyəcək.