TƏDRİS XİDMƏTİ MÜQAVİLƏSİ № 20170117001
TƏDRİS XİDMƏTİ MÜQAVİLƏSİ № 20170117001
Bu müqavilə, bir tərəfdən, bundan sonra “Honours Academy” adlanacaq “HDN Group MMC”-nin Direktor müavini imza səlahiyyətli şəxs Xxxxx Xxxxxxxx, digər tərəfdən bundan sonra “TƏLƏBƏ” adlanacaq (Şəxsiyyət vəsiqəsi ) arasında Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq bağlanılır. Bu müqavilə bağlanan gündən “Honours Academy” və “Tələbə”nin arasında yaranmış münasibətlər, tərəflərin hüquqları, vəzifələri və məsuliyyəti müqavilədə müəyyən edilmiş qaydalarla tənzimlənir.
1.MÜQAVİLƏNİN PREDMETİ
1.1. Bu müqavilənin predmetini, “Honours Academy” tərəfindən Tələbənin “” proqramı üzrə tədris xidmətinin göstərilməsi, ”Tələbə” tərəfindən isə xidmətin təhvil alınması, xidmət haqqının ödənilməsi və digər öhdəliklərlə bağlı yaranacaq münasibətlərin tənzimlənməsi təşkil edir. Tədris xidmətinin haqqı manat təşkil edir.
2.TƏRƏFLƏRİN HÜQUQ VƏ ÖHDƏLİKLƏRİ
2.1. TƏLƏBƏ
2.1.1. “Honours Academy”-nin proqramına uyğun əyani formada dərslərdə iştirak edir;
2.1.2. Tələbəyə fors-major halları (xəstəlik, iş ezamiyyəti, yaxınının vəfatı və s) nəzərə alaraq yalnız 1 (bir) dəfə dərs buraxmaq imkanı verilir. Tələbə təlim ərzində 2 (iki) dəfə və ya daha xxx dərsdə iştirak etməzsə və ya yuxarıda qeyd edilən hallarda“Honours Academy”-yə öncədən məlumat verməsə, “Honours Academy”-nin keyfiyyətli nəticəyə zəmanət verməməsi ilə razılaşır;
2.1.3. Tələbə təlimin başlanması üçün təyin olunmuş vaxtdan gec olmayaraq, dərsə qoşulmalıdır. Dərsin əvvəlində ev tapşırıqlarının yoxlanılması məqsədilə təşkil olunan qısa test imtahanı yekunlaşdıqdan sonra dərsə qoşulmaq istəyən tələbə üçün həmin dərsə qoşulma imkanı məhdudlaşdırılır. Tələbə dərsə gecikəcəyini 1 (bir) gün əvvəldən “Honours Academy”-yə bildirərsə, bu halda dərsə buraxıla bilər.
2.1.4. Tələbə tədris olunan proqram üzrə keyfiyyətin əldə olunması üçün dərslərə hazırlıqlı qoşulur, verilən tapşırıqları məsuliyyətlə yerinə yetirir. Ev tapşırıqlarının hazırlıq səviyyəsinin yoxlanması məqsədilə hər dərsin əvvəlində verilən test sualları verilir. Tələbə bu testlərdən 2 (iki) dəfədən qənaətbıxş nəticə əldə etməsə (5 sualdan ən azı 4-ə doğru cavab verə bilməsə), tələbə “Honours Academy”-nin keyfiyyətli nəticəyə zəmanət verməməsi ilə razılaşır;
2.1.5. Proqram üzrə tədris olunan hər bir dərsin ayrı-ayrılıqda qiyməti dərsin 1 (bir) saatına görə 100 (bir yüz) manat olmaqla hesablanır. Beləliklə tələbə iştirak etmədiyi dərsin əvəz olunmasını istəyərsə, bu zaman əlavə olaraq hər bir dərsin əvəz olunması üçün dərsin 1 (bir) saatına görə 100 (bir yüz) manat olmaqla ödəniş etməlidir.
2.1.6. Tələbə tərəfindən Honours Academy-yə ödənilməli xxxx icra edilməmiş öhdəlik 0 (sıfır) manat qalıq borc təliminin başlandığı gündən etibarən 30 (otuz) gündən gec olmayaraq ödənilir;
2.1.7. Tələbə qeydiyyatdan keçdikdən sonra hər hansı bir səbəbdən təlimə qatılmaqdan imtina etmək istəyərsə, kursun başlanma tarixindən ən azı 5 (beş) iş günü əvvəl “Honours Academy”-yə müraciət edərək, ödəmiş olduğu ödənişi xxxx tələb edə bilər. Bu halda müqaviləni vaxtından əvvəl pozduğuna görə tələbənin Honours Academy-yə ödəmiş olduğu məbləğdən 150 (bir yüz əlli) manat penya (cərimə) tutulmaqla ödənişin qalan hissəsi tələbəyə xxxx ödənilir.
2.1.8. Tələbə bir və ya bir neçə dərsdə iştirak etdikdən sonra “Honours Academy”-dən asılı olmayan səbəbdən kursu tərk etmək istəyərsə və iştirak etdiyi təlim proqramı üzrə tələbənin kursa ödəməli olduğu qalıq borc məbləği qalarsa, kursun hesablanmış gəlirini pozduğuna görə qalıq məbləğin 50 (əlli) xxxxx (minimum 150 manat olmaqla) həcmində əlavə ödəniş etməlidir.
2.1.9. Tələbə təlim üzrə qeydiyyatdan keçdikdən, təşkil olunacaq qrupun vaxtı müəyyənləşdirildikdən və tələbə həmin qrup üzrə dərslərə başladıqdan sonra başqa qrupa keçirilməsini istəyərsə, digər qrupa keçirilməsi mümkün olduğu halda təlimin dəyərinin 100 (yüz) xxxxx həcmində əlavə ödəniş edərək, digər qrup keçirilə bilər.
2.1.10. “Honours Academy”-də nizam-intizama riayət edir;
2.1.11. Tədris zamanı “Honours Academy” tərəfindən ona verilən dərs materiallarının (elektron tədris vəsaiti, mühazirələr, sənəd nümunələri və s.) 3-cü tərəfə icazəsiz ötürülməməsinə təminat verir. Dərs materialları 3-cü tərəfə “Honours Academy”-nin razılığı olmadan ötürülərsə, Tələbə “Honours Academy”-yə təzminat öhdəliyinin yaranması ilə razılaşır.
2.1.12. Hər hansı bir narazılıq meydana gələrsə, bu barədə yazılı və ya şifahi şəkildə məlumat bölməsinə bildirə və ya birbaşa rəhbərliyə müraciət edə bilər;
2.1.15. Bütün dərslər ərzində müəyyən olunmuş qaydalar (əlavə №1) əsasında hər bir tələbənin tədris və nizam-intizam göstəricilərinin qeydiyyatı aparılır və hər dərsdən sonra 3 (üç) iş günü ərzində tələbələrin xxxx tədris göstəriciləri tələbəyə açıqlanır. Dördüncü dərsdən başlayaraq, xxxx tədris və nizam-intizam göstəricisi 5 (beş) baldan aşağı xxxx tələbə təlimlərdən kənarlaşdırılacaqdır. Bu halda tələbənin ödəmiş olduğu məbləğ “Honours Academy” tərəfindən xxxx ödənilmir və tələbənin “Honours Academy”-yə ödəməli olduğu qalıq borc məbləği tələbə tərəfindən ödənilməlidir.
2.1.16. Tələbə dərs müddətində məsuliyyətli və nizam-intizamlı olmazsa, təlimçi (müvafiq Honours Academy əməkdaşı) tərəfindən xəbərdalıq alacaqdır. Bu hal ikinci dəfə təkrarlanarsa, tələbə yazılı şəkildə (Whatsapp, sms və ya e-mail vasitəsilə) xəbərdarlıq alacaqdır. Bu hal üçüncü dəfə təkrarlanarsa, tələbə təlimlərdən kənarlaşdırılacaqdır və tələbənin ödəmiş olduğu ödəniş “Honours Academy” tərəfindən xxxx ödənilməyəcəkdir.
2.1.17. “Honours Academy”-də təlimə qatıldığı üçün “HDN Honours Scholarships” təqaüd proqramı tərəfindən təqaüdlə mükafatlandırılan tələbə “Honours Academy” tərəfindən onun məlumatlarının (ad, soyad, təhsil, iştirak etdiyi təlim, imtahan nəticəsi, fotoşəkli) reklam və karyera məqsədləri üçün paylaşılacağı ilə razılaşır.
2.2. “Honours Academy”
2.2.1. Dərslərin tədrisini təmin edir;
2.2.2. Tədrisin keyfiyyətinə zəmanət verir;
2.2.3. Dərsin vaxtında keçirilməsini və lazımı texniki şəraitin yaradılmasını təmin edir;
2.2.4. Dərsin başlanma vaxtı haqqında dərsin başlanma vaxtından ən azı 48 (qırx səkkiz) saat əvvəlcədən telefonla zəng edərək və ya Xxxxxxxx mobil əlavəsi vasitəsilə ismarıc göndərərək tələbəni məlumatlandırır; Tələbə Whatsapp mobil əlavəsindən istifadə etmədikdə və ya “Honours Academy”-dən asılı olmayan səbəblərdən tələbə ilə telefon əlaqəsi yaratmaq mümkün olmadıqda, tələbəyə dərsin başlanma vaxtı ilə bağlı məlumatın verilməməsinə görə “Honours Academy” məsuliyyət daşımır.
2.2.5. Tədris prosesinə aid xxxx elektron dərs vəsaitlərini tələbəyə Whatsapp mobil əlavəsi vasitəsilə göndərir. Bundan başqa əsas dərslərin vaxtlarında baş vermiş dəyişikliklər, əlavə dərslər və sınaq imtahanlarının vaxtları barədə məlumatlar Tələbəyə Whatsapp mobil əlavəsi vasitəsilə çatdırılır. Tələbə Whatsapp mobil əlavəsindən istifadə etmədikdə və ya digər hallarda, tələbəyə elektron dərs vəsaitlərinin göndərilməməsinə və yuxarıda sadalanan məlumatların çatmamasına görə “Honours Academy” məsuliyyət daşımır;
2.2.6. “Honours Academy” tələbənin ən azı 1 (bir) dərsdə iştirak etməməsi halında keyfiyyətli nəticəyə görə məsuliyyət daşımır;
2.2.7. “Honours Academy” dərsi mənimsəmə səviyyəsi, məntiqi və riyazi bilikləri zəif xxxx tələbələrin proqramda nəzərdə tutulan mövzuları qeyd olunan müddətdə mənimsəməsinə təminat vermir və onlar üçün əlavə ödənişli fərdi tədris təşkil oluna bilər;
3.ÖDƏNİŞ MÜDDƏTİ, ŞƏRTLƏRİ VƏ QAYDALARI
3.1. Ödəniş tələbə qeydiyyata alındığı gün online formada həyata keçirilir.
3.2. Növbəti ödəniş (hissəli ödəniş üzrə qalıq borc qaldığı təqdirdə) təlimin başladığı gündən etibarən 30 (otuz) gündən gec olmayaraq həyata keçirilməlidir.
3.3. Növbəti ödənişi 1 (bir) dərsdən artıq gecikdirən tələbə növbəti dərsə buraxılmaya bilər;
4. ТƏRƏFLƏRİN MƏSULİYYƏTİ
4.1. Hazırkı Müqavilədə nəzərdə tutulmuş tələblərin yerinə yetirilməsinə görə tərəflər qüvvədə xxxx qanunvericilikdə müəyyən edilmiş şərtlərlə və qaydada məsuliyyət daşıyırlar.
5. FORS-МАJOR
5.1. Tərəflərdən biri özündən asılı olmayan (təbii fəlakətlər, tələblərin yerinə yetirilməsinə əngəl törədən qanunvericilik aktlarının qəbulu və bu kimi) hallara görə Müqavilə şərtini pozduqda, bir həftə müddətində digər Tərəfi yazılı və ya şifahi surətdə xəbərdar etməlidir. Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi isə yuxarıda göstərilən vəziyyətin qüvvədə qaldığı müddətə qədər təxirə salınır.
5.2. Fors-major vəziyyətinin yarandığı barədə digər Tərəfi xəbərdar etməyən, yaxud ona vaxtında xəbər verməyən Tərəf hazırkı Müqavilənin “5.1.” bəndindən istifadə etmək hüququndan məhrum olunur.
6. МÜBAHİSƏLƏRİN HƏLLİ QAYDASI
6.1. Bu Мüqavilə üzrə, yaxud bununla əlaqədar Tərəflər arasında meydana çıxan bütün mübahisə və fikir ayrılıqları Tərəflər arasında danışıq aparmaq yolu ilə aradan qaldırılır.
6.2. Mübahisə və fikir ayrılıqlarını danışıqlar yolu ilə həll etmək mümkün olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məhkəmə qaydasında həll edilməlidir.
7. МÜQAVİLƏNİN FƏALİYYƏT MÜDDƏTİ, DƏYİŞDİRİLMƏ VƏ LƏĞVİ QAYDASI
7.1. Bu müqavilə Tərəflərin onu imzaladıqları andan qüvvəyə minir və bütün öhdəliklər yerinə yetirilənədək qüvvədədir.
7.2. Hazırkı Müqavilənin şərtləri yalnız Tərəflərin qarşılıqlı razılığına əsasən dəyişdirilə bilər. Hazırkı Müqavilənin dəyişdirilməsi və ona əlavə edilməsi haqqında Saziş yalnız o zaman bağlana bilər ki, yazılı surətdə tərtib olunsun və Tərəflərin ikisi də onu imzalasın.
8. YEKUN MÜDDƏALAR
8.1. Hazırkı Müqaviləyə qoşulan Əlavə(lər) onun ayrılmaz hissəsidir.
8.2. Qarşılıqlı tələblər yerinə yetirildikdən, Tələbə və “Honours Academy” arasındakı bütün ödəniş hesablaşmaları tənzimləndikdən sonra Müqavilə bitmiş hesab olunur.
TƏRƏFLƏRİN İMZALARI VƏ MÜQAVİLƏNİN BAĞLANMA TARİXİ
Bakı Şəhəri, 07/03/2023–ci il “Honours Academy”:
HDN GROUP MMC
Ünvan: SAT Plaza, 13-cü mərtəbə Bakı şəhəri, Bəşir Səfəroğlu 133 012-408-23-20
000-000-00-00
Direktor müavini Xxxxx Xxxxxxxx
Bakı Şəhəri , 07/03/2023–ci il
TƏLƏBƏ:
(imza və möhür)