KOSMİK RİSKLƏRİN SIĞORTASI QAYDALARI
KOSMİK RİSKLƏRİN SIĞORTASI QAYDALARI
Ümumi anlayışlar
Əgər qaydaların məzmununda başqa cür nəzərdə tutulmamışdırsa, bu Qaydalarda istifadə olunan termin və ifadələr aşağıdakı mənaları daşıyır:
Sığortalı - sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta xxxxxx xxxx sığorta
müqaviləsinin tərəfi;
Sığortaçı - sığorta fəaliyyətini həyata keçirmək üçün müvafiq lisenziyaya xxxxx xxxx, sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda qanunvericiliklə və ya müqavilə ilə müəyyən olunmuş qaydada sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfi xxxx yerli hüquqi şəxs;
Faydalanan şəxs(lər) - sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişini almaq hüququ xxxx şəxs;
Aktuari - qanunvericiliyə uyğun olaraq iqtisadi-riyazi hesablamalar aparmaqla sığorta haqlarının hesablanmasının əsaslarını müəyyən edən, həmçinin sığorta ehtiyatlarını hesablayan mütəxəssis;
Sığorta hadisəsi - qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas xxxx, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində gözlənilmədən baş verən hadisə və ya yaranan hal;
Sığorta məbləği – sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin qanunvericilik, yaxud müqavilə ilə müəyyənləşdirilmiş məbləğlə ifadə olunan son həddi;
Sığorta tələbi - sığorta hadisəsi baş verdikdə sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya öz vəzifələrini qanunvericiliyə və sığorta müqaviləsinə uyğun olaraq icra etməsi barədə müraciəti;
Sığorta ödənişi – sığorta hadisəsi baş verdikdə, qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyası;
Sığorta obyekti – sığortalının, yaxud sığorta olunanın qanunazidd olmayan hər hansı əmlak mənafeyi;
Sığorta predmeti – sığorta müqaviləsi üzrə sığortalanan əmlak mənafelərinin aid olduğu əmak;
Sığorta marağı - Sığorta marağı sığorta hadisəsinin baş verəcəyi təqdirdə sığortalının maliyyə itkisinə məruz qalması ehtimalı ilə şərtlənən və onun sığorta obyektini sığorta etdirmək hüququnun əsaslandığı mənafedir.
Sığorta haqqı – risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta qanunvericiliyinə uyğun olaraq, sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləği;
Sığorta riski və ya risk - sığorta obyekti ilə bağlı itkilərin və ya zərərlərin yaranmasına səbəb xxxx hadisənin baş verməsi və ya halın yaranması ehtimalı, həmçinin bu ehtimala qarşı sığortaçının üzərinə götürdüyü öhdəlik;
Sığorta tarifi – sığorta haqqının hesablanması üçün aktuari hesablamalarına əsasən müəyyən edilən faiz dərəcəsi;
Sığorta müqaviləsi - sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşma;
Sığorta şəhadətnaməsi - sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən, sığortaçı tərəfindən sığortalıya və (və ya) sığorta olunana verilən sənəd;
Sığortanın müddəti – sığorta risklərinin təminatda hesab olunduğu müddət;
Azadolma məbləği – Azadolma məbləği, sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir. Azadolma məbləği hər bir halda sığorta müqaviləsinə uyğun olaraq müəyyən edilən sığorta ödənişi məbləğinə tətbiq olunur
Gözləmə müddəti - gözləmə müddəti, sığorta hadisəsi nəticəsində həmin müddət ərzində yaranan itkilərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir.
Əhəmiyyətli hallar – Sığortaçının müqavilədən imtina etmək və ya onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən hallar əhəmiyyətli sayılır;
Sığortanın ərazisi – sığorta obyektinin sığortalanmış hesab olunduğu müəyyən ərazi hüdudları.
1. ÜMUMİ MÜDDƏALAR:
1.1. Sığorta obyektinə görə əmlak sığortasına aid xxxx Əmlakın yağın və digər əlavə risklərdən sığortası
sinfinə aiddir.
1.2. Bu növ Sığorta, Sığortalının və ya kosmik fəaliyyətlə məşğul xxxx və kosmik fəalliyyətini sığortalanması üçün qanunla, digər hüquqi aktla və ya müqavilə ilə sığorta xxxxxx xxxx Xxxxxxxxxx şəxs xeyrinə bağlanır.
Əgər Sığorta müqviləsində Xxxxxxxxxx şəxs göstərilməzsə, Sığorta müqaviləsi Sığortalının xeyrinə bağlanmış hesab olunur.
1.3. Sığorta müqaviləsinin qaydalarının və şərtlərinin bütün müddəaları Sığortalıya şamil olunduğu kimi, Xxxxxxxxxx şəxsə də şamil olunur.
Sığortalı tərəfindən bu qaydalar və müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi və ya vaxtında yerinə
yetirilməməsi nəticəsində əmələ gələn risklərə, sığorta ödənişi ilə əlaqədar sığortalı və ya Faydalanan
şəxs tərəfindən iddia qaldırılmazdan əvvəl, Xxxxxxxxxx şəxs sığortalı ilə eyni səviyyədə məsuliyyət daşıyır.
1.4. Sığortalının (Faydalanan şəxsin) kosmik fəaliyyəti dedikdə aşağıdakı mərhələlərdən ibarət fəaliyyət
başa düşülür:
1.4.1 Kosmik-raket texnikasına aid obyektlər üçün:
- Hazırlanma,
- Daşınma,
- Saxlamılma,
-Montai işlərinin aparılması və işəsalmaya hazırlıq:
- İşəsalma,
- Uçuş sınaqlarının keçirilməsi,
- Kosmik fəzada istismar,
1.4.2. Yerüstü kosmik texnika üçün
- İnşaedilmə,
- İstismar
1.5 Kosmik texnika dedikdə kosmik-raket texnikası və yerüstü kosmik texnika obyektlərindən ibarət, xüsusi olaraq kosmik fəaliyyətin həyata keçirilməsi üçün nəzərdə tutulan əmlak başa düşülür:
1.5.1 Aşağıdakılar Yerüstü kosmik texnikalara aiddir:
- Kosmik texnikanın yaradılması və işlədilməsi üçün yerüstü istehsal və sınaq-eksperimental bazası, kosmonavtların hazırlığı üçün mərkəzlər və avadanlıqlar;
- Bina və tikililərdən, ötürücü qurğulardan, əsas və köməkçi avadanlıqlardan, maşın və
mexanizmlərdən ibarət kosmodromlar, stasionar və mobil başlama kompleksləri, işəsalma qurğuları;
- Kosmik texnikanın saxlanılma bazası;
- Kosmik obyektlərin enmə poliqonları və qalxma-enmə zolaqları;
“ Hesablama texnikası və proqramlaşdırma vasitələri daxil olmaqla, xüsusi olaraq kosmik fəaliyyət prosesində istifadə üçün nəzərdə tutulan, kosmik sistemlərin yerüstü
stansiyalarından, kosmik komplekslərin və digər yerüstü avadanlıqların avtomatlaşdırılmış idarə sistemindən ibarət yerüstü qərargah-ölçü kompleksləri, kosmik uçuşların idarəedilməsi mərkəzləri və məntəqələri, qəbul məntəqələri, informasiyanın saxlanılması və emalı;
- Xüsusi nəqliyyat vasitələri, istehlak olunan materiallar və məhsullar, komplekt elementləri, istehsalı bitməmiş obyektlər, hazır məsullar, komplekt və ehtiyat məhsulları və bunalara daxil xxxx digər mallar;
- Kosmik fəaliyyətin həyata keçirilməsi üçün istifadə olunan digər yerüstü tikililər və texnika
1.5.2. Kosmik raket texnikasına (KRT) aşağıdakılar aiddir:
- Kosmik komplekslərdən və raket-kosmik komplekslərdən ibarət kosmik sistemlər
- Çıxarma sistemləri, kosmik aparatları və kosmik aparatların bloklarını, blokların müqavimət sipərləri və müdafiə sistemlərini özündə birləşdirən raket-kosmik kompleksləri
- Raketdaşıyıcılardan, sürətverici bloklardan və hava-kosmik sistemlərdən ibarət, çıxarma
sistemləri,
- Kosmik aparat qrupları və sistemləri və onların bölmələri və törəmələri və ya ayrıca kosmik
aparatlar daxil olmaqla kosmik aparat blokları
- Kosmik komplekslər, o cümlədən, kosmik aparatların tam orbital sistemləri, kosmik aparat
qrupları və ayrıca kosmik aparatlar
1.6. Kosmik fəaliyyətin həyata keçirilməsi xxxxxx xxxx tikinti işləri dedikdə, yerüstü kosmik texnikanın qurulması zamanı həyata keçirilən kompleks işlər başa düşülür.
1.7. Kosmik fəaliyyət zamanı həyata keçirilən montai işləri dedikdə, buraxılışdan əvvəl sınaqların keçirilməsi daxil olmaqla, KRT obyektlərinin texniki və start komplekslərində buraxılışa hazırlanan kompleks işlər başa düşülür.
2. Sığorta obyekti
2.1. Sığorta obyekti kosmik fəaliyyət ilə məşğul xxxx Sığortalının (Faydalanan şəxsin) aşağıdakılarla əlaqəli Azərbaycan Respublikası Qanunvericiliyinə zidd olmayan sığorta mənafeləri hesab olunur:
- Yerüstü kosmik texnikanın istismarı zamanı xxx xxxx sahiblik, istifadə və sərəncam, hazırlanma zamanı kosmik raket texniki obyektləri, saxlanılma, nəql etmə, işə salmaya hazırlıq, işə salma, uçuş sınaqların və kosmik məkanda istismar, zədələnmənin nəticələri, tam məhv olma, naməlum səbədən xxx xxxx və itki,
- Yerüstü kosmik texnika obyekıləf'inin məhv olması və ya zədələnməsi nəticəsində, həmin obyektlərin inşası;
- Kosmik raket texnika obyektlərinin məhv olması və zədələnməsi nəticəsində, həmin obyektlərin
montajı;
- Kosmik Raket Texnikası obyektlərinin işə salınması, uçuş sınaqları və kösmik məkanda istismarı zamanı, Sığortalının (Xxxxxxxxxx şəxsin) üçüncü şəxslərin əmlakına vurduğu zərərə görə
ödənişlər
3. Sığorta predmeti
3.1. Bu qaydalara görə Sığorta predmeti aşağıdakılar hesab olunur:
- Tam təssərrüfat idarəçiliyi yaxud operativ idarə etmə üçün sahiblik hüququna əsasən sığortalıya
məxsus yerüstü kosmik texnikasının obyektləri:
- Kosmik fəaliyyətin həyata keçirildiyi vaxtda, Sığortalı (Faydalanan şəxs) və ya kontraqentlər tərəfindən aparılan inşaat işləri zamanı, sığorta müqavailəsində qeyd olunan, inşaat predmetini özündə əks etdirən və inşaat meydanında yerləşən, Sığortalının yerüstü kosmik texniki obyektləri;
- Sığortalının kosmik raket texnikası obyektlərinin hazırlanması zamanı;
- Kosmik texnikalar üçün bazada saxlanılan, kosmik raket texnikası obyektləri;
- Saxlanıldığı yaxud işə salındığı yerə nəql edilən zaman sığortalının kosmik raket texniki
obyektləri;
- Kosmik fəaliyyətin həyata keçirildiyi vaxtda, Sığortalı (Faydalanan şəxs) və ya kontraqentlər
tərəfindən aparılan montai işləri zamanı, sığorta müqvailəsində qeyd olunan, montai predmetini özündə əks etdirən və montai yaxud sınama komplekslərində yerləşən, Sığortalının yerüstü
kosmik texniki obyektləri;
- Uçuş sınaqlarında xxxx kosmik raket texnikası obyektləri;
- Kosmik raket obyektlərinin kosmik məkanda istismarı zamanı;
- İşə salma, uçuş sınaqların keçirilməsi və kosmik raket texnikası obyektinin orbitada istismarı zamanı, Sığortalının (Faydalanan şəxsin) kosmik fəaliyyəti ilə əlaqədar, hüquqi və fiziki şəxslərin əmlakına vurulan ziyana görə sığortalının (Faydalanan şəxsin) əmlak məsuliyyəti.
3.2. Bu qaydalara əsasən Sığortalının əmlak məsuliyyəti dedikdə, uçuş sınaqlarında yaxud kosmik məkanda istismarı zamanı kosmik raket texnikası obyektlərinin qəfl və gözlənilmədən qəzası nəticəsində onun hər hansı hissələrin və obyektlərin Yer kürəsi səthinə düşən zaman, üçüncü şəxslərin əmlakına dəyən zərərə görə ödənişlərin ödənilməsi üçün mülki hüququn normalarına əsasən Sığortalının (Xxxxxxxxxx şəxsin) öhdəlikləri hesab olunur.
3.3. Həmçinin üçüncü şəxslər qarşısında məsuliyyət dedikdə, Sığortalının (Xxxxxxxxxx şəxsin) fəaliyyəti ilə əlaqədar, digər uçuş və komik apparatlar ilə toqquşma nəticəsində, üçüncü şəxslərin əmlakına, səhhətinə və sağlamlığına dəyən zərərə görə ödənişlərin verilməsi üçün mülki hüququn normalarına əsasən Sığortalının (Xxxxxxxxxx şəxsin) öhdəlikləri hesab olunur.
4. Sığorta hadisələri və risklərin növləri
4.1. Sığorta hadisəsi, müqavilədə göstərilən hadisələrin baş verməsi nəticəsində, Sığortaçının, Sığortalı və ya müqavilədə göstərilən, Faydalanan şəxs qismində çıxış edən digər şəxs üçün sığorta ödənişinin həyata keçirilməsi üzrə öhdəliyin yaranması halıdır.
4.2.2. Sığorta ödənişləri Sığortaçı tərəfindən aşağıda göstərilmiş risklər nəticəsində, baş vermiş sığorta
hadisələrinə görə ödənilir.
4.2.1. “YANĞIN" - Xüsusi olaraq yandırılma və saxlanılma üçün nəzərdə tutulmuş yerlərdə yaxud təsadüfi və istehsal avadanlıqların gözlənilməz gizli nasazlıqları, stastistik elektrik boşalmaları, ildırım boşalmaları, elektrik ilə təchiz etmədə nasazlıqlar ilə əlaqədar, həmin yerlərin sərhəddlərini keçdikdə baş vermiş yanğının təsiri nəticəsində kosmik texnikanın məhv edilməsi və ya zədələnməsi;
4.2.2. “PARTLAYIŞ" - Məhdud həcmli qısa xxxxx xxxxxx, xxxxx həcmdə eneriinin təsadüfən və gözlənilmədən boşlması ilə əlaqədar, genişlənən parların yaxud qazların dağıdıcı işləri ilə müşayət olunan, fiziki yaxud sürətli kimyəvi prosses nəticəsində kosmik texnikanın məhv edilməsi və ya ” zədələnməsi;
4.2.3. “SU BASMA” - Qəflətən su basma, torpaqaltı suların daxil olması, leysan suları və buzların axını nəticəsində kosmik texnikanın məhv edilməsi və zədələnməsi;
4.2.4. “MÜHƏNDIS KOMMUNİKASİYALARINDAN SIZMA” - İşlək mayelərin yaxud parların çıxması ilə müşayət olunan hidravlik sisitemlərin (yanacağı və oksidləşdiricini ötürən və saxlayan sistem, temperaturu tənzim edən və həyatı təmin edən sistemlər, hidravlik sistemlər, su kəməri, kanalizasiya, istilik sistemləri, yanğına qarşı təhlükəsizlik (sprinkler) sistemləri və digər sistemlər), qəflətən xarab olması nəticəsində kosmik texnikanın məhv edilməsi və zədələnməsi;
4.2.5. “KÜLƏK, TUFAN, QASIRĞA” - Sığortalanmış əmlakın yerləşdiyi ərazinin normativ təyinatlarını aşan sürətdə küləyin qəflətən təsiri nəticəsində kosmik texnikanın məhv edilməsi və ya zədələnməsi;
4.2.6. “ZƏLZƏLƏ”- İntensivliyi, sığortalanmış əmlakın yerləşdiyi ərazidə, tikililərin normativ təyinatlarını aşan, zəlzələnin təsiri nəticəsində kosmik texnikanın məhv edilməsi və ya zədələnməsi;
4.2.7. “TORPAQ SÜRÜŞMƏSİ” - İstənilən torpaq sürüşməsi, qar uçqunu, çirk və palçıq axını
nəticəsində, kosmik texnikanın zədələnməsi yaxud məhv edilməsi;
4.2.8. “ATMOSFER GƏRGİNLİYİ” - Kosmik texnikanın ona gözlənilməz təsir edən və yanğın əmələ gətirməyən və ya ildırım gərginliyi nəticəsində əmələ gələn bir-başa ildırım vurması səbəbindən zədələnməsi və ya məhv olması;
4.2.9. “XARİCİ TƏSİRLƏR” - Üçüncü şəxslərin təsirləri istisna olmaqla, kosmik texnikanın üzərinə gözlənilmədən uçan aparatların və ya onların hissələrinin düşməsi, gözlənilməz şəkildə nəqliyyat vasitələrinin vurması, gözlənilmədən qarın, dolunun, quşların, heyvanların, meteorit axınlarının, kosmik hissələrin, Yerin radiasiya qurşaqlarının təsiri, KRT obyektləri və ya onların hissələri ilə kosmik fəzada toqquşması səbəbindən kosmik texnikanın zədələnməsi və ya məhv olması;
4.2.10. “KOSMİK TEXNİKANIN NƏZƏRDƏ TUTULMAYAN İŞ REVİMLƏRİ” Kosmik texnika elementlərində proseslərin cədvəldən kənar axınına yol açan, yolverilməz qızmalar, vibrasiyalar, dinamik zərbələr, mexaniki gərginliklər, elektrik kəsilmələri və yükləmələri, hidravlik zərbələr, ferrorezonans gərginlikləri və tələb olunan nəticəyə nail olmamaqla, birbaşa təyinat üzrə olmayaraq, materialların, əşyaların, komplekt elementlərin hissəvi və ya tam məsrəfi ilə müşayət olunan, parametrləri bu növ kosmik texnika üçün nəzərdə tutulmayan diapazon hüdudlarından kənarda yerləşən reğimlərin gözlənilməz təsiri səbəbindən kosmik texnikanın zədələnməsi və ya məhv olması
4.2.11. “HAZIRLAMA VƏ MONTA/ SƏHVLƏRİ” - Hazırlama (montaj) boyu və təhvil-təslim
sınaqları zamanı həyata keçirilən yoxlama və diaqnostika metodları ilə aşkar oluna bilməyən daxili
deffektli materialların, detalların, hissələrin istifadəsi ilə əlaqədar hazırlama və montaj müəssisələrinin qəsdən olmayan səhvləri səbəbindən kosmik texnika elementlərinin gözlənilməz
zədələnməsi nəticəsində kosmik texnikanın məhv olması və zədələnməsi;
4.2.12. “TİKİNTİ SƏHVLƏRİ” - İnşaat boyu və təhvil-təslim sınaqları zamanı həyata keçirilən yoxlama və diaqnostika metodları vasitəsilə aşkar edilə bilməyən daxili defektli inşaat materialları və konstruksiyalardan istifadə ilə əlaqədar tikinti müəssisələrinin qəsdən olmayan səhvləri səbəbindən kosmik texnikanın elemetlərinin zədələnməsi nəticəsində kosmik texnikanın məhv olması və zədələnməsi;
4.2.13. “İSTİSMAR SƏHVLƏRİ” - İşçi heyətin vaxtında, dəqiq, etibarlı qarşısını almasını qeyri- mümkün edən gözlənilməz xarici faktorların təsiri səbəbindən qərəzli hərəkətləri və kobud ehtiyyatsızlıqları istisna olmaqla, Sığortalının operativ-istismar və istehsal heyətin səhvi nəticəsində, kosmik texnikanın gözlənilməz zədələnməsi və məhv olması;
4.2.14. “NAMƏLUM ŞƏKİLDƏ İTMƏ” - Naməlum itmə tarixindən 180 gün müddətində haqqında heç bir xəbər olmaması və səlahiyyətli dövlət orqanlarının axtarışları dayandırması şərtilə, KRT obyektlərinin saxlama, montai və işəsalma yerinə daşınması, işəsalma, uçuş sınaqlarının keçirilməsi və kosmik fəzada istismarı zamanı KRT obyektlərinin gözlənilməz şəkildə itməsi;
4.2.15. “KRT-İN DAŞINMA ZAMANI ZƏDƏLƏNMƏSİ VƏ YA MƏHV OLMASI” - Kosmik raket texnika obyektlərinin daşınması zamanı, Kosmik raket texnika obyektlərini daşıyan nəqliyyat vasitəsinin qəzaya uğraması, aşması, çevrilməsi, dəmiryol nəqliyyatının dəmiryolu xətlərindən çıxışı, xxxx xxxxxx zədələnmə də daxil olmaqla hava daşıyıcılarının düşməsi, gəminin qəzaya uğraması nəticəsində KRT obyektlərinin zədələnməsi və məhv olması;
4.2.16. “ÜÇÜNCÜ ŞƏXSLƏRİN QƏRƏZLİ HƏRƏKƏTLƏRİ” - oğurluq, qarət, quldurluq və digər yolverilməz qərəzli hərəkətlər;
4.3. Əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, müqavilənin müəyyən şərtlərindən asılı olaraq, Sığortalının (Faydalanan şəxs) əmlak maraqları aşağıdakı risklərdən sığortalanmış olunur:
4.3.1. İstismar mərhələsində yerüstü kosmik texnikanın sığortasında;
“Yanğın”, “Partlayış”, “Daşqın”, “Mühəndis kommunikasiyalarından sızmalar (axmalar)”, “Külək, xxxxx, xxxxx”, “Zəlzələ”, “Torpaq sürüşməsi”, “Atmosfer gərginliklər”, “Kənar təsirlər”, “Kosmik avadanlığının qeyri-iş rejimi”, “Montaj və istehsalda səhvlər”, “İnşaat səhvləri”, “İstismar səhvləri”, “Üçüncü şəxslərin qərəzli hərəkəti”.
4.3.2. İnşaat mərhələsində yerüstü kosmik texnikanın obyektlərinin sığortasında:
“Yanğın”, “Partlayış”, “Daşqın”, “Mühəndis kommunikasiyalarından sızmalar (axmalar)”, “Külək, xxxxx, xxxxx”, “Zəlzələ”, “Torpaq sürüşməsi”, “Atmosfer gərginliklər”, “Kənar təsirlər”, “İnşaat səhvləri”, “Üçüncü şəxslərin qərəzli hərəkəti”.
4.3.3. İstehsal etapında KRT obyektlətinin sığortasında:
“Yanğın”, “Partlayış”, “Daşqın”, “Mühəndis kommunikasiyalarından sızmalar (axmalar)”, “Külək, xxxxx, xxxxx”, “Zəlzələ”, “Torpaq sürüşməsi”, “Atmosfer gərginliklər”, “Kənar təsirlər”,
“Kosmik avadanlığının qeyri-iş rejimi”, “Montaj və istehsalda səhvlər”, “İstismar səhvləri”, “Üçüncü şəxslərin qərəzli hərəkəti”.
4.3.4. Saxlanma etapında KRT obyektlərinin sığortasında:
“Yanğın”, “Partlayış”, “Daşqın”, “Mühəndis kommunikasiyalarından sızmalar (axmalar)”,
“Külək, xxxxx, xxxxx”, “Zəlzələ”, “Torpaq sürüşməsi”, “Atmosfer gərginliklər”, “Kənar təsirlər”, “Üçüncü şəxslərin qərəzli hərəkəti”.
4.3.5. Nəql etmə etapında KRT obyektlərinin sığortasında:
“Yanğın”, “Partlayış”, “Daşqın”, “Mühəndis kommunikasiyalarından sızmalar (axmalar)”, “Külək, xxxxx, xxxxx”, “Zəlzələ”, “Torpaq sürüşməsi”, “Atmosfer gərginliklər”, “Kənar təsirlər”,
“Qeyb olmaq”, “Nəql etmə zamanı KRT zədələnməsi və ya məhv olması”, “Üçüncü şəxslərin qərəzli hərəkəti”.
4.3.6. İşə salma hazırlığı və montal işlərinin keçirilmə zamanı KRT sığortasında:
“Yanğın”, “Partlayış”, “Daşqın”, “Mühəndis kommunikasiyalarından sızmalar (axmalar)”,
“Külək, xxxxx, xxxxx”, “Zəlzələ”, “Torpaq sürüşməsi”, “Atmosfer gərginliklər”, “Kənar təsirlər”, “Kosmik avadanlığının qeyri-iş rejimi”, “Montaj və istehsalda səhvlər”, “İstismar səhvləri”, “Üçüncü şəxslərin qərəzli hərəkəti”.
4.3.7. İşə salma etapında KRT obyektlərinin sığortası:
“Yanğın”, “Partlayış”, “Daşqın”, “Mühəndis kommunikasiyalarından sızmalar (axmalar)”,
“Külək, xxxxx, xxxxx”, “Zəlzələ”, “Torpaq sürüşməsi”, “Atmosfer gərginliklər”, “Kənar təsirlər”, “Kosmik avadanlığının qeyri-iş rejimi”, “Montaj və istehsalda səhvləri”, “İstismar səhvləri”, “Qeyb olmaq”, “Üçüncü şəxslərin qərəzli hərəkəti”.
4.3.8. Uçuş sınaq və kosmik məkanda istismar mərhələsində KRT obyektlərinin sığortasında:
“Yanğın”, “Partlayış”, “Daşqın”, “Mühəndis kommunikasiyalarından sızmalar (axmalar)”, “Kənar təsirlər”,
“Kosmik avadanlığının qeyri-iş rejimi”, “Montaj və istehsalda səhvləri”, “İstismar səhvləri”, “Qeyb olmaq”.
4.4. Tərəflərin razılığına əsasən üçüncü şəxslərin əmlakının zədələnməsi və məhv olması ilə əlaqədər Sığortalının məsuliyyət riskinə əsasən “ÜÇÜNCÜ ŞƏXSLƏRIN ƏMLAKININ MƏHV OLMASI VƏ ZƏDƏLƏNMƏSİI QARŞISINDA MƏSULTYYƏT” sığortalana bilər.
Uçuş sınaqlarında və ya kosmik məkanda istismar zamanı qəflətən və qeyri qərəzli hadisələr nəticəsində, KRT obyektlərinin hissələrinin Yer kürəsinin üzərinə düşməsi ilə əlaqədar, hüquqi və fiziki şəxslərin mülkün zədələnməsi və ya məhv olmasına görə,məhkəmənin qərarı ilə qanuni qüvvəyə minmiş sığortalının məsuliyyəti sığorta hadisəsi təyin oluna bilər.
5. Ümumi İstisnalar:
5.1. Yüksək günəş aktivliyi nəticəsində, Yer qurşaqlarının (boşluğu əhatə edən), kosmik zərrəciklərin KRT obyektlərinə təsiri istisna olmaqla, nüvə partlayışının, radiyasiyanın və ya radioaktiv çirklənmənin təsiri,
5.2. Hərbi əməliyyatlar zamanı , və ya hər hansı silahları tədbiq etməklə keçirilən manevrlər və/və ya başqa hərbi tədbirlər, eyni zamanda hər hansı hərbi vasitələrin, lazer və başqa enerqetik şuaların kosmik məkanında KRT obyektlərinə təsiri,
5.3. Muharibənin mövcud olub və olmamağından və ya Fövqalada vəziyyətdən asılı olmayaraq Vətəndaş müharibəsi, hər hansı xalq çaxnaşması, qiyamlar, inqilab, üsyanlar, hakimiyyəti ələ keçirmək istəyənlər və ya hökumətin bu cür hadisələrdən qorunulması,
5.4 Tətillər, Sığortalının (Faydalananın) işçiləri tərəfindən törədilən sabotai, maliyyələşdirmənin kifayət qədər təmin olunmamsı ilə əlaqədar,işin tamamilə və ya qismən dayandırılması,
5.5. Kosmik texnikanın, çıxarılması, müsadirəsi, rekvizisiyası, dövlət orqanlarının əmri ilə həbs edilməsi və ya məhv edilməsi
5.6. Kosmik texnikanın zədələnməsi və ya məhv olmasına səbəb xxxx Sığortalının (Faydalananın) işçilərin və ya onun kontraqentləri tərəfindən qəsdən və ya qərəzli hərəkətləri,
5.7. İstismar-texniki və normativ sənədlərin əsaslandırma tələblərinin Sığortalının (Faydalananın) işçiləri tərəfindən kobud pozulması,
5.8. Kosmik texnikanın obyektləri il:_ı eksperimental və wdqiqat iş!ərin !ceçirilməsi, qeyri stabil və ya
kondisiyaya uyğun olmayan emalın, cihazların, aqreqatların tədbiq edilməsi,
5.9. Zəmanət vaxtı bitən cihazların və aqreqatların istifadəsi,
5.10. Keyfiyyətsiz və ya vaxtsız tikinti və montaj işlərinin icra edilməsi səbəbindən Sığortalıya (Faydalanana) qarşı cərimə ödənilməsi (cərimə, narazılıq) tələblərinin irəli sürülməsi,
5.11, Kredit vermə və ödəmə qabiliyyəti, vaxtında çatdırılmama, inflasiya, valuyta əlaqələrin dinamikası və s, ilə bağlı, Sığortalının (Faydalananın) ticarət fəaliyyəti,
5.12. KRT obyektlərinin qalıqlarının, Yer kürəsi və ya digər planetə düşməsi nəticəsində, üçüncü şəxslərin əmlakının məhv olması və zədələnməsi, həmçinin onların həyatına və sağlamlığına dəyən itki və ziyan ilə əlaqədar mənəvi zərər və dolayı itkilər ilə bağlı üçüncü şəxslərin irəli sürdüyü iddialar.
6. Sığorta məbləği və sığorta haqqı
6.1. Sığorta məbləği tərəflərin razılığına əsasən (Sığortaçı və Sığortalı), hər bir müqavilə üzrə sığortaçının sığortaya qəbul etdiyi kosmik texnikanın faktiki dəyərindən artıq olmamaq şərti ilə müəyyən olunur.
6.2. Sığorta məbləği müqavilə bağlanan zaman kosmik texnikanın faktiki dəyərini aşmamalıdır və Sığortalı (Faydalananan şəxs) üçün dəlilsiz varlanma mənbəyi kimi olmamalıdır.
6.3. Müqavilənin bağlanma zamanı Sığorta müqaviləsi illə təyin olunan sığorta məbləği kosmik texnikanın dəyərini aşarsa, bu müqavilə sığorta məbləğinin, sığorta dəyərindən artıq xxxx hissəsi həcmində etibarsız sayılır.
6.4. Əgər müqavilədə, sığorta dəyərini aşmayan böyük həcmdə sığorta ödənişi tətbiq edilməyibsə, sığorta müqaviləsində sığorta məbləği sığorta dəyərindən aşağı olarsa, Sığortaçı sığorta hadisəsi zamanı, sığorta ödənişini sığorta məbləğinin sığorta dəyərinə xxxx nisbəti həcmində ödəyir.
6.5. Kosmik fəaliyyətininin müxtəlif mərhələlərində, bu qaydaların 1.4.2 bəndində sadalanan yerüstü
kosmik texnikanın sığorta məbləği aşağıdakı şəkildə müəyyən edilir:
6.5.1. İstismar dövründə - sığorta müqaviləsi bağlanan zaman, yerüstü kosmik texnikanın balanslaşdırılmış dəyərindən artıq olmayan hissəsi həcmində,
6.5.2. İnşaat dövründə - yerüstü kosmik texnikanın inşaatı müqaviləsinin (konrtaktın) dəyərini aşmayan məbləğ əsasında,
6.6. Kosmik fəaliyyətininin müxtəlif mərhələlərində, bu qaydaların 1.4.1 bəndində sadalanan KRT-nin obyektlərinin sığorta məbləği aşağıdakı şəkildə müəyyən edilir:
6.6.1. İstehsal dövründə - KRT obyektlərinin istehsalı müqaviləsinin (konrtaktın) dəyərini aşmayan
məbləğ əsasında,
6.6.2. Saxlanma dövründə - saxlanılan KRT oyektlərinin həqiqi dəyəri əsasında,
6.6.3. Nəql etmə dövründə - nəql edilən zamanı təyin olunan KRT obyektlərinin həqiqi dəyəri
əsasında,
6.6.4. İşə salma hazırlığı və montai işlərinin tədbiq etmə dövründə - KRT obyektlərinin həqiqi dəyəri və işə salma hazırlığı müqaviləsinin (kontraktın) dəyərini aşmayan məbləği əsasında,
6.6.5. İşə salma dövründə - KRT obyektlərinin dəyərini və işə salma hazırlığı xərclərini aşmayan
həqiqi dəyəri əsasında,
6.6.6. Uçuş sınaqları və kosmik məkanında istismar dövründə - istismar edən şirkətin balansına keçirilən zaman KRT obyektlərinin balanslaşdırılmış dəyərini aşmayan məbləğ əsasında.
6.7. Kosmik fəaliyyətininin növbəti mərhələlərində, bu qaydaların 1.4.2 bəndində sadalanan yerüstü kosmik texnikanın sığorta məbləği, son sığortalanmış mərhələnin sığorta dəyərinə həcmində müəyyən edilir.
Bu halda sığorta müqaviləsinin hər mərhələsində, 6.3. bəndində qeyd olunan sığorta məbləğindən artıq olmamaq şərtilə məsuliyyət həddi tətbiq olunur.
6.8. Bu qaydaların 1.4.1. bəndində sadalanan, kosmik fəaliyyətinin bir neçə ardıcıl mərhələsində KRT obyektləri üzrə sığorta məbləği, axırıncı sığortlanmış mərhələnin sığorta dəyəri həcmində müəyyən edilir.
Bu halda, bu qaydaların 6.3. bəndində qeyd olunan sığorta məbləğindən artıq olmamaq şərtilə, sığorta
müqaviləsində hər mərhələ üzrə məsuliyyət həddi müəyyən edilir
6.9. Hər mərhələ üzrə məsuliyyət həddi dedikdə, sığorta müqaviləsi üzrə kosmik fəaliyyətinin müvafiq mərhələsində baş vermiş bütün sığorta hadisələri üzrə ödəniləcək sığorta ödənişin maksimal həddidir.
6.10. “Üçüncü şəxslərin əmlakının məhv olması və zədələnməsi qarşısında məsuliyyət” riski üzrə müqavilədə ayrıca sığorta məbləği göstərilir. İşə düşən KRT obyektlərinin individual xarakteristikasını, uçuş sınaq proqramlarını və KRT obyektlərinin kosmik məkanda istismarı proqramlarını, üçüncü
şəxslərin ehtimal olunan iddiaları nəzərə alaraq, sığorta məbləği tərəflərin (Sığortaçı və Sığortalı) razılığına əsasən müəyyən edilir.
6.11. Hər bir sığorta müqaviləsində bir sığorta hadisəsi üzrə Sığortaçının məsuliyyət həddi tədbiq olunur,
hansı ki Sığortaçının hər bir hadisə üzrə ödəyəcəyi maksimal sığorta ödənişi hesab olunur.
“Üçüncü şəxslərin əmlakının məhv olması və zədələnməsi qarşısında məsuliyyət” xxxxxx sığortasında şəhadətnamədə sığorta hadisələri qrupu üzrə Sığortaçının aqreqat məsuliyyət limiti təyin oluna bilər,
hansı ki, Sığortalının maddi məsuliyyətinin müəyyən edilməsi üçün bütün sığorta hadisələri üzrə Sığortaçı
tərəfindən ödənilən sığorta ödənişin maksimal həddidir.
6.12. Sığorta haqqı qeyri-nəğd yolla, bir dəfəyə və ya hissə-hissə, sığorta şəhadətnaməsində tədbiq olunan qaydalara əsasən ödənilir.
6.13. Sığorta tarifi, sığorta haqqının hesablanması üçün sığorta məbləğinin müəyyən faiz dərəcəsi hesab olunur.
Sığorta tarifi sığorta riskinin xarakterindən və Sığortalının (Faydalananın) kosmik fəaliyyətinin xüsusiyyətinə əsasən Sığortaçı tərəfindən tədbiq olunur.
7. Sığorta müqaviləsinin qüvvədə olma müddəti
7.1. Əgər sığorta müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, sığorta müqavilə 1 il müddətinə bağlanılır.
7.2. Əgər sığorta müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, sığorta müqaviləsi öz hüquqi qüvvəsinə Sığortalının (Faydalanan şəxsin) şəadətnaməsində qeyd olunan kosmik fəliyyət etaplarından birinin başlandığı andan tez olmamaq şərti ilə sığorta haqqının və ya birinci ödənişin hesablaşma hesabına yatırılması günün saat 00:00 qüvvəyə minir.
7.3. Sığorta müqaviləsinin müddəti şəhadətnamədə göstərilmiş tarixdə saat 24:00-bitir.
7.4. Qüvvədə xxxx müqavilədə qeyd olunan, kosmik fəaliyyətin mərhələsi üzrə Sığortaçının məsuliyyəti, Sığortalının (faydalanan şəxsin) kosmik fəaliyyətinin müvafiq mərhələsinin başladığı tarixdən qüvvəyə minir və müqavilənin qüvvədən düşmə müddətindən gec olmamaq şərtilə, müqavilədə qeyd olunan həmin mərhələnin qurtarma tarixində bitir.
7.5. Kosmik fəaliyyətin mərhələlərin konkret başlanma və bitmə tarixləri sığorta müqaviləsində qeyd olunur. Bu halda:
7.5.1. KRT obyektinin istehsalı mərhələsi, obyektin faktiki istehsal zamanı başlanır və sifarişçinin
nümayəndəsi tərəfindən qəbul edilmə haqqında aktın imzalanması zamanı bitmiş hesab olunur;
7.5.2. KRT ot_ıyektinin saxlanma mərhələsi onu anbara yerləşdirən andan başlanır və obyektin anbardan nəqliyyat konteynerinə yerləşdirilən zaman bitir;
7.5.3. KRT obyektinin nəql edilmə mərhələsi onun nəqliyyat konteynerinə yerləşdirildiyi andan başlanır və təyin olunan məkanda obyektin çıxarılması zamanı bitir;
7.5.4. KRT obyektinin montai işləri və işə salma üçün hazırlıq mərhələsi sınaq-montai korpusunda nəqliyyat konteynerlərindən çıxarılma anından başlanır və işə salmaya icazə verilmə və ya “qalxma kontaktı” əmri verilən zaman bitir;
7.5.5 KRT obyektinin işə salma etapı təstiq edilmiş əmrin verilmə anından və ya təstiq edilmiş “yüksəlmə kontaktı” siqnalının işə salma əmrindəndən sonra başlanır və müqavilədə təshih olunan
andan sonra bitir:
- raket — kosmik blokunun, balistik kosmik apparatın, KA aralıq orbitə çıxarılması;
- və ya “KA çıxarılma sistemindən ayrılma kontaktı” siqnalının keçilməsi;
7.5.6. KA uçuş sınaqları işə salma etapı anından başlanır və müqavilədə qeyd olunan son xxx kimi davam edir:
- istismara xxxxx xxxxxx KA sınaqlarının ştatlı dövrün keçirilməsi (xidmət etmə):
- və ya KA iş qabliyyəti ehtiyatlarından artıq olmayan balistik KA üçün nəzərdə tutulan
aralıq orbitlərdə və ya balistik trayektoriyada KA yerləşməsi,
- və ya çıxartma sisteminin fəaliyyət ehtiyatının müddətini keçməmək şərti ilə və KA muxtariyyət mövcudluğunundan artıq olmayaraq uçuş sınaqları üzrə bütün növ yoxlamalar,
7.5.7. Kosmik məkanında KRT obyektlərinin istismar etapı KA uçuş istismarına təhvil vermə aktının imzalanması ilə başlanır və sığorta müqaviləsində qeyd olunan müddətdə bitir:
- kosmik məkanda KA zəmanətli fəaliyyəti,
- və ya orbitdə yerləşən Yer kürəsinin və ya başqa planetin süni peykinin aktiv mövcud olması.
7.5.8. Sığortaçının “Üçüncü şəxslərin mülkünün zədələnməsi və məhv olması” riski üzrə məsulliyət Sığorta müqaviləsinin son müddətini keçməmək şərtilə işə salma etapların, uçuş sınaqların və kosmik məkanda sınaqların məsuliyyəti ilə bir vaxtda başlanır və bitir.
7.5.9. Əgər sığorta müqaviləsində başqa hal nəzərdə tutlmayıbsa, istismar və (və ya) tikinti
etapında qeyd olunan Sığortaçının yerüstü kosmik texnikasının obyektlərinin sığorta müqaviləsi
üzrə məsuliyyət müqavilənin qüvvəyə minməsi zamanı başlanır və müqavilənin qüvvədən düşən zaman bitir.
8. Sığorta müqaviləsinin bağlanma və təsdiqlənməsi qaydaları
8.1. Sığortaçı sığorta hadisəsi baş verdiyi zaman sığorta ödənişini icra edən və Sığortalı təyin olunan zaman və miqdarda sığorta haqqını ödəyən razılaşma sığorta müqaviləsi adlanır.
8.2. Siğorta müqaviləsi, müəyyən formada Sığortalının yazılı ərizəsinə əsasən bağlanılır və bu ərizədə sığorta riskinin qiymətləndirilməsi üçün nəzərdə tutulan hallara aid xxxx informasiya qeyd olunur. Ərizə
müqavilənin ayrılmaz hissəsi kimi təyin olunur.
8.3. Tərəflərin razılığına əsasən, kosmik texnika obyektinin sığortası müqaviləsi, Sığortalının (Faydalanan şəxs) kosmik fəaliiyətinin həm ayrı-ayrı, həm də bir neçə ardıcıl mərhələləri üzrə bağlanıla bilər.
8.4. Sığorta müqaviləsində göstərilir: kosmik texnikanın obyektləri, kosmik fəaliyyətin mərhələləri, müqavilə üzrə sığorta məbləği, kosmik fəaliyyətin mərhələləri üzrə və bir sığorta hadisəsi üzrə
Sığortaçının məsuliyyət həddi, sığorta haqqının həcmi, azadolmalar, sığorta müqaviləsinin qüvədə olduğu ərazi, sığortanın digər şərtləri.
8.5. Azadolmalar həm bütün sığorta obyekti üzrə, həm də KRT obyektlərinin ayrıca elementləri üzrə tətbiq oluna bilər:
8.5.1. Şərtli azadolmada, Sığortaçı azadolma məbləğini aşmayan zərər məbləğinə cavabdeh deyil, xxxxx zərər məbləği azadolmanı aşarsa onda Sığortaçı zərə məbləğini tam oödəməlidir.
8.5.2. Şərtsiz azadolmada isə, Sığortaçı bütün hallarda zərər məbləğini, azadolma çıxılmaqla
ödəyir.
8.6. Sığorta müddətində KRT obyektlərin vəziyyətini xarakterizə edən, təhlükəsizlik, eksperimental
işləmə və uçuş sınaqları proqramları təminatının həyata keçirilməsi haqqında məlumatlar, sığorta
müqaviləsində qeyd olunmalıdır.
8.7. Sığorta müqaviləsi Azərbaycan Respublikasının mövcud qanunvericiliyi ilə təsdiq olunur.
8.8. Sığorta müqaviləsi, Sığortalıya təqdim olunan sığorta şəhadətnaməsi və ona əlavə olunmuş qaydalar
vasitəsi ilə təsdiq edilir.
8.9. Sığorta şəhadətnaməsi Sığortalı tərəfindən itirildikdə, ona həmin şəhadətnamənin dublikatı təqdim olnacaq,
Dublikat verildikdən sonra, itirilmiş şəhadətnamə etibarsız hesab olunur, və onunla əlaqədar heç bir ödənişə məsuliyyət daşınılmayacaq.
9. Sığorta müqaviləsinə əlavə və dəyişikliklərin edilməsi
9.1. Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığortalı və sığortaçı, faydalanan şəxsin (əgər
varsa) yazılı razılığı ilə müqavilənin müəyyən şərtlərinin dəyişdirilməsi, həmçinin ona müəyyən əlavələr edilməsi barədə razılığa gələ bilərlər,
10. Tərəflərin hüquq və öhdəlikləri
10.1. Sığortaçının hüququ:
10.1.1. Sığortalının verdiyi məlumatların düzgünlüyünü yoxlamaq. Xxxxxx səviyyəsinin və zərər məbləğinin düzgünlüyünə təsir edə biləcək məlumatların qəsdən yanlış verilməsinə görə
sığorta müqaviləsinin ləğv edilməsini tələb etmək.
10.1.2. Sığortaya qəbul edilmiş kosmik texnikaya baxış keçirmək, siyahıya almaq, sazlığını, bütovlüyünü, aşınmanın səviyyəsini və sığorta məbləğinin sığorta dəyərinə uyğun olmasını yoxlamaq.
10.1.3. Sığorta riski əhəmiyyətli dərəcədə dəyişdikdə (kosmik texnikanın həqiqi dəyərin
artması, sığorta hadisəsinin baş vermə ehtimalın artması, nəzərdə tutlan sığorta ödənişin artımı), Sığortaçı Sığortalıdan əlavə sığorta haqqı tələb etmək hüququna malikdir. Sığortalı əlavə sığorta haqqının ödənilməsindən imtina etdikdə, Sığortaçı qüvvədə xxxx qanunvericiliyə əsasən sığorta müqaviləsini lağv etmək hüququna malikdir.
10.1.4. Sığorta hadisələrin nəticələri barədə məlumatların digər təşkilatlardan (üçüncü şəxslərdən) tələb etmək, həmçinin sığorta hadisəsinin baş vermə səbəbini müstəqil araşdırmaq və zərərin həcmini müəyyən etmək.
10.1.5. Sığortalının (Xxxxxxxxxx şəxsin) adından, danışıqlar aparmaq və zərərin ödənilməsi ilə bağlı razılaşma bağlamaq, dəymiş zərərin səbəbini və həcmini müəyyən etmək.
10.1.6. Sığortalının adından və onun göstərişi ilə məhkəmə və arbitrai orqanlarında işlərin öz üzərinə götürülməsi.
10.1.7. Sığortalıya (Faydalanan şəxsə), bu qaydaların 5 və 12.15 bəndlərinə əsasən sığorta
ödənişindən imtina etmək.
10.1.8. Qüvvədə xxxx qanunvericiliye görə Sığorta müqaviləsinin ləğv edlməsini tələb etmək
10.2. Sığortaçının öhdəliyi:
10.2.1. Sığortalını Sığorta qaydaları ilə xxxxx etmək;
10.2.2. sığorta riskinə əhəmiyyətli dərəcədə təsir edə bilən risklər barədə sorğu forması sığorta
müqaviləsi bağlandığı zaman Sığortaçı tərəfindən Sığortalıya təqdim olunur.
Sığortalanmış xxxxxx dərəcəsi artdıqda Sığortalının müraciətinə əsasən, ondan əlavə sığorta haqqı tələb etməklə, sığorta riskinin əhəmiyyətli dərəcədə artması (kosmik texnikanın həqiqi dəyərinin, sığorta hadisəsinin baş vermə ehtimalının, mümkün ola bilən zərərin həcminin artımı) ilə əlaqədar sığorta müqaviləsinə dəyişiklik etmək
İlkin sığorta müqaviləsinin qüvvədə olma müddəti yeni müqavilə qüvvəyə mindiyi tarixdən etibarən, qüvvədən düşür.
10.2.3, Sığorta ödənişini həyata keçirmək və ya sığorta ödənişin ödənilməsi üçün Sığortalıdan ilkin ərizə, bütün lazımi sənədlər və ödənişin həcminin kalkulasiyası alındıqdan sonra 15 gün ərzində Sığortalıya əsaslandırılmış imtinanı göndərmək.
10.2.4. Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutlmuş hallar istisna olmaqla, tərəflər arası iş sirrlərini gizli saxlamaq və Sığortalı və onun əmlak vəziyyəti haqqında məlumatları heç kimə bildirməməlidir.
10.2.5. Sığorta Fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanununda, bu qaydalarda və sığorta müqaviləsində nəzərdə tutulmuş digər hərəkətləri həyata keçirmək.
10.3. Sığortalının hüququ:
10.3.1. Kosmik texnikalar, yerüstü kosmik texniki obyektlər, KRT obyektlərin və inşaatın predmetləri, montaiın predmetləri üzrə sığorta müqavilələrin bağlanması zamanı sığorta ödənişin alınması üçün Xxxxxxxxxx şəxsi təyin etmək, həmçinin həmin Xxxxxxxxxx şəxsi öz istəyinə əsasən sığorta hadisəsinin baş verdiyi tarixə qədər başqası ilə əvəz etmək, müqavilə üzrə məsuliyyəti sığortalanmış, Sığortalanmış şəxsi təyin etmək
10.3.2. Oriinal şəhadətnamə itirildikdə onun dublikatını tələb etmək,
10.3.3. Mövcud qanunvericilikdə və bu qaydalarda nəzərdə tutulmuş qaydada sığorta mqaviləsini ləğv etmək
10.4.4. Sığortalının öhdəliyi:
10.4.1. Sığorta müqaviləsi bağlanan zaman sığorta riskinin qiymətləndirilməsi üçün əhəmiyyət
kəsb edən hadisələr hansılar ki, sığortalıya məlumdur, həmçinin kosmik texnika üzrə bağlanılmış və bağlanılacaq sığorta müqavilələri haqqında məlumatları Sığortaçıya məlumat vermək,
10.4.2. Sığorta müqaviləsində göstərilmiş müddətdə və məbləğdə sığorta haqqını ödəmək:
10.4.3. Sığorta müqaviləsi bağlanandan sonra, xxxxxx həcminin yaxud səviyyəsini artıran (kosmik texnikanın həqiqi dəyərin artımı, sığorta hadisəsinin baş vermə ehtimalın artımı, mövcud zərərin həcminin artımı) dəyişikliklər haqqında dərhal Sığortaçıya bildirməli,
10.4.4. Sığortalanmış kosmik texnikada, mövcud zərərin qarşısının alınması və azaldılması məqsədilə zəruri tədbirlər həyata keçirmək, sığorta hadisəsi baş verdikdə isə, əlavə zərərlərin baş verməsinə yol verilən halların aradan qaldırılması üçün mümkün tədbirləri həyata keçirmək,
10.4.5. Sığortalı sığorta hadisəsi haqqında məlumat əldə edən zaman dərhal, Sığortaçıya məlumat verməli və zədələnmiş, məhv olmuş yaxud itirilmiş kosmik texnikanın təsviri ilə birlikdə, zərərin
baş verməsi səbəbini götərməklə, sığorta ödənişi ilə bağlı müəyyən edilmiş formada Sığortaçıya yazılı ərizə, həmçinin səlahiyyətli orqanlardan, zərərin faktını, səbəbini və həcmini təsdiq edən
sənədləri təqdim etməlidir;
10.4.6. Sığortaçıya, yerüstü kosmik texnikanın təmirdən əvvəl zədələnmiş obyektlərini və onların qalıqlarını, həmçinin KRT obyektlərinin zədələnmiş hissələrini, detallarını və onun digər hissələrini yaxud onların qalıqlarını təqdim etməlidir,
10.4.7. Sığortaçı tərəfindən sığorta hadisəsi üzrə sığorta ödənişi ödənildikdən sonra, bütün sənədləri, sübutları və sığortaçıya tələb hüququn həyata keçirilməsi üçün bütün məlumatları
bildirməklə Sığortaçını zərərin baş verməsində təqsirkar xxxx şəxsə qarşı subraqasiya qaldırmasını təmin etmək,
10.4.8. Sığorta fəaliyyəti haqqında Azərbaycan Respublikası Qanununda, bu qaydalarda və sığorta
müqaviləsində nəzərdə tutlmuş digər hərəkətləri həyata keçirmək.
10.5. Sığortaçının və Sığortalının nümayəndələrin sığorta hadisəsinin araşdırılması və zərərin həcminin təyin edilməsi komissiyalarında iştirakları zəruridir.
11. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verilməsi və nəticələri
11.1. Sığorta müqaviləsi aşağıdakı hallarda dayandırılır:
11.1.1. Müqavilənin müddətin bitməsi,
11.1.2. Sığortaçı tərəfindən, Sığortalı (Faydalanan şəxs) qarşısında müqavilə üzrə bütün öhdəliklərin tam həcmdə yerinə yetirilməsi;
11.1.3. Müqavi!ədə göstərilmiş müddət ərzində sığorta haqqının ödənilməsi üzrə Sığortalı
tərəfindən öhdəliklərin yerinə yetirilməməsi,
11.1.4. Sığorta hadisəsinin baş verməsi halı istisna olmaqla, hər hansı səbəbdən sığorta riskinin
mövcud olmaması,
11.1.5. Məhkəmənin qərarı ilə sığorta müqaviləsinin etibarsızlığı:
11.1.6, Sığortalının tələbi ilə,
11.1.7. Tərəflərin razılığı ilə, bu halda, əgər sığorta müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, nəzərdə tutlan, qüvvədən düşmə müddətindən 30 gün əvvəl tərəflər bir-birinə yazılı xəbərdarlıq etməlidirlər,
11.1.8. Azərbaycan Respublikasının qanunvericiliyini nəzərə almaqla, digər hallarda.
11.2. Əgər sığorta müqaviləsinin qüvvəyə mindiyi tarixdən sonra, sığorta hadisəsinin baş verməsi ehtimalı, həmçinin sığorta hadisəsinin baş verməsi halı istisna olmaqla, hər hansı səbəbdən sığorta riski mövcud olmazsa, sığorta müqaviləsi, onun bağlanıldığı tarixdən əvvəl qüvvədən düşmüş hesab olunur. Belə hallara aşağıda qeyd olunanlar aiddir:
- Sığorta hadisəsinin baş verməsi halı istisna olmaqla, hər hansı səbəbdən sığortalanmış əmlakın məhv olması (kosmik fəaliyyətin növbəti mərhələlərində, tam məhv olma, kosmik fəaliyyətin əvvəlki mərhələlərində, sığortalanmış kosmik texnikianın itkisi və ya izah olunmayan səbədən xxx olması və s. kimi, sığorta hadisəsinin baş vermə ehtimalının olmaması):
- Bu fəaliyyət ilə xxxxx, xxxxx məsuliyyətini sığortalamış şəxsin sahibkarlıq fəaliyyətinin dayandırılması.
11.3. Əgər bu qaydaların 11.2. bəndində göstərilənlər nəticəsində, sığorta hadisəsinin baş vermə ehtimalı mövcuddursa, sığortalı (Faydalanan şəxs) öz istəyi ilə istənilən vaxt sığorta müqaviləsindən imtina edə bilər,
11.4. Bu qaydaların 1 1.2.-ci bəndində göstərilənlər nəticəsində, sığorta müqaviləsinin vaxtından əvvəl dayandırıldıqda, sığortaçı istifadə olunmuş sığorta müddəti üzrə sığorta haqqını proporsional qaydada özündə saxlamaq hüququna malikdir.
Əgər sığorta müqaviləsi ilə başqa hal nəzərdə tutlmayıbsa, sığortalı (faydalanan şəxs) vaxtından əvvəl sığorta müqaviləsindən imtina edərsə, sığortaçıya ödənilən sığorta xxxxx xxxx qaytarılmır.
11.5. Bu qaydaların 11.1.3 bəndinə əsasən dayndırılmış sığorta müqaviləsi, sığortalı tərəfindən ödənilməli
xxxx sığorta haqqı ödənildikdən sonra, sığorta müddətini uzatmadan bərpa edə bilər.
Müqavilənin dayandırıdığı tarixdən onun bərpasına xxxx xxxx müddətə sığortaçı heç bir məsuliyyət daşımır.
12. Sığorta ödənişinin həyata keçirilməsi qaydaları və şərtləri
12.1. Sığorta hadisəsi baş verdikdə Sığortaçı sığorta ödənişinin (sığorta əvəzinin ödənilməsi) Sığortalıya (Faydalanan şəxsə) sığorta müqaviləsi şərtlərinə uyğun olaraq ödəməyə borcludur.
12.2. Sığorta hadisəsi baş verdikdə Sığortalının öhdəlikləri:
12.2.1. Sığorta hadisəsinin baş verməsi barədə sığortalı, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün xxxx ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda, qanunvericiliyə uyğun olaraq, həmin hadisə barədə məlumatlandırılmalı xxxx səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir.
12.2.3. Zərərin qarşısının alınması və ya təsirinin azaldılması və zərər vurulmuş əmlakın xilas
edilməsi üçün bütün mümkün tədbirləri görməli və belə tədbirlərin görülməsi zamanı Sığortaçıdan aldığı
bütün təlimatlara əməl etməlidir,
12.2.4. Sığortaçının və ya onun nümayəndələrinin zərər dəymiş əmlaka baxışın keçirilməsində və ya tədqiq edilməsində, vurulmuş zərərin səbəb və həcminin müəyyən edilməsində, zərərin təsirinin azaldılması və zərər vurulmuş əmlakın xilas edilməsi tədbirlərində iştirakını təmin etməli,
12.2.5. Sığorta ödənişin, sığorta müqaviləsi (sığorta polisi), sığortalının yazılı ərizəsi, ona əlavə
edilmiş aktı, səlahiyyətli dövlət orqanlarının və idarələrarası komissiya aktı, qəza sertifikatı, dəymiş zərərin təsdiqlənməsi və kalkulasiya əsasında ödənilir.
Qəza sertifikatı (məhv olma, itirilmiş və ya zədələnmiş əmlakın, üçüncü şəxslərə zərərin dəyməsinin araşdırılması aktı) Sığortalı (Faydalanan şəxs) tərəfindən Sığortaçıya təqdim etdiyi ərziədən sonra 10 iş günü ərzində Sığortaçıların və Sığortalının (Faydalanan şəxslərin) səlahiyyətli nümayəndələri tərəfindən hazırlanır. Qəza sertifikatında zərərin baş vermə səbəbi, məhv olmuş (zədələnmiş) kosmik texnikanın siyahısı, zərərin xüsusiyyətləri, Sığortalının zərərin azaldılması üçün etdiyi təsirlər, günahkar şəxslər, mümkün olduqda qəza sertifikatının hazırlanma tarixi göstərilir. Qəza sertifikatı iki nüsxədən ibarət olur, onlardan biri Sığortalıya, digəri isə sığortaçıya verilir. Qəza sertifikatı Sığortaçının sığorta ödənişini həyata keçirmək üçün şərtsiz sübutu deyildir.
Sığortalı (Faydalanan şəxs) Sığortaçıya sığorta , hadisəsinin səbəbini göstərən akt və ya başqa rəsmi səlahiyyətli dövlət orqanlarının sənədlərini təqdim edir:
- yerüstü kosmik texnika obyektlərinin yanğını, partlayışında-Fövqaladə Hallar Nazirliyi daxilində Dövlət Yanğınsöndürmə İdarəsindən,
- üçüncü şəxslərin qərəzli hərəkətində-Daxili İşlər Orqanlarından:
- təbii fəlakətlərdən-Hava meteoroloji stansiyasından,
- yol nəqliyyat hadisəsində-Dövlət Yol Polisi,
- üçüncü şəxslərin əmlakı məhv olduqda- KRT-nin hissələrinin Yerin üstünə düşməsi nəticəsində hüquqi və fiziki şəxslərin əmlakına zərər dəyməsi ilə əlaqədar, sığortalının həmin əmlaklar üzrə məsuliyyəti məhkəmənin qərarı və idarələrarası komissiya aktı ilə müəyyən edilir,
- digər hallarda-idarələrarası komissiya aktı.
12.3. Sığorta ödənişi aşağıdakı kimi təyin olunur:
12.3.1. Əgər sığorta məbləği sığorta dəyərinə bərabərdisə, müqavilədə göstərilmiş müvafiq
məsuliyyət həddindən xxx olmamaq şərtilə, birbaşa həqiqi zərər,
12.3.2. Əgər sığorta məbləği sığorta dəyərindən aşağı olarsa, müqavilədə göstərilmiş müvafiq məsuliyyət həddindən xxx olmamaq şərtilə, həqiqi zərər hissəvi olaraq, sığorta məbləğinin sığorta dəyərinə xxxx nisbətində ödənilir.
12.4. Yekun sığorta ödənişi sığorta müddəti ərzində bütün sığorta hadisələri üzrə müqavilədə qeyd
olunmuş sığorta məbləğini aşa bilməz.
12.5. Sığorta ödənişi Sığortaçı tərəfindən Sığortalının (Xxxxxxxxxx şəxsin) hesablaşma hesabına qeyri-nəğd
ödənişlə ödənilir.
12.6. Bir başa həqiqi zərər dedikdə aşağıda qeyd olunlalar nəzərdə tutulur:
12.6.l. Kosmik texnikanın sığortalanmasında, itki sığorta hadisəsi nəticəsində, kosmik texnikanın
məhv olması və ya itkisi nəticəsində sığortalıya (Faydalanan şəxsə) dəyən ziyan,
12.6.2. Məsuliyyət sığortasında — Bir qəza nəticəsində, zərərin miqdarını təsdiqləyən sənədlər
əsasında və iddiaların əsaslandırılmasından sonra KRT-nin hissələrinin düşməsi nəticəsində üçüncü
şəxslərin əmlakının zədələnməsi .
12.7. Zərərin miqdarı Sığortalının iştirakı ilə Sığortaçının səlahiyyətli nümayəndələri tərəfindən müəyyən edilir:
12..7.1. Sığortalanmış kosmik texnikanın məhv olmasında (itkisində) — Müqavilənin bağlanan
tarixdəki onun həqiqi əyərindən gələcəkdə istifadə üçün yararlı xxxx qalıqlarının dəyərindən çıxılır,
12.7.2. Kosmik texniki obyektlərin zədələnməsində (KRT-nın işə salınması mərhələsindən, uçuş sınaqlarından, kosmik məkanda istifadə edilməsindən başqa)- semataya əsasən, köhnəlmə və əmlakın zədələnmiş hissələrinin təmiri xərclər miqdarından, köhnəlmə əlavə edilməklə və istifadə üçün yararlı xxxx material və hissələr çıxılmaqla, zədələnmiş əmlakın təmirinə çəkilmiş xərclər,
12.7.3. KRT obyektlərinın işə salınması mərhələsində, uçuş sınaqlarında, kosmik məkanda istifadə edilməsində zədələnməsi — Müqavilədə qeyd olunmuş bir sığorta hadisəsi üzrə məsuliyyət həddindən xxx olmamq şərtilə, zədələnmiş KRT obyektlərinin həqiqi dəyəri həcmində,
12.7.4. Üçüncü şəxslərin əmlakına dəyən ziyan (sığorta müqaviləsində qeyd olunmuş limit
həddində):
- əmlakın tam məhv olması nəticəsində — sığorta hadisəsi nəticəsində, gələcəkdə istifadə üçün
yararlı xxxx qalıqlarının dəyəri çıxılmaqla, əmlakın həqiqi dəyəri həcmində,
- əmlakın qismən zədələnməsi — əmlakın zədələnmədən əvvəl onun əvvəlki vəziyyətinə gətirilməsi üçün, təmir (bərpa) və s. kimi xərclərin çəkilməsi. Təmir (bərpa) xərclərinə,
materialların əldə olunması üçün lazımi və məqsədəuyğun xərclər, ehtiyyat hissələri və təmir (bərpa) işləri üçün xərclər aiddir.
12.8. Zərər smetasına (kalkulyasiyasına) ancaq, sığorta hadisələri ilə xxxxx xxxx xərclər daxildir. Bununla bərabər zədələnmiş kosmik texnikanın hissələri, detalları və ona məxsus xxxx digərləri o zaman hesaba daxil olur ki, onları təmir etmək mümkün olmasın.
12.9. Bərpa edilmə xərclərinə daxildir:
12.9.1. Dəyərlərini sığorta müqaviləsinin bağlandığı anda nəzərə almaqla, materialların və ehtiyyat hisgl;rmin bərpasına çəkilən xərclər,
12.9.2. Bərpa edilmə üçün təmir xərcləri, hansılar ki, bərpa edilmə (təmir prossesində), materialların və
ehtiyyat hissələrin amortizasiya xərcləri çıxılmaqla müəyyən edilir.
12.10. Bərpa edilmə xərclərinə aşağıda qeyd olunanlar daxil deyil:
12.10.1. Texniki xidmət və zəmanət təmiri xərcləri;
12.10.2._ Müddəti bitmiş detalların, texniki qüsurların və s. rekonstruksiya,yenidən təchiz edilmə,
əvəz edilmə və təmir xərcləri;
12.10.3. Hər hansı hissələrin təmiri zamanı, təmir müəssisələrində, zəruri ehtiyyat hissələrin
olmadığı halda, həmin hissələrin əvəz edilməsi dəyəri (təmir əvəzinə) .
12.11. Əgər sığorta hadisəsi ilə bağlı, təmir (bərpa) zamanı gizli qüsurlar aşkar olunduğu halda, onda bu zədələr üçün sığorta ödənişini almaq üçün Sığortalı (Faydalanan şəxs) təmir prossesində müvafiq ərizə ilə Sığortaçıya müraciət etməlidir. Sığortaçı əlavə smeta hazırlamalı, zərər miqdarını təyin etməli və müqavilə və qaydalarla əsasən müvafiq müddətə qədər sığorta ödənişini həyata keçirməyə borcludur.
12.12. Tərəflərdən birinin tələbi ilə, zərərin miqdarını sərbəst ekspert tərəfindən müəyyən edilə bilər. Bu halda ekspertin haqqını, eksperti təyin edən tərəf ödəməlidir.
12.13. Kosmik fəaliyyətin müəyyən mərhələsində, sığorta hadisəsi baş verən andan etibarən qurtarmamış müddət üzrə müvafiq sığorta məbləğləri və məsuliyyət həddləri ödəniləcək sığorta ödənişi həcmində azaldılır.
12.14. Sığortalanmış kosmik texnikanın bərpasından və ya dəyişdirilməsindən sonra, sığortalı, əlavə
sığorta haqqı ödəməklə, əvvəlki sığorta məbləğini və məsuliyyətini həddini bərpa etmək hüququna malikdir.
12.15. Sığorta ödənişin verilməsindən imtinanın əsasları
Sığortaçı, Sığortalıya sığorta ödənişi ödəməyi imtina etmək hüququna malikdir, əgər:
12.15.1. Sığortalı (Faydalanan şəxs) Sığortaçını xəbərdar etmədən kosmik texnikianı dəyişərsə, ləğv edərsə, əlavə və ya modifikasiya edərsə,
12.15.2. Sığorta hadisəsinin baş vermə səbəblərini müəyyən etmək mümkün olmadıqda,
12.15.3. Səlahiyyətli orqanlar tərəfindən sığorta hadisəsi faktının baş verməsinin təsdiqlənməsi
mümkün olmadıqda,
12.15.4. Kosmik texnikanın məhvi və ya zədələnməsi, sığorta hadisəsi nəticəsində baş verməyibsə,
12.15.5. Sığortalı, zərər yetirən günahkar şəxs tərəfindən müvafiq zərər ödənişi alıbsa,
12.16. Əgər sığortalı bir neçə sığortaçı ilə kosmik texnika ilə bağlı sığorta müqaviləsi bağlayarsa və həmin müqavilələr üzrə ümumi sığorta məbləği sığorta dəyərini aşarsa, onda sığorta hadisəsi zamanı sığorta ödənişi hər bir müqavilə üzrə sığorta məbləğinin bütün müqavilələr üzrə ümumi sığorta məbləğinə xxxx nisbəti həcmində ödənilir.
12.17. Müqavilədə göstərilən sığorta məbləği (kosmik fəaliyyətin müəyyən mərhələsi üzrə məsuliyyəti həddi) sığortaçı tərəfindən tam ödənildikdə, Sığortalının (Faydalanan şəxsin) kosmik texnikaya xxxx bütün hüquqları Sığortaçıya keçir.
12.18. Sığortaçının və ya onun nümayəndəsinin danışıqlarda və ya məhkəmə və arbitraj orqanlarının işlərinin aparılmasında iştirakı, Sığortaçının Sığorta ödənişinin ödəməsinin şərtsiz təsdiqlənməsi məsuliyyəti deyildir.
13. Subroqasiya
13.1. Zərərlərə görə cavabdeh xxxx üçüncü şəxsdən Sığortalının (Xxxxxxxxxx şəxsin) tələb etmək hüququ ödənilmiş məbləğ həddində, kosmik texnikanın sığortasına görə sığorta ödənişi verən Sığortaçıya keçir.
13.2. Əgər Sığortalı (Xxxxxxxxxx şəxs) sığortaçı tərəfindən əvəzi ödənilmiş zərərlərə görə cavabdeh xxxx üçüncü şəxsin özünün tələb hüququndan imtina edərsə və ya Sığortalının (Xxxxxxxxxx şəxsin) öz təqsiri ucbatından bu hüququn həyata keçirilməsi mümkün olmazsa,Sığortaçı bütünlüklə və ya müvafiq qismdə sığorta ödənişi verməkdən azad olunur və verilmiş sığorta ödənişinin qaytarılmasını tələb etməyə haqlıdır.
14. Tərəflərin məsuliyyəti
14.1. Bu Qaydaların şərtlərinin yerinə yetirilməməsinə yə ya lazımı qaydada yerinə yetirilməməsinə görə tərəflər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
15. Mübahisələrin həlli qaydaları
15.1. Sığorta müqaviləsinə görə, Sığortalı və Sığortaçı arasında irəli gələn mübahisələr danışıqlar yolu ilə
həll olunur.
15.2. Əgər tərəflər arasında danışıq yolu ilə razılıq əldə olunmadıqda, Azərbaycan Respublikasının
qanunvericiliyinə müvafiq olaraq mübahisələr məhkəmələr vasitəsilə həll olunur.
16. Xüsusi şərtlər
16.1. Sığorta müqaviləsində bu Qaydalara və qüvvədə xxxx qanunvericiliyə zidd olmayan xüsusi şərtlər müəyyən oluna bilər. Sığortalı tərəfindən bu xüsusi şərtlərin yerinə yetirilməməsi Sığortaçının ödəniş verməkdən imtina etməsi üçün əsasdır.
“PAŞA Sığorta” ASC
Kosmik risklərin sığortası
üzrə tarif dərəcələrinin əsaslandırılması
Tarif dərəcələrinin əsaslandırılarkən əvvəlcə netto-dərəcə hesablanılır. Netto-dərəcələrin hesablanmasında aşağıdakı məlumatlardan istifadə edilir:
l)Sığorta hadisəsinin baş verməsi ehtimalı (q) - 0,1;
2)Bir sığorta müqaviləsi üzrə xxxx sığorta məbləği(So) – 30 000 000 manat; 3)Bir sığorta hadisəsi üzrə xxxx sığorta ödənişi(Sö) – 20 000 000 manat; 4)Bağlanılacaq sığorta müqavilələrinin sayı(n) -20.
Tn,Tə və Tr ilə müvafiq olaraq netto-dərəcəni, onun əsas hissəsini və risk üstəliyini işarə edək. Netto- dərəcənin əsas hissəsi 100 manat sığorta məbləğinə uyğun olaraq aşağıdakı düsturla hesablanır:
Tə=100qSö/So = 100.0,1.20 000 000 / 30 000 000 = 6,67 AZN.
Risk üstəliyini hesablamaq üçün təminat ehtimalını 0,98 götürək. Bu halda həmin ehtimala uyğun əmsal a=2 olur. Risk üstəliyi aşağıdakı düsturla hesablanır:
Tr= l,2Tə.a.((l-q)/(nq)) ½= = 6,67.1,2.2.((l-0,01)/(0,1.20)) ½= 10,7 AZN Tn = Tə + Tr = 10,7 + 6,67 = 17,37 AZN.
Tarif dərəcəsinin strukturu: netto-dərəcə-50%, yüklənmə-50%. O cümlədən, işlərin apanlması xərcləri- 44%, məcburi ödəmələr -0,3%, tarif mənfəəti-5,7%.
Brutto-dərəcəni Tb ilə işarə edək. Onda brutto-dərəcənin hesablanması düsturuna əsasən Tb = Tn /(1-f) = 17,37/(1-0,5) = 34,74 manat.
Risk səviyyəsindən asılı olaraq, bu növ sığorta üzrə tarif dərəcəsi, artırıcı (1,1-9,0) və azaldıcı (0,2-0,9) əmsallara əsasən, dəyişilə bilər.