Akvakultura məhsullarının sığortası üzrə aqrar sığorta məhsulunun şərtləri
Aqrar Sığorta Fondunun İdarə Heyətinin 2021-ci il 06 oktyabr tarixli 19/21 nömrəli qərarı ilə təsdiq edilmişdir.
Akvakultura məhsullarının sığortası üzrə aqrar sığorta məhsulunun şərtləri
1. Ümumi müddəalar
Akvakultura məhsullarının sığortası üzrə aqrar sığorta məhsulunun şərtləri (bundan sonra – Şərtlər) “Aqrar sığorta haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 oktyabr tarixli 431 nömrəli Qərarı ilə təsdiq edilmiş “Aqrar sığorta Qaydalarına” (bundan sonra – Qaydalar) əsasən hazırlanmışdır.
2. Qısaltmalar
“EKTİS” - Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi “ASİS” - Aqrar Sığorta İnformasiya Sistemi
3. Anlayışlar
müstəqil ekspert –sığorta risklərini və (və ya) zərərləri qiymətləndirən, habelə sığorta hadisələrini araşdıran fiziki şəxs;
aqrar sığortalı (bundan sonra – sığortalı)– Qaydalara uyğun olaraq əmlak mənafeləri sığortalanan kənd təsərrüfatı məhsullarının istehsalçısı xxxx fiziki və ya hüquqi şəxs;
faydalanan şəxs – aqrar sığorta müqaviləsinə (bundan sonra – sığorta müqaviləsi) uyğun olaraq sığorta ödənişi verilməli xxxx şəxs;
xxxxxx qiymətləndirilməsi – Qaydalarda və Şərtlərdə nəzərdə tutulan hallarda, sığorta müqaviləsi bağlanmamışdan əvvəl müstəqil ekspert tərəfindən sığorta predmetinə baxış keçirilərək məruz qala biləcəyi risklərin müəyyənləşdirilməsi;
zərərin qiymətləndirilməsi – sığorta müqaviləsinə əsasən sığorta hadisəsinin baş verməsi nəticəsində yaranan zərərlərin müstəqil ekspertlər tərəfindən müəyyənləşdirilməsi;
şərtsiz azadolma məbləği - sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və hər bir halda sığortalının üzərində qalan hissəsi;
şərtsiz gözləmə müddəti – sığorta tələbi və ya sığorta ödənişinin sığorta hadisəsinin baş verməsindən keçən həmin müddət qədər vaxt ərzində yaranan itkilərə şamil edilmədiyi müddət.
4. Sığorta predmeti
4.1. Qaydalara və bu Şərtlərə əsasən akvakultura məhsulu kimi balıqlar, o cümlədən mayalanmış kürülər, sürfələr və körpə balıqlar sığortanın predmeti hesab olunur.
4.2. Hər bir balıq növü üzrə təminatın başlanma dövrləri Aqrar Sığorta Fondu (bundan sonra – Fond) tərəfindən bu Şərtlərin 1 nömrəli Əlavəsi ilə müəyyən edilir.
4.3. Yalnız aşağıdakı xüsusiyyətlərə xxxxx xxxx müəssisələrdə yetişdirilən akvakultura məhsulu sığortanın predmeti hesab olunur:
4.3.1. müəssisələrdə yetişdirilən növlər üçün suyun texniki normativ hüquqi aktlarda müəyyən edilmiş tələblərə uyğun olması;
4.3.2. su təminatı axar su və nasoslarla həyata keçirilən müəssisələrdə həmişə işlək vəziyyətdə əlavə nasos və generatorun olması;
4.3.3. su təminatı axar sularla həyata keçirilən müəssisələrdə suya qarışan tullantıların kənarlaşdırılması üçün mexaniki filtr və vasitələrin istifadəsi, habelə gündə azı bir dəfə təmizlənməsi;
4.3.4. su təminatı axar sularla həyata keçirilən müəssisələrdə suyun boşaldılması üçün su kənarlaşdırıcı sistemin olması;
4.3.5. dənizdə yerləşən müəssisələrə münasibətdə dəniz nəqliyyatı üçün xəbərdarlıq işıqlarının və fosforlu nişanlamaların mövcud olması;
4.3.6. vəhşi heyvanların hücumlarının qarşısının alınması üçün imkanların mövcud olması.
4.4. Nohurlarda bu Şərtlərin 4.3.1-4.3.4-cü və 4.3.6-cı yarımbəndlərində qeyd olunanlarla yanaşı, aşağıdakı tələblər də təmin olunmalıdır:
1.oksigen miqdarının ən azı 4 mg/lt olması;
2.suyun dəyişilməsinin təmin edilməsi üçün kanalların kifayət qədər böyüklükdə açılmış olması;
3.kənarlarının yan divarlarının ən çoxu 45 dərəcə meyilli olması;
4.qrunt suyundan qaynaqlanmaması;
5.qış aylarında yağan yağışlar nəticəsində boşalma kanallarındakı suların nohurlara qarışmaması;
6. oksigenin azalmasının qarşısının alınması üçün balıqların böyüklüyünə görə nohurda havalandırma sisteminin mövcud olması;
7.nohurun döşəməsində və yan kənarlarında bitən yosunlar üçün gecə oksigen azalmasının qarşısının alınması;
8.peyvəndləmə zərurəti olduqda müvafiq peyvəndlərin vurulması;
9. yosun çiçəkləməsi riskinin mövcudluğunu öyrənmək məqsədilə suyun rəngi və oksigen dəyərlərinin tez-tez yoxlanılması;
10. işığın sönməsi nəticəsində zərər yaranmaması üçün generatorun olması və avtomatik olaraq aktivləşməsi, həmçinin xəbərdarlıq siqnalının mövcud olması.
5. Sığorta riskləri
5.1. Aşağıdakı risklərin nəticəsində sığortalanmış balığın ölümü təminat altına alınır:
5.1.1. kütləvi zəhərlənmə nəticəsində;
5.1.2. təbii fəlakətlər (zəlzələ, torpaq sürüşməsi, qasırğa, fırtına və dolu) nəticəsində;
5.1.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006- cı il 7 mart tarixli 65 nömrəli Qərarı ilə təsdiq edilmiş “Baytarlıq sahəsində profilaktikası, diaqnostikası və ləğvi dövlət büdcəsindən maliyyələşdirilən heyvanların xüsusi təhlükəli xəstəliklərinin siyahısı”na daxil xxxx xəstəliklər istisna olmaqla, digər yoluxucu xəstəliklər nəticəsində;
5.1.4. vəhşi heyvanların hücumu nəticəsində;
5.1.5. yanğının birbaşa və ya dolayı təsiri nəticəsində;
5.1.6. üçüncü şəxslərin hərəkətləri nəticəsində.
5.2. Üçüncü şəxslərin hərəkətlərinə daxil xxxx oğurluq, soyğunçuluq və quldurluq riskləri üzrə akvakultura məhsulunun sığorta müqaviləsində göstərilən saxlandığı yerə aşağıda qeyd olunan yollardan biri ilə daxil olaraq əldə edilməsi nəticəsində dəymiş zərərlərə təminat verilir:
1. qırmaq, deşmək, yıxmaq, aşırmaq və ya zor tətbiq etməklə;
2.müxtəlif alət və vasitələrdən istifadə edərək dırmanmaq və ya aşmaqla;
3. itən, oğurlanan və ya qanunsuz yolla əldə edilən açar, onun surəti və ya digər alətlərdən istifadə etməklə;
4. akvakultura məhsulu saxlanılan yerə əvvəlcədən gizli daxil olmaqla.
6. Sığorta məbləğinin müəyyən edilməsi
Akvakultura məhsullarının sığortası üzrə sığorta məbləği sığortalı tərəfindən bu Şərtlərin 2 nömrəli əlavəsində müəyyən edilmiş formada tərtib edilmiş akvakultura müəssisələrinin illik akvakultura məhsullarının yetişdirilməsi planında göstərilən ən yüksək aylıq göstəricinin dəyər məbləğidir.
7. Xxxxxxx xxxxxxxx
Şərtsiz azadolma məbləği sığorta müqaviləsində müəyyən edilmiş sığorta məbləğinə tətbiq olunur. (Cədvəl 1)
8. Sığorta tarifi
Sığorta tarifi sığorta riskinin dəyəridir. Sığorta tarifi sığorta haqqının hesablanması üçün istifadə olunur. (Cədvəl 1)
Cədvəl 1
Tarif | Şərtsiz azadolma məbləği | |
10% | 20% | |
4 % | 3 % |
9. Sığorta haqqı və onun hesablanması
9.1. Sığorta haqqı risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta müqaviləsində
nəzərdə tutulan qaydada sığortalının Xxxxx ödəməli olduğu pul məbləğidir.
9.2. Sığorta haqqı idarəedici qurum tərəfindən hesablanır və aşağıdakı hissələrdən ibarətdir:
1. sığortalı tərəfindən ödənilməli xxxx hissə;
2. dövlət büdcəsinin vəsaiti hesabına ödənilən hissə.
9.3. Sığorta müqaviləsində başqa qayda nəzərdə tutulmayıbsa, sığorta haqqının sığortalı tərəfindən ödənilməli xxxx hissəsi birdəfəlik ödənilir.
9.4. İdarəedici qurum tərəfindən sığorta müqaviləsində sığorta haqqının sığortalı tərəfindən ödənilən hissəsinin hissə-hissə ödənilməsi nəzərdə tutula bilər.
9.4 Sığorta müqaviləsində sığorta haqqının hissə-hissə ödənilməsi nəzərdə tutulduğu halda sığorta haqqının ödənilməsi qaydası həmin müqavilədə müəyyən edilir. Hər bir halda sığortalı tərəfindən ödənilməli xxxx sığorta haqqının ilk hissəsi həmin məbləğin ən azı 25 faizini təşkil edir.
9.5. Sığorta müqaviləsində sığorta haqqının hissə- hissə ödənilməsi nəzərdə tutulduqda sığorta müqaviləsi sığorta haqqının ilk hissəsinin ödənilməsindən sonra, sığorta haqqının tam ödənilməsi nəzərdə tutulduqda isə onun tam ödənilməsindən sonra qüvvəyə minir.
Sığorta haqqı aşağıdakı düsturla hesablanır:
Sığorta məbləği x sığorta tarifi / 100.
10. Sığorta haqqına güzəşt və əlavələr
Akvakultura məhsullarının sığortası üzrə sığorta müqavilələrində sığorta haqqına aşağıdakı güzəştlər tətbiq edilir:
- sığortalının yaşı 29 və daha aşağı olduqda - “gənc fermer güzəşti” – 5 %;
- sığortalı ilə Fond arasında həmin növ üzrə əvvəlki illərdə bağlanmış sığorta müqavilələri mövcud olduqda – “zərərsizlik güzəşti”.
Zərərsizlik güzəşti sığorta müqavilələri bağlanmış illər ərzində sığorta hadisəsi baş vermədikdə sığorta hadisəsi baş verməyən illərin sayı nəzərə alınaraq hesablanır. (Cədvəl 2)
Cədvəl 2
1 il | 2 il | 3 il və daha artıq | |
Sığorta haqqına güzəştin məbləğ | 5 % | 10 % | 15 % |
*Tətbiq olunan güzəştlərin cəmi sığorta haqqının 25 %-dən xxx xxx bilməz.
Akvakultura məhsullarının sığortası üzrə sığorta haqqına hər hansı əlavə tətbiq edilmir.
11. Komisyon muzd və əməliyyat xərcləri
11.1. Bu Şərtlərin 11.2-ci bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, vasitəçi aqrar sığortaçılar sığorta vasitəçiliyi fəaliyyətinə görə bağlanmış müqavilələr üzrə
hesablanmış sığorta haqqının 15 xxxxx məbləğində komisyon muzd alırlar.
11.2.Qanunvericiliklə akvakultura ilə məşğul xxxx şəxsə akvakultura sahəsində dövlət dəstəyinin verilməsi üçün sığorta müqaviləsinin bağlanması tələb olunduqda, həmin sığorta müqavilələrinə münasibətdə komisyon muzd sığorta haqqının 5 faizini təşkil edir.
11.3. Akvakultura məhsullarının sığortası üzrə idarəedici quruma ödəniləcək əməliyyat xərcləri bəhs olunan sığorta növü ilə bağlı həmin dövr üzrə ödənilən sığorta haqlarının 10 faizini təşkil edir.
12. Şərtsiz gözləmə müddəti
Akvakultura məhsullarının sığortası üzrə 14 gün şərtsiz gözləmə müddəti müəyyən olunur.
13. Sığorta müqaviləsinin bağlanması üçün müraciət tarixləri
13.1. Akvakultura məhsullarının sığortası üzrə sığorta müqaviləsi bağlamaq istəyən şəxslər sığorta müqaviləsinin bağlanması üçün istənilən vaxt vasitəçi aqrar sığortaçılara müraciət edə bilərlər. Sığorta müqaviləsi bağlamaq istəyən şəxslər vasitəçi aqrar sığortaçılar vasitəsilə ASİS-də qeydiyyatdan keçirlər.
13.2. İdarəedici qurum tərəfindən Qaydaların 4.4.3-cü yarımbəndinin tələbləri nəzərə alınmaqla, xxxxxx qiymətləndirilməsi barədə qərar qəbul edilir və müstəqil ekspertin rəyinin nəticələrinə uyğun olaraq müvafiq hərəkətlər həyata keçirilir.
14. Sığorta müqaviləsinin qüvvədə olma müddəti
Akvakultura məhsullarının sığortası üzrə sığorta müqaviləsi 1 il müddətinə bağlanılır.
15. Sığorta hadisəsi barədə məlumatlandırma
Sığortalı və ya faydalanan şəxs akvakultura məhsulunun sığortası ilə bağlı bağlanmış sığorta müqavilələri üzrə baş vermiş sığorta hadisələri barədə məlumat hadisənin baş vermə tarixindən 24 saat ərzində vasitəçi aqrar sığortaçıya və ya idarəedici quruma, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı xxxx digər səlahiyyətli dövlət orqanlarına məlumat verməlidir.
16. Sığorta hadisəsi ilə bağlı tələb olunan sənədlərin siyahısı
16.1. Sığorta ödənişi aşağıdakı sənədlərin hər birinin mövcud olduğu halda həyata keçirilir:
16.1.1. sığortalının və ya xxxxxxxxxx şəxsin idarəedici quruma ünvanladığı, sığorta hadisəsinin təfərrüatlarını və nəticəsini əks etdirən sığorta tələbi
16.1.2.sığorta hadisəsinin araşdırılması və zərərin qiymətləndirilməsi üzrə müstəqil ekspertin rəyi;
16.1.3. yanğın riskinə münasibətdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin təqdim etdiyi sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatlarını (hadisənin baş vermə vaxtı, yeri, hadisənin baş verməsində təqsirli xxxx və (və ya) zərərçəkən şəxs (şəxslər) həmçinin zərər dəymiş əmlak, zərərin
xüsusiyyətlərini) əks etdirən və müvafiq faktı təsdiq edən sənəd;
16.1.4. dolu, fırtına, qasırğa, torpaq sürüşməsi risklərinə münasibətdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təqdim etdiyi sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatlarını (hadisənin baş vermə vaxtı, yeri və s.) əks etdirən və müvafiq faktı təsdiq edən sənəd;
16.1.5. zəlzələ riskinə dair Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin təqdim etdiyi sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatlarını (hadisənin baş vermə vaxtı, yeri və s.) əks etdirən və müvafiq faktı təsdiq edən sənəd
16.1.6. üçüncü şəxslərin hərkətlərinə münasibətdə müvafiq səlahiyyətli dövlət orqanının təqdim etdiyi sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatlarını (hadisənin baş vermə vaxtı, yeri, hadisənin baş verməsində təqsirli xxxx və (və ya) zərərçəkən şəxs (şəxslər), həmçinin zərər dəymiş əmlak, zərərin xüsusiyyətlərini) əks etdirən və müvafiq faktı təsdiq edən sənəd;
16.1.7. Qaydaların 4.1.4-cü yarımbəndinin 8-ci abzasında göstərilmiş peyvəndləmələrin edildiyini təsdiq edən sənəd;
16.1.8. bu Şərtlərin 5.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sığorta riskinə münasibətdə ölüm səbəbinin müəyyən edilməsinə dair akvakultura məhsulunun, onun saxlandığı suyun və ona verilən yemlərin, bu Şərtlərin 5.1.3-cü yarımbəndində nəzərdə tutulmuş sığorta riskinə münasibətdə isə ölüm səbəbinin müəyyən edilməsinə dair akvakultura məhsulunun laboratoriya analizlərinin nəticələri.
17. Sığorta ödənişinin verilməsi
17.1. Akvakultura məhsullarının sığortası üzrə sığorta ödənişi sığorta hadisəsi baş verməmişdən qabaq müqavilə əsasında Xxxxx akvakultura məhsulu barədə təqdim edilmiş əvvəlki ayın aylıq göstəricisində qeyd olunan, əvvəlki ayın aylıq göstəricisi barədə məlumatlar təqdim edilmədikdə isə sığorta müqaviləsi üzrə təqdim olunan illik akvakultura məhsullarının yetişdirilməsi planında hadisənin baş verdiyi aya uyğun qeyd olunan akvakultura məhsulunun sığorta məbləği əsas götürülməklə hesablanır.
17.2. Sığortalı sığorta hadisəsinin baş verməsi zamanı öz öhdəliklərini yerinə yetirmədiyindən zərərin miqdarı artarsa, yekun zərərin miqdarından xxxxx hissə həmin həcmdə azalır.
17.3. Zərərin məbləği azadolma məbləğindən aşağı olduqda, sığorta ödənişi verilmir.
17.4. Sığorta ödənişi azadolma və zərərin minimuma endirilməsi üçün çəkilən xərclər nəzərə alınmaqla hesablanır.
17.5. Sığorta ödənişinin ödənilməsi zamanı Fond sığorta ödənişi məbləğindən sığortalının sığorta müqaviləsi üzrə ona ödəməli olduğu, vaxtı çatmış və ya gecikdirilmiş sığorta haqqı məbləğini tutmaq hüququna malikdir.
17.6. Sığorta ödənişi sığorta məbləğindən və dəymiş real zərər məbləğindən xxx xxx bilməz.
17.7. Qaydalara uyğun olaraq sığorta ödənişinin verilməsi üçün tələb olunan bütün sənədlər idarəedici qurum tərəfindən təqdim edildikdən sonra Fond 7 iş günü ərzində sığorta ödənişinin tam və ya qismən verilməsi və ya ödənişin verilməsindən imtina barədə qərar qəbul edir və bu barədə sığortalıya “İnzibati icraat haqqında”
Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş qaydada rəsmi məlumat verir
17.8. Fond sığorta ödənişinin tam və ya qismən verilməsi barədə qərar qəbul etdikdə, sığorta ödənişini birbaşa sığortalının bank hesabına köçürür.
17.9. Fond sığorta ödənişinin verilməsindən tam və ya qismən imtina barədə qərarında qanunvericilik, sığorta müqaviləsi və ya sığorta qaydalarının müddəalarına istinad etməklə imtina üçün əsaslarını aydın göstərməlidir.
18. Hüquqlarınızın pozulduğunu hesab etdiyiniz halda müraciət
ŞİKAYƏT EDİN:
Aqrar Sığorta Fondunun Apellyasiya Şurası
Ünvanı: Bakı şəhəri, Xətai xxxxxx, Xxxxx xxxxxxxxx, xx 000 Əlaqə telefonu: + 994 12 565 41 34
Azərbaycan Respublikasının Mərkəzi Bankı Ünvanı: Bakı xxxxxx, X.Xxxxxxxx xxxxxx, 00. Əlaqə telefonu: + 994 12 966
Qeyd: Akvakultura məhsullarının sığortası ilə əlaqədar digər şərtlərlə xxxx://xxx.x-xxxxx.xx/xxxxxxxxx/00000 linkindən keçid edərək “Aqrar sığorta Qaydaları”nda xxxxx xxx bilərsiniz.