Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında sosial müdafiə sahəsində əməkdaşlıq haqqında Sazişin
Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında sosial müdafiə sahəsində əməkdaşlıq haqqında Sazişin
tətbiq edilməsinə dair PROSEDUR MÜQAVİLƏ
Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Sosial Müdafiə sahəsində əməkdaşlıq haqqında 1998-ci il 17 iyul tarixində Ankarada imzalanan Sazişin 26-cı maddəsinə əsasən Tərəflərin Səlahiyyətli Orqanları Sazişin tətbiq edilməsi ilə əlaqədar aşağıdakılar barədə razılığa gəldilər:
I b ö x x ə
ÜMUMİ MÜDDƏALAR
M a d d ə 1
Sosial Müdafiə Sazişinin 1-ci maddəsində müəyyən edilmiş anlayışlar bu Müqavilədə də həmin mənaları daşıyır.
M a d d ə 2
Sazişin 2-ci maddəsində göstərilən qanunvericilik aktlarının tətbiq olunmasında məsul Səlahiyyətli İdarələr aşağıdakılardır: 1. Azərbaycan Respublikası tərəfindən
1.1. "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanunu tətbiq edilən hallarda - Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu -Bakı şəhəri.
1.2. "Məşğulluq haqqında" Azərbaycan Respublikasının Qanunu tətbiq edilən hallarda - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi - Bakı şəhəri.
1.3. "Əmək Məcəlləsinin (Sazişin 2-ci maddəsinin 1-ci bəndinin b.3 və b.4 yarımbəndlərində göstərilən "Əməyin mühafizəsi haqqında" və "Məzuniyyətlər haqqında" qüvvədən düşmüş Azərbaycan Respublikası qanunlarının daxil olduğu Məcəllə) tətbiqi üzrə:
1.3.1. bütünlükdə - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi;
1.3.2. əmək xəsarəti və peşə xəstəliyinə görə yardımlar üçün bu hadisələrin baş verdiyi Azərbaycan Respublikasının müəssisə və təşkilatları, səlahiyyətli idarələri, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi;
1.3.3. əmək qabiliyyətinin müvəqqəti itirilməsinə, hamiləliyə və doğuma görə, uşağın anadan olmasına görə birdəfəlik müavinətlərə, qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çatana qədər uşağa qulluqla əlaqədar, həmçinin dəfn üçün və işsizlik müavinətlərinə görə - Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi.
1.4. "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikasının Qanunu tətbiq edilən hallarda - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu.
1.5. Tibbi yardım və tibbi sığorta məsələləri üzrə: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi (Bakı şəhəri), Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycanda tibbi sığortanı həyata keçirən təşkilatlar.
2. Türkiyə Respublikası Tərəfindən
2. 1. Fəhlələrə (kənd təsərrüfatı işçiləri də daxil olmaqla) aid qanunvericiliyi və 506 nömrəli Sosial Sığortalar Qanununun 20-ci keçid maddəsində göstərilən Fondlarla əlaqədar qanunvericiliyi tətbiq edən Sosial Sığortalar İdarə Başkanlığı - Ankara şəhəri.
2.2. Dövlət məmurları və qulluqçuları haqqındakı qanunvericiliyi tətbiq edən Türkiyə Respublikası Pensiya Fondu Baş İdarəsi - Ankara şəhəri.
2.3. Ustalar və Sənətkarlar - digər müstəqil şəkildə fəaliyyət göstərənlər və kənd təsərrüfatında öz hesabına fərdi olaraq işləyənlər haqqında qanunvericiliyin tətbiqi baxımından Bağ-Kur Baş İdarəsi - Ankara şəhəri.
3. Səlahiyyətli İdarələr bu Müqavilədə göstərilən vəzifələrdən başqa müqavilənin tətbiq edilməsinin asanlaşdırılması istiqamətində lazımlı tədbirləri görməyə və xüsusilə inzibati yardım göstərməyə və bu sahədə vasitəçilik etmək səlahiyyətinə malikdirlər.
4. Səlahiyyətli İdarələr Sosial Müdafiə Sazişi və bu Müqavilənin tətbiq edilməsi üçün zəruri xxxx formaları müəyyənləşdirirlər.
M a d d ə 3
Sazişin 5-ci maddəsində nəzərdə tutulan yardımlar Sazişin 3-cü maddəsində göstərilən şəxslərə bilavasitə ödənilir.
I I b ö x x ə
TƏTBİQ EDİLƏCƏK QANUNVERİCİLİKLƏ ƏLAQƏDAR MÜDDƏALAR
M a d d ə 4
1) Sazişin 7-ci maddəsinin 1, 2, 3, 4-cü bəndləri tətbiq edildikdə, sığortalı şəxs gəldiyi Tərəf ölkənin Səlahiyyətli İdarəsinə, onu göndərən Tərəf ölkəsinin qanunvericiliyinin tətbiq ediləcəyini təsdiq edən sənəd təqdim edir.
2) Bu sənəd Azərbaycan Respublikasında və ya Türkiyə Respublikasında sığortalı şəxsin axırıncı tabe olduğu qanunvericiliyin tətbiq edilməsində məsul xxxx Səlahiyyətli İdarə Tərəfindən hazırlanır.
M a d d ə 5
Sazişin 7-ci maddəsinin 6-cı bəndi ilə 8-ci maddəsinin 3-cü bəndində göstərilən şəxslər, onlara verilən seçmək hüququndan işləməyə başladıqları tarixdən etibarən 3 aylıq müddət ərzində istifadə edə bilərlər.
İşçi ona hansı Tərəf ölkənin qanunvericiliyinin tətbiq edilməsi ilə bağlı tələbini göstərən sənədi üç nüsxədə hazırlayaraq bir nüsxəsini işəgötürənə, iki nüsxəsini isə işlədiyi ölkədəki Səlahiyyətli İdarəyə təqdim edir.
Səlahiyyətli İdarə bu sənədləri təsdiq edir və bir nüsxəsini digər Tərəf ölkənin Səlahiyyətli İdarəsinə göndərir.
İşçinin öz fikrini Səlahiyyətli İdarəyə bildirdiyi aydan sonrakı növbəti ayın ilk günündən etibarən, ona seçdiyi Tərəf ölkənin qanunvericiliyi tətbiq edilir.
Sazişin 7-ci maddəsinin 6-cı bəndində və 8-ci maddəsinin 3-cü bəndində nəzərdə tutulan işçi seçmək hüququndan istifadə etmədikdə, işçinin işlədiyi Tərəf ölkənin qanunvericiliyi tətbiq edilir.
I I I b ö x x ə
XÜSUSİ MÜDDƏALAR
M a d d ə 6
1) Sazişin 10-cu maddəsinin tətbiq edilməsində bir ölkədən digərinə gedən işçilərin və onlarla gedən ailə üzvlərinin gəldikləri ölkədə xəstəliyə və analığa görə yardımlardan istifadə edə bilmələri üçün digər ölkədə keçən sığortalılıq müddətləri nəzərə alınmalıdırsa, bu işçilər yeni iş yerlərinin yerləşdiyi ölkədə bu yardımları göstərəcək Səlahiyyətli İdarəyə gəldikləri ölkədə keçən sığortalılıq müddətlərini təsdiq edən müvafiq sənəd təqdim etməlidirlər.
2) Həmin sənəd işçinin müraciəti əsasında bu ölkəyə gəlməzdən əvvəl qeydiyyatda olduğu Səlahiyyətli İdarə Tərəfindən verilir.
3) İşçi qeyd edilən sənədi təqdim edə bilmədikdə, yeni iş yerinin olduğu ölkədəki Səlahiyyətli İdarə bu sənədin göndərilməsi üçün digər ölkənin Səlahiyyətli İdarəsinə müraciət edir.
M a d d ə 7
Sazişin 11 -ci maddəsində göstərilən sığortalılar, digər Tərəf ölkədə müvəqqəti olduqları zaman tibbi yardımlardan istifadə edə bilmələri üçün, qeydiyyatda olduqları ölkənin Səlahiyyətli İdarəsindən aldıqları tibbi yardımlardan istifadə hüququnu təsdiq edən sənədi digər (gəldiyi) ölkənin Səlahiyyətli İdarəsinə təqdim etməlidir.
Sığortalı şəxs belə sənədi təqdim etmədiyi halda, gəldiyi ölkədəki Səlahiyyətli İdarə digər Tərəf ölkənin Səlahiyyətli İdarəsindən həmin sənədin göndərilməsini tələb edir.
Sazişin 11-ci maddəsində göstərilən şəxslərin tibbi yardım alıb-almaması hüququnun müəyyənləşməsi şərtləri, ailə üzvlərinin kimlər olduğu və yardımların müddəti, göndərən Tərəf ölkənin qanunvericiliyinə görə müəyyən edilir.
Sazişin 11-ci maddəsinə istinadən göstərilən yardımlarla əlaqədar Tərəf ölkənin qanunvericiliyinə uyğun olaraq hazırlanan qaimələr, bununla bağlı birgə hazırlanmış formalara işlənərək hər 6 aydan bir digər Tərəf ölkənin Səlahiyyətli İdarəsinə göndərilir. Bu idarə ödənilmiş yardımın tam məbləği qeyd olunan sənədləri aldığı gündən etibarən 3 ay müddətində ödəməlidir.
M a d d ə 8
Sığortalı şəxsin digər Tərəf ölkədə yaşayan ailə üzvlərinin Sazişin 12-ci maddəsi ilə müəyyən edilən tibbi yardımlardan istifadə etmələri üçün, onun işlədiyi ölkənin Səlahiyyətli İdarəsi bu məqsədlə hazırladığı müvafiq sənədi digər Tərəf ölkənin Səlahiyyətli İdarəsinə göndərir.
Yardımların qanuniliyi, işçinin ailə üzvlərinin müəyyənləşdirilməsi və yardımların ödənmə müddəti sığortalının işlədiyi ölkənin qanunvericiliyinə, yardımların əhatə dairəsi və yerinə yetirilməsi isə ailə üzvlərinin yaşadıqları ölkənin qanunvericiliyinə görə təyin edilir.
Yardımdan istifadə hüququnun başa çatmasına 30 gün qalmış Səlahiyyətli İdarə bunu sənədləşdirərək şəxsin yaşadığı ölkənin Səlahiyyətli İdarəsinə bildirir. Bu halda yardımlardan istifadə hüququ Səlahiyyətli Xxxxx tərəfindən hazırlanan sənədin rabitə müəssisəsinə təqdim edildiyi tarixdən etibarən 30 gün sonra xxxx xxxxx.
Sığortalı şəxs və onun ailə üzvləri, ailə üzvlərinin tibbi yardımlardan istifadə hüquqlarına təsir edən hər cür dəyişikliyi, xüsusilə sığortalı şəxsin işdən çıxdığını və yaxud iş yerini dəyişdirdiyi və ya ailə üzvünün daimi və ya müvəqqəti yaşayış yerini dəyişdirdiyini Səlahiyyətli İdarəyə və ailə üzvlərinin yaşadıqları yerin Səlahiyyətli İdarəsinə bildirməlidirlər.
Yardımlardan qeyri-qanuni istifadə etmiş şəxs haqqında tədbir görmək istəyən Səlahiyyətli İdarəyə daimi yaşadıqları yerin Səlahiyyətli İdarəsi zəruri kömək göstərir.
Göstəriləcək yardımlara aid Tərəf ölkənin qanunvericiliyi ilə müəyyən olunmuş qaimələr, birgə hazırlanmış formalara işlənərək hər 6 aydan bir digər Tərəfin Səlahiyyətli İdarəsinə göndərilir. Bu
idarə faktiki ödənilmiş yardımın tam məbləğini qeyd olunan sənədləri aldığı gündən etibarən 3 ay müddətində ödəməlidir.
M a d d ə 9
Sazişin 13-cü maddəsinin 2-ci bəndində nəzərdə tutulan aylıq yardım alanlara və ya gəlir təyin edilmiş şəxslərə və onların ailə üzvlərinə Səlahiyyətli İdarə hesabına tibbi yardımlar ödənilə bilməsi üçün aylıq yardımı və ya gəliri ödəyən idarə şəxsin yaşadığı yerin Səlahiyyətli İdarəsinə müvafiq sənəd göndərir.
Yardımları almaq hüququna malik olub-olmadığının müəyyənləşdirilməsi, yardımların müddəti və ailə üzvlərinin tərkibi sığortalının işlədiyi ölkənin qanunlarına əsasən, yardımların həcmi və verilmə qaydası isə aylıq və ya gəliri xxxx şəxslərin yaşadıqları ölkənin qanunlarına əsasən müəyyən edilir.
Yardım hüququ sona çatdıqda yardımı ödəyən Səlahiyyətli İdarə bunu müvafiq sənədlə şəxsin yaşadığı yerin Səlahiyyətli İdarəsinə bildirir. Bu halda yardımdan istifadə hüququ Səlahiyyətli İdarə Tərəfindən hazırlanan sənədlərin rabitə müəssisəsinə təqdim edildiyi tarixdən etibarən 30 gündən sonra və ya ölüm tarixində xxxx xxxxx.
Sazişin 13-cü maddəsinin 3-cü bəndinin tətbiqində müvəqqəti yaşayış müddəti 45 gün olaraq qəbul edilir.
Aylıq yardım və gəlir xxxx şəxs tibbi yardımlardan istifadə etmək hüququna təsir edən hər cür dəyişiklik, xüsusilə aylıq yardım və gəlirin kəsilməsi və dayandırılması, özünün və ya ailə üzvlərinin yaşayış yerlərini dəyişdirmələri haqqında müvafiq məlumatı olduğu ölkənin Səlahiyyətli İdarəsinə verməlidir.
Sazişin 13-cü maddəsinə əsasən göstərilən tibbi yardımlara aid Tərəf ölkəsinin qanunvericiliyi ilə ödəniş aparmaq üçün müəyyən olunmuş qaimələr bununla əlaqəli hazırlanmış formalara işlənərək hər 6 aydan bir digər Tərəf ölkənin Səlahiyyətli İdarəsinə göndərilir. Bu idarə faktiki ödənilmiş yardımın tam məbləğini qeyd olunan sənədləri aldığı tarixdən etibarən 3 ay müddətində ödəməlidir.
M a d d ə 1 0
Sazişin 14-cü maddəsinin 1-ci bəndində göstərilən yardımlar aşağıdakılardır:
1. Protezlər, ortopedik cihazlar və ortopedik korset dəstləri;
2. Ortopedik ayaqqabılar və qeyri-ortopedik yardımçı ayaqqabılar;
3. Çənə və üz plastikləri, pariklər;
4. 1 və 3-cü bəndlərdə göstərilən məmulatların yerlərinə montaj edilmələri üçün xxxxx xxxx qəliblər;
5. Süni gözlər, kontakt linzalar, böyüdücü və optik eynəklər;
6. Eşitmə cihazları, xüsusi akustik və fonetik vasitələr;
7. Diş protezi və damaq protezi;
8. Xəstə arabaları, təkərli oturacaqlar və bunlarla əlaqədar digər vasitələr;
9. Tibbi ləvazimatların yenisi ilə əvəz olunması;
10. Xəstəlik üçün zəruri xxxx müalicə kursları;
11. Müalicə ocağında, sanatoriya və ya təmiz hava müalicəsi yerlərində və müalicə-profilaktika müəssisəsində həyata keçirilən müalicələr;
12. İş qabiliyyətinin bərpası və peşə vərdişlərinə yenidən yiyələnmək üçün tədbirlər;
13. Stomatoloji və çənə cərrahiyyəsi də daxil olmaqla xidmətin icrası və ya müalicə üçün görüləcək əməliyyatlar;
14. 300 ABŞ dollarına ekvivalent xxxx Azərbaycan manatından və Türk lirəsindən xxx vəsaitə başa gələn ümumi müalicə vasitələri və bənzərləri.
Bu kimi yardımlar, Sazişin 14-cü maddəsində də göstərildiyi kimi, təcili hallar istisna olmaqla, müvafiq Səlahiyyətli İdarənin razılığı alınmadan təmin edildikdə xərclənən vəsait həmin İdarə Tərəfindən ödənilmir.
Göstəriləcək yardım xərclərinə aid qəbzlərin nümunəsi birgə hazırlanacaq formalara işlənərək hər 6 aydan bir digər Tərəf ölkənin Səlahiyyətli İdarəsinə göndərilir. Bu İdarə faktiki ödənilmiş yardımın tam məbləğini qeyd olunan sənədləri aldığı gündən etibarən 3 ay müddətində ödəməlidir.
M a d d ə 1 1
1) Sazişin 16-cı maddəsində nəzərdə tutulan yardımlardan istifadə etmək üçün işçi, yaxud işçi vəfat etdikdə buna hüququ xxxx şəxslər yaşadıqları yerin Səlahiyyətli İdarəsinə bu ölkənin qanunvericiliyinin nəzərdə tutduğu qaydada müraciət edirlər.
2) Üçüncü ölkədə yaşayan işçi və ya vəfat etmiş işçinin hüquqi varisi xxxx şəxs ərizəsini işçinin son dəfə sığortalı olduğu Tərəf ölkəsinin Səlahiyyətli İdarəsinə göndərir.
3) Ərizəçi imkan daxilində öz ərizəsində işçinin sığortalı olduğu iki ölkənin İdarəsini, yaxud idarələrini və işçinin işlədiyi işəgötürən və ya işəgötürənləri göstərməlidir.
M a d d ə 1 2
Yuxarıdakı maddənin müddəalarına istinadən edilən müraciət, müraciətin edildiyi Səlahiyyətli İdarə Tərəfindən icra olunur. Bu İdarə aşağıda "Əməliyyatı həyata keçirən İdarə" adlandırılacaqdır.
M a d d ə 1 3
1) Əməliyyatı həyata keçirən Xxxxx Xxxxxxx 16-cı maddəsində nəzərdə tutulan yardım tələbləri ilə əlaqədar olaraq verilən ərizələrin icrası üçün aidiyyəti şəxsin şəxsiyyəti və ailə vəziyyəti haqqında məlumatlarla birlikdə sığortalının tabe olduğu qanunvericiliyə əsasən keçmiş sığortalılıq müddətlərini əhatə edən formalardan istifadə edir.
2) İstifadə edilən formalardakı məlumatları əməliyyatı həyata keçirən İdarə təsdiq etmişsə, həkim arayışından başqa sənəd tələb edilmir.
Həmin formaların digər ölkədəki Səlahiyyətli İdarəyə göndərilməsi təsdiqedici sənədlərin göndərilməsinə bərabər tutulur.
M a d d ə 1 4
1) Əməliyyatı həyata keçirən Xxxxx nəzərdə tutulan formalara sığortalının tabe olduğu qanunvericiliyə görə keçmiş sığortalılıq müddətlərini yazır və formaların iki nüsxəsini digər ölkədəki Səlahiyyətli İdarəyə göndərir.
2) Bu Səlahiyyətli İdarə, formaları sığortalı şəxsin öz qanunvericiliyinə əsasən keçmiş sığorta müddətlərinə aid məlumatlarla tamamlayır və bir nüsxəsini əməliyyatı həyata keçirən İdarəyə qaytarır.
Bundan başqa, qeyd edilən İdarə Tərəfindən formalara aşağıdakı məlumatlar da daxil edilir:
Xxxxxxx XXX bölməsinin 2-ci hissəsinin müddəaları nəzərə alınmaqla öz qanunvericiliyinə görə hesablanan yardımın miqdarı;
Sazişin 16-cı maddəsinin müddəaları tətbiq edilmədən yardım almaq hüququ meydana gəlmişsə, ərizəçinin yalnız İdarənin tətbiq etdiyi qanunvericiliyə görə tamamladığı sığortalılıq müddətləri üçün ödəniləcək yardımın miqdarı.
M a d d ə 1 5
Sazişin 18-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə istinadən hesablanan yardımlar:
Bir Tərəf ölkənin Səlahiyyətli İdarəsi Tərəfindən, digər Tərəf ölkəsində və ya üçüncü bir ölkədə yaşayan əlaqədar şəxslərə və ya bu yardıma bilavasitə hüququ olanlara Səlahiyyətli İdarə tərəfindən və bu idarənin tətbiq etdiyi qanunvericilikdə nəzərdə tutulan müddətdə beynəlxalq poçt və ya bank vasitəsilə ödənilir.
Poçt və bank xərcləri əlaqədar şəxslərin aylıq yardımlarından tutulur.
M a d d ə 1 6
1) Sazişin 19-cu maddəsinin 2-ci bəndi tətbiq edildikdə sığortalı şəxs əmək xəsarəti və ya peşə xəstəlikləri ilə əlaqədar olaraq tibbi yardımlardan istifadə hüquqlarının yeni yaşayış yerlərinin olduğu ölkədə də qüvvədə qalması üçün işçinin qeydiyyatda olduğu Səlahiyyətli İdarə Tərəfindən hazırlanan və yaşayış yerini dəyişdikdən sonra yardımlardan istifadə hüququnun saxlanılmasına icazə verildiyini göstərən sənədi yeni yaşayış yerindəki Səlahiyyətli İdarəyə təqdim etməlidir.
2) Bu sənədin hazır olmadığı halda, işçinin qeydiyyatda olduğu İdarə bu sənədi işçinin və ya yeni yaşayış yerindəki idarənin müraciəti əsasında hazırlayır.
3) Sığortalı şəxsə göstəriləcək tibbi yardım məbləği faktiki məbləğlərə əsasən, birgə hazırlanacaq formalara işlənilərək hər 6 aydan bir digər Tərəf ölkəsinin Səlahiyyətli İdarəsinə göndərilir. Bu İdarə faktiki hesablanmış yardımın tam məbləğini qeyd olunan sənədləri aldığı gündən etibarən 3 ay müddətində təsdiq edərək ödəməlidir.
M a d d ə 1 7
1) Sazişin 20, 21, 22-ci maddələrində nəzərdə tutulan hallarda, əmək xəsarəti və ya peşə xəstəliyi ilə əlaqədar olaraq yardım tələb edən işçi və ya ölümlə nəticələnən əmək xəsarəti və ya peşə xəstəliyi ilə əlaqədar olaraq işçinin hüquqi varisi kimi yardım təyin edilməsini tələb edən şəxs, əmək xəsarəti və ya peşə xəstəliyi hansı ölkədə baş vermişsə və hansı ölkənin qanunvericiliyinə uyğun müəyyən edilmişsə, ərizəni həmin ölkənin Səlahiyyətli İdarəsinə birbaşa, yaxud yaşadığı Tərəf ölkəsindəki Səlahiyyətli İdarənin vasitəçiliyi ilə göndərir.
2) Səlahiyyətli İdarə yardım tələbinə aid əməliyyatları həyata keçirərkən, əmək xəsarəti və ya peşə xəstəliyi xxxx şəxsin və ya şəxs vəfat etdikdə varisinin hüquqlarını özünün tətbiq etdiyi qanunvericiliyin müddəalarına görə müəyyən edərək yardımın miqdarını təyin edir.
3) Sazişin 22-ci maddəsinin 2-ci bəndinə görə, işçi digər Tərəf ölkədə peşə xəstəliyinin pisləşməsinə səbəb xxxx eyni və ya oxşar bir işdə işlədiyi halda, həmin ölkənin Səlahiyyətli İdarəsi sığortalıya əlavə olaraq ödəyəcəyi yardımı birbaşa əlaqədar şəxsə ödəyərək digər ölkənin Səlahiyyətli İdarəsinə bu barədə məlumat verir.
M a d d ə 1 8
Tərəf ölkələrin qanunvericiliyinə görə ailə yardımlarından istifadə hüququnun yaranması sığortalılıq müddətinə bağlıdırsa, hər iki ölkədə keçən sığortalılıq müddətləri eyni vaxta təsadüf etməmək şərtilə birləşdirilir.
M a d d ə 1 9
İşsizliyə görə yardımın müəyyən edilməsində digər Tərəf ölkədə keçən sığortalılıq müddətlərinə ehtiyac olduğu halda, hər iki ölkədə keçən sığortalılıq müddətləri eyni vaxta təsadüf etməmək şərtilə birləşdirilir.
I V b ö x x ə
TİBBİ EKSPERTİZA
M a d d ə 2 0
1) Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq yardım xxxx və Türkiyədə yaşayan şəxslərin tibbi-sosial ekspertizası, yardımı təyin edən Səlahiyyətli İdarənin tələbinə əsasən Türkiyə Respublikasının Sosial Sığortalar Təşkilatının vasitəsilə həyata keçirilir.
2) Türkiyə Respublikasının qanunvericiliyinə görə yardım alıb Azərbaycanda yaşayan şəxslərlə bağlı tibbi-sosial ekspertizalar, Səlahiyyətli İdarənin tələbi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyaları vasitəsilə həyata keçirilir.
3) Xxxxx Səlahiyyətli İdarə yardım göstərəcəyi hər bir şəxsin İdarənin seçəcəyi həkim Tərəfindən müayinə edilməsi və onun sağlamlığı ilə əlaqədar olaraq iş qabiliyyətinin qorunması, bərpası və artırılması üçün tədbir görmək hüququnu özündə saxlayır.
M a d d ə 2 1
Tərəflərin Səlahiyyətli İdarələri, əlillik dərəcəsinin təyin edilməsində digər Tərəfin Səlahiyyətli İdarələri Tərəfindən əldə edilən tibbi müşahidələri və digər məlumatları nəzərə alırlar. Səlahiyyətli Xxxxx əlaqədar şəxsin İdarənin seçəcəyi həkimə müayinə etdirilməsi hüququnu özündə saxlayır.
M a d d ə 2 2
Digər Tərəf ölkənin sığorta idarələrinin tələbinə uyğun olaraq, daimi və müvəqqəti yaşayış yerindəki Səlahiyyətli İdarə Tərəfindən həyata keçirilən tibbi-sosial ekspertizanın aparılması ilə bağlı xərclər, ekspertizanı həyata keçirən Səlahiyyətli İdarə Tərəfindən ödənilir.
V b ö x x ə
DİGƏR MÜDDƏALAR
M a d d ə 2 3
Sazişin müddəalarına əsasən sığortalı şəxs və ya hüququ olanlar aylıq yardım və gəlir təyin edilməsi ilə bağlı yaşadığı Tərəf ölkəsindəki Səlahiyyətli İdarəyə müraciət edir. Bu müraciət digər Tərəf ölkənin Səlahiyyətli İdarəsinə də edilmiş hesab olunur.
Həmin Xxxxx müraciətlə əlaqədar sənədləri və digər məlumatları vaxt ötürmədən digər Tərəfin Səlahiyyətli İdarəsinə göndərir.
Müraciəti xxxx İdarə ən qısa müddətdə ölkəsində həyata keçirilən xidmətlərlə bağlı məlumatları tələb olunduğu halda müvafiq şəkildə ilk İdarəyə bildirir. Hər iki Tərəf ölkənin Səlahiyyətli İdarələri tələblə əlaqədar qəbul etdikləri qərarları qarşılıqlı olaraq bir-birinə bildirirlər.
M a d d ə 2 4
Sosial Müdafiə Sazişinin 30-cu maddəsinə əsasən edilən etirazlar aidiyyəti İdarə ilə yanaşı, şəxsin yaşadığı Tərəf ölkənin Səlahiyyətli İdarəsinə də bildirilə bilər.
Həmin Xxxxx etiraz ərizəsini mövcud xxxx digər əlavələrlə birlikdə dərhal digər Tərəf ölkənin Səlahiyyətli İdarəsinə göndərir.
M a d d ə 2 5
Sazişin 32-ci maddəsi tətbiq edildikdə, bir Tərəfin Səlahiyyətli İdarəsi digər Tərəfin Səlahiyyətli İdarəsindən tibbi yardım xərclərinin ödənilməsini tələb etdikdə, ödənəcək məbləği, şəxsə tibbi yardımın göstərildiyi tarixdəki kursa uyğun ABŞ dolları ilə hesablayıb bildirir.
Bildirişi xxxx Xxxxx ölkənin Səlahiyyətli İdarəsi bütün xərcləri 3 ay ərzində ABŞ dolları ilə ödəyir.
M a d d ə 2 6
Bu Müqavilədə göstərilən analığa görə və protez yardımları istisna olmaqla, digər tibbi yardımlarla bağlı müddəalar, Məcburi tibbi sığorta haqqında Azərbaycan Respublikası qanunvericiliyi qüvvəyə mindikdən sonra tətbiq edilir.
M a d d ə 2 7
Bu Prosedur Müqavilə Sazişlə eyni tarixdə qüvvəyə minir və Saziş qüvvədə olduğu müddətdə qüvvədə qalacaqdır.
Bu Prosedur Müqavilə Bakı şəhərində 2004-cü il 6 may tarixində iki əsl nüsxədə, Azərbaycan və türk dillərində imzalanmışdır. Hər iki mətn eyni qüvvəyə malikdir.
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi | Türkiyə Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyi |