AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
"Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında" Konvensiyasının təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. 1999-cu il yanvarın 27-də Strastburq şəhərində qəbul olunmuş "Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında" Konvensiya müvafiq qeyd-şərtlər və bəyanatlarla (qeyd-şərtlərin və bəyanatların mətni əlavə olunur) təsdiq edilsin.
II. Bu Qanun 2004-cü il yanvarın 1-dən qüvvəyə minir.
Bakı şəhəri, 30 dekabr 2003-cü il
570-IIQ
Xxxxx XXXXXX, Azərbaycan Respublikasının Prezidenti
Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında KONVENSİYA
Xxxxxxxxx, 27 yanvar 1999-cu il
PREAMBULA
Bu Konvensiyanı imzalayan Avropa Şurasıüzvü xxxx dövlətlər və digər dövlətlər,
hesab edərək ki, Avropa Şurasının məqsədi onunüzvləri arasında daha böyük birliyə nail olmaqdır; bu Konvensiyam imzalayan digər dövlətlərlə əməkdaşlığın fəallaşması vacibliyini etiraf edərək;
cəmiyyətin korrupsiyadan müdafiəsinə yönələn ilk növbədə ümumi cinayət siyasətinin həyata keçirilməsi zərurətinə, o cümlədən müvafiq qanunvericiliyin qəbul edilməsinə və preventiv tədbirlərin görülməsinə əmin olaraq;
qeyd edərək ki, korrupsiya qanunun aliliyinə, demokratiya və insan hüquqlarına təhlükə yaradır, səmərəli dövlət idarəçiliyini sarsıdır, bərabərlik və sosial ədalət prinsiplərini pozur, rəqabət üçün şəraiti təhrif edir, iqtisadi inkişafıçətinləşdirir, demokratik təsisatların sabitliyinə və cəmiyyətin mənəvi dəyərlərinə təhlükə yaradır;
hesab edərək ki, korrupsiya ilə səmərəli mübarizə aparmaq üçün cinayət hüququ sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi, fəallaşması və lazımi qaydada həyata keçirilməsi tələb olunur;
korrupsiya ilə mübarizədə beynəlxalq anlaşmanın və əməkdaşlığın dərinləşməsinə yardım edən, bu yaxınlarda atılan addımları, o cümlədən Birləşmiş Millətlər Təşkilatı, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Ümumdünya Ticarət Təşkilatı, Amerika Dövlətləri Təşkilatı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı və Avropa Birliyi tәrәfindәn görülən tədbirləri alqışlayaraq;
1996-cı ilin noyabr ayında Avropaölkələrinin ədliyyə nazirlərinin 19-cu Konfransının (Valetta, 1994) tövsiyələrinə uyğun olaraq Avropa Şurasının Nazirlər Komitəsi tərəfindən qəbul edilən Korrupsiya ilə mübarizə üzrə fəaliyyət Proqramını nəzərə alaraq;
bununla əlaqədar Avropa Şurasınaüzv olmayan dövlətlərin onun fəaliyyətində korrupsiya ilə mübarizəyə yönələn iştirakının vacibliyini yada salaraq və Korrupsiya ilə mübarizə üçün fəaliyyət Proqramının həyata keçirilməsində onların dəyərli töhfələrini alqışlayaraq;
eyni zamanda, Korrupsiya ilə mübarizə üçün fəaliyyət Proqramının tezliklə həyata keçirilməsini tövsiyə edən və xüsusilə də korrupsiya şəklində xxxx hüquqpozmaların cinayət qaydasında cəzalandırılan əməllər kimi əlaqələndirilmiş tövsifi nəzərdə tutan Cinayət məsuliyyəti haqqında Konvensiyanın tezliklə qəbul edilməsi çağırışını, bu cür hüquqpozmalara görə təqib etmək məqsədi ilə əməkdaşlığın fəallaşmasını, habelə Avropa Şurasının üzvü xxxx dövlətlərin və onun üzvü olmayan dövlətlərin bərabər əsaslarla iştirakı üçün açıq xxxx səmərəli nəzarət mexanizminin yaradılmasını nəzərdə tutan Avropaölkələrinin ədliyyə nazirləri tərəfindən onların 21 -ci Konfransında (Praqa, 1997) qəbul etdikləri 1 xxxxx Qətnaməni yada salaraq;
həmçinin yada salaraq ki, Avropa Şurasının dövlət və hökumət başçıları özlərinin 1997-ci il oktyabrın 10-11-də Strasburqda keçirilmiş ikinci görüşlərində korrupsiyanın artması ilə əlaqədar yaranançağırışlara cavab olaraq birgə tədbirlərin işlənib hazırlanması qərarını və korrupsiya, o cümlədən onu mütəşəkkil cinayətkarlıq və pulların leqallaşdırılması ilə bağlıyan faktorlarla mübarizə üzrə əməkdaşlığın inkişaf etdirilməsinə yardım etmək məqsədi ilə fəaliyyət Planı qəbul etmişlər, Nazirlər Komitəsinə Korrupsiya ilə mübarizə üzrə fəaliyyət Proqramına uyğun olaraq xüsusilə beynəlxalq hüquqi sənədlərin tezliklə hazırlanıb başa çatdırılmasını təmin etmək həvalə olunmuşdur;
nəzərə alaraq ki, Nazirlər Komitəsiözünün 1997-ci ilin noyabrın 6-da keçirdiyi 101-ci sessiyasında iyirmi rəhbər prinsip haqqında qəbul etdiyi (97)24 xxxxx Qətnaməsində Korrupsiya ilə mübarizə üzrə fəaliyyət Proqramının həyata keçirilməsi üçün beynəlxalq hüquqi sənədlərin tezliklə hazırlanıb başa çatdırılması zərurətini qeyd edir;
onun üzvlərinin korrupsiya ilə mübarizədə bu sahədə onların öhdəliklərinə riayət edilməsinə nəzarət vasitəsi ilə imkanların genişləndirilməsi məqsədi ilə "Korrupsiyaya qarşı Dövlətlər Qrupu (KQDQ)" yaradılması haqqında qismən geniş saziş təsdiqləyən 1998-ci il mayın 4-də Nazirlər Komitəsinin 102-ci sessiyasında qəbul edilən (98)7 xxxxx Qətnaməsini nəzərə alaraq;
aşağıdakılar barədə razılığa gəldilər:
BÖLMƏ I
TERMİNLƏRDƏN İSTİFADƏ
M a d d ə 1
Terminlərdən istifadə
Bu Konvensiyanın məqsədləri üçün:
a. "dövlət vəzifəli şəxs" dedikdə, dövlətin milli hüququnda "dövlət qulluqçusu", "vəzifəli şəxs", "mer", "nazir" və ya "hakim" kimi müəyyən edilən və onun cinayət qanununda müəyyən edildiyi kimi, bu funksiyanı onun ərazisində həyata keçirən şəxs başa düşülür;
b. yuxarıdakı (a) yarımbəndində qeyd edilən "hakim" termininə prokurorlar və məhkəmə orqanlarında vəzifə tutan şəxslər aid edilir;
c. digər dövlətin hər hansı bir dövlət vəzifəli şəxsi barəsində araşdırma aparılarsa, təqibi həyata keçirən dövlət, vəzifəli şəxs anlayışını yalnız onun milli hüququna zidd olmayan həcmdə tətbiq edə bilər;
d. "hüquqi şəxs" dedikdə, dövlətlər, dövlət hakimiyyətini həyata keçirən digər orqanlar, eləcə də beynəlxalq təşkilatlar istisna
olmaqla, qüvvədə olan milli hüquqa əsasən bu cür status almış hər bir qurum başa düşülür.
BÖLMƏ II
MİLLİ SƏVİYYƏDƏ GÖRÜLƏN TƏDBİRLƏR
M a d d ə 2
Milli dövlət vəzifəli şəxslərinin rüşvətlə aktiv ələ alınması
Hər bir Tərəf, hər hansı bir şəxs tərəfindən onun istənilən dövlət vəzifəli şəxsinə o, öz funksiyalarını yerinə yetirən zaman hər hansı bir hərəkətin edilməsinə və ya onun edilməsindən çəkinməyə görə, həmin şəxsin özü və ya istənilən digər şəxs üçün birbaşa və ya dolayısı ilə hər hansı bir qeyri-qanuni üstünlüyün vəd edilməsini, təklif edilməsini, yaxud da verilməsini, bu bilə-bilə edildikdə, öz daxili hüququna uyğun olaraq cinayət hüquqpozmaları kimi tövsif etmək üçün lazımi qanunvericilik və digər tədbirlər görür.
M a d d ə 3
Milli dövlət vəzifəli şəxslərin rüşvətlə passiv ələ alınması
Hər bir Tərəf, onun istənilən dövlət vəzifəli şəxsi tərəfindən, öz funksiyalarını yerinə yetirdiyi zaman hər hansı bir hərəkətin edilməsinə və ya onun edilməsindən çəkinməyə görə, bu şəxsin özü və ya istənilən digər şəxs üçün birbaşa və ya dolayısı ilə hər hansı bir qeyri-qanuni üstünlüyün istənilməsini və ya alınmasını, yaxud da bu cür üstünlük tәklifinin qəbul edilməsini və ya ona vəd edilməsini, bu qəsdən edildikdə, öz daxili hüququna uyğun olaraq cinayət hüquqpozmaları kimi tövsif etmək üçün xxxxx xxx biləcək qanunvericilik və digər tədbirlər görür.
M a d d ə 4
Milli seçkili orqanların üzvlərinin rüşvətlə ələ alınması
Hər bir Tərəf, 2-ci və 3-cü maddələrdə nəzərdə tutulan əməli, qanunvericilik və ya inzibati səlahiyyətləri həyata keçirən hər hansı milli dövlət seçkili orqanların üzvü xxxx istənilən şəxsə aid olduqda, öz daxili hüququna uyğun olaraq cinayət hüquqpozmaları kimi tövsif etmək üçün xxxxx xxx biləcək qanunvericilik və digər tədbirlər görür.
M a d d ə 5
Xarici vəzifəli şəxslərin rüşvətlə ələ alınması
Hər bir Tərəf, 2-ci və 3-cü maddələrdə nəzərdə tutulan əməli, digər hər hansı bir dövlətin vəzifəli şəxsinə aid olduqda, öz daxili hüququna uyğun olaraq cinayət hüquqpozmaları kimi tövsif etmək üçün xxxxx xxx biləcək qanunvericilik və digər tədbirlər görür.
M a d d ə 6
Xarici dövlətlərin seçkili orqanları üzvlərinin rüşvətlə ələ alınması
Hər bir Tərəf, 2-ci və 3-cü maddələrdə nəzərdə tutulan əməli, hər hansı bir digər dövlətdə qanunvericilik və ya inzibati səlahiyyətləri həyata keçirən hər
hansı bir seçkili orqanın üzvü xxxx istənilən şəxsə aid olduqda, öz daxili hüququna uyğun olaraq cinayət hüquqpozmaları kimi tövsif etmək üçün xxxxx xxx biləcək qanunvericilik və digər tədbirlər görür.
M a d d ə 7
Özəl sektorda rüşvətlə aktiv ələ xxxx
Hər bir Tərəf, özəl sektorun müəssisələrinə rəhbərlik edən və ya onlarda bu və ya digər vəzifədə işləyən hər hansı bir şəxsə, kommersiya fəaliyyətini həyata keçirən zaman öz vəzifəsinə zidd olaraq hər hansı bir hərəkətin edilməsinə və ya onun edilməsindən çəkinməyə görə həmin şəxsin özü və ya hər hansı bir digər şəxs üçün birbaşa və ya dolayısı ilə hər hansı bir qeyri- qanuni üstünlüyün vəd edilməsini, təklif edilməsini və ya verilməsini öz daxili hüququna uyğun olaraq cinayət hüquqpozmaları kimi tövsif etmək üçün xxxxx xxx biləcək qanunvericilik və digər tədbirlər görür.
M a d d ə 8
Özəl sektorda rüşvətlə passiv ələ xxxx
Hər bir Tərəf, özəl sektorun müəssisələrinə rəhbərlik edən və ya onlarda bu və ya digər vəzifədə işləyən hər hansı bir şəxs tərəfindən, kommersiya fəaliyyətini həyata keçirən zaman öz vəzifəsinə zidd olaraq hər hansı bir hərəkətin edilməsinə və ya onun edilməsindən çəkinməyə görə, həmin şəxsin özü üçün və ya hər hansı bir digər şəxs üçün birbaşa və ya dolayısı ilə hər hansı bir qeyri-qanuni üstünlüyün istənilməsini və ya alınmasını və yaxud onun tərəfindən bu cür üstünlük təklifinin qəbul edilməsini və ya ona vəd edilməsini öz daxili hüququna uyğun olaraq cinayət hüquqpozmaları kimi tövsif etmək üçün xxxxx xxx biləcək qanunvericilik və digər tədbirlər görür.
M a d d ə 9
Beynəlxalq təşkilatların vəzifəli şəxslərinin rüşvətlə ələ alınması
Hər bir Tərəf, 2-ci və 3-cü maddələrdə nəzərdə tutulan əməli, Tərəfin üzv olduğu hər hansı bir beynəlxalq və ya üstmilli təşkilatın və ya orqanın - onların şəxsi heyəti haqqında müddəalar anlamında - hər hansı bir vəzifəli şəxsinə və ya müqavilə üzrə cəlb edilən digər əməkdaşına, habelə bu cür vəzifəli şəxslərin və ya əməkdaşların yerinə yetirdiyi funksiyalara xxxxx xxxx funksiyaları yerinə yetirən ezam edilən və ya ezam edilməyən istənilən şəxsə aid olduqda, öz daxili hüququna uyğun olaraq cinayət hüquqpozmaları kimi tövsif etmək üçün tələb oluna biləcək qanunvericilik və digər tədbirlər görür.
M a d d ə 1 0
Beynəlxalq parlament assambleyaları üzvlərinin rüşvətlə ələ alınması
Hər bir Tərəf, 4-cü maddədə nəzərdə tutulan əməli, bu, Tərəfin üzv olduğu beynəlxalq və ya üstmilli təşkilatların parlament assambleyalarının istənilən üzvlərinə aid olduqda, öz daxili hüququna uyğun olaraq cinayət hüquqpozmaları kimi tövsif etmək üçün xxxxx xxx biləcək qanunvericilik və digər tədbirlər görür.
M a d d ə 1 1
Beynəlxalq məhkəmələrin hakimlərinin və vəzifəli şəxslərinin rüşvətlə ələ alınması
Hər bir Tərəf, 2-ci və 3-cü maddələrdə nəzərdə tutulan əməli, məhkəmə orqanlarında vəzifə tutan hər hansı şəxslərə və ya yurisdiksiyasını həmin tərəfin tanıdığı hər hansı beynəlxalq məhkəmənin vəzifəli şəxslərinə aid olduqda, öz daxili hüququna uyğun olaraq cinayət hüquqpozmaları kimi tövsif etmək üçün xxxxx xxx biləcək qanunvericilik və digər tədbirlər görür.
M a d d ə 1 2
Nüfuz xxxxxx
Hər bir Tərəf, 2, 4-6 və 9-11-ci maddələrdə adı çəkilən hər hansı bir şəxs tərəfindən qərarın qəbul edilməsinə qeyri-qanuni nüfuz edə biləcəyini bəyan edən və ya təsdiq edən istənilən şəxsə, edilәcәk nüfuz müqabilində, onun özünə və ya hər hansı bir digər şəxsə təqdim edilib-edilməməsindən asılı olmayaraq, hər hansı bir qeyri-qanuni üstünlüyün birbaşa və ya dolayı vəd edilməsini, təklif edilməsini və ya təqdim edilməsini, habelə bu cür nüfuzun edilib-edilməməsindən və xxxxx olunan edilmiş nüfuz nəticəsində arzu olunan nəticənin alınıb-alınmamasından asılı olmayaraq, ediləcək nüfuz müqabilində, bu cür üstünlüyün istənilməsini, alınmasını, qəbulunu və ya təklif edilməsini, öz daxili hüququna uyğun olaraq cinayət hüquqpozmaları kimi tövsif etmək üçün xxxxx xxx biləcək qanunvericilik və digər tədbirlər görür.
M a d d ə 1 3
Korrupsiya ilə əlaqədar hüquqpozmalardan əldə edilən gəlirlərin leqallaşdırılması
Hər bir Tərəf, cinayətkar fəaliyyətdən əldə edilən gəlirin leqallaşdırılması, aşkar olunması, götürülməsi və müsadirəsi haqqında (Avropa Müqavilələri N» 141) Avropa Şurası Konvensiyasının 6-cı maddəsinin 1-ci və 2-ci bəndlərində nəzərdə tutulan əməli, əgər əsas hüquqpozma bu Konvensiyanın 2-12-ci maddələrinə uyğun olaraq cinayət hüquqpozması kimi tövsif edilmiş istənilən cinayət hüquqpozmalarının törədilməsindən ibarətdirsə, öz daxili hüququna uyğun olaraq cinayət hüquqpozmaları kimi tövsif etmək üçün lazımn ola biləcək qanunvericilik və digər tədbirlər görür, bu şərtlə ki, Tərəf bu cür hüquqpozmalara dair qeyd-şərt və ya bəyanat verməmiş olsun və ya gəlirlərin leqallaşdırılmasına dair öz qanunvericiliyi bu cür hüquqpozmaları ağır hüquqpozmalar kimi nəzərdə tutmamış olsun.
M a d d ə 1 4
Mühasibat əməliyyatlarına aid xxxx hüquqpozmalar
Hər bir Tərəf, 2-12-ci maddələrdə nəzərdə tutulan hüquqpozmaların törədilməsi, gizlədilməsi və ya cinayət hallarının həqiqətə uyğun olmayan şəkildə təqdim edilməsi məqsədi daşıyan aşağıda göstərilən bilə-bilə edilən hərəkəti və ya hərəkətsizliyi, öz daxili hüququna uyğun olaraq cinayət cəzası və ya digər cəza ilə cəzalandırılan hüquqpozmalar kimi tövsif etmək üçün xxxxx xxx biləcək qanunvericilik və digər tədbirlər görür:
a) həqiqətə uyğun olmayan və ya natamam məlumatı əks etdirən hesab-fakturanın və ya hər hansı bir digər mühasibat sənədinin rəsmiləşdirilməsi və ya istifadəsi;
b) qeyri-qanuni olaraq tədiyə əməliyyatının mühasibat kitabına keçirilməməsi.
M a d d ə 1 5
İştirakçılıq
Hər bir Tərəf, bu Konvensiyaya uyğun olaraq tövsif edilən hər hansı bir cinayət hüquqpozmasının törədilməsində köməyi və ya təhrikçiliyi öz daxili hüququna uyğun olaraq cinayət hüquqpozmaları kimi tövsif etmək üçün xxxxx xxx biləcək qanunvericilik və digər tədbirlər görür.*
M a d d ə 1 6
İmmunitet
Bu Konvensiyanın müddəaları, istənilən müqavilənin, protokolun və ya nizamnamənin, eləcə də onların tətbiqini tənzimləyən mətnlərin immunitetdən məhrum etməyə dair müddəalarına aid xələl gətirmədən tətbiq edilir.
M a d d ə 1 7
Yurisdiksiya
1. Hər bir Tərəf, bu Konvensiyanın 2-14-cü maddələrinə uyğun olaraq tövsif edilən cinayət hüquqpozmalarına dair yurisdiksiyanın müəyyən edilməsi üçün xxxxx xxx biləcək qanunvericilik və digər tədbirləri aşağıdakı hallarda görür, əgər:
a. hüquqpozma tam və ya qismən onun ərazisində törədilmişdirsə;>
b. hüquqpozmanı törədən onun vətəndaşlarından, onun dövlət vəzifəli şəxslərindən və ya onun milli seçkili orqanlarının üzvlәrindәn biridirsə;
c. hüquqpozma onun dövlət vəzifəli şəxslərindən və ya milli seçkili orqanlarının üzvlərindən birinə və ya eyni zamanda onun vətəndaşlarından xxxx xxxx, 9-11-ci maddələrdə göstərilən digər hər hansı bir şəxsə aiddirsə.
2. Hər bir Tərəf, imzalayan zaman və ya öz ratifikasiya fərmanım, qəbuletmə, təsdiqetmə və ya qoşulma haqqında sənədini saxlanca təqdim edərkən Avropa Şurası Baş katibinin adına bəyanat verməklə bəyan edə bilər ki, bu maddənin l(b) və (c) bəndlərində və ya onun digər hər hansı bir Hissəsində təsbit olunan yurisdiksiyaya dair qaydaların tətbiq edilməməsi və ya yalnız xüsusi hallarda və ya xüsusi şərtlərlə tətbiq edilməsi hüququnu özündə saxlayır.
3. Əgər Tərəf, bu maddənin 2-ci bəndində göstərilən qeyd-şərtdən istifadə edirsə və hüquqpozmanı törətməkdə şübhəli bilinən şəxs onun ərazisində olduğu halda həmin Tərəf onun verilməsi haqqında müraciətin olmasına baxmayaraq, yalnız onun vətəndaşlığı səbəbindən onu digər Tərəfə vermirsə, onda həmin Tərəf bu Konvensiyaya uyğun olaraq cinayət hüquqpozmasına dair yurisdiksiyanın təmin edilməsi üçün xxxxx xxx biləcək tədbirlər görür.
4. Bu Konvensiya, Tərəfin öz daxili hüququna uyğun olaraq hər hansı bir cinayət yurisdiksiyasını həyata keçirməsi mümkünlüyünü istisna etmir.
M a d d ə 1 8
Hüquqi şəxslərin məsuliyyəti
1. Hər bir Tərəf, bu Konvensiyaya uyğun olaraq rüşvətlə aktiv ələ almadan, nüfuz xxxxxx və gəlirlərin leqallaşdırılmasından ibarət xxxx cinayət hüquqpozmalarının törədilməsi ilə bağlı və öz şəxsi qismində fəaliyyət göstərən və ya hüquqi şəxsin orqanı
tərkibində:
hüquqi şəxs adından təmsilçi funksiyasını yerinə yetirməklə; və ya hüquqi şəxs adından qərarlar qəbul edilməsində hüququ həyata keçirməklə; və ya
hüquqi şəxs tərkibində nəzarət funksiyasını həyata keçirməklə aparıcı vəzifəni tutan hər hansı bir fiziki şəxsin maraqları naminə törədilən, habelə bu cür fiziki şəxsin yuxarıda göstərilən hüquqpozmalarda köməkçi və ya təhrikçi qismində iştirakına görə hüquqi şəxslərin məsuliyyətə cəlb edilməsini təmin etmək üçün xxxxx xxx biləcək qanunvericilik və digər tədbirlər görür.
2. Artıq 1 -ci bənddə nəzərdə tutulan hallardan başqa, 1 -ci bənddə qeyd edilən fiziki şəxs tərəfindən nəzarətin və ya idarəetmənin olmaması nəticəsində bu hüquqi şəxsin maraqları naminə onun adından öz səlahiyyətlərini həyata keçirən fiziki şəxs üçün 1-ci bənddə göstərilən cinayət hüquqpozmalarının törədilməsinə imkan yarandığı təqdirdə, hər bir Tərəf hüquqi şəxsin məsuliyyətə cəlb oluna bilməsini təmin etmək üçün lazımi tədbirlər görür.
3. 1-ci və 2-ci bәndlәrә uyğun olaraq hüquqi şəxsin məsuliyyəti 1-ci bənddə göstərilən cinayət hüquqpozmalarını törətmiş, onların törədilməsində təhrikçilik və ya iştirak etmiş fiziki şəxslərin cinayət təqibinin mümkünlüyünü istisna etmir.
M a d d ə 1 9
Sanksiyalar və tədbirlər
1. Bu Konvensiyaya uyğun olaraq tövsif edilmiş cinayət hüquqpozmalarının ağırlığını nəzərə alaraq, hər bir Tərəf, 2-14-cü maddələrə uyğun olaraq tövsif edilmiş həmin cinayət hüquqpozmalarına münasibətdə səmərəli, mütənasib və çəkindirici sanksiya və tədbirlər, o cümlədən, əgər bu cinayət hüquqpozmaları fiziki şəxslər tərəfindən törədilmişdirsə, ekstradisiya ilə
nəticələnə biləcək azadlıqdan məhrum etmə sanksiayaları nəzərdə tutur.
2. Hər bir Tərəf təmin edir ki, 18-ci maddənin 1-ci və 2-ci bəndlərinə uyğun olaraq məsuliyyətə cəlb edilmiş hüquqi şəxslər barəsində səmərəli, mütənasib və çəkindirici cinayət və ya qeyri-cinayət xarakterli sanksiyalar, o cümlədən maliyyə sanksiyaları tətbiq edilsin.
3. Hər bir Tərəf, cinayətin törədilməsində istifadə edilən vasitələri və bu Konvensiyaya uyğun olaraq tövsif edilmiş cinayət hüquqpozmalarından əldə edilən gəlirləri və ya dәyәri bu cür gəlirlərə müqabil xxxx əmlakı müsadirə etmək və ya digər qaydada götürmək hüququ ilə özünü təmin etmək üçün xxxxx xxx biləcək qanunvericilik və digər tədbirlər görür.
M a d d ə 2 0
İxtisaslaşdırılmış orqanlar
Hər bir Tərəf, müvafiq şəxslərin və ya orqanların korrupsiya ilə mübarizə üzrə ixtisaslaşmasını təmin etmək üçün tələb edilən tədbirlər görür. Onlara öz funksiyalarının səmərəli və hər hansı bir qeyri-qanuni təzyiqsiz yerinə yetirilməsini mümkün etmək üçün Tərəfin hüquqi sisteminin əsas prinsiplərinə uyğun olaraq lazımi qədər müstəqillik verilir. Tərəf, bu cür orqanların əməkdaşlarının lazımi qaydada hazırlıq keçməsini və onların üzərinə qoyulan vəzifələrin yerinə yetirilməsi üçün adekvat maliyyə resurslarına malik olmasını təmin edir.
M a d d ə 2 1
Milli orqanlarla və onların arasında əməkdaşlıq
Hər bir Tərəf dövlət orqanlarının, habelə dövlət vəzifəli şəxslərin onun öz daxili hüququna uyğun olaraq cinayət hüquqpozmalarının istintaqına cavabdeh xxxx və onların törədilməsinə görə təqib edən orqanları ilə:
a. öz şəxsi təşəbbüsü ilə bu sonuncu orqanları məlumatlandırmaq vasitəsilə, əgər kifayət qədər əsas varsa ki, 2-14-cü maddələrə uyğun olaraq tövsif edilən hər hansı bir cinayət hüquqpozması törədilmişdir; və ya
b. bu sonuncu orqanlara onların xahişi ilə bütün zəruri məlumatı təqdim etmək vasitəsilə əməkdaşlığın təmin edilməsi üçün xxxxx xxx biləcək bütün tədbirləri görür.
M a d d ə 2 2
Ədalət məhkəməsi ilə əməkdaşlıq edən şəxslərin və şahidlərin müdafiəsi
Hər bir Tərəf aşağıda göstərilən şəxslərin səmərəli və lazımi qaydada müdafiəsinin təmin edilməsi üçün tələb edilə biləcək tədbirlər görür:
a. 2-14-cü maddələrə uyğun olaraq tövsif edilən cinayət hüquqpozmaları haqqında məlumat verən və ya cinayət təqibini həyata keçirən orqanlarla və ya istintaqla digər qaydada əməkdaşlıq edən şəxslər;
b. bu hüquqpozmalarla əlaqədar ifadə verən şahidlər.
M a d d ə 2 3
Sübutların toplanması və gəlirlərin müsadirəsinə yardım etmək üçün tədbirlər
1. Hər bir Tərəf, bu Konvensiyanın 2-14-cü maddələrinə uyğun olaraq tövsif edilən cinayət hüquqpozmaları üzrə sübutların toplanmasına yardım etmək üçün imkanların təmin edilməsi məqsədilə, habelə korrupsiyadan əldə edilən maddi sübutların, bu Konvensiyanın 19-cu maddəsinin 3-cü bəndinə uyğun olaraq müəyyən edilən tədbirlərin tətbiq edildiyi korrupsiyadan əldə edilən gəlirlərin və ya dəyəri bu cür gəlirlərə bərabər xxxx əmlakın aşkar edilməsi, axtarışı, dondurulması və həbsi üçün zəruri tutulan tədbirlərin, o cümlədən milli qanunvericiliyə uyğun olaraq xüsusi istintaq hərəkətlərinin istifadəsinə imkan verən tədbirlərin təmin edilməsi üçün xxxxx xxx biləcək qanunvericilik və digər tədbirlər görür.
2. Hər bir Tərəf, bu maddənin 1-ci bəndində nəzərdə tutulan hərəkətlərin həyata keçirilməsi üçün bank, maliyyə və kommersiya sənədlərinin təqdim edilməsinə və ya həbs edilməsinə dair sərəncam vermək səlahiyyətini onun məhkəmələrinə və ya digər səlahiyyətli orqanlarına vermək məqsədilə xxxxx xxx biləcək qanunvericilik və digər tədbirlər görür.
3. Bank sirri bu maddənin 1-ci və 2-ci bəndlərində nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün maneə törətmir.
BÖLMƏ III
YERİNƏ YETİRMƏYƏ NƏZARƏT
M a d d ə 2 4
Nəzarət
Bu Konvensiyanı Razılığa gələn Tərəflərin yerinə yetirməsinə Korrupsiyaya qarşı dövlətlər qrupu (EQDQ) nəzarət edir.
BÖLMƏ IV
BEYNƏLXALQ ƏMƏKDAŞLIQ
M a d d ə 2 5
Beynəlxalq əməkdaşlıq sahəsində ümumi prinsiplər və tədbirlər
1. Tərəflər, cinayət işləri üzrə beynəlxalq əməkdaşlıq haqqında tətbiq edilən beynəlxalq sənədlərin və ya ümumi tətbiq edilən və ya qarşılıqlı qəbul edilmiş qanunvericilik əsasında əldə edilmiş razılaşmaların müddəalarına uyğun olaraq, habelə bu Konvensiyaya uyğun olaraq tövsif edilən cinayətlərə dair istintaqın və araşdırmaların keçirilməsində öz daxili hüququna uyğun olaraq mümkün qədər geniş şəkildə bir-biri ilə əməkdaşlıq edirlər.
2. Tərəflər arasında 1-ci bənddə qeyd edilən qüvvədə xxxx beynəlxalq sənədlərin və ya razılaşmaların mövcud olmadığı təqdirdə, bu bölmənin 26-31-ci maddələri tətbiq edilir.
3. Bu bölmənin 26-31-ci maddələri eyni zamanda 1-ci bənddə qeyd edilən beynəlxalq sənədlərdə və ya razılaşmalarda nəzərdə tutulan rejimlə müqayisədə daha əlverişli rejim təmin edildiyi halda da tətbiq olunur.
M a d d ə 2 6
Qarşılıqlı yardım
1. Tərəflər, bu Konvensiyaya uyğun olaraq cinayət kimi tövsif edilmiş əməllərlə əlaqədar olaraq öz daxili hüququna müvafiq surətdə istintaqı və ya cinayət işləri üzrə icraatı həyata keçirməyə səlahiyyətli xxxx orqanlardan alınan sorğuların təxirəsalınmadan təhlilini təmin etməklə bir-birinə mümkün qədər geniş qarşılıqlı yardım göstərirlər.
2. Sorğunu xxxx Tərəf qarşılıqlı hüquqi yardımın göstərilməsi haqqında sorğunun yerinə yetirilməsinin onun milli maraqlarına, dövlət suverenliyinə, milli təhlükəsizliyinə və ya ictimai asayişinə xxxxx xxxx biləcəyini hesab edirsə, bu maddənin 1- ci bəndinə uyğun olaraq bu cür yardımdan imtina edə bilər.
3. Bank sirri bu bölməyə uyğun olaraq istənilən əməkdaşlıqdan imtina edilməsi üçün səbəb ola bilməz. Tərəf, bu onun daxili hüququnda nəzərdə tutulduqda, tələb edə bilər ki, bank sirrinin açıqlanmasını da nəzərdə tutan əməkdaşlıq haqqında sorğu cinayət hüquqpozmaları sahəsində səlahiyyətli xxxx xxxxxxx və ya dövlət ittihamçıları da daxil olmaqla, cinayət işləri üzrə icraatla məşğul xxxx digər məhkəmə orqanının icazəsi ilə həyata keçirilsin.
M a d d ə 2 7
Ekstradisiya
1. Bu Konvensiyaya uyğun olaraq cinayәt kimi tövsif edilən əməllər Tərəflər arasında qüvvədə xxxx ekstradisiya haqqında hər hansı müqaviləyə uyğun surətdə ekstradisiyaya əsas xxxx cinayətlər sırasına daxil xxxx cinayətlər hesab edilir. Tərəflər, bu cür cinayətləri ekstradisiyaya əsas xxxx cinayətlər kimi, öz aralarında bağlana biləcək ekstradisiya haqqında hər hansı müqaviləyə daxil etməyi öz öhdələrinə götürürlər.
2. Ekstradisiyanı müvafiq müqavilənin mövcudluğu ilə şərtləndirən Tərəf ekstradisiya haqqında müqaviləyə tərəf olmayan digər Tərəfdən ekstradisiya haqqında sorğu alırsa, o, bu Konvensiyanı, bu Konvensiyaya uyğun olaraq cinayət kimi tövsif edilmiş istənilən cinayətlə bağlı ekstradisiya üçün hüquqi əsas kimi nəzərə ala bilər.
3. Ekstradisiyanı müvafiq müqavilənin mövcudluğu ilə şərtləndirməyən Tərəflər öz aralarındakı münasibətlərdə bu Konvensiyaya uyğun olaraq cinayət kimi tövsif edilmiş cinayətləri ekstradisiya üçün əsas xxxx cinayətlər kimi tanıyacaqlar.
4. Ekstradisiya, sorğunu xxxx dövlətin qanunvericiliyi ilə nəzərdə tutulan şərtlərlə və ya ekstradisiya haqqında tətbiq edilən müqavilələrlə, o cümlədən sorğunu xxxx dövlətin ekstradisiyadan imtina edə biləcəyi əsaslarla həyata keçirilir.
5. Əgər bu Konvensiyaya uyğun olaraq cinayət kimi tövsif edilmiş cinayətlə bağlı müvafiq şəxsin vətəndaşlığı və ya sorğunu xxxx dövlətin həmin cinayət hüquqpozmasının onun yurisdiksiyasına aid olmasını hesab etməsi faktı ekstradisiyadan imtina etmək üçün yeganə əsasdırsa, onda sorğunu xxxx Tərəf sorğu edən Tərəflə aralarında digər razılaşma mövcud olmadığı təqdirdə, işin icraatını öz səlahiyyətli orqanlarına təqdim edir və sorğu edən Xxxxxx icraatın nəticələri haqqında müəyyən edilmiş qaydada məlumatlandırır.
M a d d ə 2 8
Tərəflərin öz təşəbbüsü ilə təqdim etdiyi məlumat
Əgər Tərəf hüquqpozma halları barədə məlumatın yayılmasını bu Konvensiyaya uyğun olaraq cinayət kimi tövsif edilmiş cinayәtlәrlә bağlı istintaqın və ya digər prosessual hərəkətlərin başlanmasına və ya aparılmasına kömək edə
biləcəyini və ya bu bölməyə uyğun olaraq, həmin Tərəfin sorğu göndərməsinə səbəb ola biləcəyini hesab edərsə, o öz istintaqlarına və ya prosessual hərəkətlərinə xələl gətirmədən öz təşəbbüsü ilə digər Tərəfə bu cür məlumat təqdim edə bilər.
M a d d ə 2 9
Mərkəzi orqan
1. Tərəflər, bu bölməyə uyğun olaraq sorğuların göndərilməsinə və ya bu cür sorğulara cavabların hazırlanmasına, habelə onların təmin edilməsi və ya onların sonradan icra edilməsi məqsədilə müvafiq səlahiyyətli orqanlara təqdim edilməsi üçün tədbirlərin
görülməsinə məsul xxxx mərkəzi orqan və ya lazım gəldikdə, bir neçə mərkəzi orqan təyin edirlər.
2. Hər bir Tərəf Konvensiyanı imzalayarkən və ya öz ratifikasiya fərmanını, qəbuletmə, təsdiqetmə və ya qoşulma haqqında sənədini saxlanca təqdim edərkən Avropa Şurasının Baş katibinə bu maddənin 1-ci bəndinə uyğun olaraq təyin etdiyi orqanların adı və ünvanları barədə məlumat verir.
M a d d ə 3 0
Birbaşa əlaqələr
1. Mərkəzi orqanlar bir-biri ilə birbaşa əlaqə saxlayırlar.
2. Təxirəsalınmaz hallarda qarşılıqlı yardımın göstərilməsi haqqında xahişlər və ya bu cür yardıma aid xxxx məlumatlar
bilavasitə sorğu edәn Tərəfin məhkəmə orqanları, o cümlədən dövlət ittihamçıları tərəfindən sorğunu xxxx Tərəfin müvafiq orqanlarına göndərilə bilər. Bu halda sorğunun və ya məlumatın surəti eyni zamanda sorğu edən Tərəfin mərkəzi orqanı vasitəsi ilə sorğunu xxxx Tərəfin mərkəzi orqanına göndərilir.
3. Bu maddənin 1-ci və 2-ci bəndlərinə uyğun olaraq istənilən sorğu və ya məlumat Beynəlxalq Cinayət Polisi Təşkilatı (İNTERPOL) vasitəsi ilə göndərilə bilər.
4. Bu maddənin 2-ci bəndinə uyğun olaraq sorğu təqdim edilərkən, hakimiyyət orqanının ona baxmağa səlahiyyəti olmadığı təqdirdə, o, həmin sorğunu səlahiyyətli milli orqanına ötürür və bu barədə bilavasitə sorğu edən Tərəfi məlumatlandırır.
5. Bu maddənin 2-ci bəndinə uyğun olaraq təqdim edilən və məcburi tədbirlər nəzərdə tutmayan sorğu və məlumatlar bilavasitə sorğu edən Tərəfin səlahiyyətli orqanları tərəfindən sorğunu xxxx Tərəfin səlahiyyətli orqanlarına göndərilə bilər.
6. Hər bir Tərəf imzalayan zaman və ya öz ratifikasiya fərmanmı, qəbuletmə, təsdiqetmə və ya qoşulma haqqında sənədini saxlanca tәqdirә edərkən Avropa Şurasının Baş katibinə məlumat verə bilər ki, bu bölməyə uyğun olaraq sorğunun səmərəliliyini təmin etmək məqsədilə təqdim edilən sorğular onun mərkəzi orqanlarının ünvanına göndərilməlidir.
M a d d ə 3 1
Məlumat
Sorğunu xxxx Tərəf bu bölməyə uyğun olaraq təqdim edilən sorğu üzrə görülən tədbirlər və bu cür tədbirlərin yekun nəticələri barədə sorğu edən Tərəfi təxirəsalmadan məlumatlandırır. Sorğunu xxxx Tərəf həmçinin sorğu edilən tədbirlərin yerinə yetirilməsini qeyri-mümkün edən və ya onların yerinə yetirilmәsini xeyli gecikdirə biləcək istənilən hallar barədə sorğu edən Tərəfə təxirəsalmadan məlumat verir.
BÖLMƏ V
YEKUN MÜDDƏALAR
M a d d ə 3 2
İmzalama və qüvvəyə minmə
1. Bu Konvensiya Avropa Şurasının üzvü xxxx dövlətlər və onun üzvü olmayan, Konvensiyanın işlənib hazırlanmasında iştirak edən dövlətlər tərəfindən imzalanmaq üçün açıqdır. Bu cür dövlətlər bu Konvensiyaya bağlı olmasına öz razılığını aşağıdakı qaydada ifadə edə bilər:
a) ratifikasiya, qəbuletmə və ya təsdiqetməyə dair qeyd-şərt etmədən imzalama; və ya
b) ratifikasiya, qəbuletmə və ya təsdiqetməyə dair qeyd-şərt etməklə imzalama.
2. Ratifikasiya fərmanları, qəbuletmə və ya təsdiqetmə haqqında sənədlər Avropa Şurasının Baş katibinə saxlanca verilir.
3. Bu Konvensiya 1-ci bəndin müddəalarına uyğun olaraq bu Konvensiyanı imzalayan on dörd dövlət özünün xxx xxxxx olması istəyini bəyan etdiyi tarixdən etibarən üç ay sonra gələn ayın birinci günü qüvvəyə minir. Bu Konvensiyanı imzalayan və Korrupsiyaya qarşı dövlətlər qrupunun (KQDQ) üzvü olmayan hər bir bu cür dövlət ratifikasiya, qəbul və ya təsdiq etmə zamanı Konvensiya qüvvəyə mindiyi gündən avtomatik olaraq onun üzvü olur.
4. Bu Konvensiyanı imzalayan və sonradan özünün xxx xxxxx olması razılığını bildirən hər hansı bir dövlətə münasibətdə, bu Konvensiya 1-ci bəndin müddəalarına uyğun olaraq sonradan xxx xxxxx olması istəyini ifadə etdiyi tarixdən üç ay sonra gələn ayın birinci günü qüvvəyə minir. Konvensiyanı imzalayan Xxxxxxxxxxxx qarşı dövlətlər qrupunun (KQDQ) üzvü olmayan istənilən dövlət Konvensiya ona münasibətdə qüvvəyə mindiyi gündən avtomatik olaraq həmin qrupun üzvü olur.
M a d d ə 3 3
Konvensiyaya qoşulma
1. Konvensiya qüvvəyə mindikdən sonra, Avropa Şurasının Nazirlər Komitəsi Konvensiya Tərəfləri ilə məsləhətləşmələr apararaq Avropa Şurası Nizamnaməsinin 20.d maddəsində nəzərdə tutulan səs çoxluğu və Nazirlər Komitəsinin işində iştirak etmәyә hüququ xxxx Razılığa gələn Tərəflərin nümayəndələrinin yekdil səs verməsi ilə qəbul edilmiş qərar əsasında Avropa Birliyinə, habelə Avropa Şurasının üzvü olmayan və onun işlənib hazırlanmasında iştirak etməyən istənilən dövlətə bu Konvensiyaya qoşulmağı təklif edə bilər.
2. 1-ci bəndə uyğun olaraq bu Konvensiyaya qoşulan Avropa Birliyinə və istənilən dövlətə münasibətdə, Xxxxxxxxxx, onlar qoşulmaq haqqında sənədi Avropa Şurasının Baş katibinə saxlanca verdiyi tarixdən üç ay sonra gələn ayın birinci günü qüvvəyə minir. Bu Konvensiyaya qoşulan Avropa Birliyi və istənilən dövlət, əgər qoşulma zamanı o, hələ KQDQ-nın üzvü deyilsə, Konvensiyanın ona münasibətdə qüvvəyə mindiyi gündən avtomatik olaraq KQDQ-nin üzvü olur.
M a d d ə 3 4
Ərazi üzrə tətbiq
1. İstənilən dövlət imzalayarkən və ya ratifikasiya fərmanını, qəbuletmə, təsdiqetmə və ya qoşulma haqqında sənədini saxlanca təqdim edərkən, bu Konvensiyanın tətbiq ediləcəyi ərazini və ya əraziləri göstərə bilər.
2. İstənilən dövlət hər hansı bir sonrakı müddətdə Avropa Şurası Baş katibinin adına bəyanat verməklə, Bu Konvensiyanın qüvvəsini həmin bəyanatda ayrıca göstərilmiş hər hansı bir digər əraziyə tətbiq edə bilər. Bu cür əraziyə münasibətdə Konvensiya, Baş katib bu cür bəyanatı aldığı tarixdən üç ay sonra gələn ayın birinci günü qüvvəyə minir.
3. Yuxarıda göstərilən iki bəndə uyğun olaraq təqdim edilmiş hər hansı bir bəyanat onda göstərilən hər hansı bir əraziyə münasibətdə Baş katibin adına bildiriş təqdim etməklə xxxx götürülə bilər. Xxxx götürmə Baş katib bu cür bildirişi aldığı tarixdən üç ay sonra gələn ayın birinci günü qüvvəyə minir.
M a d d ə 3 5
Digər konvensiya və sazişlərlə əlaqə
1. Bu Konvensiya xüsusi məsələlərə dair çoxtərəfli beynəlxalq konvensiyalardan irəli gələn hüquq və öhdəliklərə xələl gətirmir.
2. Konvensiyanın Tərəfləri, bu Konvensiyada nəzərdə tutulan məsələlərə dair onun müddəalarına əlavə etmək və ya onda möhkəmləndirmək və ya əks olunan prinsiplərin tətbiqini asanlaşdırmaq məqsədilə bir-biri ilə ikitərəfli və ya çoxtərəfli sazişlər bağlaya bilər.
3. Əgər iki və ya bir neçə Tərəf, artıq bu Konvensiyanın toxunduğu hər hansı bir məsələyə dair saziş və ya müqavilə bağlayıbsa
və ya həmin məsələ üzrə öz əlaqələrini hər hansı bir digər qaydada müəyyənləşdiribsə və əgər bu, beynəlxalq əməkdaşlığa yardım edirsə, onda onlar bu Konvensiyanın əvəzinə həmin sazişi və ya müqaviləni tətbiq edə bilər və ya müvafiq qaydada öz əlaqələrini tənzimləyə bilərlər.
M a d d ə 3 6
Bəyanatlar
İstənilən dövlət imzalayarkən və ya ratifikasiya fərmanını, qəbuletmə, təsdiqetmə və ya qoşulma haqqında sənədini saxlanca təqdim edərkən bəyan edə
bilər ki, o, 5-ci maddəyə əsasən xarici dövlət vəzifəli şəxslərinin 9-cu maddəyə əsasən beynəlxalq təşkilatların vəzifəli şəxslərinin və ya 11-ci maddəyə əsasən beynəlxalq məhkəmələrin hakimlərinin və vəzifəli şəxslərinin aktiv və ya passiv rüşvətlə ələ alınmasını cinayət hüquqpozması kimi yalnız vəzifəli şəxsin və ya hakimin öz vəzifəsinə zidd olaraq hərəkət etdiyi və ya hərəkətlərdən çəkindiyi həcmdə tövsif edəcəkdir.
M a d d ə 3 7
Qeyd-şərt
1. İstənilən dövlət imzalayarkən və ya ratifikasiya fərmanını, qəbuletmə, təsdiqetmə və ya qoşulma haqqında sənədini saxlanca təqdim edərkən 4, 6-8, 10 və 12-ci maddələrdə nəzərdə tutulan əməlləri və ya 5-ci maddədə müəyyən edilən passiv rüşvətlə ələ xxxx ilə əlaqədar hüquqpozmanı tam və ya qismən öz daxili hüququnda cinayət hüquqpozması kimi tövsif etməmək hüququnu özündə saxlaya bilər.
2. İstənilən dövlət imzalayarkən və ya ratifikasiya fərmanını, qəbuletmə, təsdiqetmə və ya qoşulma haqqında sənədini saxlanca təqdim edərkən, 17-ci maddənin 2-ci bəndində nəzərdə tutulan qeyd-şərt hüququndan istifadə etdiyini bəyan edə bilər.
3. İstənilən dövlət imzalayarkən və ya ratifikasiya fərmanını, qəbuletmə, təsdiqetmə və ya qoşulma haqqında sənədini saxlanca təqdim edərkən bəyan edə bilər ki, o, 26-cı maddənin 1 -ci bəndində nəzərdə tutulan qarşılıqlı hüquqi yardımdan imtina edə bilər, bu şərtlə ki, sorğunu xxxx Tərəf sorğu ilə əlaqədar xxxx hüquqpozmanın siyasi cinayət olduğunu hesab etsin.
4. Bu maddənin 1,2 və 3-cü bəndlərinin tətbiq edilməsi ilə əlaqədar heç bir dövlət onlarda göstərilən beşdən artıq müddəaya dair qeyd-şərt edə bilməz. Digər hər hansı bir qeyd-şərt edilə bilməz. 4,6 və 10-cu maddələr üzrə edilmiş eyni xarakterli qeyd- şərtlər bir qeyd-şərt hesab edilir.
M a d d ə 3 8
Bəyanatların və qeyd-şərtlərin hüquqi qüvvəsi və yenidən baxılması
1. 36-cı maddәdә qeyd edilən bəyanatlar və 37-ci maddədə qeyd edilən qeyd-şərtlər müvafiq dövlət üçün bu Konvensiya qüvvəyə mindiyi tarixdən etibarən üç il müddətində öz hüquqi qüvvəsini saxlamış hesab edilir. Xxxxx bu cür bəyanat və qeyd- şərtlərin qüvvəsi eyni müddətə uzadıla bilər.
2. Avropa Şurasının Baş katibi xxxxxxxxx və ya qeyd-şərtin müddətinin bitməsinə on iki ay qalmış bu barədə müvafiq dövlətə məlumat verir. Müddətin bitməsinə qədər üç aydan gec olmayaraq müvafiq dövlət öz bəyanatının və ya qeyd-şərtinin təsdiq edilməsi, dəyişdirilməsi və ya xxxx götürülməsi haqqında Baş katibə məlumat verir. Müvafiq dövlət tərəfindən bildirişin təqdim edilmədiyi təqdirdə, Baş katiblik bu dövləti bəyanatın və ya qeyd-şərtin müddətinin altı aya qədər avtomatik uzadılması haqqında məlumatlandırır. Dövlətin öz bəyanatını və ya qeyd-şərtini təsdiq etmək və ya dəyişdirmək niyyəti haqqında bildirişin həmin müddət bitənə qədər təqdim edilməməsi, bu bəyanatın və ya qeyd-şərtin qüvvədən düşməsinə səbəb olur.
3. Əgər Razılığa gələn Tərəf, 36-cı və 37-ci maddələrə uyğun olaraq bəyanatı və ya qeyd-şərti təqdim edirsə, onda o, onların təsirinin yenidən bərpa edilməsinə qədər və ya müvafiq bəyanata əsasən onların müddətinin davam edilməsini əsaslandırmaqla KQDQ-yə izahat təqdim edir.
M a d d ə 3 9
Düzəlişlər
1. Bu Konvensiyaya düzəlişlər edilməsi haqqında təklifləri istənilən Tərəf təqdim edə bilər və Avropa Şurasının Baş katibi həmin təklifləri Avropa Şurasının üzvü xxxx dövlətlərə, onun üzvü olmayan və 33-cü maddənin müddəalarına uyğun olaraq bu Konvensiyaya qoşulan və ya qoşulmaq təklifi xxxx hər bir dövlətə təqdim edir.
2. Bu və ya digər Tərəfin verdiyi düzəliş Cinayətkarlıq problemləri üzrə Avropa Komitəsinə (CDPC) göndərir, o da öz, növbəsində, təklif edilən düzəlişə dair öz rəyini Nazirlər Komitəsinə təqdim edir.
3. Nazirlər Komitəsi təklif edilən düzəlişi və Cinayətkarlıq problemləri üzrə Avropa Komitəsinin (CDPC) təqdim etdiyi rəyi müzakirə edərək, Avropa Şurasının üzvü olmayan Konvensiya Tərəfləri ilə məsləhətləşmələrdən sonra həmin düzəlişi qəbul edə bilər.
4. Bu maddənin 3-cü bəndinə uyğun olaraq Nazirlər Komitəsi tərəfindən qəbul edilmiş hər hansı bir düzəlişin mətni qəbul edilmək üçün Tərəflərə göndərilir.
5. Bu maddənin 3-cü bəndinə uyğun olaraq qəbul edilmiş hər hansı bir düzəliş, bütün Tərəflərin onun qəbul edilməsi haqqında Baş katibi məlumatlandırdıqları tarixdən sonra gələn otuzuncu gün qüvvəyə minir.
M a d d ə 4 0
Mübahisələrin tənzimlənməsi
1. Avropa Şurasının Cinayətkarlıq problemləri üzrə Avropa Komitəsi müntəzəm əsaslarla bu Konvensiyanın təfsiri və tətbiqi barədə məlumatlandırılır.
2. Tərəflər arasında bu Konvensiyanın təfsiri və tətbiqi ilə əlaqədar mübahisə yarandıqda, onlar həmin mübahisəni danışıqlar vasitəsilə və ya öz seçimlərinə uyğun şəkildə hər hansı bir digər dinc üsulla həll etməyə çalışır, o cümlədən mübahisəni qərarları Tərəflər üçün məcburi xxxx Cinayətkarlıq problemləri üzrə Avropa Komitəsinə, arbitraj məhkəməsinə və ya Tərəflər arasında razılaşmaya əsasən Beynəlxalq Ədalət Məhkəməsinə təqdim edirlər.
M a d d ə 4 1
Denonsasiya
1. Hər bir Tərəf istənilən zaman Avropa Şurası Baş katibinin adına bildiriş təqdim etməklə, bu Konvensiyam denonsasiya edə
bilər.
2. Bu cür denonsasiya Baş katib bildirişi aldığı tarixdən üç ay sonra gələn ayın birinci günü qüvvəyə minir.
M a d d ə 4 2
Bildiriş
Avropa Şurasının Baş katibi Avropa Şurasının üzvü xxxx dövlətlərə və bu Konvensiyaya qoşulan digər hər hansı bir dövlətə aşağıdakılar barədə bildirir:
a. hər hansı bir imzalama;
b. istənilən ratifikasiya fərmanının, qəbuletmə, təsdiqetmə və ya qoşulma haqqında sənədin saxlanca təqdim edilməsi;
c. 32-ci və 33-cü maddələrə uyğun olaraq bu Konvensiyanın qüvvəyə minmə tarixi;
d. 36-cı və ya 37-ci maddələrə uyğun olaraq edilmiş hər hansı bir bəyanat və ya qeyd-şərt;
e. Bu Konvensiyaya aid xxxx hər hansı bir hərəkət, bildiriş və ya məlumat. Bunun təsdiqi olaraq, buna lazımi qaydada səlahiyyətləndirilmiş aşağıda imza edənlər bu Konvensiyam imzaladılar.
1999-cu il yanvarın 27-də Strasburqda ingilis və fransız dillərində imzalanmışdır, hər iki mətn bir nüsxədə olub, eyni qüvvəyə malikdir, həmin nüsxə Avropa Şurasının arxivində saxlanacaqdır. Avropa Şurasının Baş katibi Konvensiyanın təsdiq edilmiş surətlərini Avropa Şurasının üzvü xxxx hər bir dövlətə, Konvensiyanın işlənib hazırlanmasında iştirak edən üzv olmayan dövlətlərə və ona qoşulmaq haqqında təklif almış istənilən digər dövlətə təqdim edir.
"Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında Konvensiya"ya QEYD-ŞƏRTLƏR VƏ BƏYANATLAR
QEYD-ŞƏRTLƏR
1. Konvensiyanın 37-ci maddəsinin 1-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikası 6, 10, 12-ci maddələrdə qeyd olunan
əməlləri, həmçinin 5-ci maddə üzrə passiv rüşvət əməlini cinayət hüquqpozması kimi tövsif etməmək hüququnu özündə
[1]
saxlayır.
2. Konvensiyanın 37-ci maddəsinin 3-cü bəndinə uyğun olaraq Azərbaycan Respublikası bəyan edir ki, Konvensiyanın 26-cı maddəsinin 1-ci bəndində nəzərdə tutulan hüquqi yardım haqqında sorğu ilə əlaqədar hüquqpozma Azərbaycan Respublikası tərəfindən siyasi xarakterli cinayət sayıldıqda o, qarşılıqlı hüquqi yardımın göstərilməsindən imtina edə bilər.
BƏYANATLAR
1. Azərbaycan Respublikası bəyan edir ki, o, Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərində Konvensiyanın müddəalarının yerinə yetirilməsinə işğal olunmuş ərazilər azad olunana qədər təminat vermək iqtidarında deyildir (işğal olunmuş ərazilərin sxematik xəritəsi əlavə olunur).*
2. Konvensiyanın 29-cu maddəsinin 2-ci bəndi ilə əlaqədar Azərbaycan Respublikası bəyan edir ki, 29-cu maddənin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının mərkəzi orqanı kimi Azərbaycan Respublikasının Prokurorluğu müəyyən edilir.
Ünvan: Xxxxxxxxxx Xxxxxxxxxxxx, Xxxx xxxxxx, xx 0000, Xxxxx Xxxxxxxxx xxxxxx, 0.
* Xəritə "Azərbaycan Respublikasının Qanunvericilik Toplusu"nun 2003-cü il 4-cü nömrəsində (səh. 712) verilmişdir.
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1. 1 oktyabr 2012-ci il tarixli 423-IVQ nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 18 oktyabr 2012-ci il, 234 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, 10, maddə 944)
QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1]