AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
“Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında” Sazişin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
“Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında” 2018-ci il noyabrın 22-də Aşqabad şəhərində imzalanmış Saziş təsdiq edilsin.
Xxxxx XXXXXX, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 12 fevral 2019-cu il
№ 1495-VQ
Saziş 10 aprel 2019-cu il tarixdən qüvvəyə minib.
Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında
SAZİŞ
Bundan sonra “Razılığa gələn Tərəflər” adlandırılacaq Azərbaycan Respublikası Hökuməti və Türkmənistan Hökuməti,
ayrı-seçkilik qoyulmadan bir Razılığa gələn Tərəfin dövlətinin ərazisində digər Razılığa gələn Tərəfin dövlətinin sərmayəçilərinin sərmayələrinin qorunmasının vacibliyini qeyd edərək,
insan hüquqları üzrə beynəlxalq sənədlərdə əks olunmuş demokratik prinsiplərə bağlılıqlarını və beynəlxalq ticarətin və iqtisadi əməkdaşlığın inkişafı üçün qanunun aliliyinin əhəmiyyətini təsdiq edərək,
bir Razılığa gələn Tərəfin dövlətinin sərmayəçilərinin sərmayələrinə münasibətdə digər Razılığa gələn Tərəfin dövlətinin ərazisində daha möhkəm əməkdaşlığa yardım etməyi arzu edərək,
bu Saziş əsasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması Razılığa gələn Tərəflərin dövlətlərinin investisiya axınını stimullaşdıracağını və iqtisadi inkişafına yardım edəcəyini etiraf edərək,
öz ölkələrində iqtisadi resursların səmərəli istifadəsinin maksimal artımını və həyat səviyyəsinin yaxşılaşmasına səy göstərərək,
Razılığa gələn Tərəflər arasında iqtisadi əməkdaşlığın möhkəmləndirilməsini və genişləndirilməsini arzu edərək, aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Anlayışlar
Bu Sazişin məqsədləri üçün terminlər aşağıdakıları ifadə edir.
1. “Sərmayələr” - bir Razılığa gələn Tərəfin dövlətinin sərmayəçisi tərəfindən digər Razılığa gələn Tərəfin dövlətinin ərazisində sonuncu Razılığa gələn Tərəfin milli qanunvericiliyinə uyğun olaraq təsis edilmiş və ya əldə edilmiş, kapital və ya digər resursların qoyuluşu, mənfəət gözləntisi, xxxxxx qəbul edilməsi və Razılığa gələn Tərəfin dövlətinin - sərmayələrin resipiyentinin inkişafına töhfə kimi xarakterik xüsusiyyətlərə malik və xüsusilə, aşağıdakılar daxil olmaqla, xxxxx bununla məhdudlaşmayaraq aktivlərin hər növü deməkdir;
1.1. daşınar və daşınmaz əmlak və ya istənilən digər mülkiyyət və əşya hüquqları;
1.2. təkrar qoyulmuş sərmayə gəlirləri;
1.3. səhmlər, dövlət qiymətli kağızları, şirkətlərin istiqrazları və şirkətdə iştirakın istənilən digər forması;
1.4. mal və xidmətlərin satışı üzrə yalnız kommersiya müqaviləsindən, eləcə də sərmayələrlə bağlı kredit müddətinin uzadılmasından irəli gələn pul vəsaitlərinə xxxx tələb istisna olmaqla, pul vəsaitləri üzrə iddia hüquqları;
1.5. əqli mülkiyyət hüquqları (müəlliflik hüququ, əlaqəli hüquqlar, inteqral sxem topologiyalarına və məlumat toplularına xxxx hüquqlar, ixtiralar, faydalı
modellər, sənaye nümunələri, əmtəə nişanları, coğrafi göstəricilər, firma adları, texniki proseslər, nou-hau (kommersiya sirləri)) və qudvillərə xxxx hüquqlar;
1.6. qanunvericilik aktları əsasında verilmiş konsessiyalar, o cümlədən təbii ehtiyatların kəşfiyyatına, işlənilməsinə, istehsalına, hasilatına və ya istifadə edilməsinə verilən konsessiyalar.
Sərmayələrin, həmçinin təkrar qoyulmuş sərmayələrin formasında hər hansı bir dəyişiklik, ərazisində sərmayə qoyulmuş Razılığa gələn Tərəfin dövlətinin qanunvericiliyinə zidd deyilsə, onların sərmayə kimi xarakterinə təsir etmir.
2. “Sərmayəçi” - hər iki Razılığa gələn Tərəf üçün:
2.1. Razılığa gələn Tərəflərdən birinin dövlətinin milli qanunvericiliyinə uyğun olaraq onun vətəndaşı xxxx və digər Razılığa gələn Tərəfin milli qanunvericiliyinə və bu Sazişin müddəalarına uyğun olaraq sonuncu Razılığa gələn Tərəfin dövlətinin ərazisində sərmayə yatıran istənilən fiziki şəxs;
2.2. Razılığa gələn Tərəfin dövlətinin milli qanunvericiliyinə uyğun olaraq qeydiyyatdan keçmiş və ya təsis edilmiş, Razılığa gələn Tərəfin dövlətinin ərazisində yerləşən və real biznes fəaliyyətini həyata keçirən, digər Razılığa gələn Tərəfin milli qanunvericiliyinə və bu Sazişin müddəalarına uyğun olaraq sonuncu Razılığa gələn Tərəfin dövlətinin ərazisində sərmayə yatıran istənilən hüquqi şəxs. Bu anlayış sərmayəni qəbul edən Razılığa gələn Tərəfin dövlətinin diplomatik münasibətləri olmayan dövlətin vətəndaşlığına xxxxx xxxx şəxslərin mülkiyyətində xxxx və ya onlar tərəfindən nəzarət edilən hüquqi şəxsləri əhatə etmir.
3. “Gəlirlər” - sərmayələrdən əldə edilən vəsaitlər və xüsusilə mənfəət, dividendlər, faizlər, royalti ödənişləri, əmlakın qiymətinin artımından əldə olunan gəlirlər və ya sərmayə ilə bağlı digər oxşar ödənişlər.
4. “Razılığa gələn Tərəflərin ərazisi” - aşağıdakılara münasibətdə ifadə edir:
- Azərbaycan Respublikasına - Azərbaycan Respublikasının ərazisi;
- Türkmənistana - Türkmənistanın ərazisi.
Maddə 2
Sərmayələrin təşviqi və qorunması
1. Hər bir Razılığa gələn Tərəf öz dövlətinin ərazisində digər Razılığa gələn Tərəfin dövlətinin sərmayəçilərinin sərmayələrinə yardım göstərməli və öz dövlətinin milli qanunvericiliyinə uyğun olaraq bu cür sərmayələri qəbul etməlidir.
2. Hər bir Razılığa gələn Tərəf öz dövlətinin ərazisində digər Razılığa gələn Tərəfin dövlətinin sərmayəçilərinin sərmayələrinə əlverişli rejim tətbiq etməli, həmçinin onların qorunmasını və təhlükəsizliyini təmin etməlidir.
3. Razılığa gələn Tərəflərdən heç biri öz dövlətinin ərazisində digər Razılığa gələn Tərəfin dövlətinin sərmayəçilərinin sərmayələrinin inkişafına, fəaliyyətinə, idarə edilməsinə, sahib olmasına, yerləşdirilməsinə və ya digər sərəncamlarına münasibətdə məcburi, əsassız və ya qərəzli hərəkətlərə yol verməyəcəkdir.
4. Hər bir Razılığa gələn Tərəf öz milli qanunvericiliyinə uyğun olaraq öz dövlətinin ərazisində, sərmayəçinin seçimi ilə rəhbər işçilərin, menecerlərin, mütəxəssislərin və texniki heyətin işə qəbul edilməsi üçün icazələr daxil olmaqla, sərmayəçinin həyata keçirdiyi sərmayələrlə əlaqədar zəruri icazələrə qərəzsiz baxacaqdır.
Maddə 3
Şəffaflıq
1. Hər bir Razılığa gələn Tərəf bir Razılığa gələn Tərəfin dövlətinin ərazisində digər Razılığa gələn Tərəfin dövlətinin sərmayəçilərinin sərmayələrinə təsir edə biləcək özünün ümumi tətbiq edilən qanunvericilik aktları, eləcə də beynəlxalq sazişləri barədə açıq şəkildə məlumat verməlidir.
2. Qəbul edən Razılığa gələn Tərəf potensial sərmayəçidən və ya digər Razılığa gələn Tərəfin dövlətindən korporativ idarəetmə tarixçəsi, eyni zamanda sərmayəçi kimi fəaliyyəti və təcrübəsi haqqında informasiyanı sorğu etmək hüququna malikdir. Qəbul edən Razılığa gələn Tərəf əldə etdiyi şəxsi məlumatın, həmçinin müəyyən sərmayəçilər və ya sərmayələrlə bağlı məlumatların məxfiliyinin təmin edilməsini öhdəsinə götürür.
Maddə 4
Sərmayələrə münasibətdə rejim
1. Hər bir Razılığa gələn Tərəf öz dövlətinin ərazisində digər Razılığa gələn Tərəfin dövlətinin sərmayəçilərinin sərmayələrinə və gəlirlərinə münasibətdə, öz dövlətinin sərmayəçilərinin sərmayələrinə və gəlirlərinə münasibətdə tətbiq etdiyi rejimdən az əlverişli olmayan rejim tətbiq edir.
2. Hər bir Razılığa gələn Tərəf öz dövlətinin ərazisində digər Razılığa gələn - Tərəfin dövlətinin sərmayəçilərinin öz sərmayələrinin idarə edilməsinə, saxlanılmasına, istifadə edilməsinə və ya sərəncam verilməsinə münasibətdə, bu maddənin 1-ci bəndində nəzərdə tututan rejimin tətbiq edilməsini öhdəsinə götürür.
Maddə 5
İstisnalar
Bu Sazişin müddəaları bir Razılığa gələn Tərəfin üzərində digər Razılığa gələn Tərəfin dövlətinin sərmayəçilərinə və sərmayəçilərinin sərmayələrinə münasibətdə, mövcud və ya gələcək hər hansı rejimin üstünlüyü, güzəşti və ya imtiyazı tətbiq etmək öhdəliyi kimi təfsir olunmamalıdır:
- azad ticarət zonası, gömrük ittifaqı, ümumi bazar, iqtisadi və pul ittifaqı haqqında sazişlər və ya digər analoji regional iqtisadi inteqrasiya sazişləri, həmçinin əmək bazarı üzrə regional sazişlər və ya Razılığa gələn Tərəflərdən birinin dövlətinin tərəf olduğu və ya ola biləcəyi sərhədyanı ticarətlə bağlı hər hansı saziş;
- ikiqat vergitutmanın aradan qaldırılması üzrə sazişlər və ya tam və ya qismən vergitutmaya aid xxxx hər hansı digər beynəlxalq saziş və ya vergitutmaya aid xxxx hər hansı milli qanunvericilik;
- sərmayələrə tam və ya qismən aid xxxx çoxtərəfli sazişlər.
Maddə 6
Ekspropriasiya
1. Hər hansı bir Razılığa gələn Tərəfin dövlətinin sərmayəçilərinin sərmayələri digər Razılığa gələn Tərəfin dövlətinin ərazisində dövlətin maraqlarını nəzərdə xxxxx xxxxxx istisna olmaqla, ayrı- seçkilik xarakteri daşımayan və icra olunmasından sonra sürətli, adekvat və səmərəli
kompensasiyanın ödənilməsi şərtilə, ekspropriasiya və ya milliləşdirmənin nəticələrinə bərabər xxxx (bundan sonra “ekspropriasiya” adlanan) ekspropriasiyaya, milliləşdirməyə və ya hər hansı məcburi müsadirə hallarına məruz qala bilməz.
2. Bu maddənin 1-ci bəndində göstərilən kompensasiya, bilavasitə ekspropriasiyadan əvvəlki tarixdə və ya bilavasitə qarşıda xxxxx ekspropriasiyanın ictimai şəkildə məlum olduğu vaxtdan əvvəlki tarixdə, hansı daha tez baş verərsə, ekspropriasiya olunan sərmayələrin bazar qiymətinə uyğun olmalıdır. Kompensasiya sərbəst dönərli valyutada gecikdirilmədən və bu Sazişin 8-ci maddəsinə uyğun olaraq sərmayələrin həyata keçirildiyi Razılığa gələn Tərəfin dövlətinin ərazisindən digər Razılığa gələn Tərəfin dövlətinin ərazisinə sərbəst köçürülür. Kompensasiya ilə bağlı gecikmə baş verərsə, kompensasiyanın miqdarına ekspropriasiya tarixindən faktiki ödəniş tarixinə qədər bazar əsasında müəyyənləşən kommersiya dərəcəsi üzrə faiz daxil edilir.
3. Bu Sazişin 11-ci maddəsinə xələl gətirilmədən, sərmayələri ekspropriasiya edilmiş sərmayəçi onun işinin və bu maddədə ifadə olunmuş prinsiplərə müvafiq qaydada onun sərmayələrinin qiymətləndirilməsinin digər Razılığa gələn Tərəfin məhkəmə və ya digər səlahiyyətli orqanı tərəfindən baxılması hüququna malik olacaqdır.
Maddə 7
Zərərə görə kompensasiya
1. Bir Razılığa gələn Tərəfin dövlətinin sərmayəçilərinin digər Razılığa gələn Tərəfin dövlətinin ərazisindəki sərmayələrinə müharibə və ya digər hərbi münaqişə, mülki çaxnaşmalar və ya digər oxşar hadisələrlə bağlı yaranan fövqəladə vəziyyət nəticəsində zərər yetirilibsə, sonuncu Razılığa gələn Tərəf onlara münasibətdə restitusiya, əvəzin ödənilməsi, kompensasiya və ya hər hansı başqa ödənişlərlə bağlı rejim tətbiq edir və bu, sonuncu Razılığa gələn Tərəfin belə zərərlə bağlı öz sərmayəçilərinə və ya hər hansı üçüncü dövlətin sərmayəçilərinə münasibətdə tətbiq etdiyi rejimdən az əlverişli olmayacaqdır.
2. Bu maddənin 1-ci bəndinə xələl gətirilmədən, əvvəlki bənddə qeyd edilən hər hansı bir vəziyyətdə bir Razılığa gələn Tərəfin dövlətinin ərazisində digər Razılığa gələn Tərəfin dövlətinin sərmayəçisi aşağıdakılar nəticəsində ziyan çəkirsə:
- öz sərmayələrinin və ya onların bir hissəsinin sonuncunun dövlətinin silahlı qüvvələri və ya hakimiyyət orqanları tərəfindən müsadirəsi;
- vəziyyətin zəruriliyi tələb etmədən öz sərmayələrinin və ya onların bir hissəsinin sonuncunun dövlətinin silahlı qüvvələri və ya hakimiyyət orqanları tərəfindən məhv olunması zamanı, sonuncu Razılığa gələn Tərəf istənilən halda dərhal, adekvat və effektiv şəkildə restitusiya və ya kompensasiya tətbiq etməlidir. Kompensasiya sərmayənin müsadirə və ya məhv olunma vaxtından başlayaraq faktiki ödəniş tarixinə qədər bu Sazişin 6-cı maddəsinin 2-ci və 3-cü bəndlərinə uyğun həyata keçirilməlidir.
Maddə 8
Ödəmələrin köçürülməsi
1. Hər bir Razılığa gələn Tərəf digər Razılığa gələn Tərəfin sərmayəçilərinə dövlətinin ərazisində sərmayə qoyuluşu həyata keçirilən Razılığa gələn Tərəfin qanunvericiliyinə uyğun olaraq bütün vergilərin ödənilməsindən və digər öhdəliklərin yerinə yetirilməsindən sonra
sərmayələri ilə bağlı xaricə ödəmələrin sərbəst köçürülməsinə təminat verir, o cümlədən, xxxxx
bununla məhdudlaşmayaraq:
1.1. sərmayənin dəstəklənməsi, inkişaf etdirilməsi və ya artımı üçün əsas və əlavə məbləğlər;
1.2. mənfəət;
1.3. səhmlərin satışı daxil olmaqla, sərmayələrin tam və ya qismən satışı və ya verilməsindən alınan gəlirlər;
1.4. sərmayənin fəaliyyətindən irəli gələn xərclərin ödənilməsi üçün zəruri xxxx məbləğlər, borcların ödənilməsi, royaltilərin ödənişi, inzibati heyətinin əməkhaqlarının ödənilməsi, lisenziya haqları və ya digər bu kimi oxşar xərclər;
1.5. bu Sazişin 6-cı, 7-ci, 9-cu maddələrinə uyğun olaraq ödənilməli xxxx kompensasiya;
1.6. mübahisənin tənzimlənməsindən irəli gələn ödəmələr;
1.7. sərmayələrlə bağlı xaricdən cəlb edilən işçi heyətin əməkhaqları və digər mükafatlar.
Hər bir Razılığa gələn Tərəf bu cür ödəmələrin köçürülməsini sərbəst dönərli valyutada, sərmayəçi müvafiq köçürməni həyata keçirdiyi gün tətbiq edilən məzənnədə, sərmayə həyata keçirilən Razılığa gələn Tərəfin dövlətinin ərazisində valyuta tənzimlənməsi haqqında qanunvericiliyə uyğun olaraq həyata keçirilməsini təmin etməlidir.
2. Bu maddənin 1-ci bəndinə baxmayaraq, qəbul edən Razılığa gələn Tərəf milli qanunvericiliyinə uyğun olaraq qərəzsiz, ayrı-seçkilik qoyulmadan sərmayəçinin fəaliyyətinin yoxlanılması ilə bağlı köçürməni aşağıdakı hallarda yubada və ya qarşısını ala bilər:
- vergi və rüsumların ödənilməsi;
- müflisləşmə, iflas və ya kreditorların hüquqlarının müdafiəsi;
- cinayət və ya digər hüquq pozuntuları;
- qəbul edən Razılığa gələn Tərəfin məhkəmə və tribunallarının qərar və ya prosedurlarına uyğunluğunun təmin edilməsi.
Maddə 9
Subroqasiya
Əgər bir Razılığa gələn Tərəf və ya onun təyin olunmuş agentliyi (birinci Razılığa gələn Tərəf) digər Razılığa gələn Tərəfin (ikinci Razılığa gələn Tərəf) dövlətinin ərazisində sərmayələri ilə bağlı kompensasiya, zəmanət və yaxud sığorta müqaviləsi çərçivəsində ödəmə həyata keçirirsə, ikinci Razılığa gələn Tərəf belə ödəmələri qəbul etmiş sərmayəçinin müvafiq hüquq və tələblərinin birinci Razılığa gələn Tərəfə verilməsini tanıyır.
Maddə 10
Razılığa gələn Tərəflə digər Razılığa gələn Tərəfin dövlətinin sərmayəçisi arasında mübahisələrin həlli
1. Bir Razılığa gələn Tərəflə digər Razılığa gələn Tərəfin dövlətinin sərmayəçisi arasında birbaşa sərmayələrlə bağlı yaranan hər hansı mübahisələr hər iki mübahisə tərəfləri arasında dostcasına, məsləhətləşmələr və danışıqlar yolu ilə tənzimlənməlidir.
2. Bu maddəyə uyğun olaraq baxılma üçün təqdim edilmiş sərmayə ilə bağlı mübahisə, bir Razılığa gələn Tərəfin tətbiq etdiyi tədbir bu Sazişlə nəzərdə tutulan hər hansı bir öhdəliyin pozulduğunu və bunun nəticəsində digər Razılığa gələn Tərəfin dövlətinin sərmayəçisinin zərər çəkməsi ilə bağlı iddiaya əsaslanmalıdır. Mübahisə yarandığı halda, sərmayəçi Razılığa gələn
Tərəfin dövlətinin ərazisində həyata keçən sərmayəni aşağıdakı məlumatı özündə əks etdirən yazılı bildirişi (“niyyət bildirişi”) təqdim etməlidir:
2.1. sərmayəçinin adı və ünvanı, əgər iddia kommersiya təşkilatının adından təqdim edilərsə, kommersiya təşkilatının adı, ünvanı və qeydiyyatdan keçdiyi yer;
2.2. bu Sazişə uyğun hər bir iddia ilə bağlı pozuntunun təsdiqi, həmçinin iddiaya aid digər başqa hallar;
2.3. hər bir iddianın hüquqi və faktiki əsası;
2.4. tələb olunan iddianın təmin edilməsi və zərərin ödənilməsi üçün tələb olunan məbləğ.
3. Əgər danışıqlar nəticəsində mübahisənin tənzimlənməsi ilə əlaqədar yazılı müraciət verildiyi tarixdən etibarən alı ay müddətində mübahisə həll edilməzsə, iddiaçı iddianın baxılması üçün aşağıda sadalanan mübahisələrin həlli üzrə qurumlardan birinə verə bilər:
3.1. Dövlətinin ərazisində sərmayə qoyulmuş Razılığa gələn Tərəfin səlahiyyətli məhkəmələrinə;
3.2. 1965-ci il 18 mart tarixində Vaşinqtonda imzalanma üçün açıq elan edilmiş Dövlətlər və digər Dövlətlərin fiziki və hüquqi şəxsləri arasında sərmayəyə aid mübahisələrin həlli üzrə konvensiyaya uyğun olaraq təsis edilmiş Sərmayə Mübahisələrinin Həlli üzrə Beynəlxalq Mərkəzə (bundan sonra “Mərkəz” adlandırılır); əgər mübahisə tərəflərinin yazılı razılığı olarsa;
3.3. Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Ticarət Hüququ üzrə Komissiyasının (“UNCITRAL”) Arbitraj Qaydaları çərçivəsində yaradılmalı xxxx “ad hok” arbitraj məhkəməsinə.
4. Mübahisəyə baxılması üçün milli məhkəməyə müraciət etmiş sərmayəçi, bu maddənin 3-cü bəndində göstərilən arbitrajlardan birinə mübahisəyə baxılması ilə bağlı müraciət edə bilməz.
5. Mübahisə tərəfi xxxx Razılığa gələn Tərəflərdən heç biri məhkəmə araşdırması və ya məhkəmə qərarının yerinə yetirilməsinin hər hansı bir mərhələsində, mübahisədə qarşı tərəf xxxx sərmayəçinin sığorta əsasında itkilərini tam və ya qismən ödəyən kompensasiyanın alınmasına etiraz edə bilməz.
6. Mübahisələr qəbul edən Razılığa gələn Tərəfin milli qanunvericiliyinə və beynəlxalq hüquq normalarına uyğun həll olunmalıdır.
7. Məhkəmənin qərarı mübahisə tərəfləri üçün sonuncu və məcburi olmalıdır.
Maddə 11
Razılığa gələn Tərəflər arasında mübahisələrin həlli
1. Razılığa gələn Tərəflər arasında bu Sazişin müddəalarının təfsiri və ya tətbiqi ilə bağlı mübahisələr mümkün qədər danışıqlar və məsləhətləşmələr yolu ilə həll edilməlidir.
2. Əgər mübahisə Razılığa gələn Tərəflərdən birinin danışıqların başlanması ilə bağlı digər Razılığa gələn Tərəfə yazılı müraciətinin alınmasından sonrakı 6 (altı) ay ərzində bu cür həll edilməzsə, həmin mübahisə Razılığa gələn Tərəflərdən birinin müraciəti əsasında Arbitraj Məhkəməsinə verilir.
3. Bu cür Arbitraj Məhkəməsi hər bir fərdi məsələ üzrə yaradılır, bunun üçün hər bir Razılığa gələn Tərəf arbitraj haqqında bildirişin alındığı tarixdən etibarən iki ay ərzində Arbitraj Məhkəməsinin bir üzvünü təyin etməlidir. Bundan sonra məhkəmənin bu iki üzvü hər iki Razılığa gələn Tərəfin razılığı əsasında Arbitraj Məhkəməsinin sədri olacaq üçüncü dövlətin vətəndaşını seçirlər. Məhkəmənin sədri Xxxxxxxx Məhkəməsinin digər iki üzvündən sonuncunun təyin olunduğu tarixdən etibarən 4 (dörd) ay ərzində təyin edilməlidir.
4. Əgər bu maddənin 3-cü bəndində göstərilən müddətlər ərzində zəruri təyinatlar həyata keçirilməzsə, Razılığa gələn Tərəflər arasında başqa razılıq əldə olunmadığı təqdirdə, istənilən Razılığa gələn Tərəf bu cür təyinatların həyata keçirilməsi üçün Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Məhkəməsinin (bundan sonra - Beynəlxalq Məhkəmə) sədrinə müraciət edə bilər. Əgər Beynəlxalq Məhkəmənin sədri hər hansı Razılığa gələn Tərəfin vətəndaşıdırsa və ya hər hansı digər səbəblərdən göstərilən müraciəti yerinə yetirə bilmirsə, zəruri təyinatların həyata keçirilməsi Beynəlxalq Məhkəmənin sədrinin müavininə təklif edilir. Həmçinin əgər Beynəlxalq Məhkəmənin sədrinin müavini hər hansı Razılığa gələn Tərəflərdən birinin vətəndaşıdırsa və ya hər hansı digər səbəblərdən göstərilən müraciəti yerinə yetirə bilmirsə, zəruri təyinatların həyata keçirilməsi Beynəlxalq Məhkəmənin rütbəcə ondan sonra gələn, heç bir Razılığa gələn Tərəfin vətəndaşı olmayan və bu funksiyanı yerinə yetirməsinə maneə kimi digər səbəblərin mövcud olmadığı üzvünə təklif olunur.
5. Arbitraj Məhkəməsi öz qərarını səs çoxluğu ilə qəbul etməlidir. Onun qərarı Razılığa gələn
Tərəflər üçün yekun və məcburi xarakter daşımalıdır. Hər bir Razılığa gələn Tərəf özünün təyin etdiyi arbitraj məhkəməsi üzvünün və özünün məhkəmə prosesində təmsil edilməsi xərclərini ödəməlidir. Məhkəmə sədrinin xərclərini və digər xərclərin ödənilməsini Razılığa gələn Tərəflər bərabər şəkildə öz üzərinə götürməlidirlər. Tribunal xərclərin ödənilməsi ilə bağlı digər qərar qəbul edə bilər. Digər bütün məsələlər ilə bağlı Arbitraj Məhkəməsi öz prosedur qaydalarını müəyyən etməlidir.
6. Razılığa gələn Tərəflər arasında iddia mövzusu xxxx məsələlər bu Sazişin müddəalarına və beynəlxalq hüququn ümumtanınmış normalarına uyğun həll edilməlidir.
Maddə 12
Digər qaydaların tətbiqi
1. Əgər bu Sazişə əlavə olaraq, bir Razılığa gələn Tərəfin milli qanunvericiliyinin müddəaları və ya Razılığa gələn Tərəflər arasında beynəlxalq müqavilə çərçivəsində mövcud xxxx və ya gələcəkdə qəbul ediləcək öhdəliklər digər Razılığa gələn Tərəfin sərmayəçilərinin qoyduğu sərmayələr üçün bu Sazişlə təmin edilən rejimdən daha əlverişli rejimin tətbiqi haqqında ümumi və ya xüsusi qayda müəyyən edərsə, həmin müddəalar, onların sərmayəçi üçün daha əlverişli olduğu dərəcədə, bu Sazişə nisbətən üstünlük təşkil edəcəkdir.
2. Bu Sazişdə heç nə Razılığa gələn Tərəfə digər Razılığa gələn Tərəfin dövlətinin sərmayəçisinin sərmayələri ilə xxxxx xxx biləcək hər hansı bir xüsusi öhdəliyinə riayət edilməsinə mane olmamalıdır.
Maddə 13
Sazişin tətbiqi
1. Bu Sazişin qüvvəyə minməsindən sonra, bu Saziş Razılığa gələn Tərəflərdən birinin dövlətinin sərmayəçilərinin digər Razılığa gələn Tərəfin dövlətinin ərazisində qoyulmuş bütün sərmayələrinə tətbiq edilməlidir.
2. Hər bir Razılığa gələn Tərəf sərmayələrin məhdudlaşdırıldığı və ya icazə verilmədiyi iqtisadi fəaliyyət sahələrini və ya funksiyalarını müəyyən etmək hüququnu özündə saxlayır. Bu
müddəa bərabər şəkildə bütün sərmayələrə tətbiq edilir və ayrı-seçkilik qoyulmadan həyata
keçirilir.
Maddə 14
Məsləhətləşmələr
Razılığa gələn Tərəflər onlardan hər hansı birinin xahişi ilə bu Sazişin təfsiri və ya tətbiqinə dair yaranan suallar ilə bağlı məsləhətləşmələr keçirirlər. Bu cür məsləhətləşmələr Razılığa gələn Tərəflərin səlahiyyətli qurumları arasında diplomatik kanallar vasitəsilə razılaşdırılmış yerdə və tarixdə keçirilməlidir.
Maddə 15
Əsas məhdudiyyətlər
1. Bu Sazişdə heç nə silahlı münaqişə, hərbi əməliyyatlar və ya digər fövqəladə hallar zamanı özünün dövlət təhlükəsizliyi maraqlarının qorunması üçün zəruri tədbirlərin görülməsində Razılığa gələn Tərəfə mane xxxx xxxx kimi şərh edilməməlidir.
2. Bu Sazişdə heç nə Razılığa gələn Tərəflərə ictimai asayişin qorunması üçün lazımi tədbirlərin görülməsinə mane xxxx xxxx kimi şərh edilməməlidir, o şərtlə ki, belə tədbirlər bir Razılığa gələn Tərəfin təsadüfi və yaxud əsassız diskriminasiyası ehtimalını və yaxud sərmayələrin təhrif edilmiş məhdudiyyətini yaratmaq mənasında tətbiq edilməsin.
3. Bu maddənin müddəaları bu Sazişin 8-ci maddəsinin 1.5-ci bəndinə tətbiq edilmir.
Maddə 16
Əlavələr və dəyişikliklər
Razılığa gələn Tərəflərin qarşılıqlı razılığı ilə bu Sazişə onun ayrılmaz tərkib hissəsi olan, ayrıca protokollarla rəsmiləşdirilən və bu Sazişin 17-ci maddəsində müəyyən edilmiş qaydada qüvvəyə minən dəyişikliklər və əlavələr edilə bilər.
Maddə 17
Yekun müddəalar
1. Bu Saziş Razılığa gələn Tərəflərin onun qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurlarının yerinə yetirilməsi barədə sonuncu yazılı bildirişin diplomatik kanallarla alındığı gündən 30 (otuz) gün sonra qüvvəyə minir.
2. Bu Saziş 10 (on) il müddətinə bağlanılır və Razılığa gələn Tərəflərdən heç biri digər Razılığa gələn Tərəfə yuxarıda qeyd edilən müddətin bitməsinə ən azı 12 (on iki) ay qalmış diplomatik kanallarla bu Sazişi ləğv etmək niyyəti barədə bildiriş təqdim etmədiyi təqdirdə, avtomatik olaraq növbəti beşillik müddətlərə uzadılır.
3. Bu Sazişin qüvvəsinin dayandırılması anınadək həyata keçirilmiş və bu Sazişin müddəaları tətbiq edilmiş sərmayələrə münasibətdə, bu Sazişin digər maddələrinin bütün şərtləri bu Sazişin qüvvəsinin dayandırılması tarixindən sonrakı 10 (on) il ərzində tətbiq ediləcəkdir.
Aşqabad şəhərində 22 noyabr 2018-ci il tarixində, hər biri Azərbaycan, türkmən və rus dillərində olmaqla, iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər bərabər autentikdir. Bu Sazişin
müddəalarının təfsirində fikir ayrılığı yarandığı təqdirdə, rus dilində xxxx mətndən istifadə ediləcəkdir.
Azərbaycan Respublikası | Türkmənistan |
Hökuməti adından | Hökuməti adından |
(imza) | (imza) |