AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
“Azərbaycan Respublikası Hökuməti və Polşa Respublikası Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında” Sazişin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
“Azərbaycan Respublikası Hökuməti və Polşa Respublikası Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında” 2013-cü il noyabrın 14-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.
Xxxxx XXXXXX, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 mart 2014-cü il
№ 915-IVQ
Azərbaycan Respublikası Hökuməti və Polşa Respublikası Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında
SAZİŞ
Bundan sonra “Razılığa gələn Tərəflər” adlandırılacaq Azərbaycan Respublikası Hökuməti və Polşa Respublikası Hökuməti iki dövlət arasında, həmçinin onların ərazilərindən tranzitlə sərnişin və xxx avtomobil daşımalarının inkişafına səy göstərərək, aşağıdakılar barədə razılığa gəldilər:
Tətbiq sahəsi
Maddə 1
1. Bu Sazişin müddəaları Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında onların ərazilərindən tranzitlə və üçüncü dövlətin ərazisi ilə Razılığa gələn Tərəfin ərazisi arasında, həmçinin əks istiqamətdə Razılığa gələn Tərəflərdən birinin dövlətinin ərazisində qeydə alınmış avtomobil nəqliyyatı vasitəsilə həyata keçirilən beynəlxalq sərnişin və xxx daşımalarına tətbiq olunur.
2. Razılığa gələn Tərəflərdən birinin daşıyıcısı digər Razılığa gələn Tərəfin dövlətinin daxili qanunvericiliyi ilə nəzərdə tutulmuş icazəni almadığı təqdirdə, həmin Razılığa gələn Tərəfin ərazisində yerləşən iki məntəqə arasında sərnişin və xxx daşınmasının həyata keçirilməsinə icazə verilmir.
3. Razılığa gələn Tərəflərin dövlət maraqları və dövlət təhlükəsizliyi məsələlərinə toxunduğu təqdirdə, hazırkı Saziş tranzit qadağalarının tətbiqini istisna etmir.
Maddə 2
Hazırkı Sazişin məqsədləri üçün istifadə edilən təriflər aşağıdakıları ifadə edir:
1. daşıyıcı-qüvvədə olan milli qanunvericiliyinə uyğun olaraq beynəlxalq sərnişin və xxx daşımalarını həyata keçirməsinə icazə verilmiş və Razılığa gələn Tərəflərdən birinin dövlətinin ərazisində qeydə alınmış, fiziki və ya hüquqi şəxs, yaxud təşkilati vahiddir;
2. avtomobil nəqliyyatı vasitəsi - yüklərin və ya sərnişinlərin daşınması, həmçinin yüklərin daşınması məqsədi ilə qoşquların yedəyə alınması üçün nəzərdə tutulmuş, mühərriklə təchiz olunmuş nəqliyyat vasitəsidir;
3. avtobus - sərnişinlərin daşınması üçün nəzərdə tutulmuş və sürücünün yeri daxil olmaqla 9-xxx xxx oturacağı xxxx avtomobil nəqliyyatı vasitəsidir;
4. müntəzəm sərnişin daşımaları - əvvəlcədən razılaşdırılmış hərəkət cədvəli, tarif, hərəkətin başlanğıc və son, həmçinin daşıyıcının sərnişinləri mindirib-düşürəcəyi dayanacaq məntəqələri göstərilmiş marşrut üzrə avtobuslarla həyata keçirilən daşımalardır;
5. məkik sərnişin daşımaları - aşağıdakı əlavə şərtlər yerinə yetirilməklə mütəşəkkil sərnişin qruplarının Razılığa gələn Tərəflərin dövlətləri ərazisində yerləşən yoladüşmə məntəqələri ilə təyinat məntəqələri arasında avtobuslarla çoxdəfəli daşınmasıdır:
a) təyinat məntəqəsinə gətirilmiş hər bir qrup ilkin məntəqəyə həmin heyətlə qayıdır;
b) avtobusun təyinat məntəqəsinə ilk və son qayıdışı sərnişinsiz həyata keçirilir.
Yoladüşmə məntəqəsi və təyinat məntəqəsi dedikdə, Razılığa gələn Tərəflərin dövlətləri ərazisində 50 kilometr radiusunda xxxx sahə nəzərdə tutulur;
6. qeyri-müntəzəm sərnişin daşımaları - bu maddənin 4 və 5-ci bəndlərində təyin edilmiş daşımadan fərqli daşımadır.
Sərnişinlərin daşınması
Maddə 3
1. 4-cü maddədə göstərilən icazəsiz həyata keçirilən daşımalar istisna olmaqla, avtobusla müntəzəm, məkik və qeyri-müntəzəm sərnişin daşımaları Razılığa gələn Tərəflərin daxili qanunvericiliyi ilə müəyyən olunmuş icazələr əsasında həyata keçirilir.
2. Müntəzəm sərnişin daşımalarına icazə, Razılığa gələn Tərəflərin səlahiyyətli orqanlarının qarşılıqlı razılığından sonra daşımaların onların dövlətlərinin ərazisində həyata keçirilən hissəsinə verilir.
Maddə 4
ki:
1. Avtobusla qeyri-müntəzəm sərnişin daşımaları o şərtlə icazəsiz həyata keçirilir
a) avtobus eyni sərnişin qrupunu hər iki istiqamətdə mübadilə olmadan, yaxud
sərnişinləri digər Razılığa gələn Tərəfin dövlətinin ərazisində düşürmədən daşıyır;
b) avtobusun bir istiqamətdə gedişi sərnişinlərlə həyata keçirilir, eks istiqamətdə isə avtobusun gedişi sərnişinsiz həyata keçirilir;
c) daha əvvəl gətirilmiş sərnişin qrupunun minməsi və həmin daşıyıcı ilə xxxx aparılması məqsədi ilə avtobusun sərnişinsiz gedişi həyata keçirilir.
2. Bu maddənin 1-ci bəndində nəzərdə tutulmuş daşımaları yerinə yetirərkən avtobusun sürücüsündə sərnişinlərin Razılığa gələn Tərəflərin səlahiyyətli orqanları tərəfindən razılaşdırılmış xüsusi forma üzrə tərtib edilmiş siyahısı olmalıdır.
Yüklərin daşınması
Maddə 5
1. 6-cı maddənin 1 və 2-ci bəndlərində göstərilən icazəsiz həyata keçirilən daşımalar istisna olmaqla, yüklərin daşınması Razılığa gələn Tərəflərin daxili qanunvericiliyi ilə təyin edilmiş icazələr əsasında həyata keçirilir.
2. İcazənin özündə başqa şərt nəzərdə tutulmadığı təqdirdə, hər xxx daşınması üçün hər iki tərəfə bir reys yerinə yetirmək hüququ verən ayrıca icazə verilməlidir. Yüksüz hərəkət edən nəqliyyat vasitələri üçün də icazə tələb olunur.
3. Razılığa gələn Tərəflərin səlahiyyətli orqanları hər il razılaşdırılmış xxxxx icazə mübadilə edirlər.
4. İcazələrin qüvvədə olma müddəti bir təqvim ilidir.
Maddə 6
1. Bu Sazişin 5-ci maddəsində göstərilən icazələr aşağıdakı daşımalar üçün tələb edilmir:
a) köçmə zamanı daşınar əmlakın daşınması;
b) yarmarka, sərgi, yaxud qeyri-kommersiya xarakterli tədbirlər üçün nəzərdə tutulmuş material və əşyaların, o cümlədən incəsənət əsərlərinin daşınması;
c) nəqliyyat vasitələri, heyvanlar, inventar və idman tədbirləri keçirmək üçün nəzərdə tutulmuş idman mallarının daşınması;
d) yalnız reklam və məlumat məqsədi ilə nəzərdə tutulmuş teatr dekorasiyası və rekvizitləri, musiqi alətləri, material və əşyaları, radio verilişi üçün səsyazma, kino və televiziya çəkilişləri, habelə xxxx tamaşaları üçün nəzərdə tutulmuş avadanlığın daşınması;
e) cənazə, yaxud içində meyit külü xxxx urnanın daşınması;
f) humanitar və tibbi yardım, xilasetmə işləri, yaxud təbii fəlakət zamanı həyata keçirilən daşımalar;
g) yükgötürmə qabiliyyəti 3,5 t-dək, yüklə tam kütləsi isə 6,0 t-dək xxxx, avtomobil nəqliyyatı vasitəsilə həyata keçirilən daşımalar.
2. Gedişinə icazə aşağıdakı hallarda tələb olunmur:
a) Razılığa gələn Tərəfin dövlətinin, yaxud üçüncü dövlətin ərazisində xarab olmuş avtomobil nəqliyyatı vasitələrinin əvəz edilməsi və yükünün qəbul edilməsi üçün nəzərdə tutulmuş yüksüz avtomobil nəqliyyatı vasitələrinin;
b) xarab olmuş avtomobil nəqliyyatı vasitələrinin təmiri və ya yedəyə alınması üçün nəzərdə tutulmuş texniki yardım avtomobillərinin.
3. 11-ci maddədə adı çəkilən Qarışıq Xxxxxxxxx, bu maddənin 1 və 2-ci bəndlərində göstərilən, həyata keçirilməsi üçün icazə tələb olunmayan daşımaların siyahısının genişləndirilməsi üzrə təklif vermək səlahiyyətinə malikdir.
Maddə 7
1. Ümumi çəkisi, oxa düşən çəkisi və ya qabaritləri digər Razılığa gələn Tərəfin ərazisində mövcud xxxx normalardan artıq xxxx nəqliyyat vasitələri ilə yerinə yetirilən daşımalar üçün həmin Razılığa gələn Tərəfin daxili qanunvericiliyinin müddəalarına uyğun olaraq əvvəlcədən alınmış xüsusi icazə tələb edilir.
2. Bu maddənin 1-ci bəndində qeyd edilən xüsusi icazə belə nəqliyyat vasitəsinin müəyyən edilmiş marşrut üzrə gedişini və ya istənilən digər tələb və ya məhdudiyyəti tətbiq edə bilər.
3. Təhlükəli yüklərin beynəlxalq avtomobil yolları ilə daşınması haqqında Avropa Sazişinin (TYBAYD) müddəalarına uyğun olaraq həyata keçirilən təhlükəli malların daşınması üçün icazə tələb olunmur.
Ümumi müddəalar
Maddə 8
Bu Sazişin müddəalarına, habelə Razılığa gələn Tərəflərin daxili qanunvericiliyinə uyğun olaraq tələb olunan icazə və digər sənədlər avtomobil nəqliyyatı vasitəsinin sürücüsündə olmalı və Razılığa gələn Tərəflərin nəzarət orqanları tələb etdikdə təqdim edilməlidir.
Maddə 9
Bu Sazişə uyğun olaraq sərnişin və yüklərin daşınması Razılığa gələn Tərəflərin daxili qanunvericiliyi ilə nəzərdə tutulmuş rüsum, vergi və digər ödənişlərin ödənilməsi ilə həyata keçirilir.
Maddə 10
1. Hazırkı Saziş əsasında daşımaları yerinə yetirərkən, qəbul edən Tərəfin milli qanunvericiliyinə müvafiq olaraq avtomobil nəqliyyatı vasitələrinin standart çənlərində icazə verilmiş miqdarda xxxx yanacaq, ehtiyat hissələr və alətlər, həmçinin avtomobil nəqliyyatı vasitəsinin normal istismarı üçün zəruri xxxx miqdarda sürtkü materialları ehtiyatları gömrük rüsumu və vergilərdən azad olunur.
2. İstifadə edilməmiş və ya dəyişdirilmiş ehtiyat hissələr, eləcə də alətlər xxxx qaytarılmalı, yaxud gömrük ləğv edilmə rejimi və ya Razılığa gələn Tərəfin dövlətinin gömrük qanunvericiliyi ilə müəyyən edilmiş qaydalara əsasən, digər gömrük rejimi altında yerləşdirilməlidir.
Maddə 11
1. Hazırkı Xxxxxxx müddəalarının yerinə yetirilməsi və yaranan mübahisəli məsələlərin həlli məqsədi ilə Razılığa gələn Tərəflərin səlahiyyətli orqanları Qarışıq Komissiya yaradırlar.
2. Qarışıq Komissiyanın iclasları, zərurət yarandıqda, növbə ilə Razılığa gələn Tərəflərin dövlətlərinin ərazisində keçiriləcəkdir.
3. Qarışıq Xxxxxxxxx bu Sazişə dair İcra Protokolunu tərtib edir. İcra Protokolunda aşağıdakılar müəyyən edilir:
a) sərnişinlərin daşınmasına icazələrin verilmə qaydası və şərtləri;
b) yüklərin daşınmasına görə verilən icazələrin kateqoriyaları, habelə onlardan istifadə şərtləri və üsulları;
c) Razılığa gələn Tərəflərin bu Sazişdə nəzərdə tutulmuş ayrı-ayrı müddəaların yerinə yetirilməsinə görə cavabdeh xxxx səlahiyyətli orqanları;
d) bu Sazişin yerinə yetirilməsi ilə bağlı bütün digər məsələlər.
Maddə 12
1. Razılığa gələn Tərəflərdən birinin daşıyıcısı tərəfindən digər Razılığa gələn Tərəfin dövlətinin ərazisində bu Sazişin hər hansı müddəası pozularsa, digər Razılığa gələn Tərəfin səlahiyyətli orqanları bu barədə avtomobil nəqliyyatı vasitəsinin qeydə alındığı Tərəfin səlahiyyətli orqanlarına məlumat verir.
2. Dövlətinin ərazisində pozuntunun baş verdiyi Razılığa gələn Tərəfin səlahiyyətli orqanları digər Razılığa gələn Tərəfin səlahiyyətli orqanlarına pozuntuya yol vermiş daşıyıcı barəsində aşağıdakı tədbirlərin görülməsi təklifi ilə müraciət edə bilər:
a) pozuntuya yol vermiş daşıyıcıya xəbərdarlıq edilməsi;
b) daşıyıcının pozuntuya yol verdiyi Razılığa gələn Tərəfin dövlətinin ərazisində daşımaları yerinə yetirmə hüququnun müvəqqəti, qismən və ya tamamilə ləğv edilməsi.
3. Razılığa gələn Tərəflərin səlahiyyətli orqanları bu maddənin 2-ci bəndi əsasında qəbul edilmiş tədbirlər barədə bir-birinə vaxtında məlumat verirlər.
Maddə 13
Razılığa gələn Tərəflərin birinin daşıyıcıları, həmçinin avtomobil nəqliyyatı vasitələrinin ekipajları digər Razılığa gələn Tərəfin dövlətinin ərazisində olduqları zaman həmin Razılığa gələn Tərəfin daxili qanunlarına riayət etməlidirlər.
Maddə 14
Bu Sazişlə, eləcə də hər iki Razılığa gələn Tərəfin iştirakçısı olduğu beynəlxalq sazişlərlə tənzimlənməyən məsələlər Razılığa gələn Tərəflərin hər birinin daxili qanunvericiliyinə müvafiq olaraq həll ediləcəkdir.
Yekun müddəalar
Maddə 15
Razılığa gələn Tərəflərin qarşılıqlı razılığı ilə bu Sazişə onun 16-cı maddəsinin 1- ci abzasında müəyyən olunmuş qaydada qüvvəyə minən, ayrıca protokollarla rəsmiləşdirilən və Sazişin ayrılmaz tərkib hissəsi xxxx əlavə və dəyişikliklər edilə bilər.
Maddə 16
1. Bu Saziş Razılığa gələn Tərəflərdən hər birinin daxili qanunvericiliyinin müddəalarına əsasən razılaşdırıldıqdan sonra nota mübadiləsi vasitəsilə təsdiq olunacaqdır. Saziş sonuncu nota alındığı gündən sonra gələcək ikinci ayın birinci günündən etibarən qüvvəyə minəcəkdir.
2. Bu Saziş qeyri-müəyyən müddətə bağlanılır. O, Razılığa gələn Tərəflərdən hər birinin nota verməsi ilə ləğv oluna bilər; belə halda Saziş ləğv etmə haqqında nota alındığı gündən altı ay keçdikdən sonra qüvvədən düşür.
Bu Saziş Bakı şəhərində 2013-cü il 14 noyabr tarixində, hər biri Azərbaycan, xxxxxx və rus dillərində olmaqla, iki nüsxədə imzalanmışdır, bütün mətnlər eyni qüvvəyə malikdir, onların təfsirində fikir ayrılığı yarandığı təqdirdə, rus dilində xxxx mətnə üstünlük veriləcəkdir.
Azərbaycan Respublikası | Polşa Respublikası |
Hökuməti adından | Hökuməti adından |
(imza) | (imza) |