DƏYİŞDİRMƏ (BARTER) MÜQAVİLƏSİ
DƏYİŞDİRMƏ (BARTER) MÜQAVİLƏSİ
Bakı şəhəri «__» __________20___ il
Bir
tərəfdən «Birinci Şirkət» (sonradan «Tərəf
1»
adlandırılır), Nizamnamə əsasında fəaliyyət göstərən
Şirkətin Direktoru ______________________şəxsində,
və
digər tərəfdən «İkinci Şirkət» (sonradan «Tərəf
2»
adlandırılır), Nizamnamə əsasında fəaliyyət göstərən
Şirkətin Direktoru __________________ şəxsində,
bundan sonra «Tərəflər»
bu Müqaviləni aşağıdakılar barəsində bağladılar:
MÜQAVİLƏNİN PREDMETİ
«Tərəf 1» aşağıdakı xxxxxxx(xidmətləri) «Tərəf 2»-yə təqdim etməyi öz öhdəsinə götürür:
Ümumi dəyəri _______________________(hərif ilə) manat məbləğində xxxx xxxxxx (xidmətlər)
«Tərəf 2» aşağıdakı xxxxxxx(xidmətləri) «Tərəf 1»-yə təqdim etməyi öz öhdəsinə götürür:
Ümumi dəyəri _______________________(hərif ilə) manat məbləğində xxxx xxxxxx (xidmətlər)
Tərəflər bir-birlərinə təqdim edilmiş malların yeni və standartlara uyğun olmasına zəmanət verirlər
MALLARIN (XİDMƏTLƏRİN) ÇATDIRILMA QAYDALARI
Mallar qəbul edən tərəfin yerləşdiyi yerdə təqdim edilir. Bu andan etibarən mülkiyyətin təhvil verilməsi və çatdırılma öhdəliyi yerinə yetirilmiş hesab olunur.
Çatdırılma qəbul edən tərəfin hesabına həyata keçirilir.
ÇATDIRILMA VƏ TƏQDIM ETMƏ TARİXLƏRİ
Tərəf 1 xxxxxxx Tərəf 2 19.02.2021 tarixinə kimi çatdırmağı öhdəsinə götürür.
Tərəf 2 xxxxxxx Tərəf 1 19.02.2021 tarixinə kimi çatdırmağı öhdəsinə götürür.
DİGƏR ŞƏRTLƏR
Tərəflər bu müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsinə görə qarşılıqlı məsuliyyət daşıyırlar.
Bu müqaviləyə edilən bütün düzəlişlər və əlavələr yalnız yazılı şəkildə göstərildiyi və hər iki tərəf tərəfindən imzalanmış olduğu təqdirdə etibarlı hesab edilirlər.
Heç bir tərəfin müqavilə üzrə öhdəliklərini və hüquqlarını digər tərəfin yazılı razılığı olmadan üçüncü bir şəxsə vermək hüququ yoxdur.
Hazırki müqavilə 2 (iki) nüsxədə imzalanıb və imzalanmış nüsxələr eyni hüquqi qüvvəyə malikdir. Tərəflərin hər birində bir nüsxə saxlanılır.
QARŞISIALINMAZ QÜVVƏ (FORCE MAJEURE)
Tərəflərin iradəsindən asılı olmayan, qabaqcadan nəzərdə tutulması və məntiqə uyğun ehtiyatlılıq şəraitində rəf edilməsi mümkün olmayan qarşısıalınmaz qüvvə (hərbi əməliyyatlar, fövqəladə hallar, hökumətin qərarları, mülki iğtişaşlar, mühasirə, zəlzələ, yanğın, daşqın və s. kimi hadisələr) ortaya çıxdığı təqdirdə Tərəflər üzərinə götürdükləri öhdəliklərin yerinə yetirilməməsinə görə məsuliyyət daşımırlar.
Öhdəlikləri yerinə yetirmək imkanı olmayan Tərəf bu barədə yazılı akt tərtib edir və digər tərəfi dərhal yaranmış şərait, onun nəzərdə tutulan davamlığı və sona çatması müddəti barədə məlumat verir.
MÜBAHİSƏLƏRİN HƏLL EDİLMƏSİ
Tərəflər arasında meydana gələn fikir ayrılığı və ya mübahisələr, bir qayda olaraq, danışıqlar vasitəsi ilə həll edilir.
Tərəflər arasında meydana gələn mübahisələr danışıqlar vasitəsi ilə həll edilməzsə, Azərbaycan Respublikasının qüvvədə xxxx qanunvericiliyinə müvafiq olaraq məhkəmə qaydasında baxılacaq.
TƏRƏFLƏRİN ÜNVANLARI, İMZALARI VƏ BANK REKVİZİTLƏRİ
7.1.
«Tərəf
1»: «Birinci Şirkət»
7.2.
« Tərəf 2»: «İkinci Şirkət»
«Tərəf
1»: «Birinci Şirkət» _________________________ (M.Y.)
« Tərəf 2»: «İkinci Şirkət» _________________________ (M.Y.)