ELEKTRON CİHAZLARIN SIĞORTASI QAYDALARI
Razılaşdırılıb: | Təsdiq edilmişdir: | |
Azərbaycan Respublikası Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Şöbəsinin müdiri | “AtaSığorta” ASC-nin İdarə Heyətinin sədri | |
X.X.Xxxxxxx | X.X.Xxxxxx | |
İmza M.Y. | İmza M.Y. | |
/ / 2009-cu il | / / 2009-cu il |
ELEKTRON CİHAZLARIN SIĞORTASI QAYDALARI
Bakı 2009
ELEKTRON CİHAZLARIN SIĞORTASI QAYDALARI
ÜMUMİ MÜDDƏALAR
Bu Qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsi, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu və digər normativ-hüquqi aktlara uyğun olaraq hazırlanmışdır.
1. SIĞORTA PREDMETİ VƏ SIĞORTA TƏMİNATININ ƏHATƏ DAİRƏSİ
1.1.Bu Qaydalar üzrə sığorta predmeti sığorta müqaviləsi üzrə sığortalanan əmlak mənafelərinin aid olduğu elektron cihaz, avadanlıq və ya məlumat hazırlama sistemləridir.
1.2. Bu sığorta Qaydaları ilə sığorta şəhadətnaməsinin əlavəsi xxxx və onun ayrılmaz hissəsini təşkil edən inventar cədvəlində miqdarı, istehsal tarixi, xüsusiyyətləri və dəyərləri göstərilən, ümumi bir vahid və ya ayrı-ayrı hissələrdən ibarət xxxx elektron cihaz, avadanlıq və ya məlumat hazırlama sistemlərinə sınaq müddətindən sonra normal işlədikləri zaman və ya iş yerində təmizləndiyi, yoxlanıldığı, yeri dəyişdirildiyi və ya bir yerdə durduğu halda aşağıdakı qəflətən baş vermiş və gözlənilməz səbəblər nəticəsində dəyən maddi ziyan və zərərlərə, habelə onların zəruri etdiyi təmir və yenisi ilə əvəz etmə xərclərinə təminat verilir:
1.2.1. İşçi heyətinin və ya üçüncü şəxslərin məlumatsızlığı, səhvi, diqqətsizliyi və ya sabotajları;
1.2.2. Sığortalanmış əmlakın olduğu ərazidə edilən oğurluq və ya oğurluğa cəhd;
1.2.3. Dizaynın və ya materialın qüsurlu olması;
1.2.4. Qısa qapanma, cərəyan dəyişikliyi (artma və ya azalma), induksiya cərəyanının təsiri;
1.2.5. Yanğın, ildırım, partlayışlar və bunlarla əlaqədar həyata keçirilən söndürmə, xilasetmə, sökmə işləri;
1.2.6. Qarsılma, qaralma, xxxxx və his;
1.2.7. Zəlzələ istisna olmaqla, fırtına, sel, yer sürüşməsi, torpaq çökməsi kimi təbii fəlakətlər;
1.2.8. Su və nəmişliyin təsiri və bunların səbəb olduğu korroziya;
1.2.9. İstisna edilməyən digər hallar.
2. ƏLAVƏ SIĞORTA HAQQI MÜQABİLİNDƏ SIĞORTA TƏMİNATINA DAXİL EDİLƏN ZƏRƏR
Əlavə sığorta haqqı müqabilində sığorta təminatına aşağıdaki zərər daxil edilə bilər:
2.1. Təminatın əhatə dairəsinə daxil xxxx səbəblərlə əlaqədar meydana gələn ziyan və zərərlərin tələb etdiyi hava nəqliyyatı vasitələri istisna olmaqla, digər sürətli nəqliyyat vasitələri ilə həyata keçirilən daşıma xərcləri, normadan artıq işləməyə və istirahət və ya bayram günləri işləməyə görə ödənilən haqlar;
2.2. Səyyar və daşına bilən elektron cihazların sığorta şəhadətnaməsində göstərilən ərazidən kənara aparılması və orada işlədilməsi nəticəsində dəyən ziyan və zərərlər;
2.3. Sığortalanmış əmlaka zəlzələ nəticəsində dəyən ziyan və zərərlər;
2.4. Tətil, lokaut, iğtişaş və xalq hərəkatları və bunlara qarşı görülən inzibati və hərbi tədbirlər nəticəsində zamanı baş verən zərər və ziyanlar;
2.5. Elektron məlumat hazırlama sistemlərinin yaddaşına köçürülən məlumatlar da daxil olmaqla, maqnitli disklər, lent, kart, birbaşa mətn formaları və s. xarici məlumat xxxx vasitələrinin fiziki zədələnmələri ilə əlaqədar ziyan və zərərlər;
2.6. Zərər dəymiş sığortalanmış cihaz və ya hissənin əvəzinə başqa bir alternativ cihaz və ya hissədən istifadə edilməsinə görə xxxxx iş və zəhmət xərcləri;
2.7. Tıxac və qoruyuculara dəyən zərər və ziyanlar.
3. SIĞORTA TƏMİNATINA DAXİL OLMAYAN HALLAR
Aşağıdakı hallar sığorta təminatına daxil deyildir:
3.1. Müharibə, hər cür hərbi hərəkətlər, istila, düşmən basqını, vuruşma (müharibə elan edilib-edilməməyindən asılı olmayaraq), vətəndaş müharibəsi, inqilab, üsyan və bunlara qarşı görülən inzibati və hərbi tədbirlər nəticəsində dəyən ziyan və zərərlər;
3.2. Hər hansı növə partlayışı, radiasiya və ya radioaktiv çirklənmələr və bunlara qarşı görülən hərbi və inzibati tədbirlər nəticəsində dəyən bütün ziyan və zərərlər;
3.3. Səlahiyyətli orqanların sığortalanmış cihazlardan istifadə etməsi nəticəsində meydana gələn hər cür ziyan və zərərlər;
3.4. Səbəbindən asılı olmayaraq bütün növ gəlir itkisi və mülki məsuliyyətlər;
3.5. Sığortalanmış cihazların normal işləməsi və daim istifadə olunması nəticəsində baş verən aşınma və ərimələr və ya zəhərləmələrlə, paslanma və oksidləşmə ilə, buxar qazanlarında ərp bağlama və daşlaşma ilə, işləmənin göstərdiyi təsirlərin, atmosfer təzyiqinin və digər bu kimi şərtlərin səbəb olduğu tədrici köhnəlmələrlə əlaqədar xxxx xxxxx və zərərlər;
3.6. Sığortalanmış cihazların istehsalçısı və ya satıcılarının qanuna və ya tərəflər arasında imzalanmış müqaviləyə əsasən məsuliyyət daşıdığı ziyan və zərərlər;
3.7. Sığortalanmış cihazlar və onların olduğu yerdə sığorta müqaviləsi imzalandığı zaman mövcud xxxx və sığortalıya və ya onun nümayəndəsinə məlum xxxx qusurlar, çatışmazlıq və nasazlığın səbəb olduğu ziyan və zərərlər;
3.8. Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində zərərə dəymiş cihazın təmir edilmədən istifadə olunması ilə əlaqədar xxxx xxxxx və zərərlər;
3.9. Sığortaçının məsuliyyət daşıdığı ziyan və zərərlərlə heç bir əlaqəsi olmayan, sığortalanmış cihazların normal işləyə bilməsi üçün nizamlanması, təmir edilməsi və yoxlanılmasına görə çəkilən xərclər;
3.10. Tıxac və qoruyucular istisna olmaqla qoruyucu, xxxxx örtük, qayış və s. bu kimi dəyişilə bilən hissələr, yağlar və ya kimyəvi maddələr kimi müəyyən müddətdən sonra dəyişilməli və ya əvəz edilməli xxxx materiallarda onların istifadə olunmaları nəticəsində meydana gələn ziyan və zərərlər (bu hissə və materiallara görə, digər sığortalanmış hissələrin dəydiyi ziyan və zərərlər təminat daxilindədir);
3.11. Sığortalanmış cihazların üst qabığının rənglənmiş, cilalanmış, xxxxxx və s. formalı hissələrində baş verən və xarici görünüşə xələl gətirən cızılma, sıyrılma kimi estetik qüsurlar (bu qüsurlarla əlaqədar digər sığortalanmış hissələrin dəydiyi ziyan və zərərlər təminat daxilindədir);
3.12. Sığortalının və ya onun adından fəaliyyət göstərən səlahiyyətli şəxsin kobud səhvi və ya qəsdən etdiyi hərəkətə görə dəyən ziyan və zərərlər.
4. SIĞORTA HAQQININ ÖDƏNİLMƏSİ VƏ SIĞORTA MÜQAVİLƏSİNİN QÜVVƏYƏ MİNMƏSİ
4.1. Sığorta haqqının bütövlükdə və ya hissələrlə ödənilməsi razılaşdırıla bilər. Sığorta haqqı (sığorta haqqının birinci hissəsi) sığorta şəhadətnaməsi təqdim olunan zaman, (qalan hissələr isə sığorta şəhadətnaməsində göstərilən tarixlərdə) ödənilməlidir.
4.2. Sığorta haqqı (onun birinci hissəsi) sığorta şəhadətnaməsi təqdim olunan zaman ödənilməsə, sığortaçı sığorta ilə əlaqədar heç bir məsuliyyət daşımır və bu şərt sığorta şəhadətnaməsində qeyd olunmalıdır.
4.3. Sığorta haqqının hissələrlə ödənilməsi razılaşdırıldığı halda sığorta hadisəsi baş verdiyi zaman ödənilməli xxxx bütün hissələr sığorta ödənişindən bir dəfəyə çıxılır və bu şərt sığorta şəhadətnaməsində qeyd olunmalıdır.
4.4. Sığorta haqqının hissələrlə ödənilməsi razılaşdırıldığı hallarda, hissələrdən hər xxxxx xxxx şəhadətnamədə göstərilən vaxta ödənilməzsə, Sığortaçı onun ödənilməsi üçün yazılı surətdə 15(on beş) günədək müddət müəyyən edə bilər. Hər bir halda sığorta haqqı və ya onun razılaşdırılmış ilk hissəsi sığorta müqaviləsi bağlandığı gündən 1 aydan gec olmayaraq ödənilməlidir. Müəyyən olunmuş gün ərzində sığorta haqqı ödənilməzsə sığorta şəhadətnaməsi etibarsız hesab olunacaq. Ləğv etmənin hüquqi qüvvə qazandığı tarixə qədər keçən müddətin sığorta haqqı gün hesabına görə hesablanır və artıq qalan məbləğ sığorta olunana qaytarılır.
4.5. Əgər sığorta şəhadətnaməsində sığorta haqqının (birinci hissəsinin) ödənilməsinə qədər sığorta şəhadətnaməsinin qüvvəyə minməsi nəzərdə tutulmuşdursa, sığorta haqqı (birinci hissə) sığorta şəhadətnaməsi qüvvəyə mindiyi andan 15 gün ərzində ödənilməlidir.
Sığorta haqqı (birinci hissə) göstərilən müddət ərzində sığortaçıya ödənilməzsə, sığorta şəhadətnaməsi qüvvəsini itirir.
4.6. Sığorta müqaviləsi bağlanarkən tərəflər qanunvericilikdə və bu Qaydalarda müəyyən edilmiş hallarda əlavə şərtlər barədə razılığa gələ bilərlər.
5. SIĞORTA MƏBLƏĞİ VƏ SIĞORTA HAQQININ MÜƏYYƏN EDİLMƏSİ
Sığorta şəhadətnaməsində və onun ayrılmaz hissəsini təşkil edən inventar cədvəlində göstərilən sığortalanmış cihazların sığorta məbləği, həmin cihazların (əgər varsa, daşıma, montaj, gömrük, rüsum, vergi ödəmələri və xərcləri də daxil olmaqla) yenisi ilə əvəz edilmə xərclərinə bərabərdir. Hadisə baş verdiyi zaman hər hansı bir cihazın yenisi ilə əvəz edilməsi üçün bu prinsipə əsasən hesablanacaq məbləğ sığorta məbləğindən artıq olarsa, həmin artıq xxxx məbləğ sığortalı tərəfindən ödənilir.
Sığortalanmış cihazların yenisi ilə əvəz edilmə xərclərinin sığorta məbləğindən artıq və ya əksik olması, hadisə baş verməmişdən əvvəl müəyyən edilmiş olarsa, həmin tarixdən etibarən 15 gün ərzində günhesabı sığorta haqqı hesablanır, artıq və ya əskik alınan sığorta xxxxx xxxx qaytarılır və ya sığortalı tərəfindən ödənilir.
6. SIĞORTA TƏMİNATININ QÜVVƏYƏ MİNMƏ VƏ QÜVVƏDƏN DÜŞMƏ VAXTLARI
Sığorta təminatı, əlavə razılaşma yoxdursa, sığorta şəhadətnaməsində göstərilən başlanğıc və sona çatma tarixlərində Azərbaycan vaxtı ilə saat 24.00-da qüvvəyə minir və Azərbaycan vaxtı ilə saat 24.00-da qüvvəsini itirir.
7. SIĞORTA MÜQAVİLƏSİ BAĞLANAN ZAMAN SIĞORTALININ MƏLUMAT VERMƏ VƏZİFƏLƏRİ
7.1. Sığortaçı, sığorta müqaviləsini, sığortalının xxxxxx mahiyyətini tam bildirməsi şərtlə təklifdə, təklif yoxsa, sığorta şəhadətnaməsində və ya onun əlavələrində yazdığı məlumatına əsasən bağlayır.
Sığortalının məlumatının yalan və yaxud yarımçıq olması hallarında sığortaçı sığorta müqaviləsini imzalamaya və ya:
7.1.1. Sığortalı bunu qəsdən etmişdirsə, sığortaçı vəziyyəti öyrəndiyi andan etibarən 1 ay ərzində müqaviləni ləğv edə bilər və ya müqaviləni davam etdirərək həmin vaxt üçün sığorta haqqı fərqini tələb edə bilər. Müqavilə şərtlərinin pozulduğu hallarda sığortaçının sığorta haqqını qaytarmamaq hüququ qazanır və sığorta hadisəsi baş vermiş olarsa, ödəniş verməyə bilər;
7.1.2. Sığortalı bu hərəkəti bilmədən etmişdirsə, sığortaçı vəziyyəti öyrəndiyi tarixdən etibarən 1 ay ərzində müqaviləni ləğv edə bilər və ya həmin vaxt üçün sığorta haqqı fərqini almaqla müqaviləni davam etdirə bilər.
Sığortalı tələb edilən sığorta haqqı fərqini qəbul etmədiyini 15 gün ərzində bildirərsə, sığorta müqaviləsi ləğv edilmiş hesab olunur.
Sığortaçı tərəfindən tətbiq olunan ləğv etmə, bu haqda sığortalıysa sifarişli məktub vasitəsilə məlumat göndərildiyi tarixdən 5 iş günü sonra, sığortalı tərəfindən tətbiq edilən ləğv etmə bu haqda sığortaçıya sifarişli məktub vasitəsilə məlumat göndərildiyi tarixdən sonrakı gün saat 24.00-da hüquqi qüvvəyə minir.
Ləğv etmənin hüquqi qüvvəyə mindiyi tarixə qədər keçən müddətin sığorta haqqı, müqavilə sığortaçı tərəfindən ləğv edildikdə günhesabı, sığortalı tərəfindən ləğv edildikdə isə qısa müddətli sığorta kimi hesablanır və artıq qalan məbləğ xxxx qaytarılır;
7.2. Vaxtında istifadə olunmayan, ləğv etmə və ya sığorta haqqının fərqini tələb etmək hüququ etibarsız sayılır;
7.3. Sığortalının hərəkətində heç bir qəsd müəyyən edilmədiyi hallarda sığorta hadisəsi:
- sığortaçı vəziyyəti öyrənməmişdən əvvəl;
- sığortaçı müqaviləni ləğv etməyi tələb edə biləcəyi müddət ərzində;
- və yaxud bu təklifin hüquqi qüvvə qazanması üçün xxxxx xxxx müddət ərzində;
- baş verərsə onda sığortaçı, sığorta ödənişini sığortalının məlumatına əsasən hesablanan sığorta haqqı ilə həqiqətdə ödənilməli xxxx sığorta haqqı arasındakı nisbətə uyğun olaraq ödəyir.
8. SIĞORTA MÜDDƏTİ ƏRZİNDƏ TƏRƏFLƏRİN VƏZİFƏLƏRİ VƏ MƏSULİYYƏTİ
8.1. Müqavilə imzalandıqdan sonra sığortalanmış cihazların təklifdə, təklif yoxsa, sığorta şəhadətnaməsində və ya onun əlavələrində göstərilən yeri və ya vəziyyəti sığortaçının razılığı olmadan dəyişdirilərsə, sığortalı bu haqda əgər dəyişiklik;
- üzü tərəfindən, yaxud onun azıq və ya gizli razılığı ilə başqası tərəfindən edilibsə,
dərhal;
- onun azıq və ya gizli razılığı olmadan başqa bir şəxs tərəfindən edilibsə, vəziyyəti
öyrənən kimi dərhal,
- hər iki halda ən gec 5 gün ərzində sığortaçıya məlumat verməlidir.
8.2. Sığortaçı vəziyyəti öyrəndikdən sonra, bu dəyişiklik sığorta müqaviləsinin pozulmasını və ya daha ağır şərtlər irəli sürməsini tələb edərsə, 5 gün ərzində:
müqaviləni ləğv edə və ya;
sığorta haqqı fərqini tələb etməklə sığortanı davam etdirə bilər.
8.3. Sığortalı, 5 gün ərzində sığorta haqqının fərqi kimi tələb olunan məbləğlə razılaşmadığını bildirərsə, müqavilə ləğv olunmuş hesab olunur.
8.4. Sığortaçı tərəfindən həyata keçirilən ləğv etmə, sifarişli məktub vasitəsilə sığortalıya məlumat göndərildiyi tarixdən 5 iş günə sonra, sığortalı tərəfindən həyata keçirilən ləğv etmə isə bu haqda sığortaçıya sifarişli məktub vasitəsilə məlumat göndərdiyi tarixin ertəsi saat 24.00-da hüquqi qüvvə qazanır.
8.5. Ləğv etmənin hüquqi qüvvəyə mindiyi tarixə qədər bezən müddətin sığorta haqqı, müqavilə sığortaçı tərəfindən ləğv edildikdə günhesabı, sığortalı tərəfindən ləğv edildikdə isə qısa müddət hesabı əsas götürülməklə hesablanır və artıq qalan məbləğ xxxx qaytarılır.
8.6. Vaxtında istifadə olunmayan, ləğvetmə və ya sığorta haqqı fərqini tələb etmə hüququ etibarsız sayılır.
8.7. Sığortalanmış cihazın təklifdə, təklif yoxsa, sığorta şəhadətnaməsində və ya onun əlavələrində göstərilən yerinin və ya vəziyyətinin dəyişməsini öyrənmiş sığortaçı, sığorta haqqını qəbul edərsə və ya sığorta müqaviləsinin heç bir dəyişiklik edilmədən qüvvədə qalmasına razı olduğunu bildirərsə, ləğv etmə və ya sığorta haqqı fərqini tələb etmə hüququnu itirir.
8.8. Sığortalanmış cihazların yerinin və ya vəziyyətinin dəyişdirilməsi, xxxxxx başvermə ehtimalını ağırlaşdırarsa və sığortalı bunu xəbərdarlıq müddəti ərzində qəsdən bildirməzsə, xəbərdarlıq müddəti başa çatdıqdan sonra baş verən hadisələrə görə sığorta ödənişi verilmir.
8.9. Xəbərdarlıq qaydaları qəsdən pozulmamışdırsa, alınan sığorta haqqı ilə alınmalı xxxx sığorta haqqı arasındakı fərq hadisəyə görə ödənilməsi nəzərdə tutulan sığorta ödənişindən çıxılır.
8.10. Dəyişiklik, hadisənin baş verməsinin qarşısının alınmasına kömək edərsə və daha az sığorta haqqı tələb edərsə sığortaçı bu dəyişikliyin baş verdiyi tarixdən başlayaraq müqavilənin başa çatmasına qədər xxxx müddət üçün sığorta haqqı fərqini gün hesabı hesablayır və fərqi sığortalıya qaytarır.
Bu qaydalar sığortalıya də eyni qaydada tətbiq edilir.
9. MÜLKİYYƏT SAHİBİNİN DƏYİŞDİYİ HALLAR
9.1. Sığortalanmış əmlakın mülkiyyət sahibi dəyişdiyi təqdirdə sığorta müqaviləsi öz hüquqi qüvvəsində qalır və sığortalının sığorta şəhadətnaməsi ilə əlaqədar bütün hüquq və vəzifələri yeni mülkiyyət sahibinə keçir. Bu zaman sığortalı və sığortanın mövcudluğunu öyrənən yeni sahibkar mülkiyyət dəyişikliyini 15 gün ərzində sığortaçıya bildirməlidirlər. Bu şərt yerinə yetirilməzsə, sığortaçı məsuliyyətdən azad olur.
9.2. Sığortaçı dəyişikliyi, yeni sahibkar isə sığortanın mövcudluğunu öyrəndiyi tarixdən etibarən 5 gün ərzində sığorta müqaviləsini ləğv edə bilərlər.
Vaxtında istifadə olunmayan ləğvetmə hüququ etibarsız sayılır.
9.3. Sığortaçı tərəfindən həyata keçirilən ləğvetmə, bu haqda sığortalıya sifarişli məktub vasitəsilə məlumat göndərildiyi tarixdən hesablanmaqla 5 iş gün sonra saat 24.00- da, sığortalı tərəfindən həyata keçirilən ləğvetmə isə bu haqda sığortaçıya sifarişli məktub vasitəsilə məlumat göndərildiyi günün sabahı saat 24.00-da hüquqi qüvvə qazanır.
9.4. Ləğvetmənin hüquqi qüvvə qazanacağı vaxta qədər keçən müddətin sığorta haqqı, ləğvetmə sığortaçı tərəfindən həyata keçirilərsə, gün hesabı əsas götürülməklə, ləğvetmə yeni mülkiyyət sahibi tərəfindən həyata keçirildikdə isə qısa müddətli sığorta kimi əsas götürülməklə hesablanır və artıq qalan məbləğ yeni mülkiyyət sahibinə qaytarılır.
9.5. Sığorta etdirilmiş cihazların sahibi dəyişdiyi zaman mövcud sığorta haqqı borclarına görə, sığortalı və ləğvetmə hüququndan istifadə etməyən yeni mülkiyyət sahibi birlikdə cavabdehdirlər.
9.6. Sığorta etdirən vəfat edərsə, onun bu sığorta müqaviləsi ilə əlaqədar bütün hüquq və vəzifələr heç bir dəyişiklik edilmədən yeni mülkiyyət sahibinə (varisə) keçər.
10. SIĞORTALININ, SIĞORTA ŞƏHADƏTNAMƏSİ HÜQUQİ QÜVVƏDƏ OLDUĞU MÜDDƏT ƏRZİNDƏ VƏZİFƏLƏRİ
10.1. Sığortalı sığortalanmış dəzgah və avadanlıqların təhlükəsizliyi və qorunması üçün lazımi tədbirlər görməlidir.
10.2. Sığortalı sığortalanmış dəzgah və avadanlıqları normal vəziyyətdə və işlək halda saxlamaq üçün lazımi tədbirlər görməli, həddən artıq yüklənmələrin qarşısını almalı, səlahiyyətli orqanlar tərəfindən qoyulan, xüsusən də dəzgah və avadanlıqların işlədilməsi və onlara qulluq edilməsi ilə əlaqədar xxxx qayda və təlimatlara tam əməl etməlidir.
10.3. Sığortaçının, istədiyi vaxt səlahiyyətli nümayəndəsi vasitəsilə sığorta etdirilmiş dəzgah və avadanlıqlara nəzarət etmək və onları yoxlamaq səlahiyyəti vardır. Sığortalı bu yoxlamalara icazə verməyə və kömək etməyə və sığortaçının məsləhət biləcəyi tədbirləri həyata keçirməyə görə cavabdehdir.
11. SIĞORTA HADİSƏSİ BAŞ VERDİYİ ZAMAN SIĞORTALININ VƏZİFƏLƏRİ
Zərər baş verdiyi zaman sığortalı:
11.1. Zərərin baş verdiyini öyrəndikdən sonra, ən gec 5 gün ərzində sığortaçıya məlumat verməli və müvafiq mühafizə və xilasetmə tədbirlərini həyata keçirməli və bu məqsədlə sığortaçı tərəfindən ona verilmiş təlimata, imkan daxilində, maksimum əməl etməlidir;
11.2. Hadisənin səbəbini, hansı şəraitdə və şərtlər daxilində baş verdiyini öyrənmək, zərər və ziyanın məbləğini müəyyən etmək üçün lazım və sığortalı tərəfindən təmin olunması mümkün xxxx məlumat və sənədləri (əsli, təsdiq edilmiş surət və ya kserosurəti) sığortaçının tələbinə əsasən dərhal ona verməli və zərərin təqsirkar üçüncü şəxs tərəfindən ödənilməsi hüququndan istifadə olunması üçün xxxxx xxxx, qoruna bilən müvafiq məlumat və sənədləri verməlidir.
11.3. Xxxxx və zərərin təxmini məbləğini bildirən məlumatı münasib vaxt ərzində sığortaçıya verməlidir;
11.4. Zərərlə əlaqədar hadisənin baş verdiyi yer və əmlaklarda, zəruri hallar istisna olmaqla heç bir dəyişiklik etməməlidir;
Sığortalı yuxarıdakı şərtlərə uyğun olaraq sığortaçıya məlumat verdikdən sonra müəssisənin iş tempinin aşağı düşməməyi məqsədilə kiçik həcmli təmir işlərinə (təmir etmə haqda xəbərdarlığın verilməsi şərtlə sığortaçının səlahiyyətli nümayəndələrinin gəlməsini gözləmədən) başlaya bilər.
Sığortaçı, hadisənin baş verdiyinin öyrəndikdən sonra 7 gün ərzində hadisə yerinə üz ekspertini göndərməzsə, sığortalı heç bir şərtə əməl etmədən müstəqil şəkildə təmir işlərinə başlaya bilər.
11.5. Sığortaçının səlahiyyətli nümayəndələrinin ödəniş cavabdehliyi və məbləğini, zərərin təqsirkar üçüncü şəxslər tərəfindən ödənilməsi hüququnu müəyyən etmək üçün sığorta olunmuş yer və ya əmlaklarda, bunlarla əlaqədar sənədlər üzərində aparacaqları yoxlama və tədqiqatlara icazə verməlidir;
11.6. Sığortalanmış əmlak oğurlandıqda vəziyyəti iyrənən kimi dərhal hüquq- mühafizə orqanlarına xəbər verməli və onlardan alacağı protokolu sığortaçıya təqdim etməlidir;
11.7. Sığorta olunmuş yer və ya əmlaklar, başqa bir sığorta şirkətində də sığorta olunmuşsa, bunu sığortaçıya bildirməlidir.
12. SIĞORTA MÜQAVİLƏSİNƏ VAXTINDAN ƏVVƏL XİTAM VERİLMƏSİ
12.1 Sığorta qanunvericiliyində və ya könüllü sığorta müqaviləsində nəzərdə tutulmuş hallarda, həmçinin tərəflərin başqa cür razılaşmasına əsasən, sığorta müqaviləsinə sığortalının və ya sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verilərkən, bu barədə bir tərəf digərinə ən azı 30 gün əvvəl (sığorta müqaviləsi beş ildən xxx müddətə bağlanmış olduqda 60 gün, 3 aydan az müddətə bağlanmış olduqda isə 5 iş günü əvvəl), tələbini əsaslandırdığı yazılı bildiriş göndərməlidir.
12.2 Sığorta müqaviləsinə (qrup halında sığorta zamanı həm də müqaviləyə hər hansı bir sığorta predmetinə münasibətdə) Sığortalının tələbi ilə vaxtından əvvəl xitam verildikdə, sığorta qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, Sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərclərini çıxmaqla müqavilənin (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmetinə münasibətdə) qurtarmamış müddəti üçün sığorta haqlarını ona qaytarır; əgər bu tələb Sığortaçının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, Sığortaçı sığorta haqlarını (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) bütünlüklə Sığortalıya qaytarır.
12.3 Sığorta müqaviləsinə (qrup halında sığorta zamanı, həm də müqaviləyə hər hansı bir sığorta predmetinə münasibətdə) sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verildikdə o, sığorta haqlarını(qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) bütünlüklə Sığortalıya qaytarır; əgər bu tələb Sığortalının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, Sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərcləri çıxılmaqla, müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) qaytarır.
12.4 Sığorta müqaviləsinə (qrup halında sığorta zamanı həm də müqaviləyə hər hansı bir sığorta predmetinə münasibətdə) vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək sığortaçı tərəfindən Sığortalıya ödənilmiş sığorta haqqına (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarına) bərabər və ya ondan xxx miqdarda sığorta ödənişi verilmişdirsə, sığorta haqqı (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqları) Sığortalıya qaytarılmır.
12.5 Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək Sığortaçı tərəfindən Sığortalıya ödənilmiş sığorta haqqından (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarından) az miqdarda sığorta ödənişi verilmişdirsə, həmin sığorta haqqı məbləği ilə sığorta ödənişi məbləği arasındakı fərq miqdarında sığorta haqqının Sığortalıya qaytarılması müvafiq olaraq bu Maddənin 12.1-ci və 12.2-ci bəndlərində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
12.6 Sığorta müqaviləsi Azərbaycan Respublikasının müvafiq qanunvericiliyində müəyyən edilmiş qaydada xitam verilmiş hesab edildikdə, Sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərclərini çıxmaqla müqavilənin (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmetinə münasibətdə) qurtarmamış müddəti üçün sığorta haqlarını, bu Maddənin 12.3-cü və 12.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, Sığortalının qanuni nümayəndəsinə qaytarır.
12.7 Əgər Sığorta müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, işlərin aparılması xərcləri dedikdə inzibati xərclər və sığorta ödənişi nəzərdə tutulur.
13. ZƏRƏRİN MÜƏYYƏN EDİLMƏSİ
13.1. Sığorta etdirilmiş əmlaklarda meydana gələn zərər və ziyanın məbləği sığorta şəhadətnaməsinə uyğun olaraq, tərəflərin razılığı ilə müəyyən edilir. Tərəflər razılığa gələ bilmədikləri təqdirdə, zərərin məbləği, bu sahənin işini bilən mütəxəssis mühəndislər arasından birlikdə seçilmiş ekspertlər tərəfindən:
13.2. Tərəflər, eksperti birlikdə seçmək haqqında razılığa gələ bilməzlərsə, onda hər biri ayrılıqda öz ekspertini seçir və bunu digər tərəfə bildirir. Tərəflərin ekspertləri seçildikləri tarixdən etibarən 7 gün ərzində, hadisə ilə əlaqədar tədqiqata başlamazdan əvvəl, üçüncü bitərəf eksperti seçirlər. Bitərəf ekspertin, yalnız tərəfli ekspertlərin razılığa gələ bilmədikləri məsələlər haqqında rəy vermək səlahiyyəti vardır. Bitərəf ekspert öz rəyini, ayrıca və ya tərəflərin ekspertlər ilə birlikdə ümumi bir rəy vasitəsilə bildirə bilər. Ekspert rəyləri tərəflərə eyni vaxtda təqdim olunur.
13.3. Ekspert rəylərində aşağıdakılar göstərilməlidir:
-həm hər bir hissə üçün müəyyən ediləcək ziyan və zərərin məbləği, həm də ziyan və zərərin bilinən və ya müəyyən edilən səbəbi;
-zərərə uğramış cihazların, hadisənin baş verdiyi tarixdən 1 gün əvvəlki həqiqi dəyəri və bərpa xərcləri;
-təmir və ya başqa hallar üçün istifadə oluna bilinəcək uçuq və dağıntıların həcmi və
dəyəri.
13.4. Tərəflərdən hər xxxxx xxxx, digər tərəfə məlumat verdiyi tarixdən etibarən 15
gün ərzində öz ekspertini təyin etməzsə, yaxud tərəflərin seçdiyi ekspertlər, üçüncü bitərəf ekspertin seçilməsi ilə əlaqədar təyin olunduqları tarixdən etibarən 7 gün ərzində razılığa gələ bilməzlərsə, tərəflərin ekspertləri və ya bitərəf ekspert tərəflərdən birinin təklifi ilə zərərin baş verdiyi ərazidə yerləşən, iqtisad mübahisələrinə baxmağa səlahiyyəti xxxx məhkəmə tərəfindən, mütəxəssis xxxx şəxslər arasından sezilir;
13.5. Tərəflər, bitərəf ekspertin (bu ekspert istər tərəflərin ekspertləri, istərsə də səlahiyyətli məhkəmə tərəfindən sezilmiş olsun) sığortaçının və ya sığortalının yaşadığı və ya hadisənin baş verdiyi ərazidən kənarda sezilməsini tələb etmək hüququna malikdir və bu tələb təmin edilməlidir;
13.6. Ekspert vəfat edərsə, vəzifəsindən istefa verərsə və ya rədd edilərsə, onun əvəzinə eyni şərtlərlə başqa ekspert seçilir və hadisənin tədqiqi yarımçıq qaldığı yerdən davam etdirilir.
13.7. Xxxxxxxxxxxx vəfat etməsi, təyin edilmiş eksperti vəzifə məsuliyyətindən azad
etmir.
Ekspertin iş qabiliyyəti ilə əlaqədar etirazlar, bu şəxslərin təqdim olunduqları
tarixdən etibarən 7 gün ərzində bildirilməlidir. Bu vaxt başa çatdıqdan sonra etiraz hüququ qüvvədən düşür;
13.8. Ekspertlər öz tədqiqatlarında tam sərbəstdirlər. Onların hüquqları qanun və qərarlarla məhdudlaşmır;
13.9. Ziyan və zərərin məbləği müəyyən edildiyi zaman, ekspertlər lazım bildikləri dəlilləri, zərər çəkmiş sığortalanmış əmlakın və onun dəyərinin müəyyən edilməsi üçün xxxxx xxxx qeydləri və sənədləri tələb edə və yerində tədqiqatlar apara bilərlər;
13.10. Tərəflərin ekspertlərinin, yaxud üçüncü ekspertin, zərərin məbləği ilə əlaqədar verəcəkləri rəy qətidir və tərəflər bu rəyə əməl etməlidirlər. Sığortalı ekspert rəyi olmadan sığortaçıdan ödəniş tələb edə və ona qarşı iddia qaldıra bilməz. Ekspertin rəylərinə, yalnız onların real vəziyyətdən açıq-aşkar fərqləndiyi zaman etiraz edilə bilər və bu rəyin ləğv edilməsi, rəyin bildirildiyi tarixdən etibarən bir həftə ərzində hadisənin baş verdiyi
ərazidə yerləşən iqtisad mübahisələrini həll etməyə səlahiyyəti xxxx məhkəmələr tərəfindən həyata keçirilir;
13.11. Tərəflər, ödəniş məbləği ilə əlaqədar razılığa gələ bilməzlərsə, bu məbləğ yalnız ekspertin rəyi ilə müəyyən edilir və müddət rəyin tərəflərə bildirildiyi tarixdən başlayaraq hesablanır;
13.12. Tərəflərin hər biri öz seçdiyi ekspertin haqqını ödəyir. Üçüncü bitərəf ekspertin haqqını tərəflər birlikdə ödəyirlər;
13.13. Ziyan və zərər məbləğinin müəyyən edilməsi, təminat verilən risklər, sığorta məbləği, sığorta haqqı, əmlakın dəyərindən artıq və ya əksik xxxx sığorta, sığorta məsuliyyətinin başlaması, hüquqları ləğv edəcək və məhdudlaşdıracaq səbəblərlə əlaqədar sığorta şəhadətnaməsində və qanunvericilikdə göstərilən hökm və şərtlərə və onların tətbiq olunmasına təsir etmir.
14. ÖDƏNİŞ HAQQININ AZALDILMASI VƏ YA HAQQIN ÖDƏNİLMƏSİNDƏN İMTİNA HALLARI
14.1. Sığortalı, sığorta hadisəsi baş verdiyi zaman öz vəzifələrini yerinə yetirməzsə və bunun nəticəsində də zərərin məbləği artarsa, sığortaçının verəcəyi ödəniş göstərilən səbəbə görə xxxxx vəsait həcmində azaldılır;
14.2. Sığortalı hadisənin baş verməsinə qəsdən şərait yaradarsa və ya qəsdən zərərin həcmini artıracaq hərəkətlər edərsə, bu əsasnamədə göstərilən hüquqlarını itirir.
15. SIĞORTA ÖDƏNİŞİNİN HESABLANMASI
Sığorta ödənişinin məbləği aşağıdakı şərtlər daxilində müəyyən edilir:
15.1. Təmir edilə bilən zərər və ziyan (qismən zərər) halında;
Sığorta ödənişinin məbləği, dəyişdiriləcək ehtiyat hissələrin yenisinin alış qiymətinin, həmin hissələrin quraşdırılması üçün ödəniləcək haqların və əgər varsa, nəqliyyat, sökmə və montaj xərcləri, gömrük, vergi və rüsum ödəmələri də daxil olmaqla zərərə dəymiş cihaz və ya hissənin hadisədən əvvəlki vəziyyətinə gətirilməsi üçün xxxxx xxxx xərclərin və əlavə müqavilə bağlanmış olarsa, bu Qaydaların 2.1., 2.2. və 2.7. yarım bəndlərində göstərilən haqq və xərclərin ümumi cəmindən ibarət olur.
Təmir işi ilə əlaqədar köhnə hissənin yerinə təzə hissə qoyulmasına görə ödənişin məbləği azaldılmır. Yenidən istifadə olunması mümkün xxxx hissələrin (sovtac) dəyəri ödəniş məbləğindən çıxılır.
15.2. Sığorta şəhadətnaməsində göstərilən cihazlardan biri və ya xxxxxx xxx zərərə düşdükləri zaman;
Sığorta ödənişinin məbləği, cihazların təzəsinin hadisə baş verdiyi tarixdəki xxxx qiymətindən köhnəlmə və aşınma nisbətləri və xilas edilən hissələrin dəyərlərinin çıxılması və əldə olunan məbləğə, bükmə xərclərinin, nəqliyyat, gömrük vergisi, digər vergi, rüsum və xərclərin və bu xüsusda müqavilədə başqa bir şərt nəzərdə tutulubsa, bu Qaydaların 2.1.,
2.2. və 2.7. yarımbəndlərində göstərilən haqq və xərclərin əlavə edilməsi yolu ilə hesablanan məbləğdən ibarət olur.
Yuxarıda 15.1. yarımbəndində göstərilən təmir xərcləri, bu bəndə əsasən müəyyən edilən ödəniş məbləği ilə bərabər və ya ondan artıq olarsa, cihaz tam zərərə uğramış hesab edilir.
15.3. Hadisə baş verdiyi zaman sığorta şəhadətnaməsi və əlavələrində hər bir cihaz və ya hissə üzrə göstərilən azadolma (sığorta ödənişindən qismən xxxx xxxx) nisbəti, 15.1. və 15.2. yarımbəndləri əsasında hesablanacaq ödəniş məbləğindən çıxılır;
15.4. Bütün hallarda sığortaçının məsuliyyəti sığorta şəhadətnaməsində və ya əlavələrində göstərilən sığorta məbləğlə məhdudlaşır;
Sığortalanmış cihazların sığorta şəhadətnaməsi cədvəlində göstərilən dəyəri, həmin cihazların hadisə baş verdiyi zamanı real dəyərlərinin müəyyən edilməsi üçün əsas götürülə bilməz. Bu məbləğ bu Qaydaların 4-cü bəndinə əsasən hesablanacaq sığorta dəyəri ilə uyğun olmadıqda ödənişin məbləği, sığorta məbləği ilə sığorta dəyəri arasındakı fərq nisbətinə uyğun olaraq müəyyən edilir;
15.5. Sığorta şəhadətnaməsi ilə təminat verilən hadisəyə başqa bir sığorta şəhadətnaməsi ilə də təminat verilmiş olarsa, müştərək sığorta əsasları tətbiq edilir;
15.6. Son təmir xərclərinin bir hissəsini təşkil etməyən müvəqqəti təmir xərcləri üçün sığortaçı ödəniş vermir;
15.7. Zərər baş verdikdən sonra cihaza hər hansı bir əlavənin edilməsi, yeniləşdirilməsi (modifikasiya) və iş imkanının artırılması əlaqədar işlərə görə zəkilən xərclər sığorta şəhadətnaməsinin əhatə dairəsinə daxil deyildir.
16. SIĞORTA ÖDƏNİŞİNİN VERİLMƏSİ
16.1. Sığortalı tərəfindən aşağıda göstərilən sənədlərin təqdim olunması vaxtından etibarən 15 iş günü ərzində sığortaçı sığorta ödənişinin verilməsi, yaxud sığorta ödənişi verməkdən imtina olunması haqqında qərar qəbul edir:
• Sığorta ödənişinin verilməsi barədə ərizə;
• Sığorta şəhadətnaməsi;
• Baş vermiş hadisə ilə bağlı aidiyyətli orqanların tərtib etdiyi sənədlər (arayış, akt, rəy və s.);
• Zərər dəymiş sığorta predmetinə mülkiyyət hüququnu təsdiq edən sənəd;
• Zərərlə bağlı müstəqil ekspertlərin tərtib etdikləri rəy və zərər hesabı;
• Sığorta hadisəsinin mahiyətindən asılı olaraq digər sənədlər.
16.2. Sığortaçı, zərər çəkmiş cihazları və ya onların zərər çəkmiş hissələrini təmir etdirə və ya yenisi ilə əvəz edə bilər, habelə onların dəyərini nağd yolla da ödəyə bilər.
Sığortaçı ödənişləri, təmir və yenisi ilə əvəz etməklə əlaqədar faktura və sənədlər ona təqdim edildikdən sonra həyata keçirir.
16.3. Oğurluq nəticəsində baş verən ziyan və zərərlərdə:
16.3.1. Ödəniş, oğurluq iddiasının doğruluğunu sübut edən məlumat və sənədlər sığortaçıya verildikdən sonra bir ay ərzində verilir.
16.3.2. Əgər, hüquq sahibi və ya sığortalı haqqında polis və ya məhkəmə orqanlarında cinayət işi açılmış olarsa, sığortaçı ödənişi, həmin istintaq işinə xitam verilənə qədər təxirə sala bilər.
16.3.3. Sığortalı, ödəniş verildikdən sonra oğurlanmış sığortalanmış cihazların hamısını və ya bir hissəsini taparsa və ya onlar haqqında müəyyən bir məlumat əldə edərsə, vəziyyəti yazılı şəkildə dərhal sığortaçıya bildirməlidir.
16.3.4. Sığortalı tapılan cihazlar üzərindəki mülkiyyət hüququnu sığortaçının tələbinə əsasən ona vermək məcburiyyətindədir. Tapılan cihazların dəyəri sığortaçı tərəfindən tamamilə ödənilmiş olarsa, sığortalı ödənişi xxxx qaytarmalı və ya həmin cihazları sığortaçının mülkiyyətinə verməlidir. Sığortalı bu xüsusi son qərarını, sığortaçının tələb etdiyi tarixdən etibarən iki həftə ərzində bildirməlidir. Sığortalı üz qərarını bu müddət ərzində bildirməzsə, sezim hüququ sığortaçıya keçir.
16.3.5. Tapılmış cihazların dəyərinin müəyyən bir hissəsi ödənilmiş olarsa, sığortalı ödənişi xxxx qaytarmaqla həmin cihazları özündə saxlaya bilər. Sığortalı tapılmış cihazları özündə saxlamaq istəyini, sığortaçının tələbindən sonra iki həftə bildirməzsə, həmin cihazlar sığortaçının razılığına əsasən auksion vasitəsilə satılır və satışdan gələn gəlirdən
satış xərcləri çıxıldıqdan sonra yerdə qalan məbləğdən ödənişin məbləğinə bərabər xxxx vəsait sığortaçıya verilir.
16.3.6. Tapılmış cihazların dəyərində, oğurlanma nəticəsində müəyyən bir ucuzlaşma olarsa, sığortaçı bununla əlaqədar zərəri ödəməyə görə məsuliyyət daşıyır.
17. ZƏRƏR VƏ ÖDƏNİŞİN SONA ÇATMASI
17.1. Sığortaçı ödədiyi sığorta ödənişinin müqabilində uyğun nisbətdə hüquqi baxımdan sığortalının günahkar üçüncü şəxslərə qarşı iddia qaldırmaq hüququna sahib olur. Sığortaçı hər hansı bir iddia irəli sürərsə, bu məsələni aydınlaşdırmaq üçün xxxxx xxxx və əldə edilməsi mümkün xxxx sənədləri və məlumatları sığortalı ona mütləq təqdim etməlidir.
17.2. Sığorta hadisəsi nəticəsində tam zərər baş verərsə sığorta təminatı sona çatmış hesab olunur. Zədələnmə halında isə, sığorta məbləği, hadisənin baş verdiyi tarixdən etibarən, verilən ödənişin məbləği qədər azaldılır.
17.3. Sığorta məbləği, sığorta şəhadətnaməsində müxtəlif vahidlər (növ və qrup) halında göstərilərsə və bu vahidlərdən (növ və ya qruplardan) biri və ya bir neçəsi tamamilə zərərə uğrayarsa, həmin vahidlərə (növ və ya qruplara) aid xxxx sığorta təminatı hadisənin baş verdiyi tarixdə xxxx xxxxx. Qismən zərər halında isə hər bir vahid (növ və ya qrup) üçün müəyyən edilmiş xxxx sığorta məbləği, zərərin baş verdiyi tarixdən etibarən, verilmiş sığorta ödənişinin məbləği qədər azaldılır.
17.4. Sığorta məbləğinin azalması hallarında, hadisənin baş verdiyi tarixdən etibarən gün hesabı əsas götürülərək əlavə sığorta haqqı alınmaq şərtlə sığorta məbləği əvvəlki həcminə qədər artırıla bilər.
17.5. Qismən zərərlərdə, tərəflərin sığorta müqaviləsini ləğv etmək hüququ vardır. Sığortaçı ləğv etmə hüququndan ödəniş verməmişdən əvvəl istifadə edə bilər.
17.6. Sığortaçı tərəfindən həyata keçirilən ləğv etmə, bu haqda sifarişli məktub vasitəsi ilə sığortalıya məlumat göndərildiyi tarixdən hesablanmaqla 5 iş günü sonra saat 24.00-da hüquqi qüvvə qazanır və ləğv etmənin hüquqi qüvvəni qazandığı vaxta qədər keçən müddətin sığorta haqqı günhesabı əsas götürülməklə hesablanır və artıq qalan məbləğ sığortalıya qaytarılır.
Sığortalı tərəfindən həyata keçirilən ləğv etmə zamanı, bu ləğv etmə, sığortaçıya sifarişli məktub vasitəsilə məlumat göndərildiyi günün sabahı saat 24.00-da hüquqi qüvvə qazanır və istifadə olunmayan müddətin sığorta xxxxx xxxx qaytarılmır.
18. MÜLKİYYƏT HÜQUQUNUN VERİLMƏSİ
Əlavə razılaşma yoxdursa, zərər çəkmiş əmlakların mülkiyyət hüququ sığortaçıya verilmir.
19. TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ
19.1 Sığortalının hüquqları:
19.1.1 Sığortaçının Sığorta müqaviləsinin şərtlərinə əməl etməsini yoxlamaq, o cümlədən Sığortaçıdan maliyyə sabitliyi barədə, kommersiya sirri olmayan məlumatı əldə etmək;
19.1.2 Sığorta hadisəsi baş verdikdə Sığortaçıdan sığorta ödənişini həyata keçirməyi tələb etmək.
19.2 Sığortalının vəzifələri:
19.2.1 Sığorta haqqını Sığorta müqaviləsi ilə müəyyən edilmiş məbləğdə və müddətdə ödəmək;
19.2.2 Sığorta müqaviləsinin bağlanması üçün zəruri xxxx, eyni zamanda sığorta müqaviləsi ilə bağlı digər məlumatları Sığortaçıya təqdim etmək;
19.2.3 Sığorta müqaviləsi bağlanarkən Sığortalı özünə məlum xxxx və Sığortaçının müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə Sığortaçıya məlumat vermək;
19.2.4 Sığorta müqaviləsinə aid xxxx sənədlərin qorunub saxlanmasını təmin etmək.
19.3 Sığortaçının hüquqları:
19.3.1 Sığortalı tərəfindən verilən məlumatları və həmçinin Sığortalı və Sığorta olunan tərəfindən Sığorta müqaviləsinin şərtlərinə riayət edilməsini yoxlamaq;
19.3.2 Bu Qaydalarda nəzərdə tutulmuş hallarda sığorta ödənişini həyata keçirməkdən imtina etmək, belə ödənişlərin həyata keçirildiyi hallarda Sığortalı tərəfindən xxxx qaytarılmasını tələb etmək;
19.3.3 Sığortalı ona məlum xxxx xxxxxx qiymətləndirilməsi üçün əhəmiyyətli hallar barəsində və sığorta hadisəsi haqqında Sığortaçıya qəsdən yanlış məlumat verməsi aşkar olunarsa sığorta ödənişini həyata keçirməkdən imtina etmək;
19.3.4 Sığorta haqqının hər-hansı ödənilməmiş hissəsi sığorta müqaviləsində göstərilən müddət ərzində ödənilmədikdə, Sığorta olunanlara xidmətlərin göstərilməsini dayandırmaq yaxud Sığorta müqaviləsinə xitam vermək;
19.3.5 Bu Qaydalarda nəzərdə tutulmuş qaydada və şərtlərlə sığorta müqaviləsinə xitam vermək.
19.4 Sığortaçının vəzifələri:
19.4.1 Müəyyən edilmiş müddətdə Sığorta şəhadətnaməsini Sığortalıya təqdim etməlidir;
19.4.2 Sığorta hadisəsi baş verdiyi halda müvafiq sənədlər əsasında sığorta ödənişi həyata keçirmək;
19.4.3 Sığortalı ilə münasibətlərdə məxfiliyi təmin etmək;
19.4.4 Sığorta müqaviləsinin vaxtından əvvəl xitam edilməsi halında, bu Qaydalarda müəyyən edilmiş qaydada hesablanmış məbləği 30 (otuz) bank günü ərzində Sığortalıya qaytarmaq.
20. MƏLUMAT VƏ XƏBƏRDARLIQLAR
20.1. Sığortalının məlumat və xəbərdarlıqları, sığortaçıya və ya sığorta müqaviləsinin imzalanması işinə vasitəçilik edən agentliyə sifarişli məktub vasitəsi ilə bildirilir.
20.2. Sığortaçının məlumat və xəbərdarlıqları da sığortalının sığorta şəhadətnaməsində göstərilən ünvanına, bu ünvan dəyişmişsə sığortaçıya və ya sığorta müqaviləsinin bağlanmasına vasitəçilik edən agentliyə bildirilən son ünvana, eyni formada çatdırılır.
20.3. Tərəflərə, imza müqabilində şəxsən təqdim edilən məktublar və ya teleqramlar vasitəsilə bildirilən məlumat və xəbərdarlıqlar da sifarişli məktub vasitəsilə bildirilən məlumat və xəbərdarlıqlar səviyyəsində hüquqi qüvvəyə malikdir.
20.4. Hadisənin baş verməsi və ya təmir işlərinə başlanması ilə əlaqədar məlumatlar mütləq təcili formada bildirilməlidir. Məlumat verilmədən təmir işlərinə başlanmamalıdır.
21. KOMMERSİYA VƏ İŞ SİRLƏRİNİN QORUNMASI.
Sığortaçı, sığortalıya aid öyrənəcəyi bütün kommersiya və iş sirlərini gizli saxlamamağı səbəbindən ona dəyəcək zərərə görə məsuliyyət daşıyır.
22. MƏHKƏMƏ AİDİYYƏTİ.
Sığorta şəhadətnaməsi ilə əlaqədar meydana çıxacaq fikir ayrılıqları sığortaçı əleyhinə xxxx iddialar zamanı onun və ya müqavilənin imzalanmasına vasitəçilik edən agentliyin yerləşdiyi və yaxud hadisənin baş verdiyi ərazidəki, sığortalının əleyhinə xxxx iddialar zamanı isə sığortalının yaşadığı ərazidə iqtisadi mübahisələri həll etməyə səlahiyyəti xxxx məhkəmə tərəfindən həll olunur.
23. İDDİA MÜDDƏTİ
Sığorta şəhadətnaməsindən irəli gələn bütün tələblər Azərbaycan Respublikasının Mülki Qanunvericiliyi ilə müəyyənləşdirilmiş müddətdə həll edilir.
24. XÜSUSİ ŞƏRTLƏR
Bu əsas şərtlərlə və əgər varsa əlaqədar izahatlarla (kloz) ziddiyyət təşkil etməməyi şərtlə xüsusi şərtlər qəbul oluna bilər.