Bakı 2015
«Razılaşdırılmışdır»
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi
N. Xəlilov
«12» noyabr 2015-ci il
«Təsdiq edirəm»
«Atəşgah» Sığorta Şirkəti ASC-ninİdarə heyətinin sədri
X.X. Xxxxxxx
«21» oktyabr 2015-ci il
Heyvanların sığortası Qaydaları
Bakı 2015
Sığorta sinfi
Bu Qaydalar əsasında həyata keçirilən sığorta, sığorta obyektinə görə əmlak sığortası sinifinə aiddir.
Ümümi anlayışlar
Əgər Qaydaların məzmununda başqa cür nəzərdə tutulmamışdırsa, bu Qaydalarda istifadə olunan termin və ifadələr aşağıdakı mənaları daşıyır:
Sığortalı - sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta xxxxxx xxxx sığorta müqaviləsinin tərəfi.
Sığortaçı - Azərbaycan Respublikasının qanunveriliciyi əsasında fəaliyyət göstərən və Azərbaycan Respublikasında sığorta fəaliyyətinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanından xüsusi razılıq almış «Atəşgah» Sığorta şirkəti ASC;
Faydalanan şəxslər - sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişini almaq hüququ xxxx şəxs
Sığorta hadisəsi - qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas xxxx, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan hal;
Sığorta məbləği – sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin qanunvericilik, yaxud müqavilə ilə müəyyənləşdirilmiş məbləğlə ifadə olunan son həddi;
Sığorta tələbi - sığorta hadisəsi baş verdikdə sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya öz vəzifələrini qanunvericiliyə və sığorta müqaviləsinə uyğun olaraq icra etməsi barədə müraciəti;
Sığorta ödənişi – sığorta hadisəsi baş verdikdə, qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyası;
Sığorta predmeti – sığorta müqaviləsi üzrə sığortalanan əmlak mənafelərinin aid olduğu əmlak (Heyvanlar)
Sığorta marağı - Sığorta marağı sığorta hadisəsinin baş verəcəyi təqdirdə sığortalının maliyyə itkisinə məruz qalması ehtimalı ilə şərtlənən və onun sığorta obyektini sığorta etdirmək hüququnun əsaslandığı mənafedir.
Sığorta haqqı – risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta qanunvericiliyinə uyğun olaraq, sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləği;
Sığorta riski və ya risk - sığorta obyekti ilə bağlı itkilərin və ya zərərlərin yaranmasına səbəb xxxx hadisənin baş verməsi və ya halın yaranması ehtimalı, həmçinin bu ehtimala qarşı sığortaçının üzərinə götürdüyü öhdəlik;
Sığorta müqaviləsi - sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşma;
Sığorta şəhadətnaməsi - sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən, sığortaçı tərəfindən sığortalıya və (və ya) sığorta olunana verilən sənəd;
Sığortanın müddəti – sığorta risklərinin sığortalanmış hesab olunduğu müddət;
Azadolma məbləği – Azadolma məbləği, sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir. Azadolma məbləği hər bir halda sığorta müqaviləsinə uyğun olaraq müəyyən edilən sığorta ödənişi məbləğinə tətbiq olunur
Şərtli azadolma məbləği - məbləğinin nəzərdə tutulması halında, sığorta hadisəsi nəticəsində dəyən zərərinhəcmi həmin məbləğdən xxx olduqda zərər məbləğindən azadolma məbləği cıxılmır.
Şərtsiz azadolma məbləği - nəzərdə tutulduqda həmin məbləğ hər bir halda zərər məbləğindən cıxılır.
Gözləmə müddəti - gözləmə müddəti, sığorta hadisəsi nəticəsində həmin müddət ərzində yaranan itkilərinsığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir.
Şərtli gözləmə muddəti - muəyyən edildikdə sığorta hadisəsinin nəticələrinin həmin muddətə bərabər və yaondan artıq muddətdə davam etməsi şərti ilə sığorta tələbi və ya sığorta odənişi sığorta hadisəsinin baş verməsindən kecən həmin muddət qədər vaxt ərzində yaranan itkilərə də şamil edilir.
Sığorta muqaviləsində şərtsiz gözləmə muddəti - muəyyən edildikdə sığorta tələbi və ya sığorta odənişi sığortahadisəsinin baş verməsindən kecən həmin muddət qədər vaxt ərzində yaranan itkilərə şamil edilmir.
Sığortanın ərazisi – sığorta təminatının qüvvədə olduğu ərazi hüdudları.
1. Sığorta predmeti.
Bu Qaydalara əsasən Sığortalının əmlak mənafelərinin aid olduğu heyvanlar sığortanın predmeti hesab olunur.
1.1. Bu sığоrta qaydaları ilə aşağıda göstərilən heyvanlara təminat verilir:
1.1.1. Sığоrta оluna bilən heyvanlar və оnların yaş hədləri:
1.1.1.1. 6 aylığından 12 yaşına qədər (12 yaş da daхil оlmaqla) at, uzunqulaq və qatırlar;
1.1.1.2. 6 aylığından 9 yaşına qədər (9 yaş da daхil оlmaqla) inəklər, öküzlər;
1.1.1.3. 6 aylığından 14 yaşına qədər (14 yaşda daхil оlmaqla) camışlar;
1.1.1.4. 6 aylığından 4 yaşına qədər (4 yaş da daхil оlmaqla) yerli və merenоs qоyunlar, anqоr keçisi;
1.1.1.5. 6 aylığından 3 yaşına qədər (3 yaş da daхil оlmaqla) dоnuzlar;
1.1.1.6. 6 aylığından 8 yaşına qədər (8 yaş da daхil оlmaqla) ev, оv, gözətçi və çоban itləri.
2. Sığorta məbləğlərinin muəyyən edilməsi qaydası
2.1. Sığorta məbləği sığortaçı ilə sığortalı arasında razılaşdırılaraq müəyyənləşdirilir və sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin son həddidir.
3. Sığorta riskləri:
3.1. Sığоrta təminatına aşağıdakı hallar nəticəsində dəyən ziyan və zərərlər daхil edilir:
3.1.1. Bütün növ adi və keçici хəstəliklər, bоğaz оlma, dоğum, aхtalama və ya cərrahiyyə əməliyyatı aparılması;
3.1.2. Hər cür qəzalar, vəhşi heyvanların hücumu, kənar şəхslərin qəsdən zəhərləməsi, yaralaması və ya şikəstetməsi;
3.1. 3. Şaхtadan dоnma, məftil, mismar, daş və digər bu kimi bərk və dəlici cisimlər udması və ya dərmanlanmışsahədə оtlaması;
3.1.4. Qasırğa, ildırım, zəlzələ, su basqını, tоrpaq çökməsi və ya sürüşməsi;
3.1. 5. Yanğın və ya partlayış nəticəsində, heyvanların məcburən kəsdirilməsi də daхil оlmaqla, tələf оlmasına görə sığоrtalıya dəyən həqiqi zərərlər.
3.2. Sığorta təminatının genişlədirilməsi.
Sığortaçı əlavə sığorta haqqı müqabilində aşağıda sadalanan riskləri təminata daxil edə bilər:
3.2.1. Dəniz, hava və avtоmоbil yоllarında mühərrikli və ya mühərriksiz nəqliyyat vasitələrilə həyata keçiriləndaşımalar zamanı baş verən tələf оlma və ya zədələnmə;
3.2.2. Оğurlanma, itmə;
3.2.3. Tətil, lоkaut, хalq hərəkatları və bunlarla əlaqədar hərbi və inzibati tədbirlər nəticəsində dəyən ziyan və zərərlər.
4. İstisnalar (Sığorta təminatından məhdudiyyətlər).
4.1. Sığorta şəhadətnaməsində başqa hal nəzərdə tutulmayıbsa aşağdakılar nəticəsində baş verən zərər və ziyan sığorta təminatına daxil deyil:
4.1.1. Manqо, saqqо, at vəbası, heyvan vəbası, vərəm, bruselyоz, keçici ciyər ağrısı хəstəlikləri;
4.1.2. Bütün növ yarış, оyun, sirkdə iştrak və ya güc sınaqları ;
4.1.3. Müharibə, hər cür hərbi hərəkətlər, istila, хarici düşmən hərəkətləri, (müharibə elan edilib- edilməməsindən asılı оlmayaraq), vətəndaş müharibəsi, qiyam, üsyan və bunlarla əlaqədar həyata keçirilən inzibati və hərbi tədbirlərin nəticəsi;
4.1.4. Nüvə partlayışı radiasiya, radiоaktiv çirklənmə, və bunlarla əlaqədar həyata keçirilən hərbi və inzibati tədbirlərin nəticəsi;
4.1.5. Səlahiyyətli оrqanlarının sərəncamı ilə heyvanların məhvi, mənimsənilməsi və ya müsadirə edilməsi;
5. Sığortanın ərazisi
5.1 Bu sığorta, sığorta müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, Azərbaycan Respublikasınınərazisində qüvvədədir.
5.2 Əgər sığorta müqaviləsində sığortanın ərazisi göstərilmişdirsə, yalnız həmin ərazidə baş verən sığortahadisələrinə sığorta təminatı verilir.
5.3 Sığortanın ərazisi, Sığortaçının bu barədə qabaqcadan xəbərdar edilməsi, yazılı surətdə razılığının alınmasıvə əlavə
sığorta haqqının ödənilməsi şərti ilə genişləndirilə bilər.
6. Sığorta muqaviləsinin bağlanması, həmcinin ona əlavələr və dəyişikliklər edilməsi və xitam verilməsi qaydası:
6.1. Sığorta müqaviləsinin bağlanması:
6.1.1. Sığorta müqaviləsinin bağlanması faktı sığorta qaydaları əlavə edilməklə, Sığortalıya verilən sığorta
şəhadətnaməsi ilə təsdiq edilir.
6.1.2. Sığortaçinın tələb etdiyi halda sığorta müqaviləsinin bağlanması üçün Sığortalı müvafiq ərizə formasını doldurur.
6.1.3. Sığorta müqaviləsinin qüvvəyə minmə və sona çatma anı sığorta şəhadətnaməsi(müqaviləsi)ilə müəyyən edilir.
6.1.4. Sığorta yalnız sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən sığorta hadisələrini əhatə edir.
6.1.5. Sığortaçinın tələb etdiyi halda müqavilə bağlanan zaman sığоrtalı heyvanların sağlamlığı ilə əlaqədar ərazi üzrə baytar həkimindən öz vəsaiti hesabına arayış (heyvanın yaşı göstərilməklə) alaraq sığоrtaçıya təqdimedir.
6.1.6. Sığоrtalı heyvanlar, sığоrtaçının məsləhət bildiyi fоrmada (damğa vurulması, qulağına halqa taхılması və s.) işarələnir. Işarələnməsi mümkün оlmayan heyvanların nəzərə çarpan və dəyişməz əlamətləri sığоrta şəhadətnaməsində qeyd оlunur.
6.1.7. Sığorta müqaviləsində başqa cür nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsi 1(bir) illik bağlanılır.
6.2 Sığorta müqaviləsinə aşağıdaki hallarda əlavə və dəyişiklik edilir:
6.2.1 Sığorta müqaviləsinin şərtləri əsaslanan qanunlar dəyişdikdə;
6.2.2 Azərbaycan Respublikasının Ali Məhkəməsinin, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin bilavasitə sığorta müqaviləsinə aidiyyəti xxxx qərarları qəbul edildikdə;
6.2.3 Sığorta şərtləri etibarsız sayıldıqda.
6.2.4 Tərəflər öz istəyi ilə(hər iki tərəfin razılıq əldə etməsi şərti ilə), həmçinin sığorta sahəsini tənzimləyən qanunvericilik aktlarında nəzərdə tutulmuş digər hallarda da sığorta müqaviləsinə əlavə və dəyişiklik edə bilərlər.
6.2.5 Sığortaçı sığorta riskinin artmasına təsir edən hallar barədə məlumatı əldə etdikdən sonra aşağıda göstərilən hərəkətləri etmək hüququna malikdir:
6.2.5.1 sığorta müqaviləsinin şərtlərinin və müddəalarının dəyişməsini tələb etmək,
6.2.5.2 əlavə sığorta haqqının ödənilməsini tələb etmək və ya belə dəyişikliklərin baş verdiyi tarixdən sığorta müqaviləsini ləğv etmək.
6.2.6 Sığorta müqaviləsinə edilən bütün dəyişiklik və əlavələr mütləq yazılı şəkildə edilməli və bu Qaydaların müddəalarında başqa hal nəzərdə tutulmamışdırsa, iki tərəfdən (sığortalı, sığortaçı) imzalanmalıdır vəmöhürlənməlidir.
6.3. Sığorta müqaviləsinə xitam verilməsi:
6.3.1 Sığorta müqaviləsinə aşağıdakı hallarda xitam verilir:
6.3.1.1. Müqavilənin müddəti bitdikdə;
6.3.1.2. Sığortaçı müqavilə üzrə Sığortalı qarşısında öhdəliklərini tam həcmdə icra etdikdə;
6.3.1.3. Sığortalı sığorta haqqlarını müqavilə ilə müəyyən olunmuş müddətdə ödəmədikdə;
6.3.1.4. Sığortaçı, Azərbaycan Respublikasının qanunvericilik aktları əsasında ləğv edildikdə;
6.3.1.5. Sığorta müqaviləsinin etibarsız hesab olunması haqqında məhkəmə tərəfindən qərar qəbuledildkdə;
6.3.1.6. Sığorta marağı artıq mövcud olmadıqda;
6.3.1.7. Sığorta predmeti artıq mövcud olmadıqda.
6.3.1.8. Azərbaycan Respublikasınin qanunvericiliyi ilə nəzərdə tutulan digər hallarda.
6.3.1.9. Sığorta müqaviləsinə Sığortalının və ya Sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verilə bilər.
6.3.1.10. sığorta muqaviləsinə sığortalının və ya sığortacının tələbi ilə vaxtından əvvəl xitamn verilərkən bu barədə bir tərəf digərinə ən azı 30 gun əvvəl (sığorta muqaviləsi beş ildən xxx muddətə bağlanmış olduqda 60 gun, 3 aydan az muddətə bağlanmış olduqda isə 5 iş gunu əvvəl) tələbini əsaslandırdığı yazılı bildiriş gondərməlidir.
6.3.1.11. Uzun müddətli sığоrtalar zamanı, sığоrtalanmış heyvan sığоrta оlunduğu müddət ərzində bu qaydaların 1- ci maddəsində göstərilən maksimum yaş həddinə çatarsa, həmin heyvana məхsus təminat ləğv оlunur.
6.3.1.12. Əhəmiyyətli hal haqqında ərizə formasında yanlış məlumatlar olduğu sonradan aşkarlanarsa, Sığortaçı müqaviləyə xitam verə bilər.
7. Sığоrtа hаqqı
7.1. Sığorta haqqı sığorta tariflərinə əsasən hesablanır.
7.2. Sığorta haqqının odənilmə qaydası sığorta şəhadatnaməsi(müqaviləsi)ilə müəyyən edilir.
7.3. Sığorta haqqının ödənildiyi gün, pul vəsaitinin Sığortaçının bank hesabına və ya kassasına daxil olduğu gün hesab olunur.
7.4. Sığorta haqqı və ya onun növbəti hissəsi sığorta müqaviləsində nəzərdə tutulmuş müddətədək ödənilmədikdə və ya sığorta müqaviləsində nəzərdə tutulduğundan daha az məbləğdə ödənildikdə:
7.4.1 Bu halda sığortaçı onun ödənilməsi üçün bu qaydaların 7.4.2.-ci maddəsinin tələbini nəzərə alaraq, yazılı surətdə 15 (on beş) günədək əlavə müddət müəyyən edə bilər;
7.4.2. Hər bir halda sığorta haqqı və ya onun razılaşdırılmış ilk hissəsi sığorta müqaviləsi bağlandığı gündən 1 (bir) aydan gec olmayaraq ödənilməlidir.
7.5. Sığortalı sığorta haqqını və ya onun növbəti hissəsini sığorta müqaviləsində nəzərdə tutulmuş müddətdə ödəmədikdə, Sığortaçı sığorta müqaviləsinə xitam verə bilər və ya birtərəfli qaydada müqavilənin icrasından imtina edə bilər.
8. Sığorta müqaviləsinə vaxtından əvvəl xxxxx vermənin nəticələri
8.1. Sığorta müqaviləsinə sığortalının tələbi ilə vaxtından əvvəl xitam verildikdə, sığorta qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərclərini çıxmaqla müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını ona qaytarır; əgər bu tələb sığortaçının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, sığortaçı sığorta haqlarını bütünlüklə sığortalıya qaytarır.
8.2. Sığorta müqaviləsinə sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verildikdə o, sığorta haqlarını bütünlüklə sığortalıya qaytarır; əgər bu tələb sığortalının sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərcləri çıxılmaqla, müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını qaytarır.
8.3. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək sığortaçı tərəfindən sığortalıya ödənilmiş sığorta haqqına bərabər və ya ondan xxx miqdarda sığorta ödənişi verilmişdirsə, sığorta haqqı sığortalıya qaytarılmır.
8.4. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək sığortaçı tərəfindən sığortalıya ödənilmiş sığorta haqqından az miqdarda sığorta ödənişi verilmişdirsə, həmin sığorta haqqı məbləği ilə sığorta ödənişi məbləği arasındakı fərq miqdarında sığorta haqqının sığortalıya qaytarılması müvafiq olaraq bu bəndin 7.1-ci və 7.2- ci yarımbəndlərində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
8.5. Sığorta müqaviləsi məhkəmə qərarı əsasında (sığortalı məhkəmənin qərarı ilə fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdirsə, yaxud onun fəaliyyət qabiliyyəti məhkəmənin qərarı ilə məhdudlaşdırılmışdırsa) xitam verilmiş hesab edildikdə, sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərclərini çıxmaqla müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını, bu bəndin 8.3-cü və 8.4-cü yarımbəndlərinin tələbləri nəzərə alınmaqla, sığortalının qanuni nümayəndəsinə qaytarır.
9. Tərəflərin hüquq və vəzifələri:
9.1. Sığortalı:
9.1.1 sığorta haqqını vaxtında ödəməli;
9.1.2 digər sığorta müqavilələri barədə sığortaçıya məlumat verməli;
9.1.3 Sığortaçinın tələbi olduğda,heyvanların sağlamlığı ilə əlaqədar baytar həkimindən öz vəsaiti hesabınaarayış alıb sığortaçıya təqdim etməli;
9.1.4 sığorta hadisəsi baş verdikdə, bu barədə Qaydaların 9.1-ci bəndinin tələblərini nəzərə alaraq sığortaçını xəbərdar etməli;
9.1.5 sığorta riskinə əhəmiyyətli dərəcədə təsir edə bilən risklər barədə sorğu forması sığorta müqaviləsibağlandığı zaman Sığortaçı tərəfindən Sığortalıya təqdim olunur. Sığortalı öz növbəsində sorğu formasındakı sualları dürüst və düzgün şəkildə cavablandırmalı və sığorta müqaviləsi qüvvədə xxxx müddətdə xxxxxx dərəcəsi dəyişilərsə bu barədə sığortaçıya məlumat verməli;
9.1.6 Sığorta hadisəsi baş verdikdə sığorta ödənişini vaxtında ödənilməsini tələb etmək.
9.1.7 Sığorta riskinə əhəmiyyətli dərəcədə təsir edə bilən risklər barədə sorğu forması sığorta müqaviləsibağlandığı zaman Sığortaçı tərəfindən Sığortalıya təqdim olunur. Sığorta müqaviləsinin qüvvədə olduğu
müddət ərzində, Sığortalı, sığorta müqaviləsi bağlanan zaman Sığortaçıya bildirdiyi əhəmiyyətli halların dəyişilməsi, həmçinin sığorta riskinə əhəmiyyətli dərəcədə təsir edə bilən və ona məlum xxxx bütün digər hallar barədə Sığortaçıya dərhal məlumat verməlidir.
9.1.8 Mövcud qanunvericilikdə nəzərdə tutulmuş digər hüquq və vəzifələr.
9.2. Sığortaçı:
9.2.1 sığortalını sığorta qaydaları ilə xxxxx etməli;
9.2.2 sığorta ödənişini bu Qaydaların 11.1-ci bəndində müəyyən edilmiş müddətdə verməli;
9.2.3 sığortalı barədə məlumatı, o cümlədən kommersiya xxxxx xxxx məlumatı yaymamalıdır;
9.2.4 istədiyi vaхt öz nümayəndələri və ya təyin edəcəyi baytar həkimləri vasitəsilə sığоrtalı heyvanların sağlamlığını və saхlanma şəraitini vəziyyətini yохlamaq hüququna malikdir. Sığоrtalının tövləni baхımsız və natəmiz saхlaması, heyvanlarla pis davranması, оnlara əziyyət verməsi və pis qulluq etməsi, lazımi qaydada yemləməməsi, həddindən artıq işlətməsi, sığоrta şəhadətnaməsində göstərilməyən məqsədlər üçün istifadə etməsi və digər bu kimi nöqsanlı hərəkətləri sübut edilərsə, sığоrtaçı 15 (on beş) gün müddətində müqaviləni ləğv edə bilər və ya baytarlıq qaydalarında göstərilən tələblərini müəyyən bir vaхt ərzində yerinə yetirilməsini tövsiyyə edə bilər. Sığortalı bu tövsiyyələri qəbul etməzsə və ya vaхtında yerinə yetirməzsə, sığоrtaçı yenə də 15 (on beş) gün müddətində ləğv etmə hüququndan istifadə edə bilər.
9.2.5 Sığorta hadisəsi ilə bağlı zəruri sənədləri Sığortalıdan tələb etmək;
9.2.6 Mövcud qanunvericilikdə nəzərdə tutulmuş digər hüquq və vəzifələr.
10. Sığorta hadisəsi baş verdikdə sığortalının vəzifələri və sığortaçı tərəfindən nəzarət
10.1. Sığorta hadisəsinin baş verməsini Sığortalı dərhal sonra və ya mümkün xxxx ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə yazılı qaydada bildirir.
10.2. Sığоrta оlunmuş heyvanlar хəstələndiyi və ya qəzaya düşdüyü hallarda, əlaqədar хərcləri özü ödəməklə baytar həkiminə müraciət etməli və оnun məsləhət bildiyi tədbirləri həyata keçirməlidir;
10.3. Tələf оlan, məhv edilən və ya məcburi kəsdirilən sığоrtal olunan heyvanların tələf оlma səbəbi haqqında sığоrtaçının təyin edəcəyi baytar həkimindən, əlaqədar хərclərin sığоrtaçı tərəfindən ödənilməsi şərtilə rəsmi arayış almalıdır;
10.4. Baytar həkiminə tələf оlmanın baş vermə səbəbinin aydınlaşdırılmasında kömək etməli və lazım оlduqda müvafiq tədbirləri həyata keçirməlidir.
10.5. Sığоrta olunan heyvanlarda yоluхucu хəstəlik əlamətləri aşkar edildikdə хəstə heyvanlarla sağlam heyvanları bir-birindən ayırmağa, хəstəlik haqqında məlumat verməyə, baytarlıq qaydalarına əsasən əlaqədar оrqanlar tərəfindən məsləhət bilinən tədbirləri həyata keçirməyə, imkanı daхilində оnlara yaхşı baхmağa, sığоrtaçının bu qaydaların 8.2.4-ci bəndinə uyğun оlaraq həyata keçirdiyi yохlamaların nəticəsinə əsasən sığortaçinın vacib hesab etdiyi tədbirlərin icrasına görə məsuliyyət daşıyır.
10.6. Bu sığorta ilə əhatə olunmasından asılı olmayaraq, Sığortalı artıq baş vermiş istənilən zərər, xəsarət və yaranmış məsuliyyətin azaldılması və gələcəkdə baş verə biləcək belə halların qarşısının alınması məqsədi ilə bütün ağlabatan və zəruri tədbirləri görməyə borcludur.
10.7. Sığortalının belə tədbirləri həyata keçirməməsi ilə əlaqədar birbaşa və ya dolayı nəticəsi olaraq baş vermiş istənilən zərər, xəsarət və yaranmış məsuliyyətə münasibətdə sığorta təminatı verilmir.
10.8. Belə tədbirlərin görülməsi zamanı Sığortalı Sığortaçıdan aldığı bütün təlimatlara əməl etməlidir.
10.9. Zərərlərin qarşısını almaq və ya həcmini azaltmaq üçün Sığortalı mümkün tədbirləri görmədikdə belə tədbirlərin görülməməsi nəticəsində zərər məbləğində baş verən xxxxx Sığortaçı tərəfindən ödənilməyə bilər.
10.10. Sığortaçı sığorta hadisəsi və onun nəticələri ilə əlaqədar Sığortalının bütün hərəkətləri üzərində nəzarət etməli və sığorta ödənişinin həyata keçirilməsinə təsir edə bilən bütün məsələlər haqqında qərar qəbul etmək imkanına malik olmalıdır.
10.11. Sığortalı Sığortaçının tələbi ilə ona imkan dairəsində kömək etməlidir. Sığorta hadisəsi ilə bağlı bütün rəsmi və qeyri-rəsmi təhqiqatlarda Sığortaçı öz hesabına Sığortalının maraqlarını təmsil və müdafiə etmək hüququna malikdir. Sığortalı Sığortaçının ilkin razılığı olmadan onun məsuliyyətinin tanınmasına yönəlmiş hər hansı bir hərəkət edə, saziş bağlaya və ya vəd verə bilməz.
11. Zərərin qiymətləndirilməsi
11.1. Sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında sığortaçı müəyyən edir.
11.2. Sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi sığorta qanunvericiliyinin tələbləri nəzərə alınmaqla, təyin olunan müstəqil ekspert tərəfindən aparılır.
11.3. Sığorta hadisəsinin araşdırılması və zərərin qiymətləndirilməsi üçün təyin olunan müstəqil ekspertlər və sığorta sahəsində yardımçı fəaliyyət göstərən şəxslər bununla bağlı sığortaçının malik olduğu bütün hüquqlardan istifadə edə bilərlər.
12. Sığorta odənişinin həyata keçirilməsi qaydası və şərtləri
12.1. Sığortaçı bu Qaydaların 12.4-ci maddəsində qeyd olunan sənədlərin sonuncusunu aldıqdan sonra (sığorta müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa) 15 (on beş) iş günü müddətində sığorta ödənişini həyata keçirir və ya yazılı şəkildə əsaslandırmaqla ödənişdən imtina edir.
12.2. Sığorta müqaviləsində nəzərdə tutulmuş azadolma məbləğinin şərtli və ya şərtsiz olması müəyyənləşdirilməmişdirsə, həmin müqavilə üzrə şərtsiz azadolma məbləği tətbiq olunur.
12.3. Sığоrtanmış heyvanlar tələf оlduğu, məhv edildiyi və ya məcburi kəsdirildiyi zaman оnun ətindən, dərisindən və digər hissələrindən istifadə edilə bilinəcəyi hallarda həmin hissələrin dəyəri və heyvan dоğum zamanı tələf оlarsa, хilas edilən balanın dəyəri sоvtaj (istifadəyə yararlı hissə) kimi qəbul edilir.
12-4-ci yarımbəndində göstərilən sənədlər sığоrtaçıya təqdim edildikdən sоnra ən geci 15 gün müddətində sığоrtalıya ödənilir.
12.4 Sığorta ödənişinin verilməsi üçün tələb olunan sənədlər aşağıdakılardır:
12.4.1 sığortalının və ya faydalanan şəxsin sığorta müqaviləsində nəzərdə tutulmuş müddətdə sığortaçıya ünvanladığı sığorta tələbi (ərizə, müraciət);
12.4.2 sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı qanunvericiliyə uyğun olaraq, hər hansı dövlət orqanına məlumat verilməlidirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənədlər;
12.4.3 dəymiş zərərin həcminin müəyyənləşdirilməsi üçün xxxxx xxxx sənədlər;. sığorta hadisəsinin baş verməsini təsdiq edən digər zəruri sənədlər.
12.4.4 Müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, bu minimal zəruri xxxx sənədlərin toplusudur. Sığortaçı zərurət yarandıqda sığortalıdan sığorta hadisəsinin baş verməsi səbəblərini və faktını, həmçinin dəyən zərərin həcminin müəyyən edilməsi üçün zəruri xxxx digər sənədlərin təqdim edilməsini tələb etməyə haqlıdır.
13. Sığorta ödənişinin verilməsindən imtinanın əsasları.
13.1. Sığortaçı sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edir:
13.4.1 sığorta hadisəsi barəsində məlumatın sığortaçıya vaxtında verilməməsi nəticəsində sığortaçının hadisənin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması ilə əlaqədar olaraq onun mənafeləri əhəmiyyətli dərəcədə pozulduqda,
13.4.2 sığortalının sığortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində sığortaçının sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması;
13.4.3 baş vermiş hadisənin qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi;
13.4.4 sığorta hadisəsinin sığorta haqqı və ya onun hər hansı bir hissəsinin qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulmuş ödənilməsi müddəti başa çatdıqdan 15 (on beş) gün sonra, bu qaydaların 6.5.1-ci maddəsində nəzərdə tutulmuş halda isə sığortaçının müəyyən etdiyi müddətin başa çatmasından 3 (üç) gün sonra baş verməsi halında sığorta haqqı və ya onun müvafiq hissəsi ödənilməmiş olduqda;
13.4.5 müqavilə və ya qanunla hərbi risklərin sığortalanması nəzərdə tutulmadıqda, hadisənin baş verməsinin hərbi
əməliyyatlar və ya hərbi xarakterli tədbirlər hesab edilən halların nəticəsi olması;
13.4.6 sığortalı və ya faydalanan şəxsin zərərin əvəzini tam olaraq zərər dəyməsində təqsirli xxxx şəxsdən xxxxxx; zərərvuran zərərin əvəzini qismən ödəmiş olduqda sığorta ödənişindən ödənilmiş məbləğ həcmində imtina edilir;
13.4.7 Sığortalı (sığorta olunan) tərəfindən sığorta predmetinin lazımi qaydada saxlanılması üzrə qanunvericilikvə digər normativ sənədlərin tələblərinin(bağlanmış lizinq müqaviləsində saxlanma ilə əlaqəli şərtlər daxil olmaqla)pozulması,habelə bununla əlaqədar müvafiq orqanların göstərişlərinə əməl edilməməsi nəticəsində bu qaydaların 4-cü bəndində nəzərdə tutulmuş zərərlərin baş verməsi;
13.4.8 Sığorta sahəsində mövcud qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda.
14. Sığorta müqaviləsinin şərtlərinin yerinə yetirilməməsinə və ya lazımi qaydada yerinə yetirilməməsinə görə tərəflərin məsuliyyəti.
14.1. Tərəflər bu Qaydalara əsasən bağlanılmış sığorta müqaviləsinin icrası ilə bağlı biri-birinə vurduqlarızərərlərə görə qanunvericilikdə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.
15. Mübahisələrin həlli qaydası
15.1. Bu Qaydalara əsasən bağlanmış sığorta müqaviləsindən irəli gələn bütün mübahisələr ilkin olaraq danışıqlar yolu ilə həll edilir, tərəflər arasında razılığ əldə olunmadığı təqdirdə isə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məhkəmələrə müraciət ediləcəkdir.
16. Sığorta ödənişindən sığorta haqqının tutulması
16.1. Sığorta ödənişinin ödənilməsi zamanı sığortaçı sığorta ödənişi məbləğindən sığortalının ona ödəməli olduğu, vaxtı çatmış və ya gecikdirilmiş sığorta haqqı məbləğini tutmaq hüququna malikdir.
17. Sığorta məbləğinin sığorta ödənişinə uyğun olaraq azalması
17.1. Sığorta müqaviləsində müəyyən edilmiş sığorta məbləği həmin müqavilə üzrə verilmiş sığorta ödənişi həcmində azalmış hesab olunur. Sığorta qanunvericiliyində başqa hal nəzərdə tutulmamışdırsa, bu zaman sığorta müqaviləsinə sığorta məbləğinin azalması ilə bağlı dəyişiklik etmək vacib deyil.
18. Subroqasiya hüququ
18.1.1. Xxxxxxxxxxx hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.
18.1.2. Xxxxxxxxxx şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.
18.1.3. Xxxxxxxxxx şəxs sığorta ödənişini aldıqda, subroqasiya hüququnun həyata keçirilməsi üçün özündəolan bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir.
18.1.4. Xxxxxxxxxx şəxs zərərvuran şəxsə qarşı iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımi sənədləri sığortaçıya verməkdən imtina etdikdə, sığortaçı sığorta ödənişi verməkdən zərərvuran şəxsdən subroqasiya qaydasında ala biləcəyi məbləğ həcmində azad edilir.
18.1.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlırisklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.
19. Sığorta tarifi və onun iqtisadi əsaslandırılması
Tarif dərəcələri əsaslandırılarkən, əvvəlcə netto-dərəcələr hesablanır. Netto dərəcələrin hesablanmasındaaşağıdakı məlumatlardan istifadə edilir:
1) Sığorta hadisəsinin baş vermə ehtimalı (q) - 0,04;
2) Bir sığorta müqaviləsi üzrə xxxx sığorta məbləği (So) -2300 manat;
3) Bir sığorta hadisəsi üzrə xxxx sığorta ödənişi (Sö) - 1600 manat;
4) Bağlanılacaq sığorta müqaviləsinin sayı(n)-300.
Tn, Tə və Tr ilə müvafiq olaraq netto-dərəcəni, onun əsas hissəsini və risk öhdəliyini işarə edək. Netto-dərəcənin əsas hissəsi 100 manat sığorta məbləğinə uyğun olaraq aşağıdakı düsturla hesablanır:
Tə=100qSö/So=100*0,05*1600/2300=2.78 manat
Risk öhdəliyini hesablamaq üçün təminat ehtimalını 0,98 götürək. Bu halda həmin ehtimala uyğun əmsal a=2 olur. Risk öhdəliyi aşağıdakı düsturla hesablanır:
1/2 1/2
Tr=1.2*Tə*a*((1-q)/(nq)) =1.2*2.78*2*((1-0,04)/(300*0,04)) = 1.89 manat Tn=Tr+Tə=2.78+1.89=4.67
Tarif dərəcəsinin strukturu: netto-dərəcə - 65%, yüklənmə -35 %.
Brutto-dərəcəni Tb ilə işarə edək. Onda bruto-dərəcənin hesablanması düsturuna əsasən: Tb=Tn/(1- f)=4.67/(1-0,35)=7.19 manat.
Tarif dərəcəsi sığorta predmetinin fiziki xüsusiyyətləri, istismar şəraitləri, sığorta ərazisi, iqlim və s. amillərdən asılıolaraq diferensiallaşdırılır. Ona görə də yekun tarif dərəcəsi, 3%-11% aralığında dəyişir.