Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında miqrasiya sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında miqrasiya sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında miqrasiya sahəsində əməkdaşlıq haqqında 2020-ci il xxxxxx 11-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.
2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti onun müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkmənistan Hökumətinə bildiriş göndərsin.
Xxxxx XXXXXX, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 may 2020-ci il
№ 1028
Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında miqrasiya sahəsində əməkdaşlıq haqqında
SAZİŞ
Bundan sonra “Tərəflər” adlandırılacaq Azərbaycan Respublikası Hökuməti və Türkmənistan Hökuməti,
ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hər iki ölkənin maraqlarına qarşılıqlı hörmət əsasında daha da gücləndirilməsini vurğulayaraq,
beynəlxalq hüququn hamılıqla qəbul edilmiş xxxxx və prinsiplərinə, eləcə də Tərəflərin milli qanunvericiliyinə riayət etməklə Tərəflər arasında miqrasiya sahəsində bərabərhüquqlu və qarşılıqlı əməkdaşlığın həyata keçirilməsini arzu edərək,
miqrasiya proseslərinin tənzimlənməsi sahəsində qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsinə və insan hüquq və azadlıqlarının müdafiəsinin təmin edilməsinə xüsusi əhəmiyyət verərək,
qanunsuz miqrasiya və onun mənfi təzahürlərinin qarşısının alınmasında beynəlxalq əməkdaşlığın mühüm rolunu qeyd edərək, aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Tətbiq dairəsi
Bu Saziş çərçivəsində Tərəflər miqrasiya sahəsində əməkdaşlığı, bir Tərəfin dövlətinin ərazisində xxxx digər Tərəfin dövlətinin vətəndaşlarının hüquqlarının müdafiəsini, bununla əlaqədar məlumat və təcrübə mübadiləsini Tərəflərin dövlətlərinin milli qanunvericiliyinə və beynəlxalq öhdəliklərinə uyğun həyata keçirirlər.
Maddə 2
Səlahiyyətli orqanlar
2.1. Bu Saziş üzrə Tərəflərin səlahiyyətli orqanları aşağıdakılardır: Azərbaycan
Respublikası Hökuməti adından – Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti; Türkmənistan Hökuməti adından - Türkmənistanın Dövlət Miqrasiya Xidməti.
Səlahiyyətli orqanlar deyişdirildiyi halda, Tərəflər dərhal bu barədə bir-birlərini diplomatik kanallar vasitəsilə məlumatlandırırlar.
2.2. Bu Sazişin həyata keçirilməsi ilə bağlı məsələlərin həlli üçün səlahiyyətli orqanlar işçi qruplar yaratmaq hüququna malikdirlər. Zərurət olduqda, işçi qrupların üzvləri paritet
əsasında Tərəflərin dövlətlərinin ərazisində birgə iclaslar keçirirlər.
Maddə 3
Əməkdaşlığın istiqamətləri
3.1. Tərəflər bu Saziş çərçivəsində əməkdaşlığı aşağıdakı istiqamətlər üzrə həyata keçirirlər:
3.1.1. miqrasiya proseslərinin idarə olunması və tənzimlənməsi;
3.1.2. qanunsuz miqrasiyaya qarşı mübarizə və miqrasiya qanunvericiliyinin pozulması hallarının və qanunsuz miqrasiya marşrutlarının aşkar edilməsi sahəsində təcrübə mübadiləsi;
3.1.3. şəxsiyyətin müəyyənləşdirilməsi və miqrantların repatriasiyası ilə bağlı təcrübə mübadiləsi;
3.1.4. statistik, hüquqi və xxxx-metodiki məlumatların mübadiləsi;
3.1.5. vətəndaşlıq məsələlərinin həlli və vətəndaşsızlığın aradan qaldırılması;
3.1.6. qaçqın statusunun və sığınacağın verilməsi məsələləri;
3.1.7. miqrasiya sahəsində informasiya sistemlərinin və məlumat bazasının idarə olunması;
3.1.8. beynəlxalq təşkilatlar və üçüncü dövlətlərlə miqrasiya sahəsində birgə tədbirlərin həyata keçirilməsi, iki və çoxtərəfli əsasda əməkdaşlığın gücləndirilməsi;
3.1.9. miqrasiya yerdəyişmələrinə nəzarət.
3.2. Bu Saziş Tərəflərə qarşılıqlı razılaşdırılmış digər əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsində və inkişaf etdirilməsində maneə törətmir.
Maddə 4
Məlumat mübadiləsi
4.1. Bu Saziş çərçivəsində Tərəflər dövlətlərin milli qanunvericiliklərinə uyğun olaraq aşağıdakı məlumatların mübadiləsi həyata keçirilir:
4.1.1. şəxsin hüquqi statusunun müəyyən edilməsi və vətəndaşların hüquqlarının təmin edilməsi məqsədilə açıq fərdi məlumatlar (soyadı, adı, atasının adı və s.);
4.1.2. Tərəf dövlətin milli qanunvericiliyinə uyğun olaraq Tərəflərdən birinin dövlətinin vətəndaşlığına mənsubiyyəti təsdiq edən məlumatlar;
4.1.3. miqrasiya qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunan, eyni zamanda bir Tərəf dövlətin hüdudlarından kənara çıxarılan digər Tərəf dövlətin vətəndaşları barədə məlumatlar;
4.1.4. bir Tərəf dövlətin ərazisində digər Tərəf dövlətin vətəndaşlarının olduğu və yaşadığı yer üzrə qeydiyyatı ilə bağlı məlumatlar;
4.1.5. bir Tərəf dövlətin ərazisində müvəqqəti və daimi yaşamaq, eyni zamanda əmək fəaliyyəti ilə məşğul olmaq üçün icazələri xxxx digər Tərəf dövlətin vətəndaşları barədə məlumatlar;
4.1.6. bir Tərəf dövlətin vətəndaşlığını əldə etmiş digər Tərəf dövlətin vətəndaşları barədə məlumatlar;
4.1.7. Tərəflərin dövlətlərinin ərazilərində fəaliyyət göstərən və qanunsuz miqrasiyanın təşkilində və həyata keçirilməsində iştirak edən hüquqi və fiziki şəxslər barədə məlumatlar;
4.1.8. bir Tərəf dövlətin miqrasiya qanunvericiliyinin tələblərini pozmuş və onun ərazisində yaşamaları qanuniləşdirilmiş digər Tərəf dövlətin vətəndaşları barədə məlumat.
4.2. Tərəflərdən biri digər Tərəf dövlətin vətəndaşları ilə bağlı 4.1-ci maddədə qeyd olunan məlumatları sorğu əsasında təqdim edir.
Maddə 5
Əməkdaşlıq formaları və praktiki yardım
5.1. Zəruri olduqda və qarşılıqlı razılığa əsasən Tərəflər əməkdaşlıq prosesində yaranan məsələlər üzrə aşağıdakı formada əməkdaşlığı həyata keçirirlər və bir-birlərinə praktiki yardım göstərirlər:
5.1.1. Tərəflərin miqrasiya məsələləri ilə məşğul xxxx səlahiyyətli orqanlarının əməkdaşlarının hazırlanması və ixtisaslarının artırılması;
5.1.2. işçi qrupların yaradılması və əməkdaşlıq prosesində yaranan məsələlər üzrə ekspert mübadiləsinin aparılması;
5.1.3. xxxx-praktiki konfransların, seminarların keçirilməsi və birgə fəaliyyət tələb edən digər əməkdaşlıq formalarından istifadə;
5.1.4. beynəlxalq təşkilatların iştirakı ilə birgə layihələrin həyata keçirilməsi;
5.1.5. bu Sazişlə müəyyən edilmiş Tərəflərin aidiyyəti orqanlarının səlahiyyətləri çərçivəsində Tərəflərin dövlətlərinin vətəndaşlarının hüquq və maraqlarının müdafiəsi.
Maddə 6
Mübadilə vasitəsi
6.1. Bu Saziş çərçivəsində əməkdaşlıq maraqlı Tərəfin kömək göstərilməsinə dair sorğusuna əsasən həyata keçirilir.
6.2. Tərəflərdən hər biri, həmçinin xxxx xxxx məlumatın digər Tərəf üçün əhəmiyyət kəsb etdiyini hesab etdikdə, həmin məlumatı digər Tərəfə sorğu olmadan təqdim edə bilər.
Maddə 7
Sorğu
7.1. Sorğu və sorğuya cavab yazılı formada göndərilir.
7.1.1. Sorğu rus dilində göndərilir. Zəruri olduqda belə sorğuları müşayiət edən bütün sənədlər rus dilinə tərcümə edilir.
7.2. Sorğu və sorğuya cavab birbaşa və ya diplomatik kanallar vasitəsilə digər Tərəfə təqdim edilir. Sorğunun təqdim olunması üçün elektron vasitələr də daxil olmaqla, bütün rabitə vasitələrindən istifadə oluna bilər.
7.3. Sorğu aşağıdakı məlumatları əhatə etməlidir:
7.3.1. Sorğu edən və Sorğu edilən Tərəfin müvafiq səlahiyyətli orqanının adı;
7.3.2. sorğunun qısa məzmunu, onun məqsədi və əsaslandırılması;
7.3.3 sorğunun icrası üçün istifadə oluna biləcək hər hansı digər məlumat.
7.4. Sorğu və sorğuya cavab müvafiq səlahiyyətli orqanın blankında tərtib edilir, səlahiyyətli orqanın rəhbəri və ya onun səlahiyyət verdiyi şəxs tərəfindən imzalanır. Səlahiyyətli şəxslərin siyahısı əvvəlcədən göndərilir.
7.5. Sorğunun həqiqiliyi və ya məzmunu ilə bağlı şübhə yaranarsa, bu zaman əlavə təsdiq tələb edilə bilər.
Maddə 8
Sorğunun icrası
8.1. Sorğu edilən Tərəf sorğunun tam və tez icra edilməsi üçün bütün zəruri tədbirləri həyata keçirir.
8.2. Sorğu edilən Tərəf sorğunun lazımi səviyyədə icra edilə bilməsi üçün zəruri hesab etdiyi əlavə məlumatları tələb etmək hüququna malikdir.
8.3. Sorğu edilən Tərəf sorğunun icrasına maneə yaradan və ya onun icrasını əhəmiyyətli dərəcədə gecikdirən hallar barədə sorğu edən Tərəfi 5 (beş) iş günü müddətində məlumatlandırır.
8.4. Əgər sorğu edilən Tərəf sorğunun cavablandırılmasının öz dövlətinin ərazisində aparılan cinayət təqibinə və ya digər icraata maneə ola bilməsini ehtimal edərsə, bu zaman o, sorğunun cavablandırılmasını təxirə salmaq və ya onun icrasını özü müəyyən etdiyi şərtlərlə əlaqələndirməklə təmin etmək hüququna malikdir.
8.5. Sorğu, bir qayda olaraq, onun qəbul edildiyi tarixdən 30 (otuz) təqvim günündən xxx olmayan müddətdə icra olunur. Bununla belə, Sorğu edən Tərəfin sorğunun icra edilməsi müddəti ilə bağlı xahişi imkan daxilində nəzərə alınır.
8.6. Təqdim edilən sorğu digər Tərəfin suverenliyini, milli təhlükəsizliyini və maraqlarını təhlükə altına qoyarsa, yaxud sorğunun icrası onun milli qanunvericiliyinə və ya iştirakçısı
olduğu beynəlxalq müqavilələrdən yaranan öhdəliklərinə zidd olarsa, Sorğu edilən Tərəf ondan tamamilə və ya qismən imtina edə bilər.
8.7. Sorğu edilən Tərəf sorğunun icrasından tamamilə və ya qismən imtina, onun icrasının təxirə salınması və ya qismən icra edilməsi barədə Sorğu edən Tərəfi yazılı şəkildə məlumatlandırır.
8.8. Sorğunun icra prosesi Sorğu edilən Tərəfin milli qanunvericiliyi ilə tənzimlənir.
Maddə 9
Məlumatların mühafizəsi və konfidensiallıq
9.1. Məlumat və sənədlərin istifadəsinə məhdudiyyət olduqda və ya həmin məlumatı təqdim edən səlahiyyətli orqan onun yayılmasını məqsədəuyğun hesab etmədiyi təqdirdə, hər bir Tərəf digər Tərəfdən aldığı məlumat və sənədlərin konfidensiallığını təmin edir. Sorğunun icrası zamanı konfidensiallığın təmin edilməsi mümkün olmadığı halda, Sorğu edilən Tərəf Sorğu edən Tərəfi bu barədə məlumatlandırır və Sorğu edən Tərəf belə şərtlərlə sorğunun icra edilməsinin məqsədəuyğun olub-olmaması barədə qərar qəbul edir.
9.2. Sorğu edən Tərəf sorğunun icrası ilə əlaqədar eldə olunmuş məlumatlardan digər məqsədlər üçün yalnız Sorğu edilən Tərəfin yazılı razılığına əsasən istifadə edə bilər. Belə hallarda Sorğu edən Tərəf eldə olunmuş məlumatların istifadəsində Sorğu edilən Tərəfin müəyyən etdiyi məhdudiyyətlərə riayət edir.
9.3. Bu Saziş çərçivəsində eldə edilən məlumatın üçüncü tərəfə verilməsi üçün həmin məlumatı təqdim edən Tərəfin əvvəlcədən yazılı razılığı tələb olunur.
9.4. Tərəflər öz milli qanunvericiliklərini və hər bir Tərəfin dövlətinin beynəlxalq öhdəliklərini rəhbər tutaraq bu Saziş çərçivəsində əldə olunmuş məlumatın təsadüfi və ya qanunsuz məhv edilməsi, dəyişdirilməsi və ya yayılması, eləcə də istənilən digər yollarla icazəsiz əldə edilməsi və istifadəsi kimi hallardan qorumaq üçün zəruri təşkilati və texniki tədbirlər həyata keçirirlər.
9.5. Bu Saziş çərçivəsində eldə olunmuş məlumat onun ötürülmə məqsədinin tələb etdiyi müddətdən artıq saxlanılmır və hər bir Tərəfin milli qanunvericiliyinə uyğun olaraq məhv edilir.
Maddə 10
Fikir ayrılıqlarının həlli
Bu Sazişin müddəalarının təfsiri və ya tətbiqi ilə bağlı yaranan fikir ayrılıqları Tərəflər arasında danışıqlar və məsləhətləşmələr yolu ilə həll edilir.
Maddə 11
Xərclər
Hər bir konkret hal üzrə başqa qayda razılaşdırılmadıqda, Tərəflər bu Sazişin icrası ilə bağlı yaranan xərcləri özləri ödəyirlər.
Maddə 12
Digər beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklər
Bu Sazişin müddəaları Tərəflərin dövlətlərinin iştirakçısı olduqları digər beynəlxalq müqavilələrdən irəli gələn hüquq və öhdəliklərinə təsir etmir.
Maddə 13
İstifadə edilən dillər
Tərəflərin səlahiyyətli orqanları əməkdaşlığın həyata keçirilməsində işçi dil kimi rus dilindən istifadə edirlər.
Maddə 14
Əlavə və dəyişikliklər
Tərəflərin qarşılıqlı razılığı əsasında bu Sazişə əlavə və dəyişikliklər edilə bilər. Belə əlavə və dəyişikliklər bu Sazişin ayrılmaz tərkib hissəsi xxxx və onun 15.1-ci maddəsi ilə müəyyən olunan qaydada qüvvəyə minən ayrıca protokollarla rəsmiləşdirilir.
Maddə 15
Yekun müddəalar
15.1. Bu Xxxxx onun qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurların yerinə yetirilməsi haqqında Tərəflərin diplomatik kanallar vasitəsilə sonuncu yazılı bildirişinin alındığı tarixdən qüvvəyə minir.
15.2. Bu Saziş 5 (beş) il müddətinə bağlanılır. Tərəflərdən biri Xxxxxxx növbəti müddətinin başa çatmasına ən azı 6 (altı) ay qalmış diplomatik kanallar vasitəsilə digər Tərəfə Sazişin ləğv edilməsi niyyəti barədə bildiriş təqdim etməzsə, bu Saziş avtomatik olaraq növbəti 5 (beş) illik müddətlərə uzadılır.
Bu Saziş Bakı şəhərində 2020-ci il 11 mart tarixində, hər biri Azərbaycan, türkmən və rus dillərində olmaqla, iki əsl nüsxədə imzalanmışdır və bütün mətnlər eyni qüvvəyə malikdir. Bu Sazişin müddəalarının təfsiri ilə bağlı hər hansı fikir ayrılığı yarandığı təqdirdə, Tərəflər rus dilində xxxx mətndən istifadə edirlər.
Azərbaycan Respublikası Hökuməti adından (imza) | Türkmənistan Hökuməti adından (imza) |