İQTİSADİYYAT, TİCARƏT VƏ MALİYYƏ MƏSƏLƏLƏRİ KOMİSSİYASI
İQTİSADİYYAT, TİCARƏT VƏ MALİYYƏ MƏSƏLƏLƏRİ KOMİSSİYASI
HESABAT MƏRUZƏSİ
“TÜRKPA ÜZV ÖLKƏLƏRİNDƏ SƏRMAYƏ MÜHİTİNİN YAXŞILAŞDIRILMASI”
I. GİRİŞ
1. TÜRKPA üzv ölkələri arasında iqtisadi əməkdaşlığın inkişafını öz fəaliyyətində prioritet məsələlərdən biri hesab edir. Bu baxımdan, üzv ölkələrdə ticarət və investisiya strategiyasının yaradılması xüsusi əhəmiyyət kəsb edir. Hesabat məruzəsi üzv ölkələrdə milli sərmayə strategiyasının əsas aspektini nəzərdən keçirir və onların sərmayə mühitində birgə layihələrini həyata keçirməklə investisiya mühitinin yaxşılaşdırmaq niyyətindədir.
2. TÜRKPA təşkilatın 3-cü Plenar Sessiyasında qəbul edilmiş Bişkek Deklarasiyasında Türkdilli ölkələr arasında iqtisadi əməkdaşlığın regional inteqrasiyanın əsas aparıcı qüvvəsi olduğunu tanımış və bu dövlətləri üzv ölkələr arasında qarşılıqlı ticarət və əməkdaşlığın gücləndirilməsinə çağırmışdır.
3. Komissiya 3-cü Plenar Sessiyasında qəbul edimiş ilk tövsiyə qərarında üzv ölkələr arasında müvafiq qanunvericiliyin uzlaşdırılması və biznes strukturlarının əlaqələrinin genişləndirilməsi əsasında iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsini vurğulayır. Bundan əlavə, Komissiya üzv ölkələri arasında investisiya əməkdaşlığının, iqtisadi və ticarət əlaqələrinin inkişafı üçün TÜRKPA çərçivəsində effektiv mexanizmlərin tətbiq edilməsi məqsədilə xüsusi qurumun yaradılmasını tövsiyə edir.
4. TÜRKPA üzv ölkələrinin birgə iqtisadiyyatlarının və dinamik infrastrukturlarının inkişaf etdirilməsi kimi ümumi dəyərləri çoxşaxəli iqtisadi əməkdaşlıq və dövlətlərin investisiya siyasətində yaxından iştirakı üçün əliverişli şərait yaradır. Qırğızıstan və Türkiyə arasında viza rejiminin aradan qaldırılmasının nümunəsində olduğu kimi üzv ölkələri arasında gələcək əməkdaşlığın inkişafı da məhz viza rejiminin aradan qaldırılmasi şəraitində biruzə verə bilər. İqtisadi əməkdaşlığın
yaxşılaşdırılması üçün digər bir fürsət mallar, xidmətlər və işçi qüvvəsinin azad dövriyyəsi istiqamətində addımların atılmasıdır.
II. ÜZV ÖLKƏLƏRDƏ SƏRMAYƏ MÜHİTİ
5. TÜRKPA üzv ölkələrinin iqtisadiyyatındakı son meyllər göstərir ki, bu ölkələrin sərmayə siyasətində sosial-iqtisadi xxxxx və bazar iqtisadiyyatından asılı olaraq hər bir ölkənin oz prioritetləri vardır. Eyni zamanda, bütün dörd üzv ölkələr sərmayə mühitinin davamlı şəkildə yaxşılaşdırılmasını təmin etmək üçün ticarət sahəsində liberallaşma siyasətini və kapitalın azad şəkildə hərəkətini bəyan etməklə xarici investisiyalara böyük önəm verir. Müəyyən ölkələr hətta xarici sərmayədarlar üçün “açıq qapı” siyasətini həyata keçirirlər.
6. Nəticə etibarilə, son illər ərzində TÜRKPA-ya üzv ölkələr arasında investisiya sahəsində müsbət dinamiklik müşahidə olunur. Beləliklə, son 10 illik ərzində milli iqtisadiyyatda xarici birbaşa investisiyaların həcmi yüksəlmiş və üzv ölkələr xarici investisiya sahəsində milli qanunvericiliyi yaxşılaşdırmışlar. Bu kontekstdə, üzv ölkələr arasında bənzər ticarətin asanlaşdırılması və inkişaf etdirilməsi sahəsində tədbir görmək vacibdir. Bu istiqamətdə başqa bir əsas məqam milli iqtisadi siyasətdə xüsusi dövlət agentliklərinin yaradılması, ikitərəfli və çoxtərəfli investisiya əməkdaşlığına yönəldilən struktur yaratmaqdan ibarətdir.
AZƏRBAYCAN
7. Son illər ərzində Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiya prosessi intensiv xarakter almışdır. 1995-2011-ci illər ərzində milli iqtisadiyyatda xarici investisiyaların həcmi artmış və 54 xxxxxxxx dollara çatmışdır. Ölkə investisiya fəaliyyəti sahəsində geniş qanun bazası yaratmağa nail olmuş və bazar iqtisadiyyatının hüquqi tənzimlənməsini təmin etmişdir. Azərbaycanda xarici investisiyalar bir sıra beynəlxalq müqavilə və sazişlər, həmçinin ölkədaxili normativ hüquqi aktlar, o cümlədən xarici investisiyaların qorunması haqqında Qanun, investisiya fəaliyyəti, özəlləşdirmə haqqında Qanun, məlum Proqram və Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrinə aid qanunlarla tənzimlənir.
8. Azərbaycan bir sıra xarici dövlətlərlə ikiqat vergilərin aradan qaldırılması, qarşılıqlı investisiyaların inkişaf etdirilməsi və qarşılıqlı qorunması sahəsində müqavilələr imzalamışdır. Hazırda Azərbaycan hökuməti gələcək biznes mühitinin, neft və qeyri-neft sektorlarının inkişaf etdirilməsinə yönəlmiş iqtisadi islahatları davam etdirir. Ölkədə sahibkarlıq fəaliyyətinin sadələşdirilməsi istiqamətində atılmış addımlar kimi ”vahid pəncərə” və “elektron hökumət”sistemlərini qeyd etmək olar.
9. Azərbaycan İnvestisiya Şirkəti 2006-cı ildə sahibkarlığın bir mərkəzdən dəstəklənməsi və inkişaf etdirilməsi sahəsində dövlət siyasətinin həyata keçirilməsi, respublikanın investisiya qoyuluşu baxımından cəlbediciliyini təmin etmək məqsədilə yaradılmışdır. Kompaniyanın əsas məqsədi Azərbaycanda xarici investisiyaların inkişaf etdirilməsidir. Azərbaycan ixracat və investisiya inkişafı fondu (AZPROMO) 2003-cü ildə Azərbaycanın sərmayə qoyuluşu baxımdan cəlbediciliyini artırmaq üçün yerli istehsal və ölkənin eksport
potensialının inkişaf etdirilməsi məqsədi ilə yaradılmışdır. Fond dövlət və özəl sektor arasında dialoq aparılmasında əhəmiyyətli fəaliyyət həyata keçirir. Agentlik həmçinin xarici investorlara sərmayə qoyulacaq layihələrin müəyyənləşdirilməsində köməklik göstərir, onların fəaliyyəti üçün əliverişli şərait yaradır.
QAZAXSTAN
10. 1991-ci ildə müstəqillik qazandıqdan sonra Qazaxstan bazar iqtisadiyyatının və xarici investisiyalar üçün cəlbedici mühitin yaradılması istiqamətində əhəmiyyətli nailiyyətlər əldə etmişdir. Qazaxstan hökuməti xarici sərmayədarlarla əlaqələrini nizamlayan: İnvestisiyalar haqqında Qanun, Dövlət Sifarişləri haqqında Qanun, Xxxxx Xxxxxxxxx, Gömrük Məcəlləsi və Xxxxxx Vətəndaşların İşə Gəbul Qaydaları kimi qanunverici baza yaratmışdır. Bu qanun aktları qanunvericiliyin sabitliyini, dövlət sifarişlərinin şəffaflığını, peşəkar əcnəbi işçilərin işə qəbul sistemini, səhiyyə, turizm və infrastruktur kimi əsas sahələrdə investisiya qoyuluşunun həvəsləndirilməsini təmin edir.
11. Qazaxstan birgə inkişaf və investisiyaların qorunması uçün ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, Niderland,Türkiyə, daxil olmaqla 41 ölkə ilə ikitərəfli və Avrasiya İqtisadi Qrupu ölkələri ilə çoxtərəfli sazişlər imzalamışdir.
12.“Milli İnnovasiya Fondu”, “Qazaxstan İnkişaf Bankı”, “DAMU” Biznes və İnkişaf Fondu və Qazaxstan Investisiya Fondu “KAZNEX” Qazaxstanda fəaliyyət göstərən əsas inkişaf sahələridir.
13. Ölkədə ən uğurlu layihələrdən biri Regional Maliyyə Mərkəzinin Xxxx-Ata şəhərində yaradılmasıdir. Mərkəz 2005-ci ildə Qazaxstan Respublikasının hökumətinin qərarı ilə yerli maliyyə institutları üçün təsis edilmişdir. Bu qərar ölkənin maliyyə sektorunun və bu sahədəki xidmətlərin, həmçinin ÜDM-in sürətli inkişafı və sabitliyi fonunda qəbul edilmişdir.
QIRĞIZISTAN
14. Qırğızıstan iqtisadiyyatın hidroenergetika, dağ-mədən sənayesi, informasiya texnologiyaları sektoru, emaledici sənaye, turizm kimi sahələrdə geniş investisiya potensialına malikdir. Müstəqillik əldə etdikdən sonra, Qırğızıstan bazar iqtisadiyyatında da islahatlar etmiş, bu sahəni tənzimləyən sistemi yaxşılaşdırmış, torpaq islahatları keçirmişdir. Qırğızıstan Dünya Ticarət Təşkilatına qəbul edilmiş ilk MDB ölkəsi olmuşdur.
15. Cəlbedici investisiya şəraitinin yaradılması və biznes mühitinin yaxşılaşdırılması Qırğızıstan Hökumətinin fəaliyyətində əsas məsələlərdən biridir. İslahatlar əsasən biznesə başlanılması mərhələlərinə, tikinti sahəsində icazə alınmasına, investisiyaların qorunmasına, beynəlxalq ticarət və kredit sahələrinə şamil olunmuşdur. Nəticədə, ölkə biznes fəaliyyətinin sadələşdirilməsi, sərmayədarların mühafizəsə olunması, beynəlxalq ticarət və kredit şərtlərinin yüngülləşdirilməsində ən fəal islahatçılardan biri kimi tanınmışdır.
16. Qırığızıstanda 3 Azad Ticarət Zonası (ATZ) mövcuddur. ATZ xüsusi əlverişli gömrük qaydalarından və əhəmiyyətli vergi güzəştlərindən faydalanır, xarici vətəndaşlar üçün münasib yaşayış qaydalarını müəyyən edir.
17. Qazaxıstan TÜRKPA üzv ölkələri içində xarici ticarət əlaqələri üçün ən liberal iqtisadi şərait yaratmışdir. Hökumət dövlət strukturlarının iqtisadiyyata lüzumsuz müdaxiləsini aradan qaldırmış və vergiləri əhəmiyyətli dərəcədə azaltmışdır. Xarci investorlara yatırdıqları pulları oz ölkələrinə qaytarmaq, mənfəət və faizləri əldə etmək imkanları yaradılmışdır.
18. Qırğızıstan Respublikasının İqtisadi İnkişaf və Kommersiya Nazirliyi milli investisiya siyasətinin inkişafında səlahiyyətli icra hakimiyyəti orqanıdır. Bu orqan layihə verməklə yanaşı dövlət siyasətini həyata keçirir.
TÜRKİYƏ
19. Son illər ərzində Türkiyə dünyada iqtisadiyyatı sürətlə inkişaf edən ölkələrdən biri olub. Türkiyə 2023-cü ilə qədər dünyanın 10 böyük iqtisadi mərkəzlərindən birinə çevrilməyi qarşısına məqsəd qoymuşdur. Öz dinamik və inkişafda xxxx iqtisadiyyatı, nəhəng bazarı, rəqabətli və bacarıqlı işçi qüvvəsi ilə Türkiyə beynəlxalq investorlara çoxsaylı imkanlar təklif edir.
20. 1954-cü ildən bəri Türkiyə 2003-cü ildən Birbaşa Xarici İnvestisiyalara dair qanunla əvəz olunan ən liberal Xarici Kapital qanununa malikdir. 2001- ci ildən başlayaraq Türkiyə hökuməti investisiyaya aid qaydaların sadələşdirilməsinə ardıcıl və daha xxx kapital axınının təmin edilməsinə yönəlmiş çoxsahəli islahatlar proqramını həyata keçirir. İctimai və özəl sektorun birgə yaratdığı qurum xxxx İnvestisiya mühitinin yaxşılaşdırılmasına dair Koordinasiya Şurası investisiyaya aid məsələlərdə texniki dəstəyi təmin edir.
21. 2011- ci ildə Türkiyə 15.7 xxxxxxxx dollar həcmində xarici investisiya cəlb edə bilmiş, bunun əhəmiyyətli hissəsi isə dövlətin payına düşmüşdür. Struktur islahatları ilə yanaşı, yeni sərmayədarların fəaliyyətinin təşkil edilməsi və bundan sonra yaranan problemlərin aradan qaldırılması istiqamətində fəaliyyət göstərən Türkiyənin İnvestisiyalara Yardım və Dəstək Agentliyi biznesin inkişafı və həmçinin sərmayələrin qoyuluşunda və münasib əliverişli şəraitin yaradılmasında əhəmiyyətli rol oynayır. Agentlik Cümhuriyyətin nəzdində fəaliyyət göstərən məsləhətverici organ kimi investisiyaların artırılması məqsədilə islahatların hazırlanmasında və ölkənin əliverişli investisiya mühitinə malik olmasının, həmçinin onun üstünlüklərinin xaricdə və daxildə təbliğ olunmasında iştirak edir.
22. 2023- cü ildə dünyanın 10 ən güclü iqtisadiyyatlarından biri olmaq məqsədinə nail olmaq üçün hökumət 24 xüsusi strategiya hazırlamışdır ki, onlardan 8-i əsas xxxx istehsalat sektorunu əhatə edir. Hökumət həmçinin səhiyyə infrastrukturlarının genişlənirilməsi və yenilənməsi, informasiya texnologiyaları və təhsil sistemini inkişaf etdirməklə Türkiyənin yerli şirkətləri arasında rəqabəti artırır.
III. TÜRKPA ÜZV ÖLKƏLƏRİ ARASINDA İNVESTİSİYA MÜHİTİNİN YAXŞILAŞDIRILMASI SAHƏSİNDƏ ƏMƏKDAŞLIQ
23. TÜRKPA üzv ölkələri arasında ikitərəfli ticarət və iqtisadi əlaqələr sürətlə inkişaf edir. Bu əməkdaşlıq enerji (o cümlədən alternativ enerji), kənd təsərrüfatı, nəqliyyat, kommunikasiya və turizm kimi sahələrdə dərinləşməkdədir.
24. Bütün dörd üzv ölkələr regionda enerji təhlükəsizliyini təmin etmək məqsədilə əməkdakdaşlığın daha da genişləndirilməsini dəstəkləyir. Bakı – Tbilisi – Ceyhan neft və Bakı – Tbilisi – Ərzurum qaz xxxx kəməri qlobal enerji təhlükəsizliyini təmin etməklə yanaşı region dövlətlərinin davamlı inkişafını təmin edir. Üzv ölkələrdə energetika sahəsində əməkdaşlığının inkişafında atılmış önəmli addımlardan biri də Xəzər Aktau portunun Bakı - Tbilisi – Ceyhan neft kəməri ilə birləşdirilməsi oldu.
25. Bakı – Tbilisi – Qars dəmiryol layihəsi Türkdilli ölkələr arasında nəqliyyat infrastrukturunun inkişafı və eyni zamanda Avrasiya regionunda ticarət dövriyyəsinin həcminin artırılması məqsədilə istifadəyə verilmişdir.
Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının Fəaliyyəti
26. Türk Şurasının 21 oktyabr 2011 - ci ildə Almatıda keçirilən I Sammiti iqtisadi əməkdaşlığa həsr olunmuşdur. Dövlət başçıları İqtisadiyyat Xxxxxx tərəfindən təqdim olunan iqtisadi əməkdaşlığın birgə proqramını təstiq etmiş və onun effektiv həyata keçirilməsi üçün müvafig gostərişlərini vermişlər. Bununla yanaşı aşağidakı istiqamətlər üzrə də işçi qrupları təsis etmişlər: “İnvestisiya Mühitinin Yaxşılaşdırılması”, “İqtisadi şaxələndirilməsi istiqamətində tədbirlərin hazırlanması”, “Nəqliyyat sistemlərinin inkişaf etdirilməsi”, “İqtisadiyyatın əsası kimi sahibkarlığın inkişaf etdirilməsi”. Bu səylərin Dövlət və özəl əməkdaşlıq modeli vasitəsilə gücləndirilməsi məqsədi ilə “Türkdilli Ölkələrin Biznes Şurası” da yaradılmışdır.
27. 23 avqust 2012- ci ildə Türk Şurasının Bişkekdə keçirilən II Sammitində Türkiyə - Gürcüstan –Azərbaycan - Qazaxıstan nəqliyyat dəhlizinin yaradılması qərara almışdır. Sammitdə üzv ölkələrdə Nəqliyyat və Gömrük Nazirlərinin münasib vaxtlarda mütəmadi şəkildə davamlı görüşlərinin keçirilməsi də geniş müzakirə edilmişdir .
28. Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının işçi qrupları sonuncu toplantıda aşağidakı mövzular üzrə araşdırmaların aparılması qərarına gəlmişdir a) Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına üzv ölkələrin investisiya mühitində hər bir üzv dövlətdə rast gəlinən çətinlik və maneələri araşdırmaq və onları aradan qaldırmaq üçün müvafiq tövsiyələr vermək b) beynəlxalq ticarəti və investisiya imkanlarını genişləndirmək və yaxşılaşdırmaq məqsədilə sektor və regional səviyyələrdə beynəlxalq ticarətə aid məsələlər.
29. Türkpa və Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası çərçivəsində üzv ölkələri arasında ikitərəfli ticarətdə dövriyyənin aparılması valyutalarının utilizasiyası ilə həyata keçirilə bilər. Bununla əlaqədar üzv ölkələr maliyyə köçürmələri sahəsində daha asan fəaliyyət göstərə bilərlər, bu isə öz növbəsində investisiya və ticarət mühitinin yaxşılaşdırılmasında vacib amillərdəndir.