AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
“Azərbaycan Respublikası Hökuməti və Sloveniya Respublikası Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında” Sazişin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
“Azərbaycan Respublikası Hökuməti və Sloveniya Respublikası Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında” 2013-cü il yanvarın 16-da Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.
Xxxxx XXXXXX, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 aprel 2013-cü il
№ 606-IVQ
AZƏRBAYCAN RESPUBLİKASI HÖKUMƏTİ VƏ SLOVENİYA RESPUBLİKASI HÖKUMƏTİ ARASINDA BEYNƏLXALQ AVTOMOBİL ƏLAQƏLƏRİ HAQQINDA
SAZİŞ
Bundan sonra “Razılığa gələn Tərəflər” adlandırılacaq Azərbaycan Respublikası Hökuməti və Sloveniya Respublikası Hökuməti,
ikitərəfli ticarət və iqtisadi əlaqələrin inkişafına töhfə vermək niyyəti ilə,
iki ölkə arasında və onların ərazilərindən tranzitlə avtomobil əlaqələrinin inkişafına yardım göstərilməsini arzu edərək,
aşağıdakılar barədə razılığa gəldilər:
ÜMUMİ MÜDDƏALAR
Maddə 1 Tətbiq sahəsi
1. Bu Sazişin müddəaları Razılığa gələn Tərəflərin əraziləri arasında, onların ərazilərindən tranzitlə, üçüncü ölkələrə/ölkələrdən Razılığa gələn Tərəflərin ərazisində qeydiyyata alınmış daşıyıcılar tərəfindən həyata keçirilən beynəlxalq avtomobil daşımalarına tətbiq edilir.
2. Bu Saziş Razılığa gələn Tərəflərin iştirakçısı olduğu digər beynəlxalq sazişlərdən irəli gələn hüquq və öhdəliklərə təsir etmir.
3. Bu Sazişin müddəaları Razılığa gələn Tərəflərin milli təhlükəsizliyinə xələl gətirə biləcək beynəlxalq avtomobil daşımalarına məhdudiyyət qoyulmasını istisna etmir.
Maddə 2 Anlayışlar
Bu Sazişdə istifadə edilən terminlər aşağıdakı mənaları ifadə edir:
1. “Daşıyıcı” - Razılığa gələn Tərəflərdən birinin ərazisində qeydiyyata alınmış, beynəlxalq sərnişin və xxx daşımalarının həyata keçirilməsinə səlahiyyət verilmiş hər hansı fiziki və ya hüquqi şəxs;
2. “Avtomobil nəqliyyat vasitəsi”:
xxx daşımalarında - Razılığa gələn Tərəflərdən birinin ölkəsində qeydiyyata alınmış, yüklərin daşınması üçün təchiz edilmiş mühərrikli nəqliyyat vasitəsi və ya nəqliyyat vasitələrinin kombinasiyası;
sərnişin daşımalarında - Razılığa gələn Tərəflərdən birinin ərazisində qeydiyyata alınmış, konstruksiyası və təchizatına görə sərnişinlərin daşınması üçün nəzərdə tutulan, sürücünün oturacaq yerindən əlavə səkkizdən artıq oturacaq xxxx xxxx nəqliyyat vasitəsi;
3. “Daşıma” - Nəqliyyat vasitəsinin, qoşqunun və ya yarımqoşqunun yüklü və yaxud yüksüz, reysin müəyyən hissəsində qatar və ya gəmi ilə nəql edilməsindən asılı olmayaraq nəqliyyat vasitəsinin hərəkəti;
4. “Kabotaj” - Razılığa gələn Tərəflərdən birinin ərazisində yerləşən məntəqələr arasında digər Razılığa gələn Tərəfin daşıyıcısı tərəfindən həyata keçirilən daşımalar;
5. “Razılığa gələn Tərəfin ərazisi” - müvafiq olaraq Azərbaycan Respublikasının və Sloveniya Respublikasının əraziləri;
6. “Qeydiyyat ölkəsi” - daşıyıcının və nəqliyyat vasitəsinin qeydiyyata alındığı Razılığa gələn Tərəfin ərazisi;
7. “Qəbul edən ölkə” - daşıyıcı və onun nəqliyyat vasitəsi qeydiyyata alınmadan daşıyıcının daşımalar həyata keçirdiyi Razılığa gələn Tərəfin ərazisi;
8. “Müntəzəm daşımalar” - əvvəlcədən razılaşdırılmış hərəkət cədvəli və tarifə uyğun olaraq başlanğıc və son, həmçinin sərnişinlərin minib-düşməsi üçün dayanacaq məntəqələri göstərilmiş marşrut üzrə sərnişin daşımaları;
9. “Məkik daşımalar” - əvvəlcədən təşkil olunmuş sərnişin qruplarının yola düşmə məntəqəsindən təyinat məntəqəsinə təkrarlanan daşınmasıdır. Təyinat məntəqəsinə səfər etmiş sərnişinlərdən ibarət hər bir qrup növbəti səfərlərin biri ilə yola düşmə yerinə xxxx daşınır. Yola düşmə və təyinat məntəqələri hər bir halda 50 km radius daxilində xxxx, müvafiq olaraq səfərin başlandığı və bitdiyi yerdir.
Məkik daşımalarda sərnişinlərin təyinat məntəqəsində, zərurət olduqda isə bütün səfər zamanı yerləşdirilməsi də daxil edilə bilər.
Məkik daşımalarda birinci qayıtma və sonuncu getmə səfərləri sərnişinsiz həyata keçirilir;
10. “Qeyri-müntəzəm daşımalar” - nə müntəzəm daşımalara, nə də məkik daşımalara aid edilməyən daşımalar;
11. “İcazə” - Razılığa gələn Tərəflərdən birinin səlahiyyətli orqanı tərəfindən verilən digər Razılığa gələn Tərəfin ərazisində qeydiyyata alınmış nəqliyyat vasitəsilə bu icazəni vermiş Razılığa gələn Tərəfin ərazisinə giriş-çıxış və ya onun ərazisindən tranzit keçmək hüququ verən sənəd;
12. “Tranzit” - Razılığa gələn Tərəflərdən birinin ərazisində qeydiyyata alınmış nəqliyyat vasitəsi ilə digər Razılığa gələn Tərəfin ərazisindən keçməklə beynəlxalq avtomobil daşımaları;
13. “Təhlükəli yüklər” - tərkibləri və onlara xas xüsusiyyətlər nəticəsində daşındığı, yüklənildiyi, boşaldıldığı və saxlanıldığı zaman cihazlara, avadanlıqlara, bina və tikililərə ziyan vurulmasına, eləcə də insanların, heyvanların ölümünə, xəsarət almasına və ya xəstələnməsinə və ətraf mühitə zərər vurulmasına səbəb ola bilən yüklərdir.
SƏRNİŞİN DAŞIMALARI
Maddə 3 Müntəzəm daşımalar
1. Razılığa gələn Tərəflərin əraziləri arasında və ya onların ərazilərindən tranzitlə müntəzəm daşımaların təşkili Razılığa gələn Tərəflərin səlahiyyətli orqanlarının qarşılıqlı razılığı və bu daşımalara Razılığa gələn Tərəflərin səlahiyyətli orqanı tərəfindən verilən icazələr əsasında həyata keçirilir.
2. İcazə alınması üçün daşıyıcının qeydiyyata alındığı ölkənin səlahiyyətli orqanına müraciət edilməlidir. Səlahiyyətli orqan bu müraciətə razılıq bildirdiyi təqdirdə, digər Razılığa gələn Tərəfin səlahiyyətli orqanına bu barədə məlumat verir.
Bu Sazişin 14-cü Maddəsində nəzərdə tutulan Birgə Komissiya icazənin alınması üçün müraciətin formasını və tələb olunan digər sənədləri müəyyən edir.
3. İcazələr Razılığa gələn Tərəflərin səlahiyyətli orqanlarının qarşılıqlı razılığına əsasən verilir.
Xüsusi şərtlər olmadıqda icazənin verilməsi və ya bundan imtina edilməsi barədə qərar üç ay ərzində qəbul edilir.
İcazələr bir il müddətində etibarlıdır. Onlar daşıma şərtlərini, o cümlədən, nəqliyyat vasitələri üçün ekoloji və təhlükəsizlik standartlarını müəyyən edir.
4. Daşıma sərtlərində dəyişikliklər və daşımaların ləğvi barədə qərarlar bu maddənin 2- ci və 3-cü bəndində müəyyən edilmiş prosedura uyğun olaraq qəbul edilir.
Daşımalara tələbat olmadıqda, daşıyıcı icazəni vermiş səlahiyyətli orqanlara və istifadəçilərə üç ay əvvəldən bildiriş verməklə onu ləğv edə bilər.
Maddə 4
Qeyri-müntəzəm və məkik daşımalar
1. Razılığa gələn Tərəflərin əraziləri arasında və ya onların ərazisindən tranzit keçməklə qeyri-müntəzəm və məkik daşımalar Razılığa gələn Tərəflərin səlahiyyətli orqanları tərəfindən verilən icazələr əsasında həyata keçirilir.
Bu Sazişin 14-cü maddəsinə əsasən yaradılmış Birgə Komissiya bu maddədə nəzərdə tutulan daşımaları həyata keçirən nəqliyyat vasitələri üçün texniki, ekoloji və təhlükəsizlik standartlarına dair tələbləri razılaşdırır.
2. Bu Maddənin 1-ci bəndinə istisna olaraq, aşağıda siyahısı verilən daşımalar qəbul edən ölkənin ərazisində icazə tələb olunmur:
a) eyni sərnişin qrupunun səfər boyunca eyni nəqliyyat vasitəsilə daşınması və onların yola düşmə məntəqəsinə qaytarılması;
b) eyni daşıyıcı tərəfindən Razılığa gələn Tərəfin ərazisinə əvvəlcədən gətirilmiş sərnişinlərin yenidən xxxx daşınması şərti ilə ilk getmə səfəri sərnişinlə, qayıtma səfəri sərnişinsiz və son getmə səfəri sərnişinsiz və qayıtma səfəri sərnişinlə xxxx daşımalar.
Bu Sazişin 14-cü Maddəsinə əsasən yaradılmış Birgə Komissiya qeyri-müntəzəm daşımalarını digər hallarda da icazədən azad edə bilər.
3. İcazə üçün müraciət qəbul edən ölkənin səlahiyyətli orqanına edilməlidir.
Bu Sazişin 14-cü Maddəsinə əsasən yaradılmış Birgə Komissiya icazə üçün müraciətin formasını və tələb olunan digər sənədləri müəyyən edir.
4. İcazədən azad edilmiş, avtobusla həyata keçirilən qeyri-müntəzəm daşımalara müvafiq sənədlər tələb olunur. Bu Sazişin 14-cü Maddəsində nəzərdə tutulan Xxxxx Xxxxxxxxx tərəfindən bu sənədlərin istifadə şərtləri və forması müəyyən edilir.
Maddə 5
Sərnişin daşımaları üzrə digər müddəalar
1. Daşıma üçün daşıyıcıya verilmiş icazədən digər daşıyıcı istifadə edə bilməz.
2. Kabotaj daşımaları qadağandır.
XXX DAŞIMALARI
Maddə 6 İcazə sistemi
1. Razılığa gələn Tərəflərdən birinin ərazisində qeydiyyata alınmış daşıyıcılar icazələr əsasında aşağıdakıları həyata keçirə bilər:
a) Razılığa gələn Tərəflərin əraziləri arasında daşımalar;
b) tranzit daşımalar;
c) üçüncü ölkələrə/ölkələrdən daşımalar.
2. Kabotaj daşımaları qadağandır.
3. Bu Sazişin 14-cü Maddəsində nəzərdə tutulmuş Birgə Komissiya digər hallar üçün icazələrin tətbiq edilməsini müəyyən edir və daşımanın icazələrsiz həyata keçirilməsi təklifi sürmək hüququna malikdir.
Maddə 7
İcazə tələb olunmayan daşımalar
1. Bu sazişin 6-cı Maddəsində göstərilən icazələr aşağıdakılar üçün tələb olunmur:
a) qoşqular daxil olmaqla, Yüklə Birlikdə İcazə Verilən Ümumi Çəkisi (TPLW) 6 xxxxxx artıq olmayan və ya qoşqular daxil olmaqla, icazə verilən yükgötürmə qabiliyyəti 3,5 xxxxxx artıq olmayan nəqliyyat vasitələri ilə daşımalar;
b) hava daşımalarında reyslər pozulduğu təqdirdə hava limanına və ya hava limanından daşımalar;
c) zədələnmiş və ya sıradan çıxmış nəqliyyat vasitələrinin daşınması və texniki yardım nəqliyyat vasitələrinin gedişləri;
d) digər ölkədə sıradan çıxmış nəqliyyat vasitəsini əvəz etmək üçün göndərilmiş nəqliyyat vasitəsinin yüksüz gedişləri və həmçinin sıradan çıxmış nəqliyyat vasitəsinin təmirdən sonra geriyə qayıdışı;
e) fövqəladə hallarda xxxxx xxxx, xüsusilə, təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması və humanitar yardım üçün dərman preparatlarının və tibbi ləvazimatların daşınması;
f) yarmarkalar, sərgilər və ya qeyri-kommersiya məqsədləri üçün incəsənət işlərinin və eksponatların daşınması;
g) qeyri-kommersiya məqsədləri üçün teatr, musiqi, kino, idman və ya xxxx tamaşalarına və ya tamaşalarından həmçinin radio, televiziya verilişləri və ya film çəkilişləri üçün əmlakın, ləvazimatın və heyvanların daşınması;
h) məişət əşyalarının köçürülməsi;
i) cənazələrin daşınması;
j) poçtun daşınması.
2. Bu Sazişin 14-cü Maddəsinə əsasən yaradılmış Birgə Komissiya icazə tələblərindən azad olunmuş daşımaların siyahısına daşımaları əlavə edə və ya çıxara bilər.
Maddə 8
Xxx daşımaları üzrə digər müddəalar
1. Razılığa gələn Tərəflərin səlahiyyətli orqanları hər il razılaşdırılmış xxxxx icazə blankları mübadilə edir.
İcazələr növbəti təqvim ilinin yanvar ayının 31-dək etibarlıdır.
2. Daşıyıcıya verilmiş icazədən digər daşıyıcı istifadə edə bilməz.
3. İcazə nəqliyyat vasitəsi üçün bir dəfə istifadə edilə bilər. Nəqliyyat vasitələrinin kombinasiyasında, mühərrikli nəqliyyat vasitəsi icazənin verilməsində və ya icazədən azad olunmada əsas amil hesab olunur.
4. Bu Sazişin 14-cü Maddəsinə əsasən yaradılmış Birgə Komissiya kvotanı, icazənin növlərini və gələcəkdə onlardan istifadəni tənzimləyən şərtləri müəyyən edir.
DİGƏR MÜDDƏALAR
Maddə 9 Vergi və rüsumlar
1. Razılığa gələn Tərəflərdən birinin ərazisində qeydiyyata alınmış və bu Sazişin müddəalarına uyğun olaraq digər Razılığa gələn Tərəfin ərazisində müvəqqəti şəkildə yerləşən, yüklərin, sərnişinlərin və baqajın beynəlxalq daşımalarını həyata keçirən nəqliyyat vasitələri nəqliyyat vasitəsinin sahibliyi və qeydiyyatı ilə bağlı bütün vergilərin ödənilməsindən azad olunurlar.
2. Razılığa gələn Tərəflərin nəqliyyat vasitələri bu Sazişin müddəalarına uyğun olaraq daşımalar həyata keçirərkən aşağıdakı hallarda gömrük yığımlarından, rüsumlardan və vergilərdən qarşılıqlı surətdə azad olunurlar:
a) nəqliyyat vasitələrinin texniki xarakteristikalarına uyğun istehsalçı zavod tərəfindən quraşdırılmış çənlərdə xxxx, qəbul edən ölkənin milli qanunvericiliyinə əsasən icazə verilən miqdarda yanacaq;
b) nəqliyyat vasitələrinin normal istismarı üçün nəzərdə tutulmuş miqdarda sürtgü materialları, ehtiyat hissələri və alətlər.
İstifadə edilməyən ehtiyat hissələri ölkədən çıxarılmalı, əvəz edilmiş hissələr isə ölkədən çıxarılmalı və ya müvafiq Razılığa gələn Tərəfin gömrük orqanlarının rəsmi nümayəndələrinin iştirakı ilə məhv edilməlidir.
3. Bu Sazişdə nəzərdə tutulan daşımalar Razılığa gələn Tərəflərin milli qanunvericiliyinə uyğun olaraq yol şəbəkəsindən istifadəyə görə rüsum, vergi və digər ödənişlərin ödənilməsi ilə həyata keçirilir.
Maddə 10 Çəki və ölçülər
1. Nəqliyyat vasitəsinin icazə verilən maksimal çəkisi, oxa düşən ağırlığı və qabaritləri qeydiyyat sənədlərində göstərilənlərə uyğun olmalı, eləcə də qəbul edən ölkədə qüvvədə xxxx icazə verilən yuxarı hədləri keçməməlidir.
2. Çəki və qabaritləri icazə verilən yuxarı hədləri keçən nəqliyyat vasitələrinin qəbul edən ölkədə hərəkətinə yalnız əvvəlcədən müraciət əsasında alınmış xüsusi icazə ilə icazə verilir.
Maddə 11
Avadanlıq və digər xüsusiyyətlər
1. Təhlükəli yüklər daşıyan nəqliyyat vasitələri 1957-ci il 30 sentyabr tarixli Təhlükəli yüklərin quru yollar ilə beynəlxalq daşımaları haqqında Avropa Sazişinin (ADR) tələblərinə uyğun olaraq müvafiq avadanlıqlarla təchiz edilməlidir.
2. Heyətin iş və istirahət vaxtına nəzarət edilməsi üçün istifadə edilən avadanlıq 1970- ci il 1 iyul tarixli Beynəlxalq avtomobil daşımalarını həyata keçirən nəqliyyat vasitələri heyətinin işinə dair Avropa Sazişinin (AETR) müddəalarına uyğun olmalıdır.
3. Bu Saziş çərçivəsində Razılığa gələn Tərəflər təhlükəsizlik və zərərli qaz tullantıları standartlarına cavab verən nəqliyyat vasitələrindən istifadənin təşviq edilməsini öhdələrinə götürürlər.
Maddə 12 Nəzarət
İcazələr və Saziş üzrə digər müvafiq sənədlər, eləcə də, Razılığa gələn Tərəflərin iştirakçısı olduğu digər beynəlxalq sazişlərə və / və ya Razılığa gələn Tərəflərin ölkələrinin milli qanunvericiliklərinə əsasən tələb olunan digər sənədlər nəqliyyat vasitəsində saxlanılmalı və səlahiyyətli şəxslərin tələbi ilə təqdim edilməlidir.
Maddə 13
Daşıyıcıların öhdəlikləri və pozuntular
1. Razılığa gələn Tərəflərin daşıyıcıları və onların nəqliyyat vasitələrinin heyətləri digər Razılığa gələn Tərəfin ərazisində olarkən onun milli qanunvericiliyinə riayət etməlidir.
2. Razılığa gələn Tərəflərdən birinin ölkəsinin daşıyıcısı tərəfindən bu Sazişin hər hansı müddəalarının pozulduğu təqdirdə, ərazisində pozuntunun baş verdiyi Razılığa gələn Tərəfin səlahiyyətli orqanı ölkəsinin daxili qanunvericiliyini pozmadan digər Razılığa gələn Tərəfin səlahiyyətli orqanını ölkəsinin milli qanunvericiliyində nəzərdə tutulan tədbirləri görmək üçün məlumatlandıracaq. Xüsusilə ciddi hallarda, qəbul edən ölkənin səlahiyyətli orqanı qeydiyyat ölkəsinin səlahiyyətli orqanı tərəfindən qərar qəbul edilənədək öz ölkəsinin ərazisinə girişi müvəqqəti qadağan edə bilər. Razılığa gələn Tərəflərin səlahiyyətli orqanları qəbul edilən qərarlar barədə qarşılıqlı şəkildə bir-birini məlumatlandıracaqlar.
Maddə 14 Birgə Komissiya
1. Bu Sazişin tələb olunan qaydada həyata keçirilməsi və bununla əlaqədar məsələlərin həlli məqsədi ilə Razılığa gələn Tərəflərin səlahiyyətli orqanlarının nümayəndələrindən ibarət Birgə Komissiya təşkil edilir.
2. Birgə Komissiyanın iclasları Razılığa gələn Tərəflərdən birinin tələbi ilə təşkil edilir və bu iclaslar növbə ilə Razılığa gələn Tərəflərdən birinin ərazisində keçirilir.
Maddə 15
Səlahiyyətli orqanlar
Bu Sazişin həyata keçirilməsi üzrə səlahiyyətli orqanlar aşağıdakılardır:
Azərbaycan Respublikasında: Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi;
Sloveniya Respublikasında: Sloveniya Respublikasının İnfrastruktur və Ərazi Planlaşdırma Nazirliyi.
Bu maddədə göstərilən səlahiyyətli orqanlarda dəyişikliklər olduğu halda səlahiyyətli orqanların adları diplomatik kanallar vasitəsilə digər Razılığa gələn Tərəfə bildirilir.
YEKUN MÜDDƏALAR MADDƏ 16
Əlavə və dəyişikliklər
Bu Sazişə hər hansı əlavə və dəyişikliklər Razılığa gələn Tərəflərin qarşılıqlı razılığı əsasında edilə bilər. Belə əlavə və dəyişikliklər bu Sazişin ayrılmaz tərkib hissəsi olan ayrıca protokollar formasında rəsmiləşdiriləcək və 18-ci maddəsində müəyyən olunan qaydada qüvvəyə minəcəkdir.
Maddə 17 Mübahisələrin həlli
Bu Sazişin müddəalarının təfsiri və ya tətbiqi ilə bağlı yaranan fikir ayrılıqları Razılığa gələn Tərəflər arasında danışıqların və məsləhətləşmələrin aparılması yolu ilə həll olunur.
Maddə 18
Sazişin qüvvəyə minməsi və müddəti
1. Bu Xxxxx onun qüvvəyə minməsi üçün zəruri xxxx dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Razılığa gələn Tərəflərin sonuncu yazılı bildirişinin diplomatik kanallar vasitəsilə alındığı tarixdən qüvvəyə minir.
2. Bu Saziş qeyri-müəyyən müddətdə qüvvədə olacaqdır. Razılığa gələn Tərəflərdən biri yazılı bildirişlə onu ləğv edə bilər. Saziş belə bildirişin diplomatik kanallar vasitəsi ilə alındığı tarixdən üç ay sonra qüvvədən düşəcəkdir.
Bunun təsdiqi olaraq, müvafiq qaydada səlahiyyət almış, aşağıda imza etmiş şəxslər bu Sazişi imzaladılar.
Bu Saziş Bakı şəhərində 16 yanvar 2013-cü il tarixində iki əsl nüsxədə, hər biri Azərbaycan, sloven və ingilis dillərində imzalanmışdır, bütün mətnlər bərabər autentikdir. Təfsirdə fikir ayrılığı yarandığı təqdirdə, ingilis dilində xxxx mətndən istifadə ediləcəkdir.
Azərbaycan Respublikası | Sloveniya Respublikası |
Hökuməti adından | Xxxxxxx adından |
(imza) | (imza) |