TİPOLOGİYA 1. Şirkətin rəhbər şəxsi tərəfindən mənimsənilmiş səhmdar vəsaitlərinin leqallaşdırılması
TİPOLOGİYA 1. Şirkətin rəhbər şəxsi tərəfindən mənimsənilmiş səhmdar vəsaitlərinin leqallaşdırılması
“X” şirkəti tərəfindən istehsal edilmiş məhsulun “A” ölkəsinə və eləcə də bu ölkə vasitəsilə digər “B” ölkəsinə satışı məqsədilə ofşor zonada yeni təsis edilmiş “Y” xarici şirkətinin rəhbəri ilə “X” şirkətinə rəhbərlik edən “WW” şəxsi arasında mövcud bazar dəyərindən yüksək qiymətin təsbit olunduğu qısamüddətli (bir ilədək) müqavilələr imzalanmışdır.
Bundan əvvəl, “X” şirkəti şirkəti uzun illərdir ki, “A” ölkəsinə məhsulun birbaşa satışını həyata keçirmişdir. Xxxxx xxxx ildə şirkətin rəhbəri xxxx “WW” əlavə müqavilələr tərtib edərək, həmin xarici ölkəyə məhsul satışını “Y” ofşor şirkətinə həvalə etmişdir. Müqavilələr üzrə həm vasitəçi, həm də alıcı rolunda çıxış edən ofşor şirkətin hesablaşma hesabı digər ofşor zonada yerləşən “S Bankı”nda açılmış və əməliyyatlar bu bankla həyata keçirilmişdir.
Müqavilənin bağlandığı 1 illik müddət ərzində “A” ölkəsinin alıcı və vasitəçi qismində çıxış edən “Z” şirkəti tərəfindən “Y” şirkətinə, “Y” şirkəti tərəfindən isə öz növbəsində “X” şirkətinə köçürmələr edilməklə yanaşı, həmçinin X” şirkəti tərəfindən “xidmət haqqı” təyinatı ilə “Y” şirkətinə və eləcə də Y şirkətindən də qonşu ölkənin “Z” şirkətinin icraçısı (vasitəçi) kimi fəaliyyət göstərən digər bir “C” şirkətinə iqtisadi cəhətdən rasional olmayan qeyri-aydın təyinatlı köçürmələr edilmişdir.
Müqavilənin müddətinin bitməsinə baxmayaraq, “Y” ofşor şirkəti ofşor bank hesabına (“S Bankı”ndakı) daxil olmuş iri məbləğli vəsaitləri “X” şirkətinə köçürməmişdir. “X” şirkəti ilə “Y” şirkəti arasında bağlanmış müqavilələrin şərtlərinə əsasən, xidmət haqqı təyinatı ilə “X” şirkəti tərəfindən “Y” şirkətinə köçürüləcək vəsaitin həcmi ilə müqayisədə il ərzində daha iri həcmli köçürmələr olmuş, eləcə də “Y” şirkətinə daxil olmuş vəsaitlərin bir hissəsi “X” şirkətinə köçürülməmişdir.
Müqavilənin məzmununda “Y” şirkətinin malın xarici ölkəyə satışı üzrə uzunmüddətli iş təcrübəsinə malik olması qeyd edilmiş və bu əsasla da “Y” şirkətinə malın xarici ölkə ərazisinə tədarükünün təmin edilməsi öhdəliyi həvalə edilmişdir. Müqavilədə həmçinin malın 1 vahidinin satışına görə “Y” şirkətinə veriləcək xidmət haqqının məbləği də açıqlanmışdır.
Araşdırma nəticəsində “Y” şirkətinin təsis edilməsindən cəmi 3 ay sonra iriməbləğli müqavilələr üzrə işlərə cəlb olunması faktı müəyyən olunmuşdur. Həmçinin “Y” şirkətinin ofşor hesabına daxil olmuş, xxxxx “X” şirkətinə köçürülməmiş vəsaitlər digər xarici ölkədə yerləşən “F Holdinq” şirkətinin hesabına köçürülmüş və qısa müddətdən sonra bu vəsaitlər “F Holdinq” şirkətinin əsas təsisçilərindən biri (digər əsas təsisçisi “WW”-dir) xxxx və “WW” ilə əlbir xxxx “TT” şəxsinin “S Bankı”-dakı şəxsi hesabına “borc vəsaitinin qaytarılması” təyinatı ilə köçürülmüşdür.
“A” ölkəsində fəaliyyət göstərən və sahibi “TT” xxxx “U” daşıma şirkətinə “X” yerli şirkətindən və “Y” vasitəçi ofşor şirkətindən iriməbləğli şübhəli (təyinatı bilinməyən) vəsaitlər köçürülmüşdür. “U” şirkəti də öz növbəsində vəsaitlərin böyük hissəsini “F Holdinq” şirkətinə köçürmüşdür.
“F Holdinq” şirkətinin Avropanın bir neçə ölkəsinin daşınmaz əmlak bazarlarında layihələr həyata keçirdiyi, hər iki benefisiarın (“WW” və “TT”) yaxınlarının adına bu ölkələrdə çoxlu xxxxx daşınmaz əmlakların olması, eləcə də “F Holdinq” şirkətinin üçüncü təsisçisi olaraq göstərilmiş xarici ölkə vətandaşı “PP” şəxsinin 100-dən xxx ofşor şirkətin direktoru (əslində proksi şəxs) olması müəyyən edilmişdir.
Həmçinin “F Holdinq” şirkətinin hesabına “Y” şirkəti ilə yanaşı, “X” şirkəti tərəfindən müxtəlif illərdə həyata keçirilmiş tenderlərin qalibləri olmuş (“X” şirkətinin yerləşdiyi ölkəyə məxsus) digər bir sıra icraçı şirkətlər tərəfindən də “avadanlıq alışı və konsaltinq xidmətlərinə görə ödəniş” təyinatı ilə köçürmələr həyata keçirilmişdir. “X” şirkətinin həyata keçirdiyi tenderlər üzrə icraçı şirkətlərin araşdırılması onların zəruri avadanlıqlara və işçi qüvvəsinə sahib olmadığı, öz işlərini digər podratçı şirkətlər tərəfindən həyata keçirdikləri, iş başa çatdıqdan sonra isə dərhal ləğv olunduqları məlum olmuşdur.
İstifadə olunmuş mexanizmlər, alətlər və metodlar
▪ Vəsaitlərdən real fayda əldə edən şəxsləri gizlətmək məqsədilə “şell” şirkətdən istifadə;
▪ Daxili bank hesablarından ofşor bank hesablarına köçürmələr edilməsi;
▪ Müqavilə sənədlərinin saxtalaşdırılması və ya onlarda düzgün məlumatın əks olunmaması;
▪ “Birgünlük” firmaların qeydiyyatı və onlar vasitəsilə pulların nağdlaşdırılması;
▪ Nominal şəxslərin (yaxınların və qohumların) cəlb olunması;
▪ Tender korrupsiya mexanizmi vasitəsilə əldə edilmiş vəsaitlərin xarici ölkələrin daşınmaz əmlak bazarına investisiya olunması.
İndikatorlar:
▪ “X” şirkətinin “şell” şirkətlə əməliyyatlar həyata keçirməsi;
▪ “X” şirkəti tərəfindən saxta müqavilə əsasında köçürmə edilmiş “şell” şirkət tərəfindən vəsaitlərin qısa zaman ərzində digər ölkədə xxxx fiziki şəxsə köçürülməsi;
▪ Yeni yaradılmış və müvafiq biznes sahəsində təcrübəsi olmayan şirkətlə iriməbləğli müqavilələrin bağlanması və hesabına iriməbləğli köçürmələrin edilməsi (müqavilənin bağlanması üçün əsasın reallığı əks etdirməməsi);
▪ “X” şirkətinin fəaliyyət profilinə uyğun olmayan əməliyyatlar həyata keçirməsi;
▪ Əməliyyatların həyata keçirilməsi sxeminin iqtisadi cəhətdən rasional olmaması və təyinatlarının aydın olmaması;
▪ Məhsulun satışı müqabilində vəsaitlərin müqavilə üzrə tam olaraq daxil olmaması;
▪ Satıcı və alıcı rolunda çıxış edən hər iki ölkəyə məxsus şirkətlərin rəhbərlərinin əvvəlcədən razılaşdırılmış sxemləri əsasında səhmdar vəsaitlərinin ofşor tranzit hesabına və daha sonra xarici ölkədə yerləşən və benefisiarı satıcı şirkətin rəhbəri xxxx şirkətin hesabına köçürülərək mənimsənilməsi;
▪ Tender qalibi olmuş şirkətlərin xarici ofşor şirkətlərlə əməliyyatlar həyata keçirməsi və layihə başa çatdıqdan sonra dərhal ləğv edilməsi.