Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Gürcüstanın Səhiyyə və Sosial Müdafiə Nazirliyi arasında əmək
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Gürcüstanın Səhiyyə və Sosial Müdafiə Nazirliyi arasında əmək
və əhalinin sosial müdafiəsi sahəsində əməkdaşlıq haqqında SAZİŞ
Bundan sonra «Tərəflər» adlandırılacaq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi və Gürcüstanın Səhiyyə və Sosial Müdafiə Nazirliyi
əmək və əhalinin sosial müdafiəsi sahəsində Tərəflər arasında əməkdaşlıq və dostluq münasibətlərinin inkişafına maraqlı olduqlarını nəzərə alaraq,
bu cür ikitərəfli əməkdaşlığın iqtisadi və sosial inkişafın həvəsləndirilməsinə xidmət edəcəyini dərk edərək,
əmək və əhalinin sosial müdafiəsi sahəsində ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə yönəldilmiş bütün birgə niyyətlərin qarşılıqlı dəstəklənməsinə səy göstərərək,
aşağıdakılar barədə razılığa gəldilər:
M a d d ə 1
Tərəflər əmək və əhalinin sosial müdafiəsi sahəsində əməkdaşlığı inkişaf etdirəcək və genişləndirəcəklər.
M a d d ə 2
Tərəflər arasında əməkdaşlıq aşağıdakı istiqamətlərdə həyata keçiriləcəkdir:
a) əmək və əhalinin sosial müdafiəsi problemlərinin hüquqi tənzimlənməsi;
b) insan ehtiyatlarının inkişafı, məşğulluq sahəsində təşəbbüslərin dəstəklənməsi, əməkçi miqrantların məşğulluğunun tənzimlənməsi;
c) sosial-əmək münasibətləri, o cümlədən onların qanuni tənzimlənməsi, əməyin təftişi;
d) sosial sığorta, işsizlikdən sığorta, istehsalatda bədbəxt hadisələrdən sığorta.
M a d d ə 3
Tərəflər əməkdaşlığın aşağıdakı formalarını həyata keçirəcəkdir:
a) əmək və sosial müdafiəyə aid xxxx qanunvericilik və normativ sənədlərin mübadiləsi;
b) Tərəflərin ekspertləri arasında məsləhətləşmələr;
c) Tərəflərin ərazisində keçiriləcək konfranslar, seminarlar və digər beynəlxalq tədbirlərdə Tərəflərin ekspertlərinin iştirakı;
d) digər Tərəfin dövlət idarələrində təcrübə keçirilməsi;
e) müvafiq dövlət orqanları işçilərinin ixtisas səviyyəsinin artırılması;
f) əmək və sosial müdafiə sahəsinə aid məsələlər üzrə beynəlxalq forumlarda qarşılıqlı fəaliyyət və dəstək.
M a d d ə 4
Tərəflər, zəruri halda, müvafiq səviyyədə növbə ilə Tərəflərdən birində görüşlərin təşkil olunması haqqında razılığa gəldilər. Bu görüşlərin keçirilməsi zamanı hazırki Sazişin həyata keçirilməsinin predmeti xxxx məsələlər müzakirə olunacaqdır.
M a d d ə 5
Bu Sazişin maliyyə təminatı Tərəf üçün qarşılıqlı faydalı şərtlər əsasında həyata keçiriləcəkdir.
M a d d ə 6
Tərəflər qarşılıqlı razılıq əsasında bu Sazişə zəruri əlavələr və dəyişikliklər edə bilərlər.
M a d d ə 7
Bu Saziş Tərəflərin onun qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurları yerinə yetirmələri barədə son yazılı bildirişin alındığı tarixdən qüvvəyə minir.
Bu Saziş beş il müddətinə bağlanılır. Əgər Tərəflərdən biri müvafiq müddətin başa çatmasına üç ay qalmış bu Sazişə xitam vermək niyyəti barədə digər Tərəfə yazılı bildiriş verməzsə, onun müddəti avtomatik olaraq növbəti iki illik müddətlərə uzadılır.
Tbilisi şəhərində 22 mart 2000-ci il tarixində hər biri Azərbaycan, gürcü və rus dillərində olmaqla iki nüsxədə imzalanmışdır, həmçinin bütün mətnlər eyni qüvvəyə malikdir. Bu Sazişin müddəalarının təfsiri zamanı fikir ayrılığı yaranarsa, rus dilində xxxx mətn əsas götürüləcəkdir.