«Atəşgah» Sığorta Şirkəti ASC
«Atəşgah» Sığorta Şirkəti ASC
ЭЯМИ САЩИБЛЯРИНИН МЯСУЛИЙЙЯТИНИН СЫЬОРТАСЫ QAYDALARı
MÜNDƏRİCAT
Anlayışlar 3
Maddə 1. Sığorta sinfi 5
Maddə 2. Sığorta 5
Maddə 3. Sığorta məbləği və onun müəyyən edilmə qaydası 5
Maddə 4. Sığorta riski 5
Maddə 5. Sığorta risklərindən istisnalar 9
Maddə 6. Sığorta müqaviləsinin bağlanması həmçinin ona əlavələr və dəyişikliklər edilməsi və xitam verilməsi qaydası 10
Maddə 7. Tərəflərin hüquq və vəzifələri 12
Maddə 8. Sığorta hadisəsi baş verdikdə Sığortalının vəzifələri 13
Maddə 9. Sığorta ödənişinin həyata keçirilməsi qaydası 13
Maddə 10. Sığorta ödənişinin verilməsi üçün tələb olunan sənədlərin siyahısı 14
Maddə 11. Ödənilməmiş sığorta haqqının hesaba alınması 14
Maddə 12. Sığorta ödənişinin verilməsindən imtinanın əsasları 14
Maddə 13. Sığorta ödənişinin verilməsi, yaxud sığorta ödənişini verməkdən imtina olunması haqqında qərarın qəbul edilmə müddəti 15
Maddə 14. Sığorta mükafatı 15
Maddə 15. Mübahisələrin həlli qaydası 16
Maddə 16. Sığorta müqaviləsində əlavə şərtlərin nəzərdə tutulması 16
Maddə 17. Sığorta müqaviləsinin şərtlərinin yerinə yetirilməməsinə və ya lazımi qaydada yerinə yetirilməməsinə görə tərəflərin məsuliyyəti 16
Əsas anlayışlar
Bu Qaydalarda və bu Qaydalar əsasında bağlanmış Sığorta müqavilələrində aşağıdakı əsas anlayışlardan istifadə olunur:
Sığortaçı - sığorta qanunvericiliyi əsasında sığorta fəaliyyətini həyata keçirmək üçün müvafiq lisenziyaya xxxxx xxxx, Sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda qanunvericiliklə və ya müqavilə ilə müəyyən olunmuş qaydada sığorta ödənişini vermək öhdəliyi daşıyan Sığorta müqaviləsinin tərəfi xxxx yerli hüquqi şəxs;
Sığortalı - sığorta haqqı ödəyən və faydalanan şəxsin olmaması halında Sığortaçıdan sığorta ödənişini almaq hüququna xxxxx xxxx sığorta müqaviləsinin tərəflərindən biri;
Sığorta olunan - Sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan şəxs;
Xxxxxxxxxx şəxs - Sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişini almaq hüququ xxxx şəxs; Sığorta müqaviləsində Xxxxxxxxxx şəxs qismində başqa şəxs nəzərdə tutulmamışdırsa, Sığortalı və (və ya) Sığorta olunan Faydalanan şəxs sayılır;
Sığorta hadisəsi – qanunvericiliyə və ya Sığorta müqaviləsinə görə sığorta ödənişinin Sığortalıya, Sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas xxxx, Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan hal;
Sığortanın müddəti – sığorta risklərinin sığortalandığı müddət;
Sığorta tarifi - sığorta haqqının sığorta məbləğindən (məsuliyyətin həddindən) faizlə dərəcəsi;
Sığorta haqqı – risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta qanunvericiliyinə uyğun olaraq, Sığorta müqaviləsində nəzərdə tutulan qaydada Sığortalının Sığortaçıya ödəməli olduğu pul məbləği;
Azadolma məbləği - sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və Sığortalının üzərində qalan hissəsi;
Sığorta ödənişi – sığorta hadisəsi baş verdikdə Sığorta müqaviləsinə uyğun olaraq Sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyası;
Sığortanın ərazisi - sığorta obyektinin sığortalanmış hesab olunduğu müəyyən ərazi (yer);
Assistans şirkəti – sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxs;
Sığortanın obyekti - üçüncü şəxslərin ölümü, bədən xəsarəti və ya əmlakına dəyən zərərə, həmçinin öz işçilərinin ölümünə və bədən xəsarətinə görə Sığortalının qanunvericiliyə görə ödəməli olduğu pul məbləğləri;
Məsuliyyətin həddi - hər sığorta hadisəsinə görə Sığortaçının Sığortalıya verməli olduğu sığorta ödənişinin həddi;
Yurisdiksiya - Sığortaçı tərəfindən sığorta ödənişinin verilməsi üçün Sığortalıya qarşı birinci instansiya məhkəməsinin qərarının çıxarıldığı yurisdiksiya; sığortamüqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, müqavilə üzrə verilən sığorta təminatı yalnız Sığortalıya qarşı Azərbaycan Respublikası məhkəmələrinin çıxardıqları qərarlara əsasən verilir;
Hüquqi xərclər - sığorta hadisəsinin nəticəsində Sığortalıya qarşı ortaya çıxan pretenziyaların araşdırılması və müdafiəsi üçün Sığortaçının razılığı ilə Sığortalı tərəfindən çəkilən zəruri xərclər;
Sığortanın ərazisi - sığorta obyektinin sığortalanmış hesab olunduğu müəyyən ərazi (yer).
Maddə 1. Sığorta sinfi
Bu Qaydalarla müəyyən olunan sığorta növü su nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyəti sığortası sinfinə aiddir.
Maddə 2. Sığorta predmeti
Bu Qaydalar üzrə sığorta predmeti Sığortalının öz fəaliyyəti zaman baş vermiş hadisə (qəza) nəticəsində üçüncü şəxslərə dəyən zərərin əvəzini ödəmək üçün ortaya çıxan mülki məsuliyyətidir.
Maddə 3. Sığorta məbləği və onun müəyyən edilmə qaydası
3.1. Sığorta məbləği (öhdəliyin həddi) Sığorta müqaviləsində razılaşdırılan elə pul məbləğidir ki, onun əsasında sığorta haqqının və sığorta ödənişinin həcmi müəyyən edilir.
3.2. Sığorta müqaviləsində göstərilmiş hədd, əgər müqavilədə məsuliyyətin həddi aşağıdakı kimi razılaşdırılmayıbsa, həm fiziki, həm də maddi zərər üçün vahid məbləğdə müəyyən edilmiş hesab olunur:
3.2.1. məhkəmə xərclərinin kompensasiyası da daxil olmaqla (məhkəmə xərclərinin kompensasiyası sığorta müqaviləsində nəzərdə tutulubsa), sığortaya qəbul edilmiş hər bir risk üzrə;
3.2.2. bir sığorta hadisəsi üzrə;
3.2.3. bir sığorta hadisəsi nəticəsində zərər çəkən bir şəxsə verilən ödəniş üzrə.
3.3. Hər illik sığorta müddətində baş vermiş bütün sığorta hadisələri üzrə verilən sığorta ödənişinin ümumi məbləği öhdəliyin müəyyən edilmiş illik ümumi məbləğini aşa bilməz.
Maddə 4. Sığorta riski
Bu Qaydalara uyğun olaraq bağlanmış sığorta müqaviləsi üzrə «Atəşgah» Sığorta Şirkəti tərəfindən Sığortalıya aşağıdakı risklərə qarşı təminat verir:
4.1. Əsas sığorta təminatı
4.1.1. Sığortalanmış gəmidə daşınmaq üçün təyin edilmiş, daşınan və ya daşınmış yükə görə məsuliyyət:
Aşağıdakı zərərlər ödənilir:
a) yükün itirilməsi, əskik gəlməsi və ya zədələnməsi (korlanması) ilə əlaqədar Sığortalının çəkdiyi zərər.
b) Mühafizə edilməyən yükün daşınması ilə əlaqədar Sığortalının əlavə xərcləri, o cümlədən:
• zədələnmiş yükün boşaldılması və ya atılması ilə əlaqədar xərclər;
• boşaldılma limanında və ya hər hansı bir başqa daşınma yerində yükün xxx xxxxxx tərəfındən alınmaması ilə əlaqədar xərclər, bu şərtlə ki, belə xərclər yükün satışından əldə edilən gəlirdən artıq olsun (bu halda xərclərlə və satışdan əldə edilən qəlir arasında xxxx fərq ödənilir);
c) yükün sığortalanmış gəmidə deyil, başqa bir gəmidə daşınması ilə ədaqədar xxxx xərclər,o halda ki, daşınmanın qismən sığortalanmış gəmidə həyata keçiriləcəyini nəzərdə tutan birbaşa
/yükləmə konosamenti və ya başqa müqaviləyə əsasən məsuliyyət yaranmış olsun.Bu bölməyə əsasən Sığortalının aşağıdakılar nəticəsində ortaya çıxan zərər və xərclərinin əvəzi ödənilmir:
• Xxxxx xxxxxx müqaviləsində razılaşdırılandan fərqli bir limana və ya yerə
boşaldılması.
• Dövriyyə qabiliyyətli konosament və ya mala sərəncam verən müvafıq sənəd əsasında daşınan yükün xxx xxxx tərəfindən konosament və ya müvafıq sənəd göstərilmədən verilməsi.
• Dövriyyə qabiliyyəti olmayan konosament və ya başqa bir sənəd əsasında daşınan yükün bu sənədlər üzrə xxx xxxx olmayan şəxsə verilməsi.
• Bilərəkdən səhv məzmunlu məlumat ehtiva edən, konosamentin və ya daşınma sənədinin verilməsi.
• Sığortalanmış gəminin yükləmə limanına gəlib çıxmaması və ya gec gəlib çıxması, yaxud hər hansı bir müəyyən yükün və ya yüklərin sığortalanmış gəmiyə yüklənməsinin nıümkün olmaması.
• Əgər sənədin əsli göstərilən yükün həmin gəmidə daşındığı müəyyən və ya bütün müddət ərzində sığortalanmış gəmidə olmuşdursa, konosamentin və /və ya mala sərəncam verən müvafıq sənədin əslinin təqdim edilməsi müqabilində yükün verilməsi;
• Sikkələrin, külçələrin, qiymətli və ya nadir metalların və ya daşların, möhür formalannın və ya başqa obyektlərin, nadir və ya öz mahiyyəti etibarilə qiymətli banknotların və ya digər ödəniş vasitələrinin, istiqrazların və ya başqa dövriyyəqabiliyyətli sənədlərin daşınması.
4.1.2. Sığortalanmış gəmidəkiəmlakınməhv olması və ya zədələnməsinə görə məsuliyyət:
Əgər əmlak:
• Sərnişinlərin, komanda üzvlərinin və ya digər fıziki şəxslərin şəxsi əşyaları deyilsə;
• Yükə görə məsuliyyətlə bağlı deyilsə (bax. Bölmə 2, bənd. 1.1);
• Sığortalanmış gəminin hissəsi deyilsə.
Konteynerlərin, avadanlığın, yanacağın və ya sığortalanmış gəmidə olmuş və ya yerləşən digər əmlakın məhv olması və ya zədələnməsinə görə məsuliyyətlə əlaqədar Sığortalının xərclərinin əvəzi ödənilir.
4.1.3. Sığortalanmış gəminin başqa gəmilər ilə toqquşmasına görə məsuliyyət:
Sığortalanmış gəminin başqa gəmilər ilə toqquşması nəticəsində Sığortalının digər gəmilərin Sahiblərinə ödəməli olduğu zərərlərin əvəzi ödənilir.
Habelə, gəmilərin toqquşma nəticəsində aşağıdakılarla bağlı yaranan xərclər də təminata daxildir:
a) batmış əmlakın çıxardırılması;
b) gəmilərin və onların üstündə xxxx əmlakdan başqa hər hansı digər əmlakm zədələnməsi;
c) sığortalanmış gəmidəki yükün və ya digər əmlakın zədələnməsi, birgə zərərlə bağlı ödəmələr, yükün və ya əmlakın sahibinin xilas etmə ilə bağlı xərcləri;
ç) üçüncü şəxslərin ölümü, zədələnməsi və ya xəstələnməsi;
d) sığortalanmış gəminin toqquşduğu gəmidən və ya onun üzərindəki əmlak istisna olmaqla, hər hansı digər əmlakın çirkləndirilməsi;
Bununla bağlı:
• bir Sığortalıya məxsus xxxx gəmilər toqquşduqda, onun Sığortaçıdan ödəniş almaq hüquqi vardır və öz növbəsində Sığortaçı da belə gəmilərə münasibətdə onların ayrı- ayrı şəxslərə məxsus olduğu zaman malik olduğu hüquqlara sahibdir;
• Sığortalanmış gəminin Gövdə Sığortası Müqaviləsindəki (polis) toqquşmaya görə məsuliyyət müddəasına əsasən ödənilən zərərlər, bu bölməyə əsasən sığorta təminatına daxil edilmir.
4.1.4. Üzən və hərəkət etməyən obyektlərin zədələnməsinə görə məsuliyyət:
Sığortalanmış gəminin gəmi olmayan hər hansı bir üzən, hərəkət etməyən və ya başqa obyekti zədələməsinə görə Sığortalının üçüncü şəxslərə ödəməli olduğu zərərlərin əvəzi ödənilir.
Əgər sığortalanmış gəmi Sığortalının özünə tam və ya qismən məxsus xxxx-hər hansı bir obyekti zədələmişdirsə, bu halda Sığortalı, bu obyektlərin sanki, üçüncü şəxslərə tam və ya qismən məxsus olması düşüncəsindən çıxış edərək, Sığortaçıdan zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdir.
4.1.5. Yedəyə almamüqaviləsiüzrə məsuliyyət:
Sığortalanmış gəminin yedəyə alınması müqaviləsi ilə əlaqədar və aşağıdakıların nəticəsində Sığortalının ortaya çıxan zərərlərinin əvəzi ödənilir:
a) sığortalanmış gəminin limana girməsi və çıxması və ya adi üzgüçülük şəraitində liman daxilində yerinin dəyişdirilməsi məqsədilə yedəyə alınması;
b) yedək vasitəsilə bir limandan digərinə və ya bir yerdən başqa yerə yerdəyişməsi normal hesab edilən sığortalanmış gəmilərin yedəyə alınması;
c) yedəklənmənin şərtləri əvvəlcədən Sığortaçı ilə razılaşdırılmaqla, sığortalanmış gəminin başqa gəmiləri yedəyinə xxxxxx.
4.1.6. Gəmininqəzaya uğraması nəticəsində batanəmlakın çıxarılmasma görə məsuliyyət:
Aşağıdakı xərclərin əvəzi ödənilir:
a) əgər qanunvericiliyə əsasən bu tədbirlərin görülməsi məcburidirsə və ya bu xərclərin ödənilməsi Sığortaçının borcudursa, sığortalanmış gəminin qalıqlarının qaldırılması, kənarlaşdırılması, məhv edilməsi, işıqlandırılması və ya işarə olunması nəticəsində çəkilən xərclər; b)əgər qanunvericiliyə əsasən bu tədbirlərin görülməsi məcburidirsə və ya bu xərclərin ödənilməsi Sığortaçının borcudursa, Sığortalanmış gəmidə daşınan əmlakın (neft və digər çirkləndirici maddələr istisna olmaqla) qaldırılması, kənarlaşdırılması, və ya məhv edilməsi ilə bağlı xərclər;
c)qalıqlardan neftin və ya digər çirkləndirici maddələrin atılması və ya sızmasına görə məsuliyyət də daxil olmaqla, sığortalanmış gəminin qalıqlarının yerinin qeyri-ixtiyari dəyişməsi, yaxud belə qalıqların qaldırılması, kənarlaşdırılması, məhv edilməsi, işıqlandırılması və ya işarə olunması üçün tədbirlərin görülməməsi ilə əlaqədar xxxx xərclər;
Bu halda:
Bu bölmənin «a» bəndinə əsasən iddia edilən zərər məbləğindən xilas edilmiş əmlakın, materialların, həmçinin qalıqların dəyəri çıxılır. Əgər belə bir fərq əmələ gələrsə, Sığortaçı tərəfindən verilən ödəniş yalnız alınmış fərq miqdarı ilə məhdudlaşır. Sığortalanmış gəminin qalıqlarının qaldırılması, kənarlaşdırılması, məhv edilməsi, işıqlandırılması və ya işarə olunması üçün tədbirlər görülənə və ya məsuliyyətin və xərclərin ortaya çıxmasına səbəb xxxx hadisə baş verənə qədər, Sığortalı Sığortaçının yazılı razılığı olmadan sığortalanmış gəminin qalıqlarına xxxx əmlak hüquqlarını başqasına ötürdükdə zərərlərin əvəzi ödənilmir.
4.1.7. Sığortalanmış gəmilərdən neft və digər çirkləndirici maddələrin axması (tullanılması) nəticəsində suların və ya sularda yerləşən hər hansı əmlakın çirkləndirilməsilə vurulan zərərə görə məsuliyyət:
Aşağıdakı xərclərin əvəzi ödənilir:
a) zərərin əvəzinin ödənilməsi üçün Sığortalının ödədiyi məbləğlər, həmçinin milli qanunvericiliyə və beynəlxalq konvensiya və sazişlərə müvafiq olaraq, Sığortalının ödəməli olduğu xərclər.
b) müstəsna olaraq, xəbərdarlıq etmək və çirklənmənin qarşısını almaq məqsədilə Sığortalının ağlabatan xərcləri.
4.1.8. Fiziki şəxslərə vurulan zərərə görə məsuliyyət (sığortalanmış gəminin ekipaj üzvləri istisna olmaqla):
a) Sığortalanmış gəminin istismarı zamanı bədən xəsarəti, xəstəlik və ya ölüm hadisələriilə əlaqədar ortaya çıxan xərclər sığorta təminatına daxil edilir. Göstərilən bədən xəsarəti, xəstəlik və ya ölümlə nəticələnən sığorta hadisələri ilə əlaqədar xəstəxanada yerləşdirilmə, tibbi xərclər və dəfn xərcləri ilə bağlı zərərlər də ödənilir.
b) sərnişinlərin təyinat yerinə çatdırılması və ya göndərilmə limanına qaytarılması xərcləri də
daxil olmaqla, bədbəxt hadisə, qəza nəticəsində sığortalanmış gəminin sərnişinlərinin xərcləri də sığorta təminatına daxildir. Bədbəxt hadisə nəticəsində sərnişinlərin şəxsi əşyalarına dəyən zərərə görə də ödəniş verilir.
Daşıyıcının məsuliyyəti ilə bağlı sərnişin biletinə daxil edilən şərtlər «Atəşgah» Sığorta Şirkəti ilə razılışdırılmalıdır.
Əgər müqavilədə (şəhadətnamədə) başqa cür nəzərdə tutulmamışdırsa, nağd pul, çek, bank
sənədləri, qiymətli və nadir metallar, daşlar, qiymətli və nadir əşyalar, incəsənət əsərləri və antikvariatlarla bağlı zərərin əvəzi ödənilmir.
4.1.9 Sığortalının və/və ya onun işçilərinin (onlar tərəfindən xidməti vəzifələrinin yerinə yetirilməsi ilə
əlaqədar) cərimələnməsi ilə əlaqədar məsuliyyət.
Sığorta aşağıda sadalanan cərimə növlərini əhatə edir:
a) çatdırılan yükün əksik (zədələnməsi)/ artıq gəlməsinə görə cərimələr;
b) dənizin neft və neft məsulları ilə çirkləndirilməsinə görə cərimələr;
c) gəminin vəziyyətinin və/və ya təchizatının dəniz təcrübəsinin tələbrinə uyğun olmamasına
görə cərimələr.
4.1.10 Zərərin qarşısının alınması və/və ya həcminin azaldılması üçün çəkilən xərclər.
Sığortaçı ilə razılaşdırmaqla, gəmi sahiblərinin sığorta hadisələri ilə əlaqədar onların maraqlarının müdafiə olunmasına, tələblərin həcminin azaldılmasına və ya rədd edilməsinə yönəlmiş ağlabatan xərclərinin əvəzi ödənilir.
Sığortalanmış risqlər üzrə məhkəmə və arbitraj işlərinin aparılması və arbitraj mübahisələri ilə bağlı xərclər, dövlət rüsumu təminata daxil edilir.
4.1.11 Azadolma məbləği.
Azadolma məbləğinin miqdarı Sığortaçı ilə Sığortalı arasında razılaşdırılır.
4.2. Əlavə sığorta təminatı
Əvvəlcədən yazılı şəkildə razılaşdırılmaqla və əlavə sığorta haqqı müqabilində «Atəşgah» Sığorta Şirkəti bu Qaydaların məzmununda konkret olaraq istisna olunmayan və ya nəzərdə tutulmayan aşağıdakı risrlərə qarşı təminat verə bilər:
4.2.1.Hərbi əməliyyatlar və ya hərbi tədbirlər və ya onların nəticələri, vətəndaş müharibəsi, xalq iğtişaşları, əmək münaqişələri nəticəsində yaranan Sığortalının məsuliyyəti.
4.2.2. Yedəkçi və ya hər hansı digər xilasedici gəminin məsulıyyəti:
Xilasetmə əməliyyatlarının gedişində ortaya çıxan zərər və xərclərin əvəzi ödənilir.
4.2.3. Sığortalanmış gəminin qabaqcadan nəzərdə tutulmuş marşrutdan kənara çıxması nəticəsində yaranan məsuliyyət:
Xəstənin ən yaxın limana çatdırılması üçün nəzərdə tutulmuş marşrutdan kənara çıxılması, onun gəlib çatmasınm gözlənilməsi, marşrutun dəyişilməsi, qaçqınlann və ya biletsiz sərnişinlərin sahilə çıxarılması, o cümlədən:
• Yanacağın dəyəri;
• Sığorta;
• Ekipajın əmək haqqı;
• Liman vergisi (rüsumları) ilə əlaqədar ortaya çıxan xərclər də sığorta təminatına daxildir.
4.2.4.Üçüncü şəxslərə qarşı əks iddiaların irəli sürülməsi üzrə xərclərə görə məsuliyyət (hüquqi müdafiə sığortası):
Bu Qaydalara əsasən, ortaya çıxan xərclərə və zərərə görə məsuliyyət daşıya biləcək üçüncü şəxslərə qarşı Sığortalı, o cümlədən:
• Stividor şirkətləri;
• Xxxxx qurğularının və üzən qurğuların sahibləri;
• Sığortalanmış gəmi ilə toqquşan gəmilərin sahibləri;
• Daşınması zamanı digər yüklərin zədələnməsi ilə nəticələnən yükün sahibləri tərəfindən irəli sürülən tələb və ya iddialarla, arbitrajlarda və məhkəmələrdə işlərin aparılması
4.2.5.Xxx xxxxxx müqaviləsinin pozulmasına görə məsuliyyət:
II bölmənin 3-cü hissəsinin müddəaları nəzərə alınmaqla, Sığortalı tərəfindən xxx xxxxxx
müqaviləsinin şərtlərinin pozulması, o cümlədən anbar konosamenti üzrə yükün göyərtədə daşınması nəticəsində ortaya çıxan xərclərin və zərərlərin əvəzi ödənilir, o şərtlə ki, belə pozuntu nəticəsində xxx daşıyan öz məsuliyyətinin məhdudlaşdırılması hüququndan və ya konosamentdə yaxud bu daşımaya tətbiq edilən hər hansı digər hüquq mənbəyində nəzərdə tutulan müstəsna qeyd-şərtlərə istinad etmək hüququndan məhrum edilə bilsin.
4.2.6.Bildirilmiş dəyəri xxxx konosament üzrə məsuliyyət:
Bildirilmiş dəyəri xxxx konosament üzrə daşınan yükün məhv olması və ya zədələnməsi nəticəsində Sığortalının çəkdiyi xərclərin və zərərlərin yalnız, məhv olmuş/zədələnmiş yükün dəyərinin mövcud qanunvericiliklə xxx daşıyanın məsuliyyətinin (məbləğin çoxluğundan asılı olaraq, yükün yerinə və ya təkliyinə görə) həddi kimi müəyyən edilən məbləği və ya daşıma şərtlərini tətbiq etməklə xxx daşıyanın öz məsuliyyətini məhdudlaşdırdığı məbləği aşan hissəsinin əvəzi ödənilir.
Maddə 5. Sığorta risklərindən istisnalar
Sığortalının bu Qaydalarda nəzərdə tutulan zərərləri və xərcləri aşağıdakı halların nəticəsində ortaya çıxmışdırsa, sığorta ödənişi verilmir:
5.1.Sığortalının qərəzli hərəkətləri.
5.2.Yola çıxana qədər gəminin dənizə yararsızlığı haqqında Sığortalının xəbərdar olması.
5.3. Sığorta müqaviləsində xüsusi olaraq qeyd olunmamışdırsa, aşağıda sadalanan faktlar:
5.3.1. Muharibə, hərbi əməliyyatlar və ya digər hərbi tədbirlər.
5.3.2. Vətəndaş müharibəsi, inqilab, qiyam, xalq iğtişaşları.
5.3.3. Tətillər, lokautlar və analoji hadisələr.
5.3.4. Hərbi əməliyyatların, tətillərin və s. (fırıldaqçılıq və dəniz quldurluğu halları istisna olmaqla) nəticəsində əsir alınma, tutulma, həbs edilmə və ya tutulub saxlanılma.
5.3.5. Mina, torpeda, bomba, raket, mərmi, partlayıcı maddə və ya digər hərbi sursatlarm təsiri (yuxarıda göstərilən əşyaların sığortalanmış gəmidə xxx kimi daşınması nəticəsində ortaya çıxan zərərlər və və ya xərclər istisna olmaqla)
5.3.6. Siyasi motivlərlə həyata keçirilən sabotaj və ya terrorçuluq aktları.
5.3.7. Hökumətin və ya hakimiyyət funksiyalarını icra edən hər hansı orqanın tapşırığı ilə müsadirə, rekvizisiya və ya analoji tədbirlər.
5.3.8. Gəminin qaçaqmalçılıq və ya digər qanunsuz əməliyyatlarda iştirak etməsi.
5.3.9. Yuxarıda göstərilən hərəkətlərin edilməsinə cəhd.
5.3.10. Sığortalanmış gəmidə həm xxx kimi daşınan, həm də onun xaricində xxxx nüvə yanacağının və ya radioaktiv məhsulların və ya tullantıların ionlaşdırıcı radiasiya, toksik, partlayıcı və ya digər təhlükəli xüsusiyyətləri.
5.4. ixtisaslaşdırılmamış sığortalanmış gəminin aşağıdakı məqsədlərlə istifadə olunması:
5.4.1. xilasetmə.
5.4.2. qazıma.
5.4.3. dənizin dibininn dərinləşdirilməsi.
5.4.4. xxxx kəmərinin çəkilməsi.
5.5 Sığortalının aşağıda göstərilən hərəkətləri və ay hərəkətsizliyi:
5.5.1. xxxxxx dərəcəsi haqqında yanlış məlumatların verilməsi.
5.5.2. Digər Sığortaçılarla bağlanmış və sığorta hadisəsi zamanı qüvvədə xxxx sığorta müqavilələr haqqında məlumat verilməməsi.
5.5.3. Xxxxxx dərəcəsinin dəyişməsi haqqında məlumat verilməməsi.
5.5.4. Zərərin qarşısının alınması və/və ya həcminin azaldılması üçün tədbirlərin görülməməsi.
5.5.5. Baş vermiş sığorta hadisəsi haqqında müəyyən edilmiş müddətdə xəbər verilməməsi.
5.5.6. Qəsdən yanlış sənədlərin verilməsi.
5.5.7. Sığortaçının cavabdeh şəxslərdən tələb hüququnun təmin olunmaması və ya əgər göstərilən zərər və xərclər:
5.6. Sığortalının dolayı zərərləridirsə və aşağıdakı xüsusiyyətə malikdirlərsə:
5.6.1. sığortalanmış gəminin və ya onun hər hansı hissəsinin məhv olunması və ya zədələnməsi ilə əlaqədar ortaya çıxmışsa.
5.6.2. Sığortalıya məxsus xxxx və ya icarəyə götürülmüş sığortalanmış gəmidə yerləşən avadanlıqların, konteynerlərin, gəmi təchizatlarının, ləvazimatlarının, yanacağın məhv olması və ya zədələnməsi ilə əlaqədar ortaya çıxmışsa.
5.6.3. Yükün çatdırılmaması və ya əksik gəlməsinə görə Sığortalı tərəfindən ödəniləcək zərərin bir hissəsi olması halları istisna olmaqla, fraxtın və ya icarə haqqının itirilməsi ilə əlaqədar Sığortalıya qarşı və ya onun özü tərəfindən irəli sürülmüş tələblərlə bağlı ortaya çıxmışsa.
5.6.4. Yükün çatdırılmaması və ya əksik gəlməsinə görə Sığortalı tərəfindən ödəniləcək zərərin bir hissəsi olması halları istisna olmaqla, sığortalanmış gəminin demereci və ya gecikməsi ilə əlaqədar Sığortalıya qarşı və ya onun özü fərəfindən irəli sürülmüş tələblərlə bağlı ortaya çıxmışsa.
Maddə 6. Sığorta müqaviləsinin bağlanması həmçinin ona əlavələr və dəyişikliklər edilməsi və xitam verilməsi qaydası
6.1. Sığorta müqaviləsini bağlamaq üçün Sığortalı aşağıdakı sənədləri təqdim etməlidir:
6.1.1 Sığorta haqqında ərizə.
6.1.2. Ərizə yazılı şəkildə təqdim edilir.
6.1.3 Ərizədə aşağıdakılar göstərilməlidir:
6.1.3.1. Sığortalıınn adı və ünvanı. 0.0.0.0.Xxxx hesabının nömrəsi.
6.1.3.3. Sığortalanacaq gəmilər haqqında məlumat:
• Adı;
• Tonnajı;
• Növü.
• Üzgüçülük rayonu (sahəsi);
• Daşınan yüklər;
6.1.3.4. sığorta ediləcək risklərin siyahısı.
6.1.3.5. sığorta ediləcək risklər üzrə son 5 (beş) ilə zərərlərin statistikası.
6.1.3.6. Sığortanın müddəti.
6.1.3.7. Sığortanın valyutası.
6.1.3.8. Sığortaçının məsuliyyətinin həddi (Sığorta məbləği).
6.1.4. Sığorta müqaviləsi bağlanarkən Sığortalı xxxxxx baş vermə ehtimalınm müəyyən edilməsi üçün mühüm əhəmiyyət daşıyan və xəbərdar olduğu bütün digər halları Sığortaçıya bildirməyə borcludur.
6.2. Gəmilərə baxış keçirilməsi
6.2.1. Sığortaçı sığortalanacaq gəmilərə baxış keçirməyə haqlıdır.
6.2.2. Sığortaçı tərəfindən sığortalanmış gəmilərə sığorta müqaviləsi ərzində istənilən vaxt baxış keçirilə keçirilə bilər.
6.2.3. Belə baxışlar keçirilən zaman Sığortalı Sığortaçıya yardım etməyə və lazımi texniki vasitəbrinin verilməsini təmin etməyə borcludur.
6.3. Sığorta müqaviləsinin bağlanması
6.3.1. Sığorta müqaviləsi yazılı şəkildə bağlanır.
6.4. Sığorta şəhədətnaməsi
6.4.1. Sığorta şəhədətnaməsi sığorta müqaviləsinin bağlandığını təsdiq edən əsas sənəddir.
6.4.2 Şəhədətnamədə və onun əlavələrində aşağıda sadalananlar göstərilir:
a) Sənədin adı.
b) Sığortaçının adı, hüquqi ünvanı və bank rekvizitləri.
c) Sığortalının adı, soyadı, atasının adı və ünvanı. ç) sığortanın obyekti.
d) sığorta məbləğinin miqdarı.
e) sığorta riski.
ə) sığorta haqqının miqdarı, ödənilmə müddətləri və qaydası.
q) sığorta müqaviləsinin qüvvədə olma müddəti.
g) müqavilənin dəyişilmə və xitam edilmə qaydaları.
i) tərəflərin razılığı ilə qəbul edilən digər şərtlər, o cümlədən sığorta Qaydalarına əlavələr və ya istisnalar.
k) tərəflərin imzaları.
6.4.3 Sığortalı yeni gəmilərin sığortalanması haqqında və ya sığortalanmış gəmilərin müqavilələrinin ləğv olunması haqqında yazılı şəkildə Sığortaçıya ərizə göndərir.
6.5. Xxxxxx dəyişilməsi
6.5.1. Sığorta şəhadətnaməsinin qüvvədə olduğu müddət ərzində Sığortalı sığorta müqaviləsi bağlanan zaman Sığortaçıya bildirdiyi hallarda baş verən, həmçinin sığorta riskinə əhəmiyyətli dərəcədə təsir edə biləcək və ona məlum xxxx digər bütün dəyişikliklər haqqında Sığortaçıya təxirə salınmadan məlumat verməlidir.
6.5.2. Xxxxxx artmasına təsir edən hallar barəsində məlumatı aldıqdan sonra Sığortaçı siğorta şəhadətnaməsinin şərtlərinin dəyişdirilməsini və ya xxxxx riskə mütənasib olaraq əlavə sığorta mükafatının ödənilməsini tələb etmək hüququna malikdir. Əgər Sığortalı sığorta şəhadətnaməsinə edilən dəyişikliklərlə razılaşmazsa, və yaxud əlavə sığorta haqqı ödəməkdən imtina edərsə, sığorta şəhadətnaməsi riskdəki bu dəyişikliyin baş verdiyi andan etibarsız sayılır.
6.6. Sığorta şəhədətnaməsinə xxxx əlavələr
Sığorta qaydaları dəyişildikdə, o cümlədən xxxxxx dərəcəsində, və məhz sığorta təminatının məbləğində, sığorta müqaviləsinin müddətində və sığorta haqqı tarifində dəyişiklik olduqda Sığortaçı göstərilən dəyişikliklərin qüvvəyə minməsi haqqında Sığortalıya əlavə sənəd verir.
6.7. Sığortanın valyutası
Müqavilə tərəflərin razılığı ilə istənilən valyutada bağlana bilər.
6.8. Sığorta müddəti
6.8.1. Sığorta müqaviləsi qısa və ya uzun müddətli bağlanıla bilər.
6.8.2. Qısa müddətli sığorta müqaviləsi sığorta şəhədətnaməsində göstərilən müddətin bitməsi ilə qüvvədən düşür.
6.8.3. Əgər bu bölmənin 8.4 bəndinə uyğun olaraq xəbərdarlıq edilməzsə, uzun müddətli sığorta müqaviləsi, hər il razılaşdırılan şərtlər əsasında yeni müddətə bağlanmalıdır.
6.8.4. Uzun müddətli sığorta müqaviləsi tərəflərdən hər hansı birinin müqavilənin sona çatma tarixindən 30 gün əvvəlcədən digərinə təqdim etdiyi yazılı xəbərdarlıq vasitəsilə xitam edilə bilər.
6.8.5. Sığorta müqaviləsi sığorta şəhədətnaməsində müqavilənin qüvvəyə minmə tarixi kimi göstərilən tarixdən qüvvəyə minir.
6.9. Sığortanın ərazisi.
Əgər şəhədətnamədə sığortanın ərazisi göstərilmişdirsə, yalnız həmin ərazidə (gəmiçilik rayonunda) baş verən sığorta hadisələri bu sığorta təminatına daxil edilir. Müqavilədə (şəhədətnamədə) başqa hal nəzərdə tutulmamışdırsa, sığorta Azərbaycan Respublikasının ərazisində qüvvədədir.
6.10. Müqavilənin ləğv edilməsi.
6.10.1.Sığorta müqaviləsinə aşağıdakı hallarda xitam verilir:
6.10.1.1. Müəyyən olunmuş müddətdə sığorta haqqının ödənilməməsi.
6.10.1.2. Sığortalının (hüquqi şəxs) ləğv edilməsi.
6.10.2. Hər hansı bir gəminin sığorta müqaviləsinə aşağıdakı hallarda xitam verilir: 6.10.2.1.Onun satılması və ya hər hansı şəkildə özgəninkiləşdirilməsi.
6.10.2.2.Gəminin Klasının ləğv olunması və ya belə bir Klasın alınmasından imtina.
6.10.2.3. Gəminin xəbərsiz xxxxx düşməsi.
6.10.2.4. Gəminn faktiki və ya konstruktiv tam məhv olması.
6.10.3. Sığorta müqaviləsinin ləğv edilməsinə və ya dayandırılmasına baxmayaraq, tərəflər, sığorta müqaviləsinin ləğvinə gətirib çıxaran hadisələrə görə məsuliyyət halları da daxi olmaqla, həmin müqavilənin xitam olunmasına qədər keçən bütün müddət üçün sığorta müqaviləsindən irəli gələn bütün öhdəlikləri üzrə məsuliyyət daşıyırlar.
6.11. İkiqat sığorta.
6.11.1. Sığortalı, bu Qaydalara əsasən, sığortaya təqdim etdiyi risklərlə bağlı daha əvvəl bağlanmış və qüvvədə xxxx sığorta müqavilələri Sığortaçıya məlumat verməyə borcludur.
6.11.2 Belə bir ikiqat sığorta mövcud olduqda, Sığortalıya zərərin yalnız bu maddənin 11.1 bəndi ilə ödənilə bilməyən hissəsi ödənilir.
6.12. Bildiriş
Sığorta müqaviləsi üçün mühüm əhəmiyyət kəsb edən hallar haqqında hər hansı tərəfin xəbərdarlığı yazılı şəkildə həyata keçirilməlidir.
Maddə 7. Tərəflərin hüquq və vəzifələri
7.1. Sığortalının vəzifələri :
7.1.1. Sığorta haqqını vaxtında ödəmək;
7.1.2. Sığorta müqaviləsi bağlanarkən özünə məlum xxxx, sığorta riskinin qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən hallar, həmçinin mövcud sığorta predmetinə münasibətdə bağlanmış və bağlanan bütün sığorta müqavilələri barədə Sığortaçını məlumatlandırmaq;
7.2. Sığortaçının vəzifələri:
7.2.1. Sığortalı tərəfindən sığorta hadisəsinin baş verməsi riskini və sığorta predmetinə dəyə bilən mümkün zərərlərin həcmini azaldan tədbirlər həyata keçirildikdə və ya sığorta predmetinin həqiqi dəyəri artdığı halda, Sığortalının ərizəsi əsasında bu hallar nəzərə alınmaqla Sığorta müqaviləsini yenidən bağlamaq;
7.2.2. sığorta hadisəsi baş verdikdə, sığorta predmetinə dəyən zərərin aradan qaldırılması və ya azaldılması üçün Sığortalının çəkdiyi xərclərin əvəzini ödəmək;
7.2.3. Sığortalı və onun əmlak vəziyyəti barədə məlumatı yaymamaq.
7.2.4. sığorta hadisəsinin baş verməsi barədə məlumat aldıqda:
7.2.4.1. sığorta hadisəsinin baş verdiyi yerə baxış keçirmək, sığorta aktı tərtib etmək və Sığortalının təqdim etdiyi sənədlər əsasında zərərin həcmini müəyyən etmək;
7.2.4.2. sığorta ödənişi məbləğinin hesablanmasını həyata keçirmək;
7.2.4.3. Bu Qaydalarda müəyyən edilmiş müddətdə, sığorta aktı və zərərin həcminin hesablanması əsasında sığorta ödənişini həyata keçirmək.
7.3. Sığortaçı aşağıdakı hüquqlara malikdir:
7.3.1. Hadisənin araşdırılması ilə bağlı həyata keçirilən bütün araşdırmalarda iştirak etmək;
7.3.2. Sığortalını məhkəmədə təmsil etmək;
Maddə 8. Sığorta hadisəsi baş verdikdə Sığortalının vəzifələri
8.1. Bu Qaydalar əsasında bağlanmış Sığorta müqaviləsi üzrə sığorta hadisəsinin baş verməsi barədə Sığortalı, yaxud Xxxxxxxxxx şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün xxxx ən qısa müddət ərzində Sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda qanunvericiliyə uyğun olaraq həmin hadisə barədə məlumatlandırılmalı xxxx səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir.
8.2. Sığorta müqaviləsində, yaxud şəhadətnaməsində sığorta hadisəsinin baş verməsi barədə məlumat verməyin müddəti və (və yaxud) metodu göstərilmişdirsə, bu müəyyən olunmuş müddətdə və həmin metodla həyata keçirilməlidir.
8.3. Təhlükəsizliyin təmin edilməsinin əksini tələb etdiyi hallar istisna olmaqla, Sığortalı hadisə barədə sübutları Sığortaçı onlara baxış keçirənə qədər qoruyub saxlamalıdır.
8.4. Sığorta hadisəsi faktının və şəraitinin, itkilərin həcminin təsdiq edilməsi və (və ya) sığorta ödənişinin həcminin müəyyənləşdirilməsi üçün qanunvericilik və işgüzar adətlərə uyğun olaraq tələb olunan sənədlər və məlumatlar da daxil olmaqla, Sığortalı özündə xxxx bütün sənədləri Sığortaçıya təqdim etməlidir.
8.5. Sığortalı Sığortaçıya araşdırma aparmağa və ona zərərin baş verdiyi şəraiti, onun xarakteri və həcmini müəyyənləşdirmək üçün əhəmiyyət daşıyan sənədlərlə maneəsiz xxxxx olmaq imkanını verməlidir;
8.6. Sığorta təminatı verildikdən sonra Sığortalının itkiləri üçüncü şəxslər tərəfindən tam şəkildə, yaxud qismən ödənilərsə, o cümlədən qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti ərzində qanuna görə Sığortalını sığorta təminatını əldə etmək hüququndan tam şəkildə və ya qismən məhrum edən şərait yaranarsa, üçüncü şəxslərdən vəsaitləri aldıqdan sonra, yaxud Sığortaçıdan qanun əsasında sığorta təminatının müvafiq hissəsini Sığortaçıya qaytarmaq əsasında ödənişinin ödənilmə tələbi alındıqdan sonra 5 iş günü ərzində müvafiq məbləği xxxx qaytarmalıdır.
Maddə 9. Sığorta ödənişinin həyata keçirilməsi qaydası
9.1. Sığorta ödənişi qanunvericiliklə zərərin əvəzinin ödənilməsi üçün nəzərdə tutulmuş həcmdə
hesablanır.
9.2. Sığorta hadisəsinin baş verməsi, zərərçəkənin sığorta ödənişi almaq hüququnun və Sığortalının onu ödəmək vəzifəsinin olması, sığorta hadisəsi ilə dəyən zərər, həmçinin zərərin həcmi arasında səbəb əlaqəsinin mövcudluğu barədə mübahisə yaranmadıqda, irəli sürülmüş tələb təmin edilir və sığorta ödənişi məhkəmədənkənar qaydada həyata keçirilir.
9.3. Bu halda zərərin həcmini və sığorta ödənişi məbləğini, zərərin vurulması faktı və nəticələri haqqında səlahiyyətli orqanın sənədləri əsasında, həmçinin çəkilən xərcləri təsdiq edən arayışlar, hesablar və digər sənədlər nəzərə alınmaqla Sığortaçı müəyyən edir. Sığorta ödənişi məbləğinin müəyyən olunması üçün zəruri hallarda Sığortalı da dəvət oluna bilər.
Sığortaçı bu Qaydalarda göstərilmiş sığorta hadisəsi nəticəsində dəyən faktiki zərərin müəyyən edilməsi üçün müstəqil ekspertləri cəlb etmək hüququna malikdir.
9.4. Bu Qaydaların 9.2-ci bəndində sadalanan hallar barədə mübahisə yaranarsa, sığorta ödənişi məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında həyata keçirilir.
9.5. Sığortalının sığorta hadisəsi ilə bağlı Sığortaçı ilə razılaşdırılmış əlavə xərclərinin (məhkəmə xərclərinin) əvəzinin ödənilməsi halları istisna olmaqla, Sığortaçı sığorta ödənişini bu Qaydalardakı mənada zərər çəkmiş üçüncü şəxsə verir.
9.6. Əgər sığorta müqaviləsi ilə təminat verilən sığorta hadisəsi nəticəsində dəymiş zərərin münasibətdə ödəniş Sığortalının özü tərəfindən vəsatət verən tərəfə həyata keçirilməlidirsə, onda Sığortaçı sığorta ödənişini Sığorta müqaviləsinin şərtləri və müddəalarına müvafiq olaraq Sığortalıya verməlidir.
Maddə 10. Sığorta ödənişinin verilməsi üçün tələb olunan sənədlərin siyahısı
Sığortalı sığorta hadisəsi ilə bağlı malik olduğu bütün sənədləri, o cümlədən aşağıdakı sənədləri sığorta ödənişinin verilməsi üçün Sığortaçıya təqdim etməlidir:
10.1. Sığorta hadisəsi haqqında yazılı ərizə (bildiriş);
10.2. Sığorta müqaviləsi (sığorta şəhadətnaməsi);
10.3. Sığorta hadisəsinin baş verməsini faktını təsdiq edən sənədlər (baş vermiş hadisənin səbəblərini və mümkün nəticələrini əhatə edən ekspert rəyi; baş vermiş hadisə ilə bağlı Sığortalıya qarşı irəli sürülmüş iddialar; sığorta hadisəsinin baş verməsi ilə əlaqədar sığorta ödənişinə düşən məbləği əks etdirən məhkəmə qərarı; hadisə nəticəsində vurulmuş əmlak zərərini təsdiq edən müvafiq sənədlər və s.)
10.4. Sığortaçının mülahizəsinə əsasən, sığorta ödənişinin verilməsi haqqında qərarı qəbul etmək üçün tələb olunan digər sənədlər.
Maddə 11. Ödənilməmiş sığorta haqqının hesaba alınması
Əgər sığorta ödənişinin verilməsi anına qədər sığorta xxxxx xxx ödənilməmişdirsə, Sığortaçı ödəniş zamanı sığorta haqqının qalan hissəsini tutmaqda haqlıdır.
Maddə 12 . Sığorta ödənişinin verilməsindən imtinanın əsasları
12.1. Əgər Sığorta müqaviləsində başqa cür nəzərdə tutulmamışdırsa, aşağıdakı halların nəticəsində ortaya çıxan istənilən zərərlərin bu sığorta ilə əvəzi ödənilmir və sığorta ödənişinin verilməsindən imtina edilir:
12.1.1. Bu Qaydaların 8.1.-ci bəndlərinin tələblərinə əməl edilməməsi nəticəsində, o cümlədən sığorta predmeti və (və ya) sığorta hadisəsi barəsində Sığortalının Sığortaçıya qəsdən yanlış məlumat verməsi
nəticəsində Sığortaçının sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması ilə əlaqədar olaraq onun mənafeləri əhəmiyyətli dərəcədə pozulduqda ;
12.1.2. Sığortalının, müvafiq hallarda zərərçəkənin sığorta hadisəsinin baş verməsinə yönələn qəsdən etdiyi hərəkəti və ya hərəkətsizliyi, habelə sığorta hadisəsi ilə birbaşa səbəb əlaqəsində xxxx qəsdən cinayət törətməsi;
12.1.3. Sığorta müqaviləsi və ya qanunla hərbi risklərin sığortalanması nəzərdə tutulmadıqda hadisənin baş verməsinin hərbi əməliyyatlar və ya hərbi xarakterli tədbirlər hesab edilən halların nəticəsi olması;
12.1.4. Sığortalının dəymiş zərərin qarşısını almaq və ya həcmini azaltmaq üçün lazımi və mümkün tədbirləri görmək iqtidarında olduğu halda, həmin tədbirləri qəsdən görməməsi; bu zaman sığorta ödənişindən o həcmdə imtina edilə bilər ki, Sığortalı mümkün tədbirləri xxxxxx olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı;
12.1.5. Sığortaçının sığorta hadisəsinin baş verməsi səbəblərini araşdırmasına Sığortalı tərəfindən maneçilik törədilməsi;
12.1.6. Sığortalının zərərin əvəzini tam olaraq zərər dəyməsində təqsirli xxxx şəxsdən xxxxxx; zərər vuran zərərin əvəzini qismən ödəmiş olduqda sığorta ödənişindən ödənilmiş məbləğ həcmində imtina edilir;
12.1.7. baş vermiş hadisənin Sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi;
12.1.8. sığorta hadisəsinin sığorta haqqının tam və ya onun ilk hissəsinin ödənilməsi müddəti başa çatdıqdan sonra baş verməsi halında sığorta haqqı ödənilməmiş olduqda;
12.1.9. sığorta hadisəsinin sığorta haqqının növbəti hissəsinin müqavilədə nəzərdə tutulmuş ödənilməsi müddəti başa çatdıqdan 15 gün sonra baş verməsi halında sığorta haqqının müvafiq hissəsi ödənilməmiş olduqda;
12.1.10. Sığorta müqaviləsinə görə hər hansı pretenziya aldatmaq və ya fırıldaqçılıq məqsədilə irəli sürüldükdə.
12.2. Sığorta ödənişi verməkdən imtina Sığortalıya imtinanın səbəbləri əsaslandırılmaqla yazılı formada bildirilir.
Maddə 13. Sığorta ödənişinin verilməsi, yaxud sığorta ödənişini verməkdən imtina olunması haqqında qərarın qəbul edilmə müddəti
13.1. Sığortaçı sığorta ödənişinin verilməsi, yaxud sığorta ödənişini verməkdən imtina olunması haqqında qərarı bu Qaydaların 10-cu maddəsində göstərilən sənədlərin təqdim edildiyi gündən sonra 15 iş günü ərzində qəbul edir.
13.2. Sığorta ödənişi sığorta aktına əsasən, bu akt imzalandığı tarixdən sonra 15 iş günü müddətində həyata keçirilir. Sığorta aktı zərərin səbəblərinin və həcminin bütün maraqlı tərəflərlə birlikdə tam şəkildə müəyyən edilməsi və razılaşdırılmasından, yaxud məhkəmə qərarının qanuni qüvvəyə minməsindən sonra tərtib olunur.
Maddə 14. SIĞORTA MÜKAFATI
14.1. Sığorta mükafatının hesablanması
14.1.1. Sığorta müqaviləsi bağlandıqdan sonra Sığortaçı Sığortalıya sığorta mükafatının ödənilməsi üçün hesab təqdim edir.
14.1.2. Mükafat gəminin tonnajı (brutto-həcmi) əsasında hesablanır. Tariflər illik əsaslarla müəyyən edilir. Qısa müddətli sığorta zamanı mükafatın tarifı sığorta dövrünün müddətinə mütanasib olaraq illik tarifdən təyin olunur.
14.1.3. Hesabda aşağıdakılar göstərilir:
14.1.3.1.Sığortalının adı.
14.1.3.2. Şəhədətnamənin (polisin) nömrəsi və tarixi. 14.1.3.3.Mükafatın məbləği
14.1.4. Mükafatın hesablanması.
14.1.5. Sığorta haqqlarının ödənilməsi müddətləri və miqdarı.
14.1.6. Sığortaçının bank hesabı.
14.2. Sığorta mükafatını ödəmək vəzifəsi
14.2.1. Sığortalı sığorta mükafatını hesabda göstərilən müddətdə və miqdarda ödəməyə borcludur.
14.2.2. Sığortalı bu bölmənin 2.1 bəndinə əsasən, mükafatı ödəmədikdə, Sığortaçı sığorta müqaviləsindən irəli gələn öhdəlikləri üzrə bütün ödənişləri dayandırmağa, habelə sığorta müqaviləsini xitam etməyə haqlıdır.
14.3. Mükafatın qaytarılması
14.3.1. Gəmi hər hansı bir təhlükəsiz limanda 30 ardıcıl gün ərzində körpüya bağlı (hərəkətsiz) qalarsa, illik inzibati xərclər üçün müəyyən edilmiş məbləğ çıxılmaqla, dayanacaqda olduğu müddətdə Sığortaçıya ödənilən mükafatın 90 %-i qaytarılır (dayanacağa qoyulan gün və dayanacaqdan çıxarılan gün birlikdə bir gün hesablanır).
14.3.2. Müqavilə ləğv olunduqda, gəminin sığortasının ləğv edildiyi gündən sığorta müqaviləsinin qüvvədə olma dövrünün son gününə qədər xxxx mükafat Sığortalıya qaytarılır.
Maddə 15. Mübahisələrin həlli qaydası
Sığortaçı ilə Sığortalı arasında Sığorta müqaviləsi üzrə yaranan bütün mübahisələr danışıqlar yolu ilə, razılığa gəlinmədikdə isə, məhkəmə qaydasında həll olunur.
Maddə 16. Sığorta müqaviləsində əlavə şərtlərin nəzərdə tutulması
Sığorta müqaviləsi bağlanarkən Sığortalı və Sığortaçı qanunvericiliyə zidd olmayan başqa şərtlər barədə razılığa gələ bilərlər.
Maddə 17. Sığorta müqaviləsinin şərtlərinin yerinə yetirilməməsinə və ya lazımi qaydada yerinə yetirilməməsinə görə tərəflərin məsuliyyəti.
Sığorta müqaviləsinin şərtlərinin yerinə yetirilməməsinə və ya lazımi qaydada yerinə yetirilməməsinə görə tərəflər bir birləri qarşısında Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş məsuliyyət daşıyırlar.