Qlobal Standart 1 Beynəlxalq Sisteminin Təbliği sahəsində fəaliyyətlər haqqında
Qlobal Standart 1 Beynəlxalq Sisteminin Təbliği sahəsində fəaliyyətlər haqqında
_______ №-li MÜQAVİLƏ
Bakı şəhəri “ ” __________ 202_ il
Bir tərəfdən Nizamnamə əsasında fəaliyyət göstərən “Qlobal Standart 1 Beynəlxalq Sisteminin Təbliği” İctimai Birliyinin (bundan sonra “Birlik” adlanan) Baş direktoru Xxxxxx Vəfa Lətif oğlu və digər tərəfdən, fərdi sahibkar _______________________________________
(Xxxxxx, adı, atasının adı)
(bundan sonra “Üzv-İstifadəçi” adlanan) ayrı-ayrılıqda “Tərəf”, birlikdə isə “Tərəflər” adlandırılacaqlar, aşağıdakı şərtlərlə bu Müqaviləni bağladılar.
MÜQAVİLƏNİN PREDMETİ
Müqavilənin predmetini Beynəlxalq GS1 Əmtəə Nömrələməsi sistemində unikal identifikasiya nömrələrinin ayrılması və onların avtomatik identifikasiya sistemlərində təbliği ilə bağlı Birlik və Üzv-İstifadəçi arasında qarşılıqlı şəkildə razılaşdırılmış şərtlər təşkil edir.
TAM İXTİSARLAR VƏ QISALTMALAR
2.1. Üzv-İstifadəçi – Birliyin məlumat bazasında qeydiyyatdan keçmiş hüquqi şəxs və fərdi sahibkar
2.2. GS1 identifikatorları – GCP, GLN, GTIN nəzərdə tutulur
2.3. GCP (Global Company Prefix,ing.) – Üzv-İstifadəçinin Qlobal Prefiksi (nömrəsi)
2.4. GLN (Global Location Number, ing.) – Üzv-İstifadəçinin və onun strukturlarının Qlobal Yerləşmə Nömrəsi
2.5. GTIN (Global Trade İtem Number, ing.) – Əmtəənin Qlobal İdentifikasiya Nömrəsi
2.6. Şəxsi kabinet – Üzv-İstifadəçinin GTIN sifarişi üçün müraciət etdiyi elektron portal
2.7. Sifariş – Üzv-İstifadəçinin GTIN üçün elektron müraciəti
2.8. Çıxarış – Üzv-İstifadəçinin sifarişlərinin kağız üzərində təsdiqlənmiş forması
2.9. Şəhadətnamə – Üzv-İstifadəçinin GS1 sistemində qeydiyyatdan keçdiyini təsdiqləyən sənəd
2.10. GEPİR (Global Electronic Party İnformation Register, ing.) – Qlobal Elektron İnformasiya Registri
2.11. Activate – GS1 Beynəlxalq Axtarış sistemi
2.12. GS1 Azerbaijan AZE Barcode – Google Play və AppStore vasitəsilə yerli məhsul haqqında məlumat əldə etmək üçün mobil həll
BİRLİYİN ÖHDƏLİKLƏRİ
3.1. Üzv-İstifadəçiyə Beynəlxalq GS1 sistemində GCP və GLN identifikatorları ayırır.
3.2. Üzv-İstifadəçinin Beynəlxalq GS1 sisteminə daxil olunmasını və ona ayrılan GCP-nin üzv olduğu müddətdə qüvvədə saxlanılmasını təmin edir.
3.3. Sifarişlərin elektron qeydiyyatı üçün xxx.xx0xx.xxx saytında Üzv-İstifadəçiyə Şəxsi Kabinet yaradır. Şəxsi Kabinetin login və şifrəsini verir.
3.4.Üzv-İstifadəçinin Şəxsi Kabinetində məhsulun beynəlxalq axtarış sistemlərinə inteqrasiyası üçün tələb olunan atributlarını yerləşdirir və lazımi hallarda həmin atributlara əlavə və dəyişikliklər edir.
3.5. Üzv-İstifadəçi tərəfindən təqdim edilən məhsulların Sifarişlərinə əsasən əmtəə məhsullarının hər növü üçün unikal GTIN identifikatorunu ayırır.
3.6. Üzv-İstifadəçiyə ayrılan GS1 identifikatorlarını başqa İstifadəçilərə ayırmır.
3.6.1. Üzv-İstifadəçinin təşkilati-hüquqi forması dəyişərsə, əvvəlcədən xxx xxxxxxxx GS1 identifikatorlarını yeni təşkilati-hüquqi formaya sahib xxxx həmin Üzv-İstifadəçiyə ayrıla bilər.
3.7. GS1 sistemində Üzv-İstifadəçiyə ayrılan GS1 identifikatorlarının unikal və təkrarolunmazlığına zəmanət verir.
3.8. Üzv-İstifadəçiyə ayrılan GS1 identifikatorlarını Birliyin Depozitariyasına (komputer məlumat bazasına) daxil edir.
3.9. Üzv-İstifadəçinin Beynəlxalq GS1 sistemində GCP və GLN ilə qeydiyyata alınmasını
Şəhadətnamə ilə təsdiqləyir.
3.10. Üzv-İstifadəçiyə aid xxxx şəxsi məlumatları (adı, soyadı, atasının adı, ünvanı, telefon nömrəsi, elektron ünvanı, web-səhifəsi və s.) və həmçinin ona ayrılan GS1 identifikatorları haqqında İnternetdə GS1 sisteminin “GEPIR”, “Activate” və digər beynəlxalq elektron kataloqlarda, “GS1 Azerbaijan AZE Barcode” və digər mobil həllində məlumatı yerləşdirir.
3.11. Avtomatik identifikasiyanın istehsalatda tətbiq və təbliğində metodiki və konsultativ yardım göstərir, informasiya daşıyan çap nəşrləri (təqvim, bülletenlər, vərəqələr və s.) təqdim edir.
3.12. Xxx-Xxxxxxxxxx tərəfindən yeni GLN və GTIN-lər üçün göndərilən Sifarişləri 3 iş günü ərzində icra edir və Üzv-İstifadəçinin Şəxsi kabinetinə göndərir, yaxud Üzv-İstifadəçiyə Birliyin ofisində Çıxarış verir və ya Çıxarış e-mail vasitəsilə təqdim edir.
3.13. Birliyə təqdim olunan məlumatların düzgünlüyünə görə məsuliyyət daşımır.
ÜZV-İSTİFADƏÇİNİN ÖHDƏLİKLƏRİ
4.1. Xxxxxx tərəfindən müəyyən olunmuş sənədlərin toplusunu və doldurulmuş Ərizə formasını təqdim edir.
4.2. Sifarişləri elektron qaydada aparır.
4.3. GTIN almaq üçün Birliyə əmtəənin hər bir çeşidi haqqında müəyyən edilmiş formada tam və dolğun məlumat verir.
4.4. Əlavə GLN almaq üçün Cəmiyyətə GLN-nin təyinatı barədə dəqiq məlumatı qeyd edir.
4.5. Üzv-İstifadəçiyə ayrılan GS1 identifikatorlarını başqa müəssisə və ya şəxslərə vermir.
4.6. Birlik tərəfindən müəyyən edilmiş əmtəələrin GTIN-lərini başqa əmtəələrdə istifadə etmir.
4.7. Əmtəəyə GTIN-i özü təyin etmir.
4.8. Məkan və ya obyektə GLN-i özü təyin etmir.
4.9. GS1 identifikatorlarından istifadə qaydalarına riayət edir (əlavə № 1).
4.10. Öz məhsullarının üzərindəki çap olunan əmtəə ştrixkodlarının düzgün tərtibatına görə məsuliyyət daşıyır.
4.11. Ona aid şəxsi məlumatları (adı, soyadı, atasının adı, ünvanı, telefon nömrəsi, elektron ünvanı, web-səhifəsi və s.) və həmçinin ona ayrılan GS1 identifikatorları haqqında İnternetdə GS1 sisteminin “GEPIR”, “Activate” və digər beynəlxalq elektron kataloqlarda, “GS1 Azerbaijan AZE Barcode” və digər mobil həllində məlumatın yerləşdirilməsinə icazə verir.
ÜZVLÜK HAQQININ MƏBLƏĞİ VƏ ÖDƏNİLMƏSİ QAYDASI
5.1. Birliyə daxilolma üzvlük haqqı İctimai Birliyin İdarə Heyətinin qərarına uyğun olaraq 350 (Üç yüz əlli) AZN təşkil edir və və fərdi sahibkarın üzvlüklə bağlı müraciətindən ən geci 3 iş günü müddətində Birliyin hesablaşma hesabına ödənilməlidir.
5.2. İctimai Birliyin üzvünün illik üzvlük haqqının məbləği İctimai Birliyin İdarə Heyətinin qərarına uyğun olaraq 250 (İki yüz əlli) AZN təşkil edir və Üzv-İstifadəçiyə hesabın təqdim olunmasından sonra 3 iş günündən gec olmayaraq İctimai Birliyin hesablaşma hesabına ödənilməlidir.
5.3. Məqsədli üzvlük haqlarının həcmi Birlik və Üzv-İstifadəçi arasında ayrıca razılaşma ilə müəyyən edilir.
5.4. Avtomatik identifikasiya sahəsində Birlik tərəfindən əlavə haqların verilməsi ilə bağlı məbləğlər razılaşdırılmış qiymət haqqında Razılıq protokolu əsasında müəyyən edilir (2 №-li əlavə).
5.5. Ödənişlər Üzv-İstifadəçiyə Xxxxxx tərəfindən təqdim olunan hesaba əsasən yerinə yetirir.
TƏRƏFLƏRİN MƏSULİYYƏTİ
6.1. Tərəflər öz öhdəliklərinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi səbəbdən digər Tərəfə faktiki dəymiş zərəri Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada ödəyirlər.
6.2. Birliyin illik üzvlük haqqı ilə bağlı müraciət müddəti bitmiş Üzv-İstifadəçi 3 aydan gec olmamaqla ona ayrılan GS1 identifikatorlarından istifadə etməsi hüququnu itirir və Birliyin üzvlüyündən xaric edilir.
6.3. Müqavilə pozulan andan Üzv-İstifadəçi istеhsal etdiyi məhsullar üçün Xxxxxx tərəfindən ayrılmış GS1 identifikatorlarından istifadəni dayandırmalıdır. Əks halda Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə əsasən məsuliyyət daşıyır.
6.4. Birliyin Üzv-İstifadəçisinin üzvlüyünə xitam verilsə də, məlumatlarının Birliyin məlumat bazasında saxlanılması hüququ vardır.
MÜQAVİLƏNİN MÜDDƏTİ
7.1. Bu Müqavilə imzalandığı və Birliyin üzvlük haqqı Birliyin hesabına ödəndiyi gündən qüvvəyə minir və оnun müddəti hər 1 ildən sonra Birliyin üzvlük haqqının ödənilməsi şərti ilə növbəti 1 il müddətinə uzadılmış hesab еdilir.
7.2. Bu Müqavilə Birliyinin Nizamnaməsi ilə müəyyən edilmiş qaydada Birliyin üzvlüyünə xitam verildikdən sonra qüvvədən düşür.
MÜQAVİLƏNİN POZULMASI
8.1. Tərəflərin hər biri digər Tərəfi ən azı 30 iş günü öncədən xəbərdar etməklə bu Müqavilədən imtina edə bilər.
8.2. Bu Müqavilə birtərəfli qaydada pozulduğu halda bundan əvvəl ödənilən üzvlük haqları xxxx qaytarılmır.
TƏTBİQ OLUNAN HÜQUQ. MÜBAHİSƏLƏRİN HƏLLİ
9.1. Bu Müqavilənin icrası ilə əlaqədar yaranan mübahisələr Tərəflərin danışıqları yolu ilə həll edilir. Mübahisə bu barədə aparılmış xxxx xxxxxxx danışıqlardan еtibarən 1 təqvim ayı ərzində həll edilmədiyi halda Tərəflər həmin mübahisəni Azərbaycan Respublikasının qanunvеriciliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq məhkəmələrində həll edə bilərlər.
YEKUN MÜDDƏALƏR
10.1. Qlobal Standart 1 Beynəlxalq Sisteminin Təbliği sahəsində illik üzvlük haqqının ödənilməsi Birliyin Üzv-İstifadəçisinin istehsalat fəaliyyətinin olub-olmamasından asılı deyil.
10.2. GS1 identifikatorları Birliyin intellektual mülkiyyətidir. Оnlar Üzv-İstifadəçiyə 1 il müddətinə ayrılır.
10.3. Ayrılan identifikatorların istifadə müddəti Xxxxxx tərəfindən Üzv-İstifadəçiyə təqdim olunan hesabın ödənişindən sonra uzadılır.
TƏRƏFLƏRİN ÜNVANLARI
“Qlobal Standart 1 Beynəlxalq Sisteminin Təbliği” İctimai Birliyi
Hüquqi ünvan: Bakı ş. Səbail r. Xx.Xxxxxxxxx, ev.41,m.62/63
VÖEN: 1406304171
Baş direktor: X. X. Xxxxxx
İmza: __________
M.Y. |
___________________________________ (Üzv-İstifadəçi)
Xxxxxx xxxxx: __________________________
VÖEN: ______________
İmza: __________
M.Y. |
“ ” __________ 20__ ____ №-li müqaviləyə 1 №-li Əlavə
GS1 İDENTİFİKATORLARINDAN İSTİFADƏ
QAYDALARI
1. Azərbaycan Respublikasının ərazisində GS1 identifikatorlarından istifadə hüququna ancaq Birlikdə qeydiyyatda xxxx GS1 sistemin Üzv-İstifadəçiləri malikdir.
2. Yalnız Birliyin Depozitariyasında qeydiyyata alınan identifikatorlar qanuni (leqal) sayılır.
3. Aşağıdakı hallarda GS1 identifikatorlarının istifadəsinə icazə verilmir:
- başqa istifadəçiyə aid identifikatorun özbaşına istifadəsi;
-GS1 sisteminin Üzv-İstifadəçiliyi ləğv olunmuş istehsalçının artıq ona aid olmayan identifikatorlardan istifadəyə davam etməsi;
-əmtəə vahidinin adı və ya qablaşdırmadakı etiketdə göstərilmiş, Birliyin Depozitariyasında qeydiyyatdan keçmiş GTIN-ə uyğun istehlak xüsusiyyətləri əmtəə-müşaiyət sənədində qeyd olunmuş məlumatlardan fərqlənirsə;
-əmtəənin vahid qablaşdırılmasının markalandığı ştrixkod ilə qruplaşdırılmış qablaşdırma markalanırsa və ya əksinə;
-bir əmtəə vahidinə aid GTIN identifikasiya nömrəsi Birliyin Depozitariyasında qeydiyyat olunmadan başqa adda və ya istehlak xüsusiyyətində əmtəə vahidinə vurulubsa.
4. Birlik GS1 standartlarına əsasən GS1 identifikatorlarının tətbiqi və yayılmasına dəstək verir.
5. Ticarət müəssisələri və nəqliyyat şirkətləri ştrixkodla markalanmış əmtəə vahidlərini aldıqda, mal göndərəndən əmtəənin identifikasiya nömrələrinin istifadəsinin qanunliyini təsdiq edən sənədi təqdim etməsini tələb etmək hüququna malikdirlər. Qeyri-mümkünlük, qeyri-dəqiqlik hallarında və ya mal göndərən ticarət müəssisəsinin yuxarıda göstərilən sənədlərini təqdim etməkdən imtina etdikdə, topdan təchizat şirkətləri tədbir görülməsi üçün Birliyi aşkar olunmuş qayda pozuntuları haqqında məlumatlandırmaq hüququna malikdirlər.
“RAZIYAM” _________________________
(imza)
İctimai Birliyin Üzv-İstifadəçisi: ____________________________
M.Y.
“ ” __________ 20__ ____ №-li müqaviləyə 2 №-li Əlavə
Qlobal Standart 1 Beynəlxalq Sisteminin Təbliği sahəsində əlavə haqların verilməsi üzrə razılaşdırılmış qiymət haqqında
RAZILIQ PROTOKOLU
Biz, aşağıda imza edənlər, bir tərəfdən, “Qlobal Standart 1 Beynəlxalq Sisteminin Təbliği” İctimai Birliyinin Baş direktoru X. X. Xxxxxx və digər tərəfdən, fərdi sahibkar ___________________________________________ şəxsində müqavilədəki göstərilən
(adı, soyadı, atasının adı)
əlavə haqların verilməsinə görə işlərin məbləğlərini aşağıdakı həcmlərdə razlaşdırmışıq.
№ |
Əlavə haqların növləri |
Ödənişin təyinatı |
Qiyməti, AZN |
1 |
Əlavə GLN nömrəsinin ayrılması |
Bir nömrə üçün |
30,00 |
2 |
Hər əmtəənin GTIN-nin tərtib edilməsi üçün: 1 ay ərzində əmtəənin sayı birdəfəlik sifariş olunmaqla 50-dək olduqda limit 30 növ |
Bir əlavə GTIN üçün |
5,00 |
1 ay ərzində əmtəənin sayı birdəfəlik sifariş olunmaqla 51-100- dək olduqda limit 40 növ |
|||
1 ay ərzində əmtəənin sayı birdəfəlik sifariş olunmaqla 101-150- dək olduqda limit 50 növ |
|||
3 |
Əmtəənin GTIN-lərinin müraciət günü ərzində təcili tərtib edilməsi üçün |
Məqsədli üzvlük haqqı |
30,00 |
4 |
Birliyin üzvünə limitdən artıq GTIN nömrələrinin illik 750-yə qədər artırılması, həmin GTIN-lərin qeyri-iş günləri və bayram günləri istisna olmaqla müraciət günü təsdiqlənməsi |
Məqsədli üzvlük haqqı |
500,00 |
Qeyd: Bu protokol hər iki tərəfin qarşılıqlı hesablaşmaları üçün əsas sayılır.
“Qlobal Standart 1 Beynəlxalq Sisteminin Təbliği” İctimai Birliyi
Baş direktor: X. X. Xxxxxx
İmza: __________
M.Y. |
__________________________ (Üzv-İstifadəçi)
İmza: _______________
M.Y. |