Ümumi anlayışlar
Avtonəqliyyat vasitələrinin tam sığortası Qaydaları
Ümumi anlayışlar
Əgər qaydaların məzmununda başqa cür nəzərdə tutulmamışdırsa, bu Qaydalarda istifadə olunan termin və ifadələr aşağıdakı mənaları daşıyır:
Sığortalı – sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta xxxxxx xxxx sığorta müqaviləsinin tərəfi;.
Sığortaçı – sığorta fəaliyyətini həyata keçirmək üçün müvafiq lisenziyaya xxxxx xxxx, sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda qanunvericiliklə və ya müqavilə ilə müəyyən olunmuş qaydada sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfi xxxx yerli hüquqi şəxs;
Faydalanan şəxs(lər) – sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişini almaq hüququ xxxx şəxs;
Aktuari – qanunvericiliyə uyğun olaraq iqtisadi-riyazi hesablamalar aparmaqla sığorta haqlarının hesablanmasının əsaslarını müəyyən edən, həmçinin sığorta ehtiyatlarını hesablayan mütəxəssis;
Sığorta hadisəsi – qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas xxxx, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan hal;
Sığorta məbləği – sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin qanunvericilik, yaxud müqavilə ilə müəyyənləşdirilmiş məbləğlə ifadə olunan son həddi;
Sığorta tələbi – sığorta hadisəsi baş verdikdə sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya öz vəzifələrini qanunvericiliyə və sığorta müqaviləsinə uyğun olaraq icra etməsi barədə müraciəti;
Sığorta ödənişi – sığorta hadisəsi baş verdikdə, qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyası;
Sığorta obyekti – sığortalının, yaxud sığorta olunanın qanunazidd olmayan hər hansı əmlak mənafeyi;
Sığorta predmeti – sığorta müqaviləsi üzrə sığortalanan əmlak mənafelərinin aid olduğu əmlak;
Sığorta marağı – Sığorta marağı sığorta hadisəsinin baş verəcəyi təqdirdə sığortalının maliyyə itkisinə məruz qalması ehtimalı ilə şərtlənən və onun sığorta obyektini sığorta etdirmək hüququnun əsaslandığı mənafedir;
Sığorta haqqı – risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta qanunvericiliyinə uyğun olaraq, sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləği;
Sığorta riski və ya risk - sığorta obyekti ilə bağlı itkilərin və ya zərərlərin yaranmasına səbəb xxxx hadisənin baş verməsi və ya halın yaranması ehtimalı, həmçinin bu ehtimala qarşı sığortaçının üzərinə götürdüyü öhdəlik;
Sığorta tarifi – sığorta haqqının hesablanması üçün aktuari hesablamalarına əsasən müəyyən edilən faiz dərəcəsi;
Sığorta müqaviləsi – sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşma;
Sığorta şəhadətnaməsi – sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən, sığortaçı tərəfindən sığortalıya və (və ya) sığorta olunana verilən sənəd;
Sığortanın müddəti – sığorta risklərinin sığortalanmış hesab olunduğu müddət;
Azadolma məbləği – Azadolma məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir. Azadolma məbləği hər bir halda sığorta müqaviləsinə uyğun olaraq müəyyən edilən sığorta ödənişi məbləğinə tətbiq olunur.
Əhəmiyyətli hallar – Sığortaçının müqavilədən imtina etmək və ya onun şərtlərinin müəyyənləşdirilməsi qərarına təsir göstərə bilən hallar əhəmiyyətli sayılır;
Sığortanın ərazisi – sığorta obyektinin sığortalanmış hesab olunduğu müəyyən ərazi hüdudları
Xüsusi şərtlər – Sığortalı tərəfindən yerinə yetirilməməsi Sığortaçıya ödənişdən imtina etməyə və ya sığorta müqaviləsini ləğv etməyə hüquq verən sığorta müqaviləsinin şərtləri.
Səlahiyyətli Sürücü – Azərbaycan Respublikası mövcud qanunvericiliyinə uyğun qaydada avtonəqliyyat vasitəsini idarə etmək hüququ xxxx və məhkəmə qərarı ilə və ya digər səlahiyyətli oqanın qərarına əsasən avtonəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməyən və adı sığorta şəhadətnaməsində qeyd olunan şəxs.
Xüsusi anlayışlar:
Əmək qabiliyyətinin müvəqqəti itirilməsi - vaxt keçdikcə tam bərpa oluna bilən, ümumi əmək qabiliyyətinin müvəqqəti olaraq itirilməsi.
Əmək qabiliyyətinin daimi itirilməsi (əlillik) - vaxt keçdikcə tam bərpa oluna bilməyən, ümumi əmək qabiliyyətinin tam və ya qismən itirilməsi.
BÖLMƏ 1 AVTONƏQLİYYAT VASİTƏSİNƏ DƏYƏN ZİYAN
1. Sığorta sinifi
1.1. Sığorta obyektinə görə əmlak sığortasına aid xxxx əmlakın sığortası üzrə aşağıdakı sinif:
1.1.1. avtomobil nəqliyyatı vasitəsinin zədələnməsi, məhv olması, həmçinin qaçırılması və ya oğurlanması nəticəsində sığortalının əmlak mənafelərinə dəyən zərərin əvəzinin tam və ya qismən ödənilməsi miqdarında sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan avtonəqliyyat vasitələrinin sığortası;
2. Sığorta predmeti
2.1. Bu Qaydalara əsasən Sığortalının əmlak mənafelərinin aid olduğu avtonəqliyyat vasitəsi Sığortanın predmeti hesab olunur.
3. Sığorta obyekti
3.1. Bu qaydalara əsasən sığorta obyekti, sığorta müqaviləsində göstərilmiş sığorta predmetinə Sığortalının sahibliyi, ondan istifadə etməsi və (və ya) ona sərəncam verməsi ilə bağlı əmlak maraqlarıdır.
4. Sığorta məbləği
4.1. Sığorta məbləği avtonəqliyyat vasitəsinin real bazar qiyməti əsasında tərəflər arasında bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir.
4.2. Müqavilədə müəyyən edilmiş sığorta məbləği sığorta dəyərindən az olduğu halda (qismən sığorta halında), Sığortaçı zərərin əvəzini sığorta məbləğinin sığorta dəyərinə xxxx nisbətində ödəyir.
4.3. Sığorta müqaviləsində göstərilmiş sığorta məbləği sığorta dəyərindən artıq olduqda, sığorta məbləğinin sığorta dəyərindən artıq olduğu hissə üçün müqavilə etibarsızdır.
5. Sığorta riskləri
5.1. Sığorta şəhadətnaməsində başqa hal nəzərdə tutulmamışdırsa, aşağıdakı risklər nəticəsində dəyən ziyan və zərərlərə təminat verilir:
5.1.1. Toqquşma – İstər hərəkət halında, istərsə də hərəkətsiz vəziyyətdə xxxx avtonəqliyyat vasitəsinə sığortalı və ya səlahiyyətli sürücüdən asılı olmayaraq gözlənilməz və xarici təsirlər nəticəsində sabit və ya hərəkətli bir cismin toxunması, avtonəqliyyat vasitəsinin belə cismləri vurması, aşması, düşməsi nəticəsində dəyən zərər və ziyanlar;
5.1.2. Yanğın – Bu qaydalarla istisna edilən hallar nəzərə alınmaqla, avtonəqliyyat vasitəsinin ildırım vurması da daxil olmaqla hər hansı səbəbdən yanması;
5.1.3. Partlayış – avtonəqliyyat vasitəsinə partlayış nəticəsində dəyən ziyan;
5.1.4. Oğurlanma - avtonəqliyyat vasitəsinin və ya onun hissələrinin oğurlanması və ya oğurlanmasına təşəbbüs nəticəsində avtonəqliyyat vasitəsinə dəyən zərərlər;
5.1.5. Yol nəqliyyat hadisəsi - yollarda, küçələrdə, meydanlarda, dəmiryol keçidlərində nəqliyyat vasitələrinin hərəkəti prosesində baş verən və adamların həlakına və ya müxtəlif dərəcəli bədən xəsarəti almasına, heyvanların və ya hərəkətsiz maneənin vurulmasına, nəqliyyat vasitələrinin, yolların, qurğuların zədələnməsinə və ya başqa maddi zərər dəyməsinə səbəb xxxx hadisədir Belə hadisə nəticəsində nəqliyyat vasitəsinə dəyən zərər və ziyanlar;
5.1.6. Üçüncü şəxslərin qərəzli hərəkətləri nəticəsində dəyən ziyan – Üçüncü şəxslərin avtonəqliyyat vasitəsinə qəsdən vurduğu ziyan və zərərlər.
6. Genişləndirilmiş sığorta təminatı
6.1. Aşağıdakı risklər nəticəsində xxxx xxxxx və zərərlərə əlavə sığorta haqqı müqabilində və sığorta şəhadətnaməsində qeyd olunmaqla təminat verilə bilər.
6.1.1. Azərbaycan Respublikasının sərhədlərindən kənarda meydana gələn ziyan və zərərlər;
6.1.2. Tətil, iğtişaş, xalq hərəkatları və bunların qarşısının alınması və ya yatırılması məqsədilə keçirilən inzibati və ya bu kimi hər hansı digər tədbirlər nəticəsində dəyən ziyan və zərərlər.
6.1.3. Hər hansı təbii fəlakətlər nəticəsində dəyən ziyan və zərərlər.
6.1.4. Nəqliyyat vasitəsi hadisə baş verdiyi və ya sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində hər hansı gəlir əldə etmək məqsədilə və ya ictimai nəqliyyat vasitəsi (taksi və ya avtobus) kimi istifadə olunarkən baş verən ziyan və zərərlər.
6.1.5. Avtonəqliyyat vasitəsində müvafiq qaydalara əməl etməklə və daşınmasına qanunla icazə verilən partlayıcı, tez alovlanan və yandırıcı maddələrin daşınması zamanı avtonəqliyyat vasitəsinə dəyən ziyan və zərərlər.
6.1.6. Müsabiqə və ya yarışlarda iştirakı və ya məşq və ya təlim zamanı avtonəqliyyat vasitəsinə dəyən ziyan və zərərlər.
6.1.7. Sığorta şəhadətnaməsində göstərilən avtonəqliyyat vasitəsinə sonradan quraşdırılmış və həmin avtonəqliyyat vasitəsinin istehsal komplektinə daxil olmayan hər cür səs, telefon, görüntü cihazları və digər aksessuarlara dəyən ziyan və zərərlər.
7. Ümumi istisnalar
7.1. Sığorta şəhadətnaməsində başqa hal nəzərdə tutulmamışdırsa, aşağıdakı hallar nəticəsində baş verən itki və ziyanlar Sığortaçı tərəfindən ödənilmir:
7.1.1. Müharibə, hər cür hərbi əməliyyatlar, xarici düşmən basqını, vuruşma (müharibə elan edilib- edilməməsindən asılı olmayaraq), vətəndaş müharibəsi, üsyan və bunların qarşısının alınması və yatırılması məqsədilə keçirilən inzibati və hərbi tədbirlər nəticəsində dəyən zərərlər.
7.1.2. Hər hansı nüvə partlayışı radiasiya və radioaktiv çirklənmələr, bununla əlaqədar keçirilən hərbi və inzibati tədbirlər nəticəsində dəyən zərərlər.
7.1.3. Əyilmə, dеşilmə, kəsilmə və ya cırılma nəticəsində şinlərin zədələnməsi;
7.1.4. Avtonəqliyyat vasitəsinin bazar qiymətinin düşməsi;
7.1.5. Avtonəqliyyat vasitəsinin vəziyyətinin onun sığorta hadisəsindən əvvəlki vəziyyəti ilə müqayisədə yaxşılaşdıran hər hansı təmir və ya dəyişdirilmə;
7.1.6. Əldən çıxmış fayda və ya digər dolayı itkilər;
7.1.7. Əgər itki və ya ziyan sığortalanmış xxxxxx nəticəsinbə baş vеrməmişdirsə, tədricən baş vеrən xarab olma, ayrılmaz qüsur, gizli çatışmamazlıq, hər hansı növ həşəratlardan və ziyanvеricilərdən dəyən zərər, zibillənmə, çirklənmə, adi köhnəlmə, atmosfеrin rütubətliyi və ya quraqlığı, hərarətin və ya rütubətin dəyişkənliyi, sıx xxxxx, dеformasiya, buxarlanma, çəkinin itirilməsi, aşınma, nəm və ya quru çürümə, rəngin, quruluşun və ya pardaqlamanın dəyişməsi və ya korlanması;
7.1.8. Əgər itki və ya ziyan sığortalanmış xxxxxx nəticəsində baş vеrməmişdirsə, donma, mеxaniki, еlеktrik və ya еlеktronik nasazlıq;
7.1.9. Avtonəqliyyat vasitəsinin və ya ona sahibliyin könüllü vеrilməsi ilə bağlı, bеlə könüllü vеrilmənin dələduzluq, mənimsəmə və ya aldatma niyyətilə qəsdən fakt haqqında yalan təsəvvür yaratmanın nəticəsi olub- olmamasından asılı olmayaraq, Sığortalıya dəyən zərər;
7.1.10. Aşağıdakı hallar istisna olmaqla, qarajda və ya qapalı yerdə saxlanılmadığı hallarda, avtonəqliyyat vasitəsinin oğurlanması, oğurluğa cəhdin, vandalizmin və ya qərəzli hərəkətlərin nəticəsində avtonəqliyyat vasitəsinin məhv еdilməsi və ya xxx xxxxx ziyanın dəyməsi nəticəsində yaranan zərər:
i) Bütün qapıların, pəncərələrin və digər dəliklərin istеhsalçının nəzərdə tutduğu vasitələrlə bağlanması və açarların həmin vasitələrdən kənar və və/ya təhlükəsiz yеrdə saxlanılması;
ii) Bu cür birbaşa maddi ziyan və və/ya oğurluq ilə əlaqəli xxxx hər hansı sığorta ödənişinə dair tələbin zorla daxil olmanın baş vеrməsini sübut еdən dəlillərlə əsaslandırılması;
iii) Avtonəqliyyat vasitəsinin təchiz еdildiyi, quraşdırılarkən sığortaçıya bildirilmiş və onunla razılaşdırılmış siqnalizasiya və/və ya avtonəqliyyat vasitəsinin mühafizəsinin digər sistеmləri işlək vəziyyətdə olduğu və istifadə еdildiyi hallar;
7.1.11. Yazılı və ya şifahi formada olmasından asılı olmayaraq girov, şərtli satış, icarə və ya digər Sığorta şəhadətnaməsi yaxud razılaşma əsasında qanuni şəkildə girov saxlayan, alıcı, icarədar və ya avtonəqliyyat vasitəsi üzərində qanuni sahibliyi həyata kеçirən digər şəxs tərəfindən saxlanılan avtonəqliyyat vasitəsinin qеyri-qanuni satışı, mənimsənilməsi və ya gizlədilməsi.
7.1.12. Sığortalının qəsdən еtdiyi hərəkətləri;
7.1.13. Qanunsuz və ya qərəzli hərəkətlər vasitəsi ilə və ya hər hansı qanunsuz təşkilatın adından və ya onunla birlikdə hərəkət еdən şəxslər tərəfindən törədilən aktların nəticəsində baş vеrən hadisələr. Bu istisnanın məqsədləri üçün:
“qanunsuz təşkilat” tеrrorçuluq fəaliyyəti ilə məşğul xxxx və Sığorta şəhadətnaməsinin ərazisində bütün vaxtlarda qanunla qadağan olunan təşkilatı özündə birləşdirən hər hansı təşkilatı bildirir;
“tеrrorçuluq” cəmiyyəti və ya cəmiyyətin hər hansı qrupunu qorxutmaq məqsədi ilə zor tətbiqi daxil olmaqla, siyasi məqsədlərlə zor tətbiqi dеməkdir.
7.1.14. Məcburi, qanunsuz zəbt еtmə halları istisna olmaqla, avtonəqliyyat vasitəsinin toksik, spirtli və narkotik sərxoşluq vəziyyətində xxxx Xxxxxx tərəfindən idarə еdilməsi;
7.1.15. Sığorta şəhadətnaməsində başqa hal nəzərdə tutulmayıbsa, Avtonəqliyyat vasitəsini təlim məqsədilə, yaxud yarışlarda, sürət müsabiqələrində, sürət sınaqlarında, avtomobil rallilərində, icarə üçün, davamlılıq sınaqlarında, həmçinin avtonəqliyyat vasitələrinin istismarı və satışı ilə bağlı hər hansı məqsədlə istifadə еdilməsi;
7.1.16. Avtonəqliyyat vasitəsi sığorta şəhadətnaməsi üzrə səlahiyyəti olmayan sürücü tərəfindən idarə edildikdə;
7.1.17. Həddən artıq yükləmə və ya dartma da daxil olmaqla avtonəqliyyat vasitəsinin onun tеxniki təyinatına uyğun gəlməyən məqsədlərlə istifadə еdilməsi;
7.1.18. Tеxniki yararsızlığı Sığortalıya əvvəlcədən məlum olduğu təqdirdə bеlə vəziyyətdə xxxx avtonəqliyyat vasitəsinin istifadə еdilməsi;
7.1.19. Avtonəqliyyat vasitəsinin hər hansı digər avtonəqliyyat vasitəsini yеdəkləməsi zaman baş vеrən hər hansı zərər, xəsarət və ya yaranan məsuliyyət. Xxxxx, bu sığorta, yеdəyə xxxx və yеdəyə alınan avtonəqliyyat vasitələrinin toqquşması halları istisna olmaqla, avtonəqliyyat vəsitəsinin digər avtonəqliyyat vasitəsi tərəfindən yеdəklənməsi zaman avtonəqliyyat vasitəsinə dəyən hər hansı zərər və ya məsuliyyətlə bağlı təminat vеrir.
7.1.20. Avtonəqliyyat vasitəsinin hər hansı qеyri-qanuni ticarət, daşıma və ya cinayət məqsədilə istifadə еdilməsi;
7.1.21. Xidmət və ya iş vaxtı baş vеrməsindən asılı olmayaraq, avtonəqliyyat vasitəsinin Sığortalının ailə üzvləri, işçiləri və ya ona xidmət еdən şəxslər tərəfindən qaçırılması və buna cəhd.
7.1.22. Aşağıdakı məqsədlər üçün hər hansı avtonəqliyyat vasitəsinə sahiblik, tеxniki xidmət, onun istismarı və saxlanması ilə bağlı baş vеrən istənilən zərər, xəsarət və yaranan məsuliyyət:
• nitroqlisеrin, dinamit və bunlara bənzər başqa partlayıcı maddələrin daşınması;
• mayеləşdirilmiş nеftin və ya nеft məhsullarının tarasız daşınması;
• mayе, sıxılmış və ya qazabənzər formada kimyəvi maddələrin və ya qazların daşınması;
• ictimai yollardan kənarda podratçının avadanlığı kimi istifadəsi.
7.1.23. Vaxtı-vaxtında səlahiyyətli dövlət orqanları tərəfindən texniki baxışdan keçməyən avtonəqliyyat vasitələri üzrə hadisə baş verdiyi zaman, hadisənin səbəbi mövcud xxxx texniki yararsızlıqla (nasazlıq) bağlı olduqda;
7.1.24. Özünə güvənərək yol hərəkəti haqqında qanunun tələblərinin sürücü tərəfindən bilərəkdən pozulması və bununla əlaqədar olaraq qarşısının alınması mümkün olmayan qəza nəticəsində yaranan itki və ya ziyan. Bu hal mütləq müvafiq ixtisaslaşmış peşəkar ekspert tərəfindən müəyyən olunmalıdır.
8. Avtonəqliyyat vasitəsinin şüşə hissələrinə dəyən zərər
8.1. 8-ci maddə sığorta hadisəsi nəticəsində avtonəqliyyat vasitəsinin yalnız şüşələrinin zədələnməsi ilə nəticələnən hadisələrə şamil edilir.
8.2. Sığorta şəhadətnaməsində başqa hal nəzərdə tutulmamışdırsa, Sığоrtaçı şüşələrin zədələnməsi üzrə təminat verir və zərər ödənişini Sığоrtalıya aşağıda göstərildiyi qaydada ödəyir:
8.2.1. Ön, arxa şüşənin və ya yan pəncərələrin sınması və avtоnəqliyyat vasitəsinin gövdəsinin sınmış şüşə ilə cızılması hallarında zərər dəyişmə və ya bеlə zədələnmənin təmiri qiyməti qədər оlacaqdır.
8.2.2. Hər bir avtоnəqliyyat vasitəsi üzrə ön, arxa şüşənin və ya yan pəncərələrin sınması və avtоnəqliyyat vasitəsinin gövdəsinin sınmış şüşə ilə cızılması hallarında zərərin əvəzinin ödənilməsi 400 AZN həddində оlacaqdır.
8.2.3. Şüşə hissələrə dəymiş ziyan üzrə azadolma məbləği tətbiq olunmur.
BÖLMƏ 2 ÜÇÜNCÜ ŞƏXSLƏR QARŞISINDA MÜLKİ MƏSULİYYƏTİN KÖNÜLLÜ SIĞORTASI
9. Sığortanın sinifi
9.1. Sığorta obyektinə görə əmlak sığortasına aid xxxx xxxxx məsuliyyətin sığortası üzrə aşağıdakı sinif:
9.1.1. sığortalının özü, yaxud onun etibar etdiyi şəxs sığortalanmış avtonəqliyyat vasitəsindən istifadə edərkən üçüncü şəxslərə vurduğu zərərin əvəzini ödəmək öhdəliyi ilə əlaqədar onun əmlak mənafeləri ilə bağlı zərərin əvəzinin tam və ya qismən ödənilməsi miqdarında sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin könüllü sığortası
10. Sığorta predmeti
10.1. Bu qaydalara əsasən üçüncü şəxslərin həyatına və ya sağlamlığına xəsarət yetirilməsi, əmlakına zərər vurulması halı sığortanın predmeti hesab olunur.
11. Sığorta obyekti
11.1. Bu qaydalara əsasən sığorta obyekti, sığortalının fiziki şəxslərin sağlamlığına xəsarət yetirməsi və ya fiziki şəxslərin əmlakına, həmçinin hüquqi şəxslərə vurduğu zərərin əvəzinin ödənilməsi ilə bağlı əmlak mənafeləridir.
12. Sığorta məbləği
12.1. Sığorta məbləği (ümumi məsuliyyət həddi) sığorta müqaviləsi bağlanan zaman sığorta müqaviləsinin tərəfləri arasında razılaşdırılaraq müəyyən edilir.
12.2. Sığortalının üçüncü şəxlərin əmlakı və səhhətinə vurduğu zərər və bununla bağlı bütün digər zəruri xərclərin cəmi sığorta müqaviləsi üzrə Sığorta məbləğini (ümumi məsuliyyət həddini) aşmayacaqdır.
13. Sığorta riskləri
Sığortaçı aşağıdakı hallarla bağlı xərclərinin əvəzini ödəyir:
13.1 Sığorta şəhadətnaməsi üzrə səlahiyyətli şəxsin avtonəqliyyat vasitəsindən istifadəsi nəticəsində üçüncü şəxslərin səhhətinə və əmlakına vurduğu zərərlər;
13.2 Sığortaçının ilkin razılığı əsasında Sığortalı ilə üçüncü şəxslər arasında həyata keçirilən məhkəmədən kənar tənzimləmələr;
13.3 Sığortaçının ilkin razılığı əsasında üçüncü şəxslərin irəli sürdüyü tələblərdən müdafiə olunmaq va ya bu tələblərin tənzimlənməsi məqsədi ilə Sığortalının çəkdiyi məhkəmə və digər zəruri müdafiə xərcləri;
13.4 Sığortaçının təminat verdiyi və onun göstərişlərinə əməl edilməsi üçün zərərlərin azaldılması məqsədilə çəkilən zəruri, əsaslandırılmış ağlabatan xərclər.
13.5 Avtonəqliyyat vasitəsinin sığorta hadisəsi baş verdiyi zaman bu sığorta ilə əvəzi ödənilməli xxxx hüquqi məsuliyyətə görə Azərbaycan Respublikasının qanunları ilə tələb olunan icbari məsuliyyət sığortasının sığorta məbləğinin həddindən artıq xxxx məbləğə təminat verilir.
14. Ümumi istisnalar
14.1 Əgər Sığorta şəhadətnaməsində başqa cür nəzərdə tutulmamışdırsa, bu sığorta ilə aşağıdakılara təminat verilmir:
14.1.1 Avtonəqliyyat vasitəsinin yüklənilməsi və ya boşaldılması ilə bağlı yaranan məsuliyyət;
14.1.2 Sığortalının avtonəqliyyat vasitəsinin sərnişini olarkən işçisinin Sığortalı ilə əmək münasibətlərindən irəli gələn peşə vəzifələrinin icrası zamanı və bununla bağlı ölməsi və ya ona bədən xəsarəti dəyməsi ilə bağlı məsuliyyət;
14.1.3 Avtonəqliyyat vasitəsinin sərnişini kimi hərəkət edən Sığortalının hər hansı ailə üzvünə münasibətdə yaranan məsuliyyəti;
14.1.4 Avtonəqliyyat vasitəsinin altında xxxx hər hansı körpüyə, viaduka, nəqliyyat magistralına və ya bunlara bənzər başqa tikiliyə avtonəqliyyat vasitəsinin titrəməsi və ya onun daşıdığı yükün çəkisinin ağırlığı nəticəsində dəyən ziyan.
14.1.5 Üçüncü şəxslərin əmlakına və səhhətinə vurulan zərərlə bağlı yaranan gəlir itkisi, əldən çıxmış fayda və ya digər dolayı zərərlər üçün məsuliyyət;
14.1.6 Mənəvi zərərin kompensasiya edilməsi və ya cəza, yaxud göstəriş xarakterli cərimələr üçün məsuliyyət;
14.1.7 Çirklənmə, buxarlanma, his, tüstü, işlənmiş qaz, turşular, qələvilər, toksik kimyəvi maddələr, mayelər və ya qazlar, materialların tullantıları və ya qıcıqlandırıcı təsiri xxxx başqa zəhərli və çirkləndirici maddələrin torpağa, atmosferə və hər hansı su kanallarına və ya hovuzlara ifraz edilməsi, axması və ya tullanmasından irəli gələn məsuliyyət.
14.1.8 Aerodromun, hava limanının və ya təyyarələrin enə biləcəyi hərbi bazanın hər hansı hissəsində nəqliyyat vasitəsinin istifadəsindən yaranan mülki məsuliyyət.
14.1.9 Oğurlanmış və ya qaçırılmış avtonəqliyyat vasitəsi ilə vurulan itki və ziyanlar (Yol hərəkəti haqqında qanuna görə idarə edənin məsuliyyət daşımadığı ziyanlar) və avtonəqliyyat vasitəsinin oğurlandığı və ya qaçırıldığı xxxxx xxx minən sərnişinlərə dəyən itki və ziyanlarla əlaqədar irəli sürülən tələblər.
14.1.10 Sığortalı və ya səlahiyyəti sürücünün üçüncü şəxslərin səhhətinə və əmlakına şəxsi və digər motivlərlə bağlı qəsdən vurduğu ziyan
14.1.11 Tətil, sabotaj, qanunsuz aktlar və digər kütləvi çıxışlarda iştirakla əlaqədar sığortalı və onun səlahiyyətli sürücüsünün üçüncü şəxslərin səhhətinə və əmlakına vurduğu zərər
14.1.12 Avtonəqliyyat vasitəsinin toksik, spirtli və narkotik sərxoşluq vəziyyətində xxxx Xxxxxx tərəfindən idarə еdilməsi zamanı üçüncü şəxslərin səhhətinə və əmlakına dəyən ziyan;
14.1.13 Sığortalının və ya onun etibar etdiyi səlahiyyətli sürücüsünün sığortalının və ya həmin səlahiyyətli sürücüyə məxsus digər əmlaka vurduğu zərər.
14.1.14 Avtonəqliyyat vasitəsinin onun tеxniki təyinatına uyğun gəlməyən məqsədlərlə istifadə еdilməsi nəticəsində üçüncü şəxslər qarşısında məsuliyyət
14.1.15 Bölmə 1. üzrə təminat verilməyən sığorta riskləri nəticəsində üçüncü şəxslərin səhhətinə və əmlakına dəyən zərər
14.1.16 Avtonəqliyyat vasitəsinin sığorta şəhadətnaməsi ilə səlahiyyətli olmayan şəxs tərəfindən istifadə olunarkən üçüncü şəxslərin səhhətinə və əmlakına dəyən zərər
BÖLMƏ 3. SÜRÜCÜ VƏ SƏRNİŞİNLƏRİN FƏRDİ QƏZA SIĞORTASI
15. Sığortanın sinifi
15.1. Sığorta obyektinə görə şəxsi sığortaya aid xxxx aşağıdakı sinif:
15.1.1. sığortalanmış avtonəqliyyat vasitəsinin qəzaya uğraması ilə əlaqədar sığorta olunan bədbəxt hadisə nəticəsində əmək qabiliyyətini tam və ya qismən itirdikdə, yaxud avtonəqliyyat vasitəsinin qəzaya uğraması ilə əlaqədar vəfat etdikdə, müqavilədə müəyyən edilən sığorta məbləğinin tam və ya qismən ödənilməsi miqdarında sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan fərdi qəza sığortası
16. Sığorta predmeti
16.1. Bu Qaydalara əsasən əmlak mənafelərinin aid olduğu fiziki şəxs (sürücü və sərnişinlər) sığortanın predmeti hesab olunur.
17. Sığorta obyekti
17.1. Bu qaydalara əsasən sığorta obyekti, sığortalanmış avtonəqliyyat vasitəsinin qəzaya uğraması ilə əlaqədar sürücü və sərnişinlərin ölümü, əmək qabiliyyətinin tam və ya qismən itirməsi, xəsarət xxxxxx ilə bağlı əmlak mənafeləridir.
18. Sığorta məbləği
18.1. Sığorta məbləği sığorta olunanla sığortaçı arasında razılaşdırılma yolu ilə müəyyənlşdirilir.
19. Sığorta təminatı
19.1 Sığorta müqaviləsi ilə Bölmə 1 üzrə sığorta təminatı verilən risklərdən baş verən hadisələr nəticəsində sığorta olunanların ölüm, əmək qabiliyyətlərini tam və ya qismən itirmələri və xəsarət almalarına təminat verilir.
20. Ümumi istisnalar
20.1 Əgər Sığorta şəhadətnaməsində başqa cür nəzərdə tutulmamışdırsa, bu sığorta ilə aşağıdakılara təminat verilmir:
20.1.1. Sui-qəsd və ya sui-qəsdə cəhd və ya bilə-bilə özünə bədən xəsarəti yetirmə;
20.1.2. Sığortalanmış şəxsin xxxx pozğunluq vəziyyətində olması;
20.1.3. Insan həyatını xilas etmək məqsədi ilə edildiyi hallar istisna olmaqla, bilərəkdən özünü xüsusi təhlükə altına atma.
SÜRÜCÜ VƏ SƏRNİŞİNLƏRİN TƏCİLİ TİBBİ XƏRCLƏRİ
(bölmə 3-ə əlavə olaraq)
21. Sığortanın sinifi
21.1. Sığorta obyektinə görə şəxsi sığortaya aid xxxx aşağıdakı sinif:
21.1.1. Sığortalanmış avtonəqliyyat vasitəsinin qəzaya uğraması ilə əlaqədar sığorta olunanların təcili tibbi yardıma görə tibbi müəssisələrin ona göstrədiyi xidmətlərlə əlaqədar yaranan xərclərin əvəzinin tam və ya qismən ödənilməsi miqdarında sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan tibbi sığorta.
22. Sığorta predmeti
22.1. Bu Qaydalara əsasən əmlak mənafelərinin aid olduğu fiziki şəxs (sürücü və sərnişinlər) sığortanın predmeti hesab olunur.
23. Sığorta obyekti
23.1. Bu qaydalara əsasən sığorta obyekti, sığorta olunanın sığortalanmış avtonəqliyyat vasitəsinin qəzaya uğraması ilə əlaqədar sürücü və sərnişinlərə təcili tibbi yardım göstərilməsi ilə bağlı əmlak mənafeləridir.
24. Sığorta məbləği
24.1. Sığorta məbləği sığorta olunanla sığortaçı arasında razılaşdırılma yolu ilə müəyyənlşdirilir. Sığorta şəhadətnaməsində başqa hal nəzərdə tutlmayıbsa fərdi qəza sığortası üzrə müəyyənləşdirilmiş sığorta məbləğinin 4%-i həcmində nəzərdə tutulur.
24.2. Bu bölmə üzrə sığorta məbləği təcili tibbi yardıma görə göstərilən xidmət xərclərinin son həddi hesab olunur.
25. Sığorta təminatı
25.1 Sığorta müqaviləsi ilə Bölmə 1 üzrə sığorta təminatı verilən risklərdən baş verən hadisələr nəticəsində sığorta olunanlara göstərilən təcili tibbi yardıma görə təminat verilir (sığorta şəhadətnaməsində qeyd olunubsa).
26. Ümumi istisnalar
26.1. Əgər Sığorta şəhadətnaməsində başqa cür nəzərdə tutulmamışdırsa, bu sığorta ilə aşağıdakılara təminat verilmir:
26.1.1. Bu qaydaların 20-ci maddəsində təsbit olunan hallar.
BÜTÜN BÖLMƏLƏRƏ AİD XXXX ÜMUMİ QAYDALAR
27. Sığorta müqaviləsi
27.1. Sığorta müqaviləsinin bağlanması
27.1.1. Sığorta müqaviləsi Sığortalının yazılı ərizəsi əsasında bağlanır. Ərizə sığorta müqaviləsinin ayrılmaz tərkib hissəsi və əsasını təşkil edir.
27.1.2. Sığorta müqaviləsi bağlanarkən Sığortalı sığortaya qəbul edilən əmlaka dair xxxxxx dərəcəsinin müəyyən edilməsi üçün əhəmiyyətli və ona məlum xxxx bütün hallar haqqında Sığortaçıya məlumat verməlidir. Sığortalının ərizə formasında qeyd etdiyi hallar həmçinin əhəmiyyətli hallar hesab edilir.
Sığorta müqaviləsi bağlandıqdan sonra Sığortalının Sığortaçıya bilərəkdən yalan məlumatlar verməsi müəyyən edilərsə, Sığortaçı müqavilənin etibarsız hesab edilməsini tələb edə bilər.
27.1.3. Sığorta müqaviləsinin bağlanması faktı sığorta qaydaları əlavə edilməklə, Sığortalıya verilən sığorta şəhadətnaməsi ilə təsdiq edilir.
27.2. Sığоrtа müqаviləsinin tərəfləri
27.2.1. Sığortaçı
27.2.1.1.Bu Qaydalara əsasən Sığortaçı “Paşa Sığorta” ASC-dir.
27.2.2. Sığortalı və Sığorta olunan
27.2.2.1. Bu Qaydalara əsasən Sığortalı sığorta obyektinə münasibətdə əmlak maraqları xxxx hər hansı bir fiziki və ya hüquqi şəxs hesab olunur.
27.2.2.2. Bu Qaydalar daxilində Sığortalının hərəkətlərinə onun işçilərinin, rəsmi şəxslərinin, o cümlədən Azərbaycan Respublikasının qanunvericiliyinə, «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa, sığorta müqaviləsinə, vəkalətnaməyə (etibarnaməyə) və ya vəzifə öhdəliklərinə əsasən Sığortalı adından çıxış etmək səlahiyyəti xxxx digər nümayəndələrinin hərəkətləri də aid edilir.
27.2.2.3. Bölmə 3 və 4 üzrə sığorta şəhadətnaməsində göstərilən sığorta olunan, əmlak mənafeləri sığortalanan şəxs hesab olunur.
27.2.3. Faydalanan şəxs
27.2.3.1. Sığorta müqaviləsi hər hansı hüquqi və ya fiziki şəxsin – Xxxxxxxxxx şəxsin xeyrinə bağlana bilər.
27.2.3.2. Xxxxxxxxxx şəxsin adı sığorta müqaviləsində göstərilməlidir.
27.2.3.3. Sığorta müqaviləsinin Xxxxxxxxxx şəxsin xeyrinə bağlanması Sığortalını müqaviləyə əsasən vəzifə və öhdəliklərindən azad etmir.
27.2.3.4. Bu Qaydalar və sığorta müqaviləsi ilə Sığortalıya aid edilən bütün müddəalar sığortadan faydalanmaq niyyətində xxxx Xxxxxxxxxx şəxsə də eyni həcmdə aid edilir.
28. Səlahiyyətli sürücü
28.1. Bu sığorta ilə yalnız sığorta şəhadətnaməsində adı qeyd olunan səlahiyyətli sürücü avtonəqliyyat vasitəsini idarə edərkən baş verən ziyan və zərərlərə görə təminat verilir.
28.2. Sığorta şəhadətnaməsi ilə qanunvericiliyə müvafiq qaydada avtonəqliyyat vasitəsini idarəetmə səlahiyyəti verilmiş şəxs sığorta hadisəsi zamanı Sığortalının şəhadətnamə üzrə hüquq və vəzifələrini yerinə yetirə bilər.
28.3. Nəqliyyat vasitəsinin idarə edilməsi
28.3.1. Sığortalanmış avtonəqliyyat vasitəsi yalnız aşağıda göstərilən sənədlərin mövcud olduğu şəxslər tərəfindən idarə edilə bilər:
• İdarə olunan avtonəqliyyat vasitəsinin kateqoriyasına uyğun qüvvədə xxxx sürücülük vəsiqəsi.
• Sığortalanmış avtonəqliyyat vasitəsinin qeydiyyat sənədləri.
• Əgər səlahiyyətli sürücü avtonəqliyyat vasitəsinin sahibi deyilsə, Sığortalanmış avtonəqliyyat vasitəsinin sahibi tərəfindən avtonəqliyyat vasitəsini idarə edən şəxsə verilmiş etibarnamə.
28.3.2. Sığortalanmış avtonəqliyyat vasitəsinin sürücüsü bu bənddə göstərilən tələblərə cavab vermədikdə, Sığortaçı Sığortalının heç bir iddiası üzrə sığorta ödənişi vermir.
29. Sığorta haqqı
29.1. Sığorta haqqı sığorta tariflərinə əsasən hesablanır.
29.1.1. Sığorta tarifləri avtonəqliyyat vasitəsinin bazar dəyərindən, sürücülərin yaş həddi və sürücülük təcrübəsindən, avtonəqliyyat vasitəsinin tipindən, buraxılış ilindən və digər xxxxxx qiymətləndirilməsinə təsir edə bilən amillərdən asılı olaraq müəyyənləşdirilir.
29.2. Sığorta haqqı bir dəfəyə ödənilir və ya tərəflərin razılğına əsasən hissə-hissə ödənilə bilər.
29.3. Sığorta haqqının ödənildiyi gün, pul vəsaitinin Sığortaçının bank hesabına və ya kassasına daxil olduğu gün hesab olunur.
29.4. Müqavilədə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsi sığorta haqqının ilk hissəsinin və ya tam ödənildiyi gün saat 24:00-da, xxxxx şəhadətnamədə göstərilmiş sığorta müddətinin başlanma tarixindən tez olamayaraq qüvvəyə minir.
29.5. Sığorta haqqı və ya onun növbəti hissəsi sığorta müqaviləsində nəzərdə tutulmuş müddətədək ödənilmədikdə və ya sığorta müqaviləsində nəzərdə tutulduğundan daha az məbləğdə ödənildikdə:
29.5.1 Bu halda sığortaçı onun ödənilməsi üçün bu qaydaların 29.5.2.-cı maddəsinin tələbini nəzərə alaraq, yazılı surətdə 15 günədək əlavə müddət müəyyən edə bilər.
29.5.2. Hər bir halda sığorta haqqı və ya onun razılaşdırılmış ilk hissəsi sığorta müqaviləsi bağlandığı gündən 1 aydan gec olmayaraq ödənilməlidir.
29.6. Sığortalı sığorta haqqını və ya onun növbəti hissəsini sığorta müqaviləsində nəzərdə tutulmuş müddətdə ödəmədikdə, Sığortaçı sığorta müqaviləsinə xitam verə bilər və ya birtərəfli qaydada müqavilənin icrasından imtina edə bilər.
30. Sığortanın ərazisi
30.1. Bu sığorta, sığorta müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, Azərbaycan Respublikasının ərazisində qüvvədədir.
30.2. Əgər sığorta müqaviləsində sığortanın ərazisi göstərilmişdirsə, yalnız həmin ərazidə baş verən sığorta hadisələrinə sığorta təminatı verilir.
30.3. Sığortanın ərazisi, Sığortaçının bu barədə qabaqcadan xəbərdar edilməsi, yazılı surətdə razılığının alınması və əlavə sığorta haqqının ödənilməsi şərti ilə genişləndirilə bilər.
31. Sığorta müddəti
31.1. Sığorta müddəti, sığorta şəhadətnaməsində başqa hal nəzərdə tutulmayıbsa, sığorta müqaviləsinin bağlandığı gün saat 24:00-da başlanır və, sığorta müqaviləsinə əsasən həmin müqavilənin qüvvədə olduğu sonuncu gün saat 24:00-da başa çatır.
32. Azadolma məbləği
32.1. Sığorta müqaviləsi ilə azadolma məbləği nəzərdə tutula bilər.
32.2. Sığorta təminatı üzrə azadolma məbləği hər bir sığorta riski və hər bir sığorta hadisəsi üzrə tətbiq olunur.
32.3. Şərtli azadolma məbləğinin nəzərdə tutulması halında, sığorta hadisəsi nəticəsində dəyən zərərin həcmi həmin məbləğdən xxx olduqda, zərər məbləğindən azadolma məbləği çıxılmır.
32.4. Şərtsiz azadolma məbləği nəzərdə tutulduqda, həmin məbləğ hər bir halda zərər məbləğindən çıxılır.
33. Xxxxxx dərəcəsinin dəyişməsi
33.1. Sığorta riskinə əhəmiyyətli dərəcədə təsir edə bilən risklər barədə sorğu forması sığorta müqaviləsi bağlandığı zaman Sığortaçı tərəfindən Sığortalıya təqdim olunur. Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində, Sığortalı, sığorta müqaviləsi bağlanan zaman Sığortaçıya bildirdiyi əhəmiyyətli halların dəyişilməsi, həmçinin sığorta riskinə əhəmiyyətli dərəcədə təsir edə bilən və ona məlum xxxx bütün digər hallar barədə Sığortaçıya dərhal məlumat verməlidir.
33.2. Sığortaçı sığorta riskinin artmasına təsir edən hallar barədə məlumatı əldə etdikdən sonra aşağıda göstərilən hərəkətləri etmək hüququna malikdir:
33.2.1. sığorta müqaviləsinin şərtlərini və müddəalarını dəyişmək,
33.2.2. əlavə sığorta haqqının ödənilməsini tələb etmək və ya
33.2.3. belə dəyişikliklərin baş verdiyi tarixdən sığorta müqaviləsini ləğv etmək.
34. Şərikli sığorta
34.1. Şərikli sığorta bir neçə sığortaçının aralarında bağladıqları müqaviləyə müvafiq olaraq, sığorta ödənişi üzrə öhdəlikləri bölüşdürməklə sığorta müqaviləsi ilə müəyyən edilmiş sığorta risklərini eyni zamanda sığortalamaları ilə bağlı fəaliyyət və bununla əlaqədar yaranan münasibətlərdir.
34.2. Sığorta obyekti bir müqavilə ilə bir neçə sığortaçı tərəfindən sığortalana bilər. Bu müqavilədə hər bir sığortaçının razılaşdırılmış paylar əsasında hüquq və vəzifələrini müəyyən edən şərtlər olmalıdır.
34.3. Sığortalı qarşısında öhdəliyi öz payı miqdarında olmaqla şərikli sığortaçılardan biri sığortalı ilə münasibətdə bütün şərikləri təmsil edə bilər.
34.4. Müvafiq sığorta növü üzrə fəaliyyət göstərməyə icazəsi olmayan sığortaçı şərikli sığortada iştirak edə bilməz.
35. Sığorta müqaviləsinə əlavə və dəyişikliklərin edilməsi
35.1. Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığortalı və sığоrtаçı, faydagötürənin yazılı razılığı ilə müqavilənin müəyyən şərtlərinin dəyişdirilməsi, həmçinin оnа müəyyən əlаvələr еdilməsi bаrədə rаzılığа gələ bilərlər.
36. Sığorta müqaviləsinə xitam verilməsi
36.1. Sığorta müqaviləsinə aşağıdakı hallarda xitam verilir:
36.1.1. Müqavilənin müddəti bitdikdə;
36.1.2. Sığortaçı müqavilə üzrə Sığortalı qarşısında öhdəliklərini tam həcmdə icra etdikdə;
36.1.3. Sığortalı sığorta haqqlarını müqavilə ilə müəyyən olunmuş müddətdə ödəmədikdə;
36.1.4. Sığortaçı, Azərbaycan Respublikasının qanunvericilik aktları əsasında ləğv edildikdə;
36.1.5. Sığorta müqaviləsinin etibarsız hesab olunması haqqında məhkəmə tərəfindən qərar qəbul edildikdə;
36.1.6. Sığorta marağı artıq mövcud olmadıqda;
36.1.7. Sığorta predmeti artıq mövcud olmadıqda.
36.1.8. Azərbaycan Respublikasınin qanunvericiliyi ilə nəzərdə tutulan digər hallarda.
36.2. Sığorta müqaviləsinə Sığortalının və ya Sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verilə bilər. Bu barədə tərəflər bir-birini, qanunla müəyyən edilən hallar istisna olmaqla, azı 30 (otuz) gün əvvəl yazılı surətdə xəbərdar etməlidirlər.
37. Sığorta müqaviləsinə vaxtından əvvəl xxxxx vermənin nəticələri
37.1. Sığorta müqaviləsinə sığortalının tələbi ilə vaxtından əvvəl xitam verildikdə, sığorta qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərclərini çıxmaqla müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını ona qaytarır; əgər bu tələb sığortaçının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, sığortaçı sığorta haqlarını bütünlüklə sığortalıya qaytarır.
37.2. Sığorta müqaviləsinə sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verildikdə o, sığorta haqlarını bütünlüklə sığortalıya qaytarır; əgər bu tələb sığortalının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərcləri çıxılmaqla, müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını qaytarır.
37.3. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək sığortaçı tərəfindən sığortalıya ödənilmiş sığorta haqqına bərabər və ya ondan xxx miqdarda sığorta ödənişi verilmişdirsə, sığorta haqqı sığortalıya qaytarılmır.
37.4. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək sığortaçı tərəfindən sığortalıya ödənilmiş sığorta haqqından az miqdarda sığorta ödənişi verilmişdirsə, həmin sığorta haqqı məbləği ilə
sığorta ödənişi məbləği arasındakı fərq miqdarında sığorta haqqının sığortalıya qaytarılması müvafiq olaraq bu maddənin 37.1.-ci və 37.2-ci bəndlərində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
37.5. Sığorta müqaviləsi məhkəmə qərarı əsasında (sığortalı məhkəmənin qərarı ilə fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdirsə, yaxud onun fəaliyyət qabiliyyəti məhkəmənin qərarı ilə məhdudlaşdırılmışdırsa) xitam verilmiş hesab edildikdə, sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərclərini çıxmaqla müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını, bu maddənin 37.3-cü və 37.4-cü bəndlərinin tələbləri nəzərə alınmaqla, sığortalının qanuni nümayəndəsinə qaytarır.
38. Tərəflərin hüquq və vəzifələri
38.1. Sığortalının aşağıdakı hüquqları var:
38.1.1. sığorta hadisəsi baş verdikdə sığorta ödənişi almaq;
38.1.2. sığorta müqaviləsini hər hansı başqa şəxsin (hüquqi və ya fiziki) – faydalanan şəxsin xeyrinə bağlamaq;
38.1.3. sığorta müqaviləsinə əlavə və dəyişiklik etmək;
38.1.4. sığorta müqaviləsinə xitam vermək;
38.1.5. itirilmiş şəhadətnamənin yerinə dublikatını almaq.
38.1.6. mövcud qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqlar
38.2. Sığortalının aşağıdakı vəzifələri var:
38.2.1. sığorta hadisəsi baş verdikdə, bu barədə Qaydaların 39.1-ci maddəsində müəyyən edilmiş müddətdə sığortaçını xəbərdar etməli;
38.2.2. ziyanın qarşısının alınması və azaldılması üçün bütün zəruri tədbirlər görməli, sığorta haqqını vaxtında ödəməli;
38.2.3. sığorta riskinə əhəmiyyətli dərəcədə təsir edə bilən risklər barədə sorğu forması sığorta müqaviləsi bağlandığı zaman Sığortaçı tərəfindən Sığortalıya təqdim olunur. Sığortalı öz növbəsində sorğu formasındakı sualları dürüst və düzgün şəkildə cavablandırmalı və sığorta müqaviləsi qüvvədə xxxx müddətdə xxxxxx dərəcəsi dəyişilərsə bu barədə sığortaçıya məlumat verməli;
38.2.4. sığorta obyetinə dair qüvvədə xxxx digər sığorta müqavilələri barədə sığortaçıya məlumat verməli;
38.2.5. sığоrta hadisəsi faktının mövcudluğunu sübut etmək vəzifəsi Sığortalının üzərinə düşür və Sığortalı qanunvericilik və formalaşmış təcrübə ilə tələb olunan sənədlər də daxil olmaqla Sığortaçını bütün zəruri sənədlərlə təmin etməlidir;
38.2.6. mövcud qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələr.
38.3. Sığortaçının aşağıdakı hüquqları var:
38.3.1. sığortalının bildirdiyi məlumatların düzgünlüyünü yoxlamaq;
38.3.2. sığorta riskinə əhəmiyyətli dərəcədə təsir edə bilən risklər barədə sorğu forması sığorta müqaviləsi bağlandığı zaman Sığortaçı tərəfindən sığortalıya təqdim olunur. Sığortalanmış xxxxxx dərəcəsi artdıqda, Sığortalıya sığorta müqaviləsinin şərtlərinin dəyişdirilməsini, o cümlədən, sığorta riskinin artması nisbətində əlavə sığorta haqqının ödənilməsini təklif etmək və ya Sığortalını xəbərdar etdikdən sonra sığorta müqaviləsinə xitam vermək;
38.3.3. sığortalanan predmetə baxış keçirmək, fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla onu qiymətləndirmək, lazım gəldikdə isə onun həqiqi dəyərini müəyyən etmək məqsədi ilə sığorta qanunvericiliyinin tələblərini nəzərə almaqla müstəqil ekspert təyin etmək;
38.3.4. sığortaçı (və ya təyin edilmiş müstəqil ekspert, yaxud sığorta sahəsində yardımçı fəaliyyət göstərən şəxs) sığorta hadisəsinin baş verməsi faktını təsdiq edən və (və ya) sığorta ödənişinin həcminin müəyyənləşdirilməsi üçün xxxxx xxxx sənədləri və məlumatları sığortalıdan tələb etmək;
38.3.5. sığortalı sığorta müqaviləsi üzrə öz öhdəliklərini icra etmədikdə, saxta sənədlər təqdim etdikdə və ya zərərin artırılması və ya sığorta ödənişinin əsassız şəkildə artırılması məqsədilə qəsdən hərəkətlər etdikdə, sığorta ödənişinin verilməsindən tam və ya qismən imtina etmək;
38.3.6. mövcud qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqlar
38.4. Sığortaçının aşağıdakı vəzifələri var:
38.4.1. sığortalını sığorta qaydaları ilə xxxxx etməli;
38.4.2. sığorta hadisəsi baş verdikdə bütün zəruri sənədləri aldıqdan sonra sığorta ödənişini bu Qaydaların 41.1- ci maddəsində müəyyən edilmiş müddətdə verməli;
38.4.3. qanunvericliklə nəzərdə tutulmuş hallardan başqa, Sığortalı şəxsin əmlak vəziyyəti, o cümlədən kommersiya xxxxx xxxx məlumatları yaymamaq;
38.4.4. sığorta hadisəsi hesab edilə bilən, qanunvericiliyə uyğun olaraq araşdırılması və ya qeydə alınması tələb olunan hadisələr barədə səlahiyyətli dövlət orqanlarına belə hadisələrin baş verməsi faktını və (və ya) səbəbini,
habelə nəticələrini təsdiq edən sənədin alınması üçün yazılı sorğu vermək.
38.4.5. mövcud qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələr.
39. Sığorta hadisəsi baş verdikdə Sığortalının vəzifələri:
39.1. Sığorta hadisəsinin baş verməsi barədə sığortalı, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün xxxx ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı xxxx səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir.
39.1.1. zərərin qarşısının alınması və ya təsirinin azaldılması və zərər vurulmuş əmlakın xilas edilməsi üçün bütün mümkün tədbirləri görməli və belə tədbirlərin görülməsi zamanı Sığortaçıdan aldığı bütün təlimatlara əməl etməlidir;
39.1.2. Sığortaçının və ya onun nümayəndələrinin zərər dəymiş əmlaka baxışın keçirilməsində və ya tədqiq edilməsində, vurulmuş zərərin səbəb və həcminin müəyyən edilməsində, zərərin təsirinin azaldılması və zərər vurulmuş əmlakın xilas edilməsi tədbirlərində iştirakını təmin etməli;
39.1.3. Sığortaçının tələbi ilə sığortalanmış əmlakın məhv olması və ya vurulmuş zərərin həcmi və səbəblərini müəyyənləşdirmək üçün zəruri bütün məlumat və sənədləri Sığortaçıya təqdim etməli;
39.1.4 Sığorta müqaviləsi üzrə sığortalı aşağıdakı hallar istisna olmaqla, zərər dəymiş əmlakı sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə sığortaçıya və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidir:
39.1.4.1. zərərin qarşısının alınması və ya həcminin azaldılması, sığorta hadisəsinin nəticələrinin aradan qaldırılması, yaxud digər fəsadlara səbəb olmaması, habelə zərər dəymiş əmlakın sonrakı itkiləri üçün təhlükə ehtimalına səbəb ola bilən nəzarətsiz halda qalmaması, başqa şəxslərin hərəkətinə və ya fəaliyyətinə mane olmaması üçün zəruri tədbirlərin görülməsi, o cümlədən bu məqsədlərlə əmlakın hadisə yerindən kənarlaşdırılması zamanı zərər dəymiş əmlakın hadisədən dərhal sonrakı vəziyyətdə saxlanması mümkün olmadıqda;
39.1.4.2. sığortaçı sığorta hadisəsi barədə bu qaydalarda nəzərdə tutulmuş müddətdə məlumatlandırıldıqdan 5 gün müddətində onun nümayəndəsi zərər dəymiş əmlaka baxış keçirmədikdə;
39.1.4.3. digər hallarda zərər dəymiş əmlakın sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə saxlanmamasına sığortaçının yazılı razılığı olduqda.
39.1.5. Sığortalı tərəfindən yuxarıda göstərilmiş hər hansı öhdəliyin icra olunmaması sığorta müqaviləsinin əhəmiyyətli şəkildə pozulması hesab edilir və Sığortaçının sığorta ödənişini vermək öhdəliyindən azad edir.
40. Sığorta hadisəsinin sübut edilməsi
40.1. Sığоrta hadisəsi faktının mövcudluğunu və onun səbəb olduğu zərərin məbləğini sübut etmək vəzifəsi Sığortalının üzərinə düşür.
40.2. Bölmə 1 və 2 üzrə sığorta ödənişinin verilməsi üçün tələb olunan sənədlər aşağıdakılardır:
40.2.1. sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığorta müqaviləsində nəzərdə tutulmuş müddətdə sığortaçıya ünvanladığı sığorta tələbi (ərizə, müraciət);
40.2.2. sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı qanunvericiliyə uyğun olaraq, hər hansı dövlət orqanına məlumat verilməlidirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənəd;
40.2.3. İnzibati xəta haqqında protokol (surəti)
40.2.4. hadisə yerinin sxemi (surəti);
40.2.5. tibbi müayinə protokolları (surəti);
40.2.6. avtomobillərin dövlət qeydiyyat şəhadətnamələri (surəti);
40.2.7. sürücülərin izahatları (surəti);
40.2.8. sürücülük vəsiqələri (surəti);
40.2.9. yol nəqliyyat hadisəsinə dair arayış (forma №4).
40.2.10. Bölmə 3 üzrə sığorta ödənişinin verilməsi üçün sığortaçı tərəfindən tələb olunan sənədlər aşağıdakılardır:
40.2.10.1. sürücü və ya sərnişin(lər) vəfat etdikdə, ölüm haqqında şəhadətnamə(ləri)nin surəti, tibbi ekspertizanın rəy(lər)inin surət(lər)i (mövcud olduğu halda);
40.2.10.2. sürücü və ya sərnişin(lər) ümumi əmək qabiliyyətini itirdikdə əmək qabiliyyətinin itirilməsi ilə əlaqədar tibbi-sosial ekspert komissiyasının rəy(lər)i (arayışı) və ya əmək qabiliyyətinin itirilməsi vərəqəsi;
40.2.10.3. tibb müəssisələrinin göstərdiyi təcili tibbi xidmətlərlə əlaqədar yaranan xərclərin miqdarını təsdiqləyən sənədlər;
40.2.11. sığorta hadisəsinin baş verməsini təsdiq edən digər zəruri sənədlər.
40.3. Müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, bu minimal zəruri xxxx sənədlərin toplusudur. Sığortaçı zərurət yarandıqda sığortalıdan sığorta hadisəsinin baş verməsi səbəblərini və faktını, həmçinin dəyən zərərin həcminin müəyyən edilməsi üçün zəruri xxxx digər sənədlərin təqdim edilməsini tələb etməyə haqlıdır.
41. Sığorta ödənişi
41.1. Sığortaçı bu Qaydaların 40.2-ci maddəsində qeyd olunan sənədlərin sonuncusunu aldıqdan sonra (sığorta müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa) 15 iş günü müddətində sığorta ödənişini həyata keçirir və ya yazılı şəkildə əsaslandırmaqla ödənişdən imtina edir.
41.2. Sığоrta predmetinə vurulаn zərər üzrə xərclərin həcmi müəyyən оlunduqdаn sоnrа sığоrtа ödənişinin hеsаblаnmаsı аşаğıdаkı yоllаrlа həyаtа kеçirilir:
41.2.1. Qismən sığоrtа zаmаnı – sığorta ödənişi sığоrtа məbləğinin sığоrtа predmetinin həqiqi dəyərinə nisbətə uyğun vеrilir;
41.2.2. İkili sığоrtа zаmаnı – Sığorta hadisəsi zamanı eyni sığorta predmetinə Sığortaçının təminat verdiyi risk üzrə hər hansı digər sığortaçı(lar) da təminat vermişdirsə, bu halda sığorta ödənişi hər bir sığortaçı arasında mütənasib olaraq bölünür.
41.2.3. Xxxxxxx sığоrtа zаmаnı - sığorta ödənişi əmlakın hər bir Sığortaçı tərəfindən sığortalandığı sığorta məbləğlərinin nisbətinə uyğun şəkildə bölünür.
41.2.4. Azadolma tətbiq olunarsa - sığorta ödənişi azadolma miqdаrı çıхılmаqlа vеrilir;
41.2.5. Sığоrtа şəhаdətnаməsi üzrə sığоrtа ödənişlərinin ümumi miqdаrı sığоrtа məbləğini аşа bilməz.
41.2.6. Sığorta ödənişinin məbləği hesablanarkən sığortalanmış avtonəqliyyat vasitəsinin sığоrta hadisəsi baş vеrən gündəki rеal bazar dəyəri əsas götürülür.
41.2.7. Sığorta hadisəsi zamanı dəyən ziyan sığortaçının təyin etdiyi mütəxəssis və ya təmir xidməti tərəfindən müəyyənləşdirilir.
41.2.8. Sığorta müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi zamanı nəqliyyat vasitəsi Sığortaçının təklif etdiyi avtoservisdə təmir olunacaqdır. Əgər Sığortalı Sığortaçının təklif etdiyi avtoservislərin heç biri ilə razı olmazsa, zərər məbləği Sığortaçının təyin etdiyi avtoservisdə müəyyən olunmaqla nəqliyyat vasitəsi Sığortalının özünün seçdiyi avtoservisdə təmir oluna bilər.
41.2.9. Sığorta müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi zamanı nəqliyyat vasitəsinin istehsal tarixi 2 ili aşarsa aşınma (amortizasiya) xərcləri yeni ehtiyat hissələrinin dəyərindən hər bir ili üzrə 3% tutulmaqla hesablanır.
41.3. Avtonəqliyyat vasitəsi tam zərərə uğradıqda (məhv olduqda) sığorta ödənişi, sığortaçının maksimum məsuliyyət həddindən çох оlmamaq şərti ilə avtonəqliyyat vasitəsinin sığоrta hadisəsinin baş verdiyi tarixdəki rеal bazar qiyməti nəzərə alınmaqla verilir. Bu zaman sığorta məbləği tamamilə ödənilmiş avtonəqliyyat vasitəsi və avtonəqliyyat vasitəsinin hissələri sığortaçının razılığı ilə оnun mülkiyyətinə vеrilməlidir. Burada zərər məbləği avtonəqliyyat vasitəsinin rеal bazar dəyərinin 70%-i və bundan yüksək оlduğu halda həmin avtonəqliyyat vasitəsi tam məhv оlmuş hеsab еdilir.
41.4. Sığorta məbləği avtonəqliyyat vasitəsinin sığorta hadisəsi baş verdiyi andakı sığorta dəyərindən az olduqda, sığorta ödənişi sığorta məbləğinin sığorta dəyərinə xxxx nisbətində ödənilir.
41.5. Avtomobil oğurlanarsa,
41.5.1. Sığоrtaçıya sığorta hadisəsi baş verən vaxtdan bildirilməklə oğurlanmış avtonəqliyyat vasitəsinin tapılması üçün səlahiyyətli orqanlar tərəfindən həyata keçirilən axtarışlar 60 gün ərzində nəticə verməzsə, sığortalı bununla əlaqədar müvafiq orqanlara müraciət etdiyini subut edən sənədləri təqdim etməklə sığorta ödənişini tələb edə bilər. Sığоrtalı və ya əmlak sahibinə qarşı cinayət işi açılarsa, sığоrtaçı ödənişin vеrilməsini cinayət işinin başa çatmasına qədər müvəqqəti оlaraq dayandırır.
41.5.2. Oğurlanmış avtonəqliyyat vasitəsi sığorta ödənişi verildikdən əvvəl tapılarsa sığortalı nəqliyyat vasitəsini qəbul etməlidir.
41.5.3. Sığortaçı tərəfindən sığorta dəyəri ödənilmiş avtonəqliyyat vasitəsi ödəniş verildikdən sonra tapılarsa sığortalı bu məlumatı dərhal sığortaçıya bildirməyə borcludur. Bu zaman sığortalı sığortaçının vermiş olduğu ödəniş məbləğini qaytararaq avtonəqliyyat vasitəsini xxxx götürməli və ya sığortaçının tələbinə əsasən sığortaçının həmin nəqliyyat vasitəsinə mülkiyyət hüququnu tanımalıdır. Sığortalı avtonəqliyyat vasitəsini xxxx götürərsə, sığortaçı oğurluq hadisəsi nəticəsində nəqliyyat vasitəsinə dəymiş ziyan məbləğini sığortalıya ödəməlidir.
41.6. Sığorta ödənişinin ödənilməsi zamanı sığortaçı sığorta ödənişi məbləğindən sığortalının ona ödəməli olduğu, vaxtı çatmış və ya gecikdirilmiş sığorta haqqı məbləğini tutmaq hüququna malikdir.
41.7. Sığortalı zədələnmiş də olsa sığorta hadisəsindən sonra qalmış əmlakdan imtina etmirsə, əmlakın qalıq dəyəri sığorta ödənişi məbləğindən çıxılır. Xxxxx imtina edərsə, Sığоrtаçı sığоrtаlаnmış əmlаkın məhv оlmаsınа görə müvafiq ödəniş vеrdikdən və yа оnun еhtiyаt hissələrini bаşqаsı ilə əvəz еtdikdə sığоrtаlının həmin əmlаkа və yахud еhtiyаt hissələrinə оlаn hüquqlаrı Sığоrtаçıyа kеçir. Bütün qаlıqlаr Sığоrtаçıyа vеrilməlidir. Sığоrtаlı həmin hüquqlаrın Sığоrtаçıyа kеçməsi üçün bütün zəruri tədbirləri görməyə bоrcludur. Itmiş əmlаkın sоnrаdаn tаpılmаsı hаlındа Sığоrtаçı öz rəyinə əsаsən əmlаkı özündə sахlаmаq və yахud Sığоrtаlıyа qаytаrmаq hüququnа mаlikdir. Ikinci hаldа əmlаkа görə аlınmış sığоrtа ödənişi Sığоrtаçıyа gеri qаytаrılmаlıdır. Əgər əmlаk kоrlаnmış vəziyyətdə əldə оlunаrsа, Sığоrtаçı Sığоrtаlıyа həmin zərərlərin əvəzini ödəyir.
41.8. Sığortalı və ya Xxxxxxxxxx şəxs zərərin ödənişini üçüncü şəxslərdən aldıqda, Sığortaçı ancaq sığorta şərtlərinə əsasən ödənilməli məbləğlə üçüncü şəxslərdən alınmış məbləğ arasındakı fərqi ödəyir. Sığortalı bu cür məbləğləri aldığı barədə Sığortaçıya dərhal məlumat verməlidir.
41.9. Sığorta müqaviləsində müəyyən edilmiş sığorta məbləği həmin müqavilə üzrə verilmiş sığorta ödənişi həcmində azalmış hesab olunur. Sığorta qanunvericiliyində başqa hal nəzərdə tutulmamışdırsa, bu zaman sığorta müqaviləsinə sığorta məbləğinin azalması ilə bağlı dəyişiklik etmək vacib deyil. Sığortalı əlavə sığorta haqqı ödəməklə, sığorta məbləğini bərpa edə bilər.
41.10. Sığorta ödənişinin həcmi qəza nəticəsində alınan xəsarətlərin ağırlığından asılı olaraq sığorta məbləğinin aşağıdakı faizlərini təşkil edir:
41.10.1. Ölüm halında sığorta məbləğinin 100 %-i həcmində;
41.10.2. Bədən xəsarətinin nəticəsi olaraq əmək qabiliyyətinin xxxxx xxx itirilməsi halında sığorta məbləğinin 100 %-i həcmində;
41.10.3. Bədən xəsarətinin nəticəsi olaraq əmək qabiliyyətinin daimi qismi itirilməsi halında aşağıdakı cədvələ əsasən:
Bədən xəsarətləri | Sığorta məbləğindən %-lə ödəniş | |
Hər iki gözdə görmə qabiliyyətinin itirilməsi | 100 % | |
Xxx xxxx pozğunluq | 100 % | |
Hər iki biləyin vəya əlin itirilməsi | 100 % | |
Travma nəticəsində hər iki qulağin tam karlığı | 100 % | |
Aşağı çənənin tam çıxarılması | 100 % | |
Nitqin tam itirilməsi | 100 % | |
Bir əlin (dirsəkdən biləyə qədər) və bir ayağın tam itirilməsi | 100 % | |
Bir əlin (dirsəkdən biləyə qədər) və bir pəncənin tam itirilməsi | 100 % | |
Bir biləyin və bir pəncənin tam itirilməsi | 100 % | |
Bir biləyin və bir ayağın tam itirilməsi | 100 % | |
Hər iki ayağın tam itirilməsi | 100 % | |
Hər iki pəncənin tam itirilməsi | 100 % | |
Sümüyün bütün qalınlığı üzrə kəllə sümüyünün zədəsi | ||
- səthi 6 sm2 dən xxx | 40 % | |
- səthi 3-dən 6 sm2 -dək | 20 % | |
- səthi 3-sm2 -dən az | 10 % | |
Aşağı ənənin və ya yuxarı çənə sümüyünün yarısının çıxarılması | 40 % | |
Bir xxxxx xxx itirilməsi | 40 % | |
Bir qulağın tam karlığı | 30 % | |
SAĞ | SOL | |
Bir əlin vəya bir biləyin itirilməsi | 60 % | 50 % |
Əl sümüyünün əhəmiyyətli dərəcədə zədəsi (dirsəkdən biləyə qədər) (aşkar vəya sağalmaz zədə) | 50 % | 40 % |
Yuxarı ətrafın tam iflici (sinirlərin sağalmaz zədəsi) | 65 % | 55 % |
Qurşaq sinirinin tam zədədsi | 20 % | 15 % |
Çiyinin ankilozu | 40 % | 30 % |
Əlverişli mövqedə dirsəyin ankilozu (düz bucaq altinda 15 dərəcə) | 25 % | 20 % |
Əlverişsiz mövqedə dirsəyin ankilozu | 40 % | 35 % |
Bazu önün iki sümüyünün sümük maddəsinin əhəmiyyətli dərəcədə itirilməsi (aşkar və sağalmaz xəsarət) | 40 % | 30 % |
Məkrəzi sinirin tam iflici | 45 % | 35 % |
Mil sinirinin tam iflici | 40 % | 35 % |
Bazu önünün mil sinirinin tam iflici | 30 % | 25 % |
Xxxx mil sinirinin tam iflici | 20 % | 15 % |
Dirsək sinirinin tam iflici | 20 % | 15 % |
Əlverişli mövqedə biləyin ankilozu (düz və ovuc aşağı) | 20 % | 15 % |
Əlverişsiz mövqedə əlin ankilozu (bükülmə və ya dartılma və ya ovuc yuxarı) | 30 % | 25 % |
Baş barmağın tam itirilməsi | 20 % | 15 % |
Baş barmağın qismən itirilməsi (dırnaq sümüyünün) | 10 % | 5% |
Baş barmağın tam ankilozu | 20 % | 15 % |
Şəhadət barmağının tam amputasiyası | 15 % | 10 % |
Şəhadət barmağının iki falanqasının tam itirilməsi | 10 % | 8 % |
Şəhadət barmağının dırnaq falanqasının tam itirilməsi | 5 % | 3 % |
Baş və şəhadət barmaqlarının eyni zamanda amputasiyası | 35 % | 25 % |
Baş və şəhadət barmağından başqa digər bir barmağın itirilməsi | 25 % | 20 % |
Baş və şəhadət barmağından başqa digər iki barmağın itirilməsi | 12 % | 8 % |
Baş və şəhadət barmaqlarından başqa digər üç barmağın itirilməsi | 20 % | 15 % |
Baş barmaq da daxil olmaqla dörd barmağın itirilməsi | 45 % | 40 % |
Baş barmaq isitisna olmaqla dörd barmağın itirilməsi | 40 % | 35 % |
Xxxx barmağın itirilməsi | 10 % | 8 % |
Baş, şəhadət və xxxx barmaqlar istisna olmaqla bir barmağın tam itirilməsi | 7 % | 3 % |
Budun tam itirilməsi (yuxarı hissəsinin) | 60 % | |
Budun (aşağı hissəsinin) və ayağın tam itirilməsi | 50 % | |
Pəncənin tam itirilməsi (tibial-ayaq dirnağının ekzartikulyasiyası) | 45 % | |
Pəncənin qismən itirilməsi (topuqaltı-sümük ekzartikulyasiyası) | 40 % | |
Pəncənin qismən itirilməsi (xxxx ayaq dırnağının ekzartikulyasiyası) | 35 % | |
Pəncənin qismən itirlməsi (ayaq dırnağının arxası-ayaq dırnağının ekzartikulyasiyası) | 30 % | |
Aşağı ətrafların tam iflici (sağalmaz sinir zədəsi) | 60 % | |
Xxxxxx dizaltı oturaq sinirinin tam iflici | 30 % | |
Daxili dizaltı oturaq sinirinin tam iflici | 20 % | |
İki sinirin tam iflici (xarici və daxili dizaltı oturaq sinirləri) | 40 % | |
Budun yan hissəsinin ankilozu | 40 % | |
Dizin ankilozu | 20 % | |
Budun yan hissəsindən və ya hər iki ayağın sümüklərinin sümük maddələrinin itirilməsi (sağalmaz vəziyyəti) | 60 % | |
Fraqmentlərin əhəmiyyətli dərəcədə ayrılması və ayağın dartılması zamanı hərəkətin əhəmiyyətli dərəcədə çətinləşməsi ilə dizüstü kasalığın sümük maddəsinin itirilməsi | 40 % | |
Hərəkəti saxlamaqla dizüstü kasalığın sümük maddəsinin itirilməsi | 20 % | |
Aşağı ətrafın ən azı 5 sm qısaldılması | 30 % | |
Aşağı ətrafın 3 sm-dən 5 sm-dək qısaldılması | 20 % | |
Aşağı ətrafın 1 sm-dən 3 sm-dək qısaldılması | 10 % | |
Ayağın bütün barmaqlarının amputasiyası | 25 % | |
Baş barmaq da daxil olmaqla ayağın dörd barmağının amputasiyası | 20 % | |
Ayağın dörd barmağının tam itirilməsi | 10 % | |
Ayağın baş barmağının tam itirilməsi | 10 % | |
Pəncənin iki barmağının tam itirilməsi | 5 % | |
Baş barmaqdan başqa ayağın bir barmağının amputasiyası | 3 % |
41.10.4. Əgər fərdi qəzanın nəticələri sığorta olunmuş şəxsin həmin hadisənin baş verməsindən əvvəl mövcud olmuş hər hansı vəziyyəti və ya fiziki çatışmazlıqları səbəbindən ağırlaşarsa, həmin nəticələrə münasibətdə bu sığorta ilə həyata keçiriləcək ödəniş məbləği, belə ağırlaşmanın olmadığı hal üçün ödənilməli xxxx ağlabatan məbləğə bərabər olur.
41.10.5. Yuxarıda göstərilməyən bədən xəsarətləri nəticəsində əmək qabiliyyətinin hər hansı daimi itirilməsinə görə ödəniş sığorta olunanın məşğuliyyətinin növü nəzərə alınmadan yuxarıda göstərilmiş bədən xəsarətləri ilə müqayisədə onların ağırlıq dərəcələrinə müvafiq olaraq veriləcəkdir.
41.10.6. Bu sığortanın əhatə etdiyi bir və ya bir neçə fərdi qəzaya münasibətdə şəhadətnamə üzrə bir Sığortalanmış şəxs üçün ödənilən məbləğ bir şəxs üçün müəyyən edilmiş ümumi sığorta məbləğini aşmır.
42. Avtonəqliyyat vasitəsi üzrə sığorta ödənişinə dair əlavə tələblər
42.1. Zərərin miqdarı barədə tərəflər arasında razılıq əldə edildikdən sonra sığorta ödənişi sığortaçının seçimi əsasında aşağıdakı formalarda həyata keçirilə (ödənilə) bilər:
42.1.2. zərər məbləğinin pul şəklində faydalanan şəxsə ödənilməsi;
42.1.3. sığorta hadisəsi nəticəsində dəyən zərərin aradan qaldırılması üçün sığortalıya (sığorta olunana və ya faydalanan şəxsə) göstərilən xidmətlərin və ya satılan əşyaların dəyərinin xidmət göstərənə və ya satıcıya ödənilməsi;
42.1.4. sığorta predmeti xxxx, yaxud zərərçəkmiş üçüncü şəxsə məxsus əmlakın təmiri və ya bərpası;
42.1.5. sığorta müqaviləsində nəzərdə tutularsa, həmin müqavilədə müəyyən edilən şərtlər əsasında sığorta predmeti xxxx əmlakın dəyişdirilməsi.
42.2. Girov qoyulan əmlakın sığortası üzrə sığorta hadisəsi baş verdiyi tarixdə faydalanan şəxs xxxx girov saxlayana borclunun (girov qoyanın) borc (kredit) müqaviləsi üzrə sığorta ödənişinin verildiyi tarixə ona ödəməli olduğu məbləğdən artıq sığorta ödənişi verilə bilməz.
43. Aşağıdakı halda Sığortaçı sığorta ödənişinin verilməsini təxirə sala bilər:
43.1. Sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı sığortalı barəsində həmin hadisənin baş verməsi ilə əlaqədar inzibati xəta üzrə iş və ya cinayət işi başlanarsa, sığortaçı müvafiq sığorta ödənişinin verilib-verilməməsi barədə qərarını səlahiyyətli orqanın bu iş üzrə yekun qərarından sonra qəbul edir.
44. Ödənişdən imtinаnın əsasları
44.1. Sığortaçı sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edir:
44.1.1. sığortaçının hadisənin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması ilə əlaqədar olaraq onun mənafeləri əhəmiyyətli dərəcədə pozulduqda, habelə zərər dəymiş əmlakın ona təqdim edilməsi ilə bağlı bu qaydaların 39.1.4-cü maddəsinə riayət edilmədikdə;
44.1.2. qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyəti istisna edən hallardan başqa, sığortalının, müvafiq hallarda zərərçəkənin sığorta hadisəsinin baş verməsinə yönələn qəsdən etdiyi hərəkəti və ya hərəkətsizliyi, habelə sığorta hadisəsi ilə birbaşa səbəb əlaqəsində xxxx qəsdən cinayət törətməsi;
44.1.3. müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, hadisənin baş verməsinin səbəbi təminata istisna hesab olunan halların nəticəsi olması;
44.1.4. sığortalının sığortalanmış əmlaka dəyən zərərin qarşısını almaq və ya həcmini azaltmaq üçün lazımi və mümkün tədbirləri görmək iqtidarında olduğu halda, həmin tədbirləri qəsdən görməməsi; bu zaman sığorta ödənişindən o həcmdə imtina edilə bilər ki, sığortalı mümkün tədbirləri xxxxxx olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı;
44.1.5. sığortaçının sığorta hadisəsinin baş verməsi səbəblərini araşdırmasına sığortalı tərəfindən maneçilik törədilməsi, o cümlədən bu qaydaların 39.1.4.1-ci maddəsində müəyyən edilmiş məqsədlər üçün zəruri tədbirlərin görülməsi halları istisna olmaqla, digər hallarda əmlakın hadisə yerindən kənarlaşdırılmasının sığortaçını hadisənin səbəblərini və ya zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum etməsi;
44.1.6. bu qaydaların 44.2-ci maddəsi nəzərə alınmaqla, sığorta predmeti, sığorta hadisəsi barəsində sığortalının sığortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində sığortaçının sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması;
44.1.7. sığortalı, sığorta olunan və ya faydalanan şəxsin zərərin əvəzini tam olaraq zərər dəyməsində təqsirli xxxx şəxsdən xxxxxx; zərərvuran zərərin əvəzini qismən ödəmiş olduqda sığorta ödənişindən ödənilmiş məbləğ həcmində imtina edilir.
44.1.8. baş vermiş hadisənin qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi;
44.1.9. sığorta hadisəsinin sığorta haqqı və ya onun hər hansı bir hissəsinin qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulmuş ödənilməsi müddəti başa çatdıqdan 15 gün sonra, bu qaydaların 29.5.1-ci maddəsində nəzərdə tutulmuş halda isə sığortaçının müəyyən etdiyi müddətin başa çatmasından 3 gün sonra baş verməsi halında sığorta haqqı və ya onun müvafiq hissəsi ödənilməmiş olduqda;
44.1.10. avtonəqliyyat vasitəsinin alkoqol, narkotik və toksik sərxoşluq vəziyyətində idarə edilməsi;
44.1.11. sığorta qaydalarında nəzərdə tutulmuş digər hallarda.
44.2. Bu qaydalarınn 38.2.3-cü maddəsində nəzərdə tutulmuş məlumatların yanlışlığı sığorta müqaviləsi bağlanarkən sığortaçıya məlum olduqda və ya sığortalı yanlış məlumatların verilməsində təqsirli olmadıqda, sığortaçı sığorta ödənişinin verilməsindən imtina üçün yanlış məlumatın verilməsi faktına əsaslana bilməz.
45. Subroqasiya hüququ
45.1. Xxxxxxxxxxx hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.
45.2. Xxxxxxxxxx şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.
45.3. Xxxxxxxxxx şəxs sığorta ödənişini aldıqda, subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə xxxx bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir.
45.4. Xxxxxxxxxx şəxs zərərvuran şəxsə qarşı iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımi sənədləri sığortaçıya verməkdən imtina etdikdə, sığortaçı sığorta ödənişi verməkdən zərərvuran şəxsdən subroqasiya qaydasında ala biləcəyi məbləğ həcmində azad edilir.
45.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.
46. Tərəflərin məsuliyyəti
46.1. Bu Qaydaların şərtlərinin yerinə yetirilməməsinə yə ya lazımı qaydada yerinə yetirilməməsinə görə tərəflər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
47. İş sirlərinin gizli saxlanılması
47.1. Sığortaçı, Sığortalıya aid öyrəndiyi və ya iş prosesində öyrənəcəyi iş sirlərini gizli saxlamadığı halda Sığoratalıya dəyən maddi və ya mənəvi zərərə görə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır.
48. Mübahisələrin həlli qaydası
48.1. Bu Qaydalara əsasən bağlanmış sığorta müqaviləsindən irəli gələn bütün mübahisələr ilkin olaraq danışıqlar yolu ilə pretenziya qaydasında, tərəflər arasında razılığa gəlinmədiyi təqdirdə isə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məhkəmələr vasitəsilə həll edilir.
“PAŞA Sığorta” ASC Nəqliyyat vasitələrinin tam sığortası üzrə
tarif dərəcələrinin hesablanması və iqtisadi əsaslandırılması (Maddi ziyan, mülki məsuliyyət, bədbəxt hadisə)
Sığorta qaydalarına müvafiq olaraq sığortanın bu növü üzrə tarif dərəcəsi aşağıdakı hissələrdən ibarət olacaq: avtonəqliyyat vasitəsinə dəyən ziyan (xxxxx), avtonəqliyyat vasitələri sürücülərinin mülki məsuliyyətinin könüllü sığortası və sürücü və sərnişinlərin fərdi qəza sığortası.
Bu metodikaya əsasən sığorta olunan risk üzrə netto —dərəcə (Tn) üçün aşağıdakı düstur doğrudur:
Tn = Tə + Tr
Burada Tə — netto-dərəcəsinin əsas hissəsi, Tr — risk üstəliyidir və onlar üçün aşağıdakı bərabərliklər doğrudur (100 man sığorta məbləğinə müvafiq):
Tə = 100q Sö/S, Tr = 1,2 Tə α(E) (1-q/nq)1/2
.
Bu düsturlardakı parametrlərin aşağıdakı mənaları vardır:
q — bir sığorta müqaviləsi üzrə sığorta hadisəsinin baş verməsi ehtimalı; Sö - bir sığorta müqaviləsi üzrə xxxx sığorta ödənişi;
S - bir sığorta müqaviləsi üzrə xxxx sığorta məbləği; n — gözlənilən müqavilələrin sayı
α (E) — nın E-xxx (E-təhlükəsizliyin təminatı adlanır və yığılan sığorta haqlarının sığorta hadisələri üzrə sığorta ödənişlərinin verilməsinə riayət etməsi üçün tələb olunan ehtimaldır) xxxxx xxxx qiymətləri aşağıdakı cədvəldən götürülür:
Cədvəl 1.
i | 0,04 | 0,38 | 0,95 | 0,98 | 0,9986 |
α (E) | 1,0 | 1,3 | 0,645 | 2,0 | 3,0 |
Avtonəqliyyat vasitəsinə dəyən ziyan (xxxxx)
Sığortanın bu növü üzrə sığorta hadisəsinin baş verməsi ehtimalı q = 0,028 Xxxx sığorta məbləği S = 30 000 manat
Ödəmənin xxxx məbləği Sö = 5 000 manat Müqavilənin sayı - 200
Onda netto-dərəcənin əsas hissəsi üçün 100qSö/So
Tö=100*0,028*5 000 / 30 000 = 0,46 (manat)
Risk üstəliyi üçün isə:
E = 0,90, α(E) = 1,3
Tr = 1,2 . 0,028 . 1,3. (1-0,028 / 200.0,028)1/2 = 0,02 man almış olarıq.
Bu sığorta təminatı üzrə netto-dərəcə üçün
Tn = Tö + Tr = 0,46 + 0,02 = 0,48 manat alarıq
Avtonəqliyyat vasitələri sürücülərinin mülki məsulliyətinin könüllü sığortası
Sığortanın bu növü üzrə sığorta hadisəsinin baş verməsi ehtimalı q = 0,036 Xxxx sığorta məbləği S = 100 000 manat
Ödəmənin xxxx məbləği Sö = 20 000 manat Müqavilələrin sayı = 350
Tö = 100*0,036*20 000 / 100 000 = 0,72 (manat)
Risk üstəliyi üçün isə:
E = 0,90, α(E) =1,3
Tr = 1,2 . 0,036 . 1,3. (1-0,036 / 350.0,036)1/2 = 0,015 man almış olarıq.
Buradan netto-dərəcə: Tn = Tö + Tr = 0,72+0,015=0,735 manat
Sürücü və sərnişinlərin fərdi qəza sığortası
Sığorta təminatının ölçüsü bədbəxt hadisə nəticəsində alınan zədələrin ağırlığından asılı olaraq sığorta məbləğinin aşağıdakı faizlərini təşkil edir:
1. Ölüm halında — 100%
2. Bədən xəsarətinin nəticəsi olaraq əmək qabiliyyətinin daimi ümumi itirilməsi:
a) Bir və ya hər iki ətrafların (ayaq, pəncə və ya bilək) itirilməsi 100
b) Hər iki gözdə görmə qabiliyyətinin itirilməsi 100
3. Çarpayıda və ya əlil arabasında qalmalı xxxx iflic 100
4. Xxx xxxx pozğunluq 100
5. Nitqin tam itirilməsi 75
6. Hər iki qulaqda eşitmə qabiliyyətinin tam itirilməsi 75
7. Bir gözün görmə qabiliyyətinin tam itirilməsi 50
8. Bir qulaqda eşitmə qabiliyyətinin tam itirilməsi 50
9. Budun və ya çiynin tam hərəkətsizliyi 40
10. Dizin, dirsəyin və ya biləyin tam hərəkətsizliyi 25
11. Əlin baş barmağının itirilməsi 10
12. Əlin şəhadət barmağının itirilməsi 5
13. Əlin hər hansı digər barmağının itirilməsi 2
14. Ayağın baş barmağının itirilməsi 10
15. Ayağın hər hansı digər barmağının itirilməsi 3
Bu halda biz asılı hadisələr ehtimal modeli ilə rastlaşırıq. A hadisəsi — sığorta hadisəsi sayıla-biləcək yol-qəza və B — yol-qəza hadisəsi zamanı yuxarıda sadalanan hadisələrdən birinin baş verməsi ehtimalı. Ehtimalların hasili teoreminə əsasən iki hadisənin hasili birinci hadisənin ehtimalının digərinin şərti ehtimalı ilə hasilinə bərabərdir: P (AB) = P(A) . P(B/A)
P(B/A) | P(AB) | |
Ölüm halında | 0,0030 | 0,000084 |
Bir və ya hər iki ətrafların (ayaq, pəncə, əl və ya bilək) itirilməsi | 0,0052 | 0,0001456 |
Hər iki gözdə görmə qabiliyyətinin tam itirilməsi | 0,0006 | 0,0000168 |
Çarpayıda və ya əlil arabısında qalmalı xxxx iflic | 0,005 | 0,00014 |
Xxx xxxx pozğunluq | 0,00068 | 0,00002 |
Nitqin tam itirilməsi | 0,0008 | 0,000022 |
Əldə xxxx statistikaya görə: P (A) = 0,028
Hər iki qulaqda eşitmə qabiliyyətinin tam itirilməsi | 0,0005 | 0,000014 |
Bir gözün görmə qabiliyyətinin tam itirilməsi | 0,007 | 0,00002 |
Bir qulaqda eşitmə qabiliyyətinin tam itirilməsi | 0,0025 | 0,00007 |
Budun və ya çiynin tam hərəkətsizliyi | 0,16 | 0,0045 |
Dizin, dirsəyin və ya biləyin tam hərəkətsizliyi | 0,048 | 0,0014 |
Əlin baş barmağının itirilməsi | 0,002 | 0,000056 |
Əlin şəhadət barmağının itirilməsi | 0,0004 | 0,0000112 |
Əlin hər hansı digər barmağının itirilməsi | 0,06 | 0,002 |
Ayağın baş barmağının itirilməsi | 0,00034 | 0,0001 |
Ayağın hər hansı digər barmağının itirilməsi | 0,05 | 0,0014 |
Bu halda yuxarıdakı komponentlərin hamısı üzrə ümumi netto-dərəcəsinin əsas hissəsi üçün alarıq:
Tə = (0,000084+0,0001456+0,0000168+0,00014+0.00002)*1+(0,000022+0,000014)*0,75 + (0,00002+0,0007)*0,5+0,0045*0,4+0,0014*0.25+(0,000056+0,0001)*0,1+ 0,0000112*0,002*0,02+0,0014*0,03=0,0027(0,27%)
Risk üstəliyi üçün
Tr = 1,2 . Tə. α(E) . (1-q/nq)1/2 düsturu götürülmüşdür
Bu hadisələr asılı olmadıqlarından, ümumiyyətlə sığorta hadisəsinin baş verməsi ehtimalı yuxarıda sadalanan ehtimalların cəmindən ibarət olub q = 0,01 ədədinə bərabərdir.
Hesabat üçün n=100, E=0,90 və α =1,3 götürülmüşdür:
Ümumi netto-dərəcə
Tn=Tə + Tr = 0,27 + 0,41 = 0,68 manat olur
Beləliklə, bütövlükdə üç təminat növü üzrə birgə netto-dərəcə 0,48 + 0,7354 + 0,68 = 1,90 man olur
Tarif dərəcəsinin strukturu: netto-dərəcə-50%, yüklənmə-50%. O cümlədən işlərin aparılması xərcləri-44%, məcburi ödəmələr – 0.3%, tariff mənfəəti – 5.7%
Brutto-dərəcə üçün məlumat Tb=Tn/(1-f) düsturundan istifadə etməklə Tb=3,8 manat alırıq.
Sığortaçının bu tariflərə, sığorta riskinin dərəcəsini müəyyən etməyə əhəmiyyətli təsiri xxxx şəraitlə bağlı müəyyən düzəlişlər etmək hüququ vardır.