Ümumdünya Poçt İttifaqının «Poçt ödənişləri xidmətləri haqqında» Sazişinə qoşulmaq barəsində
Ümumdünya Poçt İttifaqının «Poçt ödənişləri xidmətləri haqqında» Sazişinə qoşulmaq barəsində
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. Azərbaycan Respublikası Ümumdünya Poçt İttifaqının «Poçt ödənişləri xidmətləri haqqında» 1999-cu il sentyabrın 15-də Pekin şəhərində imzalanmış Sazişinə müvafiq bəyanatla (bəyanatın mətni əlavə olunur) qoşulsun.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti Xxxxx XXXXXX
Bakı şəhəri, 6 mart 2007-ci il
№ 259-IIIQ
«Azərbaycan» qəzetində dərc edilmişdir (3 iyun 2007-ci il, № 120) (
«VneshExpertService» LLC).
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 may 2007-ci il, № 5, maddə 400) («VneshExpertService» LLC).
Poçt ödənişləri xidmətləri haqqında Saziş
İttifaqa üzv ölkələrin Hökumətlərinin aşağıda imza etmiş Səlahiyyətli nümayəndələri Ümumdünya Poçt İttifaqının Vyanada 10 iyul 1964-cü ildə qəbul edilmiş
Nizamnaməsinin 22-ci maddəsinin 4-cü paraqrafına əsasən, ümumi razılıqla və
xatırladılan Xxxxxxxxxxxx 25-ci maddəsinin 4-cü paraqrafında göstərilənlər nəzərə alınmaqla aşağıdakı Sazişi işləyib hazırladılar.
I fəsil. İlkin müddəalar
Maddə 1. Sazişin mövzusu
1. Hazırki Xxxxx poçt pul vəsaitlərinin ötürülməsi üzrə bütün xidmətləri tənzimləyir. Sazişi imzalamış ölkələr bu Sazişin, öz qarşılıqlı əlaqələrində istifadə etmək niyyətində olduqları xidmətləri barədə ümumi razılıq əldə edirlər.
2. Qeyri-poçt müəssisələri bu Sazişin müddəalarına müvafiq surətdə həyata keçirilən mübadilədə Poçt müdiriyyəti vasitəsilə poçt çekləri xidməti və ya poçt pul vəsaitlərinin ötürülmə şəbəkəsini idarə edən hər hansı təşkilat vasitəsilə iştirak edə bilərlər. Bu
müəssisələr öz ölkələrinin Poçt müdiriyyətləri ilə Sazişin müddəalarına tam riayətin
təmin edilməsi barədə razılıq çərçivəsində hazırki Sazişlə müəyyən olunmuş qaydada və poçt müəssisələri kimi öz hüquqlarının həyata keçirilməsi və vəzifələrinin yerinə
yetirilməsi barədə razılıq əldə etməlidirlər. Poçt müdiriyyəti belə müəssisələr üçün, onların razılaşmış digər ölkələrin Poçt müdiriyyətləri və Beynəlxalq büro ilə
münasibətlərində vasitəçi rolunda çıxış edəcəkdir.
Maddə 2. Təqdim edilən xidmətlərin siyahısı
1. Barat
1.1. Göndərici poçt müəssisəsinin əməliyyat pəncərəsinə pul məbləğini verir və ya həmin məbləğin öz xxxx poçt hesabının debet hissəsindən çıxarılması barədə müraciət edir və məbləğin alıcıya nəğd şəkildə ödənilməsini xahiş edir.
1.2. Göndərici poçt müəssisəsinin əməliyyat pəncərəsinə pul məbləğini verir və bu məbləğin alıcının xxxx poçt hesabına və ya Müdiriyyətlərin nəzarət etdiyi digər növ hesablara daxil edilməsi barədə xahiş edir.
2. Köçürmə
2.1. Xxxx poçt hesabının sahibi öz hesabından pul məbləğinin çıxarılması və onun alıcının xxxx poçt hesabı Müdiriyyətinin vasitəçiliyi ilə xxxx bank hesabının kredit hissəsinə keçirdilməsi barədə xahiş edir.
3. Poçt çeki
3.1. Poçt çeki, xxxx poçt hesablarının sahiblərinə verilə bilən və xidmətdə iştirak edən ölkələrin poçt şöbələrində təqdim edildikdə ödənilə bilən beynəlxalq pul sənədidir.
3.2. Müdiriyyətlər arasındakı razılaşma əsasında poçt çeki, həmçinin üçüncü tərəflərin ödəniş hesabına verilə bilər.
4. POSTNET şəbəkəsinin bank biletləri verən avtomatlarından pulun alınması
4.1. POSTNET şəbəkəsi barədə müqaviləyə qoşulmuş poçt və ya qeyri-poçt
maliyyə müəssisələri özünün kredit kartı sahiblərinə POSTNET şəbəkəsinin bank biletləri verən avtomatlarından nağd pul məbləğlərinin çıxarması imkanını verə bilər.
5. Digər xidmətlər
5.1. Poçt müdiriyyətləri, özlərinin ikitərəfli və ya çoxtərəfli münasibətlərində, göstərilmə şərtləri maraqlı Müdiriyyətlər tərəfindən müəyyənləşdirilən digər xidmətlərin təşkil olunması barədə razılığa gələ bilərlər.
II fəsil. Ödəniş tapşırıqlarının verilməsi
Maddə 3. Qiymətli kağızların buraxılması (göndərilməsi) və ödəniş tapşırıqlarının qəbulu (xxx xxxxxx, konversiya edilmə, məbləğ)
1. Xüsusi razılaşma olmadığı halda, qiymətli kağızlarda və tapşırıqlarda göstərilən məbləğ ödənişi həyata keçirən ölkənin xxx xxxxxx ilə ifadə edilir.
2. Emitent-müdiriyyət öz pul vahidinin ödənişi aparan ölkənin pul vahidinə çevrilmə əmsalını müəyyən edir.
3. Əgər maraqlı Müdiriyyətlər tərəfindən başqa qərar qəbul edilməmişdirsə, köçürülən pul məbləğlərinin ölçüsünə məhdudiyyət qoyulmur.
4. Emitent-müdiriyyət, poçtla göndərilən hallar istisna olmaqla, qiymətli kağızların və ödəniş tapşırıqlarının göndərilməsi üçün zəruri xxxx sənədləri və şərtləri müəyyən etmək hüququna malikdir. Poçtla göndərilmə hallarında yalnız Reqlamentlə nəzərdə tutulmuş blanklardan istifadə olunmalıdır.
5. Qiymətli kağızların və ödəniş tapşırıqlarının elektrik rabitəsi kanalları vasitəsilə göndərilməsi Beynəlxalq elektirik rabitəsi reqlamentinin müddəalarına uyğun olaraq həyata keçirilir.
Maddə 4. Tariflər
1. Emitent-müdiriyyət buraxılma zamanı ödənilməli xxxx xxxxxx sərbəst müəyyən edir. Bu əsas tarifə o, zəruri halda, göndəriciyə göstərilmiş xüsusi xidmətlərə görə tariflər əlavə edə bilər.
2. Ödənişi həyata keçirən Müdiriyyətlə razılıq əsasında Emitent-müdiriyyət göndəricidən, sonuncunun xahişi ilə, alıcıya göstəriləcək xüsusi xidmətlərə aid tarifləri tuta bilər.
3. Sazişi imzalamış hər hansı ölkə ilə Sazişi imzalamamış hər hansı ölkə arasında, Sazişi imzalamış hər hansı ölkə vasitəsilə göndərilən pul vəsaiti üçün aralıq Müdiriyyət
tərəfindən, onun çəkdiyi istismar xərclərindən asılı olaraq müəyyən etdiyi və məbləği maraqlı Müdiriyyətlər arasında razılaşdırılmış əlavə tarif tətbiq edilə bilər; bu tarif barat məbləğindən tutulur; bununla belə maraqlı Müdiriyyətlər arasında bu barədə razılıq olarsa, həmin tarif aralıq Müdiriyyətin xeyrinə göndəricidən tutula bilər.
4. Reqlament müddəalarının icrası məqsədilə köçürülmə sənədlərinin dublikatları tələb olunduqda və ya heç bir xidməti səhv buraxılmamışdırsa, müraciət ünvanlanmış Müdiriyyət tərəfindən bunun üçün müəyyən edilmiş tarif göndəricidən və ya alıcıdan, bu tarif ödəniş barədə xəbərnamə tarifi kimi tutulmayıbsa, alına bilər.
5. Konvensiyanın 8.2-ci və 8.3.1-ci — 8.3.3-cü maddələri ilə nəzərdə tutulmuş şərtlərə uyğun olaraq, Müdiriyyətlər arasında poçt kanallarından istifadə edilməklə göndərilən poçt pul vəsaitləri baratına aid sənədlər, qiymətli kağızlar və ödəniş tapşırıqları hər hansı tariflərin tətbiqindən azad edilir.
III fəsil. Ödəniş tapşırıqlarının ötürülməsi
Maddə 5. Mübadilə üsulları
1. Poçt kanalları ilə mübadilə, Reqlamentdə nəzərdə tutulmuş blankların köməyi ilə bilavasitə emitent-müəssisə və ödəniş müəssisəsi arasında və ya mübadilə müəssisəsi vasitəsilə həyata keçirilir.
2. Elektrik rabitəsi kanalları vasitəsilə mübadilə, maraqlı Müdiriyyətlər arasında mübadilənin təhlükəsizliyinin təmin edilməsi üçün bütün zəruri tədbirlərə riayət
olunacağı barədə razılaşmanın olması şərti ilə, ödəniş tapşırıqlarının bilavasitə ödəniş müəssisəsinə və ya hər hansı mübadilə müəssisəsinə göndərilməsi yolu ilə həyata keçirilir.
3. Pul baratları, ödənişi həyata keçirən ölkəyə maqnit lentlərində və ya Müdiriyyətlər arasında razılaşdırılmış istənilən digər informasiya daşıyıcısında təqdim oluna bilər. Bu halda ödəniş həyata keçirən Müdiriyyətlər alıcılara nağd şəkildə ödənilməli məbləğlərin qeyd olunması üçün öz mülahizəsi üzrə blankları seçə bilərlər.
4. Maraqlı Müdiriyyətlər arasında xüsusi razılaşma əsasında bütün pul baratları elektron şəbəkə üzrə həyata keçirilə bilər.
5. Müdiriyyətlər 5.1-4-cü maddədə nəzərdə tutulan üsullarla yanaşı, digər mübadilə üsullarından istifadə barədə razılığa gələ bilərlər.
IV fəsil. Ödənişin həyata keçirildiyi ölkədə işlənilmə və reklamasiyalar
Maddə 6. Ödənilmə
1. Barat məbləği onun sahibinə, prinsipcə, bütöv şəkildə ödənilməlidir. Barat sahibi əlavə xüsusi xidmətlərin təqdimi barədə xahiş edərsə, bunun üçün fakültativ tariflər tutula bilər.
2. Xxx xxxxxx aşağıdakı müddət ərzində etibarlı olaraq qalır:
2.1. bir qayda olaraq, qəbul edildikdən sonra bir aylıq müddət bitənədək;
2.2. maraqlı Müdiriyyətlər arasındakı razılaşma əsasında, qəbul edildikdən sonra üç aylıq müddət bitənədək.
3. Bu müddətlər başa çatdıqdan sonra ödənişi aparan şöbəyə daxil olmuş baratlar yalnız o halda ödənilir ki, onların üzərində, ödənişi həyata keçirəcək şöbənin xahişi ilə Emitent- müdiriyyətin təyin etdiyi xidmət tərəfindən yazılmış «Etibarlılıq müddəti uzadılmışdır» qeydi olsun. Bu zaman baratın etibarlılıq müddəti həmin qeydin edildiyi gündən etibarən onun ilkin rəsmiləşdirildiyi günə uyğun müddət kimi hesablanır. «Etibarlılıq müddəti uzadılmışdır» qeydi ödənişi həyata keçirən Müdiriyyətə 5.3-cü maddəyə müvafiq surətdə daxil olmuş baratlarda tətbiq oluna bilməz.
4. Əgər etibarlılıq müddəti başa çatana qədər barat üzrə məbləğin ödənilməməsi səbəbi xidməti səhvlə əlaqədar deyilsə, bu halda ödənişi həyata keçirən Müdiriyyətin təyin
etdiyi, «etibarlılıq müddətinin uzaldılmasına görə» tarif götürülə bilər.
5. Baratlar üzrə məbləğlərin ödənilməsi, ödənişi həyata keçirən ölkənin qaydalarına uyğun aparılır.
Maddə 7. Reklamasiyalar
1. Konvensiyanın 30-cu maddəsinin müddəaları tətbiq edilir.
Maddə 8. Məsuliyyət
1. Məsuliyyətin prinsipi və dairəsi
1.1. Müdiriyyətlər, əməliyyat pəncərəsində ödənilmiş və ya göndərici hesabının debet hissəsinə keçirilmiş məbləğlərə görə, bu barat məbləği düzgün
ödənilməyənə qədər və ya alıcı hesabının kredit hissəsinə keçirilməyənə qədər məsuliyyət daşıyırlar.
1.2. Müdiriyyətlər ödənilmənin aparılmamasına, yaxud pul vəsaitlərinin köçürülməsinin icrası zamanı səhvlərə gətirib çıxaran yanlış göstərişlərinə görə məsuliyyət daşıyırlar.
1.3. Müdiriyyətlər aşağıdakı hallarda məsuliyyətdən azad edilir:
1.3.1. qiymətli kağızların və ödəniş tapşırıqlarının göndərilməsi, daşınması və ödənilməsi zamanı ləngimə olduqda;
1.3.2. fors-major şəraiti ilə bağlı xidməti sənədlərin məhv olması səbəbindən onlar pul vəsaitləri baratlarının icrası barədə hesabat verə bilmirlərsə və bu halda onların məsuliyyəti barədə digər sübutlar təqdim olunmamışsa;
1.3.3. göndərici Konvensiyanın 30.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə heç bir reklamasiya təqdim etməmişdirsə;
1.3.4. emitent-ölkədə baratların etibarlılıq müddəti başa çatmışdırsa.
1.4. Səbəbindən asılı olmayaraq kompensasiyanın ödənilməsi halında, göndəriciyə ödənilməli məbləğ, onun nağd şəkildə keçirdiyi və ya onun hesabının debet hissəsinə keçirilmiş məbləğdən yuxarı ola bilməz.
1.5. Müdiriyyətlər daxili xidmətlərinin tələbatlarından asılı olaraq, məsuliyyət dairəsinin genişləndirilməsi barədə öz aralarında razılığa gələ bilərlər.
1.6. Məsuliyyət prinsipinin tətbiq edilməsi şərtləri və xüsusilə məsuliyyətin
müəyyənləşdirilməsi məsələləri, borc məbləğlərinin ödənilməsi, təvəqqenamə, ödəniş müddəti və Müdiriyyət-vasitəçiyə kompensasiyanın ödənilməsinə dair müddəalar Reqlamentdə şərh olunmuşdur.
V fəsil. Hesablaşmalar, qarşılıqlı hesablar
Maddə 9. Ödənişi həyata keçirən Müdiriyyətə mükafatın ödənilməsi
1. Hər bir ödənilmiş barat üçün Emitent-müdiriyyət, bu baratlar və ya çeklər üzrə məbləğlərin ödənilməsini həyata keçirmiş Müdiriyyətə, eyni bir, aylıq hesaba daxil
edilmiş baratların xxxx məbləğindən asılı olaraq, Reqlamentdə təyin edilmiş qiymətlər üzrə mükafat ödəyir.
2. 9.1-ci maddədə nəzərdə tutulmuş qiymətlər əvəzinə, Müdiriyyətlər digər mükafat əmsalları barədə və ya həyata keçirilmiş hər bir ödəniş üçün sabit məbləğdə təsbit olunmuş mükafat təyin etmək barədə razılığa gələ bilərlər.
3. Ödənişi həyata keçirən təyinat Müəssisəsi hər bir keçirilmə üçün daxil xxxx xxxxxx götürə bilər. Bu tarif ya sahibin hesabından çıxarıla, yaxud Emitent-müdiriyyət tərəfindən özünün qarşılıqlı hesabının debet hissəsinə götürülə bilər.
4. Tarif götürülməmək şərti ilə həyata keçirilmiş xxx xxxxxx üçün heç bir mükafat ödənilmir.
5. Maraqlı Müdiriyyətlər arasındakı razılaşma əsasında Emitent-müdiriyyət tərəfindən tarif tutulmasından azad edilmiş rezerv pul vəsaitləri baratları yığımlardan azad oluna bilər.
Maddə 10. İştirak edən Müdiriyyətlər arasında maliyyə münasibətləri
1. Müdiriyyətlər öz aralarında borclarının ödənilməsinin texniki üsulları barədə razılığa gələ bilərlər.
2. Qarşılıqlı xxxx hesab
2.1. Müdiriyyətlərdə poçt çekləri institutu mövcuddursa, onlardan hər biri poçt çekləri xidmətində aparılmış mübadilələrin nəticəsi xxxx qarşılıqlı öhdəliklərin və borcların ödənilməsi, zəruri halda isə baratlarla əməliyyatların və Müdiriyyətlərin bu üsulla hesablaşmaya razılaşdıqları istənilən digər əməliyyatların həyata
keçirilməsi məqsədilə öz adına müvafiq Müdiriyyətdə qarşılıqlı xxxx hesab açır.
2.2. Əgər ödənişi həyata keçirən Müdiriyyətdə poçt çekləri xidməti yoxdursa, onda qarşılıqlı xxxx hesab digər maliyyə müəssisəsində açıla bilər.
2.3. Qarşılıqlı xxxx hesabda kəsir yarandığı halda, ödənilməli xxxx məbləğlərə, ölçüsü Reqlamentdə müəyyən edilmiş faizlər əlavə olunur.
3. Aylıq hesab
3.1. Müdiriyyət hər bir Emitent-müdiriyyət üçün poçt baratları üzrə ödənilmiş
məbləğlərin aylıq hesabını tərtib edir. Aylıq hesablar dövri olaraq ümumi hesaba daxil edilir və sonuncu əsasında saldo çıxarılır.
3.2. Hesablaşmalar həmçinin aylıq hesablar əsasında kompensasiyasız aparıla bilər.
4. Bu maddənin müddəalarının və ondan irəli gələn Reqlament müddəalarının qüvvəsi ödənişin müvəqqəti dayandırılması, pul vəsaitlərinin köçürülməsinin qadağan olunması və digər bu kimi birtərəfli tədbirlərlə məhdudlaşdırıla bilməz.
VI fəsil. Poçt çeki
Maddə 11. Poçt çeklərinin fəaliyyət mexanizmi
1. Poçt çeklərinin verilməsi.
1.1. Hər bir Müdiriyyət öz xxxx poçt hesablarının sahiblərinə poçt çekləri verə bilər.
1.2. Poçt çekləri verilmiş xxxx poçt hesabları sahiblərinə, həmçinin ödəniş zamanı təqdim edilməli xxxx zəmanətli poçt-çek kartları verilir.
1.3. Maksimal təminatlı məbləğ hər bir poçt çekinin əks üzündə və ya əlavədə, tərəf ölkələrlə razılaşdırılmış valyutada çap edilir.
1.4. Ödənişi həyata keçirən Müdiriyyətlə xüsusi razılaşma olmadıqda öz pul vahidinin ödəniş aparan ölkənin pul vahidinə keçid əmsalını Emitent-müdiriyyət müəyyən edir.
1.5. Emitent-müdiriyyət poçt çeki xxxx şəxsdən tarif tuta bilər.
1.6. Zəruri halda, poçt çeklərinin qüvvədə olma müddəti onları buraxan Müdiriyyət tərəfindən müəyyən edilir. Bu müddət poçt çeki üzərində qüvvədə olmanın son tarixinin çap olunması ilə göstərilir. Belə göstəriş olmadıqda, poçt çeklərinin qüvvədə olma müddəti məhdudlaşdırılmır.
2. Ödənilmə.
2.1. Poçt çeklərinin məbləği alıcıya ödəniş ölkəsinin qanuni valyutasında ödənilir.
2.2. Poçt çekinin köməyi ilə ödənilə bilən maksimal məbləğ sazişə girən ölkələrin qarşılıqlı razılığı ilə müəyyən edilir.
3. Məsuliyyət.
3.1. Ödəyən Müdiriyyət hər hansı bir məsuliyyətdən o xxxxx xxxx edilir ki, o, poçt çeklərinin əməliyyat pəncərələrində qəbulu və onların ödənilməsi şərtlərinə aid Reqlamentin müvafiq maddələrində təyin edilmiş şərtlər əsasında ödənilməni həyata keçirdiyini sübut etmiş olur.
3.2. Emitent-müdiriyyət Reqlamentin ödənilmiş poçt çeklərinin göndərən ölkənin poçt çekləri xidmətinə qaytarılmasına aid müvafiq maddəsində nəzərdə tutulmuş müddətdən sonra qaytarılan təhrif edilmiş və ya saxtalaşdırılmış poçt çekləri üzrə ödəməni həyata keçirməməlidir.
4. Ödəniş aparan Müdiriyyətə mükafatın ödənilməsi.
4.1. Poçt çeklərini buraxan və ödəyən Müdiriyyətlər, ödənişi həyata keçirən Müdiriyyətə çatası mükafatın məbləğini ikitərəfli razılıq əsasında müəyyən edirlər.
VII fəsil. POSTNET şəbəkəsi
Maddə 12. Qoşulma və iştirak şərtləri
1. Şəbəkəyə qoşulmaq üçün POSTNET sazişini imzalamaq və daxil olma haqqını ödəmək zəruridir.
2. Qoşulma və xidmətdə iştirak şərtləri POSTNET sazişində müəyyən edilmişdir.
VIII fəsil. Ödəmə şərtli göndərişlər
Maddə 13. Xidmətin müəyyənləşdirilməsi
1. İkitərəfli sazişlər əsasında sadə, sifarişli və qiyməti elan edilmiş məktub korrespondensiyası göndərişləri, sadə və qiyməti elan edilmiş poçt bağlamaları ödəmə şərtli göndərilə bilər.
2. Göndərişi çatdıran müəssisə pul vəsaitlərini poçt maliyyə təşkilatlarına ötürür və məbləğin alıcıya ödənilməsinin həyata keçirilməsini xahiş edir.
IX fəsil. Müxtəlif müddəalar
Maddə 14. Xxxxxx ölkədə xxxx poçt hesabının açılması barədə müraciət
1. Bu Sazişi imzalamış ölkələrin poçt və ya qeyri-poçt müəssisələri xarici ölkədə xxxx poçt hesabının açılması üçün müvafiq ərizəçiyə dair lazımi yoxlamaları aparmaqla,
ikitərəfli əsaslarda qarşılıqlı yardım göstərilməsi barədə razılığa gəlirlər.
X fəsil. Yekun müddəalar
Maddə15. Yekun müddəalar
1. Bu Sazişdə xüsusi olaraq qeyd olunmamış istənilən məsələ ilə bağlı, zəruri halda, analoji olaraq Saziş qüvvədə olur.
2. Nizamnamənin 4-cü maddəsi bu Sazişə münasibətdə tətbiq edilmir.
3. Hazırki Sazişə dair təkliflərin təsdiq edilmə şərtləri.
3.1. Bu Sazişə dair Konqresə təqdim olunmuş təkliflərin icraya qəbul edilməsi üçün, həmin təkliflər Sazişi imzalamış, Konqresdə iştirak edən və səs verən üzv ölkələrin xxx hissəsi tərəfindən təsdiq olunmalıdır. Səs vermə zamanı Konqresdə təmsil olunmuş bu üzv ölkələrin azı yarısı iştirak etməlidir.
3.2. Reqlamentə aid təkliflərin icraya qəbul olunması üçün həmin təkliflər, Poçt istismarı şurasının Sazişi imzalamış üzvlərinin xxx hissəsi tərəfindən təsdiq edilməlidir.
3.3. Bu Sazişə aid iki Konqresarası müddətdə verilmiş təkliflərin icraya qəbul olunması üçün aşağıdakılar əldə edilməlidir:
3.3.1. yeni müddəaların əlavə olunması halında, səslərin ən azı yarısı Sazişi imzalamış və rəy sorğusunda iştirak etmiş üzv ölkələrə məxsus olmaq şərtilə üçdə iki səs çoxluğu;
3.3.2. bu Sazişin müddəalarına dəyişiklik halında, səslərin ən azı yarısı Sazişi imzalamış və rəy sorğusunda iştirak etmiş üzv ölkələrə məxsus olmaq şərtilə səs çoxluğu;
3.3.3. bu Sazişin müddəalarının şərhi halında, səs çoxluğu.
3.4. 15.3.3.1-ci maddədə nəzərdə tutulmuş müddəalara baxmayaraq, milli qanunvericiliyi təklif olunmuş əlavə ilə hələ ki, uyğunlaşa bilməyən istənilən üzv ölkə Beynəlxalq büronun Baş direktoruna bu əlavə ilə razılaşmaq imkanında olmadığı barədə, həmin əlavəyə dair bildirişin göndərildiyi gündən etibarən 90 gün ərzində yazılı bəyanat etmək hüququna malikdir.
4. Hazırki Xxxxx 1 yanvar 2001-ci ildən qüvvəyə minəcəkdir və növbəti Konqres Aktlarının qüvvəyə minməsinə qədər qüvvədə qalacaqdır.
Bunu təsdiq edərək, razılığa gələn ölkələrin Hökumətlərinin Səlahiyyətli nümayəndələri hazırki Sazişi bir nüsxədə imzaladılar və bu nüsxə saxlanılmaq üçün Beynəlxalq büronun Baş direktoruna verilir. Sazişin nüsxəsi hər bir ölkəyə Konqresin keçirildiyi ölkənin Hökuməti tərəfindən çatdırılacaqdır.
15 sentyabr 1999-cu il tarixində Pekində icra edildi.
Ümumdünya Poçt İttifaqının 1999-cu il
15 sentyabr tarixli «Poçt ödənişləri xidmətləri haqqında» Sazişinə dair Azərbaycan Respublikasının
Bəyanatı
Azərbaycan Respublikası bəyan edir ki, hazırkı Sazişdə göstərilən maliyyə xidmətləri Azərbaycan Respublikasında müvafiq hüquqi, təşkilati və tənzimləmə prosedurları qəbul edildikdən sonra həyata keçiriləcəkdir.