SAZİŞ
Azərbaycan Respublikası Hökuməti ilə Polşa Respublikası Hökuməti arasında dəniz nəqliyyatına dair
SAZİŞ
Azərbaycan Respublikası Hökuməti və Polşa Respublikası Hökuməti (bundan sonra
“Razılığa gələn Tərəflər” adlandırılacaq),
azad ticarət gəmiçiliyi prinsipləri əsasında beynəlxalq gəmiçiliyin inkişafında əməkdaşlığı nəzərə alaraq və hər iki ölkə arasında dəniz nəqliyyatı sahəsində əməkdaşlığın inkişafını arzulayaraq,
beynəlxalq dəniz hüququ prinsiplərini və xüsusilə də Razılığa gələn Tərəflərin üzv olduğu dənizçilik üzrə beynəlxalq konvensiyaları əsas tutaraq, aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Anlayışlar
Bu Sazişin məqsədləri üçün:
1. Səlahiyyətli orqan termini nəzərdə tutur:
Azərbaycan Respublikası üçün - Dövlət Dəniz Administrasiyası; Polşa Respublikası üçün - infrastruktur və inkişaf xxxxxx.
2. Razılığa gələn Tərəfin gəmisi - Razılığa gələn Tərəfin bayrağı altında üzən və bu
Razılığa gələn Tərəfin gəmi reyestrində qeydiyyatdan keçmiş hər hansı gəmi.
Xxxxx bu terminə aşağıdakılar daxil edilmir:
a) hərbi gəmilər və Hərbi Dəniz Qüvvələrinin yardımçı gəmiləri;
b) xüsusi inzibati və dövlət funksiyalarını icra edən gəmilər;
c) qeyri-kommersiya məqsədləri üçün istifadə olunan hökumət gəmiləri;
d) xxxx tədqiqat gəmiləri;
e) balıqçı gəmiləri.
3. “Heyət üzvü” termini gəmi heyəti siyahısına daxil xxxx və gəmi bortunda gəminin idarə edilməsi ilə əlaqəli xidmətlərdə və vəzifələrdə çalışan gəmi kapitanını və hər hansı şəxsi nəzərdə tutur.
4. “Kabotaj” termini Razılığa gələn Tərəflərdən hər hansı birinin limanları arasında xxx və sərnişinlərin daşınmasını nəzərdə tutur. Bu terminə mənşəyi və çatdırılacağı ünvanların hara olmasından asılı olmayaraq və yüklərin qaimə (malların bütün əlamətlərini özündə əks etdirir) ilə müşayiət olunub -olunmamasına baxmayaraq, Razılığa gələn Tərəflərdən birinin hər hansı limanından həmin Razılığa gələn Tərəfin digər limanına birbaşa və ya dolayı yolla istənilən məhsulun daşınması da daxil edilir. Eyni müddəalar, hətta biletlə səyahət edən sərnişinlərə də aid edilir.
5. “Beynəlxalq dəniz nəqliyyatı” termini, yalnız Razılığa gələn Tərəfin Dövlətinin ərazisindəki yerlər arasında fəaliyyət göstərən gəmilər istisna olmaqla, istənilən gəmi daşınmasını nəzərdə tutur.
6. “Ərazi” termini milli qanunvericiliyə və beynəlxalq hüquqa əsasən müəyyən edilmiş
Azərbaycan Respublikasının və Polşa Respublikasının ərazisi deməkdir.
7. “Razılığa gələn Tərəfin gəmiçilik şirkəti” termini Razılığa gələn Tərəflərdən birinin Dövlətinin ərazisində qüvvədə xxxx qanunvericiliyə uyğun olaraq Razılığa gələn Tərəfin Dövlətinin ərazisində öz qeydiyyat xxxx xxxx və beynəlxalq üzgüçülüyünə səlahiyyət verilmiş qeydiyyatda xxxx hüquqi şəxsi və ya digər obyekti nəzərdə tutur.
8. “Razılığa gələn Tərəfin limanı” termini Razılığa gələn Tərəfin xüsusi ərazisində və akvatoriyasında yerləşən və ticarət gəmiçiliyi məqsədi ilə istifadə olunan gəmilərə və sərnişinlərə xidmət göstərilməsi, yüklərlə əməliyyatların aparılması və dəniz limanlarında həyata keçirilən digər xidmətlərin göstərilməsi üçün nəzərdə tutulan qurğular kompleksini nəzərdə tutur.
Maddə 2
Ayrı-seçkiliyə yol verməmə və azad rəqabət
Razılığa gələn Tərəflər gəmiçilik üzrə əlaqələrinin inkişafını naviqasiya azadlığı və azad və ədalətli rəqabət prinsipləri üzərində qururlar, eləcə də beynəlxalq dəniz nəqliyyatı və ticarətinə mənfi təsir göstərə biləcək hər hansı hərəkətlərdən çəkinməlidirlər. Ayrı-seçkiliyə yol verməmə prinsipi digər Razılığa gələn Tərəfin ərazisində Razılığa gələn Tərəflərdən birinin bayrağı altında üzən gəmi sahibinin kommersiya fəaliyyətinə tətbiq edilir.
Maddə 3
Dəniz nəqliyyatının inkişaf etdirilməsi
1. Razılığa gələn Tərəflər:
1) Azərbaycan Respublikasının və ya Polşa Respublikasının bayrağı altında üzən gəmilərin, Razılığa gələn Tərəflərin dövlətlərinin qanunvericiliklərinə və yeritdikləri siyasətə uyğun olaraq, Razılığa gələn Tərəflərin limanları arasında, eləcə də onların və üçüncü tərəflərin limanları arasında xxx və sərnişin daşınmaları zamanı maneəsiz hərəkətini təmin edirlər;
2) Razılığa gələn Tərəflərin limanları arasında dənizlə yüklərin daşınmasının inkişafına
mane ola biləcək maneələrin aradan qaldırılması üzrə bir-biri ilə əməkdaşlıq edirlər;
3) Razılığa gələn Tərəflərin və üçüncü tərəfin limanları arasında dənizlə yüklərin daşınması ilə bağlı Razılığa gələn Tərəflərin gəmilərinin iştirakına mane xxxx addımlardan çəkinirlər.
2. Bu maddənin 1-ci bəndinin müddəalarının üçüncü tərəfin bayrağı altında üzən gəmilərin Razılığa gələn Tərəflərin limanları arasındakı dənizlə yüklərin daşınması ilə bağlı iştirak hüququna təsiri yoxdur.
3. Bu maddədə qeyd edilmiş müddəalar Razılığa gələn Tərəfin ticarət donanmalarının kommersiya rəqabəti əsasında beynəlxalq ticarətdə sərbəst iştirakının təmin edilməsi məqsədi ilə müvafiq tədbirlər görməsinə mane olmur.
Maddə 4
Liman yığımları
1. Hər bir Razılığa gələn Tərəfin gəmiləri yükün bir hissəsinin boşaldılması məqsədi ilə digər Razılığa gələn Tərəfin limanına daxil olarkən, həmin ölkənin qanun və qaydalarına riayət edildikdən sonra, göstərilən yükün istər həmin ölkədə, istərsə də başqa bir ölkədə yerləşən digər bir limana daşınması nəzərdə tutulan hissəsini, digər Razılığa gələn Tərəfin oxşar hallarda öz gəmilərinə tətbiq etdiyi rüsumlar istisna olmaqla, hər hansı əlavə məbləğ tutulmadan gəmidə saxlaya və ya digər bir gəmiyə köçürə bilər.
2. Bu maddənin 1-ci bəndinə əsasən, Razılığa gələn Tərəflərin gəmiləri xarici limanlara çatdırılması təyin edilmiş yükün digər Razılığa gələn Tərəfin öz gəmilərinə tətbiq etdiyi vergilərdən başqa hər hansı digər rüsum alınmadan tam və ya bir hissəsinin yüklənməsi üçün digər Razılığa gələn Tərəfin limanlarına bir və ya bir neçə dəfə daxil ola bilər.
Maddə 5
Limanlarda, daxili sularda və ərazi dənizlərində gəmilər üçün yaradılan şərait
1. Ən əlverişli rejim şəraitinə malik ölkələrin sərnişinləri, heyəti, yükü və gəmiləri üçün yaradılan şəraitə müvafiq olaraq, Razılığa gələn Tərəflərin hər biri, öz limanlarında, daxili sularında və ərazi dənizlərində digər Razılığa gələn Tərəfin gəmilərinə, yükünə, heyətinə və sərnişinlərinə eyni şəraiti yaradır.
2. Bu maddənin 1-ci bəndində göstərilən hər bir Razılığa gələn Tərəfin limanlarına sərbəst giriş, lövbərə durma yerinin təyin edilməsi, liman vasitələrindən tam istifadə, xxx əməliyyatları, yüklərin başqa gəmiyə köçürülməsi, sərnişinlərin mindirilməsi və düşürülməsi, bütün rüsumların və yığımların ödənilməsi, naviqasiya xidmətlərindən istifadə və digər adi kommersiya əməliyyatlarının icrası ilə bağlı olaraq, öz gəmilərinə yaratdığı imkanları digər Razılığa gələn Tərəfin gəmilərinə də yaradır.
3. Bu maddənin 1-ci bəndində göstərilmiş müddəalara aşağıdakılar aid edilmir:
1) xarici gəmilərin girişinə açıq olmayan limanlara;
2) xarici vətəndaşların ölkəyə daxil olması və qalması üzrə qaydalara;
3) Razılığa gələn Tərəflərin milli bayrağı altında üzən gəmiləri və ya müəssisə və təşkilatları üçün nəzərdə tutulmuş fəaliyyətə, xüsusilə kabotaj, dəniz balıqçılığı, bələdçi xidməti, yedəkləmə, gəmi xilası və dənizçilik işində yardım kimi fəaliyyətlərə.
Maddə 6
Dəniz nəqliyyatının asanlaşdırılması
Razılığa gələn Tərəflərin dövlətlərinin milli qanunvericilikləri və liman qaydaları, həmçinin beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri çərçivəsində gəminin lazımsız ləngiməsinin qarşısının alınması və Tərəflərin milli qanunvericiliklərində nəzərdə tutulan dövlət nəzarət orqanları tərəfindən həyata keçirilən prosedurları və liman rəsmiləşdirilməsini beynəlxalq və milli qanunvericiliyin müddəalarının tələblərinə uyğun əsasda asanlaşdırır və dəniz gəmiçiliyinin asanlaşdırılması və ona yardım göstərilməsi məqsədi ilə kömək göstərmək üçün lazımi tədbirlər görür.
Maddə 7
Gəmi sənədlərinin qarşılıqlı tanınması
1. Razılığa gələn Tərəflərdən biri tərəfindən verilən və ya qəbul olunan gəminin mənbə ölkəsini təsdiq edən sənədləri və digər gəmi sənədlərini digər Razılığa gələn Tərəf qəbul edir. Təhlükəsizlik sektoruna aid olduğundan, Razılığa gələn Tərəflər onlar tərəfindən verilmiş və onların gəmilərinə aid xxxx müvafiq sertifikatları qüvvədə xxxx müvafiq beynəlxalq konvensiyaya uyğun olması şərti ilə tanıyır.
2. Razılığa gələn Tərəflərin bayrağı altında üzən Ölçü Şəhadətnaməsi ilə təchiz olunmuş gəmilər digər Razılığa gələn Tərəfin limanında yenidən ölçülmür və Şəhadətnamədə qeyd olunan rəqəmlər yuxarıda qeyd olunan sənədlərin Gəmilərin Ölçülməsinə dair qüvvədə xxxx Beynəlxalq Konvensiyaya (1969) müvafiq olaraq verilməsi şərti ilə hər hansı növdən xxxx xxxxx yığımında hesablamalar üçün əsas kimi qəbul edilir.
3. 24 (iyirmi dörd) metrdən aşağı xxxx gəmilərin Razılığa gələn Tərəflərin milli qanunvericiliklərinə əsasən verilmiş Ölçü Şəhadətnaməsi qarşılıqlı olaraq tanınır.
Maddə 8
Heyət üzvlərinin şəxsiyyət sənədləri
1. Hər bir Razılığa gələn Tərəf digər Razılığa gələn Tərəfin müvafiq səlahiyyətli orqanları tərəfindən həmin Razılığa gələn Tərəfin dövlətinin vətəndaşı xxxx gəmi heyət üzvləri üçün verilən şəxsiyyət sənədlərini tanımalıdır və şəxsiyyət sənədlərinə xxxxx xxxx şəxslərə bu Sazişin 9-cu və 10-cu maddələrində qeyd olunan şərtlər daxilində orada göstərilmiş hüquqları verir.
Bu şəxsiyyət sənədləri aşağıdakılardır:
Azərbaycan Respublikasında:
Azərbaycan Respublikası vətəndaşının pasportu və dənizçinin şəxsiyyət sənədi;
Polşa Respublikasında:
pasport və ya dənizçinin şəxsiyyət sənədi.
2. Bu Sazişin 9-cu və 10-cu maddələrinin müddəaları, müvafiq olaraq, Razılığa gələn hər iki Tərəfin dövlətinin vətəndaşı olmayan heyət üzvünə, xxxxx Dəniz Gəmiçiliyinin Asanlaşdırılmasına dair Konvensiyanın (1965) müddəalarına və onun əlavəsinə və ya müvafiq olaraq dənizçilərin milli şəxsiyyət sənədləri haqqında Beynəlxalq Əmək Təşkilatının Azərbaycan Respublikası üçün 2003-cü il tarixli 185 №-li və Polşa Respublikası üçün 1958-ci il tarixli 108 №-li konvensiyalarına müvafiq olaraq verilmiş şəxsiyyət sənədinə xxxxx xxxx şəxsə tətbiq edilir.
3. Üçüncü ölkənin vətəndaşları xxxx Razılığa gələn Tərəflərin gəmilərində çalışan heyət üzvləri dövlət sərhədini keçməyə dair üçüncü ölkə və digər Razılığa gələn Tərəfin aidiyyəti səlahiyyətli orqanları tərəfindən verilmiş müvafiq sənədə malik olmalıdırlar.
Maddə 9
Sahili müvəqqəti tərk etməyə dair icazənin verilməsi
1. Bu Sazişin 8-ci maddəsində qeyd olunan dənizçi şəxsiyyət sənədinə xxxxx xxxx Razılığa gələn Tərəflərin gəmi heyətinin üzvlərinə digər Razılığa gələn Tərəfin limanında xxxx xxxxx xxxxxx müvəqqəti olaraq vizasız tərk etməyə icazə verilməlidir, o halda ki, kapitan həmin limanda qüvvədə xxxx qaydalara uyğun olaraq, müvafiq səlahiyyətli orqanlara heyətin siyahısını versin.
2. Sahilə gedərkən və gəmiyə qayıdarkən, yuxarıda qeyd olunan şəxslər həmin limanda
qüvvədə olan milli qanunvericiliyə əsasən sərhəd və gömrük nəzarətindən keçirilirlər.
Maddə 10
Heyət üzvlərinin girişi, tranziti və qalmaları
1. Bu Sazişin 8-ci maddəsində qeyd olunan dənizçinin şəxsiyyət sənədinə xxxxx xxxx şəxslərə və viza tələb olunduqda öz gəmilərinə qoşulmaq və ya digər gəmiyə köçürülmək, öz gəmilərinə qoşulmaq üçün tranzitlə digər ölkəyə keçmək, vətəninə qayıtmaq, fövqəladə hallar və ya digər Razılığa gələn Tərəfin orqanlarının təsdiq etdiyi digər məqsədlər üçün hər hansı nəqliyyat vasitəsilə Razılığa gələn Tərəfin dövlətinin ərazisinə sərnişin kimi daxil olmağa və ya ərazini tərk etməyə icazə verilir.
2. Bu maddənin 1-ci bəndində qeyd olunan bütün hallarda dənizçi mümkün qədər qısa müddət ərzində digər Razılığa gələn Tərəfin aidiyyəti səlahiyyətli orqanları tərəfindən verilməli xxxx müvafiq xxxxxx xxxxx olmalıdır.
Maddə 11
Giriş, çıxış və qalma ilə bağlı milli qaydalar
1. Bu Sazişin 8 - 10-cu maddələrinin müddəaları nəzərə alınmaqla, Razılığa gələn Tərəflərin xarici vətəndaşların ölkəyə daxil olması, qalması və ölkəni tərk etməsi ilə əlaqədar Razılığa gələn Tərəflərin dövlətlərinin milli qanunvericilikləri ərazilərində tam qüvvədədir.
2. Razılığa gələn Tərəf arzuolunmaz hesab etdiyi dənizçinin öz dövlətlərinin ərazisinə daxil olmasını və qalmasını rədd etmək hüququnu özündə saxlayır.
Maddə 12
Agentliklər və filiallar
Razılığa gələn Tərəflərdən birinə məxsus xxxx dənizçilik şirkətləri digər Razılığa gələn Tərəfin dövlətinin ərazisində həmin dövlətin qüvvədə xxxx qanunlarına və qaydalarına uyğun olaraq agentliklər və filiallar təsis edə bilərlər.
Maddə 13
Gəmiçilik şirkətlərinin qazanc və gəlirlərinin köçürülməsi
1. Razılığa gələn Tərəflərdən biri digər Razılığa gələn Tərəfin gəmiçilik şirkətlərinə öz ərazilərində ödənişlərin həyata keçirilməsi məqsədi ilə dənizçilik fəaliyyətindən əldə olunan qazanc və digər gəlirlərdən istifadə etmək hüququnu verir.
2. Hər bir Razılığa gələn Tərəf bu maddənin 1-ci bəndində qeyd edilən gəmiçilik şirkətlərinin həmin Razılığa gələn Tərəfin dövlətinin qanunvericiliyinə uyğun olaraq yuxarıda göstərilən ödənişlər çıxıldıqdan sonra qazanc və digər gəlirlərini köçürmə hüququnu təmin edir.
Maddə 14
Cinayət baş verdiyi zaman tətbiq olunan prosedurlar
1. Razılığa gələn Tərəflərdən birinin gəmi heyətinin üzvləri gəmi digər Razılığa gələn Tərəfin daxili sularında olarkən gəminin göyərtəsində qanun pozuntusuna yol verərsə, bu Razılığa gələn Tərəfin səlahiyyətli orqanları gəminin bayraq dövlətinin səlahiyyətli diplomatı və ya konsulluq məmurlarının razılığı olmadan onu məhkəməyə cəlb etməməlidir,
aşağıdakılar istisna olmaqla:
1) qanun pozuntusunun nəticələri gəminin durduğu dövlətin ərazisində yayılarsa;
2) qanun pozuntusu sülhü, ictimai asayişi və ya təhlükəsizliyi pozan növdədirsə;
3) qanun pozuntusu gəminin durduğu dövlətin ərazisində cinayət hesab edilirsə;
4) qanun pozuntusu gəmi heyəti üzvündən başqa xxxxxx qarşı törədilmişsə;
5) narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qeyri-qanuni ticarətinin aradan qaldırılması üçün təqib vacib olarsa.
2. Bu maddənin müddəaları Razılığa gələn Tərəflərin səlahiyyətli orqanlarının xarici vətəndaşların ölkəyə daxil olması, gömrük, ictimai səhiyyə və insan həyatının mühafizəsi, malların təhlükəsizliyi, liman və gəmilərin təhlükəsizliyi üzrə digər nəzarət tədbirləri ilə əlaqədar qanun və qaydaların həyata keçirilməsinə aid xxxx məsələlərdə hüquqlarına zərər gətirmir.
Maddə 15
Dənizdə baş verən hadisələr
1. Razılığa gələn Tərəflərin hər hansı birinin gəmisi qəzaya uğrayarsa, saya oturarsa, sahilə yan alarsa və ya digər Razılığa gələn Tərəfin sahilində hər hansı bədbəxt hadisə ilə rastlaşarsa, bu gəmi və xxx qeyd olunan Razılığa gələn Tərəfin dövlətinin ərazisində onun milli gəmilərinə və yüklərinə yaradılan şəraitdən yararlanır.
2. Razılığa gələn Tərəflərin hər biri istənilən zaman gəmiyə, onun heyətinə, sərnişinlərinə və yükünə öz gəmilərində olduğu qaydada yardım edir.
3. Bu maddənin 1-ci bəndində qeyd olunan boşaldılmış və qorunan, Razılığa gələn digər Tərəfin dövlətinin ərazisində istifadə və istehlak üçün çatdırılmalı olmayan xxx və əşyalardan heç bir gömrük rüsumu tutulmur.
4. Qəzaya uğrayan və ya saya oturan gəminin bütün hissələri, qırıntıları və ya aksesuarları və bütün cihazları, avadanlığı, fəlakət zamanı bu gəmi tərəfindən atılmış yüklər daxil etməklə xilas olunmuş yüklər, satışdan əldə olunan gəlirlər, qəzaya uğramış və ya saya oturan gəminin göyərtəsindən tapılmış bütün sənədlər gəminin sahibinə və ya onun nümayəndələrinə onların tələbi əsasında verilir.
5. Bu maddənin müddəaları dənizdə xilasetmə və ya gəminin xilas edilməsi xidmətləri gəmiyə, sərnişinlərinə, heyətinə və yükünə kömək göstərilməsi müqabilində tələbləri məhdudlaşdırmır.
Maddə 16
Məsləhətləşmələr
1. İkitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi məqsədi ilə Razılığa gələn Tərəflərin səlahiyyətli orqanları dövlətlərinin milli qanunvericiliklərinə uyğun olaraq dəniz nəqliyyatı barədə məlumatları müzakirə və mübadilə edirlər.
2. Səlahiyyətli orqanların adları və ya vəzifələri ilə bağlı hər hansı dəyişiklik edildiyi
təqdirdə, Razılığa gələn Tərəflər diplomatik kanallar vasitəsilə müvafiq bildirişlər göndərirlər.
Maddə 17
Texniki əməkdaşlıq
Razılığa gələn Tərəflər imkanları çərçivəsində dəniz nəqliyyatının inkişafı məqsədi ilə bir- birlərini texniki yardımla təmin etmək barədə razılığa gəlirlər. Bu məqsədlə də Razılığa gələn Tərəflər gəmiçilik və əlaqəli müvafiq müəssisə və təşkilatlar arasında əlaqələrin və əməkdaşlığın inkişafına stimul verir və bu inkişafı sürətləndirirlər.
Maddə 18
Beynəlxalq öhdəliklər
Bu Saziş Razılığa gələn Tərəflərin beynəlxalq təşkilatlara üzvlüyündən və ya qüvvədə
xxxx beynəlxalq sazişlərdən irəli gələn hüquq və öhdəliklərinə təsir etmir.
Maddə 19
Mübahisələrin həlli
1. Bu Sazişin icrası və təfsiri nəticəsində yaranan hər hansı bir mübahisə Razılığa gələn Tərəflərin səlahiyyətli qurumları tərəfindən danışıqlar yolu ilə həll edilir.
2. Əgər mübahisə danışıqlar yolu ilə həll edilmirsə, bu zaman diplomatik kanallar vasitəsilə həll olunur.
Maddə 20
Əlavə və dəyişikliklər
Razılığa gələn Tərəflərin qarşılıqlı razılığı əsasında bu Sazişə onun ayrılmaz hissəsi xxxx və 21-ci maddənin 1-ci bəndi ilə müəyyən olunmuş qaydada qüvvəyə minən ayrıca protokollarla rəsmiləşdirilən əlavələr və dəyişikliklər edilə bilər.
Maddə 21
Qüvvəyəminmə, qüvvədəolma müddəti və qüvvədəndüşmə
1. Bu Xxxxx onun qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Razılığa gələn Tərəflərin sonuncu yazılı bildirişinin diplomatik kanallar vasitəsilə alındığı tarixdən qüvvəyə minir.
2. Bu Saziş qeyri-müəyyən müddətə bağlanılır. Razılığa gələn Tərəflərin hər biri istənilən vaxt diplomatik kanallar vasitəsilə yazılı bildiriş təqdim etməklə, bu Sazişi ləğv edə bilər. Xxxxx belə bildiriş alındığı tarixdən 12 (on iki) ay sonra qüvvədən düşür.
İki əsl nüsxədə olmaqla, bu Saziş Varşava şəhərində 20 may 2015-ci il tarixində hər biri Azərbaycan, xxxxxx və ingilis dillərində imzalanmışdır, bütün mətnlər bərabər autentikdir. Bu Sazişin təfsirində fikir ayrılığı olduqda, ingilis dilindəki mətndən istifadə edilir.
Bunun təsdiqi olaraq, Razılığa gələn Tərəflərin Hökumətləri tərəfindən müvafiq qaydada
səlahiyyətləndirilmiş aşağıda imza edən şəxslər bu Sazişi imzaladılar.
Azərbaycan Respublikası | Polşa Respublikası |
Hökuməti adında | Hökuməti adında |
(imza) | (imza) |