İŞƏGÖTÜRƏNİN MƏSULIYYƏTİNİN SIĞORTASI QAYDALARI
İŞƏGÖTÜRƏNİN MƏSULIYYƏTİNİN SIĞORTASI QAYDALARI
Sığortalının (İşəgötürənin) xidməti vəzifələrini yerinə yetirən zaman istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığının pozulması ilə əlaqədar işçilərinə və ya bu səbəbdən həlak olmuş işçinin qanuni vərəsələrinə ödənclərin verilməsi ilə bağlı maddi məsuliyyətininin sığorta Qaydaları (bundan sonra mətndə
«Qaydalar» adlandırılacaq) Azərbaycan Respublikası qanunlarının və digər normativ-hüquqi aktlarının tələblərinə müvafiq işlənib hazırlanmışdır və İşəgötürənin Məsuliyyətinin sığortası müqaviləsinin (bundan sonra mətndə «sığorta müqaviləsi» adlandırılacaq) ayrılmaz tərkib hissəsidir. Tərəflərin razılığı ilə sığorta müqaviləsinə digər şərtlər də əlavə edilə bilər.
Bu Qaydalar, Sığorta Şəhadətnaməsi, müvafiq Əlavələr və zəruri hallarda Sığortalı tərəfindən doldurulmuş Ərizə forması bütövlikdə bir müqavilə hesab edilirlər.
Bu Qaydalar üzrə müəyyən olunan «İşəgötürənin məsuliyyətinin sığortası» növü İşəgötürənin məsuliyyət sığortası sinifinə aid edilir.
A. ÜMUMİ MÜDDƏALAR
Hazırkı Qaydalar əsasında «MBASK» Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə
«Sığortaçı» adlandırılacaq) İşəgötürənin Məsuliyyətinin sığortasını həyata keçirir və sığorta müqaviləsi bağlayır.
Sığortaçı, bu müqavilə ilə şərtləşdirilmiş sığorta haqqı müqabilində, Sığortalının (İşəgötürənin) xidməti vəzifələrini yerinə yetirən zaman istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığının pozulması ilə əlaqədar işçilərinə və ya bu səbəbdən həlak olmuş işçinin qanuni vərəsələrinə ödənclərin verilməsi üzrə maddi məsuliyyətini, müqavilə ilə müəyyənləşdirilmiş sığorta məbləği həddində ödəməyi öz öhdəsinə götürür.
Sığortalının məsuliyyəti Azərbaycan Respublikasının qüvvədə xxxx qanunvericiliyinə müvafiq müəyyən olunur.
1. İZAHLAR
Bu Sığorta müqaviləsində istifadə olunan əsas söz və terminlər aşağıdakı mənalarda başa düşülməlidir:
«Sığortalı», «İşəgötürən» - Sığortaçı ilə müqavilə bağlayan mülkiyyətçi (hüquqi şəxs) və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul xxxx fiziki şəxsdir.
«Sığortaçı» - «MBASK» Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti
«İşçilər» - Sığortalı ilə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan aşağıda göstərilən şəxslərdir:
- daimi, müvəqqəti və mövsumi işlərdə çalışan işçi və xidmətçilər,
- müəssisədə istehsalat təlimi (təcrübəsi) keçən tələbə və şagirdlər.
«Şəhadətnamə» - Müqavilə tərəfləri, sığorta müddəti, sığorta haqları və sığorta təminatı haqqında hərtərəfli məlumatı özündə əks etdirən sənəddir;
«Sığorta müqaviləsi» - Sığorta Şəhadətnaməsindən,bu Sığorta qaydalarından,doldurulmuş ərizə formasından ibarət razılaşmadır;
“Sığorta obyekti” – işçinin əmək funksiyalarını yerinə yetirərkən sağlamlığına dəyən xəsarət,yaranan xəstəliyi,yaxud ölümü nəticəsində onun əmlak mənafeləri ilə xxxxx xxxx xərclərin əvəzinin işçiyə və ya ailəsinə ödənilməsi ilə əlaqədar işəgötürənin öhdəlikəri üzrə sığorta ödənişləridir.
Sığorta obyektinə görə əmlak sığortasına aid mülkü məsuliyyətin olduğu üçün “işəgötürənin məsuliyyəti sığortası sinifinə” aid edilir.
«Sığorta Hadisəsi»- Bu müqaviləyə əsasən sığorta ödənişinin ödənilməsi üçün əsas xxxx və bu qaydaların 2- ci bəndində sadalanan hallardır;
«Sığorta ödənişi» – Sığortaçının bu müqaviləyə əsasən Sığortalının öz işçiləri qarşısında maddi məsuliyyətindən irəli gələn ödənişlərin əvəzində ödədiyi vəsaitdir.
B. SIĞORTA TƏMİNATI VƏ İSTİSNALAR
2. Sığorta obyekti hadisələri
Sığortalının işəgötürən kimi mülki məsuliyyətinin yaranmasına səbəb xxxx əmək və ya xidmət müqaviləsinə əsasən əmək funksiyalarının yerinə yetirilməsi zamanı Sığortalının işçisinin ölümü və ya əmək xəsarəti
xxxxxx ilə nəticələnmiş işçinin yanması, suda batması, elektrik cərəyanının vurması, hündürlükdən düşməsi, üstünə hər hansı predmetin düşməsi, şaxta vurması, gün vurması, zəhərlənməsi və bununla məhdudlaşmayan sığorta müddəti ərzində baş verən digər bədbəxt hadisələr və istehsalat qəzaları aşağıda göstərilən vaxtda baş verdikdə Sığorta hadisələri hesab olunur:
a) işçi iş fasilələri də daxil olmaqla iş vaxtı ərzində müəssisə ərazisində və ya digər iş yerlərində olarkən;
b) işçi ezamiyyətdə olarkən, habelə işəgötürənin tapşırığı ilə və nəzarəti altında hərəkət edərkən və ya fəaliyyət göstərərkən;
c) işçi sığortalıya məxsus və ya icarəsində yaxud istifadəsində xxxx nəqliyyat vəsitəsi ilə işə gəldiyi və ya işdən getdiyi zaman;
ç) işçi iş vaxtı ərzində xidməti vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar xidməti və ya şəxsi nəqliyyat vasitəsində, ictimai sərnişin nəqliyyatında, o cümlədən taksidə və ya bu kimi digər nəqliyyat vasitəsində hərəkət edərkən baş verən hadisələr.
3. İstisnalar
Bu müqavilə üzrə Sığortalının aşağıdakı hallara görə məsuliyyəti əhatə olunmur:
3.1. Zərərçəkənin, əmək müqaviləsi ilə öz üzərinə qanunvericilikdə nəzərdə tutulmuş öhdəliklərdən artıq öhdəlik götürməsi ilə əlaqədar hallar,
3.2. Zərərçəkənin pul vəsaitlərinə, qiymətli kağızlarına, hər hansı əmlakına və avtonəqliyyat vasitələrinə dəymiş zərərlər,
3.3. Təbii ölüm, intihar, həmçinin İşçinin qeyri-qanuni hərəkət etdikdə aldığı bədən xəsarətləri,
3.4. Hərbi əməliyyatlar, mülki çaxnaşma, tətil nəticəsində istehsalatda alınmış xəsarətlər,
3.5. İonlaşdırıcı şualanma və ya radiasiyanın hər hansı təsiri ilə əlaqədar xəsarətlər,
3.6. Asbestin və ya onun məhsulunun hasili, emalı və istehsalı zamanı, həmçinin onun orqanizmə xxxx təsiri ilə əlaqədar xəsarətlər,
3.7. «Fors major» hadisəsindən irəli gələn xəsarətlər.
Fors-major – fövqəladə və (və ya) qarşısıalınmaz qüvvənin təsiri nəticəsində baş verən hadisələrlə məhdudlaşmayan,Sığortalının iradəsindən və təsir etmək imkanından kənar baş vermiş bütün gözlənilməz hadisələr hesab olunur.
3.8. Sığortalı tərəfindən, Azərbaycan Respublikasının qüvvədə xxxx əmək qanunvericiliyinə zidd olaraq işə qəbul edilmiş İşçilərin aldıqları xəsarətlər,
3.9. Sığortalının qabaqcadan məlumatı olduğu və qarşısı alınması üçün tədbirlər görmədiyi hallar nəticəsində işçinin səhhətinə dəyən zərərlər,
3.10. İşəgötürənin iş şəraitinin təhlükəsizliyi və təhlükəsizlik texnikası qaydalarına riayət etməməsi nəticəsində işçinin səhhətinə dəyən zərərlər,
3.11. Əməyin mühafizəsinin xxxxx və qaydalarına əməl olunmasına nəzarət üzrə dövlət orqanları tərəfindən Sığortalıya qoyulmuş cərimə və tələblər, həmçinin sosial sığortanın büdcə fondları tərəfindən Sığortalıya qarşı iddialar,
3.12. Əsəb sarsıntısı və depresiya, əqli və xxxx pozuntular, şok, irqi və cinsi ayrı-seçkilik, böhtan, şərəf, ləyaqət və iş nüfuzunun pozulması, həmçinin qeyri-qanuni saxlanma ilə əlaqədar zərərlər.
3.13. Peşə xəstəlikləri
C. XÜSUSİ ŞƏRTLƏR
4. Sığorta məbləği və sığorta haqqı
4.1. Sığorta məbləği sığorta müqaviləsi bağlandıqda tərəflərin razılığı ilə müəyyən olunur və Şəhadətnamədə göstərilir.
Sığorta haqqının hesablanmasına əsas İllik Əmək Haqqı Fondudur. Sığorta haqqı Sığortaçı tərəfindən müəyyən olunmuş tarif dərəcəsi ilə hesablanır. Müqavilə ilə müəyyən edilmiş depozit sığorta haqqı Şəhadətnamədə göstərilmiş müddətdə ödənilməlidir. Müvafiq sığorta müddəti bitdikdə, Sığortalı, sığorta haqqının dəqiq hesablanması üçün Sığortaçıya bitmiş müddət ərzində Əmək Haqqı Fondunun faktiki həcmi barədə məlumat verməlidir. Sığorta haqqının ödənilmiş və faktiki göstəriciləri arasında əmələ gələn fərq, ya Sığortalıya qaytarılmalı, ya da Sığortaçıya ödənilməlidir.
Sığorta hadisəsi baş verdiyi tarixə qədər sığorta haqqı ödənilmədiyi halda, Sığortaçı bu hadisə üzrə sığorta ödənişinin verilməsindən imtina etmək hüququna malikdir.
5. Sığorta ödənişi
5.1. Pul məbləğlərində sığorta ödənişi Sığortalının zərər çəkmiş işçilərinə və ya onların qanuni vərəsələrinə ödənilir.
Hər bir sığorta hadisəsi üzrə Sığorta ödənişinin məbləği Sığortalının işçilərinə şikəstlik və ya digər səhhət pozuntusu ilə bağlı dəymiş zərərə görə qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyətinin dərəcəsindən asılı olaraq müəyyən olunur (sığorta müqaviləsi ilə nəzərdə tutulmuş Azadolma məbləğləri çıxılmaqla).
Hər bir sığorta hadisəsi üzrə sığorta ödənişi, sığorta müqaviləsində tərəflərlə təyin olunmuş məbləğdən artıq olmamalıdır. Sığorta müqaviləsi ilə sığorta ödənişlərinin cəmi ümumi sığorta məbləğindən artıq olmamalıdır.
Sığorta müqaviləsi ilə digər hallar nəzərdə tutulmayıbsa, sığorta müddəti ərzində sığorta hadisələrinin sayı məhdudlaşdırılmır.
6. Azadolma
6.1. Sığorta ödənişi Şəhadətnamədə göstərilən azadolma məbləğinin çıxılması ilə həyata keçirilir. Bir neçə sığorta hadisəsi baş verdiyi halda,azadolma onların hər biri üzrə ayrıca tətbiq olunur.
C. SIĞORTA MÜQAVİLƏSİNİN BAĞLANMA QAYDASI, QÜVVƏDƏ OLMA MÜDDƏTİ, ƏHATƏ ƏRAZİSİ VƏ XİTAM OLUNMASI
7. Sığorta müqaviləsinin bağlanması
7.1. Sığorta müqaviləsini bağlamaq üçün Sığortalı, öz İşçilərinin siyahısını, vəzifələr üzrə ayrılmış əmək haqqı, illik Əmək Haqqı Fondu və son üç il ərzində istehsalat travmatizmi barədə məlumatı «Sığorta üçün ərizə»də göstərməklə Sığortaçıya müqavilənin bağlanması üçün müraciət etməlidir.
Sığorta müqaviləsi Sığortalıya Sığorta Şəhadətnaməsinin təqdim olunması ilə rəsmiləşdirilir.
8. Sığorta müqaviləsinin qüvvəyə minməsi və qüvvədən düşməsi
8.1. Sığorta müqaviləsi Şəhadətnamədə göstərilən tarixlərə müvafiq, Azərbaycan Respublikasında yerli vaxtla gündüz saat 12.00-da qüvvəyə minir və yerli vaxtla gündüz saat 12.00-da qüvvədən düşür.
9. Sığorta müqaviləsinin qüvvədə olma müddəti və ərazisi
9.1. Sığorta müqaviləsinin qüvvədə olma ərazisi Azərbaycan Respublikasının ərazisidir. Sığortalı tərəfindən əlavə sığorta haqqının ödənilməsi şərti ilə, sığorta təminatı digər ölkələri də əhatə edə bilər.
9.2. Sığortaçı tərəfindən Sığortalının işçilərinə xidməti vəzifələrinin yerinə yetirilməsi zamanı istehsalat qəzası və yaxud peşə xəstəliyi ilə əlaqədar ölüm, şikəstlik və ya digər səhhət pozuntusu nəticəsində dəymiş zərərin ödənilməsi, yalnız zərər Azərbaycan Respublikasın ərazisində və Sığorta şəhadətnaməsində göstərilmiş sığorta müddəti ərzində baş verdikdə və sığorta hadisəsi barədə Sığortaçıya 3 iş günü ərzində məlumat verildikdə həyata keçirilir.
9.3. Bu müqavilə üzrə, həmçinin, sığortanın qüvvədə olduğu müddətdə istehsalat qəzasının baş verməsindən və peşə xəstəliyinin yaranmasından sonra 12 ay ərzində bu hadisənin birbaşa səbəbi xxxx xxxx, şikəstlik və ya digər səhhət pozuntusunun baş verməsi hallarında və sığorta hadisəsi barədə Sığortaçıya məlumatın vaxtında verilməsi şərtilə sığorta təminatı verilir.
10. Sığorta müqaviləsinə xitam verilməsi
Sığorta müqaviləsinə aşağıdakı hallarda xitam verilir:
10.1. Sığorta müqaviləsinin qüvvədə olma müddəti bitdikdə - sığorta müqaviləsində (və ya eyniləşdirmə kartında)göstərilən qüvvədən düşmə tarixində saat 00.00-da;
10.2. Sığortaçı sığorta müqaviləsi ilə nəzərdə tutulan öz öhdəliklərini tamamilə yerinə yetirdikdə;
10.3. Sığortalı sığorta haqqını sığorta müqaviləsində müəyyən edilən qaydada ödəmədikdə;
10.4. Sığorta müqaviləsinin və hazırkı Qaydaların müddəa və şərtləri yerinə yetirilmədikdə; tərəflərin razılaşmasına əsasən;
10.5. Azərbaycan Respublikası qanunvericiliyi və sığorta müqaviləsi ilə nəzərdə tutulmuş digər hallarda.
11. Sığorta müqaviləsinə xitam verildikdə sığorta haqqının hesablanması
11.1. Tərəflərin birinin yazılı bildirişinə əsasən (həmçinin digər tərəfin sığorta müqaviləsinin şərtlərini yerinə yetirməməsi ilə əlaqədar) Azərbaycan Respublikasının qüvvədə xxxx qanunvericiliyinin tələblərinə uyğun qaydada Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verilə bilər. Belə halda sığorta haqqının qaytarılması aşağıdakı qaydada həyata keçirilir:
11.1.1 sığorta müqaviləsinə Sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verildikdə, Sığortaçı Sığortalının sığorta haqlarının bütünlüklə qaytarır; əgər bu tələb Sığortalının/Sığorta olunanın sığorta Qaydalarını yerinə yetirməməsi ilə bağlıdırsa, Sığortaçi çəkilmiş xərclər çıxılmaqla müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını qaytarır;
11.1.2 sığorta müqaviləsinə Sığortalının tələbi ilə xitam verildikdə, Sığortaçı çəkilmiş xərclər çıxılmaqla müqavilənin qurtarmamış hissəsi üçün sığorta haqqını ona qaytarır; əgər Sığortalının tələbi Sığortaçının sığorta Qaydalarını pozması ilə bağlıdırsa, Sığortaçı sığorta haqqını Sığortalıya bütünlüklə qaytarır.
11.1.3. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək sığortaçı tərəfindən sığortalıya ödənilmiş sığorta haqqına bərabər və ya ondan xxx miqdarda sığorta ödənişi verilmişdirsə, sığorta haqqı sığortalıya qaytarılmır.
11.1.4. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək sığortaçı tərəfindən sığortalıya ödənilmiş sığorta haqqından az miqdarda sığorta ödənişi verilmişdirsə, həmin sığorta haqqı məbləği ilə sığorta ödənişi məbləği arasındakı fərq miqdarında sığorta haqqının sığortalıya qaytarılması müvafiq olaraq bu Qaydalarin 11.1.1-ci və 11.1.2-ci maddələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
11.2. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildikdə, bu Qaydaların 11.1.1-ci bəndinin şərtləri nəzərə alınaraq, sığorta haqqı Sığortalı tərəfindən göndərilmiş yazılı bildiriş alındıqdan sonra 10 (on) iş günü ərzində qaytarılır.
D. TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ
12. Sığortalının vəzifələri:
12.1.1. Zərər çəkənə ilkin yardımı və onun səhiyyə məntəqəsinə dərhal çatdırılmasını təşkil etmək;
Dərhal müvafiq orqanları və Sığortaçını istehsalatda baş vermiş bədbəxt hadisəsi barədə məlumatlandırmaq;
12.1.2. İstintaq komissiyasının işə başlamasına qədər, iş yerində şəraiti əgər bu hal hər hansı təhlükə yaratmırsa olduğu kimi saxlamaq;
12.1.3. Sığortaçının ekspertlərinin istehsalatda bədbəxt hadisənin baş verməsinə gətirib çıxaran əmək şəraitini öyrənməsinə imkan yaratmaq;
12.1.4. Müvafiq formada rəsmiləşdirilmiş aşağıdakı iddia sənədlərini Sığortaçıya təqdim etmək:
12.1.4.1. Hadisə barədə sərbəst formada ərizə;
12.1.4.2. İstehsalatda baş vermiş bədbəxt hadisə haqqında qanunvericiliklə müəyyən edilmiş formada tərtib olunmuş akt və yaxud işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə işçi ilə istehsalatda bədbəxt hadisənin baş verməsi barədə məhkəmənin hökmü (qətnaməsi, qərarı);
12.1.4.3. İşçinin əmək qabiliyyətinin itirilməsini və yaxud peşə xəstəliyini təsdiq edən Tibbi-Sosial Ekspert Komissiyasının (TSEK) şəhadətnaməsi və yaxud ölümü haqqında şəhadətnamə.
12.1.4.4. Zərərçəkənin ölümünün səbəbi və ya aldığı zədənin ağırlığı və xarakteri barədə tibbi rəy;
12.1.4.5. Hadisənin səbəbləri barədə ekspekt komissiyasının rəyi;
12.1.4.6. Hadisə ilə bağlı maddi zərər barədə bütün qəbzlərin və köçürmələrin surətləri əlavə edilməklə arayış.
13. Sığortaçının vəzifələri:
13.1 Sığortaçı sığorta ödənişini Sığortalı tərəfindən bütün lazımi iddia sənədlərinin təqdim edilməsindən, hadisənin sığorta hadisəsi olmasının sübuta yetirilməsindən və ödənişin verilməsi qərarının qəbul edilməsindən sonra ən geci 30 gün müddətində həyata keçirməlidir.
14. Sığortaçının hüquqları:
14.1. İstehsalatda bədbəxt hadisənin şəraitinin istintaqı ilə əlaqədar bütün prosedurlarda iştirak etmək;
14.2. Zərər çəkmişlərə tibbi baxış üçün öz tibb ekspertlərini göndərmək;
14.3. Həmkarlar İttifaqının və ya razılaşdırma komissiyasının qərarlarına məhkəmədə və ya əmək müqaviləsində nəzərdə tutulmuş digər məhkəmə instansiyasında etiraz etmək.
14.4. Sığortalının mənafelərini məhkəmədə qorumaq. Bu hal Sığortaçının vəzifəsi deyil.
14.5. Yuxarıda göstərilən şərtlərə əlavə olaraq Sığortaçı sığorta müqaviləsini vaxtından əvvəl ləğv edə və Sığortalı tərəfindən əvvəl alınmış SIĞORTA ÖDƏNIŞLƏRINI AŞAĞIDAKI HALLARDA XXXX TƏLƏB EDƏ BILƏR:
14.5.1. Sığortalının əmək qanunvericiliyi və əməyin mühafizəsi qaydalarının riayət olunmasını təmin etməyi bacarmaması səbəbindən istehsalatda eyni tipli Hadisələrin müntəzəm olaraq (müqavilə müddətində 3 və daha xxx) təkrar olunması;
14.5.2. Əmək kollektivi tərəfindən istehsalatda təhlükəli vəziyyət barədə məlumatlandırılmasına baxmayaraq Xxxxxxxxx tərəfindən heç bir lazımi tədbirlərin görülməməsi səbəbindən bədbəxt hadisə baş verdikdə;
14.5.3. Məhkəmənin Hadisənin İşəgötürən tərəfindən əməyin təhlükəsizliyi şərtlərinin və təhlükəsizlik texnikasının pozulması səbəbindən baş verməsi barədə qərar verməsi halında.
14.5.4. Sığorta müqaviləsinin bağlanması və ya iddia ərizəsinin verilməsi zamanı Sığortalı tərəfindən bilərəkdən risk dərəcəsinin qiymətləndirilməsinə təsir göstərə biləcək yalnış məlumatların verilməsi halında.
15.Sığorta ödənişi verməkdən imtinanın əsasları
15.1. Sığortaçı sığorta ödənişinin ödənilməsindən aşağıdakı hallarda imtina edə bilər:
15.1.1. Əgər Sığorta hadisəsinin baş verməsi barədə Sığortalı və ya sığorta olunan şəxs və yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün xxxx ən qısa müddətdə Sığortaçıya və ya onun nümayəndəsinə,eyni zamanda qanunvericiliyə uyğun olaraq həmin hadisə barədə məlumatlandırılmalı xxxx səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər vermədikdə.
15.1.2 Bu Qaydaların 12 maddəsinin tələblərinin yerinə yetirilməməsi nəticəsində sığortaçının hadisənin səbəblərini və/və ya zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması ilə əlaqədar olaraq onun mənafeləri əhəmiyyətli dərəcədə pozulduqda
15.1.3 Qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyəti istisna edən hallardan başqa,sığortalının,müvafiq zərərçəkənin sığorta hadisəsinin baş verməsinə yönələn qəsdən etdiyi hərəkəti və ya hərəkətsizliyi,habelə sığorta hadisəsi ilə birbaşa səbəb əlaqəsində xxxx qəsdən cinayət törətməsi
15.1.4 Sığortalı dəyə biləcək zərərlərin azalması və ya qarşısının alınması üçün mümkün və ağlabatan tədbirləri görmək iqtidarında olduğu halda həmin tədbirləri qəsdən görmədikdə,xxxxx bu xxxxx sığorta ödənişindən o həcmdə imtina edilə bilər ki,sığortalı mümkün tədbirləri xxxxxx olsaydı,zərərin miqdarı həmin həcmdə azalmış olardı
15.1.5 Sığortaçının sığorta hadisəsinin baş verməsi səbəblərini araşdırmasına Sığortalı tərəfindən maneçilik törədilməsi, sığortaçını hadisənin səbəblərini və ya zərərin həcmini müəyyən etmək imkanından tam və ya qismən məhrum etməsi
15.1.6 Sığortalı sığorta hadisəsi, xxxxxx dəyişməsi və ya hadisəyə aid xxxx hər hansı məlumatı,və ya sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarı haqqında bilərəkdən təhrif olunmuş və ya yanlış məlumatı Sığortaçıya təqdim edibsə.
15.1.7 Sığortalı hadisə barədə müvafiq səlahiyyətli orqanlara məlumat vermədikdə, xxxxx sığorta hadisəsi nəticəsində dəymiş zərərin səbəbinin və xarakterinin müəyyən edilməsi bunu tələb etdikdə.
15.1.8 Müvafiq səlahiyyətli orqanlar sığorta hadisəsi faktının baş verməsini təsdiq etmədikdə.
15.1.9 Sığortalı hazırkı Qaydaların 12.1.4-ci bəndində göstərilən sənədlərin hər hansını təqdim etmədikdə.
15.1.10 Sığortalı dəymiş zərərin əvəzini zərərin yaranmasında təqsirli xxxx şəxsdən aldıqda.
15.1.11 Sığortalı hazırkı Qaydaların və sığorta müqaviləsinin şərtlərinə və/və ya tələblərinə riayət etmədikdə, sığorta müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirmədikdə.
15.1.12 Baş vermiş hadisənin qanunvericiliyə və ya sığorta müqaviləsinə müvafiq sığorta hadisəsi hesab edilməməsi
15.1.13 Azərbaycan qanunvericiliyi və ya sığorta müqaviləsinin şərtləri ilə nəzərdə tutulmuş digər hallarda.
15.1.14 Sığorta ödənişinin verilməsindən imtina Sığortalıya, səbəbləri göstərilməklə, yazılı şəkildə təqdim olunmalıdır.
15.1.15 Sığortaçının sığorta ödənişinin verilməsindən imtina etməsi əsasında, Azərbaycan qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada, məhkəmədə iddia irəli sürülə bilər.
16. İkiqat sığorta
16.1 Bu sığorta ilə təmin olunan hadisələr digər könüllü və ya icbari sığorta ilə təmin olunduqda, sığorta ödənişi hər Sığortaçı tərəfindən, bağladığı sığorta müqaviləsi ilə sığorta məbləğinin həmin Sığortalı və ya İşçi tərəfindən bağlanmış bütün sığorta müqavilələri üzrə cəmi sığorta məbləğinə xxxx nisbətində ödənilir.
17. Tərəflərin məsuliyyəti
17.1 Sığorta müqaviləsi Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tərtib edilir və tərəflərlə lazımi qaydada yerinə yetirilməlidir.
17.2 Sığorta müqaviləsi üzrə tərəflərdən biri müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirmədikdə və yaxud lazımınca yerinə yetirmədikdə Azərbaycan Respublikasının qüvvədə xxxx qanunvericiliyinə müvafiq olaraq digər tərəfə vurduğu ziyanın əvəzini ödəməlidir.
17.3 Sğorta müqaviləsinə əsasən tərəflərdən heç biri o biri tərəfin yazılı razılığı olmadığı halda öhdəliklərini üçüncü tərəfə vermək hüququna malik deyil.
18. Sığorta müqaviləsinə qəbul edilmiş əlavələr
18.1 bu Qaydalar əsasında bağlanılmış sığorta müqaviləsinə Əlavələr tərəflərin razılığı ilə yazılı şəkildə qəbul edilir, müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edir və bu Qaydalarda mövcud xxxx şərtləri dəyişdirə və ya müəyyənləşdirilməyən şərtləri qəbul edə bilər.
19. Mübahisələrə baxilma qaydası
19.1 Sığorta müqaviləsi ilə bağlı bütün məsələlər, o cümlədən tərəflər arasında yaranan fikir ayrılığı və mübahisələr bir qayda olaraq danışıqlar yolu ilə həll edilir. Əgər danışıqlar yolu ilə nəticə əldə edilməzsə, mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada, o cümlədən məhkəmə qaydasında həll olunmalıdır.