XƏZƏR UNİVERSİTETİ
XƏZƏR UNİVERSİTETİ
DÜNYA BAĞÇASI
xxxx://xxx.xxxxxxxxxxx.xxx.xx xxxx://xxx.xxxxxxxxxxxx.xxx.xx e-mail: xxxx@xxxxxxxxxxx.xx
M Ü Q A V İ L Ə №
ödənişli məktəbəqədər təhsil xidmətlərinin göstərilməsi haqqında
Bakı şəhəri “ ” -ci il.
Bundan sonra “Uşaq bağçası” adlandırılacaq “Xəzər Universiteti Dünya Bağçası” Direktoru Tağıyeva Xxxx Xxxxx qızının şəxsində bir tərəfdən, “Valideyn” (“Qəyyum” və ya “Himayəçi”) adlandırılacaq Azərbaycan Respublikasının vətəndaşı şəxsində Ş/V: seriya AZE № , tərəfindən -cı ildə verilib) digər tərəfdən aşağıdakı şərtlər əsasında bu müqaviləni bağladılar.
1. MÜQAVİLƏNİN PREDMETİ
1.1. “Uşaq bağçası”, ödənişli əsaslarla müvafiq təhsil proqramlarına və bu müqavilənin şərtlərinə uyğun olaraq aşağıda göstərilmiş şagirdə məktəbəqədər təhsil verməyi, “Valideyn” (“Qəyyum” və ya “Himayəçi”) isə “Uşaq bağçası”nın müəyyənləşdirdiyi bu müqavilənin 1.2-ci bəndində qeyd olunan qiymətlər üzrə təhsil haqqını, təhsil haqqı artımlarını “Uşaq bağçası”na ödəməyi və digər xərclərin ödənilməsini təmin etməyi öhdələrinə götürürlər:
Məktəbəqədər hazırlıq sinfi Azərbaycan və rus bölmələri
Xxxxxxxx adı, soyadı, sinfi
Məktəbəqədər hazırlıq sinfi İngilis bölməsi
Xxxxxxxx adı, soyadı, sinfi
1.2. / tədris ili üçün illik təhsil haqqı
təşkil edir.
2. UŞAQ BAĞÇASININ HÜQUQ VƏ VƏZİFƏLƏRİ
Vəzifələr:
2.1. Şagirdlərin təlim-tərbiyə prosesini yüksək səviyyədə təşkil etmək;
2.2. Şagirdləri gün ərzində səhər yeməyi və günorta isti naharla, qəlyanaltı ilə təmin etmək;
2.3. “Valideyn”ləri (“Qəyyum” və ya “Himayəçi”) müntəzəm olaraq şagirdlərin nizam-intizam və tədris fəaliyyəti barədə məlumatlandırmaq;
2.4. Şagirdlərə psixoloq dəstəyi (lazım gələrsə) təşkil etmək;
2.5. Şagirdlərin sağlamlığı ilə əlaqədar profilaktik tədbirlər həyata keçirmək.
Hüquqlar:
2.6. “Valideyn”in (“Qəyyum” və ya “Himayəçi”) razılığı əsasında şagird “Uşaq bağçası” tərəfindən sınaq müddətinə qəbul edilərsə, sınaq müddəti bitdikdə, “Uşaq bağçası” rəhbərliyi şagirdin xxxxx və davranış göstəricilərini əsas götürərək şagirdi saxlayıb-saxlamamaq hüququna malikdir.
2.7. “Uşaq bağçası”nın, nizam-intizam qaydalarına əməl etməyən və akademik tələbatı ödəyə bilməyən şagirdi xaric etmək;
2.8. “Uşaq bağçası”nın xərcləri artdığı təqdirdə (o cümlədən, xxxxx bunlarla məhdudlaşmayaraq, manatın digər valyutalara nisbətən dəyərsizləşməsi, işçi heyətinin əmək haqqının artırılması, kommunal - elektrik, qaz, su, rabitə xərclərinin artması, ərzaq məhsullarının qiymətlərinin artması və s.) növbəti tədris illərində “Uşaq bağçası” təhsil haqqını artırmaq hüququna malikdir. “Valideyn” (“Qəyyum” və ya “Himayəçi”) bu kimi dəyişikliklərə əvvəlcədən razılığını verir. Bu kimi dəyişikliklər barədə “Uşaq bağçası” “Valideyn”-ə (“Qəyyum” və ya “Himayəçi”) məlumat verəcəyini və “Valideyn” (“Qəyyum” və ya “Himayəçi”) təhsil haqqının “Uşaq bağçası”nın hesabına vaxtında keçirilməsini öhdələrinə götürürlər.
2.9. “Valideyn” (“Qəyyum” və ya “Himayəçi”) bu müqavilənin 2.8.-ci maddəsinə əsasən təhsil haqqının dəyişdirilməsinə etiraz edərsə, müqavilə “Uşaq Bağçası” tərəfindən birtərəfli qaydada məhkəməyə müraciət edilmədən ləğv edilir və şagird növbəti tədris ilində təhsil almaq hüququnu itirir.
2.10. “Valideyn” (“Qəyyum” və ya “Himayəçi”) tərəfindən təhsil haqqı vaxtında ödənilmədikdə, şagirdin bağçaya buraxılmaması hüququnu “Uşaq bağçası” özündə saxlayır.
3. “VALİDEYN”İN (“Qəyyum” və ya “Himayəçi”) HÜQUQ VƏ VƏZİFƏLƏRİ Hüquqlar:
3.1. Tədris prosesinin müəyyən olunmuş standartlara uyğun təşkil olunmasını müşahidə etmək (hər ayın birinci həftəsi “Uşaq bağçası”nın rəhbərliyinin icazəsinə əsasən “Valideyn” (“Qəyyum” və ya “Himayəçi”) dərslərdə iştirak edə bilər);
3.2. Uşağını bir bölmədən başqa bölməyə keçirmək üçün “Uşaq bağçası”na müraciət etmək. Bunun üçün şagird mütləq hazırlıq kursu keçməlidir. Kursun sonunda keçirilən imtahan nəticələri yüksək olarsa, şagird yeni bölmədə təhsilini davam etdirə bilər.
Vəzifələr:
3.3. “Uşaq bağçası”nın rəhbərliyinin icazəsi olmadan tədris prosesinə müdaxilə etməmək;
3.4. Şagirdin bağçaya vaxtında gəlməsini təmin etmək və şagirdin müəyyən səbəblərdən dərslərdə iştirak edə bilməməsi barədə dərhal “Uşaq bağçası”na məlumat vermək;
3.5. “Uşaq bağçası”nın daxili nizam-intizam qaydalarına əməl etmək;
3.6. Müqavilədə qeyd olunmayan, xxxxx şagirdlərin marağına və mənafeyinə uyğun gələn məsələlərin həlli üçün əlavə ödənişi təmin etmək (məsələn: dil kursları, xarici ölkələrə səfərlər və s. üçün ödənişlərin edilməsi);
3.7. Təhsil haqqını müqavilədə qeyd olunmuş qaydalar əsasında ödəmək;
3.8. Pedaqoji işçilərin şərəf və ləyaqətinə hörmətlə yanaşmaq;
3.9. “Uşaq bağçası”nın nizamnaməsinin və daxili qaydalarının tələblərinə riayət etmək;
3.10. Təhsil sahəsində qanunvericiliyin tələblərinə, etik normalara və təlim-tərbiyə prоsesi ilə bağlı qaydalara əməl etmək.
4. TƏHSİL HAQQININ ÖDƏNİLMƏSİ QAYDALARI
4.1. İllik təhsil haqqının məbləği aşağıdakı kimi müəyyən edilir:
Məktəbəqədər hazırlıq sinfi (Azərbaycan və rus bölmələri) – 6000 (altı min) manat Məktəbəqədər hazırlıq sinfi (İngilis bölməsi) - 7000 (yeddi min) manat
Göstərilən illik təhsil haqqı məbləğləri bu müqavilənin 2.8.-ci bəndinə uyğun olaraq “Uşaq bağçası” tərəfindən dəyişdirilə bilər.
4.2. Təhsil haqqına forma, dərs vəsaitləri, nəqliyyat, dərnəklərin xərcləri daxil deyildir, bu xərclər “Valideyn” (“Qəyyum” və ya “Himayəçi”) tərəfindən əlavə olaraq ödənilir.
4.3. Məktəbdə təhsil xxxx hər bir şagird növbəti dərs ilində təhsilini davam etdirmək istəyirsə, may ayının 31-dək yeni dərs ili üçün müqavilə bağlanır və təhsil haqqının 10%-i ödənilir.
Yeni tədris ili üçün məktəbə şagird qəbul olunarkən (müqavilə bağlanarkən) əvvəlcədən təhsil haqqının 10%-i ödənilir.
Təhsil haqqının növbəti 30% -i sentyabr ayının 15-ə kimi, digər 30%-i dekabr ayının 15-dək, təhsil haqqının qalan hissəsi aprel ayının 15-dək ödənilməlidir.
4.4. “Valideyn” (“Qəyyum” və ya “Himayəçi”) tərəfindən 01 sentyabr tarixə qədər müqavilə ləğv edilərsə ödənilmiş xxxx məbləgin 100 %-i, 14 Sentyabr tarixinədək ləğv edilərsə, ödənilmiş məbləgin yalnız 50%-i valideynə xxxx ödənilir.
4.5. Şagird müəyyən səbəblərə görə (üzrlü və ya üzrsüz) dərslərdə iştirak etmirsə, bu müddət üçün təhsil haqqı ödənilməlidir və ya ödənilmişdirsə, xxxx qaytarılmır.
4.6. Bağçada təhsil xxxx şagird ödənişli nəqliyyat servisindən istifadə etmək istəyirsə, nəqliyyat xidməti ofisi ilə əlaqə yaradılır və ödəniş servisin ofisində həyata keçirilir.
4.7. Şagirdin müəyyən səbəblərə görə (üzrlü və ya üzrsüz) təhsilini davam etdirməsi mümkün olmadıqda, qabaqcadan ödənilmiş təhsil haqqından bağçadan azadolunma əmri verilən tarixədək əvvəlcədən ödənilmiş məbləğdən tələb olunan təhsil haqqı çıxılır və qalan hissə “Valideyn” (“Qəyyum” və ya “Himayəçi”)-nin müraciətinə əsasən xxxx qaytarılır. Bu o deməkdir ki, misal olaraq, 3 mart tarixində şagirdin azadolunma əmri verilmişsə, 3 mart tarixinədək tələb olunan təhsil haqqı əvvəlcədən ödənilmiş məbləğdən çıxılır, qalan məbləg xxxx qaytarılır.
4.8. Təhsil haqqında aşağıdakı güzəştlər nəzərdə tutulmuşdur:
N | Təhsil haqqına güzəşt halları | Güzəşt % və AZN ilə |
1 | Qarabağ müharibəsi veteranları və şəhidlərin uşaqlarına (ailədən yalnız 1 şagirdə) | 20% |
2 | Xəzər universiteti və Dünya məktəbində çalışan müəllim və işçilərin övladlarına (ailədən yalnız 1 şagirdə) | 20% |
3 | Bir ailədən 2, 3 və x. xxxxxx bağçada təhsil alarsa, II-ci şagirddən başlayaraq hər bir uşaq üçün | 500 AZN |
5. FORS-MAJOR (QARŞISIALINMAZ HADİSƏ)
5.1. Qarşısıalınmaz qüvvənin təsirinə tərəflərin nəzarət edə bilmədikləri, onların səhvi və ya laqeydliyi nəticəsində baş verməyən, qabaqcadan nəzərdə tutulması mümkün olmayan hadisələr aid edilir. Bunlara müharibələr və ya inqilablar, daşqınlar, epidemiyalar, epizotiyalar, karantinlər, embarqolar, müvafiq qanunvericilik qərarları, dövlət orqanlarının qərarları və digər hallar aiddir.
5.2. Qarşısıalınmaz hallara istinad edən tərəf:
5.2.1. Qeyd olunan halların yarandığı vaxtdan 10 təqvim günü müddətində digər tərəfi məsələ ilə yazılı şəkildə xəbərdar edir.
5.2.2. Həmin hallar aradan qaldırıldıqda, dərhal bu barədə digər tərəfi yazılı surətdə məlumatlandırmalıdır. Bu zaman Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi müddəti qeyd olunmalıdır. Məlumatın göndərilmədiyi və ya vaxtında göndərilmədiyi təqdirdə, məlumatı təqdim etməyən və ya vaxtında təqdim etməyən tərəf müvafiq xərcləri ödəməlidir;
5.3. Bu Müqavilə üzrə öhdəliklərin yerinə yetirilmə müddəti qarşısıalınmaz halların mövcud olduğu müddətə uzadılır. Qarşısıalınmaz hallar 2 (iki) xxxxx xxx davam edərsə, istənilən tərəf bu Müqaviləni məhkəməyə müraciət etmədən, digər tərəfi bu Müqavilənin şərtlərinə müvafiq olaraq məlumatlandıraraq ləğv edə bilər.
6. MÜQAVİLƏNİN MÜDDƏTİ
6.1. Müqavilə tərəflərin imzaladığı andan qüvvəyə minir və 1 (bir) il müddətinə bağlanır.
6.2. Müqavilə hər növbəti tədris ili üçün yenidən bağlanır.
6.3. Əgər növbəti dərs ili üçün yeni müqavilə bağlanmazsa, “Uşaq bağçası”-nda təhsil xxxx şagirdin adı növbəti tədris ilinin şagird kontingentinə daxil edilmir və “Uşaq bağçası” rəhbərliyi sentyabr ayının 15-də şagirdi dərsə buraxmamaq hüququna malikdir.
7. MÜQAVİLƏNİN LƏĞV EDİLMƏSİ QAYDALARI
7.1. Bu müqavilə tərəflərin qarşılıqlı razılığı ilə ləğv edilə bilər.
7.2. “Uşaq bağçası” aşağıdakı hallarda birtərəfli qaydada məhkəməyə müraciət etmədən bu Müqaviləyə xitam verə bilər:
7.2.1. Təhsil haqqı və digər xərclər ödənilmədikdə;
7.2.2. Pedaqoji işçilərin şərəf və ləyaqətinə hörmətlə yanaşılmadıqda;
7.2.3. “Uşaq bağçası”nın nizamnaməsinin və daxili qaydalarının tələblərinə riayət edilmədikdə;
7.2.4. Təhsil sahəsində qanunvericiliyin tələblərinə, etik normalara və təlim-tərbiyə prоsesi ilə bağlı qaydalara əməl edilmədikdə;
7.3. Tərəflərdən biri bu müqaviləni birtərəfli qaydada ləğv edərsə, digər tərəfə 7 (yeddi) iş günü müddətində yazılı məlumat verməlidir;
7.4. Bu müqavilədə göstərilən əsaslarla “Uşaq bağçası” bu müqaviləyə xitam verdikdə, ödənilmiş təhsil haqqı və digər xərclər qaytarılmır.
8. MÜBAHİSƏLİ MƏSƏLƏLƏRİN HƏLLİ
8.1. Tərəflər bu Müqavilə üzrə öz aralarında yaranmış mübahisəli məsələləri danışıqlar və qarşılıqlı güzəştlər yolu ilə həll etməlidirlər.
8.2. Mübahisəli məsələlərin həlli danışıqlar yolu ilə mümkün olmadıqda, bu məsələlər Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə əsasən məhkəmə qaydasında həll edilməlidir.
9. TƏRƏFLƏRİN MƏSULİYYƏTİ
9.1. Tərəflər bu Müqavilə üzrə öhdəliklərini yerinə yetirmədikdə və ya lazımi səviyyədə yerinə yetirmədikdə, onlar Azərbaycan Respublikasının qüvvədə xxxx qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar.
10. DİGƏR ŞƏRTLƏR
10.1. Tərəflər qarşılıqlı razılıq əsasında bu Müqaviləyə müvafiq əlavələr və dəyişikliklər edə bilərlər. Həmin əlavə və dəyişikliklər bu Müqavilənin ayrılmaz hissəsi hesab olunur.
10.2. Bu Müqavilə Azərbaycan dilində iki nüsxədə tərtib olunmuşdur. Bir nüsxəsi “Valideyn”də (“Qəyyum” və ya “Himayəçi”), digər nüsxəsi isə “Bağça”da saxlanılır və hər ikisi eyni hüquqi qüvvəyə malikdir.
11. TƏRƏFLƏRİN ÜNVANLARI VƏ İMZALARI
Xəzər Universiteti Dünya Bağçası Valideyn (“Qəyyum”, “Himayəçi”)
Adı, soyadı
AZ1130 Bakı şəhəri, Ünvan:
Binəqədi r. Ə. Naxçıvani 9. Tel.: 000-000 00 00/47/48/49
Telefon:
Ev:
Mob:
Direktor: Müqavilənin hər bir bəndini diqqətlə
Xxxx Xxxxxxxx oxudum, razıyam və təsdiq edirəm.
İmza: İmza: