Q A Y D A L A R
Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin
28 iyun 2019-cu il tarixli qərarı ilə təsdiq edilmişdir.
Xxxxxx yardım göstərilən şəxs tərəfindən vəkilə ödənilən xidmət haqqının nağdsız qaydada ödənilməsi barədə
Q A Y D A L A R
I.Ümumi müddəalar
1.1. “Hüquqi yardım göstərilən şəxs tərəfindən vəkilə ödənilən xidmət haqqının nağdsız qaydada ödənilməsi barədə Qaydalar” (bundan sonra – bu Qaydalar) vəkilə müştəri tərəfindən ödənilən xidmət haqqının nağdsız qaydada ödənilməsi ilə bağlı məsələləri tənzimləyir.
1.2. Bu Qaydaların məqsədi vəkillərin maliyyə hesabatlılığının şəffaflaşdırılması
yolu ilə vəkillik fəaliyyətinin səmərəli təşkilindən ibarətdir.
1.3. Bu Qaydalar “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun, Azərbaycan Respublikası Vergi Məcəlləsinin, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 4 oktyabr tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində POS- terminalların quraşdırılması, istifadəsi və tətbiqi Qaydaları”nın, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2012-ci il 10 iyul tarixli 16/3 nömrəli qərarı ilə təsdiq edilmiş “Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları”nın, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2013-ci il 17 sentyabr tarixli 19/1 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında nağdsız hesablaşmalar və pul köçürmələri haqqında Təlimat”ın və digər hüquqi aktların tələbləri nəzərə alınmaqla hazırlanmışdır.
1.4. Bu Qaydalarda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.4.1. Müştəri – vəkil ilə “Hüquqi yardımın göstərilməsi haqqında Müqavilə”ni imzalayan, hüquqi yardım göstərilən şəxs və ya müraciət edən şəxsdir;
1.4.2. Bank – “Banklar haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq fəaliyyət göstərən və vəkil qurumunun və ya fərdi qaydada fəaliyyət göstərən vəkilin bank hesabının olduğu bankdır;
1.4.3. POS-terminal – ödəniş kartı vasitəsilə əməliyyatların aparılması üçün nəzərdə tutulmuş avadanlıqdır;
1.4.4. Nağdsız hesablaşma - ödəniş terminalları ilə və ya birbaşa nağd qaydada, habelə bir şəxsin bank hesabından vəkil qurumunun, habelə fərdi qaydada fəaliyyət göstərən vəkilin bank hesabına köçürülməklə həyata keçirilən hesablaşmadır;
1.4.5. Ödəniş kartı - nağdsız ödənişlərin aparılması üçün istifadə edilən ödəniş alətidir;
1.4.6. Xidmət haqqı - “Hüquqi yardımın göstərilməsi haqqında Müqavilə” ilə müəyyən edilmiş və vəkilə ödənilən qonorarın məbləğidir;
1.4.7. Müqavilə - “Hüquqi yardımın göstərilməsi haqqında Müqavilə”dir.
1.4.8. Vəkil ofisi – vəkil qurumunun fəaliyyət göstərdiyi inzibati bina (qeyri-yaşayış sahəsi) və ya fərdi qaydada fəaliyyət göstərən vəkilin yerləşdiyi yerdir (bina, qeyri-yaşayış sahəsi və s).
II.Müştəri ilə vəkil qurumu və vəkil arasındakı münasibətlər və ödənişlərin aparılması
2.1. Müştəri ilə vəkil qurumu və vəkil arasındakı münasibətlər yalnız müqaviləyə əsaslanır. Müştəri kateqoriyasına fiziki və hüquqi şəxslər, dövlət orqanları, idarə və təşkilatlar (müəssisələr), beynəlxalq təşkilatlar və müqavilə bağlamaq qabiliyyətinə (imkanına) xxxxx xxxx digər şəxslər daxildir.
2.2. Vəkil tərəfindən göstərilən hüquqi yardım üzrə haqqın ödənilməsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir.
2.3. Vəkillik fəaliyyəti ilə məşğul olmaq üçün yaradılmış qurumun əməkdaşı xxxx vəkilin və ya fərdi qaydada fəaliyyət göstərən vəkilin xidmət haqqının məbləği vəkilin yardımından istifadə edən şəxs və onu vəkil yardımı ilə təmin edən qurum və ya fərdi qaydada fəaliyyət göstərən vəkil arasında bağlanmış, göstərilən yardımın və xidmət haqqının məbləğini və şərtlərini əks etdirən müqavilə əsasında ödənilməlidir.
2.4. Hüquqi yardımın göstərilməsinə görə ödənilən xidmət haqqının məbləğinin təyin edilməsi bu yardımı göstərən tərəfin müstəsna hüququdur və yalnız tərəflərin razılığı ilə tənzimlənir.
2.5. Müştəri vəkil qurumunda müvafiq qaydada vəkil qurumu və vəkillə və ya fərdi qaydada fəaliyyət göstərən vəkillə müqavilə bağladıqda, müqavilədə göstərilən xidmət haqqını müştəri nağdsız hesablaşma qaydasında və öz istəyindən asılı olaraq aşağıdakı formalardan biri vasitəsilə ödəyə bilər:
2.5.1. Vəkil qurumunda və ya fərdi qaydada fəaliyyət göstərən vəkilin ofisində mövcud xxxx POS-terminal vasitəsilə ödəniş kartı ilə;
2.5.2. Vəkil qurumunun və ya fərdi qaydada fəaliyyət göstərən vəkilin bank hesabına
ödəniş edilməsi yolu ilə;
2.5.3. Digər ödəniş sistemi vasitəsilə.
2.6. Müştəri POS-terminal vasitəsilə xidmət haqqını ödəmək istədikdə, müştəri tərəfindən ödəniş kartı vasitəsilə edilən ödənişlə əlaqədar ona həmin avadanlığın çap etdiyi ödəniş qəbzinin (məcburi rekvizitləri əks etdirən qəbzin) bir nüsxəsi verilir. POS-terminal vasitəsilə verilən qəbzin digər nüsxəsi müqaviləyə əlavə edilib saxlanılır. Həmin qəbzin nüsxəsi müştəri tərəfindən imzalanmalı və üzərinə müştəri tərəfindən onun adı, soyadı və ata adı yazılmalı və vəkil qurumunun və ya fərdi qaydada fəaliyyət göstərən vəkilin möhürü ilə təsdiqlənir.
2.7. Ödəniş qəbzi müştərinin müqavilədə göstərilən məbləğin onun tərəfindən ödənilməsini təsdiq edən sənəddir.
2.8. Müştəri bank vasitəsilə xidmət haqqını ödəmək istədikdə, müştəri tərəfindən xidmət haqqının banka ödənildiyini təsdiq edən mədaxil qəbzi (ödəniş sənədi) vəkil qurumuna və ya vəkilə təqdim edilir. Mədaxil qəbzinin (ödəniş sənədinin) surəti müqaviləyə əlavə edilib saxlanılır. Müştəri mədaxil qəbzinin əslini bilavasitə vəkil qurumunun müvafiq vəzifəli şəxsinə və vəkilə göstərməlidir. Bankın müştəriyə təqdim etdiyi mədaxil qəbzi (ödəniş sənədi) müştərinin müqavilədə göstərilən məbləğin (qonorarın) onun tərəfindən ödənilməsini təsdiq edən sənəddir.
2.9. Müştəri digər ödəniş sistemi vasitəsilə xidmət haqqını ödəmək istədikdə, müştəri tərəfindən xidmət haqqının həmin sistem vasitəsilə ödənildiyini təsdiq edən qəbzi (ödəniş sənədini) vəkil qurumuna və ya vəkilə təqdim edilir. Ödəniş sənədinin surəti müqaviləyə əlavə edilib saxlanılır. Müştəri ödəniş sənədinin əslini (əsli olmadıqda surətini) bilavasitə vəkil qurumunun müvafiq vəzifəli şəxsinə və vəkilə göstərməlidir. Ödəniş sənədi müştərinin müqavilədə göstərilən məbləğin (qonorarın) onun tərəfindən ödənilməsini təsdiq edən sənəddir.
III. Vəkil qurumunun və ya fərdi qaydada fəaliyyət göstərən vəkilin nağdsız hesablaşmalarla bağlı tədbirləri
3.1. Bu Qaydaların 3.2-ci bəndi nəzərə alınmaqla, vəkil qurumu və ya fərdi qaydada fəaliyyət göstərən vəkil müştərinin nağdsız hesablaşma yolu ilə müqavilə üzrə xidmət haqqını ödəməsi üçün aşağıdakı tədbirləri həyata keçirir:
3.1.1. Vəkil ofisində POS-terminal(lar)ın quraşdırılmasını və onun işlək vəziyyətdə saxlanılmasını təmin edir;
3.1.2. Xidmət haqqını birbaşa xxxxxx yerləşən hesaba ödəmək istəyən müştəriyə
bankın yeri, ünvanı, bank rekvizitləri barədə ətraflı məlumatın verilməsini təmin edir;