AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
“Azərbaycan Respublikası Hökuməti və İsrail Dövləti Hökuməti arasında diplomatik və xidməti pasportlara xxxxx xxxx şəxslərin vizadan azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
“Azərbaycan Respublikası Hökuməti və İsrail Dövləti Hökuməti arasında diplomatik və xidməti pasportlara xxxxx xxxx şəxslərin vizadan azad edilməsi haqqında” 2013-cü il dekabrın 19-da Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.
Xxxxx XXXXXX,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 fevral 2014-cü il
№ 889-IVQ
Azərbaycan Respublikası Hökuməti və İsrail Dövləti Hökuməti arasında diplomatik və xidməti pasportlara xxxxx xxxx şəxslərin vizadan azad edilməsi haqqında
SAZİŞ
Azərbaycan Respublikası Hökuməti və İsrail Dövləti Hökuməti (bundan sonra "Tərəflər" adlandırılacaq),
iki ölkə arasında mövcud xxxx dostluq münasibətlərinin möhkəmləndirilməsini və daha da inkişaf etdirilməsini arzu edərək,
iki ölkənin diplomatik və xidməti pasportlarına xxxxx xxxx şəxslər üçün səyahət prosedurlarının sadələşdirilməsinə səy göstərərək,
aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Bir Tərəfin etibarlı diplomatik və xidməti pasportlara xxxxx xxxx vətəndaşları digər Tərəfin dövlətinin ərazisinə səfər etmək, tranzit keçmək və ya ilk dəfə daxil olduqları tarixdən etibarən 180 (yüz səksən) gün ərzində doxsan (90) gündən artıq olmayan müddətə qalmaq məqsədi ilə daxil olmaları üçün viza əldə etmək öhdəliyindən azad edilirlər.
Maddə 2
Bir Tərəfin digər Tərəfin ərazisində 90 (doxsan) gündən artıq müddətə qalmaq niyyətində xxxx etibarlı diplomatik və xidməti pasportlara xxxxx xxxx vətəndaşlarının digər Tərəfin milli qanunvericiliyinə uyğun olaraq əvvəlcədən viza xxxxxx və ya ölkə ərazisində müvəqqəti olma müddətinin uzadılmasma dair icazə əldə etməsi tələb olunur.
Maddə 3
Bir Tərəfin etibarlı diplomatik və xidməti pasportlarına xxxxx xxxx vətəndaşları digər Tərəfin ərazisinə həmin digər Tərəfin beynəlxalq sərnişin daşınması üçün rəsmi təyin etdiyi istənilən dövlət sərhədindən buraxılış məntəqəsindən daxil ola və həmin ərazini tərk edə bilərlər.
Maddə 4
Bir Tərəfin digər Tərəfin ərazisində yerləşən diplomatik və ya konsulluq nümayəndəliklərinin heyət üzvü qismində rəsmi vəzifələrini icra edən etibarlı diplomatik və xidməti pasportlara xxxxx xxxx vətəndaşlarının və onlarla birgə yaşayan ailə üzvlərinin daxil olduqları tarixdən etibarən otuz (30) gün ərzində viza əldə etmələri tələb olunur. Bu maddədə qeyd olunan vizalar onların təyinat müddəti üçün etibarlı olacaqdır.
Maddə 5
Bir Tərəf digər Tərəfin arzuolunmaz hesab edilən vətəndaşlarının daxil olmasına qadağa qoymaq və ya belə şəxslərin qalma müddətini qısaltmaq hüququnu özündə saxlayır.
Maddə 6
Bu Sazişə uyğun olaraq bir Tərəfin digər Tərəfin dövlətinin ərazisinə daxil olmuş vətəndaşları digər Tərəfin ərazisində olduqları müddətdə qaldıqları ölkənin qanun və qaydalarına əməl edirlər.
Maddə 7
1. Tərəflər bu Sazişin qüvvəyə minməsindən ən geci otuz (30) gün əvvəl diplomatik kanallar vasitəsilə etibarlı diplomatik və xidməti pasportlarının nümunələrini mübadilə edirlər.
2. Bir Tərəf yeni model pasport buraxdığı və ya artıq mübadilə edilmiş pasportda dəyişiklik etdiyi təqdirdə, yeni və ya dəyişiklik edilmiş pasportların dövriyyəyə buraxıldığı tarixdən ən azı otuz (30) gün əvvəl belə dəyişikliklər barədə digər Tərəfi diplomatik kanallar vasitəsilə məlumatlandırır. Yeni və ya dəyişiklik edilmiş sənədlərin nümunəsi və onların tətbiqi barədə məlumat bildirişə daxil edilir.
Maddə 8
Bu Sazişin təfsiri və ya tətbiqi zamanı yaranan hər hansı fikir ayrılığı Tərəflər arasında diplomatik kanallar vasitəsilə həll edilir.
Maddə 9
Tərəflərin qarşılıqlı razılığı ilə bu Sazişə əlavə və dəyişikliklər edilə bilər. Belə əlavə və dəyişikliklər bu Sazişin ayrılmaz tərkib hissəsi olaraq ayrı-ayrı protokollar formasında rəsmiləşdirilir və bu Sazişin 10-cu maddəsinin müddəalarına uyğun olaraq qüvvəyə minir.
Maddə 10
1. Hazırkı Xxxxx onun qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Tərəflərin bir-birini məlumatlandırdığı ikinci diplomatik notanın tarixindən doxsan (90) gün sonra bir il müddətinə qüvvəyə minir. Bu Saziş avtomatik olaraq növbəti birillik müddətlərə uzadılır.
2. Tərəflərdən biri hazırkı Sazişi ləğv etmək niyyəti barədə onun ləğv edilməsinin nəzərdə tutulduğu tarixə ən azı 90 (doxsan) gün qalmış digər Tərəfə diplomatik nota vasitəsilə bildiriş vermədiyi təqdirdə, hazırkı Saziş qüvvədə qalır.
Bu Saziş Bakı şəhərində, 2013-cü il 19 dekabr tarixində, müvafiq olaraq ivrit təqvimi ilə 5774-cü il 16 tevet tarixində hər biri Azərbaycan, ivrit və ingilis dillərində imzalanmışdır, bütün mətnlər bərabər autentikdir. Təfsirdə fikir ayrılığı yarandığı təqdirdə, ingilis dilindəki mətndən istifadə ediləcəkdir.
Azərbaycan Respublikası |
İsrail Dövləti |
Hökuməti adından |
Hökuməti adından |
(imza) |
(imza) |