ÜÇÜNCÜ ŞƏXSLƏR QARŞISINDA MÜLKİ MƏSULİYYƏT SIĞORTASININ QAYDALARI
ÜÇÜNCÜ ŞƏXSLƏR QARŞISINDA MÜLKİ MƏSULİYYƏT SIĞORTASININ QAYDALARI
ÜMUMİ MÜDDƏALAR
Bu qaydalar Azərbaycan Respublikası Mülki Məcəlləsinə və sığorta ilə bağlı müvafiq qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır.
1. SIČORTA TƏMİNATININ ƏHATƏ DAİRƏSİ
Bu sığorta qaydaları ilə sığortaçı sığorta şəhadətnaməsinin qüvvədə olduğu müddət ərzində baş verən sığorta hadisəsi nəticəsində üçüncü şəxslərin həyatına, sağlamlığına və əmlaklarına dəyən itki və ziyanlara dəyməsinə görə sığortalının üçüncü şəxslər qarşısında məsuliyyətinə, ona qarşı irəli sürülən iddia və tələblərə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq təminat verir.
Sığortalı hüquqi şəxsdirsə, sığortalının işçilərinin, vəzifəli şəxslərinin, həmçinin etibarnamə və vəzifə təlimatlarına əsasən onun adından çıxış edən digər şəxslərin hərəkətləri də sığortalının hərəkətlərinə aid edilir.
2. SIČORTANIN ƏRAZİSİ VƏ SIČORTA SİNİFİ
2.1 Sığorta, Azərbaycan Respublikası ərazisində qüvvədədir.
2.2 Bu qaydalar ilə müəyyən olunmuş sığorta növü ümumi mülki məsuliyyətinin sığortası sinfinə aiddir.
3. ƏLAVƏ SIČORTA HAQQI MÜQABİLİNDƏ SIČORTA TƏMİNATINA DAXİL EDİLƏN ZƏRƏRLƏR
Sığortalı mülkiyyət sahibi və ya işin icraçısı kimi təmsil edilmişdirsə, sığorta şəhadətnaməsində onun daşınmaz mülkiyyətində xxxx əmlak kimi qeyd olunmuş və yaxud görülən iş zamanı istifadə olunan liftin və ya montaj avadanlıqlarının üçüncü şəxslərə vuracağı itki və ziyanlar əlavə sığorta haqqı müqabilində sığorta təminatına daxil edilə bilər.
4. SIČORTA TƏMİNATINA DAXİL OLMAYAN ZƏRƏRLƏR (İSTİSNALAR)
Aşağıda göstərilən hallar nəticəsində ortaya çıxan itki və ziyanlarla bağlı tələblər sığorta təminatına daxil edilmir:
4.1 Qəsdən və ya şüurlu hərəkətlər;
4.2 Hər hansı bir müqavilənin şərtlərinə və ya xüsusi anlaşmaya əsaslanaraq sığortalının qanuni məsuliyyət həddini aşması;.
4.3 Sığorta hadisəsi zamanı sığortalıya xidmət göstərən və ya əmək müqaviləsi ilə xxxxx xxxx şəxslər, həmçinin sığortalının ailə üzvləri tərəfindən irəli sürülən tələblər.
4.4 Bu maddəyə görə sığortalının həyat yoldaşı, valideynləri və onların övladları
(sığortalının övladlığa götürdüyü şəxslər və onu övladlığa götürən şəxslər də daxil olmaqla) sığortalı ilə bir yerdə yaşayan qardaş-bacıları, kürəkənləri, gəlinləri və onun himayəsində xxxx digər qohumları, sığortalının həyat yoldaşının valideynləri və övladları qardaş və bacıları sığortalının ailə üzvü sayılır.
4.5 Sığortalı hüquqi şəxsdirsə, onun qeyri-məhdud məsuliyyətli səhimdarları və onların yuxarıda göstərilən ailə üzvləri tərəfindən irəli sürülən tələblər də sığorta təminatına daxil edilmir;
4.6 Mühərrikli nəqliyyat vasitələri və onlara qoşulan yedəklər, mühərrikli velosipedlərin (mopedlərin) və hər növ hava nəqliyyat vasitələrini idarə edənlər və ya sahiblərinə qarşı irəli sürülən tələblər;
4.7 Məşqlər də daxil olmaqla, avtomobil, motosiklet, velosiped, dəniz nəqliyyat vasitələri ilə bağlı yarışlarda, at, boks, güləş üzrə yarış və müsabiqələrdə iştirak ilə əlaqədar itki və ziyanlar;
4.8 Müharibə, üsyan, iğtişaş, tətil və bunların yatırılması və ya qarşısının alınması məqsədilə keçirilən inzibati və ya hərbi tədbirlər;
4.9 Zəlzələ, sel, su basması, qar uçqunu, vulkan püskürməsi, partlayış, yanğın, duman, his, buxar, su, çürümə və ya rütubətin nəticəsi;
4.10 Üçüncü şəxslərə aid olub sığortalının ailə üzvlərinə, işçilərinə borc, kirayə, mühafizə, təmir, istifadə və ya hər hansı bir başqa məqsəd üçün verilmiş, onların nəzarətləri altında xxxx mallarla əlaqədar;
4.11 Sığortalı, onun işçiləri və yaxud sığortalının adından çıxış etməyə səlahiyyəti xxxx şəxslər tərəfindən emal və ya istifadə edilən, əşyalara və ya bu əşyalarla funksional əlaqəsi xxxx texniki cihaz və qurğulara işin qüsurlu aparılması ilə əlaqədar dəyən itki və ziyanlar;
4.12 Sığortalının işçilərinin çalışdıqları bina və əraziyə vurduqları itki və ziyanlar.
5. SIČORTANIN MÜDDƏTİ, TƏMİNATIN BAŞLANMASI VƏ SONA ÇATMASI Sığorta, əgər sığorta şəhadətnaməsində başqa hal nəzərdə tutulmayıbsa, sığorta
şəhadətnaməsində göstərilmiş başlanma və sona çatma tarixlərində saat 24:00-da başlayır və saat 24:00-da xxxx xxxxx.
6. SIGORTA HAQQININ ÖDƏNİLMƏSİ VƏ SIČORTA MÜQAVİLƏSİNİN QÜVVƏYƏ MİNMƏSİ
6.1 Sığorta haqqının bütövlükdə və ya hissələrlə ödənilməsi razılaşdırıla bilər. Sığorta haqqı (sığorta haqqının birinci hissəsi) sığorta şəhadətnaməsi təqdim olunan zaman, (qalan hissələr isə sığorta şəhadətnaməsində göstərilən tarixlərdə) ödənilməlidir.
6.2 Sığorta haqqı (onun birinci hissəsi) sığorta şəhadətnaməsi təqdim olunan zaman ödənilməsə, sığortaçı sığorta ilə əlaqədar heç bir məsuliyyət daşımır və bu şərt sığorta şəhadətnaməsində qeyd olunmalıdır.
6.3 Sığorta haqqının hissələrlə ödənilməsi razılaşdırıldığı halda, sığorta hadisəsi baş verdiyi zaman ödənilməli xxxx bütün hissələr sığorta ödənişindən bir dəfəyə çıxılır
və bu şərt sığorta şəhadətnaməsinində qeyd olunmalıdır.
6.4 Sığorta haqqının hissələrlə ödənilməsi razılaşdırıldığı hallarda, hissələrdən hər xxxxx xxxx şəhadətnamədə göstərilən vaxtda ödənilməzsə, sığortaçı həmin hissənin 1 ay müddətində ödənilməsini, əks təqdirdə sığorta şəhadətnaməsinin ləğv ediləcəyini sığortalının ona bildirmiş olduğu son yaşayış ünvanına sifarişli məktubla bildirir. Sığorta haqqı borcu bu müddət ərzində də ödənilməzsə, sığorta şəhadətnaməsi ləğv edilmiş hesab olunur. Ləğvetmənin hüquqi qüvvə qazandığı tarixə qədər keçən müddətin sığorta haqqı gün hesabı ilə hesablanır və artıq qalan məbləğ sığortalıya qaytarılır.
6.5. Əgər sığorta şəhadətnaməsində sığorta haqqının (birinci hissəsinin) ödənilməsinə qədər sığorta şəhadətnaməsinin qüvvəyə minməsi nəzərdə tutulmuşdursa, sığorta haqqı (birinci hissə) sığorta şəhadətnaməsi qüvvəyə mindiyi andan 15 gün ərzində ödənilməlidir.
Sığorta haqqı (birinci hissə) göstərilən müddət ərzində sığortaçıya ödənilməzsə, sığorta şəhadətnaməsi qüvvəsini itirir.
Üçüncü şəxslər qarşısında mülki məsuliyyətin sığortası müqaviləsi üzrə sığorta məbləği tərəflərin razılığı ilə sığorta müqaviləsində müəyyən olunur.
8. SIČORTALININ SIČORTA MÜQAVİLƏSİ BAČLANAN ZAMAN MƏLUMAT VERMƏK VƏZİFƏLƏRİ
8.1 Sığorta müqaviləsi bağlanarkən sığortalı sığorta riskinin müəyyən olunması və sığorta haqqının hesablanması üçün zəruri və ona məlum xxxx bütün halları və məlumatları sığortaçıya bildirməlidir.
Sığortalının bildirdiyi məlumatların yanlış və ya yarımçıq olması hallarında:
8.1.1 Sığortalının bu hərəkəti qəsdən etdiyi müəyyən olarsa, sığortaçı vəziyyəti öyrəndiyi tarixdən etibarən 1 ay ərzində sığorta şəhadətnaməsini ləğv edə bilər və sığorta hadisəsi baş verərsə, ödəniş verməz. Belə xxxx xxxxx sığortaçı ödənilmiş sığorta haqqını qaytarmaya bilər;
8.1.2 Sığortalının bu hərəkəti qəsdən etmədiyi müəyyən olunarsa, sığortaçı vəziyyəti öyrəndiyi tarixdən etibarən 1 ay ərzində sığorta şəhadətnaməsini ləğv edə bilər və ya sığorta şəhadətnaməsinin şərtlərini dəyişdirə, yaxud əlavə sığorta haqqı almaqla sığorta şəhadətnaməsini qüvvədə saxlaya bilər.
8.1.3 Əgər sığortalı şəhadətnamənin şərtlərinin dəyişdirilməsinə və ya əlavə sığorta haqqının ödənilməsinə razı olmazsa, sığorta şəhadətnaməsi bu dəyişikliyin baş verdiyi andan etibarsız sayılır.
8.1.4 Sığortaçı tərəfindən həyata keçirilən ləğv etmə onun bu haqda sığortalıya sifarişli məktubla məlumat göndərdiyi tarixdən etibarən 15 iş günündən sonra saat 24.00-da qüvvəyə minir;
8.2 Vaxtında istifadə olunmayan ləğvetmə və ya əlavə sığorta haqqı tələb etmək hüququ qüvvədən düşür;
8.3 Sığortalının hərəkətinin qəsdən edilmədiyi hallarda, əgər sığorta hadisəsi sığortaçı vəziyyəti öyrənməmişdən əvvəl və ya sığortaçının sığorta şəhadətnaməsinin ləğv olunmasını tələb edə biləcəyi müddət ərzində və yaxud şəhadətnamə ləğv edilmiş hesab olunana qədər keçən müdət ərzində baş verərsə sığortaçı, ödənişi ödənilən sığorta haqqı ilə ödənilməli xxxx sığorta haqqı arasındakı nisbət həcmində azalda bilər.
9. SIČORTA MÜDDƏTİ ƏRZİNDƏ SIČORTALININ MƏLUMAT VERMƏK VƏZİFƏLƏRİ
9.1 Sığorta şəhadətnaməsi imzalandıqdan sonra sığortalanmış risk ilə bağlı sığortalının bildirdiyi hallarda dəyəşiklik baş verərsə, o, sığorta hadisəsinin baş verməsi ehtimalına təsir edə bilən və ona məlum xxxx bütün dəyişikliklər haqqında sığortaçıya ən geci 3 gün ərzində məlumat verməlidir.
9.2 Sığortaçı dəyişikliyi öyrəndiyi tarixdən etibarən 8 gün ərzində sığorta şəhadətnaməsini ləğv edə bilər, şərtlərini dəyişdirə və ya əlavə sığorta haqqı tələb etməklə sığorta şəhadətnaməsini qüvvədə saxlaya bilər.
9.3 Sığortalı, 8 gün ərzində tələb edilən əlavə sığorta haqqını ödəməyəcəyini bildirdiyi təqdirdə sığorta şəhadətnaməsi ləğv edilmiş hesab olunur.
9.4 Sığortaçı tərəfindən edilən ləğv etmə onun bu haqqda sifarişli məktubla xxxxx sığortalıya məlumat göndərildiyi tarixdən etibarən 15 gün sonra saat 24:00-da qüvvəyə minir.
9.5 Vaxtında istifadə olunmayan ləğvetmə və ya əlavə sığorta haqqı tələb etmək hüququ qüvvədən düşər.
9.6 Sığorta riskinin başvermə ehtimalını artıran dəyişiklikləri sığortalı göstərilən müddət ərzində qəsdən bildirməmişdirsə, bu dəyişiklik baş verən andan sonra dəyən zərərlərə görə sığortaçı məsuliyyət daşımır.
9.7. Dəyişiklik xxxxxx başvermə ehtimalını azaldarsa və daha az sığorta haqqının alınmasını tələb edərsə, bu dəyişikliyin ortaya çıxdığı tarixdən sığorta şəhadətnaməsinin sona çatma tarixinə qədər xxxx müddət üçün sığorta haqqı gün hesabına görə hesablanır və fərq sığortalıya qaytarılır.
ZƏRƏR VƏ ÖDƏNİŞ
10. XXXXXXX HADİSƏSİ ZAMANI SIČORTALININ VƏZİFƏLƏRİ
Sığortalı, sığorta şəhadətnaməsində göstərilən sığorta risqi baş verdiyi zaman itki və ziyanın qarşısını almaq və ya miqdarını azaltmaq üçün zəruri və məqsədyönlü tədbirləri görməlidir. İtki və ziyanın qarşısını almaq və ya miqdarını azaltmaq məqsədilə çəkilən məqsədəuyğun xərclər sığortaçı tərəfindən ödənilir.
11. XXXXXXX HADİSƏSİ BAŞ VERDİKDƏN SONRA SIČORTALININ
VƏZİFƏLƏRİ
11.1 Sığortalı onun mülki məsuliyyətinə səbəb ola biləcək sığorta hadisəsinin baş
verməsini bildiyi və ya bilməli olduğu andan 3 gün ərzində bu haqda sığortaçıya yazılı məlumat verməlidir.
11.2 Bu məlumatda qəzanın yeri, vaxtı, səbəbləri və şəraiti haqqında, qəza nəticəsində ölən və yaralananlar, zərər çəkmiş mallar və onların sahibləri ilə bağlı məlumatlar dolğun və düzgün əhatə olunmalıdır.
11.3 Sığortalı zərərlə əlaqədar səiahiyyətli dövlət orqanlarının və digər şəxslərin bütün hərəkətləri haqqında sığortaçıya məlumat təqdim etməlidir.
11.4 Sığortalı, sığortaçının yazılı tələb edəcəyi bütün məlumat və sənədləri ən gec 3 gün ərzində lazım olduqda gecikmənin səbəbini izah etmək şərtilə, sığortaçıya təqdim etməlidir.
11.5 Sığortalı itki və ziyan tələbinin araşdırılması və hüquqlarının müdafiəsi işində sığortaçıya hərtərəfli kömək göstərməlidir.
11.6 Sığortaçının rəsmi razılığı olmadan sığortalı itki və ziyan tələbini bütövlükdə və ya qismən qəbul edə bilməz habelə bununla əlaqədar hər hansı bir ödənişi həyata keçirə bilməz.
12. SIČORTA ÖDƏNİŞİNİN MƏBLƏČİNİN MÜƏYYƏN EDİLMƏSİ
12.1. Sığortaçı, sığorta ödənişi ilə bağlı tələb irəli sürən şəxslərlə birbaşa əlaqəyə girərək razılığa gəlmək hüququna malikdir.
12.2. İddia irəli sürüldükdə onunla əlaqədar bütün işlər sığortaçı tərəfindən həll olunur.
12.3. İddia ilə əlaqədar xərclər sığortaçı tərəfindən ödənilir. Xxxxx, sığorta hadisəsi ilə əlaqədar cinayət işi qaldırılırsa, onunla bağlı digər xərclər və pul cərimələri sığorta təminatına daxil deyildir.
13. ÖDƏNİŞİNİN NƏTİCƏLƏRİ
13.1. Sığortaçı ödədiyi sığorta məbləği müqabilində sığortalının təqsirkar şəxslərə qarşı ödəniş tələbi hüququna sahib olur.
13.2. Tərəflər, sığorta ödənişi tələb edilməsinə səbəb xxxx hər bir hadisədən sonra sığorta şəhadətnaməsini ləğv etmək hüququna malikdirlər. Sığortaçı ləğv etmə hüququndan yalnız sığorta ödənişini ödədikdən sonra istifadə edə bilər.
13.3. Sığortaçı tərəfindən həyata keçirilən ləğv etmə, onun bu haqda məlumatı sifarişli məktubla sığortalıya bildirdiyi tarixdən 15 iş günü sonra saat 24.00-da hüquqi qüvvəyə minir və ləğv etmənin hüquqi qüvvə qazandığı vaxta qədər keçən müddətin sığorta haqqı gün hesabına görə hesablanaraq artıq qalan məbləğ xxxx qaytarılır.
13.4. Sığortalı tərəfindən həyata keçirilən ləğv etmə, onun bu haqda məlumatı sifarişli məktubla sığortaçıya bildirdiyi tarixdən ertəsi gün saat 24.00-da hüquqi qüvvəyə minir və bu zaman, istifadə olunmayan müddətin sığorta xxxxx xxxx qaytarılmır.
14. SIČORTA MÜQAVİLƏSİNƏ VAXTINDAN ƏVVƏL XİTAM VERİLDİKDƏ SIČORTA HAQQININ HESABLANMASI
Bu şərtlərdə nəzərdə tutulmayan digər hallarda sığortalının və ya sığortaçının təşəbbüsü ilə sığorta müqaviləsinə xitam verilə bilər.
Sığorta müqaviləsinə sığortalının təşəbbüsü ilə xitam verilərsə, müqaviləyə xitam verilən vaxta qədər keçən müddətin sığorta haqqı qısa müddət hesabına görə hesablanır və artıq qalan məbləğ (əgər qalarsa), sığortaçının bu müqavilə ilə əlaqədar çəkdiyi xərcləri çıxmaqla sığortalıya qaytarılır.
Sığorta müqaviləsinə sığortaçının təşəbbüsü ilə xitam verilərsə, müqaviləyə xitam verilən vaxta qədər keçən müddətin sığorta haqqı gün hesabına görə hesablanır və artıq qalan məbləğ (əgər qalarsa), sığortaçının bu müqavilə tlə əlaqədar çəkdiyi xərcləri çıxmaqla sığortalıya qaytarılır.
15. SIĞORTA ÖDƏNİŞİNİN VERİLMƏSİNDƏN İMTİNANIN ƏSASLARI
15.1 Sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün xxxx ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda qanunvericiliyə uyğun olaraq həmin hadisə barədə məlumatlandırılmalı xxxx səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməməsi nəticəsində sığortaçının hadisənin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması ilə əlaqədar olaraq onun mənafeləri əhəmiyyətli dərəcədə pozulduqda;
15.2 Qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyəti istisna edən hallardan başqa, sığortalının, müvafiq hallarda zərərçəkənin sığorta hadisəsinin baş verməsinə yönələn qəsdən etdiyi hərəkəti və ya hərəkətsizliyi, habelə sığorta hadisəsi ilə birbaşa səbəb əlaqəsində xxxx qəsdən cinayət törətməsi;
15.3 Müqavilə və ya qanunla hərbi risklərin sığortalanması nəzərdə tutulmadıqda hadisənin baş verməsinin hərbi əməliyyatlar və ya hərbi xarakterli tədbirlər hesab edilən halların nəticəsi olması;
15.4 Sığortalının zərərin qarşısını almaq və ya həcmini azaltmaq üçün lazımi və mümkün tədbirləri görmək iqtidarında olduğu halda, həmin tədbirləri qəsdən görməməsi; bu zaman sığorta ödənişindən o həcmdə imtina edilə bilər ki, sığortalı mümkün tədbirləri xxxxxx olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı;
15.5 Sığortaçının sığorta hadisəsinin baş verməsi səbəblərini araşdırmasına sığortalı tərəfindən maneçilik törədilməsi
15.6 Sığorta predmeti, həmçinin sığorta olunan şəxs və (və ya) sığorta hadisəsi barəsində sığortalının sığortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində sığortaçının sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması;
15.7 Sığortalı, sığorta olunan və ya faydalanan şəxsin zərərin əvəzini tam olaraq zərər dəyməsində təqsirli xxxx şəxsdən xxxxxx; zərərvuran zərərin əvəzini qismən ödəmiş olduqda sığorta ödənişindən ödənilmiş məbləğ həcmində imtina edilir;
15.8 Baş vermiş hadisənin sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi.
16. SIČORTA ÖDƏNİŞİNİN VERİLMƏSİ ÜÇÜN TƏLƏB OLUNAN SƏNƏDLƏRİN SİYAHISI
16.1. Sığorta ödənişinin verilməsi üçün tələb olunan sənədlər aşağıdakılardır:
16.1.1. sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya digər faydalanan şəxsin sığortaçıya ünvanladığı yazılı sığorta tələbi;
16.1.2. sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı səlahiyyətli(aidiyyatı) dövlət orqanının hadisə barədə təqdim etdiyi müvafiq sənəd(lər);
16.1.3. ixtisaslaşmış və səlahiyyətli qurum tərəfindən zərər məbləğini təsdiqləyən rəsmi sənəd;
16.1.4. sığorta hadisəsi nəticəsində üçüncü şəxsin sağlamlığına dəyən zərər üzrə xəsarətin dərəcəsi haqqında həkim arayışı, əlillik halında isə əlilliyin qrupunu, səbəbini və təyin edilməsi tarixini əks etdirən tibbi-sosial ekspert komissiyasının arayışının surəti;
16.1.5. sığorta hadisəsi nəticəsində üçüncü şəxs öldükdə, ölümün səbəbi haqqında tibbi arayış və ya müvafiq hallarda tibbi ekspertiza rəyi, ölüm haqqında şəhadətnamənin notariat qaydasında təsdiq olunmuş surəti, vərəsənin (hüquq varisinin) vərəsəlik hüququnu təsdiq edən sənəd və onun şəxsiyyət vəsiqəsinin surəti;
16.1.6. sığortalı və ya sığorta olunan tərəfindən əmlaka vurulan zərərin əvəzi ödənilmiş olduqda və ya sağlamlığa vurulan zərərlə əlaqədar hər hansı ödəmə həyata keçirildikdə, belə ödəməni təsdiq edən sənədin müvafiq qaydada təsdiq edilmiş surəti;
16.1.7. faydalanan şəxs fiziki şəxs olduqda onun şəxsiyyət vəsiqəsinin surəti, hüquqi şəxs olduqda isə onun sığorta ödənişini almaq üçün təyin edilən nümayəndəsinə verilmiş müvafiq etibarnamə.
DİGƏR MÜDDƏALAR
17. BİR NEÇƏ SIČORTA
Sığortalı, mülki məsuliyyətini başqa sığortaçılarda da eyni risklərə qarşı və eyni müddətə sığorta etdirmişdirsə, bu vəziyyəti sığortaçıya dərhal bildirməlidir.
18. MÜLKİYYƏT SAHİBİNİN DƏYİŞMƏSİ
Sığorta müddəti ərzində sığortalı dəyişərsə, sığorta şəhadətnaməsindən irəli gələn bütün hüquq və vəzifələr onun razılığı ilə sığortanın yeni sahibinə keçir. Əgər yeni sahib sığortanın mövcudluğunu öyrəndiyi tarixdən etibarən 15 gün ərzində sığortanı qəbul etmədiyini sığortaçıya yazılı şəkildə bildirsə, sığortaçı mülkiyyət sahibinin dəyişilməsini bildiyi tarixdən etibarən 15 gündən sonra sığorta şəhadətnaməsini ləğv etmək hüququna malikdir.
Sığortaçının məsuliyyəti, onun ləğv etmə haqqında məlumatı sifarişli məktubla yeni sahibə bildirdiyi tarixdən etibarən 1 ay sonra saat 24.00-da xxxx xxxxx və istifadə edilməyən günlərə görə sığorta haqqı yeni sahibə qaytarılır.
19. MƏLUMAT VƏ XƏBƏRDARLIQLAR
19.1 Sığortalının xəbərdarlıq və məlumatları sığorta şirkətinin mərkəzinə və ya sığorta müqaviləsinin bağlanmasına vasitəçilik edən agentə sifarişli məktubla çatdırılır.
19.2 Sığorta şirkətinin xəbərdarlıq və məlumatları da sığortalıya sığorta şəhadətnaməsində göstərilən hüquqi ünvanına və ya sığorta şəhadətnaməsinin imzalanmasına vasitəçilik edən agentə bildirilən son huquqi ünvanına sifarişli məktubla çatdırlır.
19.3. Tərəflərə imza edilməklə verilən məktublar və ya teleqraf vasitəsi ilə edilən xəbərdarlıq və məlumatlar da sifarişli məktub vasitəsilə bildirilən xəbərdarlıq və məlumatlar səviyyəsində hüquqi qüvvəyə malikdir.
20. İŞ SİRLƏRİNİN GİZLİ SAXLANILMASI
Sığortaçı, sığortalıya aid öyrənəcəyi iş sirlərini gizli saxlamamaqdan dəyən ziyan və zərərlərə görə məsuliyyət daşıyır.
21. MÜBAHİSƏLƏRƏ BAXILMASI
Tərəflərin sığorta müqaviləsi üzrə ortaya çıxan mübahisələri danışıqları yolu ilə həll edirlər. Razılığa gəlinmədiyi təqdirdə mübahisələrə Azərbaycan Respublikasının mövcud qanunvericiliyində müəyyən olunmuş qaydada aidiyyəti məhkəmələrdə baxılır.
22. MÜDDƏT
Sığorta şəhadətnaməsindən irəli gələn bütün tələblər Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə müəyyənləşdirilmiş müddətdə həll edilir.
23. XÜSUSİ ŞƏRTLƏR
Sığorta şəhadətnaməsində qaydalara və bunlarla əlaqədar xxxx əlavə şərtlərə (klozlara) zidd olmayan xüsusi şərtlər də yazıla bilər.