DƏRSLİK VƏ NƏŞRİYYAT SAHƏSİ ÜZRƏ 2012-Cİ İLDƏ
DƏRSLİK VƏ NƏŞRİYYAT SAHƏSİ ÜZRƏ 2012-Cİ İLDƏ
GÖRÜLMÜŞ İŞLƏRƏ DAİR HESABAT
2012/2013-cü dərs ilinə ümumtəhsil məktəblərinin I, II, III və V-XI sinifləri üçün nəşri nəzərdə tutulan dərslik və dərslik komplektləri “Ümumi təhsil sistemində dərslik siyasəti”, “Azərbaycan Respublikasında ümumi təhsilin konsepsiyası (Milli Kurikulumu)” və “Dərsliklərin nəşri, çapı və paylanması qaydaları”na müvafiq olaraq respublikanın şagird kontingenti (proqnoz əsasında), Gürcüstanın və Dağıstanın təlim Azərbaycan dilində xxxx məktəbləri və xarici ölkələrdəki “Bazar günü” məktəblərinin tələbatı nəzərə alınmaqla müzakirə edilmiş, onların siyahısı və tirajı müəyyənləşdirilmişdir.
Nazirliyin 30 yanvar 2012-ci il tarixli, 136 nömrəli əmri ilə I-III və V-XI siniflər üçün 194 adda 4015590 nüsxə dərsliyin və müəllim üçün metodik vəsaitin (Azərbaycan bölməsi üçün 105 adda, 3761690 nüsxə, rus bölməsi üçün 89 adda 253900 nüsxə) siyahısı, tirajı, həcmi və çap formatları təsdiq edilmiş, nəşr və çap məsələlərinin həllinə başlanılmışdır.
Beləliklə, I-III və VI-XI siniflər üçün 114 adda dərsliyin mövcud şagird sayının 30%-i həcmində, I və V siniflər üçün kurikulum əsasında cəmi 80 adda yeni dərslik və müəllim üçün metodik vəsaitin müvafiq olaraq, şagird və müəllimlərin sayının 105%-i həcmində çap olunması nəzərdə tutulmuşdur.
I və V siniflər üçün 80 adda dərslik və müəllim üçün metodik vəsaitin hazırlanması və çap olunmasının tender yolu ilə həyata keçirilməsinə dair “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Təhsil Nazirliyinin rəsmi internet səhifəsində və dövri mətbuatda (“Azərbaycan müəllimi” qəzeti və “Xalq qəzeti”nin 16.09.2011-ci il tarixli nömrələrində, I siniflər üçün 13 lot üzrə 32 adda, V siniflər üçün 17 lot üzrə 48 adda, cəmi 30 lot üzrə 80 adda) açıq tender elanı verilmiş, bu barədə nəşriyyat-poliqrafiya müəssisələrinə məlumat çatdırılmışdır. Xxxxx əsasən 01 may 2012-ci il tarixədək təkliflər tender komissiyasına daxil olmalı idi.
Qalan dövr ərzində I və V siniflər üçün dərslik və müəllim üçün metodik vəsaitlərin hazırlanması ilə əlaqədar Dərslikləri Qiymətləndirmə Şurası üzvlərinin, nəşriyyat-poliqrafiya müəssisələri əməkdaşlarının (iddiaçıların) və dərslik müəlliflərinin iştirakı ilə Təhsil Nazirliyində, Kurikulum Mərkəzində seminar və iclaslar keçirilmişdir.
01 may 2012-ci il tarixdə tenderə 13 nəşriyyat-poliqrafiya müəssisəsindən daxil olmuş 52 təklif müvafiq qaydada sənədləşdirilmişdir. Hər bir lot üzrə dərslik və müəllim üçün metodik vəsaitlərin maketləri və qiymət (maliyyə) təklifi xxxx zərflər (bağlamalar) qəbul edilmiş, qeydiyyata alınmışdır.
Dərslik komplektlərinin qiymətləndirilməsi məqsədilə, əvvəlki illərdə olduğu kimi, Dərslikləri Qiymətləndirmə Şurası sədrinin təqdimatına əsasən Təhsil Nazirliyinin 01.05.2012-ci il tarixli, 698 nömrəli əmri ilə Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun əsasən əməkdar müəllimlərindən, “Ən yaxşı müəllim” müsabiqəsinin qaliblərindən ibarət ekspert komissiyasının tərkibi təsdiq edilmişdir. Təqdim edilən dərslik komplektlərinə uyğun olaraq müvafiq fənlər üzrə ekspert qrupları təşkil edilmiş və onlar üçün normal iş şəraiti yaradılmışdır. Bütövlükdə, hərəsi 4-5 nəfər ekspertdən ibarət 15 işçi qrupu yaradılmış, xxxxx onlara görülən işin müqabilində nəşriyyat-poliqrafiya müəssisələrinin tenderdə iştirak üçün ödədikləri maliyyə vəsaitindən 26560 manat əməkhaqqı verilmişdir.
Eləcə də, Türkiyə Milli Təhsil Nazirliyinin Təlim-Tərbiyə Kurulunun dərsliklərin qiymətləndirilməsi sahəsində böyük təcrübəyə malik üç nəfər əməkdaşı 2012-ci ilin 06-13 may
tarixlərində Bakıya dəvət edilmiş, dərslik komplektlərinin qiymətləndirilməsi prosesində ekspertlərə rəy və məsləhətləri ilə əməli köməklik göstərmişlər.
Dərslik komplektlərinin qiymətləndirilməsinin nəticələrinə dair mübahisəli məsələlərə baxılması məqsədilə, əvvəlki illərdə olduğu kimi, Təhsil Nazirliyinin 03.05.2012-ci il tarixli, 708 nömrəli əmri ilə Apelyasiya komissiyası yaradılmışdır. İşin gedişində komissiyaya əlavə mütəxəssislər cəlb edilmiş, 4 lot üzrə 5 dərslik komplektinin (I siniflər üçün 1 dərslik komplekti - “Azərbaycan dili” (I lot), 1 dərslik komplekti - “Rus dili” (IX lot), V siniflər üçün 2 dərslik komplekti - “Riyaziyyat” (VI lot) və 1 dərslik komplekti - “Təsviri incəsənət” (XVII lot)) qiymətləndirilmə nəticələrinin apelyasiya şikayətlərinə baxılmışdır.
Ümumi şagird sayının 30%-i həcmində çapı nəzərdə tutulan 114 adda 1936250 nüsxə I- III və VI-XI sinif dərsliyinin çapı işlərinin “Aspoliqraf”, “Təhsil”, “Çaşıoğlu”, “Xəzər-Etiket”, “Bakı”, “Kövsər”, “XXI” YNE, “Altun-Kitab”, “Şərq-Qərb” və “Radius” nəşriyyat-poliqrafiya müəssisələri ilə birbaşa müqavilə əsasında həyata keçirilməsi üçün Satınalmalar üzrə Dövlət Agentliyinə müraciət edilmiş (№ 00-00-000/16, 09.02.2012-ci il tarixli), Agentlik bunu mümkün hesab etmişdir (10.02.2012-ci il tarixli, İÇ/164 nömrəli məktub). Həmin nəşriyyat-poliqrafiya müəssisələri ilə birbaşa satınalma müqavilələri bağlanılmışdır. Müqavilələrə uyğun olaraq dərsliklərə Nazirliyin işçi qruplarına daxil xxxx fənn müəllimləri (ekspertlər), alim və metodistlər tərəfindən baxıldıqdan sonra onlar çapa təsdiq edilmişdir. Nəşriyyatlarla bağlanılmış müqavilələrin şərtlərinə və götürülmüş öhdəliklərə uyğun olaraq dərsliklərin çapına və onların Maddi-Texniki Təchizat İdarəsinə tam tirajla təhvil verilməsinə ciddi nəzarət olunmuşdur.
Xxxxx I və V sinif dərslik komplektlərinin satınalınması ilə bağlı keçirilən tenderə xitam verilmişdir. Sonradan Satınalmalar üzrə Dövlət Agentliyinin razılığı əsasında (23.07.2012-ci il tarixli, İÇ/1307 nömrəli məktub) tenderə xitam verilsə də, məzmununa görə müsbət qiymətləndirilmiş I və V sinif dərslik komplektlərinin çapı üçün mövcud qanunvericiliyə uyğun olaraq “Aspoliqraf”, “Təhsil”, “Çaşıoğlu”, “Bakı”, “Kövsər”, “XXI” YNE, “Altun-Kitab”, “Şərq-Qərb” və “Radius” nəşriyyat-poliqrafiya müəssisələri ilə satınalma müqavilələri bağlanılmışdır. Beləliklə, 74 adda 2194850 nüsxə tirajla I və V siniflər üçün dərslik və müəllim üçün metodik vəsait də çap edilərək Nazirliyin Maddi-Texniki Təchizat İdarəsinə təhvil verilmişdir.
Dövlət ümumtəhsil müəssisələrinin mövcud şagird kontingenti, Gürcüstan və Dağıstanın təlim Azərbaycan dilində xxxx məktəbləri, eləcə də xarici ölkələrdəki “Bazar günü” məktəbləri nəzərə alınmaqla dərslik və müəllim üçün metodik vəsaitlərin bölgüsü işlənilərək təsdiq edilmiş, bu bölgü əsasında onlar mövcud qanunvericiliyə uyğun yerlərə çatdırılmışdır.
Bundan əlavə, 2011-2012-ci tədris ilinə nəşri baş tutmayan IV siniflər üçün “Xxxxx dili”, “Ərəb dili” dərslik komplektləri və IX siniflər üçün “Xxxxx dili” dərsliyi 2012-ci ildə “Kövsər” nəşriyyatında nəşrə hazırlanmış, Nazirliyə təqdim olunmuşdur. Həmin dərslik və müəllim üçün metodik vəsaitlərin məzmunu müsbət qiymətləndirilmiş və onların çapı üçün “Kövsər” nəşriyyatı ilə birbaşa satınalma müqaviləsinin bağlanılmasına razılıq verilməsi məqsədilə Satınalmalar üzrə Dövlət Agentliyinə müraciət edilmişdir. Agentliyin razılığı olduğu təqdirdə müvafiq satınalma müqaviləsinin bağlanılması nəzərdə tutulur.
Həmçinin 2012/2013-cü dərs ilinə sağlamlıq imkanları məhdud xxxx uşaqlar üçün 10 adda 1202 nüsxə (iri şriftlər və brayl əlifbası ilə), milli azlıqlar üçün isə 1 adda 350 nüsxə dərslik (“Udi Muz - 3”) çap edilərək təyinatına müvafiq olaraq yerlərə çatdırılmışdır.
Beləliklə, 2012/2013-cü dərs ilinə ümumtəhsil məktəbləri üçün 199 adda 4132652 nüsxə tirajla dərslik və müəllim üçün metodik vəsait çap edilmiş və aidiyyəti üzrə yerlərə çatdırılmışdır.
Bundan əlavə, 2012-ci il ərzində MDB və digər xarici ölkələrdəki “Bazar günü” məktəblərinə, eləcə də Xarici İşlər Nazirliyi vasitəsilə Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərinə “Oxu”, “Əlifba”, “Azərbaycan dili”, “Ədəbiyyat”, “Azərbaycan tarixi”, “Həyat bilgisi”, “Azərbaycanın fiziki coğrafiyası”, “Azərbaycanın iqtisadi və sosial coğrafiyası” dərslikləri, “Azərbaycan Respublikasının fiziki xəritəsi”, “Azərbaycan Respublikasının iqtisadi- coğrafi rayonlaşdırma xəritəsi”, “Xxxx Uşaq Ensiklopediyası” və s. vəsaitlər göndərilmişdir.
Dərsliklərin dövlət vəsaiti hesabına çapı və məktəblərə pulsuz verilməsi sahəsində görülən həmin işlər və 10 il əvvəlki dövrlə müqayisə edildikdə bu sahədə uğur qazanıldığı qeyd edilməlidir. Müqayisə üçün bir neçə nümunə aşağıdakı cədvəldə təqdim olunmuşdur:
2003/2004-cü tədris ilinə | 2012/2013-cü tədris ilinə | ||
I-IV siniflərdə oxuyan bütün şagirdlər üçün | 31 adda 2292000 nüsxə dərslik | I və V siniflərdə oxuyan bütün şagirdlər və müəllimlər üçün | 74 adda 2194850 nüsxə dərslik və müəllim üçün metodik vəsait |
V siniflərdə oxuyan bütün şagirdlər üçün | 13 adda 1012000 nüsxə dərslik | I-III və VI-XI siniflərdə oxuyan şagirdlərin sayının 30 %-i həcmində | 114 adda 1936250 nüsxə dərslik |
VI-XI siniflərdə oxuyan qaçqın və məcburi köçkün şagirdlər üçün | 53 adda 515640 nüsxə dərslik | Sağlamlıq imkanları məhdud xxxx şagirdlər üçün - iri şriftlər və brayl əlifbası ilə | 10 adda 1202 nüsxə dərslik |
Milli azlıqlar üçün | 1 adda 350 nüsxə dərslik | ||
Cəmi | 97 adda 3819640 nüsxə dərslik | 199 adda 4132652 nüsxə dərslik və müəllim üçün metodik vəsait |
Tədris ədəbiyyatının təsdiqi (qrif verilməsi). 2012-ci il ərzində xxxx ümumtəhsil məktəbləri üçün hazırlanan və çap olunan, eləcə də ali, orta, peşə təhsili müəssisələrindən daxil olmuş və Nazirliyin Xxxx-Metodik Şurasının müvafiq bölmələrinə müzakirəyə göndərilmiş, müzakirələrdən sonra çapa məsləhət görülən tədris ədəbiyyatı Təhsil nazirinin əmri ilə təsdiq edilmişdir (qrif verilmişdir). Təsdiq edilən həmin vəsaitlər haqqında məlumatlar aşağıdakı cədvəldə əksini tapır:
Sıra №si | Tədris müəssisələri | Təsdiq edilmiş tədris ədəbiyyatı | |||||
Proqram | Dərslik | Dərs vəsaiti | Metodik vəsait | Əlavə vəsait | Cəmi | ||
1. | Xxxx ümumtəhsil məktəbləri, lisey və gimnaziyalar | 3 | 36 | 12 | 53 | 28 | 132 |
2. | Peşə təhsili müəssisələri | - | 9 | - | - | - | 9 |
3. | Xxxx ixtisas təhsili müəssisələri | 454 | 5 | 15 | 3 | 1 | 478 |
4. | Xxx təhsil müəssisələri | 1090 | 149 | 444 | 329 | 33 | 2045 |
Cəmi | 1547 | 000 | 000 | 000 | 62 | 2664 |
Məktəb kitabxanalarının maddi-texniki bazasının təkmilləşdirilməsi və təlim-oxu materialları ilə təminatı. Ümumtəhsil məktəb kitabxanalarının iş fəaliyyətinin yaxşılaşdırılması, kitabxana fondlarının zənginləşdirilməsi, nümunəvi məktəb kitabxanalarının yaradılması sahəsində də müvafiq işlər görülmüş, 2012-ci ilin noyabr-dekabr aylarında respublikanın ümumtəhsil məktəblərinin kitabxana-dərslik fonduna dair hesabatlar toplanılmışdır.
Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin 1.2-ci alt-komponenti (“Yeni tədris materiallarının hazırlanması və məktəb kitabxanalarının müasirləşdirilməsi”, 2009-2014-cü illər) çərçivəsində 2012-ci ildə aşağıda adları qeyd edilmiş beş ümumtəhsil məktəbinin əsaslı təmiri yekunlaşdırılmışdır:
- Bakı şəhər 164 nömrəli xxx xxxx məktəbi,
- Sumqayıt şəhər Təbiət fənləri təmayüllü gimnaziyası,
- Quba şəhər 2 nömrəli Təbiət fənləri təmayüllü məktəb-liseyi,
- Ağdaş şəhər 1 nömrəli xxx xxxx məktəbi,
- Şirvan şəhər 16 nömrəli xxx xxxx məktəbi.
Eləcə də 500 ümumtəhsil məktəbinə göndərilmiş “Təlim və oxu materialları kataloqu”nda əksini xxxxx və məktəblərin kollektivi tərəfindən sifariş edilən 1098 adda 549000 nüsxə təlim və oxu materialının çapı yekunlaşdırılmış, 2012-ci ilin I yarısında 500 məktəb kitabxanası həmin oxu materialları ilə təchiz edilmişdir.
Bundan əlavə, məktəb kitabxanalarında təlim və oxu materiallarından istifadə səviyyəsinin müəyyən edilməsi məqsədilə 200 ümumtəhsil məktəbinə göndərilmiş formalar (“BİR AY ƏRZİNDƏ BÜTÜN KİTABXANA İSTİFADƏÇİLƏRİ HAQQINDA MƏLUMAT”)
toplanılmış, təhlil edilmiş və nəticələrə dair hesabat hazırlanmışdır.
Layihənin icra planına uyğun olaraq, 500 məktəbin kitabxanaçıları üçün ixtisasartırma təhsili üzrə texniki tapşırıq sənədi (“Kitabxanaçılar üçün təlim və mentorluq”) hazırlanmış, Dünya Bankı ilə razılaşdırıldıqdan sonra məktəb kitabxanaçıları üçün təlim və mentorluğu həyata keçirəcək şirkətin seçilməsi məqsədilə müsabiqə elan edilmişdir. Müsabiqənin müvafiq qanunvericiliyə uyğun həyata keçirilməsi üçün Təhsil Nazirliyinin 05.10.2012-ci il tarixli, 11/1032 nömrəli əmri ilə komissiya yaradılmışdır. Xxxxx əsasən 23 noyabr 2012-ci il tarixədək müsabiqədə iştirak edəcək şirkətlərdən lazımi sənədlər və təkliflər qəbul edilmişdir, hazırda onlar qiymətləndirilmə mərhələsindədir.
Digər işlər. İl ərzində şöbəyə 420 məktub və 58 ərizə daxil olmuşdur. Onlar məzmunundan və mahiyyətindən asılı olaraq araşdırılmış, lazımi tədbirlər görülmüş və müvafiq olaraq cavablandırılmışdır.
Həmçinin ümumtəhsil məktəblərinin dərsliklərlə təminatı məsələləri ilə bağlı Nazirliyin “Qaynar xətt”indən şöbəyə daxil xxxx şikayətlər, rayon (şəhər) təhsil şöbələrinin müraciətləri diqqətlə araşdırılmış və müvafiq tədbirlər həyata keçirilmişdir.
“Ümumi təhsil sistemində dərslik siyasəti” sənədi təkmilləşdirilmiş və razılaşdırılmaq üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilmişdir.
Ümumtəhsil məktəbləri üçün çap edilmiş və şagirdlərin istifadəsinə verilmiş dərslik komplektlərinin tətbiqinin monitorinqi, qiymətləndirilməsi və müəllimlərə əməli kömək göstərilməsi məqsədilə il ərzində respublikanın bir xxx şəhər və rayonlarında Nazirliyin müvafiq qurumlarının əməkdaşları, təhsil işçiləri, məktəb direktorları, metodistlər, müəllimlər, dərslik müəllifləri və nəşriyyat-poliqrafiya müəssisələrinin əməkdaşlarının iştirakı ilə müzakirələr keçirilmişdir.
Eləcə də Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında dərsliklərin monitorinqinin nəticələrinə dair müntəzəm keçirilən iclaslarda şöbənin əməkdaşları, dərslik müəllifləri və ekspertlər də fəal iştirak etmişlər.
Ümumtəhsil məktəblərinin dərsliklərlə təminatı və dərslik siyasətinin həyata keçirilməsi ilə bağlı dövri mətbuata müntəzəm olaraq məlumatlar verilmiş, yerli televiziya kanallarında şöbənin rəhbərliyi səviyyəsində çıxışlar edilmiş, çəkilişlər aparılmışdır.
2013/2014-cü dərs ilinə ümumtəhsil məktəbləri üçün dərslik və müəllim üçün metodik vəsaitlərin hazırlanması və nəşrinə dair görülmüş işlər. 2012-ci il ərzində ümumi təhsilin kurikulumu əsasında 2013/2014-cü tədris ilinə II və VI siniflər üçün dərslik komplektlərinin hazırlanması və çapı ilə əlaqədar müvafiq işlər görülmüş, “Azərbaycan müəllimi” qəzetinin 20 aprel 2012-ci il tarixli nömrəsində bildiriş dərc edilmişdir.
Bildirişə əsasən II siniflər üçün 14 lot üzrə 19 adda dərslik, 21 adda müəllim üçün metodik vəsait, VI siniflər üçün isə 21 lot üzrə 31 adda dərslik, 33 adda müəllim üçün metodik vəsaitin hazırlanması və çapı nəzərdə tutulur.
Hazırki işlər və qarşıda xxxxx vəzifələr. Hazırda ümumtəhsil məktəbləri üçün 2013- 2014-cü tədris ilinə nəşri nəzərdə tutulan dərslik və müəllim üçün metodik vəsaitlərin tirajının, həcminin, çap formatının və nəşr faizinin dəqiqləşdirilməsi üzərində müvafiq işlər görülür. Həmçinin şöbənin qarşısında xxxxx əsas vəzifələr aşağıdakılardır:
▪ Ümumtəhsil məktəblərinin II və VI sinifləri üçün kurikulum əsasında dərslik komplektlərinin hazırlanması və çapının mövcud qanunvericiliyə uyğun həyata keçirilməsini təmin etmək.
▪ Həmin dərslik komplektlərinin qiymətləndirilməsi üçün onları Dərslikləri Qiymətləndirmə Şurasına mövcud qaydada təqdim etmək.
▪ Müsbət qiymətləndirilmiş dərslik komplektlərinin (dərslik və müəllim üçün metodik vəsait) çapı üzrə nəşriyyat-poliqrafiya müəssisələri ilə müvafiq satınalma müqavilələrinin bağlanılmasını təmin etmək.
▪ 2013-2014-cü tədris ilinə az faizlə təkrar nəşri nəzərdə tutulan dərsliklərin siyahısını dəqiqləşdirmək, məzmununun, poliqrafik icra keyfiyyətinin yaxşılaşdırılması məqsədilə xxxx məktəb müəllimlərindən ibarət yaradılmış işçi qruplarının müəllif, xxxx redaktor və nəşriyyatlarla birgə işini təşkil etmək.
▪ Dərsliklərin rus dilinə tərcüməsinin keyfiyyətinə nəzarəti artırmaq.
▪ Ümumtəhsil məktəbləri üçün dərslik və müəllim üçün metodik vəsaitlərin mövcud qanunvericiliyə uyğun olaraq çapının təşkili və onların ümumtəhsil müəssisələrinə bölgü əsasında yeni dərs ilinin əvvəlinədək çatdırılması ilə bağlı müvafiq tədbirləri görmək.
▪ Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə əməkdaşlığı davam etdirmək.
▪ “Ümumi təhsil sistemində dərslik siyasəti” sənədinin təsdiqi istiqamətində müvafiq tədbirlər görmək.
▪ Məktəb kitabxanalarının oxu və təlim materialları və elektron resurslarla zənginləşdirilməsini təmin etmək.
▪ Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin 1.2-ci alt-komponentinin (“Yeni tədris materiallarının hazırlanması və məktəb kitabxanalarının müasirləşdirilməsi”, 2009-2014-cü illər) icra planında 2013-cü ildə görülməsi nəzərdə tutulan tədbirləri həyata keçirmək.
▪ Xüsusi tipli məktəblər üçün və milli azlıqların dillərində dərsliklərin hazırlanması, nəşri və çapı ilə bağlı müvafiq tədbirləri davam etdirmək.
▪ Dərslik və dərslik komplektlərinin nəzəri, təcrübi və texniki parametrlərinə, xüsusilə onlarda verilən materialların kurikulumun standart və tələblərinə, şagirdlərin yaş səviyyəsinə uyğunluğuna, təlim materiallarının planlaşdırılmasına xxxx xxxxx proqram və strategiya əsasında treninqləri təşkil etmək, bu sahədə xarici ölkələrin təcrübəsinin öyrənilməsini davam etdirmək.