AVTONƏQLİYYAT VASİTƏLƏRİ SAHİBLƏRİNİN MÜLKİ MƏSULİYYƏTİNİN KÖNÜLLÜ SIĞORTASI
AVTONƏQLİYYAT VASİTƏLƏRİ SAHİBLƏRİNİN MÜLKİ MƏSULİYYƏTİNİN KÖNÜLLÜ SIĞORTASI
QAYDALARI
2018
MÜNDƏRİCAT
13. XXXXXX DƏRƏCƏSİNİN DƏYİŞMƏSİ 7
14. SIĞORTA MÜQAVİLƏSİNƏ ƏLAVƏ VƏ DƏYİŞİKLİKLƏRİN EDİLMƏSİ 7
15. SIĞORTA MÜQAVİLƏSİNƏ XİTAM VERİLMƏSİ 8
16. SIĞORTA MÜQAVİLƏSİNƏ VAXTINDAN ƏVVƏL XİTAM VERMƏNİN NƏTİCƏLƏRİ 8
17. TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ 9
18. SIĞORTA HADİSƏSİ BAŞ VERDİKDƏ SIĞORTALININ VƏZİFƏLƏRİ 9
20. SIĞORTA ÖDƏNİŞİNİN VERİLMƏSİ 10
21. SIĞORTA ÖDƏNİŞİNİN VERİLMƏSİNDƏN İMTİNАNİN ƏSASLARI 11
23. İŞ SİRLƏRİNİN GİZLİ SAXLANILMASI 12
24. MÜBAHİSƏLƏRİN HƏLLİ QAYDASI 12
“Naxçıvansığorta” Açıq Səhmdar Cəmiyyətinin avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin könüllü sığortası üzrə tarif dərəcələrinin əsaslandırması 13
ÜMUMİ ANLAYIŞLAR
Əgər qaydaların məzmununda başqa cür nəzərdə tutulmamışdırsa, bu Qaydalarda istifadə olunan termin və ifadələr aşağıdakı mənaları daşıyır:
Sığortalı – sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta xxxxxx xxxx sığorta müqaviləsinin tərəfi;
Sığortaçı – sığorta fəaliyyətini həyata keçirmək üçün müvafiq lisenziyaya xxxxx xxxx, sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda qanunvericiliklə və ya müqavilə ilə müəyyən olunmuş qaydada sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfi xxxx yerli hüquqi şəxs;
sığorta olunan - sığorta müqaviləsi əsasında avtomobil ilə, o cümlədən avtomobili idarə etməsi ilə bağlı risklərlə əlaqədar əmlak mənafeləri sığortalanan şəxs;
Faydalanan şəxs(lər) – sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişi verilməli xxxx şəxs;
Aktuari – qanunvericiliyə uyğun olaraq iqtisadi-riyazi hesablamalar aparmaqla sığorta haqlarının hesablanmasının əsaslarını müəyyən edən, həmçinin sığorta ehtiyatlarını hesablayan mütəxəssis;
Sığorta hadisəsi – qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas xxxx, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan hal;
Sığorta məbləği – sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin qanunvericilik, yaxud müqavilə ilə müəyyənləşdirilmiş məbləğlə ifadə olunan son həddi;
Sığorta tələbi – sığorta hadisəsi baş verdikdə sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya öz vəzifələrini qanunvericiliyə və sığorta müqaviləsinə uyğun olaraq icra etməsi barədə müraciəti;
Sığorta ödənişi – sığorta hadisəsi baş verdikdə, qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyası;
Sığorta obyekti – sığortalının, yaxud sığorta olunanın qanunazidd olmayan hər hansı əmlak mənafeyi;
Sığorta predmeti – sığorta müqaviləsi üzrə sığortalanan əmlak mənafelərinin aid olduğu əmlak;
Sığorta marağı – Sığorta marağı sığorta hadisəsinin baş verəcəyi təqdirdə sığortalının maliyyə itkisinə məruz qalması ehtimalı ilə şərtlənən və onun sığorta obyektini sığorta etdirmək hüququnun əsaslandığı mənafedir;
Sığorta haqqı – risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta qanunvericiliyinə uyğun olaraq, sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləği;
Sığorta riski və ya risk - sığorta obyekti ilə bağlı itkilərin və ya zərərlərin yaranmasına səbəb xxxx hadisənin baş verməsi və ya halın yaranması ehtimalı, həmçinin bu ehtimala qarşı sığortaçının üzərinə götürdüyü öhdəlik;
Sığorta tarifi – sığorta haqqının hesablanması üçün aktuari hesablamalarına əsasən müəyyən edilən faiz dərəcəsi;
Sığorta müqaviləsi – sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşma;
Sığorta şəhadətnaməsi – sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən, sığortaçı tərəfindən sığortalıya və (və ya) sığorta olunana verilən sənəd;
Sığortanın müddəti – sığorta risklərinin sığortalanmış hesab olunduğu müddət;
Azadolma məbləği – Azadolma məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir. Azadolma məbləği hər bir halda sığorta müqaviləsinə uyğun olaraq müəyyən edilən sığorta ödənişi məbləğinə tətbiq olunur.
Əhəmiyyətli hallar – Sığortaçının müqavilədən imtina etmək və ya onun şərtlərinin müəyyənləşdirilməsi qərarına təsir göstərə bilən hallar əhəmiyyətli sayılır;
Sığortanın ərazisi – sığorta obyektinin sığortalanmış hesab olunduğu müəyyən ərazi hüdudları;
Xüsusi şərtlər – Sığortalı tərəfindən yerinə yetirilməməsi Sığortaçıya ödənişdən imtina etməyə və ya sığorta müqaviləsini ləğv etməyə hüquq verən sığorta müqaviləsinin şərtləri;
Səlahiyyətli Sürücü – Azərbaycan Respublikası mövcud qanunvericiliyinə uyğun qaydada avtonəqliyyat vasitəsini idarə etmək hüququ xxxx və məhkəmə qərarı ilə vəya digər səlahiyyətli oqanın qərarına əsasən avtonəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməyən və sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsini idarə edərkən baş verən ziyan və zərərlərə görə təminat verilən və adı sığorta şəhadətnaməsində qeyd olunan şəxs.
1. SIĞORTA SİNFİ
1.1. Sığorta obyektinə görə əmlak sığortasına aid xxxx xxxxx məsuliyyətin sığortası üzrə aşağıdakı sinif:
1.1.1. sığortalının özü, yaxud onun etibar etdiyi şəxs sığortalanmış avtonəqliyyat vasitəsindən istifadə edərkən üçüncü şəxslərə vurduğu zərərin əvəzini ödəmək öhdəliyi ilə əlaqədar onun əmlak mənafeləri ilə bağlı zərərin əvəzinin tam və ya qismən ödənilməsi miqdarında sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası.
2. SIĞORTA PREDMETİ
2.1. Bu qaydalara əsasən üçüncü şəxslərin həyatına və ya sağlamlığına xəsarət yetirilməsi, əmlakına zərər vurulması halı sığortanın predmeti hesab olunur.
3. SIĞORTA OBYEKTİ
3.1. Bu qaydalara əsasən sığorta obyekti, sığortalının fiziki şəxslərin sağlamlığına xəsarət yetirməsi və ya fiziki şəxslərin əmlakına, həmçinin hüquqi şəxslərə vurduğu zərərin əvəzinin ödənilməsi ilə bağlı əmlak mənafeləridir.
4. SIĞORTA MƏBLƏĞİ
4.1. Sığorta məbləği (ümumi məsuliyyət həddi) sığorta müqaviləsi bağlanan zaman sığorta müqaviləsinin tərəfləri arasında razılaşdırılaraq müəyyən edilir.
4.2. Sığortalının üçüncü şəxslərin əmlakı və səhhətinə vurduğu zərər və bununla bağlı bütün digər zəruri xərclərin cəmi sığorta müqaviləsi üzrə Sığorta məbləğini (ümumi məsuliyyət həddini) aşmayacaqdır.
5. SIĞORTA RİSKLƏRİ
Sığortaçı aşağıdakı hallarla bağlı xərclərinin əvəzini ödəyir:
5.1. Sığorta şəhadətnaməsi üzrə səlahiyyətli şəxsin sığorta şəhadətnaməsində qeyd olunan avtonəqliyyat vasitəsindən istifadəsi nəticəsində üçüncü şəxslərin səhhətinə və əmlakına vurduğu zərərlər;
5.2. Sığortaçının ilkin razılığı əsasında Sığortalı ilə üçüncü şəxslər arasında həyata keçirilən məhkəmədən kənar tənzimləmələr;
5.3. Sığortaçının ilkin razılığı əsasında üçüncü şəxslərin irəli sürdüyü tələblərdən müdafiə olunmaq va ya bu tələblərin tənzimlənməsi məqsədi ilə Sığortalının çəkdiyi məhkəmə və digər zəruri müdafiə xərcləri;
5.4. Sığortaçının təminat verdiyi və onun göstərişlərinə əməl edilməsi üçün zərərlərin azaldılması məqsədilə çəkilən zəruri, əsaslandırılmış ağlabatan xərclər.
6. ÜMUMİ İSTİSNALAR
6.1. Əgər Sığorta şəhadətnaməsində başqa cür nəzərdə tutulmamışdırsa, bu sığorta ilə aşağıdakılara təminat verilmir:
6.1.1. Avtonəqliyyat vasitəsinin yüklənilməsi və ya boşaldılması ilə bağlı yaranan məsuliyyət;
6.1.2. Sığortalının avtonəqliyyat vasitəsinin sərnişini olarkən işçisinin Sığortalı ilə əmək münasibətlərindən irəli gələn peşə vəzifələrinin icrası zamanı və bununla bağlı ölməsi və ya ona bədən xəsarəti dəyməsi ilə bağlı məsuliyyət;
6.1.3. Avtonəqliyyat vasitəsinin sərnişini kimi hərəkət edən Sığortalının hər hansı ailə üzvünə münasibətdə yaranan məsuliyyəti;
6.1.4. Avtonəqliyyat vasitəsinin altında xxxx hər hansı körpüyə, viaduka, nəqliyyat magistralına və ya bunlara bənzər başqa tikiliyə avtonəqliyyat vasitəsinin titrəməsi və ya onun daşıdığı yükün çəkisinin ağırlığı nəticəsində dəyən ziyan;
6.1.5. Üçüncü şəxslərin əmlakına və səhhətinə vurulan zərərlə bağlı yaranan gəlir itkisi, əldən çıxmış fayda və ya digər dolayı zərərlər üçün məsuliyyət;
6.1.6. Mənəvi zərərin kompensasiya edilməsi və ya cəza, yaxud göstəriş xarakterli cərimələr üçün məsuliyyət;
6.1.7. Çirklənmə, buxarlanma, his, tüstü, işlənmiş qaz, turşular, qələvilər, toksik kimyəvi maddələr, mayelər və ya qazlar, materialların tullantıları və ya qıcıqlandırıcı təsiri xxxx başqa zəhərli və çirkləndirici maddələrin torpağa, atmosferə və hər hansı su kanallarına və ya hovuzlara ifraz edilməsi, axması və ya tullanmasından irəli gələn məsuliyyət;
6.1.8. Aerodromun, hava limanının və ya təyyarələrin enə biləcəyi hərbi bazanın hər hansı hissəsində nəqliyyat vasitəsinin istifadəsindən yaranan mülki məsuliyyət;
6.1.9. Oğurlanmış və ya qaçırılmış avtonəqliyyat vasitəsi ilə vurulan itki və ziyanlar (Yol hərəkəti haqqında qanuna görə idarə edənin məsuliyyət daşımadığı ziyanlar) və avtonəqliyyat vasitəsinin oğurlandığı və ya qaçırıldığı xxxxx xxx minən sərnişinlərə dəyən itki və ziyanlarla əlaqədar irəli sürülən tələblər;
6.1.10. Sığortalı və ya səlahiyyəti sürücünün üçüncü şəxslərin səhhətinə və əmlakına şəxsi və digər motivlərlə bağlı qəsdən vurduğu ziyan;
6.1.11. Tətil, sabotaj, qanunsuz aktlar və digər kütləvi çıxışlarda iştirakla əlaqədar sığortalı və onun səlahiyyətli sürücüsünün üçüncü şəxslərin səhhətinə və əmlakına vurduğu zərər;
6.1.12. Avtonəqliyyat vasitəsinin toksik, spirtli və narkotik sərxoşluq vəziyyətində xxxx Xxxxxx tərəfindən idarə еdilməsi zamanı üçüncü şəxslərin səhhətinə və əmlakına dəyən ziyan;
6.1.13. Xxxxxxxxxxxx və ya onun etibar etdiyi səlahiyyətli sürücüsünün sığortalının və ya həmin səlahiyyətli sürücüyə məxsus digər əmlaka vurduğu zərər;
6.1.14. Avtonəqliyyat vasitəsinin onun tеxniki təyinatına uyğun gəlməyən məqsədlərlə istifadə еdilməsi nəticəsində üçüncü şəxslər qarşısında məsuliyyət;
6.1.15. Təminat verilməyən sığorta riskləri nəticəsində üçüncü şəxslərin səhhətinə və əmlakına dəyən zərər;
6.1.16. Avtonəqliyyat vasitəsinin sığorta şəhadətnaməsi ilə səlahiyyətli olmayan şəxs tərəfindən istifadə olunarkən üçüncü şəxslərin səhhətinə və əmlakına dəyən zərər.
7. SIĞORTA MÜQAVİLƏSİ
7.1. Sığorta müqaviləsinin bağlanması.
7.1.1. Sığorta müqaviləsi Sığortalının yazılı ərizəsi əsasında bağlanır. Ərizə sığorta müqaviləsinin ayrılmaz tərkib hissəsi və əsasını təşkil edir.
7.1.2. Sığorta müqaviləsi bağlanarkən Sığortalı sığortaya qəbul edilən əmlaka dair xxxxxx dərəcəsinin müəyyən edilməsi üçün əhəmiyyətli və ona məlum xxxx bütün hallar haqqında Sığortaçıya məlumat verməlidir. Sığortalının ərizə formasında qeyd etdiyi hallar həmçinin əhəmiyyətli hallar hesab edilir. Sığorta müqaviləsi bağlandıqdan sonra Sığortalının Sığortaçıya bilərəkdən yalan məlumatlar verməsi müəyyən edilərsə, Sığortaçı müqavilənin etibarsız hesab edilməsini tələb edə bilər.
7.1.3. Sığorta müqaviləsinin bağlanması faktı sığorta qaydaları əlavə edilməklə, Sığortalıya verilən sığorta şəhadətnaməsi ilə təsdiq edilir.
7.2. Sığоrtа müqаviləsinin tərəfləri.
7.2.1. Sığortaçı.
7.2.1.1. Bu Qaydalara əsasən Sığortaçı “Naxçıvansığorta” ASC-dir.
7.2.2. Sığortalı
7.2.2.1. Bu Qaydalara əsasən Sığortalı sığorta obyektinə münasibətdə əmlak maraqları xxxx hər hansı fiziki və ya hüquqi şəxs hesab olunur.
7.2.2.2. Bu Qaydalar daxilində Sığortalının hərəkətlərinə onun işçilərinin, rəsmi şəxslərinin, o cümlədən Azərbaycan Respublikasının qanunvericiliyinə, «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa, sığorta müqaviləsinə, vəkalətnaməyə (etibarnaməyə) və ya vəzifə öhdəliklərinə əsasən Sığortalı adından çıxış etmək səlahiyyəti xxxx digər nümayəndələrinin hərəkətləri də aid edilir.
8. SƏLAHİYYƏTLİ SÜRÜCÜ
8.1. Bu sığorta ilə yalnız sığorta şəhadətnaməsində adı qeyd olunan səlahiyyətli sürücü avtonəqliyyat vasitəsini idarə edərkən baş verən ziyan və zərərlərə görə təminat verilir.
8.2. Sığorta şəhadətnaməsi ilə qanunvericiliyə müvafiq qaydada avtonəqliyyat vasitəsini idarəetmə səlahiyyəti verilmiş şəxs sığorta hadisəsi zamanı Sığortalının şəhadətnamə üzrə hüquq və vəzifələrini yerinə yetirə bilər.
8.3. Nəqliyyat vasitəsinin idarə edilməsi.
8.3.1. Sığortalanmış avtonəqliyyat vasitəsi yalnız aşağıda göstərilən sənədlərin mövcud olduğu şəxslər tərəfindən idarə edilə bilər:
-İdarə olunan avtonəqliyyat vasitəsinin kateqoriyasına uyğun qüvvədə xxxx sürücülük vəsiqəsi.
-Sığortalanmış avtonəqliyyat vasitəsinin qeydiyyat sənədləri.
-Əgər səlahiyyətli sürücü avtonəqliyyat vasitəsinin sahibi deyilsə, Sığortalanmış avtonəqliyyat vasitəsinin sahibi tərəfindən avtonəqliyyat vasitəsini idarə edən şəxsə verilmiş etibarnamə.
8.3.2. Sığortalanmış avtonəqliyyat vasitəsinin sürücüsü bu bənddə göstərilən tələblərə cavab vermədikdə, Sığortaçı Sığortalının heç bir iddiası üzrə sığorta ödənişi vermir.
9. SIĞORTA HAQQI
9.1. Sığorta haqqı sığorta tariflərinə əsasən hesablanır.
9.1.1. Sığorta tarifləri sürücülərin yaş həddi və sürücülük təcrübəsindən, avtonəqliyyat vasitəsinin tipindən, buraxılış ilindən və digər xxxxxx qiymətləndirilməsinə təsir edə bilən amillərdən asılı olaraq müəyyənləşdirilir.
9.2. Sığorta haqqı bir dəfəyə ödənilir və ya tərəflərin razılğına əsasən hissə-hissə ödənilə bilər.
9.3. Sığorta haqqının ödənildiyi gün, pul vəsaitinin Sığortaçının bank hesabına daxil olduğu gün hesab olunur.
9.4. Müqavilədə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsi sığorta haqqının ilk hissəsinin və ya tam ödənildiyi gün saat 24:00-da, xxxxx şəhadətnamədə göstərilmiş sığorta müddətinin başlanma tarixindən tez olamayaraq qüvvəyə minir.
9.5. Sığorta haqqı və ya onun növbəti hissəsi sığorta müqaviləsində nəzərdə tutulmuş müddətədək ödənilmədikdə və ya sığorta müqaviləsində nəzərdə tutulduğundan daha az məbləğdə ödənildikdə:
9.5.1. Bu halda sığortaçı onun ödənilməsi üçün bu qaydaların 9.5.2.-cı maddəsinin tələbini nəzərə alaraq, yazılı surətdə 15 günədək əlavə müddət müəyyən edə bilər.
9.5.2. Hər bir halda sığorta haqqı və ya onun razılaşdırılmış ilk hissəsi sığorta müqaviləsi bağlandığı gündən 1 aydan gec olmayaraq ödənilməlidir.
9.6. Elektron sənəd formasında xxxx sığorta müqaviləsi üzrə sığorta haqqının ödənilməsi sığortalının müvafiq sığorta qaydaları və sığorta müqaviləsinin şərtləri ilə xxxxx olmasını, həmin qaydalar və şərtlərlə razılığını, həmçinin sığorta müqaviləsinin bağlanması faktını təsdiqləyir.
10. SIĞORTANIN ƏRAZİSİ
10.1. Bu sığorta Azərbaycan Respublikasının ərazisində qüvvədədir.
10.2. Əgər sığorta müqaviləsində sığortanın ərazisi göstərilmişdirsə, yalnız həmin ərazidə baş verən sığorta hadisələrinə sığorta təminatı verilir.
10.3. Sığortanın ərazisi, Sığortaçının bu barədə qabaqcadan xəbərdar edilməsi, yazılı surətdə razılığının alınması və əlavə sığorta haqqının ödənilməsi şərti ilə genişləndirilə bilər.
11. SIĞORTA MÜDDƏTİ
11.1. Sığorta müddəti, sığorta şəhadətnaməsində başqa hal nəzərdə tutulmayıbsa, sığorta müqaviləsinin bağlandığı gün saat 24:00-da başlanır və sığorta müqaviləsinə əsasən həmin müqavilənin qüvvədə olduğu sonuncu gün saat 24:00-da başa çatır.
12. AZADOLMA MƏBLƏĞİ
12.1. Sığorta müqaviləsi ilə azadolma məbləği nəzərdə tutula bilər.
12.2. Sığorta təminatı üzrə azadolma məbləği hər bir sığorta riski və hər bir sığorta hadisəsi üzrə tətbiq olunur.
12.3. Şərtli azadolma məbləğinin nəzərdə tutulması halında, sığorta hadisəsi nəticəsində dəyən zərərin həcmi həmin məbləğdən xxx olduqda, zərər məbləğindən azadolma məbləği çıxılmır.
12.4. Şərtsiz azadolma məbləği nəzərdə tutulduqda, həmin məbləğ hər bir halda zərər məbləğindən çıxılır.
13. XXXXXX DƏRƏCƏSİNİN DƏYİŞMƏSİ
13.1. Sığorta riskinə əhəmiyyətli dərəcədə təsir edə bilən risklər barədə sorğu forması sığorta müqaviləsi bağlandığı zaman Sığortaçı tərəfindən Sığortalıya təqdim olunur. Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində, Sığortalı, sığorta müqaviləsi bağlanan zaman Sığortaçıya bildirdiyi əhəmiyyətli halların dəyişilməsi, həmçinin sığorta riskinə əhəmiyyətli dərəcədə təsir edə bilən və ona məlum xxxx bütün digər hallar barədə Sığortaçıya dərhal məlumat verməlidir.
13.2. Sığortaçı sığorta riskinin artmasına təsir edən hallar barədə məlumatı əldə etdikdən sonra aşağıda göstərilən hərəkətləri etmək hüququna malikdir:
13.2.1. sığorta müqaviləsinin şərtlərini və müddəalarını dəyişmək,
13.2.2. əlavə sığorta haqqının ödənilməsini tələb etmək və ya
13.2.3. belə dəyişikliklərin baş verdiyi tarixdən sığorta müqaviləsini ləğv etmək.
14. SIĞORTA MÜQAVİLƏSİNƏ ƏLAVƏ VƏ DƏYİŞİKLİKLƏRİN EDİLMƏSİ
14.1 Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığortalı və sığоrtаçı, fayda götürənin yazılı razılığı ilə müqavilənin müəyyən şərtlərinin dəyişdirilməsi, həmçinin оnа müəyyən əlаvələr еdilməsi bаrədə rаzılığа gələ bilərlər.
14.2 Sığorta müqaviləsi bağlanarkən sığortalı sığortaçının müstəqil auditor tərəfindən təsdiqlənmiş illik balansı və fəaliyyətinin illik yekunlarına dair maliyyə nəticələri ilə xxxxx olmaq hüququna malikdir.
14.3 Sığorta müqaviləsi bağlanarkən sığortalı özünə məlum xxxx, habelə sığortaçının yazılı surətdə tələb və sığortaçının müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə sığortaçıya məlumat verməlidir.
14.4 Eyni sığorta marağı ilə bağlı bir neçə sığortaçı ilə sığorta müqaviləsi bağlayan sığortalı bu barədə sığortaçılardan hər birinə məlumat verməlidir. Həmin məlumatda digər sığortaçının adı və müvafiq sığorta məbləği göstərilməlidir. Tələb edildikdə, bu məlumatları təsdiq edən müvafiq sənədlər təqdim olunmalıdır.
15. SIĞORTA MÜQAVİLƏSİNƏ XİTAM VERİLMƏSİ
15.1. Sığorta müqaviləsinə aşağıdakı hallarda xitam verilir:
15.1.1. Müqavilənin müddəti bitdikdə;
15.1.2. Sığortaçı müqavilə üzrə Sığortalı qarşısında öhdəliklərini tam həcmdə icra etdikdə;
15.1.3. Sığortalı sığorta haqqlarını müqavilə ilə müəyyən olunmuş müddətdə ödəmədikdə;
15.1.4. Sığortaçı, Azərbaycan Respublikasının qanunvericilik aktları əsasında ləğv edildikdə;
15.1.5. Sığorta müqaviləsinin etibarsız hesab olunması haqqında məhkəmə tərəfindən qərar qəbul edildikdə;
15.1.6. Sığorta marağı artıq mövcud olmadıqda;
15.1.7. Sığorta predmeti artıq mövcud olmadıqda;
15.1.8. Azərbaycan Respublikasınin qanunvericiliyi ilə nəzərdə tutulan digər hallarda.
15.2. Sığorta müqaviləsinə Sığortalının və ya Sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verilə bilər. Bu barədə tərəflər bir-birini, qanunla müəyyən edilən hallar istisna olmaqla, azı 30 (otuz) gün əvvəl (sığorta müqaviləsi beş ildən xxx müddətə bağlanmış olduqda 60 gün, 3 aydan az müddətə bağlanmış olduqda isə 5 iş günü əvvəl) yazılı surətdə xəbərdar etməlidirlər.
16. SIĞORTA MÜQAVİLƏSİNƏ VAXTINDAN ƏVVƏL XİTAM VERMƏNİN
NƏTİCƏLƏRİ
16.1. Sığorta müqaviləsinə (qrup halında sığorta zamanı həm də müqaviləyə hər hansı bir sığorta predmetinə münasibətdə) sığortalının tələbi ilə vaxtından əvvəl xitam verildikdə, sığorta qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərclərini çıxmaqla müqavilənin (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmetinə münasibətdə) qurtarmamış müddəti üçün sığorta haqlarını ona qaytarır; əgər bu tələb sığortaçının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, sığortaçı sığorta haqlarını (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) bütünlüklə sığortalıya qaytarır.
16.2. Sığorta müqaviləsinə (qrup halında sığorta zamanı, həm də müqaviləyə hər hansı bir sığorta predmetinə münasibətdə) sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verildikdə o, sığorta haqlarını (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) bütünlüklə sığortalıya qaytarır; əgər bu tələb sığortalının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərcləri çıxılmaqla, müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) qaytarır.
16.3. Sığorta müqaviləsinə (qrup halında sığorta zamanı həm də müqaviləyə hər hansı bir sığorta predmetinə münasibətdə) vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək sığortaçı tərəfindən sığortalıya ödənilmiş sığorta haqqına (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarına) bərabər və ya ondan xxx miqdarda sığorta ödənişi verilmişdirsə, sığorta haqqı (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqları) sığortalıya qaytarılmır.
16.4. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək sığortaçı tərəfindən sığortalıya ödənilmiş sığorta haqqından az miqdarda sığorta ödənişi verilmişdirsə, həmin sığorta haqqı məbləği ilə sığorta ödənişi məbləği arasındakı fərq miqdarında sığorta haqqının sığortalıya qaytarılması müvafiq olaraq bu maddənin 16.1.-ci və 16.2-ci bəndlərində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
16.5. Sığorta müqaviləsi məhkəmə qərarı əsasında (sığortalı məhkəmənin qərarı ilə fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdirsə, yaxud onun fəaliyyət qabiliyyəti məhkəmənin qərarı ilə məhdudlaşdırılmışdırsa) xitam verilmiş hesab edildikdə, sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərclərini çıxmaqla müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını, bu maddənin 16.3-cü və 16.4-cü bəndlərinin tələbləri nəzərə alınmaqla, sığortalının qanuni nümayəndəsinə qaytarır.
17. TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ
17.1. Sığortalının aşağıdakı hüquqları var:
17.1.1. sığorta hadisəsi baş verdikdə sığorta ödənişi almaq;
17.1.2. sığorta müqaviləsinə əlavə və dəyişiklik etmək;
17.1.3. sığorta müqaviləsinə xitam vermək;
17.1.4. itirilmiş şəhadətnamənin yerinə dublikatını almaq;
17.1.5. mövcud qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqlar.
17.2. Sığortalının aşağıdakı vəzifələri var:
17.2.1. sığorta hadisəsi baş verdikdə, bu barədə Qaydaların 18.1-ci maddəsində müəyyən edilmiş müddətdə sığortaçını xəbərdar etməli;
17.2.2. ziyanın qarşısının alınması və azaldılması üçün bütün zəruri tədbirlər görməli, sığorta haqqını vaxtında ödəməli;
17.2.3. sığorta riskinə əhəmiyyətli dərəcədə təsir edə bilən risklər barədə sorğu forması sığorta müqaviləsi bağlandığı zaman Sığortaçı tərəfindən Sığortalıya təqdim olunur. Sığortalı öz növbəsində sorğu formasındakı sualları dürüst və düzgün şəkildə cavablandırmalı və sığorta müqaviləsi qüvvədə xxxx müddətdə xxxxxx dərəcəsi dəyişilərsə bu barədə sığortaçıya məlumat verməli;
17.2.4. sığorta predmetinə dair qüvvədə xxxx digər sığorta müqavilələri barədə sığortaçıya məlumat verməli;
17.2.5. sığоrta hadisəsi faktının mövcudluğunu sübut etmək vəzifəsi Sığortalının üzərinə düşür və Sığortalı qanunvericilik və formalaşmış təcrübə ilə tələb olunan sənədlər də daxil olmaqla Sığortaçını bütün zəruri sənədlərlə təmin etməlidir.
17.2.6. mövcud qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələr.
17.3. Sığortaçının aşağıdakı hüquqları var:
17.3.1. sığortalının bildirdiyi məlumatların düzgünlüyünü yoxlamaq;
17.3.2. sığortalanmış xxxxxx dərəcəsi artdıqda, Sığortalıya sığorta müqaviləsinin şərtlərinin dəyişdirilməsini, o cümlədən, sığorta riskinin artması nisbətində əlavə sığorta haqqının ödənilməsini təklif etmək və ya Sığortalını xəbərdar etdikdən sonra sığorta müqaviləsinə xitam vermək;
17.3.3. sığortaçı (və ya təyin edilmiş müstəqil ekspert, yaxud sığorta sahəsində yardımçı fəaliyyət göstərən şəxs) sığorta hadisəsinin baş verməsi faktını təsdiq edən və (və ya) sığorta ödənişinin həcminin müəyyənləşdirilməsi üçün xxxxx xxxx sənədləri və məlumatları sığortalıdan tələb etmək;
17.3.4. sığortalı sığorta müqaviləsi üzrə öz öhdəliklərini icra etmədikdə, saxta sənədlər təqdim etdikdə və ya zərərin artırılması və ya sığorta ödənişinin əsassız şəkildə artırılması məqsədilə qəsdən hərəkətlər etdikdə, sığorta ödənişinin verilməsindən tam və ya qismən imtina etmək;
17.3.5. mövcud qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqlar.
17.4. Sığortaçının aşağıdakı vəzifələri var:
17.4.1. sığortalını sığorta qaydaları ilə xxxxx etməli;
17.4.2. sığorta hadisəsi baş verdikdə bütün zəruri sənədləri aldıqdan sonra sığorta ödənişini bu Qaydaların 21.1-ci maddəsində müəyyən edilmiş müddətdə verməli;
17.4.3. qanunvericliklə nəzərdə tutulmuş hallardan başqa, Sığortalı şəxsin əmlak vəziyyəti, o cümlədən kommersiya xxxxx xxxx məlumatları yaymamaq;
17.4.4. sığorta hadisəsi hesab edilə bilən, qanunvericiliyə uyğun olaraq araşdırılması və ya qeydə alınması tələb olunan hadisələr barədə səlahiyyətli dövlət orqanlarına belə hadisələrin baş verməsi faktını və (və ya) səbəbini, habelə nəticələrini təsdiq edən sənədin alınması üçün yazılı sorğu vermək;
17.4.5. mövcud qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələr.
18. SIĞORTA HADİSƏSİ BAŞ VERDİKDƏ SIĞORTALININ VƏZİFƏLƏRİ
18.1. Sığorta hadisəsinin baş verməsi barədə sığortalı, sığorta olunan və yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün xxxx ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda, qanunvericiliyə uyğun olaraq, həmin hadisə barədə məlumatlandırılmalı xxxx səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir.
18.1.1. Bu qaydaların 18.1-ci maddəsində üzərinə məlumatlandırma vəzifəsi qoyulan şəxslərdən başqa digər şəxslər, o cümlədən səlahiyyətli dövlət orqanları və müvafiq hallarda zərərçəkən tərəfindən də
sığorta hadisəsinin baş verməsi haqqında hər hansı vasitə ilə sığortaçıya xəbər verilməsi sığorta hadisəsi barədə məlumatlandırılma hesab edilir
18.1.2. Zərərin qarşısının alınması və ya təsirinin azaldılması və zərər vurulmuş əmlakın xilas edilməsi üçün bütün mümkün tədbirləri görməli və belə tədbirlərin görülməsi zamanı Sığortaçıdan aldığı bütün təlimatlara əməl etməlidir;
18.1.3. Sığortalı, sığorta olunan və yaxud faydalanan şəxs aşağıdakı hallar istisna olmaqla, zərər dəymiş əmlakı sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə sığortaçıya və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidir:
18.1.3.1. Zərərin qarşısının alınması və ya həcminin azaldılması, sığorta hadisəsinin nəticələrinin aradan qaldırılması, yaxud digər fəsadlara səbəb olmaması, habelə zərər dəymiş əmlakın sonrakı itkiləri üçün təhlükə ehtimalına səbəb ola bilən nəzarətsiz halda qalmaması, başqa şəxslərin hərəkətinə və ya fəaliyyətinə mane olmaması üçün zəruri tədbirlərin görülməsi, o cümlədən bu məqsədlərlə əmlakın hadisə yerindən kənarlaşdırılması zamanı zərər dəymiş əmlakın hadisədən dərhal sonrakı vəziyyətdə saxlanması mümkün olmadıqda;
18.1.3.2. sığortaçı sığorta hadisəsi barədə bu qaydalarda nəzərdə tutulmuş qaydada məlumatlandırıldıqdan 5 gün müddətində onun nümayəndəsi zərər dəymiş əmlaka baxış keçirmədikdə;
18.1.3.3. digər hallarda zərər dəymiş əmlakın sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə saxlanmamasına sığortaçının yazılı razılığı olduqda.
18.1.4. Sığortaçının və ya onun nümayəndələrinin zərər dəymiş əmlaka baxışın keçirilməsində və ya tədqiq edilməsində, vurulmuş zərərin səbəb və həcminin müəyyən edilməsində, zərərin təsirinin azaldılması və zərər vurulmuş əmlakın xilas edilməsi tədbirlərində iştirakını təmin etməli;
18.1.5. Sığortaçının tələbi ilə sığortalanmış əmlakın məhv olması və ya vurulmuş zərərin həcmi və səbəblərini müəyyənləşdirmək aşağıdakı sənədləri Sığortaçıya təqdim etməlidir;
18.1.5.1. avtomobilin qeydiyyat şəhadətnaməsinin surəti, avtomobilin oğurlandığı və ya qaçırıldığı halda isə qeydiyyat şəhadətnaməsinin əsli; əgər avtomobilin qeydiyyat şəhadətnaməsi oğurlanmış və ya qaçırılmış avtomobilin içərisində qalmışdırsa, onun Daxili İşlər Nazirliyinin müvafiq orqanı tərəfindən verilən dublikatı, yaxud cinayət işinə əlavə edilmişdirsə, bu faktı təsdiq edən arayış.
18.1.6. Sığorta ödənişinin verilməsi üçün sığortaçı müstəsna hallarda sığorta hadisəsinin araşdırılması və ya zərərin qiymətləndirilməsi məqsədilə bu Qaydaların 18.1-ci bəndində nəzərdə tutulanlardan başqa bilavasitə zəruri hesab etdiyi digər sənədləri yazılı şəkildə əsaslandırmaqla tələb edə bilər.
18.1.7. Sığortalı 18.1.8-ci bənd istisna olmaqla yuxarıda göstərilmiş hər hansı öhdəliyin icra olunmaması sığorta müqaviləsinin əhəmiyyətli şəkildə pozulması hesab edilir və Sığortaçının sığorta ödənişini vermək öhdəliyindən azad edir.
18.1.8. Zərər dəymiş əmlakın sığortaçıya təqdim edilməsi ilə bağlı bu qaydaların 18.1.3-cü bəndinə riayət edilməməsinin sığortaçını zərərin həcmini müəyyənləşdərmək imkanlarından tam və ya qismən məhrum olur, bu hal olduqda belə aşkar faktlarla sübut olunan həcmdə Sığortaçı sığorta ödənişindən imtina edə bilməz.
19. SIĞORTA ÖDƏNİŞİ
19.1. Azadolma tətbiq olunarsa - sığorta ödənişi azadolma miqdаrı çıхılmаqlа vеrilir.
19.2. Sığоrtа şəhаdətnаməsi üzrə sığоrtа ödənişlərinin ümumi miqdаrı sığоrtа məbləğini аşа bilməz.
19.3. Sığorta ödənişinin ödənilməsi zamanı sığortaçı sığorta ödənişi məbləğindən sığortalının ona ödəməli olduğu, vaxtı çatmış və ya gecikdirilmiş sığorta haqqı məbləğini tutmaq hüququna malikdir.
20. SIĞORTA ÖDƏNİŞİNİN VERİLMƏSİ
20.1. Sığorta ödənişi aşağıdakılardan hər birinin mövcud olduğu halda həyata keçirilir:
20.1.1. sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığorta müqaviləsində nəzərdə tutulmuş müddətdə sığortaçıya ünvanladığı sığorta tələbi (ərizə, müraciət);
20.1.2. sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı qanunvericiliyə uyğun olaraq, hər hansı dövlət orqanına məlumat verilməlidirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənəd;
20.1.3. zərər məbləğini təsdiqləyən sənəd;
20.1.4. avtomobillərin dövlət qeydiyyat şəhadətnamələri (surəti);
20.1.5. sürücülük vəsiqələri (surəti);
20.1.6. yol nəqliyyat hadisəsinə dair arayış (forma №4).
20.2. Sığortaçı bu Qaydaların 20.1-ci maddəsində qeyd olunan sənədlərin sonuncusunu aldıqdan sonra (sığorta müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa) 7 iş günü müddətində sığorta ödənişini həyata keçirir və ya yazılı şəkildə əsaslandırmaqla ödənişdən imtina edir.
20.3. Sığortaçı sığorta ödənişini sığorta qanunvericiliyi və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 xxxxx həcmində dəbbə pulu ödəyir.
21. SIĞORTA ÖDƏNİŞİNİN VERİLMƏSİNDƏN İMTİNАNİN ƏSASLARI
21.1. Sığortaçı sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edir:
21.1.1. sığorta hadisəsi barəsində məlumatın sığortaçıya vaxtında verilməməsi nəticəsində sığortaçının hadisənin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması ilə əlaqədar olaraq onun mənafeləri əhəmiyyətli dərəcədə pozulduqda, habelə zərər dəymiş əmlakın ona təqdim edilməsi ilə bağlı bu qaydaların 18.1.4-cü maddəsinə riayət edilmədikdə;
21.1.2. qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyəti istisna edən hallardan başqa, sığortalının, müvafiq hallarda zərərçəkənin sığorta hadisəsinin baş verməsinə yönələn qəsdən etdiyi hərəkəti və ya hərəkətsizliyi, habelə sığorta hadisəsi ilə birbaşa səbəb əlaqəsində xxxx qəsdən cinayət törətməsi;
21.1.3. müqavilə ilə hərbi risklərin sığortalanması nəzərdə tutulmayıbsa, hadisənin baş verməsinin hərbi əməliyyatlar və ya hərbi xarakterli tədbirlər hesab edilən halların nəticəsi olması;
21.1.4. sığortalının sığortalanmış əmlaka dəyən zərərin qarşısını almaq və ya həcmini azaltmaq üçün lazımi və mümkün tədbirləri görmək iqtidarında olduğu halda, həmin tədbirləri qəsdən görməməsi; bu zaman sığorta ödənişindən o həcmdə imtina edilə bilər ki, sığortalı mümkün tədbirləri xxxxxx olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı;
21.1.5. sığortaçının sığorta hadisəsinin baş verməsi səbəblərini araşdırmasına sığortalı tərəfindən maneçilik törədilməsi, o cümlədən bu qaydaların 18.1.3.1-ci maddəsində müəyyən edilmiş məqsədlər üçün zəruri tədbirlərin görülməsi halları istisna olmaqla, digər hallarda əmlakın hadisə yerindən kənarlaşdırılmasının sığortaçını hadisənin səbəblərini və ya zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum etməsi;
21.1.6. bu qaydaların 21.2-ci maddəsi nəzərə alınmaqla, sığorta predmeti, sığorta hadisəsi barəsində sığortalının sığortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində sığortaçının sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması;
21.1.7. sığortalı, sığorta olunan və ya faydalanan şəxsin zərərin əvəzini tam olaraq zərər dəyməsində təqsirli xxxx şəxsdən xxxxxx; zərərvuran zərərin əvəzini qismən ödəmiş olduqda sığorta ödənişindən ödənilmiş məbləğ həcmində imtina edilir.
21.1.8. baş vermiş hadisənin qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi;
21.1.9. sığorta hadisəsinin sığorta haqqı və ya onun hər hansı bir hissəsinin qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulmuş ödənilməsi müddəti başa çatdıqdan 15 gün sonra, bu qaydaların 9.5.1-ci maddəsində nəzərdə tutulmuş halda isə sığortaçının müəyyən etdiyi müddətin başa çatmasından 3 gün sonra baş verməsi halında sığorta haqqı və ya onun müvafiq hissəsi ödənilməmiş olduqda;
21.1.10. avtonəqliyyat vasitəsinin alkoqol, narkotik və toksik sərxoşluq vəziyyətində idarə edilməsi;
21.1.11. sığorta qaydalarında nəzərdə tutulmuş digər hallarda.
21.2. Bu qaydaların 17.2.3-cü maddəsində nəzərdə tutulmuş məlumatların yanlışlığı sığorta müqaviləsi bağlanarkən sığortaçıya məlum olduqda və ya sığortalı yanlış məlumatların verilməsində təqsirli olmadıqda, habelə tələb olunan sığortalının cavab verməməsinə baxmayaraq sığorta müqaviləsi bağlanmış olduğu halda sığortaçı sığorta ödənişinin verilməsindən imtina üçün yanlış məlumatın verilməsi və ya tələb olunan məlumatın verilməməsi faktına əsaslana bilməz;
21.3. Bu qaydaların 18.1.3.-cü maddəsində müəyyən edilmiş hallarda sığortaçı zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olduqda belə, aşkar faktlarla sübut olunan həcmdə sığorta ödənişindən imtina edə bilməz;
21.4. Bu qaydalarda, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş məsuliyyəti istisna edən hallardan başqa, sığorta hadisəsi onun baş verməsinə yönələn, sığorta müqaviləsi üzrə sığortalı və (və ya) sığorta olunan
hesab edilməyən xxxxxxxxxx şəxsin qəsdən etdiyi hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verdikdə, həmin faydalanan şəxs sığorta ödənişini almaq hüququndan məhrum olur.
22. TƏRƏFLƏRİN MƏSULİYYƏTİ
22.1. Bu Qaydaların şərtlərinin yerinə yetirilməməsinə yə ya lazımı qaydada yerinə yetirilməməsinə görə tərəflər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
23. İŞ SİRLƏRİNİN GİZLİ SAXLANILMASI
23.1. Sığortaçı, Sığortalıya aid öyrəndiyi və ya iş prosesində öyrənəcəyi iş sirlərini gizli saxlamadığı halda Sığoratalıya dəyən maddi və ya mənəvi zərərə görə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır.
24. MÜBAHİSƏLƏRİN HƏLLİ QAYDASI
24.1. Bu Qaydalara əsasən bağlanmış sığorta müqaviləsindən irəli gələn bütün mübahisələr ilkin olaraq danışıqlar yolu ilə pretenziya qaydasında, tərəflər arasında razılığa gəlinmədiyi təqdirdə isə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məhkəmələr vasitəsilə həll edilir.
“Naxçıvansığorta” Açıq Səhmdar Cəmiyyətinin avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin könüllü sığortası üzrə tarif dərəcələrinin əsaslandırması
Tarif dərəcələri əsaslandırılarkən aşağıdakı məlumatlardan istifadə olunur:
1. Sığorta hadisəsinin baş verməsi ehtimalı(q) - 0,03;
2. Bir sığorta müqaviləsi üzrə xxxx sığorta məbləği (S) – 25 000 manat;
3. Bir sığorta müqaviləsi üzrə xxxx sığorta ödənişi (Sö) - 5 000 manat
4. Bağlanılacaq sığorta müqavilələrinin sayı(n) - 120
Netto-dərəcəni Tn, netto-dərəcənin əsas hissəsini Tə, risq üstəliyini isə Tr ilə işarə edək
Tə = lOOqSö/So = 100*0,03*5000/25000 = 0,60 manat
Risk üstəliyini hesablamaq üçün təminat ehtimalmı 0,98 götürək. Bu halda həmin ehtimala uyğun əmsal a=1.645 olur. Risk üstəliyi aşağıdakı düsturla hesablanır:
Tr=l,2*Tə*a*((l-q)/(n*q))1/2= 0,60*l,2*1.645*((l-0,03)/(120*0,03))1/2= 0,61 manat
Netto-dərəcə Tn = 0.60 + 6.1 = 1,21 manat təşkil edəcəkdir. Tarifin strukturu: netto-dərəcə - 70%, yüklənmə - 30%. O cümlədən işlərin aparılması xərcləri 28%, qarşısıalınma
tədbirləri fondu - 1%, tarif mənfəəti - l%. Brutto-dərəcəni Tb ilə işarə edək
Tb = Tn /(1-f) = 1,21/(1-0,3) = 1,74 manat.
Nəqliyyat vasitələrinin sığortasında tətbiq edilən tarif dərəcələri nəqliyyatın növündən, sığorta risqlərinin tərkibindən, xxxx xxxx məbləğindən və s. amillərdən asılı olaraq diferensiallaşdırılır. Buna görə də yekun tarif dərəcəsi 0,5% - 5%, o cümlədən zəlzələ hadisəsi ilə əlaqədar tarif dərəcəsi isə 0,1 - 0,15 aralığında dəyişir.