KÖNÜLLÜ TİBBİ SIĞORTA QAYDALARI
Razılaşdırılıb: | Təsdiq edilmişdir: |
Azərbaycan Respublikası Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi vəzifəsini müvəqqəti icra edən | “AtaSığorta” ASC-nin İdarə Heyətinin sədri |
X.X.Xxxxxxx | X.X.Xxxxxxx |
İmza M.Y. | İmza M.Y. |
/ / 2010-cu il | / / 2010-cu il |
KÖNÜLLÜ TİBBİ SIĞORTA QAYDALARI
Bakı 2010
Bundan sonra mətn üzrə “Qaydalar” adlanacaq “AtaSığorta” ASC-nin Könüllü Tibbi Sığorta Qaydaları Azərbaycan Respublikasının “Sığorta fəaliyyəti haqqında” və “Tibbi Sığorta haqqında” Qanunlarına, digər hüquqi normativ aktlara müvafiq olaraq işlənib hazırlanmışdır və bundan sonra mətn üzrə “Sığorta müqaviləsi” adlanacaq “AtaSığorta” ASC-nin bağladığı bütün Könüllü Tibbi Sığorta müqavilələrinin ayrılmaz tərkib hissəsidir.
ANLAYIŞLAR
Könüllü tibbi sığorta – tibbi sığorta proqramına daxil edilən tibbi xidmətlərə görə Sığorta olunanın tibb müəssisələrinin ona göstərdiyi xidmətlərlə əlaqədar yaranan xərclərinin əvəzinin tam və ya qismən ödənilməsi miqdarında sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan sığorta sinfi.
Tibbi Sığorta müqaviləsi – qanunvericilikdə müəyyən olunmuş qaydada Sığortalı ilə Sığortaçı arasında bağlanan, Sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta hadisəsinin baş verməsi əsasında Sığorta olunana seçilmiş tibbi sığorta proqramına uyğun olaraq göstərilən tibbi yardımın təşkilini və sığorta ödənişinin həyata keçirilməsini, eyni zamanda tərəflərin hüquq və vəzifələrini müəyyən edən yazılı razılaşmadır.
Sığorta şəhadətnaməsi – Sığortalı ilə Sığortaçı arasında sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən və həmin müqavilənin əsas məzmununu əks etdirən sənəddir.
Sığortaçı – Sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda qanunvericiliklə və ya müqavilə ilə müəyyən olunmuş qaydada sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfidir. Bu Qaydaların məqsədləri üçün Sığortaçı qismində “AtaSığorta” ASC-nin “MƏRKƏZİ” Filialı nəzərdə tutulur.
Sığortalı – sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta xxxxxx xxxx sığorta müqaviləsinin tərəfidir.
Sığorta olunan – sığorta müqaviləsinə əsasən sığortalanan və sığorta hadisəsi baş verdikdə sığorta müqaviləsindən doğan haqları istifadə edən şəxs.
Fərdi sığorta – bir şəxsin tək başına və ya həyat yoldaşı, uşaqları, ata və anası, qəyyumluğunda xxxx şəxslərlə birlikdə sığortalanmasıdır.
Qrup halında sığorta – eyni hüquqi şəxsdə fəaliyyət göstərən əməkdaşların birlikdə sığortalanmasıdır.
Sığorta obyekti – Sığorta olunanın Sığorta müqaviləsində və bu Qaydalarda göstərilən sığorta hadisəsinin baş verməsi ilə tibbi sığorta proqramında nəzərdə tutulan həcmdə tibbi və digər xidmətlər xxxxxx ilə əlaqədar xxxx əmlak maraqları.
Sığortanın ərazisi – Sığorta müqaviləsində göstərilən və hüdudlarında sığorta pedmetinin sığortalanmış hesab olunduğu ərazi.
Sığorta haqqı – risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta qanunvericiliyinə uyğun olaraq, sığorta müqaviləsində nəzərdə tutulan qaydada Sığortalının Sığortaçıya ödəməli olduğu pul məbləği.
Sığorta məbləği – sığorta məbləği Sığorta müqaviləsinə əsasən Sığortaçının həyata keçirməli olduğu sığorta ödənişinin və sığortalanmış risklər üzrə məsuliyyətinin maksimal həddini ifadə edir.
Sığorta riski – Sığorta olunanın tibb müəssisəsində tibbi xidmət xxxxxx ilə əlaqədar xərclərin yaranmasına səbəb xxxx hadisənin baş verməsi ehtimalı, həmçinin bu ehtimala qarşı Sığortaçının üzərinə götürdüyü öhdəlik.
Sığorta marağı – sığorta hadisəsinin baş verəcəyi təqdirdə Sığortalının maliyyə itkisinə məruz qalması ehtimalı ilə şərtlənən və onun sığorta obyektini sığorta etdirmək hüququnun əsaslandığı mənafedir.
Sığorta ödənişi – sığorta hadisəsi nəticəsində Sığorta olunanın sağlamlığına dəyən zərərə görə tibb müəssisəsinin göstərdiyi xidmətlər müqabilində Sığorta müqaviləsində nəzərdə tutulmuş qaydada və müddətdə Sığortaçı tərəfindən tibb müəssisəsinə, belə xidmətlərin əvəzi Sığorta olunan tərəfindən ödənildiyi halda isə Sığorta olunana ödənilən məbləğ.
Şərtsiz azadolma məbləği – Sığorta müqaviləsində (şəhadətnaməsində) yazılan nisbətlər daxilində sığorta ödənişindən Sığorta olunan üzərinə düşən hissə. Şərtsiz azadolma məbləği nəzərdə tutulduqda, həmin məbləğ hər bir halda zərər məbləğindən çıxılır.
Şərtsiz gözləmə müddəti – Sığorta müqaviləsi ilə müəyyən olunmuş hadisələr üçün sığorta təminatı verilməyən müddət.
Mövcud xəstəliklər – Əlamət və simptomlarını sığorta müqaviləsinin(şəhadətnaməsinin) hüquqi qüvvə qazandığı tarixdən əvvəl büruzə verən və Sığorta olunana məlum xxxx xəstəliklər.
Xxxxxxx xəstəlik və ya vəziyyət – elə bir xəstəlik yaxud zədələnmədir ki, ən azından aşağıdakı əlamətlərdən birini daşıyır:
• uzun müddət davam edir;
• residiv verir, yaxud residiv vermə ehtimalı var (vaxtaşırı xəstəliyin simptomları xxxx qayıdır);
• daimi xəstəlikdir (xəstəliyin əlamətləri bəzən azalıb, bəzən artsa da hər zaman mövcuddur);
• xəstəliyi aradan qaldırmaq üçün reabilitasiyaya ehtiyac vardır;
• xəstəliyin uzun müddətli müayinələrə, diaqnostik testlərə, həkim baxışlarına və həkim nəzarətinə ehtiyacı var.
Təcili və təxirəsalınmaz hallar – bu Qaydalarda göstərilən standart istisnalar arasında yer almayan, ani bir xəstəlik və ya yaralanma nəticəsində ortaya çıxan və həyat üçün təhlükə yaradan hallara deyilir. AtaSığorta” ASC-nin “MƏRKƏZİ” Xxxxxxx tərəfindən müəyyən edilən təcili və təxirəsalınmaz hallar aşağıdakılardır:
• Avtomobil qəzası | • İkinci və daha yüksək dərəcəli yanıqlar | ||
• Xxxxxxx infarktı və ritm pozğunluqları | • Ciddi göz zədələnmələri | ||
• Hipertonik krizlər | • İsti vurma | ||
• Kəskin ürək-qan damar çatışmazlığı | • Suda boğulma | ||
• Astmatik status və kəskin tənəffüs çatışmazlığı | • Sınıqlar və çıxıqlar | ||
• Tənəffüs və həzm yollarının yad cismi | • Ciddi iş amputasiyası | qəzaları, | üzvlərin travmatik |
• Güclü və kəskin qanaxma | • Zəhərlənmələr | ||
• Elektrik cərəyan vurması | • Kəskin qarın sancıları | ||
• Donma | • Bədən hərarətinin 38,5ºC-xxx yüksəlməsi | ||
• Şüurun itməsinə səbəb xxxx xxxxxx (istisna hallar nəticəsində baş verən şüur itməsi təminat xaricindədir) | • Yüksəklikdən düşməsi | yıxılma | və ya üzərinə əşya |
Bədbəxt hadisə – sığorta müddəti ərzində Sığorta olunanın iradəsi xaricində baş verən və bədən xəsarəti ilə nəticələnən ani, gözlənilməyən hadisə.
Sağlamlıq haqqında Məlumat Forması – Sığortalının/Sığorta olunanın sağlamlığı haqqında məlumatı cəmləşdirən sual-cavab anketi (Məlumat Forması). Sığorta müqaviləsi (şəhadətnaməsi) Sığortalı/Sığorta olunan tərəfindən doldurulmuş Məlumat Forması əsasında bağlanır və bu Forma sığorta müqaviləsinin (şəhadətnamənin) ayrılmaz tərkib hissəsi hesab edilir.
İlkin müayinə – Sığorta olunacaq şəxsin sığorta olunub-olunmayacağını və ya hansı şərtlərlə sığorta olunacağını müəyyən etmək üçün Sığortaçının təyin etdiyi tibb müəssisəsində müayinə.
Tibb müəssisəsi – Sığortaçı ilə bağladığı müqaviləyə əsasən sığorta hadisəsi baş verdikdə Sığorta olunana tibbi yardım və müqavilədə nəzərdə tutulmuş digər tibbi xidmətlər göstərən və göstərdiyi tibbi xidmətlərə görə Sığortaçıdan xxxx xxxx hüquqi şəxslər, həmçinin qanunvericiliklə nəzərdə tutulmuş qaydada özəl tibbi fəaliyyət göstərən fiziki şəxslər.
FƏSİL 1. ÜMUMİ MÜDDƏALAR
Maddə 1. Sığorta münasibətlərinin subyektləri
1.1 Bu Qaydalara uyğun olaraq tibbi sığorta münasibətlərinin subyektləri dedikdə Sığortaçı, Sığortalı, Sığorta olunanlar, tibb müəssisələri və qanunvericilikdə müəyyən olunmuş qaydada özəl tibbi praktika ilə məşğul xxxx şəxslər başa düşülür.
1.2 Sığortalı hüquqi şəxsdirsə, onun işçilərinin, vəzifəli şəxslərinin və qanunvericiliyə, müqaviləyə yaxud etibarnaməyə müvafiq olaraq onun adından çıxış etməyə səlahiyyəti xxxx digər nümayəndələrinin hərəkətləri Sığortalının hərəkətləri hesab edilir.
1.3 Sığorta müqaviləsinin başqa şəxsin xeyrinə bağlanması Sığortalını həmin müqavilə üzrə öhdəliklərini yerinə yetirməkdən azad etmir.
1.4 Əgər sığorta müqaviləsində digər Sığorta olunan göstərilməmişdirsə, həmin müqavilə üzrə Sığortalı həm də Sığorta olunan hesab edilir.
Maddə 2. Sığorta müqaviləsinin predmeti
Bu Qaydalar üzrə sığorta predmeti sığorta müqaviləsi üzrə sığortalanan əmlak mənafelərinin aid olduğu fiziki şəxsdir.
FƏSİL 2. SIĞORTA TƏMİNATI
Maddə 3. Sığorta hadisəsi
3.1 Sığorta olunanın sığorta müddəti ərzində təsadüflük əlaməti daşıyan, istisnalar arasında yer almayan xəstəliyə məruz qalması və bədbəxt hadisə nəticəsində yaralanması ilə əlaqədar tibbi yardım almaq məqsədi ilə Sığorta müqaviləsində nəzərdə tutulmuş tibb müəssisələrinə müraciəti sığorta hadisəsi hesab olunur. Sığorta olunanın mövcud xəstəliklərlə əlaqədar tibb müəssisələrinə müraciəti sığorta hadisəsi hesab edilmir.
3.2 Sığorta müqaviləsində şərtsiz gözləmə müddəti təyin oluna bilər. Bu müddət ərzində Sığorta olunanın Sığorta müqaviləsində və bu Qaydalarda göstərilən hadisələrlə əlaqədar tibbi yardım almaq üçün tibb müəssisəsinə müraciəti sığorta hadisəsi hesab olunmur.
3.3 Sığortaçı, Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində Sığorta olunanın, sığorta hadisəsi nəticəsində yaranan tibbi xərclərinin, bu Qaydalara müvafiq olaraq və Sığorta müqaviləsində (Şəhadətnaməsində) göstərilmiş məbləğ həddində ödənilməsinə təminat verir.
Maddə 4. Gözləmə müddəti
4.1 Gözləmə müddəti yalnız sığorta müqaviləsinin ilk ilində tətbiq olunur və sığorta müqaviləsinin yenilənməsi ilə ortadan qalxır. Gözləmə müddəti şərtinin tətbiq olunduğu hallar aşağıdakılardır:
• öd kisəsi və öd yollarının daş xəstəliyi ilə əlaqədar tibbi xərclər;
• dermoid kista, anorektal xəstəliklər (anal çat, anal fistula, paraproktit, babasil və s.);
• bütün növ yırtıqlar, onurğa sütunu cərrahiyyəsi ilə əlaqədar bütün tibbi xərclər;
• böyrək, sidik kisəsi və sidik yollarının daş xəstəliyinin müalicəsi;
• qalxanvarı və paratiroid vəzi xəstəliklərinin müalicəsi;
• prostat vəzi xəstəliklərinin diaqnostika və müalicəsi;
• ağrılı diz oynağı problemlərinin (menisk, vətər, bağ və qığırdaq patologiyaları) diaqnostika və müalicəsi;
• katarakta, qlaukoma, retinal deformasiyalar/patalogiyalar ilə əlaqədar müalicə xərcləri;
• burun polipləri, burun balıqqulaqlarının hipertrofiyası, adenoid (udlaq badamcığının hipertrofiyası), damaq badamcıqlarının hipertrofiyası, haymorit ilə əlaqədar müalicə xərcləri;
• hidrosele, sistosele, rektosele, spermatosel, varikosele ilə əlaqədar müalicə xərcləri;
• bütün növ kistalar (dəri, dərialtı, böyrək, vaginal, yumurtalığın kistası və s.), lipoma, hiqroma, uşaqlığın mioması ilə əlaqədar müalicə xərcləri;
• böyrək, xxxxx və mədəaltı vəzi xəstəliklərlə əlaqədar cərrahi əməliyyatlar (bədbəxt hadisə zamanı alınan travmalarla əlaqədar cərrahi əməliyyatlar xaric);
• hipertoniya xəstəliyi;
• doğum təminatı verilən Sığorta müqavilələrində hamiləlik, fizioloji və operativ doğuş, düşük və bunların fəsadları ilə əlaqədar bütün növ tibbi xərclər.
Maddə 5. Standart istisnalar
5.1 Sığorta müqaviləsində digər hallar nəzərdə tutulmayıbsa, aşağıda göstərilənlər və ya onların bilavasitə nəticəsi olaraq meydana gələn xəstəlik, fəsadlaşma, bədbəxt hadisə və digər hallarla əlaqədar Sığorta olunana göstərilən tibbi yardımla bağlı xərclər sığorta təminatına daxil edilmir:
5.1.1 Aşağıdakı dərman preparatları, gigiyenik və kosmetik vasitələr sığorta təminatına daxil deyil:
• Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən lisenziyalaşdırılmamış dərman preparatları;
• bioaktiv qida əlavələri, homeopatik preparatlar;
• immunomodulyatorlar;
• bütün növ sabun və şampunlar, kosmetik vasitələr, losyonlar;
• kontraseptiv (hamiləliyin qarşısını xxxx) preparatlar;
• arıqlamaq məqsədi ilə istifadə olunan preparatlar;
• potensiyanı (cinsi fəaliyyətini) aktivləşdirən preparatlar;
• müalicəvi mineral sular;
• diş pastaları;
• saç tökülməsinin və kəpəklənmənin qarşısını xxxx preparatlar;
• tütün məhsullarından asılılığı aradan götürmək üçün istifadə olunan preparatlar;
• kontakt xxxxx məhlulları;
• gigiyenık vasitələr;
• sığorta təminatına daxil olmayan xəstəliklərin müalicəsi üçün yazılan dərman preparatları.
5.1.2 Sığorta müqaviləsinin hüquqi qüvvə qazandığı tarixdən əvvəl mövcud xxxx xəstəliklər ilə əlaqədar bütün tibbi xərclər, kəskinləşmə və ağırlaşma halları istisna olmaqla, xroniki xəstəliklərin müalicəsi;
5.1.3 Sığorta təminatının başlanması tarixindən sonra müəyyən edilmiş olsa da anadangəlmə və irsi patologiyalar, bədən quruluşu pozğunluqları (Hallux valgus, pectus excavatum, Peyroni xəstəliyi, trigger finger və s.), onurğanın patoloji əyrilikləri;
5.1.4 Alkoqolizm, narkomaniya, toksikomaniya, narkotik maddələrə, psixotrop preparatlara və s. asılılıq, spirtli içkilərin, narkotik və toksik (zəhərləyici) maddələrin qəbulu, həmçinin, onların qəbulu nəticəsində sığorta olunan şəxsin sərxoş vəziyyətdə nəqliyyat vasitəsinin idarə edilməsi və ya nəqliyyat vasitəsini belə vəziyyətdə xxxx xxx şəxsin idarəsinə verilməsi nəticəsində səhhətə dəymiş ziyan;
5.1.5 Xxxx (psixiatrik) xəstəliklər, epilepsiya, Xxxxxxxxx xəstəliyi, demensiya sindromları (Alsqeymer, Pik xəstəliyi və s. qazanılmış ağıl zəifliyi), onların ağırlaşmaları, onların zəminində yaranmış müxtəlif zədələr və somatik xəstəliklərin müayinə və müalicəsi;
5.1.6 Çəpgözlük, gözdə refraksiya qüsurlarının (miopiya, hipermetropiya, astiqmatizm, presbiopiya və s.) cərrahi və lazer üsulu ilə müalicəsi;
5.1.7 Eynək, şüşə, çərçivə, kontakt xxxxx, eşitmə cihazları;
5.1.8 Psixoloqun, psixiatrın, psixoterapevtin, psixoanalitikin, loqopedin, androloqun, həkim-ekstrasensin, narkoloqun və seksopatoloqun xidmətləri;
5.1.9 Qeyri-ənənəvi (alternativ) müalicə və müayinə üsulları (hipnoz, aromototerapiya, fitoterapiya, akupunktura, termopunktura, elektropunktura və s.), bütün növ reabilitasiya tədbirləri, sanator- kurort müalicəsi, AR Səhiyyə Nazirliyi tərəfindən lisenziyalaşdırılmamış müayinə və müalicə üsulları, Sığortaçının Azərbaycanda mövcud xxxx təcrübəyə əsaslanaraq eksperimental, qeyri- effektiv və ya təsdiq edilməmiş hesab etdiyi müayinə və müalicə;
5.1.10 Kəskin və xroniki şüa xəstəliyi, birləşdirici toxumanın sistem və diffuz xəstəlikləri (qırmızı qurdeşənəyi, dermatomiozit, sklerodermiya və s.) və diferensiasiya olunmamış kollagenozlar;
5.1.11 Vərəm, sarkoidoz, mukovistsidoz, peşə xəstəlikləri;
5.1.12 Bütün növ protezlər, ortopedik və digər yardımçı vasitələr (corablar, elastik bintlər, müalicəvi bandajlar), fiksə edici ləvazimatlar, korsetlər, protezləşdirmə, istənilən növ protezlər (həmçinin endoprotezləşdirmə və stomatoloji protezləşdirmə, protezləşdirmə ilə əlaqədar xidmətlər) və hazırlıq tədbirləri;
5.1.13 Orqan və toxumaların transplantasiyası, kataraktanın müalicəsi, burun çəpərinin əyriliyi (septoplastika), konxotomiya (vazotomiya), hər növ implantların implantasiya edilməsi;
5.1.14 Dişlərin protezləşdirilməsi və ona hazırlıq, dental implantasiya, köhnə diş plomblarının dəyişdirilməsi, kosmetik stomatologiya, dişlərin ftorlakla örtülməsi, ortodontik və kosmetik qüsurlar, parodontoz;
5.1.15 Ürək-damar cərrahiyyəsi, hər növ venaların varikoz genişlənməsi; skleroterapiya, koronaroanqioqrafiya;
5.1.16 Xroniki böyrək və qaraciyər çatışmazlığı, ekstrakorporal müalicə üsulları (plazmaferez, hemodializ, hemosorbsiya, ozonoterapiya, qanın lazero- və ultrabənövşəyi şüalanması, oksigenoterapiya və s.);
5.1.17 Birbaşa və ya dolayı yolla sonsuzluq və impotensiyanın müalicəsi, kişi və qadın ailə planlaşdırılması (spermoqramma, histerosalpinqoqrafiya), nəsil törətmə və sonsuzluqla bağlı müayinə və müalicə, , sterilizasiya və ya ondan sonrakı bərpa, tibbi göstərişlə olmayan abortlar,
UDS daxil və xaric edilməsi, süni mayalanma və ondan sonra hamiləliyin aparılması, genetikin xidmətləri;
5.1.18 Təsdiq edilmiş istənilən növ bədxassəli və xoşxəssəli şişlər, yenitörəmələr və qan xərçəngi; radioizotop müalicə üsulları, kimyəvi və şüa terapiyası;
5.1.19 Şəkərli diabet və ondan irəli gələn bütün ağırlaşmalar (mikroangiopatiya, retinopatiya və s.) (əlavə təminat olaraq verilməmişsə);
5.1.20 infeksion hepatitlər (əlavə təminat olaraq verilməmişsə);
5.1.21 Bütün növ plastik cərrahiyyə əməliyyatları və ya sığorta müqavilənin bağlandığı tarixdən əvvəl edilmiş plastik cərrahiyyə əməliyyatı nəticəsində yaranmış hər hansı xəstəlik, ginekomastiya, cinsiyyəti dəyişdirmə əməliyyatları, eləcə də estetik və kosmetoloji məqsədlə aparilan müayinə və müalicələr, diffuz dazlıq (diffuz allopesiya).
5.1.22 Zöhrəvi xəstəliklər və cinsi yolla yoluxan istənilən digər xəstəliklərlə əlaqədar aparılan müayinə və müalicə xərcləri; (AIDS və ya İİV yaratdığı digər patoloji hallar, mikoplazma, xlamidiya, ureaplazma, SMV, insan papilloma virusu, genital herpes);
5.1.23 Piylənmə, çəki itkisi və ya çəki problemləri;
5.1.24 Sünnət (planlı circumcizio), uşaq yeməkləri, əmziklər, uşaq bezi xərcləri;
5.1.25 Təcili və təxirəsalınmaz yardımın saxta və əsaslandırılmamış çağırışı, xəstənin göstərilən ünvanda olmaması;
5.1.26 Xüsusi arayışlar almaq məqsədi ilə aparılan müayinələr (sürücülük vəsiqəsinin alınması üçün, hüquqi şəxslərin tələbilə, silah gəzdirmə izinin alınması üçün, xarici ölkələrə səfər etmək məqsədlə, təhsil müəssisələrinə təqdim etmək məqsədlə, müəyyən edilmiş əlillik qrupu xxxx Sığorta olunanlar üçün əlilliyə səbəb xxxx xəstəliklə əlaqədar müayinələr);
5.1.27 Sığortaçı ilə razılaşdırmadan, Sığorta müqaviləsində nəzərdə tutulmamış tibb müəssisələrində göstərilən tibbi xidmətlər və həmçinin müqavilədə nəzərdə tutulmamış tibb müəssisələrində aparılan müalicə və ya müayinə nəticəsində əmələ gələn patologiyaların müalicəsi;
5.1.28 Sığorta olunanın həkim göstərişinə riayət etməməsi nəticəsində əmələ gələn ağırlaşmalar;
5.1.29 Planlaşdırılmış vaksinasiyalar (proqrama daxil olmadığı halda);
5.1.30 Sığorta olunan hər hansı xəstəliyə tutulmadan həkim, laborator/rentgen və s. müayinələrdən keçməsi, check-up – yəni tam tibbi müayinə xərcləri (əlavə təminat olaraq verilməmişsə);
5.1.31 Hamiləliyin gedişi və doğuş, hamiləliklə əlaqədar bütün növ xərclər (sığorta proqramına daxil olmadığı halda);
5.1.32 Peşəkar və ya həvəskar olaraq yüksək riskli hər hansı idman növünün birbaşa və ya dolayı yolla nəticəsi xxxx bədən xəsarətləri (alpinizm, planerizm, speleologiya, paraşütlə tullanma, sualtı idman növləri, qış idman növləri, döyüş sənətləri, motosiklet və at yarışları), idman yarışlarında və ya belə yarışlara hazırlıq məşqlərində meydana gələn xəstəlik və ya yaralanmalarla əlaqədar tibbi xərclər;
5.1.33 Hərbi əməliyyatlar, vətəndaş müharibəsi, xalq hərəkatları, iğtişaşlar, üsyan və qiyamlar, tətillər, terror aktları, təbii fəlakətlər, o cümlədən, zəlzələ, vulkan, sunami və s. bu kimi təbii xarakterli fəlakətlər, nüvə partlayışı, radiasiya və radioaktiv şüalanma nəticəsində yaranmış xəstəlik və zədələnmələr;
5.1.34 Sığorta olunan şəxsin özünə qəsdən bədən xəsarəti yetirməsi, intihara cəhd etməsi, cinayət törətməsi, cinayətkar fəaliyyətlə bilavasitə və ya dolayısı ilə məşğul olması nəticəsində yaranmış bədən xəsarətləri, digər xəstəlik və zədələnmələr;
5.1.35 Təhlükədə xxxx insan həyatını və əmlakı xilas etmək halları istisna olmaqla, Sığorta olunanın öz həyatını və sağlamlığını şüurlu surətdə təhlükəyə atması;
5.1.36 İl ərzində 120 gündən artıq stasionar müalicə;
5.1.37 hazırki müqavilə qüvvəyə mindikdən sonra sığortaçı ilə əvvəlcədən razılaşdırılmamış və Siğortaçının Tibb Müəssisələri siyahısına daxil olmayan tibb müəssisələrdə aparılan müalicə və ya belə müalicənin istənilən nəticələri və ağırlaşmaları;
5.1.38 10 prosedurdan artıq masaj və 10 prosedurdan artıq hər növ fizioterapiya (digər bəndlərdə istisna olunan üsülları cıxmaq şərtilə)
5.1.39 klinikaların təqdim etdiyi əlavə pullu xidmətlər (iş saatı xaricində konkret həkimin (məsələn ginekoloqun) cağırışı, xarici mütəxəssislərin xidmətləri, bir-nəfərlik palata, pullu telefon məsləhətləri, MRT müayinəsinin diskə yazılması və s.).
Maddə 6. Sığorta təminatında məhdudiyyətlər
6.1 Qrup halında sığortaya ilk girişdə yaşı 65-dən yuxarı olmayan şəxslər sığortalana bilər. Yaş hesablanmasında doğum ili ilə Sığorta müqaviləsinin başlanma tarixi arasındakı fərq (ay və gün nəzərə alınmır) nəzərə alınır.
6.2 Qrup halında sığortada Sığorta olunanların, fərdi sığortada isə Sığortalının ailə üzvləri (həyat yoldaşı və uşaqlar) və qəyyumluğunda xxxx şəxslər Sığorta müqaviləsinə yalnız risk dəyərləndirilməsi aparıldıqdan sonra daxil edilir. Risk dəyərləndirməsinin nəticəsində Sığortaçı sığorta tələbini qəbul edə bilər, istisna və ya əlavə sığorta haqqı tələb edə bilər yaxud sığorta etməkdən imtina edə bilər.
Maddə 7. Sığortanın ərazisi
7.1 Əgər Sığorta müqaviləsində sığortanın konkret ərazisi göstərilmişdirsə, Sığorta müqaviləsi yalnız həmin göstərilən ərazi hüdudlarında qüvvədədir.
7.2 Sığorta müqaviləsində konkret ərazi göstərilmədiyi halda, müqavilə Azərbaycan Respublikasının hüdudlarında qüvvədədir.
FƏSİL 3. SIĞORTA MÜQAVİLƏSİ (ŞƏHADƏTNAMƏSİ)
Maddə 8. Sığorta müqaviləsinin bağlanması
8.1 Tibbi sığorta onun subyektləri arasında bağlanmış müqavilələr formasında həyata keçirilir.
8.2 Tibbi Sığorta müqaviləsi yazılı formada aşağıdakı kimi bağlanır:
8.2.1 Sığortaçı və Sığortalının bu Qaydalar əsasında tərtib olunan Sığorta müqaviləsini qarşılıqlı imzalaması yolu ilə (Sığortalı hüquqi şəxsdirsə möhürü ilə də təsdiq etməlidir);
8.2.2 Bu Qaydalarla Sığortalının razı olmasını təsdiq etməsi şərti ilə Sığortaçı tərəfindən ona Sığorta şəhadətnaməsinin verilməsi yolu ilə.
8.3 Sığorta müqaviləsində başqa cür nəzərdə tutulmamışdırsa, Sığorta müqaviləsi sığorta haqqının ilk hissəsinin və ya tam ödənilməsindən sonra qüvvəyə minir.
8.4 Sığortaçı Sığorta müqaviləsinin imzalanmasından sonra Sığortalıya Sığorta şəhadətnaməsi və Sığorta kartı verir. Sığorta şəhadətnaməsi və Sığorta kartı Fərdi sığorta halında sığorta haqqının ilk hissəsinin və ya tam ödənildiyi gün, Qrup halında sığorta zamanı isə sığorta haqqının ilk hissəsinin və ya tam ödənilməsindən sonra 3 (üç) iş günü müddətində verilir.
Maddə 9. Sığorta müqaviləsinin yenilənməsi
Sığorta müqaviləsi başa çatdıqdan sonra Sığortalının istəyi ilə növbəti 1 (bir) il müddətinə yenilənə bilər. Sığorta müqaviləsinin yenilənmə şərtləri aşağıdakı qaydadadır:
9.1 Yenilənmə ən geci, mövcud xxxx müqavilənin başa çatma tarixinə qədər bağlanmalıdır. Əks təqdirdə köhnə müqavilənin bitmə tarixindən yeni müqavilənin bağlandığı tarixə qədər xxxx müddətə sığorta təminatı verilmir və Şərtsiz gözləmə müddəti yenidən qüvvəyə minir.
9.2 Sığortaçı yeni müqavilənin bağlanması zamanı Sığortalıdan sağlamlıq haqqında məlumat formasının doldurulmasını, ilkin tibbi müayinədən keçməsini tələb edə bilər, əlavə sığorta haqqı və istisnalar tətbiq edə bilər.
9.3 Sığortaçının tətbiq etdiyi standart istisnalar Sığorta müqaviləsinin yenilənməsi zamanı davam edir (sığortanın ilk ilində tətbiq olunan Şərtsiz gözləmə müddəti yenilənmə ilə ortadan qalxır).
Maddə 10. Sığorta müqaviləsinin Qaydalar üzərində üstünlüyü
10.1 Sığorta müqaviləsi bağlanarkən Sığortalı və Sığortaçı bu Qaydaların müəyyən müddəalarının dəyişdirilməsi və ya istisna edilməsi, həmçinin ona müəyyən əlavələr edilməsi barədə razılığa gələ bilərlər.
10.2 Bu Qaydalarda nəzərdə tutulmuş istisnalar və məhdudiyyətlər qanunvericiliyə zidd olmadığı və Dövlət sığorta nəzarəti orqanının etiraz etmədiyi hallarda tərəflərin razılığı ilə sığorta təminatına daxil edilə bilər.
Maddə 11. Mühüm şərtlər
11.1 Sığorta müqaviləsində qanunvericiliyə və bu Qaydalara zidd olmayan Mühüm şərtlər müəyyən edilə bilər.
11.2 Sığortalı (Sığorta olunan) tərəfindən bu şərtlərin yerinə yetirilməməyi Sığortaçının ödəniş verməkdən imtina etməsi və ya sığorta müqaviləsini vaxtından əvvəl ləğv etməsi üçün əsasdır.
Maddə 12. Sığorta təminatının müddətinin başlanması və xxxx
12.1 Əgər Sığorta müqaviləsində başqa cür nəzərdə tutulmamışdırsa, sığorta təminatının müddəti Sığorta müqaviləsinin bağlandığı gün saat iyirmi dörddən başlanır və Sığorta müqaviləsinə əsasən həmin müqavilənin qüvvədə olduğu sonuncu gün saat iyirmi dörddə başa çatır.
Maddə 13. Sığorta riskinin artması
13.1 Sığortalı Sığorta müqaviləsi bağlandıqdan sonra meydana çıxan və Sığortaçının müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən sığorta riskinin artması ilə bağlı bütün hallar barədə Sığortaçıya məlumat verməlidir.
13.2 Sığorta riskinin artmasına təsir edən hallar barəsində məlumatı aldıqdan sonra Sığortaçı Sığorta müqaviləsinin şərtlərinə dəyişiklik etmək və ya xxxxx riskə mütənasib olaraq əlavə sığorta haqqının ödənilməsini tələb etmək hüququna malikdir.
13.3 Əgər Sığortalı Sığorta müqaviləsinə edilən dəyişikliklərlə razılaşmırsa və yaxud əlavə sığorta haqqı ödəməkdən imtina edirsə, 30 (otuz) günlük müddəti gözləməklə Sığorta müqaviləsinə Sığortaçı tərəfindən xitam verilə bilər.
Maddə 14. Sığorta müqaviləsinə xitam verilməsi
14.1 Sığortalı müqavilənin müddətinin uzadılması haqqında əvvəlcədən Sığortaçıya yazılı məlumat verməmişdirsə, müddətin bitməsi ilə Sığorta müqaviləsi qüvvədən düşür.
14.2 Sığorta müqaviləsinə aşağıdakı hallarda vaxtından əvvəl xitam verilir:
14.2.1 Sığorta olunanın öldükdə;
14.2.2 Sığorta müqaviləsinin etibarsız olması haqqında məhkəmənin qərarı olduqda;
14.2.3 Sığortaçı ləğv edildikdə;
14.2.4 Sığortalı – hüquqi şəxs – ləğv edildikdə, Sığorta olunanın sığorta haqqını ödəmək öhdəliyini öz üzərinə götürmədikdə;
14.2.5 Sığortalı sığorta haqqını qanunvericilikdə və Sığorta müqaviləsində müəyyən edilən qaydada ödəmədikdə;
14.2.6 Sığorta predmeti ilə əlaqədar risqin dərəcəsinin artması ilə bağlı Sığortaçının Sığorta müqaviləsinin şərtlərinə dəyişiklik edilməsi və ya xxxxx riskə mütənasib olaraq əlavə sığorta haqqının ödənilməsi tələbləri Sığortalı tərəfindən qəbul edilmədikdə, Sığortaçının tələbi ilə;
14.2.7 Sığortaçının və ya Sığortalının tələbi ilə yaxud tərəflərin qarşılıqlı razılığı ilə. Bu barədə bir tərəf digərinə ən azı 30 (otuz) gün əvvəl (Sığorta müqaviləsi 5 (beş) ildən xxx müddətə bağlanmış olduqda 60 (altmış) gün, 3 (üç) aydan az müddətə bağlanmış olduqda isə 5 (beş) iş günü əvvəl), tələbini əsaslandırdığı yazılı bildiriş göndərməlidir.
14.2.8 Sığortaçı Sığortalı (Sığorta olunan) qarşısında öz öhdəliklərini yerinə yetirdikdə, yəni müqavilə müddəti ərzində baş vermiş bütün sığorta hadisələrinə görə Sığortaçının həyata keçirdiyi ödənişlərinin cəmi sığorta məbləğinə bərabər olduqda;
14.2.9 Qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda.
FƏSİL 4. SIĞORTA MƏBLƏĞİ VƏ SIĞORTA HAQQI
Maddə 15. Sığorta məbləği
15.1 Sığorta məbləği Sığorta müqaviləsinə əsasən, Sığortalı tərəfindən müstəqil seçilmiş Tibbi sığorta proqramına uyğun olaraq müəyyənləşdirilir.
15.2 Sığorta müqaviləsinə sonradan əlavə edilən Sığorta olunanların sığorta məbləği, stomatoloji yardım və dərman təchizatı limitləri illik sığorta məbləğinin, stomatoloji yardım və dərman təchizatı limitlərinin 16.2.1-ci bəndində göstərilən faizləri nisbətində hesablanır.
Maddə 16. Sığorta haqqı
16.1 Sığorta haqqı Sığorta müqaviləsinin qüvvədə olma müddəti, tibbi sorğunun nəticəsi, Sığorta olunanın cinsi və yaşı, Sığortalı tərəfindən seçilmiş tibbi xidmətlər, tibb müəssisələri və müqavilədə nəzərdə tutulmuş digər hallar nəzərə alınmaqla hesablanır.
16.2 Sığorta müqaviləsinə sonradan əlavə edilən Sığorta olunanların sığorta haqqının hesablanma qaydası:
16.2.1 Əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, sığorta müddəti ərzində Sığorta müqaviləsinə sonradan əlavə edilən Sığorta olunanlara görə ödəniləcək sığorta haqqı günlük prorata üzrə hesablanaraq Sığorta müqaviləsinin əlavəsində göstərilir. Bir ildən az xxxx müddətdə bağlanmış müqavilələr üzrə sığorta haqları illik haqqın aşağıdakı miqdarında hesablanılır:
Sığorta müddəti | Sığorta haqqı, illik haqdan faizlə |
Bir ay | 25 |
İki ay | 35 |
Üç ay | 40 |
Dörd ay | 50 |
Beş ay | 60 |
Altı ay | 70 |
Yeddi ay | 75 |
Səkkiz ay | 80 |
Doqquz ay | 85 |
On ay | 90 |
On bir ay | 95 |
Maddə 17. Sığorta haqqının ödənilməsi
17.1 Sığorta haqqının ödənilməsinin qaydası və ardıcıllığı Sığorta müqaviləsində nəzərdə tutulur. Əgər sığorta haqqı və ya onun hissəsi müqavilədə müəyyən olunmuş vaxtda ödənilməzsə, Sığortaçı onun ödənilməsi üçün yazılı surətdə 15(on beş) günədək müddət müəyyən edə bilər.
17.2 Hər bir halda sığorta haqqı və ya onun razılaşdırılmış ilk hissəsi Sığorta müqaviləsi bağlandığı gündən 1 (bir) aydan gec olmayaraq ödənilməlidir.
17.3 Əgər sığorta haqqı və ya onun hissəsi Müqavilədə müəyyən olunmuş vaxtda ödənilməzsə, Sığortaçının Sığorta olunanlara tibbi xidmətlərin göstərilməsini dayandırmaq hüququ yaranmaqla, Sığorta müqaviləsi ödənilmiş sığorta haqqına mütənasib dövr bitdiyi andan qüvvədən düşmüş hesab edilir.
17.4 Sığorta haqqının ödənildiyi gün aşağıdakılar hesab olunur:
x. xxxx ödəniş halında – sığorta haqqının Sığortaçının kassasına və ya Sığorta agentinə və ya brokerinə ödənildiyi gün;
b. Qeyri-nağd ödəniş (köçürmə) halında – pul vəsaitinin Sığortaçının və ya Sığorta agentinin, yaxud brokerin bank hesabına daxil olduğu gün.
Maddə 18. Sığorta haqqının qaytarılması
18.1 Sığorta müqaviləsinə (Qrup halında sığorta zamanı həm də Müqaviləyə hər hansı bir Sığorta predmetinə münasibətdə) Sığortalının tələbi ilə vaxtından əvvəl xitam verildikdə, sığorta qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, Sığortaçı həmin müqavilə üzrə işlərin aparılması xərclərini çıxmaqla müqavilənin (Qrup halında sığorta zamanı həm də Müqavilənin hər hansı bir Sığorta predmetinə münasibətdə) qurtarmamış müddəti üçün sığorta haqlarını ona qaytarır; əgər bu tələb Sığortaçının Sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, Sığortaçı sığorta haqlarını (Qrup halında sığorta zamanı həm də Müqavilənin hər hansı bir Sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) bütünlüklə Sığortalıya qaytarır.
18.2 Sığorta müqaviləsinə (Qrup halında sığorta zamanı, həm də müqaviləyə hər hansı bir Sığorta predmetinə münasibətdə) Sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verildikdə o, sığorta haqlarını (Qrup halında sığorta zamanı həm də Müqavilənin hər hansı bir Sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) bütünlüklə Sığortalıya qaytarır; əgər bu tələb Sığortalının Sığorta müqaviləsi üzrə vəzifələrini yerinə yetirməməsi ilə bağlıdırsa, Sığortaçı həmin Müqavilə üzrə işlərin aparılması xərcləri çıxılmaqla, Müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını (Qrup halında sığorta zamanı həm də Müqavilənin hər hansı bir Sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarını) qaytarır.
18.3 Sığorta müqaviləsinə (Qrup halında sığorta zamanı həm də Müqaviləyə hər hansı bir Sığorta predmetinə münasibətdə) vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək Sığortaçı tərəfindən Sığortalıya ödənilmiş sığorta haqqına (Qrup halında sığorta zamanı həm də Müqavilənin hər hansı bir Sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarına) bərabər və ya ondan xxx miqdarda sığorta ödənişi verilmişdirsə, sığorta haqqı (Qup halında sığorta zamanı həm də Müqavilənin hər hansı bir Sığorta predmeti üzrə ödənilmiş sığorta haqları) Sığortalıya qaytarılmır.
18.4 Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək Sığortaçı tərəfindən Sığortalıya ödənilmiş sığorta haqqından (Qrup halında sığorta zamanı həm də Müqavilənin hər hansı bir Sığorta predmeti üzrə ödənilmiş sığorta haqlarından) az miqdarda sığorta ödənişi verilmişdirsə, həmin sığorta haqqı məbləği ilə sığorta ödənişi məbləği arasındakı fərq miqdarında sığorta haqqının Sığortalıya qaytarılması müvafiq olaraq bu Maddənin 18.1-ci və 18.2- ci bəndlərində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
18.5 Sığorta müqaviləsi Azərbaycan Respublikasının müvafiq qanunvericiliyində müəyyən edilmiş qaydada xitam verilmiş hesab edildikdə, Sığortaçı həmin Müqavilə üzrə işlərin aparılması xərclərini çıxmaqla Müqavilənin (Qrup halında sığorta zamanı həm də Müqavilənin hər hansı bir Sığorta predmetinə münasibətdə) qurtarmamış müddəti üçün sığorta haqlarını, bu Maddənin 18.3- cü və 18.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, Sığortalının qanuni nümayəndəsinə qaytarır.
18.6 Əgər Sığorta müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, işlərin aparılması xərcləri dedikdə inzibati xərclər və sığorta ödənişi nəzərdə tutulur.
18.7 Əgər Sığorta müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, inzibati xərclərin həcmi sığorta haqqının 25 (iyirmi beş) faizinə bərabərdir.
FƏSİL 5. TİBBİ XİDMƏTİN TƏŞKİLİ QAYDASI
Maddə 19. Məlumat vermək vəzifəsi
19.1 Sığorta hadisəsi baş verdikdə Sığortalı (Sığorta olunan) Sığorta kartında göstərilən əlaqə telefon nömrələri vasitəsilə dispetçer (call-service) xidmətinə müraciət edir və Sığorta müqaviləsinə əlavə edilən sənəddə göstərilən tibb müəssisələrindən birinə göndərilir.
19.2 Hər hansı diaqnostik, profilaktik və ya müalicəvi tədbirlər ancaq həkim təyinatı ilə həyata keçirilir.
19.3 Sığorta müqaviləsinə müvafiq olaraq Sığorta olunana göstərilən tibbi xidmətlərin haqqını Sığortaçı tibb müəssisələrinə ödəyir (Sığorta müqaviləsində Şərtsiz azadolma məbləği nəzərdə tutulduğu halda azadolma məbləği çıxılmaq şərti ilə).
19.4 Sığorta olunan sərbəst şəkildə tibbi xidmətlərə görə haqq ödədiyi halda:
19.4.1 Sığorta olunan tərəfindən tibb müəssisəsi göstərilməklə, ödənilmiş hesabın əsli, göstərilən xidmətlərin siyahısı və qiymətləri, qəbz, göndəriş, ambulator və ya stasionar xəstənin Tibbi kartından çıxarış əlavə olunmaqla ərizə təqdim edildikdə Sığortaçı tibbi xidmətlərə görə (əgər belə xidmət Sığortaçı tərəfindən təşkil edilmiş və ya razılaşdırılmışdırsa) Sığorta olunan tərəfindən ödənilmiş müvafiq tibbi xərclərin əvəzini ödəyir.
19.4.2 Sığorta olunanın ərizəsi tibbi xidmətlərin göstərildiyi vaxtdan 1 (bir) aydan gec olmayan müddətdə Sığortaçıya təqdim edilir. Ödəniş Sığorta olunan tərəfindən bütün zəruri sənədlərin təqdim edilməsindən sonra 15 (on beş) gün ərzində həyata keçirilir. Ödənişin məbləği sığorta müqaviləsinə əlavə olunan siyahıda göstərilən tibb müəssisələrində analoji xidmətlərin xxxx qiyməti nəzərə alınmaqla təyin edilir.
Maddə 20. Müqavilənin qüvvədə olduğu müddətdə tərəflərin hüquq və vəzifələri
20.1 Sığortalının hüquqları:
20.1.1 Sığortaçının Sığorta müqaviləsinin şərtlərinə əməl etməsini yoxlamaq, o cümlədən Sığortaçıdan maliyyə sabitliyi barədə, kommersiya sirri olmayan məlumatı əldə etmək;
20.1.2 Tibbi proqrama uyğun olaraq və Sığorta müqaviləsi şərtləri ilə razılaşdırılmış qaydada tibb müəssisələrində Sığorta olunanlara tibbi xidmətlərin göstərilməsini tələb etmək;
20.1.3 Əvvəlcədən və ya sonradan əvəzini ödəmək şərti ilə Sığorta proqramında göstərilməmiş tibbi xidmətlərin təşkil edilməsini Sığortaçıya sifariş etmək.
20.2 Sığortalının vəzifələri:
20.2.1 Sığorta haqqını Sığorta müqaviləsi ilə müəyyən edilmiş məbləğdə və müddətdə ödəmək;
20.2.2 Sığorta müqaviləsinin bağlanması üçün zəruri xxxx, eyni zamanda Sığorta müqaviləsi ilə bağlı digər məlumatları Sığortaçıya təqdim etmək;
20.2.3 Sığorta müqaviləsi bağlanarkən Sığortalı özünə məlum xxxx və Sığortaçının müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə Sığortaçıya məlumat verməlidir;
20.2.4 Sığorta müqaviləsinə aid xxxx sənədlərin qorunub saxlanmasını təmin etmək;
20.2.5 Sığorta olunanları Sığorta müqaviləsi və ona olunan əlavələrlə xxxxx etmək;
20.2.6 Sığorta Müqaviləsinin qüvvədə olduğu müddətdə Sığorta olunanların siyahısında edilən dəyişikliklər barədə yazılı şəkildə (məktub, e-mail, faks) Sığortaçıya dərhal məlumat vermək;
20.2.7 Sığorta müddəti bitdikdə və ya bu və ya digər Sığorta olunan Sığorta olunanların siyahısından çıxarıldıqda, müvafiq Sığorta kartını (və ya kartlarını) sığorta təminatının bitmə tarixindən etibarən 7 (yeddi) təqvim günü ərzində Sığortaçıya qaytarmaq.
20.3 Sığorta olunanın hüquqları:
20.3.1 Tibbi xidmət almaq üçün Sığorta müqaviləsinə edilən əlavədə göstərilən tibb müəssisələrindən hər hansı birini seçmək;
20.3.2 Tibbi sığorta proqramının həyata keçirilməsi üçün cəlb edilmiş həkimlər arasında müalicə edən həkimi seçmək;
20.3.3 Tibbi təminatın xüsusiyyətləri barədə izahatlar və tibbi-təşkilati yardım almaq üçün Sığorta kartında telefon nömrələri göstərilən Sığortaçıya müraciət etmək;
20.3.4 Bazar və bayram günləri istisna olmaqla hər gün saat 09:00-xxx saat 18:00-dək ambulator- poliklinik xidmətlərə görə müraciət etmək;
20.3.5 Tibbi yardımın göstərilməsi ilə bağlı mübahisəli hallar yaranarsa Sığortaçıya müraciət etmək;
20.3.6 Fiziki şəxs xxxx Sığortalı öldükdə, hüquqi şəxs xxxx Sığortalı qanunvericilikdə nəzərdə tutulmuş qaydada ləğv edildikdə, həmçinin Sığortaçı və Sığortalı bu barədə razılığa gəldikdə Sığortalının öhdəliklərini yerinə yetirmək və müqaviləyə görə Sığortalının bütün hüquqlarını əldə etmək;
20.4 Sığorta olunanın vəzifələri:
20.4.1 Sığorta olunan qabaqcadan Sığortaçı ilə əlaqə saxlayaraq tibbi xidmət almaq üçün razılıq almalıdır. Təcili və təxirəsalınmaz vəziyyətlərdə Sığorta olunanın hospitalizasiya olunması halında, əgər əlaqə saxlamaq imkanı olmazsa, xəstəxanaya yerləşdirmə haqqında mümkün xxxx ən qısa müddətdə və hər halda yerləşdirilmədən 48 (qırx cəkkiz) saatdan gec olmayaraq Sığortaçıya məlumat verməlidir.
20.4.2 Tibbi yardımın göstərilməsi zamanı müalicə edən həkimin göstərişlərinə əməl etmək, tibb müəssisəsinin qaydalarına riayət etmək;
20.4.3 Sığorta sənədlərinə qayğı ilə yanaşmaq və tibbi xidmətlərin alınması məqsədi ilə həmin sənədlərin digər şəxslərə verilməsinə yol verməmək. Sığorta müqaviləsi üzrə tibbi xidmətlərin alınması məqsədi ilə Sığorta kartının digər şəxsə verilmə faktı təsdiqlənərsə, Sığorta müqaviləsinin qüvvəsi Sığorta olunana qarşı həmin andan dayandırılır;
20.4.4 Sığorta müqaviləsinin şərtlərində nəzərdə tutulduğu halda, ilkin tibbi müayinədən keçmək;
20.4.5 Sığorta şirkətinin Dispetçeri üçün zəruri xxxx bütün məlumatları bildirmək.
20.4.6 Sığorta müqaviləsi ilə Şərtsiz azadolma məbləği nəzərdə tutulduğu halda, azadolma məbləğini ona xidmət göstərən tibb müəssisəsinə ödəmək;
20.5 Sığortaçının vəzifələri:
20.5.1 Müəyyən edilmiş müddətdə Sığorta şəhadətnaməsi və Sığorta kartını Sığortalıya (Sığorta olunana) verməlidir;
20.5.2 Sığortaçı və tibb müəssisəsi arasında bağlanmış xidmət göstərilməsi haqqında müqaviləyə uyğun olaraq sığorta hadisəsi baş verdiyi halda tibbi xidmətlərə görə müvafiq sənədlər əsasında ödənişi həyata keçirmək;
20.5.3 Sığortalı ilə münasibətlərdə məxfiliyi təmin etmək;
20.5.4 Sığorta müqaviləsinin vaxtından əvvəl xitam edilməsi halında, bu Qaydalarda müəyyən edilmiş qaydada hesablanmış məbləği 30 (otuz) bank günü ərzində Sığortalıya qaytarmaq;
20.5.5 Sığorta müqaviləsi çərçivəsində tibb müəssisələri ilə münasibətdə Sığorta olunanın hüquqlarını müdafiə etmək;
20.5.6 Qanunvericiliyə müvafiq olaraq Sığortaçı Sığorta müqaviləsi ilə bağlı məlumatların, o cümlədən həkim sirrinin öz işçiləri tərəfindən yayılmasına görə məsuliyyət daşıyır.
20.6 Sığortaçının hüquqları:
20.6.1 Sığortalı tərəfindən verilən məlumatları və həmçinin Sığortalı və Sığorta olunan tərəfindən Sığorta müqaviləsinin şərtlərinə riayət edilməsini yoxlamaq;
20.6.2 Bu Qaydalarda nəzərdə tutulmuş hallarda, o cümlədən Sığorta olunan tərəfindən Sığorta kartı tibbi xidmət almaq üçün üçüncü şəxsə verildikdə, sığorta ödənişini həyata keçirməkdən imtina etmək, belə ödənişlərin həyata keçirildiyi hallarda Sığorta olunan və ya Sığortalı tərəfindən xxxx qaytarılmasını tələb etmək;
20.6.3 Sığortalı (Sığorta olunan) ona məlum xxxx xxxxxx qiymətləndirilməsi üçün əhəmiyyətli hallar barəsində və sığorta hadisəsi haqqında Sığortaçıya qəsdən yanlış məlumat verməsi aşkar olunarsa sığorta ödənişini həyata keçirməkdən imtina etmək;
20.6.4 Sığorta olunana dəymiş travmatik zədə və ya onun səhhətinin başqa cür pozulmasına gətirib çıxaran hadisə və faktlar üzrə cinayət işi qaldırıldığı halda səlahiyyətli orqanların müvafiq qərarının qəbul olunmasına qədər tibbi xidmətlər üzrə ödənişləri təxirə salmaq;
20.6.5 Bu Qaydalarda nəzərdə tutulmuş qaydada və şərtlərlə Sığorta müqaviləsinə xitam vermək;
20.6.6 Sığorta haqqının ödənilməmiş hissəsi Sığorta müqaviləsində göstərilən müddət ərzində ödənilmədikdə, Sığorta olunanlara xidmətlərin göstərilməsini dayandırmaq yaxud Sığorta müqaviləsinə xitam vermək;
20.6.7 Kifayət qədər əsas olmadığı təqdirdə müalicə həkiminin və ya tibb müəssisənin dəyişdirilməsində Sığortalının (Sığorta olunanın) müraciətini qəbul etməmək;
20.6.8 Sığorta olunanın zədə xxxxxx ilə bağlı tibbi xidmət üçün müraciət etdiyi halda onun alkoqol, narkotik və ya toksik maddələrin təsiri altında olub olmamasının yoxlanılmasını tələb etmək;
20.6.9 Sığorta olunanın alkoqol, narkotik və ya toksik maddələrin təsiri altında olub olmamasının yoxlanılmasına etiraz etdiyi halda, Sığortaçı dəymiş zədə ilə bağlı tibbi xidmətlərin haqqının ödənilməsindən imtina edə bilər.
Maddə 21. Sığortaçı tərəfindən nəzarət
21.1 Sığorta müqaviləsinin şərtlərinə uyğun olaraq Sığortaçının Sığorta olunana göstərilən tibbi xidmətlərin həcminə, müddətinə və keyfiyyətinə nəzarət etmək hüququ var.
FƏSİL 6. SIĞORTA ÖDƏNİŞİ
Maddə 22. Sığorta ödənişi və onun həyata keçirilməsi qaydası
22.1 Sığortaçı bu Qaydalar əsasında bağlanmış Sığorta müqaviləsinə əsasən Sığorta olunana göstərilən tibbi xidmətlərin haqqını tibb müəssisəsinə ödəyir (Sığorta müqaviləsində Şərtsiz azadolma məbləği nəzərdə tutulduğu halda, azadolma məbləğinin çıxılması şərti ilə).
22.2 Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində Sığortaçının həyata keçirdiyi bütün ödənişlərin cəmi Sığorta müqaviləsində göstərilən sığorta məbləğini aşa bilməz.
22.3 Sığorta olunana göstərilən tibbi xidmətlərin əvəzinin ödənilmə qaydası Sığortaçı ilə tibb müəssisəsi və ya özəl tibbi fəaliyyətlə məşğul xxxx şəxs arasında müvafiq müqavilə ilə təyin edilir.
22.4 Sığortaçının yazılı razılığı olmadan Sığorta olunan tərəfindən özbaşına tibbi yardımın təşkil edilməsi halında Sığortaçı göstərilmiş tibbi xidmətlərin keyfiyyətinə və Sığorta olunanın çəkdiyi xərclərə görə heç bir məsuliyyət daşımır.
22.5 Sığortaçının yazılı razılığı olmadan Sığorta olunana, təxirəsalınmaz hallar istisna olmaqla, tibbi xidmətlərin müqavilədə razılaşdırılmamış tibb müəssisələrində göstərilməsinə görə Sığortaçı çəkilən xərclərin əvəzini ödəmək öhdəliyi daşımır. Sığortaçının yazılı razılığı olduqda, belə tibb müəssislərində göstərilmiş xidmətlər üçün ödəniş Sığorta müqaviləsində nəzərdə tutulmuş tibb müəssisələrinin preyskurantları əsasında həyata keçiriləcəkdir.
22.6 Əgər müalicə zamanı Sığorta olunan tərəfindən tibbi təyinatlara, tibbi personalın məsləhətlərinə və tibb müəssisəsində müəyyən edilmiş daxili intizam qaydalarına riayət etməməyinə görə tibb müəssisəsi, Sığortaçını məlumatlandıraraq, ambulator və ya stasionar xidmətlərin göstərilməsini dayandırıb, Sığortaçı artıq bu vaxta qədər göstərilmiş tibbi xidmətlərə görə xərclərin və həmçinin bunun nəticəsində baş vermiş başqa əlavə xərclərin ödənilməsindən imtina edə bilər. Belə halda artıq bu vaxta qədər göstərilmiş tibbi xidmətlərin əvəzinin ödənilməsi öhdəliyi Sığortalının üzərinə düşür.
22.7 Əgər Sığorta olunan həkim təyinatına əsasən xəstəxanada yerləşdirilməkdən imtina edərsə, Sığortaçı bu xəstəliyin ağırlaşmalarına görə Sığorta olunanın müalicəsinə yönəldilən tibbi xidmətlərə təminat verməkdən imtina edə bilər.
22.8 Əgər Sığorta olunan xəstəxanada yerləşdirildikdən və ya ambulator xidmət almaq üçün müraciət etdikdən sonra baş vermiş hadisənin Sığorta müqaviləsinə əsasən sığorta hadisəsi olmamağı məlum olursa, tibb müəssisəsində göstərilən xidmətlərin ödənilməsi Sığorta olunanın öhdəliyidir.
22.9 Sığorta müqaviləsi qüvvədə olduğu müddətdə baş vermiş sığorta hadisəsinin nəticələrinə görə tibbi yardım göstərilməsi zərurəti sığorta müqaviləsi qüvvədən düşdükdən sonra da mövcud olduqda, tibbi xidmətlərə görə sığorta ödənişləri aşağıdakı qaydada həyata keçirilir:
22.9.1 Ambulator müalicə zamanı xəstəliyin kəskin dövründə – sığorta müddətinin bitməsindən sonra 3 (üç) təqvim günündən artıq olmamaq şərti ilə, xəstəlik vərəqəsi bağlananadək;
22.9.2 Xəstəxanaya təxirəsalınmaz yerləşdirilmə zamanı – sığorta müddətinin bitməsindən sonra 5 (beş) təqvim günündən artıq olmamaq şərti ilə xəstənin xəstəxanadan çıxmasınadək;
22.9.3 Xəstəxanaya planlı yerləşdirilmə zamanı – Sığorta müqaviləsinin qüvvədən düşməsinə qədər.
22.10 Sığortalı bilavasitə onun (və ya Sığorta olunanın) təqsiri üzündən sığorta kartından qanunsuz istifadə edən şəxsə göstərilən xidmətlər üçün xərclənmiş məbləği Sığortaçıya qaytarmalıdır.
22.11 Sığorta olunan həkim qəbuluna təyin edilən vaxtda gəlmədikdə, Təcili və təxirəsalınmaz tibbi yardım briqadasının çağırılması zamanı göstərilən ünvanda olmadıqda, Sığortalı (Sığorta olunan) Sığortaçının tibb müəssisəsinə ödədiyi xərcləri ona qaytarmalıdır.
Maddə 23. Sığorta ödənişindən imtinanın əsasları
23.1 Sığortaçı sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edir:
23.1.1 Baş vermiş hadisənin qanunvericiliyə, bu Qaydalara və Sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi;
23.1.2 20.2.3 Bəndi nəzərə alınmaqla, Sığorta olunan şəxs və/və ya sığorta hadisəsi barəsində Sığortalının/Sığorta olunanın Sığortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində Sığortaçının sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və ya dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması;
23.1.3 20.4.1 Bəndinin tələblərinə əməl edilməməsi nəticəsində Sığortaçının hadisənin səbəblərini və/və ya dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması ilə əlaqədar onun mənafeləri əhəmiyyətli dərəcədə pozulduqda;
23.1.4 Sığortaçının sığorta hadisəsinin baş verməsi səbəblərini araşdırmasına Sığortalı və ya Sığorta olunan tərəfindən maneçilik törədilməsi;
23.1.5 Sığorta hadisəsinin sığorta haqqı və ya onun hər hansı bir hissəsinin qanunvericilikdə və ya Müqavilədə nəzərdə tutulmuş ödənilməsi müddəti başa çatdıqdan 15 (on beş) gün sonra, Sığortaçının Sığortalını yazılı surətdə xəbərdarlıq edərək müddət müəyyən etdiyi halda müəyyən edilən müddətin başa çatmasından 3 (üç) gün sonra baş verməsi halında sığorta haqqı və ya onun müvafiq hissəsi ödənilmədikdə.
Maddə 24. Subroqasiya hüququ
24.1 Sığorta ödənişinin həyata keçirilməsindən sonra, Sığorta olunanın səhhətinə vurulan zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı subroqasiya qaydasında tələb irəli sürmək hüququ, həmin ödəniş məbləği həddində Sığortaçıya keçir.
24.2 Sığortalı (Sığorta olunan) Sığortaçının subroqasiya hüququnun təmin edilməsi üçün öz imkanları çərçivəsində ona hər cür kömək göstərməli və Sığortaçını tələb irəli sürmək üçün zəruri xxxx bütün sənədlər, sübut və məlumatlarla təmin etməlidir.
24.3 Sığortalının (Sığorta olunanın) hər hansı məhkəmədən kənar razılaşma və ya məhkəmə qərarı əsasında zərərə görə məsuliyyət daşıyan şəxslərdən aldığı təminat məbləğləri, ilk növbədə Sığortaçının sığorta müqaviləsi üzrə həyata keçirdiyi sığorta ödənişlərinin əvəzinin ödənilməsinə xərclənəcək.
24.4 Sığortaçı ilə Sığortalı arasında başqa cür razılaşdırıldığı və belə razılaşmanın Sığorta müqaviləsində təsbit olunduğu hallar istisna olmaqla, Sığortalı (Sığorta olunan) zərərvuran şəxsə qarşı iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımi sənədləri Sığortaçıya verməkdən imtina etdikdə, Sığortaçı sığorta ödənişi verməkdən zərərvuran şəxsdən subroqasiya qaydasında ala biləcəyi məbləğ həcmində azad edilir və ödənilmiş sığorta ödənişinin tam və ya müvafiq hissəsinin qaytarılması hüququnu əldə edir.
Maddə 25. Xxxxxxx haqqında qeyd-şərt
25.1 Sığorta məbləğlərinin, sığorta haqlarının və azadolma məbləğinin xarici valyuta ilə ifadə olunduğu hallarda, bütün ödənişlər Azərbaycan Respublikası Milli Bankının ödənişin həyata keçirildiyi tarixə və ya ödənişə əsas verən sənədin tərtib edilməsi tarixinə xxxx rəsmi məzənnəsi əsasında Azərbaycan manatı ilə və ya Azərbaycan Respublikasının valyuta qanunvericiliyinə müvafiq olduğu hallarda hər hansı xarici valyuta ilə həyata keçirilə bilər.
25.2 Əgər sığorta ödənişinin verilməsi üçün əsas xxxx sənədlər Azərbaycan manatı və ya şəhadətnamənin valyutasından fərqli valyutada ifadə olunmuşdursa, Sığorta müqaviləsinin ifadə olunduğu valyutaya çevirmə Azərbaycan Respublikası Milli Bankının həmin sənədin tərtib olunduğu tarixə uyğun rəsmi məzənnəsi əsasında həyata keçirilir.
Maddə 26. Ödənilməmiş sığorta haqqının nəzərə alınması
26.1 Əgər sığorta ödənişi verilənə qədər nəzərdə tutulan sığorta haqqı (və ya onun hissəsi) tam ödənilməmişdirsə, Sığortaçı sığorta ödənişinin həyata keçirilməsi zamanı ödənilməyən sığorta haqqını sığorta ödənişinin məbləğindən çıxmaq hüququna malikdir.
Maddə 27. Mübahisələrin həlli qaydası