NEFT VƏ QAZ YATAQLARINDA KƏŞFİYYAT VƏ HASİLAT İŞLƏRİNİN APARILMASI SIĞORTASININ
Razılaşdırılıb: | Təsdiq edilmişdir: | |
Azərbaycan Respublikası Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Şöbəsinin müdiri | “AtaSığorta” ASC-nin İdarə Heyətinin sədri | |
X.X.Xxxxxxx | X.X.Xxxxxx | |
İmza M.Y. | İmza M.Y. | |
/ / 2009-cu il | / / 2009-cu il |
NEFT VƏ QAZ YATAQLARINDA KƏŞFİYYAT VƏ HASİLAT İŞLƏRİNİN APARILMASI SIĞORTASININ
QAYDALARI
Bakı 2009
NEFT VƏ QAZ YATAQLARINDA KƏŞFİYYAT VƏ HASİLAT İŞLƏRİNİN APARILMASI SIĞORTASININ
QAYDALARI
Bu Qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, “Sığorta fəaliyyəti haqqında” Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır.
1. SIĞORTALI
Sayından asılı olmayaraq, Sığortalıya edilmiş bütün bildirişlər, yuxarıda adı çəkilən Sığortalının ünvanına göndərildiyi andan etibarən qüvvəyə minir.
2. SIĞORTA PREDMETİ VƏ SIĞORTA TƏMİNATI
Bu Qaydalar üzrə sığorta predmeti sığorta müqaviləsi üzrə sığortalanan əmlak mənafelərinin aid olduğu quyulardır.
Sığorta təminatı hər zaman bu sığorta növünün Qaydalarına müvafiq olaraq verilir və aşağıdakı bölmə(lər) üzrə seçilir:
a. Quyu üzərində nəzarətin bərpa edilməsi sığortası (A Bölməsinə müvafiq olaraq)
b. Təkrar qazma işlərinin / Əlavə xərclərin sığortası (B Bölməsinə müvafiq olaraq)
3. ÜMUMİ VAHİD MƏSULİYYƏT LİMİTİ
Burada qeyd olunan Qaydalarda, eləcə də A və/və ya B bölmələrində yer ala biləcək bütün sığorta təminatları üzrə, 100% risk üçün, baş vermiş hər bir sığorta hadisəsinə görə Ümumi Vahid Məsuliyyət Limiti.
Bu Qaydalara əsasən Sığortalıya və ya Sığortalıyla yuxarıda göstərilmiş Ümumi Vahid Məsuliyyət Limitini keçməmək şərti ilə sığorta təminatı verilir. Bu sığorta təminatına məhkəmə xərcləri də daxildir, bu da Sığortaçının Sığortalı qarşısında, baş verən hər bir sığorta hadisəsinə görə və A və B bölmələrinə uyğun olaraq bütün sığorta təminatları üzrə ümumi vahid məsuliyyətinin limitidir.
4. AZADOLMA
Ümumi Vahid Məsuliyyət Limiti, Qaydalarda və Müqavilədə, eləcə də A və/və ya B bölmələrində yer ala biləcək bütün sığorta təminatları üzrə, 100% risk üçün və baş vermiş hər bir sığorta hadisəsinə görə müvafiq azadolmaları çıxmaq şərti ilə nəzərə alınır.
BÜTÜN BÖLMƏLƏRƏ AİD XXXX QAYDALAR
5. BİRGƏ İŞTİRAKÇILAR
Sığorta təminatı, fərdi və ya kollektiv şəkildə operator olmayan (bundan sonra “Birgə İştirakçılar” adlandırılacaqdır) digər iştirakçılara (bu sığorta ilə təmin edilmiş qazma quyularında maliyyə və sığorta maraqları xxxx şəriklər, partnyorlar və/və ya digər tərəflər) aid edilmək yolu ilə, və belə Birgə
İştirakçıların müqaviləyə daxil edilməsinin müqavilə tərəfləri arasında, bu sığorta təminatı altında zərərin ödənilməsi üçün iddianın yaranmasına yol açan hər hansı bir sığorta hadisəsi baş verənədək, yazılı olaraq razılaşdırılması şərtli ilə genişləndirilə bilər.
Birgə İştirakçılara təqdim olunan hər hansı bir sığorta təminatı, Birgə İştirakçının yuxarıda adı çəkilən Sığortalı ilə birlikdə ümumi marağa malik olduğu əməliyyatlarla məhdudlaşmamalı və bu Sığortanın Qaydalarına, tarif dərəcələrinə, eləcə də Ümumi Vahid Məsuliyyət Limitinə müvafiq olmalıdır.
6. TARİFİNİN MÜƏYYƏN EDİLMƏSİ QAYDALARI
a. Sığorta tarifləri;
(1) Qazma işləri tarifləri, (a) hər hansı bır quyunun qazma və/və ya dərinləşdirmə və/və ya tamamlama prosesi müddətinə, və (b) mövcud müqavilənin geriyə qalmış müddətinə (əgər varsa) tətbiq edilir. Bu müddət (b) ərzində (i) belə bir quyu istismar və/və ya bağlanmış və/və ya müvəqqəti olaraq dayandırılmış və ya ləğv edilmiş vəziyyətdə olmalı, və (ii) Sığorta Etdirən sığorta təminatını, öz səlahiyyətindəki istismarda xxxx və/və ya bağlanmış və/və ya müvəqqəti olaraq dayandırılmış və ya ləğv edilmiş quyuları sığortaya daxil etmək yolu ilə genişləndirməlidir;
(2) Təmir işləri tarifləri hər hansı bir quyunun baxılması və/və ya təmiri və/və ya bərpa edilməsi müddətində tətbiq edilir; və
(3) İstismarda xxxx və/və ya bağlanmış və/və ya müvəqqəti olaraq dayandırılmış və ya ləğv edilmiş quyular üçün tariflər illik əsasda verilir və müqaviləyə uyğun olaraq qazma işləri tarifləri ilə sığorta mükafatı ödənilmiş istismarda xxxx və/və ya bağlanmış və/və ya müvəqqəti olaraq dayandırılmış və ya ləğv edilmiş quyulara aid edilmir.
b. Dərk edilmiş və razılaşdırmışdır ki, bir metr dərinlik nəzərdə tutulmuş tarif dərəcəsi, quyunun yer səthindən dibinə qədər və ya dəniz dibindən quyunun dibinə qədər dərinliyi əsas tutularaq qazılmış ümumi dərinliyinə aid edilir.
c. Quyuların dərinləşdirilməsi və xxx təbəqəli tamamlanması üçün nəzərdə tutulan sığorta mükafatı, bir metr dərinlik üçün tətbiq olunan qazma işləri tarifinin 100%-i təşkil edir və bu tarif quyunun, yer səthindən dibinə qədər və ya dəniz dibindən quyunun dibinə qədər, son dərinliyinə aid edilir.
7. İSTİSNALAR
Müqaviləyə əsasən aşağıdakı sadalanlara təminat verilmir və məsuliyyət ortaya çıxmır:
a. Hər hansı dövlətin, və ya başqa bir hökumət qurumunun, və yaxud hər hansı bir hökumət orqanının və ya onun strukturunun qanunlarına əsasən tətbiq edilən hər hansı cərimə və sanksiyalar;
b. Kompensasiya xarakterli zərərlərin artması nəticəsində əmələ gələn zərərlər də daxil olmaqla hər hansı cəzalandırıcı və ya cərimə tətbiqedici zərərlər;
c. Bu Qaydaların hər hansı mühüm şərtlərinin və ya qaydalarının tamamilə və yaxud qismən pozulması nəticəsində ortaya çıxan hər hansı bir hadisənin birbaşa və ya dolayı nəticəsinin birbaşa və ya dolayı nəticəsi xxx ortaya çıxan bütün vəsatətlər;
ç. Aşağıdakılar nəticəsində əmələ gələn itki, zərər və ya xərclər:
(1) (a) hər hansı bir hökumət və ya suveren hakimiyyət (de yura və ya de fakto), və yaxud hərbi quvvələrə, həmçinin dəniz və ya hava hərbi qüvvələrinə xxxxx xxxx və ya onlardan istifadə edən digər hakimiyyət orqanları ,yaxud (b) hərbi, dəniz və ya hava qüvvələri yaxud (c) hər hansı belə hökumət, hakimiyyət və ya qüvvələrin təmsilçisi tərəfindən real, görünən yaxud yaxınlaşan hücuma qarşı müdafiə və ya döyüş tədbirləri də daxil olmaqla, sülh və ya müharibə dövründə hər hansı müharibə, düşmən əməliyyatları və ya hərbi əməliyyatlar;
(2) sülh və ya müharibə dövründə, nüvə parçalanması və ya radioaktiv qüvvəyə əsaslanan hər hansı bir hərbi silah(lar);
(3) üsyan, qiyam, inqilab, vətəndaş müharibəsi, hakimiyyətin qəsb edilməsi və ya hökumətin yuxarıda sadalanmış xalq hərəkatlarının qarşısının alınması və ya onlardan müdafiə olunması istiqamətində apardığı işlər, karantin və ya gömrük təlimatlarına müvafiq olaraq müsadirə və ya məhv edilmə, və yaxud qaçaqmalçılıq və ya qanunsuz daşınma və ticarət.
d. Sığortalının və ya onun adından çıxış edən hər hansı bir şəxsin və ya təşkilatın qeyri-nəcibliyi (sədaqətsizliyi) nəticəsində meydana çıxan itki, zərər və ya xərclər;
e. Sığortaçı ilə xüsusi olaraq, başqa cür razılaşdırılmayıbsa, bu sığorta müqaviləsi qüvvəyə minən zaman qazma, dərinləşdirmə, baxılma, təmir edilmə, tamamlanma və/və ya bərpa edilmə prosesində xxxx hər hansı bir quyu ilə əlaqədar, belə qazma, dərinləşdirmə, baxılma, təmir edilmə, tamamlanma və/və ya bərpa edilmə işləri tamamilə başa çatanadək meydana çıxan itki, zərər və ya xərclər.
8. ZƏRURİ DİQQƏT HAQQINDA QEYD-ŞƏRT
Bu Sığortanın şərti budur ki, Sığortalı, bu sığorta təminatına daxil xxxx bütün əməliyyatları apararkən zəruri qayğı və diqqəti göstərməlidir. Bu zaman Sığortalı , texniki təhlükəsizlik qaydalarına əməl etməli və bu məqsədlə istifadə edilə biləcək lazımi avadanlığa malik olmalıdır, və sığorta olunmuş quyuda təhlükəli vəziyyət yaranarsa öz xərcləri hesabına, bu sığorta ilə təmin olunmuş risklərin qarşısını almaq üçün bütün mümkün xxxx tədbirləri görməlidir.
9. SUBROQASİYA
a. İtkinin əvəzini, dəymiş zərəri və ya xərcləri ödədikdən sonra, Sığortalının ödənilmiş belə itki, zərər və ya xərclər üçün hüquqi məsuliyyət daşıyan hər hansı bır üçüncü şəxsdən, şirkətdən və ya korporasiyadan zərərin əvəzini tələb etmək hüquqları Sığortaçıya keçməlidir.
b. Razılaşdırılmışdır ki, Sığortaçılar bu sığorta ilə təmin olunmuş itki, zərər və ya xərclərinin əmələ gəlməsinə görə cavabdeh hesab edilən hər hansı bir üçüncü tərəfə qarşı Sığortalı adından iddia qaldıra və işi məhkəməyə verə bilər. Belə iddianın qaldırılması və ya hüquqi proseslərin gedişi zamanı Sığortalı Sığortaçıya hərtərəfli kömək etməlidir.
c. Sığortalıya müqavilə əsasında və ya başqa bir yolla Sığortalı üçün müəyyən bir iş görən, və yaxud Sığortalının müəyyən xidmətlər göstərdiyi hər hansı bir şəxs, şirkət və ya korporasiyaya qarşı subroqasiya hüquqlarının Sığortaçıya verilməsindən imtina etməyə haqlıdır. Bu şərtlə ki, bu imtina yazılı şəkildə və sığorta təminatına daxil xxxx hər hansı bir sığorta hadisəsi baş verənə qədər Sığortaçıya təqdim olunsun.
ç. Müqavilədə nəzərdə tutulan və ya yol verilən hallar istisna olmaqla, Sığortaçı tərəfindən ödənilən hər hansı bir iddiaya münasibətdə subroqasiya və ya əldə etmə haqlarının Sığortaçıya verilməsinə Sığortalı imtina etməməli, məhdudlaşdırmamalı və Sığortaçı bu subroqasiya və ya əldə etmə hüquqlarından məhrum edilməməlidir. Sığortalı tərəfindən belə imtina, məhdudiyyət və ya Sığortaçını adı çəkilmiş hüquqlardan məhrum etmə ilə əlaqədar yaranmış tələblər Sığortaçı tərəfindən ödənilməyəcəkdir.
10. SIĞORTA HADİSƏSİNİN BİLDİRİLMƏSİ VƏ SÜBUT OLUNMASI
Sığortalı, sığorta hadisəsi, onun baş vermə vaxtı, yeri, səbəbi və şəraiti haqqında, dərhal Sığortaçıya məlumat verməlidir. Həmçinin Sığortalı mümkün qədər qısa müddət ərzində sığorta hadisəsini təsdiq edən ətraflı bildiriş və ödəniş orderi ilə Sığortaçıya müraciət etməlidir. Eləcə də, Sığortaçının tələbi ilə, iddianın müəyyənləşdirilməsi və əsaslandırılması üçün xxxxx xxxx bütün qeydləri, sazişləri, müqavilələri və digər sənədləri ona və ya onun nümayəndəsinə təqdim etməlidir.
11. QALIQ DƏYƏR
Sığorta hadisəsi baş verdikdə, Sığortalı tərəfindən sığorta hadisəsi ilə əlaqədar istifadə və ya əldə edilmiş hər hansı avadanlıq və/və ya materialın qalıq dəyəri, iddianın tənzimlənməsi zamanı Sığortaçının ixtiyarına keçəcəkdir.
12. SƏNƏDLƏRİN ARAŞDIRILMASI
Aşağıda göstərilən hallarda:
a. bu sığorta müddətində, və ya
b. Sığortaçıya qarşı iddia qaldırıldığı müddət ərzində və ya
c. Sığortaçıya qarşı məhkəmə təhqiqatları başlayan zamandan etibarən, bütün şikayətlər (əgər varsa) daxil şərti ilə, son məhkəmə qərarı verilənə qədər.
Sığortaçı bu sığorta təminatına daxil xxxx quyuya xxxx aid bütün xərc və məsrəflərlə əlaqədar istənilən sənədləri tədqiq etmək hüququna malik olacaqdır. Həmçinin Sığortaçının nümayəndələri də bu sənədlərlə istənilən əlverişli bir zamanda xxxxx olmaq imkanına malik olmalıdırlar.
13. SIĞORTA MÜQAVİLƏSİNƏ VAXTINDAN ƏVVƏL XİTAM VERİLMƏSİ
13.1 Sığorta qanunvericiliyində və ya könüllü sığorta müqaviləsində nəzərdə tutulmuş hallarda, həmçinin tərəflərin başqa cür razılaşmasına əsasən, sığorta müqaviləsinə sığortalının və ya sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verilərkən, bu barədə bir tərəf digərinə ən azı 30 gün əvvəl (sığorta müqaviləsi beş ildən xxx müddətə bağlanmış olduqda 60 gün, 3 aydan az müddətə bağlanmış olduqda isə 5 iş günü əvvəl), tələbini əsaslandırdığı yazılı bildiriş göndərməlidir.
13.2 Sığorta müqaviləsinə(qrup halında sığorta zamanı həm də müqaviləyə hər hansı bir sığorta predmetinə münasibətdə) Sığortalının tələbi ilə vaxtından əvvəl xitam verildikdə, sığorta qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, Sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərclərini çıxmaqla müqavilənin(qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmetinə münasibətdə) qurtarmamış müddəti üçün sığorta haqlarını ona qaytarır; əgər bu tələb Sığortaçının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, Sığortaçı sığorta haqlarını (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) bütünlüklə Sığortalıya qaytarır.
13.3 Sığorta müqaviləsinə(qrup halında sığorta zamanı, həm də müqaviləyə hər hansı bir sığorta predmetinə münasibətdə) sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verildikdə o, sığorta haqlarını(qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) bütünlüklə Sığortalıya qaytarır; əgər bu tələb Sığortalının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, Sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərcləri çıxılmaqla, müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını(qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) qaytarır.
13.4 Sığorta müqaviləsinə(qrup halında sığorta zamanı həm də müqaviləyə hər hansı bir sığorta predmetinə münasibətdə) vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək sığortaçı tərəfindən Sığortalıya ödənilmiş sığorta haqqına(qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarına) bərabər və ya ondan xxx miqdarda sığorta ödənişi verilmişdirsə, sığorta haqqı(qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqları) Sığortalıya qaytarılmır.
13.5 Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək Sığortaçı tərəfindən Sığortalıya ödənilmiş sığorta haqqından(qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarından) az miqdarda sığorta ödənişi verilmişdirsə, həmin sığorta haqqı məbləği ilə sığorta ödənişi məbləği arasındakı fərq
miqdarında sığorta haqqının Sığortalıya qaytarılması müvafiq olaraq bu Maddənin 13.1-ci və 13.2-ci bəndlərində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
13.6 Sığorta müqaviləsi Azərbaycan Respublikasının müvafiq qanunvericiliyində müəyyən edilmiş qaydada xitam verilmiş hesab edildikdə, Sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərclərini çıxmaqla müqavilənin (qrup halında sığorta zamanı həm də müqavilənin hər hansı bir sığorta predmetinə münasibətdə) qurtarmamış müddəti üçün sığorta haqlarını, bu Maddənin 13.3-cü və 13.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, Sığortalının qanuni nümayəndəsinə qaytarır.
13.7 Əgər Sığorta müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, işlərin aparılması xərcləri dedikdə inzibati xərclər və sığorta ödənişi nəzərdə tutulur.
14. ANLAYIŞLAR
a. ”Sığorta olunmuş quyu(lar)” dedikdə aşağıdakı mərhələlərdən birində xxxx xxxx və/və ya qaz və/və ya istilik enerjisi quyuları başa düşülür:
(1) qazılma, dərinləşdirmə, baxılma, təmir edilmə, tamamlanma və/və ya bərpa edilmə müddətində iş və qurtarana və ya ləğv edilənə qədər;
(2) istismar dövründə;
(3) bağlı olduğu müddətdə;
(4) müvəqqəti olaraq dayandırıldığı və ləğv edildiyi müddətdə;
b. “Hadisə” dedikdə ayrıca bir itki, fəlakət və ya qəza, və yaxud bir hadisənin təzahürü kimi ortaya çıxan itkilər, fəlakətlər və ya qəzalar başa düşülür.
(1) Sığorta müddətində, 72 (yetmiş iki) ardıcıl saat ərzində eyni atmosfer dalğalanmasından yaranan fırtınalı külək, tornadolar, siklonlar, qasırğalar, oxşar fırtına və ya güclü və dağıdıcı təsirə malik küləklər bir hadisə kimi qiymətləndirilir.
(2) Hər bir zəlzələ təkanı və ya vulkan püskürməsi ayrıca bir hadisə kimi qiymətləndirilir.
(3) “Müdafiə xərcləri” termini təhqiqat, tənzimlənmə və məhkəmə xərcləri, üçüncü tərəflərə ödəmələr, apelyasiyaya şikayəti ilə bağlı xərclər, eləcə də məhkəmə qərarı verilənə qədər və verdikdən sonra hesablanmış faizlər kimi müəyyən edilə bilər. “Müdafiə xərcləri”- nə işçilərin əmək haqları ilə bağlı xərclər, adətən Sığortalı tərəfindən əvvəlcədən ödənilən vəkil qonorarı və Sığortalının ofis xərcləri daxil edilmir.
15. ZƏMANƏTLƏR (MÜHÜM ŞƏRTLƏR)
a. Bu Sığortanın qaydalarına müvafiq olaraq zəmanət verilir ki, əgər Sığortalı, qazma, dərinləşdirmə, baxılma, təmir edilmə, tamamlanma və/və ya bərpa edilmə prosesi içində xxxx hər hansı bir sığorta olunmuş quyu üzrə əməliyyatçı və ya birgə əməliyyatçıdırsa, o zaman bütün tələblərə, təlimatlara, qətnamələrə, eləcə də müvafiq sənaye sahəsinə qəbul edilmiş adi və hamı tərəfindən bilinən qaydalara uyğun olaraq, quyunun yer səthindəki borusuna və ya quyuağzındakı qoruyucu borulara fontandan qoruyucu (lokaut preventor) quraşdırılmalıdır. Belə qoruyucular ümumi qəbul edilmiş təcrübəyə müvafiq olaraq quraşdırılmalı və sınaqdan keçirilməlidir.
Əgər Sığortalı hər hansı bir olunmuş quyu üzrə əməliyyatçı və ya birgə əməliyyatçı deyildirsə, o zaman o, əməliyyatçı tərəfindən bu paraqrafda qeyd olunmuş zəmanətlərin yerinə yetirilməsinə nəzarət etməlidir.
b. Həmçinin zəmanət verilir ki, Sığortalı və/və ya onun podratçıları, zərərin və ya ətraf mühitin çirklənməsinin azaldılması məqsədi ilə nəzərdə tutulmuş ştuser və digər avadanlıqların quraşdırılması zamanı bütün qayda və təlimatlara amal edəcəklər. Həmçinin belə avadanlıqlar (qazma və/və ya təmir qurğuları da daxil olmaq şərti ilə) müvafiq orqanlar tərəfindən sertifikatlaşdırılmış (tələb olunduğu zaman) heyətlə təchiz olunacaqdır.
c. Həmçinin zəmanət verilir ki, Sığortalı quyunun nəzarətdən çıxması və ya qazma məhlulunun, neftin, qazın və ya suyun daşması və ya sızması halında, quyu üzərində nəzarəti bərpa etmək və daşma və ya sızmanın qarşısını almaq üçün bütün mümkün tədbirləri görəcəkdir.
ç. Dərk edilmiş və razılaşdırılmışdır ki, Sığortalının əməliyyatçısı olduğu, və yaxud əməliyyatçı olmadan maraqlı olduğu, xxxxx öz hissəsini sığortası üçün məsuliyyət daşıdığı quyular Sığortalının öz hissəsindən az olmamaq şərti ilə, proporsional olaraq təmin edilir.
16. SIĞORTA ÖDƏNİŞİNİN VERİLMƏSİ
16.1 Sığortalı tərəfindən aşağıda göstərilən sənədlərin təqdim olunması vaxtından etibarən 15 iş günü ərzində sığortaçı sığorta ödənişinin verilməsi, yaxud sığorta ödənişi verməkdən imtina olunması haqqında qərar qəbul edir:
• Sığorta ödənişinin verilməsi barədə ərizə;
• Sığorta şəhadətnaməsi;
• Baş vermiş hadisə ilə bağlı aidiyyətli orqanların tərtib etdiyi sənədlər (arayış, akt, rəy və ş.);
• Zərər dəymiş sığorta predmetinə mülkiyyət hüququnu təsdiq edən sənəd;
• Zərərlə bağlı müstəqil ekspertlərin tərtib etdikləri rəy və zərər hesabı;
• Sığorta hadisəsinin mahiyətindən asılı olaraq digər sənədlər.
16. SIĞORTANIN QÜVVƏYƏ MİNMƏSİ VƏ QÜVVƏDƏN DÜŞMƏSİ
a. Sığortanın qüvvəyə minməsi:
(1) Bu sığorta təminatına daxil edilmiş hər hansı quyunun (quyuların) sığortası, əgər aşağıdakı (2),
(3) və ya (4)-cü maddələrin qüvvəyə minməsindən sonra başlamırsa, Sığortaçının bu quyu(lar)xxx marağının yarandığı andan etibarən qüvvəyə minir;
(2) Əgər bu sığorta təminatına daxil edilmiş hər hansı quyunun (quyuların) qazılmasına müqavilənin qüvvədə olduğu müddət ərzində başlanarsa, o zaman sığorta ilk qazma tarixindən etibarən qüvvəyə minməlidir;
(3) Sığorta müqaviləsinin bağlanması zamanı qazma, dərinləşdirmə, baxılma, təmir edilmə, tamamlanma və/və ya bərpa edilmə prosesində xxxx hər hansı sığortalanmış quyu(lara) münasibətdə sığorta belə qazma, dərinləşdirmə, baxılma, təmir edilmə, tamamlanma və/və ya bərpa edilmə işləri tamamilə başa çatdıqdan sonra qüvvəyə minəcəkdir. Belə quyu(lar) bu Qaydaların İstisnalar maddəsinin 7e bəndinin olmamağı halında müqavilə qüvvəyə mindiyi tarixdən etibarən sığorta təminatına daxil edilə bilərdi;
(4) Bu sığorta təminatına daxil xxxx hər hansı digər quyunun (quyuların) sığortası isə müqavilənin qüvvəyə mindiyi tarixdən etibarən başlayacaqdır.
b. Sığortanın qüvvədən düşməsi:
(1) Bu sığorta təminatına daxil xxxx hər hansı quyunun (quyuların) sığortası, əgər aşağıdakı (2), (3), və ya (4)-cü maddələrinə əsasən qüvvədən düşmürsə, Sığortaçının bu quyu(lar)dakı marağını itirməsi anından etibarən qüvvədən düşür;
(2) Əgər bu sığorta təminatına daxil xxxx hər hansı quyunun (quyuların) sığortası sadəcə olaraq qazma prosesi müddətini əhatə edirsə, yəni sığortalı istismarda xxxx və/və ya bağlanmış və/və ya müvəqqəti olaraq dayandırılmış və ya ləğv edilmiş quyuları sığortaya daxil etməmək qərarına gəlibsə, o zaman sığorta belə quyuların tamamilə ləğv edilməsi və ya tamamlanmasından sonra, və yaxud müqavilə üzrə Sığortalının məsuliyyətinin sona çatması hallarında, ikisindən hansının daha tez meydana çıxmasından asılı olaraq, qüvvədən düşəcəkdir. Bu ləğv edilmə və ya tamamlanma
əməliyyatlarına fontan armaturasının nasos və ya quyuağzı avadanlığının quraşdırılması və yaxud qazma yerindən qazma avadanlığının sökülməsi və çıxarılması halları da daxil edilir. Əgər qazma avadanlığının qazma yerindən çıxarılmasına daha əvvəl zərurət yaranarsa, tamamlanma əməliyyatlarının da həmçinin sığorta təminatı altına alınması üçün, belə avadanlığın tamamilə çıxarılması ilə tamamlama əməliyyatlarının başlanması arasındakı müddət otuz (30) günü keçməməlidir.
(3) Sığorta müqaviləsinin qüvvədən düşməsi və ya ləğv edilməsi zamanı, qazma, dərinləşdirmə, baxılma, təmir edilmə, tamamlanma və/və ya bərpa edilmə prosesində xxxx hər hansı sığortalanmış quyuya(lara) münasibətində sığorta təminatı belə qazma, dərinləşdirmə, baxılma, təmir edilmə, tamamlanma və/və ya bərpa edilmə işləri tamamilə başa çatdıqdan sonra (müqavilənin qüvvədən düşməsi və ya ləğv edilməsi tarixindən gec olsa da) başa çatacaqdır.
(4) Bu sığorta ilə təmin edilmiş hər hansı digər quyunun (quyuların) sığortası, müqavilənin qüvvədən düşdüyü və ya ləğv edildiyi tarixdə etibarən və yaxud (əgər müvəqqəti olaraq dayandırılmış və ya ləğv edilmiş quyular bu sığorta təminatına daxil edilməyibsə) belə quyunun (quyuların) son və/və ya tamamilə ləğvində sonra, bu iki variantdan hansının daha tez meydana çıxmasından asalı olaraq, qüvvədən düşəcəkdir.
17. SİYAHI
Müqavilənin qüvvəyə mindiyi tarixdən etibarən, sığorta təminatına daxil xxxx istismarda xxxx və/və ya bağlanmış və/və ya müvəqqəti olaraq dayandırılmış və ya ləğv edilmiş quyuların siyahısı müqaviləyə əlavə olunur.
18. ZƏRƏRİN ƏVƏZİNİN ALINMASI VƏ QALIQLAR
Çəkilmiş xərclər çıxıldıqdan sonra, subroqasiya yolu ilə əldə edilən məbləğlər də daxil olmaqla, hər hansı qalıq və ya üçüncü şəxslərdən alınan ödənişlər, verilmiş sığorta ödənişinin məbləği tamamilə bərpa edilənədək, Sığortaçıya aid olacaqdır.
19. MÜQAVİLƏ MÜDDƏTİNİN UZADILMASI
Əgər sığorta müqaviləsinin başa çatması və ya ləğv edilməsi xxxxxx zərərə səbəb ola biləcək hadisə hələ davam edirsə, bu Sığortanın digər bütün qayda və şərtlərinə Ümumi Vahid Məsuliyyət Limitinə müvafiq olaraq, əgər zərər bütünlükdə müqavilənin başa çatması və ya ləğv edilməsinə qədər meydana çıxıbsa, müqaviləyə əsasən sığorta təminatına daxil edilir.
20. TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ
20.1 Sığortalının hüquqları:
20.1.1 Sığortaçının Sığorta müqaviləsinin şərtlərinə əməl etməsini yoxlamaq, o cümlədən Sığortaçıdan maliyyə sabitliyi barədə, kommersiya sirri olmayan məlumatı əldə etmək;
20.1.2 Sığorta hadisəsi baş verdikdə Sığortaçıdan sığorta ödənişini həyata keçirməyi tələb etmək.
20.2 Sığortalının vəzifələri:
20.2.1 Sığorta haqqını Sığorta müqaviləsi ilə müəyyən edilmiş məbləğdə və müddətdə ödəmək;
20.2.2 Sığorta müqaviləsinin bağlanması üçün zəruri xxxx, eyni zamanda sığorta müqaviləsi ilə bağlı digər məlumatları Sığortaçıya təqdim etmək;
20.2.3 Sığorta müqaviləsi bağlanarkən Sığortalı özünə məlum xxxx və Sığortaçının müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə Sığortaçıya məlumat vermək;
20.2.4 Sığorta müqaviləsinə aid xxxx sənədlərin qorunub saxlanmasını təmin etmək.
20.3 Sığortaçının hüquqları:
20.3.1 Sığortalı tərəfindən verilən məlumatları və həmçinin Sığortalı və Sığorta olunan tərəfindən Sığorta müqaviləsinin şərtlərinə riayət edilməsini yoxlamaq;
20.3.2 Bu Qaydalarda nəzərdə tutulmuş hallarda sığorta ödənişini həyata keçirməkdən imtina etmək, belə ödənişlərin həyata keçirildiyi hallarda Sığortalı tərəfindən xxxx qaytarılmasını tələb etmək;
20.3.3 Sığortalı ona məlum xxxx xxxxxx qiymətləndirilməsi üçün əhəmiyyətli hallar barəsində və sığorta hadisəsi haqqında Sığortaçıya qəsdən yanlış məlumat verməsi aşkar olunarsa sığorta ödənişini həyata keçirməkdən imtina etmək;
20.3.4 Sığorta haqqının hər-hansı ödənilməmiş hissəsi sığorta müqaviləsində göstərilən müddət ərzində ödənilmədikdə, Sığorta olunanlara xidmətlərin göstərilməsini dayandırmaq yaxud Sığorta müqaviləsinə xitam vermək;
20.3.5 Bu Qaydalarda nəzərdə tutulmuş qaydada və şərtlərlə sığorta müqaviləsinə xitam vermək.
20.4 Sığortaçının vəzifələri:
20.4.1 Müəyyən edilmiş müddətdə Sığorta şəhadətnaməsini Sığortalıya təqdim etməlidir;
20.4.2 Sığorta hadisəsi baş verdiyi halda müvafiq sənədlər əsasında sığorta ödənişi həyata keçirmək;
20.4.3 Sığortalı ilə münasibətlərdə məxfiliyi təmin etmək;
20.4.4 Sığorta müqaviləsinin vaxtından əvvəl xitam edilməsi halında, bu Qaydalarda müəyyən edilmiş qaydada hesablanmış məbləği 30 (otuz) bank günü ərzində Sığortalıya qaytarmaq.
21. MÜDAFİƏ
Sığortaçı Sığortalıya qarşı qaldırılmış hər hansı bir iddianı müdafiə etməyə və ya hər hansı iddianı təmin etməyə borclu deyildir. Sığortaçı Sığortalıyla birlikdə, müqaviləyə əsasən qismən və ya tamamilə ödənilməli xxxx iddianın müdafiə olunmasında və ona nəzarət prosesində iştirak etmə hüququna malikdir. Sığortaçı hər hansı bir iddianın müdafiəsi üçün, iddia tamamilə həll edilməyənədək heç bir xərcləri ödəmək öhdəliyi daşımır. Müdafiə xərcləri meydana çıxmadan əvvəl Sığortaçının belə xərcləri çəkilməsinə razılığı olmasa, o zaman Sığortaçı xərclərin əvəzini ödəməyə görə məsuliyyət daşımır.
NEFT VƏ QAZ YATAQLARINDA KƏŞFİYYAT VƏ HASİLAT İŞLƏRİNİN APARILMASI SIĞORTASININ
QAYDALARI
BÖLMƏ A
QUYU ÜZƏRİNDƏ NƏZARƏTİN BƏRPASI SIĞORTASI
1. SIĞORTA TƏMİNATI
Ümumi Vahid Məsuliyyət Limiti çərçivəsində və bu müqavilənin şərtləri və qaydalarına müvafiq olaraq, Sığortalı tərəfindən çəkilmiş aşağıdakı faktiki məsrəflər və/və ya xərclər Sığortaçı tərəfindən Sığortalıya ödənilir: (a) sığorta olunmuş quyunun nəzarətdən çıxması nəticəsində üzərində nəzarət itirilmiş hər hansı başqa quyular da daxil edilmək şərti ilə, nəzarətdən çıxmış hər hansı bir və ya bütün sığorta olunmuş quyular üzərində nəzarətin bərpa edilməsi üçün və ya bərpa edilməsinə cəhd edilərkən çəkilən xərclər. Xxxxx bu bölmənin 2b maddəsində deyildiyi kimi, yalnız quyu üzərində nəzarət bərpa edilən xxx qədəri müddət ərzində çəkilmiş məsrəf və/və ya xərclər ödəniləcəkdir; və (b) i) sığorta olunmuş quyudan yer səthində və ya suyun dibində çıxan alovun və yaxud bilavasitə sığortalanmış quyu üzərində nəzarətin itirilməsi nəticəsində alovlanan hər hansı digər quyunun və ya quyuların, yaxud (ii) sığorta olunmuş quyu və ya quyular üçün yer səthində və ya suyun dibində çıxmış alovun söndürülməsi üçün və ya söndürülməsinə cəhd edərkən çəkilən xərclər.
Maili quyular, Sığortaçıya dərhal xəbərdarlıq edilməsi və Sığortaçı tərəfindən təyin edilmiş tariflər əsasında hesablanmış əlavə sığorta mükafatının ödənilməsi şərtlə, avtomatik olaraq bu bölmə üzrə sığorta təminatına daxil edilir.
2. ANLAYIŞLAR
a.Nəzarətdən çıxmış quyu;
Bu Sığortanın məqsədləri üçün nəzarətdən çıxmış quyu dedikdə, quyudan yalnız yer səthinə və ya yer altında, və yaxud dəniz dibində məhlulun, neft, qaz və ya suyun qeyri-iradi axını başa düşülür, o halda ki:
(1) belə axın qısa müddətdə:
a. Zəmanətlər və Xxxxxx Xxxxxx haqqında qeyd-şərtlərdə tələb edildiyi kimi sahədə xxxx avadanlıq və/və ya fontana qarşı preventor, ştuser və ya digər avadanlıqlar vasitəsilə dayandırıla bilməsin və ya
b. qazma məhlulunun həcminin çəkisini artırmaq və ya başqa analoji materiallarla quyuya müdaxilə etmək yolu ilə dayandırıla bilməsin və ya
c. Təhlükəsiz qaydada hasilata yönəldilə bilməsin; və yaxud
(2) müvafiq tənzimedici orqanlar tərəfdən axın nəzarətdən çıxmış hesab edilmiş olsun.
Bununla belə bu Sığortanın məqsədləri çərçivəsində, quyunun lüləsində məhz neft, qaz və ya su axının olması, əgər bu neft, qaz və ya su yer səthində müvafiq zaman kəsiyi ərzində dövr etdirilə və ya kənarlaşdırıla bilərsə, belə quyu(lar) nəzarətdən çıxmış hesab edilmir.
b. Nəzarət altına alınmış quyu
Aşağıdakı hallarda bu maddənin a. bəndində göstərilmiş səbəblər nəticəsində nəzarətdən çıxmış quyu(lar) üzərində nəzarət bərpa olunmuş hesab olunacaqdır:
1. sığorta iddiasına səbəb ola biləcək axın dayanar, dayandırılar və yaxud təhlükəsiz şəkildə dayandırıla bilərsə və ya
2. bilavasitə sığorta hadisəsi baş verməzdən əvvəl aparılan qazma, dərinləşdirmə, baxılma, təmir edilmə, tamamlanma və/və ya bərpa edilmə işləri və bunların tamamlanması və ya digər oxşar əməliyyatlar yenidən aparılmış və ya yenidən aparıla bilərsə və ya
3. quyu bilavasitə sığorta hadisəsi baş verməzdən əvvəlki hasilat, dayandırılmış və ya oxşar vəziyyətinə qaytarılırsa və ya qaytarıla bilərsə və ya
4. bu bölmədə sığorta hadisəsi kimi qiymətləndirilə neft və ya qaz axımı təhlükəli şəkildə hasilata yönəldilə bilərsə;
sığortalanmış quyunun müvafiq rəsmi orqanlar tərəfindən nəzarətdən çıxmış elan edilməsi halları istisna olmaqla, yuxarıdakı sadalanmış şərtlərdən hansının daha əvvəl baş verməsindən asılı olaraq, belə elanın qüvvədən düşməsi ilə quyu artıq nəzarət altına alınmış hesab olunacaqdır.
c. Xərclər:
Bu Sığortanın qaydalarına müvafiq olaraq ödəniləcək xərclərə materialların və ehtiyat hissələrinin dəyəri, quyu üzərində nəzarətin bərpa edilməsi üzrə ixtisaslaşmış şəxslər və ya təşkilatların göstərdiyi xidmətlər üçün ödəmələr, müvafiq rəsmi orqanların təlimatları əsasında çəkilmiş xərclər də daxil olmaq şərt ilə, quyu üzərində nəzarəti bərpa etmək məqsədilə aparılan maili qazma və digər oxşar əməliyyatlar üçün çəkilmiş xərclər və eləcə də bu bölmənin 1-ci maddəsində təsvir olunmuş digər xərclər daxildir.
3. XƏRCLƏRİN SONA ÇATMASI
Bütün hallarda və bu Sığortanın Ümumi Vahid Məsuliyyət Limitinə müvafiq olaraq quyu(lar) üzərində nəzarət bərpa olunduqdan sonra (maddə 2b-də deyildiyi kimi) bu məqsədlə çəkilən xərc və ya məsrəflərin Sığortaçı tərəfindən ödənilməsi dayandırılacaqdır.
4. İSTİSNALAR
Bu bölmə üzrə aşağıdakı hallarda təminat verilmir və məsuliyyət yaranmır:
a. hər hansı qazma və ya hasilat avadanlığının məhv olması və ya zədələnməsi;
b. hər hansı quyunun və ya quyuların, qazma çuxurunun və ya çuxurlarının məhv olması və ya zədələnməsi;
c. istismarın dayanması və/və ya gecikməsi (hasilatda gecikmə və ya təxirə salınma da daxil edilir) və/və ya hasilata zərərin ortaya çıxması (o cümlədən, lay təzyiqinin azalması) və hər hansı layın və ya lay təyiziqin itməsi və ya azalması ilə əlaqədar xərclər
NEFT VƏ QAZ YATAQLARINDA KƏŞFİYYAT VƏ HASİLAT İŞLƏRİNİN APARILMASI SIĞORTASININ
QAYDALARI
BÖLMƏ B
TƏKRAR QAZMA /ƏLAVƏ XƏRCLƏR
1. SIĞORTA TƏMİNATI
Bu sığorta təminatına daxil xxxx və müqavilənin A bölməsində sığorta hadisəsi kimi qiymətləndirmiş hadisənin baş verməsi nəticəsində dağılan, hər hansı bir şəkildə zədələnən quyunun və yaxud onun bir hissəsinin bərpası və təkrar qazılması məqsədi ilə çəkilən faktiki xərclər və məsrəflər tərəfindən, Ümumi Vahid Məsuliyyət Limiti çərçivəsində və bu müqavilənin şərtlərinə və qaydalarına müvafiq olaraq, aşağıdakı şərtlərə əməl edilmək şərtlə Sığortalıya ödənilir:
a. Sığortaçı Sığortalıya sadəcə olaraq ən əlverişli və iqtisadi səmərəli üsullardan istifadə edilmək şərti ilə quyunun bərpa edilməsi və təkrar qazılması üçün çəkilən xərclərin və məsrəflərin əvəzini ödəyir.
b. Baş verən neft və ya qaz axınının təhlükəsiz şəkildə hasilata yönəldilməsi mümkün xxxx quyunun bərpa edilməsi və təkrar qazılması üçün (kanat qazmasında vurucu ştanqın sığorta olunmuş quyuda saxlanması yolu ilə, və yaxud sığorta olunmuş quyu üzərində nəzarəti bərpa etmək üçün köməkçi quyu və ya quyuların qazılması yolu ilə tamamlanma da daxil olmaqla), B bölməsinə əsasən sığorta təminatı verilməyəcəkdir.
c. Sığortaçı qazma quyularında, bu müqavilənin A bölməsində 2-ci maddəsində təsvir edildiyi şəkildə nəzarətdən çıxma anındakı dərinlikdən daha xxx dərinliyə qazma xərclərini(a); istismarda xxxx və ya bağlanmış quyularda effektli şəkildə istismar edilən geoloji zona və ya qatların yerləşdiyi dərinlikdən daha xxx dərinliyə qazma xərclərini(b) və məsrəflərini ödəməyə görə məsuliyyət daşımır.
2. İSTİSNALAR
Bu bölmə üzrə aşağıdakı hallarda itkilərin əvəzi ödənilməyəcəkdir:
a. hər hansı bir qazma və ya hasilat avadanlığına dəymiş zərər və ya onların məhv olması;
b. gecikmə nəticəsində (hasilat prosesində baş vermiş gecikmə də daxil olmaqla) meydana çıxan hər hansı itki, zərər və ya xərclər və/və ya istismarın dayanması və/və ya quyunun məhsuldarlığının dayanması və ya azalması (həmçinin lay təzyiqinin aşağı düşməsi ilə əlaqədar) və hər hansı layın və ya lay təzyiqin itməsi və ya azalması;
c. hər hansı köməkçi quyunun və yaxud onun bir hissənin bərpası və ya təkrar qazılması məqsədi ilə çəkilən xərclər və məsrəflər;
d. bu sığorta müqaviləsinin A bölməsi ilə təmin olunmuş itki və ya zərər meydana çıxmazdan əvvəl müvəqqəti olaraq bağlanmış və ya ləğv edilmiş və itki və ya zərər meydana çıxdığı anda hələ də müvəqqəti olaraq bağlı və ya ləğv edilmiş vəziyyətdə xxxx hər hansı bir quyunun quyu daxili avadanlığı, və yaxud təkrar qazılması və/və ya təkrar tamamlanması.