GƏNCLƏRİN XARİCİ ÖLKƏLƏRİN ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİNDƏ TƏHSİLİNİN MALİYYƏLƏŞDİRİLMƏSİ
Azərbaycan Respublikasının Gənclər Fondunun Müşahidə Şurasının 04 oktyabr 2018-ci il tarixli Q-03 nömrəli Qərarı
ilə təsdiq edilmişdir.
GƏNCLƏRİN XARİCİ ÖLKƏLƏRİN ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİNDƏ TƏHSİLİNİN MALİYYƏLƏŞDİRİLMƏSİ
QAYDASI
I. Ümumi müddəalar
1.1. “Gənclərin xarici ölkələrin ali təhsil müəssisələrində təhsilinin maliyyələşdirilməsi Qaydası” (bundan sonra - bu Qayda) Azərbaycan Respublikasının Prezidentinin 29 avqust 2018-ci il tarixli 253 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Gənclər Fondunun vəsaitindən istifadə, o cümlədən Fondun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası“nın 9-cu bəndinə və Azərbaycan Respublikasının Gənclər Fondunun (bundan sonra – Fond) Nizamnaməsi”nin 3.1.10-cu yarımbəndinə müvafiq olaraq hazırlanmışdır.
1.2. Bu Qayda 16-29 yaş arasında xxxx Azərbaycan Respublikası vətəndaşlarına şamil olunur.
1.3. Müşahidə Şurası ölkənin ixtisas və təhsil proqramları üzrə ehtiyaclarına və əmək bazarının perspektiv tələbatına uyğun olaraq, müvafiq təhsil ili üçün aktual elan edilmiş ixtisasların, təhsil pillələrinin və xarici ali təhsil müəssisələrinin siyahısını müəyyən edir.
1.4. Fond hər il xarici ölkələrdə təhsil almaq müddətlərini müəyyən edir, sənədlərin qəbulunu həyata keçirir və bu barədə Fondun internet səhifəsində və mətbuatda məlumatlar dərc etdirir.
1.5. Xaricdə təhsil prosesinin maliyyələşdirilməsi üçün seçilən gənclərin siyahısı Gənclər Fondunun rəsmi internet səhifəsində ictimaiyyətə açıqlanır.
1.6. Namizədlərin müraciətləri ilə bağlı yekun qərar Fondun Müşahidə Şurasının sədrinin yazılı razılığı əsasında Fondun icraçı direktoru tərəfindən qəbul edlir.
II. Müraciətin forması və şərtləri
2.1. Xaricdə təhsilin maliyyələşdirilməsi üçün müraciət yalnız Xxxxxx müraciət üçün açıq elan etdiyi müddətdə edilə bilər.
2.2. Xaricdə təhsilin maliyyələşdirilməsi üçün müraciət etmək istəyən şəxs Fondun rəsmi internet səhifəsində (xxx.xxxxxxxxxxxxxxx.xx və ya xxx.xxx.xx ) müvafiq qaydada qeydiyyatdan keçməli, şifrə və parol almalıdır.
2.3. Xaricdə təhsilin maliyyələşdirilməsi üçün yalnız Fondun rəsmi internet səhifəsində qeyd edilən universitetlərdən birinə, göstərilən prioritet ixtisaslarda magistr və daha yuxarı təhsil pillələri üzrə 16-29 yaşınadək xxxx Azərbaycan Respublikasının vətəndaşları müraciət edə bilər.
2.4. Müraciət edən şəxs təqdim olunmuş ərizə formasını elektron qaydada tam doldurmalı, hər bir suala ətraflı cavab verməli, əsaslandırmalı və tələb olunan sənədləri əlavə etməlidir.
III. Xarici ölkələrdə təhsil almaq istəyən namizədlər üçün tələblər
3.1. Aşağıdakı şəxslər müraciət edə bilər:
3.1.1. Bakalavr dərəcəsinə malik olanlar (yalnız magistr dərəcəsi almaq istəyən iddiaçılar üçün);
3.1.2. Magistr dərəcəsinə malik olanlar;
3.1.3. Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin bakalavrdan yuxarı təhsil pillələrində təhsil alanlar;
3.1.4. Təsdiq edilmiş ölkələr üzrə müəyyən edilən prioritet ixtisaslar və təhsil pillələri üzrə xarici ali təhsil müəssisələrinə özləri daxil xxxx, təhsil almaq üçün dəvət xxxx və ya hazırda təhsil xxxx şəxslər.
3.2. Bütün namizədlər ali təhsil haqqında diplom üzrə ixtisası xaricdə oxumaq üçün seçilmiş ixtisasa uyğun olmalıdır.
3.3. Dövlət dilini və seçilmiş xarici ali təhsil müəssisəsində tələb olunan tədris dilini bilməlidir.
3.4. Magistr təhsil pilləsi üzrə müraciət edən şəxslər təhsil aldıqları ali təhsil müssisəsində xxxx müvəffəqiyyət dərəcəsinin xxxx balı 100 xxxxx sistem üzrə 91 baldan və ya təhsil aldığı ali təhsil müəssisəsində tətbiq edilən qiymətləndirmə sistemi üzrə bunun ekvivalentindən aşağı olmamalıdır.
3.5. Artıq xarici ali təhsil müəssisələrində təhsil xxxx şəxslər xxxx müvəffəqiyyət dərəcəsinin xxxx balı 5 xxxxx sistem üzrə 4 baldan və ya təhsil aldığı ali təhsil müəssisəsində tətbiq edilən qiymətləndirmə sistemi üzrə bunun ekvivalentindən aşağı olmamalıdır.
3.6. Seçilmiş xarici ali təhsil müəssisəsində tədris dili üzrə tələb olunan minimal səviyyə bu təhsil müəssisələri tərəfindən təsdiq edilmiş tələblərə uyğun olmalıdır.
3.7. Elmlər namizədi və ya elmlər doktoru (PhD) dərəcəsi almaq istəyən iddiaçılar yuxarıda qeyd olunmuş tələblərdən əlavə magistr dərəcəsinə malik olmalıdırlar.
3.8. Namizədlər aşağıdakı sənədləri təqdim etməlidirlər:
3.8.1. doldurulmuş anket;
3.8.2. iş yerindən və ya təhsil aldığı ali məktəbdən tövsiyə məktubu;
3.8.3. motivasiya məktubu;
3.8.4. notarial qaydada təsdiq edilmiş ali təhsil haqqında diplomun və ya magistr diplomunun və ya elmlər namizədi diplomunun surətləri (əlavələrlə birlikdə);
3.8.5. xarici dil imtahanının və ya tələb olunan digər imtahanların verilməsi üzrə müəyyən olunmuş müvafiq rəsmi sertifikatın surəti (xarici ali təhsil müəssisəsinə ilk dəfə qəbul olanlar üçün);
3.8.6. digər təhsil müəssisələrində, kurslarda, ordinatura, aspirantura və magistraturada oxumağı təsdiqləyən sənədlərin surətləri (mövcud olduğu halda);
3.8.7. sağlamlıq haqqında arayış (AZS-086 nömrəli tibbi arayış);
3.8.8 xaricdə ali təhsil müəssisəsinə daxil olmanı təsdiqləyən sənədin notarial qaydada təsdiq edilmiş surəti.
IV. Müraciətin qiymətləndirilməsi
4.1. Müraciətin qiymətləndirilməsi 3 mərhələdə həyata keçirilir:
4.1.1. müraciətin bu Qaydaya uyğunluğunun araşdırılması;
4.1.2. müraciət edən şəxslə müsahibənin aparılması və müvafiq arayışın hazırlanması;
4.1.3. yekun qərarın qəbul edilməsi.
4.2. Müraciətin bu Qaydaya uyğunluğunun yoxlanılması, müraciət edən şəxslə müsahibənin aparılması və müvafiq arayışın hazırlanması Fond tərəfindən həyata keçirilir.
4.3. Fond aşağıda qeyd edilən vəzifələri icra edir:
4.3.1. müraciətin qeydiyyatını aparır;
4.3.2. ərizənin və ona əlavə olunmuş sənədlərin uyğunluğunu, verilmiş məlumatların dəqiqliyini yoxlayır;
4.3.3. müraciətçinin Fonddan əvvəllər aldığı maliyyə ilə bağlı hesabatlılıq vəziyyətini araşdırır;
4.3.4. müraciət edən şəxsi müsahibəyə dəvət edir;
4.3.5. xaricdə təhsillə bağlı tələb olunan digər məsələləri (şərtləri) aydınlaşdırır;
4.3.6. müvafiq arayış hazırlayaraq Fondun icraçı direktoruna təqdim edir.
4.4. Müraciətlə bağlı Fondun Müşahidə Şurası sədrinin yazılı razılığı əsasında Fondun icraçı direktoru tərəfindən yekun qərar qəbul edilir. Yekun qərar barədə məlumat müraciət edənə elektron və ya məktub formasında göndərilir.
4.5. Maliyyələşdirilməsi barədə qərar qəbul edildikdən sonra müraciət üzrə tərəflər arasında “Maliyyə dəstəyinin göstərilməsi haqqında müqavilə” bağlanılır Müraciət edən şəxs üzrlü səbəbdən Azərbaycan Respublikasında olmadıqda, Fond onunla müsahibəni telefon və ya digər əlaqə vasitələri ilə həyata keçirir. “Maliyyə dəstəyinin göstərilməsi haqqında müqavilə”nin imzalanması, təsviri və maliyyə hesabatlarının təqdim olunması isə həmin şəxsin notarial təsdiq qaydasında etibarnamə verdiyi digər şəxs tərəfindən həyata keçirilir (Əlavə 1).
V. Xxxxxx ölkədə təhsil almaq üçün təqaüdçü ilə müqavilənin bağlanması və müqavilə şərtlərinin yerinə yetirilməsi
5.1. Azərbaycan Respublikasının Gənclər Fondu təqaüdçü ilə təhsilin təşkili barədə müqaviləni mütləq olaraq aşağıdakıları daxil etməklə bağlamalıdır:
5.1.1. müqavilənin predmeti;
5.1.2. tərəflərin hüquq və vəzifələri;
5.1.3. təhsil müddəti və şərtləri;
5.1.4. müqavilənin şərtlərinin icra olunmasına təsir göstərən fors-major hallar.
5.2. Müqavilə təqaüdçülərə təhsil üzrə bütün xərclərini ödəmək üçün və xarici tərəfdaşlara maliyyə vəsaitinin köçürülməsi üçün əsas götürülür.
5.3. Fond növbəti tədris ili üçün ödənişi namizədin xxxx tədris ilinin müvəffəqiyyətlə başa vurması barədə təsdiqləyici sənədləri təqdim edildikdən sonra həyata keçirilir.
5.4. Təqaüdçü üzrsüz səbəblərə görə təhsil müəssisəsindən çıxarıldığı və ya müqavilədə nəzərdə tutulan öhdəlikləri yerinə yetirmədiyi hallarda, müqaviləyə xitam verilir və təqaüdçü müqavilədə nəzərdə tutulmuş müddət ərzində onun təhsilinə sərf edilmiş bütün vəsaitləri Xxxxx qaytarır.
5.5. Təqaüdçü müqavilədə göstərilmiş fors-major halları nəticəsində öz öhdəliklərini tam və ya qismən yerinə yetirə bilmədikdə məsuliyyət daşımır.
5.6. Hər tədris ilinin yekununda tələbələrin təhsil aldığı ali təhsil müəssisələrinin rəyinə əsasən müvəffəqiyyət göstərməyən tələbələr Gənclər Fondunun icraçı direktorunun təqdimatı ilə Müşahidə Şurasının sədri ilə müzakirə olunub, Müşahidə Şurasının sədrinin qərarına əsasən proqramdan çıxarıla bilər.
5.7. Təhsil alanların hər tədris ilinin sonunda təqdim etdikləri tədris hesabatı qənaətbəxş hesab olunmadığı təqdirdə, təhsil alanın akademik müvəffəqiyyətsizliyi aradan qaldırılana qədər növbəti il üçün bütün xərclərinin ödənilməsi müvəqqəti olaraq dayandırılır.
VI. Maliyyələşdirmə
6.1. Xaricdə təhsil prosesinin maliyyələşdirilməsi üzrə xaricdə təhsil alanların təhsili ilə bağlı bütün xərclər öncədən seçdikləri ehtiyac üzrə bu Qaydanın 6.5-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Gənclər Fondunun vəsaiti hesabına ödənilir.
6.2. Müraciətçinin təhsil alacağı ölkə üçün yaşayış xərci Nazirlər Kabinetinin 27 noyabr 2008-ci il tarixli, 261 nömrəli “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na əsasən Azərbaycan gənclərinin xarici ölkələrin ali təhsil müəssisələrində təhsil haqlarının ödənilməsi Qaydaları”nda müəyyən edilmiş “Gənclərin xarici ölkələrdə təhsili üzrə aylıq xərc normalarının cədvəli”nə (bundan sonra
- cədvəl) əsasən hesablanır.
6.3. Xaricdə təhsil alanların təsdiq olunmuş siyahısına əsasən müvafiq qaydada xaricdə təhsil alanların özləri və yaxud onların xaricdə təhsilini təşkil edəcək tərəfdaş qurum tərəfindən təqdim olunmuş sənədlər (müvafiq ölkənin təhsil müəssisəsinə qəbul olunmasına dair rəsmi sənəd,dəvət sənədi, təhsil, yataqxana, gündəlik yaşayış, tibbi
sığorta və digər xərclərin ödənilməsini təsdiq edən sənəd və s.) və ya müvafiq təhsil müəssisəsi ilə Fond arasında müqavilə əsasında rəsmiləşdirmə aparılır.
6.4. Təhsil alanlar xarici ölkələrin təhsil müəssisələrinə şərtsiz (unconditional offer) qəbul olunmalıdır.
6.5. Təhsil alanların aşağıdakı xərcləri Fond tərəfindən maliyyələşdirilir:
6.5.1. təhsil haqqı;
6.5.2. viza rüsumu;
6.5.3. qəbul edən ölkədə təhsil alanların qeydiyyata alınması xərcləri;
6.5.4. yaşayış (yataqxana və ya mənzil, gündəlik qida, nəqliyyat və digər) xərcləri;
6.5.5. tibbi sığorta xərcləri;
6.5.6. ildə bir dəfə qəbul edən ölkəyə gediş-gəliş (aviabilet) xərcləri.
6.6. Yaşayış xərclərinə təhsil alanların yataqxana və ya mənzil və digər (gündəlik qida, şəhərdaxili nəqliyyatdan istifadə, internet xidməti, telefon danışıqları və s.) xərcləri aiddir və bu xərclər təhsil alanın ölkəyə daxil olduğu tarixdən etibarən, müqavilədə göstərilən dövrü əhatə edir. Təhsil xxxx təhsil aldığı ölkəyə ayın 1-15-i arası daxil olduğu təqdirdə həmin aydan etibarən, 15-i tarixindən sonra daxil olduğu təqdirdə növbəti ayın əvvəlindən etibarən ödəmələr həyata keçirilir.
6.7. Tibbi sığorta xərclərinə təhsil alanın təhsil aldığı ölkədə yaşadığı müddət ərzində tibbi sığortası üçün tələb olunan vəsait aiddir.
6.8. İldə bir dəfə qəbul edən ölkəyə gediş-gəliş xərclərinə təhsil alanın ildə bir dəfə təhsil aldığı ölkəyə gediş-gəlişi üçün tələb edilən vəsait aiddir və həmin vəsait təhsil alanın təqdim etdiyi bilet və ya müvafiq nəqliyyat şirkətlərinin təqdim etdiyi ödəniş sənədləri əsasında müəyyən edilir.
6.9. Hər dərs semesterinin sonunda qiymət cədvəli və ya növbəti kursa keçdiyini sübut edən sənəd Xxxxx təqdim edilərək növbəti ilin ödənişi hesabına köçürülür.
6.10. Gənclər Fondu gənclərin xarici ölkələrdə təhsilinin maliyyələşdirilməsi məqsədi ilə kommersiya məqsədli müəssisə və ya şirkətlərlə əməkdaşlıq etmir.
VII. Təhsil alanların təhsili ilə bağlı xərclərinin hesablanması
7.1. Təhsil alanların təhsili müvafiq razılaşma əsasında tərafdaş qurum tərəfindən təşkil olunduğu təqdirdə, tərəfdaş qurumun təşkilatı xərclərinin hesablanması Gənclər Fondu ilə tərəfdaş qurum arasında bağlanmış Saziş əsasında həyata keçirilir. Tələbələrin yaşayış xərclərinin (yataqxana və ya mənzil) hesablanması bu Qaydanın 6.2-ci bəndinə nəzərdə tutulmuş qaydada həyata keçirilir.
7.2. Alınmış məlumatlar əsasında Fond tərəfindən hər bir ölkə üzrə təhsil alanların aylıq xərclərinin cədvəli tərtib edilir və bu cədvəl ildə bir dəfə təsdiq edilmək üçün Müşahidə Şurasına təqdim olunur. Yeni cədvəl təsdiq olunmayana qədər mövcud cədvəldəki normalar qüvvədə qalır.
7.3. Fond Müşahidə Şurası tərəfindən təsdiq edilmiş cədvəl əsasında təhsil alanların illik (tədris ili) və ya yarımillik xərclərini hesablayır və maliyyələşdirir.
7.4. Aşağıdakı hallarda Fond gənclərin təhsil prosesinin maliyyələşdirilməsi məqsədilə ayırdığı vəsaitin qaytarılmasını tələb etmək hüququna malikdir:
7.4.1. təhsil xxxx şəxs üzrlü səbəb olmadan ali təhsil müəssisəsindən xaric edildikdə;
7.4.2. təhsil xxxx şəxs qəbul olunduğu ixtisası üzrlü səbəb olmadan dəyişdikdə;
7.4.3. təhsil xxxx şəxsin cinayət və ya inzibati məsuliyyətə cəlb edilməsinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda;
7.4.4. təhsil xxxx şəxslər onlara ödənilən təqaüddən istifadəyə dair maliyyə hesabatlarını Şuranın müəyyən etdiyi müddət ərzində Xxxxx təqdim etmədikdə.