AVTONƏQLİYYAT VASİTƏLƏRİNİN SIĞORTASI QAYDALARI
AVTONƏQLİYYAT VASİTƏLƏRİNİN SIĞORTASI QAYDALARI
ÜMUMİ MÜDDƏALAR
Bu Qaydalar avtonəqliyyat vasitələrinin sığortası növü üzrə avtonəqliyyat vasitələrinin sığortası sinfinə aiddir.
1. ƏSAS ANLAYIŞLAR
1.1. Sığortaçı və ya Şirkət - Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Nizamnamə əsasında fəaliyyət göstərən və müvafiq lisenziyaya xxxxx xxxx ASC “Standard Insurance” Sığorta Şirkəti.
1.2. Sığortalı - sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta xxxxxx xxxx sığorta müqaviləsinin tərəfi.
1.3. Sığorta olunan - sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan şəxs.
1.4. Xxxxxxxxxx şəxs - sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişini almaq hüququ xxxx şəxs;
1.5. Sığorta müddəti - sığorta müqaviləsinin qüvvədə olduğu müddət.
1.6. Sığorta müqaviləsi - sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşma.
1.7. Sığorta şəhadətnaməsi - sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən, sığortaçı tərəfindən sığortalıya və (və ya) sığorta olunana verilən sənəd;
1.8. Sığorta obyekti - sığortalının, yaxud sığorta olunanın qanuna zidd olmayan hər hansı əmlak mənafeyi;
1.9. Sığorta haqqı - risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta qanunvericiliyinə uyğun olaraq, sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləği;
1.10. Sığorta məbləği - sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin qanunvericilik, yaxud müqavilə ilə müəyyənləşdirilmiş məbləğlə ifadə olunan son həddi;
1.11. Sığorta ödənişi - sığorta hadisəsi baş verdikdə, qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyası;
1.12. Sığorta hadisəsi - sığorta ödənişinin ödənilməsi üçün əsas xxxx, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən və təsadüflik əlamətlərinə xxxxx xxxx hadisə və ya yaranan hal.
1.13. Sığorta riski - sığorta obyekti ilə bağlı itkilərin və ya zərərlərin yaranmasına səbəb xxxx hadisənin baş verməsi və ya halın yaranması ehtimalı, həmçinin bu ehtimala qarşı sığortaçının üzərinə götürdüyü öhdəlik.
1.14. Tərəflər - sığortaçı və ya onun nümayəndəsi və sığortalı və ya onun nümayəndəsi.
1.15. İşlərin aparılması xərcləri - sığortaçı tərəfindən əmək haqları, rabitə və kommunikasiya xərcləri; ofisin saxlanması xərcləri; agent və broker mükafatları; nəqliyyatın saxlanması; blankların hazırlanması və sairəyə çəkdiyi xərclərinin məcmusu.
2. SIĞORTA MÜQAVİLƏSİNİN PREDMETİ VƏ BAĞLANMA QAYDASI
2.1. Bu Qaydaların şətlərinə uyğun olaraq bağlanmış sığorta müqaviləsinə əsasən Sığortaçı sığorta müqaviləsi ilə nəzərdə tutulmuş sığorta haqqını almaqla sığorta hadisəsi zamanı Sığortalıya sığorta müqaviləsində müəyyən olunmuş sığorta məbləği həcmində (azadolma məbləğləri nəzərə alınmaqla) sığorta ödənişini verir.
2.2. Sığorta müqaviləsi bir tərəfdən sığortaçı, digər tərəfdən müvafiq əmlakın mülkiyyətçisi xxxx və ya etibarnamə əsasında müvafiq səlahiyyətə xxxxx xxxx şəxs tərəfindən bağlanılır. Sığortalının əmlaka münasibətdə sığorta marağı olmadığı halda bağlanmış sığorta müqaviləsi etibarsız sayılır.
2.3.Sığorta müqaviləsi, sığortalının (sığortaçı tərəfindən müəyyən olunmuş müvafiq məlumatları ərizədə göstərməklə) yazılı ərizəsi əsasında bağlanılır.
2.4. Tərəflər müqaviləyə qanunvericiliyinə zidd olmayan əlavə müddəaların daxil edilməsi barədə razılığa gələ bilərlər. Sığorta müqaviləsi ilə bu qaydalar arasında ziddiyət yaranarsa, sığorta müqaviləsinin müddəaları tətbiq edilir.
2.5. Əgər sığorta müqaviləsi bağlanandan sonra sığortalının müqavilə bağlanarkən qəsdən yalnış məlumat verməsi aşkar olunarsa, sığortaçı sığorta müqaviləsinin etibarsız olduğu barədə sığortalıya yazılı bildiriş verə bilər və ya sığorta hadisəsi baş verdikdə sığorta ödənişinin verilməsindən imtina edə bilər.
2.6. Sığorta müqaviləsinin və bundan irəli gələn bütün sənədlərin rəsmiləşdirilməsini sığortalı və ya faydalanan şəxs həyata keçirir.
2.7. Bu Qaydalara əsasən, müqavilədə başqa hal nəzərdə tutulmadıqda, sığorta müqaviləsi Azərbaycan Respublikasının ərazisinə şamil olunur.
2.8. Sığorta müqaviləsi və ümumilikdə sığorta münasibətləri sığorta müqaviləsi, sığorta qaydaları, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, “Sığorta Fəaliyyəti Haqqında” Qanunu və digər qanunvericilik aktları ilə tənzimlənir.
3. SIĞORTA MƏBLƏĞİ VƏ REAL DƏYƏR
3.1.1 Sığorta məbləği tərəflərin qarşılıqlı razılığı ilə müəyyənləşdirilir.
3.1.2 Sığorta ödənişinin verildiyi tarixdən etibarən, sığorta məbləği və sığortaçının məsuliyyəti verilmiş sığorta ödənişi həcmində azalmış olur. Sığorta məbləği tam həcmdə istifadə olunduğu təqdirdə sığortaçı öz öhdəliklərini tamamilə yerinə yetirdiyi üçün sığorta müqaviləsinə xitam verilir. Sığortaçının vermiş olduğu sığorta ödənişi ilə əlaqədar azalmış sığorta məbləğini yalnız əlavə sığorta haqqı ödəməklə artırmaq olar.
3.1.3. Müqavilənin müddəti bir ildən artıq müddətə bağlandığı hallarda, müqavilə imzalandığı andan hər sığorta ili başa çatdıqda, sığorta müqaviləsi üzrə sığorta məbləği həmin xxx mövcud xxxx sığorta məbləğinin müqavilədə göstərilən həcmində azalır. Bu halda da azalmış sığorta məbləğini yalnız əlavə sığorta haqqı ödəməklə artırmaq olar.
3.2.1. Əmlakın real dəyəri, onun həmin dövrdə xxxx real bazar qiymətidir.
3.2.2. Əmlakın real dəyəri sığortaçı ilə sığortalı arasında qarşılıqlı razılaşma əsasında müəyyən edilir.
3.2.3. Əgər sığortalı yazılı ərizəsində müvafiq əmlaka əlavə quraşdırılmış hər hansı ünsürü təsvir edərək adını, markasını, miqdarını və qiymətini göstərmişdirsə, əmlakın faktiki dəyəri əlavə ünsürün qiyməti məbləğində artır. Əks təqdirdə əlavə quraşdırılmış avadanlıq sığorta ödənişi zamanı nəzərə alınmır.
3.2.4. Hər sığorta hadisəsi üzrə sığorta ödənişinin verilməsi zamanı sığorta ödənişi sığorta hadisəsinin baş vermə tarixində qüvvədə xxxx sığorta məbləğindən (azadolma məbləğləri nəzərə alınaraq) artıq ola bilməz.
3.2.5. Sığorta məbləği və ya sığortaçının ödəyəcəyi məbləğ əmlakın real dəyərindən artıq olarsa (sığorta hadisəsi zaman), sığorta məbləğindən artıq xxxx hissə etibarsız sayılır.
3.2.6. Əgər sığorta hadisəsinin baş verdiyi anda sığorta məbləği real dəyərdən azdırsa (qismən və ya natamam sığorta), sığortaçı zərərin əvəzini sığorta məbləği ilə real dəyərin nisbətinə müvafiq surətdə ödəyir, yəni sığorta məbləğinin real dəyərə nisbəti faiz şəklində sığorta ödənişindən çıxılır.
3.3. Sığorta müqaviləsi imzalandığı zaman əmlakın real dəyəri sığortalı və sığortaçının razılığı ilə və ya onların seçdikləri mütəxəssis və ya ekspert tərəfindən müəyyən edilmişdirsə və tərəflər bununla razılaşmışlarsa, sığorta hadisəsi zamanı tərəflərin heç biri razılaşdırılmış dəyərə etiraz edə bilməz. Razılaşdırılmış dəyərin etibarlılıq müddəti yalnız bir ildir.
4. SIĞORTA HAQQININ ÖDƏNİLMƏSİ VƏ MÜQAVİLƏNİN QÜVVƏYƏ MİNMƏSİ
4.1. Sığorta haqqının həm bütövlükdə həm də hissələrlə ödənilməsi razılaşdırıla bilər.
4.2. Sığorta haqqının hissələrlə ödənilməsi razılaşdırılmamışdırsa, sığorta haqqı bütövlükdə ödənilməlidir.
4.2.1. Sığorta haqqının bütövlükdə ödənilməsi nəzərdə tutulmuşdursa, sığorta haqqı sığorta şəhadətnaməsi təqdim olunan zaman ödənilməlidir. Bu halda sığorta müqaviləsi sığorta haqqının tam ödənilməsi şərti ilə sığorta şəhadətnaməsi imzalandığı gün saat 24:00-da qüvvəyə minir.
4.2.2. Sığorta haqqının hissələrlə ödənilməsi nəzərdə tutulmuşdursa sığorta haqqının birinci hissəsi sığorta şəhadətnaməsi təqdim olunan zaman ödənilməlidir. Bu halda sığorta müqaviləsi sığorta haqqının birinci hissəsinin ödənilməsi şərti ilə sığorta şəhadətnaməsi imzalandığı gün saat 24:00-da qüvvəyə minir. Sığorta haqqının növbəti hissəsi növbəti ödəmə günündən sonra 15 gün ərzində ödənilməzsə sığorta ödənişinin
verilməsindən imtina oluna bilər. Gecikdirilmiş 15 gün ərzində sığorta hadisəsi baş verərsə sığortaçı zərərin əvəzini, ödənilmiş sığorta haqqı ilə ümumi sığorta haqqının nisbətinə müvafiq surətdə ödəyə bilər, yəni ödənilmiş sığorta haqqının ümumi sığorta haqqına nisbəti faiz şəklində sığorta ödənişindən çıxıla bilər.
4.3. Sığorta hadisəsi baş verdiyi anda sığorta haqqının ödənilməyən (ödəniş vaxtının çatıb-çatmamasından asılı olmayaraq) hissələri sığorta ödənişindən çıxılır.
4.4. Sığorta ödənişinin verilməsi ilə əlaqədar azalmış sığorta məbləğinin artırılması zamanı, sığorta haqqı sığortalının razılığı ilə həm sığorta ödənişindən tutula bilər, həm də əlavə olaraq ödənilə bilər.
4.5. Sığorta müddəti, müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, müqavilədə göstərilən başlama və sona çatma tarixlərində (bu qaydaların 4.2.1. və 4.2.2. maddələri nəzərə alınmaqla) Azərbaycan vaxtı ilə saat 24:00-da başlayır və saat 24:00-da xxxx xxxxx. Sığorta müqaviləsi bağlandığı gün qüvvədə olmur.
5. AZADOLMA (SIĞORTA ÖDƏNİŞİNDƏN QİSMƏN AZADOLMA)
5.1. Azadolma - sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir. Tərəflər sığorta şəhadətnaməsində, sığorta hadisəsi zamanı sığorta məbləğinin müəyyən bir faizinin, dəymiş zərərin müəyyən bir faizinin və ya konkret məbləğin sığortaçı tərəfindən ödənilməməsini razılaşdıra bilərlər.
5.2.Azadolma şərtli və şərtsiz ola bilər.
5.2.1. Şərtli azadolma - nəzərdə tutulduqda, sığorta hadisəsi nəticəsində dəyən zərərin həcmi həmin məbləğdən (azadolma məbləğindən) xxx olduqda, zərər məbləğindən azadolma çıxılmır və sığortaçı tərəfindən ödənilir.
5.2.2. Şərtsiz azadolma - nəzərdə tutulduqda azadolma məbləği hər bir halda zərər məbləğindən çıxılır və sığortaçı tərəfindən ödənilmir.
5.3. Müqavilədə müxtəlif növ azadolma həm konkret məbləğ həm faiz şəklində göstərildikdə, faiz çıxıldıqdan sonra konkret məbləğ çıxılır.
5.4. Azadolma hər bir sığorta hadisəsi üzrə tətbiq olunur.
5.5. Azadolmanın şərtli və ya şərtsiz olması müqavilədə göstərilmədikdə, şərtsiz kimi qəbul edilir.
5.6. Sığorta müqaviləsində şərtli azadolmanın digər formaları və şərtləri də nəzərdə tutula bilər.
6. SIĞORTA MÜQAVİLƏSİNİN LƏĞVİ
6.1. Sığorta müqaviləsinə həm sığortaçının həm də sığortalının 30 gün qabaqcadan yazılı xəbərdarlığı ilə vaxtından əvvəl xitam verilə bilər.
6.1.1. Sığorta müqaviləsinə sığortalının tələbi ilə vaxtından əvvəl xitam verildikdə, sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərclərini çıxmaqla müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını ona qaytarır; əgər bu tələb sığortaçının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, sığortaçı sığorta haqlarını bütünlüklə sığortalıya qaytarır.Sığortalının müqavilənin xitamı barədə müraciəti daxil olduğu an, sığorta təminatı dayandırılır.
6.1.2. Sığorta müqaviləsinə sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verildikdə o, sığorta haqlarını bütünlüklə sığortalıya qaytarır; əgər bu tələb sığortalının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərcləri çıxılmaqla, müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını qaytarır.
6.2. Əgər sığorta müddəti ərzində sığorta hadisəsi baş vermişdirsə, işlərin aparılması xərclərindən əlavə olaraq, ödənilmiş sığorta ödənişinin məbləği qaytarılacaq sığorta haqqından çıxılır.
6.3. Sığortalı, müqaviləyə xitam verərək sığortalı ilə başqa müqavilə imzalamaq niyətində olduqda həm işlərin aparılması xərcləri həm də ödənilmiş sığorta ödənişinin məbləği sığorta haqlarından çıxılmaya bilər.
6.4. Sığortaçı sığortalı qarşısında öz öhdəliklərini bu qaydaların 3.1.2 bəndinə uyğun olaraq tamamilə yerinə yetirdikdə sığorta müqaviləsinə vaxtından əvvəl xitam verilir. Bu halda tərəflər arasında əlavə hesablaşma aparılmır.
6.5. Sığorta müqaviləsinə qanunvericiliklə nəzərdə tutulmuş digər hallarda da xitam verilə bilər.
7. SUBROQASİYA HÜQUQU
7.1. Sığortalının zərərin vurulmasında təqsirkar xxxx şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ verilmiş sığorta ödənişi həcmində sığortaçıya keçir.
7.2. Sığortalı təqsirkar şəxsə iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımi sənədləri sığortaçıya verməkdən imtina etdikdə və yaxud təqsirkar şəxsdən dəymiş zərərin əvəzini və ya bir hissəsini aldıqda, sığortaçı sığorta ödənişinin verilməsindən tam və ya müvafiq sürətdə qismən azad edilir. Artıq ödənilmiş hissə sığortalı tərəfindən xxxx qaytarılmalıdır. Əks təqdirdə sığortaçı məhkəməyə müraciət etmək hüququnu özündə saxlayır.
8. İKİLİ (ÇOXQAT) SIĞORTA
8.1. İkili sığorta zamanı dəymiş zərərin ümumi həcmi sığortaçılar arasında bərabər şəkildə bölünərək ödənilir. Eyni mənafeyi eyni vaxtda bir neçə sığortaçıda sığortalayan şəxs bu barədə sığortaçıya məlumat verməlidir.
8.2. Əgər eyni mənafeyi eyni vaxtda bir neçə sığortaçıda sığortalayan şəxs hər hansı bir səbəbdən bu halı sığortaçıya bildirməzsə (müqavilə bağlandığı zaman və ya hadisə baş verdiyi zaman öz ərizəsində qeyd etməzsə), sığortaçı öz vəzifələrini yerinə yetirməkdən azad olunur.
9. MÜBAHİSƏLƏRİN HƏLLİ
9.1 Sığorta müqaviləsi üzrə vəzifələrin yerinə yetirilməsi ilə bağlı yaranan mübahisələr tərəflər arasında danışıqlar yolu ilə həll olunur. Razılıq əldə edilmədikdə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinə və Azərbaycan Respublikasının aidiyyəti məhkəmələrinə müraciət oluna bilər.
10. SIĞORTA RİSKİNİN ARTMASI
10.1. Sığortalı sığorta müqaviləsi bağlandıqdan sonra meydana çıxan və sığortaçının müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən sığorta riskinin artması ilə bağlı bütün hallar sığortaçı ilə yazılı şəkildə razılaşdırılmalıdır.
10.2. Bu Qaydaların 10.1. maddəsinə riayət edilmədikdə sığortaçı sığorta müqaviləsinin şərtlərinin dəyişdirilməsini və ya onun tamamilə ləğv edilməsini tələb edə bilər və ya həmin hallarla əlaqəli sığorta hadisəsi baş verdikdə sığorta ödənişinin verilməsindən imtina edə bilər.
11. TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ
11.1.1. Sığortalı sığorta müqaviləsi bağlanarkən sığortaçının müstəqil auditor tərəfindən təsdiqlənmiş illik balansı və fəaliyyətinin illik yekunlarına dair maliyyə nəticələri ilə xxxxx olmaq hüququna malikdir.
11.2.1. Sığortalı sığorta müqaviləsi bağlanarkən sığortalanma haqqında ərizə formasında göstərilən və özünə məlum xxxx, sığortaçının müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə sığortaçıya məlumat verməlidir.
11.2.2. Sığortalı bu qaydaların və sığorta müqaviləsinin müddəalarına riayət etməlidir.
11.3.1. Sığortaçı sığortalı barədə, habelə onun keçmiş hadisə tarixi barəsində məlumat toplamaq hüququna malikdir.
11.4.1. Sığortaçı sığortalını müqavilənin əsaslandığı sığorta qaydaları ilə xxxxx etməlidir.
11.4.2. Sığortaçı bu qaydaların və sığorta müqaviləsinin müddəalarına riayət etməlidir.
12. MÜLKİYYƏT SAHİBİNİN DƏYİŞMƏSİ
12.1. Sığortalanmış əmlakın mülkiyyət sahibi dəyişdikdə, köhnə və yeni mülkiyyətçi tərəfindən 15 gün ərzində bu barədə sığortaçıya məlumat verilməli və müvafiq rəsmiləşdirmələr aparmalıdır.
12.2. Bu qaydaların 12.1. maddəsinə riayət edilmədikdə, əmlakın özgəninkiləşdirmə anından 15 günlük müddətdən sonra sığorta hadisəsi baş verərsə sığortaçı sığorta ödənişinin verilməsindən imtina edə bilər.
13. MÜQAVİLƏNİN ÜÇÜNCÜ ŞƏXSİN XEYRİNƏ BAĞLANMASI
13.1. Sığorta müqaviləsi üçüncü şəxsin – faydalanan şəxsin xeyrinə bağlanıla bilər.
13.2. Sığortalı müqavilədə göstərilmiş faydalanan şəxsi yalnız sığortaçının və xxxxxxxxxx şəxsin (əgər əmlak bu şəxsin xeyrinə girov qoyulmuşdursa) yazılı razılığı ilə digər şəxslə əvəz edə bilər.
13.3. Müqavilənin faydalanan şəxsin xeyrinə bağlanması sığortalını sığorta müqaviləsi üzrə vəzifələrinin yerinə yetirməsi öhdəliyindən azad etmir.
XÜSUSİ MÜDDƏALAR
14. MÜDDƏTLƏR
14.1. Sığortalıya aid müddətlər:
14.1.2. Sığorta hadisəsi barədə məlumat bu Qaydaların 16.1.1-ci maddəsində nəzərdə tutulmuş müddətlərdə verilir.
14.1.3. Sığorta hadisəsi barədə yazılı ərizə bu Qaydaların 16.2-ci maddəsində nəzərdə tutulmuş müddətlərdə verilir.
14.1.4. Sığorta hadisəsi ilə əlaqədar bütün zəruri sənədlər bu Qaydaların 17.4-cü maddəsində nəzərdə tutulmuş müddətlərdə verilir.
14.1.5. Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi barədə məlumat bu Qaydaların 12.1-ci maddəsində nəzərdə tutulmuş müddətlərdə verilir.
14.2. Sığortaçıya aid müddətlər:
14.2.1. Sığortaçı sığortalı tərəfindən bütün zəruri sənədlər təqdim edildikdən və bütün zəruri tədbirlər görüldükdən sonra 15 (on beş) iş günü ərzində sığortalıya sığorta ödənişinin verilib-verilməməsinə dair yazılı məlumat verir.
14.2.2. Oğurluq risqi üzrə ödəniş bu Qaydaların 22.1-ci maddəsində göstərilən müddətlər nəzərə alınaraq verilir.
14.2.3. Sığortalıya və nəqliyyat vasitəsinin mülkiyyətçisinə və ya sahibinə qarşı cinayət işi açılarsa, sığortaçı ödənişin verilməsini cinayət işinin sona çatmasına və bu barədə qərarın sığortaçıya təqdim edilməsinədək müvəqqəti olaraq dayandıra bilər.
15. SIĞORTA TƏMİNATININ ƏHATƏ DAİRƏSİ (SIĞORTA RİSKLƏRİ)
15.1. Tərəflər arasında razılaşmaya əsasən sığorta müqaviləsində sığortaçının bir və ya bir neçə sığorta riskləri üzrə məsuliyyəti nəzərdə tutula bilər. Bununla əlaqədar olaraq, sığorta müqaviləsində və ya əlavəsində müvafiq sığorta riskləri göstərilməlidir. Sığorta müqaviləsində göstərilməyən risklərə görə sığortaçı məsuliyyət daşımır.
15.2. Bu Qaydalara əsasən sığorta təminatı aşağıdakı riskləri əhatə edə bilər:
15.2.1. ZƏRƏR riski üzrə sığorta - yol nəqliyyat hadisəsi (yollarda, küçələrdə, meydanlarda, dəmiryol keçidlərində, nəqliyyat vasitələrinin hərəkəti prosesində baş verən və adamların həlakına və ya müxtəlif dərəcəli bədən xəsarəti almasına, heyvanların və ya hərəkətsiz maneənin vurulmasına, nəqliyyat vasitələrinin, yolların, qurğuların zədələnməsinə və ya başqa maddi zərər dəyməsinə səbəb xxxx hadisədir), üçüncü tərəflərin qeyri-qanuni hərəkətləri, şüşələrin qırılması, nəqliyyat vasitəsinin üzərinə hər hansı bir əşyanın düşməsi və ya dəyməsi (təbii hallar istisna təşkil edir), nəqliyyat vasitəsinin oğurlanmasına təşəbbüs nəticəsində nəqliyyat vasitəsinə dəyən zərər.
15.2.2. TƏBİİ HALLAR riski üzrə sığorta - ildırım, tufan, boran, qasırğa, güclü yağış, dolu, şiddətli qar, zəlzələ, vulkan püskürməsi, sel, uçqun, torpaq sürüşməsi, daşqın, daşma və digər təbii fəlakətlər nəticəsində nəqliyyat vasitəsinə dəyən zərər.
15.2.3. XXXXXX xxxxx üzrə sığorta - yanğın, partlayış, alovlanma nəticəsində nəqliyyat vasitəsinə dəyən zərər.
15.2.4. OĞURLUQ riski üzrə sığorta - nəqliyyat vasitəsini soyğunçuluq və ya oğurluq nəticəsində itirilməsi ilə bağlı dəyən zərər (nəqliyyat vasitəsinin ayrı-ayrı hissələrinin oğurlanması istisna təşkil edir).
15.2.5. QİSMİ OĞURLUQ riski üzrə sığorta - nəqliyyat vasitəsinin ayrı-ayrı hissələrinin oğurlanması (nəqliyyat vasitəsinin içərisində xxxx və nəqliyyat vasitəsinin hissəsi sayılmayan əşyalar istisna təşkil edir).
15.2.6. İĞTİŞAŞ riski üzrə sığorta - tətil, iğtişaş, xalq hərəkatları və bunların qarşısının alınması və ya yatırılması məqsədi ilə keçirilən inzibati tədbirlər zamanı, habelə terror aktları və bu aktlarla əlaqədar sabotajlar nəticəsində dəyən zərər.
15.2.7. YEDƏK riski üzrə sığorta - nəqliyyat vasitəsinin səlahiyyəti olmayan şəxslər tərəfindən və ya lazımi texniki qaydalara əməl olunmadan başqa nəqliyyat vasitəsinə qoşulub çəkilməsi ilə əlaqədar, habelə nəqliyyat vasitəsinin səlahiyyətli orqanlar tərəfindən qoşulub çəkilməsi və nəqliyyat vasitəsindən istifadəsi zamanı dəyən zərər.
15.2.8. HEYVANLARIN VURDUĞU ZƏRƏR riski üzrə sığorta - heyvanların nəqliyyat vasitəsinə vurduğu zərər (nəqliyyat vasitəsinin heyvanları vurması istisna təşkil edir).
15.2.9. XÜSUSİ TEXNİKA riski üzrə sığorta - xüsusi təyinatlı nəqliyyat vasitələrinin (traktor, ekskovator, kran və s.) öz təyinatları üzrə istifadəsi zamanı dəyən müxtəlif növ zərər.
15.3. Bu Qaydalara əsasən aşağıdakı hadisələr və hallar nəticəsində nəqliyyat vasitəsinə dəyən zərər sığorta təminatına daxil deyildir: (i) - nəqliyyat vasitəsinin ayrı-ayrı hissələrinin təbii aşınma nəticəsində korlanması; (ii) - dövrü təmir zamanı dəyişilməli xxxx ehtiyat hissələrinin korlanması; (iii) - mühərrikdə və ya digər hissələrdə yağ və ya suyun olmaması, donma, xarab olma, köhnəlmə, çürümə, paslanma və baxımsızlıq; (iv) - nəqliyyat vasitəsinin dələduzluq yolu ilə ələ keçirilməsi; (v) - nəqliyyat vasitəsinin sığortalının razılığı ilə digər şəxs tərəfindən istifadə olunduqdan sonra qaytarılmaması və / və ya oğurlanması.
16. SIĞORTA HADİSƏSİ ZAMANI SIĞORTALININ VƏZİFƏLƏRİ
16.1. Sığortalı sığorta hadisəsinin baş verməsi haqqında xəbər tutduğu və ya xəbər tutmalı olduğu andan sonra aşağıdakı tədbirləri görməlidir:
16.1.1. Müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, sığortalı dərhal, və ya ən geci 12 saat ərzində, bütün mümkün vasitələrlə sığortaçıya bu barədə məlumat verməklə sığorta hadisəsinin baş verməsi ilə bağlı hallar haqqında ona məlum xxxx bütün məlumatı çatdırmalıdır. Sığortalı sığorta hadisəsi barədə məlumatı göstərilən müddətdə vermədiyi halda sığortaçının hadisənin səbəblərini və /və ya dəyən zərərin həcmini müəyyənlədirmək imkanından tam və ya qismən məhrum olması ilə əlaqədar onun mənafeləri əhəmiyyətli dərəcədə pozularsa, sığorta ödənişinin verilməsindən imtina oluna bilər.
16.1.2. Hadisə barədə sığortaçıya məlumat verildikdən sonra sığortalı onunla əlaqə saxlayan sığortaçının nümayəndəsinin bütün təlimatlarına riayət etməlidir.
16.1.3. Mümkün zərərlərin qarşısını almaq və ya həcmini azaltmaq üçün bütün ağlabatan və zəruri tədbirləri görməlidir.
16.1.4. Zərərin qarşısının alınması və ya azaldılması üçün hərəkətlər istisna olmaqla, sığorta hadisəsinin baş verdiyi yer və əşyalararda heç bir dəyişiklik etməməlidir.
16.1.5. Sığorta hadisəsinin baş verməsi ilə bağlı qanunvericiliyə əsasən müvafiq araşdırmalar aparmaq səlahiyyəti xxxx aşağıdakı dövlət orqanlarına dərhal məlumat verməlidir:
- bu Qaydaların 15.2.1. maddəsində göstərilmiş hallar nəticəsində baş vermiş hadisələrlə bağlı - sığortalı (və ya nəqliyyat vasitəsinin sürücüsü) “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin IV bəndinə müvafiq olaraq hadisədən sonra nəqliyyat vasitəsini yerindən tərpətməməli, hadisəyə aidiyyəti xxxx əşyaların yerini dəyişməməli, hadisə haqqında ərazi üzrə dövlət yol polisi orqanlarına xəbər verməli və həmin orqanın əməkdaşlarının gəlməsini gözləməlidir.
- bu Qaydaların 15.2.2 maddəsində göstərilmiş hallar nəticəsində baş vermiş hadisələrlə bağlı - Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ərazi üzrə yerli orqanlarına;
- bu Qaydaların 15.2.3 maddəsində göstərilmiş hallar nəticəsində baş vermiş hadisələrlə bağlı – Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin ərazi üzrə yerli orqanlarına;
- bu Qaydaların 15.2.4 maddəsində göstərilmiş hallar nəticəsində baş vermiş hadisələrlə bağlı - Daxili İşlər Nazirliyinin ərazi üzrə yerli orqanlarına;
16.2. Sığortalı hadisə baş verdikdən sonra 5 iş günü ərzində şirkətə yazılı ərizə ilə müraciət etməlidir.
Sığortalı bu müddət ərzində şirkətə yazılı müraciət edə bilməsə, o, bu barədə şirkətə hər hansı vasitə ilə məlumat verməli, gecikmənin səbəblərini izah etməli və bundan sonra mümkün xxxx ən qısa müddət ərzində yazılı ərizə ilə şirkətə müraciət etməlidir. Əgər sığortalı bu bənddə göstərilən öhdəliklərini üzürsüz səbəbdən yerinə yetirməzsə, sığortaçı sığorta ödənişinin verilməsindən imtina edə bilər.
17. SIĞORTA ÖDƏNİŞİNİN VERİLMƏSİ
17.1. Sığorta şəhadətnaməsində başqa hal nəzərdə tutulmayıbsa, sığorta ödənişini tələb etmək və almaq hüququ yalnız sığortalıya və (və ya) faydalanan şəxsə məxsusdur.
17.2. Sığorta ödənişinin alınması üçün xxxxx xxxx sənədlər aşağıdakılardır:
17.2.1 Sığortalının ərizəsi (sığortalı hüquqi şəxs olduqda – hüquqi şəxs tərəfindən müvafiq məktub);
17.2.2 Sığorta şəhadətnaməsinin əsli (tam itki halında şəhadətnamənin əsli xxxx qaytarılmır);
17.2.3. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi;
17.2.4. Nəqliyyat vasitəsini idarə etmiş şəxsin sürücülük vəsiqəsi;
17.2.5. Nəqliyyat vasitəsini idarə etmək üçün yol vərəqəsi, etibarnamə və ya nəqliyyat vasitəsi üzərində sahiblik və ya istifadə hüququnu verən digər sənəd;
17.2.6. Nəqliyyat vasitəsinin mülkiyyətçisinin (sığortalının) şəxsiyyət vəsiqəsi (sığortalı hüquqi şəxs olduqda – səlahiyyətli şəxsin şəxsiyyət vəsiqəsi);
17.2.7. Arayış (forma 3);
17.2.8. Arayış (forma 4);
17.2.9. Tibbi müayinə protokolu;
17.2.10. İnzibati xəta haqqında protokol;
17.2.11. Yol nəqliyyat hadisəsi iştirakçılarının izahatları;
17.2.12. Qaydaların 16.1.5. maddəsində göstərilmiş müvafiq səlahiyyətli orqanlardan alınmış sənədlər;
17.2.13. Nəqliyyat vasitəsinə dəymiş zərərin həcmini təsdiq edən sənəd (qəbz, qüsur aktı, ekspert rəyi);
17.2.14. Nəqliyyat vasitəsinin qəza halındakı foto şəkilləri;
17.2.15. Nəqliyyat vasitəsinin əsas və bütün ehtiyat açarları və pultları;
17.2.16. Nəqliyyat vasitəsinin oğurlanması barədə cinayət işinin başlanması barədə qərar (əgər varsa);
17.2.17. Nəqliyyat vasitəsinin DİN-nin oğurlanmış nəqliyyat vasitələri siyahısında olduğunu təsdiq edən sənəd;
17.2.18. Zərər çəkmiş şəxslərə aid 17.2.1; 17.2.3; 17.2.4; 17.2.5; 17.2.6; 17.2.9; 17.2.13; 17.2.14;
bəndlərdə sadalanan sənədlər;
17.2.19. Məhkəmənin qərarı;
17.2.20. Ölüm haqqında şəhadətnamə;
17.2.21. Xxxxxxx barədə və ya dəymiş xəsarətin ağırlığı barədə tibbi arayış;
17.2.22. Tibbi xidmətlərin həcmi barədə arayış və ya çek;
17.2.23. Xəstəlik tarixçəsindən çıxarış;
17.3. Sığortaçı yuxarıdakı sənədlərin siyahısını hadisənin xarakterinə görə qısalda və ya əlavə sənədlər tələb edə bilər.
17.4. Sığortalı hadisə barədə ərizənin sığortaçıya təqdim edilmə tarixindən etibarən 90 (doxsan) gün ərzində sığorta hadisəsinin baş vermə faktını və səbəblərini təsdiqləyən, itkinin həcmini müəyyənləşdirən və qaydaların 17.2. bəndində sadalanan digər zəruri sənədləri təqdim etməmişdirsə, sığortaçı göstərilmiş müddət bitdikdən sonra qeyd olunmuş sənədləri qəbul etməyə bilər. Göstərilmiş sənədlərə yalnız yuxarıda qeyd olunmuş müddətin sığortalı tərəfindən üzürlü səbəbə görə pozulmasını təsdiq edən sənədlərin sığortaçıya təqdim edilməsindən sonra baxılır.
18. SIĞORTA ÖDƏNİŞİNİN HESABLANMASI
18.1. Sığortaçı sığorta hadisəsi nəticəsində sığortalanmış əmlaka dəymiş zərəri pul və ya natura şəklində ödəyə bilər. Natura dedikdə, əmlakın təmiri və ya həmin əmlakın eynisinin (eyni cür və eyni keyfiyyətdə) əvəz olaraq verilməsi nəzərdə tutulur. Sığorta ödənişinin üsulları sığortaçı ilə sığortalı arasında qarşılıqlı razılaşma yolu ilə bu Qaydaların müddəalarına uyğun şəkildə seçilir.
18.2. Müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, zərərin həcmi sığortaçı tərəfindən təyin olunmuş təmir
müəssisəsində hesablanır.
18.3. Nəqliyyat vasitəsinin hadisə baş vermiş yerdən çıxarılması (evakuasiyası) və hərəkət etmək imkanına malik olmayan nəqliyyat vasitəsinin razılaşdırılmış təmir müəssisəsinə daşınması xərcləri sığortaçı tərəfindən ödənilir. Bu tədbirlərin sığortalı tərəfindən görülməsi əvvəlcədən sığortaçı ilə razılaşdırılmalıdır.
19. TƏMİR PROSEDURU
19.1. Müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, təmir işləri sığortaçı tərəfindən seçilmiş təmir müəssisəsində həyata keçirilir. Bu halda təmir prosesində çıxan əlavə xərclər sığortaçı tərəfindən ödənilir.
19.2. Sığortalının istəyi və sığortaçının razılığı ilə təmir işləri sığortalı tərəfindən seçilmiş təmir müəssisəsində həyata keçirilə bilər. Bu halda bu Qaydaların 19.1-ci bəndinə uyğun hesablanmış məbləğ sığortalıya ödənilir və təmir prosesində çıxan əlavə xərclər sığortaçı tərəfindən ödənilmir, eyni zamanda təmirin təşkilində və keyfiyyətində sığortaçının məsuliyyəti olmur.
19.3. Sığortalı təmir işlərinə sığortaçının razılığı olmadan başlayarsa, sığorta ödənişinin verilməsindən tam və ya qismən imtina oluna bilər.
19.4. Sığorta ödənişi hesablanarkən və təmir işləri aparılarkən, təmiri mümkün xxxx ehtiyat hissələrinin bərpa xərcləri, bərpası mümkün olmayan ehtiyat hissələrinin eynisi ilə əvəz olunma xərcləri sığortaçı tərəfindən ödənilir. Müqavilədə başqa hal nəzərədə tutulmamışdırsa yeni ehtiyat hissələrinə 5 % köhnəlmə (amortizasiya) tətbiq oluna bilər.
19.5. Dəyişdirilmiş ehtiyat hissələri sığortaçının mülkiyyətinə keçir.
19.6. Təmir zamanı (sığorta hadisəsi baş verdiyi andan başlayaraq) sığorta təminatı müvəqqəti olaraq dayandırılır. Təmir işləri bitdikdən sonra nəqliyyat vasitəsi sığortaçıya baxış üçün təqdim edilir və yalnız bundan sonra sığorta təminatı bərpa edilir. Nəqliyyat vasitəsi sığortaçıya təqdim edilməzsə, hadisə zamanı zədələnmiş hissələrə təminat bərpa edilmir.
20. TAM İTKİ (TAM MƏHV OLMA)
20.1. Nəqliyyat vasitəsinə dəymiş zərərin məbləği nəqliyyat vasitəsinin real dəyərinin 70%-ni və daha artıq hissəsini təşkil edirsə, nəqliyyat vasitəsi tam zərərə məruz qalmış hesab edilir.
20.2. Sığorta müqaviləsində əmlakın real dəyəri göstərilməyibsə və ya əmlakın real dəyəri ilə hadisə dövründə xxxx sığorta məbləği arasında fərq varsa, tam məhv olma halının müəyyənləşdirilməsində sığortalanmış əmlakın həmin dövrdə xxxx sığorta məbləği əsas götürülür.
20.3. Tam məhv olma halında nəqliyyat vasitəsinin qalıqları sığortaçının mülkiyyətinə verilməsi şərti ilə azadolma məbləğləri və daha öncə ödənilmiş sığorta ödənişləri çıxıldıqdan sonra sığorta məbləği tam ödənilir. Bu halda bu Qaydaların 21-ci maddəsi tətbiq olunur.
20.4. Sığortalının istəyi və sığortaçının razılığı ilə tam itki halında bu Qaydaların 20.3-cü bəndi tətbiq olunmadan 19-cu maddə tətbiq oluna bilər.
20.5. Sığortalının istəyi və sığortaçının razılığı ilə digər hallarda (yəni tam məhv olma olmayan hallarda) da bu Qaydaların 20.3-cü bəndi tətbiq oluna bilər.
21. QALIQLARA XXXX HÜQUQUN KEÇMƏSİ
21.1. Sığortaçı nəqliyyat vasitəsinin tam məhvi və ya onun oğurlanması halında dəyərinin əvəzini ödədikdə, sığortalının nəqliyyat vasitəsinin qalıqlarına xxxx hüququ sığortaçının mülkiyyətinə keçir. Bu halda sığortalı qalıqlara xxxx hüququn sığortaçıya keçməsi üçün bütün zəruri tədbirləri görməsi və zəruri sənədləri imzalaması və verməsi barədə öhdəlik götürür. Əks halda sığortaçı sığortalıya verilmiş sığorta ödənişini xxxx tələb edə bilər.
21.2. Sığortalının istəyi və sığortaçının razılığı ilə nəqliyyat vasitəsinin qalıqları sığortalının mülkiyyətində qala bilər. Bu halda nəqliyyat vasitəsinin qalıqlarının xxxx dəyəri müəyyənləşdirilir və həmin məbləğ sığorta ödənişindən çıxılır.
22. OĞURLUQ
22.1. Oğurlanmış nəqliyyat vasitəsinin tapılması üçün səlahiyyətli orqanlar tərəfindən həyata keçirilən araşdırmalar 60 (altmış) gün ərzində nəticə verməzsə, bu Qaydaların 17.2.16 və 17.2.17-ci maddələrində sadalanan sənədlər sığortalı tərəfindən sığortaçıya təqdim edilməlidir.
22.2. Oğurluq hadisəsi ilə bağlı hallarda sığorta ödənişini almaq üçün sığortalı nəqliyyat vasitəsi üzrə mülkiyyət hüququndan imtina etməli və ya bu Qaydaların 22.4-cü maddəsinə əsasən alınmış sığorta ödənişinin xxxx qaytarılması haqqında sığortaçı qarşısında öhdəlik götürməlidir.
22.3. Oğurlanmış nəqliyyat vasitəsi sığorta ödənişi verilməmişdən əvvəl tapılarsa, sığortalı nəqliyyat vasitəsini qəbul etməlidir.
22.4. Oğurlanmış nəqliyyat vasitəsi sığorta ödənişi verildikdən sonra tapılarsa, sığortalı bu barədə dərhal sığortaçıya məlumat verməlidir. Bu zaman sığortalı sığortaçının razılığı ilə alınmış sığorta ödənişini sığortaçıya qaytararaq nəqliyyat vasitəsini xxxx götürə bilər və ya nəqliyyat vasitəsinin mülkiyyət hüququnu sığortaçıya verə bilər. Sığortalı nəqliyyat vasitəsini xxxx götürərsə, sığortaçı oğurluq nəticəsində nəqliyyat vasitəsinə dəymiş zərərin əvəzini ödəyir.
23. SIĞORTA ÖDƏNİŞİNİN VERİLMƏSİNDƏN İMTİNA ÜÇÜN ƏSASLAR
23.1. Sığorta ödənişinin verilməsindən ümumi imtina əsasları aşağıdakılardır:
22.1.1. Nəqliyyat vasitəsinin müqavilədə nəzərdə tutulmayan şəxs tərəfindən idarə edilməsi(idarə edilmə deyildikdə ən son park edilmə də nəzərdə tutulur, əgər bu sığorta hadisəsinin baş verməsinə təsir edərsə);
23.1.2. Nəqliyyat vasitəsinin sürücüsünün AR-nın qanunvericiliyinə əsasən sürücülük hüququnun (müvafiq kateqoriyalı və etibarlılıq müddəti bitməmiş sürücülük vəsiqəsi, etibarnamə və s.) olmaması;
23.1.3. Nəqliyyat vasitəsinin sürücüsünün hadisə zamanı alkoqol, narkotik vasitələr və ya güclü təsir göstərən digər maddələrin təsiri altında olması və ya tibbi müayinədən boyun qaçırması;
23.1.4. Nəqliyyat vasitəsinin sürücüsünün hadisəni qəsdən törətməsi, hadisənin baş verməsinə qəsdən şərait yaratması və ya zərərin miqdarının qəsdən edilən hərəkətlərlə artırması;
23.1.5. Nəqliyyat vasitəsinin sürücüsünün hadisəni yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq (yəni İnzibati Xətalar Məcəlləsinə görə 4 və ya 5 cərimə balı ilə qiymətləndirilən xətaların törədilməsi) və ya avto xuliqanlıq edərək törətməsi;
23.1.6. Sığortalının və ya onun nümayəndəsinin sığorta obyekti və hadisəsi barədə sığortaçıya qəsdən yalnış məlumat verməsi;
23.1.7. Sürücünün “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikası qanununun 37-ci maddəsinin IV hissəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirməməsi;
23.1.8. Sürücünun hadisə baş verdiyi zaman sığortalı nəqliyyat vasitəsinin xilas edilməsi üçün xxxxx xxxx tədbirləri görməməsi və bununla bağlı öz vəzifələrini yerinə yetirməməsi (sürücünün hadisənin qarşısını almağa texniki imkanı olduğu ekspertiza tərəfindən müəyyən edilərsə, bu vəzifələrin yerinə yetirilməməsi kimi qiymətləndirilir);
23.1.9. Sürücünün nəqliyyat vasitəsini sığortaçıya bildirdiyi istifadə tərzinə, məqsədinə və təyinatına uyğun olmayan şəkildə idarə etməsi;
23.1.10. Nəqliyyat vasitəsinin sığortalının ailə üzvləri, işçiləri və ya ona xidmət edən şəxslər tərəfindən qaçırılması və ya buna cəhd edilməsi;
23.1.11. Hadisənin müharibə, hər cür hərbi əməliyyatlar, xarici düşmən basqını, vətəndaş müharibəsi, nüvə partlayışı, radioaktiv çirklənmə nəticəsində baş verməsi;
23.1.12. Sığortalı və ya onun nümayəndəsi tərəfindən bu qaydaların və sığorta müqavilənin hər hansı bir müddəasına əməl edilməməsi;
23.1.13. Bu Qaydaların 16-cı maddəsində sadalanan və zəruri hesab edilən sənədlərin təqdim edilməməsi;
23.1.14. Bu Qaydaların 7.2.; 8.2.; 10.2.; 12.2.; 16.1.1.; 16.2.; 19.3-cü maddələrində nəzərdə tutulmuş hallarda;
23.1.15. Qanunvericiliklə nəzərdə tutulmuş digər hallarda.
“Təsdiq Edirəm”
Hazırki “Qaydalar” la ətraflı xxxxx oldum. Bu qaydaların şərtlərini qəbul edirəm və bunu təsdiq etmək üçün aşağıda imza edirəm. Bu Qaydaların bir nüsxəsini sığortaçıdan aldım.
10
Sığortalı
(a.s.a.) (imza)