AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
"Azərbaycan Respublikası Hökuməti ilə Norveç Krallığı Hökuməti arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında" Sazişin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
“Azərbaycan Respublikası Hökuməti ilə Norveç Krallığı Hökuməti arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında” 2014-cü il dekabrın 3-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.
Xxxxx XXXXXX,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 mart 2015-ci il
№ 1219-IVQ
Azərbaycan Respublikası Hökuməti ilə Norveç Krallığı Hökuməti arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında
SAZİŞ
Bundan sonra “Tərəflər” adlandırılacaq Azərbaycan Respublikası Hökuməti və Norveç Krallığı Hökuməti,
Azərbaycan Respublikası və Norveç Krallığı vətəndaşları üçün vizaların rəsmiləşdirilməsinin qarşılılıq prinsipi əsasında sadələşdirilməsi vasitəsilə iqtisadi, humanitar, mədəni, xxxx və digər əlaqələrin davamlı inkişafı üçün vacib şərt xxxx insanlar arasında təmasların asanlaşdırılmasını arzu edərək;
viza sadələşdirilməsinin qanunsuz miqrasiya ilə nəticələnməli olmadığını qəbul edərək və təhlükəsizlik və readmissiyaya xüsusi diqqət verərək; aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Məqsədi və tətbiq dairəsi
Bu Sazişin məqsədi Azərbaycan Respublikası və Norveç Krallığı vətəndaşlarına hər 180 gün ərzində 90 gündən xxx olmayan müddətə nəzərdə tutulmuş qalma üçün vizaların rəsmiləşdirilməsini qarşılılıq prinsipi əsasında sadələşdirməkdir.
Maddə 2
Ümumi müddəa
1. Bu Sazişdə müəyyən edilən viza sadələşdirmələri yalnız Azərbaycan Respublikasının və Norveç Krallığının qanun və qaydaları ilə, bu Saziş və digər beynəlxalq sazişlərlə viza tələbindən azad olunmayan Azərbaycan Respublikası və Norveç Krallığı vətəndaşlarına tətbiq edilir.
2. Vizanı rəsmiləşdirməkdən imtina, səyahət sənədlərinin tanınması, yaşayış üçün kifayət qədər vəsaitin olmasının sübutu, girişə qadağa və çıxarılma tədbirləri kimi, bu Sazişin müddəaları ilə tənzimlənməyən məsələlərə Azərbaycan Respublikasının və ya Norveç Krallığının milli qanunvericiliyi tətbiq edilir.
Maddə 3
Anlayışlar
Bu Sazişin məqsədi üçün:
a) “Azərbaycan Respublikasının vətəndaşı” dedikdə, Azərbaycan Respublikasının qüvvədə xxxx qanunvericiliyinə uyğun olaraq, Azərbaycan Respublikasının vətəndaşlığına mənsub xxxx hər hansı şəxs nəzərdə tutulur.
b) “Norveç Krallığı vətəndaşı” dedikdə, Norveç Krallığının qüvvədə xxxx qanunvericiliyinə uyğun olaraq, Norveç Krallığının vətəndaşlığına mənsub xxxx hər hansı şəxs nəzərdə tutulur.
c) “Viza” dedikdə Azərbaycan Respublikasının və ya Norveç Krallığının ərazisindən tranzit qaydada keçmək və ya onların ərazisində hər 180 gün ərzində 90 gündən xxx olmayan müddətə qalma üçün Azərbaycan Respublikası və ya Norveç Krallığı tərəfindən rəsmiləşdirilmiş icazə nəzərdə tutulur.
Azərbaycan Respublikası vətəndaşları üçün qalma müddətinin müəyyənləşdirilməsi baxımından, Şengen qaydalarını tam tətbiq edən hər hansı digər ölkədə qalma müddəti də 180 günlük müddət çərçivəsində nəzərə alınır.
d) “Qanuni yaşayan şəxs” dedikdə aşağıdakılardan biri nəzərdə tutulur:
Azərbaycan Respublikasına münasibətdə, Azərbaycan Respublikasının ərazisində etibarlılıq müddəti 90 gündən artıq xxxx müvəqqəti və ya daimi yaşamaq icazəsini əldə etmiş Norveç Krallığı vətəndaşı, Norveç Krallığına münasibətdə, Norveç Krallığının ərazisində 90 gündən xxx qalmaq icazəsi almış və ya hüququnu əldə etmiş Azərbaycan Respublikası vətəndaşı.
Maddə 4
Səfərin məqsədi ilə bağlı sənədli əsas
1. Aşağıdakı kateqoriyadan xxxx Azərbaycan Respublikası və Norveç Krallığı vətəndaşları üçün aşağıdakı sənədlər digər Tərəfə səfərin məqsədini təsdiq etmək üçün kifayətdir:
(a) Azərbaycan Respublikası ərazisində qanuni yaşayan Norveç Krallığı vətəndaşlarını, yaxud Norveç Krallığı ərazisində qanuni yaşayan Azərbaycan Respublikası vətəndaşlarını, yaxud Azərbaycan Respublikası ərazisində yaşayan Azərbaycan Respublikası vətəndaşlarını, yaxud da Norveç Krallığı ərazisində yaşayan Norveç Krallığı vətəndaşlarını ziyarət edən yaxın qohumlar - ər/arvad, uşaqlar (övladlığa götürülmüşlər daxil olmaqla), valideynlər (qəyyumlar daxil olmaqla), babalar, nənələr və nəvələr üçün:
qəbul edən şəxsin yazılı müraciəti;
(b) 10-cu maddəyə xələl gətirmədən Azərbaycan Respublikasına və Norveç Krallığına ünvanlanmış rəsmi dəvətnaməyə əsasən rəsmi görüşlər, məsləhətləşmələr, danışıqlar və ya mübadilə proqramlarında, o cümlədən hökumətlərarası təşkilatlar tərəfindən Azərbaycan Respublikasının və ya Norveç Krallığının ərazisində təşkil edilən tədbirlərdə iştirak edəcək rəsmi nümayəndə heyətlərinin üzvləri, o cümlədən belə nümayəndə heyətlərinin daimi üzvləri üçün:
Azərbaycan Respublikası və ya Norveç Krallığının səlahiyyətli orqanı tərəfindən verilmiş, yuxarıda göstərilən tədbirdə iştirak etmək üçün digər Tərəfin ərazisinə səfər edən ərizəçinin onun nümayəndə heyətinin üzvü olmasını təsdiq edən və rəsmi dəvətnamənin surəti ilə müşayiət olunan məktub;
(c) iş adamları və kommersiya təşkilatlarının nümayəndələri üçün:
qəbul edən hüquqi şəxs və ya şirkət, təşkilat və ya müəssisə və ya belə hüquqi şəxsin və ya şirkətin ofisi və ya filialının və ya Azərbaycan Respublikasının və ya Norveç Krallığının dövlət və yerli hakimiyyət orqanlarının və ya Azərbaycan Respublikasının və ya Norveç Krallığının ərazisində keçirilən ticarət və sənaye sərgilərinin, konfrans və simpoziumların təşkilat komitələrinin müvafiq səlahiyyətli orqan tərəfindən milli qanunvericiliyə uyğun olaraq təsdiq olunmuş yazılı müraciəti;
(d) Azərbaycan Respublikasında və ya Norveç Krallığında qeydiyyatdan keçmiş nəqliyyat vasitələrində Azərbaycan Respublikası və Norveç Krallığı arasında beynəlxalq yükdaşımanı və sərnişindaşıma xidmətlərini həyata keçirən sürücülər üçün:
beynəlxalq yol nəqliyyatını təmin edən Azərbaycan Respublikasının və ya Norveç Krallığının milli yükdaşıma şirkəti və ya assosiasiyasının (birliyinin) səyahətlərin məqsədi, marşrutu, müddəti və müntəzəmliyini əks etdirən yazılı müraciəti;
(e) mübadilə proqramları da daxil olmaqla, təlim və ya təhsil kursları, eləcə də məktəblə bağlı fəaliyyət məqsədləri ilə səyahət edən şagird, tələbə, doktorantlar və müşayiət edən müəllimlər üçün:
qəbul edən universitetin, akademiyanın, institutun, kollecin və ya məktəbin yazılı müraciəti və ya qəbul haqqında şəhadətnaməsi və ya tələbə vəsiqəsi və ya kurslarda iştirak haqqında şəhadətnamə;
(f) universitet və digər mübadilə proqramları da daxil olmaqla xxxx, mədəni və incəsənət tədbirlərində iştirak edən şəxslər üçün:
qəbul edən təşkilatın bu tədbirlərdə iştirak üçün yazılı müraciəti;
(g) jurnalistlər və onları peşəkar səviyyədə müşayiət edən texniki heyət üçün:
peşəkar təşkilat və ya müraciət etmiş şəxsin işəgötürəni tərəfindən verilmiş sözügedən şəxsin ixtisaslı jurnalist olduğunu sübut edən və səyahətin məqsədinin jurnalist işinin yerinə yetirilməsi olduğunu əks etdirən və ya jurnalisti peşəkar səviyyədə müşayiət edən texniki heyətin üzvü olduğunu sübut edən şəhadətnamə və ya digər sənəd;
(h) beynəlxalq idman tədbirlərinin iştirakçıları və onları peşəkar səviyyədə müşayiət edən şəxslər üçün:
Azərbaycan Respublikası və ya Norveç Krallığının qəbul edən təşkilatı, səlahiyyətli orqanları, milli idman federasiyaları və Azərbaycan Respublikasının və ya Norveç Krallığının Milli Olimpiya Komitəsinin yazılı müraciəti;
(i) qardaşlaşmış şəhərlər tərəfindən təşkil edilən rəsmi mübadilə proqramlarının iştirakçıları üçün:
bu şəhərlərin icra hakimiyyətləri başçılarının/merlərin yazılı müraciəti;
(j) tibbi məqsədlərlə səyahət edən şəxslər və zərurətlə əlaqədar onları müşayiət edən şəxslər üçün:
tibb müəssisəsinin bu müəssisədə tibbi müayinəni və müalicəni və müşayiət olunmanın zəruriliyini təsdiq edən rəsmi sənədi və tibbi müalicəni ödəmək üçün yetərli maliyyə vəsaitinin olduğu barədə təsdiqləyici sənədlər;
(k) Azərbaycan Respublikası və ya Norveç Krallığının ərazisində keçirilən beynəlxalq sərgi, konfrans, simpozium, seminar və digər oxşar tədbirlərdə iştirak edən ixtisas sahibləri üçün:
qəbul edən təşkilatın sözügedən şəxsin tədbirdə iştirakını təsdiq edən yazılı müraciəti;
(l) mübadilə proqramları da daxil olmaqla təlim kursları, seminarlar və konfranslarda iştirak məqsədi ilə səyahət edən vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri üçün:
qəbul edən təşkilatın verdiyi yazılı müraciət, şəxsin vətəndaş cəmiyyəti təşkilatını təmsil etməsinə dair təsdiqedici sənəd və bu təşkilatın qeydiyyatı haqqında dövlət reyestrindən müvafiq dövlət orqanı tərəfindən milli qanunvericiliyə əsasən verilmiş çıxarış;
(m) dəfn mərasimləri üçün səyahət edən qohumlar:
ölüm faktını, eləcə də ərizəçi ilə dəfn olunan şəxs arasında ailə və ya digər qohumluq əlaqələrini təsdiq edən rəsmi sənəd;
(n) hərbi və mülki qəbiristanlıqları ziyarət üçün:
məzarın mövcudluğu və qalmasını, eləcə də ərizəçi ilə dəfn olunan şəxs arasında ailə və ya digər qohumluq əlaqələrini təsdiq edən rəsmi sənəd.
2. Bu maddənin 1-ci bəndində qeyd olunan yazılı müraciətə aşağıdakı məlumat daxil olmalıdır:
a) dəvət edilən şəxs üçün: ad və soyad, doğum tarixi, cins, vətəndaşlıq, pasport nömrəsi, səfərin vaxtı və məqsədi, girişlərin sayı və zəruri olduqda, dəvət edilən şəxsi müşayiət edəcək ərinin/arvadının və uşaqlarının adları;
b) dəvət edən şəxs üçün: ad, xxxxx və ünvan;
c) dəvət edən hüquqi şəxs, şirkət və ya təşkilat üçün: tam ad və ünvan və:
müraciət təşkilat və ya səlahiyyətli orqan tərəfindən edildikdə, müraciəti
imzalamış şəxsin adı və vəzifəsi;
dəvət edən Azərbaycan Respublikasının və ya Norveç Krallığının ərazisində yaradılmış hüquqi şəxs və ya şirkət və ya belə hüquqi şəxsin və ya şirkətin ofisi və ya filialı olduqda, Azərbaycan Respublikasının və ya Norveç Krallığının aidiyyəti milli qanunvericiliyi ilə tələb edilən qeydiyyat nömrəsi.
3. Bu maddənin 1-ci bəndində qeyd olunan kateqoriyalı şəxslər üçün bütün kateqoriyalardan xxxx vizalar Tərəflərin qanunvericiliyi ilə müəyyən edilmiş səfərin məqsədi ilə bağlı hər hansı digər əsas, dəvət və ya təsdiq tələb edilmədən sadələşdirilmiş prosedura uyğun rəsmiləşdirilir.
Maddə 5
Çoxdəfəli giriş vizalarının rəsmiləşdirilməsi
1. Azərbaycan Respublikasının və Norveç Krallığının diplomatik missiyaları və konsulluq bölmələri aşağıdakı kateqoriyadan xxxx vətəndaşlara 5 il etibarlılıq müddəti xxxx çoxdəfəli giriş vizaları rəsmiləşdirir:
(a) Azərbaycan Respublikası ərazisində qanuni yaşayan Norveç Krallığı vətəndaşlarını, yaxud Norveç Krallığı ərazisində qanuni yaşayan Azərbaycan Respublikası vətəndaşlarını, yaxud Azərbaycan Respublikası ərazisində yaşayan Azərbaycan Respublikası vətəndaşlarını, yaxud da Norveç Krallığı ərazisində yaşayan Norveç Krallığı vətəndaşlarını ziyarət edən əri/arvadı, yaşı 21-dən aşağı xxxx və ya xxxxx xxxx uşaqlar (övladlığa götürülmüşlər daxil olmaqla), valideynlər (qəyyumlar daxil olmaqla), babalar, nənələr və nəvələr;
(b) Azərbaycan Respublikası və ya Norveç Krallığına ünvanlanmış rəsmi dəvətnaməyə əsasən görüşlər, məsləhətləşmələr, danışıqlar və ya mübadilə proqramlarında, o cümlədən hökumətlərarası təşkilatlar tərəfindən Azərbaycan Respublikasının və ya Norveç Krallığının ərazisində təşkil edilən tədbirlərdə mütəmadi olaraq iştirak etməli xxxx rəsmi nümayəndə heyətlərinin daimi üzvləri.
Birinci cümləyə məhdudlaşdırım istisna olaraq, əgər mütəmadi və ya müntəzəm səfər etmə niyyəti açıq-aydın şəkildə daha qısa müddətlə məhdudlaşarsa, çoxdəfəli giriş vizasının etibarlılığı həmin müddətlə məhdudlaşacaqdır, xüsusilə əgər:
(a) bəndində istinad edilən şəxslərin halında, Azərbaycan Respublikası vətəndaşlarının Norveç Krallığında və ya Norveç Krallığı vətəndaşlarının Azərbaycan Respublikasında qanuni yaşamaq üçün icazələrinin etibarlılığı müddəti
(b) bəndində istinad edilən şəxslərin halında, rəsmi nümayəndə heyətinin daimi üzvü statusunun qüvvədə olma müddəti
beş ildən az olarsa.
2. Azərbaycan Respublikasının və Norveç Krallığının diplomatik missiyaları və konsulluq bölmələri əvvəlki il ərzində ən azı bir viza əldə etmiş və səfər etdikləri ölkənin giriş və qalma qaydalarına uyğun tərzdə ondan istifadə etmiş aşağıdakı kateqoriya vətəndaşlara etibarlılıq müddəti bir il xxxx çoxdəfəli giriş vizalarını rəsmiləşdirirlər:
(a) mübadilə proqramları da daxil olmaqla, təlim və ya təhsil kursları məqsədləri ilə mütəmadi olaraq səyahət edən tələbələr və doktorantlar;
(b) jurnalistlər və onları peşəkar səviyyədə müşayiət edən texniki heyət;
(c) qardaşlaşmış şəhərlər tərəfindən təşkil edilmiş rəsmi mübadilə proqramlarının iştirakçıları;
(d) Azərbaycan Respublikasında və ya Norveç Krallığında qeydiyyatdan keçmiş nəqliyyat vasitələrində Azərbaycan Respublikası və Norveç Krallığı arasında beynəlxalq yükdaşımam və sərnişindaşıma xidmətlərini həyata keçirən sürücülər;
(e) tibbi məqsədlərlə mütəmadi səyahət etmək ehtiyacı xxxx şəxslər və zərurətlə əlaqədar onları müşayiət edən şəxslər;
(f) Azərbaycan Respublikasına və ya Norveç Krallığına mütəmadi səfər edərək beynəlxalq sərgi, konfrans, simpozium, seminar və digər oxşar tədbirlərdə iştirak edən ixtisas sahibləri;
(g) mübadilə proqramları da daxil olmaqla təhsil kursları, seminarlar, konfranslar məqsədi ilə mütəmadi olaraq Azərbaycan Respublikasına və ya Norveç Krallığına səyahət edən vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri;
(h) Azərbaycan Respublikasına və ya Norveç Krallığına mütəmadi səfər edən iş adamları və kommersiya təşkilatlarının nümayəndələri;
(i) Azərbaycan Respublikasına və ya Norveç Krallığına mütəmadi səfər edən, universitet və digər mübadilə proqramları da daxil olmaqla, xxxx, mədəni və incəsənət tədbirlərində iştirak edən şəxslər;
(j) beynəlxalq idman tədbirlərinin iştirakçıları və onları peşəkar səviyyədə müşayiət edən şəxslər;
(k) Azərbaycan Respublikası və ya Norveç Krallığına ünvanlanmış rəsmi dəvətnaməyə əsasən görüşlər, məsləhətləşmələr, danışıqlar və ya mübadilə proqramlarında, eləcə də hökumətlərarası təşkilatlar tərəfindən Azərbaycan Respublikasının və ya Norveç Krallığının ərazisində təşkil edilən tədbirlərdə mütəmadi olaraq iştirak etməli xxxx rəsmi nümayəndə heyətlərinin üzvləri.
3. Azərbaycan Respublikasının və Norveç Krallığının diplomatik missiyaları və konsulluq bölmələri bu maddənin 2-ci bəndində istinad edilən kateqoriyalardan xxxx şəxslərə, həmin şəxslər əvvəlki iki il ərzində bir illik çoxdəfəli giriş vizalarından səfər etdikləri Dövlətin giriş və qalma haqqında qanunlarına uyğun tərzdə istifadə etdikdə, ən azı 2 il və ən çoxu 5 il etibarlılıq müddəti xxxx çoxdəfəli giriş vizaları rəsmiləşdirirlər. Xxxxx əgər mütəmadi və ya müntəzəm səfər etmə niyyəti açıq-aydın şəkildə daha qısa müddətlə məhdudlaşarsa, çoxdəfəli giriş vizasının etibarlılığı həmin müddətə məhdudlaşdırılacaqdır.
4. Bu maddənin 1-3-cü bəndlərində istinad edilən şəxslərin Azərbaycan Respublikasının və ya Norveç Krallığının ərazisində ümumi qalma müddəti hər 180 gün ərzində 90 gündən artıq olmamalıdır. Azərbaycan Respublikası vətəndaşları üçün qalma müddətinin müəyyənləşdirilməsi baxımından, Şengen qaydalarını tam tətbiq edən hər hansı digər ölkədə qalma müddəti də 180 günlük müddət çərçivəsində nəzərə alınır.
Maddə 6
Viza ərizələrinə baxılması üçün rüsumlar
1. Viza ərizələrinə baxılması üçün rüsumun məbləği 35 avrodur.
Yuxarıda qeyd olunan məbləğə 13(4) maddəsində müəyyən edilmiş prosedura uyğun olaraq yenidən baxıla bilər.
2. Bu maddənin 3-cü bəndinə xələl gətirmədən, aşağıdakı kateqoriyalardan xxxx şəxslər viza ərizəsinə baxılması üçün rüsumdan azad edilirlər:
(a) Azərbaycan Respublikası ərazisində qanuni yaşayan Norveç Krallığı vətəndaşlarının, yaxud Norveç Krallığı ərazisində qanuni yaşayan Azərbaycan Respublikası vətəndaşlarının, yaxud Azərbaycan Respublikası ərazisində yaşayan Azərbaycan Respublikası vətəndaşlarının, yaxud da Norveç Krallığı ərazisində yaşayan Norveç Krallığı vətəndaşlarının yaxın qohumları - ər və ya arvad, uşaqlar (övladlığa götürülmüşlər daxil olmaqla), valideynlər (qəyyumlar daxil olmaqla), babalar, nənələr və nəvələr;
(b) Azərbaycan Respublikası və ya Norveç Krallığına ünvanlanmış rəsmi dəvətnaməyə əsasən rəsmi görüşlər, məsləhətləşmələr, danışıqlar və ya mübadilə proqramlarında, o cümlədən hökumətlərarası təşkilatlar tərəfindən Azərbaycan Respublikasının və ya Norveç Krallığının ərazisində təşkil edilən tədbirlərdə iştirak edəcək rəsmi nümayəndə heyətlərinin üzvləri, o cümlədən daimi üzvləri;
(c) mübadilə proqramları da daxil olmaqla, təhsil və ya təlim kursları, eləcə də məktəblə bağlı fəaliyyət məqsədləri ilə səyahət edən şagird, tələbə, aspirantlar və müşayiət edən müəllimlər;
(d) fəaliyyət qabiliyyəti olmayan şəxslər və zəruri hallarda, onları müşayiət edən şəxslər;
(e) beynəlxalq idman tədbirlərinin iştirakçıları və onları peşəkar səviyyədə müşayiət edən şəxslər;
(f) universitet və digər mübadilə proqramları da daxil olmaqla xxxx, mədəni və incəsənət tədbirlərində iştirak edən şəxslər;
(g) təcili tibbi müalicə almaq, yaxın qohumunun dəfn mərasimində iştirak etmək və ya ciddi xəstə olan yaxın qohumunu ziyarət etmək daxil olmaqla, humanitar əsasda səyahətlərinin zəruriliyini sübut edən sənədləri təqdim edən şəxslər və belə şəxsləri müşayiət edənlər;
(h) mübadilə proqramları da daxil olmaqla təhsil kursları, seminarlar, konfranslar məqsədi ilə səyahət edən vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri;
(i) təqaüdçülər;
(j) 18 yaşadək xxxx uşaqlar və 21 yaşa qədər xxxx xxxxx uşaqlar;
(k) jurnalistlər və onları peşəkar səviyyədə müşayiət edən şəxslər.
3. Azərbaycan Respublikası və ya Norveç Krallığı vizanın rəsmiləşdirilməsi üçün kənar xidmət təchizatçısı ilə əməkdaşlıq etdiyi halda, kənar xidmət təchizatçısı xidmətlər üçün rüsum ala bilər. Bu rüsum kənar xidmət təchizatçısı tərəfindən öz işlərinin icrası zamanı üzləşdiyi xərclərə mütənasib olmalı və 30 avrodan artıq olmamalıdır. Azərbaycan Respublikası və Norveç Krallığı ərizəçilərə öz ərizələrini birbaşa onların konsulluqlarına təqdim etmək imkanını saxlayırlar.
Norveç Krallığı üçün, kənar xidmət təchizatçısı öz əməliyyatlarının Viza Məcəlləsinə uyğun və Azərbaycan Respublikasının qanunvericiliyinə tam riayət etməklə həyata keçirir.
Azərbaycan Respublikası üçün, kənar xidmət təchizatçısı öz əməliyyatlarını Azərbaycan Respublikasının və Norveç Krallığının qanunvericiliyinə uyğun olaraq həyata keçirir.
Maddə 7
Viza ərizəsinə baxılması prosedurlarının müddəti
1. Azərbaycan Respublikasının və Norveç Krallığının diplomatik missiyaları və konsulluq bölmələri ərizənin və vizanın rəsmiləşdirilməsi üçün tələb olunan sənədlərin qəbulu tarixindən 10 təqvim günü ərzində vizanın rəsmiləşdirilməsi müraciəti ilə əlaqədar qərar qəbul edir.
2. Viza müraciəti ilə əlaqədar qərarın qəbul edilməsi müddəti fərdi hallarda, xüsusilə ərizə ilə bağlı əlavə araşdırmaya ehtiyac olduqda, 30 təqvim gününə qədər uzadıla bilər.
3. Viza müraciəti ilə əlaqədar qərarın qəbul edilməsi müddəti təxirəsalınmaz hallarda 2 iş gününə və ya ondan da az müddətə qədər azaldıla bilər.
Maddə 8
Sənədlərin itirilməsi, yararsız hala düşməsi
və ya oğurlanması halında ölkədən çıxma
Azərbaycan Respublikasının və ya Norveç Krallığının ərazisində olduqları müddət ərzində öz şəxsiyyət sənədlərini itirən, yaxud bu sənədləri oğurlanan və ya yarasız hala düşən Norveç Krallığı və Azərbaycan Respublikası vətəndaşları Norveç Krallığının və ya Azərbaycan Respublikasının diplomatik missiyaları və konsulluq bölmələri tərəfindən verilən, onlara sərhədi keçmək hüququ verən etibarlı şəxsiyyət sənədləri əsasında Azərbaycan Respublikasının və ya Norveç Krallığının ərazisini hər hansı viza və ya digər icazə olmadan tərk edə bilərlər.
Maddə 9
İstisna hallarda vizanın uzadılması
Fors-major səbəblərdən vizalarında qeyd olunan vaxtda Azərbaycan Respublikasının ərazisini və ya Norveç Krallığının ərazisini tərk edə bilməyən Norveç Krallığı və Azərbaycan Respublikası vətəndaşlarının vizalarında göstərilən qalma müddəti Azərbaycan Respublikasının və ya Norveç Krallığının tətbiq etdiyi qanunvericiliyə uyğun olaraq, onların yaşadıqları Dövlətə qayıtmaları üçün tələb olunan müddətə rüsumsuz uzadılır.
Diplomatik pasportlar
1. Etibarlı diplomatik pasportlara xxxxx xxxx Azərbaycan Respublikası və Norveç Krallığı vətəndaşları Azərbaycan Respublikasının və ya Norveç Krallığının ərazisinə vizasız daxil ola, oranı tərk edə və tranzit keçə bilərlər.
2. 1-ci bənddə qeyd olunan şəxslər hər 180 gün ərzində 90 gündən artıq olmayan müddətdə Azərbaycan Respublikasının ərazisində və ya Norveç Krallığının ərazisində qala bilərlər. Azərbaycan Respublikası vətəndaşları üçün qalma müddətinin müəyyənləşdirilməsi baxımından, Şengen qaydalarını tam tətbiq edən hər hansı digər ölkədə qalma müddəti də 180 günlük müddət çərçivəsində nəzərə alınır.
Yerdəyişmə hüququ
Azərbaycan Respublikasının və Norveç Krallığının milli təhlükəsizliyi ilə bağlı milli qanun və qaydalarına uyğun olaraq, Azərbaycan Respublikası vətəndaşlarına və Norveç Krallığı vətəndaşlarına Norveç Krallığının və ya Azərbaycan Respublikasının ərazisində Norveç Krallığının və Azərbaycan Respublikasının vətəndaşlarına bərabər əsaslarla səyahət etmək hüququ verilir.
Maddə 12
Sazişin idarə edilməsi üçün Birgə Komitə
1. Tərəflər Azərbaycan Respublikasının və Norveç Krallığının nümayəndələrindən ibarət olacaq ekspertlərin Birgə Komitəsini (bundan sonra “Komitə” adlandırılacaq) yarada bilərlər.
2. Komitə xüsusilə aşağıdakı məsələlərə baxacaqdır:
a) hazırkı Sazişin icrasına nəzarət;
b) hazırkı Sazişə düzəlişlərin və ya əlavələrin təklif edilməsi;
c) Sazişin müddəalarının təfsiri və ya tətbiqi zamanı yaranan mübahisələrin həll edilməsi.
3. Komitə Tərəflərdən birinin müraciəti əsasında ehtiyac olduğu istənilən vaxtda, görüşür.
4. Komitə öz prosedur qaydalarını müəyyən edir.
Maddə 13
Yekun müddəalar
1. Bu Saziş Tərəflərin müvafiq prosedurlarına uyğun olaraq ratifikasiya və ya təsdiq ediləcək və Tərəflərin yuxarıda qeyd olunan prosedurların tamamlanması barədə diplomatik kanallar vasitəsilə sonuncu yazılı bildirişi aldıqları tarixdən sonrakı ikinci ayın birinci günü qüvvəyə minəcəkdir.
2. Bu maddənin 1-ci bəndinə istisna olaraq, Azərbaycan Respublikası Hökuməti ilə Norveç Krallığı Hökuməti arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında Sazişin qüvvəyə minməsi tarixi bu maddənin 1-ci bəndində müəyyən edilmiş tarixdən sonrakı tarixə təsadüf edərsə, bu Xxxxx readmissiya haqqında Sazişlə eyni tarixdə qüvvəyə minəcəkdir.
2. Bu Saziş bu maddənin 6-cı bəndinə uyğun ləğv edilməyənə qədər, qeyri - müəyyən müddətə bağlanılır.
3. Bu Sazişə Tərəflərin yazılı razılaşması ilə dəyişikliklər edilə bilər.
Dəyişikliklər bu maddənin 1-ci bəndinə uyğun olaraq qüvvəyə minəcəkdir.
5. Tərəflərin hər biri ictimai asayiş, milli təhlükəsizliyin qorunması və ictimai sağlamlığın mühafizəsi məqsədi ilə bu Sazişi tam və ya qismən dayandıra bilər. Dayandırılma barədə qərar onun qüvvəyə minməsinə ən azı 48 saat qalmış digər Tərəfə bildirilməlidir. Bu Sazişin tətbiqini dayandıran Tərəf, dayandırma səbəbləri aradan qaldırıldığı halda digər Tərəfi dərhal məlumatlandıracaqdır.
6. Tərəflərin hər biri digər Tərəfə yazılı bildiriş göndərməklə bu Sazişi ləğv edə bilər. Bu Xxxxx belə bildirişin tarixindən 90 gün sonra qüvvədən düşür.
Bakı şəhərində 3 dekabr 2014-cü il tarixində, iki nüsxədə, Azərbaycan, ingilis və Norveç dillərində imzalanmışdır, bu mətnlərin hər biri bərabər autentikdir. Bu Sazişin təfsiri məqsədi ilə ingilis dilindəki mətndən istifadə ediləcəkdir.
Azərbaycan Respublikası |
Norveç Krallığı |
Hökuməti adından |
Hökuməti adından |
(imza) |
(imza) |
Tərəflərin arasında İcazəsiz yaşayan şəxslərin readmissiyasına dair Saziş və Vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsinə dair Saziş qüvvəyə mindikdən sonra Tərəflər öz aralarında xidməti pasport sahiblərinə münasibətdə viza tələbinin aradan qaldırılması üzrə dialoqu davam etdirməyə razılaşırlar.